Məhkəmə qərarları › İş №1(101)-281/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-281/2020

12.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-281/2020 12.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: x19 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili x6 və Abşeron rayon vəkil bürosunun vəkili x1 iştirakı ilə, Təqsirləndirilən şəxs1 (xx.xx.1986-cı ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada maşın alqı-satqısı ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Salyan şəhəri, B.Talıblı küçəsi, ev 52-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Təqsirləndirilən şəxs2 xx.xx.1987-ci ildə Bakı şəhərində doğlumuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi qaydada taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Qasımov küçəsi, ev 30-da qeydiyyatda olmaqla yaşayan barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq keçirmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni İran İslam Respublikasında külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yol ilə keçirib realizəsini təşkil etmə barədə 2019-cu ilin may ayında İran İslam Respublikasının Tehran şəhərində Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Hüseyn» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Hüseyin» adlı şəxs istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan mənbədən 4 ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri – 935 qr, 945 qr, 310 qr, 605 qr, ümumi təmiz çəkisi 2795 qr (2 kq 795 qr) külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda üzərində «Mehtadone 40» yazısı olan 30 ədəd konvalyutda 297 həbdən ibarət ümumi miqdarı 11,88 qr (bir həbdə 0,04 mq metadon olmaqla) təşkil edən təsir edici maddə metadon narkotik vasitəsi və 1 bükümdə təmiz çəkisi 0,522 qram ağ rəngli kristal səkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, qeyd edilən narkotik vasitələri və psixotrop maddəni malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə yüklərin arasında yerləşdirib saxlamış, Azərbaycan Respublikasına gətirib ona və cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 təhvil verməsi üçün həmin yüklərin cinayət barədə xəbərsiz olan Azərbaycan Respublikasının vətəndaşı Şahid3 idarə etdiyi «Kamaz» markalı, **-BD-*** dövlət nömrə nişanlı, qoşqusu **-ZA-*** dövlət nömrə nişanlı olan nəqliyyat vasitəsi ilə daşınaraq 30.05.2019-cu il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin «Astara» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə və həmin gömrük postundan cinayətdən xəbərsiz olan Şahid1 tərəfindən qeyd edilən nəqliyyat vasitəsində Bakı Baş Gömrük İdarəsinə çatdırılmasına nail olmuş, 01.06.2019-cu il tarixdə saat 12:30-da həmin yüklərə keçirilmiş gömrük baxışı zamanı, 4 ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri – 935 qr, 945 qr, 310 qr, 605 qr, ümumi təmiz çəkisi 2795 qr (2 kq 795 qr) külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda üzərində «Mehtadone 40» yazısı olan 30 ədəd konvalyutda 297 həbdən ibarət ümumi miqdarı 11,88 qr (bir həbdə 0,04 mq metadon olmaqla) təşkil edən təsir edici maddə metadon narkotik vasitəsi və 1 bükümdə təmiz çəkisi 0,522 qram ağ rəngli kristal səkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmiş, həmin narkotik vasitələrin və psixotrop maddənin çatdırılmalı olduğu şəxsləri müəyyən etmək üçün Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının keçirildiyi əməliyyat tədbirləri nəticəsində 01.06.2019-cu il tarixdə saat 15:40-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən «Sədərək» Ticarət Mərkəzinin 16-cı sırasında yerləşən 123 nömrəli anbardan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən narkotik vasitə və psixotrop maddəni əməliyyat tədbirinə cəlb edilmiş «Arman» daşınma şirkətinin nümayəndəsi, İran İslam Respublikasının vətəndaşı x9 təhvil aldıqdan sonra saxlanılmışlar. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq keçirmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni İran İslam Respublikasında külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yol ilə keçirib realizəsini təşkil etmə barədə 2019-cu ilin may ayında İran İslam Respublikasının Tehran şəhərində Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Hüseyn» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Hüseyin» adlı şəxs istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan mənbədən 4 ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri – 935 qr, 945 qr, 310 qr, 605 qr, ümumi təmiz çəkisi 2795 qr (2 kq 795 qr) külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda üzərində «Mehtadone 40» yazısı olan 30 ədəd konvalyutda 297 həbdən ibarət ümumi miqdarı 11,88 qr (bir həbdə 0,04 mq metadon olmaqla) təşkil edən təsir edici maddə metadon narkotik vasitəsi və 1 bükümdə təmiz çəkisi 0,522 qram ağ rəngli kristal səkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, qeyd edilən narkotik vasitələri və psixotrop maddəni malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə yüklərin arasında yerləşdirib saxlamış, Azərbaycan Respublikasına gətirib ona və cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 təhvil verməsi üçün həmin yüklərin cinayət barədə xəbərsiz olan Azərbaycan Respublikasının vətəndaşı Şahid3 idarə etdiyi «Kamaz» markalı, **-BD-*** dövlət nömrə nişanlı, qoşqusu **-ZA-*** dövlət nömrə nişanlı olan nəqliyyat vasitəsi ilə daşınaraq 30.05.2019-cu il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin «Astara» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə və həmin gömrük postundan cinayətdən xəbərsiz olan Şahid1 tərəfindən qeyd edilən nəqliyyat vasitəsində Bakı Baş Gömrük İdarəsinə çatdırılmasına nail olmuş, 01.06.2019-cu il tarixdə saat 12:30-da həmin yüklərə keçirilmiş gömrük baxışı zamanı, 4 ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri – 935 qr, 945 qr, 310 qr, 605 qr, ümumi təmiz çəkisi 2795 qr (2 kq 795 qr) külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda üzərində «Mehtadone 40» yazısı olan 30 ədəd konvalyutda 297 həbdən ibarət ümumi miqdarı 11,88 qr (bir həbdə 0,04 mq metadon olmaqla) təşkil edən təsir edici maddə metadon narkotik vasitəsi və 1 bükümdə təmiz çəkisi 0,522 qram ağ rəngli kristal səkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmiş, həmin narkotik vasitələrin və psixotrop maddənin çatdırılmalı olduğu şəxsləri müəyyən etmək üçün Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının keçirildiyi əməliyyat tədbirləri nəticəsində 01.06.2019-cu il tarixdə saat 15:40-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən «Sədərək» Ticarət Mərkəzinin 16-cı sırasında yerləşən 123 nömrəli anbardan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən narkotik vasitə və psixotrop maddəni əməliyyat tədbirinə cəlb edilmiş «Arman» daşınma şirkətinin nümayəndəsi, İran İslam Respublikasının vətəndaşı x9 təhvil aldıqdan sonra saxlanılmışlar. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o təxminən 8 il olar narkotik vasitəni tanımadığı şəxslərdən özü üçün alıb istifadə etmiş, lakin heç vaxt onun satışı ilə məşğul olmamışdır. O, Salyan rayonunda yaşayıraq avtomobil təmiri ilə məşğul olmuşdur. O, müalicə olunmaq məqsədi ilə İran İslam Respublikasının Tehran şəhərində 3-4 dəfə olmuş, orada olarkən Tehran şəhərində taksi fəaliyyəti ilə məşğul olan «Hüseyn» adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs ona istifadə etmək üçün bir neçə dəfə narkotik vasitəsi olan heroin təşkil etmişdir. Sonuncu dəfə İran İslam Respublikasına gedərkən orada avtomobillərin oturacaqları üçün istifadə olunan süni dərinin Azərbaycandan bir neçə dəfə ucuz olduğunu görüb, Azərbaycana gətirmək istəmiş və bu barədə Hüseyn adlı İran İslam Respublikası vətəndaşı ilə danışaraq həmin suni dərilərdən gönrdərməsini xahiş etmişdir. Hüseyn də heç bir problem olmadan süni dərini karqo vasitəsi ilə göndərə biləcəyini demişdir. Bir müddət sonra karqo əməkdaşı Tofiq adlı şəxs ona zəng vuraraq süni dərinin İrandan gəldiyini və Bakı şəhərinə Sədərək ticarət mərkəzinə gəlib süni dəriləri təhvil almasını bildirmişdir. O da tanışı, taksi sürücüsü olan Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhərinə Sədərək Ticarət mərkəzinə getmişlər. Karqonun ünvanını bilmədiyi üçün karqonun əməkdaşı Tofiq ilə telefon əlaqəsi yaratmış, sonuncu onlara «Qlobus» otelin yanına gəlib gözləmələrini, əməkdaşlarının gəlib onları qarşılayıb karqoya gətirəcəklərini bildirmişdir. Az sonra bir nəfər onlara yaxınlaşaraq karqonun anbarına aparmışdır. O, Turana pul vermişdir ki, süni dəriləri təhvil alsın. Turan karqonun əməkdaşına pulu verəndən sonra onların hər ikisini də saxlamışlar. Onlara heç bir narkotik vasitə və ya süni dərini də göstərməmişlər, bildirmişdirlər ki, suni dərilərin içərisindən narkotik vasitələr aşkar olunmuşdur. İran İslam Respublikasından narkotik vasitələrin gətirilməsində heçkimlə sövdələşməmiş, Turan bir dəfə onu öz maşını ilə gömrüyə qədər aparmışdır. Turan özünün sərhəddən xarici ölkələrə keçməsinin qadağan statusu qoyulub qoyulmamasını öyrənmək məqsədi ilə onunla birlikdə İran sərhədini gömrükdən keçmişdir. O, İranda həkimə gedib müayinə olduqdan sonra Turan onunla birlikdə bir neçə gün İranda qalmış və sonra Azərbaycana qayıtmışlar. Süni dəriləri də götürməyə gedərkən Turanı taksi sürücüsü kimi özü ilə aparmışdır. Turanla narkotik vasitəni Azanbaycana gətirmək barədə heç bir razılaşmaları olmamışdır. Təqsirləndirilən şəxs1yey ibtidai araşdırma zamanı verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadələr arasında zidiyyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadələr məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2009-cu ildə ailə qurmuş və himayəsində 2 azyaşlı uşağı vardır. 2006-cı ildə xuliqanlıq etdiyinə görə 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzamı 10 saylı cəzaçəkmə müəssisəsində çəkərək 2007-ci ilin dekabr ayında vaxtından əvvəl azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşamışdır. 2009-cu ildən narkotik vasitələrdən istifadə etdiyini, ilk əvvəllər marixuana narkotik vasitəsinindən istifadə etsə də, hazırda «kakos» deyilən heroin, tiryək, «şüşə» deyilən metamfetamin, marixuana narkotik vasitələrini qəbul etdiyini göstərmişdir. Narkotik vasitəni adətən təsadüfi şəkildə tanış olduğu şəxslərdən əldə etmişdir. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə etmişdir. İstifadəsində olan telefon Samsung A 6 markalı, ekran şifrəsi 2369 olmuşdur. Vərəm xəstəliyindən əziyyət çəkdiyini, lakin heç bir xəstəxanada qeydiyyatda olmadığını bildirmişdir. İlk dəfə 25.02.2011-ci il tarixdə müalicə olunmaq üçün Astara gömrük postundan keçməklə təkbaşına İran İslam Respublikasına getmişdir. İranın Astara şəhərində olarkən orada tanımadığı şəxsdən heroin əldə edərək qəbul etmişdir. İranın Tehran şəhərində yerləşən adını xatırlamadığı xəstəxanada müalicə olunduqdan sonra yenidən Azərbaycana qayıtmış. Sonradan hər dəfə İrana gedəndə xatırlamadığı növdə, miqdarda və xatırlamadığı şəxslərdən narkotik vasitə alaraq qəbul etmişdir. 3 aya yaxın narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Narkotik vasitələri həmyerlilərinə, tanışlarına, dostlarına satmışdır. 2-3 il əvvəl bir dəfə İranda olarkən, Tehran şəhərində «Hüseyn» adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, «Hüseyn» İİR-nın Tehran şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hüseynin avtomobilində sərnişin olduğu müddətdə narkotik vasitə istifadəçisi olduğunu bildirmiş, ona heroin narkotik vasitəsi təşkil edə bilib-bilməyəcəyini soruşmuş, Hüseyn bunu edə biləcəyini söyləyərək ona heroin narkotik vasitəsini 1 qramı 10 manata təşkil etmişdir. Həmin heroini nəfəsinə çəkərək qəbul etmişdir. Bundan sonra «Hüseyn» ilə aralarında yaxşı münasibətlər yaranmışdır. Bu münasibətlər zəminində ona məlum olmuşdur ki, Hüseyn narkotik vasitənin satışı ilə məşğul olaraq yaxşı qazanc əldə edir. Maddi vəziyyəti ağır olduğundan, qazanc əldə etməkdə çətinlik çəkdiyindən, bundan əlavə Salyan və ətraf rayonlarda narkotik vasitə əldə edib satmaq çətin olduğundan İİR-dan narkotik vasitə alıb, Azərbaycan Respublikasına gizli yolla gətirərək satmaq qərarına gəlmişdir. İrandan narkotik vasitə əldə etmək, Azərbaycana gizli yolla gətirmək və satmaqda Təqsirləndirilən şəxs2 ona köməklik edə biləcəyini ehtimal etmişdir. Belə ki, 3 ay əvvəl Təqsirləndirilən şəxs2lə tanış olmuşdur. Turan narkotik vasitə istifadəçisi olmuş və bir neçə dəfə birlikdə narkotik vasitə istifadə etmişlər. Təqsirləndirilən şəxs2 ***-***-**-** mobil nömrəsindən, Hüseyn isə +98 919 *** ** ** mobil nömrəsindən istifadə etmişdir. Turan ilə həm «WhatsApp» proqramı, həm də telefon vasitəsilə, Hüseyn ilə isə yalnız «WhatsApp» proqramı vasitəsilə əlaqə saxlamışdır. 2019-cu ilin aprel ayında Bakı şəhərində olarkən Təqsirləndirilən şəxs2 İİR-dan gizli şəkildə Azərbaycan Respublikasına narkotik vasitələr gətirib satmaq barədə təklif etmiş, Turan bu təkliflə razılaşmış və birlikdə İİR-na gedərək oradan heroin narkotik vasitəsi alıb Azərbaycan Respublikasına gətirib həm Bakı, həm də Salyanda satışını təşkil etməyi planlaşdırmışlar. Turlanla birlikdə heroin narkotik vasitəsinin qramını 20 manat, metadon həbinin 1 ədədini 5 manata, metamfetamini isə 1 qramını 70 manat müqabilində satmağı razılaşdırmışlar. Turanla razılaşmaya əsasən o, yalnız avtomobili ilə onu daşımalı, narkotikin satışında ona köməklik etməliymiş. Bunun müqabilində isə Turana əldə edəcəyi qazancın bir qismini verməliymiş. Lakin Təqsirləndirilən şəxs2 konkret hansı məbləğdə pul verəcəyi barədə aralarında razılaşma olmamışdır. Qurduqları plana uyğun olaraq 24.04.2019-cu il tarixdə təkcə Salyan rayonundan Astara rayonuna yola düşmüş, Astara gömrük postundan sərhədi keçib İİR-na daxil olmuşdur. İranda «Hüseyn» adlı şəxs onu İİR-nın istehsalı olan markasını və nömrə nişanını bilmədiyi avtomobili ilə qarşılamışdır. Birlikdə Tehranda adını bilmədiyi otelə getmiş və həmin gün gecə Hüseyn ilə birlikdə qeyd etdiyi oteldə qalmışlar. Oteldə olarkən Hüseynlə söhbət etmiş, 3 kiloqram çəkidə heroin narkotik vasitəsi müqabilində Hüseynə 25.000 manat pul verəcəyi, bu pulun 12.000 manatını əvvəlcə, qalan hissəsini isə narkotik vasitəni satdıqdan sonra verəcəyi barədə razılaşmışlar. Narkotik vasitə almağa çox pul lazım olacağını bildiyindən əvvəlcədən özünə məxsus BMV markalı, **-TS-*** nömrə nişanlı avtomobilini 17.000 manata satmış, Hüseynlə qeyd olunan şəkildə razılaşdıqdan sonra belə düşünmüşdür ki, maşının satışından əldə etdiyi pulun 12.000 manatını özü ilə nağd qaydada aparıb İİR-nın Tehran şəhərində Hüseynə versin. Hüseyn ona 3 kiloqram heroinin 500 qramını birinci partiyada, qalan 2500 qramını isə növbəti partiyada göndəriləcəyini demişdir. Hüseynlə aralarında olan danışığa görə narkotik vasitələr parça yükünün arasında İrandan Azərbaycana karqo vasitəsilə göndərmək, Bakı şəhərində yükləri təhvil alaraq yüklərin arasında olan narkotik vasitələri də qəbul etmək qərarına gəlmişlər. İranda olanda «WhatsApp» vasitəsilə Təqsirləndirilən şəxs2lə danışaraq Hüseynlə aralarındakı razılaşma barədə məlumat vermişdir. Daha sonra 28.04.2019-cu il tarixədək İranın Tehran şəhərində qalmış, 28.04.2019-cu il tarixdə Astara gömrük postundan keçməklə Azərbaycana qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra, Təqsirləndirilən şəxs2 ilə söhbət edərək Hüseynlə danışığın məzmununu izah etmiş, narkotik vasitə Azərbaycana gətirildikdən sonra tez müddətdə sata bilmək üçün narkotik vasitəni alacaq şəxslər tapmağı tapşırmışdır. Təqsirləndirilən şəxs2 isə alıcılar tapacağına vəd vermişdir. İçərisində narkotik vasitə olan parça yükü ilk olaraq 2019-cu ilin may ayında Bakı şəhərinə gəlmişdir. Hüseyn karqoya onun adını və nömrəsini yazdığından parça yükü Bakı şəhərinə çatan kimi Tofiq adlı karqonun işçisi oun istifadəsində olan mobil nömrəyə xatırlamadığı nömrədən zəng edərək ona məxsus parça yükünün çatması barədə xəbər vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 bu barədə xəbər vermiş və Salyan rayonundan Bakı şəhərinə gələrək «Sədərək» ticarət mərkəzində içərisində narkotik vasitə olan parça yükünü qəbul edib ünvan 3 ünvanda yerləşən evində ona məxsus otaqda qəbul etdiyi parçanı açaraq içərisindən bir bağlamada təqribi çəkisi 500 qram olan heroin narkotik vasitəsini çıxarmışdır. Bu vaxt Təqsirləndirilən şəxs2 və ailə üzvləri onun yanında olmamışlar. Bundan sonra narkotik vasitəni yaşadığı evin qapısının ağzında yerə basdırmış və xatırlamadığı növbəti günlərdə oradan heroin narkotik vasitəsini çıxarmış, Təqsirləndirilən şəxs2lə birlikdə həmin narkotik vasitənin özləri istifadə edəcəyi qədərini götürərək qəbul etmişlər. Qalan hissəsini məhəllə uşaqlarına satmışlar. Həmin narkotiki satdığı şəxslərin adını bildirmək istəmədiyini qeyd etmişdir. Bundan sonra ikinci dəfə Təqsirləndirilən şəxs2lə birlikdə İİR-na getmək, həm Hüseynlə tanış olmaq, həm də narkotik vasitənin Azərbaycana göndərilməsi ilə bağlı birlikdə danışmaq barədə razılaşmışlar. Özü ilə narkotik vasitə almaq üçün Hüseynə vermək üçün 6000 ABŞ dolları və 1800 manat olmaqla, ümumilikdə 12.000 manat müqabilində pul götürmüş, 23.05.2019-cu il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs2lə birlikdə Astara gömrük postundan keçməklə İİR-na getmişdir. Təqsirləndirilən şəxs2 ilə birlikdə Astara gömrük postuna qədər onun idarə etdiyi «Mercedes Benz» markalı **-RN-*** nömrə nişanlı avtomobillə getmiş, oradan sonra isə piyada yolla İrana keçmişlər. İrana keçən kimi yol taksisi ilə Təqsirləndirilən şəxs2lə birlikdə Tehran şəhərinə yollanmışdır. İranın Tehran şəhərində Hüseyn İran istehsalı olan nömrə nişanını və markasını bilmədiyi avtomobillə onu və Təqsirləndirilən şəxs2 qarşılamış, Hüseyn avtomobili ilə onları Tehran şəhərində adını bilmədiyi otelə aparmışdır. Oteldə olarkən Hüseyn ona və Təqsirləndirilən şəxs2 8 qram «kakos» deyilən narkotik vasitəni vermiş, onlar həmin narkotik vasitəni nəfəsə çəkmək yolu ilə qəbul etmişlər. Hüseyn həmin vaxt onların yanında olsa da, narkotik vasitə qəbul etməmişdir. Təqsirləndirilən şəxs2 yanında 6000 ABŞ dolları, 1800 manat olmaqla ümumilikdə 12.000 manata bərabər məbləğdə pulu Hüseynə vermiş, narkotik vasitənin Azərbaycan Respublikasına göndərilməsinə görə razılaşdıqları məbləğ olduğunu demişdir. Hüseyn 2500 qram heroin narkotik vasitəsi İrandan Azərbaycana karqo vasitəsilə parça yükünün arasında göndərəcəyini söyləmişdir. Hüseyn ona yükü götürərkən yükü verən şəxsə narkotik vasitənin dövriyyəsi ilə bağlı heç nə deməməyi tapşırmışdır. 28.05.2019-cu il tarixə qədər Təqsirləndirilən şəxs2 ilə birlikdə İran İslam Respublikasında qalmış, həmin günü saat 08 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Astara gömrük postundan keçməklə Azərbaycan Respublikasına qayıtmışlar. 01.06.2019-cu il tarixdə saat 14 radələrində özünün istifadəsində olan ***-***-**-** mobil nömrəmə bir nəfər zəng edərək özünü təqdim edib karqonun əməkdaşı Tofiq olduğunu, onun adına gələn parça yükləri rəsmiləşdirildiyini və «Sədərək» TM-nə gələrək yükləri götürməyi söyləmişdir. Bundan sonra Turanın ***-***-**-** mobil nömrəsinə zəng edərək içərisində İrandan göndərilən narkotik vasitənin olduğu parçaların çatması barədə xəbər vermişdir. Bundan sonra Turanla görüşüb parçanı təhvil almaq üçün onun idarə etdiyi «Mercedes Benz» markalı **-RN-*** nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Sədərək» ticarət mərkəzində «Gəncə Avtovağzalı» deyilən yerə getmişdir. Həmin tarixdə saat 15 radələrində karqonun daşınması pulunu Təqsirləndirilən şəxs2 verərək onu karqonun əməkdaşına verməsini söyləmişdir. Maşından düşdükdən sonra Təqsirləndirilən şəxs2 pulu karqonun əməkdaşına əlbəəl vermiş və birlikdə parça yükünü təhvil alan zaman bir neçə nəfər şəxs onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərək gömrük əməkdaşı olduğunu bildirib onları saxlamışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd olunan narkotik vasitənin alınmasında Təqsirləndirilən şəxs2 maddi dəstəyi olmamışdır. Təqsirləndirilən şəxs2 2-3 aydır tanıdığını, onun avtomobilində sərnişin qismində oturduğunu, bir-birinin narkotik vasitə istifadəçisi olduğunu bildirdikdən sonra münasibətləri yarandığını, birlikdə dəfələrlə narkotik vasitə qəbul etdiklərini, satışı ilə məşğul olduqlarını bildirmişdir. Qax rayon sakini Şahid5, Natiq Qasımov, Elnur Qasımov və Şahid3 tanımadığını, onlarla heç bir bir münasibəti olmadığını, əvvəllər Azərbaycan Respublikasına narkotik vasitə, psixotrop maddə gətirmədiyini, sifarişi ilə bir dəfə İrandan 2019-cu ilin may ayının əvvəlində 500 qram kakos deyilən heroin narkotik vasitəsi gəldiyini, bu narkotik vasitənini bir qismini Təqsirləndirilən şəxs2lə birlikdə istifadə etdiklərini, digər qisminin isə satışını təşkil etdiklərini qeyd etmişdir. Saxlanılarkən ona qarşı fiziki və ya psixi zor tətbiq edilmədiyini əlavə etmişdir. Təqsirləndirilən şəxs qismində əlavə ifadə vermiş Təqsirləndirilən şəxs1 istintaq orqanına şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini qismən təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs2 baş vermiş cinayət hadisəsindən heç bir məlumatı olmamışdır. Bu cinayəti təkbaşına törətmişdir. Qeyd edilən ifadələrində, habelə izahatında həyəcanlı olduğundan qorxaraq ifadə verib narkotik vasitələr və psixotrop maddələrin İİR-dan Azərbaycan Respublikasına gətirilməsi, həmin vastələrin satılması işində Təqsirləndirilən şəxs2 iştirak etdiyi barədə məlumat verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 əvvəlki ifadələri ilə məhkəmədə verdiyi ifadələr arasında ziddiyyəti izah edərək btldtrmişdir ki, hazırda məhkəmədə verdiyi ifadələr düzgündür. İbtidai istintaq zamanı həmin ifadələr onun adından müstəntiq tərəfində yazılaraq onatəyziq və şantaj vasitəsi ilə imzalatdırılıbdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2n ifadəsində göstərmişdir ki, o öz avtomobili ilə taksi fəaliyyəti göstərərək ailəsini dolandırır. 23 may 2019-cu il tarixdə Pərvizin İranda işi olduğu üçün taksi kimi onu Astara gömrük postuna kimi aparmış, ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülüb-götürülməməsini aydınlaşdırmaq üçün sərhədi keçmək istəmiş, bu barədə Pərvizə bildirdikdə sonuncu onunla İrana birlikdə getməyi, 2 gün orada qaldıqdan sonra qayıtmağı ona demiş, o da Pərvizin təklifi ilə razılaşaraq, Astara sərhəd məntəqəsindən İİR-na keçmişdir. İrana getdikdən sonra orada Hüseyn adlı İİR-nın vətəndaşı onları qarşılayaraq otelə yerləşdirmiş, Pərviz İranda işlərini həll etdikdən sonra 25 may 2019-cu il tarixdə Azərbaycan Respublikasına qayıtmışlar. İranda olduqları müddətdə Pərvizlə Hüseynin aralarında narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirilməsi barədə onun yanında hər hansı söhbət aparmamışdır. Hüseynin də nə işlə məşğul olmasından məlumatı olmamışdır. 01 iyun 2019-cu il tarixdə Pərviz ona zəng edərək “Sədərək” ticarət mərkəzindən ona məxsus yükün götürülməsi ilə bağlı onu avtomobili ilə “Sədərək” Ticarət mərkəzinə aparmağını xahiş etmiş, o da avtomobillə Pərvizi götürüb qeyd edilən yerə getmişdir. Sədərək ticarət mərkəzində Pərvizin dediyi yerə çatdıqdan sonra Pərviz cibindən 370 manat pul çıxararaq ona verib pulu əyləşdiyi tərəfdən yaxınlaşan şəxsə verməsini demiş, o da pulu həmin şəxsə təqdim etmişdir. Bu zaman bir neçə nəfər şəxs onlara yaxınlaşaraq özlərini gömrük əməkdaşı kimi təqdim etmiş, Pərvizə göndərilmiş yüklərin içindən narkotik vasitə aşkar etdiklərini bildirmişlər. Bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar olunan narkotik vasitənin kimə məxsus olmasından, narkotikin Prəvizə gətirilib-gətirilməməsindən, kimlərə təhvil verilməli olmasından heç bir məlumatı olmamışdır. O, taksi sürücüsü olmuş, Pərvizi da getmək istədiyi yerlərə avtomaşını ilə müəyyən pul qarşılığında aparmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid13 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və x13 şöbəsinin rəisi vəzifəsində işləyir. Rütbəsi gömrük xidməti polkovnik-leytenantıdır. Rəhbəri olduğu şöbəyə külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına parça yükləri arasında daşınması, Bakı şəhərində ayrı-ayrı şəxslərə satışının təşkil edilməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında 01.06.2019-cu il tarixdə saat 12 radələrində «İpək Yolu» gömrük postunda dövlət nömrə nişanı **-BD-***, qoşqusunun nömrəsi **-ZA-*** olan yük avtomobilində İİR-dan göndərilərək Bakı Baş Gömrük İdarəsində **********6269 sorğu nömrəli gömrük bəyannaməsinin 5-ci mal mövqeyi ilə bəyan edilən, 4 yerdən ibarət ümumi çəkisi 109 kq olan təbii dəridən və ya kompozit dəridən məmulatlar-dermantin yüklərinə dəvət edilmiş hal şahidləri, idxalatçının nümayəndəsi Şahid12, Bakı Baş Gömrük İdarəsinin Skanlaşdırma və Texniki Nəzarət vasitələrinin tətbiqi şöbəsinin rəis müavini gömrük xidməti polkovnik-leytenantı Şahid4 iştirakı ilə «Rapiscan 532H» markalı rentgen qurğusu vasitəsilə baxış keçirildikdə həmin avtomobilin yarımqoşqusunun içərisində şübhəli qaraltıların olduğu müşahidə olunmuşdur. Hal şahidlərinin iştirakı ilə sözügedən yüklər açılmış, yüklərin yoxlanılması nəticəsində təbii dəridən məmulatlar yükünün birinin içərisində ayrı-ayrı yerlərdə kəsiklər olduğu, həmin kəsiklərə qara sellofan paketlərə bükülü şəkildə açıq qəhvəyi rəngli 4 ədəd narkotik vasitə olan heroinə bənzər predmetlərin, 30 konvolyut üzərində «Methadone 40» yazısı olan dərman preparatlarının, 1 ədəd sellofan paketdə naməlum maddənin yerləşdirildiyi aşkar edilmişdir. Aşkar edilən içərisində heroinə bənzər maddələr olan bağlamalar «ACCULAB» markalı GSİ-200l modelli tərəzi vasitəsilə çəkilərək «1» rəqəmi ilə işarələnmiş bağlamada 945 qram, «2» rəqəmi ilə işarələnmiş bağlamada 320 qram, «3» rəqəmi ilə işarələnmiş bağlamada 965 qram, «4» rəqəmi ilə işarələnmiş bağlamada 610 qram olmaqla ümumilikdə təxmini çəkisi 2840 qram çəkidə olması, həmçinin 1 ədəd şəffaf sellofan paketdə ağ rəngli kristal şəkilli naməlum predmetin təxminən 1 qram çəkidə olması, 30 konvolyutda isə 297 ədəd üzərində «Methadone 40» yazısı olan həblərin olduğu müəyyən edilmişdir. Aşkar olunan ümumilikdə 4 bağlamada 2840 qram çəkidə heroinə bənzər predmet, 297 ədəd üzərində «Methadone 40» yazısı olan həblər, 1 ədəd şəffaf sellofan paketdə ağ rəngli kristal şəkilli naməlum predmet tərəflərindən götürülmüş və 000610 saylı xüsusi qablaşdırma vasitəsi olan sellofan paketə qablaşdırılmışdır. Daha sonra baxışda iştirak edən idxalatçı Şahid5 etibarnamə üzrə nümayəndəsi, daşıma şirkəti «xxxxxxxxx» MMC-nin direktoru Şahid12 ilə şifahi sorğu-sual edildikdə narkotik vasitələrə bənzər maddələrin arasından aşkar edildiyi dəri məmulatları yükünün x5 təhvil verəcəyini göstərmişdir. x7 müəyyən edilərək sorğu-sual edilərkən karqo şirkətinin əməkdaşı olduğunu, malları da öz dəftərində qeyd etdiyi «Pərviz» adlı şəxsə təhvil verməli olduğunu bildirmişdir. Narkotik vasitələr aşkar olunduqdan sonra özünün ***-***-**-** mobil nömrəsi ilə həmin şəxsə məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlayıb yükləri gəlib götürməsini deməsini göstərmişdir. Daha sonra müraciət əsasında 01.06.2019-cu il tarixdə götürülmüş narkotik vasitələrin aşkar edildiyi təbii dəridən və ya kompozit dəridən məmulatlardermantın yüklərini təhvil almalı olan ***-***-**-** mobil nörməsini istifadə edən «Pərviz» adlı şəxsin müəyyən edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə onun rəhbərliyi, şöbənin əməliyyat müvəkkilləri Şahid10 və Şahid9 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 01.06.2019-cu il tarixdə 000610 saylı xüsusi qablaşdırma vasitəsi olan sellofan paketdə qablaşdırılmaqla götürülmüş 4 bağlamada 2840 qram çəkidə heroinə bənzər predmet, 297 ədəd üzərində «Methadone 40» yazısı olan həblər, 1 ədəd şəffaf sellofon paketdə ağ rəngli kristal şəkilli naməlum predmetin malları təhvil almalı olan ***-***-**-** mobil nörməsini istifadə edən «Pərviz» adlı şəxsin müəyyən edilməsindən ötrü nəzarətli qaydada göndərilməsi məqsədi ilə **********6269 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmiş ayrı-ayrı yerlərində kəsiklər olan təbii dəridən məmulatlar yükünün birinin içərisinə yerləşdirilmişdir. Yüklər x7 tərəfindən müşayiət altında Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən «Sədərək ticarət mərkəzi» bazarının 16 sıra 123 nömrəli anbara aparılmışdır. Həmin günü saat 15:38-də «Pərviz» adlı şəxs ***-***-**-** mobil telefon nömrəsi ilə x3 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək anbara gəldiyini xəbər vermişdir. Saat 15:40 radələrində şəxsiyyəti sonradan müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə «Mercedes Benz» markalı **-RN-*** nömrə nişanlı avtomobillə anbarın yaxınlığına gəlmişdir. Təqsirləndirilən şəxs1 özünü təqdim edərək malların sahibi olduğunu, malları götürmək üçün gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 karqoya dair 370 manat pulu Tofigh Javanajdadi vermişdir. Təqsirləndirilən şəxs1 4 yerdən ibarət təbii dəridən məmulatlar yükünü təhvil alaraq anbarı tərk edərkən əməliyyat müvəkkilləri tərəfindən saxlanılmışdır. Faktla bağlı sorğu-sual edilərkən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, malların arasında narkotik vasitələr olmasından məlumatlı vardır. Narkotik vasitələrin ona məxsus olduğunu, İran İslam Respublikasında «Hüseyn» adlı şəxs tərəfindən onun sifarişi ilə göndərildiyini, yükləri təhvil almağa gedərkən Təqsirləndirilən şəxs2 yüklərin içərisində narkotik vasitələr olduğundan xəbərdar olduğunu və bu yükləri sonuncunun «Mercedes Benz» markalı **- RN-*** nömrə nişanlı avtomobili ilə götürmək məqsədi ilə gəldiyini, daşıyıcı şirkətin əməkdaşlarının malların arasında narkotik vasitələrin olmasından xəbərsiz olduğunu bildirmişdir. Faktla bağlı sorğu-sual edilərkən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, bu malların arasında narkotik vasitələr olmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətləri müəyyən edildikdən sonra «Mercedes Benz» markalı **-RN-*** nömrə nişanlı avtomobili və 4 yerdən ibarət təbii dəridən məmulatlar yükü ilə birlikdə Bakı Baş Gömrük İdarəsinin inzibati binasına aparmışlar. Bakı Baş Gömrük İdarəsində saat 16:10-dan saat 16:30dək hal şahidlərinin iştirakı ilə 4 yerdən ibarət təbii dəridən məmulatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 4 yerdən ibarət təbii dəridən məmulatlar yükünün birində kəsiklərin arasından yerləşdirilmiş 4 bağlamada ümumilikdə 2840 qram çəkidə heroinə bənzər predmet, 297 ədəd üzərində «Methadone 40» yazısı olan həblər, 1 ədəd şəffaf sellofon paketdə ağ rəngli kristal şəkilli naməlum predmetin qablaşdırıldığı 000610 saylı xüsusi qablaşdırma vasitəsinin tamlığı pozulmamış, çəkisi əvvəlkinə uyğun olmuşdur. Protokol əsasında 000610 saylı xüsusi qablaşdırma vasitəsi olan sellofan paketdə 4 bağlamada ümumilikdə 2840 qram çəkidə heroinə bənzər predmet, 297 ədəd üzərində «Methadone 40» yazısı olan həblər, 1 ədəd şəffaf sellofon paketdə ağ rəngli kristal şəkilli naməlum predmet götürülmüşdür. Bakı Baş Gömrük İdarəsində saat 16:50-də «Mercedes Benz» markalı **-RN-*** nömrə nişanlı avtomobilə hal şahidlərinin iştirakı ilə baxış keçirildikdə, avtomobildə dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış, o cümlədən narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddələr, silah, qızıl-zinət əşyası və digər bu kimi əşyalar aşkar edilməmişdir. AD 384416 nömrəli qeydiyyat şəhadətnaməsi, **********0999 nömrəli sığorta şəhadətnaməsi, 14 ədəd ayrı-ayrı şəxslərə dair ödəniş qəbzləri, 4169 7332 1280 9490 nömrəli Vüqar Şükürov adına plastik kart götürülmüş, zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4, Şahid9 və Şahid10 ifadələrində Şahid13 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş «xxxxxxxxx» MMC-nin direktoru Şahid12 ifadəsində göstərmişdir ki, direktoru olduğu MMC-nin əsas fəaliyyəti İran İslam Respublikasından və Pakistan İslam Respublikasından müxtəlif hüquqi və fiziki şəxslərin ünvanına daxil olan malların «karqo» daşınması və həmin malların gömrük rəsmiləsdirilməsini həyata keçirməkdən ibarətdir. Sonuncu dəfə İran İslam Respublikasının «Shahram Teiarat E Ofogh E Guilan» şirkətindən direktoru olduğu «xxxxxxxxx» MMC-nin ünvanına 175 saylı invovs əsasında, **-BD-*** dövlət qeydiyyat nömrəli, qoşqusunun dövlət qeydiyat nişanı **-ZA-*** olan yük nəqliyyat vasitəsi ilə göndərilmiş yüklər 17 müxtəlif hüquqi və fiziki şəxslərə məxsus olmuşdur. Qeyd olunan yüklərdən birini Azərbaycan Respublikasının vətəndaşı x11 özü şəxsən gömrük orqanına bəyan etmiş və gömrük rəsmiləşdirməsini həyata keçirmişdir. **-BD-*** dövlət qeydiyyat nömrəli, qoşqusu **-ZA-*** dövlət qeydiyyat nömrəli yük nəqliyyat vasitəsində olan digər mallar isə onun tərəfindən malların məxsus olduğu 16 müxtəlif hüquqi və fiziki şəxslərin adına gömrük orqanına bəyan edilmişdir. Sonuncu dəfə Direktoru olduğu «xxxxxxxxx» MMC-nin ünvanına **-BD-*** dövlət qeydiyyat nömrəli, qoşqusu **-ZA-*** dövlət qeydiyyat nömrəli yük nəqliyyat vasitəsi ilə göndərilmiş mallar İİR-dan Arman adlı şəxs tərəfindən yüklənmişdir. Bu barədə Arman adlı şəxslə şifahi formada, +**********46 saylı və +**********31 saylı mobil nömrələr vasitəsi ilə əlaqə saxlayaraq razılığ gəlmişlər ki, İİR-da Azərbayacana göndərilən mallar onun şirkətinin ünvanına göndərilsin. Bakı şəhərində malları qəbul edərək gömrük rəsmiləşdirməsini həyata keçirsin. Sonuncu dəfə İİR-dan malların yüklənməsi zamanı Arman ona bəzi malların sahiblərinin VÖEN-i olmadığı üçün həmin malları digər şəxslərin ünvanına göndərməyi təklif etmişdir. Razılaşmış və beləliklə **-BD-*** dövlət qeydiyyat nömrəli, qoşqusu **-ZA-*** dövlət qeydiyyat nömrəli yük nəqliyyat vasitəsi ilə daxil olmuş, Azərbaycan Respublikasının vətəndaşı Şahid5 məxsus olan 10 kq «Ebonitdən və ya plastmasdan saç daraqları, bəzək daraqları və analoji əşyalar» yükləri ilə bərabər, faktiki olaraq sahibinin kim olduğunu bilmədiyi 14 kq «bijuteriya», 30 ədəd «üz səthi plastmas vərəqlərdən və ya tekstil materiallarından olan çantalar», 16 kq «plastmasdan boş apteçka üçün qablar» və yer sayı 4 olan «təbii dəridən və ya kompozit dəridən məmulatlar, dermantin» yükləri də onun tərəfindən Şahid5 adına **********6269 sorğu nömrəli 31.05.2019-cu il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan olunmuşdur. 31.05.2019-cu il tarixində «İpək Yolu» gömrük terminalında **-BD-*** dövlət qeydiyyat nömrəli, qoşqusu **-ZA-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş və **********6269 sorğu nömrəli 31.05.2019-cu il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 4 yer 109 kiloqram dəridən hazırlanmış məmulatlar, dermontin yükünə baxış zamanı həmin nəqliyyat vasitəsində gətirilən yüklər rentgen qurğusundan keçirilərkən içərisində şübhəli qaraltıların oluduğu ona söylənmişdir. 2 nəfər hal şahidinin və qeyd olunan avtomaşının sürücüsü Qafar adlı şəxsin iştiraki həmin dəridən hazırlanan yüklər gömrük əməkdaşları tərəfindən acılmışdır. Sözügedən yük açılan zaman, bükülmüş vəziyyətdə, rulon halında olan süni dəri yükünün arasında kustar üsulla gömrük nəzarətindən gizlətmək üçün ayrı-ayrı yerlərin kəsildiyi və kəsilmiş verlərə qara rəngli sellofan paketdə müxtəlif ölçüdə bağlamalar və dərman preparatlarının yerləşdirildiyi müəyyən edilmişdir. Daha sonra orada olan digər gömrük əməkdaşları, nəqliyyat vasitəsinin sürücüsü, hal şahidləri və onun iştirakı ilə aşkar olunan mallar tərəzidə çəkilmiş, nəticədə 4 (dörd) ədəd qara rəngli bükümdə, cəmi çəkisi 2840 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər, 30 konvalyut, cəmi 297 ədəd olmaqla üzərində «Methadone 40» sözləri yazılmış və 1 ədəd şəffaf sellofan paketdə 1 qram kristal şəklində narkotik vasitəyə bənzər predmetlərin olduğu aşkar edilmişdir. Daha sonra gömrük əməkdaşı tərəfindən tərtib olunmuş baxış protokoluna imza edilmiş, aşkar olunan predmetlər protokol əsasında götürülmüşdür. Malların içərisində narkotik vasitələrin olmasından və həmin narkotik vasitənin kimə gətirilməsindən əvvəlcədən heç bir məlumatı olmamışdır. Şahid5 adına **********6269 sorğu nömrəli 31.05.2019-cu il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malları gömrük rəsmiləşdirilməsini başa çatdırdıqdan sonra «Sədərək» TM-də fəaliyyət göstərən İİR-nın vətəndaşı olan Şahid11 təhvil verəcəyini, onun da öz növbəsində İran tərəfdən malları göndərən Arman adlı şəxslə əlaqə saxlayıb malları sahiblərinə təhvil verəcəyini qeyd etmişdir. Sonradan araşdırma zamanı içərisində narkotik vasitələr olan malın sahiblərinin iki nəfər Azərbaycan Respublikası vətəndaşlarının keçirilmiş əməliyyat tədbirləri nəticəsində tutulduğunu bilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid11 bildirmişdir ki, milliyətcə azərbaycanlıdır, Azərbaycan Respublikasına gedib-getməkdə məqsədi işlədiyi «ARMAN» daşıma şirkətinin Azərbaycan Respublikasına göndərdiyi yükləri gömrük rəsmiləşdirilməsindən keçdikdən sonra ölkə ərazisində sifarişçilərə təhvil verməkdən ibarətdir. Mallar İranda işlədiyi şirkətə təhvil verildikdən sonra şirkət tərəfindən hər malın çatdırılmalı olduğu şəxlərin adları və müvafiq olaraq telefon nömrələri ona verilir. Bu barədə öz kitabçasında qeydlər aparır və bu qeydlər əsasında malları sahiblərinə təhvil verir. Gömrük rəsmiləşdirilməsindən sonra nəqliyyat vasitəsində olan mallar «Sədərək» ticarət mərkəzində yerləşən anbara aparılaraq boşaldılır və bundan sonra malların paylanmasını həyata keçirir. Ona işlədiyi şirkətdən zəng edib yüklərin dövlət nömrə nişanı **-BD-*** olan yük avtomobili ilə yola çıxdığı barədə ona məlumat verilmiş, yüklərin Bakı şəhərinə çatdıqdan sonra sifarişçilərə təhvil verməli olduğunu bildirilmiş və malları təhvil verməli olduğu şəxslərin adlarını və telefon nömrələrini söyləmişlər. O da bu barədə öz kitabçasında müvafiq qeydləri aparmışdır. Qeyd edilən yüklər Bakı Baş Gömrük İdarəsinin «İpək yolu» gömrük postuna çatdıqdan sonra gömrük rəsmiləşdirilməsində iştirak edən karqo nümayəndəsi Xalid ilə birgə «İpək yolu» gömrük postuna getmişdir. Əvvəllər karqo tərəfindən gətirilən yüklər bir bəyannamə ilə bəyan olunub rəsmiləşirdisə də, sonralar bəyannəmələr ayrı-ayrı şəxslərin öz adına yazılırmış. Malların gətirildiyi yük avtomobili Bakı Baş Gömrük İdarəsinin «İpək yolu» gömrük postuna çatdıqdan və mallara dair bəyannamələr təqdim edildikdən sonra 01.06.2019-cu il tarixdə mallar rentgen qurğusundan keçirilmişdir. Bu zaman Şahid5 adına gələn, 4 yerdən ibarət «dəridən hazırlanmış məmulatlar» yükünün içərisində şübhəli qaraltıların olduğu görünmüşdür. Bundan sonra ətraflı baxış keçirildikdə həmin «dəridən hazırlannış məmulatlar» yükünün bir yerinin içərisində ayrı-ayrı yerlərdə kəsiklər olduğu, həmin kəsiklərə gömrük nəzarətindən gizlədilmiş narkotik vasitəyə oxşar predmet olduğu müəyyən edilmişdir. Sonra qeyd edilən malların müştərilərə çatdırılmasını həyata keçirdiyindən qeyd edilən malların konkret kimə çatdırılmasının müəyyən edilməsi məqsədi ilə təhqiqat orqanına dəvət edilmişdir. Onunla aparılan sorğu-sual zamanı malları təhvil verməli olduğu müştərilərin adlarını və telefon nömrələrini yazdığı kitabçaya baxaraq bu malların telefon nömrəsinin ***-***-**-**, adının isə «Pərviz» kimi yazdığı şəxsə verməli olduğuu bildirmişdir. Bundan sonra könüllü olaraq gömrük orqanına ərizə ilə müraciət edərək həmin malların içərisində aşkar olunan narkotik vasitələrin kimə məxsus olmasının müəyyən edilməsi üçün qurulacaq əməliyyat tədbirində iştirak etmək istədiyini bildirmişdir. Buna razılıq verildikdən sonra nəqliyyat vasitəsi «Sədərək» ticarət mərkəzində yerləşən anbara aparılmış, orada öz kitabçasında «təbii dəridən məmulatlar» yükünü təvil verməli olduğu, telefon nömrəsi ***-***-**-**, adı isə «Pərviz» kimi yazılmış şəxsə zəng edərək adına İİRdan yük göndərilb-göndərilmədiyini soruşmuşdur. Telefona cavab verən şəxs adına İrandan «təbii dəridən məmulatlar» yükünün göndərildiyini söyləmişdir. Bundan sonra ona anbarın yerləşdiyi yeri izah edərək malları götürməsi üçün gəlməsini söyləmişdir. Bir qədər sonra şəxsiyyətləri sonrandan ona Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kimi məlum olan şəxslər sonuncunun idarə etdiyi nəqliyyat vasitəsi ilə anbara daxil olmuşlar. Onlar anbara daxil oldqudan sonra malları göstərərək Pərvizdən həmin malların onun olub-olmadığını soruşmuşdur. Pərviz isə malların ona aid olduğunu söyləmişdir. Ardınca Təqsirləndirilən şəxs2 karqo xdmətinin haqqı kimi ona 370 manat pulu təqdim etmişdir. Onlar yükü götürdükdən sonra gömrük əməkdaşları həmin yerə yaxınlaşaraq özlərini təqdim etmiş və qeyd olunan şəxsləri Bakı Baş Gömrük İdarəsinə aparmışlar. Onun yüklərin içərisində narkotik vasitələr olmasından əvvəlcədən məlumatı olmamış malların içərisində narkotik vasitələrin kimin tərəfindən yerləşdirilməsini bilməmişdir. 2019-cu ilin may ayının əvvələrində şirkət tərəfindən Azərbaycana yenə müxtəlif şəxslərin adına yüklər gətirildiyini, həmişə olduğu kimi kitabçada malların çatdırılmalı olduğu şəxslərin adını və nömrəsini yazdığını, həmin yüklərin içərisində olan «dəridən hazırlanmış məmulatlar» yükü olmuş və bu yükün telefon nömrəsinin ***-***-**-**, adının isə «Turan» kimi qeyd etdiyi şəxsə çatmalı olmasına dair yazıları olduğunu qeyd etmişdir. Lakin aradan xeyli vaxt keçdiyindən yükü qəbul edən şəxsin əlamətlərini xatırlamadığını, hazırda həmin malların saxlanılan Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs1 tərəfindən götürüldüyü barədə dəqiq məlumat verə bilmədiyini bildirmişdir. Qeyd edilən kitabçanı istintaq zərurəti ilə əlaqədar könüllü olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ƏİBİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılan zaman təqdim etmiş, kitabçaya baxış keçirilmiş və qeydləri özündə əks etdirən səhifələrin kserosurəti çıxarılmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 bildirmişdir ki, «San Qrafiks» şirkətində mühasib işləyir. Şahid5 onun oğludur. Zaur Qax rayonunda fiziki şəxs kimi Vergi orqanında qeydiyyatdan keçib mağaza açaraq kişi və qadın geyimlərinin satışı ilə məşğul olur. Özü Bakı şəhərində yaşadığından bəzi hallarda mağazada satılması üçün İran İslam Respublikasından Azərbaycan Respublikasına zəruri olan malları «xxxxxxxxx» MMC-nin vasitəsi ilə gətirir. Mallar Bakı şəhərinə çatdıqdan sonra Gömrük rəsmiləşdirilməsi aparılır və malı Qax rayonuna göndərir. «xxxxxxxxx» MMC-nin İİR-dakı nümayəndəsi Arman adlı şəxsdir. Alacağı malların siyahısını Armana verir və o həmin malları «xxxxxxxxx» MMC-nin vasitəsi ilə ona göndərir. 2019-cu ilin may ayının sonuna yaxın, tarixini xatırlamadığı bir gün Armana İİR-dan ona bijuteriya və bəzi geyim aksesuarlarını «xxxxxxxxx» MMC-nin vasitəsi ilə oğlu Şahid5 adına qeydiyyatdan keçmiş Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsi üzrə göndərməsini sifariş etmişdir. Təxminən 2-3 gün sonra Arman ona zəng vurub bir nəfər Azərbaycana dəri və dermantin məhsullarını göndərmək istədiyini söyləmişdir. Lakin vergi ödəyicisi kimi qeydiyyatda olmadığından malı karqo vasitəsi ilə göndərə bilmədiyini bildirmişdir. Həmin yükü də onun adıma gələn, oğlu Şahid5 adına qeydiyyatdan keçmiş Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsi üzrə göndərməyi xahiş etmişdir. Yükün vergisini və gömrük rüsumunu yük sahibinin özünün ödəyəcəyini söyləmişdir. O etiraz etməmiş, dəri və dermantin mallarının oğlu Şahid5 adına qeydiyyatdan keçmiş Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsi üzrə göndərməsinə razılıq vermişdir. Sifarişi ilə bağlı sənədləri, gömrük bəyamnamələrini «xxxxxxxxx» MMC-nin direktoru Şahid12 vermişdir ki, yük Azərbaycan Respublikasına çatdıqda Xalid gömrük işlərini görüb malı ona versin. Eyni zamanda dəri və dermantin mallarını da Xalid gömrükdən qeydiyyatdan keçirib sahibinə verməli imiş. 02.06.2019-cu ildə Xalid ona adına gələn mallar gömrükdə olduğunu söyləmiş, lakin hələ çıxara bilmədiyini bildirmişdir. Səbəbini soruşduqda Xalid demişdir ki, Bakıda gömrük rəsmiləşdirməsini həyata keçirən zaman oğlu Şahid5 adına gələn və onun sifariş etdiyi 10 kq ebonit və plastik materialdan hazırlanmış saç daraqları, bəzək daraqları və analoji əşyalar yükləri ilə bərabər, faktiki olaraq sahibinin kim olduğunu bilmədiyi yüklərin içində narkotik maddələr aşkar olunmuşdur. Qeyd olunan yüklərin sahibini müəyyən etmək üçün Dövlət Gömrük Komitəsinin əməkdaşları əməliyyat tədbiri keçirmiş, həmin yükləri qəbul edən şəxslər yaxalanmışdır. Bundan sonra məlum olmuşdur ki, oğlu Şahid5 Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsi üzrə göndərilmiş, sahibini tanımadığı yüklərin içərisində narkotik vasitə olmuşdur. O əvvəlcədən yükün içərisində narkotik vasitə olduğunu bilməmişdir. Həmçinin bundan oğlu Şahid5 də məlumatı olmamışdır. Məhkəmədə Şahid5 ibtidai araşdırma zamanı verdiyi ifadə məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində Şahid6 məhkəmədə verdiyi ifadələrindəki xüsuatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 bildirmişdir ki, 2017-ci ildən İran İslam Respublikası - Azərbaycan Respublikası arasında müxtəlif karqoların yükünü idarə etdiyi yük avtomobilləri ilə daşımaqla məşğul olmuşdur. 29.05.2019-cu il tarixdə İİR-nın Astara şəhərində etibarnamə əsasənda idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nömrəli, qoşqusunun dövlət qeydiyat nişanı **-ZA-*** olan «Kamaz 5410» markalı yük avtomobilinə «xxxxxxxxx» karqonun malları yüklənmişdir. 30.05.2019-cu il tarixdə avtomobil yüklü vəziyyətdə Astara sərhəd buraxılış məntəqəsindən Azərbaycan Respublikasına daxil olmuşdur. Yolda atası Natiq Qasımov böyük qardaşı Elvin Qasımovun qollarını kəsildiyindən xəstəxanaya yerləşdirildiyini ona telefonda söyləmişdir. Atası yaşlı olduğundan onun tək qalmaması üçün maşını Bakı Gömrük İdarəsinin həyətinə kimi idarə etmək üçün yerinə sürücü axtarmağı xahiş etmişdir. Bir neçə dəqiqə keçmiş, saat təxminən 16 radələrində atası ona zəng vurub qonşuluqda yaşayan və atasının dostu olan Şahid1 onu əvəz etmək və avtomobili Bakı şəhərinə aparmaq barədə razılaşmışdır. Həmin gün axşam saat 19 radələrində istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid1 istifadə etdiyi ***-***-**-** mobil nömrəyə zəng edərək yolda olduğunu söyləmiş, idarə etdiyi «KAMAZ» markalı **-BD-*** nömrə nişanlı yük avtomobil ilə **-ZA-*** nömrə nişanlı yarımqoşqusu ilə birlikdə Qafara təhvil vermişdir. Özü isə xəstəxanaya getmiş və qardaşının müalicə işlərinə köməklik etmişdir. 01.06.2019-cu il tarixdə Qafara zəng vurub maşının kömrükdən keçib-keçmədiyini, yükün boşaldılıb-boşaldılmadığını soruşmuşdur. Qafar maşındakı yüklərin arasından narkotik maddə aşkar olunduğu və araşdırma aparıldığını söyləmişdir. Bundan sonra «xxxxxxxxx» karqonun direktoru Xalib Bağırova zəng vurmuş, Xalid də avtomobilin skayner müayinəsindən keçdiyini, yüklərin arasında narkotik maddə olduğunun müəyyən edildiyini söyləmişdir. Növbəti gün məlum olmuşdur ki, narkotik maddələri yükün arasına yerləşdirib Azərbaycan Respublikasına gətirilməsini təşkil edən 2 nəfər Azərbaycan Respublikasının vətəndaşları tutulmuşlar. Məhkəmədə Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2010-cu ildən İran İslam Respublikası-Azərbaycan Respublikası arasında yük avtomobili ilə daşıma ilə məşğul olmuşdur. 30.05.2019-cu il tarixdə günortadan sonra Lənkəran şəhərinin Liman şəhərində çayxanada həmkəndlisi və dostu Natiq Qasımovla birlikdə oturub çay içən zaman Natiqin telefonuna zəng gəlmişdir. Natiq danışdıqdan sonra ona böyük oğlu Elvinin öz damarlarını kəsdiyinə görə Lənkəranda xəstəxanaya yerləşdirildiyini, digər oğlu Elməddinin isə İrandan Azərbaycana avtomobilində yük gətirdiyini demişdir. O, Elməddinin İrandan yükləri daşıdığı yük avtomobilini Astaradan Bakı şəhərinə qədər idarə edərək Bakı Baş Gömrük İdarəsinə aparmağı xahiş etmişdir. Bunun müqabilində Natiq ona pul verəcəyini desə də, məbləğ barədə razılaşmaları olmamışdır. Natiqə etiraz etməmiş, həmin gün axşam saat 19 radələrində Natiq istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən onun istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng edərək Elməddinin artıq yük avtomobili ilə Azərbaycana keçdiyini, onu qarşılamağını xahiş etmişdir. Taksisi ilə Astara rayonuna gedərək **-ZA-*** nömrə nişanlı yarımqoşqus olan «KAMAZ» markalı **-BD-*** nömrə nişanlı yük avtomobili ilə gələn Elməddinlə görüşmüşdür. Həmin avtomobildə Elməddin tək olmuşdur. O, avtomobili sənədləri ilə birlikdə ona təhvil vermişdir. Elməddin ona Xalid adlı şəxsin ***-***-**-** mobil nömrəsini verərək, Bakı Baş Gömrük İdarəsinə çatdıqdan sonra Xalidlə əlaqə saxlamağı, Xalidin gömrük rəsmiləşdirməsini təşkil edəcəyini bildirmişdir. O həmin avtomobillə Astaradan Bakıya yola düşərək yolda Elməddini düşürmüşdür. 31.05.2019-cu il tarixdə səhər saat 05 radələrində Bakı Baş Gömrük İdarəsinin «İpək Yolu» gömrük postuna «KAMAZ» markalı **-BD-*** nömrə nişanlı yük avtomobilini **-ZA-*** nömrə nişanlı yarımqoşqusu ilə birlikdə çatdırmışdır. 31.05.2019-cu il saat 14 radələrində Xalidlə telefon əlaqəsi saxlamış, Xalid ona növbəti gün malları rəsmiləşdirəcəyini söyləmişdir. Bir gün kiçik oğlu Fəridin kirayədə qaldığı Keşlə qəsəbəsindəki evdə qalmış, 01.06.2019-cu il tarixdə saat 12 radələrində Xalid ona zəng vurub yük avtomobilini «İpək Yolu» terminalının anbarına salmağı tapşırmışdır. Yük avtomobilini yarımqoşqusu ilə birlikdə idarə edərək həmin anbara salmışdır. Anbarda gömrük əməkdaşları **-ZA-*** nömrə nişanlı yarımqoşquya baxış keçiriləcəyini elan etmişlər. Hal şahidlərini təqdim edib, bir-birini tanıyıb-tanımadıqlarını soruşduqdan sonra saat 12:30-da gömrük əməkdaşları tərəfindən yarımqoşquya baxış keçirilmişdir. Baxış nəticəsində avtomobilin yarımqoşqusunda yüklərin arasında, dermantin parça rulonunun içindən 4 bağlamada qara rəngli sellofan torbaya bükülmüş açıq qəhvəyi rəngli maddələr, 30 konvalyutda 297 ədəd üzərində «Methadone 40» sözləri yazılmış həblər, 1 sellofan bağlamada kristal şəkilli maddə aşkar edilmişdir. Daha sonra gömrük əməkdaşı protokol tərtib etmiş, protokol ucadan oxunmuş və imzalanmışdır. Şahid qismində ifadə vermiş Şahid2 bildirmişdir ki, fərdi qaydada fəhləliklə məşğul olub «Sədərək» Ticarət Mərkəzində fərdi qaydada yüklərin daşınması işini həyata keçirir. 01.06.2019cu il tarixdə saat 12 radələrində Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ona yaxınlaşıb içərisindəki malların arasında gömrük bəyannaməsindən kənar mallar daşınması şübləsi ilə əlaqədar nəqliyyat vasitəsinə baxış keçirilməsi zərurəti yarandığını söyləmişlər. Həmin nəqliyyat vasitəsinə baxış keçirilməsində, həmçinin bu fəaliyyətlə məşğul olan şəxslərin saxlandıqdan sonra üzərlərinə baxış keçirilməsi prosesində hal şahidi qismində iştirak etməyi ona təklif etmişlər. Razılaşmış və orada ondan başqa gəlmiş hal şahidinə qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra digər hal şahdi, gömrük idarəsinin əməkdaşları və iştirakçılarla birlikdə «İpək Yolu» gömrük postuna getdik. Orada dövlət nömrə nişanı **-BD-***, qoşqusunun nömrəsi **-ZA-*** olan yük avtomobilindəki yüklərə baxış keçirilmişdir. Yüklər açılmış, yüklərin yoxlanılması nəticəsində təbii dəridən məmulatlar yükünün birinin içərisində ayrı-ayrı yerlərdə kəsiklər olduğu, həmin kəsiklərə qara sellofan paketlərə bükülü şəkildə açıq qəhvəyi rəngli 4 ədəd narkotik vasitə olan heroinə bənzər predmetlərin, 30 konvolyut üzərində «Methadone 40» yazısı olan dərman preparatlarının, 1 ədəd sellofan paketdə naməlum maddənin yerləşdirildiyi aşkar edilmişdir. Aşkar olunan maddələr götürülərək xüsusi qablaşdırma vasitəsi olan sellofan paketdə qablaşdırılmışdır. Daha sonra baxışda iştirak edən idxalatçı Şahid5 etibarnamə üzrə nümayəndəsi, daşıma şirkəti «xxxxxxxxx» MMC-nin direktoru Şahid12 ilə şifahi sorğu-sual edildikdə narkotik vasitələrə bənzər maddələrin arasından aşkar edildiyi dəri məmulatları yükünün x5 təhvil verəcəyini göstərmişdir. Daha sonra 01.06.2019-cu il tarixdə götürülmüş narkotik vasitələrin aşkar edildiyi təbii dəridən və ya kompozit dəridən məmulatlar-dermantın yüklərini təhvil almalı olan ***-***-**-** mobil nörməsini istifadə edən «Pərviz» adlı şəxsin müəyyən edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyat keçirilmiş, əməliyyatda hal şahidi qismində iştirak etmişdir. 01.06.2019-cu il tarixdə xüsusi qablaşdırma vasitəsi olan sellofan paketdə qablaşdırılmaqla götürülmüş 4 bağlamada heroinə bənzər predmet, üzərində «Methadone 40» yazısı olan həblər, 1 ədəd şəffaf sellofon paketdə ağ rəngli kristal şəkilli naməlum predmetin malları təhvil almalı olan ***-***-**-** mobil nörməsini istifadə edən «Pərviz» adlı şəxsin müəyyən edilməsindən ötrü nəzarətli qaydada göndərilməsi məqsədi ilə Gömrük bəyannaməsi ilə bəyan edilmiş ayrı-ayrı yerlərində kəsiklər olan təbii dəridən məmulatlar yükünün birinin içərisinə yerləşdirilmişdir. Yüklər x7 tərəfindən müşayiət altında Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən «Sədərək ticarət mərkəzi» bazarının 16 sıra 123 nömrəli anbara aparılmışdır. Həmin gün, saat 15:38-də «Pərviz» adlı şəxs ***-***-**-** mobil telefon nömrəsi ilə x3 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək anbara gəldiyini xəbər vermişdir. Saat 15:40 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə «Mercedes Benz» markalı avtomobillə anbarın yaxınlığına gəlmişdir. Təqsirləndirilən şəxs1 özünü təqdim edərək malların sahibi olduğunu, malları götürmək üçün gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 karqoya dair 370 manat pulu Tofigh Javanajdadiyə vermişdir. Təqsirləndirilən şəxs1 4 yerdən ibarət təbii dəridən məmulatlar yükünü təhvil alaraq anbarı tərk edərkən əməliyyat müvəkkilləri tərəfindən saxlanılmışdır. Faktla bağlı sorğu-sual edilərkən Təqsirləndirilən şəxs1 malların arasında narkotik vasitələr olmasından məlumatlı olduğunu bildirmişdir. Narkotik vasitələrin ona məxsus olduğunu, İran İslam Respublikasında «Hüseyn» adlı şəxs tərəfindən onun sifarişi ilə göndərildiyini, yükləri təhvil almağa gedərkən Təqsirləndirilən şəxs2 yüklərin içərisində narkotik vasitələr olduğundan xəbərdar olduğunu və bu yükləri sonuncunun «Mercedes Benz» markalı **-RN-*** nömrə nişanlı avtomobili ilə götürmək məqsədi ilə gəldiyini, daşıyıcı şirkətin əməkdaşlarının malların arasında narkotik vasitələrin olmasından xəbərsiz olduğunu bildirmişdir. Faktla bağlı sorğu-sual edilərkən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, bu malların arasında narkotik vasitələr olmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətləri müəyyən edildikdən sonra «Mercedes Benz» markalı **- RN-*** nömrə nişanlı avtomobili və 4 yerdən ibarət təbii dəridən məmulatlar yükü ilə birlikdə Bakı Baş Gömrük İdarəsinin inzibati binasına gətirilmişdir. Bakı Baş Gömrük İdarəsində saat 16:10-dan saat 16:30-dək 4 yerdən ibarət təbii dəridən məmulatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 4 yerdən ibarət təbii dəridən məmulatlar yükünün birində kəsiklərin arasından yerləşdirilmiş 4 bağlamada heroinə bənzər predmet, «Methadone 40» yazısı olan həblər, 1 ədəd şəffaf sellofon paketdə ağ rəngli kristal şəkilli naməlum predmetin qablaşdırıldığı xüsusi qablaşdırma vasitəsinin tamlığı pozulmamışdır. Protokol əsasında həmin maddələr götürülmüşdür. Bakı Baş Gömrük İdarəsində saat 16:50-də «Mercedes Benz» markalı avtomobilə baxış keçirilmiş, avtomobildə dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış, o cümlədən narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddələr, silah, qızıl-zinət əşyası və digər bu kimi əşyalar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 məxsus «Samsung» markalı A6 modelli telefon götürmüş, o, bu mobil telefonun 2369 şifrəsi ilə açıldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 məxsus «İphone» markalı 6 modelli telefon götürülmüş, o, bu mobil telefonun 888688 şifrəsi ilə açıldığını bildirmişdir. Bundan başqa, ondan AD 384416 nömrəli qeydiyyat şəhadətnaməsi, **********0999 nömrəli sığorta şəhadətnaməsi, 14 ədəd ayrı-ayrı şəxslərə dair ödəniş qəbzləri, 4169 7332 1280 9490 nömrəli Vüqar Şükürov adına plastik kart götürülmüş, zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid8 ifadəsində Şahid2 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə Şahid7 ibtidai araşdırma zamanı verdiyi ifadə elan olunmuşdur. O ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcədə qaçaqmalçılıqla məşğul olması barədə heç bir məlumatı olmamışdır. Pərviz tutulub barəsində həbs qətimkan tədbiri seçilməsi zamanı onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu eşitmişdir. Pərvizin 2 dəfə İİR-na müalicə məqsədi ilə getdiyini bilmiş, lakin hansı tarixlərdə getməsi və nə vaxt qayıtması barəsində dəqiq məlumatı olmamışdır. Pərvizin İrana tək getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 tanımır, onunla heç bir münasibəti olmamışdır. İİR-nın vətəndaşı «Hüseyn» adlı şəxsi də tanımamış, onun adını ilk dəfə eşitmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri üzrə təqsirli olmaları özlərinin ibtidai araşdırma zamını verdikləri və məhkəmədə tədqiq olunmuş qismən etirafedici ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 01 iyun 2019-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 3 iyul 2019cü il tarixli, 4(004)-493/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 1 iyul 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 01 iyun 2019-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 3 iyul 2019cü il tarixli, 4(004)-494/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 1 iyul 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 09.04.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22.08.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib CMnin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerdi özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 30.03.2015-ci il tarixdən 22.08.2016-cı il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 04 (dörd) ay 23 (iyirmi üç) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanaraq həmin cəzadan çıxılmaqla üzərində 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 07 (yeddi) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Sabunçu rayon məhkəməsinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 09.04.2014-cü il tarixli hökmü ilə təyin edilmiş və onun tərəfindən çəkilməmiş 30 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş cəzaya birləşdirilməklə onun üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarına rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan, 30 (otuz) gün müddətə nəqliyyat vasitələrini idarə etmə hüqüqündan məhrum edilməklə 5 (beş) il 07 (yeddi) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq üzərində saxlanılan azadlıqdan məhrum etmə cəzası şərti məhkumetmə sayılmaqla 2 (iki) il ərzində sınaq müddəti müəyyən edilmiş, sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək dərhal məhkəmə iclas zalından azad edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 09.07.2019-cu il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs2 03.05.2019-cu il tarixdə təyin edilmiş sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan Bakı hərbi məhkəməsinin 11.07.2006-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 332.2.1-ci və 332.2.3-cü maddələri ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmənin əvvəli həbsə alındığı 26.05.2006-cı il tarixdən hesablanmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 23.11.2006-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş 6 (altı) ay 3 (üç) gün hissəsi daha yüngül cəza növü – azadlığın məhdudlaşdırılması ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 09.07.2019-cu il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs1 25.05.2007-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan Bakcell MMC-nin BKC/LGL-18458/19 nömrəli, 15.08.2019-cu il tarixli ***-***-**-** mobil telefon nömrəsi ilə bağlı məktubla göndərilmiş CD-yə baxış protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif tarixlərdə danışıqlar aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** telefon nömrəsindən 28.05.2019-cu il tarixdə saat 19:30:13-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə «Turan niyə açmırsan gələndə telefonu götürdə onla danışmalıyam huseynlə birdə telefonu aç ya da heç vaxt açma» sözləri yazılmış SMS mətni olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarına Azerfon MMC-nin AZF/LGL-14091/19 nömrəli, 23.08.2019-cu il tarixli ***-***-**-** mobil telefon nömrəsi ilə bağlı məktubla bildirilmişdir ki, Azerfon MMC-nin WhatsApp proqramı vasitəsi ilə göndərilmiş mətnlərinə dair məlumatların təqdim edilməsi üçün texniki imkana malik deyillər. Digər məlumatlar 1 ədəd CD şəklində təqdim edilmişdir. Təqdim edilmiş CD-yə baxış keçirilərək danışıqlara dair məlumatlar çap edilib iş materiallarına əlavə edilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif tarixlərdə danışıqlar apardığı müəyyən edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** telefon nömrəsindən 28.05.2019-cu il tarixdə saat 19:30:13-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə «Turan niyə açmırsan gələndə telefonu götürdə onla danışmalıyam huseynlə birdə telefonu aç ya da heç vaxt açma» sözləri yazılmış SMS mənti olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14479 nömrəli, 01.06.2019-cu il tarixli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində «000610 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi...» sözləri yazılmış DGK-nə məxsus polietilen paketin içərisində, 4 (dörd) ədəd, ayrıayrılıqda təmiz çəkiləri: 935 qr, 945 rq, 310 qr, 605 qr, ümumi təmiz çəkisi 2795 qr (2 kq 795 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,522 qr ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metanfetamindir və üzərində: «Mehtadone 40 (yararlılıq müddəti 03 2020, seriyası 297)» yazısı olan 30 ədəd konvalyutda cəmi 297 ədəd, üzərində «ddp M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həbdən ibarət zavod üsulu ilə hazırlanmış metadon adlı dərman preparatıdır. 297 həbdən ibarət təsir edici maddəsi metadonun ümumi miqdarı 11,88 qr-dır (bir həbdə 0,04 mq metadon olmaqla). Metadon adlı dərman preparatı «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına metamfetamin isə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 25.07.2019-cu il tarixli, 1774 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs2 narkormaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 25.07.2019-cu il tarixli, 1775 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkormaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Məhkəmə x4 26.07.2019-cu il tarixli, 1403 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respubliksı CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Məhkəmə x4 26.07.2019-cu il tarixli, 1404 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respubliksı CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23289 nömrəli, 11.10.2019-cu il tarixli rəyində qeyd edilmişdir:

1. Təqdim edilmiş bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan «Android 8.0.0» əməliyyat sistemi ilə təhciz olumuş «Samsung Galaxy A6» markalı «SM-A600FN» modelli «**********12534, **********12532» imei kodlu mobil (smartfon) telefon olmaqla, hal- hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdir. Təqdim edilmiş arxa hissəsində «Apple» işarəsi olan mobil telefon hal-hazırda işlək vəziyyətdə deyildir (mobil telefonun «GSM» danışıq kartı yerləşən yuvada və arxa tərəfində İMEİ kod müəyyən olunmadı).

2. Təqdim edilmiş «Samsung Galaxy A6» markalı «SM-A600FN» modelli mobil telefona istifadəçi tərəfindən «2369» rəqəmli (parol -password) sifrələr tətbiq edilmişdir.

3. Təqdim edilmiş «Samsung Galaxy A6» markalı «SM-A600FN» modelli mobil telefonun yaddaşında olan «File məlumatlar əldə edilməsi metodu» «Cellebrite» firmasının «UFED TOUCH 2» markalı qurğunun tərtib etdiyi (hesabat Report-Omex fayllarm izləri «UFED» markalı qurğunun proqram təminatının funksyanal imkanlarının nəticələridir) 30.9 KB həcmdə məlumatlar müəyyən olundu və həmin məlumatlar «Ekspertiza 23289» adlı iş çantasında xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə edildi. 3.1 Ekspertiza Mərkəzində olan mobil telefonların və smartfon cihazların tədqiqatı üçün nəzərdə tutulmuş müasir çox funksional «Cellebrite» firmasının «UFED TOUCH 2» markalı kompleks qurğunun proqram təminatında «Root» (əməliyyat sisteminin tam idarə etmə imkanının olmaması) dəstəkləmə olmadığından «Fiziki məlumatların əldə edilməsi metodu(pozulmuş məlumatların köklü bərpa edilməsi üçün)»nun çıxarılması mümkün olmaması səbəbindən tədqiq olunan «Samsung Galaxy A6» markalı «SM-A600FN» modelii mobil (smartfon) telefonun yaddaşından hər-hansı bir məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı.

4. Tədqiq olunan «Samsung Galaxy A6» markalı «SM-A600FN» modelii mobil (smartfon) telefonun İnternet»ə çıxış üçün texniki imkanları mövcuddur.

5. Təqdim edilmiş «Samsung Galaxy A6» markalı «SM-A600FN» modelii mobil telefonun «Kontaktı» bölməsində müxtəlif (ad və nömrələr) kontaktlar, «Soobheniə» bölməsində qəbul olunmuş, göndərilmiş və «Çernoviki» (SMS xidməti) mesajlar, bir ədəd göndərilmiş mesaj, «Telefon» bölməsində buraxılmış zəng, qəbul olunmuş və çıxan (yığılmış) zənglər müəyyən olundu, lakin «Logical məlumatlar əldə edilməsi metodu» tətbiq etdikdə çox funksional «Cellebrite» firmasının «UFED TOUCH 2» markalı qurğu ilə naməlum texniki səbəblərə görə əlaqə yaratmaq mümkün olmaması səbəbindən qeyd olunan məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı.

6. Təqdim edilmiş «Samsung Galaxy A6» markalı «SM-A600FN» modelii mobil (smartfon) telefonun yaddaşında quraşdırılmış «WhatsApp» proqram təminatı vasitəsi ilə aparılmiş məlumat (çat seansı, foto, video, audio fayllar, qəbul olunmuş, çıxan, video və səsli zənglər) mübadilələri müəyyən olundu, lakin çox funksional «Cellebrite» firmasının «UFED TOUCH 2» markalı qurğunun proqram bazasında «Fiziki məlumatın əldə edilməsi metodu»nun çıxarılması mümkün olmaması səbəbindən qeyd olunan məlumat (çat seansı, foto, video, audio fayllar, qəbul olunmuş, çıxan, video və səsli zənglər) mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. 6.1 Təqdim edilmiş «Samsung Galaxy A8» markalı «SM-A600FN» modelii mobil (smartfon) telefonun yaddaşında «Facebook» və «İnstagram» proqram təminatları mövcuddur, Lakin həmin proqram təminatları vasitəsilə hal hazırda məlumat mübadiləsinin aparılması müəyən olunmadı.

7. Təqdim edilmiş «Samsung Galaxy A30» markalı «SM-A600FN» modelii mobil telefonun daxilindəki üzərində «Nar» yazısı olan «GSM» danışıq kartının yaddaşında olan «Logical məlumat əldə edilməsi metodu» məlumatlar «Cellebrite» firmasının «UFED TOUCH 2» markalı qurğunun tərtib etdiyi (hesabat Report-Otçet məlumat və faylların izləri «UFED TOUCH 2» markalı qurğunun proqram təminatının funksyanal imkanlarının nəticələridir) 7.72 KB həcmdə və «Fiie məlumat əldə edilməsi metodu» məlumatlar «Cellebrite» firmasının «UFED TOUCH 2» markalı qurğunun tərtib etdiyi (hesabat Report-Otçet məlumat və faylların izləri «UFED TOUCH 2» markalı qurğunun proqram təminatının funksional imkanlarının nəticələridir) 134 KB həcmdə məlumatlar müəyyən olundu və müəyyən olunmuş məlumatlar «Ekspertiza 23289» adlı iş çantasında xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə edildi. 7.1 Təqdim edilmiş arxa hissəsində «Apple» işarəsi olan mobil telefonun daxilindəki üzərində «********************» rəqəmləri olan «GSM» danışıq kartının yaddaşında olan «Logical məlumat əldə edilməsi metodu» məlumatlar «Cellebrite» firmasının «UFED TOUCH 2» markalı qurğunun tərtib etdiyi (hesabat Report-Otçet məlumat və faylların izləri «UFED TOUCH 2» markalı qurğunun proqram təminatının funksyanal imkanlarının nəticələridir) 8.89 KB həcmdə və «File məlumat əldə edilməsi metodu» məlumatlar «Cellebrite» firmasının «UFED TOUCH 2» markalı qurğunun tərtib etdiyi (hesabat Report- Otçet məlumat və faylların izləri «UFED TOUCH 2» markalı qurğunun proqram təminatının funksyanal imkanlarının nəticələridir) 158 KB həcmdə məlumatlar müəyyən olundu və müəyyən olunmuş məlumatlar «Ekspertiza 23289» adlı iş çantasına xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə edildi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23289 nömrəli, 11.10.2019-cu il tarixli rəyinə əlavə edilmiş elektron qeydlərə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitələrin əldə edilməsi, saxlanması, istifadə edilməsi, daşınması, satışını özündə əks etdirən səsli mesajlar olması, həmin danışıqların «Turan», «Qulu», «Elməddin», «Elnur» və sair şəxsiyyətləri müəyyən edilməmiş şəxslərlə aparıldığı müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 əlbir olaraq narkotik vasitələrin satışı ilə məşğul olmalarını təsdiq edən fotoşəkillər, yəni elektron tərəzi üzərində bükümlər əks olunmuş, masa üzərində bükümlər və toş şəkilli, eləcədə kristallik formalı maddələr olan əkslər çəkilmiş fotoşəkillərin olduğu, şərti sözlərdən, yəni «Kola» və «Kakos», «Patı» və «Şüşə», «Şey» və «Ot», «Meti» kimi şərti sözlərdən və adlardan istifadə edilməklə səsli mesajlar qeyd olunduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının hüdudlarını tərk etmələri və geyri qayıtmaları ilə əlaqədar məlumatlar əlavə edilmiş, həmin məlumatlara baxış keçirilməsi ilə əlaqədar 01.06.2019-cu il tarixli protokol tərtib edilmişdir. Qeyd olunan sərhədkeçmə hesabatına və həmin hesabata baxış keçirilməsi haqqında protokola əsasən 24.04.2019-cu il tarixdə Tarverdiyev x2 buraxılış məntəqəsindən İran İslam Respublikası istiqamətində çıxmış, 28.04.2019-cu il tarixdə isə eyni məntəqədən Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs1 23.05.2019-cu il tarixdə saat 14:07-də Astara sərhəd buraxılış məntəqəsindən İran İslam Respublikası istiqatində çıxmış, 26.05.2019-cu il tarixdə saat 08:03-də eyni məntəqədən Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Bundan başqa sərhədkeçmə hesabatına və həmin hesabata baxış keçirilməsi haqqında protokola əsasən 27.07.2014-cü il tarixdə Əliyev x8 buraxılış məntəqəsindən Azərbaycan Respublikası sərhəddindən çıxmış, 30.07.2014-cü il tarixdə isə eyni məntəqədən Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs2 23.05.2019-cu il tarixdə saat 13:59-da Astara sərhəd buraxılış məntəqəsindən İran İslam Respublikası istiqatində çıxmış, 26.05.2019-cu il tarixdə saat 08:02-də eyni məntəqədən Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 04.06.2019-cu il tarixli «Könüllü təqdim etmə» protokolundan görünür ki, Şahid11 işlədiyi şirkət tərəfindən İİR-dan Azərbaycan Respublikasına göndərilən malların çatdırılmalı olduğu müştərilərin adlarının və telefon nömrələrinin yazıldığı 162 vərəqədən ibarət kitabçanı baxış keçirilməsi üçün istintaq orqanına könüllü təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 04.06.2019-cu il tarixli «Baxış keçirilməsi haqqında» protokolundan görünür ki, bir ədəd kitabça göy rəngli cilidlə üzlənmiş və tikilmiş şəkildə, kitabçanin üz qabığının üzərində mərkəzi hissədə «1398 2019-2020 Calendar» sözü və rəqəmləri yazılmışdır, 162 vərəqdən ibarətdir. Kitabçanın ilk 57 vərəqinin hər bir səhifəsində əlyazma üsulunda, fars dilində, qırmızı və göy rəngli mürəkkəb vasitəsilə qeydlər aparıldığı müəyyən edilmişdir. x16 tərəfindən kitabçanın qeyd edilən vərəqlərində aparılmış qeydlər tərcümə edildikə, vərəqlərdə ayrı-ayrı şəxsərin adları, nömrələri, onlara çatdırılmalı olan mallar və karqo şirkətinə ödənilməli olan haqqın məbləği yazıldığı müəyyən edilmişdir. Həmin qeydlər tərcümə edildikdə kitabçanın 20-ci vərəqinin arxa səhifəsində, yəni kitabçanın 40-cı səhifəsində yuxarıdan aşağı sayıldıqda 1-ci sətrdə fars dilindən tərcümədə «Allahın adıyla, ordibeheştin 14cu, 1398-ci il, yəni 04.05.2019-cu il» 7-11-ci sətrlərdə isə «Turan, 104 kilo, 4 rulon parça, ***-***- **-**» qeydlərinin aparıldığı, 51-ci vərəqinin arxa səhifəsində, yəni kitabçanın 102-ci səhifəsində yuxarıda aşağı sayıldıqda 1-ci sətrdə fars dilindən tərcümədə «Allahın adıyla, xordadın 10-u, 1398-ci il, yəni 31.05.2019-cu il», 30-39-cu sətrlədə « Pərviz, 109 kilo, 4 rulon parça, ***-***-**-**» qeydlərinin aparıldığı müəyyən edilmişdir. Baxış zamanı kitabçanın 40 və 102-ci səhifələrinin surəti və həmin səhifələrdə aparılmış qeydlərin tərcüməsi 02 vərəqədən ibarət olmaqla protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 02.06.2019-cu il tarixli «Mobil telefon cihazına baxış keçirilməsi haqqında» protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan 1 ədəd «İphone 6» markalı mobil telefonun yaddaşından çıxarılmış görüntülərdən müəyyən olunur ki, müxtəlif narkotik vasitələr əldə edilmiş, həmçinin həmin narkotik vasitələr elektron tərəzilərdə çəkmiş, bununla bağlı çəkilmiş fotoşəkillər müxtəlif şəxslərin istifadəsində «WhatsApp» proqramına göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 07.06.2019-cu il tarixli «Əşyanın maddi sübut hesab edilməsi haqqında» qərarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, gömrük xidməti baş leytenantı Rüstəmli Zəka Rövşən oğlu, həmin qərarla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14479 nömrəli, 01.06.2019-cu il tarixli rəyi ilə aparılmış tətqiqlərdən sonra qalıq çəkisi 2794,8 qram təşkil edən heroin narkotik vasitəsini, 0,472 qram təşkil edən metamfetamin psixotrop maddəsi və qalıq say 295 həb təşkil edən metadon narkotik vasitəsi cinayət işi üzrə maddi sübut kimi tanınmış, saxlanması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlaəvə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan iki övladı (qızı – 29.10.2012-ci ildə doğulmuş Zəhra Tarverdizadə və oğlu – 01.02.2014-cü ildə doğulmuş Adəm Tarverdizadə) vardır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirləri tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələri həqiqi ifadələr kimi qəbul etmir və həmin ifadələri təqsirləndirilən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal onun himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – 01 iyun 2019-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – 01 iyun 2019-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, amma o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə ağır cinayət törətdikləri görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqları üçün cəzalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin tətbiq olunmasını zəruri hesab etmir. Belə ki, 01 may 2012-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə, məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə olunmuş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. Qeyd edilən normanın tələblərinə görə əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlaka və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxslərin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə münasibətdə xüsusi müsadirə tətbiq oluna bilməz. İş üzrə maddi sübut olan, saxlanması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14479 nömrəli, 01.06.2019-cu il tarixli rəyi ilə aparılmış tətqiqlərdən sonra qalıq çəkisi 2794,8 qram təşkil edən heroin narkotik vasitəsi, 0,472 qram təşkil edən metamfetamin psixotrop maddəsi və qalıq say 295 həb təşkil edən metadon narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 173,94 ( yüz yetmiş üç manat doxsan dörd) manat təşkil edir və həmin məbləğdə pul təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 86,97 ( səksən altı manat doxsan yeddi qəpiq) manat məbləğində olmaqla tutularaq dövlət nəfinə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H ö k m e t d i:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qtsmən toplamaq yolu ilə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – 01 iyun 2019-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qtsmən toplamaq yolu ilə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 01 iyun 2019-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan, saxlanması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14479 nömrəli, 01.06.2019-cu il tarixli rəyi ilə aparılmış tətqiqlərdən sonra qalıq çəkisi 2794,8 qram təşkil edən heroin narkotik vasitəsi, 0,472 qram təşkil edən metamfetamin psixotrop maddəsi və qalıq say 295 həb təşkil edən metadon narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 173,94 ( yüz yetmiş üç manat doxsan dörd) manat təşkil edir və həmin məbləğdə pul təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 86,97 ( səksən altı manat doxsan yeddi qəpiq) manat məbləğində olmaqla tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar