Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-283/2024 19.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Əliyev Rəşad Vaqif oğlunun, təqsirləndirilən şəxs Məhərrəmov Yusif Ədalət oğlunun iştirakı ilə 13 dekabr 1983-cü ildə Ağdam rayonunun Baş Qərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağdam rayonu, Qərvənd Ərazi Dairəsi, Baş Qərvənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Məhərrəmov Yusif Ədalət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Məhərrəmov Yusif Ədalət oğlu təqsirləndirilir ondan ötrü ki, o, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, eləcə də qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmişdir. Verilmiş ittihama əsasən Məhərrəmov Yusif Ədalət oğlu Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, xx.xx.2018-ci ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının 09 ilə endirilməsinə, daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01,05.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 317.2 və 317-2.1 -ci maddələri ilə təqsirli bilinərək 01 il 02 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumiuğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 5,332 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, habelə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində əlavə və dəyişiklik edilməmiş, istifadəyə yararlı, ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silahı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yusif Məhərrəmov həmin gün saat 19:30-da ünvan 2 ünvanında yerləşən “Badam” çay evinin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən DİN-in BMCMl-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 5,332 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd bükümdə, eləcə də qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi, zavod üsuiu ilə istehsal edilmiş, istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silah həmin gödəkçənin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Məhərrəmov Yusif Ədalət oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.4-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məhərrəmov Yusif Ədalət oğlu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, CM-in 228.4-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 noyabr 2022-ci il tarixdə saat 18-19 radələrində Rəşad və Emin adlı tanışları ilə birlikdə çay evində çay içərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları, mülki geyimdə çay evinə daxil olmuş, orada olan 11 nəfər şəxsin üzərilərində olan əşyaları götürmüş, özlərinin isə əllərini qandallayıb idarəyə apramışlar. Üstündən 4-5 saat keçdikdən sonra polis əməkdaşları onlara “sroka” gedəcəkləri ilə hədə qorxu gəlmişlər. Polis idarəsində təhqiqatçı 5 qram narkotik vasitə verərək boyunlarına götürmələrini əks halda isə bir kiloqram narkotik vasitə ilə ittiham edib həbs etdirəcəklərini bildirmişdir. Polis idarəsində saxlanılan şəxslərin üzərinə videoçəkilişlə axtarış aparılmışdır. Onunla birlikdə saxlanılan 7 nəfərin üzərindən 5 qram narkotik vasitə, bıçaq və telefon aşkar edilmişdir. Saxlanılan zaman üzərində bıçaq olmuş lakin narkotik vasitə olmamışdır. Polis idarəsində ona fiziki təzyiqlər edilməmiş, yalnız psixi təzyiq edərək polis əməkdaşlarının dediklərinə əməl etməsə ittiham edəcəkləri narkotik vasitənin çəkisini artıracaqları ilə hədələmişlər. O heç vaxt narkotik vasitə istifadə etməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları onu saxlayarkən narkotik vasitədən istifadə edib-etməməsini soruşmuş, o da narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Narkotik vasitə barədə heç bir etiraz etməmiş, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalacağından qorxmuşdur. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs Məhərrəmov Yusif Ədalət oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü qismən təqsirli hesab edərək ifadələrində göstərmişdir ki, əvvəllər CM-in 177-ci maddəsi ilə məhkum 03 il 06 aydır rb, həbsdən azad olunmuş dur. Təxminən bir aydır narkotik vasitə olan heroindən burnuna çəkməklə istifadə edir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında olan zaman yerdə bir ədəd bükümün olduğunu görmüş, bükümü açdıqda oradan narkotik vasitə heroin olmasının şahidi olmuş, maddəni istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə tanışları ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Badam” çay evində görüşmək qərarına gəlmişlər. Həmin gün təxminən 18 radələrində o, Emil Həsənov, Arif Babayev, Tural Hüseynov, Anar Həsənov, Vüsal Cəfərov, Rəşad Ələsgərli, Nihad Bağırov, Rəşad Səmədov, Xəyal Paşayev və Yusif Süleymanov görüşüb çay içib söhbət etdikdən sonra saat 19:25 radələrində çay evindən çıxmış, bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuş, hər biri özünü təqdim etmiş, həmin şəxslər özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını bildirmiş, Emil Həsənovun, Arif Babayevin, Tural Hüseynovun, Anar Həsənovun, Vüsal Cəfərovun, Rəşad Ələsgərlinin və onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları barədə onlarda məlumat olduğunu deyərək hər birini Baş idarəyə dəvət etmişlər. Etiraz etməmişlər və Baş İdarəyə gəldikdə onlara tutulmalarının səbəbləri izah olunmaqla vəkillərin siyahısı təqdim edilmişdir. Onlar siyahıda olan istənilən vəkillər tərəfiindən hüquqlarının müdafiə etmələrinə etiraz etmədiklərini demiş, bundan sonra vəkillər dəvət olunmaqla hər birinə təqdim olunaraq onlara etirazlarının olub-olmaması soruşulmuşdur. Heç biri vəkilə etiraz bildirməmiş, bundan sonra üzərilərinə şəxsi axtarış və baxış keçiriləcəyini, bu prosesdə videoçəkilişdən istifadə olunacağı izah edilmişdir. Onlara etiraz etməmişlər və videoçəkiliş başlanılan zaman ilkin olaraq Emil Həsənovun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ondan üzərində olan əşyalar barədə məlumat verməyini xahiş etmiş, sonuncu üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək əynindəki gödəkçəsinin sol yan cibindən bir ədəd bükümü, gödəkçəsinin sağ yan cibindən bıçağı, mobil telefonunu, pulunu, şəxsiyyət vəsiqəsini və cib dəsmalını təqdim edərək, aşkar olunan bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, onu yaşadığı evin yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, aşkar olunan bıçağı marağı olduğu üçün üzərində gəzdidiyini bildirmişdir. Büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon və şəxsiyyət vəsiqəsi götürülsə də, digər əşyalar özünə qaytarılmışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış başlanılmış, təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa, təqdim etməyini xahiş etmiş, üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək, gödəkçəsinin sol iç cibindən bir ədəd bıçağı, gödəkçəsinin sol yan cibindən bir ədəd bükümü, mobil telefonu və pulu təqdim edərək, aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı isə marağı olduğu üçün üzəridə saxladığını bildirmiş, həmin büküm, bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon da götürülsə də, pullar özünə geri qaytarılmışdır. Bundan sonra Arif Babayevin, Tural Hüseynovun, Anar Həsənovun, Vüsal Cəfərovun, Rəşad Ələsgərlinin üzərilərinə şəxsi axtarış başlanılmış, təhqiqatçı onlardan üzərində qanunsuz əşya varsa, təqdim etmələrini xahiş etmiş, Arif Babayev üzərində olan içərisində narkotik vasitə heroin olduğunu bildirdiyi bir ədəd bükümü, bir ədəd bıçağı, mobil telefonu, pulu, sürücülük vəsiqəsini və açarı, Tural Hüseynov, Anar Həsənov, Vüsal Cəfərov, Rəşad Ələsgərli isə hər biri ayrı ayrılıqda içərilərində nakotik vasitə olan heroin olduğunu bildirdikləri bükmləri və mobil telefonlarını təqdim etmişlər. Bundan sonra Nihad Bağırovun, Rəşad Səmədovun, Xəyal Paşayevin və Yusif Süleymanovun hər birinin üzərinə baxış keçirilmiş, lakin heç birinin üzərindən qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra bu videoçəkiliş dayandırılıb protokol tərtib olunmaqla ucadan oxunmuş, protokol düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır (cild 2, iş vərəqi 27-30; cild 3, iş vərəqi 67-70). Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bağırov Nihad Məhəmməd oğlu, Səmədov Rəşad Şakir oğlu, Paşayev Xəyal Rəhman oğlu və Süleymanov Yusif Əlirza oğlu Məhərrəmov Yusif Ədalət oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Hüseynov Ayaz Sahib oğlu ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs Yusif Məhərrəmovu xidməti işlə əlaqədar tanımışdır. 17 noyabr 2022-ci il tarixdə idarənin əməkdaşı Rövşən Camalova bir qrup şəxsin, həmçinin Yusif Məhərrəmovun külli miqdarda psixotrop maddələrin özündə saxlamaqla satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat tədbiri keçirilmiş, həmin gün axşam saat 19:30 radələrində “Badam” çay evinin qarşınında 11 nəfər şəxs saxlanılaraq idarəyə gətirilmişdir. İdarədə videoçəkilişlə vəkilin iştirakı ilə Yusif Məhərromovun üzərinə baxış keçirilmiş, ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Yusif Məhərrəmov üzərində bıçaq və narkotik vasitə heroin olduğunu bildirərək təqdim etmişdir. Həmin narkotik vasitəni 1 gün qabaq tapdığını və özü üçün saxlayaraq istifadə etdiyini bildirmişdir. Əməliyyat məlumatı 7 nəfər barəsində olmuş, saxlanılan zaman isə onların yanlarında əlavə 4 nəfər olmuşdur. Yusif Məhərrəmov saxlanılarkən və ya üzərinə baxş keçirilərkən heç bir etiraz bildirməmişdir. Yusif Məhərrəmova qarşı polis əməkdaşları tərəfindən hər hansı təzyiq və ya təsir olmamışdır. Həmin şəxslər saxlanılarkən narkotik vasitənin alğı-satqısının həyata keçirildiyinin şahidi olmamışdır. Yusif Məhərrəmov saxlanılarkən şərait uyğun olmadığına görə üzərinə baxışı idarədə keçirmişlər. Yusif Məhərrəmovun narkotik vasitənin satışı ilə bağlı hər hansı faktın şahidi olmamış, yalnız üzərinə baxış keçirilən zaman narkotik vasitərlər aşkar olunmasının şahidi olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Yaqubov Tərlan Əlibaba oğlu ifadəsində bildirmişdir ki, Yusif Məhərrəmov barəsində baş əməliyyat müvəkkili Rövşən Camalova əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna daxil edilmişdir. Həmin şəxslərin olduqları yerə getmiş, bir müddət müşahidə etdikdən sonra 7 nəfər şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis idarəsinə dəvət etmişlər, üzərlərinə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, Yusif Məhərrəmov üzərində bir ədəd bıçaq və narkotik vasitə heroin olduğunu bildirərək masanın üzərinə qoyaraq təqdim etmişdir. Əməliyyat məlumatı orada olan 7 nəfər şəxs barəsində olmuşdur. Həmin şəxslər saxlanılarkən və üzərilərinə şəxsi axtarış keçirilərkən heç bir etirazlarını bildirməmişlər. Yusif Məhərrəmova qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Onlar narkotik vasitələrin alğı-satqısını müşahidə etməmiş, ümumiyyətlə narkotik vasitənin alqı-satqısının təsdiq olunması barədə məlumatları olmamışdır. Yusif Məhərrəmovun üzərinə Baş İdarədə baxış keçirmişlər, həmin şəxslər saxlanılarkən onların üzərilərinə baxış keçirtmək üçün şərait olmamışdır. Yusif Məhərrəmov özü bir büküm heroini və bıçağı təqdim etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Əliyev Şamil Sultan oğlu ifadəsində bildirmişdir ki, Yusif Məhərrəmov və digərləri barəsində baş əməliyyat müvəkkili Rövşən Camalova əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumata əsasən 17 noyabr 2022-ci il tarixdə Xətai rayonunda əməliyyat axtarış tədbirləri keçirilmişdir. Tədbir zamani saxlanılan şəxslər arasında Yusif Məhərrəmov da olmuşdur. Saxlanılan şəxslər Baş İdarəyə dəvət olunmuş, idarədə videoçəkilişlə, vəkilin iştirakı ilə üzərilərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Yusif Məhərrəmovun üzərindən bir ədəd bıçaq və bir ədəd narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Yusif Məhərrəmov saxlanılarkən heç bir etirazı olmamış, ona qarşı hansısa formada təsir və ya təzyiq olmamışdır. Yusif Məhərrəmov nakrotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş və ibtidai istintaq zamanı verdikləri ifadəsi elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Əliyev Hətəm İsmayıl oğlu, İmamverdiyv Ceyhun Rafiq oğlu, Səlimov Ramil Bəhmən oğlu, İsmayılov Roman Rəhman oğlu, Camalov Rövşən Məhərrəm oğlu Mahmudov Turqay Emin oğlu, Məmmədov Seymur Zakir oğlu və Allahverdiyev İlqar Vaqif oğlu digər şahidlərin ifadələri ilə oxşar və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki şübhəli şəxsin tutulması haqqında 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Məhərrəmov Yusif Ədalət oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 37). Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Məhərrəmov Yusif Ədalət oğlunun barəsində 4 (ay) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 3, iş vərəqi 57-58). Şəxsi axtarış və götürmə aparılması haqqında 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Məhərrəmov Yusif Ədalət oğlu DİN-in BMCMİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 5,332 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd bükümdə, eləcə də qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silah həmin gödəkçənin sol iç cibindən aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 130-142). Məhkəmə-kimyəvi ekspertizası üzrə 18 noyabr 2022-ci il tarixli 6/6639 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində “...şübhəli şəxs Məhərrəmov Yusif Ədalət oğlunun üzərindən...” sözləri olan 2 №-li zərfi açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 5,332 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild 1, iş vərəqi 212-218). Məhkəmə-kriminalistik ekspertizası üzrə 20 dekabr 2022-ci il tarixli 3/1636 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd şübhəli şəxs Məhərrəmov Yusif Ədalət oğlunun üzərindən aşkar edilərək götürülmüş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, istifadəyə yararlıdır, üzərində əlavə və dəyişikliklər edilməmişdir (cild 1, iş vərəqi 232-237). Məhkəmə-narkoloji ekspertizası üzrə 18 noyabr 2022-ci il tarixli 6962 nömrəli ekspert rəyindən görünür ki, Məhərrəmov Yusif Ədalət oğlunda opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 4 iş vərəqi 230-231). Narkotik vasitə heroinin əldə edilməsi məqsədilə verilmiş əməliyyat tapşırığının cavabından görünür ki, Məhərrəmov Yusif Ədalət oğlunun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı məlumat daxil olsa da, həmin şəxslərin əhatə dairəsini, analoji cinayət əməllərini, əlbir olduğu şəxsləri, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir (cild 4, iş vərəqi 193). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Məhərrəmov Yusif Ədalət oğlu Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzası 09 ilə endirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01,05.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 317.2 və 317-2.1 -ci maddələri ilə təqsirli bilinərək 01 il 02 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 3, iş vərəqi 243). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Verilmiş ittihama əsasən Məhərrəmov Yusif Ədalət oğlunda satış məqsədi ilə qanunsuz olaraq əldə edərək daşyıb üzərində saxladığı külli miqdarda ümumi təmiz çəkisi 5,332 qram narkotik vasitə heroin və soyuq silah hesab olunan ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhərrəmov Yusif Ədalət oğlundan aşkar edilərək götürülmüş 5,332 qram çəkidə narkotik vasitə heroinin sonuncunun məhz satış məqsədi ilə əldə edib, saxlamasına və daşımasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Yusif Məhərrəmova elan edilmiş Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi, yəni şəxsi axtarış zamanı təqdim etdiyi heroini satış məqsədi ilə əldə edilməsi təsdiq edilmədiyindən, onun əməli həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Məhərrəmov Yusif Ədalət oğlunun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs Yusif Məhərrəmov üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaqın ilkin mərhələsində izahat və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitə heroinin satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, üzərindən aşkar edilərək götürülmüş heroini öz şəxsi istifadəsi üçün götürdüyünü qeyd etmişdir. Əməliyyat tədbiri zamanı Yusif Məhərrəmovun üzərindən aşkar edilmiş narkotik vasitənin hazırlanması, bölünməsi, çəkisinin müəyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmiş, cinayət işi üzrə təyin edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlama zamanı Yusif Məhərrəmov narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı barədə «fikir bildirməmiş», Yusif Məhərrəmov tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Yusif Məhərrəmov tərəfindən narkotik vasitlərin satılmasına dair əməliyyat xarakterili məlumatların olmasına istinad etsələr də, özləri ifadələrində Yusif Məhərrəmovun narkotik vasitənin satışını həyata keçirməsini müşahidə etmədiklərini, narkotik vasitələrin satışı ilə bağlı faktlar aşkarlamadıqlarını bildirmiş, Yusif Məhərrəmovun narkotik vasitənin satışını həyata keçirməsinə dair iş üzrə sübut əhəmiyyətinə malik olan faktlar təqdim etməmişlər, ümumiyyətlə iş üzrə nə ibtidai istintaq, nə də ki məhkəmə baxışında təqsirləndirilən şəxs Yusif Məhərrəmovdan narkotik vasitələr və psixotrop maddələr almış şəxs müəyyən edilməməmiş, alıcı (istehlakçı) ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda psixotrop maddə və narkotik vasitə satması, hansı qiymətə satması müəyyən edilməmiş, onunla əlbir olaraq narkotik vasitəni satış məqsədi ilə əldə etmiş və satmış şəxslər barədə məlumat təqdim edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Yusif Məhərrəmovun ifadəsini cinayət işinin digər materialları ilə əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, sonuncunun 5,332 qram çəkidə narkotik vasitə heroini mənfəət əldə etmək məqsədi olmadan (əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi olmadan) əldə etməsi həmin narkotik vasitənin satılması kimi ehtiva edilməsinə əsas vermir. Məhkəmə zamanı təqsirləndirilən şəxs Yusif Məhərrəmov üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, Yusif Məhərrəmovdan aşkar olunaraq götürülmüş narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və ya daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qanunda qeyd olunan 3 amildən heç biri hazırkı cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Yusif Məhərrəmova psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Əlavə olaraq, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Yusif Məhərrəmovun polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində ümumiyyətlə narktotik vasitə və psixotrop maddə olmaması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş 5,332 qram çəkidə külli miqdarda narkotik vasitə heroinin videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi və etiraf etməyəcəyi təqdirdə polis əməkdaşlarının onu 1 kq narkotik vasitə ilə ittiham edib həbs edəcəkləri hədəsi ilə təzyiqlər etməsi nəticəsində etirafedici ifadələr verməsi, heç vaxt narkotik vasitələri istifadə etməməsi barədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun ifadəsi işin faktiki hallarına uyğun deyildir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2022-ci il tarixli qərarından görünür ki, həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən təqsirləndirilən şəxs Yusif Məhərrəmov məhkəmədə polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması barədə bildirməmişdir. Təqsirləndirilən şəxs Yusif Məhərrəmov ilkin izahat və ifadələrində, o cümlədən 18 noyabr 2022-ci il tarixdə üzərinə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını etiraf etmiş; şəxsi axtarış keçirilməsi barədə 18 noyabr 2022-ci il tarixli protokolun məzmunundan görünür ki, Yusif Məhərrəmovun polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən təqsirləndirilən şəxs Yusif Məhərrəmovun sərbəst şəkildə üzərindən aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına könüllü təqdim etməsi müəyyən edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə dindirilərkən təqsirləndirilən şəxs Məhərrəmov Yusif Ədalət oğluna qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də idarədə heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitənin təmiz çəkisinin aşağı həddi 2 qram olmaqla külli miqdar təşkil edir; Məhərrəmov Yusif Ədalət oğlunun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 5,332 qram olmaqla külli miqdar təşkil edir. «Silah, döyüş sursati və ya partlayici maddələrin oğurlanmasi və qanunsuz dövriyyəsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqinda " Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 may 1998-ci il tarixli Plenum qərarının 2-ci maddəsinə əsasən «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, silah dedikdə canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Odlu və soyuq silah, döyüş sursatı, güllə və partlayıcı maddələr həm sənaye, həm də kustar üsulla istehsal edilə bilər. Həmin Plenum Qərarının 3-cü maddəsinə əsasən «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 60-cı bəndinə əsasən, soyuq silah dedikdə konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərər vurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc süngü bıçaqları və s.), habelə insan əzələsinin və ya mexaniki qurğunun enercisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan (nizə, döyüş baltası, əliçlik, nunçaq, toppuz, beşbarmaq və s.) silah başa düşülməlidir. Məhkəmə-kriminalistik ekspertizası üzrə 20 dekabr 2022-ci il tarixli 3/1636 nömrəli ekspert rəyindən görünür ki, Məhərrəmov Yusif Ədalət oğlunun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, istifadəyə yararlıdır, üzərində əlavə və dəyişikliklər edilməmişdir Təqsirləndirilən şəxs Yusif Məhərrəmov ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək həm ibtidai istintaq zamanı həm də məhkəmə zamanı zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silahı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyini etiraf etmiş, iş materialları ilə də onun həmin əməli sübuta yetirilmişdir. Beləliklə, Məhərrəmov Yusif Ədalət oğlu məlum olmayan mənbədən məlum olmayan vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 5,332 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, habelə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində əlavə və dəyişiklik edilməmiş, istifadəyə yararlı, ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silahı məlum olmayan mənbədən məlum olmayan vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yusif Məhərrəmov həmin gün saat 19:30-da ünvan 2 ünvanında yerləşən “Badam” çay evinin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən DİN-in BMCMl-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 5,332 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd bükümdə, eləcə də qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silah həmin gödəkçənin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsinə əsasən üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayətlər kateqoriyasına, CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər; CM-in 15.4-cü maddəsinə əsasən isə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs Məhərrəmov Yusif Ədalət oğluna cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən, Məhərrəmov Yusif Ədalət oğlunun cəzasını yüngülləşdirlən hal kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi Yusif Məhərrəmovun cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarından görünür ki, Məhərrəmov Yusif Ədalət oğlu Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının 09 ilə endirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01,05.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM- in 317.2 və 317-2.1 -ci maddələri ilə təqsirli bilinərək 01 il 02 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, 17 noyabr 2022-ci il tarixdə hazırki cinayət işi üzrə ittiham edildiyi əməli törətmişdir. Cinayətlərin təsnifatına görə Yusif Məhərrəmovun sonuncu məhkumluğu üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ağır, həmin Məcəllənine 317.2 və 317-2.1 maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Yusif Məhərrəmovun məhkumluğu 27 iyul 2025-ci il tarixdə ödənilməli olduğu halda, Yusif Məhərrəmov hazırki iş üzrə cinayət əməlini 17 noyabr 2022ci il tarixdə törətdiyindən Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsi ilə nəzərdə tutulmuş 6 il müddət keçməmişdir. Bununla da, Məhərrəmov Yusif Ədalət oğlu Azərbaycan Respublikası CM-in 83.3.4cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda residiv təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Bununla da Yusif Məhərrəmovun cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 8 il müddətə azadlıqdan məhrum etmə cəzasının üçdə ikisindən – yəni 5 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzasından və 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 1 il müddətə azadlıqdan məhrum etmə cəzasının üçdə ikisindən – yəni 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Məhərrəmov Yusif Ədalət oğlunun Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Məhərrəmov Yusif Ədalət oğlunun cəza çəkməsinin başlanğıcı tutulduğu 17 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası Məhərrəmov Yusif Ədalət oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmamasını və cəzasını ağırlaşdıran hal kimi əməlində təhlükəli residivin olmasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 17 noyabr 2022-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Məhərrəmov Yusif Ədalət oğlunun barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertizası üzrə 18 noyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən Məhərrəmov Yusif Ədalət oğlunun üzərindən aşkar olunaraq götürülmüş 5,332 qram narkotik vasitə olan heroin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 5,282 qram narkotik vasitə heroin və 01 ədəd bıçaq məhv edilməli, Yusif Məhərrəmovun üzərinə şəxsi axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 93.2-ci maddəsinə əsasən məhkəmənarkoloji ekspertizası üzrə 18 noyabr 2022-ci il tarixli 6962 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, Məhərrəmov Yusif Ədalət oğluna narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 145 (yüz qırx beş) manat Məhərrəmov Yusif Ədalət oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli Qərarının izahları baxımından da əsaslı hesab edir. Bir abzas itib Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə . hökmetdi: Məhərrəmov Yusif Ədalət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhərrəmov Yusif Ədalət oğluna qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhərrəmov Yusif Ədalət oğlu azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhərrəmov Yusif Ədalət oğluna təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 noyabr 2022-ci il tarixdən hesablansın. Məhərrəmov Yusif Ədalət oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhərrəmov Yusif Ədalət oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 5,282 qram narkotik vasitə heroin və 01 ədəd bıçaq məhv edilsin, Yusif Məhərrəmovun üzərinə şəxsi axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri 145 (yüz qırx beş) manat Məhərrəmov Yusif Ədalət oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxs Məhərrəmov Yusif Ədalət oğluna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-283/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-283/2024
19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver