Məhkəmə qərarları › İş №1(101)-281/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-281/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-281/2023 19.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əkbərov Məhəmməd Hüseyn oğlunun sədrliyi ilə, Hakimlər Qəniyev Faiq Əsəd oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynova Firuzə Eldar qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında faktiki yaşamış, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikası DİN-nin Xəzər Rayon Polis İdarəsinin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək hazırda Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 ilə 2020-ci ilin oktyabr ayında söhbətləri zamanı özünün guya yüksək gəlirli biznes fəaliyyəti ilə məşğul olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR-da) yüksək vəzifədə işləyən şəxslərlə münasibətlərinin olduğunu, həmin əlaqələrindən istifadə edərək Dövlət Neft Şirkətinin (SOCAR-ın) tabeliyində olan Bakı Neft Maşınqayırma zavodunda, eləcə də digər zavodlarda olan neft avadanlıqlarının ehtiyat hissələrinin satılması ilə bağlı sifarişləri qəbul etdiyini, həmin sifarişlər əsasında qeyd olunan avadanlıqların ehtiyat hissələrini SOCAR-la əməkdaşlıq edən "xxxx" şirkətinə, eləcə də digər zavodlara satdığını bildirərək, biznesinə investisiya qoyulacağı təqdirdə ümumi əldə ediləcək 14 faiz gəlirin təxminən 8-10 faizinin özlərinə çatacağını, yerdə qalan hissənin isə “SOCAR”da işləyən tanış vəzifəli şəxslərə rüşvət kimi veriləcəyini yalandan bildirib, özünə olan inam və etibardan sui-istifadə edərək guya neft avadanlıqlarının ehtiyat hissələrinin satışının həyata keçiriləcəyinə nail olacağını, gəlir əldə ediləcəyini yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu SOCAR-ın yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar biznes fəaliyyətinin davam etməsi, özünün və Zərərçəkmiş şəxs1 bu biznesdən gəlir əldə edilməsi ilə bağlı xeyirlərinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 45.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 76.500 manat məbləğində pul vəsaitindən biznesə investisiya qoyulması və rüşvət qismində verilməsinin zəruri olmasını 2020-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 yalandan bildirərək, görüntü yaratmaq üçün sonuncunu Bakı Neft Maşınqayırma zavoduna apararaq zavodun anbarında yerləşdirilmiş xüsusi taxta qutularda olan metal ehtiyat hissələrini göstərməklə görəcəyi sifarişli biznes işi ilə bağlı özünə inam yaradaraq, hər ayın tamamında gəlir hissədən pay verəcəyini yalandan vəd edib aldadaraq, Zərərçəkmiş şəxs1la razılaşmaqla sövdələşib, həmin adla Bakı şəhəri, Yasamal rayonu ərazisində müxtəlif yerlərdə görüşməklə 2020-ci ilin oktyabr ayında 20.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 34.000 manat, 2020-ci ilin noyabr ayında 9.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 15.300 manat, 2020-ci ilin dekabr ayında 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 manat, 2021-ci ilin yanvar ayında 32.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 54.400 manat, 2021-ci ilin fevral ayında 30.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 manat, 2021-ci ilin mart ayında 17.500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 29.750 manat, 2021-ci ilin aprel ayında 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 manat, 2021-ci ilin iyul ayında 25.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 42.500 manat, 2021-cin ilin avqust ayında 21.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 35.700 manat, 2021-ci ilin sentyabr ayında 15.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 25.500 manat, 2021-ci ilin noyabr ayında 11.500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 19.550 manat olmaqla, ümumilikdə 341.700 manat məbləğində pul vəsaitini ondan alaraq, görüntü yaratmaq məqsədi ilə aldığı həmin pul vəsaitindən 2020-ci ilin oktyabr ayından 2021-ci ilin noyabr ayınadək olan müddət ərzində bir qismini hissə-hissə olmaqla, cəmi 102.000 manat pul vəsaitini guya gəlir əldə etmələri adı ilə Zərərçəkmiş şəxs1 verib qalan pul vəsaitini isə şəxsi ehtiyaclarına xərcləyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 239.700 (iki yüz otuz doqquz min yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X13 və Zərərçəkmiş şəxs5 2021-ci ilin yaz aylarında söhbətləri zamanı özünün guya yüksək gəlirli biznes fəaliyyəti ilə məşğul olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR-da) yüksək vəzifədə işləyən şəxslərlə münasibətlərinin olduğunu, həmin əlaqələrindən istifadə edərək Dövlət Neft Şirkətinin (SOCAR-ın) tabeliyində olan Bakı Neft Maşınqayırma zavodunda, eləcə də digər zavodlarda olan neft avadanlıqlarının ehtiyat hissələrinin satılması ilə bağlı sifarişləri qəbul etdiyini, həmin sifarişlər əsasında qeyd olunan avadanlıqların ehtiyat hissələrinin SOCAR-la əməkdaşlıq edən "xxxx" şirkətinə, eləcə də digər zavodlara satdığını bildirərək, biznesinə investisiya qoyulacağı təqdirdə ümumi əldə ediləcək 14 faiz gəlirin təxminən 8- 10 faizinin özlərinə çatacağını, yerdə qalan hissənin isə “SOCAR”da işləyən tanış vəzifəli şəxslərə rüşvət kimi veriləcəyini yalandan bildirib, özünə olan inam və etibardan suiistifadə edərək guya neft avadanlıqlarının ehtiyat hissələrinin satışının həyata keçiriləcəyinə nail olacağını, gəlir əldə ediləcəyini yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu SOCAR-ın yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar biznes fəaliyyətinin davam etməsi, özünün və Rəşad Kərimov və Zərərçəkmiş şəxs5 bu biznesdən gəlir əldə edilməsi ilə bağlı xeyirlərinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 70.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 119.000 manat məbləğində pul vəsaitindən biznesə investisiya qoyulması və rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin yay aylarında Rəşad Kərimov və Zərərçəkmiş şəxs5 yalandan bildirməklə, sonuncularla razılaşmaqla sövdələşib, həmin adla 9 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində 70.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 119.000 manat, eyni niyyətlə, əlavə olaraq 2021-ci ilin iyul-sentyabr aylarında Bakı şəhəri, Səbail rayonu ərazisində hissə-hissə olmaqla, ümumilikdə 30.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 manat, 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayınadək olan müddətdə Bakı şəhəri, Səbail rayonu ərazisində hissə-hissə olmaqla, cəmi 21.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 35.700 manat pul vəsaitini ondan alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə X13 və Zərərçəkmiş şəxs5 məxsus cəmi 205.700 (iki yüz beş min yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək onlara vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Rəşad Kərimov və Zərərçəkmiş şəxs5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncuları təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 ilə 2021-ci ilin noyabr ayında telefon danışığı zamanı özünün guya yüksək gəlirli biznes fəaliyyəti ilə məşğul olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR-da) yüksək vəzifədə işləyən şəxslərlə münasibətlərinin olduğunu, həmin əlaqələrindən istifadə edərək Dövlət Neft Şirkətinin (SOCAR-ın) tabeliyində olan Bakı Neft Maşınqayırma zavodunda, eləcə də digər zavodlarda olan neft avadanlıqlarının ehtiyat hissələrinin satılması ilə bağlı sifarişləri qəbul etdiyini, həmin sifarişlər əsasında qeyd olunan avadanlıqların ehtiyat hissələrinin SOCARla əməkdaşlıq edən "xxxx" şirkətinə, eləcə də digər zavodlara satdığını bildirərək, biznesinə investisiya qoyulacağı təqdirdə ümumi əldə ediləcək 14 faiz gəlirin təxminən 8- 10 faizinin özlərinə çatacağını, yerdə qalan hissənin isə “SOCAR”da işləyən tanış vəzifəli şəxslərə rüşvət kimi veriləcəyini yalandan qeyd etməklə, özünə olan inam və etibardan sui-istifadə edərək guya neft avadanlıqlarının ehtiyat hissələrinin satışının həyata keçiriləcəyinə nail olacağını, gəlir əldə ediləcəyini yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu “SOCAR”ın yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar biznes fəaliyyətinin davam etməsi, özünün və Zərərçəkmiş şəxs4 bu biznesdən gəlir əldə edilməsi ilə bağlı xeyirlərinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 manat məbləğində pul vəsaitinin biznesə investisiya qoyulması və rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs4 yalandan bildirməklə, sonuncuda görəcəyi sifarişli biznes işi ilə bağlı özünə inam yaradaraq, Zərərçəkmiş şəxs4lə razılaşmaqla sövdələşib, həmin adla 30 noyabr 2021-ci il tarixdə 8.658 manat pul vəsaitinin Zərərçəkmiş şəxs4 tərəfindən özünə məxsus “524375******8281” nömrəli “Unibank Albalı” kartına köçürtməsinə nail olub həmin pul vəsaitini Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən müxtəlif bankomatlardan nağd qaydada çıxarmaqla, eyni zamanda, 15 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4lə Bakı şəhəri, Bakıxanov küçəsində yerləşən “Bridge Plaza”da fəaliyyət göstərən "xxxx" ASC-nin "Bridge Plaza" şöbəsində görüşərək 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 manat, bundan sonra, Bakı şəhərində müxtəlif yerlərdə görüşməklə 17 dekabr 2021-ci il tarixdə 8.350 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 14.195 manat, 26 dekabr 2021-ci il tarixdə 1.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.700 manat, 29 dekabr 2021-ci il tarixdə 1.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.700 manat, sonuncu dəfə 10 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Xətai metrostansiyasının yaxınlığında 1.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.700 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs4 alıb alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus cəmi 44.953 (qırx dörd min doqquz yüz əlli üç) manat məbləğində pul vəsaitini ələ keçirərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 2022-ci ilin yanvar ayında söhbətləri zamanı özünün guya yüksək gəlirli biznes fəaliyyəti ilə məşğul olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR-da) yüksək vəzifədə işləyən şəxslərlə münasibətlərinin olduğunu, həmin əlaqələrindən istifadə edərək Dövlət Neft Şirkətinin (SOCAR-ın) tabeliyində olan Bakı Neft Maşınqayırma zavodunda, eləcə də digər zavodlarda olan neft avadanlıqlarının ehtiyat hissələrinin satılması ilə bağlı sifarişləri qəbul etdiyini, həmin sifarişlər əsasında qeyd olunan avadanlıqların ehtiyat hissələrinin SOCARla əməkdaşlıq edən "xxxx" şirkətinə, eləcə də digər zavodlara satdığını bildirərək, biznesinə investisiya qoyulacağı təqdirdə ümumi əldə ediləcək 14 faiz gəlirin təxminən 8- 10 faizinin özlərinə çatacağını, yerdə qalan hissənin isə “SOCAR”da işləyən tanış vəzifəli şəxslərə rüşvət kimi veriləcəyini yalandan bildirib, özünə olan inam və etibardan suiistifadə edərək guya neft avadanlıqlarının ehtiyat hissələrinin satışının həyata keçiriləcəyinə nail olacağını, gəlir əldə ediləcəyini yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu SOCAR-ın yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar biznes fəaliyyətinin davam etməsi, özünün və Zərərçəkmiş şəxs2 bu biznesdən gəlir əldə edilməsi ilə bağlı xeyirlərinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.000 manat məbləğində pul vəsaitinin biznesə investisiya qoyulması və rüşvət qismində verilməsinin zəruri olmasını 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs2 yalandan bildirməklə, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 2022-ci ilin yanvar ayında 6.000 manat pulu Zərərçəkmiş şəxs2 özünə məxsus “524375******8281” nömrəli “Unibank Albalı” kartına köçürtməsinə nail olub həmin pul vəsaitini Bakı şəhəri ərazisində müxtəlif yerlərdə yerləşən bankomatlardan nağd qaydada çıxarmaqla, eyni zamanda 2022-ci ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində Zərərçəkmiş şəxs2 ilə görüşməklə əlavə olaraq 7.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 11.900 manat, 2022-ci ilin fevral və mart aylarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində müxtəlif yerlərdə görüşərək hissə-hissə olmaqla, ümumilikdə 45.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 76.500 manat pul vəsaitini ondan alaraq, görüntü yaratmaq məqsədi ilə həmin pul vəsaitindən 2022-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək olan müddət ərzində bir qismini hissə-hissə olmaqla, cəmi 31.590 manat pul vəsaitini gəlir adı ilə Zərərçəkmiş şəxs2 verib, qalan pul vəsaitini isə şəxsi ehtiyaclarına xərcləyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 62.810 (altmış iki min səkkiz yüz on) manat məbləğində pul vəsaitini ələ keçirərək vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 2022-ci ilin fevral ayında söhbətləri zamanı özünün guya yüksək gəlirli biznes fəaliyyəti ilə məşğul olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR-da) yüksək vəzifədə işləyən şəxslərlə münasibətlərinin olduğunu, həmin əlaqələrindən istifadə edərək Dövlət Neft Şirkətinin (SOCAR-ın) tabeliyində olan Bakı Neft Maşınqayırma zavodunda, eləcə də digər zavodlarda olan neft avadanlıqlarının ehtiyat hissələrinin satılması ilə bağlı sifarişləri qəbul etdiyini, həmin sifarişlər əsasında qeyd olunan avadanlıqların ehtiyat hissələrinin SOCARla əməkdaşlıq edən "xxxx" şirkətinə, eləcə də digər zavodlara satdığını bildirərək, biznesinə investisiya qoyulacağı təqdirdə ümumi əldə ediləcək 14 faiz gəlirin təxminən 8- 10 faizinin özlərinə çatacağını, yerdə qalan hissənin isə “SOCAR”da işləyən tanış vəzifəli şəxslərə rüşvət kimi veriləcəyini yalandan bildirib, özünə olan inam və etibardan suiistifadə edərək guya neft avadanlıqlarının ehtiyat hissələrinin satışının həyata keçiriləcəyinə nail olacağını, gəlir əldə ediləcəyini yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu SOCAR-ın yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar biznes fəaliyyətinin davam etməsi, özünün və Zərərçəkmiş şəxs3 bu biznesdən gəlir əldə edilməsi ilə bağlı xeyirlərinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 12.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 20.400 manat məbləğində pul vəsaitinin biznesə investisiya qoyulması və rüşvət qismində verilməsinin zəruri olmasını 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs3 yalandan bildirməklə, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 6 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən evində 12.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 20.400 manat, əlavə olaraq, 8 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında 11.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 18.700 manat pul vəsaitini nağd şəkildə, eyni zamanda 1.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.700 manat pulu Zərərçəkmiş şəxs3 özünə məxsus “524375******8281” nömrəli “Unibank Albalı” kartına köçürtməsinə nail olub həmin pul vəsaitini Bakı şəhəri ərazisində müxtəlif yerlərdə yerləşən bankomatlardan nağd qaydada çıxarmaqla, 2022-ci ilin fevral ayının sonlarından 2022-ci iln mart ayınadək Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində hissə-hissə olmaqla, cəmi 18.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 30.600 manat pul vəsaitini ondan alaraq, görüntü yaratmaq məqsədi ilə həmin pul vəsaitindən 2022-ci ilin mart ayında cəmi 30.600 manatını gəlir adı ilə Zərərçəkmiş şəxs3 verib qalan pul vəsaitini isə şəxsi ehtiyaclarına xərcləyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 40.800 (qırx min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, dələduzluq cinayət əməlini törətməkdə təqsirli saysa da rüşvət vermə ilə bağlı hissədə onun təqsiri yoxdur. Qeyd edilən məbləğlər də düz deyil. O, vaxtı ilə faizə pyl götürmüşdür. Faiz borcunu ödəmək üçün isə tanışlarından borc pul almışdır. İstintaq zamanı zərərin əvəzi olaraq pul ödəmiş lakin ittham aktı tərtib edildikdən sonra ödəniş etməmişdir. Atası xəstə olmuşdur. Müalicəsi üçün 185 000 manat borcu yaranmışdır. 8-9 dəfə müalicəsi üçün Türkiyəyə aparmışdır. Atası rəhmətə gedəndən sonra məhz borclarını ödəmək üçün faizə pul almış daha sonra faizi qaytarmaq lazım olanda isə qeyd etdiyi kimi tanışlarından borc almışdır. İmkanı aşağı olmuşdur. Bütün məbləği faizə vermişdir.Sığorta agentliyində işləmiş və işləyib pulları qaytaracağına ümid etmişdir. Lakin buna nail olam bilməmişdir. Əməlindən peşmandır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməməsinə baxmayaraq, hadisələrin baş vermə yerinə vaxtı və inkişafı ardıcıllığı barədə ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri, həmçinin tədqiq edilmiş digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. O, Bakı şəhər sakini Təqsirləndirilən şəxs barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli qaynar xətt əlaqə mərkəzinə 16 may 2022-ci il tarixdə zəng edərək şikayət etmişdir. Şikayəti əsasında Baş İdarəyə dəvət edilərək izahatını almışlar, həmin izahatını da təsdiq edir, ola bilər ki, ilkin izahatı zamanı müəyyən fikirlərində yanlışlığa yol vermişdir, amma bildirmək istəyir ki, hazırda istintaqa verdiyi ifadəsində baş vermiş hadisəni olduğu kimi geniş ətraflı qeyd etmişdir. O, 2012-ci il tarixdən Təqsirləndirilən şəxs tanıyır, belə ki, çalışdığı “BQ-TRANS” şirkətinin minik maşınlarının sığorta işləri ilə əlaqədar Təqsirləndirilən şəxs işlədiyi “Garant” sığorta şirkəti ilə əməkdaşlıq etmişdir, elə həmin vaxtdan da Anarla işgüzar münasibətləri yaranmış və son vaxtlara kimi münasibətlərində hər hansı bir problem olmamışdır. Demək olar ki, dost münasibətləri formalaşmışdır. Anar özü də "xxxx" MMC və "xxxx" MMC-nin rəhbəri olmaqla təchizat işləri ilə məşğul olmuşdur. 2020-ci ilin oktyabr ayında Anarla söhbətləri zamanı ona təklif etmişdir ki, özünün guya məşğul olduğu biznesə, yəni neft avadanlıqlarının ehtiyat hissələrinin "xxxx" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə - Socara satılmasından gəlir əldə etmək mümkündür, bu sahəyə birlikdə investisiya qoyulsa, gəlirləri olar. Daha sonra bildirmişdir ki, həmin ehtiyat hissələrinin satışından 14 faiz gəlir əldə ediləcəkdir, həmin gəlirin 8-10 faizi onların olacaqdır, yerdə qalan hissə isə “Socar”ın vəzifəli şəxslərinə rüşvət kimi veriləcəkdir. Çünki Socarda tanış vəzifəli şəxsləri vardır, həmin şəxslərə güvənərək neft avadanlıqlarının ehtiyat hissələrini bir zavoddan digər zavoda satışını həyata keçirdə bilir. O da Anarın bu dediklərindən sonra düşünmüş, demişdir ki, məhsulları götürəcəkləri yeri o da görmək istəyir, ondan sonra bu barədə fikrini deyəcəkdir. Anar da razılaşdıqdan sonra 2020-ci ilin oktyabr ayının təxminən əvvəllərində birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Socarın Bakı Neft Maşınqayırma zavoduna (X24) getmişlər. Zavoda daxil olduqdan sonra görmüşdür ki, orada işləyən şəxslər Anarı tanıyırlar, ona görə də onun bu işə inamı artmışdır. Anar onu zavodun həyətindəki anbara aparmış, orada təxminən 10-15 ədəd xüsusi taxta qutularda qablaşdırlmış şəkildə metal ehtiyat hissələrini göstərmiş və demişdir ki, bunlar neft avadanlıqlarının kompressorlarının ehtiyat hissələridir, bu hissələr Bahar Enerji və Socara satılacaqdır və gəlir əldə ediləcəkdir. Bu metal hissələrin alınması üçün indiki sifarişinin 45.000 ABŞ dolları olduğunu, onun nə qədər verə biləcəyini soruşmuşdur. O da bundan sonra ümumən bu işə razı olduğunu deyərək 20.000 ABŞ dolları verə biləcəyini demişdir. Anar da pul verildikdən sonra tanış vəzifəli şəxslərin özlərinin qeydiyyat aparacağını, məhsul satıldıqdan sonra 1 ayın tamamında gəlirin əldə ediləcəyini ona demişdir. Bundan sonra 2020-ci ilin oktyabr ayında 20.000 ABŞ dollarını Anarla Yasamal rayonu ərazisində görüşərək təklikdə şəxsən özünə vermişdir. Bundan 1 ay sonra, 2020-ci ilin noyabr ayında Anar onunla görüşərək ona 2.000 ABŞ dolları vermişdir, ilkin sifarişlərindən ona düşən gəlir payı olduğunu demişdir. Hətta Socarda işləyən tanış vəzifəli şəxslərə də pul çatdığını demişdir. Lakin Anar ona həmin vəzifəli şəxslərin adını, vəzifəsini heçvaxt deməmişdir. Anar onu bu işə davam etməyi üçün inandırmaq məqsədi ilə həmçinin demişdir ki, əgər pulunu tam götürmək istəsə, 1 ay əvvəlcədən bu barədə məlumat versin. O da pulu götürən zaman məlumat verəcəyini demişdir. Bu minvalla Təqsirləndirilən şəxs neft avadanlıqlarının ehtiyat hissələrinin satışından birlikdə gəlir əldə etmələri üçün 2020-ci ilin noyabr ayında 9.000 ABŞ dolları, 2020-ci ilin dekabr ayında 10.000 ABŞ dolları, 2021-ci ilin yanvar ayında 32.000 ABŞ dolları, 2021-ci ilin fevral ayında 30.000 ABŞ dolları, 2021-ci ilin mart ayında 17.500 ABŞ dolları, 2021-ci ilin aprel ayında 10.000 ABŞ dolları, 2021-ci ilin iyul ayında 25.000 ABŞ dolları, 2021-cin ilin avqust ayında 21.000 ABŞ dolları, 2021-ci ilin sentyabr ayında 15.000 ABŞ dolları, 2021-ci ilin noyabr ayında isə sonuncu dəfə olaraq 11.500 ABŞ dolları pul vəsaiti nağd şəkildə vermişdir. Hər ay üzrə Anar sifariş üçün qeyd etdiyi məbləğdə pulun lazım olduğunu demiş, o da həmin pul vəsaitini inanaraq Anara vermişdir. Beləliklə, cəmi Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayından 2021-ci ilin noyabr ayınadək 201.000 ABŞ dolları pul vəsaiti vermişdir. Qeyd etdiyi bu pul vəsaitlərini Bakı şəhəri, Yasamal rayonu ərazisində müxtəlif yerlərdə görüşərək şəxsən Anarın özünə vermişdir. Anar da hər dəfə hər ay üzrə pul verdikcə, pulun verilməsinin 1 ayının tamamında müxtəlif məbləğlərdə, (hər ay üzrə dəqiq xatrılamır) cəmi 60.000 ABŞ dolları gəlir kimi ona pul vermişdir. O, pulları verən zaman Anarla təklikdə olmuş, amma Anarla bu işgüzar əlaqəsini yaxın dost-tanışı, ətrafı bilmişdir. O, bir neçə dəfə həmin “Socar”ın Bakı Neft Maşınqayırma zavoduna (X24) getmiş, orada ona metal ehtiyat hissələrini göstərmişdir. Anar həmçinin ona demişdir ki, təkcə bu zavodla deyil, bir sıra iri zavodlarla da iş əlaqəsi vardır. O, Anara dostu olduğu üçün inanaraq bu gördüyü işin konkret detalları ilə maraqlanmamış, ümumən inandığı üçün və hər ay üzrə gəlir əldə etdikləri üçün Anara qeyd edilən pul vəsaitlərini vermişdir. Sonradan isə məlum olmuşdur ki, Anar hər ay verdiyi puldan ona kiçicik guya gəlir kimi təqdim etdiyi pulu verərək onu aldatmış, pul vəsaitini ələ keçirtmişdir. Yalandan onu zavoda apararaq özünü biznes işi ilə məşğul olan şəxs kimi göstərmişdir, ola bilsin ki, Anarı orada kimlərsə tanımışdır, öz işləri ilə əlaqədar gedib gəlmişdir, bu da onun inanmağına səbəb olmuşdur, əslində isə qeyd edilən biznes işi tamamilə başqa şəxslərə aid olmuşdur, bunun Anara heç bir aidiyyatı olmamışdır. 2021-ci ilin noyabr ayında o, Təqsirləndirilən şəxs bütün verdiyi pulu geri istəmiş, bildirmişdir ki, bu iş artıq onu qane etmir. Özünün də müəyyən işlərinə görə pula ehtiyacı yaranmışdır. Bir neçə dəfə pulu istədikdən sonra Anar da artıq pulu qaytara bilmədiyi üçün ona məcbur qalaraq etiraf etmişdir ki, onu aldatmışdır, bu biznese heç bir aidiyyatı yoxdur, əslində isə onu aldatdığı neft avadanlıqlarının ehtiyat hissələrinin satışı işi Elin adlı sahibkara məxsusdur, özünü guya bu işdə olan biznesmen adam kimi təqdim edərək onu aldatmışdır. O da bundan sonra Anardan 201.000 ABŞ dollar pul vəsaitini geri istəmişdir. Anar da bundan sonra müxtəlif vaxtlarda vəd edərək pulunu qaytaracağını desə də, vədinə əməl etməmiş, pulunu qaytarmamışdır. Yalnız israrlı tələblərindən sonra Anar 2021-ci ilin sonlarından 2022-ci ilin iyun ayınadək hissə-hissə 60.000 ABŞ dolları pul qaytarmışdır. Hazırda Anar ona 141.000 ABŞ dollar pul vəsaiti verməlidir. Bütün bunlardan sonra, Anar onun pulunu tam qaytarmadığı üçün o, Anarın barəsində 16 may 2022-ci il tarixdə KQMBİ-nin “161” nömrəli qaynar xətt əlaqə mərkəzinə şikayət etmişdir. Həmçinin 2021-ci ilin noyabr ayında Anarın onu aldatdığını bildikdən sonra öyrənmişdir ki, ondan başqa Anar eyni qaydada eyni üsulla bir neçə nəfər şəxsi də (Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4) aldadaraq pul vəsaitlərini ələ keçirtmişdir. Sonradan ona aydın olmuşdur ki, Anarın SOCAR şirkətində heç bir tanışı yox imiş, Elin adlı şəxsin isə bu məsələlərlə heç bir əlaqəsi yox imiş, bütün bunlar hamısı Anarın yalanları imiş. Təqsirləndirilən şəxs pulunun alınıb ona verilməsinə köməklik göstərilməsini xahiş edir. Eyni zamanda Anarın cinayət məsuliyyətinə cəlb edilməsini də xahiş edir. Öz istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Anar Əhmədon istifadəsində olan ***-***-**-** saylı nömrə ilə çoxsaylı telefon danışıqları olmuşdur, “Whatsapp” proqramı vasitəsi ilə də yazışmaları olmuşdur, həmin yazışmaların onda qalan, müəyyən hissəsinin sürətini çıxartmış, ifadəsinə əlavə etmişdir. Zərərçəkmiş şəxs1 həmçinin ifadəsində qeyd etmişdir ki, o, bu qeyd olunan hadisə ilə bağlı hər hansı dövlət orqanına müraciət etməmişdir. Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı verdiyi izahatında ondan 2020-ci ilin oktyabr ayında aylıq və həftəlik 10 faiz olmaqla bir neçə dəfə borca pul götürməsi, ona təxminən hazırda 60.000 ABŞ dolları borcu qalması, ondan neft avadanlıqlarının ehtiyat hissələrinin satışı ilə əlaqədar pul almaması, aldığı pulu faizlə alması, ona olan borcunun faiz borcu olması barədə söylədiyi fikirlər tamamilə yalandır. O, Anara həftəlik və aylıq 10 faiz olmaqla faizə borc olaraq pul verməmişdir, bu ağ yalandır. O, dediyi kimi, neft avadanlıqlarının satışı ilə bağlı biznesinə inandığı üçün gəlir əldə etmək məqsədi ilə Anara pul vəsaiti vermişdir. Anarın ona hazırda borcu 60.000 ABŞ dolları deyil, 141.000 ABŞ dollarıdır. Anar sadəcə məsuliyyətdən yaxa qurtarmaq üçün ələ keçirtdiyi pul vəsaitlərini guya faizə borca olaraq verilmiş pul vəsaiti kimi təqdim edir. Lakin hal-hazırda təqsirləndirilən şəxsə qarşı heç-bir şikayət və tələbi yoxdur.. Məhkəmə iclasında iş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli qaynar xətt əlaqə mərkəzinə 16 may 2022-ci il tarixdə zəng edərək şikayət etmişdir. Şikayəti əsasında Baş İdarəyə dəvət edilərək izahatı alınmış, həmin izahatını da təsdiq edir. O, Təqsirləndirilən şəxs təxminən 2015, 2016-cı illərdən tanıyır, belə ki, fiziki şəxs kimi kombi aparatlarının quraşdırılması ilə məşğul olan vaxt Anar da ona kombi aparatlarının quraşdırılması ilə bağı sifarişlər vermişdir. Beləcə münasibətləri yaranmışdır, Anar həm də onunla eyni qəsəbədə, Xəzər rayonu, Şağan qəsəbəsində yaşayır. O, 2022-ci il tarixdə Təqsirləndirilən şəxs "xxxx" MMC-nin rəhbəri və təsisçisi olduğunu, rəhbəri olduğu şirkətin neft avadanlıqlarının ehtiyat hissələrinin satışı ilə məşğul olduğunu, bundan gəlir əldə etdiyini öyrənmişdir. Anar 2022-ci ilin fevral ayında özü bu barədə ona danışaraq demişdir ki, rəhbəri olduğu MMC neft avadanlıqlarının ehtiyat hissələrinin və digər malların təchizatı işi ilə məşğul olur, şirkətlərə lazım olduğu təqdirdə malların satılması ilə bağlı müraciət etmək olar. Bundan bir müddət sonra Anar 2022-ci ilin fevral ayının əvvəlində ona öz istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edərək konkret demişdir ki, özünün guya məşğul olduğu biznesə, yəni neft avadanlıqlarının ehtiyat hissələrinin "xxxx" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə - Socara satılmasından gəlir əldə etmək mümkündür, bu sahəyə birlikdə investisiya qoyulsa, gəlirləri olar. Daha sonra bildirmişdir ki, həmin ehtiyat hissələrinin satışından gəlir əldə ediləcəkdir, həmin gəlirin müəyyən faizi onların olacaqdır, yerdə qalan hissə isə “Socar”ın vəzifəli şəxslərinə rüşvət kimi veriləcəkdir. Çünki Socarda özünün tanış vəzifəli şəxsləri vardır, həmin şəxslərə güvənərək neft avadanlıqlarının ehtiyat hissələrini bir zavoddan digər zavoda satışını həyata keçirdə bilir, sifarişlər ala bilir. O da Anarın bu dediklərindən sonra düşünmüş, demişdir ki, məhsulları götürəcəkləri yerə gedib baxarlar, sonra bu barədə fikrini deyər. Anar da razılaşmış, amma daha sonra müxtəlif bəhanələr gətirərək onu özünün dediyi Bakı Neft Maşınqayırma zavoduna (X24) özü ilə aparmamışdır. O da düzü Anara inandığı üçün çox da buna fikir verməmişdir. Anar ona demişdir ki, "xxxx" şirkətindən böyük sifarişlər vardır, lakin əlində o qədər pul vəsaiti yoxdur, ona görə də ondan 12.000 ABŞ dolları pul istəmiş, demişdir ki, pul veriləndən 20 gün sonra həm pul, pulla yanaşı gəlir də ona verəcəkdir. O da bundan sonra Anara inanıb 06 fevral 2022-ci il tarixdə 12.000 ABŞ dolları pul vəsaitini Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Anarın evində təklikdə vermişdir. Anar pulu qəbul edib bir daha demişdir ki, sifarişin götürülməsi üçün də Socarın tanış vəzifəli şəxslərinə də rüşvət kimi pul veriləcəkdir. Əldə edilmiş gəlir də sonda bölünəcəkdir. X17 tanış vəzifəli şəxslərin adını, vəzifəsini ona deməmişdir. 2 gündən sonra, 08 fevral 2022-ci il tarixdə Anar yenidən sifarişinin tamamlanması üçün əlavə 12.000 ABŞ dolları pul vəsaiti istəmiş, o da Anara bir daha inanaraq həmin günü Bakı şəhəri, Nərimanov metrostansiyasının yaxınlığında 11.000 ABŞ dolları pul vəsaitini təklikdə vermişdir, 1.000 ABŞ dollarını isə 1.700 manat şəklində (1.000 manat bir, 700 manat da bir) Təqsirləndirilən şəxs "xxxx" bank kart hesabına köçürtmüşdür, bununla bağlı qəbzin sürətini ifadəsinə əlavə etmişdir. Anar da 2ci dəfə verilən 12.000 ABŞ dolları pul vəsaitini qəbul etmiş, həm əvvəlki 12.000, həm də ikinci verdiyi 12.000 ABŞ dolları pul vəsaitinin verildiyi gündən 20 gün ərzində tam şəkildə ona qaytarılacağını, o cümlədən üstündə də gəlir əldə edəcəklərini demişdir. Anar ona demişdir ki, hər 12.000 ABŞ dollarına görə ona gəlir kimi təxminən 1.500, 1.600 ABŞ dolları verəcəkdir. O da inanmışdır. Anar bu hadisədən sonra 2022-ci ilin fevral ayının sonları, mart ayının əvvəllərində (tarixi konkret xatırlamır) ondan hissə-hissə eyni məqsədlə (8.000 bir dəfə, 10.000 bir dəfə və 1.000 bir dəfə) cəmi 18.000 ABŞ dolları almışdır. Sonradan o, özünə toy etdiyi üçün təcili pul lazım olduğunu deyərək, 18.000 ABŞ dollarını qaytarmasını Anardan xahiş etmiş, Anar da bundan sonra 2022-ci ilin mart ayının əvvəllərində 18.000 ABŞ dolları pulunu ona qaytarmışdır. O, bir neçə dəfə Anarın iş gördüyü zavoda Bakı Neft Maşınqayırma zavoduna getmək istəmiş, Anar isə hər dəfəsində müxtəlif bəhanələr gətirərək onun getməyinə mane olmuşdur. Anar həmçinin ona demişdir ki, təkcə bu zavodla deyil, bir sıra iri zavodlarla da iş əlaqəsi vardır. O, Anara dostu olduğu üçün inanaraq bu gördüyü işin konkret detalları ilə maraqlanmamış, ümumən inandığı üçün və hər ay üzrə gəlir əldə edəcəyinə inandığı üçün Anara qeyd edilən pul vəsaitlərini vermişdir. Sonradan isə məlum olmuşdur ki, Anar onu aldatmışdır, pul vəsaitini ələ keçirtmişdir. Yalandan özünü biznes işi ilə məşğul olan şəxs kimi göstərmişdir, ola bilsin ki, Anarı qeyd edilən zavodda kimlərsə tanımışdır, öz işləri ilə əlaqədar Anar gedib gəlmişdir, bu da onun inanmağına səbəb olmuşdur, əslində isə qeyd edilən biznes işi tamamilə başqa şəxslərə aid olmuşdur, bunun Anara heç bir aidiyyatı olmamışdır. Belə ki, 2022-ci ilin mart ayında 18.000 ABŞ dollarından əlavə, əvvəl vermiş olduğu 24.000 (12.000+12.000) ABŞ dollarını o, Təqsirləndirilən şəxs geri istəmiş, çünki Anar verdiyi pul qarşılığında ona heç bir məbləğdə gəlir kimi pul verməmiş, o da bildirmişdir ki, bu iş onu artıq qane etmir. Həm də özünün də müəyyən işlərinə görə pula ehtiyacı yaranmışdır. Bir neçə dəfə pulu istədikdən sonra Anar da artıq pulu qaytara bilmədiyi üçün ona məcbur qalaraq etiraf etmişdir ki, onu aldatmışdır, bu biznese heç bir aidiyyatı yoxdur, əslində isə onu aldatdığı neft avadanlıqlarının ehtiyat hissələrinin satışı işi ilə başqa sahibkarlar məşğul olur. Anar özünü guya bu işdə olan biznesmen adam kimi təqdim edərək onu aldatmışdır. O da bundan sonra Anardan 24.000 ABŞ dollar pul vəsaitini geri istəmişdir. Anar da bundan sonra müxtəlif vaxtlarda vəd edərək pulunu qaytaracağını desə də, vədinə əməl etməmiş, pulunu qaytarmamışdır. Ona demişdir ki, atasının ağır xəstə olan vaxtında təxminən 2015-ci il tarixdə çox şəxslərə pul borcu yaranmışdır, həmin şəxslərin borcunu qaytarmaq üçün ondan və digər şəxslərdən son illərdə biznes adı ilə pul almışdır. Anar yalnız 2022-ci ilin təxminən mart ayında 1.000 ABŞ dolları pulu ona qaytarmışdır. Bütün bunlardan sonra, Anar onun pulunu tam qaytarmadığı üçün o, Anarın barəsində 16 may 2022-ci il tarixdə KQMBİ-nin “161” nömrəli qaynar xətt əlaqə mərkəzinə şikayət etmişdir. Həmçinin, 2022-ci ilin mart ayından etibarən Anarın onu aldatdığını bildikdən sonra öyrənmişdir ki, ondan başqa Anar eyni qaydada eyni üsulla bir neçə nəfər şəxsi də (Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1) aldadaraq pul vəsaitlərini ələ keçirtmişdir. Sonradan ona aydın olmuşdur ki, Anarın SOCAR şirkətində heç bir tanışı yox imiş, bütün bunlar hamısı Anarın yalanları imiş. Anarın onlara telefonunda göstərdiyi zavodlar, bisnesə aid sənədlər başqa sahibkarlara məxsus imiş. Təqsirləndirilən şəxs pulunun alınıb ona verilməsinə köməklik göstərilməsini xahiş edir. Eyni zamanda Anarın cinayət məsuliyyətinə cəlb edilməsini də xahiş edir. Öz istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə çoxsaylı telefon danışıqları olmuşdur, “Whatsapp” proqramı vasitəsi ilə də yazışmaları olmuşdur, həmin yazışmaların onda qalan, müəyyən hissəsinin sürətini ifadəsinə əlavə etmişdir. Anar ondan yalanı üzə çıxana kimi bir neçə dəfələrlə pul vəsaitləri istəmişdir, hətta başqa şəxslərdən də pul almağını, verməyini xahiş etmişdir, o da pulunun olmadığını Anara demiş, qeyd etdiklərimdən əlavə başqa pul verməmişdir. Anar bundan başqa ona müxtəlif təkliflər göndərərək torpaq, obyekt, ev satıldığını, adam varsa satmalarını bildirmişdir, o, sonradan başa düşmüşdür ki, Anar bu yollarla pul vəsaiti ələ keçirdib insanları adatmaq istəmişdir. Ona görə də Anara bu işlərdə yardım etməmişdir. Yazışmalardan da bütün bunlar öz sübutunu tapır. Zərərçəkmiş şəxs3, o cümlədən ifadəsində göstərmişdir ki, o, bu qeyd olunanlarla bağlı hər hansı digər hüquq mühafizə orqanına, hər hansı dövlət orqanına müraciət etməmişdir. Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı verdiyi izahatında 2022-ci ilin fevral ayında 2 dəfə 12.000 ABŞ dolları olmaqla, cəmi 24.000 ABŞ dolları pulu ondan borc olaraq alması, ondan neft avadanlıqlarının ehtiyat hissələrinin satışı ilə əlaqədar pul almaması, ondan aldığı pulu faizlə alması barədə söylədiyi fikirlər tamamilə yalandır. O, Təqsirləndirilən şəxs faizə borc olaraq pul verməmişdir, bu ağ yalandır. O, dediyi kimi, Anarın neft avadanlıqlarının satışı ilə bağlı biznesinə inandığı üçün gəlir əldə etmək məqsədi ilə Anara pul vəsaiti vermişdir. Anarın hazırda ona olan borcu 23.000 ABŞ dollarıdır. Təqsirləndirilən şəxs sadəcə məsuliyyətdən yaxa qurtarmaq üçün ələ keçirtdiyi pul vəsaitlərini guya faizə borca olaraq verilmiş pul vəsaiti kimi təqdim edir. Onun dediklərini yəqinki, digər şikayətçi vətəndaşlar da təsdiq edərlər Məhkəmə iclasında iş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də kommersiya meneceri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma zamanı izahat vermiş, həmin izahatını da təsdiq edir. O, Təqsirləndirilən şəxs 2011-ci il tarixdən tanımış, həmin vaxtdan son vaxtlara kimi dostluq münasibətləri olmuş, münasibətlərində hər hansı bir problem olmamışdır. Onlar birlikdə 2011-ci il tarixdə “Qarant” sığorta şirkətində işləmişlər, həmin vaxtdan tanış olmuşlar, yaxşı münasibətləri yaranmışdır. Sonradan bir neçə il sonra Təqsirləndirilən şəxs atası vəfat etdikdən sonra öz atasına məxsus olmuş təmir, tikinti, təchizat işləri ilə məşğul olan "xxxx" MMC şirkətinin işini davam etdirmişdir, o da Anarı bir işgüzar şəxs kimi tanımışdır. Həm də bir dost kimi etibar etmiş və inanmışdır. O da həmin vaxtlar 2014- 2016-cı illərdə “Qobustan” tikinti materialları istehsal edən şirkətdə satış mütəxəssisi vəzifəsində çalışmışdır. Anar sığorta şirkətindən işdən çıxdığı üçün, tikinti işi ilə məşğul olduğu üçün onun vasitəsi ilə bir neçə dəfə “Qobustan” şirkətindən tikinti materialı da almışdır.2019-cu il tarixdə təhsilini davam etdirmək üçün İtaliya Respublikasına, Roma şəhərinə getmişdir. İtaliyada olduğu müddətdə Anar 30 noyabr 2021-ci il tarixdə ona öz istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edərək demişdir ki, rəhbəri olduğu MMC neft avadanlıqlarının ehtiyat hissələrinin və digər malların təchizatı işi ilə məşğul olur, özünün məşğul olduğu biznesə, xüsusən də neft avadanlıqlarının ehtiyat hissələrinin "xxxx" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə - Socara satılmasından gəlir əldə etmək mümkündür, Socar şirkətində tanış vəzifəli şəxslər vardır, həmin şəxslərin köməkliyi ilə sifarişləri qəbul edib həyata keçirdir. Bu sahəyə birlikdə investisiya qoyulsa, gəlirləri olar. Daha sonra bildirmişdir ki, həmin ehtiyat hissələrinin satışından gəlir əldə ediləcəkdir, həmin gəlirin müəyyən faizi onların olacaqdır, yerdə qalan hissə isə “Socar”ın vəzifəli şəxslərinə rüşvət kimi veriləcəkdir. Anar sifarişin həyata keçirilib tamamlanması üçün özündə pul vəsaitinin çox olmadığını deyərək ondan ilkin olaraq 10.000 ABŞ dolları pul istəmiş, demişdir ki, pul veriləndən təxminən 15-20 gün sonra həm pulu qaytaracaqdır, pulla yanaşı əldə edilən gəlirdən də ona müəyyən miqdarda pul çatacaqdır. O da bundan sonra ölkə xaricindən kənarda olduğu üçün necə pul verə biləcəyini demişdir, Anar da demişdir ki, özünə məxsus kart hesabına pulu köçürtsün. O da Anara etibar edib inanaraq razılaşdıqdan sonra 30 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus “5243 7544 1005 8281” nömrəli Unibank Albalı kartına 8.658 manat pulu köçürtmüşdür. Kartında məbləğ az olduğu üçün bu məbləği köçürtmüşdür. Anar da pulu qəbul etdiyini ona deyərək yaxın zamanda gəlirin olacağını demişdir. O da açığı dost hesab etdiyi üçün Anara tam inanmış, gördüyü işin çox da detallarına varmamışdır. Bundan sonra o, Bakıya gəlmiş, 15 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxsla Bakı şəhərində, “Caspian Plaza”nın yaxınlığında yerləşən “Bridge palace”-da yerləşən “Paşha Bank”ın filialında görüşmüşlər. Anar sifarişin tamamlanması üçün əlavə olaraq 10.000 ABŞ dolları ondan istəmişdir, həmin günü də o Anara həmin yerdə pulu təklikdə təqdim etmişdir. Anar görüşdə bir daha bildirmişdir ki, biznesi irəliləyir, hər sifarişin satışından gəlir götürülür, yenidən neft avadanlıqlarının ehtiyat hissələri sifariş edilir, satış həyata keçirilərək gəlir əldə edilir. Beləcə, bu adla eyni sözləri deyərək Anar ondan Bakı şəhərində müxtəlif yerlərdə, 17 dekabr 2021-ci il tarixdə 8.350 ABŞ dolları, 26 dekabr 2021-ci il tarixdə 1.000 ABŞ dolları, 29 dekabr 2021-ci il tarixdə 1.000 ABŞ dolları, sonuncu dəfə isə 10 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Xətai metrostansiyasının yaxınlığında 1.000 ABŞ dolları almışdır. Beləliklə, Təqsirləndirilən şəxs ondan cəmi 8.658 manat və 21.350 ABŞ dolları almışdır. O, izahatında 27.000 ABŞ dolları göstərmişdir, çünki bank xərcləri, komissiya məbləğlərini də hamısı birlikdə hesablamışdır. Sonradan məlum olmuşdur ki, Anar onu aldatmışdır, yalandan özünü biznes işi ilə məşğul olan şəxs kimi göstərmişdir, bu da onun dostu Anara inanmağına səbəb olmuşdur, əslində isə qeyd edilən neft avadanlıqlarının satışı biznesi tamamilə başqa şəxslərə aid olmuşdur, bunun Anara heç bir aidiyyatı olmamışdır. Belə ki, aylar keçəndən sonra gəlir əldə etmədiyini görüb Təqsirləndirilən şəxs pulunu geri istəmişdir, çünki Anar verdiyi pul qarşılığında ona heç bir məbləğdə dediyi kimi gəlir kimi pul verməmişdir, o da bildirmişdir ki, bu iş onu artıq qane etmir. Həm də özünün də müəyyən işlərinə görə pula ehtiyacı yaranmışdır. Bir neçə dəfə pulu istədikdən sonra Anar da artıq pulu qaytara bilmədiyi üçün ona məcbur qalaraq onu aldatdığını etiraf etmişdir, demişdir ki, bu biznese heç bir aidiyyatı yoxdur, əslində isə aldadaraq dediyi neft avadanlıqlarının ehtiyat hissələrinin satışı işi ilə başqa sahibkarlar məşğul olur, özünü guya bu işdə olan biznesmen adam kimi təqdim edərək pul lazım olduğu üçün onu aldatmışdır, ondan pul almışdır. O da bundan sonra Anardan pul vəsaitini geri istəmişdir. Anar da bundan sonra müxtəlif vaxtlarda vəd edərək pulunu qaytaracağını desə də, vədinə əməl etməmiş, pulunu qaytarmamışdır. Həmçinin 2022-ci ilin təxminən fevral ayından etibarən Anarın onu aldatdığını bildikdən sonra öyrənmişdir ki, ondan başqa Anar eyni qaydada eyni üsulla bir neçə nəfər şəxsi də aldadaraq pul vəsaitlərini ələ keçirtmişdir. Sonradan aydın olmuşdur ki, Anarın SOCAR şirkətində heç bir tanışı yox imiş, bütün bunlar hamısı Anarın yalanları imiş. Təqsirləndirilən şəxs pulunun alınıb verilməsinə köməklik göstərilməsini xahiş edir. Eyni zamanda Anarın cinayət məsuliyyətinə cəlb edilməsini də xahiş edir. Öz istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə çoxsaylı telefon danışıqları olmuşdur, “Whatsapp” proqramı vasitəsi ilə də yazışmaları olmuşdur, həmin yazışmaların onda qalan, müəyyən hissəsinin sürətini ifadəsinə əlavə etmişdir.Həmçinin ifadəsində qeyd etmişdir ki, bu qeyd olunan hadisə ilə bağlı hər hansı digər hüquq mühafizə orqanına, hər hansı dövlət orqanına müraciət etməmişdir. Məhkəmə iclasında iş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Qaradağ Rayon Səngəçal Neft Terminalında mühafizəçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli qaynar xətt əlaqə mərkəzinə edilmiş şikayətlərlə tanış olmuşdur, o, özü də ilkin aparılmış araşdırma zamanı dəvət edilərək izahat vermişdir. Həmin izahatını da təsdiq edir. Onun Təqsirləndirilən şəxs ilə münasibətləri qardaşı X1 yaranmışdır. Belə ki, onun X14 Təqsirləndirilən şəxs qardaşı Şahidla uzun illər ərzində dost münasibətlərində olmuşdur. Vüqar özü qardaşı Anarla birlikdə əvvəllər “Qarant” sığorta şirkətində çalışmışlar, daha sonra isə Vüqar “Meqa” sığorta şirkətində çalışmağa başlamış, hazırda da orada işləyir. Təqsirləndirilən şəxs isə özünün yaratdığı "xxxx" MMC və atasının vaxtilə rəhbəri olduğu "xxxx" MMC-yə rəhbərlik etmişdir. O, bildiyinə görə bu MMC-lər təmir-tikinti, təchizat işləri ilə məşğul olmuşdur. Anar da bu işlərə rəhbərlik etmişdir. 2021-ci ilin təxminən yay aylarında Təqsirləndirilən şəxs qardaşı Şahid onun X14la dost münasibətlərində olduğu üçün söhbətlərinin birində Anarın biznesi barədə məlumat vermiş, Anarın neft avadanlıqlarının ehtiyat hissələrinin təchizatı, satışı ilə məşğul olduğunu bildirmiş və bundan sonra Rəşadın Anarla da əlaqələri yaranmışdır. Bu əlaqələr yarandıqdan sonra Təqsirləndirilən şəxs qardaşı ilə yaxınlıq edib görüşərək öz biznesi barədə məlumat vermiş, dediklərindən məlum olmuşdur ki, özünün məşğul olduğu biznesə, yəni neft avadanlıqlarının ehtiyat hissələrinin "xxxx" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin – Socarın müxtəlif qurumlarına satılmasından gəlir əldə etmək mümkündür, bu sahəyə birlikdə investisiya qoyulsa, gəlir olar. Daha sonra Anar qardaşı Rəşada bildirmişdir ki, həmin ehtiyat hissələrinin satışından gəlir əldə ediləcəkdir, həmin gəlirin müəyyən faizi özlərinin olacaqdır, yerdə qalan hissə isə “Socar”ın vəzifəli şəxslərinə rüşvət kimi veriləcəkdir. Çünki Socarda tanış vəzifəli şəxsləri vardır, həmin şəxslərə güvənərək neft avadanlıqlarının ehtiyat hissələrini bir zavoddan digər zavoda satışını həyata keçirdə bilir, sifarişlər ala bilir. Daha sonra Anar qardaşından "xxxx" şirkətindən olan böyük sifarişləri həyata keçirtmək üçün 70.000 ABŞ dolları pul istəmiş, bildirmişdir 1 ayın tamamında həm pulu qaytaracaqdır, həm də əldə edilmiş gəlirdən pay verəcəkdir. X14 da bundan sonra bu barədə ona danışmış, düzü o da bundan sonra Anara inanmış, Anarla münasibətləri yaranmışdır. O, Təqsirləndirilən şəxs inanaraq qardaşı Rəşadın əvəzindən 09 iyul 2021-ci il tarixdə Anara 70.000 ABŞ dolları pul vəsaiti vermişdir. Pulu təklikdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində, jurnalistlər üçün tikilmiş binanın yaxınlığında vermişdir. Bundan bir neçə müddət sonra, təxminən iyul-avqust-sentyabr aylarında Anar hər dəfəsində yenidən sifarişinin tamamlanması, əlavə sifarişlər üçün üçün əlavə olaraq hissə-hissə müxtəlif məbləğlərdə ondan pul istəmişdir. Beləcə, o, qardaşı ilə birlikdə 2021-ci ilin iyul-avqust-sentyabr aylarında 30.000 ABŞ dolları da əlavə olaraq hissə-hissə şəkildə Anara Səbail rayonu, Bayıl qəsəbəsində müxtəlif yerlərdə vermişlər. Beləliklə, Anara cəmi 100.000 ABŞ dolları pul verilmişdir. Lakin 100.000 ABŞ dolları versələr də Anar hər dəfəsində onları inandıraraq demişdir ki, narahat olmasınlar, bu işdə guya gecikmələr olur, sonunda yaxşı gəlir əldə edilir. Onlar da buna görə bir neçə ay Anara inanmışlar. Etibar etdikləri üçün, Anarın onları aldadacağı ağıllarına gəlməmişdir. Hətta 2021-ci ilin dekabr ayında da Anar onlara bir daha yaxşı vədlər verərək eyni adla müxtəlif məbləğlərdə pul vəsaiti almış, əvvəlki pul vəsaitlərini də gəlirlə birlikdə qaytaracağına söz vermişdir. Qardaşı 2022-ci ilin əvvəllərində Qazaxıstan Respublikasına işləməyə getmişdir. Ona görə də o, özü şəxsən daha çox Anarla əlaqə saxlamışdır. 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayınadək (tarixləri konkret xatırlamır) hissə-hissə, cəmi 21.000 ABŞ dollarını da Səbail rayonu, Bayıl qəsəbəsində Anara vermişdir. Anar özü onun yaşadığı ünvana gələrək hər dəfəsində pulu almışdır. O və qardaşı Rəşad Anara inanaraq bu gördüyü işin konkret detalları ilə maraqlanmamışlar, ümumən inandıqları üçün və hər ay üzrə gəlir əldə edəcəklərinə inandıqları üçün Anara qeyd edilən pul vəsaitlərini vermişlər. Gəlir əldə etməsələr də Anar onları inandırmağa nail olmuşdur, düşünmüşlər ki, bu qədər pul verilir, yəqinki səbr etsələr, sonunda yaxşı gəlir əldə edərlər. Sonradan isə məlum olmuşdur ki, Anar onları aldatmışdır, pul vəsaitini ələ keçirtmişdir. Özü də bunu etiraf edərək işlərin guya qaydasında getmədiyini, problemlər yarandığını, ona görə səbrli olmalarını, pulu qaytaracağını demişdir. Verilmiş cəmi 121.000 ABŞ dolları əslində ona məxsus pullardır, sadəcə qardaşı ilə məsləhətləşərək birlikdə hərəkət etmişlər, pulları şəxsən özü Anara vermiş, əsasən qardaşı Rəşad Anarla münasibəti olduğu üçün o da qardaşına görə Anara təbii ki inanmışdır. Anar isə əslində çox məharətlə yalandan özünü biznes işi ilə məşğul olan şəxs kimi onlara göstərmişdir, əslində isə qeyd edilən biznes işi ilə Anarın heç bir əlaqəsi olmamışdır. 2022-ci ilin mart ayından etibarən Anarın aldatdığını tam bildikdən sonra öyrənmişdir ki, ondan başqa Anar eyni qaydada eyni üsulla bir neçə nəfər şəxsin də pul vəsaitlərini ələ keçirtmişdir. Sonradan hamıya aydın olmuşdur ki, Anarın SOCAR şirkətində heç bir tanışı yox imiş, bütün bunlar hamısı Anarın yalanları imiş. Ona telefonunda göstərdiyi zavodlar, bisnesə aid sənədlər başqa sahibkarlara məxsus imiş. Təqsirləndirilən şəxs pulunun alınıb verilməsinə köməklik göstərilməsini xahiş edirəm. Eyni zamanda Anarın cinayət məsuliyyətinə cəlb edilməsini də xahiş edir. Öz istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə çoxsaylı telefon danışıqları olmuşdur, “Whatsapp” proqramı vasitəsi ilə də yazışmaları olmuşdur, həmin yazışmaların onda qalan, müəyyən hissəsinin sürətini vaxtilə çıxartmış və ifadəsinə əlavə etmişdir. X3 2022-ci ilin təxminən əvvəllərindən Qazaxıstan Respublikasına işləməyə getmişdir. Hazırda da orada yaşayır və işləyir. Bunun nəzərə alınmasını xahiş edir. O, bu qeyd olunan hadisə ilə bağlı digər hüquq mühafizə orqanına, dövlət orqanına müraciət etməmişdir. Məhkəmə iclasında iş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdən “ATEF” şirkətində plan, anbar şöbə müdiri vəzifəsində işləyir. Bu şirkət transformator avadanlıqlarının istehsalı ilə məşğuldur. Bakı şəhər sakini Təqsirləndirilən şəxs barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli qaynar xətt əlaqə mərkəzinə 16 may 2022-ci il tarixdə zəng edərək şikayət etmişdir. Şikayəti əsasında Baş İdarəyə dəvət edilərək izahatı alınmışdır, həmin izahatını da təsdiq edir. O, Təqsirləndirilən şəxs təxminən 2019-cu il tarixdən tanıyır, belə ki, Təqsirləndirilən şəxs o, bildiyinə görə "xxxx" MMC-nin rəhbəri olmuşdur. Müxtəlif malların, tikinti avadanlıqlarının təchizatı, çatdırılması işləri ilə məşğul olmuşdur. O, həmin vaxtlar şirkətə lazım olduğu üçün tikinti materialları ilə bağlı Anarı tanıdığı üçün sifarişlər etmiş, Anar da bir neçə dəfə tikinti məhsullarını onların şirkətinə çatdırmışdır. Amma bu məhsullar neft avadanlıqları ilə bağlı olmamışdır. Beləcə, münasibətləri yaranmışdır, Anarla yaxın dost münasibətlərində olmuşlar. Anarı etibarlı insan kimi tanımış, aralarında daima hörmət olmuşdur. Anarın kiməsə borcunun olması barədə də hər hansı bir məlumatı da olmamışdır. 2022-ci ilin yanvar ayında Anar ona öz istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə onun ***-***-**-** nömrəli telefonuna zəng edərək bildirmişdir ki, rəhbəri olduğu "xxxx" MMC-nin işləri daha genişlənmişdir, artıq neft avadanlıqlarının ehtiyat hissələrinin satışı ilə də məşğuldur, bundan gəlir əldə edə bilir. Həmçinin qeyd etmişdir ki, “Socar”da yüksək vəzifədə işləyən tanışları var, həmin şəxslərə rüşvət verilməsi müqabilində sifarişləri rahat şəkildə alaraq icra edə bilir. Hazırda da "xxxx" şirkətindən sifarişlər almışdır, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Neft Maşınqayırma zavodundan, eləcə də digər zavodlardan neft avadanlıqlarının ehtiyat hissələrini alaraq həmin şirkətə satacaqdır. Bu sahəyə birlikdə investisiya qoyulsa, gəlirləri olar. Ondan özünə 6.000 manat pul vəsaiti verməyini istəmişdir. Daha sonra bildirmişdir ki, həmin ehtiyat hissələrinin satışından gəlir əldə ediləcəkdir, həmin gəlirin təxminən 8-10 faizi onların olacaqdır, yerdə qalan hissə isə özü tərəfindən “Socar”ın vəzifəli şəxslərinə rüşvət kimi veriləcəkdir. Çünki dediyi kimi “Socar”da tanış vəzifəli şəxsləri vardır, həmin şəxslərə güvənərək neft avadanlıqlarının ehtiyat hissələrini bir zavoddan digər zavoda satışını həyata keçirdə bilir, sifarişlər ala bilir. O da Anarın bu dediklərindən sonra düşünmüş, etibar etdiyi üçün inanmış, qurduğu bizneslə yaxından maraqlanmamış və təklifinə razılaşmışdır. 2022-ci ilin yanvar ayının təxminən əvvəllərində 6.000 manat pulu Təqsirləndirilən şəxs "xxxx" bank kart hesabına köçürtmüşdür. Anar isə pulu qəbul edərək demişdir ki, ayın tamamında həm pulunu qaytaracaqdır, həm də pulla yanaşı gəlir də ona verəcəkdir. Bundan sonra 2022-ci ilin yanvarın sonlarında Anarla Bakı şəhəri, Gənclik metrostansiyasının yaxınlığında görüşmüşlər, Anar işlərin yaxşı getdiyini deyərək ona 6.600 manat pul vəsaiti vermiş, demişdir ki, 600 manat ümumi gəlirdən ona düşən paydır. Gəlirdən eyni zamanda özünə də çatmışdır, eyni zamanda Socarda işləyən vəzifəli şəxslərə də rüşvət kimi vermişdir. X21 işləyən tanış vəzifəli şəxslərin ad, soyadını, vəzifəsini ona deməmişdir. Bir müddət sonra Anar ona yenidən danışaraq eyni qaydada biznesinin genişlənməsi və sifarişlərin həyata keçirilməsi üçün ondan 7.000 ABŞ dolları pul istəmişdir. O da artıq Anara inanmışdır, ona görə də 2022-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində görüşərək 7.000 dollar pulu Anara təklikdə vermişdir. Anar yenə də eyni qaydada ayın tamamında ona pulu ilə yanaşı gəlir də verəcəyini demişdir. O yenə də Anarın biznes işi ilə ətraflı maraqlanmamışdır. Beləcə, 2022-ci ilin fevralın sonunda Anarla Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində görüşmüşlər, Anar hər şeyin qaydasında olduğunu demiş və ona 7.700 ABŞ dolları qaytarmışdır. Demişdir ki, 700 dollar ümumi gəlirdən ona düşən paydır. Gəlirdən özünə də çatmışdır, eyni zamanda Socarda işləyən vəzifəli şəxslərə də rüşvət kimi vermişdir. Bundan sonra, Anar etibarından istifadə edərək 2022-ci ilin fevral ayından 2022-ci ilin mart ayınadək ondan Bakı şəhəri, Binəqədi rayonu ərazisində müxtəlif yerlərdə hissə-hissə (30.000 ABŞ dolları bir, 10.000 ABŞ dolları bir və 5.000 ABŞ dolları bir) cəmi 45.000 ABŞ dolları pul vəsaiti almışdır. Eyni qaydada ayın sonunda pulunu qaytaracağını, gəlir də verəcəyini demiş, ayın tamamında isə Anar ona pulunu qaytarmamış, eyni zamanda gəlir də verməmişdir. Ona izah etmişdir ki, guya pul köçürmələrində problemlər var, səbrli olsun. Bir daha demək istəyir ki, Anara dostu olduğu üçün inanaraq bu gördüyü işlərin konkret detalları ilə maraqlanmamış, ümumən inandığı üçün və hər ay üzrə gəlir əldə edəcəyinə inandığı üçün Anara qeyd edilən pul vəsaitlərini vermişdir. Sonradan isə Anar onun telefon zənglərini açmamış, bir neçə vaxtdan sonra isə məlum olmuşdur ki, Anar onu aldatmışdır, pul vəsaitini ələ keçirtmişdir. Yalandan özünü biznes işi ilə məşğul olan şəxs kimi göstərmişdir, əslində isə faktiki oaraq heç bir işi olmamışdır. Socar şirkətində də hər hansı bir tanışı olmamışdır. Anar sadəcə bu adla onu aldatmışdır. Anar özü şəxsən bunu ona etiraf etmişdir. Anar bundan sonra müxtəlif vaxtlarda vəd edərək pulunu qaytaracağını desə də, vədinə əməl etməmiş, pulunu qaytarmamışdır. Ona demişdir ki, atasının ağır xəstə olan vaxtında təxminən 2015-ci il tarixdən çoxlu şəxslərə pul borcu yaranmışdır, həmin şəxslərin borcunu qaytarmaq üçün ondan və digər şəxslərdən son illərdə biznes adı ilə pul vəsaitləri almışdır. Anar yalnız 2022-ci ilin aprel ayında hissə hissə olmaqla cəmi 7.000 ABŞ dolları pul ona qaytarmışdır. Anar ona hazırda 38.000 ABŞ dolları qaytarmalıdır. O, Anardan hər hansı bir miqdarda əlavə pul istəmir. Sadəcə olaraq verdiyi pul vəsaitini geri istəyir. Bütün bunlardan sonra, Anar onun pulunu tam qaytarmadığı üçün o, Anarın barəsində 16 may 2022-ci il tarixdə KQMBİ-nin “161” nömrəli qaynar xətt əlaqə mərkəzinə şikayət etmişdir. Həmçinin Anarın onu aldatdığını bildikdən sonra öyrənmişdir ki, ondan başqa Anar eyni qaydada eyni üsulla bir neçə nəfər şəxsi də (Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1) aldadaraq pul vəsaitlərini ələ keçirtmişdir. Təqsirləndirilən şəxs pulunun alınıb ona verilməsinə köməklik göstərilməsini xahiş edir. Eyni zamanda Anarın cinayət məsuliyyətinə cəlb edilməsini də xahiş edir. Öz istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə çoxsaylı telefon danışıqları olmuşdur, “Whatsapp” proqramı vasitəsi ilə də yazışmaları olmuşdur, həmin yazışmaların onda qalan, müəyyən hissəsinin sürətini vaxtilə çıxartmış və ifadəsinə əlavə etmişdir. Həmin yazışmalardan da görünür ki, Anar ondan davamlı şəkildə başqa məbləğlərdə də pul istəsə də o, imkanı olmadığını deyərək pulu verməmişdir. Anarın səs yazıları olan 1 ədəd “CD” diskini ilkin aradşırma zamanı izahatına əlavə etmişdir. Zərərçəkmiş şəxs2 bundan başqa ifadəsində göstərmişdir ki, qeyd olunan hadisə ilə bağlı hər hansı digər hüquq mühafizə orqanına, hər hansı dövlət orqanına müraciət etməmişdir. Təqsirləndirilən şəxs ilkin araşadırma zamanı izahatında borclarını qaytarmaq üçün 2022-ci ilin yanvar ayında ondan 10.000 ABŞ dolları 13 faizlə borca götürməsi, bir həftədən sonra faizlə birlikdə pulu tamamilə qaytarması, eyni qaydada 5 dəfə borca pul alması, faizi ilə birlikdə qaytarması, 45.000 ABŞ dollarını borca götürməsi barədə söylədiyi fikirlər, xüsusən də faizlə bağlı, borcla bağlı fikirlər tamamilə yalandır. O, Anara faizə borc olaraq pul verməmişdir. Bu dediyi kimi ağ yalandır. O, dediyi kimi, Anarın neft avadanlıqlarının satışı ilə bağlı biznesinə inandığı üçün gəlir əldə etmək məqsədi ilə Anara pul vəsaiti vermişdir. Ondan yanvar ayında 10.000 ABŞ dolları almağı ilə bağlı dedikləri yalandır. İlk dəfə Anar ondan 6.000 manat pul almışdır. Daha sonra isə 7.000 ABŞ dolları almışdır. Anarın ona hazırda borcu 38.000 ABŞ dollarıdır. Anar ona 500 manat da qaytarmamışdır. Anar sadəcə məsuliyyətdən yaxa qurtarmaq üçün ələ keçirtdiyi pul vəsaitlərini guya faizə borca olaraq verilmiş pul vəsaiti kimi təqdim edir Məhkəmə iclasında iş üzrə şahid qismində tanınaraq dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayından “Meqa” sığorta şirkətində mərkəz filialının rəhbəri vəzifəsində çalışır. Bakı şəhər sakini Təqsirləndirilən şəxs onun doğma böyük qardaşıdır. Vətəndaşlar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, X10 qardaşı Təqsirləndirilən şəxs barəsində Baş İdarəyə etdikləri şikayətlərlə, verdikləri izahatlarla tanış olmuşdur. Qardaşı Anarla əvvəllər “Qarant” sığorta şirkətində birlikdə çalışmışlar. Qardaşı Təqsirləndirilən şəxs atası İlham Əhmədov dünyasını dəyişdikdən sonra, atasına məxsus, vaxtilə atasının rəhbərlik etdiyi "xxxx" MMC-nin işləri ilə məşğul olmağa başlamış, təmir-tikinti, təchizat işləri ilə məşğul olmuşdur. Anarla qardaş olsalar da aralarında müəyyən pərdə olmuşdur, o, şəxsən Anarın işləri ilə çox yaxından maraqlanmamışdır. O, özü 2021-ci ilin noyabr ayında ailə həyatı qurmuşdur. Toyundan bir neçə gün sonra Anarın dostu Zərərçəkmiş şəxs1 eşitmişdir ki, qardaşı Anar Eldarı və digər şəxsləri aldadaraq pul vəsaitlərini ələ keçirtmişdir. Daha sonra Eldarla yanaşı, Anarın digər tanışları Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 də ona müraciət edərək demişlər ki, Anar tərəfindən aldanılmışlar, Anar pul vəsaitlərini ələ keçirtmişdir. Həmin şəxslərlə ümumi söhbətdən sonra ona müəyyən olmuşdur ki, Anar həmin şəxslərə yalandan “Socar” şirkətində guya tanış vəzifəli şəxslərinin olduğunu demiş, həmin əlaqələrindən istifadə edərək Dövlət Neft Şirkətinin zavodlarında olan neft avadanlıqlarının ehtiyat hissələrinin satışı ilə məşğul olduğunu, Bakı Neft Maşınqayırma zavodunda və digər zavodlarda olan neft avadanlıqlarının metal hissələrini Socarla əməkdaşlıq edən “Bahar Eneji” şirkətinə satışını həyata keçirtdiyini, bu sifarişlərdən yaxşı gəlir əldə edəcəyini, gəlirin bir hissəsini Socarın tanış vəzifəli şəxslərinə rüşvət kimi verəcəyini, gəlirin digər hissəsinin isə öz aralarında hər ay üzrə bölüşdürüləcəyini demişdir. Həmin şəxslər də buna inanaraq qardaşı Təqsirləndirilən şəxs ABŞ dolları ilə xeyli miqdarda pul vəsaitləri vermişlər. O, həmin pul vəsaitlərinin miqdarını konkret bilməmiş, pulların verilməsində, aparılmış söhbətlərdə iştirak etməmiş və məlumatı da olmamışdır. O, bu söhbəti tam bildikdən sonra qardaşı Təqsirləndirilən şəxsla bu barədə danışmışdır. Anar ilk əvəllər ona demişdir ki, guya həmin şəxslərdən faiz ödəmək şərti ilə xeyli miqdarda pul vəsaitlərini borca almışdır. Aldığı pulların bir hissəsini qaytarmışdır, bir hissəsi isə hələ də borc olaraq qalmışdır. Sonradan isə Anar məsələni açaraq ona düzünü danışmış, bildirmişdir ki, özünə yaxın dost hesab etdiyi həmin insanları aldadaraq pul vəsaitlərini almışdır, həmin şəxslərə özünü “Socarla” əlaqəsi olan şəxs kimi göstərərək yalandan söz vermişdir ki, guya həmin şəxslər bu pul qarşılığında gəlir əldə edəcəklər. Əslində isə həmin pul vəsaitlərini alaraq vaxtilə borclu olduğu insanların illərlə yığılıb qalmış borcunu qaytarmışdır. Vaxtilə atası İlhamın xəstəliyi ilə bağlı çəkdiyi müalicə xərclərinin borc aldığı pullar hesabına etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi ilə bağlı istintaqa əvvəl vermiş olduğu ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 ABŞ dolları şəklində pul vəsaitlərini almışdır. Lakin Anarın həmin şəxslərlə apardığı danışıqlarda, pul vəsaitlərinin alınması proseslərində konkret olaraq iştirak etməmişdir. Onun bu barədə məlumatı yalnız 2021-ci ilin noyabr ayından sonra olmuşdur. 2021-ci ilin noyabr ayında o, ailə həyatı qurmuş, toyundan sonra bu olanlar barədə bilmişdir. Həmin şəxslər ona da müraciət edərək pullarını tələb etdikləri üçün o, Anarla bu barədə dəfələrlə danışmış, Anar da baş verənləri ona izah etmişdir. Bu barədə əvvəlki ifadəsində məlumat vermişdir. Lakin yenə də bildirir ki, o, bu proseslərdə iştirak etməmiş və qətiyyən xəbəri də olmamışdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə, həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 29 iyun 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə fakt üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə başlanmışdır. Cinayət işinin materiallarından görünür ki, 19 avqust 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4,312.1-ci maddələrindən həmin Məcəllənin 178.3.2 və 32.4, 312.2-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarından görünür ki, 20 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində Bakı şəhəri, Xəzər rayon məhkəməsi tərəfindən 17 iyun 2022-ci il tarixli qərarla Xəzər RPİ-nin icraatında olan cinayət işi üzrə 15 oktyabr 2022-ci il tarixədək müddətə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Cinayət işi materiallarında olan və ilkin araşdırma zamanı Zərərçəkmiş şəxs2 tərəfindən izahatına əlavə edilərək təqdim edilmiş 1 ədəd “CD” diskə xx.xx.2022-ci il tarixdə baxış keçirilmişdir. “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, CD diskdə cəmi 3 səs yazısı olan fayllar vardır. “AUD-20220520-WA0010.mp3” - faylında ümumi müddəti 11 saniyə olan audioyazı, “AUD-20220520-WA0011.mp3” - faylında ümumi müddəti 21 saniyə olan audioyazı, “AUD-20220520-WA0009.mp3” - faylında ümumi müddəti 23 saniyə olan audioyazı aşkar edilmişdir. Aşkar edilmiş audioyazılarda danışan bir nəfər kişi cinsli şəxsin danışığı müəyyən edilmişdir. Kompyuterdə “AUD- 20220520-WA0010.mp3” adlı faylı səsləndirmə zamanı aşağıdakı məzmunda danışığı müəyyən etmək mümkün olmuşdur: Şəxsin səsi: Sən danış, bəlkə, daha yüksək, yuxarı məbləğ pul verə bilirsə, onu versin, yox, 5 mini götürüm. Çünki məndə çoxdur, ehtiyac bu günə çoxdur. Yəni sifarişim həddindən artıq böyükdür. “AUD-20220520-WA0011.mp3” adlı faylı səsləndirmə zamanı aşağıdakı məzmunda danışıq müəyyən edilmişdir: Şəxsin səsi: Bilirəm qadan alım, bilirəm, ay Ülvi. Narahat olma, ürəyini sıxma. Eybi yox, indi belələri də olur da. Darıxma. Mən sabah məsələmi həll eliyəcəm, denən, sakit olsun, sabah həll eliyəcəm. Qaytaraq, qurtarsın getsin, sıxma ürəyini. Sabah onu qaytaracam, ondan sonra onlar başdıyacaqlar işləmək istəməyə. “AUD-20220520-WA0009.mp3” adlı faylı səsləndirmə zamanı aşağıdakı məzmunda danışıq müəyyən edilmişdir: Şəxsin səsi: Ülvi, gözünə quzu kəsim. Mən malı uje sifariş eliyirəm, inan Allaha , o uje mənə hava-su kimi lazımdı, yəni malı götürüm verim ki, bugünkü günü itirmiyək. İtirmiyək ki, mən malımı verim, ayın 28-də Allahın köməkliyi ilə qaytara bilim. Ülvi qadan alım, onu bir dənə yubatmayaq da. İmkan varsa, indi götürüm. Hardan lazımdısa, ya maşın göndərim, ya özüm gedim götürüm. Ya nə bilim, karta atılsın. Nətərsə bir variantla həll eliyək də. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, “AUD-20220520-WA0010.mp3”, “AUD-20220520-WA0011.mp3” və “AUD-20220520-WA0009.mp3” fayllarda danışan şəxs Təqsirləndirilən şəxsdur. Anar istifadəsində olan ***-***-**-** saylı telefonun “Whatsapp” proqramı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı telefonun “Whatsapp” proqramına hər üç səsli mesajı göndərmişdir. Həmin səslərdən də sübut olunur ki, Təqsirləndirilən şəxs mal sifarişi adı altında onu aldatmış, pul vəsaitini ələ keçirtmişdir. Göründüyü kimi Anar ondan davamlı olaraq pul vəsaiti istəmişdir. İşlərin yaxşı getdiyini, biznesin davam etməsi üçün əlavə pula ehtiyac yarandığını, iş üçün aldığı bütün pul vəsaitini gəlirlə birlikdə qaytaracağını dəfələrlə bildirmişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs4 istintaqa könüllü olaraq təqdim etdiyi 1 ədəd “CD” diskinə baxış keçirilmişdir. “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, 1 ədəd CD diskdə cəmi 3 faylda səs yazısı vardır. “2022.04.09.m4a” - faylında ümumi müddəti 33 saniyə olan audioyazı, “2022.04.19.m4a” - faylında ümumi müddəti 07 saniyə olan audioyazı, “2022.04.20.m4a” - faylında ümumi müddəti 31 saniyə olan audioyazı aşkar edilmişdir. Aşkar edilmiş audioyazılarda bir-biri ilə söhbət aparan iki nəfər kişi cinsli şəxslərin danışığı müəyyən edilmişdir. Kompyuterdə “2022.04.09.m4a” adlı faylı səsləndirmə zamanı aşağıdakı məzmunda danışıqları müəyyən etmək mümkün olmuşdur: 1-ci şəxsin səsi: Bizdə ümumi dayanıbdı 27-də də. Düzdü? Səhv eləmirəmsə. Ondan sonra da oturub hələ şeyləri hesablamalıyıq. 2-ci şəxsin səsi: 27. 27.000 neçə yüz, nə bilim dollardı. Amma sən onu yanvarın 14-ü üçün dayandırıbsan da.

1. Ondan da o tərəfə aylar var.

2. Ondan o tərəfə heç olmasa sən onları eliyə biləcəksən yoxsa yox. Bu qədər dayandırırsan, üstünə o qədər şey gəlir. Bilmirəm.

1. Bilmirəm, şişib necə olacaqdı. Mən səninlə 1-ci 27.000-lə haqq hesablaşacam.

2. Tamam.

1. Yerdə qalanı mən sənə deyəcəm nə qədər verə bilirəm üstündə.

2. Tamam, yenə də deyirəm.

1. 27-də dayanaq. “2022.04.19.m4a” adlı faylı səsləndirmə zamanı aşağıdakı məzmunda danışıqları müəyyən etmək mümkün olmuşdur: 1-ci şəxsin səsi: Verdiyim detallar dollarnandır, ona görə. 2-ci şəxsin səsi: Hə, yəni o.

1. 27.000 dollar Süleymanla mənim aramda haqq-hesab var. “2022.04.20.m4a” adlı faylı səsləndirmə zamanı aşağıdakı məzmunda danışıqları müəyyən etmək mümkün olmuşdur: 1-ci şəxsin səsi: Süleyman, mənə bu gün 3 dənə rəqəmə ehtiyacım var. Ya 35 tam, ya 15, ya da havadan çox 7. Havamı kəs, 7-mi düzəlt mənim bu gün. Denən ki, düzəldə bilirsən bü gün. Amma mənə yox demə. Bir dənə işimi aşırdım ki, sənin 27-ni oynaya-oynaya 2-ci şəxsin səsi: Necə gedir işlər ümumiyyətcə?

1. Yaxşı gedir. Pul barədə möhkəm çətinliyim var.

2. Yəni. Yaxşı gedir, uje şey eliyir.

1. Hə, bir dənə pul barədə çətinliyim var, o pulu götürüb hamısını birdən. Doğurdan yaxşı gedir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs4 bildirmişdir ki, “2022.04.09.m4a”, “2022.04.19.m4a” və “2022.04.20.m4a” fayllarda özünün şəxsən Təqsirləndirilən şəxs ilə apardığı canlı söhbəti özünə məxsus mobil telefon vasitəsi ilə qeydə almışdır və 1 ədəd “CD” diskinə köçürtmüşdür. Həmin danışıqların əks olunduğu səs yazılarını telefonunda xüsusi proqramla qeydə almışdır. Təqsirləndirilən şəxsla qeyd olunan aparılmış danışıqların məzmunundan da görünür ki, Təqsirləndirilən şəxs aldığı sifarişlər əsasında detalların satışı ilə əlaqədar (neft avadanlıqlarının ehtiyat hissələrinin) ondan ümumilikdə 27.000 ABŞ dolları pul vəsaitini aldığını, işlərin yaxşı getdiyini, biznesin davam etməsi üçün əlavə pula ehtiyac yarandığını, iş üçün aldığı bütün pul vəsaitini gəlirlə birlikdə qaytaracağını dəfələrlə bildirmişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 istintaqa ifadə verən zaman ifadələrinə əlavə etdikləri “Whatsapp” yazışmalarının sürətlərindən görünür ki, Təqsirləndirilən şəxs özünün yüksək gəlirli biznes fəaliyyəti ilə məşğul olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR-da) yüksək vəzifədə işləyən şəxslərlə münasibətlərinin olduğunu, həmin əlaqələrindən istifadə edərək Dövlət Neft Şirkətinin (SOCAR-ın) tabeliyində olan Bakı Neft Maşınqayırma zavodunda, eləcə də digər zavodlarda olan neft avadanlıqlarının ehtiyat hissələrinin satılması ilə bağlı sifarişləri qəbul etdiyini, həmin sifarişlər əsasında qeyd olunan avadanlıqların ehtiyat hissələrini SOCAR-la əməkdaşlıq edən "xxxx" şirkətinə, eləcə də digər zavodlara satdığını bildirmiş, biznesinə investisiya qoyulacağı təqdirdə ümumi əldə ediləcək gəlirin həm özlərinə çatacağını, həm də “SOCAR”da işləyən tanış vəzifəli şəxslərə rüşvət kimi veriləcəyini yalandan bildirmişdir, qeyd olunan şəxslərdən onları özünə inandırmaqla müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaiti istəmiş, pul vəsaitlərini görüşərək qəbul etmiş, aldığı pulu gəlirlə birlikdə hər ay üzrə ayın tamamında qaytaracağını vəd etmiş, eyni zamanda özünə məxsus “5243 7544 1005 8281” nömrəli Unibank Albalı kartın şəklini vətəndaşlara pul köçürtmələri üçün göndərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs adları qeyd olunan vətəndaşlar aldadıldıqlarını başa düşüb verdikləri pul vəsaitlərini tələb edən zaman onlardan müxtəlif vaxtlar istəyərək, ödəmələrdə ləngimələrin olduğunu, biznesin yaxşı getdiyini, işlərin tez bir zamanda qaydasına düşəcəyini, səbrli olmalarını, pulların hamısını qaytaracağını dəfələrlə söz vermişdir. Cinayət işi materiallarında olan, Zərərçəkmiş şəxs3 istintaqa ifadə verən zaman ifadəsinə əlavə etdiyi 2 ədəd terminal ödəniş qəbzinin və 1 ədəd kağız vərəqəsinin sürətindən görünür ki, 08 fevral 2022-ci il tarixdə saat 21:19 dəqiqədə ünvan 4 ünvanında yerləşən “Bravo Supermarket”də yerləşdirilmiş “eManat” elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus olan "xxxx" ASC-yə aid, bitmə tarixi 08/26 olan, son 8 rəqəmi “1005 8281” nömrəli debet kartın hesab nömrəsinə 1.000 manat pul vəsaiti köçürülmüşdür. Həmçinin, 08 fevral 2022-ci il tarixdə saat 21:20 dəqiqədə ünvan 4 ünvanında yerləşən “Bravo Supermarket”də yerləşdirilmiş “eManat” elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus olan "xxxx" ASC-yə aid, bitmə tarixi 08/26 olan, son 8 rəqəmi “1005 8281” nömrəli debet kartın hesab nömrəsinə 7.00 manat pul vəsaiti köçürülmüşdür. Cinayət işi materiallarında olan 1 ədəd kağız vərəqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə 12.000 ABŞ dolları məbləğində vəsaiti borc olaraq götürməsi, xx.xx.2022-ci il tarixdə 13.400 ABŞ dolları qaytaracağı barədə, həmçinin Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə 12.000 ABŞ dolları məbləğində vəsaiti borc olaraq götürməsi, xx.xx.2022-ci il tarixdə 13.400 ABŞ dolları qaytaracağı barədə üzərinə yazılı öhdəlik götürmüş, aralarında tərtib edilmiş kağızı tarixi qeyd etməklə imzalamışdır. Cinayət işi materiallarında olan, 11 avqust 2022-ci il tarixli “Valyuta kursuna baxış keçirlmçəsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının fəaliyyət göstərən “https://www.cbar.az” rəsmi internet saytına baxış keçirilmiş, baxış zamanı 2020-ci ilin oktyabr ayından 2022-ci ilin may ayınadək olan tarixlərdə 1 ABŞ dollarının 1.70 Azərbaycan Manatı təşkil etdiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən (SOCAR) daxil olmuş 24 avqust 2022-ci il tarixli, SOCAR**********30490075X00487 nömrəli məktubdan görünür ki, SOCAR-ın “Neftqaztikinti” trestində neft avadanlıqlarının və ehtiyat hissələrinin "xxxx" şirkətinə satılmasına dair ümumiyyətlə heç bir layihə olmamış, həmçinin vətəndaş Təqsirləndirilən şəxs “Neftqaztikinti” tresti tərəfindən hər hansı layihəyə cəlb edilməmişdir. Eyni zamanda, "xxxx" MMC, SOCAR-ın strukturuna daxil olan müəssisə olmadığına görə Təqsirləndirilən şəxs həmin MMC-də hər hansı layihəyə cəlb edilməsi barədə SOCAR-da məlumat yoxdur. Cinayət işi materiallarında olan "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, 15116 saylı məktubla daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilmişdir. Baxış protokolundan görünür ki, diskdə “15459-xx.xx.2022.zip” qovluğu vardır, həmin qovluq açıldıqda ümumilikdə 10 fayl vardır, həmin fayllarda mobil nömrələr arasında aparılmış mesajlaşmalar, sms mətnləri, telefon nömrələrinin kimin adına olması, ünvanları barədə məlumatlar, həmçinin aparılmış telefon danışıqları, danışıqların tarixləri, müddətləri, anten dairələri əks olunmuşdur. Baxış zamanı qeyd olunan fayların tərkibinə daxil olan sms faylarında istintaq üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda mesajlar aşkar edilmişdir: xx/xx/2020,11:43:02,**********00,**********68,Anar men ne diyim? xx/xx/2020,16:51:13,**********00,**********68,Anar 5e 10 deyge qalib qardas, sen ne vaxt zeng elieceysen 9/03/2020,11:55:05,**********00,**********68,Anar mene zeng ele tecili 9/03/2020,13:20:30,**********00,**********68,1 saat dedin , 1 saat 10 deyge kecdi. Men neyniyim Anar? xx/xx/2020,13:09:24,**********00,**********68,Whatsappa qulaq as cavab ver xx/xx/2020,14:28:43,**********00,**********68,Tecili mene zeng ele xx/xx/2020,14:58:54,**********00,**********68,Anar 2 saata orda iw qutarir, seher 9dan bir kelme soz demiyib. Men cox narahatam. xx/xx/2020,09:46:41,**********00,**********68,Anar indi odeyirler ya yox ? xx/xx/2020,18:54:08,**********00,**********68,20530 manat pul vereceydim sene, adboy eledun dai ozun bilersen xx/xx/2020,19:34:29,**********00,**********68,Anar bele eleme de, orxan wakir ferid 3u de meni yigir dayanmadan. Soz daniwmaliyig xx/xx/2020,19:34:29,**********00,**********68,Anar bele eleme de, orxan wakir ferid 3u de meni yigir dayanmadan. Soz daniwmaliyig xx/xx/2020,20:29:33,**********00,**********68,Anar bir kelme soz soruwacam , kartin 8 reqemi bir de tarixi, paypointin qabağındayam xx/xx/2021,23:59:33,**********00,**********68,Men sene pislik elememisem ki, sen mene bunu eliyesen xx/xx/2021,00:00:06,**********00,**********68,Anar zengime cavab ver xx/xx/2021,00:00:54,**********00,**********68,Anar eleme bele, telefonu götür xx/xx/2021,00:01:29,**********00,**********68,Anar Allaha and olsun duz elemirsen xx/xx/2021,18:36:34,**********00,**********68,Yig meni ortak xx/xx/2021,19:25:39,**********00,**********68,Bir dene imkan varsa mene cavab ver, sora rahat daniw , olar ? xx/xx/2021,14:52:57,**********00,**********68,Senin mawennikliklerin , menim problemimnen vacibdi he ? İndi gorerik! xx/xx/2021,22:59:59,**********00,**********68,Bu gun pulu vermiyene de ana soyusu soymusdun, bu da yadinnan chixmasin ki. Cunki bugunun sabahi mutleq var! xx/xx/2021,15:27:36,**********00,**********68,Anar tecili danismaliyig xx/xx/2021,21:19:16,**********00,**********68,Yene cemilin yanindasan, yene zengime cavab vermirsen, meni 2 defe yigiblar, evde deli kimi sola saga gezirem. Anar sora da diirsen ki soyuq qanli olaq, xx/xx/2021,22:03:30,**********00,**********68,Anar meni camaatin qabaginda cox axmaq veziyyetde qoydun, ne borcuvu verirsen, ne zenge cavab verirsen, mene ferqi yoxdu hardasan kimlesen, ama men bu hereketivi her halda deqiq cavabsiz qoyan deilem! Yaxsi Anar xx/xx/2021,22:14:25,**********00,**********68,Anar bax indiki hereketinle butun eseblerimi pozursan, chox axmaq hereketdi bu , chox axmaq. Anar meni mecbur eliyirsen ki hansisa addimi atim!!! Anar tupikdi uje vse xx/xx/2021,22:13:29,**********00,**********68,3 saata yaxindi, ne zeng eliirsen, ne de zengime cavab verirsen. Boynuma 205000$ borcu qoyub, diirsen yaxsi olacag arxayin ol. xx/xx/2021,18:50:35,**********00,**********68,Anar tecili pulu chatdirmalisan. Tecili. xx/xx/2021,18:51:36,**********68,**********00,Çatdıracam axşama xx/xx/2021,19:05:54,**********00,**********68,Besdi de , qutar da bu fuflo hereketderi. Qurana and olsun size getmey istiirler, Allah haqqi. Senin meneviyyatin yoxdu, bildik. Men saxliya bilmirem , hele yapisiblar ki seni gelib goturey gedey. xx/xx/2021,19:12:11,**********00,**********68,Ay mawennik cindir, sen ele bilirsen birazdan zeng eliyib sabaha qaldi sozunu dimeye gotun chatacaq? Senol anar pis olacag bu gun sene! xx/xx/2021,19:12:43,**********00,**********68,Saat 10a qeder pulun hamisini getirmiyenin neyini soyursen ? xx/xx/2021,20:48:43,**********00,**********68,Anar bu hereketnen hara kimi gedeceysen ? Ozun bilersen xx/xx/2021,13:58:41,**********68,**********00,Mümkün olmayacaq vermək xx/xx/2021,12:23:29,**********68,**********00,Armatur quvvededir xx/xx/2021,18:00:49,**********68,**********00,Nolar gözlə də xx/xx/2022,12:43:24,**********68,**********00,20dəq bitirirəm burda. Otaqdayam iclasdır xx/xx/2022,14:27:30,**********00,**********68,Anar hech yerde 2-3 saat iclas olmur. Birazdan da axsam olacag. Zeng ele mene xx/xx/2022,20:58:52,**********68,**********00,Eldar səbr et xx/xx/2022,19:29:24,**********68,**********00,Eldar 1000 deyib gözlə atıram. Ülvi ikə danışıram. Başqa pulla da danışıram parallel xx/xx/2022,20:00:38,**********00,**********68,anar yalani qutar!!! xx/xx/2022,23:38:36,**********68,**********00,Ülviynən danışıram Baxış zamanı telefon danışıqlarını əhatə edən fayllarda müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi, Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** nömrəsi, Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi arasında 1 yanvar 2020-ci il tarixdən 20 iyul 2022-ci il tarixədək olan dövrdə çoxsaylı telefon danışıqları həyata keçirilmişdir. Cinayət işinin istintaqı zamanı "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, BKC/LGL- 11602/22 saylı məktubla daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilmişdir. Baxış protokolundan görünür ki, diskdə ümumilikdə 18 fayl vardır, həmin fayllarda mobil nömrələr arasında aparılmış mesajlaşmalar, sms mətnləri, telefon nömrələrinin kimin adına olması, ünvanları barədə məlumatlar, həmçinin aparılmış telefon danışıqları, danışıqların tarixləri, müddətləri, anten dairələri əks olunmuşdur.Baxış zamanı telefon danışıqlarını və mesajlaşmaları əhatə edən fayllarda müəyyən edildi ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsi ilə, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə, X4 istifadəsində olan ***-***-**-** nömrəsi ilə, Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** nömrəsi ilə, Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** telefon nömrəsi arasında 01 yanvar 2020-ci il tarixdən 20 iyul 2022-ci il tarixədək olan dövrdə çoxsaylı mesajlaşmalar həyata keçirilmiş və çoxsaylı telefon danışıqları aparılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 99954-1222 nömrəli məktubdan görünür ki, DİN-nin Baş X23i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, H.Pənahov 35 ünvanında qeydiyyatda olan, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsdən daxil olmuş xx.xx.2022-ci il tarixli, 6202 nömrəli məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, H.Pənahov 35 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə “Respublika Psixiatriya Xəstəxanası”nda müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsindən daxil olmuş 17 avqust 2022-ci il tarixli məktubdan və məktuba əlavə edilmiş qərarlardan görünür ki, Təqsirləndirilən şəxs vətəndaşlar X2 və X5 aldadaraq pul vəsaitlərini ələ keçirtməsi ilə bağlı etdiyi qanunsuz hərəkətlərə görə 17 iyun 2022-ci il tarixdə Xəzər RPİnin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Elçin Süleymanov tərəfindən icraatda olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, sonuncunun vəsatəti və prokurorun təqdimatı əsasında Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən 17 iyun 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 15 iyun 2022-ci il tarixdən hesablanaraq 15 oktyabr 2022-ci il tarixədək müəyyən edilmişdir Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi istintaq olunur, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı özündə telefon və “Whatsapp” proqramı ilə aparılan danışıqları əks etdirən 2 ədəd “CD” disk, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 2 ədəd “CD” disk, 1 ədəd kağız vərəqəsinin surəti, “Whatsapp” proqramında aparılmış yazışmaların surətləri, pul vəsaitlərinin köçürülməsini təsdiq edən terminal ödəniş qəbzləri 19 avqust 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan 593.963 (beş yüz doxsan üç min doqquz yüz altmış üç) manat təşkil edir, maddi ziyan ödənilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidi dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etməsi və vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmklə iyuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, Təqsirləndirilən şəxs özünün işin faktiki hallarına uyğun olmaqla öz mahiyyəti üzrə qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslər və şahidin məhkəmə iclasında verdikləri ifadələr və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrində törətdiyi cinayət əməllərində özünü qismən təqsirli bilməklə, rüşvət vermə cinayət əməli üzrə olan olan özünü təqsirli bilməməsi hissəsində verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətlərini yüngülləşdirmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşımaqla, onun yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilmiş mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması iş üzrə toplanmış obyektiv sübutların məcmusu və o cümlədən hadisələrin baş vermə yeri, vaxtı, şəraiti və məntiqi inkişafı ardıcıllığı barədə zərərçəkmiş şəxslər və şahidin işin faktiki hallarına uyğun ifadələri ilə də təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 11 iyun 2015-ci il tarixli 07 saylı qərarının birinci bəndinin müddəalarına əsasən CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirlədirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən, hər hansı öhdəliyini yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 32.4, 312-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Belə ki, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 32.4, 312-ci maddələri ilə azadlıqdan məhrumetmə cəzalası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin eidlməlidir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məhkum olunmasını, əməlini qismən etiraf edərək səmimi peşmanlığını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədiyi və ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu vaxtdan, yəni 19 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut,- “telefon və “Whatsapp” proqramı ilə aparılan danışıqları əks etdirən 2 ədəd “CD” disk, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 2 ədəd “CD” disk, 1 ədəd kağız vərəqəsinin surəti, “Whatsapp” proqramında aparılmış yazışmaların surətləri, pul vəsaitlərinin köçürülməsini təsdiq edən terminal ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 32.4, 312.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış telefon və “Whatsapp” proqramı ilə aparılan danışıqları əks etdirən 2 ədəd “CD” disk, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 2 ədəd “CD” disk, 1 ədəd kağız vərəqəsinin surəti, “Whatsapp” proqramında aparılmış yazışmaların surətləri, pul vəsaitlərinin köçürülməsini təsdiq edən terminal ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar