Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-281/2025 04.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri, X1 və X3, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokurorları Dövlət ittihamçısı, X4, müdafiəçi-Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Babaəli oğlunun, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, ali təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış Zərərçəkmiş şəxs MMC-nin (VÖEN: **********) ünvan 2 ünvanında yerləşən, “Badamdar Hotel & Residences” filialında 09 dekabr 2022-ci il tarixdən 2023-cü ilin mart ayınadək xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı əsasında mal qəbulu üzrə köməkçi, 01 mart 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə baş xəzinədar vəzifəsində işlədiyi müddət ərzində öz qulluq mövqeyindən istifadə edərək vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə, eləcə də cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən filialın şöbələrində toplanılan pul vəsaitlərinin dəqiq uçotunu aparmaqla xəzinəyə mədaxil olunması, işəgötürənə ziyan vurma hallarına yol verilməməsi və digər işlərin görülməsinin ona həvalə edilməsinə baxmayaraq məhdud məsuliyyətli cəmiyyətin şöbələri tərəfindən xəzinəyə mədaxil olunması üçün ona təqdim edilən pul vəsaitlərinə dair qəbzlərdəki məlumatların həqiqi məzmununu təhrif edib süni surətdə maliyyə artıqlığı yaratmaqla, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq həmin pulları ələ keçirib maddi vəziyyətini yaxşılaşdırmaq və qanunsuz sərvət əldə etmək məqsədilə xx.xx.2023-cü il tarixli mədaxil qəbzində MMC-nin “FO” şöbəsindən toplanmış vəsait üzrə “1610” rəqəminə vergül əlavə edərək "xxxx", xx.xx.2023-cü il tarixli mədaxil qəbzində MMC-nin “FO” şöbəsindən toplanmış vəsait üzrə “2345” rəqəminə vergül əlavə edərək, "xxxx", xx.xx.2023-cü il tarixli mədaxil qəbzində MMC-nin “FO” şöbəsindən toplanmış vəsait üzrə “3236” rəqəminə vergül əlavə edərək "xxxx", xx.xx.2023-cü il tarixli mədaxil qəbzində MMC-nin “FO” şöbəsindən toplanmış vəsait üzrə “4400” rəqəminə vergül əlavə edərək "xxxx", xx.xx.2023-cü il tarixli mədaxil qəbzində MMC-nin “F1O” şöbəsindən toplanmış vəsait üzrə “2156” rəqəminə vergül əlavə edərək "xxxx", xx.xx.2023-cü il tarixli mədaxil qəbzində MMC-nin “FO” şöbəsindən toplanmış vəsait üzrə “1750” rəqəminə vergül əlavə edib “175,00” edərək vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədərək, 13.947,30 ( on üç min doqquz yüz qırx yeddi manat, otuz qəpik) manat məbləğində pul vəsaitini xəzinəyə mədaxildən yayındıraraq vahid niyyətlə qanunsuz götürməklə özünün şəxsi ehtiyaclarına sərf edib öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək ona etibar edilmiş 13.947,30 manat məbləğində pul vəsaitlərini Zərərçəkmiş şəxsnə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə « Badamdar Estates” MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən “Badamdar Hotel & Residences” filialında baş xəzinədar vəzifəsində işləyərkən əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə, eləcə də cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən işəgötürənə ziyan vurma hallarına yol verilməməsi və digər işlərin görülməsinin ona həvalə edilməsinə baxmayaraq maddi vəziyyətini yaxşılaşdırmaq və qanunsuz sərvət əldə etmək məqsədilə cinayətkar fəaliyyətini davam etdirib MMC-nin “FO”, “F10”, “Chillbar”, “CİB” “SPA”, “Fand B”, “F/B Reppermill”, “Chillbar F/B”, "xxxx" şöbələrindən toplanılmaqla ona təqdim olunan maliyyə vəsaitlərini MMC-nin xəzinəsinə mədaxil etməli olduğu halda cəmi 149.312,16 (yüz qırx doqquz min üç yüz on iki manat, on altı qəpik) manat məbləğində pul vəsaitlərini xəzinəyə mədaxil etməyib uçotdan yayındırmaqla qanunsuz götürərək Zərərçəkmiş şəxs MMC-nin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla özünün şəxsi ehtiyaclarına sərf edərək öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək ona etibar edilmiş 149.312,16 (yüz qırx doqquz min üç yüz on iki manat, on altı qəpik) manat məbləğində pul vəsaitlərini Zərərçəkmiş şəxsnə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talamışdır. Təqsirləndirilən şəxs ifadələrində ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, o, 15 avqust 2023-cü il tarixdə həmin otelə mal qəbulu köməkçisi kimi işə düzəlmişdir. 01 mart 2023-cü il tarixində baş xəzinədar vəzifəsinə keçmişdir və bu fakt əmək kitabçasında da qeyd olunub. Audit yoxlamasında onun xəzinadar işi dekabr ayının 9-dan götürülüb, lakin o, həmin vaxt baş xəzinədar işləməmiş, həmçinin audit yoxlamasında olan sənədlər ona təqdim olunmayıb, audit yoxlamasının şəffaf keçirilmədiyini hesab edir. Məxaric və mədaxil sənədlərinin səhv olduğunu düşünür, çünki ona heç biri təqdim olunmayıb deyə, bilmir ki, nəyi düzgün hesablayıblar, nəyi səhv hesablayıblar. Oteldə mədaxil qəbzləri əlyazma formasında idi. Məsələn, kimsə axşam kassaya 5 min manat verir, səhər o, təhlükəsizlik əməkdaşı ilə birlikdə kameranın altında həmin pulu götürəndə, yazırdı ki, 5 min manat götürdü və təhlükəsizlik əməkdaşı da imzalayırdı. Həmin 5 min məbləğin arxasına bir ədəd sıfır əlavə etməklə 50 min etmək olar və beləliklə audit yoxlamasında onun 45 min manat əksiyi olacaq. Əgər kassa çekləri təqdim olunsa idi, onlar həmin məbləği dəqiq bilərdilər. Heç bir kassa çeki ona təqdim olunmayıb, hamısı əlyazma ilə olub və əlyazmada dəyişiklik etmək olur. Bu səbəbdən də audit yoxlamasından narazıdır, şəffaf keçirilməyib, həmçinin 9 dekabr tarixindən hesablanıb, o, həmin vaxt baş xəzinədar olmamışdır. Xəzinəyə mədaxil əllə yazılırdı, kassirlər yazırdılar ki, filan qədər mədaxil olub, o, təhlükəsizlik əməkdaşı ilə birlikdə məbləği yazıb, imzalayıb və götürmüşdür. Həmin otaqdan yox, amma otelin ərazisindən çıxanda kemeranın altında üzərilərini əllə yoxlayırdılar. Xəzinənin 2 açarı olmalı idi, ancaq ona dedilər ki, ikinci açar itib, bir açar onda olmuşdur. . İbtidai istintaq zamanı özündə olmamışdıri, müstəntiq onu aldadıb, o da sonradan müstəntiq barədə şikayət etmişdir, lakin o, həmin şikayəti cinayət işinin materiallarına əlavə etməyib. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, çünki müstəntiq onu həm aldadıb, həm də ona hədə-qorxu gəlib. O, sevgilisi üçün 1000 ədəd qızılgül almışdır. Maaşı 750 manat olub. Qızılgülləri 1000 manata almışdır. Qızılgülləri alanda evdən ona kömək etmişdilər, iş yoldaşı Mətləbdən iki min manat borc almışdır, lakin müstəntiq qeyd etməmişdir. 09 dekabr 2022ci il tarixdən 2023-cü ilin mart ayına kimi Zərərçəkmiş şəxs MMC-də mal qəbulu üzrə köməkçi təyin olunmuşdur. Şirkətə vurulmuş ziyanı ödəməmişdir, çünki həmin pulu o, mənimsəməyib. Şahid5 kafede tanımışdır. Şahid5 pul verib-verməməyi ilə bağlı cavabı və ifadələrinə əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı göstərmişdir ki, 2022-ci ilin avqust ayında "xxxx" MMC mal qəbulunda köməkçi kimi işə başlamışdır. Əvvəllər mal qəbulunda işlədiyi zaman pul vəsaitləri ilə iş görmədiyindən heç bir mənimsəmə etməmişdir. 2022ci ilin dekabr ayından həmin şirkətdə tam maddi məsuliyyət müqaviləsi bağlayaraq baş xəzinədar vəzifəsini icra etmişdir. Həmin zaman cəmiyyətin “Xərclər üzrə nəzarətçi” vəzifəsində çalışan Şahid8 xəzinədə olan pul vəsaitlərini təhvil-təslim edərək baş xəzinədar kimi fəaliyyətə başlamışdır. Baş xəzinədar vəzifəsini icra edən zaman əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlamışdır. Baş xəzinədar kimi işlədiyi zaman vəzifə təlimatları gündəlik olaraq şöbələrin kassalarını yoxlamaq, şöbələrdən (spa, front offıce, restoran) kassaya gələn məbləğə nəzarət etmək və digər şöbələri aşağı dərəcəli valyutalarla təmin etmək olmuşdur. Kassadaki vəsaitlərə görə tam maddi məsul şəxs olmuşdur. "xxxx" MMC mühasibatlıq sistemi qurulmadığı üçün dəfələrlə sistem üzərində olan rəqəmlərlə fiziki olan pullar arasında fərqlər yaranmışdır. Tərəfindən sistem açılarkən fərqlər görünmüş və bu barədə hotelin müdiri Elvin Rəhimova, maliyyə meneceri Şahid6 rəsmi məktublarla müraciət edərək “excel” proqramı vasitəsi ilə cədvəl quraraq fərqləri göstərərək müraciət etmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzində MMC-nin “FO” şöbəsindən toplanmış vəsait üzrə “1610” rəqəminə "xxxx", xx.xx.2023-cü il tarixli mədaxil qəbzində MMC-nin “FO” şöbəsindən toplanmış vəsait üzrə “2345” rəqəminə "xxxx", xx.xx.2023-cü il tarixli mədaxil qəbzində MMC-nin “FO” şöbəsindən toplanmış vəsait üzrə “3236” rəqəminə "xxxx", xx.xx.2023-cü il tarixli mədaxil qəbzində MMC-nin “FO” şöbəsindən toplanmış vəsait üzrə “4400” rəqəminə "xxxx", xx.xx.2023-cü il tarixli mədaxil qəbzində MMC-nin “F1O” şöbəsindən toplanmış vəsait üzrə “2156” rəqəminə "xxxx", xx.xx.2023-cü il tarixli mədaxil qəbzində MMC-nin “FO” şöbəsindən toplanmış vəsait üzrə “1750” rəqəminə “175,00” yazaraq vergüllər əlavə etməsi texniki səhvi nəticəsində baş vermişdir. Həmin vergülü iş yükünün ağırlığından aslı olaraq yorğun olduğu üçün səhvən atmışdır. Rayon prokurorluğuna ilkin izahat verən zaman Zərərçəkmiş şəxs MMC-də işlədiyi dövrdə qəsdən mədaxil qəbzlərinə vergül ataraq, qeyd edilən məbləğləri azaldaraq, kassaya mədaxil etməyərək mənimsədiyini və pulları Bakı şəhəri, Xətai rayonu ünvanında yerləşən “Barley” adlı restoranda tanış olduğu Şahid5 adlı xanıma xərclədiyini, pulları xərcləməkdə səbəb isə sonuncunun onu şantaj etdiyini deməsini təkzib etmişdir. Həmin zaman ruhi həyəcan vəziyyəti güclü olduğundan Şahid5 barəsində onu şantaj edərək 163.000 manat pul vəsaitini sonuncuya xərcləməsi barədə yazdığı şikayət ərizəsini də əsassız olaraq rayon prokurorluğunun inzibati binasının 1-ci mərtəbəsində yerləşən “Ərizə və şikayətlər üçün” olan qutuya atmışdır. Baş xəzinədar vəzifəsində işləyən zaman aylıq gəliri 800 manat olmuş, başqa heç bir gəlir yeri olmamışdır. Şahid5 təqdim etdiyi onun aldığı 5 ədəd 101 qızılgül videosu ilə tanış olmuş, həmin gülləri Xətai rayonunda yerləşən “Flowers World” gül dükanından 1000 manata aldığını demişdir. İşə qəbul olan zaman 10.000 manatlıq “Haval” markalı avtomobili olmuş, bir müddət sonra öz maşınını satmış, 16.700 manata “Toyota Prius” markalı avtomobili almışdır. “Toyota Prius” markalı avtomobilini 2022-ci ilin noyabr ayında satdıqdan bir müddət sonra, “Mercedes E-class 240” markalı avtomobil almışdır. Etdiyi əmələ görə peşmandır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı göstərmişdir ki, xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs mal qəbulu üzrə köməkçi vəzifəsinə işə qəbul edilmişdir. Həmin vəzifədə çalışdığı zaman işində heç bir problem olmamış, xx.xx.2022-ci il tarixdə təhvil aktı ilə Təqsirləndirilən şəxs xəzinəni Şahid8 təhvil almış və sınaq müddətində xəzinədar vəzifəsində işləmişdir. Təhvil-təslim aktına görə Təqsirləndirilən şəxs xəzinəni 2249 azn və 4.70 azn pulla birlikdə Şahid8 təhvil almışdır. Sınaq müddəti bitdikdən sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs baş xəzinədar vəzifəsinə keçirilmiş, vəzifə təlimatları kassaya daxil olan vəsaitlərin qəbulu, vəsaitlərin işlənilməsi və təhlükəsizliyinin təmin edilməsi olmuşdur. Təqsirləndirilən şəxs mədaxil qəbzlərini saxtalaşdırma üsulu ilə, bundan başqa şöbələrdən gələn pul vəsaitlərinin bir hissəsini kassaya mədaxil etməyərək mənimsəmə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs kassaya daxil olan sənədləri rəsmi formada qəbul etdikdən sonra vergüldən istifadə edərək mənimsəmə etmiş, yəni daxil olan mədaxil qəbzlərinin üzərində, 4000 rəqəminə vergül əlavə edərək 400 manat kassaya qoyub, 3600 manat mənimsəmə etmişdir. Ümumillikdə 163.259,46 manat pul vəsaitini mənimsəmişdir. xx.xx.2023-cü il tarixdə işdən azad olunmuşdur. xx.xx.2023-cü il tarixdə cəmiyyətdə maliyyə yoxlamasını bildiyi üçün Təqsirləndirilən şəxs həmin tarixdən işə gəlməmişdir. Buna görə də əmək müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq 1 həftə müddətində ona xəbərdarlıq edilsə də, xəbər vermədən, üzrlü səbəb olmadan işə gəlmədiyinə götə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsəsan işdən azad edilmişdir. Aparılan araşdırmalar zamanı Təqsirləndirilən şəxs MMC-də baş xəzinədar işlədiyi zaman 163.259,46 manat pul vəsaitinin mənimsədiyi müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs MMC-nin daxil olduğu “PMD Hospitaliy” şirkətlər qrupunun daxili nizamnaməsində xəzinənin 2-ci açarının olması və onun hotel müdirinin otağıdan möhürlü qabda saxlanılması, hər həftə maliyyə meneceri, hotel müdüri, mühafizə əməkdaşı tərəfindən yoxlanılaraq aktlaşdırılması olmamışdır. Ümumiyyətlə xəzinənin 2-ci açarı mövcud olmamış, yalnız bir açar Təqsirləndirilən şəxs olmuşdur. Zərərçəkmiş şəxs MMC-nin daxil olduğu “PMD Hospitaliy” şirkətlər qrupunun daxili nizamnaməsinə görə xəzinə maliyyə meneceri tərəfindən yoxlanılmalı olmuşdur. Lakin MMC-də maliyyə meneceri vəzifəsini icra edən vəzifəli şəxs olmadığı üçün xəzinənin yoxlanılması reallaşdırılmamışdır. Şahid6 maliyyə menecerinin müavini vəzifəsində işləmiş və vəzifə təlimatına əsasən xəzinənin yoxlanılması təlimatı olmadığından belə yoxlama həyata keçirilməmiş və aktlaşdırılmamışdır. Təqsirləndirilən şəxs' ifadəsində qeyd etdikləri reallığı əks etdirməmiş, yalan və böhtandan ibarət olmuşdur. Təqsirləndirilən şəxs işdən çıxmamışdan təxminən iki ay öncə yeni təyin edilmiş mühafizə rəisi tərəfindən işçilərin çıxarkən üstləri yoxlanılmışdır. Lakin həmin tədbir işçilər yalnız işdən çıxıb evə gedən zaman tətbiq olunmuşdur. İşçilər asudə vaxtlarında rahat hotelin ərazisindən çıxaraq sərbəst hərəkət etmiş və bu zaman üstləri heç kim tərəfindən yoxlanılmamışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə xəzinəni təhvil aktı ilə Təqsirləndirilən şəxs xəzinəni Şahid8 təhvil almış və sınaq müddətində xəzinədar vəzifəsində işləmişdir. Sınaq müddəti bitdikdən sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs baş xəzinədar vəzifəsi ştatına keçmiş və işləmişdir. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. O, Zərərçəkmiş şəxs MMC-də qeydiyyat şöbəsində işləmişdir. Onlar qonaqları qəbul edirdilər, qonaqlar nağd və nağdsız qaydada ödənişlər edirdilər, onlar da həmin ödənişləri otelin «Opera» sisteminə daxil edirdilər, sonra həmin ödənişləri zərfə qeyd edirdilər, bundan sonra növbətçi qeydiyyatçı gələndə onlar mühafizəçi ilə birlikdə pulları sayıb zərfə qoyurdular, növbətçi qeydiyyatçı şahid kimi məbləği təsdiq edirdi. Sonra həmin zərfi kassaya daxil edirdilər. O, Dünyamalının pul mənimsədiyinin şahidi olmamışdır. Oteldə menecer var idi, ondan Dünyamalının külli miqdarda pul mənimsədiyini eşitmişdir. Dünyamalının vergüldən istifadə edərək, pulları mənimsədiyini eşitmişdir.Yəni ödənilən məbləğin rəqəm ifadələrinə vergül yazaraq ödjənilən məbələqğ az göstərməklə, ödənilən məbləqləri mənimsəmişdir, lakin Dünyamalının vergüldən istifadə edərək, pulları mənimsədiyini şəxsən görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər Zərərçəkmiş şəxs MMC-dəqeydiyyatçı vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs iş prosessində tanımışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə mal qəbulu üzrə köməkçi vəzifəsində işə başlamış, daha sonra xx.xx.2022ci il tarixdə xəzinədar vəzifəsinə keçmişdir. Təqsirləndirilən şəxs 163.259,46 manat pul vəsaitinin mənimsəmə etməsi ilə bağlı sonradan məlumatı olmuşdur. Gündəlik olaraq işlədiyi şöbədə toplanan pul vəsaitlərini konvertə daxil edərək və konvertin üzərinə toplanan vəsaiti qeyd edərək xəzinəyə aparmışdır. Konverti apardıqdan sonra Təqsirləndirilən şəxs pulu saymış və konvertin üzərindəki məbləği mədaxil qəbzində qeyd edərək kassaya daxil etmişdir. Təqsirləndirilən şəxs uyğun gəldiyi halda mədaxil qəbzlərində adlarını, qarşısına gətirdikləri pul məbləğini yazmış, imzalarla təsdiq olunmuşdur. Pul vəsaitini gətirdiyi zamanı Təqsirləndirilən şəxs mədaxil qəbzlərinə vergül artırmaqla suni olaraq azaldaraq qalan pul vəsatinin mənimsəməsi barədə sonradan məlumatı olmuşdur. Təqdim olunan xx.xx.2023-cü il cü il tarixdə cəmiyyətin F10 şöbəsində yığılan 4400 pul vəsaitini üzərində “Pullman” yazılan zərfə daxil etmiş, üzərinə “xx.xx.2023-cü il 4400 AZN” yazaraq, altdan imza hissəsinə qol çəkərək həmin zərfi təhvil vermişdir. Təqdim edilən xx.xx.2023-cü il tarixli mədaxil qəbzində “ad, soyad” “şöbə” “məbləğ”, “əməliyyatçının imzası” qrafalarındakı yazılar, rəqəmlər və imzalar ona məxsusdur. Zərfi xəzinəyə təhvil verdikdən sonra ad, soyad hissəsinə öz ad, soyadını, şöbəyə işlədiyi şöbəni, məbləğ hissəsinə xx.xx.2023-cü il tarixdə toplanılan məbləği (yəni 4400 manatı) və əməliyyatçının imzası hissəsinə öz imzasını qeyd etmişdir. “4400 AZN” yazısına vergülü atmamış, yəni “4400 AZN” yazısını 440,0 etməmiş, bunu kassaya məsul şəxs Təqsirləndirilən şəxs etmişdir. Həmin mədaxil qəbzindəki “təhvil alanın imzası”, “məbləğ”, “şahidin imzası” Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Buradan da Təqsirləndirilən şəxs “4400 AZN” yazısına vergül ataraq 440,0 manat eləməsi, qalan pulu isə mənimsəməsi aydın olmuşdur. xx.xx.2023-cü il tarixdə ümumi dövriyyə 5381,6 manat olsa da, Təqsirləndirilən şəxs tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli mədaxil qəbzində isə 3441,2 manat olmuşdur. Buradan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 1940,40 (min doqquz yüz qırx manat qırx qəpik) mənimsəmə etmişdir. Təqsirləndirilən şəxs dəbdəbəli həyat tərzinə daima təəccüblənmiş, həmçinin onun onlayn kazino saytlarına böyük məbləğdə qumar oynaması barədə məlumatlı olmuşdur. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. O, “Badamdar Estates MMC”-də qeydiyyat şöbəsində işləmişdir. O, Dünyamalının pul mənimsədiyinin şahidi olmamışdır. Dünyamalının vergüldən istifadə edərək, pulları mənimsədiyini eşitmişdir. Dünyamalının təzə telefon və maşın aldığının şahidi olmuşdur. O, işə qəbul olunanda Dünyamalı xəzinədar işləyirdi. O, Dünyamalının sənəd saxtalaşdırdığını görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən Zərərçəkmiş şəxs MMC-də qeydiyyatçı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs iş prosessində tanımışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə mal qəbulu üzrə köməkçi vəzifəsində işə başlamış, daha sonra xx.xx.2022-ci il tarixdə xəzinədar vəzifəsinə keçmişdir. Təqsirləndirilən şəxs 163.259,46 manat pul vəsaitinin mənimsəmə etməsi ilə bağlı sonradan məlumatı olmuşdur. Gündəlik olaraq işlədiyi şöbədə toplanan pul vəsaitlərini konvertə daxil edərək və konvertin üzərinə toplanan vəsaiti qeyd edərək xəzinəyə aparmışdır. Konverti apardıqdan sonra Təqsirləndirilən şəxs pulu saymış və konvertin üzərindəki məbləği mədaxil qəbzində qeyd edərək kassaya daxil etmişdir. Təqsirləndirilən şəxs uyğun gəldiyi halda mədaxil qəbzlərində adlarını, qarşısına gətirdikləri pul məbləğini yazmış, imzalarla təsdiq olunmuşdur. Pul vəsaitini gətirdiyi zamanı Təqsirləndirilən şəxs mədaxil qəbzlərinə vergül artırmaqla suni olaraq azaldaraq qalan pul vəsatinin mənimsəməsi barədə sonradan məlumatı olmuşdur. Təqdim olunan xx.xx.2023-cü il cü il tarixdə cəmiyyətin F10 şöbəsində yığılan 1750 pul vəsaitini üzərində “Pullman” yazılan zərfə daxil etmiş, üzərinə “xx.xx.2023-cü il 1750 AZN” yazaraq, altdan imza hissəsinə qol çəkərək həmin zərfi təhvil vermişdir. Təqdim edilən xx.xx.2023cü il tarixli mədaxil qəbzində “ad, soyad” “şöbə” “məbləğ”, “əməliyyatçının imzası” qrafalarındakı yazılar, rəqəmlər və imzalar ona məxsusdur. Zərfi xəzinəyə təhvil verdikdən sonra ad, soyad hissəsinə öz ad, soyadını, şöbəyə işlədiyi şöbəni, məbləğ hissəsinə xx.xx.2023-cü il tarixdə toplanılan məbləği (yəni 1750manatı) və əməliyyatçının imzası hissəsinə öz imzasını qeyd etmişdir. “1750 AZN” yazısına vergülü atmamış, yəni “1750 AZN” yazısını 175,0 etməmiş, bunu kassaya məsul şəxs Təqsirləndirilən şəxs etmişdir. Həmin mədaxil qəbzindəki “təhvil alanın imzası”, “məbləğ”, “şahidin imzası” Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Buradan da Təqsirləndirilən şəxs “1750 AZN” yazısına vergül ataraq 175,0 manat eləməsi, qalan pulu isə mənimsəməsi aydın olmuşdur. Təqsirləndirilən şəxs dəb-dəbəli həyat tərzinə daima təəccüblənmiş, həmçinin onun onlayn kazino saytlarına böyük məbləğdə qumar oynaması barədə məlumatlı olmuşdur. Şahid7 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Dünyamalı bəy 2022-ci ildən Zərərçəkmiş şəxs MMC-də işləyirdi. Dünyamalı anbardar vəzifəsinə işə götürülmüşdü, sonra maliyyə müdiri olmadığına görə, maliyyə müdirini əvəz edən Şahid6 təşəbbüsü ilə Dünyamalı kassir olaraq işləməyə başladı. Şirkətdə son günə qədər pulların mənimsənilməyi ilə bağlı məlumat olmayıb. Əslində maliyyə şöbəsi tərəfindən, mütəmadi olaraq, yoxlanış olmalı idi, məbləğlər sayılmalı idi. 2023-cü ilin avqust ayının 15-i onlar biliblər ki, Dünyamalı pulları mənimsəyib. Audit yoxlaması nəticəsində mənimsənilən məbləğlər arta-arta 163 min manat olması müəyyən olundu. Həmin vaxt Dünyamalı işə gəlməmişdi, Samir bəy məlumat verdi ki, Dünyamalı zənglərə cavab vermir. Sonra Dünyamalı bəyi işdən azad etdilər. Dünyamalı bəyi 2022-ci ildən tanıyır. Dünyamalı 2023-cü ilin yanvar ayından avqust ayının 15-dək mənimsəmə edib. Xəzinəyə daxil olan pul sistemdə hesablanırdı, lakin fiziki olaraq sayılmırdı. Məbləğlər uyğun gəlirdi, lakin fiziki olaraq, pul yox idi. Seyfə Dünyamalı nəzarət edirdi. 2022-ci ilin yanvar ayından 2023-cü ilin avqust ayının 15-dək kassa sayılmayıb. Dünyamalı 2022-ci ilin dekabr ayından xəzinədar vəzifəsində işləyirdi. Maliyyə şöbəsinin rəhbəri əmri ilə Dünyamalı bəy xəzinədar vəzifəsinə keçib. O həmin əmri görüb. Müəsisənin adından ilk dəfə o, prokurorluğa şikayət edib. 17 avqust 2023-cü il tarixində o, prokurorluğa müraciət etmişdir. 15 avqust 2023-cü il tarixdə aşkar etmişdilər ki, 90 min manat pul yoxdur, 2 gün sonra Səbail Rayon Prokurorluğuna müraciət etdilər, Səbail Rayon Prokurorluğundan bildirdilər ki, Yasamal Rayon Prokurorluğuna müraciət etməlidirlər, onlar da Yasamal Rayon Prokurorluğuna müraciət etdilər.2023-cü ilin avqust ayında şikayət etmişdi. Yasamal rayon prokurorluğuna şikayət etmişdi. İlkin audit rəyində mənimsənilən məbləğ 13 min manat idi, sonra məbləğlər arta- arta 163 min manat olduğu müəyyən olundu. Dünyamalının xəzinədar vəzifəsini kimdən təhvil alması yadında deyil. Dünyamalı 2023-cü ilin avqust ayının 15-dən işə gəlməyib. Kassa avqust ayının 13-ü açılıb. Kassa açılarkən orada iştirak etməmişdir. Dünyamalını çağırmışlar,lakin onun xəstə olduğunu deyiblər və o, işə gəlməyib. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, Zərərçəkmiş şəxs MMC-də əməliyyatlar üzrə Menecer müavini işləmişdir və hazırda da həmin vəzifədə işləyir. Şirkətdə cari yoxlamalar olur. Onlara əvvəlcədən bildirdilər ki, yoxlama gələcək. Sonra Baş ofisdən yoxlama gəldi, kassanı sayıb, gördülər ki, məbləğ yoxdur. Maliyyə şöbəsinin əməkdaşı Samir bəy Dünyamalıya zəng etdi, lakin Dünyamalıya zəng çatmadı. Kassa Maliyyə şöbəsi tərəfindən açılır, orada onun iştirakı olmur. Kassa açılarkən Maliyyə şöbəsinin əməkdaşları və audit əməkdaşı iştirak edir. Sonra sayım edirlər, sayım əsnasında ilkin olaraq, 20-22 min manat əksik olduğu müəyyən edilib, sonra növbəti sayımlarda 90 min manat çatışmazlıq aşkar olunub. Samir bəy ona müraciət edən zaman direktor Elvin bəy məzuniyyətdə idi və onun da Elvin bəyi əvəz etmək hüququ var idi. Sayımlar da Samir bəy iştirak edirdi, Samir bəy Maliyyə şöbəsindən məsul şəxs idi, Samir bəy bildirdi ki, Dünyamalı işə gəlməyib. Sonra Samir bəy Dünyamalının ailəsi ilə əlaqə saxlamaq qərarına gəldi, bu prosesləri Samir bəy davam etdirdi. Onun üzərinə düşən baş verən hadisəni araşdırmaq və aidiyyatı üzrə müraciət etmək idi. 15 avqust 2023-cü il tarixdə audit komandası gəlib və sayım olub. O, kassanın açılmasında iştirak etməmişdir. Kassanın açılmasında audit tərəfdən Babək bəy, Maliyyə şöbəsinin əməkdaşları Samir bəy Fuad bəy iştirak ediblər. Əməliyyatlar şöbəsinin sayımda iştirak etməsi qanunsuzdur, kassanı Maliyyə şöbəsi sayır, sonra ona məruzə olunur. Kassanın açılması ilə bağlı komissiyanı ümumi qrup rəhbəri yaradıb, Maliyyə şöbəsinin əməkdaşlarının iştirakı ilə kassa açılır. 15 avqust 2023-cü il tarixdə komissiya yaradılıb. Komissiyanın sədrinin kim olmasını bilmir. O, hansısa Maliyyə şöbəsinin əməkdaşı tərəfindən kassanın açılması barədə əmr verməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid7 ibtidai istintaq zamanı Şahid6 ilə oxşar məzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. Şahid10 ifadələrində göstərdi ki, Dünyamalı bəy onların maliyyə şöbəsinin əməkdaşı idi. Şirkətdə gün ərzində satış olanda, kassanı bağlayıb, pulu zərfə qoyub, təhlükəsizlik əməkdaşı ilə birlikdə yuxarı mərtəbəyə qalxıb, resepşnlə birlikdə pulu sayıb, şahidlər imzaladıqdan sonra zərfi seyfə atılırdı. Sonra Dünyamalı bəy həmin pulları sayıb təhvil alırdı. Dünyamalı bəy vergüldən istifadə edərək, pulun miqdarını azaldaraq, mənimsəyib. O, müştərilərdən pulu qəbul edib, kassaya təhvil verirdi. Dünyamalı bəyə pul xırdalamaq üçün müraciət edirdilər. Pulu zərfə qoyub, seyfə atırdılar, Dünyamalı bəy seyfi açıb pulu götürürdü. Seyf ancaq Dünyamalı bəyə təhkim olunmuşdu. O, Dünyamalı bəyi güdməmişdir. Dünyamalı bəy təzə «iphone» markalı telefon almışdı. O, 2022-ci ildə işə götürülmüşdür. Şirkətdə kassaya cavabdeh şəxs Dünyamalı bəy idi. Dünyamalı bəydən başqa heç kim seyfi açmırdı. Dünyamalının bahalı restoranlara getməsini onun statuslarında görmüşdür. Dünyamalı bəyin xanıma bahalı hədiyyə verməsini eşitmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid10 ibtidai istintaq zamanı göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də işləyir. Təqsirləndirilən şəxs iş prosessində tanımışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəmiyyətdə mal qəbulu üzrə köməkçi vəzifəsində işə başlamış, daha sonra xx.xx.2022-ci il tarixdə baş xəzinədar vəzifəsini icra etməyə keçmişdir. xx.xx.2023-cü il tarixdə yoxlama gələn zaman kassada 163.259,46 manat əksik olunduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən sənədlər üzərində saxtakarlıq və başqa üsullarla etdiyini öyrənmişdir. Belə ki, şöbələrdə toplanan pulları konvertin içinə qoymuş və həmin konverti xəzinəyə aparmışlar. Konverti apardıqdan sonra xəzinədar pulu saymış və konvertin üzərindəki məbləğə uyğun olaraq mədaxil qəbzi tərtib etmişdir. Tarixini xatirlamadığı vaxtda müəyyən miqdarda pul vəsaitini konvertə qoyub xəzinəyə aparmış, həmin zaman isə pulu xəzinədə kassanın üzərinə qoyan zaman baş xəzinədar Təqsirləndirilən şəxs də orada olmuşdur. Pul olan bağlamanı kassanın üzərinə qoyan zaman Təqsirləndirilən şəxs bağlamanı götürmüş və qələmi əlinə almışdır. Ondan nə etdiyini soruşduq da, öz sənədində imza atdığını demişdir. Bu zaman heç nə anlamamış, lakin Təqsirləndirilən şəxs mənimsəmə etməsi müəyyən olunduqdan sonra rəqəmlərə vergül qoymaqla dəyəri azaldıb belə saxtarkarlıq etməklə mənimsəmə etdiyini anlamışdır. Həmin zaman heç nə başa düşmədiyi üçün hüquq-mühafizə orqanlarına, şirkətə məlumat verməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs digər iş yoldaşlarına bahalı restoranlarda qonaqlıqlar vermiş, çoxlu miqdarda pul xərcləmişdir. Sonuncunun onlayn kazino saytlarına çox pullar qoyaraq oynamasını və münasibəti olduğu xanıma çox bahalı hədiyyələr almasını eşitmişdir. Şahid13 Rusxat oğlu ifadələrində göstərdi ki, o, mühafizə şöbəsində işləyir. O, otelə girib çıxan adamlara nəzarət edir, otelə gələn qonaqları qarşılayır. O, yalnız kənar şöbələr, məsələn SPA şöbəsinin əməkdaşları pul aparanda onlarla birlikdə pulu aparıb kassaya daxil edir, səhər isə kassirlər gəlib həmin pulu götürürlər. 2023-cü ilin yayında məlumat verdilər ki, Dünyamalı 160 min manat civarında mənimsəmə edib. Şirkətdə yoxlama yalnız axşamlar olur. Dünyamalı yoxlanılmayıb, ancaq işdən çıxanda yoxlanılırdı. Dünyamalının pulu otelin ərazisindən necə çıxardığını bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid13 Rusxat oğlu ibtidai istintaq zamanı oxşar məzmunlu ifadə verərək Şahid10nm göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. Şahid6 ifadələrində göstərdi ki, Dünyamalı maliyyə rəhbəri Vüqar Muxtarovun dövründə anbardar kimi işə götürülmüşdü. Sonra Vüqar öz istəyi ilə işdən ayrıldı və onun yerinə şöbə rəhbəri olaraq heç kim işə götürülmədi. Həmin dövrdə Dünyamalı kassir vəzifəsinə təyin olundu və kassada olan bütün məbləğ xərclərə nəzarətçi olan Şahid8 tərəfindən şahidlərin iştirakı ilə Dünyamalıya təhvil verildi. Baş ofisdə daxili audit komandası var, onlar bir gün ona zəng edib, yoxlamaya gəlmək istədiklərini bildirdilər, o da auditlərə sabah gəlmələrini söylədi. O, maliyyə əməkdaşlarına sabah audit yoxlamasının gələcəyini və hamının sabah işdə olmasını bildirdi. Növbəti gün Dünyamalıdan başqa hamı işə gəlmişdi. Adətən işçilər işə gec gələndə və ya işə gəlməyəndə zəng edib icazə alırdılar. Dünyamalı da bir neçə dəfə icazə alıb işə gəlməmişdi, icazə ilə bağlı heç bir problemləri olmamışdı. Dünyamalıya zəng etdilər zəng çatmadı. O, Dünyamalının bacısı ilə əlaqə saxladı. Dünyamalının bacısı otellər şəbəkəsində işləyirdi, qiyabi tanışlıqları var idi. Bacısı Dünyamalının qarnının ağrıdığını və özünü pis hiss etdiyini bildirdi. Sonra atası ilə əlaqə saxladılar, o da Dünyamalının qarnının ağrıdığını və həkimə aparacaqlarını bildirdi. Audit yoxlaması keçirildi, əksik olan məbləğlər səslənirdi, o eşitdi ki, 160 min manat əksik gəlmişdi, amma dəqiq məbləği bilmir. Kassirlər tərərfindən əsas kassaya daxil edilən məbləğ məsələn, 5 min olmuşdursa, kassirlər həm zərfin üzərinə və həm də qeydiyyat kağızına 5 min yazırlar və onun şahidi imzalayır. Qeydiyyat kağızının üzərində vergül qoyularaq 5 min rəqəmi 5 yüz olmuşdu, lakin zərfin üzərində 5 min olaraq qalmışdı. Çünki zərfin üzərinə məbləğ həm rəqəmlə, həm də sözlə yazılırdı. Dünyamalı yanvar ayında etibarən vergül qoymaqla məbləği dəyişməyə başlayıbmış. Zərfin üzərinə məbləği satış şöbəsini əməkdaşı yazır və pulu zərfə qoyurdu. Zərflər atılmırdı, kassa ilə tutuşdurulurdu. Maddi məsuliyyət tam olaraq Dünyamalının üzərində idi. Kassa təhlükəsizlik əməkdaşının iştirakı ilə Dünyamalı tərəfindən açılır, qeydiyyat cədvəli ilə zərfin üzərində olan məbləğ və faktiki məbləğ tutuşdurulur, təhlükəsizlik əməkdaşının iştirakı ilə zərfdən məbləğ çıxarılır, əgər hər hansı fərq varsa əllə yazılır və həm Dünyamalı həm də təhlükəsizlik əməkdaşı tərəfindən imzalanır. Maliyyə uçot proqramının olmaması hər hansı şəxsə oğurluq etməsi hüququ vermir, amma şərait yaradır. Bununla bağlı hər hansı yoxlama olmamışdır. İyun-iyul ayında o, “Exesior” otelin kassir əməkdaşını dəstək olaraq cəlb etdi ki, Dünyamalıya başa salsın ki, hesabatlar hansı formada hazırlanır. Dünyamalını baş xəzinədar vəzifəsinə kadrlar şöbəsi təyin edib. O, qərar verən şəxs deyil. Onun vəzifəsi maliyyə menecerinin muavini idi. O orada olan çətinliklər barədə baş ofisə dəfələrlə bildirmişdir. O bildiyi qədər, Dünyamalının kassanı təhvil götürməsi barədə Fuadla təhvil-təslim sənədi var. Fuad xərclərə nəzarətçi işləyirdi. Çünki xəzinə əvvəl Fuadda idi. Xəzinəyə maddi məsuliyyət əvvəl Muxtarov Vüqarda idi, sonra Fuada təhvil verdi, Fuad isə Dünyamalıya təhvil verdi. Onun fikrincə təhvil-təslim aktı var. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir.İfadlərinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid6 ibtidai istintaq zamanı göstərmişdir ki, 2022-ci ilin yay aylarından 2023-cü ilin noyabr ayına qədər Zərərçəkmiş şəxs MMC-də maliyyə meneceri müavini vəzifəsində işləmişdir. Vəzifə təlimatı hesabların aparılması, maliyyə hesabatlarının tərtib olunması, maliyyə uçotunun aparılması və maliyyə rəhbərinin verdiyi göstərişləri yerinə yetirilməsi olmuşdur. xx.xx.2022-ci il tarixdə kassa Təqsirləndirilən şəxs təhvil verilmişdir. Xəzinə Təqsirləndirilən şəxs təhvil-təslim aktı ilə verilmişdir. Təhvil- təslim aktında xəzinədə olan məbləğ tam dəqiqliklə göstərilmiş və Təqsirləndirilən şəxs kassanı təhvil almasını imzası ilə təsdiq etmiş, həmin tarixdə artıq xəzinədar vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxs mədaxil qəbzlərini saxtalaşdırma üsulu ilə, bundan başqa şöbələrdən gələn pul vəsaitlərinin bir hissəsini kassaya mədaxil etməyərək mənimsəmə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs kassaya daxil olan sənədləri rəsmi formada qəbul etdikdən sonra vergüldən istifadə edərək mənimsəmə etmiş, yəni daxil olan mədaxil qəbzlərinin üzərində, 4000 rəqəminə vergül əlavə edərək 400 manat kassaya qoyub, 3600 manat mənimsəmə etmişdir. Ümumillikdə 163.259,46 manat pul vəsaitini mənimsəmiş, xx.xx.2023-cü il tarixdə işdən azad olunmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə dəfələrlə əlaqə saxlamağa çalışmış, lakin mümkün olmamışdır. Təqsirləndirilən şəxs 800 manat aylıq əmək haqqı alsa da, bu maaşa uyğun həyat tərzi ilə yaşamamışdır. Yaşam tərzi qeyd ediləndən daha fərqli olmuşdur. Münasibətdə olduğu xanıma bahalı hədiyyələr almış, həmçinin özünə bahalı aksesuarlar almışdır. Şahid8 ifadələrində göstərdi ki, avqust ayının ortaları baş idarədən audit yoxlaması gəlmişdi. Həmin gün Dünyamalı işə gəlməmişdi. Audit yoxlamasında 160 min manat civarında əksik aşkar olundu. Şöbələrdən gələn məbləğlərin bir qisminin olmadığı müəyyən olundu. Dünyamalı Zərərçəkmiş şəxs MMC-də baş xəzinədar işləyirdi. Gündəlik satışlar olurdu, sabahsı gün xəzinədar kassanı açır, oradakı məbləğləri götürüb kassaya mədaxil edirdi. O, böyük mühasib işləyir. Dünyamalının təhvil-təslim aktı imzalamasını dəqiq bilmir. Dünyamalı 800 manat civarında maaş alırdı. Dünyamalının həyat tərzində fərq var idi, telefon və maşın almışdı. Telefonun markası “iphone 12” və maşın isə “Mercedes E-class 240” idi. Təhvil-təslim aktı var, Dünyamalı ilə onun arasında olub. O, 2023-cü il mart ayının 1-dək xərclər üzrə nəzarətçi olmuşdur. O, kassadakı məbləğləri Dünyamalıya təhvil vermişdir. 2022-ci ilin dekabr ayında Dünyamalı baş xəzinədar keçməli idi, o isə böyük mühasib, bununla bağlı təhvil-təslim olub. Təhvil-təslim aktının olması üçün əmr verilməlidirsə, bu onun vəzifə öhəliyi deyil. Onların arasında sadəcə bu olub ki, kassada filan qədər məbləğ var, təhvil verdi, təhvil aldı. Dünyamalıya o, nəzarət etmirdi. Mədaxili kassa edirdi. Xəzinədar mühasibatlıq şöbəsinin əməkdaşı sayılırdı. Təhvil-təslimə qədər Dünyamalının vəzifəsi mal qəbulu üzrə köməkçi idi. Dekabr ayında təhvil-təslim etməyi Şahid6 şifahi göstəriş verdi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid8 ibtidai istintaq zamanı Şahid6 ilə oxşar məzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. Şahid11 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. O, Zərərçəkmiş şəxs MMC-də qeydiyyatçı vəzifəsində işləmişdir. O, Dünyamalını iki-üç dəfə görmüşdür, Dünyamalı ilə heç bir münasibətim olmayıb. O, iş yoldaşlarından Dünyamalının mənimsəmə etdiyini eşitmiş, lakin necə etdiyini bilməmişdir. Dünyamalının nə qədər mənimsəmə etdiyi yadında deyil. Müştərilərdən pulları alıb, sayırdılar, sonra qol çəkib, pulu zərfə qoyurdular. Pulun miqdarı zərfin üzərinə rəqəmlə yazılırdı. Zərfi seyfə qoyurdular, seyf maliyyə şöbəsinin əməkdaşı tərəfindən açılırdı. Dünyamalını bir-iki dəfə uzaqdan görmüşdür. Seyf qutusunu kimin açdığını bilmir. Dünyamalının bahalı restorana getdiyini eşitmişdir. Dünyamalının sevgilisinə bahalı verməyini eşitmişdir. İşdəki söhbətlərin predmeti Dünyamalının hansısa qızla münasibətdə olması deyil, Dünyamalının mənimsəmə etməsi və həmin pulları xərcləməsi idi.İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid11 ibtidai istintaq zamanı oxşar məzmunlu ifadə verərək Şahid10nm göstərdiyi xüsusatları təsdiqləmişdir. Şahid9 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Onun özü gül dükanı işlədirdi, Dünyamalı da gül dükanının arxasında yaşayırdı. Dünyamalı bir müddət onun işçisi olub, kuryer kimi güllərin ünvanlara çatdırılmasını həyata keçirirdi. Dünyamalı ondan əvvəllər 15-30 manat dəyərində güllər alırdı, bir dəfə Dünyamalı 1000 manat dəyərində beş bükümdə hçr birində 101 qızılgül olan bukeeləri aldı. O, Dünyamalının sifariş verdiyi gülləri başqa rayona göndərməmişdir. Dünyamalı beş ədəd qızılgül buketinin pulunu kart hesabına köçürtdü. Dünyamalı buketlərin pulunu bir dəfəyə ödədi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid9 ibtidai istintaq zamanı göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən “Flowers World” gül dükanının müdiri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs müştərisi olmuşdur. Başqa heç bir münasibətləri olmamış, yalnız, müştərisatıcı kimi münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs nə işlə məşğul olması, barədə heç bir məlumatı olmamışdır. Mağazanı açdıqdan bir müddət sonra Təqsirləndirilən şəxs mağazaya gəlmiş və gül almışdır. Həmişə ondan 20-30 manatlıq güllər aldığı halda, 2023-cü ilin yay fəslində mağazadan 1000 manat dəyərində 5 ədəd 101 qızılgül buketi sifariş etmişdir. Hər buketdə isə müvafiq olaraq “G Ü N E L” hərflərinin olmasını istəmişdir. Gül hazır olduqdan sonra isə taksi ilə Təqsirləndirilən şəxs göstərişi ilə Sumqayıt şəhərində olan, dəqiq xatırlmadığı ünvana göndərmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanımır. O, Zərərçəkmiş şəxs MMC-də işləməyə başlayandan bir ay sonra bu hadisə baş verib. O, Dünyamalını görməmişdir. O, iyul ayının axırları işə başlamışdır. Dünyamalı xəzinədar olub, o isə resepşndir. O, Dünyamalıya pul təhvil verməmişdir. Pulu zərfə qoyub, kassaya atırdı. Məbləği zərfin üzərinə rəqəmlə yazırdılar. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumadan qol çəkmişdir. İşdən prokurorluğa çağırıldığımı bildirdilər. O, Dünyamalını görməmişdir. İşdən ona dedilər ki, “ifadəyə qol çək”. Müstəntiq ona heç bir təzyiq göstərməyib. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də qeydiyyatçı kimi işə başlamışdır. Təqsirləndirilən şəxs iş prosessində tanımışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə mal qəbulu üzrə köməkçi vəzifəsində işə başlamış, daha sonra xx.xx.2022-ci il tarixdə xəzinədar vəzifəsinə keçmişdir. Təqsirləndirilən şəxs 163.259,46 manat pul vəsaitinin mənimsəmə etməsi ilə bağlı sonradan məlumatı olmuşdur. Gündəlik olaraq işlədiyi şöbədə toplanan pul vəsaitlərini konvertə daxil edərək və konvertin üzərinə toplanan vəsaiti qeyd edərək xəzinəyə aparmışdır. Konverti apardıqdan sonra Təqsirləndirilən şəxs pulu saymış və konvertin üzərindəki məbləği mədaxil qəbzində qeyd edərək kassaya daxil etmişdir. Təqsirləndirilən şəxs uyğun gəldiyi halda mədaxil qəbzlərində adlarını, qarşısına gətirdikləri pul məbləğini yazmış, imzalarla təsdiq olunmuşdur. Şöbələrdən xəzinəyə pul daxil olması alqoritmi belə olmuşdur. Pul vəsaitini gətirdiyi zamanı Təqsirləndirilən şəxs mədaxil qəbzlərinə vergül artırmaqla suni olaraq azaldaraq qalan pul vəsatinin mənimsəməsi barədə sonradan məlumatı olmuşdur. Təqdim olunan xx.xx.2023-cü il tarixdə cəmiyyətin F10 şöbəsində yığılan 1750 manat pul vəsaitini üzərində “Pullman” yazılan zərfə daxil etmiş, üzərinə “xx.xx.2023cü il 2345 AZN” yazmış, altdan imza hissəsinə qol çəkərək həmin zərfi təhvil vermişdir. Təqdim edilən xx.xx.2023-cü il tarixli mədaxil qəbzində “ad, soyad” “şöbə” “məbləğ”, “əməliyyatçının imzası” qrafalarmdakı yazılar, rəqəmlər və imzalar ona məxsusdur. Zərfi xəzinəyə təhvil verdikdən sonra ad, soyad hissəsinə öz ad, soyadını, şöbəyə işlədiyi şöbəni, məbləğə xx.xx.2023-cü il tarixdə toplanılan məbləği (yəni 2345 manatı) və əməliyyatçının imzası hissəsinə öz imzasını qeyd etmişdir. “2345 AZN” yazısına vergülü atmamış, yəni “2345 AZN” yazısını 234,5 etməmiş, bunu kassaya məsul şəxs Təqsirləndirilən şəxs etmişdir. Həmin mədaxil qəbzindəki “təhvil alanın imzası”, “məbləğ”, “şahidin imzası” Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Buradan da Təqsirləndirilən şəxs “2345 AZN” yazısına vergül ataraq 234,5 manat eləməsi, qalan pulu isə mənimsəməsi aydın olmuşdur. xx.xx.2023-cü il tarixdə ümumi dövriyyə 3312,0 manat olsa da, Təqsirləndirilən şəxs tərəfindən tərtib edilən xx.xx.2023- cü il tarixli mədaxil qəbzində isə 1426,5 manat göstərilmişdir. Buradan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2110.5 ( iki min yüz on manat əlli qəpik) mənimsəmə etmişdir. Təqsirləndirilən şəxs dəbdəbəli həyat tərzinə daima təəccüblənmiş, həmçinin Təqsirləndirilən şəxs onlayn kazino saytlarına böyük məbləğdə qumar oynaması barədə məlumatlı olmuşdur. Şahid5 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Dünyamalı ilə 2023-cü ilin fevral ayında tanış olmuş, onunla sevgili olmuşdur. Dünyamalının oteldə xəzinədar işlədiyini bilirdi. 2023-cü ilin avqust ayında Dünyamalının mənimsəmə etdiyini eşitmişdir. “Barley” restoranında ofisant işləmişdir. Dünyamalı ilə restoranda tanış olmuşdular. Dünyamalı ilə 2023-cü ilin fevral-avqust aylarında sevgili olmuşlar. O, 2023-cü ilin mart ayında işdən çıxmışdır. Dünyamalı işləməyini istəmirdi deyə işdən çıxdı. O, aylıq iki min manat maaş alırdı. O, beş min manat maaş da alsaydı da, Dünyamalı işdən çıxmağını istəsəydi, işdən çıxardı. Dünyamalı ehtiyac olanda ona pul göndərirdi. Gündəlik ehtiyaclarını ödəmək üçün pul göndərirdi. Dünyamalı 2023-cü ilin aprel ayında ona “İphone 14 Pro” markalı telefon almışdı. Dünyamalı onunla tanış olanda maşınını təzə satmışdı. Dünyamalı taksi sürücüsü də işləyirdi. Dünyamalı ona pulu həm əlbəəl verdirdi, həm də kartına göndərirdi. Dünyamalı ilə restorana gedəndə hesabı Dünyamalı ödəyirdi. Restoranda hesab 60-80 manat olurdu. Dünyamalı ilə nişanlı idilər. Dünyamalı ilə münasibətləri çox yaxşı olub. Dünyamalı ona 101 ədəd gül göndərib. O, Dünyamalıya “Playstation” və “İpod” almışdır. Dünyamalı ona üç min manat pul verib. O, 2023-cü ilin avqust ayında Dünyamalının mənimsəmə söhbətinin olduğunu eşitmişdir, lakin Dünyamalının mənimsəmə etməsinə inanmamışdır. O, Dünyamalının mənimsəmə etməsini eşidəndə, elə bilmişdir ki, ondan ayrılmaq istəyir, ona görə də o, Dünyamalıdan polisə şikayət etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid5 ibtidai istintaq zamanı göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Xətai rayonunda yerləşən “Barley” restoranında Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin restoranda ofsiant işləmiş, Təqsirləndirilən şəxs həmin restoranın daimi müştərisi olmuşdur. Təqsirləndirilən şəxs restorana dəfələrlə gəlib gedərək, onunla əlaqə qurmuş, müxtəlif vaxtlarda restorana gələrək bahalı içkilər sifariş etmiş, çoxlu miqdarda bəxşişlər vermişdir. Bir müddət sonra dost kimi münasibət qurmuş, dost olduqları müddətdə də özünü varlı bir şəxs kimi təqdim etmiş, yaxın münasibət qurmuş, aralarında sevgi münasibətləri yaranmışdır. 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs onun işə getməsinə qadağa qoymuş, maddi cəhətdən təmin etmişdir. Təqsirləndirilən şəxs tez-tez pul göndərmiş, bahalı hədiyyələr almışdır. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs "xxxx" MMC-də baş xəzinədar işlədiyini bilmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə 2023-cü ilin avqust ayının 12-də İsmayıllı rayonuna getmiş, orada dalaşmış, hüquq mühafizə orqanlarına şikayətdə etmişdir. Ayrıldıqları zamanı D.Qaratev 05 dəstə 101 ədəd qızılgüldən ibarət olan üzərində “GÜNEL” yazısı olan buketlər göndərmiş və üzr istəmişdir. Ümumiyyətlə sevgili olduqları müddət ərzində Təqsirləndirilən şəxs çox bahalı hədiyyələr, bahalı ətirlər, geyimlər, zinət əşyaları, kosmetika məhsulları, “İphone 14 pro” markalı mobil telefon almış, bundan əlavə olaraq gün aşırı bəzən nağd, bəzən isə bank kartına atmaqla ona pul vermişdir. Təqsirləndirilən şəxs işlədiyi şirkətdə mənimsəmə etməsi barədə 2023-cü ilin avqust ayında məlumatı olmuş, bu barədə Təqsirləndirilən şəxs atası məlumat vermiş və bu pul vəsaitini mənimsəməsinə səbəb onun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs böyük məbləğdə pullar daxil edərək “Martinslot.com” və “Fast.com” adlı onlayn kazino saytlarında qumar oyunları oynamışdır. Şahid12 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. O, iş yoldaşlarından Dünyamalının külli miqdarda pul mənimsədiyini eşitmişdir. O, Dünyamalını “Room Service”-də cəmi iki dəfə görmüş, Dünyamalı ilə şəxsi münasibətim olmamışdır. Dünyamalının cinayət törətməsinin şahidi olmamışdır. Dünyamalı xəzinədar işləyirdi. Dünyamalını iki dəfə görmüşdür, şəxsi münasibəti olmayıb. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid12 ibtidai istintaq zamanı oxşar məzmunlu ifadə verərək Şahid10nm göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. Şahid14 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. O, Zərərçəkmiş şəxs MMC-də mühafizəçi işləmişdir. O, iş yoldaşlarından Dünyamalının mənimsəmə etdiyini eşitmişdir, lakin necə etdiyini bilmir. O, nəzarət buraxılış məntəqəsində olarkən bir xanım gəlmişdi, o həmin xanıma yaxınlaşıb, kimi gözlədiyini soruşmuş, o isə Dünyamalını gözlədiyini bildirmişdir. Bundan əlavə Dünyamalının qara rəngli “Mercedes E-class” markalı maşınla gəldiyini görmüşdür. Oteldə yoxlama postu var idi, orada işə gələn əməkdaşları yoxlayırdılar. Yoxlama postunda Dünyamalının üzərindən 2-3 min manat pul aşkar olunub, sonra xidmət rəisləri Elçin müəllim bu barədə maliyyə şöbəsinə müraciət edib, bundan sonra Dünyamalı barədə araşdırma aparılıb və mənimsəmə aşkar olunub. Dünyamalının üzərindən pul aşkar olunmasını eşitmişdir. İşə gələn və gedən əməkdaşların üzərləri yoxlanılırdı. Dünyamalının üzərindən pul aşkar olundan sonra mənimsəmə aşkar olunub. Xanımın gəldiyini bir dəfə görmüşdür, Dünyamalının həmin xanıma pul verməsini görməmişdir. Dünyamalının üzərindən pul aşkar olunda orada olmamışdır. Dünyamalının üzərindən pul aşkar olunmasını Elçin müəllimdən eşitmişdir. Əməkdaşların üzərindəki pulun miqdarı qeydiyyat jurnalında yazılırdı, işdən çıxarkən əməkdaşların üzərində artıq vəsait olduqda, həmin vəsaitin haradan olmasını soruşulurdu. İşə gələrkən Dünyamalının üzərindən pul aşkar olunmasını eşitmişdir. İşdən gedərkən Dünyamalının üzərində nə qədər pul olduğunu bilmir. Xidmət rəisi Dünyamalının üzərindən 2-3 min manat pul aşkar olunduğuna görə, Dünyamalıdan şübhələnib. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid14 ibtidai istintaq zamanı oxşar məzmunlu ifadə verərək Şahid10nm göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. O, Zərərçəkmiş şəxs MMC-də Qəbul və Qeydiyyat şöbəsində işləmişdir. O, iş yoldaşlarından Dünyamalının külli miqdarda pul mənimsədiyini eşitmişdir. Ödəniş olanda onlar Qeydiyyat şöbəsinə təqdim edirdilər, onlar da qol çəkib, götürürdülər. O, ödənişi resepşna təqdim edirdi, resepşn və o, pulu sayırdılar, sonra qol çəkirdilər, pulu zərfə qoyurdu, pulun miqdarı zərifin üzərinə rəqəmlə yazılırdı. Zərfi seyfə qoyurdular, seyf maliyyə şöbəsinin əməkdaşı tərəfindən açılırdı, sonra ödəniş kassaya mədaxil olunurdu. Seyf qutusu resepşnda açılırdı, həmin vaxt mühafizə xidmətinin rəisi orada olurdu. Dünyamalının seyf qutusunu tək başına açdığını görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, Dünyamalının pul mənimsədiyini görməmişdir. İclasda Dünyamalının mənimsəmə etdiyi deyilib. Dünyamalının mənimsəmə etdiyini müdriyyət deyib. Hadisə barədə dəqiq məlumatı prokurorluq əməkdaşından eşitmişdir. Səhər-səhər baş xəzinədar, Dünyamalı, gəlirdi, kassa açılırdı, pulları sayıb, götürüb gedirdi. Zərflər açılanda, Dünyamalı çeklərdə yazılan məbləğlə zərflərdəki məbləğ tutuşdurub, qol çəkib, pulları götürüb gedirdi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, 2022-ci ilin iyun ayında "xxxx" MMC-də qeydiyyatçı vəzifəsində işə başlamış, təxminən 2023-cü ilin may ayından hazırki vaxta qədər qrup rəhbəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs iş prosessində tanımışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə mal qəbulu üzrə köməkçi vəzifəsində işə başlamış, daha sonra xx.xx.2022-ci il tarixdə xəzinədar vəzifəsinə keçmişdir. Təqsirləndirilən şəxs 163.259,46 manat pul vəsaitinin mənimsəmə etməsi ilə bağlı sonradan məlumatı olmuşdur. Gündəlik olaraq işlədiyi şöbədə toplanan pul vəsaitlərini konvertə daxil edərək və konvertin üzərinə toplanan vəsaiti qeyd edərək xəzinəyə aparmışdır. Konverti apardıqdan sonra Təqsirləndirilən şəxs pulu saymış və konvertin üzərindəki məbləği mədaxil qəbzində qeyd edərək kassaya daxil etmişdir. Təqsirləndirilən şəxs uyğun gəldiyi halda mədaxil qəbzlərində adlarını, qarşısına gətirdikləri pul məbləğini yazmış, imzalarla təsdiq olunmuşdur. Şöbələrdən xəzinəyə pul daxil olması alqoritmi belə olmuşdur. Pul vəsaitini gətirdiyi zamanı Təqsirləndirilən şəxs mədaxil qəbzlərinə vergül artırmaqla suni olaraq azaldaraq qalan pul vəsatini mənimsəmişdir. Təqdim olunan xx.xx.2023-cü il cü il tarixdə cəmiyyətin F10 şöbəsində yığılan 2156 pul vəsaitini üzərində “Pullman” yazılan zərfə daxil etmiş, üzərinə “xx.xx.2023-cü il 2156 AZN” yazaraq, altdan imza hissəsinə qol çəkərək həmin zərfi təhvil vermişdir. Təqdim edilən xx.xx.2023-cü il tarixli mədaxil qəbzində “ad, soyad” “şöbə” “məbləğ”, “əməliyyatçının imzası” qrafalarındakı yazılar, rəqəmlər və imzalar ona məxsusdur. Zərfi xəzinəyə təhvil verdikdən sonra ad, soyad hissəsinə öz ad, soyadını, şöbəyə işlədiyi şöbəni, məbləğ hissəsinə xx.xx.2023-cü il tarixdə toplanılan məbləği (yəni 2156 manatı) və əməliyyatçının imzası hissəsinə öz imzasını qeyd etmişdir. “2156 AZN” yazısına vergülü atmamış, yəni “2156 AZN” yazısını 215,6 etməmiş, bunu kassaya məsul şəxs Təqsirləndirilən şəxs etmişdir. Həmin mədaxil qəbzindəki “təhvil alanın imzası”, “məbləğ”, “şahidin imzası” Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Buradan da Təqsirləndirilən şəxs “2156 AZN” yazısına vergül ataraq 215,6 manat eləməsi, qalan pulu isə mənimsəməsi aydın olmuşdur. xx.xx.2023-cü il tarixdə ümumi dövriyyə 5381,6 manat olsa da, Təqsirləndirilən şəxs tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli mədaxil qəbzində 3441,2 manat olmuşdur. Buradan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 1940,40 (min doqquz yüz qırx manat qırx qəpik) mənimsəmə etmişdir. Təqsirləndirilən şəxs dəb-dəbəli həyat tərzinə daima təəccüblənmiş, həmçinin onun onlayn kazino saytlarına böyük məbləğdə qumar oynaması barədə məlumatlı olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş: "xxxx" MMC-nin direktoru Rəşid Balakişiyevin xx.xx.2023-cü il tarixli audit rəyindən görünür ki, təqdim olunmuş sənədlərə görə xx.xx.2022-ci il tarixinə Zərərçəkmiş şəxs MMC-nin kassa qalığı 2249,0 (iki min iki yüz qır doqquz manat, 00 qəpik) olmuşdur. xx.xx.2022-xx.xx.2023cü il tarixləri araısnda 773173,94 (yeddi yüz yetmiş üç min bir yüz yetmiş üç manat, 94 qəpik) mədaxil olunmuşdur. Müvafiq dövr ərzində 543756,52 (beş yüz qırx üç min yeddi yüz əlli altı manat, 52 qəpik) məxaric olunmuşdur. 15 avqust 2023-cü il tarixə kassa qalığı sistem üzrə 231666,42 (iki yüz otuz bir min altı yüz altmış altı manat, 42 qəpik) olmuşdur. Cəmiyyətin rəhbərinin 22 avqust 2023-cü il tarixli, İR0001/23 nömrəli “Kassanın yoxlanılması barədə” əmrinə əsasən yaradılmış komissiyanın üzvləri 22 avqust tarixində kassa da olan pul vəsaitlərinin sayımım həyata keçirmiş və 15 avqust 2023-cü il tarixinə kassada 68406,96 (altmış səkkiz min dörd yüz altı manat, 96 qəpik) məbləğində vəsaəit sayılmışdır. Sistemə görə kassada olmalı olan 163259,46 (bir yüz altmış üç min iki yüz əlli doqquz manat,46 qəpik) manat vəsaitin məxaricini təsdiq edən hər hansı bir sənəd aşkarlanmamışdır. Beləliklə, xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixinə qədər Zərərçəkmiş şəxs MMC-nin kassasında 163259,46 (bir yüz altmış üç min iki yüz əlli doqquz manat,46 qəpik) manat vəsaitin az olduğu müəyyən edilmişdir. 9/6927 nömrəli, 11 oktyabr 2023-cü il tarixli məhkəmə-mühasibathq ekspertizasının rəyindan görünür ki, kassa sənədlərinə, aktlara və cədvəl məlumatlarına əsasən audit yoxlamasında göstərilənlərin düzgünlüyü istintaq tərəfindən nəzərə alındıqda Zərərçəkmiş şəxs MMC-də yoxlanılan dövr üzrə kassada yaranmış çatışmazlıq 163,259,46 manat məbləğində müəyyən edilmişdir. 05 aprel 2024-cü il tarixli, 9/1443 nömrəli təkrar məhkəmə- mühasibatlıq ekspertizasının rəyindan görünür ki, kassa sənədlərinə, aktlara və cədvəl məlumatlarına əsasən audit yoxlamasında göstərilənlərin düzgünlüyü istintaq tərəfindən nəzərə alındıqda Zərərçəkmiş şəxs MMC-də yoxlanılan dövr üzrə kassada yaranmış çatışmazlıq 163.259,46 manat məbləğində müəyyən edilmişdir. 4/1828 nömrəli, 30 dekabr 2023-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindan görünür ki, xx.xx.2023-cü il tarixli mədaxil qəbzində “Təhvil alanın imzası” qrafasındakı imzalar, həmin imzaların qarşısında “Məbləğin qrafasındakı rəqəmlər, “Ümumi zərflərin sayı” qrafasındakı rəqəmlər və “Xəzinədar: Təqsirləndirilən şəxs” qrafası qarşısındakı imza, xx.xx.2023cü il tarixli mədaxil qəbzində “Təhvil alanın imzası” qrafasındakı imzalar, həmin imzaların qarşısında “məbləğ” qrafasındakı rəqəmlər, 1-ci məbləğ qrafasındakı “444” rəqəmlər “Ümumi zərflərin sayı” qrafasındakı rəqəmlər və “xəzinədar: Təqsirləndirilən şəxs” qrafası qarşısındakı imza, xx.xx.2023-cü il tarixli mədaxil qəbzində “təhvil alanın imzası” qrafasındakı imzalar, həmin imzaların qarşısında “Məbləğ” qrafasmda rəqəmlər, “xəzinədar: Təqsirləndirilən şəxs” qrafası qarşısındakı imza, xx.xx.2023- cü il tarixli mədaxil qəbzində “təhvil alanın imzası” qrafasındakı imzalar. Həmin imzaların qarşısında “Məbləğ” qrafasmda rəqəmlər, “ümumi zərflərin sayı” qrafasındakı rəqəmlər və “Xəzinədar: Təqsirləndirilən şəxs” qrafası qarşısındakı imza, xx.xx.2023cü il tarixli mədaxil qəbzində “Təhvil alanın imzası” qrafasındakı imzalar, həmin imzaların qarşısında “Məbləğ” qrafasındakı rəqəmlər, “Ümumi zərflərin sayı” qrafasındakı rəqəmlər, “xəzinədar: Təqsirləndirilən şəxs” qrafası qarşısındakı imza, xx.xx.2023-cü il tarixli mədaxil qəbzində “təhvil alanın imzası” qrafasındakı imzalar, həmin imzaların qarşısında “məbləğ” qrafasındakı rəqəmlər, 1-ci məbləğ qrafasındakı “1750” rəqəmləri, “Ümumi zərflərin sayı” qrafasındakı rəqəmlər, “Xəzinədar: Təqsirləndirilən şəxs” qrafası qarşısındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. xx.xx.2024-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş “cd” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs (***-***-**-**) Şahid5 (***-***- **-**) “xəstə yazdım ki, kartivi at bura pul göndərim ona bloka atdin”, xx.xx.2023-cü il tarixdə “pul atacam sənə”, xx.xx.2023-cü il tarixdə “telefonuda yenə fırlatdın vermədin, ayrılanda aldığın telefonu geri qaytaracam demişdin” yazmışdır. Şahid5 (***-***-**-**) Təqsirləndirilən şəxs (050- 290-12-75) xx.xx.2023-cü il tarixdə “evə gedim yazacam, mənə nə sənin aldığın Playstation, nə də airpods lazım deyil, onsuzda playstation evdə yer tutur” yazmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs (***-***-**-**) Şahid5 (***-***-**-**) “eşidirsən o playstationu mənə verəndən sonra səndən danışanın bacısını s----lər” yazmışdır. Şahid5 (***-***-**-**) Təqsirləndirilən şəxs (***-***-**-**) “sən deyildin Gümüş pox yedim deyən, indidən belə mənə verdiyin puldan 300-500 verəcəm xoşundu budu, xoş deyil s---tir” yazmışdır. Təqsirləndirilən şəxs (***-***-**-**) Şahid5 (***- ***-**-**) xx.xx.2023-cü il tarixdə “sən guya aldığım telefonu qayatarırdın, telefonu qaytar sonra bloka at”, xx.xx.2023-cü il tarixdə “pul vermirdin deyə ayrılan sən oldun”, xx.xx.2023-cü il tarixdə “dedim bəlkə sevgilisi özünə təzə maşın alır deyə sevinər, amma gördüm yox bunun ürəyi partlayır”, xx.xx.2023-cü il tarixdə “sənə pul atmadım deyə ayrılan sən oldun”, xx.xx.2023-cü il tarixdə “burnundan gəlsin sənə verdiyim axırıncı o 1500 manat”, xx.xx.2023-cü il tarixdə “Gümüş bəzi şeylər, bəzi pulları səndən gizlətmişəm”, xx.xx.2023-cü il tarixdə “sənə demişdim axı Gümüş mənim də borclarım var”, xx.xx.2023-cü il tarixdə “Gümüş sənə g-lik eləyən oğlan 3000 manat pulu bir dəfəyə verməzdi” yazmışdır. Şahid5 (***-***-**-**) Təqsirləndirilən şəxs (***-***-**-**) 06.09.2 “g-llax mən sənə demişəm ki, lüt şəkillərivi divara vuracam get pul oğurla gətir? Gedib özün oğurlayıb gətirmisənsə mənə nə” yazmışdır. Təqsirləndirilən şəxs (***-***-**-**) Gün 023-cü il tarixdə el Yusubovaya (***-***-**-**) “məndən şantajla aldığın pullar 10 qat səndən çıxsın” yazmışdır. Zərərçəkmiş şəxs MMC tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, İR01/MVİ nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən baş xəzinədar vəzifəsinin müvəqqəti icra edilməsi həvalə edilmişdir. Təqsirləndirilən şəxs könüllü şəkildə yazılaraq “Ərizə və Şikayətlər üçün Qutu”-a daxil edilmiş şikayət ərizəsindən göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-də işləyən zaman 163.000 manat pul vəsaitini mənimsəmiş, həmin pul vəsaitini tanışı Şahid5 onu şantaj etməsinə görə vermişdir. Məhkəmənin hüquqi qiymətləndirməsi: İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.1 və 313-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o 15 avqust 2023-cü il tarixində həmin otelə mal qəbulu köməkçisi kimi işə düzəlmişdir. 01 mart 2023cü il tarixində baş xəzinədar vəzifəsinə keçmişdir və bu fakt əmək kitabçasında da qeyd olunub. Audit yoxlamasında dekabr ayının 9-dan götürülüb, lakin o həmin vaxt baş xəzinədar işləməmiş, həmçinin audit yoxlamasında olan sənədlər ona təqdim olunmayıb, audit yoxlamasının şəffaf keçirilmədiyini hesab edir. Məxaric və mədaxil sənədlərinin səhv olduğunu düşünür. Məhkəmədə onun bu ifadələri araşdırılarkən öz təsdiqini tapmadı. Çünki onun ifadələrində iddia etdiyi halları təsdiq edən sübut müəyyən olunmadı və o özü də göstərdiyi halları təsdiq edən sübut təqdim etmədi. Lakin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə elan olunmuş ittihamda nəzərdə tutulan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə tam əhatə olunur. Dövlət ittihamçısı da məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin xaric olunmasını məhkəməyə təklif etdi. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin xaric olunmasını əsaslı sayır və xaric edir. Məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında işin faktiki halları fonunda yaranmış obyektiv təsəvvür baxımından Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmənin gəldiyi bu qənaət məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahid ifadələri, baxış protokolları, audit rəyləri, məhkəmə-mühaasibatlıq ekspertizaları, məhkəməxəttşünaslıq ekspertizası rəyləri və işin faktiki halları baxımından da əsaslıdır. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə tövsif olunmasını və Təqsirləndirilən şəxs təqsirli bilinib bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Bundan əlavə məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, ona həmin məcəllənin 179.3.2-ci maddəsində nəzərdə tutulmasa da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edilməsini əsaslı sayır. Çünki məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən onlara dəymiş olan 163.259,46 (yüz altmış üç min iki yüz əlli doqquz manat qırx altı qəpik) manat maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs MMC-nin hesabına ödənilməsi barədə mülki iddia verilməsi müəyyən olundu. Məhkəmə ittihamda nəzərdə tutulan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyi qənaətinə gəldiyindən mülki iddianın təmin olunmasını əsaslı sayır. İş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzi, xx.xx.2023-cü il tarixli mədaxil qəbzi, xx.xx.2023-cü il tarixli mədaxil qəbzi, xx.xx.2023-cü il tarixli mədaxil qəbzi, xx.xx.2023-cü il tarixli mədaxil qəbzi, xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub xx.xx.2024-cü il tarixdə ona Azərbaycan Respublikası CM-in 179.3.2 və 313-cü maddələri ilə ittiham elan edilməsi və barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib bugünədək həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə bu halı Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcını müəyyən edərkən nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət qanunvericiliyində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal müəyyən olunmadı, lakin məhkəmə, onun ibtidai istintaq zamanı təqsirli bilindiyi əmllərin törədilməsi halları barəsində ətraflı ifadələr verib özünü qismən təqsirli bilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs onun şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qənaətinə gəldiyiyndən ona təyin edilmiş cəzanın onun tərəfindən Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını ağırlaşdıran halın olmamasını, yüngülləşdirən halın olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CMnin 179.3.2 maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 1(bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 (bir) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 19 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia təmin olunsun. 163.259,46 (yüz altmış üç min iki yüz əlli doqquz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs MMC-ə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2023-cü il tarixli mədaxil qəbzi, xx.xx.2023-cü il tarixli mədaxil qəbzi, xx.xx.2023-cü il tarixli mədaxil qəbzi, xx.xx.2023-cü il tarixli mədaxil qəbzi, xx.xx.2023-cü il tarixli mədaxil qəbzi, xx.xx.2023-cü il tarixli mədaxil qəbzi cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona tədim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı andan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-281/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-281/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver