Məhkəmə qərarları › İş №1(101)-283/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-283/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-283/2025 23.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X8 və X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər- Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Goranboy rayonu, Rəhimli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxx 1988-ci il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 01 (bir) azyaşlı və 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-685/2021 nömrəli hökmü ilə 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)- 145/2022 nömrəli qərarı ilə həmin cəza 08 (səkkiz) ilə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(102)-904/2023 nömrəli qərarı ilə 07 (yeddi) ilə endirilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etibardan sui- istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində özgənin əmlakını ələ keçirərək xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilirlər.

İşin faktiki halları

2. İttiham aktına görə, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, sonuncunu taxta biznesi ilə məşğul olaraq gəlir əldə etməklə bağlı yalan vədlər verib aldatmaqla, 2017-ci ilin yanvar ayından 2019-cu ilədək olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Life Center” Ticarət Mərkəzinin yaxınlığında hissə-hissə olmaqla cəmi 248000 manat, 09 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Aristokrat” Tibb Mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs tanışı Şahid1 vasitəsilə həmin dövrün valyuta məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları və 19 noyabr 2019-cu il tarixdə ünvan 4 ünvanda yerləşən 51 saylı notariat ofisində 270000 manat olmaqla ümumilikdə 521400 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

3. İttiham aktına görə, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, sonuncunu taxta biznesi ilə məşğul olaraq gəlir əldə etməklə bağlı yalan vədlər verib aldatmaqla, 2017-ci ilin yanvar ayından 2019-cu ilədək olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Life Center” Ticarət Mərkəzinin yaxınlığında hissə-hissə olmaqla cəmi 248000 manat, 09 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Aristokrat” Tibb Mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs tanışı Şahid1 vasitəsilə həmin dövrün valyuta məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları və 19 noyabr 2019-cu il tarixdə ünvan 4 ünvanda yerləşən 51 saylı notariat ofisində 270000 manat olmaqla ümumilikdə 521400 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 939 nömrəli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 aldadaraq onun 435000 manat pulunu ələ keçirmişdir. (Cild 1, iş vərəqi 3)

5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 59)

6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 114)

7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 3M-741 nömrəli kredit müqaviləsindən görünür ki, borc alan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixədək 119000 (bir yüz on doqquz min) manat pulu Şahid3 qaytarmağı öhdəsinə götürmüşdür. (Cild 1, iş vərəqi 138)

8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 3M- 1681 nömrəli kredit müqaviləsindən görünür ki, borc alan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixədək 51000 (əlli bir min) manat pulu Şahid3 qaytarmağı öhdəsinə götürmüşdür. (Cild 1, iş vərəqi 139)

9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 3M-892 nömrəli kredit müqaviləsindən görünür ki, borc alan Zərərçəkmiş şəxs xx.xx.2026-ci il tarixədək 76500 (yetmiş altı min beş yüz) manat pulu Şahid3 qaytarmağı öhdəsinə götürmüşdür. (Cild 1, iş vərəqi 140)

10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 3M- 436 nömrəli kredit müqaviləsindən görünür ki, borc alan Zərərçəkmiş şəxs xx.xx.2026-ci il tarixədək 42500 (qırx iki min beş yüz) manat pulu Şahid3 qaytarmağı öhdəsinə götürmüşdür. (Cild 1, iş vərəqi 141)

11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 könüllü olaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gəlmişdir. (Cild 1, iş vərəqi 166)

12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. (Cild 1, iş vərəqi 180-182)

13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Flaş karta baxış keçirilməsi haqqında” protokoldan görünür ki, flaş kartda “namiq ses”, “namiq”, “ilyas ses” və “ilyas yazisma” adlı 04 ədəd qovluq vardır. “namiq ses” adlı qovluq açıldıqda qovluqda “WhatsApp Audio 2023-11-03 at 18.38.35.ogg”, “WhatsApp Audio 2023-11-03 at 18.38.36.ogg” və “WhatsApp Audio 2023- 11-03 at 19.47.56.ogg” adlı 03 ədəd faylların olması müəyyən edilmişdir. “WhatsApp Audio 2023-11-03 at 18.38.35.ogg” adlı fayla baxış keçirilərkən bir nəfər kişi cinsindən olan şəxsin aşağıdakı məzmunda səs yazıları müəyyən edildi: -Vəli mən yoldayam qardaş gəlləm bu deyir ki, gəl şəhərə məni yığ görüşək bilmirəm prosto telefonda şey eləmir mən də qayınatamgilnənəm e ona görə rahat danışammıram gəlləm mən İnşallah bir iki saat yarıma üç saata uzağı Bakıda olajam zəng vurajam sənə də. “WhatsApp Audio 2023-11-03 at 18.38.36.ogg” adlı fayla baxış keçirilərkən bir nəfər kişi cinsindən olan şəxsin aşağıdakı məzmunda səs yazıları müəyyən edildi: - Vəli, axşamın xeyir qardaş, nə var nə yox nətərsən, Vəli sən Allah üzürlü say e, Allaha and olsun utannam sənin yanında da yalançı çıxdım sənin yanında neçə günnən, neçə dəfə daha doğrusu, bu son 1-2 gün qalıb, Vəli 1-2-cə gün mənə vaxt ver xahiş edirəm, uje yəni pulnan gəlmək istiyirəm də sənin yanına başa düşdün, uje İnşallah sabaha bir xoş xəbər gəlməlidi ona görə mən sıxıb saxlamışam ki, görüm sabaha nə deyir bu, yəni 99 faiz xoş xəbər olmalıdı sabah axşama, bürüsügünə, hə İnşallah, təki xoş səbər olsun pulnan gələjəm sənin yanına, yəni gələrəm elə birdəfəlik kökünnən hamısını həll eliyərik. “WhatsApp Audio 2023-11-03 at 19.47.56.ogg” adlı fayla baxış keçirilərkən bir nəfər kişi cinsindən olan şəxsin aşağıdakı məzmunda səs yazıları müəyyən edildi: - Vəli, salaməlöküm qardaş, nə var nə yox, Namiqdi səni narahat eliyən İlyasın dostu, Vəli bir az bizdə orda yenə şey var, durğunluq yaranıb qardaş, amma uje ta vsyo da, quyruğuna çatmışıx, üzmüşük, İnşallah gələn həftənin birinci yarısında bütün məsələ hall olunajax, qardaşımsan sən bizi birtəhər yola ver, İlyas deyir ki, təmiz Vəlinin yanında şey oldux, biyabır oldux, dedim elə ver Vəlinin nömrəsini yazım özüm ona, şey tla, birtəhər bizi yola ver qardaşımsan, gələn həftənin Allah qoysa birinci yarısında həll olunajax. “namiq” adlı qovluq açıldıqda qovluqda “3baf2454-347b-4244-8aad- 7bde7dda720.jpg”, “4ff9d68d-07d0-4d70-99fe-874cece59357.jpg”, “773d6249-2317-4fb631-679263dfe88a.jpg”, “cb2807df-9dca-4d57-a5ab-9563ff07-4e15-4c25-8488- 3e3ce6b36d90.jpg”, “08573d79-f32b-41c0-a379-cc846797c8a0.jpg”, “2e74b17ee35.jpg”, “d0edab74-fa5a-43e7-8b3a-2cebc11f9561.jpg” və “e3576fla-2bb3-Je2e-bc81- 27ad248293ee.jpg” adlı 08 ədəd faylın olması müəyyən edildi. “3baf2454-347b-4244-8aad-e7bde7dda720.jpg” adlı fayla baxış keçirilərkən aşağıdakı məzmunda yazışmalar müəyyən edildi: -Ay İlyas 1 gun uzatda deirem. Kime vermelisen denen 1 gun de sebr ele. Çox - Vallah billah, Alinmir iki balamin cani alinkir, Yoxsa niye direyirem ki seni.- Belkem gedib sohbet eliyesen uzbeuz, denen sabaha kimi vaxt ver hell elirem.- Men uje burdayam. “4ff9d68d-07d0-4d70-99fe-874cece59357.jpg” adlı fayla baxış keçirilərkən şağıdakı məzmunda yazışmalar müəyyən edildi: -Özün hardasan Yığacam indi çixim burdan- Ok, Goxdurem, Alinir nese ?(- İlyas basqa balaca mesele vare ortada. Ona gore bele uzanir bu. Senle danisacam gozde cixim. “773d6249-2317-4e4f-b631-679263dfe88a.jpg” adlı fayla baxış keçirilərkən 37 saniyədən ibarət səs yazısı müəyyən edildi. “9563ff07-4e15-4c25-8488-3e3ce6b36d90.jpg” adlı fayla baxış keçirilərkən aşağıdakı məzmunda yazışmalar müəyyən edildi: - Salam qaqa. Bu gunde olmasa sabaha uzagi birigune insallah hell olacaq.- Ne oldu, dedimki, Sabaha uzagi birisi gune, Hell edecem( Verecoy hamisini narahat olma. “98573d79-f32b-41c0-a379-cc846797c8a0.jpg" adlı fayla baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hallar aşkar edilmədi. “cb2807df-9dca-4d57-a5ab-e2e74b17ee35.jpg" adlı fayla baxış keçirilərkən aşağıdakı məzmunda yazışmalar müəyyən edildi: - Qaqa yarim saat 40 deq vaxt ver münü xais elirwm bir soz dicem; - Ok, Namiq nə oldi?; - İlyas basva donum balaca da sebr ele, yaziram indi; - Ok. “d0edab74-fa5a-43e7-8b3a-2cebc1119561.jpg” adlı fayla baxış keçirilərkən aşağıdakı məzmunda yazışmalar müəyyən edildi: - Hecne qaqa ecemideyem. Bu 20ni deibki Se kimi gelecekler. Men prosto 4de; - bandotdele girecem uzaqi yarim saat 40 deqiqelik sora vse; - Namik bes 18 den ne xever oldu yekun? 18 and aman eledi ki bes 5ci gun cixarda bilmese, gedib 6ci gun 2 faiznen yer var ordan 100 goturecewler. Yani bu gun duzelmelidi. “c3576fla-2bb3-4e2e-bc81-27ad248293ee.jpg” adlı fayla baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hallar aşkar edilmədi. “ilyas ses” adlı qovluq açıldıqda qovluqda “WhatsApp Audio 2023-11-03 at 18.46.25.ogg” və “WhatsApp Audio 2023-11-03 at 19.48.55.ogg” adlı 02 ədəd faylın olması müəyyən edildi. “WhatsApp Audio 2023-11-03 at 18.46.25.ogg” adlı fayla baxış keçirilərkən bir nəfər kişi cinsindən olan şəxsin aşağıdakı məzmunda səs yazıları müəyyən edildi: Salam qaqa nətərsən nə var nə yox neyniyirsən nağayrırsan, Vəli, deyir həmişə ümid yeri sən olasan, yenə sənə bir işim düşüb qaqa, qaqa mənə 600 dollar ver da, bu günnük varsa, ver şeydi üçüncü günü mən o dövlət qulluqçuları təltif olundu axı, əmək haqqiynan bağlı, üçüncü gün mənim pul oturacaq hesabıma 1000 manat da belə pis çıxmasın, təltifnən bağlı, dövlət qulluqçularının cənab Prezident tərəfindən təltif olunmasıynan bağlı, yəni evə görə məcbur qaldım lazımdı mənə, üçüncü günü mən sənin altı yüzüvü verərəm, dördüncü günü də Namiqdən gələn belə pis çıxmasın beş mini verəcəm. Mümkündü, imkan var 600 dollar mənə köməklik edəsən yoxsa ? “WhatsApp Audio 2023-11-03 at 19.48.55.ogg” adlı fayla baxış keçirilərkən bir nəfər kişi cinsindən olan şəxsin aşağıdakı məzmunda səs yazıları müəyyən edildi: Vəli, işdən çıxdım, gedirəm ofis tərəfə, gedim Namiqnən görüşüm, sənə məlumat verəcəm, yəni narahat olma, elə bilmə başımı qatmışam. “ilyas yazısma” adlı qovluq açıldıqda qovluqda “27falcaa-7c03-4b0d-9c43d103d767b1d3.jpg”, “215c8bbb-7a7c-4817-993b-43ba0c818aaf.jpg”, “703490ee-1609- 4f11-ac4e-b861b0b796a0.jpg” və “c5664ccb-3ale-4180-6173-d32362c37e64.jpg” adlı 04 ədəd faylın olması müəyyən edildi. “27falcaa-7c03-4b0d-9c43-d103d767b1d3.jpg” adlı fayla baxış keçirilərkən. aşağıdakı məzmunda yazışmalar müəyyən edildi: - ayaqvin altinda olum birdene 5ci gun var ver meme ((((((; - Qaqa ne xeber?; - Bi cikkan sebr ele yazacam qaqam Zng edcem; - Ok; - Veli yene seni podvodit eledim ((((( sabah seher namiqi aparirqm yola salmaq moskvyaya gedir inwalla 2-3 gun gelir bu poxdandq canim qurtarur inwallah. - 215c8bbb-7a7c-4817-993b-43ba0c818aaf.jpg" adlı fayla texniki səbəblərdən baxış keçirilməsi mümkün olmadı. “703490ee-1609-4fll-ac4e-b861b0b796a0.jpg” adlı fayla baxış keçirilərkən aşağıdakı məzmunda yazışmalar müəyyən edildi: - Deibki Se kimi gelecekler. Men prosto 4de bandotdele girecem uzaqi yarim saat deqiqelik sora vse; - Namik bes 18 den ne xever oldu yekun?; - 18 and aman eledi ki bes Sci gun cixarda bilmese, gedib 6ci gun 2 faiznen yer var ordan 100 goturecewler. Yani bu gun duzelmelidi; - Qaqa men bandotdelin qabaqindan namik saat 5den ordadi, Razilawdiqi resaitden 10 min qaomiwdi, Onu apardi ora, Hele cixmiyib, On8 gozdurem, Cixsin seje yigeam. “c5664ccb-3ale-4180-b173-d32362c37e64.jpg” adlı fayla baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hallar aşkar edilmədi. Flaş karta baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, “WhatsApp Audio 2023-11-03 at 19.47.56.ogg” və “WhatsApp Audio 2023-11-03 at 19.47.56.ogg” adlı fayllarda səs yazıları olan kişi cinsli şəxs Təqsirləndirilən şəxs1, “WhatsApp Audio 2023- 11-03 at 18.46.25.ogg” və “WhatsApp Audio 2023-11-03 at 19.48.55.ogg” adlı fayllarda səs yazıları olan kişi cinsli şəxs Təqsirləndirilən şəxs2dur. (Cild 1, iş vərəqi 199-202)

14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 üzləşdirilmişdir. (Cild 1, iş vərəqi 203-208)

15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, həmin tarixdə zərərçəkmiş şəxs Şahid1 ilə Təqsirləndirilən şəxs1 üzləşdirilmişdir. (Cild 1, iş vərəqi 209-213)

16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Əməlin tövsif edilməsi” haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.4-cü maddəsinə tövsif olunmuşdur. (Cild 1, iş vərəqi 213)

17. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 215-216)

18. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1541/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(005)-145/2024 nömrəli qərarı ilə xx.xx.2024-cü il tarixədək, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(005)-432/2025 nömrəli qərarı ilə xx.xx.2024-cü il tarixədək, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(005)-570/2024 nömrəli qərarı ilə xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqi 241-244; Cild 2, iş vərəqi 48-51; 155-159; 267- 270)

19. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 üzləşdirilmişdir. (Cild 2, iş vərəqi 84-89)

20. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, həmin tarixdə Şahid1 ilə Təqsirləndirilən şəxs2 üzləşdirilmişdir. (Cild 2, iş vərəqi 90-92)

21. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 üzləşdirilmişdir. (Cild 2, iş vərəqi 106-108)

22. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 2, iş vərəqi 109-110)

23. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi qərara alınmış, iş üzrə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları sübut növü kimi qiymətləndirilmişdir. (Cild 2, iş vərəqi 160-178)

24. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə yeni məzmunda ittiham elan olunmuşdur. (Cild 2, iş vərəqi 189-190)

25. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə yeni məzmunda ittiham elan olunmuşdur. (Cild 2, iş vərəqi 209-210)

26. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, müvafiq hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, əvvəli 19 avqust 2020-ci il tarixdən hesablanmaqla 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-145/2022 nömrəli qərarı ilə həmin cəza 08 (səkkiz) ilə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(102)-904/2023 nömrəli qərarı ilə 07 (yeddi) ilə endirilmişdir.

27. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qardaşının sinif yoldaşı olmaqla, eyni ailədən biri kimi aralarında münasibət olmuş, Təqsirləndirilən şəxs2 onun yaşadığı evə tez-tez gəlmişdir. 2017-ci il tarixdə dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs2 ona iş qurmağı təklif edib taxta biznesinə başladıqları təqdirdə, böyük məbləğlərdə pullar qazana biləcəklərini ona dedikdə, o, bir qədər araşdırıb həmin təkliflə razılaşmışdır. Razılaşmaya görə o, həmin işi maliyyələşdirməyi öhdəsinə götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 onu Təqsirləndirilən şəxs1la tanış edib taxtanı Ukrayna Respublikasından Azərbaycan Respublikasına gətirəcək şəxs kimi həmin biznesin sahibi olduğunu demişdir. O, 2017-ci il tarixdən başlayaraq fərqli vaxtlarda müxtəlif məbləğlərdə Təqsirləndirilən şəxs2 pullar ödəmişdır. Hal-hazırda ona 521400 manat ziyan dəymişdir. O, verdiyi pulun geri qaytarılmasını xahiş edir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin bildirmişdir ki, o, ilk dəfə 2017-ci ildə dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs2 pul vermiş, həmin ilin fevral ayına kimi Təqsirləndirilən şəxs2 30000 manat pul təqdim etmiş, Təqsirləndirilən şəxs2 onun verdiyi pulları Təqsirləndirilən şəxs1 çatdırmışdır. O, işin gedişatı ilə maraqlandıqda, ona dəqiq məlumat verilməmişdir. O, adətən pulları Nərimanov rayonu ərazisində Təqsirləndirilən şəxs2la görüşüb, təqdim etmiş, 2018-ci ilin yanvar ayına kimi isə o, 85000 manat pulu Təqsirləndirilən şəxs2 pul vermişdir. O, heç bir işə qarışmamış, yalnız pul vəsaiti ilə maliyyəşdirmə aparmışdır. 2018-ci ildə dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs1 şübhəl şəxs kimi tutulduqda, Təqsirləndirilən şəxs2 ondan 20000 ABŞ dolları məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 azadlığa buraxılması üçün almış, lakin Təqsirləndirilən şəxs2 həmin pul vəsaitini ona geri qaytarmamışdır. O, sonuncu dəfə 2019-cu ilin noyabr ayında 270000 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 təqdim etmişdir. 50000 manat pul vəsaiti gəlir məbləği kimi hissə-hissə ona təqdim edilmiş, o, Təqsirləndirilən şəxs1 ən çoxu 2 dəfə görmüş, sonuncu hər hansı pulun alış-verişində iştirak etməmişdir. Pul qaytarılmadıqda, o, həmin şəxslərdən səbəbini soruşan zaman ona Ukrayna Respublikasının bazarında qiymətin qalxması səbəbindən gəlir əldə edilmədiyi və pulunun geri qaytarılacağı ona deyilmişdir. Pulu ödəmədiklərinə görə sonradan borc müqaviləsi bağlamış, daha sonra isə aldadıldığını öyrənmiş, Təqsirləndirilən şəxs2 tutulduğunu eşitmişdir. Təqsirləndirilən şəxs2 tapa bilmədiyinə görə sonuncu ilə görüşə bilməmişdir. İfadəsində qeyd etdiyi qaytarılan 50000 manat pul vəsaiti tələb etdiyi 521400 manat məbləğinə aid deyil. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həqiqətən taxta biznesi ilə məşğul olub-olmadıqlarını bilməmiş, o, maraqlandığı vaxtlarda taxtaların yeri ona bildirilməmiş, ona taxta biznesinə dair taxtaların alğı-satqısı ilə bağlı heç bir sənəd göstərilməmiş, borc müqaviləsi Təqsirləndirilən şəxs2la onun arasında 1 il müddətinə bağlanmış, həmin vaxtdan 1-2 ay sonra pulu ödənilmədikdə, aldanıldığını öyrənmişdir. Borc müqaviləsi xx.xx.2019-cu il tarixdə o və Təqsirləndirilən şəxs2 arasında bağlanmış, məbləğ kimi 270000 manat pul vəsaiti göstərilmiş, müqavilənin məzmuna əsasən 1 il müddətində 270000 manat pul vəsaiti Təqsirləndirilən şəxs2 tərəfindən ona ödənməli olmuşdur. O, 2017 və 2018-ci illərdə verdiyi pulları müqavilədən kənar təqdim etmiş, həmin pulların verilməsini təsdiqləyən qəbzlər mövcuddur. O, 2019-cu il tarixdə notarial qaydada borc müqaviləsi bağladıqdan sonra heç kimə pul verməmiş, cinayət işinin materiallarında olan təhqiqatçının “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan şikayət etmiş, həmin şikayət ərizəsinin məzmununu xatırlamamış, qeyd edilən vaxt ona diktə edilənləri izahatlarda yazmış, heç bir yaddaş problemi olmamışdır.

28. Məhkəmədəyək icraat zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, 2017-ci ilin yanvar ayında işlədiyi ünvan 6 ünvanda yerləşən ofisdə olduğu zaman tanışı Təqsirləndirilən şəxs2 onun yanına gəlib aralarında olan danışıq zamanı sonuncu ona yaxın dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə iş gördüyünü, iş prinsipinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasına Ukrayna Respublikasından taxta göndərdiyini, onun isə yalnız pul məsələlərini həll etdiyini, görmüş olduqları işdə isə 20-25 faiz gəlir əldə etdiklərini demişdir. Daha sonra Təqsirləndirilən şəxs2 onu da uzun müddətdir ki, tanıdığını və ona yaxın olduğunu deyib, yaxşı gəlir əldə etməsi üçün onlarla birlikdə bu işə yatırım etməsini bildirdikdə, o, əvvəlcə tərəddüd etmiş, Təqsirləndirilən şəxs2 isə ona artıq uzun illərdir ki, bu işlə məşğul olduğunu, heç bir problem olmadığını, gəlirlərinin davamlı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 uşaqlıq illərindən tanısa da, sonuncunun bu işlə məşğul olub-olmaması barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 hazırda əlində bu işə yatırmaq üçün pul vəsaitinin olmadığını demiş, Təqsirləndirilən şəxs2 da ona bldirmişdir ki, bu çox yaxşı bir fürsətdir, yəni bu işə pul yatırsa, həm özü, həm də onlar yaxşı gəlir ələ edərlər, həmin vaxt üçün də bu işi görməyin ən uyğun zaman olduğunu, həmçinin hazırda Təqsirləndirilən şəxs1 Ukrayna Respublikasında olduğunu demişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs2 demişdir ki, Təqsirləndirilən şəxs1 davamlı olaraq ölkəyə taxta göndərməyə görə Ukrayna Respublikasına gedib-gəlir. Həmin vaxta kimi o, Təqsirləndirilən şəxs1 tanımamış və barəsində heç bir məlumatı olmamışdır. Söhbətin sonunda Təqsirləndirilən şəxs2 dediklərinə inanıb, bu işdən yaxşı gəlir əldə olunacağını düşündüyündən sonuncu ilə razılaşaraq hələlik bu işə az miqdarda pul vəsaiti yatıracağını bildirmiş, təxminən 10 gün sonra Təqsirləndirilən şəxs2 ilə yaşadığı Bakı şəhəri Nərimanov rayonu, “Life Center” Ticarət Mərkəzinin yaxınlığındakı binanın qarşısında görüşüb sonuncuya 10000 manat pul vermişdir. Aralarında olan razılaşmaya əsasən məbləği artırmalı olmuş və belə də etmişdir. O, 03 fevral 2017-ci il tarixədək Təqsirləndirilən şəxs2 hissə-hissə olmaqla ümumilikdə 30000 manat məbləğində pul vermişdir. Əvvəllər hər şey yolunda getmiş, Təqsirləndirilən şəxs2 qısa zamanda ona 1500 manat və 2 dəfə 1000 manat olmaqla ümumilikdə 3500 manat pul vermiş və demişdir ki, bu biznesə qoymuş olduğu ümumilikdə 30000 manata görə əldə olunan gəlirin yarısıdır, digər yarısı isə onlara qalır. O, bu bizneslə yaxından tanış olmaq istəmişdir ki, işlərin necə aparılmasından məlumatlı olsun. Lakin, Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, bütün bu işlərlə Təqsirləndirilən şəxs1 yaxından məşğul olur, onun özü də heç anbarlara gedib-gəlmir. Bu işə yatırım etməsindən yaxın ətrafında olan şəxslərin məlumatı olduqdan sonra onlar da taxta istəmiş, bu barədə Təqsirləndirilən şəxs2 bildirdikdə sonuncu malları topdan satdıqlarını, öz müştərilərinin olmasını, bu formada satış edə bilməyəcəkləri demişdir. Təqsirləndirilən şəxs2 ona gəlir adı ilə verdiyi pul, onda bu işə böyük məbləğlərdə yatırım etməsi üçün inam yaratmışdır. Bundan sonra 10 yanvar 2018-ci il tarixədək 30000 manatdan əlavə Təqsirləndirilən şəxs2 85000 manat pul vermiş, həm 30000 manat, həm də 85000 manat verməsini Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda vərəqə yazaraq imzalamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 həmin vərəqlərə Təqsirləndirilən şəxs1 adını yazaraq qeyd etmişdir ki, “mən Təqsirləndirilən şəxs2 qeyd olunan şəxsdən 85000 manat pulu alaraq Təqsirləndirilən şəxs1 iş üçün vermişəm, əgər hər hansı bir hadisə baş verərsə, mənim yerimə iddiaçı kimi Zərərçəkmiş şəxs yeganə şəxsdir, bu sənədi öz imzamla təsdiq edirəm”. Onun Təqsirləndirilən şəxs1 ilə hələ həmin vaxtı heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs2 vermiş olduğu 85000 manat pula görə isə sonuncu ona aylıq ortalama 5000 manat gəlir əldə etdiklərini, işləri daha da böyütmək üçün taxta işinə yatırdığını bildirmişdir. Ona xeyir götürmələrini bildirdikdə, Təqsirləndirilən şəxs2 bir az səbrli olmasını, onsuz həmin pulların onların olduğunu, əsas işi böyüdərək daha böyük məbləğlər qazanmağa yönəlmələrini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 uşaqlıq illərindən tanıyır, ailəvi münasibətləri olmuş, qardaşı ilə bir sinifdə oxuduğundan, həmçinin qardaşıgillə də ailəvi olaraq yaxın olduğundan onun yalan danışa biləcəyini belə düşünməmiş, nə demişdirsə, onların xeyirləri üçün dediyini hesab etmişdir. 2018-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 bu işə görə tutulduğunu deyib, onu çıxarmaq üçün ümumilikdə 40000 ABŞ dolları pul lazım olduğunu, yarısını tapdığını, digər yarısına isə kömək etməsini xahiş etmişdir ki, işləri ləngiməsin. Taxta işinin ləngiməməsi üçün məcbur qalıb 20000 ABŞ dolları ekvivalentində olan 34020 manat pulu Təqsirləndirilən şəxs2 yaşadığı evinin yaxınlığında sonuncuya vermiş, həmin pulu 1 ay ərzində qaytarması barədə razılaşmışlar. Lakin Təqsirləndirilən şəxs2 vədinə əməl etmədiyindən ona bunu xatırladaraq pulunu qaytarmasını demiş, bundan 2 gün sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadığı ünvan 7 ünvanın yaxınlığına gəlmişlər. Aralarında olan söhbət əsnasında Təqsirləndirilən şəxs1 narahat olmamasını, pulun onlarda olduğunu, qısa zamanda bu işə davam edəcəklərini və heç bir problem olmayacağını demişdir. 2018-ci ilin yay aylarında Təqsirləndirilən şəxs2 ağacların yerdəyişməsi məsələsinə görə keçirilən tender və digər işlərə görə ondan 20000 ABŞ dolları ekvivalentində olan 34020 manat və 30000 manat pul almış, lakin pulları Təqsirləndirilən şəxs2 aralarında olan danışığa əsasən həmin pulları da taxta işinə görə vermişdir. Təqsirləndirilən şəxs2 demişdir ki, həmin pulları işlədiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində ağacların yerdəyişməsi məsələsinə görə keçirən tender və digər işləri görüb onun adından taxta biznesinə yatıracaqdır. Beləliklə, Təqsirləndirilən şəxs2 onu aldada-aldada, guya vermiş olduğu pulların da xeyrini taxta işinə yatırmasını bildirib, ondan 2019-cu ilədək ümumilikdə 248000 manat pul almışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, artıq taxta işinə görə əlavə pul verməyəcək, bundan sonra ona aylıq ödəniş etsinlər, vermiş olduğu pulların gəlirlərini əlavə olaraq taxta işinə yatırmağa ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 da onunla razılaşmış və heç bir problem olmadığını demişdir. Danışıqlarından bir ay sonra Təqsirləndirilən şəxs2 ilə yenidən əlaqə saxlamışdır ki, ona pul qaytarsınlar. Lakin, Təqsirləndirilən şəxs2 müvəqqəti olaraq işlərdə problem olduğunu bildirib, Təqsirləndirilən şəxs1 ilə hazırda əlaqədə olduğunu demişdir. Daha sonra Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlamış, sonuncu bildirmişdir ki, Ukrayna bazarında taxta bahalaşıb, artıq onlar münasib qiymətə taxta ala bilmirlər və görmüş olduqları işlərin xərclərini güclə ödəyirlər, qısası iflas etdiklərini və ciddi maddi çətinlik çəkdiklərini bildirmişdir. Bundan sonra əsas Təqsirləndirilən şəxs2 ilə davamlı olaraq münasibətdə olmuş, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirib onu aldadaraq vaxt qazanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs2 aylarla onu aldatmış, hətta 09 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 ilə aralarında olan danışıq zamanı oğlunun qolunun sındığını və digər xəstəlikləri ilə əlaqədar Türkiyə Cümhuriyyətində olduğunu, həmçinin müalicə üçün təcili olaraq pul lazım olduğunu bildirmiş, kömək etmək məqsədi ilə ona 2000 ABŞ dolları ekvivalentində olan 3400 manat pul verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs2 da bildirmişdir ki, həmin pulu “Aristokrat” Tibb Mərkəzində həkim işləyən tanışı Məhəmməd adlı şəxsə versin, belə ki, guya Məhəmməd də ona maddi cəhətdən kömək edəcəkdir, pulu versin Məhəmmədə, özü ümumilikdə Məhəmməddən götürəcəkdir. Belə də etmiş, həmin tarixdə 2000 ABŞ dolları ekvivalentində olan 3400 manat pulu Məhəmmədə işlədiyi Tibb Mərkəzində vermiş, həmin vaxtadək Məhəmmədi tanımamış, ilk dəfə görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Mikayılov X1 də aldadaraq külli miqdarda pulunu ələ keçirmiş və onun sonuncuya kömək etmək məqsədi ilə verdiyi həmin 2000 ABŞ dolları pulu da Məhəmmədə onun əli ilə dəymiş zərər kimi qaytarmışlar. 2019-cu ilin sonlarında artıq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 səbrinin qalmadığını, pulundan ödəniş etmələrini bildirmiş, onlar isə işlərin iflas etdiyini, əllərindən bir şey gəlmədiyini demişlər. Daha sonra Təqsirləndirilən şəxs2 ona çox gözəl bir təklifi olduğunu bildirmiş, bunun nə olduğunu soruşduqda, sonuncu taxta işlərini yenidən canlandırmağı təklif etmişdir. Yenə tərəddüd etmiş, lakin, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, özləri də əlavə pul tapacaqlar, onlara 300000 manat versin, qısa müddət ərzində işlərini yenidən canlandırsınlar və vermiş olduğu pulları xeyirləri ilə birlikdə tam olaraq geri qaytarsınlar. Başqa çıxış yolu olmadığından, məcburiyyət qarşısında Təqsirləndirilən şəxs2 yenə onu öz yalanlarına inandırmışdır. Daha sonra məcbur qalıb dostu Elşənə başına gələnləri danışıb borca 300000 manat pul istəmiş, Elşən də ona 190000 manat pul verə biləcəyini deyib, 2019-cu ilin noyabr ayının ortalarında qeyd olunan məbləğdə pulu ona vermişdir. Daha sonra digər dostlarından, tanışlarından, qohumlarından hissə-hissə olmaqla ümumilikdə 80000 manat borca pul almış, beləliklə 270000 manat pul düzəldə bilmişdir. Bu barədə Təqsirləndirilən şəxs2 dedikdə sonuncu heç bir problem olmadığını, qalan hissəsini də özləri tamamlayacaqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 olan etibarı bir az sarsıldığından ona verəcəyi 270000 manat pulu notariusda rəsmiləşdirməyi təklif etmiş, Təqsirləndirilən şəxs2 da heç bir problem olmadığını demişdir. Daha sonra 19 noyabr 2019-cu il tarixdə ünvan 4 ünvanda yerləşən 51 saylı notariat ofisində görüşmüş və müqavilə ilə Təqsirləndirilən şəxs2 270000 manat pulu təqdim etmişdir. Bundan 2-3 həftə sonra Təqsirləndirilən şəxs2 ilə danışan zaman sonuncu ona bildirmişdir ki, artıq işlərə davam edirlər, Təqsirləndirilən şəxs1 yenidən Ukrayna Respublikasına getmişdir, qısa müddətdə ölkəyə yenidən vaqonla taxta göndərəcəkdir. Ona bir vaqon taxtanın dəyərinin 16500 ABŞ dolları olduğunu demişlər. Təqsirləndirilən şəxs2 270000 manat pulu müqavilə ilə verdikdən 2-3 ay keçməsinə baxmayaraq sonuncudan bir xəbər çıxmamış, istər Təqsirləndirilən şəxs2, istərsə də Təqsirləndirilən şəxs1 ilə danışan zaman onlar yenə müxtəlif bəhanələr gətirərək, gömrüklə bağlı problemlərin yaranmasını və bu kimi digər bəhanələr gətirmişlər. Bu səbəbdən də onlara qarşı heç bir inam qalmamış və əmin olmuşdur ki, onun xüsusilə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirmişlər. Sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 dələduzluq cinayət əməli törətməsinə görə tutulmuşdur. Xüsusilə külli miqdarda pulunun ələ keçirilməsində xəbəri olan atası isə bundan sonra insult keçirmiş və başı onun xəstəliyinə qarışmışdır. Həmin vaxtlarda şikayət etsə də, müraciəti əsasında cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs2 pul vermək üçün aldığı borcları sonradan qaytarmaqda çox çətinliklər çəkmiş, bu səbəbdən əmlaklarını dəyər-dəyməzinə satmışdır. Borclarını ödəmək üçün isə banklardan 18- 20 faizlə 200000 manatdan çox kredit götürmüşdür. Ümumilikdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona ******* manatdan çox maddi ziyan vurmuş, lakin onun 518000 manat və 2000 ABŞ dolları ekvivalentində olan 3400 manat olmaqla ümumilikdə 520400 manat məbləğində pulunu ələ keçirmişlər. O, göstərmişdir ki, 2017-2019-cu illərdə Təqsirləndirilən şəxs2 ondan hissə-hissə olmaqla 50000 manata yaxın borc adı ilə pul almış və həmin pulları tam olaraq qaytarmışdır. Təqsirləndirilən şəxs2 borc adı ilə aldığı pulları dediyi vaxtda qaytardığına görə sonuncuya qarşı inamı yaranmışdır. İfadəsində qeyd etdiyi xüsusatları əks etdirən sənədlərin ifadəsinə əlavə olunması üçün təqdim edir. O, göstərmişdir ki, 02 may 2020-ci il tarixli ərizəsində ümumilikdə 435000 manat pulunun ələ keçirildiyini bildirsə də, əslində ümumilikdə 520400 manat məbləğində pulu ələ keçirilmişdir. Həmin vaxt vermiş olduğu ərizədə, həmçinin izahatlarda yarana biləcək ziddiyyətlər ailə vəziyyəti ilə əlaqədar olmuşdur, belə ki, atası bu məsələni biləndən sonra insult keçirmiş, özü də dərin sarsıntılar keçirmişdir. Hətta bir müddət ciddi yaddaş problemləri ilə qarşılaşmış, nə olduğunu belə unutmuşdur. Hazırda durumu yaxşıdır. Baş vermiş hadisə tam olaraq onun vermiş olduğu ifadəsində qeyd etdiyi kimi olmuşdur.

29. Məhkəmə iclasında ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edildikdən sonra Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, pulları hissə-hissə Təqsirləndirilən şəxs2 verməsi ilə bağlı ibtidai istintaq orqanına sənəd təqdim etmiş, kağızlarda yazılı şəkildə verdiyi pulların Təqsirləndirilən şəxs1 çatdırılması və hər hansısa hadisə baş verərsə, iddiaçı olacağı göstərilmiş, həmin sənədlər kompüterdə çap olunmaqla, Təqsirləndirilən şəxs2 tərəfindən sonuncunun ofisində onun tələbi əsasında tərtib edilmiş, Təqsirləndirilən şəxs2 ona həmin sənədi “Life Center” ticarət mərkəzinin yanında təqdim etmişdir. Həmin qəbzlər ona verilənədək o, Təqsirləndirilən şəxs1 tanımamış, sonuncunu ilk dəfə tutulub çıxdıqdan sonra görmüş, Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs1 azadlığa çıxması üçün 40000 ABŞ dolları pul vəsaitinin lazım olduğunu, həmin pulun yarısını onun, digər yarısının isə özünün verəcəyini söyləmiş, həmin hadisə 2018-ci ilin fevral ayında baş vermiş, 20000 ABŞ dolları pulun verilməsi ilə bağlı hər hansı sənəd olmamış, 1 ay müddətinə qaytarılma ilə bağlı aralarında razılaşmışlar. 2018-ci ilin yay aylarında pul vəsaiti ondan tenderlə bağlı alınmış, yəni hissəhissə 30000 manat və 50000 manat olmaqla pul vəsaiti götürülmüş, Təqsirləndirilən şəxs2 ona taxta biznesindən gələn gəlir kimi 1500-2000 aralığında pul vermiş, lakin məbləğ 250000 manata çatdıqdan sonra ona pul verilməmişdir. Pulun təqdim edilməməsinin səbəbi kimi iflas, müəyyən vaxtlarda taxtanın qiymətinin dəyişməsi, xarici bazarda taxtanın qiymətinin baha olmasına görə biznesin batması kimi amillər göstərilmiş, gəlir kimi ona ümumilikdə 50000 manata yaxın pul verilmiş, o, 250000 manat pulunu tələb etdikdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 pulu ona geri qaytara bilmədiklərini, əlavə pul olduğu təqdirdə, işi bərpa edəcəyini söylədikdə, o, məcbur qalıb 270000 manat pulu işin bərpa edilməsi və gəlir əldə etdikdən sonra digər şəxslərin pullarını geri qaytarmasını planlayıb notarial qaydada müqavilə əsasında vermişdir. O, notariusda rəsmi qaydada 270000 manat pulu kassaya qoymuş, Təqsirləndirilən şəxs2 da həmin pulu kassadan götürmüşdür. O, qeyd etdiyi pul vəsaitini dost-tanışından borc almış, 190000 manat pul vəsaitini dostu Elşəndən götürmüş, qalan pulu isə digər şəxslərdən borc kimi götürmüşdür. Onun həmin şəxslərə borclarını qaytarmış, hazırda onun müxtəlif banklara borcu vardır. O, krediti "xxxx" QSC-dən götürmüşdür. O, təxminən 280000-290000 manat pulu tanışı Şahid3 götürmüşdür. O, ilk dəfə şikayət ərizəsini 02 may 2021-ci il tarixdə təqdim etmiş, müstəntiqə 385000 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirildiyini bildirmişdir. O, pullarının geri qaytarılacağını düşündüyü üçün daha tez şikayət etməmiş, pulların geri qaytarılacağına dair Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 səs yazıları vardır. O, təhqiqatçıya hadisənin təfərrüatları ilə bağlı desə də, təhqiqatçı bütün dediklərini yazmamış, o, birbaşa Təqsirləndirilən şəxs1 pul verməmiş, sonuncu ilə cəmi 2 dəfə görmüş, lakin mobil telefonla danışmışdır. Təqsirləndirilən şəxs2 ondan aldığı pulu Təqsirləndirilən şəxs1 vermiş, sonuncu da pulu götürdüyünü ona təsdiqləmişdir.

30. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2007-2008-ci ildən tanış, sonuncunun atası işlədiyi zavodun direktoru olmuş, Zərərçəkmiş şəxs isə orada bir müddət onun işçisi kimi işləmişdir. Zərərçəkmiş şəxs onun yaxın dostu olmaqla, aralarında gediş-gəliş olmuş, təxminən 2019-cu ildə dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs ona taxta biznesinə pul yatırmaq üçün 100000 manat pul vəsaitinə ehtiyacının olduğunu söyləyərək ondan borc pul istədikdə, o, əlində olan 80000 manat pulu Zərərçəkmiş şəxs borc vermişdir. Həmin pul ona qaytarılmamışdır. Sonradan Zərərçəkmiş şəxs şərikli olduğu taxta biznesində istənilən uğuru qazana bilmədiyini və pulların həmin biznesdə batdığını öyrənmişdir. Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 500000 manat məbləğində pul verdiyini, həmin pulların da taxta biznesinə görə itirdiyini demişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır, heç vaxt görməmişdir. Zərərçəkmiş şəxs ona həmin taxta biznesində şərik kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu söyləmişdir. O, Zərərçəkmiş şəxs 2019-cu ildə 80000 manat pul verdikdən sonra həmçinin 2021-ci il tarixdə ayrı-ayrılıqda 25000 ABŞ dolları, 40000 ABŞ dolları və 35000 ABŞ dolları da pul təqdim etmişdir. Şahid3 həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs ona pulu etibar etdiyi şəxsə vermiş, hətta həmin şəxslərdən biri Zərərçəkmiş şəxs qardaşı Vüsalın sinif yoldaşı olmuş, o, Zərərçəkmiş şəxs 2019-cu ilin payız fəslində 80000 manat pul vermiş, Zərərçəkmiş şəxs ona taxta biznesi ilə bağlı ondan borc pul istədiyini demiş, o, 6 dəfəyə notarial qaydada Zərərçəkmiş şəxs ümumilikdə 289000 manat pul vermişdir. Hazırda Zərərçəkmiş şəxs ona 100000 ABŞ dolları borcu vardır. Zərərçəkmiş şəxs atasının xətrinə borc vermiş, sonuncu insult xəstəsidir. Zərərçəkmiş şəxs atası ona övladına köməklik etməsini xahiş etdiyindən, hər gün qapısı döyüldüyünə görə o, həmin pulu borc kimi təqdim etmişdir. O, taxta biznesindən hər hansı gəlir gözləməmiş, Zərərçəkmiş şəxs taxta biznesindən nə qədər pul qazanacağını bilməmişdir. 80000 manat pulu Zərərçəkmiş şəxs iş qurmaq üçün ondan almış, həmin pulu o notarial qaydada verməmişdir. O, 2021-ci ilin sentyabr ayının 1-də Zərərçəkmiş şəxs 51000 manat, yəni 30000 ABŞ dolları, 2021-ci ilin may ayında 76500 manat, yəni 45000 ABŞ dolları, 2022-ci ilin aprel ayının 4-də 119000 manat, yəni 70000 ABŞ dolları məbləğində pul vermiş, hissə-hissə pulların bir qismini Zərərçəkmiş şəxs ona qaytarmış, hətta Zərərçəkmiş şəxs atasına məxsus olan servisi onun qardaşının adına rəsmiləşdirmişdir. Servis qardaşının adına keçdikdən sonra da Zərərçəkmiş şəxs borca pul vermişdir. Təqsirləndirilən şəxs2 borclu olduğunu Zərərçəkmiş şəxs ona demiş, hazırda Zərərçəkmiş şəxs ona borcu 100000 ABŞ dolları və 80000 manat borcu olmaqla, cəmi 250000 manat təşkil etmişdir.

31. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, “Face-Art” Klinikasında həkim-stomatoloq kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs2 onun qardaşı ilə İmişli rayonunda eyni orta məktəbdə oxuduğundan, Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs2 ona taxta biznesi ilə məşğul olduğunu, istədiyi təqdirdə, onu da həmin biznesə qoşa biləcəyini söyləyib onun evini, maşınını, yəni əlində olan bütün hər şeyini satdırmışdır. O, uşaqlıqdan tanıdığına görə Təqsirləndirilən şəxs2 güvənmiş və onu aldatmayacağını düşünmüşdür. Təqsirləndirilən şəxs2 maddi vəziyyəti yaxşı olduğuna görə, onu aldatmağa ehtiyacı da olmamışdır. Təxminən 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxs2 özü Türkiyə Respublikası ərazisində olduğuna görə onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb 2000 manat pul vəsaitini tanımadığı şəxsdən qəbul etməsini dediyindən, o, həmin şəxslə görüşmüş və orada Zərərçəkmiş şəxs tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs həmin gün “Aristokrat” Klinikasında ona 2000 ABŞ dolları pulu vermişdir. Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs2 aldatdığı şəxslərdən biridir. Şahid1 həmçinin bildirmişdir ki, o, Zərərçəkmiş şəxs onun pullarını alıb verdiklərini dedikdə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 külli miqdarda borcunun olduğunu söyləmişdir.

32. Şahid1 dindirilərkən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Şahid1 söylədikləri doğru deyil, o, Zərərçəkmiş şəxs Şahid1 hər hansı məbləğdə pul verməsi ilə bağlı göstəriş verməmiş, Zərərçəkmiş şəxs 2019-cu ildə hər hansı pul almamışdır. O, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs epizodu ilə əlaqəsinin olub-olmadığını bilmir, Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin işdə ortaq olduğunu və birləşib aldatdığını söyləmişdir.

33. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yaxın dostudur. Zərərçəkmiş şəxs 2019-cu ildə dəqiq xatırlamadığı tarixdə taxta biznesi ilə məşğul olması məqsədilə ondan 190000 manat pul vəsaitini borc kimi istədiyindən o, həmin pul vəsaitini Zərərçəkmiş şəxs vermişdir. Bir müddət sonra o, həmin taxta biznesinin iflasa uğradığını öyrənmiş, sonradan Zərərçəkmiş şəxs ona həmin məbləği tam şəkildə geri qaytarmışdır. Şahid2 həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs ona borcunu 2021-ci il tarixdə qaytarmış, Zərərçəkmiş şəxs şəxsən bizneslə məşğul olmamış, biznesin sahibi isə sonuncunun deməsinə görə Təqsirləndirilən şəxs2 olmuşdur. O, Zərərçəkmiş şəxs 190000 manat pul vəsaitini 2019-cu ilin oktyabr-noyabr ayında vermiş, həmin pulun mənbəyi onun 2017-ci ildə satdığı evin pulu olmuşdur. Zərərçəkmiş şəxs 95000 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən mənzili arvadı X4 adına almış, qalıq pulu isə nağd qaydada ona qaytarmışdır. O, Təqsirləndirilən şəxs2 tanımış, sonuncu ilə eyni orta məktəbdə oxumuşdur. O, əlavə qazanc əldə etmək istəmədiyindən, taxta biznesinə pul yatırmamışdır. Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs2 taxta biznesi ilə məşğul olduğuna deyib həmin işə pul qoymaq məqsədilə 190000 manat pul istəmişdir. Zərərçəkmiş şəxsla aralarında dostluq münasibəti olduğuna görə borc müqaviləsi bağlamamışdır. O, Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs arasında mübahisənin mövcudluğundan məlumatsız olmuş, həmin ərəfə 190000 manat pul vəsaitini o, Zərərçəkmiş şəxs vermiş, sonuncu həmin pulu alarkən tam həcmdə Təqsirləndirilən şəxs2 təqdim edəcəyini söyləmişdir. O, Təqsirləndirilən şəxs1 heç vaxt görməmiş, yalnız adını eşitmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

34. Təqsirləndirilən şəxs1 məhkəmə baxışında Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 təxminən 15-20 ildən bəri tanıyır, aralarında dostluq münasibətləri mövcuddur. O, maddi sıxıntıları ilə əlaqədar 35000 ABŞ dolları məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 borc kimi almış, dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs2 ondan həmin pulu qaytarmasını istəyib Zərərçəkmiş şəxs olan borcunu bağlamalı olduğunu söylədiyindən, o, əlində həmin məbləğdə pulu olmadığına görə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 borcu qaytarması üçün müddət verməsini xahiş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ona Zərərçəkmiş şəxs vaxt verməsi ilə bağlı xahiş etməsini söyləmişdir. O, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ümumilikdə hansı məbləğdə borcunun olduğunu bilməmiş, Təqsirləndirilən şəxs2 da ona həmin pulu qaytarmadığı təqdirdə, Zərərçəkmiş şəxs olan borcunu ödəyə bilməyəcəyini bildirmişdir. O, ibtidai istintaq dövründə ifadəsini oxumadan imzalamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 heç bir biznes fəaliyyəti ilə məşğul olmamış, həmin dövrdə sonuncu Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləmişdir. O, Təqsirləndirilən şəxs2 necə gəlir əldə etdiyini bilməmiş, Zərərçəkmiş şəxs yalnız 1 dəfə görmüş, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs2 şərikli işləyib-işləmədiyini bilməmiş, bu barədə eşitməmişdir. O, Zərərçəkmiş şəxs hər hansı məbləğdə pul almamışdır. O, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs pul alıb-almadığını bilmir. Təqsirləndirilən şəxs2 ona Zərərçəkmiş şəxs borcunun olduğunu söyləsə də, həmin borcun məbləğini bilməmişdir. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2la birgə “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında görüşmüşlər. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 vasitəsilə tanımış, Zərərçəkmiş şəxsla neçə dəfə əlaqə saxladığını xatırlamamışdır. O, Zərərçəkmiş şəxs şikayəti ilə bağlı izahat verməmiş, əvvəllər polis əməkdaşları tərəfindən saxlanılmamış, barəsində əvvəllər heç bir cinayət işi olmamış, əvvəllər tutulmamış və heç kimə rüşvət verməmişdir. Bildiyinə görə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 sələm kimi pul vermiş və faizlərlə birgə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs külli miqdarda borcu yaranmışdır. Təqsirləndirilən şəxs2 115000 manat məbləğində Zərərçəkmiş şəxs borcu olmuş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 15% və 18% ilə borca pul vermişdir. Onun Təqsirləndirilən şəxs2 ilə şərikli heç bir işi olmamış, o, Təqsirləndirilən şəxs2la birgə taxta biznesi ilə bağlı iş görməmişdir.

35. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşı onun sinif yoldaşı olmuşdur. O, əvvəllər Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləmiş, 2019-cu ilin əvvəllərində isə yazılı ərizəni təqdim edib işdən könüllü şəkildə ayrılmışdır. Mənzili “VTB” bankda girovda olduğuna görə 2019-cu ilin əvvəllərində o, Zərərçəkmiş şəxs müraciət edib sonuncudan pul vəsaiti istədikdə, Zərərçəkmiş şəxs ona 18 faiz şərtilə pul verməyi təklif etmiş, o da məcbur qalıb həmin şərtlə pul götürmüşdür, çünki evi əlindən alınacaqdı. Belə ki, o, 03 fevral 2017-ci il tarixdə Zərərçəkmiş şəxs 18 faiz şərti ilə 30000 manat pul almış və hər ay Zərərçəkmiş şəxs müəyyən olunmuş vaxtlarda 5400 manat pul ödəməyə başlamış, o, həmin pulu 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Lakin o, yenidən pula ehtiyacı olduğuna görə 2018-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs müraciət edib sonuncudan 15 faiz şərtilə 10 yanvar 2018-ci il tarixdə 85000 manat məbləğində pul vəsaiti almışdır. Zərərçəkmiş şəxsla aralarındakı razılaşmaya əsasən, o, 12 ay ərzində 85000 manat məbləğində pul vəsaitini 15 faiz şərti ilə hər ay 12500 manat ödəməyə razılaşmış və müvafiq ödənişlərə başlamışdır. Lakin 2019-cu ilin əvvəllərindən o, maddi sıxıntıları artdığına görə hər ay Zərərçəkmiş şəxs olan borcunu ödəyə bilməmiş, faizlər, pulun öz həqiqi məbləği və s. artıq bunları ödəməyə gücü çatmamışdır. O, 2019-cu ilin sentyabr-noyabr aylarında Zərərçəkmiş şəxs ümumi borcundan 30000 ABŞ dolları pul vəsaitini qaytarmış, daha sonra hər ay pulunu ödəyə bilmədiyinə görə Zərərçəkmiş şəxs onu təhdid edərək notarial qaydada borc müqaviləsi bağlatdırmışdır. Belə ki, 30000 manat, 85000 manat və bu illər ərzində üstə gələn faizlərlə birlikdə ümumilikdə 270000 manat borca dair müqaviləni imzalamışdır. O, əslində həmin imzanı atarkən 270000 manat məbləği çalışıb ödəmək niyyətində olmuşdur. O, məbləğin necə bu qədər şişirdildiyini anlamır. Hesab edir ki, Zərərçəkmiş şəxs onun 5 il ərzində cəza çəkdiyi müddəti də faiz dövrünə hesablayır. O, heç vaxt taxta biznesi ilə məşğul olmamışdır. Onun zərərçəkmiş şəxsə heç bir borcu yoxdur. O, bir dəfə Zərərçəkmiş şəxs pul alarkən Təqsirləndirilən şəxs1 da orada olduğundan, sonuncu da məsuliyyətə cəlb edilmişdir. Həqiqətdə Təqsirləndirilən şəxs1 heç bir borcu yoxdur. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin bildirmişdir ki, o, dosttanışlarından Zərərçəkmiş şəxs faiz müqabilində pul verdiyini eşitmiş, Zərərçəkmiş şəxs ona hədə-qorxu gəlib 270000 manatla bağlı notarial qaydada borc müqaviləsi bağlatdırmış, o, Zərərçəkmiş şəxs heç bir iş təklif etməmişdir. Taxta biznesi ilə bağlı söylənilənlər tamamilə yalandır, aralarında heç bir məsələ yoxdur. O, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Life Center” ticarət mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs 30000 manat pul almış, həmin vaxt orada ikisindən başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs 2019-cu ilin əvvəllərində 30000 manat və 85000 manat pul vəsaitini onun almağına dair kağızlar təqdim etdiyindən, o da imzalamış, lakin onun aylıq ödənişləri ilə bağlı Zərərçəkmiş şəxs hər hansı sənəd təqdim etməmişdir. O, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Life Center” ticarət mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs 85000 manat pul vəsaiti almış, faizləri isə adətən “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs qaytarmışdır. Pulu qaytararkən çox vaxt ikisi, yəni o və Zərərçəkmiş şəxs olmuş, o, 2019-cu ilin əvvəllərindən Zərərçəkmiş şəxs pul ödəyə bilməmişdir. O, həmin pul vəsaitini şəxsi səbəblərdən götürmüş, həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmaqla, aylıq təxminən 600-700 manat əmək haqqı almış, o, hansısa əşyasını satıb Zərərçəkmiş şəxs aylıq borcunu ödəmiş, 85000 manat pul vəsaitini isə 30000 manata görə yaranan borclarını bağlamaq məqsədilə Zərərçəkmiş şəxs götürmüş, mənzili “VTB” bankda girovda borcu təxminən 40000 manat olmuş, əslində o, ilk öncə Zərərçəkmiş şəxs 40000 manat borc pul istəsə də, sonuncu ona 30000 manat pul təqdim etmiş, aylıq 2000 manata yaxın banka pul ödəməli olduğundan, məcbur qalıb aylıq 5000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. O, 2017-ci ilin fevral ayında mənzilini girovdan çıxarmış, Zərərçəkmiş şəxsla mobil telefon vasitəsilə danışıqlar apararkən sonuncu ondan pulunu istədikdə, o, vaxt qazanmaq üçün bəhanələr gətirmiş, o, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsla ona vaxt verməsi üçün danışmasını xahiş etdiyindən, Təqsirləndirilən şəxs1 razılaşıb Zərərçəkmiş şəxsla danışaraq vəziyyəti izah etmişdir. Zərərçəkmiş şəxsla aralarında olan mesaj mətnlərinin məzmununu xatırlamır. Təqsirləndirilən şəxs1 onun xahişi əsasında Zərərçəkmiş şəxs mesaj yazmış, o, Təqsirləndirilən şəxs1 2015-ci ildə borc pul vermiş, o, işlədiyi nazirlikdə tender tədbirlərində iştirak etməmişdir. O, digər məbləğləri qəbul etmir, belə bir pul vəsaiti olsa idi, Zərərçəkmiş şəxs 30000 manat və 85000 manata görə imzalamaq üçün sənəd təqdim etdiyi kimi, digər məbləğlərə görə də sənəd tələb edəcəyini qeyd edir. Həqiqətdə digər məbləğlər mövcud deyil. O, Təqsirləndirilən şəxs1 həbsdən azad olması üçün Zərərçəkmiş şəxs 20000 ABŞ dolları pul istəməmiş, həmin dövrdə Təqsirləndirilən şəxs1 həbsdə olmamışdır. O, 2019-cu ildə yığılmış faizlərlə və əsas məbləğlə bağlı 270000 manat həcmində Zərərçəkmiş şəxs borcunun olduğunu təsdiqləyən borc müqaviləsini sonuncu ona hədə-qorxu gələrək imzalatdırmışdır. O, həmin gün Zərərçəkmiş şəxs orada olub-olmadığını xatırlamır, çünki o, borc müqaviləsini imzalayıb oradan getmişdir. Təqsirləndirilən şəxs1la həm ailəvi, həm dostluq münasibətləri olduğuna görə sonuncu Zərərçəkmiş şəxs zəng edərək xahiş etmişdir ki, ona zaman versin, çünki o, həmin dövrlərdə ağır depressiv vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs1 onun Zərərçəkmiş şəxs hansı məbləğdə borcunun olduğunu bilməmiş, Təqsirləndirilən şəxs1 hər hansı bir bizneslə məşğul olması barədə Zərərçəkmiş şəxs ilə arasında heç bir danışıq olmamışdır. Borc müqaviləsinin bağlandığı notariusda onun adına hesabın açılıb-açılmadığını bilməmiş, o, yalnız notariusda imza atıb getmiş, onun Zərərçəkmiş şəxs başqa şəxslərə də borcu olduğuna görə Zərərçəkmiş şəxs 85000 manat pul almışdır. O, tenderlə bağlı Zərərçəkmiş şəxs hər hansı məbləğdə pul almamış, sonuncu ilə aralarında hər hansı iş və ya sahibkarlıq fəaliyyəti ilə bağlı danışıq olmamışdır.

36. Təqsirləndirilən şəxs2 məhkəmədə dindirilərkən verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, faizlə heç kimə pul verməmiş, ona müəyyən məbləğdə pul vəsaiti hissə-hissə qaytarılmış, o, taxta biznesi ilə bağlı Təqsirləndirilən şəxs2 pul vermişdir. Borc müqaviləsinin məzmununda da qeyd edilən pul vəsaitinin iş görmək məqsədilə Təqsirləndirilən şəxs2 verilmiş, sonuncu həmin borc müqaviləsini oxuyub imzalamış, Təqsirləndirilən şəxs2 tanıdığına görə böyük məbləğdə pul vəsaitini vermiş, Təqsirləndirilən şəxs1 həbsdən azad edilməsi ilə bağlı 20000 ABŞ dolları pul vəsaitini 270000 manat məbləğində pul vəsaitini təqdim etməzdən əvvəl vermişdir. Təqsirləndirilən şəxs2la aralarında olan razılaşmaya görə o, maliyyələşdirməni öhdəsinə götürmüş, əldə edilən gəlir də aralarında bölünməsi qərarlaşdırılmışdır. 270000 manat məbləğində pul vəsaiti kassaya qoyulmuş və kassadan çıxarılmışdır, lakin məxaric qəbzinin onda olub-olmadığını xatırlamır. Təqsirləndirilən şəxs2 ondan tenderlə bağlı 20000 ABŞ dolları pul alsa da, bunu təsdiqləyən hər hansı sənəd yoxdur. O, ayrı-ayrılıqda müxtəlif dövrlərdə 30000 manat, 85000 manat, 34000 manat, 34000 manat, 30000 manat, 35000 manat və 270000 manat pulu Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs1 tutulan ərəfədə hissə-hissə qazanc kimi pul verildiyinə görə inanıb 20000 ABŞ dolları pul vəsaitini Təqsirləndirilən şəxs2 vermişdir. Həmin vaxtadək Təqsirləndirilən şəxs2 115000 manat məbləğində pul vəsaiti vermiş, həmin şəxslər də ona aylıq qazanc kimi 1500-2000 manat pul təqdim etmişlər. Təqsirləndirilən şəxs1 da bu işin içərisində olsa da, heç vaxt sonuncuya pul verməmişdir. O, Təqsirləndirilən şəxs1la sonuncu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən çıxdıqdan sonra görüşdükdə, ona narahat olmamasını söyləmişdir. 2019-cu ilin yanvar ayından sonra Təqsirləndirilən şəxs2 ona pul verməməyə başlamış, sonuncu ona pul verməyəcəyini heç vaxt demədiyinə görə, o, 270000 manat pulu Təqsirləndirilən şəxs2 vermişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

37. CM-in 178.4-cü maddəsinə əsasən, həmin Məcəllənin 178.1-178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

38. CM-in 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət tərkibini yaradır.

39. CM-in 178.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə (178.3.1) və külli miqdarda ziyan vurmaqla törədildikdə (178.3.2) cinayət məsuliyyəti yaradır. Həmin əməli törətmiş şəxs beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

40. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

41. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.

42. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

43. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

44. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

45. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

46. Maddə 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.

47. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

48. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

49. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

50. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

51. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

52. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

53. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

54. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

55. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

56. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

57. Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.

58. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.

59. Maddə 329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.

60. Maddə 330.1. Zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində göstərilən qaydada yol verilir.

61. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı

62. Qərarın 1-ci bəndi. Qeyd edilsin ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir.

63. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.

64. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər.

65. Qərarın 2-ci bəndi. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür.

66. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər.

67. Qərarın 3-cü bəndi. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər.

68. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir.

69. Qərarın 4-cü bəndi. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir.

70. Qərarın 5-ci bəndi. Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

71. Qərarın 37-ci bəndi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun sözügedən qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı

72. Sözügedən Qərarın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

73. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

74. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

75. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

76. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır.

77. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.

78. Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmə tərəfindən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmış, yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunmuş və və bir-biri ilə müqayisə edilmiş, yeni sübutlar toplanmış, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmişdir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilmişdir.

79. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları təhlil edib bir-biri ilə müqayisə edərkən o nətiyəcə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə düzgün ittiham irəli sürülməmişdir.

80. Məhkəmə cinayət işinin materiallarını tədqiq etməklə təhlil edərkən Zərərçəkmiş şəxs məhkəməyədək icraat dövründə müvafiq təhqiqat orqanına verdiyi izahat və ərizələrində müxtəlif məzmunda məlumat verdiyini müəyyən etmişdir.

81. Əvvəla məhkəmə qeyd etməyi zəruri bilir ki, hazırki cinayət işinin başlanmasına səbəb və əsas kimi (xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərara əsasən) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-2019-cu il ərzində hissə-hissə, sonuncu dəfə 2019-cu ilin oktyabr ayında 30000 manat pul vəsaiti olmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 180000 manat pulunun ələ keçirilməsi ilə əlaqədar olmuşdur. (Cild 1, iş vərəqi 1)

82. Göründüyü kimi, həmin qərarda Zərərçəkmiş şəxs 2017-2019-cu illər ərzində cəmi 180000 manat pul vəsaitinin ələ keçirildiyi göstərilmişdir.

83. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs hazırki cinayət işi başlanmazdan əvvəl ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət etmişdir. (Cild 1, iş vərəqi 3)

84. Zərərçəkmiş şəxs həmin ərizəsində göstərmişdir ki, 2017-ci ilin fevral ayında Təqsirləndirilən şəxs2 taxta biznesi ilə məşğul olmaq üçün ondan 30000 manat pul almış, daha sonra o, həmin şəxsə 85000 manat pulu eyni iş üçün vermişdir. Daha sonra Təqsirləndirilən şəxs2 tender işlərini görmək üçün ondan 50000 manat pul istədiyinə görə, o, 2019-cu ilin yanvar ayında həmin pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs2 yalandan onu inandırmaq üçün 270000 manat borc müqaviləsi bağlamışdır. Təqsirləndirilən şəxs2 ümumilikdə aldığı 435000 manat pulun 50000 manat hissəsini qaytarmış, İlyas ona ümumilikdə 385000 manat ziyan vurub dələduzluq etmişdir.

85. Bundan əlavə Zərərçəkmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə verdiyi izahatında (Cild 1, iş vərəqi 4) yuxarıdakı ərizəsinin məzmununa oxşar məlumatları bildirmişdir.

86. Daha sonra Zərərçəkmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18ci Polis Şöbəsinə verdiyi xx.xx.2020-ci il tarixli izahatında isə Təqsirləndirilən şəxs2 ondan 30000 manat və 85000 manat məbləğində pul vəsaitini taxta biznesi ilə məşğul olmaq üçün aldığını qeyd etməklə bərabər ümumilikdə 180000 manat pulu ələ keçirdiyini, Təqsirləndirilən şəxs2 3 il ərzində 90000 manat gəlirdən pul kimi verməyi öhdəsinə götürdüyünə görə aralarındakı razılaşmaya görə İlyas 270000 manat pulu verməyə razılaşdığını və bu səbəbdən xx.xx.2019-cu il tarixdə 51 saylı notariat ofisində 270000 manatlıq müqavilənin bağlandığını bildirmişdir. (Cild 1, iş vərəqi 39-42)

87. Həmin araşdırma nəticəsində xx.xx.2021-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edildikdən sonra Zərərçəkmiş şəxs məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət etmişdir.

88. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(005)- 50/2023 nömrəli qərarının təsviri-əsaslandırıcı hissəsində olan Zərərçəkmiş şəxs verdiyi şikayəti əsaslandırmasından görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 azadlığa buraxılmasına görə verdiyi 20000 ABŞ dolları və ağacların yerdəyişməsi üçün keçiriləcək tenderlərə görə aldığı 20000 ABŞ dolları pulu nəzərə almadığı halda, məhz biznes fəaliyyətinə görə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 aralarında olan haqqhesab 180000 manat olmuşdur. O, pulunu tələb etməyə başlayıb polisə şikayət edəcəyini bildirdikdən sonra İlyasla görüşüb haqq-hesab aparmış və məlum olmuşdur ki, İlyas biznes üçün ondan aldığı pulların müqabilində 3 il ərzində ona 90000 manat əlavə gəlir verməli idi. Yəni ümumilikdə ona 270000 manat İlyasın ona verəcəyi yaranmışdı. Pulunun verilməyəcəyi təqdirdə İlyasa polisə şikayət edəcəyini dedikdə, sonuncu təklif etmişdir ki, notarial qaydada müqavilə bağlasınlar. xx.xx.2019-cu il tarixdə İlyasın təklifi ilə o, 51 saylı notariat kontoruna getmiş, orada aralarında 270000 manat dəyərində müqavilə imzalanmışdır. Müqavilə bağlandıqdan sonra İlyas ona bütün pullarını, yəni 270000 manat və 40000 ABŞ dolları məbləğində pulların hamısını 1 il ərzində hissə-hissə qaytaracağına söz vermiş, lakin müqavilə bağlandıqdan sonra da İlyas bir dəfə də olsun ödəniş etməmişdir. Sonradan anlamışdır ki, notarial qaydada müqavilənin bağlanması gözdən pərdə asıb vaxt udmaq üçün lazım imiş. (Cild 1, iş vərəqi 48-53)

89. Zərərçəkmiş şəxs qismində dindirilərkən ifadəsində isə fərqli məzmunda, yəni xx.xx.2017-ci il tarixədək taxta biznesi ilə məşğul olmaq məqsədilə Təqsirləndirilən şəxs2 hissə-hissə olmaqla, ümumilikdə 30000 manat, xx.xx.2018-ci il tarixədək 85000 manat, 2018-ci ilin fevral ayında Təqsirləndirilən şəxs1 azadlığa buraxılması üçün 20000 ABŞ dolları (34020 manat) pulu, həmin ilin yay aylarında ağacların yerdəyişməsi məsələsinə görə keçirilən tender və digər işlərə görə 20000 ABŞ dolları (34020 manat) və 30000 manat pulu, 2019-cu ilədək ümumilikdə 248000 manat pulu, uşağının müalicəsinə kömək məqsədilə 2000 ABŞ dolları (3400 manat) pulu Şahid1 vasitəsilə, taxta biznesinin davam etdirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə isə 51 saylı notariat ofisində 270000 manat məbləğində pul vəsaitini verdiyini bildirmişdir.

90. Hazırki iş üzrə mövcud ittiham əsasən Zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi əsasında formalaşmışdır.

91. Məhkəmə qeyd etməyi zəruri bilir ki, yuxarıda sadalanan sənədlərə əsasən Zərərçəkmiş şəxs öz mövqeyini bir neçə dəfə dəyişmiş, o, hər dəfə ərizə, izahat verəndə və ya müvafiq qərardan şikayət ərizəsində və ya zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində təqsirləndirilən şəxslərə təqdim etdiyi pul məbləğlərinin miqdarını və səbəbini fərqli demişdir.

92. Məhkəmə bir halı qeyd edir ki, Zərərçəkmiş şəxs bütün ərizə, izahat və ifadələrində Təqsirləndirilən şəxs2 30000 manat və 85000 manat pul vəsaitini verdiyini və həmin pul vəsaitinin təqdim olunmasına dair Təqsirləndirilən şəxs2 sənəd imzaladığını bildirmişdir.

93. Həm məhkəməyədək icraat, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsdən 30000 manat və 85000 manat məbləğində pul vəsaitini götürməyini, habelə həmin pulu götürməsinə dair sənəd imzaladığını təsdiqləmişdir. Həmin sənədlərin mövcudluğu və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanması işin mübahisəsiz halıdır.

94. Məhkəmə həmin sənədləri tədqiq etməyi zəruri hesab edir.

95. Belə ki, xx.xx.2017-ci il tarixli sənəddən (cild 1, iş vərəqi 8) görünür ki, həmin vərəqin yuxarı hissəsindən başlayaraq “Təqsirləndirilən şəxs1 Behlul oğlu”, “Masini- Mercedes GL 500 ag reng nomre **-OG-***”, “Tel: (50) 299 89 89, (55) 844 11 11”, “Verilen meblegler”, “Veli- 30000 Azn”, “Tural- 8000 Azn”, “İlyas – 4000”, “Tural”, “Masin- porsche panamera nomre: **-RV-***”, “Tel: (50/55) 211 83 28, (50) 210 89 04”, “X16 Hemdulla oqlu yuxarida qeyd olunan sexslerden meblegleri alaraq Təqsirləndirilən şəxs1 Behlul oqluna is ucun vermisem... Eger her hansi bir hadise bas vererse menim yerime iddiaci kimi X17 oqlu yegane sexsdir... Bu senedi oz imzamla tesdiq edirem.. “imza (müvafiq imza) Təqsirləndirilən şəxs2” qeydləri aparılmışdır.

96. Bundan başqa, xx.xx.2018-ci il tarixli sənəddən (cild 1, iş vərəqi 9) görünür ki, həmin vərəqin yuxarı hissəsindən başlayaraq “Təqsirləndirilən şəxs1 Behlul oğlu”, “Masini- Mercedes GL 500 ag reng nomre **-OG-***”, “Tel: (50) 299 89 89, (55) 844 11 11”, “Verilen meblegler”, “Veli- 85000 Azn, “X16 Hemdulla oqlu yuxarida qeyd olunan sexsden gosterilen meblegi alaraq Təqsirləndirilən şəxs1 Behlul oqluna is ucun vermisem. Eger her hansi bir hadise bas vererse menim yerime iddiaci kimi X17 oqlu yegane sexsdir.Bu senedi oz imzamla tesdiq edirem. “imza (müvafiq imza) Təqsirləndirilən şəxs2” qeydləri aparılmışdır.

97. Hər iki sənədin məzmunu təhlil edildikdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs əldə etdiyi pul vəsaitini iş üçün Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir.

98. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 bunu inkar etməsinə baxmayaraq, həmin sənədlərin məzmunundan, zərərçəkmiş şəxsin ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs 30000 manat və 85000 manat olmaqla, 115000 manat pul vəsaitini götürmüşdür.

99. Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində məhkəmədə verdiyi ifadəsində 35000 ABŞ dolları pulu “borc” kimi digər Təqsirləndirilən şəxs2 götürdüyünü, sonuncu Zərərçəkmiş şəxs pulunu istədiyinə görə, o, Zərərçəkmiş şəxsla əlaqə saxladığını bildirmişdir.

100. Məhkəmə Təqsirləndirilən şəxs1 hər hansı cinayət törətmədiyi, dələduzluq yolu ilə hər hansı məbləğdə pul vəsaitini əldə etmədiyi barədə mövqeyi ilə bağlı qeyd etməyi zəruri bilir ki, cinayət işinin materiallarında xx.xx.2023-cü il tarixli “Flaş karta baxış keçirilməsi haqqında” protokol mövcuddur. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 “Vəli, salaməlöküm qardaş, nə var nə yox, Namiqdi səni narahat eliyən İlyasın dostu, Vəli bir az bizdə orda yenə şey var, durğunluq yaranıb qardaş, amma uje ta vsyo da, quyruğuna çatmışıx, üzmüşük, İnşallah gələn həftənin birinci yarısında bütün məsələ hall olunajax, qardaşımsan sən bizi birtəhər yola ver, İlyas deyir ki, təmiz Vəlinin yanında şey oldux, biyabır oldux, dedim elə ver Vəlinin nömrəsini yazım özüm ona, şey tla, birtəhər bizi yola ver qardaşımsan, gələn həftənin Allah qoysa birinci yarısında həll olunajax.” məzmununda Zərərçəkmiş şəxs yazmışdır. Məhkəmə həmin yazının mətnini təhlil etdikdə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs pul götürməsindən xəbərdardır və əlbirdir.

101. Belə ki, Təqsirləndirilən şəxs1 həmin yazıda “quyruğuna çatmışıx, üzmüşük”, və ya “İnşallah gələn həftənin birinci yarısında bütün məsələ hall olunajax” və ya “İlyas deyir ki, təmiz Vəlinin yanında şey oldux, biyabır oldux, dedim elə ver Vəlinin nömrəsini yazım özüm ona, şey tla, birtəhər bizi yola ver qardaşımsan, gələn həftənin Allah qoysa birinci yarısında həll olunajax.” məzmununda ifadələr işlətməsi onun məhz həmin cinayətin iştirakçısı olmasına dəlalət edir.

102. Təqsirləndirilən şəxslərə elan edilmiş ittihamlardan görünür ki, onlara qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində cinayət törətmələri ilə bağlı ittiham irəli sürülmüşdür.

103. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır.

104. Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.

105. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.

106. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir.

107. İştirakçılığın subyektiv əlamətləri ondan ibarətdir ki, əvvəla, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi isə cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər.

108. Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir.

109. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir.

110. Həmin qərarda göstərilmişdir ki, cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər.

111. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur.

112. Təqsirləndirilən şəxs2 həm məhkəməyədək icraat, həm məhkəmə baxışı zamanı verdiyi ifadələrində təqsirləndirilən şəxsdən ümumilikdə 115000 manat məbləğində pul vəsaitini faiz əsasında götürdüyünü, Zərərçəkmiş şəxs sələmçilik fəaliyyəti ilə məşğul olduğunu, ittihamda göstərilən digər məbləğlərdə pul vəsaitini götürmədiyini bildirmişdir.

113. Zərərçəkmiş şəxs isə ifadələrində Təqsirləndirilən şəxs2 onun ümumilikdə 115000 manat pul vəsaitini 2017-2018-ci illərdə taxta biznesi ilə məşğul olmaq adı ilə ələ keçirdiyini bildirmişdir.

114. Göründüyü kimi, bu hissədə ziddiyyət Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs 115000 manat pul vəsaitini dələduzluq yolu ilə, yəni taxta biznesi ilə məşğul olmaq adı ilə və ya zərərçəkmiş şəxsin sələmçilik fəaliyyəti ilə məşğul olması ilə əlaqədar faiz əsasında götürməsi ilə bağlıdır.

115. Müdafiə tərəfi zərərçəkmiş Zərərçəkmiş şəxs sələmçilik fəaliyyəti ilə, yəni pul vəsaitini faiz əsasında verməsi ilə bağlı iddiasını təsdiq edən hər hansı sənəd və sübut təqdim etməmişdir. Bu, məhkəmə araşdırması zamanı cinayət işinin materialları və məhkəmə baxışı zamanı araşdırma aparılarkən də müəyyən edilməmişdir.

116. Məhkəmə 115000 manat pul vəsaitini götürməsinə dair Təqsirləndirilən şəxs2 imzası olan sənədin mövcudluğunu, həmin sənədlərdə Təqsirləndirilən şəxs1 adının qeyd edilməklə məsuliyyət daşımasının qeyd olunmasını, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “borc”-u olduğunu deməklə, zərərçəkmiş şəxslə əlaqə saxlayıb pulun qaytarılmasına görə vaxt istəməsini nəzərdən keçirib qeyd etməyi zəruri bilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 niyyəti əmlakı, yəni pul vəsaitini ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, Zərərçəkmiş şəxs əmlakının, yəni pul vəsaitinin əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmiş, Zərərçəkmiş şəxs isə öz əmlakını, yəni ümumilikdə 115000 manat pul vəsaitini yalan vədlərin təsiri altında könüllü surətdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vermişdir.

117. Məhkəmə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar üzrə qalıq məbləğlə, yəni 406400 manat pul vəsaiti ilə qeyd etməyi zəruri bilir ki, Zərərçəkmiş şəxs ifadəsinə görə o, həmin pul vəsaitindən 20000 ABŞ dolları, yəni 34020 manat pulu Təqsirləndirilən şəxs1 azadlığa buraxılması üçün, 20000 ABŞ dolları (həmin dövrdə ekvivalenti 34020 manat) və 30000 manat pulu ağacların yerdəyişməsi məsələsinə görə keçirilən tender və digər işləri görmək üçün və 2019-cu ilədək ümumilikdə 248000 manat pulu, 2000 ABŞ dolları (3400 manat) pulu uşağının müalicəsinə kömək etmək üçün, 270000 manat pulu isə taxta biznesinin davam etdirilməsi üçün Təqsirləndirilən şəxs2 vasitəsilə hər iki təqsirləndirilən şəxsə verdiyini bildirmişdir.

118. Məhkəmə hökmün yuxarıda sadalanan bəndində göstərilən qiymətlərlə bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs qeyd etdiyi həmin məbləğlər dəyişkəndir. Belə ki, o, ilkin izahat və ərizələrində fərqli məbləğlərdən bəhs edərək Təqsirləndirilən şəxs2 həmin pul vəsaitini ələ keçirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ilkin izahat və ərizələrində daha az məbləğdə pul vəsaitinin ələ keçirilməsi barədə məlumat vermişdir. (hökmün 83;85, 87-88-ci bəndləri)

119. Bir hal xüsusi qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs cinayət işinin materiallarına əsasən ilk ərizə və izahatını xx.xx.2020-ci il tarixdə, yəni ittihama görə sonuncu əməldən, yəni xx.xx.2019-cu il tarixdən təxminən 5-6 ay sonra vermişdir. İttihama əsasən belə başa düşülür ki, zərərçəkmiş şəxs ilk dəfə izahat verərkən artıq ondan ələ keçirilmiş məbləğinin nə qədər olduğunu bilir. Lakin zərərçəkmiş şəxs həmin vaxtdan sonra müxtəlif məzmunda məlumatlar verərək hər dəfəsində verilmiş məbləğləri dəyişmişdir.

120. Zərərçəkmiş şəxs ilkin toplanmış materiallarda bir-birindən ziddiyyətli və fərqli məzmunda cinayət xarakterli məlumatları verməsi həmin məlumatların həqiqi olubolmamasına dair məhkəmədə sual yaratmışdır.

121. Bununla bağlı, məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs2 ifadəsində Zərərçəkmiş şəxs 115000 manat pul vəsaitindən əlavə hər hansı məbləğdə pul götürmədiyini bildirmiş, digər Təqsirləndirilən şəxs1 isə zərərçəkmiş şəxsdən pul götürülməsini ümumiyyətlə inkar etmişdir.

122. Zərərçəkmiş şəxs 20000 ABŞ dolları, 20000 ABŞ dolları və 30000 manat pulu verdiyini bildirsə də, o, həmin pulun təqdim olunmasına dair hər hansı sənəd və ya sübut təqdim etməmişdir.

123. Bir halda ki, Zərərçəkmiş şəxs daha əvvəl, yəni xx.xx.2017-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə müvafiq olaraq 30000 manat və 85000 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 verməsi ilə bağlı sənəd təqdim etmişdir, Zərərçəkmiş şəxs sonrakı tarixlərdə deməsinə görə “sonuncuya pul vəsaitlərin verməsinə dair” hər hansı təsdiq edici sənədin tərtib edilməməsi və mövcud olmaması məhkəmədə şübhə yaradır.

124. Həmçinin Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ifadəsində “Təqsirləndirilən şəxs2 məni aldada-aldada, guya vermiş olduğum pulların da xeyrini taxta işinə yatırmağını bildirib, məndən 2019-cu ilədək ümumilikdə 248000 manat pul aldı” məzmununda bildirmişdir. Məhkəmə Zərərçəkmiş şəxs həmin ifadəsini təhlil etdikdə anlaşılır ki, yerdə qalmış 34960 manat pulun (248000 manat- 115000 manat- 30000 manat-34020 manat - 34020 manat= 34960 manat) pulun hansı şəraitdə təqsirləndirilən şəxs və ya şəxslərə təqdim edilməsi bəlli deyildir, hansı ki təqsirləndirilən şəxslər ümumiyyətlə zərərçəkmiş şəxsdən həmin məbləğdə pul vəsaitini ələ keçirmədiklərini söyləyirlər.

125. CM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.

126. CM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

127. Beləliklə, məhkəmə Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrini, cinayət işinin materiallarında olan sənədləri nəzərdən keçirib, cinayət-prosessual qanunvericiliyin müvafiq müddəalarına əsaslanmaqla, yəni Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edildiyindən, ittihamı sübuta yetirmək ittiham tərəfinin üzərinə düşdüyündən və 40000 ABŞ dolları, yəni 68040 manat pul, 30000 manat pul və 34960 manat pulun, yəni ümumilikdə 133000 manat pulun təqsirləndirilən şəxslərə təqdim olunmasına dair hər hansı sənədi Zərərçəkmiş şəxs təqdim edə bilmədiyindən, zərərçəkmiş şəxsin ifadəsindən başqa sonuncunun dediklərini təsdiq edən hər hansı sübut məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxslərin xeyrinə həll olunmalı olduğuna görə həmin hissə hər iki təqsirləndirilən şəxsə verilən ittihamdan xaric edilməlidir.

128. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs tanışı Şahid1 vasitəsilə həmin dövrün valyuta məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları məbləğində pulunun” ələ keçirilməsinə dair ittiham da verilmişdir.

129. Şahid1 həmin xüsusat üzrə hazırki iş üzrə həm məhkəməyədək icraat, həm də məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş və ifadələrində sözügedən məbləğdə pulun ona verildiyini təsdiqləmişdir.

130. Zərərçəkmiş şəxs həmin pul vəsaitini məhz Təqsirləndirilən şəxs2 səhhətinin müalicəsi üçün verdiyini bildirmiş, digər Təqsirləndirilən şəxs1 əleyhinə isə həmin epizodla bağlı hər hansı ifadə işlətməmişdir. Zərərçəkmiş şəxsin ifadəsinə görə, o, sonradan öyrənmişdir ki, 3400 manat təşkil edən 2000 ABŞ dolları məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 övladının sağalmasına yox, məhz Şahid1 vurduğu zərərin əvəzi kimi verməklə istifadə etmişdir.

131. Məhkəmə bir xüsusatı da qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs2 məhkum edildiyi əvvəlki cinayət işi üzrə ona hər hansı şəxsə əlbirliyə görə ittiham irəli sürülməmiş, məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir.

132. CPM-in 124.2.1-ci maddəsinə əsasən, cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri sübut kimi qəbul olunur.

133. Məhkəmə qeyd etməyi zəruri bilir ki, CM-in 35.1-ci maddəsinə əsasən, craçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur.

134. CM-in 35.2-ci maddəsinə əsasən, icraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməzlər.

135. Məhkəmə hesab edir ki, həmin xüsusat üzrə Şahid1 və Zərərçəkmiş şəxs ifadəsinin mötəbərliliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, həmin epizod üzrə, yəni 3400 manat təşkil edən 2000 ABŞ dolları məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs2 verilməsi öz təsdiqini tapdığından, sonuncuya verilmiş ittiham həmin hissədə əsaslıdır.

136. Lakin Təqsirləndirilən şəxs1 məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs 3400 manat təşkil edən 2000 ABŞ dolları məbləğində pul vəsaitini verməsi müəyyən edilmədiyindən, bu, həmin zərərçəkmiş şəxsin ifadəsi, cinayət işinin materialları və ya hər hansı sübutla öz təsdiqini tapmadığından, həmin epizod Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan xaric edilməlidir.

137. Bundan savayı, məhkəmə yuxarıda sadalanan epizodlardan başqa təqsirləndirilən şəxslərin 270000 manat pul vəsaitinin ələ keçirilməsinə dair ittiham üzrə aşağıdakıları qeyd etməyi zəruri bilir.

138. Belə ki, məhkəmə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(005)-50/2023 nömrəli qərarının təsviri-əsaslandırıcı hissəsində olan Zərərçəkmiş şəxs verdiyi şikayəti əsaslandırmasına istinad edərək qeyd edir ki, Zərərçəkmiş şəxs həmin ərizəsində onun polis orqanına şikayəti ilə bağlı hədəsindən sonra Təqsirləndirilən şəxs2 təklifi ilə xx.xx.2019-cu il tarixdə 51 saylı notariat kontorunda aralarında 270000 manat dəyərində müqavilənin imzalandığını bildirmişdir.

139. Lakin Zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində isə Elşən adlı dostundan 190000 manat, habelə digər dost-tanışlarından, qohumlarından hissə-hissə olmaqla, ümumilikdə 80000 manat pul alıb, cəmi pulu, yəni 270000 manat məbləğində pulu Təqsirləndirilən şəxs2 vermişdir.

140. Halbuki Zərərçəkmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə verdiyi xx.xx.2020-ci il tarixli izahatında isə 270000 manat pulu atasının adından "xxxx"-dan kredit götürüb Təqsirləndirilən şəxs2 verdiyini söyləmişdir.

141. Məhkəmə bununla bağlı qeyd edir ki, cinayət işinin materiallarında olan 16KD/16-4 saylı kredit müqaviləsinə 2 saylı əlavəyə əsasən, həmin müqavilə xx.xx.2020-ci il tarixdə “X9” ASC ilə X10 arasında bağlanmaqla sözügedən müqaviləyə görə Samil Novruzov həmin bankdan 97005,16 manat, 16KD/16-6 saylı kredit müqaviləsinə 2 saylı əlavəyə əsasən, həmin müqavilə xx.xx.2020-ci il tarixdə “X9” ASC ilə X10 arasında bağlanmaqla sözügedən müqaviləyə görə Samil Novruzov həmin bankdan 73962,50 manat, 16KD/16-5 saylı kredit müqaviləsinə 2 saylı əlavəyə əsasən, həmin müqavilə xx.xx.2020-ci il tarixdə “X9” ASC ilə X10 arasında bağlanmaqla sözügedən müqaviləyə görə Samil Novruzov həmin bankdan 14587,95 manat pul götürmüşdür.

142. Göründüyü kimi, zərərçəkmiş şəxsin təqdim etdiyi sənədlər tədqiq edildikdə müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs2 notarial qaydada müqavilə bağlamalarından təxminən 05 ay sonra zərərçəkmiş şəxsin atası Samil Novruzov “X9” ASC-dən pul vəsaitini götürmüşdür. Bu da məhz zərərçəkmiş şəxsin atasının adından həmin bankdan pul götürdüyü iddiasını mümkünsüz edir.

143. Məhkəmə zərərçəkmiş şəxsin mövqeləri dəyişkən olduğuna görə xx.xx.2019-cu il tarixli, 3M-1595 nömrəli “Kredit müqaviləsi”-nin nəzərdən keçirilməsini zəruri hesab edir.

144. Belə ki, həmin müqaviləyə görə “borc verən” Zərərçəkmiş şəxs, “borc alan” isə Təqsirləndirilən şəxs2dur. Müqavilənin bəndlərinə əsasən “borc verən” “borc alan”-a 270000 manat məbləğində pulu borc verir. “Borc verən” krediti “borc alan”-a notariusun bankda olan depozit hesabı vasitəsilə ödəyir. (Cild 1, iş vərəqi 9)

145. Məhkəmə qeyd edir ki, müdafiə tərəfi həmin müqavilənin mövcudluğunu inkar etməməklə, həqiqətdə sözügedən müqaviləyə görə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 hər hansı məbləğdə pul vəsaitini vermədiyini, həmin müqavilənin formal xarakter daşıdığını bildirmiş və iddia etmişdir ki, notariusun depozit hesabından Təqsirləndirilən şəxs2 270000 manat və ya hər hansı digər məbləğdə pul vəsaiti verilməmişdir.

146. Məhkəmə tərəfindən həmin xüsusatın aydınlaşdırılması üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisinə sorğu ilə müraciət edilib xx.xx.2019-cu il tarixli həmin müqaviləyə dair ödəniş tapşırığı və pul əldə edilməsinə dair məxaric qəbzinin məhkəməyə təqdim olunması xahiş edilmişdir.

147. Bakı şəhəri 51 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 1226 nömrəli məktubundan görünür ki, 7 vərəqdən ibarət həmin kredit müqaviləsinə aid sənədlərin surətləri məhkəmə təqdim olunmuşdur.

148. Həmin məktubun əlavəsində xx.xx.2021-ci il tarixli kredit müqaviləsi, həmin tarixli “Xəzinə mədaxil orderi”, notarius tərəfindən "xxxx" ASC-nin 7 saylı şöbəsinə məktub, Zərərçəkmiş şəxs ərizəsi və sonuncunun şəxsiyyət vəsiqəsinin surəti, Təqsirləndirilən şəxs2 ərizəsi və sonuncunun şəxsiyyət vəsiqəsinin surəti vardır. Lakin həmin notarius tərəfindən məhkəməyə 270000 manat pulun Təqsirləndirilən şəxs2 və ya digər şəxs tərəfindən götürülməsinə dair hər hansı sənəd (məxaric qəbzi, çek, ödəniş tapşırığı və digər) təqdim edilməmişdir.

149. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” xx.xx.2000-ci il tarixli, 167 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 48-1-ci maddəsinə əsasən, notarius borc (pul məbləği) verilməsinə dair kredit müqaviləsini təsdiq edərkən, tərəflərin həqiqi niyyətinin müəyyən edilməsi üçün pulun verilməsi və qaytarılması ilə bağlı öhdəlikləri, hüquq və vəzifələri, öhdəliyin icrasının təminatı və öhdəlik icra olunmadıqda, tutmanın yönəldilməsi üsulunu və digər müqavilə şərtlərini izah etməli və bu barədə müqavilədə qeyd yazılmalıdır.

150. “Nağdsız hesablaşmalar haqqında” xx.xx.2016-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 3.1.1-ci maddəsinə əsasən, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmadır.

151. Məhkəmə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında xx.xx.2019-cu il tarixdə notarial müqavilənin bağlandığını istisna etmir. Bu, cinayət işinin materialları, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri və digər sənədlərlə öz təsdiqini tapmışdır.

152. İttiham və müdafiə tərəfi arasında olan mübahisə məhz 270000 manat pul vəsaitinin Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs2 verilib-verilməməsi ilə bağlıdır.

153. Zərərçəkmiş şəxs qismində məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələrində 270000 manat məbləğində pul vəsaitinin 190000 manat hissəsini Şahid2, 80000 manat hissəsini isə Şahid3 təqdim etdiyini bildirmişdir.

154. Şahid2 ifadəsində göstərmişdir ki, o, sürücü işləməklə Zərərçəkmiş şəxs dostudur və sonuncunun xahişi ilə o, 2019-cu ildə oktyabr-noyabr ayında dəqiq xatırlamadığı tarixdə ümumilikdə 190000 manat pulu Zərərçəkmiş şəxs vermiş, sonradan həmin pulun taxta biznesi ilə məşğul olması üçün Təqsirləndirilən şəxs2 çatdığını Zərərçəkmiş şəxs öyrənmişdir. Zərərçəkmiş şəxs sonradan həmin pul məbləğini ona ödəmişdir. Şahid2 məhkəməyədək icraat zamanı da oxşar məzmunda ifadə vermişdir.

155. Məhkəmə tərəfindən Şahid2 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələri təhlil edildikdə müəyyən olunur ki, Şahid2 Zərərçəkmiş şəxs hər hansı məbləğdə pul vəsaitini Təqsirləndirilən şəxs2, hər hansı digər şəxsə, eləcə də Təqsirləndirilən şəxs1 təqdim etməsini görməmişdir. Şahid2 yalnız Zərərçəkmiş şəxs özündən Təqsirləndirilən şəxs2 190000 manat məbləğində pul vəsaitini verməsini eşitdiyini bildirmişdir.

156. Digər Şahid3 isə ifadəsində göstərmişdir ki, 2019-cu ildə Zərərçəkmiş şəxs taxta biznesi ilə məşğul olmaq üçün pul istədiyindən sonuncuya 80000 manat məbləğində pul vermiş, sonradan öyrənmişdir ki, Zərərçəkmiş şəxs həmin pulları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqdim etmiş, lakin o, həmin şəxsləri heç vaxt görməmişdir. Həmçinin Şahid3 sonradan müxtəlif vaxtlarda notarial qaydada təsdiqlənməklə pul vəsaitlərini Zərərçəkmiş şəxs vermişdir, hansı ki bu işə aid deyil. Pul vəsaitlərinin verilməsinə dair 2021-ci ilə aid notariat qaydada təsdiqlənmiş müqavilələr iş materiallarına əlavə edilmişdir.

157. Əvvəla məhkəmə qeyd etməyi zəruri bilir ki, hər iki şahid, yəni Şahid2 və Şahid3 zərərçəkmiş şəxsin tanışıdır. Həmin şahidlər sözügedən dövrdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 görməmiş, tanımamışlar, hər hansı pul vəsaitinin alış-verişində iştirak etməmişlər. Onlar məhz zərərçəkmiş şəxsin adından pul vəsaitinin təqsirləndirilən şəxslərə verildiyini bildirmişlər, hansı ki həmin zərərçəkmiş şəxs cinayət işinin materiallarına əsasən müxtəlif vaxtlarda fərqli məzmunda ifadə vermiş, yəni ilk öncə 270000 manat pul vəsaitini atasının "xxxx" ASC-dən götürdüyü pul vəsaiti əsasında təqsirləndirilən şəxslərə təqdim etdiyini, sonrakı vaxt ümumi borcu müəyyən etmək üçün 270000 manat dəyərində müqavilə bağladığını bildirmişdir.

158. Göründüyü kimi, Zərərçəkmiş şəxs ifadələrində bildirdikləri öz-özlüyündə ziddiyyətlidir.

159. CPM-in 126.3-cü maddəsinə şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz.

160. Hazırki iş üzrə isə şahidlər Şahid2 və Şahid3 “sonradan müvafiq olaraq 190000 manat və 80000 manat pul vəsaitinin təqsirləndirilən şəxslərə verildiyi” barədə məlumatı özgənin sözündən, yəni Zərərçəkmiş şəxs sözlərindən bildirdiyindən, onların ifadələri həmin hissədə sübut kimi qiymətləndirilə bilməz.

161. İş materiallarından görünür ki, Şahid3 bir neçə dəfə Zərərçəkmiş şəxs pul vəsaiti vermişdir. Məhkəmə bu halı istisna etmir, lakin qeyd edir ki, Şahid3 80000 manat və Şahid2 190000 manat pul vəsaitini Zərərçəkmiş şəxs verib-verməməsi məhz hazırki işə aidiyyəti olmadığından, Şahid3 və Şahid2 Zərərçəkmiş şəxs həmin pul vəsaitini verdiyi halda belə, məhz hazırki işə hər hansı əlaqəsi müəyyən edilmədiyindən, eləcə də zərərçəkmiş şəxsin əvvəlki izahat və ərizələrində həmin şahidlər barədə məlumat vermədiyi halda, sonradan həmin şahidlərin adını bildirdiyindən, habelə zərərçəkmiş şəxsin daha əvvəl 270000 manat pul vəsaitini atasının bankdan götürdüyü pul hesabına təqsirləndirilən şəxslərə verdiyini, eləcə də həmin müqaviləni formal bağladığını söylədiyindən, məhkəmə qeyd edilənləri təhlil etdikdə bu hallar məhkəmədə həmin ifadələrin həqiqət olmadığına əsaslı şübhə yaradır. Bu səbəbdən, məhkəmə şahidlər Şahid2 və Şahid3 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələrini sübut kimi qiymətləndirilmir.

162. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

163. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə 270000 manat pul vəsaitini notarial qaydada təsdiqlənmiş müqavilə əsasında verdiyini iddia etsə də, müvafiq notariat ofisinin məktubuna əlavə edilmiş sənədlərdən də görünür ki, həmin məbləğdə pul vəsaitinin Təqsirləndirilən şəxs2 tərəfindən götürülməsinə dair hər hansı sənəd yoxdur. Zərərçəkmiş şəxs isə daha əvvəlki izahat və ərizəsində, məhkəməyədək icraat zamanı məhkəmə nəzarəti qaydasında müvafiq məhkəməyə şikayətində həmin müqavilənin məhz formal, yəni ümumi borcu müəyyən etmək məqsədilə bağlandığını bildirmişdir. Bu qeyd edilənlər xx.xx.2019-cu il tarixli, 3M-1595 nömrəli “Kredit müqaviləsi”nin həqiqi olmasına əsaslı şübhə yaradır və ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd təəssüratını yaradır.

164. CPM-in 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.

165. Zərərçəkmiş şəxsin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ziddiyyətli məlumatlara əsaslanmaqla, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli, 3M- 1595 nömrəli “Kredit müqaviləsi” həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratdığından 270000 manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxslərə verilməsi ilə bağlı ittiham üzrə sübut kimi qəbul edilməməlidir.

166. Beləliklə, məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün xx.xx.2019-cu il tarixli, 3M-1595 nömrəli “Kredit müqaviləsi”-ni bağlamışdır.

167. Məhkəmə araşdırması nəticəsində Zərərçəkmiş şəxs 270000 manat pul vəsaitini təqsirləndirilən şəxsə verməsi ilə bağlı ittiham üzrə toplanmış sübutlar mötəbər olmadığından, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmayan sübutlar təqdim edilmədiyindən, təqsirləndirilən şəxslər isə ümumiyyətlə həmin pul vəsaitinin əldə edilməsini inkar etdiyindən, Təqsirləndirilən şəxs2 hazırki iş üzrə məhkəməyədək icraat dövründə ilk izahatından başlayaraq həmin müqaviləni məcbur qalıb imzaladığını, hər hansı pul vəsaitini götürmədiyini bildirdiyindən və bu, eyni dövrdə zərərçəkmiş şəxsin mövqeyi ilə oxşar mövqedə olduğundan, aradan qaldırıla bilməyən şübhələr təqsirləndirilən şəxslərin xeyrinə həll edildiyindən, həmin epizod öz təsdiqini tapmadığına görə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir.

168. Məhkəmə baxışı nəticəsində CPM-in 355.1-ci maddəsinə əsasən xüsusi qərarın çıxarılması üçün əsas olmuş hallar müəyyən edilməmişdir.

169. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.

170. Məhkəmə yuxarıda sadalanlara əsasən, cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri rəhbər tutaraq o nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan yuxarıda qeyd edilən epizodlar çıxarılmalıdır.

171. Beləliklə, məhkəmə tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin CM-in 178.3.2-ci maddəsinə tövsif edilməklə həmin cinayətdə təqsirləri müəyyən edildiyindən ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

172. Məhkəmə o nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunu iş görüb gəlir əldə etməklə bağlı yalan vədlər verib aldatmaqla, 2017-ci ilin yanvar ayından 2018-ci ilin fevral ayınadək müddətdə 30000 manat və 85000 manat olmaqla, ümumilikdə 115000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri Nərimanov rayonu ərazisində ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

173. Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunu iş görüb gəlir əldə etməklə bağlı yalan vədlər verib aldatmaqla, 2017-ci ilin yanvar ayından 2018-ci ilin fevral ayınadək müddətdə 30000 manat və 85000 manat olmaqla, ümumilikdə 115000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri Nərimanov rayonu ərazisində ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

174. Bundan başqa, Təqsirləndirilən şəxs2 övladının sağlamlığının yaxşılaşdırılması üçün istədiyini bildirib aldatmaqla, Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək, 09 avqust 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Aristokrat” Tibb Mərkəzinin yaxınlığında tanışı Şahid1 vasitəsilə həmin dövrün valyuta məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları pul vəsaiti ələ keçirərək Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir.

175. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır.

176. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

177. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

178. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

179. Məhkəmə təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmaqla cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

180. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxslərin həmin dövr ərzində ona 50000 manat məbləğində pul vəsaitinin ödədiyini bildirmişdir. Müdafiə tərəfi bunu inkar etməmişdir. Bu, işin mübahisəsiz halıdır. Məhkəmə 50000 manat pulu təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qaytarmasını cinayət nəticəsində dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən qismən ödənilməsi kimi qəbul edir.

181. Beləliklə, məhkəmə Cinayət Məcəlləsinin 59.1.14-cü cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini, himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı və məhkəmə baxışı dövründə davranışını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əvvəllər məhkum olunmamasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

182. Məhkəmə Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir.

183. Bundan başqa, məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində 01 (bir) azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.14-cü cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini, CM-in 59.2-ci maddəsinə əsasən himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, məhkəməyədək icraat zamanı və məhkəmə baxışı dövründə davranışını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

184. Məhkəmə Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir.

185. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzalarını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

186. Təqsirləndirilən şəxs1 ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən o, cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. (hökmün 44-cü bəndi)

187. Təqsirləndirilən şəxs2 ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən o, cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. (hökmün 44-cü bəndi)

188. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 03 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 04 noyabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs1 hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.

189. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun tutulduğu 03 noyabr 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. (hökmün 18-ci və 188-ci bəndləri)

190. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-145/2022 nömrəli qərarı ilə 08 (səkkiz) il müddətinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(102)- 904/2023 nömrəli qərarı ilə 07 (yeddi) il müddətinə endirilmiş azadlıqdan məhrumetmə cəzası cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə qismən birləşdirilib ona qəti cəza təyin edilməlidir.

191. Təqsirləndirilən şəxs2 hazırda cəza çəkməsi nəzərə alınmaqla, cəzaçəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmü ilə müəyyən edildiyi tarixdən, yəni 19 avqust 2020-ci il tarixdən hesablanmalıdır. (hökmün 26-cı bəndi)

192. İş üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmalı və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

193. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

194. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-685/2021 nömrəli hökmü ilə təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-145/2022 nömrəli qərarı və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə 07 (yeddi) il müddətinə endirilmiş azadlıqdan məhrum etmə cəzası cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli 19 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-685/2021 nömrəli hökmü, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-145/2022 nömrəli və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarlarına əsasən cəza çəkməsi nəzərə alınsın və ona qətimkan tədbiri təyin edilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti, yəni hazırki iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 03 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs1 ona təyin edilən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia, həbs edilməli və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar