Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-281/2024 03.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 5 iyun 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 6 (altı) ay müddətində azaldılmış, 6 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, lakin məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 3 aprel 2024-cü il tarixdə, saat 12:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, məlum olmayan tarixdə və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 5,272 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, habelə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində əlavə və dəyişiklik edilməmiş, istifadəyə yararlı, ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silahı məlum olmayan mənbədən, məlum olmayan tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün, saat 19:30-da ünvan 3 ünvanında yerləşən “Badam” çay evinin qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 5,272 qram çəkidə narkotik vasitə olan heroin əynindəki qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd bükümdə, eləcə də qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silah həmin gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür.
İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 17 noyabr 2022-ci il tarixdə dostları ilə birlikdə çay evində olarkən qəfildən polis əməkdaşları içəri daxil olmuş və ilk növbədə yan stolda əyləşmiş şəxslərə yaxınlaşmışlar. Daha sonra polis əməkdaşları ona və dostu Eminə yaxınlaşaraq onlardan cəzaçəkmə müəssisəsindən nə zaman azad edildiklərini soruşmuş, habelə “bəs azad edilmisiz niyə idarəyə gəlmirsiz? Gedib yenə cəza çəkərsiz ağıllanarsız” ifadəsini işlətdikdən sonra Nihad adlı şəxslə onun qoluna bir qandal bağlayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (bundan sonra mətndə - BMCMİ) aparmışlar. Həmin vaxt ümumilikdə 11-12 nəfər saxlanılmış, yan stolda əyləşən şəxsləri tanımamış, onun əyləşdiyi stolda isə 4-5 nəfər olmuşdur. BMCMİ-də hər bir şəxsə təxminən beş qram narkotik vasitə verilmişdir. Onlara təzyiq göstərilmiş, bu səbəbdən də polislərin dedikləri ilə məcbur olub razılaşmış, təqdim olunmuş sənədləri imzalamışdır. BMCMİ-də təzyiq göstərilərkən xəsarətləri olmuş, bu barədə Bakı İstintaq Təcridxanasında məlumat vermişdir.
3. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, saxlanılan zaman üzərində bıçaq olmuşdur. İbtidai istintaq zamanı narkotik vasitəni yerdən tapması, habelə həmin maddədən istifadə etmək niyyətinin olması barədə verdiyi ifadələri təzyiq altında vermişdir. Belə ki, ona polis əməkdaşları tərəfindən içərisində narkotik vasitə olan büküm verilərkən o həmin bükümün içərisində nə olduğunu bilməmişdir. Polislər təqdim etdikləri narkotik vasitələrin ona məxsus olmasını etiraf edəcəyi təqdirdə ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcəyi, bununla da bir il cəza çəkib azadlığa buraxılacağını bildirmişlər. Tutulduğu şəxslərlə birlikdə BMCMİ-də təxminən 5-6 saat saxlanıldıqdan sonra axşam saat 9 radələrində başqa bir otağa aparılmış, səhər saat 5-6 radələrində videoçəkiliş vasitəsilə qeydə alınmaqla şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmir. O, yeddi nəfərlə birlikdə həbs olunmuş, onların hər birinə narkotik vasitə verilərək sənədləşdirilməklə təzyiq edilmiş, digər dörd nəfər isə başqa otaqda olmuşdur. Çəkilişdən əvvəl digər şəxslərlə birlikdə koridorda dayanmış, onların hər biri ilə otaqda danışıqlar aparılmış, hər kəs razılaşdıqdan sonra onları bir yerə toplayıb videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Onlar axşam saat 20 radələrində tutulmuş, videoçəkiliş isə növbəti gün səhər saat 4-5 radələrində aparılmışdır. Onunla müdafiəçisi arasında konfidensial görüş olmamış, videoçəkiliş aparılana qədər müdafiəçi ilə görüşməmişdir. Videoçəkiliş zamanı üzərindən çıxmış narkotik vasitəni polis əməkdaşları ona vermiş, çəkilişdən əvvəl sonuncularla razılaşdığından təqdim edilmiş narkotik vasitəni üzərinə qoymuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs lazım olmayan vaxtda lazım olmayan yerdə olduğundan və əvvəllər məhkum olunduğundan polis əməkdaşlarının təzyiqlərinə görə məcbur qalaraq törətmədiyi əməli ibtidai istintaq zamanı etiraf etdiyini, özünü yalnız üzərində olan soyuq silah olan bıçağa münasibətdə təqsirli bildiyini, həmin əməli səmimi etiraf etdiyini, həmin əmələ münasibətdə peşman olduğunu bildirərək 30 yaşında olmaqla cavan olmasını və gələcəkdə özünə yeni həyat qurmaq istədiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi.
4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, subaydır, əvvəllər məhkum olunmuşdur, işsizdir, sonuncu dəfə 2022-ci ilin yanvar ayında həbsdən azad olunmuşdur. Təxminən 10 gündür narkotik vasitə olan heroindən burnuna çəkməklə istifadə edir. Bir neçə gün əvvəl yaşadığı evin yaxınlığında yerdə bir ədəd bükümün olduğunu görmüş, bükümü açdıqda narkotik vasitə heroin olmasını görmüş, həmin maddəni istifadə etmək üçün üzərində saxlamışdır. 17 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Badam” çay evində dostları ilə görüşmək qərarına gəlmişlər. Həmin gün təxminən saat 18 radələrində o, Emil Həsənov, Yusif Məhərrəmov, Arif Babayev, Tural Hüseynov, Anar Həsənov, Vüsal Cəfərov, Şahid12, Şahid13, Şahid14 və Şahid15 görüşüb çay içib söhbət etdikdən sonra saat 19:25 radələrində çay evindən çıxmışlar. Çay evindən çıxdıqdan sonra bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuş, hər biri özlərini təqdim etmiş, bu zaman həmin şəxslər özlərini təqdim edib BMCMİ-nin əməkdaşları olduqlarını deyərək onun, Emil Həsənovun, Yusif Məhərrəmovun, Arif Babayevin, Tural Hüseynovun, Anar Həsənovun və Vüsal Cəfərovun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları barədə onlarda məlumat olduğunu deyərək onları Baş İdarəyə dəvət etmişlər. Onlar etiraz etməyib Baş İdarəyə gəlmiş, orada tutulmalarının səbəbləri izah olunmuş və vəkillərin siyahısı təqdim edilmişdir. Onlar siyahıda olan istənilən vəkillər tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiklərini demiş, bundan sonra vəkillər dəvət olunmuş və hər birinə təqdim olunaraq onlara etirazlarının olub-olmaması soruşulmuşdur. Hər biri vəkillərə etiraz etmədiklərini bildirmiş, bundan sonra üzərilərinə şəxsi axtarış və baxış keçiriləcəyini, bu prosesdə videoçəkilişdən istifadə olunacağı izah edilmişdir. Onlar etiraz etməmişdir. Onun üzərində şəxsi axtarış zamanı təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməsini xahiş etmiş, üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək, gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümü, gödəkçəsinin sol iç cibindən bir ədəd bıçağı, mobil telefonu, pulu, sürücülük vəsiqəsini və açarı təqdim etmişdir. Sorğu zamanı aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı da marağı olduğu üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon və sürücülük vəsiqəsi götürülsə də, pul və açar özünə geri qaytarılmışdır. Həmin istintaq hərəkəti zamanı digər şəxslərin də üzərində şəxsi axtarış aparılmış və aşkarlananlar qablaşdırılıb götürülmüşdür. Daha sonra videoçəkiliş dayandırılıb protokol tərtib olunmaqla ucadan oxunmuş, düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, üzərində narkotik vasitə olması barədə tanışlarının heç birinin məlumatı olmamış, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamış, narkotik maddələri gələcəkdə öz istifadəsi üçün üzərində saxlamış, lakin istifadə edə bilmədən tutulmuşdur. BMCMİ-də ona qarşı hər hansı formada təsir və ya təzyiq olmamışdır. Uşaq vaxtından bıçaqla oynamağı xoşladığından üzərində bıçaq saxlamış, hər hansı kriminal niyyəti olmamışdır. Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən də özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsinin sonunda “İfadəmi oxudum. Düzdür. Əlavəm yoxdur. Təsdiq edirəm. Qeyd edim ki, aşkar olunan maddələri şəxsi istifadəm üçün əldə etmişdim, qismən təqsirli bilirəm” cümlələrini öz xətti ilə əlyazma ilə yazmaqla qeyd etmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) Cild 1, 209-211; Cild 2, 36-39; Cild 3, 81-84;).
5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
7. Məhkəmədə şahid qismində dindirilmiş hazırda BMCMİ-nin rəis müavini vəzifəsində işləyən, hadisə vaxtı isə BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 17 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs, X18, X19, X9, X13, X20 və X4 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Baş İdarənin əməliyyat müvəkkilləri Şahid3, Şahid1, Şahid4, Şahid5, Şahid11, Şahid6, Şahid10, Şahid7, Şahid8 və Şahid9 daxil olmuş, qrupa özü rəhbərlik etmişdir. Qrup üzvləri keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Həmin şəxslərin ünvan 3 ünvanında yerləşən “Badam” çay evinin qarşısında olmaları barədə məlumat daxil olduqdan sonra həmin gün qeyd olunan ünvana yola düşmüşlər. Oraya çatan zaman saat 19:30-da sözü gedən ünvanın qarşısında xarici görünüşləri Rəşad Ələsgərova, Vüsal Cəfərova, Anar Həsənova, Tural Hüseynova, Arif Babayevə, Emil Həsənova və Yusif Məhərrəmova oxşar şəxslərin və onların yanında şəxsiyyətləri sonradan məlum olan Şahid12, Şahid13, Şahid14 və Şahid15 yaxınlaşıb özlərini təqdim edərək BMCMİ-nin əməkdaşları olduqlarını deyib onlardan adlarını və soyadlarını soruşduqda, həmin şəxslər özlərini təqdim etmişlər. X37, Vüsal Cəfərova, Anar Həsənova, Tural Hüseynova, Arif Babayevə, Emil Həsənova və Yusif Məhərrəmova üzərilərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmələri, özlərində saxlayaraq daşımaları və satışı ilə məşğul olmaları barədə məlumat daxil olduğunu bildirib yanlarında olan digər şəxslərlə birlikdə Baş İdarəyə gəlmələrini xahiş etmişlər. Həmin şəxslər etiraz etməyib onlarla birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarədə Rəşad Ələsgərovun, Vüsal Cəfərovun, Anar Həsənovun, Tural Hüseynovun, Arif Babayevin, Emil Həsənovun və Yusif Məhərrəmovun üzərilərində şəxsi axtarış, digər şəxslərin üzərinə isə baxış keçirilməsi məqsədilə raportla məruzə etmiş, raportun icrası İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı Mirata Seyidova həvalə edilmişdir. Bundan sonra həmin şəxsləri Baş İdarənin akt zalına dəvət etmişlər. Orada təhqiqatçı Rəşad Ələsgərova, Vüsal Cəfərova, Anar Həsənova, Tural Hüseynova, Arif Babayevə, Emil Həsənova və Yusif Məhərrəmova hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, həmin şəxslərin hər biri siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilmələrinə etiraz etmədiklərini demişlər. Bundan sonra vəkillər dəvət edilərək həmin şəxslərə təqdim olunmaqla onlara etirazlarının olub-olmaması soruşulmuş, Rəşad Ələsgərov, Vüsal Cəfərov, Anar Həsənov, Tural Hüseynov, Arif Babayev, Emil Həsənov və Yusif Məhərrəmov etiraz etmədiklərini bildirmişlər. Bundan sonra həmin şəxslərə hüquq və vəzifələri izah edilib üzərilərinə şəxsi axtarış, həmçinin saxlanılan digər şəxslərin üzərilərinə baxış keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı izah olunmuş, onlar etiraz etməmişlər. Bundan sonra video çəkiliş başlanılmış və ardıcıllıqla həmin şəxslərin üzərində şəxsi axtarış aparılmışdır. Belə ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman təhqiqatçı üzərində qanunsuz əşya varsa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək masaya doğru yaxınlaşıb gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümü, gödəkçənin sol iç cibindən bir ədəd bıçağı, mobil telefonu, pulu, sürücülük vəsiqəsini və açarı təqdim edərək, aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı da marağı olduğu üçün üzərində saxladığını bildirmişdir. Digər saxlanılan şəxslərin üzərinə də şəxsi axtarış və baxış keçirilmiş, üzərilərindən aşkar edilmiş əşyalar protokola qeyd edilməklə qablaşdırılmaqla götürülmüşdür. Əməliyyat məlumatı yeddi nəfər barəsində daxil olmuş, digər dörd nəfər - Şahid12, Şahid13, Şahid14 və Şahid15 isə orada olduqlarından Baş İdarəyə dəvət edilmişlər. Sorğu zamanı sonuncular onlarla birlikdə saxlanılan Təqsirləndirilən şəxs, X18, X19, X9, X13, X20 və X4 üzərilərində narkotik vasitələr olmasından məlumatlarının olmadığını demiş, həmin xüsusat yoxlanılan zaman sonuncular da, Şahid12, Şahid13, Şahid14 və Yusif Süleymaovun onların üzərilərində narkotik vasitə olmasından məlumatlarının olmadıqlarını qeyd etmişlər. Bundan sonra videoçəkiliş dayandırılmış, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır.
8. Verilmiş suallara cavab olaraq Şahid2 ifadəsinə əlavə edərək göstərdi ki, əməliyyat tədbirinin gedişi zamanı və sonradan Təqsirləndirilən şəxs, o cümlədən saxlanılan digər şəxslərə onun və digər polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təsir və təzyiq göstərilməmiş, onlar pis rəftara məruz qalmamış, yeddi nəfər barədə əməliyyat məlumatı olsa da, tədbirinin gedişi zamanı ümumilikdə on bir nəfər saxlanılmış, həmin şəxslərin hamısı “Badam” çay evinin qarşısında olmuş, saxlanılan şəxslər müqavimət göstərmədiklərinə görə əllərinə qandal vurulmamış, müdafiəçiləri gəldikdən sonra onlarla müvafiq istintaq hərəkətlərinin edilmiş, onlardan dörd nəfəri sonradan buraxılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlayaraq daşıması barədə ona əməliyyat məlumatı daxil olsa da sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair daxil olmuş məlumat öz təsdiqini tapmamış, sonradan davam etdirilmiş əməliyyat tədbirlərilə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair hər hansı mötəbər məlumat müəyyən edilməmiş, sonuncunun hər hansı kriminal qruplaşmalara daxil olması və hər hansı kriminal qruplaşmaların üzvü olmasına dair hər hansı məlumat daxil olmamışdır.
9. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid4, Şahid5, Şahid11 Əlibala oğlu, Şahid6, Şahid10, Şahid7 və Şahid8 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə əsasən eyni məzmunlu və Şahid2la oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər.
10. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 17 yanvar 2023-cü il tarixdə, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 26 yanvar 2023-cü il tarixdə və əməliyyat müvəkkili, polis leytenantı Şahid9 1 mart 2023-cü il tarixdə verdiyi ifadələri tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və Şahid3, Şahid1 və Şahid9 həmin ifadələrdə şahidlər Şahid2, Şahid4, Şahid5, Şahid11, Şahid6, Şahid10, Şahid7 və Şahid8la eyni məzmunlu ifadələr verərək sonuncuların ifadələrində göstərdikləri xüsusatları təsdiq etmələri müəyyən edilmişdir (Cild 4, i.v. 40-43; 48-51; 93-96;).
11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, 17 noyabr 2022-ci il tarixdə uzun müddətdir görmədiyi tanışı Anar Həsənovla görüşmək üçün “Badam” çay evinə getmişdir. Çay evinə daxil olduqdan təxminən 5 dəqiqə sonra polis əməkdaşları içəri daxil olaraq çay evindəki şəxslərin əksəriyyətini, habelə onun özünü də saxlayaraq BMCMİ-yə aparmışdır. İdarədə şəxsi axtarış keçirilmiş, onunla birlikdə saxlanılmış şəxslərlə eyni otaqda olmuş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən nə aşkar olunmasını, habelə sonuncunun polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmasını xatırlamır. Axtarış zamanı kimlərinsə üzərindən müxtəlif bükümlər və bıçaqlar çıxdığını görmüş, lakin həmin predmetlərin konkret olaraq hansı şəxsdən çıxdığını xatırlamır. Belə ki, onlar polis əməkdaşları tərəfindən təxminən axşam saat 19:00 radələrində saxlanılmış, sonuncuların bəzisi mülki, bəzisi isə xidməti formada olmuş, onların ilk növbədə kimə yaxınlaşdıqlarını görməmiş, habelə Təqsirləndirilən şəxs tanımadığından onun çay evində olub-olmamasına fikir verməmişdir. O, BMCMİ-yə aparıldıqdan sonra iki gün orada saxlanılmışdır. O, ibtidai istintaq zamanı həyəcanlı olduğundan tərtib edilmiş ifadəni oxumadan imzalamışdır. Polis əməkdaşlarının kimisə döyməsini görməmişdir. Belə ki, onlar saxlanıldıqdan sonra üzərilərində videoçəkilişlə baxış keçilənədək ayrı otaqlarda olduğundan və hər hansı şəxsin onun yanında döyülməsi halı olmadığından belə bir halın şahidi olmamışdır. Onunla birlikdə saxlanılan şəxslərdən yalnız Anar və Xəyalı tanımış, digər şəxsləri, o cümlədən Təqsirləndirilən şəxs tanımamışdır.
12. Şahid15 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və onun Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir (Cild 3, i.v. 225-228;).
13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, 17 noyabr 2022-ci il tarixdə axşamüstü dostları ilə “Badam” adlı çay evində çay içərkən çoxsaylı polis əməkdaşları qəfil içəri daxil olaraq onlara yaxınlaşıb sonunculara tabe olmalarını və üzərilərində olan telefon və digər əşyaları masanın üzərinə qoymalarını tələb etmiş, həmin vaxt masanın üzərində hər hansı narkotik vasitə görməmişdir. Orada ümumilikdə 11 nəfər olmuş, o və Rəşad birlikdə, yəni eyni avtomobildə İdarəyə aparılmış, digər 9 nəfər şəxsin necə aparılmasını bilməmişdir. Polis İdarəsində fərdi qaydada üzəri yoxlanılmış, onun üzərində qanunsuz hər hansı predmet olmamış, digər şəxslərin üzərindən isə narkotik vasitə, habelə digər predmetlərin aşkar edilib-edilməməsindən xəbəri olmamışdır. O, Rəşad və digər şəxslərin narkotik vasitə istifadə etməsinin şahidi olmamışdır. İbtidai istintaq zamanı verilmiş ifadələri həyəcanlı olduğu üçün oxumadan imzalamışlar. Şahid13 və Tural adlı şəxsi ilk dəfə orada görmüş, digər şəxslərlə, habelə Təqsirləndirilən şəxs ilə uzun müddət dostluq münasibətlərində olmuşdur. İbtidai istintaq zamanı verilmiş ifadəsini oxumağa şərait yaradılmamış, habelə düşdüyü mühitdən canını qurtarmaq üçün ifadəsini oxumadan imzalayıb çıxmışdır. Rəşadın, eləcə də digər şəxslərin polis əməkdaşları tərəfindən fiziki təzyiq və təsirlərə məruz qalmasının şahidi olmamışdır. Ona qarşı hər hansı təzyiq olmamışdır. O, hüquqşünas olmaqla əvvəllər Abşeron və Yasamal rayon məhkəmələrində məhkəmə iclas katibi vəzifəsində çalışmışdır.
14. Şahid12 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və onun Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir (Cild 3, i.v. 199-202;).
15. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, 17 noyabr 2022-ci il tarixdə uzun müddətdir Rusiyada yaşayan qohumu Anar Həsənovla görüşməyə getmiş, sonradan polis əməkdaşları içəri daxil olaraq onları tutmuş, habelə üzərində olan bütün əşyaları masanın üzərinə qoymasını tələb etmişlər. O, digər şəxslərin üzərindən nə aşkar olunmasını görməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Anarın yanında görmüş, lakin onunla hər hansı tanışlığı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini savadı olmadığından oxumadan imzalamışdır. O, Anar, Vüsal və Yusif adlı şəxsləri tanıyır, Təqsirləndirilən şəxs ilə isə əvvəllər münasibəti olmamış, habelə sonuncunun üzərindən narkotik vasitə aşkar edilməsinin şahidi olmamışdır.
16. Şahid14 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və onun Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir (Cild 3, i.v. 229-232;).
17. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və onun həmin ifadəsində şahidlər Şahid12, Şahid14 və Şahid15 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə eyni məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdikləri xüsusatları təsdiq etməsi müəyyən edilmişdir (Cild 3, i.v. 213-216;).
18. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
19. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 13 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis mayoru X14 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq müstəntiq A.Bayramov tərəfindən icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir (Cild 1, i.v.1-2).
20. “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis mayoru X14 tərəfindən Təqsirləndirilən şəxs, X18, X19 və X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmələri, saxlamaları və daşımaları faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 4).
21. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 17 noyabr 2022-ci il tarixli qərar və bu barədə müvafiq materiallardan görünür ki, BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 tərəfindən X34, X11, X30, X21, X35, X36 və Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üzərlərində daşıyaraq gəzdirmələri barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs və digər şəxslərin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BMCMnin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilərək Şahid2 rəhbərliyi ilə həmin İdarənin baş əməliyyat müvəkkilləri, polis polkovnik-leytenantları Şahid3, Şahid1 və Şahid4, baş əməliyyat müvəkkili, polis mayoru Şahid5, əməliyyat müvəkkilləri, polis mayorları Şahid11 və Şahid6, polis kapitanı Şahid10, polis baş leytenantı Şahid7, polis leytenantları Şahid8 və Şahid9 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v 5-8).
22. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qərarından görünür ki, BMCMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 17 noyabr 2022-ci il tarixli qərar qanunuyğun hesab edilmişdir (Cild 4, i.v. 38-39).
23. “Şübhəli şəxsin tutulması haqqında” 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00:22-də müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı, polis polkovnik-leytenantı X10 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə, saat 19:30-dan, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilmişdir (Cild 1, i.v 122;).
24. “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 18 noyabr 2022-ci il tarixdə qəbul edilməklə müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında 18 noyabr 2022-ci il tarixdə, saat 01:07-dən saat 03:07-dək BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı, polis polkovnik-leytenantı X10 tərəfindən həmin İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkilləri, polis polkovnik-leytenantları Şahid2, Şahid3, Şahid1, baş əməliyyat müvəkkili, polis mayoru Şahid4, baş əməliyyat müvəkkili, polis mayoru Şahid5, əməliyyat müvəkkilləri, polis mayorları Şahid11 və Şahid6, polis kapitanı Şahid10, polis baş leytenantı Şahid7, polis leytenantları Şahid8 və Şahid9, saxlanılmış şəxslər Şahid12, Şahid13, Şahid14 və Şahid15, barələrində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxslər X34, X11, X30, X21, X35 və X18, müdafiəçilər - X26, X27, X28, X31, X22, X23 və X6 iştirakı ilə BMCMİnin inzibati binasında Təqsirləndirilən şəxs və digər şübhəli şəxslərin üzərində şəxsi axtarış və götürmə, Şahid12, Şahid13, Şahid14 və Şahid15 üzərinə isə baxış istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, soyuq silah və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və 1(bir) ədəd bıçaq olduğunu bildirib, əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibində olan 1(bir) ədəd şəffaf sellofan bükümü, əynində olan qəhvəyi rəngli gödəkçəsinin sol iç cibində olan 1 (bir) ədəd bıçağa oxşar dəmir predmeti, əynində olan cins şalvarının sağ arxa cibində olan 1(bir) ədəd “İphone” markalı mobil telefonu, əynində olan cins şalvarının sol yan cibində olan 119 manat pulu və özünə məxsus sürücülük vəsiqəsini, əynində olan cins şalvarının sağ yan cibində olan 1 (bir) ədəd mənzil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1(bir) ədəd sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1(bir) ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bıçağa oxşar predmetə baxış zamanı həmin predmetin dəmir materiallı, qatlanan, deşici-kəsici xüsusiyyətə malik, mətbəx bıçaqlarından tamamilə fərqli bıçaq olması məlum olmuşdur. Bıçağa oxşar dəmir predmetin üzərində “D2, Stell" yazısı qeyd olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar olunmadı. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd sellofan bükümdə olan narkotik vasitə heroini 17 noyabr 2022-ci il tarixdə günorta vaxtı yaşadığı evin yaxınlığından təsadüfən tapdığını və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmiş, eyni zamanda hazırda narkotik vasitə heroin qəbul etdiyini qeyd etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bıçağı təxminən 15 gün əvvəl Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi ərazisində yerləşən bazardan aldığını və bıçaqlara marağı olduğu üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1(bir) ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və 1(bir) ədəd bıçağa oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 2 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respuvlikası DİN-in “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 119 manat pul və 1 ədəd mənzil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “İphone” markalı mobil telefon və onun özünə məxsus olan sürücülük vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Üzərində şəxsi axtarış aparılmış digər şübhəli şəxslərin üzərindən də müxtəlif predmetlər aşkar edilmiş, saxlanılmış digər dörd nəfərin üzərinə baxış zamanı isə cinayət təqibi üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış, baxış və götürmə gecə vaxtı, süni işıqlandırma şəraitində aparılmışdır. İstintaq hərəkəti zamanı “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılması qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra 18 noyabr 2022-ci il tarixdə, saat 03:15-dən saat 04:28-dək bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 130-141).
25. “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 18 noyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 2(iki) saat olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən uzun müddət ərzində və fasiləsiz davam edən istintaq hərəkəti zamanı 7 nəfər şübhəli şəxsin və onların 7 nəfər müdafiəçisinin hər hansı etirazlarının olmaması, o cümlədən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməklə fəal olması, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/6639 saylı, 18 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan 7 №-li zərfi açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 5,272 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Təqsirləndirilən şəxs aşkar edilmiş heroinin ümumi təmiz çəkisi – 5,272 qram; tədqiqata sərf edildi - 0,05 qram; qalıq – 5,222 qram. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir (Cild 1, i.v. 213- 218).
27. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 3, i.v. 71-72).
28. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü törədilmiş cinayət əməlində (ona ittiham elan edilmiş Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinə münasibətdə) qismən təqsirli bilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir (Cild 3, i.v.146-150).
29. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət məsuliyyətinə cəlb edilməyə dair 20 dekabr 2022-ci il tarixli arayış, müvafiq hökm və qərarlardan görünür ki, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 dekabr 2010-cu il tarixli, 1(101)- 1093/2010 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 22.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tədbirləri tətbiq edilməklə həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 7(007)-1022/2019 saylı qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 4 (dörd) ay 20 (iyirmi) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 1(005)-173/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 6 (altı) ay müddətində azaldılmış, 6 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, lakin məhkumluğu ödənilməmişdir (Cild 3, 250-251; Cild 4, i.v. 20-25; 53-58; 64-71;229;).
30. BMCMİ-nin rəis müavini, polis polkovniki Fariz Vəliyevin həmin İdarənin İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovnik-leytenantı Rəhman Kərimova ünvanladığı 7 mart 2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı məlumat daxil olsa da, onun əhatə dairəsini, anoloji cinayət əməllərini, əlbir olduğu şəxsləri, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin müəyyən edilməsi istiqamətində yerli polis orqanları ilə birgə əməliyyat-axtarış tədbirləri keçirilmiş, müvafiq tapşırıqlar verilmiş, lakin müsbət nəticə əldə edilməmişdir (Cild 4, i.v. 193).
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 3/1636 saylı, 20 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd /Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş/ bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, istifadəyə yararlıdır, soyuq silah hesab edilir, üzərində əlavə və dəyişiklik edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır (Cild 4, i.v. 230-235).
32. “Ambulator komisyon məcburi məhkəmə-narkoloji eksperizasının” 18 noyabr 2022ci il tarixli, 6967 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, i.v.236-237).
33. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və X17” X41 məhkəmə-kimyəvi ekspertizasının 2 dekabr 2022-ci il tarixli, 4321/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrindən tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (Cild 4, i.v. 238-241).
34. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və X17” X41 30 noyabr 2022-ci il tarixli, 532/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı 17 noyabr 2022-ci il tarixə uyğun hər hansı xəsarət aşkar edilməmişdir (Cild 4, i.v.242-244).
35. Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının 30 yanvar 2023-cü il tarixli, 198 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək imkanına malikdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 4, i.v. 245-247).
36. “Sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında” 4 aprel 2023-cü il tarixli qərardan və 10 aprel 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 228.4 və 234.4.3-cü maddələrinə tövsif olunmuşdur. Həmçinin qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 5,222 qram qalmış narkotik vasitə heroin və bir ədəd bıçaq maddi sübut kimi tanınmaqla BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, habelə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videoçəkilişin əks olunduğu disk maddi sübut kimi tanınmaqla cinayət işi materiallarına əlavə edilmiş, ona məxsus 1 (bir) ədəd “İphone” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etmədiyindən hüquqlarını müdafiə edən vəkilinə və ya ailə üzvlərinə qaytarılması qərara alınmışdır (Cild 4, i.v.248-265).
37. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 5 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 3, i.v. 71-72).
38. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq A.M.Bayramov tərəfindən 13 aprel 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, qeyd edilən ittiham aktı 14 aprel 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 4, i.v.295-306).
39. AZ-İİ 346039 nömrəli və 083580 nömrəli ölüm haqqında şəhadətnamələrdən, 347824 nömrəli doğum haqqında şəhadətnamədən və 444948 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs hər iki valideyni – atası X15 və anası X24 vəfat etmişlər (Cild 2;).
40. X5 məhkəməyə ünvanladığı ərizəsində və əlavə edilmiş müvafiq sənədlərdə göstərilmişdir ki, özü onkoloji xəstəlikdən əziyyət çəkməklə mərhum bacısının oğlu Təqsirləndirilən şəxs 1934-cü il təvəllüdlü nənəsi X7 ilə birgə yaşadığını və Təqsirləndirilən şəxs başqa hər hansı qohumlarının olmamasını nəzərə alaraq sonuncuya həbslə bağlı olmayan cəza təyin edilməsni xahiş etmişdir (Cild 2;).
41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 1030/2022 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs həmin təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-14-cü bəndlərində göstərilmişdir ki, baxış zaman Təqsirləndirilən şəxs dəri səthində köhnə çapıq toxumaları aşkar edilmiş, həbs olunmazdan əvvəl hər hansı zədə və bədən xəsarətləri alması müəyyən edilməmiş, hər hansı şikayətinin olmaması qeyd edilmişdir (Cild 2;).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
42. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
43. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
45. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
46. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
47. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
48. CM-in 228.4-cü maddəsi qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı (milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur.
49. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.
50. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır.
51. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib saxlayaraq daşıması barədə nəticəyə gələrkən iş materiallarında olan hər hansı mötəbər sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda onun həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir.
52. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı hökmün 36-cı bəndində göstərilmiş qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir.
53. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndinə istinad etmişdir. Həmin bənddə göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
54. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.
55. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
56. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitəni satacağı istehlakçı ilə razılığın əldə edilməsi, narkotik vasitələrin çəkilib çoxsaylı xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir.
57. Bundan başqa, istintaq orqanı hökmün 36-cı bəndində göstərilmiş qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən “..Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, narkotik vasitənin külli miqdarda olması və digər mötəbər istintaq materiaları bir daha ona dəlalət edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etmək niyyəti həmin narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməklə yanaşı onun satışını həyata keçirmək olmuşdur..” cümlələri ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir.
58. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, yalnız narkotik vasitənin külli miqdarda olmasına istinad etsə də, özü özlüyündə yalnız bu əlamət “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz.
59. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti aparılarkən, habelə sonradan dindirilərərkən verdiyi ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini, həmin vasitəni hər hansı şəxsə satmaq, hədiyyə və ya pay vermək niyyətinin olmadığını göstərmişdir. İstintaq orqanının sübut qismində istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə də, təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər heç bir sübut və dəlil yoxdur və həmçinin hər hansı belə bir sübut məhkəmə baxışında da, ittiham tərəfindən təqdim edilməmişdir.
60. Əksinə istintaq orqanının məhkəməyədək icraat materiallarına əlavə etdiyi əməliyyat tapşırığına cavabdan (bax hökmün 30-cu bəndi) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satması keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilməmişdir.
61. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin ətrafında əməliyyat tədbirlərini həyata keçirən və ittiham tərəfinin əsas şahidləri olan polis əməkdaşları Şahid2, Şahid4, Şahid5, Şahid7, Şahid8, Şahid10 və Şahid11 ifadələrindən də göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ilkin əməliyyat məlumatlarının olmasına baxmayaraq, sonradan bu məlumatlar öz təsdiqini tapmamışdır.
62. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin miqdarının yalnız şəxsi istehlak miqdarından artıq və ya külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir.
63. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
64. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və iş materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir.
65. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CMin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir.
66. Məhkəmə bu nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının müddəalarını da rəhbər tutur.
67. Hökmün 53-cü bəndində qeyd edilmiş Ali Məhkəmə Plenumun Qərarının 14-cü bəndinə əsasən satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır.
68. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
69. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 13-cü bəndində göstərilmişdir ki, “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enercisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir.
70. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
71. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
72. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
73. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
74. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.
75. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
76. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.
77. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X8 haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının müddəaları baxımından da əsaslı hesab edir.
78. Belə ki, “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
79. X46 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X43rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.
80. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”.
81. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
82. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-1 və 228.4-cü maddələrinin tərkib əlamətlərinə uyğun gəldiyini qeyd edərək, onun əməlinin CM-in 234.1-1 və 228.4-cü maddələri ilə tövsif edilməsini qanuni və ədalətli hesab edir.
83. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3 və 228.4-cü maddələrindən həmin Məcəllənin 234.1-1 və 228.4-cü maddələrinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CMin 234.1-1 və 228.4-cü maddələri ilə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyası hədlərində cəza təyin edilməlidir.
84. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir.
85. Həmin Məcəllənin 234.1-1-ci maddəsi isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
86. Təqsirləndirilən şəxs CM-in 234.1-1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməllər başa çatmış cinayətlərdir, təsnifatlarına görə müvafiq olaraq ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir.
87. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
88. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin polis əməkdaşları tərəfindən ona verilməsi, sonuncular tərəfindən təzyiqlərə məruz qaldığı üçün təqdim olunmuş narkotik vasitənin ona məxsus olmasını boynuna alaraq sənədləri imzalaması, habelə ifadəsində və şəxsi axtarış zamanı onların bildirdikləri kimi deməsi, onunla birlikdə saxlanılmış 7 nəfər şəxsin hər biri ilə danışıqlar aparılmaqla təzyiqlər göstərilərək narkotik vasitə bükümlərinin onlara verilməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
89. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
90. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs hökmün 24-25 və 28-ci bəndlərində qeyd edildiyi kimi üzərində müdafiəçisinin, o cümlədən barələrində şəxsi axtarış aparılan digər 6 nəfər şəxs və sonuncuların müdafiəçilərinin iştirakı ilə videoçəkilişlə iki saat müddətində fasiləsiz aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin hökmün 34 və 41-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən sənədlərə əsasən də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.
91. Eyni zamanda, məhkəmə şahid qismində dindirilmiş Şahid12, Şahid14 və Şahid15 Əlirza oğlunun məhkəmə iclasında verdikləri ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, Şahid12 özünün də bildirdiyi kimi Təqsirləndirilən şəxs ilə dostluq münasibətində olduğundan, Şahid14 və Şahid15 isə Təqsirləndirilən şəxs ilə birlikdə tutularaq cinayət məsuliyyətinə cəlb edilmiş digər şəxslərlə yaxın dostluq münasibətlərdə olduqlarından və onların məhkəmə iclasında ifadələrində göstərdikləri işin faktiki halları ilə öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələrin sübut kimi qiymətləndirilməsini rədd edir, əksinə onların məhkəməyədək icraat zamanı verdikləri və prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşdirilmiş ifadələrində göstərilənlər işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən həmin ifadələri mötəbər sübut kimi qiymətləndirir.
92. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
93. X46 Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X3rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
94. Qeyd edilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
95. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və çoxsaylı şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1 və 228.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinərək cəzalanmalıdır.
96. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1 və 228.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1 və 228.4cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
97. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
98. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
99. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
100. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
101. CM-in 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilmiş cinayətlər cinayətin residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.
102. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
103. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin 30 yaşında olmaqla cavan olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, həm məhkəməyədək icraat, həm də məhkəmə icraatı dövründə davranışını, özünü təqsirli bildiyi əmələ münasibətdə peşmanlıq çəkməsini və hər iki valideyninin vəfat etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
104. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax hökmün 29-cu bəndi). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.
105. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.4 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
106. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.
107. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi hər bir cinayət əməlinə görə ayrı-ayrılıqda cəza təyin edilməli, daha sonra CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə ona hazırkı iş üzrə qəti cəza təyin edilməlidir.
108. CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
109. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
110. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli tutulduğu 17 noyabr 2022-ci il tarixdən hesablanmış, həmin məhkəmənin 11 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 17 iyun 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 3, i.v.146-150; Cild 4, i.v. 225-229; Cild 5).
111. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun faktiki azadlığının məhdudlaşdırıldığı 17 noyabr 2022-ci il tarixdən hesablanmalıdır.
112. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
113. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş hökmün 26-cı bəndində göstərilmiş məhkəmə fiziki-kimyəvi ekspert rəyinə əsasən ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 5,222 qram olan narkotik vasitə heroin və hökmün 31-ci bəndində göstərilmiş məhkəmə-ballistik ekspertizası rəyində qeyd edilmiş 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatlı bıçaq məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoyazının əks olunduğu 1 (bir) ədəd disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
114. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
115. Məhkəmə hesab edir ki, CPM-in 198.1 və 198.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs 23 (iyirmi üç) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Belə ki, hökmün 26 və 31-ci bəndlərində göstərildiyi kimi həmin ekspertiza rəyləri müvafiq olaraq 7 nəfər və 6 nəfər şəxs barəsində keçirilməklə müvafiq rəylər tərtib edilmiş, həmin şəxslərin barəsində olan cinayət işləri də ayrıca icraatda məhkəməyə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hökmün 26-cı bəndində göstərilmiş məhkəmə-kimyəvi ekspertiza tədqiqatına sərf edilmiş 81 manatın 12 (on iki) manatı, hökmün 31-ci bəndində göstərilmiş məhkəməballistik ekspertiza tədqiqatına sərf edilmiş 64 manatın 11 (on bir) manatı Təqsirləndirilən şəxs aid edilməlidir.
116. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
117. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
118. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X8 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
119. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 17 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra ümumi təmiz qalıq çəkisi 5,222 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatlı bıçaq məhv edilsin, 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 23 (iyirmi üç) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.