Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-284/2023 10.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 15:25-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə iradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik Ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, AX.M.Əbdülkərim küçəsi ev 59-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X10 408 saylı ünvanda fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayının ortalarında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X10 408 saylı bağ evinin həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan cəmi 731 ədəd-külli miqdarda, narkotik təbiətli çətənə (kannabis) bitkilərini torpaqda qanunsuz olaraq əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, 05 mart 2022-ci il tarixdə saat 16 radələrində Sabunçu RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin 731 ədəd, ümumi ölçüləri 10sm-35sm, yaş vəziyyətdə ümumi təmiz çəkisi 930 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, X10 408 saylı bağ evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, təxminən 20 ildir ki, narkotik vasitədən istifadə edir. Narkotik vasitələri tanımadığı şəxslərdən almış, tarix dəqiq yadında olmasa da 2021-ci ilin yay aylarında Qəbələ rayonuna gəzmək üçün getmiş, həmin zaman Qəbələ rayonunda dağlıq ərazilərdə gəzərkən yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisi olduğunu görmüşdür. Bundan sonra həmin bitkinin yarpaqlarından özü İstifadə etmək məqsədilə yığmış, eyni zamanda toxumlarından da gələcəkdə özü üçün əkib becərmək məqsədilə yığıb özündə saxlamış, həmin bitkinin yarpaqlarını qurudub özü istifadə etmiş, toxumlarını isə həyətyanı sahəsində bir ədəd xırda bankanın içərisində torpağa basdırıb saxlamışdır. Hadisədən təxminən 15-20 gün əvvəl, yəni 2022-ci ilin fevral ayının ortalarında yaşadığı evin həyətyanı sahəsində meyvə ağaclarının arasında həmin toxumları əkmiş, bundan sonra mütəmadi olaraq suvarıb becərmişdir. Torpaq sahəsini atası ona və qardaşına bağışlamış, həmin torpaq sahəsində qardaşı Şıxəli və özü ayrı-ayrı fərdi yaşayış evləri tikmiş, həyətyanı sahələrinin arasında daş hasar vardır. Həmin ünvandakı fərdi yaşayış evində o, özü çox vaxt tək qalmış, həyat yoldaşı və uşaqları kənddə yaşamışlar. Hadisədən bir neçə gün əvvəl atası yaşadığı evə gəlib ona baş çəkəcəyini, həmçinin bağ sahəsindəki meyvə ağaclarına baxacağını bildirmişdir. O da atasından qorxduğu üçün hadisədən təxminən iki gün əvvəl həyətyanı sahəsində meyvə ağaclarının arasında əkib becərdiyi narkotik tərkibli çətənə bitkilərini köklərindən çıxarıb evin sağ yan hissəsində yerləşən lazımsız əşyaların saxlanc yeri kimi düzəlmiş yerdə plastik qabın içərisinə qoymuşdur. 05 mart 2022-ci il tarixdə təxminən saat 16 radələrində yaşadığı evdə olan zaman atası Hacıağa da yaşadığı evdə olmuş, bu zaman həyət qapısı döyülmüş, qapını açdıqda polis əməkdaşları olduğunu görmüşdür. Polis əməkdaşları ona narkotik vasitələri qanunsuz olaraq istifadə etməkdə, saxlamaqda və yaşadığı evin həyətyanı sahəsində əkib becərməkdə şübhəli olduğunu bildirmiş, buna görə də həyətyanı sahəyə baxış keçirəcəklərini demişlər. O da onlara etiraz etməmiş, eyni zamanda həyətyanı sahəsində müdafiəçinin iştirakı olmadan baxış keçirilməsinə hər hansı bir etirazı olmaması barədə ərizədə yazmışdır. Bundan sonra həyətyanı sahəsində polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı evinin sağ tərəfində lazımsız əşyaların tullantısı kimi istifadə olunan saxlanc yerindən plastik qabın içərisindən yuxarıda qeyd etdiyi kimi əkib becərdiyi, iki gün əvvəl köklərindən çıxardığı cəmi 731 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Həmin bitkilər polis əməkdaşları tərəfindən bir ədəd karton qutuya qablaşdırılmış, üzərinə möhür vurulmuş və özü də üzərinə imza etmişdir. Həyətyanı sahəsindən başqa hər hansı bir iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar olunmamışdır. Baxış zamanı videoçəkilişdən istifadə olunmuş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, həmin protokol onun və digər iştirakçılar tərəfindən imza olunmuşdur. Evin həyətyanı sahəsində arxa hissədə toyuq hininin yanında üstü şəffaf sellofanla örtülmüş və içərisində kustar üsulla soba düzəldilmiş tikilinin içərisində hər hansı bir bitki əkməmiş, əkdiyi narkotik tərkibli bitkiləri yuxarıda qeyd etdiyi kimi iki gün əvvəl çıxarmışdır. Həmin narkotik tərkibli bitkiləri özü istifadə etmək məqsədilə əkib becərmiş, əkib becərməyini heç kəs görməmiş, qeyd etdiyi kimi ailə üzvləri də ondan ayrı kənddə yaşamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. X8 rayonu, Maştağa qəsəbəsi, X10 408 saylı ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Oğlu Zeynalabdinin yaşadığı ev onun yaşadığı evin yaxınlığında yerləşir. Həmin ünvan ona məxsus olsa da, həmin evi oğlanları Zeynalabdinə və Şıxəliyə vermiş, həmin ünvanda oğlanları Zeynalabdin və Şıxəli ayrı-ayrı fərdi yaşayış evlərində yaşayır və həyətyanı sahələrinin arasında hündür hasar vardır. 05 mart 2022-ci il tarixdə təxminən saat 16 radələrinda oğlu Zeynalabdinə baş çəkmək məqsədilə onun yaşadığı evdə olmuş, həmin vaxtı həyət qapısı döyülmüş, qapını Zeynalabdin açdıqda polis əməkdaşlarının gəldiyini görmüşlər. Polis əməkdaşları oğlu Zeynalabdinə qanunsuz olaraq narkotik vasitələrin istifadə olunmasında, saxlanmasında və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib becərməkdə şübhəli olduğunu, buna görə də, yaşadığı evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişlər. Həmin zaman oğlu Zeynalabdin və özü həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etməmiş, həmçinin Zeynalabdin müdafiəçinin iştirakı olmadan həyətyanı sahəyə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə də yazmışdır. Bundan sonra polis əməkdaşları oğlu Zeynalabdinin və bir nəfər aqronomun iştirakları ilə Zeynalabdinin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmiş, baxış zamanı həyətyanı sahənin giriş hissəsi ilə üzbə-üz yerləşən bir mərtəbəli fərdi yaşayış evinin sağ yan hissəsində olan, lazımsız əşyaların saxlanc yeri kimi istifadə olunan tikilidə plastik qabın içərisindən topa halda bir neçə ədəd yaşıl rəngli bitkilər aşkar olunmuşdur. Bundan başqa polis əməkdaşları fərdi yaşayış evinin arxa hissəsində yerləşən toyuq hininin yanında düzəldilmiş istixananın içərisində əkilmiş vəziyyətdə olan bir neçə ədəd eyni ilə yaşıl rəngli bitkilər aşkar edib götürmüşlər. Zeynalabdin aşkar edilmiş bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və özü istifadə etmək məqsədilə əkib becərdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin bitkilər bir ədəd karton qutuya qablaşdırılaraq götürülmüşdür. O, yaşlı olduğu üçün bir təhər hərdən oğlunu görmək üçün onun yaşadığı evinə getmiş, onun həyətyanı sahəsində qeyd olunan bitkiləri əkib becərməsini görməmiş və bu barədə hər hansı bir məlumatı olmamışdır. Oğlu Zeynalabdinin narkotik vasitələrdən istifadə etməsini eşitmiş, lakin heç bir vaxt narkotik vasitəni istifadə etməsini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 05 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və narkotik tərkibli bitkiləri əkib becərməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin tarixdə tərəfindən Sabunçu RPİ-nin rəhbərliyinə raportla məruzə olunmuş, eyni zamanda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 05 mart 2022-ci il tarixdə saat 16 radələrində özü, Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, Sabunçu RPİ-nin CAŞ üzrə kiçik inspektoru, polis serjantı Şahid5 və aqronom mütəxəssis X2 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X10 408 saylı ünvana baxış keçirmək üçün həmin ünvanda həyətə giriş qapısı döyülmüşdür. Həmin vaxtı Təqsirləndirilən şəxs həyət qapısından küçəyə çıxaraq həmin ünvanda yaşadığını, həmin vaxtı onun atası Şahid2 da həyət qapısından küçəyə çıxaraq həmin ünvanın ona məxsus olduğunu, lakin həmin ünvanda oğlu Zeynalabdinin yaşadığını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlaması və evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib becərməsi barədə məlumat olduğunu, buna görə də yaşadığı ünvana baxış keçiriləcəyi bildirildikdə sonuncu və atası Şahid2 qeyd olunan ünvana müdafiəçinin iştirakı olmadan baxış keçirilməsinə etirazları olmadığını bildirmiş və bu barədə ərizə ilə müraciət etmişlər. Bundan sonra yuxarıda adları qeyd olunan şəxslərin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməyə başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik təbiətli çətənə bitkiləri əkib becərdiyini və iki gün əvvəl çıxardığını bildirərək, yaşadığı ünvanda həyətyanı sahəsinin giriş hissəsi ilə üzbəüz yerləşən bir mərtəbəli fərdi yaşayış evinin sağ yan hissəsində olan lazımsız əşyaların saxlanc yeri kimi istifadə olunan saxlanc yerində divarın yanında gizlədilmiş vəziyyətdə qara rəngli plastik qabın içərisində topa halda narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkiləri təqdim etmişdir. Bundan sonra həyat yanı sahəyə baxış zamanı evin arxa hissəsində toyuq hininin yanında üstü şəffaf sellofanla örtülmüş və içərisində qaz sobası olan istixana kimi düzəldilmiş yerdən torpağa əkilmiş vəziyyətdə 12 ədəd narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkilər aşkar edilərək kökü ilə birlikdə çıxarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı bir mərtəbəli fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı qeyd olunan evdən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş cəmi 731 ədəd narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkilər bir ədəd karton qutuya qablaşdırılaraq, möhürlənib götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin CAŞ üzrə kiçik inspektoru Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və narkotik tərkibli bitkiləri əkib becərməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin tarixdə Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən Sabunçu RPİ-nin rəhbərliyinə raportla məruzə edilmiş, eyni zamanda əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 05 mart 2022-ci il tarixdə saat 16 radələrində özü, Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, o, və aqronom mütəxəssis X2 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X10 408 saylı ünvana baxış keçirmək üçün həmin ünvanda həyətə giriş qapısı döyülmüş, Təqsirləndirilən şəxs həyət qapısından küçəyə çıxaraq həmin ünvanda yaşadığını, həmçinin atası Şahid2 da həyət qapısına küçəyə çıxaraq həmin ünvanın ona məxsus olduğunu, lakin həmin ünvanda oğlu Zeynalabdinin yaşadığını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlaması və evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib becərməsi barədə məlumat olduğunu, buna görə də yaşadığı ünvana baxış keçiriləcəyi bildirildikdə sonuncu və atası Şahid2 qeyd olunan ünvana müdafiəçinin iştirakı olmadan baxış keçirilməsinə etirazları olmadığını bildirmiş və bu barədə ərizə ilə müraciət etmişlər. Bundan sonra yuxarıda adları qeyd olunan şəxslərin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməyə başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik təbiətli çətənə bitkiləri əkib becərdiyini və iki gün əvvəl çıxardığını bildirərək, yaşadığı ünvanda həyətyanı sahəsinin giriş hissəsi ilə üzbəüz yerləşən bir mərtəbəli fərdi yaşayış evinin sağ yan hissəsində olan lazımsız əşyaların saxlanc yeri kimi istifadə olunan saxlanc yerində divarın yanında gizlədilmiş vəziyyətdə qara rəngli plastik qabın içərisində topa halda narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkiləri təqdim etmişdir. Bundan sonra həyətyanı sahəyə baxış zamanı evin arxa hissəsində toyuq hininin yanında üstü şəffaf sellofanla örtülmüş və içərisində qaz sobası olan istixana kimi düzəldilmiş yerdən torpağa əkilmiş vəziyyətdə 12 ədəd narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkilər aşkar edilərək kökü ilə birlikdə çıxarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı bir mərtəbəli fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı qeyd olunan evdən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş cəmi 731 ədəd narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkilər bir ədəd karton qutuya qablaşdırılıb möhürlənib götürülmüşdür. Mütəxəssis qeyd etdi ki, aşkar edilmiş cəmi 731 ədəd narkotik təbiətli çətənə bitkilərinin əksəriyyəti istifadəyə yararlıdır. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid4 da eyni məzmunlu ifadə verərək Şahid3 və Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı evə gələrkən küçədə qardaşı Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında polis əməkdaşlarının olduğunu və qardaşı Zeynalabdinin polis əməkdaşlarının avtomobilinə əyləşdirildiyini görmüş, belə ki, yuxarıda qeyd etdiyi ünvanda yerləşən torpaq sahəsində qardaşı və özü ayrı-ayrı fərdi yaşayış evləri tikdirmişlər. Hər ikisinin də həyətyanı sahələrinin arasında daş hasar vardır. Həyətyanı sahələrinə giriş qapıları da ayrı-ayrıdır. Həmin zaman polis əməkdaşlarından bu barədə maraqlandıqda polis əməkdaşları bildirmişlər ki, Zeynalabdinin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədən bir neçə ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilər aşkar olunaraq götürülmüşdür. Yuxarıda da qeyd etdiyi kimi qardaşı Zeynalabdinlə özünün yaşadığı ünvan eyni olsa da, həyətyanı sahələrinin arasında daş hasar vardır və fərdi yaşayış evləri də ayrıdır. Zeynalabdinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib becərməsindən hər hansı bir məlumatı olmayıbdır və aşkar edilmiş həmin narkotik tərkibli bitkilərin ona heç bir aidiyyəti yoxdur. Heç bir vaxt narkotik vasitələrdən istifadə etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/222 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı ...” yazısı və imzalar olan bir ədəd karton qutudakı 731 ədəd ölçüləri 10sm-35sm yaş vəziyyətdə ümumi çəkisi 930 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. (iş vərəqə 88-91) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 X11-narkoloji X5 xx.xx.2022-ci il tarixli 1503 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 195-196) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilmə və götürmə haqqında” və xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi barədə” protokollardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda həyətyanı sahəyə baxış zamanı sonuncu həyətyanı sahəsinin giriş hissəsi ilə üzbəüz yerləşən bir mərtəbəli fərdi yaşayış evinin sağ yan hissəsində olan lazımsız əşyaların saxlanc yeri kimi istifadə olunan saxlanc yerində divarın yanında gizlədilmiş vəziyyətdə qara rəngli plastik qabın içərisində topa halda narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkiləri təqdim edir. Bundan sonra həyətyanı sahəyə baxış zamanı evin arxa hissəsində toyuq hininin yanında üstü şəffaf sellofanla örtülmüş və içərisində qaz sobası olan istixana kimi düzəldilmiş yerdən torpağa əkilmiş vəziyyətdə 12 ədəd narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkilər aşkar edilərək kökü ilə birlikdə çıxarılıb götürülür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı bir mərtəbəli fərdi yaşayış evinə baxış keçirilir, baxış zamanı qeyd olunan evdən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilmir. (iş vərəqə 18-19, 98) İş materiallarında olan mütəxəssis Nofəl Mustafayev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, xx.xx.2022-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X10 408 saylı bağ evində mənə təqdim edilmiş narkotik tərkibli bitkilər sayılan zaman (0.35 sm ölçüdə 8 ədəd, 0.25 sm ölçüdə 47 ədəd, 0.20 sm ölçüdə 446 ədəd, 0.10 sm ölçüdə 230 ədəd olan) ümumilikdə 731 ədəd çətənə bitkilərinə bənzər kökləri və yarpaqları narkotik xassəli bitki növü olan çətənə bitkisidir. Onlar aqrotexniki qulluq olunmaqla kultivasiya edilmişdir. (iş vərəqə 20) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. (iş vərəqə 79-80) İş materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş cəmi 731 ədəd narkotik təbiətli çətənə bitkiləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (iş vərəqə 209-214) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təsvir edilmiş cinayət əməllini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə atasından qorxduğu üçün həyətyanı sahəsində meyvə ağaclarının arasında əkib becərdiyi narkotik tərkibli çətənə bitkilərini köklərindən çıxarıb evin sağ yan hissəsində yerləşən lazımsız əşyaların saxlanc yeri kimi düzəlmiş yerdə plastik qabın içərisinə qoyması və narkotik vasitələri şəxsi istifadəsi üçün kultivasiya etməsi və saxlaması ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs həm yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik vasitələrin miqdarı, həm də kultivasiya edilmiş kolların və şitillərin sayı, ekspert rəyləri, mütəxəssis rəyi, şahid ifadələri və iş materiallarında olan digər mötəbər sübutlar onun narkotik vasitələri kultivasiya etməsini və saxlamasını tam təsdiq edir. Məhkəmənin fikrincə məhkəmə baxışı zamanı tədqiq edilən sübutlar işin faktiki hallarına uyğundur, onların mötəbərliyi şübhə doğurmur və həmin sübutlar Təqsirləndirilən şəxs təqsirli olduğunu sübut edir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə növü tərkibində narkotik maddələr olan bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən torpaq sahəsində qanunsuz olaraq əkilib yetişdirməklə külli miqdarda ümumilikdə əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini kultivasiya etmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X10 408 saylı bağ evinin həyətyanı sahəsindən aşkar edilmiş 731 ədəd, ümumi ölçüləri 10sm-35sm, yaş vəziyyətdə ümumi təmiz çəkisi 930 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.11, 181.3.3, 326.1-ci maddələri ilə təqsirli bilinərək, 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 il 10 ay 14 gününü şərti azad edilmiş və Sabunçu Rİ və PŞ-nin N 1674-89 saylı arayışına əsasən vaxtından əvvəl şərti azad etmə müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. (iş vərəqə 164-166) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsində göstərilmişdir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin xüsusilə təhlükəli residivi yaranır. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusilə təhlükəli residivi halı müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3-cü maddəsinə əsasən cinayətlərin xüsusilə təhlükəli residivi halı müəyyən edildiyindən ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında, yəni onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən az olmamaqla təyin edilməlidir. İş materiallarında olan 707752 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X3 adlı bir azyaşlı övladı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X6 haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci dərəcə əlildir. (iş vərəqə 117-125) İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli 227 303 33092 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 2-ci qrup ümumi səbəbdən əlilliyə görə 180 (yüz səksən) AZN məbləğində sosial müavinət alır. (iş vərəqə 116) Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, himayəsində 1 azyaşlı uşağının olmasını, 2-ci qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi, CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin xüsusilə təhlükəli residivi halını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 68-69, 139-140) İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1725/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlməkdən boyun qaçırdığı üçün, onun barəsində axtarış elan edilərək, “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan və xx.xx.2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Kərimov X1 RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saxlanılaraq, xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 09 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzalarını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 1503 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 78 (yetmiş səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş cəmi 731 ədəd narkotik təbiətli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD formatlı disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs müvəqqəti saxlanma yerində saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 05 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 731 ədəd narkotik təbiətli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD formatlı disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri- ekspertiza xərcinin dəyərini təşkil edən 78 (yetmiş səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: imza: Əhməd Quliyev hakimlər: imza: Azər Paşayev imza: İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-284/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-284/2023
10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver