Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-284/2022 03.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Şahid2 İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X2 və X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X15 və Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, E.Quliyev küçəsi, ev 56, mənzil 41-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının əvvəllərində istintaqla müəyyən edilməmiş mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, 03 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 32,855 qram, 1,738 qram, 2,280 qram, ümumi təmiz çəkisi 36,873 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini, eləcə də həmin narkotik vasitənin çəkilməsində istifadə edilən 6x12 sm ölçüdə elektron tərəzini əldə edərək üzərində saxlamaqla daşımış, 01 iyun 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin gün saat 20:30-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, orada saat 22:15 radələrində video çəkilişlə müdafiəçinin iştirakı ilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən həmin 03 ədǝd sellofan bükümlərdə qablaşdırılmış, ayrı-ayrılıqda təmiz çəkiləri 32,855 qram, 1,738 qram, 2,280 qram, ümumi təmiz çəkisi 36,873 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, eləcə də əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən narkotik vasitənin çəkilməsində istifadə edilmiş 6x12 sm ölçüdə 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə olan heroindən arabir istifadə etmişdir. Heroini “Aftor” adlı şəxsdən almışdır. 1 iyul 2021-ci ildə saat 6-7 radələrində Sahil qəsəbəsində o, dostları ilə kafedə olarkən yeznəsinə zəng etmişdir ki, gəlib onu aparsın. Onlar maşında olarkən o, siqaret almağa düşərkən içərisində mülki geyimdə şəxslər olan 3 maşın onlara yaxınlaşmışdır. Həmin şəxslərdən biri 11-ci Polis bölməsinin rəis müavini Mehman olmuşdur. O, əvvəllər Mehmanı təxminən tanımışdır. Mehmanla onun arasında “Aftor”a görə yüngül ədavət olmuşdur. “Aftor”la onun arasında dava olmuş, “Aftor” da Mehmanla əməkdaşlıq etmişdir. Polis əməkdaşları onları saxlayaraq onu və yeznəsini saat 6-7 radələrində 11-ci Polis bölməsinə Mehmanın otağına gətirmişlər. Daha sonra yeznəsini başqa otağa aparmışlar. Otaqda olarkən Mehman 3 bükümdə olan narkotik vasitəni onun cibinə qoymasını istəmiş, əks halda yeznəsini də tutacaqları ilə onu hədələmişdir. O, müqavimət göstərmiş, lakin polis əməkdaşları ona zor tətbiq etmişlər. O da məcbur olub bükümləri götürmüşdür. Həmin vaxt onun üzərində 1 qramdan az heroin olmuşdur. Onu da “Aftor”dan almışdır. “Aftor” qəsəbədə yaşayır. O, “Aftor”u narkotik vasitələri satan şəxs kimi tanıyır. Heroini şəxsi istifadəsi üçün almışdır. Vəkilin iştirakı ilə çəkiliş zamanı narkotik vasitəni Cəlilabadda “Rasim” adlı şəxsdən aldığını demişdir. “Aftor” Mehmanın tanışı olduğuna görə o, “Aftor”un adını çəkə bilməmişdir. Tərəzəni çəkilişdən qabaq Mehman onun cibinə qoymuşdur. O, şikayət etməmiş, ancaq sənədlərə qol çəkməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, Mehman “Aftor”un narkotik vasitə satmasına şərait yaratmışdır. O, axrıncı dəfə “Aftor”dan 2 qram narkotik vasitə almışdır. O, “Aftor”un əsl adını bilmir. “Aftor” ibtidai istintaq zamanı dindirilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Qaradağ RPİ-nin Cinayət Axtarış şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədilə üzərində saxlaması, mütamadi olaraq realizə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün 11-ci Polis bölməsinin rəisi Yasər İbadovun əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 01 iyun 2021-ci il tarixli qərarına əsasən Qaradağ RPİ-nin CAŞ-si ilə birgə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunun tərkibinə 11-ci Polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 və o daxil edilmişdir. Onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Qaradağ rayonu, Sahil qəsəbəsində müəyyən edib saat 20:30-da onlar tərəfindən 11ci Polis bölməsinə dəvət edilmişdir. Daha sonra polis bölməsində təhqiqatçı Şahid4 tərəfindən onların və dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd qara rəngli üzərində “Pocket Skale” sözləri yazılmış qutunu, həmin gödəkçəsinin sol iç cibindən 4 bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində “kakos” adlandırdığı narkotik vasitə olduğunu demişdir. 01 ədəd qutuda isə elektron tərəzi olduğunu bildirmişdir. Bundan sonra həmin bükümlər açılmış, içərisində qəhvəyi rəngli narkotik maddə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitələri və tərəzini 20 gün əvvəl Cəlilabad rayonu ərazisində tanışı olan “Rasim” adlı şəxsdən 300 manat pul müqabilində alaraq üzərində saxladığını qeyd etmişdir. Aşkar olunmuş maddələr, eləcədə elektron tərəzi götürülərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Bununla yanaşı, Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı tədqiq edilmiş ifadəsində göstərmişdir ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd qara rəngli üzərində “Pocket Skale” sözləri yazılmış qutunu, həmin gödəkçənin sol iç cibindən 01 ədəd sarı rəngli, 01 ədəd mavi rəngli və 01 ədəd şəffaf sellofan bükümlərini çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində “kakos” adlandırdığı narkotik vasitə olduğunu demişdir. 01 ədəd qutuda isə elektron tərəzi olduğunu bildirmişdir. Bundan sonra həmin bükümlər açılmış, içərisində qəhvəyi rəngli narkotik maddə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitələri və tərəzini 20 gün əvvəl axşam saat 18 radələrində Cəlilabad rayonu ərazisində tanışı olan “Rasim” adlı şəxsdən 300 manat pul müqabilində alaraq üzərində saxladığını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hazırda Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Hadisə baş verən zaman Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Daxil olan əməliyyat məlumatı əsasında təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədilə o və Qaradağ rayon Polis İdarəsinin 11ci Polis bölməsinin digər polis əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılmış, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bəkirov X7 qəsəbəsi yaxınlığında şübhəli şəxs qismində saxlanılış və üzərindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Narkotik vasitənin miqdarını xatırlamır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs üzərində tərəzi də olmuş, sonuncu tərəzini narkotik vasitənin miqdarını ölçmək üçün aldığını demiş, narkotik vasitəni Cəlilabad rayonundan aldığını bildirmişdir. Polis bölməsinə vəkil dəvət olunduqdan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni sol yan cibindən çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs Sahil qəsəbəsində “Qarabağ” kafesinin yanında saxlanılmış, bu zaman yanında heç kim olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis bölməsinin təhqiqatçısı vəzifəsində işləyir. Xidməti otağında olan zaman Təqsirləndirilən şəxs adlı şəxsi bölməyə gətirmişlər və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs cibindən narkotik vasitə olan heroinə bənzər maddəni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş maddə ekspertizaya göndərilmək üçün qablaşdırılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxs üzərindən nə qədər narkotik vasitə aşkar olunduğunu xatırlamır. Təqsirləndirilən şəxs narkotik vasitəni kimdən və haradan əldə etdiyini bilmir. Təqsirləndirilən şəxs tərəzini hansı cibindən çıxardığını xatırlamır. Təqsirləndirilən şəxs üzərində neçə büküm narkotik vasitə olduğunu xatırlamır. Onların tərəfindən Təqsirləndirilən şəxs üzərinə tərəzi qoyulmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis bölməsinin rəis müavini vəzifəsində işləyir. 01 iyun 2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin əməkdaşları ilə Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Qaradağ rayonu, Sahil qəsəbəsində saxlanmasından məlumatı olmuş, Babək həmin gün 11-ci Polis bölməsinə gətirilmişdir. Onun üzərində şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından bölmənin təhqiqatçısı tərəfindən əvvəlcə hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin, eləcə də polis əməkdaşları Şahid1 və Şahid2 iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 03 ədəd bükümlərdə külli miqdarda heroin narkotik vasitəsi və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Bu barədə ona sonradan məruzə olunmuşdur. Özü isə həmin axtarış və götürmədə, eləcə də əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində iştirak etməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs onu döydüyünü iddia etdiyinə görə aralarında üzləşdirmə olmuşdur. O, Babəki döyməmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə edən qəsəbə sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə ona məlumat daxil olmamışdır. Məlumat başqa əməkdaşa daxil olmuşdur. Ona Babəkin üzərindən 3 bükümdə narkotik vasitə aşkar olunduğu deyilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01.06.2021-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni satış məqsədi ilə əldə edərək üzərində saxlaması bildirilir (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 01.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 6-7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01.06.2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən ediələrək saat 20:30 dəqiqədə Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 56 D ünvanın qarşısında saxlanılmış və polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 10). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 01.06.2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 22:15də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd qara rəngli, üzərində "Pocket Skale" sözləri yazılmış qutunu, gödəkçəsinin sol iç cibindən 01 ədəd sarı rəngli sellofan kəsiyinə bükülmüş, 01 ədəd mavi rəngli sellofana bükülümüş və 01 ədəd şəffaf sellofana bükülümüş bükümləri çıxarıb təqdim edərək həmin bükümlərin içərisindəkinin narkotik maddə olan “kakos” olduğunu, 01 ədəd qutudakının isə elektron tərəzi olduğunu, həmin “kakos”u 20 gün əvvəl saat 18:00 radələrində Cəlilabad rayonu ərazisində həmin rayon sakini Rasim adlı şəxsdən 300 manata alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Həmin qutudakının isə elektron tərəzi olmasını, Rasimdən narkotik vasitə alarkən tərəzi təsadüfən onda qalmış, həmin vaxtdan da tərəzini cibində saxlamışdır. 03 ədəd sellofan kəsiyindəki bükümlərin içərisində qəhvəyi rəngli, narkotik maddə heroinə maddə aşkar edildi. 01 ədəd qara rəngli üzərində "Pocket Skale" sözləri yazılmış qutunun içərisində gümüşü rəngli elektron tərəzi aşkar olundu. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sarı rəngli sellofan kəsiyindəki və 01 ədəd mavi sellofan kəsiyinə, 01 ədəd şəffaf sellofan kəsiyinə yığılmış narkotik maddəyə oxşar kütlələr və 01 ədəd elektron tərəzi təhqiqatçı tərəfindən 02 ədəd kağız zərfdə qablaşdirilib möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 34-35). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 02.06.2021-ci il tarixli, 6/2230 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3 büküm...” və s. yazılar olan paketdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 32,855 qram (oby.№1), 1,738 qram (oby.№ 2), 2,250 qram (oby.№3), ümumi təmiz çəkiləri 36,873 qram qəhvəyi rəngli maddə kütlələri kustar usulla hazırlanmış narkotik vasitə heroindir, 1 və 3 №li heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 2 №-li heroin kütləsi həmin obyektlərdən kimyəvi tərkibinə görə fərqlidir. Üzərində “vət. Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd tərəzi...” və s. yazılar olan paketdəki 01 ədəd 6x12sm ölçüdə elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 109,90 (yüz doqquz manat 90 qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 41-46). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron daşıyıcıya baxış keçirilməsi haqqında 02.06.2021-ci il tarixli protokoldan görünür ki, diskdə bir ədəd video görüntü var. Video görüntüyə baxış keçirilən zaman müəyyən edildi ki, 01.06.2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində bölmənin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin bölmənin cinayət axtarış üzrə əmliyyat müvəkkili, polis baş leytenantı Şahid2, müdafiəçi, 10 saylı Vəkil bürosunun vəkili Şükür Şıxıyevin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd sarı, 01 ədəd mavi və 01 ədəd şəffaf sellofan bükümlərdə qablaşdırılmış qəhvəyi rəngli naməlum kütlələr, eləcə də 01 ədəd elektron tərəzi aşkar edilmişdir (cild 1, iş vərəqi 51). İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması haqqında Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Yasər İbadov tərəfindən təsdiq edilmiş 01.06.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 73-75). İşdə olan maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında 12.06.2021ci il tarixli qərardan və məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 36,873 qram olmuş narkotik vasitə heroin, eləcə də 01 ədəd 6x12 sm ölçüdə elektron tərəzi maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 36,783 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 139-141). İşdə olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə Qaradağ rayon prokurorunun 03.06.2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş 03.06.2021-ci il tarixli vəsatət rədd edilmiş və cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan başqa qətimkan tədbiri seçildikdən sonra onun Qaradağ RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 98-99). İşdə olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında müstəntiqin 03.06.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 100-102). İşdə olan Azərbaycan Respublikası DİN-nin Qaradağ RPİ-nin 11-ci PB-nin 13.06.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3 maddəsi ilə təqsirləndirilən, ünvan 20-də qeydiyyatda olan Təqsirləndirilən şəxs “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi ilə əlaqədar qeydiyyata götürülmüş, lakin o, PB-də qeydiyyatdan keçməmişdir. Təqsirləndirilən şəxs yerini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 142). İşdə olan qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin olduğu yerin müəyyən edilməsi, tutulması və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi üçün axtarış elan edilməsi haqqında müstəntiqin 13.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulması və axtarış elan olunması qərara alınmışdır (cild 1, iş vərəqi 143-145). İşdə olan 14.06.2021-ci tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən və qətimkan tədbirini pozduğuna görə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 14.06.2021-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən bazarın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır (cild 1, iş vərəqi 147). İşdə olan Azərbaycan Respublikası DİN-nin Qaradağ RPİ-nin 11-ci PB-nin 15.06.2021-ci il tarixli 071-6350-1221 nömrəli məktubundan görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs, xx.xx.1984-cü il təvəllüdlü, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs 14.06.2021-ci il tarixdə Qaradağ RPİ-nin MSY-nə təhvil verilmişdir (cild 1, iş vərəqi 148). İşdə olan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nin 18.06.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3 maddəsi ilə ********* saylı cinayət işi üzrə "Rasim" adlı şəxsin Cəlilabad rayonu Kövüzbulaq kəndində qeydiyyatda olan, əvvəllər məhkum olunmuş, 01.08.1972-ci il təvəllüdlü X10 olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 171-173). İşdə olan 28.06.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, X10 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 202-203). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30.06.2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə şübhəli şəxs X10 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitəni X3 alması barədə istintaqa əvvəllər verdiyi ifadəsindən imtina etmişdir (cild 1, iş vərəqi 221-222). İşdə olan şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 30.06.2021-ci il tarixli qərardan görünür ki, aparılmış ibtidai istintaq zamanı qeyd edilən cinayətin törədilməsində X6 iştirakı sübuta yetirilmədiyindən o, 30 iyun 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin MSY-dən azad edilmiş və şübhəli şəxs qismində iştirakına xitam verilmişdir (cild 1, iş vərəqi 223). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16.07.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, təqsirləndirilən şəxsə qarşı polis bölməsində heç bir təzyiq edilmədiyini, sonuncunun barəsində tutulandan sonra polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildiyini və azadlıqda olarkən döyülməsi barədə heç bir şikayət etmədiyini və yalan danışdığını bildirmişdir (cild 2, iş vərəqi 12-13). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16.07.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, polis əməkdaşı olan Şahid4 oğu ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid4 oğu ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, təqsirləndirilən şəxsin üzərinə polis bölməsində narkotik vasitə və tərəzi qoyulmadığını, həmin əşyaların Təqsirləndirilən şəxs üzərindən aşkar edildiyini bildirmişdir (cild 2, iş vərəqi 14-15). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16.07.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, polis əməkdaşı olan Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid1 oğu ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, təqsirləndirilən şəxsə heç bir xəsarət yetirmədiyini, sonuncunun üzərindən 3 büküm narkotik vasitə və tərəzi aşkar olunduğunu Təqsirləndirilən şəxs yalan ifadə verdiyini bildirmişdir (cild 2, iş vərəqi 16-17). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16.07.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, polis əməkdaşı olan Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid2 oğu ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, təqsirləndirilən şəxsə heç bir xəsarət yetirmədiyini, sonuncunun üzərindən 3 büküm narkotik vasitə və tərəzi aşkar olunduğunu, Təqsirləndirilən şəxs yalan ifadə verdiyini bildirmişdir (cild 2, iş vərəqi 18-19). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26.07.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid X16 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı şahid X16 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu, onun bir ilə yaxın müddətdir ki, narkotik vasitə heroinin satışı ilə məşğul olduğunu, özünün Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün 3-4 dəfə heroin aldığını, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının ortalarında ona 2 qram heroin satdığını Təqsirləndirilən şəxs üzünə demiş, Təqsirləndirilən şəxs 2 qram narkotik vasitəni X11 şəxsi istifadəsi üçün pay kimi verdiyini etiraf etmişdir (cild 2, iş vərəqi 38-39). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11.10.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid X12 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı şahid X12 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, Təqsirləndirilən şəxs narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildiyini, 20 may 2021-ci il tarixdə bədənində ağrılar olduğu üçün Babəkə zəng edib görüşdüyünü, Babəkdən şəxsi istifadəsi üçün 60 manat pul müqabilində bir qram yarım heroin aldığını Təqsirləndirilən şəxs üzünə demiş, Təqsirləndirilən şəxs şahidin ifadəsini təsdiq etməyərək, əksinə özünün Kənan Ağayevdən dəfələrlə narkotik vasitə aldığını bildirmişdir (cild 2, iş vərəqi 234-236). İşdə olan Azərbaycan Respublikası DİN-nin Qaradağ RPİ-nin 11-ci PB-nin 15.06.2021-ci il tarixli 071-5231-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman aşkar edilmiş külli miqdarda narkotik vasitə olan heroinin mənbəyini müəyyən etmək məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri davam etdirilir. Gələcəkdə maraq doğuran hər hansısa bir hal aşkar olunarsa məlumat veriləcəkdir (cild 1, iş vərəqi 149). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin məktubundan və məktuba əlavədən görünür ki, Təqsirləndirilən şəxs adına ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-** mobil nömrələri rəsmiləşdirilmişdir (cild 1, iş vərəqi 240-241). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş elektron daşıyıcıya baxış keçirilməsi haqqında 13.07.2021-ci il tarixli protokol, disk və BKC/LGL-12483/21 nömrəli məktubun qoşmasından görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd elektron daşıyıcıya baxış keçirilmiş, diskdə olan fayllarda ***-***-**-** mobil telefon nömrəsi ilə edilən zənglər və eləcə də SMS yazışmaları öz əksini tapmışdır. Lakin, SMS yazışmaları istintaq əhəmiyyəti kəsb etməmişdir (cild 1, iş vərəqi 243-247). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş telefon danışıqları, sms yazışmaları və anket məlumatlarını özündə əks etdirən elektron daşıyıcıya baxış keçirilməsi haqqında 29.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə 05.01.2021-ci il tarixdə, saat 18:07-də “qəsəbədəyəm pulu birazdan zeng vuracam ver Anara başqa bəhanə gətirmə 700 manatı məni kimləsə saf salma sənida tanıdım gözəl tandım”, 07.01.2021-ci il tarixdə saat 22:41-də “Oları yola sal tek ol yoldayam sangacalda terezi sendə”, 10.01.2021-ci il tarixdə saat 22:28-də “Gör neynirsen yer elə verekde pul vermeliyem koki gelirem 45 den”, 12.01.2021-ci il tarixdə saat 03:05-də “Orda qalan yarını sabah adam var diyecəm ona verib 20 manatı alarsan oke bildin” məzmunlu sms mətnləri göndərilmişdir. Həmçinin ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 05.01.2021-ci il tarixdə, saat 18:10-da “Dunen geceni deyirsen aftor sennnen sonra gelib ikinciside ki pul yoxdu hardan verim senle iw gormemmiwem”, həmin tarixdə saat 18:15-də “Kecen Defe gece muradnan elinizde mal cixdin getdin ki dilimle dedim ki agriyiram surdun mawini getdim, mende deyim ki mende seni o gece tanidim besdi ayibdi”, 20.01.2021-ci il tarixdə saat 14:46-da “Salam neynedin Sen? Adam var Meni gozleyir nağdı”, həmin tarixdə saat 14:52-də “Pul vermeliyem evde qirgindi geceden”, həmin tarixdə saat 16:34-də “Qaqa 100 qr isteyen var ALLAHA AND olsun. İw budur ala mene, bir-bir, iki-iki iw deyil Hami bilir uje poxu cixacaq Vallah bir topa qehbe van”, həmin tarixdə saat 19:58-də “İstiyende var getir verim pulu duzeldim qaytarim, Allaha AND olsun mamamin wekeri esebden 500 e qalxib Allah goturmez bunu bir soz de mene Babek”, 21.01.2021-ci il tarixdə saat 00:15-də “Sadece eldarın maması AllahaAND olsun 5 defe gelib men ona narahatam Basqa hecne evdekilerde bilmirsen xestediler Direnibler qonwunun yaninda biabir eledin rewad”, 23.01.2021-ci il tarixdə saat 11:13-də “X40 evde gunde qirgindi o puldan otru, bilirsen ki islemirem iki xeste 3 usaq cemide 7 baw aileyik,niye bele edirsen? O weyleride bir yerde satmiwiq bilmirsen neciye ve kime vermiwik??”, həmin tarixdə saat 11:17-də “5 qalibe - 1 rufete- 1 yari men usaq dedim e 50 manat veren ona, 4 yarida axrincisi qalan 150manat getirib verdim e yurdda turalda ordaydi, cemi 12satdiq, qalan 2 yarinida ozimiz yedik opwide 15 idide, burda accotduq ne var Hamisi gozunun qabaginda olub. Qaqa ALLAHA AND olsun evden qirgindi basa dus”, həmin gün saat 11:21-də “Duzda ki-, qalibe 1 -, Anara, 1 yari uwaqa, 1 yarida ozimiz yedik turaldan bele İwe gedende verdik onlarda gozinin qabaginda olub, ordada hemin gun hesabladiq” məzmunlu sms mətnləri göndərilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə 07.01.2021-ci il tarixdə, saat 22:48-də “Catdım bavaryan qabağında dayanacag heckim olmasın” məzmunlu sms mətni göndərilmişdir. Həmçinin ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 07.01.2021-ci il tarixdə, saat 22:42-də “HE VAR TEREZİ YAXSİ ONDA MAWİNİ BAVARİYANİN BOYRUNDE SAXLATDİR QAPİDA SAXLAMA”, 21.01.2021-ci il tarixdə saat 12:32-də “menem resad dunen dediyim adam meni gozluyur acda tel”, 21.01.2021-ci il tarixdə, saat 16:28-də “qaqa saat 5 di uje, men yigmiram yigmiram sen niye zeng etmirsen ki gorum bunun evinde puldan otru qirgin idi axi. ELCANİN EKİZLERİN CANİ EVDE QİRGİNDİ bir sozde”, həmin tarixdə saat 18:35-də "qaqa mene qarwi uje cox hormetsizlik edirsen, xetrin menimcun ezizdi deyene ne deyirsen deyirem yaxsi, 3 gundu gelirem deyirsen yoxsan, deyirem mamamin wekeri esebden 530-500 idi bew defe mesaj yazdim bir deqe vaxt ayirib soruwmadin ki yoluna qoya bildin neynedin rewad, axi dedim cixilmaz veziyetdeyem”, 22.02.2021-ci il tarixdə saat 20:28-də “Emim ora gelir stolun ustunde hecne qoymuyun, acar ordadi qapini bagla acari divardan qoy, GeLİB sizi gormesin” məzmunlu sms mətnləri göndərilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə 10.01.2021-ci il tarixdə saat 18:09-da “Qaqa nolar teli ac pul var onu götür”, həmin gün 19:16-da “Qağa noldu sanqacaldan o qaqawda götür”, saat 19:20-də isə “Qağa telfonu acda nolar bir kelme de” məzmunlu sms mətnləri göndərilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə 12.05.2021-ci il tarixdə saat 11:17-də “X43 neynirsən nətərsən Namik neynir. Zəng edəcəm” məzmunlu sms mətni göndərilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə 13.05.2021-ci il tarixdə saat 21:27-də “Qaqam neynədin? Nətər edək Gəlim Mən nə edək 1000 Manat DA VAR”, həmin gün saat 23:18-də “Neynədin qaqam Elə bahadır çox Gör Neynirsən”, həmin gün saat 23:22də “Çox Gec olmasunda Qaqa düzələr”, 14.05.2021-ci il tarixdə saat 05:54-də “Qaqam belə niye X51 Bir birimizə X41 X49 wey Fikirləw GÖRƏK NOLUR”, həmin tarixdə saat 11:47-də “Salam qaqa neynirsən nətərsən NEÇƏ EDƏK MƏNİM İŞİMİ DÜZ QOŞDA MƏN HAZİRLAWİRAM BİRAZDAN ÇİXRAM GƏLİRƏM DÜZ QOW ELƏ QAQAM”, həmin gün saat 13:32-də “Qaqam mən gəlirəm oyana mənim işimi dizay qowağ qaqam”, həmin tarixdə saat 20:10-da “X17 Qalmayaqda Təbiyətide gör neynirsən GÖZDƏYREM”, 18.05.2021-ci il tarixdə saat 16:46-da “X33 sistem köcürəm kiwigildə Yanimdadır daniwa bilmirem Nolmuwdur Namiq O X47 Uşağ kimi X50 X21 O X52 weydir dedi X46 Eybi yoxdur X22 muğayet ol” məzmunlu sms mətnləri göndərilmişdir. Həmçinin ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 13.05.2021-ci il tarixdə, saat 23:20-də “Evr çatım danşaq”, 17.05.2021-ci il tarixdə saat 18:01-də “Qardawim sroçni iwim var elaqe saxla”, 18.05.2021-ci il tarixdə saat 13:34-də “Qardawim menen tez danw vacibdu xeyirdi”, həmin tarixdə saat 17:42-də “Qardqwm menen daniw senen çox yaxwi iwim var bele eleme rasimin sözinen allah da wahidi men yalan danwmram sene”, 20.05.2021-ci il tarixdə saat 13:08-də, 12:13-də, 13:58-də və 14:28-də “Babek bi ne hereketi gotir telfonu tez qardas isim var gelmisem” məzmunlu sms mətnləri göndərilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə 17.05.2021-ci il tarixdə saat 20:34-də “100 manatı X53 X32 Təciill Gözdəyrəm”, həmin gün saat 20:44-də “Son 100 manat Düzəlt lazımdır X38 Olda Nolar ki Belə Mənim s..... X39 Balaları hamsı Bilir düzdür”, 19.05.2021-ci il tarixdə saat 04:50-də “X28 Düzeldmedin” məzmunlu sms mətnləri göndərilmişdir. Həmçinin ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 10.05.2021-ci il tarixdə, saat 23:45-də “Qaqa cxram eve ne vaxt gelsen zeng vurarsan qurbanam.imkan olsa 2 dene kola mencin”, 11.05.2021-ci il tarixdə saat 00:35-də “Qaqa basuva donerem kola butov duzelmesede hec olmasa ozume biraz cekmeye qalmadi ozume vallah senw arxayinam.pul hazrdu”, həmçinin həmin tarixdə saat 01:02-də “Qaqa pati olsa yarida pati yolyarsanda”, həmin tarixdə saat 01:19-da “Qaqa mohkem salanla hamsi bir yerde calis kola 3 litir olsunda isdyen coxdu”, həmin tarixdə saat 18:50-də “Emi gelesen bu tereflere kola icmey isdyrem emele geler lazim olana dyimki olacaq axsama”, 12.05.2021-ci il tarixdə saat 22:41-də “Qaqa qurbanam gec gelersense cxim eve qalmsam binan qabaqinda”, 14.05.2021-ci il tarixdə saat 22:03-də “Qaqa mende ajdqdi kola cehetden ozumde aqryram gelceysen qaqa sene arxayin olum qaqa”, 15.05.2021-ci il tarixdə saat 16:20də “salam qaqa”, həmin tarixdə saat 22:04 də "qaqa imkan varsa dansaq”, 17.05.2021-ci il tarixdə saat 18:01-də “Emi pul azdi ustumde biraz var durmusam herekdtdeyem pulu toplyum xeber elyece aramizda 90 manat qalib”, həmin tarixdə saat 20:47-də “He bas usde vallah men kimese hecne demirem vallah”, həmin tarixdə saat 22:04-də “Qaqa hal hazrda 85 manatim var vacibdise indi kimnen desen yolyum. Heleki.hdcne isdyen yoxdu mene bir soz de”, 19.05.2021-ci il tarixdə saat 05:09-da “He yasayram bilmirem kimdrdise axtaran yoxdu meni 1 dene 7 manatdiq yola salmsam.yeqin bu axsam.axtaran olar”, 21.05.2021-ci il tarixdə saat 00:26-da “Qaqa buralardasansa mene kola vererdinde 3 dene tez lazimdi”, həmin tarixdə saat 08:05-də “Qaqa yatmaq isdyrem gelmyesense yatim” məzmunlu sms mətnləri göndərilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə 19.05.2021-ci il tarixdə saat 03:20-də “X44 İdi X4 Telfon Nömrəsini tez at”, həmin tarixdə saat 04:47-də “X48 dir! X45 Neca edmak olar”, həmin tarixdə saat 04:51-də “Hə dedim Görüm”, 21.05.2021-ci il tarixdə “X42 X23 Sənin yanına” məzmunlu sms mətnləri göndərilmişdir. Həmçinin ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 14.05.2021-ci il tarixdə saat 13:13-də “Salam qaqa qəsəbəyə gələndə yurdun acarin verersen qapilar aciq qalib”, 15.05.2021-ci il tarixdə saat 03:41-də “***-***-**-**”, həmin tarixdə saat 04:49-da “Ceyhuna dedin?”, həmin tarixdə saat 05:03–də “Xəbər edərəm adam var yatib indi qalxsin gorum na deyir 23 dən” məzmunlu sms mətnlər və mobil telefon nömrəsi göndərilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə 19.05.2021-ci il tarixdə saat 06:17-də “X34 Sən de X24 25 dən Ver Getsin” sms mətni göndərilmişdir. Bundan başqa qeyd edilən elektron daşıyıcıya baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən İİR-sı mobil operatorlarına məxsus **********37 mobil telefon nömrəsinə 19.01.2021-ci il tarixdə, saat 12:08-da “Qardaşım işıqlar sönüb aparat işləmir gedirəm şəhərə Bakıya çalışaram tez olsun Qardaşım ok” sms mətni göndərilmişdir. Eləcə də İİR-sı mobil operatorlarına məxsus **********37 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 18.01.2021-ci il tarixdə saat 18:37-də “Vatsapda cavab ver mənə”, həmin tarixdə ayrı-ayrı saatlarda, eləcə də 19.01.2021-ci il tarixdə ayrı-ayrı saatlarda, 20.01.2021-ci il tarixdə ayrı-ayrı saatlarda, 21.01.2021-ci tarixdə, 23.01.2021 ci il tarixdə, 24.01.2021-ci il tarixdə ayrı-ayrı saatlarda eyni məzmunlu, yəni “İşim var zəng elə tez” məzmunlu sms mətnlari göndərilmişdir (cild 2, iş vərəqi 41-87). İşdə olan "xxxx" MMC-nin 17.08.2021-ci il tarixli məktubundan görünür ki, 50-804-56- 26 və 50-430-06-61 saylı nömrələrin 01.07.2021-12.08.2021-ci il tarixində **********86790 və **********54330 İMEİ kodlu cihazlarda istifadəsi qeydə alınmışdır. **********86790 **********54330 İMEİ kodlu cihazın sonuncu dəfə 13.08.2021 17.08.2020-ci il tarixində “Azercell” şəbəkəsində 50-804-56-26 və 50-430-06-61 saylı nömrədə istifadəsi aşkar edilmişdir. 50-357-64-53 50-714-00-58 saylı nömrənin 01.07.2021-12.08.2021-ci il tarixlərində “Azercell” şəbəkəsində istifadəsi aşkar edilməmişdir. Bu səbəbdən həmin müddətdə nömrəylə istifadə olunan cihazın İMEİ kodunu müəyyən etmək mümkün olmamışdır. **********00150 İMEİ kodlu cihazların hal-hazırdakı istifadəsinin araşdırılması texniki cəhətdan mümkün deyildir (cild 2, iş vərəqi 182). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25.06.2021-ci il tarixli, 2079 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 232-233). İşdə olan cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 12.10.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etmə mənbəyi barədə, o cümlədən “Aftor” adlı şəxsin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3 cü maddəsi ilə başqa cinayət işi icraata ayrılmışdır (cild 2, iş vərəqi 265-267). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 09.06.2021-ci il tarixli məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir (cid 1, iş vərəqi 133). İşdə olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 156 saylı Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi 09.06.2021-ci il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə özünü sakit bir sakin kimi aparmış, barəsində MKİS-ə heç bir şikayət daxil olmamaışdır (cild 1, iş vərəqi 162-164). İşdə olan nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Bəkirov Təqsirləndirilən şəxs Vüsalə Teyyub qızı ilə 14.04.2008-ci il tarixdə nikaha daxil olmuş və nikahdan 13.05.2009-cu il tarixli X18, 29.09.2010-cu il təvəllüdlü X19 və 25.04.2013-cü il təvəllüdlü X14 adlı üç azyaşlı övladları vardır (cild 1, iş vərəqi 165-168). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün alması, polis əməkdaşının hədə-qorxusu altında və döyülməsi nəticəsində üç büküm narkotik vasitəni məcbur olub boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, habelə ayrı-ayrı bükümlərə bükülməsi hallarını, habelə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 30.06.2021-ci il tarixli tələbnaməsindən və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03.07.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilmiş, cəza şərti hesab edilmiş və 22.01.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır (cild 1, iş vərəqi 123- 12; cild 2, iş vərəqi 22-26). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda onların məhkumluğu ödənilmiş hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd edilən səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 01 iyun 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, 03 iyun 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həbsdən azad olunmuş, qətimkan tədbirinin şərtlərini pozduğuna görə onun tutulması və axtarış elan olunması qərara alınmış, 14 iyun 2021-ci il tarixdə tutulmuş, 16 iyun 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 iyun 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 25, 98-102, 143-148, 156-161; cild 2, iş vərəqi 211-214). Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, birinci dəfə tutlduğu 2 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və cəzaçəkmə müddətinin əvvəli onun 14 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 36,783 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi məhv edilməlidir. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 109,90 (yüz doqquz manat 90 qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanılması yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 36,783 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-284/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-284/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver