Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-283/2023 24.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-«Verduktum» Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1989-cu il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ibtidai sinif təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Salyan şəhəri, Ə.Quliyev küçəsi ev 5, mənzil 22-də qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massivdə yerləşən nömrəsiz evdə yaşamış, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Verimiş ittihama əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 02 ədəd bükümdə ümumi çəkisi 0,409 qram narkotik vasitə olan heroin və 02 ədəd bükümdə ümumi çəkisi 0,486 qram psixotrop maddə olan metamfetamin əldə edib saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə üzərində saxladığı həmin narkotik vasitə və psixotrop maddələrdən 01 ədəd bükümündə təmiz çəkisi 0,207 qram olan psixotrop maddə metamtetamini Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində tanışı Şahid1 5 manata satmış, xx.xx.2022-ci il tarixdə təkrarən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində üzərində saxladığı həmin narkotik vasitə və psixotrop maddələrdən 01 ədəd bükümdə təmiz çəkisi 0,152 qram narkotik vasitə olan heroini tanışı Şahid2 10 manat və 01 ədəd bükümdə təmiz çəkisi 0,279 qram psixotrop maddə olan metamfetamini tanışı Şahid3 satmış, xx.xx.2022-ci il tarixdə saat 15.10 radələrində Qaradağ RPİ-nin 10-cu PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzi, 1-ci sırada yerləşən 342 nömrəli mağazanın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB- nə gətirilmiş, polis bölməsində üzərində dəvət olunmuş müdafiəçi və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli idman şalvarının ön sağ cibindən btMagna” markalı siqaret qutusunun içərisində 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,257 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşı inzibati ərazidə xidmətdə olan zaman narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə TM-zi 2-ci korpus, 4-cü sırada saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə həmin tarixdə saat 16:50 radələrində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən şəxsi istifadə üçün saxladığı 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,377 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Bundan başqa, o təkrarən qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədilə 02 ədəd bükümdə narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə ona dair istintaqı aparılan cinayət işi ilə əlaqədar barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxs qismində tutulub Qaradağ RPİ-nin MSY-nə təhvil verilmiş və həmin gün saat 16.35 radələrində üzərinə axtarış otağında baxış keçirilərkən əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,179 qram və 01 ədəd gümüşü-ağ kağız kəsiyi bükümündə 0,094 qram, ümumi təmiz çəkisi 0.273 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq aktla götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində yerləşən "Göygöl” kafesində ofısiant işləmişdir. O özü narkotik vasitələrdən istifadə edir, yəni narkomaniya xəstəsidir. 22 yanvar 2022-ci il tarixdə Mirzə, o, Nicat və Samir ilə birlikdə bazarda birinci sırada yerləşən boş anbarların birinə yığdığı taxtaları uşaqların köməyi ilə çölə yığmışlar ki, avtomobil çağırıb yükləyib Binə qəsbəsinə göndərmişdir. Samir ilə Nicatın da narkotik vasitə qəbul etmələrini bilmişdir. Həmin vaxt polis əməkdaşları gəlib, onları 10-cu Polis Bölməsinə aparmışlar. Polis bölməsində onun üzərində heç nə aşkar olunmamış, lakin, Mirzə ilə Samirin üzərindən narkotik vasitə aşkar olunmuşdur. Bundan sonra ikinci dəfə onu saxlayanda, üzərində istifadəsi üçün az miqdarda metamfetamin aşkar olunmuşdur, onu da təqdim etmiş və bildirmişdir ki, öz istifadəsi üçün üzərində saxlamışdır. Üçüncü dəfə saxlanılanda isə onu müstəntiqin çağırdığını demişlər, o da polis idarəsinə gəlmiş, orada üzərindən yenə də heç nə aşkar olunmamış, lakin onu orada guya yoxlayan zaman üzərindən narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, hazırda Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin sahə inspektoru vəzifəsində çalışır. 04 fevral 2022-ci il tarixdə xidməti ərazidə olarkən Binə Ticarət Mərkəzi, 2-ci korpus, 4-cü sırada bir nəfər şəxsin narkotik vasitələrin sərxoşluğunda şübhəli olduğu üçün həmin şəxsə yaxınlaşıb Polis bölməsinə dəvət etmiş. Həmin şəxsi Polis bölməsinə gətirmiş, polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra tərəfindən raport tərtib edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sol cibindən 01 ədəd gümüşü rəngli kağız büküm aşkar olunmuşdur. Həmin kağız büküm açılanda bükümün içərisində ağ rəngli, kristalşəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdə olan maddəni Binə Ticarət Mərkəzində tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Aşkar edilərək götürülmüş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7, Şahid6 və Şahid4 şahid qismində dindirilmiş Şahid4 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, hazırda Qaradağ rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində polis nəfər-növbətçi vəzifəsində xidmət aparır. 03 mart 2022-ci il tarixdə saat 16-17 radələrində xidmətdə olan zamanı müstəntiq Vasif Xalıqov tərəfindən tutularaq X3 təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə axtarış otağında polis nəfəri Şahid10 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibindən 01 ədəd ağ rəngli kağız büküm, 01 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümün içərisində tozşəkilli, qəhvəyi rəngli narkotik vasitə kakos deyilən heroin olduğunu, həmin bükümlərin Təqsirləndirilən şəxs məxsus olduğunu, yadından çıxaraq cibində qaldığını bildirmişdir. Aşkar edilərək götürülmüş büküm tərəfindən qablaşdırılmış, akt tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid11 və Şahid10 Şahid9 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Əvvəllər Sədərək Ticarət Mərkəzində satıcı işləmiş, Cəmili Binə Ticarət Mərkəzindən tanımışdır. Cəmil Binə Ticarət Mərkəzində yerləşən “Göygöl” adlı kafedə çayçı işləmişdir. Binə Ticarət Mərkəzində boş anbarların birində Cəmil taxtalar yığmışdır. 22 yanvar 2022-ci il tarixdə günorta saatlarında Cəmilə həmin taxtaları avtomobilə yığıb Binə qəsəbəsinə göndərmək üçün kömək etmişdir. Cəmil də narkotik vasitə istifadəçisidir, o da narkotikadan istifadə edir. Həmin vaxt yanlarında Nicat və Mirzə adlı yoldaşlar da olmuşdur. Həmin vaxt mülki geyimdə özlərinin polis əməkdaşları olduqlarını təqdim edən üç nəfər şəxs onları Polis bölməsinə aparmışlar. Polis bölməsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış zamanı əslində onun üzərindən heç nə aşkar olunmamış, lakin, üzərinə bir büküm narkotik vasitə qoymuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binə Ticarət Mərkəzində yerləşən geyim mağazasında satıcı işləyir. Cəmili Binə Ticarət Mərkəzində yerləşən "Göygöl” kafesində işləyən ofısant kimi tanıyır. Cəmilin narkotik vasitə istifadə etdiyini bilmişdir. 22 yanvar 2022-ci il tarixdə bazarda olan zaman bazarda 1-ci sırada boş anbarda Cəmil ilə Samir və Nicat adlı şəxsləri görmüşdür. Cəmilin həmin anbarda taxtaları olmuşdur. Nicat ilə Samir Cəmilə köməklik göstərmişlər. O da Cəmilgilə yaxınlaşıb köməklik etmək istədiyi zaman mülki geyimdə gələn şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, daha sonra onları narkotik vasitə və psixotrop maddələrin istifadəsində şübhəli olduqlarını deyib Polis bölməsinə aparmışlar. Polis bölməsində aparılan vidoeçəkiliş zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd “Palmall” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir, hazırda fərdi qaydada sürücü işləyir. Əvvəllər Binə Ticarət Mərkəzində işləmişdir. Cəmili Binə Ticarət Mərkəzindən təxminən 2 ilə yaxındır ki, tanıyır. Cəmil Binə Ticarət Mərkəzində yerləşən “Göygöl” adlı kafedə çayçı işləmişdir. Təxminən 2 ildir ki, narkotik vasitə kakos deyilən heroin və arabir, çox nadir hallarda patı deyilən psixotrop maddə metamfetamin istifadə etmiş, lakin hazırda heç bir narkotik vasitə və psixotrop maddə istifadə etmir. O narkotik vasitə və psixotrop maddəni demək olar ki, daim Cəmildən almışdır. Cəmil ilə aralarında dəfələrlə telefon danışıqları olmuşdur. Həmin telefon danışıqlarının əksəriyyəti narkotik vasitə və psixotrop maddə almaq üçün olmuşdur. 22 yanvar 2022-ci il tarixdə Binə Ticarət Mərkəzində olan zaman bədəni narkotik vasitə tələb eləmiş, Cəmil ilə rastlaşmışdır. Cəmil ilə təsadüfi rastlaşmamış, çünki Cəmilin harada işlədiyini, əsasən harada olduğunu bilmişdir. 22 yanvar 2022-ci il tarixdə Cəmildən 10 manat verib 01 ədəd bükümdə psixotrop maddə patı deyilən metamfetamin almış, hamıdan gizlətmək üçün bükümü telefonunun arxa örtüyündə gizlətmişdir. O Cəmilin yanında olanda orada Binə TM-dən tanıdığı Samir və Mirzə olmuşdur. Mirzə və Samirin narkotik vasitə istifadə etdiyini bilirmiş, Samir ilə birlikdə bir neçə dəfə istifadə etmişdir. Həmin vaxt Samir ilə Mirzə Cəmilə yük avtomobilinə taxta yükləməyə kömək edirmişlər. Bazarda olan obyektlərin birindən taxtaları çölə çıxardıb yük avtomobilinə yükləmək lazım olmuşdur. O Cəmildən metamfetamin aldıqdan sonra Cəmil ilə birlikdə olmuş, lakin Cəmil bir iki dəfə ondan aralanıb harasa gedib gəlmiş, düzdü görməsə də, amma bilmiş ki, yük avtomobili çağırmaq üçün gedib gəlirmiş. Qeyd etdiyi hərəkətlər təxminən 3-5 dəqiqənin ərzində baş vermişdir. Daha sonra polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman həmin büküm üzərindən aşkar olunduğu üçün cinayət məsuliyyətinə cəlb edilmişdir. O narkotik vasitə və psixotrop maddə istifadə etdiyi müddətdə narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini demək olar ki. Cəmildən almış, əsasən 01 ədəd bükümü 10 manata almışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş X4 ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 12 ildən çoxdur ki, Binə Ticarət Mərkəzində işləyir. Hazırda Binə TM-i, 2-ci sıra. 2-ci korpusda yerləşən 42 saylı mağazanı icarə əsasında işlədir. Mağazada idman ayaqqabılarının satışı ilə məşğul olur. 050 429 52-90 saylı mobil nömrə təxminən 15 ildir ki, onun istifadəsindədir, yalnız ona məxsusdur, onda olmuş, o işlədir. Cəmili tanıyır, Binə TM-də çayçı işləyir. Cəmil təxminən 2-3 ildir ki, bazarda çayçı işləyir, münasibətləri yaxşı olmuş, daim onlar üçün mağazaya çay gətirmişdir. Təxminən 2 aydır ki, müalicə almış, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmir. Lakin əvvəllər narkotik vasitə kakos deyilən heroindən istifadə etmişdir. Narkotik vasitə istifadə etdiyi müddətdə kakosu əsasən Cəmildən almışdır. Narkotik vasitəni Cəmildən 10 manata 01 ədəd bükümdə almışdır. Cəmil demək olar ki, bütün bazara ən çox narkotik vasitə heroin satırmış, adətən şüşə deyilən metamfetamin də satmışdır. Cəmil həbs olunandan sonra bazarda çox sakitçilikdir, bazarda narkotik vasitə satan da yoxdur. Cəmil ilə onun arasında dəfələrlə telefon danışıqları, sms mətnləri olmuş, kola narkotik vasitə istifadəçiləri arasında kakosa, yəni heroinə deyilir. Litrlik olsun deyəndə də yəni, miqdarı biraz artıq olsun mənasında başa düşülür. O artıq 2 aydan çoxdur ki, narkotik vasitə istifadə etmir, müalicə aldığı üçün pis vərdişlərdən əl çəkmişdir. Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 23 yanvar 2022-ci il tarixli 6/439 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...'* sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,257 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi: 0,257 qram, tədqiqata sərf edilən miqdar -- 0,05 qram, qalıq - 0,207 qram Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 05 fevral 2022-ci il tarixli 6/714 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut” yazısı və imzalar olan zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 0,377 qram olan ağ kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi: 0,377 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq - 0,327 qram Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 05 fevral 2022-ci il tarixli 6/1706 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Azərbaycan Respublikası DİN Bakı ş. BPİ-nin Qaradağ RPİ MSY” dairəvi möhür əksi "...Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə (şəffaf sellofan və gümüşü-ağ kağız kəsiyi bükümü) hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,179 qr və 0,094 qram olmaqla, ümumi çəkisi 0,273 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’Mn siyahısına (Siyahı 1) daxildir. Qeyd: heroinin ümumi çəkisi: 0.273 qr. -tədqiqata sərf edilən miqdar- 0,1 qr (hər bir obyektdən-0,05qram olmaqla), qalıq - 0,173 qram Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının 16 avqust 2022-ci il tarixli 4/1138 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs adından olan 22 yanvar 2022-ci il tarixli izahatın 1-ci vərəqində; 22 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolda; şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında bildirişdə; 22 yanvar 2022-ci il tarixli insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında protokolda; 22 yanvar 2022-ci il tarixli etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında protokolda; 22 yanvar 2022-ci il tarixli şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda; 22 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərarda; 22 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim olunmuş, Təqsirləndirilən şəxs adından olan 22 yanvar 2022-ci il tarixli izahatın 2-ci vərəqində "İmza: ” qrafasmdakı imzanın Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasının rəyin tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən (təqdim olunan imza, ekspertizaya təqdim olunmuş, Təqsirləndirilən şəxs adından olan 22 yanvar 2022-ci il tarixli izahatın 2-ci vərəqində “İmza:” qrafasmdakı imzadan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Təqdid olunan imzanı Təqsirləndirilən şəxs imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzada qrafik materialın azlığı, cizgilən sadəliyi, imzada qrafik materialın azlığı səbəbləri müqayisə vaxtı imkan vermir ki, eyniləşdirici və ya fərqləndirici əlamətlər külliyətini seçib ayırmaq mümkün olsun.) səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd ağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,257 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,377 qram olan ağ kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,179 qram və 01 ədəd gümüşü-ağ kağız kəsiyi bükümündə 0,094 qram olan qəhvəyi rəngli tozşəkilli maddə olan narkotik vasitə heroin iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin narkotik vasitə olan heroinin tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi - 0,207 qram kağız bükümün içərisindəki hissəsi, psixotrop madddə olan metamfetaminin tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi - 0,327 qram kağız bükümün içərisindəki hissəsi, həmin ümumi çəkisi 0,273 qram narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış 0,173 qram kağız və sellofan bükümün içərisindəki hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş məhkəmə narkoloji ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsin xx.xx.2022-ci il tarixli 1941 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardır. Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” tərtib edilmiş protokolun əks edildiyi video diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki. onun əyinində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən çıxardığı 01 ədəd "Magna" markalı siqaret qutusunun içərisində 01 ədəd ağ rəngli kağız bükümdə olan narkotik vasitə heroin olan büküm, bundan başqa xx.xx.2022-ci il tarixli "Şəxsi axtarış və götürmə aparılması haqqında” tərtib edilmiş protokolun əks edildiyi video diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, onun əyinində olan göy rəngli cins şalvarın arxa sol yan cibindən çıxardığı 01 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifə gəldikdə məhkəmə hesab edir ki,ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə əsassız ittiham verilmiş və həmin ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmanı ehtiva edir. Həmin Məcəllənin 234.4.2-ci maddəsində bu Məcəllənin 234.2, 234.3 və 234.3-1ci maddəsində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsi nəzərdə tutulmuşdur. Beləliklə, qanunun yuxarıda şərh olunan normalarının mənasına görə Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinədair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il qərarının 13-cü bəndinə əsasən şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Belə olan halda ona elan edilmiş ittihamın 1-ci epizodu üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci madəsi ilə, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edib saxlama və qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni satması kimi tövsif olunmalıdır. Bundan başqa, cinayət işinin materiallarına əsasən, ona elan edilmiş ittihamın sonuncu epizodu üzrə Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşımaya görə elan olunmuş ittiham məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işində Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşınması barədə iş materiallarında hər hansı sübut yoxdur. Təqsirləndirilən şəxs özü də ibtidai istintaq zamanı verdiyi izahat və ifadəsində narkotik vasitəni yerdən tapdığını və narkotik vasitələrinin aludəçisi olduğu üçün üzərində saxladığını qeyd etmişdir. İş üzrə həmin epizodla bağlı şahid qismində dindirilmiş polis əməkdaşları da ifadələrində müstəntiq tərəfindən tutularaq MSY-ə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində baxış keçirilən zaman aşkar edilmiş narkotik maddənin sonuncuya məxsus olduğunu, satış məqsədi ilə deyil, öz istifadəsi üçün üzərində saxladığını qeyd etmişlər. Aşkarlanmış narkotik vasitə ilə bağlı çəki tərəzisi, alıcı, şərti alıcı, hər hansı sövdələşmə, telefon danışıqları, SMS- mətnləri müəyyən edilməmişdir. Aşkar edilmiş heroinin çəkisinə gəldikdə göründüyü kimi, həmin epizod üzrə narkotik vasitənin çəkisi 0,273 qram təşkil etmiş və bu miqdar da onun üzərindən əvvəlki – CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş 2-ci epizod üzrə - aşkar olunmuş psixotrop maddə metamfetaminin (0,377 qram) çəkisindən də az olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin mənasından görünür ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs 03 mart 2022-ci il tarixdə aşkar olunmuş narkotik vasitə əldə etməsi, saxlaması və daşıması hərəkətləri satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməli və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 02 ədəd bükümdə ümumi çəkisi 0,409 qram narkotik vasitə olan heroin və 02 ədəd bükümdə ümumi çəkisi 0,486 qram psixotrop maddə olan metamfetamin əldə edib saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə üzərində saxladığı həmin narkotik vasitə və psixotrop maddələrdən 01 ədəd bükümündə təmiz çəkisi 0,207 qram olan psixotrop maddə metamtetamini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində tanışı Şahid1 5 manata, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində üzərində saxladığı həmin narkotik vasitə və psixotrop maddələrdən 01 ədəd bükümdə təmiz çəkisi 0,152 qram narkotik vasitə olan heroini tanışı Şahid2 10 manat və 01 ədəd bükümdə təmiz çəkisi 0,279 qram psixotrop maddə olan metamfetamini tanışı Şahid3 satmış, xx.xx.2022-ci il tarixdə saat 15.10 radələrində Qaradağ RPİ-nin 10cu PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzi, 1-ci sırada yerləşən 342 nömrəli mağazanın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB- nə gətirilmiş, polis bölməsində üzərində dəvət olunmuş müdafiəçi və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli idman şalvarının ön sağ cibindən btMagna” markalı siqaret qutusunun içərisində 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,257 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşı inzibati ərazidə xidmətdə olan zaman narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə TM-zi 2-ci korpus, 4-cü sırada saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə həmin tarixdə saat 16:50 radələrində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən şəxsi istifadə üçün saxladığı 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,377 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Bundan başqa, o təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə ona dair istintaqı aparılan cinayət işi ilə əlaqədar barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxs qismində tutulub Qaradağ RPİ-nin MSY-nə təhvil verilmiş və həmin gün saat 16.35 radələrində üzərinə axtarış otağında baxış keçirilərkən əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,179 qram və 01 ədəd gümüşü-ağ kağız kəsiyi bükümündə 0,094 qram, ümumi təmiz çəkisi 0.273 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq aktla götürülmüşdür Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək narkotik vasitə satmadığını bildirməkdə məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə onun bu ifadəsini inandırıcı hesab etmir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, şahidlərin ifadələri, baxış protokolları və ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və satış məqsədi ilə narkotik vasitəni əldə etməsi barədə törətmiş olduğu cinayət əməlləri məhkəmədə tam təsdiqini tapmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəlri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Qaradağ rayon məhkəməsinin 26 yanvar 2016 –cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 05 ay 16 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğu cinayət az ağır cinayətlər katiqoriyasına aiddir. Qüvvədə olan Cinayət Məcəllənin 83.3-cü maddəsinə əsasən az ağır cinayə törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəza qalmamış, məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış, 24 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək həmin tarixdə saxlanıldığı MSY-dən azad edilmiş, xx.xx.2022-ci il tarixdə o, Qaradağ RPİ-i tərəfindən şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək həmin tarixdə saxlanıldığı MSY-dən azad edilmiş, 03 mart 2022-ci il tarixdə o, qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Məhkəmə hesab Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun sonuncu dəfə tutulduğu 03 mart 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhər Qaradağ rayon Polis İdarəsində saxlanılan, qalıq çəkiləri 0,173 və 0,207 qram çəkilərdə kağız bükümdə olan heroinlər, 0.327 qram kağız bükümdə psixatrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri 283 (iki yüz səksən üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) ilə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyəin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixədək və 04 fevral 2022-ci il tarixdən 05 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 04 gün ona təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti olaraq ona 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 03 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Bakı şəhər Qaradağ rayon Polis İdarəsində saxlanılan, qalıq çəkiləri 0,173 və 0,207 qram çəkilərdə kağız bükümdə olan heroinlər, 0.327 qram kağız bükümdə psixatrop maddə metamfetamin məhv edilsin. İş üzrə ekspertiza xərcləri 283 (iki yüz səksən üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.