Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-283/2021 25.01.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi-mütəxəssis X5 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1986-cı ildə X3 şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, həbs olunanadək fərdi əməklə məşğul olmuş, üzərində ödənilməmiş məhkumluğu olan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şərur şəhəri, Şəhriyar küçəsi, ev 8, mənzil 1-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Nizami rayonu ərazisində nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 17:50 radələrində ünvan 1 ünvanında yerləşən «Çay Club» çay evinin sanitar qovşağının qarşısında Zərərçəkmiş şəxs ona narkotik vasitə olan heroin tapmasını tələb etmişdir. Zərərçəkmiş şəxs ona narkotik vasitə tapa bilməyəcəyini bildirdikdə, Təqsirləndirilən şəxs özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək ictimai qaydaları, habelə ictimai maraqları və əxlaq normalarını pozaraq xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs onun qanunsuz tələbini yerinə yetirməməsini bəhanə edərək sonuncu ilə mübahisə edib qəsdən əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən 1 (bir) dəfə vurmuş, Zərərçəkmiş şəxs zərbənin təsiri nəticəsində üzünü tutub aşağı əyilməsindən istifadə edərək mənbəyi və təyinatı istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs kürək nahiyəsindən 1 (bir) dəfə vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin arxa səthində sağda döş və qarın boşluğuna nüfuz edərək diafraqma, qaraciyərin sağ payını zədələyən, daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, baş vermiş cinayət hadisəsinə qədər Zərərçəkmiş şəxs tanımamış, onun sonuncu ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx xxxxx 2020-ci il tarixdə o, yaşadığı evdə nahar edən zaman təxminən 0,5 litr araq içmişdir. Sonra o, çay içmək üçün təxminən saat 15:00-16:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən «Çay Club» çay evinə getmişdir. O, çay evinə gedən zaman çay evinin əməkdaşları orada təmizlik işləri ilə məşğul olmuşlar. Buna baxmayaraq, həmin çay evi fəaliyyət göstərmişdir. Bundan sonra o, çay evində olan masaların birində əyləşmiş və çay sifariş etmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs çay evinə daxil olmuş və başqa masa arxasına keçərək çay sifariş etmişdir. Rövşən də onun kimi masa arxasında tək oturmuşdur. Zərərçəkmiş şəxs bir qədər oturduqdan sonra ayağa qalxmış və çay evinin ayaqyolusuna getmişdir. Həmin vaxt o da ayaqyoluna getmişdir. O, ayaqyoluna daxil olan zaman ayaqyolunun kabinasından alışqanın yandırılması səsini eşitmişdir. O, alışqanın səsini eşitdikdə Zərərçəkmiş şəxs ayaqyolundakı kabinada narkotik vasitədən istifadə etdiyini düşünmüşdür. Zərərçəkmiş şəxs bu hərəkəti ona pis təsir etmişdir. Bununla bağlı o, Rövşənə irad bildirmək istəmişdir. Bu məqsədlə də Rövşən ayaqyoludan çıxdıqdan sonra o, Rövşənə yaxınlaşmış və sonuncudan nə üçün çayxanada belə iş gördüyünü, həmin çay evinə polis gəldikdə, hər kəsin «işə» düşəcəyini deyərək irad tutmuşdur. Bu zaman Rövşən onu söyərək yumruqla vurmuşdur. Sonra onların arasında əlbəyaxa dava olmuş və o, masanın üzərindən götürdüyü limon bıçağı ilə Rövşənin kürək nahiyəsindən 1 (bir) dəfə vurmuşdur. Bundan sonra o, bıçağı orada atıb çay evindən çıxıb getmişdir. Təqsirləndirilən şəxs ifadəsində onu da göstərmişdir ki, onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxs ona yalan danışdığından və özü sərxoş olduğundan əsəbiləşərək Rövşəni 1 (bir) dəfə bıçaqla vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınması, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə özünün qanunsuz hərəkətlərinə haqq qazandırmaq, habelə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, törətdiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Beləliklə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahid ifadələrini, məhkəmə istintaqında elan olunmuş şahid ifadəsini, habelə digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx xxxxx 2020-ci il tarixdə təxminən saat 15:00 radələrində çayxanaya getmək məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində fəaliyyət göstərən "Çay Club” çay evinə getmişdir. O, çay evinə çatdıqda həmin çay evində işləyən işçilərin təmizlik işləri ilə məşğul olmasını görmüşdür. Sonra o, çay evinin işçilərinə yaxınlaşmış və həmin şəxslərdən kömək lazım olub-olmadığını soruşmuşdur. Həmin şəxslər ona kömək lazım olmadığını demişlər. Sonra o, çay evinə daxil olmuşdur. O, çay evinə daxil olduqda Təqsirləndirilən şəxs orada görmüş və onlar salamlaşıb söhbət etmişlər. Onlar bir qədər söhbət etdikdən sonra o, ayaqyoluna getmişdir. O, ayaqyolunda siqaret çəkmək üçün alışqanı yandırmışdır. O, ayaqyolundan çıxdıqda Ruslanın onu gözlədiyini görmüşdür. Həmin vaxt Ruslan ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdur. O da Ruslana artıq narkotik vasitə istifadə etmədiyini və müalicə aldığını bildirmişdir. O, əvvəllər narkotik vasitə istifadə etdiyindən Ruslanın bu məsələdən xəbəri olmuşdur. Ona görə də həmin vaxt Ruslan ondan narkotik vasitə tapmağı təkidlə istəmişdir. Lakin o, yenidən Ruslana narkotik vasitə tapmaqdan imtina etmişdir. O, imtina etdikdə Ruslan onunla mübahisə etməyə başlamışdır. Sonra onların arasında yaranmış mübahisə daha da güclənmişdir. Bu vaxt Ruslan sağ əli ilə ona yumruq zərbəsi vurmuşdur. Ruslanın yumruq zərbəsi onun sol sifət nahiyəsinə dəymişdir. O, yumruq zərbəsindən aşağı əyilmişdir. O, aşağı əyildikdən sonra kürək nahiyəsində ağrı hiss etmişdir. O, əlini kürək nahiyəsinə vurduqda Ruslanın onu bıçaqla vurduğunu bilmişdir. Bundan sonra o, qaçaraq çay evindən çıxıb getmişdir. O, yolda polis əməkdaşlarını görmüş və sonunculardan kömək istəmişdir. Polis əməkdaşları da xidməti avtomobildə onu xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs ondan narkotik vasitə tapmasını tələb etməsini, onların mübahisə etməsini və Ruslanın ona xəsarət yetirməsini heç kəs görməmişdir. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin göstərmişdir ki, o, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, cinayət hadisəsi baş verən zaman o, ünvan 2 ünvanında yerləşən ‘‘Çay Club” çay evində inzibatçı işləmişdir. Lakin həmin vaxt karantin rejimi tətbiq edildiyindən çay evinin fəaliyyəti dayandırılmışdır. O, çay evində işlədiyi müddətdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs müştəri kimi tanımışdır. xx xxxxx 2020-ci il tarixdə, təxminən saat 14:00 radələrində o, çay evinin digər işçisi Nicatla birlikdə çay evinə gəlib təmizlik işləri apararaq, orada olan masa və stulları çölə yığmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs çay evinə gəlmiş və onlarla hal-əhval tutduqdan sonra içəri daxil olmuşdur. Bundan təxminən 20 dəqiqə sonra Zərərçəkmiş şəxs da çay evinə gəlmiş və onlarla hal-əhval tutub içəri daxil olmuşdur. Bundan sonra Rövşən Ruslanla salamlaşıb söhbət etməyə başlamışlar. Bir neçə dəqiqədən sonra Ruslan və Rövşən çay evinin daxilində olan ayaqyolu istiqamətinə getmişlər. Bir qədər sonra o, Ruslanla Rövşənin bir-biri ilə mübahisə etdiyini eşitmişdir. Lakin o, Nicatla birlikdə çay evinin salonunda olduğundan Ruslanla Rövşəni görə bilməmişdir. Sonra Rövşən anidən ayaqyolundan qaçaraq onların yanından keçmiş və qapıdan çölə çıxmışdır. Bundan təxminən 10-15 saniyə sonra Ruslan da qaçaraq çay evindən çölə çıxıb getmişdir. O və Nicat həmin şəxslərin arxasınca çölə çıxdıqda, Ruslan və Rövşəni görməmişlər. Bundan sonra o, Nicatla birlikdə çay evinə daxil olmuş və ayaqyolu tərəfə getmişlər. Onlar orada hər şeyin qaydasında olduğunu görmüşlər. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2019-cu ilin sentyabr ayında ünvan 2 ünvanında yerləşən ‘‘Çay Club” çay evini tanışı Elnur adlı şəxslə birlikdə icarəyə götürüb işlətməyə başlamışdır. Elnur korona virusuna yoluxması səbəbindən 2 (iki) ay əvvəl vəfat etmişdir. Bundan sonra o, həmin çay evini 2020-ci ilin mart ayınadək işlətmişdir. Lakin korona virus pandemiyası ilə əlaqədar onun işlətdiyi çay evi bağlanmışdır. O, çay evində işlədiyi müddətdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs müştəri kimi tanımışdır. Sonuncular müxtəlif vaxtlarda həmin çay evinə gələrək orada çay içmişlər. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 14:00 radələrində onun iş yoldaşları olan Toğrul və Nicat çay evinə gələrək orada təmizlik işləri görmüşlər. O, həmin vaxt çay evində olmamışdır. Sonra Təqsirləndirilən şəxs çay evinə gəlmiş və sonuncu həmin vaxt sərxoş olmuşdur. Ruslandan təxminən 20 dəqiqə sonra çay evinə Zərərçəkmiş şəxs da gəlmişdir. Bir müddətdən sonra çay evində işləyən Toğrula və Nicata məlum olmuşdur ki, Ruslanla Rövşən arasında çay evinin sanitar qovşağında mübahisə olmuş və həmin mübahisə zamanı Ruslan Rövşəni bıçaqla vurmuşdur. Lakin həmin vaxt Toğrul və Nicat çay evində təmizlik işləri ilə məşğul olduqlarından Ruslanla Rövşənin mübahisə etməsini və Ruslanın Rövşəni bıçaqla vurmasını görməmişlər. Onun baş vermiş cinayət hadisəsi barədə başqa məlumatı yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 23-25) görünür ki, cinayət hadisəsi ünvan 2 ünvanında yerləşən “Çay Club” çay evində baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli tanınma haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 38-42) görünür ki, Zərərçəkmiş şəxs «Çay Club» çay evində bıçaqla ona xəsarət yetirən şəxsi, yəni Təqsirləndirilən şəxs tanımışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 276/2020-MTBŞ nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 158-161) görünür ki, Zərərçəkmiş şəxs tibbi qeydiyyat sənədinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu A(İİ)-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkçə, mayka (alt köynəyi), köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alındı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə A(İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması və axtarışın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 62-63) görünür ki, Təqsirləndirilən şəxs tutulması və onun barəsində axtarışın elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən (cild 1, iş vərəqə 56-58) görünür ki, Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikasının Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş, ona həmin maddələr üzrə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, xx xxxx 2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2007-ci il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzadan vaxtından əvvəl azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs X9 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinmiş, ona həmin maddə üzrə 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 06 (altı) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsindən həmin Məcəllənin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələrinə tövsif edilmiş və ona həmin maddələr üzrə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə ona təyin edilmiş 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən xx xxxx 2008-ci il tarixli məhkəmə hökmü ilə çəkilməmiş cəzanın 03 (üç) il 07 (yeddi) ay 05 (beş) gün hissəsi qismən birləşdirilməklə üzərində qəti olaraq 04 (dörd) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən, yəni 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətindən şərti olaraq vaxtından əvvəl cəzadan azad olunmuşdur. Onun tərəfindən yeni cinayət törədilərkən cəzanın çəkilməmiş hissəsi başa çatmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 236/2020 MTKŞ nömrəli maddi sübutların ekspertizası rəyindən (cild 1, iş vərəqə 153-156) görünür ki, vətəndaş Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthində sağda döş və qarın boşluğuna nüfuz edərək diafraqma, qaraciyərin sağ payını zədələyən, daxili qanaxma ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yara olmuşdur. Qeyd edilən xəsarət deşici-kəsici alətin təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən xx xxxxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin, köynəyin və maykanın arxa hissəsinin sağ-orta nahiyəsində 1 (bir) ədəd deşilmişkəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin, köynəyin və maykanın arxa hissəsinin sağ-orta nahiyəsində aşkar edilmiş 1 (bir) ədəd deşilmişkəsilmiş zədə onun bədəninin döş qəfəsinin arxa səthində sağda olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa hissəsinin sağ-yuxarı nahiyəsində 3 (üç) ədəd məhdud cırılma aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, şalvarın müvafiq nahiyələrinin hər hansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin sağ qolunun astarının qoltuqaltı nahiyəsində 1 (bir) ədəd məhdud sökülmə aşkar olundu. Bu sökülmə küt yaranma mexanizminə malikdir, gödəkçənin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinin məktubundan (cild 1, iş vərəqə 71) görünür ki, həmin gün Təqsirləndirilən şəxs tutularaq saxlanılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 73) görünür ki, həmin gün Təqsirləndirilən şəxs tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 101-102) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-122/2020 saylı qərarından (cild 1, iş vərəqə 118-119) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 24-28) görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri, eləcə də törətdiyi cinayətin mexanizmini və üsulunu hadisə yerində əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 162-169) görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilməsi, ona həmin maddə üzrə yenidən ittihamın elan edilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs məxsus gödəkçənin, köynəyin, maykanın maddi sübut kimi tanınması və saxlanılması üçün sübutların saxlanc kamerasına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 176-177) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə yeni ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-168/2020 saylı qərarından (cild 1, iş vərəqə 222- 225) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 86) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2018-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-1173/2018 saylı qərarından (cild 1, iş vərəqə 148-151) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə müəyyən olunmuş 04 (dörd) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, yəni 09 (doqquz) ay 26 (iyirmi altı) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 87) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X8 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları, o cümlədən ittihamı bütövlükdə mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, eləcə də ittihamı və həmin sübutları bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində “Covid- 19” infeksiyasının yayılması ilə bağlı karantin rejimi tətbiq edilməsinə baxmayaraq, ünvan 1 ünvanında yerləşən «Çay Club» çay evi faktiki olaraq fəaliyyət göstərmişdir. Buna dəlalət edən hal ondan ibarətdir ki, həmin tarixdə çay evi bağlı olmalı olduğu halda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ayrı-ayrılıqda həmin çay evinə getmişlər. Daha sonra, yəni xx xxxxx 2020-ci il tarixdə təxminən saat 17:50 radələrində «Çay Club» çay evinin sanitar qovşağının qarşısında Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında əvvəlcə sözlü mübahisə yaranmışdır. Sonradan sözlü mübahisə real dava-dalaşa çevrilmişdir. Onların arasında yaranmış sözlü mübahisə real dava-dalaşa keçdikdə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsindən 1 (bir) dəfə yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zərbəsindən sonra əyilmiş və həmin vaxt Təqsirləndirilən şəxs bıçaqla Rövşən Novrozuvun kürək nahiyəsindən 1 (bir) dəfə xəsarət yetirmişdir. Nəticədə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmuşdur. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 17:50 radələrində «Çay Club» çay evində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi və nəticədə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulması mübahisəsizdir. Qeyd edilən hal cinayət işinin mübahisəsiz halıdır. Belə ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında vermiş olduğu ifadələrində xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini və nəticədə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasını dəfələrlə təsdiq etmişlər. Lakin onların hər biri baş vermiş cinayət hadisəsinin səbəbi kimi müxtəlif halları göstərmişlər. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadəsində göstərmişdir ki, o, çay evinin sanitar qovşağında olduğu zaman alışqanın yandırılması səsini eşidərək Zərərçəkmiş şəxs orada narkotik vasitədən istifadə etdiyini düşünmüş və bununla bağlı Zərərçəkmiş şəxs iradını bildirmiş, sonuncu da onun iradına kobudluq etdiyindən o, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin səbəbini Zərərçəkmiş şəxs çay evinin sanitar qovşağında narkotik vasitədən istifadə etməsi, bu məsələ ilə əlaqədar onun Zərərçəkmiş şəxs irad bildirməsi, sonuncunun isə onun iradına kobudluq etməsi halları ilə əlaqələndirmişdir. Zərərçəkmiş şəxs isə məhkəmə istintaqında bildirmişdir ki, o, əvvəllər narkotik vasitədən istifadə etsə də, sonradan pis vərdişlərini tərgitmişdir. Hadisə baş verən gün Təqsirləndirilən şəxs ondan narkotik vasitə tapmağı tələb etmiş, o, bundan imtina etdikdə isə sonuncu ona bıçaqla xəsarət yetirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs çay evinin sanitar qovşağında narkotik vasitədən istifadə etməsi, habelə Təqsirləndirilən şəxs ona bu məsələ ilə əlaqədar irad bildirməsi halları öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işi üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Bu hal isə təqsirləndirilən şəxsin cinayətin törədilməsinə səbəb olmuş hallarla bağlı irəli sürdüyü dəlilləri istisna edir. Bundan başqa, məhkəmə istintaqında Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında baş vermiş sözlü mübahisəni, həmin mübahisənin sonradan dava-dalaşa keçməsini və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini görən şəxsin olması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə cinayətin törədilməsinə səbəb olan hallar barədə təqsirləndirilən şəxsin göstərdiyi dəlilləri inandırıcı saymır. Yuxarıda təhlil edilən halları məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, xx xxxxx 2020-ci il tarixdə təxminən saat 17:50 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan, başqa sözlə, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Başqa nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir əsas və hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti onun zərərçəkmiş şəxsə qarşı sərgilədiyi zorakı, qəddar və kobud hərəkətlərində, o cümlədən zərərçəkmiş şəxsə qarşı hörmətsizlik göstərən eqoizmini açıq nümayiş etdirməsində ifadə olunmuşdur. Belə ki, xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, cinayət törətdiyi şəxsə qarşı hörmətsizlik göstərən eqoizmin açıq nümayiş etdirilməsində və ona qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə cinayət çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 nömrəli qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Həmin qərarın 6-cı bəndində, həmçinin qeyd olunur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, həmçinin bu cinayətin törədilməsində məhz o, təqsirlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, Zərərçəkmiş şəxs onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal kimi təhlükəli residiv müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 7(007)-1173/2018 saylı qərarı ilə Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən, yəni 09 ay 26 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və o, məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən ağır cinayət törətmişdir. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə nisbətdə onun üzərində ödənilməmiş məhkumluq olduğu halda o, yenidən qəsdən ağır cinayət törətmişdir. Bu isə cinayətlərin təhlükəli residivini təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən (təhlükəli residiv) azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində göstərilən cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın başlanğıcı onun tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutun taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc kamerasında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd gödəkçə, 1 (bir) ədəd köynək və 1 (bir) ədəd mayka hazırki hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci (ekspertiza xərci) və mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu vaxtdan, yəni xx xxxx 2020ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc kamerasında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd gödəkçə, 1 (bir) ədəd köynək və 1 (bir) ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-283/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-283/2021
25.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver