Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-284/2024 09.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X27 və X10 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Ağdam rayonu, Əlimədədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Ağdam rayonu, Əlimədədli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, eləcə də qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısına daxil edilən ümumi təmiz çəkisi 5,327 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, habelə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində əlavə və dəyişiklik edilməmiş, istifadəyə yararlı, ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silahı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 19:30-da ünvan 2 ünvanında yerləşən “Badam” çay evinin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən DİN-in BMCMİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 5,327 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə, eləcə də qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silah əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, ittiham aktında qeyd olunanların ona heç bir aidiyyəti yoxdur. Onun narkotik vasitələrə heç bir aidiyyəti olmamışdır. “Badam” çay evinin qarşısında olarkən deyil, başqa 10 nəfər şəxslə birlikdə “Badam” çay evində olarkən saxlanılmışdır. “Badam” çay evində olarkən BMCMİ-nin əməkdaşları oraya daxil olmuş və onlara əllərini stolun üstünə qoymalarını əmr etmişlər. Həmin çay evində üzərində olan bıçaq, telefon, pul, boyunbağı və qolbağı təqdim etmiş, həmin vaxt üzərində narkotik vasitə olmamışdır. BMCMİ-də olarkən həmin bölmənin əməkdaşları tərəfindən edilən təzyiq nəticəsində narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. BMCMİ-ə getdikdən sonra digər 10 nəfərdən 4-ü azad edilmişdir. Ona əvvəlcə etiraf etməsi üçün 02 ədəd bükümdə narkotik vasitə təklif edilmiş, buna narazılığını bildirdikdən sonra 05 qram miqdarda narkotik vasitə təqdim edilmişdir. Baş İdarədə olarkən üzərindən aşkar edilmiş bıçağı bazarda işlədiyi üçün üzərində gəzdirmişdir. Həmin bıçağı saxlamağın cinayət məsuliyyətinə səbəb olduğunu bilməmişdir. BMCMİ-ə 19:30 radələrində aparılmışdır. Üzərindən aşkar edilmiş bıçaq ona qaytarılsa da, üzərindən aşkar edilmiş qolbaq, boyunbağı və 500 manat qaytarılmamışdır. Daha sonra onların hər birinə, 05 qram miqdarda narkotik vasitə təqdim edilmiş və onlar həmin narkotik vasitələri videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı etiraf etmişlər. İbtidai istintaq zamanı ifadə verməmiş, hazır sənədlərə qol çəkmişdir. Müstəntiq ona CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini demişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən özünü təqsirli bilmişdir. Özünü təqsirli bildirəcəyini demədiyi halda polislər onu əlavə 2 kiloqram narkotik vasitə ilə yükləyəcəkləri ilə təhdid etmişlər. Ona qarşı edilən təzyiqlər barədə müdafiəçisinə və məhkəməyə məlumat verməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, evlidir, 03 azyaşlı övladı vardır, əvvəllər məhkum olunmamışdır, fərdi əməklə məşğuldur. Təxminən 10 gündür narkotik vasitə olan heroindən burnuna çəkməklə Bakı şəhərində müxtəlif ünvanlardan tanımadığı şəxslərdən alıb istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı evin giriş hissəsində yerdə bir ədəd bükümün olduğunu görmüş, bükümü açdıqda oradan narkotik vasitə heroin olmasının şahidi olmuş, həmin maddəni istifadə etmək üçün üzərində saxlamışdır. Həmin tarixdə tanışları ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Badam” çay evində görüşmək qərarına gəlmişlər, həmin gün təxminən 18 radələrində o, Emil Həsənov, Yusif Məhərrəmov, Tural Hüseynov, Anar Həsənov, Vüsal Cəfərov, Rəşad Ələsgərli, Şahid12, Şahid13, Şahid14 və Şahid15la görüşüb çay içib söhbət etdikdən sonra saat 19:25 radələrində çay evindən çıxmışlar. Çay evindən çıxdıqdan sonra bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuş, hər biri özlərini təqdim etmişlər. Bu zaman həmin şəxslər özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını deyərək onun, Emil Həsənovun, Yusif Məhərrəmovun, Tural Hüseynovun, Anar Həsənovun, Vüsal Cəfərovun və Rəşad Ələsgərlinin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları və həmin maddələri üzərilərində saxlamaları barədə onlarda məlumat olduğunu deyərək onları Baş İdarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra tutulmalarının səbəbləri izah olunmaqla vəkillərin siyahısı təqdim edilmiş, onlar siyahıda olan istənilən vəkillər tərəfiindən hüquqlarının müdafiə etmələrinə etiraz etmədiklərini qeyd etmişlər. Bundan sonra vəkillər dəvət olunmuş və hər bizinə təqdim olunaraq onlara etirazlarının olubolmaması soruşulduqda etiraz etmədiklərini demişlər. Bundan sonra üzərilərinə şəxsi axtarış və baxış keçiriləcəyi və bu prosesdə videoçəkilişdən istifadə olunacağı izah edilmiş, onlarda etiraz etməmişlər. Videoçəkiliş başlanılan zaman ilkin olaraq Emil Həsənovun üzərinə şəxsi axtarış aparılmış, bu zaman təhqiqatçı ondan üzərində olan əşyalar barədə məlumat verməyini xahiş etmiş, sonuncu üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək əynindəki gödəkçənin sol yan cibindən bir ədəd bükümü, gödəkçənin sağ yan cibindən bıçağı, mobil telefonunu, pulunu, şəxsiyyət vəsiqəsini və cib dəsmalını təqdim etmişdir. Sorğu zamanı Emil Həsənov aşkar olunan bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğünu, onu yaşadığı evin yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, aşkar olunan bıçağı marağı olduğu üçün üzərində gəzdidiyini bildirmişdir. Büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, lakin digər əşyalar özünə qaytarılmışdır. Bundan sonra Yusif Məhərrəmovun üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmiş, sonuncu üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək gödəkçəsinin sol iç cibindən bir ədəd bıçağı, gödəkçəsinin sol yan cibindən bir ədəd bükümü, mobil telefonu və pulu təqdim edərək, sorğu zamanı aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı isə marağı olduğu üçün üzərində saxladığını demişdir. Büküm, bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon da götürülsə də, pullar özünə geri qaytarılmışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmiş, üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək şalvarının sağ yan cibindən bir ədəd bıçağı, əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd bükümü, mobil telefonları və pulunu təqdim etmişdir. Sorğu zamanı aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı da marağı olduğu üçün üzərində saxladığını demişdir. Büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon götürülsə də, pul özünə geri qaytarılmışdır. Bundan sonra Tural Hüseynovun üzərinə şəxsi axtarış başlanılmış, sonuncu üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümü, şalvarın sol yan cibindən bir ədəd bıçağı, mobil telefonu, açarı və pulunu təqdim etmişdir. Sorğu zamanı Tural Hüseynov aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı da marağı olduğu üçün üzərində saxladığını demiş, büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon götürülsə də, pul və açar özünə geri qaytarılmışdır. Bundan sonra Anar Həsənovun üzərinə şəxsi axtarış başlanılmış, sonuncu üzərində narkotik vasitə heroin olduğunu deyərək gödəkçəsinin sol yan cibindən bir ədəd bükümü, mobil telefonları və pulunu təqdim etmişdir. Sorğu zamanı Anar Həsənov aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, büküm qablaşdırılaraq götürülmüş, mobil telefon götürülsə də, pul özünə geri qaytarılmışdır. Bundan sonra Vüsal Cəfərovun üzərinə şəxsi axtarış başlanılmış, sonuncu üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək şalvarının sol arxa cibindən bir ədəd bıçağı, həmin cibindən bir ədəd bükümü, mobil telefonları və pulunu təqdim etmişdir. Sorğu zamanı aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı da marağı olduğu üçün üzərində saxladığını bildirmişdir. Büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon götürülsə də, pul özünə geri qaytarılmışdır. Bundan sonra Rəşad Ələsgərlinin üzərinə şəxsi axtarış başlanılmış, sonuncu üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümü, gödəkçənin sol iç cibindən bir ədəd bıçağı, mobil telefonu, pulu, sürücülük vəsiqəsini və açarı təqdim etmişdir. Sorğu zamanı Rəşad Ələsgərli aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı da marağı olduğu üçün üzərində saxladığını demiş, büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon və sürücülük vəsiqəsi götürülsə də, pul və açar özünə geri qaytarılmışdır. Bundan sonra Şahid12, Şahid13, Şahid14 və Şahid15 hər birinin üzərinə baxış keçirilmiş, lakin heç birinin üzərindən qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra bu videoçəkiliş dayandırılıb protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və düzgün yazıldığı üçün hər bir iştirakşı tərəfindən imzalanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması, eləcə də qanunsuz olaraq soyuq silah əldə etməsi və gəzdirməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi ilə əlaqədar tanımışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir qrup şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və 18:00-19:00 radələrində Xətai rayonunda yerləşən “Badam” çay evinin yanına getmişlər. “Badam” çay evinin qarşısında əməliyyat məlumatında adları qeyd edilmiş şəxslərə yaxınlaşaraq özlərini təqdim edərək Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə təhqiqatçı tərəfindən müdafiəçilərin iştirakı ilə onların hər birinin üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə olan heroin və bir ədəd bıçaq aşkar edilmişdir. Saxlanılan zaman hadisə yerində saxlanılan şəxslərin üzərində axtarış aparmamışlar. Saxlanılan şəxsləri xidməti avtomobillərində gətirmişlər. Avtomobildə olan zaman həmin şəxslərin qolları açıq olmuş, sağ və solda polis əməkdaşları əyləşmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixoloji təzyiq edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi ilə əlaqədar tanımışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir qrup şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və 17 noyabr 2022-ci il tarixdə 19:00-20:00 radələrində Xətai rayonunda yerləşən “Badam” çay evinin yanına getmişlər. “Badam” çay evinin qarşısında əməliyyat məlumatında adları qeyd edilmiş şəxslərə yaxınlaşaraq özlərini təqdim edərək Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə olan heroin və bir ədəd bıçaq aşkar edilmişdir. İdarədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün təhqiqatçı tərəfindən vəkil dəvət olunmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 17 noyabr 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs də daxil olduğu bir qrup şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları, eyni zamanda üzərlərində qanunsuz olaraq soyuq silah gəzdirmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və 17 noyabr 2022-ci il tarixdə 19:00 radələrində Xətai rayonunda yerləşən “Badam” çay evinin yanına getmişlər. Təqsirləndirilən şəxs saxlanılması tapşırığını rəhbərliyin əmrinə əsasən o vermişdir. “Badam” çay evinin qarşısında əməliyyat məlumatında adları qeyd edilmiş şəxslərə yaxınlaşaraq özlərini təqdim edərək Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə saxlanılan şəxslər üçün müdafiəçi dəvət edilmişdir. Arif onun üçün dəvət edilən vəkilə etirazının olmadığını bildirmişdir. Baş İdarədə videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə olan heroin və bir ədəd bıçaq aşkar edilmişdir. Videoçəkili o aparmışdır. Arif həmin narkotik vasitəni yaşadığı evin qarşısında tapdığını, istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, bıçağı isə bazardan aldığını bildirmişdir. Təqsirləndirilən şəxs və digər şəxslərə qarşı heç bir fiziki və psixi təsir edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 17 noyabr 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yeddi nəfər şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları, eyni zamanda üzərlərində qanunsuz olaraq soyuq silah gəzdirmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı 18:00-19:00 radələrində Xətai rayonu ərazisində keçirilən əməliyyat tədbiri ilə 7 nəfər şəxs və saxlanılan zaman yanlarında olan 4 nəfər, ümumilikdə 11 nəfər şəxs saxlanılaraq Baş İdarəyə aparılıb. Həmin şəxslərin Baş İdarəyə hansı avtomobillə aparılmalarını dəqiq xatırlamamışdır. Baş İdarədə saxlanılan şəxslər üçün müdafiəçi dəvət edilmişdir. Baş İdarədə videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə olan heroin və bir ədəd bıçaq aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şahid1 həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 17 noyabr 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkil Şahid2 bir qrup şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları, eyni zamanda üzərlərində qanunsuz olaraq soyuq silah gəzdirmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs də daxil olmaqla, ümumilikdə 11 nəfər şəxs 19:30 radələrində keçirilən əməliyyat tədbiri nəticəsində Xətai rayonu ərazisində yerləşən “Badam” çay evinin qarşısında saxlanılaraq Baş İdarəyə aparılmışlar. Onları idaəyə hansı avtomobillərlə apardıqlarını xatırlamasa da, həmin şəxslər polis əməkdaşlarına məxsus olan avtomobillə idarəyə aparılmışdır. Avtomobildə olan zaman saxlanılan şxslərin qollarına qandal vurulmamışdır. Tutulan şəxslərin hər birinin şəxsiyyəti barədə onda məlumat olmamışdır. əməliyyat qrupu rəhbərinin işarəsindən sonra həmin şəxslərin şübhəli şəxs oduğunu bilmişdir. Baş İdarədə videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə olan heroin və bir ədəd bıçaq aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini, bıçağı isə marağı olduğu üçün əldə etdiyini demişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar tanımışdır. 17 noyabr 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir qrup şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları, eyni zamanda üzərlərində qanunsuz olaraq soyuq silah gəzdirmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı keçirilən əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs də daxil olmaqla, ümumilikdə 11 nəfər şəxs Xətai rayonu ərazisində yerləşən “Badam” çay evinin qarşısında saxlanılaraq Baş İdarəyə aparılmışlar. Baş İdarədə videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə olan heroin və bir ədəd bıçaq aşkar edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar tanımışdır. 17 noyabr 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir qrup şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları, eyni zamanda üzərlərində qanunsuz olaraq soyuq silah gəzdirmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə həmin şəxslər Bakı şəhəri, Xətai rayonu, “Badam” cay evinin qarşısında saxlanılaraq Baş İdarəyə aparılmışlar. Onlar həmi əraziyə digər polis əməkdaşlarının avtomobilləri ilə getmişlər. Baş İdarədə videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə olan heroin və bir ədəd bıçaq aşkar edilmişdir. Arifin müstəntiq tərəfindən ilk dəfə nə vaxt dindirilməsini bilmir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar tanımışdır. 17 noyabr 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir qrup şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları, eyni zamanda üzərlərində qanunsuz olaraq soyuq silah gəzdirmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında Şahid2 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 18-19-da Xətai rayonu ərazisində yerləşən “Badam” çay evinin qarşısında keçirilən əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs də daxil olmaqla bir qrup şəxs saxlanılaraq Baş İdarəyə aparılmışdır. Onlar idarəyə gətirilərkən qollarına qandal vurulmamışdır. Saxlanılan şəxslər idarəyə gətirildikdən sonra xidməti otaqların birinə yerləşdirilmiş, və vəkil dəvət edilmişdir. olundular. Baş İdarədə videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə olan heroin və bir ədəd bıçaq aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Sonuncuya qarşı heç bir fiziki təzyiq etməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar tanımışdır. 17 noyabr 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir qrup şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları, eyni zamanda üzərlərində qanunsuz olaraq soyuq silah gəzdirmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında Şahid2 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə 18:00-19:00 radələrində Xətai rayonu ərazisində erləşən “Badam” çay evinin qarşısında keçirilən əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs də daxil olmaqla bir qrup şəxs saxlanılaraq Baş İdarəyə aparılmışdır. Həmin şəxslər idarəyə polis avtomobilləri ilə aparılmışdır. Avtomobildə əyləşən zaman saxlanılan şəxslərin qollarına qandal vurmamışlar. Baş İdarədə videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə olan heroin və bir ədəd bıçaq aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Saxlanılarkən Arifin üzərinə baxış keçirilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar tanımışdır. 17 noyabr 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir qrup şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları, eyni zamanda üzərlərində qanunsuz olaraq soyuq silah gəzdirmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında Şahid2 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə 18:00-19:00 radələrində Xətai rayonu ərazisində erləşən “Badam” çay evinin qarşısında keçirilən əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs də daxil olmaqla bir qrup şəxs saxlanılaraq Baş İdarəyə aparılmışdır. Baş İdarədə videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə olan heroin və bir ədəd bıçaq aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra həmin narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar tanımışdır. 17 noyabr 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir qrup şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları, eyni zamanda üzərlərində qanunsuz olaraq soyuq silah gəzdirmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə Xətai rayonu ərazisində yerləşən “Badam” çay evinin qarşısında keçirilən əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs də daxil olmaqla bir qrup şəxs saxlanılaraq Baş İdarəyə aparılmışdır. Həmin şəxslər idarəyə polis avtomoilləri ilə aparılmışdır. İdarədə həmin şəxslər üçün vəkil dəvət edilmişdir. Baş İdarədə videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə olan heroin və bir ədəd bıçaq aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Tutulan zaman Arifin üzərinə baxış keçirilməmişdir. Onun üzərinə şəxsi axtarış ilk dəfə idarədə olarkən keçirilmişdir. Şəxsi axtarışın saat neçədə keçirilməsini dəqiq xatırlamamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid11 Əlibala oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar tanımışdır. 17 noyabr 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir qrup şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları, eyni zamanda üzərlərində qanunsuz olaraq soyuq silah gəzdirmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında Şahid2 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 18-19-da radələrində Xətai rayonu ərazisində erləşən “Badam” çay evinin qarşısında keçirilən əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs də daxil olmaqla bir qrup şəxs saxlanılaraq Baş İdarəyə aparılmışdır. Saxlanılan şəxsləri xarici əlamətlərinə görə məlumatda göstərilmiş şəxsə oxşadıb yaxınlaşmışlar. Saxlanılan kimi şəxslərin üzərinə şəxsi axtarış keçirilməmişdir. Baş İdarədə videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə olan heroin və bir ədəd bıçaq aşkar edilmişdir. Şəxsi axtarışın saat neçədə keçirilməsini dəqiq xatırlamamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunu ilk dəfə onunla birlikdə saxlanılarkən görmüşdür. Həmkəndlisi və eyni zamanda qohumu olan Anar adlı şəxsin Rusiyaya gedəcəyini eşitmişdir. Bu səbəbdən tanışı Xəyalla birlikdə Anarla görüşmək üçün Xətai rayonunda yerləşən Badam çay evinə getmişlər. Çay evində olan zaman polis əməkdaşları oraya daxil olmuş və onlara əllərini stolun üstünə qoymalarını əmr etmişlər. Sonradan üzərləri polislər tərəfindən yoxlanılmışdır. Polislərin digər şəxslərin üzərlərini yoxlayıb-yoxlamadığını görməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışlar. Onlar idarəyə aparılarkən qollarına qandal vurulmuşdur. Baş İdarədə 2 gün qaldıqdan sonra başqa 3 nəfərlə birlikdə sərbəst buraxılmışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini oxumadan imza etmişdir. İdarədə olarkən onun üzərinə də baxış keçirilmiş, lakin qeyri-qanuni nəsə aşkar edilməmişdir. Onlar idarədə dəhlizdə dayanarkən polis əməkdaşlarının üstlərində saxlaması üçün nəsə verdiklərini görməmişdir. Çay evinin çölündə olarkən saxlanılmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunu ilk dəfə onunla birlikdə saxlanılarkən görmüşdür. Həmkəndlisi və eyni zamanda qohumu olan Anar adlı şəxsin Rusiyaya gedəcəyini eşitmişdir. Bu səbəbdən tanışı Xəyalla birlikdə Anarla gröşmək üçün Xətai rayonunda yerləşən Badam çay evinə getmişlər. Çay evində olan zaman polis əməkdaşları oraya daxil olmuş və onlara əllərini stolun üstünə qoymalarını əmr etmişlər. Üzəri yoxlanıldıqdan sonra şəxsiyyət vəsiqəsi və mobil telefonu polislər tərəfindən götürülmüşdür. Başqa şəslərin üzərindən nə aşkar edildiyini bilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışlar. Həmin vaxt imin üzərində nə aşkar edilməsi barədə xəbəri olmamışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini oxumadan imza etmişdir. Həmin ifadəni müstəntiq ona hazır formada təqdim etmişdir. Arifin harada saxlanılmasını dəqiq bilməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadələrdəki imzaların ona məxsus olduğunu bildirsə də, həmin ifadəni təsdiq etməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Bakı Dövlət Universitetinin hüquq fakultəsini, X13 Universitetinin hüquq fakultəsini bitirmişdir. İbadət əhlidir. Eyni zamanda Ariflə dostdur. Arifi namaz qılan, ibadət edən biri kimi tanımışdır. Arif narkotik vasitələrin istifadəsinə qarşı olmuşdur. Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Badam” çay evində dostları ilə görüşmək qərarına gəlmişdir. Axşam saatlarında polis əməkdaşları həmin çay evinə getmişlər. Çay evində çay içərkən polislər oraya daxil olmuşlar. Polis əməkdaşlarını göstərişi ilə üzərlərində olan bütün əşyaları stolun üstünə qoymuşlar. Həmin əşyaların içərisində narkotik vasitə görməmişdir. Daha sonra onunla birlikdə 11 nəfər saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. O, maşına saxlanılan şəxslərdən biri ilə əyləşdirilmişdir. Digər saxlanılan şəxslərin idarəyə necə aparıldığını bilməmişdir. Videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı kimin üzərindən nə çıxmasını xatırlamamışdır. Arifin üzərində narkotik vasitə olduğunu görməmişdir. İstintaq zamanı vermiş olduğu ifadəsini oxumadan imzalamışdır. Həmin ifadə ona hazır formada təqdim olunmuşdur. Həmin sənədin ifadəsi olduğunu bilməmişdir. Daha sonra üzərində gəzdirilməsi qanunla qadağan olunmuş əşya aşkar edilmədiyi üçün MSY-dən azad edilmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməmişdir. Məhkəmə baxışı iclasında videokonfrans əlaqə sistemi vasitəsilə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 17 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Badam” çay evində dostları ilə görüşmək qərarına gəlmişlər. Çay evində olan zaman polis əməkdaşları oraya daxil olmuş və onlara əllərini stolun üstünə qoymalarını əmr etmişlər. Sonra üzərləri axtarılmışdır. Həmin şəxslərdən kiminsə üzərindən narkotik vasitə aşkar edildiyini görməmişdir. Həmin şəxslərin üzərlərinin axtarılb-axtarılmadığını bilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışlar. Baş İdarədə olan zaman təzyiqi qalxmış, özünü pis hiss etmişdir. Bu səbəbdən Baş İdarədə olanları xatırlamamışdır. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X28 ifadəsində göstərdi ki, həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır. 2022-ci ilin noyabr ayının 2-də gəlmişdir. 17 noyabr 2022-ci ildə saat 18:00-19:00 radələrində Xətai rayonu, “Badam” çay evində çay içərkən bir qrup polis əməkdaşı ora gəlmiş və onları saxlamışlar. Polislər tərəfindən saxlanılarkən üstünə çay tökülmüşdür. Arif onunla eyni stol arxasında əyləşmişdir. Polislər onların üstünü axtarmış, telefonlarını götürmüşlər. Onun maşının açarını, cibindəki pulları da götürmüşlər. Həmin əşyaları paketə yığmış və onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İdarəyə onun avtomobili ilə aparılmış, Arif də həmin avtomobildə olmuşdur. Hər ikisinin əli qandallı olmuşdur. Baş İdarədə hamısı dəhlizdə düzülmüşdür. Hər birinə konfet kimi içərisində narkotik vasitə olan bükümlər verilmiş, həmin bükümləri küçədən tapmalarını demələri tapşırılmışdır. Saat 03-a qədər idarədə əməliyyat keçirilmiş, əvvəlcədən müdafiəçi təklif olunmamışdır. Şəxsi axtarışın keçiriləcəyi zala girdikdə 7 məfər müdafiəçinin əyləşdiyini görmüşdür. Şəxsi axtarış saat 03-də qurtarmışdır. Şəxsi axtarış protkolunu oxumadan imza etmişdir. Həmin protokol təhqiqatçı tərəfindən onlara oxunmamışdır. Bütün ifadələrini oxumadan imza etmişdir. Həbs olunmasına səbəb kriminal aləmdə “qanuni oğru” olan uşaqlıq dostu Cavidlə fotoşəklinin olmasıdır. Həmin şəkilə görə 2019-cu ildə tutulmuşdur. Şahid2 ona Azərbaycana gəlməyi qadağan etmişdir. Bundan sonra 3 il Azərbaycana gəlməmişdir. 2022-ci ildə 2 qardaşı vəfat etmişdir. Bu səbəbdən Azərbaycana gəlmişdir. Azərbaycana gəldikdən sonra həbs edilmişdir. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X29 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onu ilk dəfə saxlandıqları gün çay evində görmüşdür. Əhmədli qəsəbəsində “Badam” çay evi deyilən yerdə saat 20-21 radələrində çay içdikləri yerdə polislər tərəfindən tutulmuşlar. Həm dostu, həm də həmkəndlisi olan Anar Moskvada yaşamışdır. Anar Azərbaycana gəlmiş, əlaqə saxladıqdan sonra sonuncu onu Əhmədlidə “Badam” çay evinə çağırmışdır. Çay evində olarkən 25-30 nəfər mülki geyimli polis əməkdaşları onların olduğu yerə gəlmişdir. Onlara ciblərindəki əşyaları çıxarmaları və əllərini stolun üstünə qoymağı əmr etmişlər. Sonra onun və Anarın əlini eyni qandalla bağlamış, sonuncuya məxsus avtomobillə Baş İdarəyə aparılmışlar. Onun avtomobilində isə başqa şəxslər bölməyə aparılmışdır. Vəkili olsa da, onu çağırmasına icazə verməmişlər. İstintaq zamanı ifadə verməmiş, ifadələri onun adından yazılmışdır. Narkotik vasitələrin saxlanılmasında ittiham ediləcəyi deyilmişdir. Buna etiraz etdikdən sonra polislər onu döymüş, saxlanılmaması üçün 50000 manat istəmişlər. Həmin pulu tapa bilmədiyindən digər 6 nəfərlə birlikdə saxlanılmışdır. Bundan sonra onlara bükümdə narkotik vasitələr verilmişdir. Həmin narkotik vasitələri evdən çıxanda zibil qabının yanından tapdığını deməsini bildirmişlər. Əgər narkotik vasitəni qəbul etməsə yaşadıqları evdən 5 kiloqram narkotik vasitə tapacaqları ilə hədələmişlər. Bundan sonra narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, “Badam” çay evinin içərisində çay içərkən polis əməkdaşları onların olduğu yerə daxil olmuşlar. Üzərlərində axtarış keçirmişlər. Tutularkən hüquq və vəzifələri izah edilməmiş, müdafiəçi təklif edilməmişdir. Polislər qollarını qandallamış, telefonlarını götürmüşlər. Çay evindəki çəkiliş kamerası da götürülmüşdür. Vüsalın maşınında Baş İdarəyə aparılmışdır. Vüsalın maşınını əməliyyatçılar idarə etmişdir. Saat 19-20 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Üzlərini divara çevirmiş və bir-bir çağırıb kimin nə əşyası varsa adlarını yazıb sənədləşdirmişlər. Sonra təhqiqatçı sənədlərə imza etdirmişdir. Təhqiqatçı onlara aralarında 5 nəfərin tutulacağını demişdir. Həmin 5 nəfər dedikdə o, Arif, Anar, Emin və Rəşad nəzərdə tutulmuşdur. Sonra şöbə rəisi gəlmiş, daha 2 nəfəri tutulan şəxslərə əlavə etmişdir. 3-4 saat onların otağında oturduqdan sonra onlar akt zalına aparmışlar. Zala daxil olmamışdan qabaq dəhlizdə hərəsinə bir ədəd içərisində narkotik vasitə olan büküm vermiş, bıçağını özünə qaytarmışlar. Narkotik vasitənin onun olmasını, həmin narkotiki evdən çıxanda yaşadığı binanın qarşısından tapdığını deməsi barədə tapşırıq vermişlər. İlk ifadəsini saat 04-05 radələrində vermişdir. Akt zalına daxil olduqda müdafiəçilər orada olmuşdur. İfadələri olan sənədləri oxumadan imza etmişdir. Namusu ilə təhdid edildiyi üçün polislərlə razılaşmışdır. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X30 ifadəsində göstərdi ki, 17 noyabr 2022-ci ildə yaşadığı ünvanın yaxınlığında “Badam” çay evində oturub çay içmişlər. Bu zaman 20 nəfərdən çox mülki geyimli polis əməkdaşı içəri daxil olmuşdur. Onlara tərpənməmələrini və əllərini stolun üstünə qoymalarını əmr etmşlər. Heç bir səbəb izah etmədən üzərlərinə axtarış etmişlər. Sonra qollarını qandallayıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparmışlar. İdarəyə Vüsalın maşını ilə aparılmışdır. Maşında o, Yusif, əməliyyatçı Ceyhun, sahə rəisi olmuşdur. Saat 19-20 radələrində İdarəyə aparılmışlar. Onlara tutulma səbəbini deməmişlər. 4-5 saat sonra polislər onları bir otağa yığaraq aralarında olan 11 nəfərdən 7si həbs olunacaq. Akt zalının qabağında hərəsinə bir büküm narkotik vasitə vermişlər. Narkotik vasitələri götürmək istəməmişlər. Bundan sonra Reket şöbəsinin rəisi Müzəffər müəllim gəlmiş və onları təhdid etmişdir. Şərəfi və ləyaqəti ilə hədələndiyi üçün narkotik vasitələrin ona məxsus olmasını etiraf edəcəyini bildirmişdir. Bundan sonra akt zalına daxil olmuşar. Həmin vaxt hüquq və vəzifələri izah edilməmişdir. Ak zalında müdafiəçilər olmuşdur. Saat 04:00-05:00 radələrinə şəxsi axtarış keçirilmişdir. Mirata Seyidov və müstəntiq Araz Babayev ondan ifadə almışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməmişdir. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla heç bir ədavəti olmamışdır. Hadisə xx.xx.2022-ci ildə Əhmədli qəsəbəsi “Badam” çay evində baş vermişdir. O, başqa yerdə olarkən Arif bazarda olmuşdur. Sonuncu ona zəng edərək Moskvadan gələn dostu ilə çay içməyə dəvət etmişdir. Çay evində Ariflə bir stol arxasında əyləşmişlər. Sonra Arif həmkəndlilərinin gəldiyini bildirərək onlarla bir stolda oturacağını demişdir. “Badam” çay evində oturandan 15-20 dəqiqə sonra polislər içəri daxil olmuşdur. Polislərin sayı təxmini 15-20 nəfər olardı. Aralarında mülki geyimdə də, polis formasında da əməkdaşlar olmuşdur. Polislər onları ayağa qaldırıb üst-başlarını axtarmış, hamısının telefonunu götürmüş, əllərini qandallamışlar. Sonra polislər çay evindəki nəzarət kameralarını götürmüş və onları Baş İdarəyə aparmışlar. Saxlanılma səbəbi barədə onlara heç nə deyilməmişdir. Baş İdarəyə 20:00-21:00 radələrində aparılmışlar. İdarəyə aparılarkən saxlanılan başqa şəxslə birlikdə qolu qandallanmışdır. İdarədə onlara hərələrinə 5 qram narkotik vasitə verəcəklərini və onların həmin narkotik vasitəni boyunlarına götürəcəklərini demişlər. Psixoloji təzyiqlər edildiyi üçün narkotik vasitələri boynuna götürməyə razı olmuşdur. Saat 04:00 radələrinə üzərlərinə şəxsi axtarış keçirilmişdir. Bundan sonra onlara bir neçə sənəd təqdim edilmişdir. Həm o, həm də Arif həmin sənədi oxumadan imza etmişlər. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Arifi əvvəllər tanımış, aralarında düşmənçilik, ədavət olmamışdır. 2021-ci il noyabrın 17-də axşam saat 7-8 radələrində Xətai rayonunda yerləşən “Badam” çay evində olarkən saxlanılmışlar. Saxlanılan şəxslərdən ancaq Anarı tanımışdır. Arifi həmin vaxtdan əvvəl tanımamışdır. Oturduqdan 10 dəqiqə sonra polislər içəri daxil olmuş, üzərlərinə baxış keçirmiş, qollarını qandallıyaraq ayrı-ayrı maşınlarda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Baş İdarədə onların hərəsinə narkotik vasitə verərərk ciblərinə qoymalarını bildirmişlər. Bundan sonra üzərlərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda vəkillər iştirak etmişdir. Vəkillərin bəzisi şəxsi axtarış zamanı yuxuya getmişlər. 17 noyabr 2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1985-ci ildə ünvan 5 ünvanında gəydiyyatda olan və həmin ünvanda faktiki olaraq yaşayan X31, xx.xx.1983-cü ildə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu, Baş Qərvənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, "N.Tusi" adına 2 nömrəli yatagxana, otaq 14 ünvanında faktiki olaraq yaşayan X12, xx.xx.1981-ci ildə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu, Əlimədədli kəndində geydiyyatda olan və ünvan 1 ünvanında faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 9 ünvanında qeydiyyatda olan və həmin ünvanda faktiki olaraq yaşayan X17, xx.xx.1985-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Ağcabədi rayonu, Aşaği Avşar kəndində qeydiyyatda olan və həmin ünvanda faktiki olaraq yaşayan X28, xx.xx.1989-cu ildə Ağcabədi rayonunda anadan olmuş, Ağcabədi rayonu, Aşağı Avşar kəndində qeydiyyatda olan və ünvan 12 ünvaninda faktiki olaraq yaşayan X29, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 13 ünvaninda qeydiyyatda olan və Bakİ Şəhəri, ünvan 14 ünvanında faktiki olaraq yaşayan X7 qanunsuz olaraq narkotik vasitələri satması, saxlaması və istifadə etməsi bildirilir. (i.v. 5) 17 noyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, xx.xx.1985-ci ildə ünvan 5 ünvanında gəydiyyatda olan və həmin ünvanda faktiki olaraq yaşayan X31, xx.xx.1983-cü ildə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu, Baş Qərvənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, "N.Tusi" adına 2 nömrəli yatagxana, otaq 14 ünvanında faktiki olaraq yaşayan X12, xx.xx.1981-ci ildə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu, Əlimədədli kəndində geydiyyatda olan və ünvan 1 ünvanında faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 15 ünvanında qeydiyyatda olan və həmin ünvanda faktiki olaraq yaşayan X17, xx.xx.1985-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Ağcabədi rayonu, Aşaği Avşar kəndində qeydiyyatda olan və həmin ünvanda faktiki olaraq yaşayan X28, xx.xx.1989-cu ildə Ağcabədi rayonunda anadan olmuş, Ağcabədi rayonu, Aşağı Avşar kəndində qeydiyyatda olan və ünvan 12 ünvaninda faktiki olaraq yaşayan X29, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 16 ünvaninda qeydiyyatda olan və Bakİ Şəhəri, ünvan 14 ünvanında faktiki olaraq yaşayan X7 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirler görülmədiyi halda X14, X5, Təqsirləndirilən şəxs, X8, X18, X19 və X9 qanunsuz olaraq özündə saxlamagla daşıdığı külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin, soyuq silahın realizə olunacağı, gizlədiləcəyi, istifadə ediləcəyi və satılacağı ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmşdır. (i.v. 5-7) 17 noyabr 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.1985-ci ildə ünvan 5 ünvanında gəydiyyatda olan və həmin ünvanda faktiki olaraq yaşayan X31, xx.xx.1983-cü ildə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu, Baş Qərvənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, "N.Tusi" adına 2 nömrəli yatagxana, otaq 14 ünvanında faktiki olaraq yaşayan X12, xx.xx.1981-ci ildə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu, Əlimədədli kəndində geydiyyatda olan və ünvan 1 ünvanında faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 15 ünvanında qeydiyyatda olan və həmin ünvanda faktiki olaraq yaşayan X17, xx.xx.1985-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Ağcabədi rayonu, Aşaği Avşar kəndində qeydiyyatda olan və həmin ünvanda faktiki olaraq yaşayan X28, xx.xx.1989-cu ildə Ağcabədi rayonunda anadan olmuş, Ağcabədi rayonu, Aşağı Avşar kəndində qeydiyyatda olan və ünvan 12 ünvaninda faktiki olaraq yaşayan X29, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 16 ünvaninda qeydiyyatda olan və Bakİ Şəhəri, ünvan 17 ünvanında faktiki olaraq yaşayan X2 Baş İdarəyə gətirilmişlər. (i.v. 9-10) 17 noyabr 2022-ci il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 22:14-də (faktiki saxlanılma saat 19:30-da) Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı, polis polkovnik-leytenantı Mirata Seyidov tərəfindən Azərbaycan Respublikası CM-nin 284.4 və 234.4.3-cü maddələri ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 54) 19 noyabr 2022-ci il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş, barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. (Cild 2 İ.v. 151-155) 11 mart 2023-cüi il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 3 ay müddətə, yəni 17 iyun 2023-cü il tarixədək uzadılmışdır. (Cild 4 İ.v. 214) 25 noyabr 2022-ci il tarixli Nərmanov rayon məhkəməsinin qərarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 17 noyabr 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. (Cild 4 İ.v. 38-39) 23 noyabr 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bıçağa oxşar dəmir predmeti və 21 manat pulu, əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və 01 ədəd solfet kağızını, əynində olan şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu və 01 ədəd mənzil açarını təqdim etmişdir. Təqsirləndirilən şəxs 01 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirdi. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bıçağa oxşar predmetə baxış keçirən zaman həmin predmetin dəmir materiallı, kəsici-deşici xüsusiyyətə malik mətbəx bıçağından fərqlənən bıçaq olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində yaşadığı ünvanın giriş hissəsindən tapdığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. (Cild 1 i.v. 130-142) 18 noyabr 2022-ci il tarixli 6/6639 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş: üzərində “...şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..." sözləri olan 3 №-li zərfi açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 5,327 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 214-217) 20 dekabr 2022-ci il tarixli 3/1636 nömrəli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, istifadəyə yararlıdır, üzərində əlavə və dəyişikliklər edilməmişdir. (Cild 4 i.v. 232-235) 18 noyabr 2022-ci il tarixli 6965 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 4 i.v. 236-237) 30 noyabr 2022-ci il tarixli 4319/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. (Cild 4 i.v. 240-241) Təkrar məhkəmə-kimyəvi ekspertizasının 12 iyul 2024-cü il tarixli 2186/K nömrəli rəyində (Cild 5 i.v. 146-147) qeyd edilmişdir ki; Təqsirləndirilən şəxs götürülmüş tük nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, salisilatlar və kannabinoidlər (çətənə bitkisindən alınan və təbbi mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Narkotiklərdən istifadə zamanı narkotik maddələr tükdə toplanır və tük məhv olana qədər orada ehtiyat şəklində saxlanılır. Büşda tükün böyümə surəti təxminən ayda 1 sm-dir, tük nümunəsi nə qədər uzun olarsa narkotik və psixotrop maddələrin kimyəvi tədqiqatın aparılması üçün vaxt diapazonu da o qədər uzun olacadır. Misal 3 sm uzunluqlu tük nümunələrində aparılan aparılan tədqiqat zamanı aşkarlanmış narkotik maddə ondan son 3 ayda istifadə edilib-edilməməsindən xəbər verir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq demək olar ki, Təqsirləndirilən şəxs son 3,5-4 ay müddətində narkotik və psixotrop maddələrdən istifadə etməyib və ona görə də son tədqiqat zamanı alınmış nəticə xx.xx.2022-ci il tarix (Təqsirləndirilən şəxs qan və sidik nümunələrinin götürülmə tarixi) üçün obyektiv sayılmır. Qərarda qeyd olunan ekspert qarşısında qeyd olunmuş suallara və vediyimiz cavablara tam aydınlıq gətirilməsi məqsədilə əlavə olaraq bildiririk ki, immunokimyəvi metodlara aid olan ekspress-test üsulu ilə aparılan müayinə sidik nümuəsində narkotik və psixotrop maddənin aşkarlanması üçün istifadə olunan kimyəvi-toksikoloji tədqiqatın ilkin mərhələsidir və tam obyektiv olmaya bilər. Ekspress-test üsulu narkotik və psixotrop maddənin qəbul edib-etməməsi faktının ancaq ilkin təyini üçün istifadə olunur, alınan müsbət və mənfi nəticələr başqa instrumental və selektiv xromatoqrafik metodları ilə təsdiqlənməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi polis kapitanı Ayaz Bayramovun xx.xx.2022-ci il tarixli ********* nömrəli qərarına əsasən birliyin Məhkəmə-kimya şöbəsində Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan heroin aşkar edilmişdi. xx.xx.2022-ci il saat 16:57 tarixdə Təqsirləndirilən şəxs qan və sidik nümunələrinin götürülən zaman tərtib olunan aktda şəxs öz ifadəsində “10 gün öncə heroin adlı narkotik vasitədən istifadə etmişəm, Təqsirləndirilən şəxs, xx.xx.2022, (imza)” sözlərini qeyd edmişdir. 18 noyabr 2022-ci il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 527 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. (Cild 4 i.v. 243-244) 04 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5,277 qram qalmış narkotik vasitə heroin və bir ədəd bıçaq sübut kimi tanınmış və DİN-in BMCMİ-nin sübutların saxlanma kamerasına təhvil verilmişdir. (Cild 5 i.v.245-263) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (Cild 3 i.v.249) Cinayət işinin materiallarına əlavə edilmiş Ağdam rayon İHB-nin Əlimədədli kənd İƏD üzrə nümayəndəsi F.Cabbarov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon İHB-nin Əlimədədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə onun haqqında şikayət məzmunlu ərizə, cinayət məsuliyyətinə cəlb edilməsi və pis vərdişləri barədə məlumat daxil olmamışdır. (Cild 4 i.v.32) Cinayət işinin materiallarına əlavə edilmiş BMCMİ-nin rəis müavini, pois polkovniki Fariz Vəliyev tərəfindən BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovnikileytenantı Rəhman Kərimova ünvanlanmış məktubda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları barədə məlumat daxil olsa da, həmin şəxslərin əhatə dairəsini, analoji cinayət əməllərini, əlbir olduğu şəxsləri, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin müəyyən edilməsi istiqamətində yerli polis orqanları ilə birgə əməliyyat-axtarış tədbirləri keçirildiyi, müvafiq tapşırıqlar verildiyi, lakin müsbət nəticə əldə edilmədiyi bildirilmişdir. (Cild 4 i.v.93) Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X22, xx.xx.2014-cü il təvəllüdlü X23 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlarında üç yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bıçağı, həmin cibindən iyirmi bir manat pul vəsaiti, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd salfet kağız, əynində olan şalvarın sol yan cibindən 1 ədəd mobil telefon və 1 ədəd açar trəqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirdikdə içərisində qəhvəyi rəngli maddə olması müəyyən edildi. Həmin büküm və 01 ədəd bımaqa kağız zərfə qoyularaq ekserptizaya təqdim edilməsi üçün götürüldü. Bundan başqa iyirmi bir manat pul vəsaiti, 01 ədəd ağ salfet kağızı və 01 ədədə açar sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs qaytarılmış, 01 ədəd Redmi markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüldü. O, şəxsi axtarış zamanı həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 17 noyabr 2022-ci il tarixdə saat 12-də yaşadığı binanın blokunun giriş hissəsində tapdığını, şəxsi istifadəsi üçün götürüb üzərində gəzdirdiyini, 10 gündür ki, narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd bıçağı təxminən 1 ay bundan əvvəl 8-ci kilpmetr qəsəbəsində yerləşən bazardan meyvə yemək məqsədilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin tutulan zaman, eləcə də tutulduqdan sonra heç bir psixi və fziki təzyiqə məruz qalmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət törədilən an qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan daha artıq çəkidə çəkidə narkotik maddə heroin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq tutma prosesinin və şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıb-aparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olubolmamasını araşdırmağı zəruri hesab edir. Mövcud vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması CPM-nin 148-ci maddəsinin tələbdərinə əsasən qanuna uyğun formada aparılmışdır. Belə ki, 148.2.3-ci maddəsində əsasən şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda cinayət törətməsinə bilavasitə şübhə yarandığına görə təhqiqatçı tərəfindən tutulma tətbiq edilə bilər. Həmçinin CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan şəxsin üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan heroini könüllü təqdim etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı ilk növbədə onu qeyd etmək istəyir ki, onun qanunsuz olaraq soyuq silah əldə edib gəzdirməsi cinayət işinin mübahisəsiz halıdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edib gəzdirməsi həm məhkəmə baxışında, həm də ibtidai istintaq zamanı ifadələrindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri digər sənədlərlə tam təsdiq edilmişdir. Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən edilən təzyiqlər nəticəsində narkotik vasitə heroinin ona məxsus olmasını etiraf etdiyini, satış məqsədilə narkotik vasitə əldə etmədiyini başqa sözlə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinə onun aidiyyətinin olmadığını bildirərək ona qarşı irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını bildirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə istintaqında müdafiə tərəfi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi hissəsində mübahisələndirərək ibtidai istintaq zamanı dindirilməmiş şəxslərin əlavə şahid qismində dindirilməsi barədə vəsatət vermiş, həmin vəsatət cinayət işinə obyektiv şəkildə baxılması məqsədi ilə məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid15, Şahid14, Şahid12 və Şahid13 və müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş 6 (altı) nəfər şəxs, X30, X28, X29, X11, X15 və X16, Şahid15, Şahid14, Şahid12, Şahid13 təqsirləndirilən şəxsin xeyrinə yönəlmiş ifadələr vermişlər. Belə ki, həmin şəxslərdən son 6 (altı) nəfəri Təqsirləndirilən şəxslə eyni vaxtda saxlanılmış, hər birinin barəsində narkotik vasitələrin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi ilə bağlı ittiham irəli sürülmüş, hər birinin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən ittiham hökmü çıxarılmışdır. Həmin 10 şahid məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, həmin ifadələr digər sübutlarla dəstəklənməmişdir. Həmçinin cinayət işinin materiallarından aydın olur ki, həmin 10 şahid Təqsirləndirilən şəxslə tanışlıq, dostluq münasibətlərində olmuş və ona görə də, onların ifadələrində dostluq münasibətinin təsiri altında vermələri, daha çox Təqsirləndirilən şəxs xeyrinə, onun məhkəmədəki ifadəsinin təsdiqinə yönəlməsi nəzərə çarpır. Göstərilən hallar ona dəlalət edir ki, həmin şahidlər Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə yönəlmiş ifadələr vermişlər. Odur ki, qeyd olunan 10 şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadələr daha mötəbər hesab edilməlidir. Narkotik vasitələrin psixi təzyiqlər nəticəsində təqsirləndirilən şəxsin üzərinə qoyulması ilə bağlı məhkəmə qeyd etmək istəyir ki, sonuncunun polis əməkdaşları tərəfindən istər fiziki, istərsə də psixoloji təzyiqlərə məruz qalması həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, videoçəkilişlə aparılan şəxsi axtarış istintaq hərəkətinin əks olunduğu videogörüntüdən, həmçinin məhkəmə iclasında dindirilmiş polis əməkdaşlarının ifadələrindən də aydın olur ki, təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq edilməmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, onun bədəni səthində xəsarət aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən ibtidai araşdırma zamanı zorakılığa məruz qalması ilə bağlı hüquq mühafizə orqanlarına şikayət edilməmişdir. Həmçinin ifadəsində də istintaq təcridxanasına daxil olarkən üzərində hər hansı xəsarət aşkar edilmədiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin ona edilən fiziki və psixoloji təzyiqlər nəticəsində narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsini əsaslı hesab etmir. Avropa Məhkəməsi «Cənnətov Azərbaycana qarşı» işində qeyd etmişdir ki, ərizəçi pis rəftara məruz qalması ilə bağlı iddiasını sübut etmək üçün hər hansı tibbi dəlil təqdim etməmiş, eyni zamanda Məhkəməyə üzərində izi görünən hər hansı xəsarətin olduğunu təsdiq edən başqa sübut da göstərməmişdir. Faktiki olaraq iş materiallarında ərizəçinin iddialarını təsdiq edə biləcək hər hansı sənəd və ya digər material yoxdur. Belə halda Məhkəmə tərəflərin izahatlarını və işdə olan bütün materialları nəzərə alaraq hesab edir ki, mövcud sübutlar ərizəçinin iddia etdiyi kimi 3-cü maddənin tələblərinə zidd olan rəftara məruz qaldığını əsaslı şübhələr olmadan müəyyən etməyə imkan vermir. Müdafiəçi çıxışında göstərmişdir ki, təqsirləndirilən şəxsin hüquqları elan edilməmiş, özünün seçdiyi müdafiəçini dəvət etmək üçün heç bir tədbir görülməmiş, müdafiəsiz qalmışdır. Bunula bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs iş materiallarında olan ərizəsində müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaəti olmadığından dövlət hesabına müdafiəçi təmin edilməsini xahiş etmiş, daha sonra ona vəkillərin siyahısı təqdim olunmuş və protokol tərtib olunaraq orada siyahıda adı qeyd olunan istənilən vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Daha sonra vəkil X21 onun müdafiəçisi qismində prosesə buraxılmış və təqsirləndirilənin iştirakı ilə keçirilən bütün istintaq hərəkətlərində iştirak etmişdir. Daha sonra müdafiəçinin qeyd etdiyi şəxsi axtarışın gec keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, şübhəli şəxsləri sayı çox olmuş, həmin şəxslərin «Badam» çay evinin qarşısında saxlanılması, daha sonra Baş İdarəyə gətirilməsi, orada bütün təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsini təmin etmək üçün vəkillərin çağrılması və bütün vəkillərin gəlib çıxması müəyyən vaxt aparmış və bu da şəxsi axtarışın üzürlü olaraq gec başlamasını səbəb olmuşdur. Daha sonra müdafiəçi xx.xx.2022-ci il tarixli «şəxsi axtarış baxış və götürmə» protokolunda götürülmüş, narkotik tərkibli maddənin çəkilmədiyini və buna görə də, CPM-nin 245.8-ci maddəsinin tələbləri pozulduğuna görə sübutlar siyahısından çıxarılmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, CPM-nin 245.8-ci maddəsində göstərilmişdir ki, axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin çəkilməməklə CPM-nin həmin maddəsinin çəkiyə tələbi pozulsa da, bu özlüyündə sübutun etibarsızlığına dəlalət edən hal deyildir. Belə ki, Narkotik vasitənin çəkisi ilə bağlı qeyd edilməlidir ki, videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi heroin zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, sonuncu, eləcə də, müdafiəçisi həmin zərfi imzalamış və zərf məhkəmə kimyəvi-ekspertizasına göndərilmişdir. Məhkəmə-kimyəvi ekspertizası rəyinin təsviri hissəsində göstərilmişdir ki, tədqiqat obyekti Mərkəzə üzərində Azərbaycan Respublikası DİN-nin 6 №-li dairəvi möhür əksi… Təqsirləndirilən şəxs üzərindən… sözləri olan 3 №-li zərf açıldıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 5,327 qram olan qəhvəyi rəngli maddənin olması müəyyən edilmişdir. Bu zaman zərfin tamlığının pozulmasına dair hər hansı məlumata rast gəlinməmişdir. Həmçinin rəydən o da aydın olur ki, maddələrin təmiz çəkiləri «CAS CUX 420» markalı elektron tərəzi vasitəsilə müəyyən edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqdim etdiyi heroin zərfə qoyulduqdan sonra heç bir tamlığı pozulmadan məhkəmə-kimyəvi ekspertizaya göndərilmiş və orada isə çəkisi dəqiqliyi ilə müəyyən olunmuşdur. Ona görə də, məhkəmə vəsatəti bu hissədə rədd edir. Daha sonra müdafiəçi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/6639 saylı məhkəmə-kimyəvi ekspertiza rəyində vaxtın göstərilməməsinə görə sübutlar siyahsından çıxarılmasını göstərmişdir. Məhkəmə vəsatətin bu hissəsini aşağıdakına görə rədd edir: Ekspert rəyinin əsas hissəsində ekspertizanın keçirilməsi vaxtı qeyd olunmasa da, ona əlavə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktda xx.xx.2022-ci il tarixdə saat 09:00-da maddi sübutların qəbul edilməsi və xx.xx.2022-ci il tarixdə saat 14:30-da geri qaytarılması göstərilmişdir. Bu da ona dəlalət edir ki, ekspert tədqiqatı xx.xx.2022-ci il saat 09:00-dan 14:30-dək olan müddətdə aparılmışdır. Müdafiəçi vəsatət verərək şəxsi axtarış və götürmə zamanı videoçəkilişi aparmış polis əməkdaşının mütəxəssis olmamasını, bunun üçün xüsusi bilik və bacarığını təsdiq edən heç bir sənədin cinayət işinə əlavə edilməməsini, videoçəkiliş aparılmış diskdə çəkilişin aparılma tarixi, ayı, günü, saatı, dəqiqəsi barədə hər hansı qeyd mövcud olmamasını və buna görə də, videoçəkilişin sübutlar siyahısından çıxarılmasını xahiş etmişdir. Cinayət Prosessual Məcəlləsində şəxsi axtarış istintaq hərəkətində videoçəkilişin aparılması zamanı hər hansı xüsusi bilik və bacarığı olan mütəxəssisin iştirak etməsinə dair tələb nəzərdə tutulmamış, hətta video çəkiliş statik vəziyyətdə qoyulmaqla hər hansı şəxs tərəfindən idarə edilmədən də aparılması mümkündür. Həmçinin aparılmış video çəkiliş zamanı təhqiqatçı tərəfindən istintaq hərəkətinin aparıldığı tarix, başlama və bitmə vaxtı (saat, dəqiqə) elan edilmiş, daha sonra bunu şəxsi axtarış protokolunda əks etdirmiş, həmçinin protokolda onun tərtibinin başlama və bitmə vaxtlarını də göstərmişdir. Müdafiəçi həmçinin şəxsi axtarış və götürməyə zamanı narkotik vasitəni müəyyən edən əczaçının cəlb edilmədiyini göstərmişdir. İlk əvvəl o, qeyd edilməlidir ki, Cinayət Prosessual Məcəlləsində şəxsi axtarış zamanı əczaçının mütləq şəkildə iştirakı nəzərdə tutulmamışdır. Bundan başqa, aşkar edilən narkotik vasitə kimyəvi tərkibli olmuş, xüsusi laborator şəraitdə tədqiq edilməklə tərkibini müəyyən etməklə mümkündür. Həmçinin məhkəmə onu da qeyd edir ki, şəxsi tutan polis əməkdaşlarının, sonradan şəxsi axtarışı aparması, videoçəkilişi aparması qanunvericilikdə qadağan edilən hal deyildir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs “Badam” çay evinin içərisində deyil, çölündə tutulması polis əməkdaşlarının, əlavə şahidlərin, eləcə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduqları ifadələri ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxsin törətməkdə ittiham olunduğu cinayət əməlinin tövsifi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və məhkəmə bu halın hazırki işdə sübuta yetirilib-yetirilmədiyini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, narkotik vasitənin külli miqdarda olması özlüyündə satış məqsədinin olmasına dəlalət edə bilməz. Belə ki, hazırki işdə əldə edilmiş 5,327 qram heroin külli miqdar təşkil etsə də, şəxs həmin narkotik vasitəni az bir müddətdə ərzində istifadə edə biləcəyindən satış məqsədi olmadan əldə edib saxlamasına dəlalət edir. Məhkəmə həmçinin qeyd edir ki, ibtiadi istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə razılığa gəlməsi ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir mötəbər sübut yoxdur. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı hər hansı bir ifadə verməmişlər. Bu hissədə qeyd edilməlidir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmamasının yoxlanılması barədə əməliyyat tapşırığı verilsə də, əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq kiməsə narkotik vasitə və psixotrop maddə satmasını əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə etməsi və gəzdirməsi, bundan başqa külli miqdarda narkotik vasitə heroini əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 5,327 qram çəkidə narkotik vasitə heroin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə heroin əldə etməsi, üzərində saxlaması və daşıması, başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələrinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs himayəsinə üç yetkinlik yaşına çatmayan övladığının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun əməlində cəzasını yüngülləşidirən hal kimi müəyyən etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 17 noyabr 2022-ci il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının eksprəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış DİN-in BMCMİ-nin sübutların saxlanma kamerasına təhvil verilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 5,277 qram qram heroin və bir ədəd bıçaq məhv edilməli, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi və məhkəmə ballistik ekspertilarasına sərf edilmiş 145 (yüz qırx beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış DİN-in BMCMİ-nin sübutların saxlanma kamerasına təhvil verilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 5,277 qram qram heroin və bir ədəd bıçaq məhv edilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi və məhkəmə ballistik ekspertilarasına sərf edilmiş 145 (yüz qırx beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-284/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-284/2024
09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver