Məhkəmə qərarları › İş №1(101)-284/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-284/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-284/2021 17.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı, müdafiəçilər Müdafiəçi1, Müdafiəçi3, Müdafiəçi2 iştirakları ilə xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş, Azəbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 11-ci mədən küçəsi, ev 44 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə xx.xx.1971-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azəbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx.xx.1970-ci ildə Gədəbəy rayonu Ağamalı kəndində doğulmuş, Azəbaycan vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, A.Qurban küçəsi, ev 1, mənzil 21 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 xahişi ilə birgə istifadələri üçün qanunsuz olaraq, narkotik vasitə əldə etmək məqsədilə birlikdə həmin gün saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 11-ci mədən adlanan ərazidəki fərdi yaşayış evinin yanında Təqsirləndirilən şəxs1 25 manata, qanunsuz olaraq, satış məqsədi olmadan heroini aldıqdan sonra, Təqsirləndirilən şəxs2 az miqdarda narkotik vasitənin bir hissəsini şəxsi istifadəsi üçün ünvan 5 saylı ünvanın qarşısında ona, 0,334 qramını saat 15 radələrində həmin ünvanın qarşısında Şahid1 vermiş, qalan 0,319 qramını qanunsuz olaraq, şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs2 üzərində daşımaqla saxlamış, ona düşən narkotik vasitəni yaşadığı evin yaxınlığında istifadə etdikdən sonra həmin gün saat 17:30-da ünvan 6 ünvanın qarşısında olarkən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin və Bakı şəhəri, Xətai rayon Polis idarəsinin 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Xətai rayonu, M.Mehdizadə küçəsi 69 saylı ünvanda yerləşən Xətai RPİ-nin 37-ci Polis şöbəsinin inzibati binasına gətirilmiş, Aleksandir Abaşin üzərində olan həmin bir ədəd siqaretin ağ kağızına bükülmüş təmiz çəkisi 0,334 qram narkotik vasitə olan heroin bükümünü təqdim etmiş, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən isə əynində olan qara rəngli gödəkçəsinin sol cibindəki gümüşü rəngli kağız bükülünün içərisindən 0,319 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş və bununlada o, qanunsuz olaraq, birgə şəxsi istifadələri üçün 0,653 qram heroin əldə edib saxlayaraq daşımışdır. Təqsirləndirilən şəxs1, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq, satış məqsədi ilə, külli miqdar hesab edilən 8,143 qram çəkidə narkotik vasitə olan heroin əldə edib, üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 11-ci mədən adlanan yerdən fərdi yaşayış evinin qarşısında narkotik vasitənin alınmasında vasitəçilik edən tanışı Təqsirləndirilən şəxs3 vasitəsi ilə 0,653 qram çəkidə heroini qanunsuz olaraq Təqsirləndirilən şəxs2 25 manata satmış, qalan hissəsini üzərində dayışaraq saxlayarkən həmin tarixdə saat 19:30-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Xətai rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs1 Xətai rayonu, Babək prospekti 76 saylı ünvanda yerləşən avtomobil bazarının yaxınlığından saxlanılaraq Xətai rayonu, M.Mehdizadə küçəsi 69 saylı ünvanda yerləşən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol qolunun üstündəki cibindən 4 ədəd bükümdə ayrı-ayrılıqda 0,937 qram, 0,616 qram, 1,007 qram, 4,930 qram olmaqla külli miqdar hesab edilən 7,490 qram çəkidə tərkib komponentlərinə görə eynilik təşkil edən narkotik vasitə olan heroin və 01 ədəd 6x10 sm ölçüdə olan narkotik vasitənin çəkmək üçün nəzərdə tutulmuş elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 toplanmış istintaq materialları ilə təqsirləndirilir ona görə ki, o, xx xxxxxx 2020-ci il tarixdə 13 radələrində tanışı Təqsirləndirilən şəxs3 vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 11-ci mədən adlanan fərdi yaşayış evinin yanında Təqsirləndirilən şəxs1 25 manata, qanunsuz olaraq, satış məqsədi olmadan heroini alıb, həmin narkotik vasitədən az miqdarda ünvan 5 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs3 şəxsi istehlakı üçün vermiş, narkotik vasitənin 0,334 qramını saat 15 radələrində ünvan 8 saylı ünvanın qarşısında şərti alıcı Şahid1 vermiş, qalan 0,319 qramını qanunsuz olaraq, şəxsi istifadəsi üçün üzərində daşımaqla saxlamış, həmin gün saat 17:30-da ünvan 6 ünvanın qarşısında olarkən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin və Bakı şəhəri, Xətai rayon Polis idarəsinin 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Xətai rayonu, M.Mehdizadə küçəsi 69 saylı ünvanda yerləşən Xətai RPİ-nin 37-ci Polis şöbəsinin inzibati binasına gətirilmiş, Şahid1 üzərində olan həmin bir ədəd siqaretin ağ kağızma bükülmüş təmiz çəkisi 0,334 qram narkotik vasitə olan tiryək bükümünü təqdim etmiş, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən isə əynində olan qara rəngli gödəkçəsinin sol cibindəki gümüşü rəngli kağız bükülünün içərisindən 0,319 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, bir bükümdə, 3,643 qram çəkidə, narkotik vasitə tiryək əldə edib, üzərində saxlayaraq daşımış, xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nətcəsində ünvan 8 saylı ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən həmin 1 ədəd kağıza bükülmüş təmiz çəkisi 3,643 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilmiş tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, onu xx xxxx 2020-ci il tarixdə İsmayıl Əkbərov vasitəsi ilə tutmuşlar. İsmayılnan 6-7 ay bundan əvvəl tanış olmuşlar. İsmayıl onun həyətində işləmişdir. İsmayıl orada narkotik vasitə istifadəçisi olduğunu biruzə vermiş, elə oradan da yavaş-yavaş tanışlıqları yaranmışdır. Ondan sonra hərəsi öz pulunu qoyub, narkotik götürəndə İsmayıl üçündə götürmüşdür. Tutulduğu günü, üzərində olan narkotikanı təqim etmişdir. Polis əməkdaqları ona yaxınlaşarkən, 5 qram, deymişlər. Sonra onu 37 ci polis bölməsinə aparmışlar, o, polis əməkdaşlarının dedikləri ilə razılaşmamış, ona demişlər ki, onsuzda onu “sroka” göndərəcəklər. O, külli miqdarın nə qədər olduğunu bilmir, lakin onda 2 büküm olmuş, təqribən 2- 3 qram narkotik maddə olub. Orada Urfan adlı polis əşəmkdaşı cibindən narkotik çıxardıb ondan 4 büküm düzəldib demişdir ki, həmin bükümlər ondan aşkar olunub. Yoxsa gedib evini axtarıb yarım kilo mal çıxardacaq. Çəkiliş zamanı cibinə tərəzi qoymuşlar ki, guya bu onun xeyirinədir, dozanı ayırmaq üçündür ki, predazirovkaya düşməsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, cibgirlik edən Miri adlı qonşusu olmuş, o, cibgirlik edib narkotik maddə alıb qəbul etmişdir. Miri pis söyüşlər söymüş, onun üstündə onu bir dəfədə döymüşdür, ondan da 10 yaş böyük olmuşdur. Sonra bilmişdir ki, Miri polisdən narkotik götürür onlara iş verir. Bir gün Miri onu səsləmişdir ki, bir nəfər kirayəçi götürmüş, yaxşı oğlandar, adı Saşadır. Saşa bir gün ona demişdir ki, narkotik təşkil etmək olarmı? Miri ondan əl çəkməmiş, sonda İsmayıla zəng etmiş, İsmayıl da demişdir ki, onda narkotik maddə yoxdur, ancaq Ramanada bir nəfər var ondan tapmaq olar. O da Saşaya demişdir ki, tapmaq mümkün deyil, sonra Saşanın maşında gəldiyini görmüş, həmin vaxt maşını polis sürmüşdür. X7 görüşmələrini dedikdə, onun da gəlməsini bildirmişlər. O da polisin maşınına oturmuş, İsmayıl düşüb gedib qram yarım alıb gəlmişdir. Saşa İsmayıla yarım qram narkotik maddə vermişdir. Ona şahmat klubunun yanında ofisləri olduğunu deyib ora getməyi təklif edərkən o düşmək istədiyini bildirdikdə onu maşına basıb otuzdurub aparmışlar. Nə baş verdiyini soruşduqda narkotik maddənin üzərindən çıxdığını və İsmayıldan aldığını demişlər. O ettiraz etmiş, həmin narkotik maddəni onların qoyduğunu bildirmişdir. Hamısı orada üzünə durmuş və demişlər ki, dərinə getməsin, evindən də çıxacaq. Onu məcbur edib, boynuna qoymuşlar. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında ifadə verərək göstərdi ki, narkotik vasitənin istifadəçisidir. Əvvəllər tanıdığı Romanıda yaşayan tanışı Rasimlə birlikdə pul qoyub narkotik vasitə alıb qəbul etmişlər. Ayın 19 Azər ona zəng etmişdir ki, narkotik maddə lazımdır, Azərə onda narkotik maddə olmadığını demiş, tapsa xəbər edəcəyini bildirmişdir. Səhər Azər yenidən zəng edəndə Rasimə zəng edib ondan nəsə tapa biləcəyini soruşduqda Rasim tapsa zəng edi deyəcəyini bildirmişdir. 10-15 dəqiqə sonra Rasim zəng edib tapdığını bildirmiş, sonra zəngləşib birlikdə Rasimin yanına getmişlər, o, Rasimdən narkotikanı alıb gəlmiş, bir qədər narkotik maddədən orada ona vermişlər, qalanı da Saşada qalmışdır. 3-4 saat sonra Azər zəng edib demişdir ki, yenə lazımdır düzəltmək olarmı?, danışandan sonra Azər bir taksi ilə məhləyə gəlmiş, orada onu polis əməkdaşları tutmuşlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X2 yuxarıda göstərilən cinayət əməlini törətmələri məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Təbriz oğlu ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Abaşin adlı şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs2 Xətai rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını, narkotik vasitə satan şəxslərə qarşı nifrəti olduğu üçün narkotik satan Azərin ifşa olunmasında öz köməkliyini göstərməyə hazır olduğunu bildirmişdir. Həmin məlumat ilə bağlı əməliyyat qrupu yaradılmış, Şahid1 şərti alıcı qismində Təqsirləndirilən şəxs2 narkotik vasitə almış və həmin gün saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 49 saylı ünvanın qarşısında Şahid1 və Təqsirləndirilən şəxs2 saxlanılmış və Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nə dəvət edilmişdir. Polis şöbəsində Abaşin şalvarın cibindən bir ədəd siqaretin ağ rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim edərək Təqsirləndirilən şəxs2 aldığını və bükümün içərisində narkotik maddə olduğunu bildirmişdir. Həmin büküm açılaraq baxıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər maddə olduğu məlum olmuşdur. Sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 əynində olan gödəkçəsinin sol cibindən bir ədəd gümüşü rəngli kağız büküm çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 həmin bir ədəd bükülünün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu və həmin narkotik vasitəni öz istifadəsi üçün Ramana qəsəbəsində üzdən tanıdığı Rasim adlı şəxsdən 25 manata əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş bir ədəd büküm qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra, əməliyyat- axtarış tədbirlərinin davamı olaraq həmin əməliyyat qrupunun üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsinə getmişlər və həmin məhəllədə “İsmayıl” adlı şəxsi saxlayıb Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs3 üzərində qeyri-qanuni heç nə olmamış, lakin qanunsuz olaraq Ramana qəsəbəsində yaşayan üzdən tanıdığı Rasim adlı şəxsdən 25 manata bir ədəd bükümdə olan narkotik vasitə heroini alaraq Şahid1 Vladimirov və Təqsirləndirilən şəxs2 ilə birlikdə NZS qəsəbəsinə gedərək üstündə olan bükümdən bir hissəsini özünə götürüb qalan hisəsini Azərə verdiyini və Azərlə Aleksandrın oradan getdikdən sonra istifadə etdiyini bildirmişdir. Bundan sonra, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün saat 19 radələrində Bakı şəhəri, Xətai rayonunda yerləşən “Maşın bazarı” yaxınlığına getdik və orada “Rasim” adlı şəxsi saxlamışlar, ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi, saxlanması və daşınmasında şübhəli olduğu bildirilərək onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs1 cibindən 4 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlər aşkar olunmuş, Təqsirləndirilən şəxs1 4 ədəd bükümün hamısının içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş AR DİN-nin Narkotiklərlə Baş Mübarizə idarəsinin əməkdaşı Şahid4, Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisdən təxminən 15 gün əvvəl Təqsirləndirilən şəxs2 tanımış və onun narkotik maddə istifadəçisi olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs2 narkotik maddə istifadəçisi olduğunu bildiyi üçün xx xxxxxx 2020-ci il tarixdə onun narkotik vasitə istifadə etməsi barədə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə yazılı ərizə yazmış və onun tutulması barədə polisin nəzarəti altında şərti alıcı qismində onun müraciəti əsasında Azərin bu qanunsuz əməlinin ifşa olunmasında iştirak edə biləcəyini demişdir. Bundan sonra razılıq verilmiş və ona şərti alıcı qismində Azərdən narkotik maddə almağı üçün pul verilmişdir. O da öz növbəsində Azərin nömrəsinə zəng edərək ona narkotik vasitə lazım olduğunu bildirmiş, Azər də razılıq vermiş və bir qramını 50 manata ona sata biləcəyini bildirmişdir. O, polisin nəzarəti altında 28 manat pul götürərək 25 manatını Xətai rayonu, Babək prospektində, Süleyman Vəzirov küçəsinə dönən yerdə Azərlə görüşüb ona vermiş, sonra isə Azərlə birlikdə Xətai rayonu, NZS qəsəbəsinə getmişlər və orada İsmayıl adlı tanımadığı şəxslə narkotik vasitə almaq məqsədilə görüşmüşdür. İsmayıl və Azərlə birlikdə Rasim adlı şəxsdən narkotik vasitə almaq üçün Ramana qəsəbəsində yerləşən evə getmiş, orada Rasimdən bir büküm narkotik vasitə almış və birlikdə üçü də Xətai rayonu, NZS qəsəbəsinə qayıtmışlar, İsmayıl düşüb onlardan uzaqlaşmış və onlar NZS qəsəbəsində olan zaman polis əməkdaşlarına hər ikisində narkotik vasitə olması barədə işarə etmişdir. Bu vaxt polis əməkdaşları onlara yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Bundan sonra onları Xətai RPİ-nin 37-ci PŞnə dəvət etmişlər. 37-ci PŞ-də o, şərti alıcı qismində polis əməkdaşlarının nəzarəti altında aldığı bir büküm narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə axşam saatlarında Xətai rayonu, Mehdizadə küçəsi ilə hərəkət edən zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər və bir nəfər şəxsin üzərində şəxsi axtarış keçiriləcəyini və hal şahidi kimi iştirak etməsini təklif etmişlər. O, razılaşaraq polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 37-ci PŞ-nə gəlmişdir. Orada ona və dəvət edilmiş başqa bir hal şahidinə hüquq və vəzifələrim izah edildikdən sonra özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxsin üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs2 üzərində saxlanılması, daşınması qanunsuz olan hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu zaman üzərində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli bərk kütləni təqdim etmiş, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt və haradan əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs2 isə təqdim etdiyi bükümün içərisindəki kütlənin ona məxsus olmadığını bildirmişdir. Həmin bükülü qablaşdırılaraq möhürlənmiş və sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, hadisə uzun müddət bundan əvvəl baş verdiyindən hadisəni tam xatırlamır, təqribi yadında qalanları deyə bilər ki, fevral ayınıın sonlarında Abaşin adlı şəxs polis iadərsinə müraciət edərək Azər adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını bildirmişdir. Həmin məlumat ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat tədbiri qurulmuş və Abaşin şərti alıcı qismində Azər adlı şəxslə gbrüşüb narkotik maddə ilə bağlı söhbət edərkən polis əməkdaşları tərəfindən saxlanılmış və həmin gün Azərin vasitəsi ilə “İsmayıl” adlı şəxs saxlanılmış və hər iki şəxs narkotik vasitəni Rasim adlı şəxsdən aldıqlarını bildirmişlər. Bundan sonra Bakı şəhəri, Xətai rayonunda yerləşən “Maşın bazarı” yaxınlığında “Rasim” adlı şəxsi saxlamışlar ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini satış məqsədilə əldə etməsi, saxlanması və daşınmasında şübhəli olduğu bildirilərək onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Rasim üzərinə baxış keçirilən zamanı cibindən 4 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlər aşkar olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid7 və X4 Şahid7 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli APP saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Şahid1....” əl yazılar və AR DİN “Zərflər üçün №153” möhür əksi olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,334 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 4778 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs2....” əl yazılar və AR DİN “Zərflər üçün №153” möhür əksi olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,319 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 4776 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs1....” əl yazılar və AR DİN “Zərflər üçün №153” möhür əksi olan zərfdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.937 qram; 0.616 qram; 1.007 qram; 4.930 qramümumi təmiz çəkisi 7.490 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdəki 01 ədəd 6x10 sm ölçüdə elektron tərəzinin ölçmə səthində heroinin izləri müəyyən edildi. İz mikrohissəcikləri cüzi miqdar təşkil etdiyindən eyniləşdirmə və çəki analizlərinin aparılması mümkün deyildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 5197 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs1....” əl yazıları olan zərfdəki (zərf №1) 04 ədəd bükümdə ayrıayrılıqda qalıq təmiz çəkiləri 0.917 qram; 0.596 qram; 0.987 qram; 4.910 qram-ümumi təmiz çəkisi 7.410 qram narkotik vasitə heroinlə (bu tədqiqat obyektləri üzrə ilkin tədqiqat aparılaraq xx.xx.2020-ci il tarixli 4776 saylı ekspert rəyi verilmişdir) üzərində “şübhəli şəxs: Şahid1....” yazıları olan zərfdəki (zərf №2) 01 ədəd bükümdə qalıq təmiz çəkisi 0,284 qram narkotik vasitə heroin (bu tədqiqat obyektləri üzrə ilkin tədqiqat aparılaraq xx.xx.2020-ci il tarixli 4777 saylı ekspert rəyi verilmişdir) və üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs2...” yazıları olan zərfdəki (zərf №3) 01 ədəd bükümdə təmiz çəkisi 0.269 qram narkotik vasitə heroin (bu tədqiqat obyektləri üzrə ilkin tədqiqat aparılaraq xx.xx.2020-ci il tarixli 4778 saylı ekspert rəyi verilmişdir) xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eynilik təşkil edirlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/258 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində tədqiqata təqdim edilmiş zərfdəki, vət. Təqsirləndirilən şəxs2 götürülmüş 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 3,643 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilmiş tiryəkdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1594 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2281 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2336 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu onlara elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlini törətmələri kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 və X2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsüf edilməli və onlar, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İstintaqa təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2006-cı il tarixdə ACDİÜ Azərbaycan Respublikası Məhkəmənin hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.2 və 234.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2015-ci ildə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin qərarı ilə 01 il 04 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuş və vaxtından əvvəl şərti azad olunma müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə olumuş Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 digər şəxslərlə qrup təşkil etməklə Azəri-Hncəri MMC əlvan metaləritmə müəssiəsinə qanunsuz daxil olaraq müəssisənin işçilərinin boğazlarına bıçaq dayayaraq onlara dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə külli miqdarda, 27.000 manat dəyərində 6 ton çəkdə sal, sim və mis məmulatlarını idarə etdiyi PAZ avtobuzuna yükləyərək uzaqlaşmaqla quldurluq cinayəti törətmişdir. Bununlada Təqsirləndirilən şəxs1 məhkum olunmasına dair hökmdən görünür ki, sonuncuya Azərbaycan Respublikasının CM-nin 181.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İttihamdan görünür ki, Təqsirləndirilən şəxs1 əməli həmin cinayət üzrə xüsusilə ağır cinayətlər katiqoriyasına aiddi, hazırkı vəziyyətdə onun əməli cinayətlərin xüsusi təhlükəli residivi kimi qiymətləndirilir. Məhkəmə təqsirləndirilən şəxsin xx xxxxxx 2006-cı il tarixli hökmə nisbətdə əməlinin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 istintaq orqanı tərəfindən cinayət hadisəsinin törədilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikasının CM-nin (kohnə redaksiyda) 181.3.2-ci maddəsi ilə ittiham verilməsinə baxmayaraq, sonuncunun əməli «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla («Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında» xx xxxxxxx 2017-ci il tarixli № 816- VQD (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir) Təqsirləndirilən şəxs1 əməli tənzimlənməlidir. Məhkəmə bu mənada hesab edir ki Təqsirləndirilən şəxs1 həmin iş üzrə 27.000 manat ziyan vurması epizodu üzrə quldurluq əməli CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinə töfsiv edilmiş hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında xx xxx 2016-cı il tarixli Azərbaycan Respublikası Qanununun 1.7.5-ci bəndi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin ikinci bəndinə edilmiş dəyişikliyə əsasən, bu Məcəllənin 177-187 və 189-1-ci maddələrində xeyli miqdar dedikdə 5 min manatdan yuxarı 50.000 manatdan artıq olmayan, külli miqdar dedikdə isə 50.000 manatdan yuxarı, 500.000 manatdan artıq olmayan məbləğ başa düşülür. Verilmiş itthamlardan göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 tərəfindən vurulan ziyanın məbləği 27000 manat təşkil etdiyindən «külli» miqdar üzrə ittiham verilmişdir. Azərbaycan Respublikası CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 10.2-ci maddəsinin tələbinə görə ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən isə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2006-cı il tarixli hökmlə verilmiş ittihamlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs1 vurulan ziyanın məbləği 27.000 manat təşkil etdiyindən verilmiş ittiham üzrə həmin məbləğ, yəni hazırkı qanunvericiliklə “külli” miqdar” hesab edilmədiyindən qeyd edilən əməldə “külli miqdarda” sözləri “xeyli miqdarda” sözləri ilə əvəz edilməli və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1. 181.2.3. 181.2.4. 181.2.5-ci maddələri ilə tövsif edilməlidir. Bununlada Təqsirləndirilən şəxs1 məhkumluğu xüsusi ilə ağır cinayətlər katiqoriyasına yox, onun əməli ağır cinayətlər katiqoriyasına aid hesab edilməlidir. Qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqdan gündən 06 il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 üzərində çəkilməmiş cəzası qalmamış, lakin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsinə görə cinayətlərin təhlükəli residivi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivinin olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və X6 əvvəllər məhkum olunmamışlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X2 himayəsində yetkinlik yaşına çatmayan uşağının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, məhkəmə onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəza ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və X5 ittiham olunduqları maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərilərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və X6 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli onların şübhəli şəxs qismində tutulduğu, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 və X2 xx xxxxxx 2020-ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldıqları 02 gün onlara təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3. maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır Belə olan halda Təqsirləndirilən şəxs2 və X2 həbsdə olduqları 02 gün hər birinə ayrılıqda 4 gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla onlara təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan və Xətai rayon polis idarəsində saxlanılan ümumilikdə 7,410 qram, 0,284 qram, 0,269 qram və 3,543 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 550 (beş yüz əlli) manat təqsirləndirilən şəxslər arasında bölünərək 183 manat 33 qəpik Təqsirləndirilən şəxs2, 183 manat 33 qəpik X1 və 183 manat 33 qəpik Təqsirləndirilən şəxs1 dövlət nəfinə tutulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, X5 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhər 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 276 (iki yüz yetmiş altı) manat, X2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Pro Bono vəkil bürosunun vəkili Müdafiəçi3, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Pro Bono vəkil bürosunun hesabına 270 (iki yüz yetmiş) manat və Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhər 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 270 (iki yüz yetmiş) manat, pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi özrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gündən, bir günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə hesablanmaqla, 04 gün ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığını məhdudlaşdırılması cəzasının əvvəli onun qeydiyyata alındığı gündən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 3 ünvanını saat 23:00 dan – 06:00 dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi özrə narkoloji dispanserində qeydiyyata alınsın. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gündən, bir gün azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə hesablanmaqla, 04 gün ona təyin edilmiş 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. X5 təyin olunmuş azadlığını məhdudlaşdırılması cəzasının əvvəli onun qeydiyyata alındığı gündən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2 maddəsinə əsasən X2 üzərinə yaşadığı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, A.Qurban küçəsi, ev 1, mənzil 21 ünvanını saat 23:00 dan – 06:00 dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, X6 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi özrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xətai rayon polis idarəsində saxlanılan ümumilikdə 7,410 qram, 0,284 qram, 0,269 qram və 3,543 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə məhkəmə xərcləri 550 (beş yüz əlli) manat təqsirləndirilən şəxslər arasında bölünərək 183 manat 33 qəpik Təqsirləndirilən şəxs2, 183 manat 33 qəpik X1 və 183 manat 33 qəpik Təqsirləndirilən şəxs1 dövlət nəfinə tutulsun. Müdafiəçi2 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 276 (iki yüz yetmiş altı) manat, Müdafiəçi1 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 270 (iki yüz yetmiş) manat və Müdafiəçi3 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Pro Bono vəkil bürosunun hesabına 270 (iki yüz yetimiş) manat pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar