Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-282/2022 31.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat: 12 : 55 – də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Şamaxı rayonu Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli himayəsində 02 azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 1 A-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1988-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay himayəsində bir azyaşlı övladı olan, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri H.Əliyev prospekti ev 29 mənzil 36-da qeydiyyatda olmaqla, Sumqayıt şəhəri 19-cu məhəllə ev 35 mənzil 24-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlamaq, daşımaq və satmaq barədə şəxsiyyəti istintaqa məlum olmayan “İnstagram” sosial şəbəkəsində tanış olduğu “Seyid” adlı İran İslam Respublikasının vətəndaşı ilə aralarında əldə olunmuş razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda ümumilikdə 37,646 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini ona təhvil verməsi qarşılığında həmin heroinin pulunu elektron ödəmə sistemi vasitəsi ilə ona verilmiş bank hesabına ödəmiş, bundan sonra 2021-ci ilin aprel ayının sonlarında Bakı şəhəri “20 Yanvar” metro stansiyasının yaxınlığında yerləşən körpünün sütunlarından birinin yanına qoyulmuş külli miqdarda ümumilikdə 37,646 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürüb, satış məqsədi ilə daşıyaraq Sumqayıt şəhəri ərazisinə aparmış, orada 27 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində Təqsirləndirilən şəxs2 ilə görüşdükdə, aldığı narkotik vasitənin 29,428 qramını 200 (iki yüz) manatı nağd, qalan 400 (dörd yüz) manatını isə sonradan ödəmək şərti ilə bir ədəd ağ rəngli üzərində “Sobranie” markalanma yazısı olan siqaret qutusunun içərisində Təqsirləndirilən şəxs2 satmış, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədilə aldığı ümumilikdə 29,428 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini daşıyaraq üzərində saxlamış, 28 aprel 2021-ci il tarixdə saat 11:00-da Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd ağ rəngli üzərində “Sobranie” markalanma yazısı olan siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 29,428 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs1 təkrarən, “Seyid” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qalan 05 bükümdə ümumi təmiz çəkisi 8,218 qram narkotik vasitəni heroini, daşıyaraq üzərində saxlayan zaman xx.xx.2021-ci il tarixdə saat 11:00-da Bakı şəhəri Yasamal rayonu ərazisində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, 3-cü PB-ə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qısaqol gödəkçənin sol yan cibindən 05 ədəd ağ rəngli sellofan polietilen paketə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 2,150 qram, 2,155 qram, 1,850 qram, 1,212 qram, 0,851 qram ümumi təmiz çəkisi 8,218 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin və həmin cibindən 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar olunaraq, götürülmüşdür. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşərək cinayət əlaqəsinə girdikdən sonra, Təqsirləndirilən şəxs1 “İnstagram” sosial şəbəkəsində tanış olduğu istintaqa adı İran İslam Respublikası vətəndaşı “Seyid” kimi məlum olan şəxslə aralarında yaranmış razılaşmaya əsasən alacağı narkotik vasitə olan heroinin pulunu elektron ödəmə sistemi vasitəsilə ona verilmiş bank hesabına ödəmiş, bundan sonra 2021-ci ilin aprel ayının sonlarında Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metro stansiyasının yaxınlığında yerləşən körpünün sütünlarından birinin yanına qoyulmuş külli miqdarda ümumilikdə 37,646 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürüb, satış məqsədi ilə daşıyaraq Sumqayıt şəhəri ərazisinə gətirmiş, 27 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində Təqsirləndirilən şəxs2lə görüşdükdə aldığı narkotik vasitənin 29,428 qramını 200 (iki yüz) manatı nağd, qalan 400 (dörd yüz) manatı isə sonradan ödəmək şərti ilə bir ədəd ağ rəngli üzərində “Sobranie” markalanma yazısı olan siqaret qutunun içərisində sonuncuya vermiş, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə aldığı ümumilikdə 29,428 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini daşıyaraq üzərində saxlaması səbəbindən 28 aprel 2021-ci il tarixdə saat 11:00-da Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd ağ rəngli üzərində “Sobranie” markalanma yazısı olan siqaret qutunun içərisində, satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 29,428 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəl verdiyi ifadələrini, təzyiq altında verildiyi üçün həmin ifadələrdən imtina etmişdir. xx.xx.2021-ci il tarixdə saat 15-16 radələrindən Sədərək ticarət mərkəzindən qaynatası Əbdülün yaşadığı Bakı şəhəri Yasamal rayonu ərazisində olan evinin qarşısına getmişdir. Ora çatanda bir nəfər şəxsin ona məxsus olan “BMW” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşaraq sol yan şüşəsini yumruqla vurmuş, o da həmin şəxsin onu öldürəcəyindən qorxaraq, avtomobilin mühərrikini işə salmışdır. Bu zaman həmin şəxs sol yan şüşəyə artıq dirsək zərbələri endirdiyini görüb, avtomobili hərəkətə gətirən zaman həmin şəxs avtomobilin yan hissəsindən ön qabaq hissəsinə atılaraq avtomobilinin üstünə düşmüş, o da qorxudan avtomobilini idarə etməyə başlamışdır. O, avtomobili saxlaması üçün dizi ilə ön şüşəyə bir neçə zərbə vurmuş və o qorxudan avtomobili təqribən 200 metr məsafə qət edəndən sonra qarşıdan 3-cü PB-in bir əməkdaşını görüb, avtomobilini saxlayan şəxsində polis olma ehtimalı onda yarandığı üçün o avtomobili saxlamışdır. Bundan sonra adının Yusif olduğunu bildiyi şəxs və digərləri onu avtomobildən döyərək düşürüb, gümüşü rəngli Niva markalı avtomobilə əyləşdirib ona zor tətbiq etməklə Sumqayıt ŞPİ-in 3-cü PB-nə aparmışlar. Polis bölməsində ona qarşı zor tətbiq edərək müxtəlif zərbələr endirilmiş, onun əynində olan paltarları qana bulanmışdır. Gecə saatlarında valideynləri bölməyə gəlmiş, onlara paltarlarının qana bulaşdığını deyərək ona yeni paltarlar gətirmələrini istəmişdir. Bundan sonra anasıgil ona alt paltarı, şalvar, kofta və qara rəngli qolsuz gödəkcə gətirmiş, o, gecəni polis bölməsində qalmışdır. Səhər yəni xx.xx.2021-ci il tarixdə saat 12-13 radələrində valideynlərinin evdən gətirmiş olduqları qara rəngli gödəkcənin ciblərinə ona hədə qorxu gələrək narkotik vasitə və tərəzi qoyub çəkiliş zamanı ona məxsus olduğunu deməsini tələb etmişlər. O da qorxudan polis əməkdaşları ilə razılaşaraq çəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu və Seyid adlı İran İslam Respublikasının vətəndaşı ilə İnstaqramda tanış olduğunu və onun hesabına pul atdıqdan sonra həmin narkotiki Bakı şəhəri 20 yanvar dairəsinə gətirildiyini və həmin narkotik vasitəni götürüb bir qismini Təqsirləndirilən şəxs2 satdığını, qalanını isə üzərində saxladığını demişdir. Həmin narkotik vasitə ona aid olmamış, onu polis əməkdaşları onun cibinə qoyaraq sənədləşdirmişlər. O, İlkin ifadəsində xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-in 3-cü PB-nə gətirildikdən sonra üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli qısaqol gödəkcənin sol yan cibindən 05 ədəd ağ rəngli sellofan polietilen paketə bükülmüş ümumi təmiz çəkisi 10,75 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroinin və həmin cibindən 01 ədəd üzərində heroin izləri olan elektron tərəzinin aşkar olunaraq götürülməsi barədə göstərdiyi xüsusatları təkzib edərək, bildirmişdir ki, o, əslində xx.xx.2021-ci il tarixdə saxlanılmış, 1 gün polis bölməsində seyfə qandallanmış, hətta əməliyyatçılardan biri olan Vüsal adlı şəxs səhərədək evinə getməyərək onun yanında stulda oturmuşdur. Polislər onu döydüyü üçün çəkiliş zamanı olan paltarlarını valideynləri evdən gətirib və ona hədə qorxu gəldikləri üçün polislər tərəfindən üzərinə qoyduqları narkotik vasitəni və tərəzinin xx.xx.2021-ci il tarixdə vəkilin iştirakı olan çəkiliş zamanı ona məxsus olduğunu bildirmişdir. Polis bölməsinin bütün əməkdaşları ona zor tətbiq edib, söyüb və digər hərəkətlər etmişlər, onlardan Yusif, Samid, Taleh adlı şəxslərin adını bilmiş, digər şəxsləri isə, əgər ona tanınmaya təqdim olunarlarsa, üzdən tanıyar. Şahid1 ifadəsində ona yaxınlaşaraq özünü təqdim etməsi, onun isə buna məhəl qoymayaraq avtomobilə əyləşərək avtomobili sürən zaman avtomobilin qarşısını kəsməsi və buna məhəl qoymayaraq avtomobili onun üzərinə sürüməsi və onu vurduqdan sonra təqribən 300 metr məsafə qət etdikdən sonra digər avtomobillərlə qarşısı kəsildiyi üçün avtomobilini saxlaması barədə göstərdiyi xüsusatlar barədə bildirmişdir ki, Şahid1 ona yaxınlaşıb özünü təqdim etməmiş, sonuncu avtomobilinin ön sol şüşəsinə yumruq zərbəsi endirdiyi üçün o qorxuya düşüb oradan uzaqlaşmaq istədikdə Yusif yan tərəfdən avtomobilin üzərinə atılaraq, avtomobilin üzərində olan zaman dizi ilə avtomobilin ön şüşəsini qirmiş və o, qarşıda 3-cü PB-nin əməkdaşını gördüyü üçün Yusifin də polis ola biləcəyinə inanıb avtomobili saxlamışdır. Onun üzərindən hər hansı narkotik vasitə aşkarlanmamış, ümumiyyətlə heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, eləcə də satış məqsədi ilə əldə etməmişdir. Məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən bir neçə ay olar ki, narkotik tərkibli maddələr, əsasən də “kakos” adlandırılan narkotik vasitə olan heroin qəbul etmişdir. O, “kakos” adlandırılan narkotik vasitə olan heroini yandırdıqdan sonra, tüstüsünü daxilinə çəkməklə qəbul etmiş, 27 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində piyada gedərkən, ona mülki geyimdə olan şəxslər yaxınlaşıb saxlamışlar. Bundan sonra həmin şəxslər özlərini təqdim edib Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını bildirmiş və ona narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması, eləcə də satışı ilə məşğul olmaqda şübhəli olduğunu izah edib onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışlar. Ona polis bölməsində təzyiqlər edilmiş, onların dedikləri qaydada ifadə verməyə məcbur edilmişdir. Vəkil yanında olmadığı zamanlarda döyülərək, vəkilin iştirakı ilə videoçəkilişdə onların dedikləri qaydada ifadə verməyini, o, cümlədən Turalın əleyhinə danışmağını təkid etmişlər. Həmin vaxt video kameradan istifadə olunmaqla aparılmış, dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının təkidi ilə əvvəlcədən ona verilmiş tərəzini, siqaret qutusunun içərisində olan bir ədəd sellofan bükümdəki narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması, eləcə də Nurlan adlı şəxs barədə verdiyi ifadələri ona təzyiq altında imza etdirmişlər. O, İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Həmçinin, ailə üzvlərinə və özünə hədə-qorxu gəldiklərindən, məcburiyyət qarşısında qalaraq, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1lə üzləşməkdən imtina etmişdir. Narkotik vasitə istifadəçisi olsa da saxlanılarkən üzərində ümumiyyətlə narkotik vasitə olmamışdır. İstifadəsində olan telefondan Turala narkotik vasitələrlə bağlı sms-lər yazmağa məcbur edilmiş, eyni zamanda bəzi mesajlar polis əməkdaşlarının özləri tərəfindən yazılmışdır. Təqsirləndirilən şəxs1lə birgə narkotik vasitə istifadə etmiş, lakin, bir-birilərinə narkotik vasitə satmaq və ya pay vermək kimi məsələlər olmamışdır. O, ümumiyyətlə heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, eləcə də satış məqsədi ilə əldə etməmişdir. Məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Sumqayıt ŞPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs2 narkotik vasitələri satmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən sonuncunun Bakı şəhəri Yasamal rayonu ərazisində olması barədə məlumat daxil olmuşdur. Bundan sonra 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, bölmənin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid3lə birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhəri Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs1 özünə məxsus ağ rəngli «BMW» markalı, **-OX-*** dövlət nömrə nişanlı avtomaşınla Yeni Yasamal ərazisində durduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək ona birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getmək təklif etdikdə, o cəld maşını işə salıb maşını onun üstünə sürmüşdür. O, avtomaşının ona xəsarət yetirməməsi üçün kapot hissəsinin üzərinə tullanmış, Təqsirləndirilən şəxs1 isə avtomaşını yüksək sürətlə hərəkət etdirmişdir. Tural avtomaşını ziqzaqvari sürməklə onu yıxmağa çalışmış, o da birtəhər maşınının dam hissəsində olan lyukdan iki əli ilə yapışıb yerə düşməkdən özünü saxlamışdır. Həmin vaxtı onun ayağının dəyməsi nəticəsində avtomaşının qabaq alın şüşəsi sınmış, bu zaman Təqsirləndirilən şəxs1 yenə də avtomaşını idarə etməkdə davam etmişdir. Turalın bu hərəkətlərinə digər əməkdaşları öz avtomaşınları ilə T.Babayerdiyevin idarə etdiyi avtomaşının qarşı və arxa hissələrdən mühasirəyə almaqla saxlamasına nail olmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomaşını ilə birlikdə Sumqayıt ŞPİ-nin 3cü PB-nə aparmışlar. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr gəzdirməsində əsaslı şübhələr olduğundan onun üzərinə şəxsi axtarış aparılması üçün o, raportla Sumqayıt ŞPİ-nin 3-cü PB-nin rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi üçün bölmədə xidməti otaqların birində X17 videoçəkiliş aparılmaqla özünü təqdim etmiş, sonra isə ona özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. X11 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, hüquq və vəzifələri barədə bildirişlə tanış edib, şübhəli şəxs qismində tutduğunu elan etmişdir. Ona videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunaraq, onun hüquqlarının Sumqayıt Regional vəkil bürosunun vəkili İftixar Əhmədovun müdafiə edəcəyi bildirilmişdir. Tural da vəkilə, eləcə də üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərində saxlanılması, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya və ya predmetlərin olubolmadığı, müsbət halda onları təqdim olunması təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan qısaqol gödəkcəsinin sol yan cibindən 5 ədəd ağ rəngli sellofan polietilen paketə bükülmüş bükülüləri təqdim etmişdir. Tural təqdim etdiyi bükümlərin narkotik vasitə olan heroin olduğunu, onları İran İslam Respublikasının vətəndaşından kartına pul göndərməklə əldə etdiyini, sonuncunun həmin narkotiki Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında olan yerdə gizlətdiyini, daha sonra özünün gedib həmin narkotik vasitəni götürdüyünü bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 həmin cibindən 01 ədəd qara rəngli üzərində «X30» sözləri yazılmış elektron tərəzini çıxarıb təqdim edərək narkotik vasitənin çəkisini ölçmək üçün onu üstündə gəzdirdiyini bildirmişdir. Daha sonra həmin 5 büküm tərəzidə çəkilərək, müvafiq qaydada qablaşdırılmış, bundan başqa, Təqsirləndirilən şəxs1 qeyd olunan narkotik vasitəni hansı məqsədlə üstündə gəzdirdiyi soruşulmuşdur. Tural üstündən aşkar olunmuş narkotik vasitələri şəxsi istifadəsi üçün saxlasa da, bundan əvvəl narkotik vasitələrin satışı ilə məşğul olduğunu, belə ki, 2021-ci ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs2 soyadlı şəxsə 30 qram narkotik vasitə olan heroini 200 manata satdığını bildirmişdir. Bundan sonra onlar tərəfindən 3-cü PB-nin qarşısında saxlanılmış Təqsirləndirilən şəxs1 avtomobilinə baxış keçirilmiş, lakin avtomobilin salon və baqaj hissələrində qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 saxlanılması zamanı o heç bir bədən xəsarəti almadığından məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etmiş, Təqsirləndirilən şəxs1 qarşı polis əməkdaşları tərəfindən heç bir təziq göstərilməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi kimi o, Turalın maşının sol pəncərəsini yumruqla yumruqlamamış, sadəcə özünün polis əməkdaşı olduğunu Turala bildirmək istəmişdir. Təqsirləndirilən şəxs1 məhz 10 may 2021-ci il tarixdə saxlanılmışdır, belə ki, həmin gün “gül bayramı” olduğu üçün o, həmin tarixi dəqiq xatırlamışdır. Avtomobili idarə edərkən Tural yəqin həyəcanlı olduğundan üzərində olan narkotik vasitəni yerə ata bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, CA üzrə kiçik inspektoru, polis serjantı Şahid3 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti, polis kapitanı Şahid4 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2010-cü il tarixdən DİO-da, 2021-ci il tarixdən isə Sumqayıt ŞPİ-in 3-cü PB-in növbətçi vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə növbəni köməkçisi Şahid6 ilə qəbul etmiş və həmin gün saat 11:40 radələrində polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs1 bölməyə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin cibindən tərəzi və narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 və onun valideynləri Sədaqət Babaverdiyeva və Ələmxan Babaverdiyevin ifadələrində Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-in 3-cü PB-nə gətrilməsi və həmin günü saat 22 radələrində ona bir dəst alt paltar, 1 ədəd boz rəngli cins şalvar, 1 ədəd kofta və 1 ədəd qara rəngli qolsuz gödəkcənin növbətçi hissəyə verildiyi və həmin gödəkcənin içərisindən narkotik vasitə aşkar olunduğu barədə göstərdikləri xüsusatlar tamamilə yalandır. O, növbədə olan zaman Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə təqribən saat 11.40 radələrində polis bölməsinə gətirilmiş və üzərinə şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitə və tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 polis bölməsinə gətirilən zaman əynində qara rəngli gödəkcə olmuş, ona qarşı hər-hansı qanunsuzluqlara və zorakılıqlara yol verilməmişdir. Səhər tezdən 09:00-da növbəni təhvil alır, növbəti gün səhər 09:00-da təhvil verir. O, may ayının 10-u növbətçi olmuşdur. xx.xx.2021-ci il tarixdə növbəni 09:00-da təhvil almışdır. Bölməyə daxil olan şəxslərin növbətçi hissədəki kitabda qeydiyyatı aparılır. Qeydiyyatı o, şəxsən aparmışdır. Həmin gün növbəni kimdən təhvil aldığını xatırlamır. Bölməyə daxil olan şəxslərin foto, video çəkilişi aparılmır, lakin, növbətçi hissənin kameralarında qeydiyyata alınır. Bölməyə daxil olan şəxslərin tibbi müayinəsinə növbətçi hissə cavabdeh deyildir. Məhkəmədə şahid qismində dindirilmiş SŞP-in 3-cü PB-in növbətçi köməkçisi polis əməkdaşı Şahid6 da Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində qeyd etdiklərini bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİnin 3-cü PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 28 aprel 2021-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 3-cü PB-nə Eşqin adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də o, Eşqin adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə onun tərəfindən qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Eşqin adlı şəxsin xx xxxxxx 1988-ci ildə Ucar rayonunda anadan olmuş, Gəncə şəhəri H.Əliyev prospekti ev 29 mənzil 36-da qeydiyyatda olan və Sumqayıt şəhəri 19-cu məhəllə ev 35 mənzil 24-də yaşayan Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 11:00-da Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid8 və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət axtarışı üzrə kiçik inspektoru X15 ilə yaxınlaşaraq, Təqsirləndirilən şəxs2 saxlamışlar. Bundan sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını izah etmişlər. Sonra ona birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getməli olduqlarını bildirdikdə, Təqsirləndirilən şəxs2 etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparıb, raport tərtib etməklə təhfil vermişlər. Sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nin 3cü PB-nin baş əməliyyat müvəkkili Şahid8 və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət axtarış üzrə kiçik inspektoru Samid Mehdiyevin, eləcədə Təqsirləndirilən şəxs2 hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər İ saylı Vəkil Bürosunun vəkili X12 iştirakları ilə, Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda, eləcədə satışı ilə məşğul olmasında şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs2 video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 ilk əvvəl əynində olan tünd göy rəngli gödəkcənin içəri sol döş cibindən bir ədəd elektron tərəzini, daha sonra əynində olan həmin tünd göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd ağ rəngli üzərində “Sobranie” markalanma yazısı olan siqaret qutusunu, əynində olan idman şalvarının sol yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş siqaret qutusunun içərisinə baxış keçirildikdə bir ədəd sellofan bükümdə qəhvəyi rəngli, tozşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 aşkar edilmiş maddənin nə olduğu soruşulmuş, o da həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni saxlanılmamışdan bir gün əvvəl Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində tanış olduğu, ancaq adının “Tural” olduğunu bildiyi, digər anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün hər qramına görə 10 manat, ümumilikdə isə 300 manat pul verərək aldığını bildirmişdir. O, elektron tərəzini isə aldığı və istifadə etdiyi narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini demiş, daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılsada, lakin onun üzərindən hər hansı digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş sellofan bükümdəki narkotik vasitəyə bənzər maddə elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitə olan heroinə bənzər maddənin ümumi çəkisi müəyyən edildikdən sonra, qablaşdırılaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs2 qarşı zor tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 2006-cı ildən DİO-da, həmdə hazırda Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti vəzifəsində xidmət aparır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək Sumqayıt ŞPİ-nin növbətçi hissəsində təşkil edilmiş əməliyyat qrupunun üzvü olmuşdur. 28 aprel 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət edilərkən xx.xx.1988-ci ildə Ucar rayonunda anadan olmuş, Gəncə şəhəri H.Əliyev prospekti ev 29 mənzil 36-da qeydiyyatda olan və Sumqayıt şəhəri 19-cu məhəllə ev 35 mənzil 24-də yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik tərkibli maddələri əldə etməkdə, istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda məlumat daxil olmuşdur. O, şübhəli olduğundan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin gün saat 11:00-da Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildiyini öyrənmişdir. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkilləri Şahid7 və Şahid8, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət axtarış üzrə kiçik inspektoru Samid Mehdiyevin, eləcədə Təqsirləndirilən şəxs2 hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər İ saylı Vəkil Bürosunun vəkili X12 iştirakları ilə Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilmişdir. Sonra narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda, eləcədə satışı ilə məşğul olmasında şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs2 video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulmuş, o da heç bir etirazının olmadığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 ilk əvvəl əynində olan tünd göy rəngli gödəkcənin içəri sol döş cibindən bir ədəd elektron tərəzini, daha sonra əynində olan həmin tünd göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd ağ rəngli üzərində “Sobranie” markalanma yazısı olan siqaret qutusunu, əynində olan idman şalvarının sol yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş siqaret qutusunun içərisinə baxış keçirildikdə bir ədəd sellofan bükümdə qəhvəyi rəngli, tozşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 aşkar edilmiş maddənin nə olduğunu soruşarkən o, həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni saxlanılmamışdan bir gün əvvəl Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində tanış olduğu, ancaq adının “Tural” olduğunu bildiyi, digər anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün hər qramına görə 10 manat, ümumilikdə isə 300 manat pul verərək aldığını bildirmişdir. Bundan sonra o, üzərindən aşkar edilmiş elektron tərəzini isə aldığı və istifadə etdiyi narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılsada, onun üzərindən hər hansı digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya və ya pridmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş sellofan bükümdəki narkotik vasitəyə bənzər maddə elektron tərəzidə çəkilmişdir. Həmin narkotik vasitə olan heroinə bənzər maddənin ümumi çəkisi müəyyən edildikdən sonra, qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir zor tətbiq edilməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2009-cu ildən DİO-da, hazırda Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili vəzifəsində 2016cı ildən xidmət aparır. Sonuncu dəfə 28 aprel 2021-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİnin 3-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, Eşqin adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcə də satışı ilə məşğul olması ehtimalı vardır. Ona görə də Eşqin adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid7 tərəfindən qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Eşqin adlı şəxs - xx xxxxxx 1988-ci ildə Ucar rayonunda anadan olmuş, Gəncə şəhəri H.Əliyev prospekti ev 29 mənzil 36-da qeydiyyatda olan və Sumqayıt şəhəri 19-cu məhəllə ev 35 mənzil 24-də yaşayan Təqsirləndirilən şəxs2dur. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş, və həmin gün saat 11:00-da Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid7 və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət axtarışı üzrə kiçik inspektoru X15 ilə yaxınlaşaraq, Təqsirləndirilən şəxs2 saxlamışlar. Bundan sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs2 etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirib, raport tərtib etməklə təhvil vermişlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid7 və Sumqayıt ŞPİ-nin 5-cü PB-nin cinayət axtarış üzrə kiçik inspektoru Samid Mehdiyevin, eləcədə Təqsirləndirilən şəxs2 hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər İ saylı Vəkil Bürosunun vəkili X12 iştirakları ilə Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda, eləcədə satışı ilə məşğul olmasında şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs2 video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs2 ilk əvvəl əynində olan tünd göy rəngli gödəkcənin içəri sol döş cibindən bir ədəd elektron tərəzini, daha sonra əynində olan həmin tünd göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd ağ rəngli üzərində “Sobranie” markalanma yazısı olan siqaret qutusunu, əynində olan idman şalvarının sol yan cibindən bir ədəd qara rəngli "Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş siqaret qutusunun içərisinə baxış keçirildikdə bir ədəd sellofan bükümdə qəhvəyi rəngli, tozşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 aşkar edilmiş maddənin nə olduğunu soruşarkən o həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni saxlanılmamışdan bir gün əvvəl Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində tanış olduğu, ancaq adının “Tural” olduğunu bildiyi, digər anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün hər qramına görə 10 manat, ümumilikdə isə 300 manat pul verərək aldığını, elektron tərəzini isə aldığı və istifadə etdiyi narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılsada, lakin onun üzərindən hər hansı digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya və ya pridmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş sellofan bükümdəki narkotik vasitəyə bənzər maddə elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitə olan heroinə bənzər maddənin ümumi çəkisi müəyyən edildikdən sonra, qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun həyat yoldaşıdır. 09 may 2021-ci il tarixdə anasıgilin Bakı şəhəri, Yasamal rayonunda yerləşən evində olan zaman səhər tezdən saat 09 radələrində Tural evdən çıxıb Sədərək Ticarət Mərkəzinə yola düşmüş və bildirmişdir ki, qayıdanda onu götürüb Sumqayıtdakı evlərinə aparacaqdır. Həmin gün saat 15-16 radələrində Tural zəng edərək, məhəlləyə çatdığını və onun hazırlaşıb aşağı düşməyini bildirmişdir. O, aşağı düşdükdə Turalın avtomobili hərəkətə gətirib sürdüyünü, arxasınca isə əməliyyatçıların getməsini görmüşdür. Sonradan qonşulardan öyrənmişlər ki, Turalı yolun ortasında saxlayaraq, döyərək tutub polis bölməsinə aparıblar. Onlar təxminən mayın 1-dən Yasamaldakı evdə qalmışlar. Öz evləri isə Sumqayıtdadır. Tural ona aşağı düşməyi üçün zəng edəndə saat 15-16 radələri olmuşdur. Turala sonradan nə qədər zəng etsələr də zəng çatmamışdır. O, Turalı saxlayan şəxslərin polis olmasını sonradan bilmişdir. Həmin gün, yəni Turalın saxlanıldığı gün “Qələbə günü” olduğundan dəqiq yadındadır ki, may ayının 9-u olmuşdur. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun oğludur və onunla eyni ünvanda yaşayır. Turalın yoldaşı Bakı şəhəri, Yasamal rayonunda yerləşən anasıgilin evində qalırmış. xx.xx.2021-ci il tarixdə 16 radələrində gəlini Zülfiyyə Babaverdiyeva ona məxsus olan mobil nömrəyə zəng edərək demişdir ki, Tural Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində olan evinin qarşısında polis əməkdaşları tərəfindən tutularaq aparılmışdır. O, tez bu barədə həyat yoldaşı Ələmxana məlumat vermiş və o, bir neçə saatdan sonra ona zəng edərək demişdir ki, Turalı Sumqayıt ŞPİ-in 3-cü PB-in əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olması səbəbindən saxlayıblar. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Ələmxan və oğlu Royal birlikdə 3-cü PB-ə getmişlər və Turala geyinməsi üçün bir dəst alt paltar, 1 ədəd boz rəngli cins şalvar, 1 ədəd rəngini xatırlamadığı kofta və 1 ədəd qara rəngli qolsuz gödəkçəni aparmışlar. Sonradan məlum olmuşdur ki, xx.xx.2021ci il tarixdə Tural narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb və qara rəngli gödəkçəsinin cibindən bir ədəd tərəzi və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Sonradan bilmişdir ki, Turalı polis bölməsində döyüblər və onu xx.xx.2021-ci il tarixdə saat 16 radələrində saxlayıblar. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun oğludur və onunla eyni ünvanda yaşayır. Onun Sumqayıt şəhərində özünə məxsus kiçik kafesi var. xx.xx.2021-ci il tarixdə 15-16 radələrində həyat yoldaşı Sədaqət Babaverdiyeva onun mobil nömrəsinə zəng vuraraq oğlu Turalın polis əməkdaşları tərəfindən Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ərazisində tutulduğunu bildirmişdir. O, bu barədə zəng edərək, oğlu Röyala məlumat vermişdir. Bundan sonra mən soraqlaşmış və oğlunun Sumqayıt şəhəri 3-cü PB-in əməkdaşları tərəfindən tutulduğunu bildiyi üçün Sumqayıt şəhər Pİ-in 3-cü PB-ə getmiş və orada ona bir əməliyyatçı yaxınlaşaraq demişdir ki, Tural narkotik vasitənin satışı ilə məşğul olduğu üçün saxlayıblar. Bundan sonra o çıxıb evə getmiş və bir neçə saatdan sonra Turala paltar verməkdən ötrü o və oğlu Royal birlikdə polis bölməsinə getmişlər və Turala geyinməsi üçün bir dəst alt paltar, 1 ədəd boz rəngli cins şalvar, 1 ədəd rəngini xatırlamadığı kofta və 1 ədəd qara rəngli qolsuz gödəkçə vermişlər. Paltarı o, oğlum Royalla birlikdə növbətçi hissədə olan polis nəfərinə vermiş və çıxıb getmişdir. Həmin gün onlara Samid adlı əməliyyatçı 20.000 manat məbləğində pul verəcəkləri təqdirdə Turalın azad olacağını bildirmişdir. Onlar həmin məbləği çatdıra bilməmişlər deyə sonradan məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə Tural narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb və qara rəngli gödəkçəsinin cibindən bir ədəd tərəzi və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Sonradan ona məlum olmuşdur ki, Turalı polis bölməsində döyüblər və onu xx.xx.2021-ci il tarixdə saat 16 radələrində saxlayıblar. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun oğludur. 27 aprel 2021-ci il tarixdə saat 16 radələrində ona zəng edilmişdir. Zəng edən şəxs özünü polis əməkdaşı kimi təqdim edərək, Eşqinin saxlanıldığını və Sumqayıt ŞPİ-nin 3-cü PB-də olduğunu bildirmişdir. Onların yaşadığı evlə Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsi arasında təxminən 2 kilometrə yaxın məsafə var. O, tez bölməyə yollanmışdır. Növbətçiyə demişdir ki, oğlu Təqsirləndirilən şəxs2 saxlayıblar. Onu polis bölməsinə içəri buraxmışlar. O, içəri girmiş və bir nəfər onu girişdən sağ tərəfdə yerləşən kabinetə çağırmışdır. Həmin polis əməkdaşı ona demişdir ki, oğlun Eşqin narkotik vasitə istifadəçisidir. O, polislərə bildirmişdir ki, onların ailəsi ziyalı ailəsidir, inanmır ki, Eşqin belə bir iş tutar. Ona Eşqinin azad edilməsi üçün pul lazım olduğunu bildirərək, nə qədər pul verə biləcəyini soruşmuşlar. O da hazırda işləmədiyini, çətin günlər yaşadığını, 2014-cü ildə həyat yoldaşını, Eşqinin anasını itirdiklərini bildirmişdir. Polis əməkdaşlarına cəmi 500-700 manat pul verə biləcəyini demişdir. Ona demişlər ki, 15.000 manat pul lazımdır, bir neçə saata həmin pul çatmasa gec olacaq. Sonra demişdir ki, rəisin yanına keçsin görsün nə deyir. Həmin polis əməkdaşı bir qədər keçdikdən sonra qayıdıb demişdir ki, sən evə get gəl, burada gözləmə. O, evə çatmış, Eşqin bölmədən mənə zəng edərək demişdir ki, polislərə 200 manat pul vermək lazımdır. O, buna çox sevinərək, həmin pulun qarşılığında Eşqinin azad ediləcəyini düşünmüşdür. Evdən 300 manat pul götürərək, bölməyə çatmışdır. Bölmənin qarşısında 40-45 dəqiqə gözlədikdən sonra həmin polis əməkdaşı gəlib ondan 200 manatı götürmüş və demişdir ki, tez gedib pulu çatdırsın və ona demişdir ki, “sən bu gün get, bu gün Eşqinin azad edə bilməyəcəyik, səhər gələrsən”. Səhəri gün bölməyə getmiş, ona demişlər ki, iş təhqiqatçıdadır. O, oradan Sumqayıt ŞPİnə getmişdir. Orada isə ona bildirmişlər ki, Eşqinin üzərindən narkotik vasitələr aşkar edilib. Sonradan deyilmişdir ki, guya Eşqinin narkotik vasitələrin satışında şəriki də vardır. İbtidai istintaqda Eşqinə bütün sənədlərə aldadaraq, işgəncə verərək qol çəkdiriblər. Ondan Sumqayıt ŞPİ-də 40.000 manat pul istəmişlər. Sonradan onu istintaq idarəsinin rəisi ilə görüşdürmüşlər, həmin rəis ondan artıq 50.000 manat istəmişdir. 10 gün Eşqini saxlayaraq, işgəncə vermişlər. Hətta oğlu Eşqin işgəncələrə dözməyərək, özünə xəsarət yetirmişdir. O, bu qanunsuzluqlara görə prokurorluğa getmişdir. Prokurorluğun əməkdaşı gəlib Eşqindən ifadə alarkən Eşqin ona yenidən işgəncə verəcəklərindən qorxaraq prokurorluq əməkdaşlarına həqiqətləri deyə bilməmişdir. O, özü uzun illər sinxron tərcüməçi kimi Narkotiklərə qarşı Mübarizə Komissiyası ilə əməkdaşlıq etmişdir. Hər zaman narkotik vasitələrə qarşı çıxan bir insan olmuşdur. Onun oğlu Eşqinin narkotik vasitələrin satışı ilə məşğul olması həqiqətə uyğun deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 6/1691 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Arayışlar üçün №127” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə “Sobranie” göstəricisi olan siqaret qutusunda bir ədəd sellofan bükümdə qablaşdırılmış təmiz çəkisi 29,428 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild 2, iş vərəqə 14-18) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 6/1888 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün № 127» möhür əksi, «Təqsirləndirilən şəxs1 üzərindən…» və s.yazılar, imzalar olan zərfdəki 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,150 qram, 2,155 qram, 1,850 qram, 1,212 qram, 0,851 qram, ümumi təmiz çəkiləri 8,218 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Həmin 05 bükümdəki həmin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (cild 1, iş vərəqə 32-36) Cinayət işi üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/2209 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri olan zərfdəki bir ədəd elektron tərəzinin səthində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. (cild 2, iş vərəqə 116-119) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2131 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 186-187) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2350 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin birgə qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vərəqə 120- 121) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3434 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 №67” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə və bir ədəd üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 №65” dairəvi möhür əksi kağız paketdə olan; 5 ədəd bükümdə ümumi təmiz çəkisi 8,118 qram olan heroinlər ilə bir ədəd bükümdə təmiz çəkisi 29,378 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynidirlər. (cild 2, səh.180-184) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3610 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №127” dairəvi möhür əksləri olan “Təqsirləndirilən şəxs1 götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində üzərində “AOSAİ” göstəricisi olan bir ədəd elektron tərəzinin üzərində heroinə məxsus izlər aşkar edildi. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və Təqsirləndirilən şəxs1 aşkar edilmiş heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. (cild 1, iş vərəqə 188-190) Sumqayıt ŞPİ-nin 3-cü PB-nin «Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı» Kitabından görünür ki, Təqsirləndirilən şəxs1 həmin bölməyə xx.xx.2021-ci il tarixdə saat 11:40-da gətirilmiş və həmin gün saat 14:30-da Sumqayıt ŞPİnin İŞ-nə göndərilmişdir. (cild 1, iş vərəqə 140-142) İş materiallarında olan 21 avqust 2021-ci il tarixli üzləşdirmə dindirmə protokolundan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. (cild 1, iş vərəqə 172-175) İş materiallarında olan 21 avqust 2021-ci il tarixli üzləşdirmə dindirmə protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. (cild 1, iş vərəqə 176-179) İş materiallarında olan 30 avqust 2021-ci il tarixli üzləşdirmə dindirmə protokolundan görünür ki, cinayət işi üzrə Şahid6 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. (cild 3, iş vərəqə 7-10) Şəxsi axtarışın keçirilməsi haqqında 10 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən 05 bükümdə heroin və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. (cild 1, iş vərəqə 21-22) 16 may 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-in 3-cü PB-nə gətirilmiş, narkotik vasitələrini satmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi üçün bölmədə xidməti otaqların birində X17 videoçəkiliş aparılmaqla özünü təqdim edir, sonra isə ona özünü təqdim etməsini xahiş edir. O da özünü təqdim edir. X11 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, hüquq və vəzifələri barədə bildirişlə tanış edib, şübhəli şəxs qismində tutduğunu elan edir və videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunaraq, onun hüquqlarının Sumqayıt Regional vəkil bürosunun vəkili İftixar Əhmədovun müdafiə edəcəyini bildirir. O da vəkilə, eləcə də üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində saxlanılması, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya və ya predmetlərin olub-olmadığı, müsbət halda onları təqdim olunması təklif edilir. Təqsirləndirilən şəxs1 də əynində olan qısaqol gödəkcəsinin sol yan cibindən 5 ədəd ağ rəngli sellofan polietilen paketə bükülmüş bükülüləri təqdim edərək onların narkotik vasitə olan heroin olduğunu, İran İslam Respublikasının vətəndaşından kartına pul göndərməklə əldə etdiyini, sonuncunun həmin narkotiki Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında olan yerdə gizlətdiyini, daha sonra özünün gedib həmin narkotik vasitəni götürdüyünü bildirir. Həmçinin Təqsirləndirilən şəxs1 həmin cibindən 01 ədəd qara rəngli üzərində «X30» sözləri yazılmış elektron tərəzini çıxarıb təqdim edərək narkotik vasitənin çəkisini ölçmək üçün onu üstündə gəzdirdiyini bildirir. Daha sonra həmin 5 büküm tərəzidə çəkilərək, müvafiq qaydada qablaşdırılır. Bundan başqa, Təqsirləndirilən şəxs1 qeyd olunan narkotik vasitəni hansı məqsədlə üstündə gəzdirdiyi soruşulduqda, o üstündən aşkar olunmuş narkotik vasitələri şəxsi istifadəsi üçün saxlasa da, bundan əvvəl narkotik vasitələrin satışı ilə məşğul olduğunu, belə ki, 2021-ci ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs2 soyadlı şəxsə 30 qram narkotik vasitə olan heroini 200 manata satdığını bildirir. Daha sonra 3-cü PB-nin qarşısında saxlanılmış Təqsirləndirilən şəxs1 avtomobilinə videoçəkiliklə baxış keçirilir, lakin avtomobilin salon və baqaj hissələrində qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və narkotik vasitə aşkar edilmir. Bundan sonra videoçəkiliş dayandırılir. Həmin disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməlidir. (cild 1, iş vərəqə 82- 84) Şəxsi axtarış keçirilməsi haqqında 28 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən 01 bükümdə heroin və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. (cild 2, iş vərəqə 3-4) İş materiallarında olan, xx.xx.2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı cinayət işi materiallarına ağ rəngli kağız qutusunda əlavə edilmiş üzərində “Verbatim” və sair markalanma yazısı olan, yaddaşında isə 01 (bir) ədəd “00012” adlı, xx.xx.2021-ci il tarixdə çəkilmiş, 566688 kb həcmində, 06 dəqiqə 22 saniyə davam edən, rəngli formatda, otaq və təbii işıq mənbəsi ilə işıqlandırılma şəraitində çəkilmiş video görüntü olan diskə baxış keçirilərkən video görüntünün xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X20 olduğunu bildirdiyi, daha sonra onun xidməti otaqda olan mülki geyimli şəxslərə müraciət edərək, özlərini təqdim etmələrini təklif etdiyi, polis əməkdaşının gündəlik geyim formasında olan şəxsin təklifindən sonra ilk olaraq mülki geyimdə olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyata müvəkkili Şahid8 olduğunu, ikinci özünü təqdim edən şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid7 olduğunu, sonuncu özünü təqdim edən şəxsin məlumat verərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət axtarışı üzrə kiçik inspektoru, polis serjantı Samid Mehdiyev olduğunu bildirdikləri, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin xidməti otaqda olan digər mülki geyimli şəxsə müraciət edərək ondan özünü təqdim etməsini xahiş etdiyi, bundan sonra həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirdiyi, daha sonra özünü təhqiqatçı Hikmət Rzayev kimi təqdim edən şəxsin məlumat verərək həmin şəxsin narkotik vasitələri qanunsuz olaraq əldə edilməsində, istifadə edilməsində, daşınmasında, satışında və üzərində gəzdirilməsində şübhəli bilindiyindən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində saxlanılaraq polis bölməsinə gətirilməsi barədə məlumat verdiyi, orda olan digər mülki geyimli şəxsin özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxsə təqdim etdiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiə edilməsi üçün dəvət edilmiş Sumqayıt şəhər İ Saylı Vəkil Bürosunun vəkili X16 olduğunu bildirdiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxsə müraciət edilərək həmin şəxsin narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, istifadə edilməsində, daşınmasında, satışında və üzərində gəzdirilməsində şübhəli bilindiyindən saxlanılaraq polis bölməsinə gətirilməsi səbəbindən video kameranın yaddaşına qeyd etməklə, eləcədə hüquq və qanuni mənafelərinin müdafiə edilməsi məqsədilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi barədə təkrar məlumat verildiyi, üzərinə şəxsi axtarış keçirilməsinə, həmçinin hüquq və qanuni mənafelərinin müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin iştirakına etirazının olub olmadığını, saxlanılarkən ona qarşı qeyri qanuni hərəkət edilib edilmədiyini soruşduğu, özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxsin verilmiş sualları cavablandıraraq üzərinə şəxsi axtarış keçirilməsinə və müdafiəçinin iştirakına etirazının olmadığını, saxlanılarkən ona qarşı hər hansı qeyri qanuni hərəkət edilmədiyini bildirdiyi, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxsə müraciət edərək üzərində olan əşyaları təqdim etməsini təklif etdiyi, onun təklifindən sonra özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxsin üzərində narkotik vasitə olduğunu təsdiq edərək ilk əvvəl sağ əlini əynində olan tünd göy rəngli gödəkcənin içəri sol döş cibinə salaraq oradan bir ədəd qara rəngli elektron tərəzini, daha sonra əynində olan həmin tünd göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd ağ rəngli üzərində “Sobranie” markalanma yazısı olan siqaret qutusunu, sol yan cibindən bir ədəd alışqanı, bir ədəd siqaret dənəsini, iki ədəd qırx qəpik məbləğində xırda pulları, əynində olan idman şalvarının sol yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyduğu, daha sonra özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı onun əynində olan tünd göy rəngli gödəkcənin içəri sol döş cibindən bir ədəd gümüşü rəngli kağız parçasının, həmin gödəkcənin sağ yan cibindən əlavə olaraq iki ədəd alışqanın aşkar edildiyi və xidməti otaqdakı masanın üzərinə qoyulduğu, onun üzərindən başqa əşyanın aşkar edilmədiyi, özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bir ədəd ağ rəngli üzərində “Sobranie” markalanma yazısı olan siqaret qutusunun içərisinə baxış keçirildikdə siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli maddənin aşkar edildiyi, özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxsin verilmiş sualları cavablandıraraq həmin maddənin “kakos” adlandırılan və narkotik vasitə olan heroin olduğunu, saxlanılmamışdan bir gün əvvəl Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində tanış olduğunu, ancaq adının “Tural” olduğunu bildiyi şəxsə hər qramına görə 10 manat, ümumilikdə isə 300 manat pul verərək şəxsi istifadəsi üçün aldığını, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş gümüşü rəngli kağız parçasının “falqa” adlandırıldığını, narkotik vasitə qəbul edərkən istifadə etdiyini, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş elektron tərəzini aldığı və qəbul etdiyi narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirdiyi, daha sonra aşkar edilmiş sellofan bükümdəki maddənin elektron tərəzidə çəkildiyi, həmin maddənin ümumi çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılaraq götürüldüyü, özünü təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən həmin maddənin ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılaraq götürülməsi barədə məlumat verildiyi, özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxsin əlavə olaraq verilmiş sualları cavablandıraraq son üç ayda narkotik tərkibli maddələr qəbul etməyə başladığı, əvvəllər məhkum olunmadığını bildirdiyi, daha sonra özünü müdafiəçi kimi təqdim edən şəxs tərəfindən özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxsə suallar verildiyi, aşkar edilərək götürülmüş maddənin ona məxsus olub olmadığını, saxlanılarkən ona qarşı qeyri qanuni hərəkətlərə yol verilib verilmədiyinin, ona qarşı fiziki zor tətbiq edilib edilmədiyinin soruşulduğu, özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxsin suallara cavab verərək aşkar edilərək götürülmüş maddənin özünə məxsus olduğunu, saxlanılarkən ona qarşı qeyri qanuni hərəkətlərə yol verilmədiyinin, fiziki zor tətbiq edilmədiyini bildirdiyi, bundan sonra aparılan video çəklişin dayandırılacağı barədə özünü təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən iştirakçılara xəbərdarlıq edildiyi, daha sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. (cild 2, iş vərəqə 164-167) İş materiallarında olan Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış zamanı götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, arxa yuxarı hissədə yerləşən kameranın altında “SAMSUNG” markalanma yazısı qeyd edilmiş, ekran hissəsində həmçinin qara rəngli şüşə materialdan hazırlanmış, mobil telefona baxış keçirərkən, ilk əvvəl mobil telefonun sağ yan hissəsində yerləşən düyməyə toxunduqda ekranda göl, gölün üzərində qaya, qayanın üzərində isə ev şəklinin göründüyü, daha sonra ekrana toxunmaqla ekranı yuxarı doğru hərəkət etdirdikdə ekranda şifrələmənin olduğu, ekranda sağdan sola doğru “9;8,7,4,1” rəqəmlərini ardıcıl olaraq birləşdirdikdə mobil telefonun işlək vəziyyətə gəldiyi, ekranda iki ədəd düymələrin göründüyü, sağ tərəfdə yerləşən yaşıl rəngli “WhatsApp” sosial şəbəkəsinin işarəsini bildirən düyməyə toxunduqda açılmış səhifədə mobil telefondan istifadə edən şəxsin “WhatsApp” sosial şəbəkəsində əlaqə saxladığı şəxslərin adlarının qeyd olunduğunun göründüyü, həmin adlar qeyd olunmuş əlaqələrə baxış keçirildikdə orda +994 55 *** ** ** saylı mobil nömrədən istifadə edən şəxsin adının “Tural E” kimi qeyd olunduğu, adı “Tural E” kimi qeyd edilmiş kontakta daxil olduqda həmin şəxslə mobil telefondan istifadə edən şəxsin “WhatsApp” sosial şəbəkəsindəki yazışmaların olduğunun göründüyü, həmin şəxslər arasında ilk əlaqənin xx.xx.2021-ci il tarixdə saat 19:05 radələrində baş tutduğu, mobil telefondan istifadə edən şəxsin ilk əvvəl iki ədəd 100, beş ədəd 50 manatlıq pul əskinazlarının, saat 19:05-də iki ədəd 20, yeddi ədəd 10, altı ədəd 5, üç ədəd 1 manatlıq pul əskinazlarının fotoşəklinin göndərildiyi, sonra saat 19:55-də “Unubank”, saat 19:56-da 2035-8010. 02-23”, saat 19:56-da Salmanov agakisi, xx.xx.2021-ci il tarixdə saat 00:02-də “Qaqa atirsan sekil”, saat 00:05-də ay yetim sekli at buna gosterim buda rahatdasin, saat 00:05-də yolda hərəkətdə olan avtomobillərin, saat 00:05-də yenidən yolda hərəkətdə olan avtomobillərin fotoşəkillərinin göndərildiyi, saat 00:33-də Qaqa neynedin?, saat 00:33-də gelirsen yetim?, saat 00:33-də Konturum yoxdu yigmaga, burda qaqas gilin evinde oturmusham, saat 00:34-də 26 saniyə davam edən “qaqas senin başına donum, .... əsəbləşirəm, istiyirsən 200 manatını verim, üstündədə 5-10 manat artıq verim, qaqas nə bilim e sən canin mixini çək də məndən, gələmdə guya .... mənə xoşdu, ay Eşqin, qalmışam bu dey .... probkada, . .... bunun xeyrini, .... xeyrini ...., yekə oğlansan, bəsdidə, pulu istiyirsən, puluda vurum, bir dənə dusum marketdən vurum, məndən əl çəkdə sən” məzmununda səs yazısının, saat 00:35-də 25 saniyyə davam edən “Ay yetim məzələnirsən, pulu neyniyirəm mən, mənimdə ta böyrümdəki mazqımı çürüdübdə qaqas, bir dənə yaz, birdənə yaz, ona görə yazdımda qaqas Tural, mən neyniyim, məni tanımırsan, mən sənlə birdən ikiyə dirəşmişəm ki, sən öl bayaqdan zırta zırt ömrümü günümü çürüdüb, məndə ona görə addım başı sənə yığıram ki bir dənə bunu susduraq, məndə rahat çıxıb gedim evimə” səs yazılarının göndərildiyi, saat 00:48-də Cixdin qaqa, yazısının, saat 00:42-də belə deyirsə denən ya pulunu verək, belə pis çıxmasin, atıram kart, bir dənə kart at, lüboy kart at, yada tanıdığım uşaqlara atım gətirsinlər versinlər sənə ay Eşqin, niyə arxayın, daha narahat olma .... yedim götürdüm boynuma belə bir şey day nə bilim e başım çönür” məzmununda səs yazısının, saat 00:51-də 11 saniyə davam edən “ay qaqa şeydisə mən gedim bir dənə evə dəyim çörək zad almalıyam, prosta elə bildim sən tez gələssən, ona görə elə bir dəfənlik gedərəm, neyniyim e gözdüyürəmdə, o pul lazım deyil e, yetim pulu neyniyirəm ki, pulu o adam vurub uje, elə idisə başqa yerdən tapıb eliyərdidə, gözdüyürəmdə Tural götür gətir, neyniyim e da gec olduda, gözdüyürəm qaqa gözdüyürəm səbirli ol bir az”, saat 00:55-də 11 saniyyə davam edən “mən burdayam e ürəyim sa qurban, bax burda neyniyim e bu dey probkada dayanmışam, gözdüyürəm, yadaki belə eliyim, ola bilər ki mənə inanmırsan, mənə xoşdu ay Eşqin” səs yazisinin, saat 00:56-da Ne deyim qaqasa, saat 00:57-də Ne vaxt deyim gelecek, saat 00:59-da 42 saniyyə davam edən “Ay yetim belə gec olasıydısa mən sənə ona görə ağız açdım ki tez bazar olsun deyə, da elə idisə da özüm o iranlıya vurardım, ondan götürərdim, bilirsən ondan ucuz götürürəm, xeyrimidə çox tutardım, özüm dedim ki həm sən tutasan, həmdə özüm tutum, həmdə tez olsun deyə mən sənə ağız açdım, prosto indi səndə bir vaxt demirsən, deyən kimi deyirsən ki kart at pulu vurum, pulu neyniyirəm e, oyun oyuncaq oynamırıq ki, mən sənə pul vurum, sən təzdən pul vurasan, kart yoxdu bizdə, həmdə pul lazım deyil, bir dənə onu bacardığın qədər tez gətir ver, məndə verim cammata çıxıb getsin” məzmununda, saat 01:00-da 08 saniyyə davam edən “denənən 10 dəqiqəyə, yarım saata gələcəm, məndə ona deyim yarım saata gələcək, səndə mənə vaxtda demirsən axı məzmununda, saat 01:02-də 51 saniyyə davam edən ay yetim bir saata, saat yarıma, bir saata gələcəm, qaqas qurban olum sənə, məndə sənin kimi ay yetim mən istəyirəm ki bu qədər oturum burda, bunun içini .... alaha and olsun, mən nə .... yedim, belə seyə keçdim, itin balasidi ma xosdu yetim, gözdə bir saat, saat yarım gəlib çatiramda, qaqas qurban olum sa, basina dönüm, yəni narahat olma, oyun oyuncaq deyəndəki mənimdə basima heç vaxt gəlməmisdi, bir var qaqas deyim Esqin pul yoxdu, it bata düsüb, indi sey olarsan, sa deyirəm ki gəlirəm, narahat olma, belə narahatsansa puluvuda vura bilərəm, rahat otur evində, mən gəlib çıxanda yəni pulumu verərsən, basa düsdün” məzmununda səs yazısının, saat 01:14-də Hech ne qaqa gozluyurem, saat 01:15-də Bidene eve deyim gelirem bura, saat 01:15-də Yaxsi, saat 01:24-də Buraxılmış səsli zəng, saat 02:05-də Qaqa neynisen?, saat 02:05-də Gelisenmi?, saat 02:06-da He qaqqs naraxat olma, saat 02:06-da Esas salamtciliq olsun, saat 02:06-da Ehtiyatli ol brat, saat 02:06-da smaylik şəkli, saat 02:07-də Men uje qaqas gile catdim, saat 02:27-də Qaqa cixmisan ordan?, saat 02:27-də He, saat 02:27-də Ne qeder vaxta catarsan yetm?, saat 02:28-də 20-25, saat 02:28-də Deyqiya, saat 02:29-da 6 saniyyə davam edən “qaqa bir dənə sey sorusum, nə qədər alındı, otuzdu, yoxsa az oldu məzmununda, saat 02:31-də Ay yetm ne qeder alindi?, saat 02:31-də 25, saat 02:31-də Tamam, saat 02:31-də Men onda sene ne qeder vermeliyem?, saat 02:33-də 22x25= 550 manat eliyecek brat, saat 02:33-də Men sene 370 manat verecem, saat 02:33-də Gel senin qadan alaram, saat 02:34-də /30, saat 02:34-də 55 de mene qalacaq, saat 02:35-də Yetim 30, saat 02:35-də Edecem, saat 02:35-də Dogurdan?, saat 02:36-da Lap ela, saat 02:37-də Onda 480 vermeliyem de, saat 02:37-də 460 qaliq, 20 de benzin, saat 02:45-də He, saat 02:45-də Yetim, Saat 02:45-də Qelecem, saat 02:45-də Basva donum, saat 02:45-də Yaza bilmirem, saat 02:46-da Roldayam, saat 02:47-də Yaxshi qaqa, saat 02:47-də Catana yaxin xeber ele duvsum asagi, saat 03:26-da Qaqa hardasan?, saat 03:26-da Catmirsan hele?, saat 03:26-da Sarayda usaqi dusurdub gelem, saat 03:27-də Yaxsi qaqa, saat 03:31-də Basva donum huzuri say qardasim bir isiydide geldi basima, saat 03:32-də Problem deyl, saat 03:32-də Esas salamtciliq olsun, saat 03:32-də Canin sag olsun, saat 03:33-də Qelim, saat 03:33-də Danisariq, saat 03:33-də Qardasim, saat 03:33-də Yaxshi qaqa, saat 03:33-də Ureyim partiyire senol esebden, saat 03:33-də Yarimsaat catarsan?, saat 03:33-də Tez insallah, 03:34-də İnshallah, saat 03:34-də Ehtiyatlı ol, saat 03:34-də Bu qeder gozlemisik 10-15 deyqeynen hec ne olmaz, saat 03:36-da Opurem amma yetim istemedim bele olsun, saat 03:37-də Eybi yo qaqa, saat 03:37-də Sene bele bir sey deyecem deli olasan yetim meni kim yandirib, saat 03:39-da Ne yandirib qaqa, saat 03:40da Bandatele kim verib meni, saat 03:40-da Kim qaqa, saat 03:40-da Sen fikirles men gelib deyecem, saat 03:41-də Sen cani ureyim partdadi kim, saat 03:41-də Catim deyacem ona kimi fikirles kim eder, saat 03:42-də Kimde e yetm?, saat 03:42-də Demeki Emin olub, saat 03:44-də əldə saxlanmış iki ədəd sellofon bükümün şəklinin göndərildiyi, saat 03:44-də Ay seni, saat 03:44-də Hardan, saat 03:45-də Bildin, saat 03:45-də Yetim, saat 03:45-də Mezelenisen ala, saat 03:45-də Seni niye brat, saat 03:45-də Sen ona atasinnan cox komek elemisen, saat 03:46-da 100 de 100 pul cixan adam kim olmalidi, saat 03:47-də Ay blee, saat 03:48-də Peysere baxe, saat 03:54-də Qaqa men dusum asagi?, saat 03:54-də He menim qardasim?, saat 03:54-də 5 deyqiya, saat 03:55-də ok, saat 04:06-da Qaqa asagdayam men, saat 04:07-də Padezin agzindayam, saat 04:07-də Pionerdeyem, saat 04:07-də Tamam, saat 04:15 və 04:17-də göndərilmis mesajlar silinmiş, saat 04:17-də 12 saniyyə davam edən “yaxsi qaqa cixdim yolun qirağına men, yetim ele bil ləzgilərin setaforunu keçib icra hakimiyyətinə tərəf gedəndə birinci aradan sağa dönməlisən, mən uje yolun qırağındayam” məzmununda səs yazısının, saat 04:18də Bax, saat 04:25-də Yetm hara getdin? Məzmununda mesajların göndərildiyi və ya qəbul edildiyi müəyyən olunmuşdur. (cild 2, iş vərəqə 137-163) Şəxsin tanınması haqqında xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ona təqdim edilmiş şəkillərdən Təqsirləndirilən şəxs1 tanıyaraq, şəxsi axtarış zamanı üzərindən götürülmüş narkotik vasitənin Tural Babayevə məxsus olduğunu bildirmişdir. (cild 2, iş vərəqə 125-130) Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (055) 644-34-41, (070)-331-31-33 nömrələrinin 09-10 may 2021-ci il tarixə olan və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (051)-577-92-92, ***-***- **-** nömrələrinin 27-28 aprel 2021-ci il tarixə olan anten dairələrinə dair məlumatlar müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüşdür. "xxxx" MMC-nin xx.xx.2022-ci il, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktublarına əlavə edilmiş anten dairələrinə dair məlumatlarda, müdafiə tərəfinin irəli sürdüyü təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirsizliyinə dəlalət edən xüsusatları təsdiq edən məlumatlar aşkar olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (055) ***-**-** nömrəsinin xx.xx.2021-ci il tarixdə, saat 21:26 radələrində, eləcə də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (051)-577-92-92 nömrəsinin xx.xx.2021-ci il tarixdə 09:58 radələrində anten dairəsi məlumatları qeydə alınmışdır. Eyni zamanda, müdafiə tərəfinin vəsatəti əsasında 10 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadələrində olmuş mobil nömrələrinin anten dairələrinin qeydə alındığı “Sumqayıt şəhəri, 16-cı məhəllə, Əzizbəyov küçəsi” və “Sumqayıt şəhəri, 14-cü məhəllə, Bizim Market” ünvanlarının anten dairələrinə aid olan ərazidə Sumqayıt şəhəri 3-cü Polis Bölməsinin (ünvan 5) yerləşib-yerləşməməsi barədə məhkəməyə məlumat verilməsi üçün müvafiq olaraq sorğu verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli sorğusuna "xxxx" MMCnin cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-yə məxsus “Sumqayıt şəhəri, 14-cü məhəllə, Bizim Market” adlı ötürücü stansiyanın ünvan 5 ünvanında yerləşən Sumqayıt şəhəri 3-cü Polis Bölməsinin ərazisinə xidmət vermə ehtimalı mümkündür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli sorğusuna "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli cavab məktubunda görünür ki, sorğu edilən ünvanlara dair dəqiq məlumatın verilməsi mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər Prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər polis İdarəsinin MSY-də 7 saylı kamerada özü-özünə xəsarət yetirməsi faktı əsasında toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər polis İdarəsinin CAŞ-ın və 3cü PB-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (cild 01, iş vərəqə 88-90) İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair AR DİN Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nin xx.xx.2021-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir. (cild 01, iş vərəqə 84) İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair AR DİN Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nin xx.xx.2021-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir. (cild 02, iş vərəqə 70) İş materiallarında olan Sumqayıt şəhər prokurorunun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-in 206.3.2-ci maddəsi ilə verilmiş ittiham əsassız olduğunan həmin epizod ilə bağlı bəndlər xaric edilmişdir. (cild 03, iş vərəqə 100-104) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmiş və düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs1 əməli AR CM-in 234.4.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 qarşı AR CM-in 234.4.2-ci maddəsi ilə, yəni təkrarlıq tövsifedici əlaməti üzrə ittiham irəli sürsə də, təqsirləndirilən şəxsin əməlində həmin Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin təkrarən törədilməsi mövcud olmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 vahid niyyətlə, təkrarlıq əlaməti olmadan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və satmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarının 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Əvvəlki cinayətə görə məhkumluq götürüldükdə, ödənildikdə və yaxud cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə təkrarlıq əlaməti yaranmır. Məhkəmələr nəzərə almalıdırlar ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və ya 234.4.3cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X24rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X23 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X23 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə xx.xx.2021-cil tarixdə deyil, 09 may 2021-ci il tarixində polis əməkdaşları tərəfindən saxlanılması, narkotik vasitənin ona aid olmaması və onu polis əməkdaşları cibinə qoyaraq sənədləşdirməsi barədə verdiyi ziddiyyətli ifadələrinə qiymət verərək belə hesab edir ki, onun ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, və digər sənədlərlə tam təkzib olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmədə xx.xx.2021-ci il tarixdə deyil, əslində 27 aprel 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması, eləcə də Nurlan adlı şəxs barədə verdiyi ifadələrin ona təzyiq altında imza etdirilməsi, ailə üzvlərinə və özünə hədə-qorxu gəldiklərindən, məcburiyyət qarşısında qalaraq, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1lə üzləşməkdən imtina etməsi, narkotik vasitə istifadəçisi olsa da saxlanılarkən üzərində ümumiyyətlə narkotik vasitə olmaması, istifadəsində olan telefondan Turala narkotik vasitələrlə bağlı sms-lər yazmağa məcbur edilməsi, eyni zamanda bəzi mesajların polis əməkdaşlarının özləri tərəfindən yazılması barədə verdiyi ifadələrinə hüquqi qiymət verərək belə hesab edir ki, onun ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, və digər sənədlərlə tam təkzib olunmuşdur. Məhkəmə tərkibi, həmçinin, iş üzrə dindirilmiş əlavə şahidlər X1, X3 və X2 məhkəmə verdikləri ifadələrində Təqsirləndirilən şəxs1 əslində 09 may 2021-ci il tarixdə saxlanılması və polis əməkdaşları tərəfindən ona işgəncə verilməsi barədə ifadələrinə tənqidi yanaşaraq, həmin ifadələri yaxın qohumları olan təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyan ifadələr kimi qəbul edir. Məhkəmə tərkibi, həmçinin, Təqsirləndirilən şəxs2 atası X8 da məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin həqiqətə uyğun gəlməməsi və oğlunu məsuliyyətdən yayındırmaq məqsədi daşıması qənaətinə gəlir. Beləliklə, təqsirləndirilən şəxslərin və onların yaxın qohumları olan yuxarıda adları qeyd edilən şahidlərin ifadələrində göstərdikləri xüsusatlar Sumqayıt ŞPİ-nin 3-cü PB-nin «Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı» kitabı, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş anten dairəsi məlumatları, Sumqayıt şəhər Prokurorluğunun xx.xx.2021-ci il tarixli Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər polis İdarəsinin MSY-də 7 saylı kamerada özü-özünə xəsarət yetirməsi faktı əsasında toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, eləcə də Sumqayıt şəhər Prokurorluğunun xx.xx.2021-ci il tarixli Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər polis İdarəsinin CAŞ-ın və 3-cü PB-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsinə dair qərarı, Sumqayıt şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair AR DİN Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nin xx.xx.2021-ci il tarixli qərarının qanunauyğun hesab edilməsinə dair, eyni zamanda xx.xx.2021-ci il tarixli Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair AR DİN-in Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nin xx.xx.2021-ci il tarixli qərarının qanunauyğun hesab edilməsinə dair qərar və digər mötəbər sübutlarla tam təkzib edilir. Həmçinin, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı şübhəli şəxs qismində dindirilərkən narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs1 almasını qeyd etmiş, eyni zamanda Təqsirləndirilən şəxs1 də şübhəli şəxs qismində ifadəsində özünü təqsirli bilərək, narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də Təqsirləndirilən şəxs2 narkotik vasitə heroini satmasını etiraf etmişdir. (cild 01, iş vərəqə 40-42; cild 02, iş vərəqə 22-24) Odur ki, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi xaric edilməli, Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 85). İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2018-ci il təvəllüdlü 2 azyaşlı övladı vardır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 2, iş vərəqə 71). İş materiallarında olan 5 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 174) İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2020-ci il təvəllüdlü 1 azyaşlı övladı vardır. Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət əməli törətməsini, himayəsində 2 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirəni olmasını, himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 barələrində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 Şəxsin Ambulator X7 Komissiyasının verdiyi xx.xx.2021-ci il tarixli, 2131 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 Şəxsin Ambulator X7 Komissiyasının verdiyi xx.xx.2021-ci il tarixli 2350 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onların barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar – Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış ümumi təmiz çəkisi 8,118 qram çəkidə narkotik vasitə olan heroin, 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış ümumi təmiz çəkisi 29,378 qram çəkidə narkotik vasitə olan heroin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Sumqayıt ŞPİ-də saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 01 ədəd «Samsung» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxs axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 386 manat, 72 qəpik məbləğində puldan, 193 manat, 36 qəpik pul Təqsirləndirilən şəxs1, 193 manat, 36 qəpik isə Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 10 may 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(060)-211/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 may 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 16; 67-70) Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 10 may 2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan 28 aprel 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(060)-186/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 249; 67-70) Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş qətimkan tədbirləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 10 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış ümumi təmiz çəkisi 8,118 qram çəkidə narkotik vasitə olan heroin, 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış ümumi təmiz çəkisi 29,378 qram çəkidə narkotik vasitə olan heroin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 01 ədəd «Samsung» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxs axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 386 manat, 72 qəpik məbləğində pul vəsaitindən 193 manat, 36 qəpik pul Təqsirləndirilən şəxs1, 193 manat, 36 qəpik isə Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-282/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-282/2022
31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver