Məhkəmə qərarları › İş №1(101)-285/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-285/2022

24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-285/2022 24.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X13 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlununı katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X3, Dövlət ittihamçısı2, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Tərcüməçi: X4 iştirakı ilə, Təqsirləndirilən şəxs1 – (xx xxxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı istintaq Təcridxanasında həbsdə saxlanılan); Təqsirləndirilən şəxs2 – (xx xxxxxx 1987-ci ildə Gürcüstan Respublikası Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, ev 359, mənzil 5-də qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 mütəşəkkil dəstə tərkibində satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini qəsdən əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qazanc əldə etmək üçün tanışları Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan qeyriləri ilə mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında birləşib, külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlib, tamah niyyətilə dəstə üzvləri tərəfindən Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində yolun sağ kənarında quraşdırılmış, üzərində “131” yazısı olan dəmir lövhənin yanında gizlədiləcəyi barədə məlumat alıb dəstə üzvləri aralarındakı rol bölgüsünə uyğun olaraq həmin narkotik vasitələri əldə edib daşıyaraq satışını həyata keçirmək üçün 21 mart 2020-ci il tarixdə saat 01:30 radələrində mütəşəkkil dəstənin üzvü Təqsirləndirilən şəxs2 idarə etdiyi, ona məxsus qara metal rəngli, “BMW 525” minik markalı, 99- BU-525 dövlət qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs2 ilə birlikdə Cəlilabad rayonu Qarazəncir kəndi ərazisinə gəlib Ələt-Astara avtomobil yolunun həmin kəndin ərazisindən keçən hissəsində, istiqamətlərinə uyğun olaraq yolun sağ kənarında quraşdırılmış, üzərində “131” yazısı olan dəmir lövhənin yanında Təqsirləndirilən şəxs2 avtomobili saxladıqdan sonra, o, əyləşdiyi qabaq sərnişin oturacağından, avtomobildən enərək həmin lövhəyə yaxınlaşıb orada gizlədilmiş üzəri yapışqan lentlə bağlı olan 3 ədəd şəffaf polietilen bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram, 1015 qram və 1200 qram, ümumi təmiz çəkisi 3225 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin və üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz, çəkisi 2000 qram olan külli miqdarda psixotrop maddə olan metamfetamini taparaq qanunsuz olaraq əldə etdikdən sonra avtomobilə doğru hərəkət edib özü ilə həmin bükümlərdə olan külli miqdarda narkotik vasitə və psixotrop maddəni daşıyarkən Cəlilabad rayon polis şöbəsinin əməliyyat məlumatı əsasında 21 mart 2020-ci il tarixli qərarı ilə təşkil olunmuş əməliyyat tədbirində iştirak edən həmin şöbənin post patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Şahid6 tərəfindən olduğu yerdə durması ilə bağlı "Makar” tipli, 1447 nömrəli xidməti silah tətbiq edilməklə 1 ədəd havaya atəş açılaraq xəbərdarlıq edilərkən ifşa olunduğunu dərk edib dərhal avtomobilə tərəf sürətlə hərəkət edərkən qanunsuz əldə etdikləri narkotik vasitə və psixotrop maddələrdən 2 ədəd şəffaf polietilen bağlamada olan və ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroini yerə düşürmüş, lakin götürmədən hərəkətini davam etdirib özü ilə daşıdığı narkotik vasitə 1200 qram heroini və 2000 qram metamfetamini 2 ədəd bağlama ilə birlikdə "BMW 525” minik markalı, **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərkən polis əməkdaşı Şahid6 tərəfindən açılmış atəş nəticəsində o, "sağ ayağın güllə yarası" xəsarəti almış, dəstə üzvü Təqsirləndirilən şəxs2 isə bundan dərhal sonra avtomobili irəliyə Astara rayonu istiqamətində hərəkət etdirməyə başlayarkən polis əməkdaşı Şahid6 açmış olduğu növbəti atəşi nəticəsində Təqsirləndirilən şəxs2 “döş qəfəsinin güllə yarası” xəsarəti alsa da, hərəkətini davam etdirib avtomobili sürətlə idarə etmiş, bir qədər irəliyə hərəkət etdikdən sonra isə, qarşıdan əks istiqamətdə, yəni Bakı şəhəri istiqamətində döndərərək hərəkətlərini davam etdirmiş, almış olduğu xəsarətdən avtomobili idarə etməkdə çətinlik çəkdiyi üçün yolda sükanı dəyişib dəstə üzvü Təqsirləndirilən şəxs2 əks oturacağa keçmiş, yolun qalan hissəsini isə o, idarə etmiş, lakin keçirilən əməliyyat təbdbiri nəticəsində Baş X12 İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində, müvəqqəti polis postunda saxlanıldıqdan sonra həmin avtomobilə baxış keçirilərkən üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 1200 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli narkotik vasitə olan heroin və üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz çəkisi 2000 qram olan psixotrop maddə olan metamfetamin avtomobilin sağ arxa oturacağının ayaqaltı hissəsindən aşkar edilərək götürülmüş, daha sonra onun iştirakı ilə narkotik vasitənin götürüldüyü Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 mütəşəkkil dəstə tərkibində satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini qəsdən əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qazanc əldə etmək üçün tanışları Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan qeyriləri ilə mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında birləşib, külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlib, tamah niyyəti ilə dəstə üzvləri tərəfindən Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində yolun sağ kənarında quraşdırılmış, üzərində “131” yazısı olan dəmir lövhənin yanında gizlədiləcəyi barədə məlumat alıb dəstə üzvləri aralarındakı rol bölgüsünə uyğun olaraq həmin narkotik vasitələri əldə edib daşıyaraq satışını həyata keçirmək üçün 21 mart 2020-ci il tarixdə saat 01:30 radələrində idarə etdiyi, dəstə üzvü Təqsirləndirilən şəxs1 məxsus qara metal rəngli, “BMW 525” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncu ilə birlikdə Cəlilabad rayonu Qarazəncir kəndi ərazisinə gəlib Ələt Astara avtomobil yolunun həmin kəndin ərazisindən keçən hissəsində istiqamətlərinə uyğun olaraq yolun sağ kənarında quraşdırılmış üzərində 131 yazısı olan dəmir lövhənin yanında avtomobili saxladıqdan sonra qabaq sərnişin oturacağında əyləşmiş mütəşəkkil dəstənin digər üzvü Təqsirləndirilən şəxs1 avtomobildən enərək həmin lövhəyə yaxınlaşıb orada gizlədilmiş üzəri yapışqan lentlə bağlı olan 3 ədəd şəffaf polietilen bağlamada, ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram, 1015 qram və 1200 qram, ümumi təmiz çəkisi 3225 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin və üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz çəkisi 2000 qram olan külli miqdarda psixotrop maddə olan metamfetamini taparaq qanunsuz olaraq əldə etdikdən sonra avtomobilə doğru hərəkət edib özü ilə həmin bükümlərdə olan külli miqdarda narkotik vasitə və psixotrop maddəni tərəf daşıyarkən Cəlilabad rayon polis şöbəsinin əməliyyat məlumatı əsasında 21 mart 2020-ci il tarixli qərarı ilə təşkil olunmuş əməliyyat tədbirində iştirak edən həmin şöbənin post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Şahid6 tərəfindən olduğu yerdə durması ilə bağlı “Makar” tipli 1447 Nö-li xidməti silah tətbiq edilməklə 1 ədəd havaya atəş açılaraq xəbərdarlıq edilərkən ifşa olunduğunu dərk edib dərhal avtomobilə tərəf sürətlə hərəkət edərkən qanunsuz əldə etdikləri narkotik vasitə və psixotrop maddələrdən 2 ədəd şəffaf polietilen bağlamada olan və ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroini yerə düşürmüş, lakin götürmədən hərəkətini davam etdirib özü ilə daşıdığı narkotik vasitə 1200 qram heroini və 2000 qram metamfetamini 2 ədəd bağlama ilə birlikdə "BMW 525” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərkən polis əməkdaşı tərəfindən açılmış atəş nəticəsində Təqsirləndirilən şəxs1 "sağ ayağın güllə yarası" xəsarəti almış, o, isə bundan dərhal sonra avtomobili irəliyə Astara rayonu istiqamətində hərəkət etdirməyə başlayarkən polis əməkdaşı Şahid6 açmış olduğu növbəti atəşi nəticəsində o, “döş qəfəsinin güllə yarası” xəsarəti alsa da, hərəkətini davam etdirib avtomobili sürətlə idarə etmiş, bir qədər irəliyə hərəkət etdikdən sonra isə, qarşıdan əks istiqamətdə, yəni Bakı şəhəri istiqamətində döndərərək hərəkətlərini davam etdirmiş, almış olduğu xəsarətdən avtomobili idarə etməkdə çətinlik çəkdiyi üçün yolda Təqsirləndirilən şəxs1la sükanı dəyişib özü əks oturacağa keçmiş, yolun qalan hissəsini isə mütəşəkkil dəstənin digər üzvü Təqsirləndirilən şəxs1 idarə etmiş, lakin keçirilən əməliyyat təbdbiri nəticəsində Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yerləşən müvəqqəti polis postunda saxlanıldıqdan sonra həmin avtomobilə baxış keçirilərkən üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 1200 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli narkotik vasitə olan heroin və üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz çəkisi 2000 qram olan psixotrop maddə olan metamfetamin avtomobilin sağ arxa oturacağının ayaqaltı hissəsindən aşkar edilərək götürülmüş, daha sonra mütəşəkkil dəstənin digər üzvü Təqsirləndirilən şəxs1 iştirakı ilə narkotik vasitənin götürüldüyü Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrıayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, İsmayılı uşaqlıqdan tanımışdır, bir küçədə böyümüşlər və qonşu olmuşlar. 20 yanvar 2020-ci il tarixdə axşam saatlarında tanışı İsmayıl ona zəng edərək, ondan xahiş etmişdir ki, onunla birlikdə Cəlilabada getsin, benzin və yol pulunu ödəyəcəyini və orada bir xanım olduğunu və onu gətirmək lazım olduğunu demişdir. O da İsmayılla razılaşmış, saat təxminən 22 radələrində onlar yola düşmüşlər, Qaradağ postuna qədər avtomobili o idarə etmişdir. Sonra isə maşını İsmayıl idarə etməyə başlamışdır. O isə yatmışdır. Cəlilabada getdikləri vaxt yolda İsmayılın telofonuna neçə dəfə zəng edildiyini dəqiq xatırlamasa da, qızla telofonda danışdığını eşitmişdir. Yolda o, avtomobildən təbii ehtiyacına görə düşmüş, düşüb kolluğa tərəf gedərkən atəş səsi eşitmişdir. Bayram olduğuna görə elə bilmişdir ki, atəşfəşanlıqdır. Ona heç kim qaçma, dayan, kimi sözlər deməmişdir və o sadəcə ətrafda səs-küy eşitmişdir. Daha sonra ayağından yaralanmış, tez maşına oturub İsmayıla demişdir ki, tez maşını sürsün.Güllə maşına da dəymişdir, İsmayıl da yaralanmışdır.Qaradağ postuna qədər polis əməkdaşları onları saxlamamışlar. Qaradağ postunda saxlayıb onları xəstəxanaya göndərmişlər. 3-4 saatdan sonra onu gətirib onun iştirakı ilə maşına baxış keçirmişlər, İsmayıl isə xəstaxanada qalmışdır. Baxış zamanı maşından polietilen torba aşkar edərək ona göstərmişlər. O isə bildirmişdir ki, həmin torba onlara məxsus olmamışdır. Bundan başqa o, narkotik vasitə istifadəçisi olduğunu, yolda maşınla gedən zaman dəqiq yerini xatırlamdığı ərazidə polis əməkdaşlarının onları saxlayıb sənədlərini yoxlayıb buraxdıqlarını, maşına baxış zamanı avtomobilin yolun kənarənda olduğunu, onların saxladıqları yerdə olmadığını, polis bölməsində olarkən ona dəfələrlə fiziki təzyiq göstərildiyini və milliyətcə tatar olduğu üçün azərbaycan dilini yaxşı bilmədiyini, ibtidai istintaq zamanı ona tərcüməçi təqdim edilmədiyini və istintaq zamanı ifadələrini oxumadan təzyiq altında imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ilkin ifadəsi məhkəmədə elan olunmuşdur. O, Cəlilabad RPŞ-də və rayon prokurorluğunda verdiyi izahatlarında, eləcə də şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, təxminən 2018-ci ildən narkotik vasitə istifadəçisidir. Bakı şəhəri, Suraxanı rayon sakini Təqsirləndirilən şəxs2 tanıyır, onunla dostluq münasibəti vardır. Təqsirləndirilən şəxs2 2012-ci ildən tanıyır, onunla münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs2 onun qonşuluğunda yaşayır. İsmayıl da narkotik vasitə istifadəçisidir, adətən “kakos” istifadə edir. Onun istifadəsində “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili etibarnamə ilə idarə etmək səlahiyyəti vardır. 20 mart 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən İsmayıl istifadəsində olan ***- ***-**-** nömrəli mobil telefonla ona məxsus ***-***-**-** nömrəli telefona zəng edərək 2 saatlıq işləri olduğunu bildirmiş və onun avtomobili ilə getməyi xahiş etmişdir. O, İsmayıla hazırda evdə olduğunu, saat 20 radələrində gələ biləcəyini demişdir. Həmin gün saat 20 radələrində evdən çıxıb istifadəsində olan “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayılın yaşadığı evə getmişdir. İsmayıl evlərindən çıxıb avtomobildə əyləşmişdir. İsmayıl ona Cəlilabad rayonunda narkotik vasitə olduğunu və həmin narkotik vasitəni götürmək üçün Cəlilabad rayonuna gedəcəyini demişdir. O, İsmayılla razılaşmışdır. Bundan sonra Cəlilabad rayonuna yola düşmüşlər. Onlar avtomobillə “Qaradağ postu”nu keçdikdən sonra o, yorğun olduğuna görə İsmayılın avtomobili sürməsini istəmişdir. İsmayıl onun təklifi ilə razılaşmış və avtomobilin sükanı arxasında əyləşmiş, o isə qabaq sağ oturacaqda oturmuşdur. Onlar yolda olarkən İsmayıl istifadəsində olan mobil telefondakı “Whatsapp” proqramı vasitəsi ilə kiminləsə həm mesajlaşır, həmçinin zəng edərək danışırmış. İsmayıl telefonda danışdığı şəxsə “nə vaxt gəlim, hara gəlim, hardan götürməliyəm” deyirmiş. İsmayıl mobil telefonla danışdıqdan sonra ona “mal hələ götürəcəyimiz yerə qoyulmayıb, bir az gecikəcəyik, mal qoyulandan sonra bizə xəbər edəcək” demişdir. Lakin İsmayıl onunla mobil telefonda danışan şəxsin kimliyi barədə ona heçnə deməmişdir. Onlar gecə saat 23 radələrində Biləsuvar rayonuna çatmışlar. İsmayılın telefonda danışdığı şəxs ona narkotik vasitəni qoyduqdan sonra xəbər edəcəyini dediyinə görə, onlar təxminən saat yarım avtomobillə Biləsuvar rayonu ərazisində gəzişirmişlər. Bu müddət ərzində İsmayıl yenə narkotik vasitənin nə vaxt gələcəyi və haradan götürəcəkləri barədə həmin şəxslə telefonla danışırmış. Saat 01:00 radələrində Biləsuvar rayonu ərazisində olarkən İsmayıla yenə “Whatshapp”la zəng gəlmiş və İsmayıl zəng edən şəxslə danışdıqdan sonra avtomobili Cəlilabad rayonu istiqamətində sürməyə başlamışdır. Onlar köhnə Ələt-Astara yolu ilə hərəkət edirmişlər. İsmayıl bildirmişdir ki, narkotik vasitə artıq qoyulub və götürə bilərlər. Narkotik vasitəni gizlədən şəxs üzərində 131 yazısı olan lövhənin fotoşəklini çəkərək İsmayılın telefonuna göndərmişdir. Onlar bilmişlər ki, narkotik vasitə Ələt-Astara avtomobil yolunun 131-ci kilometrliyində, üzərində 131 yazısı olan lövhənin yanında gizlədilmişdir. Onlar saat 01:30 radələrində həmin lövhənin yanına çatmışlar. İsmayıl avtomobili üzərində 131 yazılmış lövhənin yanında, yolun sağ kənarında saxlayıb, avtomobili söndürmədən ona “get lövhənin yanındakı paketi götür” demişdir. O, İsmayılın sözü ilə avtomobildən düşüb üzərində 131 yazılmış lövhəyə yaxınlaşıb, həmin lövhənin altından bir ədəd qara rəngli paketi götürdükdə, həmin yerdə olan ağacların arxasından bir nəfər şəxsin ona doğru qaçaraq yaxınlaşdığını görmüşdür. Həmin vaxt yağan yağışdan yer palçıq olmuşdur. Həmin şəxs ona çatdıqda ayağı sürüşərək yıxılmışdır. O, cəld içərisində narkotik vasitə olan qara rəngli paketi özü ilə götürüb, avtomobilə tərəf gəldikdə, paketdəki narkotik vasitələrdən 2 bükümü yerə düşmüşdür. O, yerə düşən bükümləri götürməyərək əlindəki paketlə avtomobilə əyləşmək istədikdə, həmin şəxs polis olduğunu və təslim olmağı bildirmişdir. Lakin o, həmin vaxt qorxduğuna görə polis əməkdaşının əmrinə tabe olmayaraq avtomobilə oturmaq istədikdə, həmin polis əməkdaşı bir dəfə havaya atəş açmışdır. O, avtomobilin sağ ön oturacağına əyləşərək sağ ayağını qaldırıb qapını bağlamaq istədikdə, polis işçisi avtomobilin sağ tərəfi istiqamətində iki dəfə atəş açmış və həmin güllələrdən biri avtomobilin ön sağ qapısına, sonra isə onun sağ pəncəsinin üstünə dəymişdir. Onlar təslim olmamış və o, qapını bağladıqdan sonra İsmayıl avtomobili sürərək ərazidən uzaqlaşmaq istədikdə, həmin polis işçisi bir dəfə də avtomobilin qapaq ön şüşəsi istiqamətində atəş açmış, açılan atəş nəticəsində güllə İsmayılın qabırğa nahiyəsinə dəymişdir. İsmayıl da xəsarət alsa da, avtomobili saxlamayıb, üzü Cəlilabad şəhəri istiqamətində sürərək, təxminən 1 km. hərəkət etdikdən sonra avtomobili geriyə döndərib, Biləsuvar rayonu istiqamətində sürməyə başlamışdır. Onlar hadisə yerini ötüb keçərkən yolun kənarında 4 nəfər şəxsin dayandığını görmüşlər. Lakin avtomobili saxlamamış və İsmayıl avtomobili birbaşa Bakı şəhəri istiqamətində sürməyə davam etmişdir. Təxminən 15-20 dəqiqə getdikdən sonra İsmayılın sağlamlıq vəziyyəti pisləşdiyindən, avtomobili saxlamış və onlar yerlərini dəyişdikdən sonra o, avtomobili idarə etməyə başlamışdır. Onlar “Qaradağ postu”na çatdıqda yol polisi əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları İsmayılın sağlamlıq vəziyyətinin yaxşı olmadığını görüb, İsmayılı həmçinin onu 3 saylı Klinik xəstəxanasına aparmışlar. Həmin xəstəxanada ona ilkin tibbi yardım göstərilərək güllə yarası aldığı sağ ayağına kibs qoyulmuşdur. Daha sonra onun iştirakı ilə polis əməkdaşları ona məxsus “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirib, içərisində narkotik vasitə olan paketi götürüb qablaşdırmışlar. Baxış zamanı avtomobilindən ona məxsus olan 1 ədəd, İsmayıla məxsus olan 2 ədəd qatlanan bıçaq aşkar olunaraq götürülmüşdür. Bundan sonra onu Cəlilabad rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində gətirildikdən sonra izahatı alınarkən xx.xx.2020-ci il tarixdə saat 01:30 radələrində Ələt-Astara avtomobil yolunun 131-ci kilometrliyində, üzərində 131 yazısı olan lövhənin altından bir ədəd qara rəngli paketi götürdükdə, həmin yerdə olan ağacların arxasından bir nəfər şəxsin ona doğru qaçaraq yaxınlaşdığını gördüyündə içərisində narkotik vasitə olan qara rəngli paketi özü ilə götürüb, avtomobilə tərəf gəldikdə, paketdəki narkotik vasitələrdən 2 bükümü yerə düşdüyünü və həmin yeri göstərə biləcəyini bildirmişdir. Bundan sonra onun və müdafiəçinin iştirakı ilə Cəlilabad rayonu, Qarazəncir kəndində Ələt-Astara avtomobil yolunun 131-ci kilometrliyində, üzərində 131 yazısı olan lövhənin ətrafına baxış keçirilmiş və Təqsirləndirilən şəxs2la birlikdə əldə etmək istədikləri 2 bükümdə narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. O, üzərində 131 yazılmış lövhənin yanından içərisində narkotik olan qara paketi götürmək istədikdə, bir nəfər şəxsin çöl sahədən, ağacların arxasından üzərinə cumduğunu görüb cəld avtomobilə doğru qayıtmışdır. Bu vaxt həmin şəxs yüksək səslə polis əməkdaşı olduğunu deyərək təslim olmağı tələb etmişdir. Lakin o və İsmayıl qorxduqlarına görə təslim olmamışlar. Hadisə zamanı polis əməkdaşının silahdan açdığı atəş nəticəsində sağ ayağının pəncəsinin üstündən xəsarət almış və həmin xəsarətdən başqa xəsarət almamışdır. İsmayıl isə qabırğa nahiyəsindən xəsarət almışdır. Hadisə zamanı o, polis əməkdaşına hər hansı xəsarət yetirməmişdir. O, içərisində narkotik vasitə olan paketi götürüb İsmayılın idarə etdiyi avtomobillə ərazidən uzaqlaşmaq istəyirmiş. Hadisə zamanı nə o, nə də İsmayılda heç bir silah olmamışdır. O, avtomobilində daim açılıb-qatlan bıçaq gəzdirir. Həmin bıçaq polis əməkdaşları tərəfindən avtomobilinə baxış keçirilərkən götürülmüşdür. Hadisə zamanı həmin bıçaq avtomobildə olmuş və o polis əməkdaşına həmin bıçaqla heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs2 onun qonşusu olmaqla yanaşı, həm də onun dostudur. Onların arasında səmimi yoldaşlıq münasibəti vardır. 20 mart 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən İsmayıl istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla ona məxsus 051- ***-**-** nömrəli telefona zəng edərək 2 saatlıq işi olduğunu bildirmiş və onun avtomobilində getməyi xahiş etmişdir. O, İsmayıla hazırda evdə olduğunu, saat 20 radələrində gələ biləcəyini demişdir. Həmin gün saat 20 radələrində evdən çıxıb istifadəsində olan “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayılın yaşadığı evə getmişdir. İsmayıl evlərindən çıxıb avtomobildə əyləşmişdir. İsmayıl ona Cəlilabad rayonunda narkotik vasitə olduğunu və həmin narkotik vasitəni götürmək üçün Cəlilabad rayonuna gedəcəklərini demişdir. İsmayılla razılaşmışlar ki, onun avtomobilinə benzin tökəcək və özünə də 100 manat yol pulu verəcəkdir. Onlar yolda olarkən İsmayıl istifadəsində olan mobil telefondakı “Whatshapp” proqramı vasitəsi ilə kiminləsə həm mesajlaşır, həmçinin zəng edərək danışırmış. İsmayıl telefonda danışdığı şəxsə “nə vaxt gəlim, hara gəlim, hardan götürməliyəm” deyirmiş. İsmayıl mobil telefonla danışdıqdan sonra ona “mal hələ götürəcəyimiz yerə qoyulmayıb, bir az gecikəcəyik, mal qoyulandan sonra bizə xəbər edəcək” demişdir. Lakin İsmayıl onunla mobil telefonda danışan şəxsin kimliyi barədə heçnə deməmişdir. Eləcə də, İsmayılın həmin narkotik vasitəni hansı məqsəd ilə əldə etdiyindən məlumatlı deyil. O, avtomobilə baxış keçirilən zaman fikirləşmişdir ki, aşkar olunmuş narkotik vasitələrin eləcə də, bıçaqların ona məxsus olmadığını və kimə məxsus olmasından xəbəri olmadığını desə, onu cinayət məsuliyyətinə cəlb etməzlər. Buna görə də avtomobilinə baxış zamanı narkotik vasitələrin və bıçaqlardan ikisinin ona məxsus olmadığını bildirmişdir. Sonradan məsuliyyətdən yaxa qurtarmağın mümkünsüz olacağını başa düşmüş və törətmiş olduğu cinayət əməlini səmimi etiraf etmək qərarına gəlmişdir. Onun istifadəsində olan “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa oturacağından aşkar olunmuş dəstəyi qırmızı rəngli olan qatlanan bıçaq ona məxsusdur. Taksi sürücüsü olduğundan bəzən avtomobilinə cinayətə meyilli şəxslər minir. Buna görə də o, həmin bıçağı baş verə biləcək hər-hansı zorakılıq zamanı özünü müdafiə etmək üçün avtomobilində gəzdirir. Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ilkin ifadəsini təsdiq etmədiyini, azərbaycan dilini yaxşı bilmədiyini, ibtidai istintaq zamanı ona tərcüməçi təqdim edilmədiyini və istintaq zamanı ifadələrini oxumadan təzyiq altında imzaladığını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində Aynur adlı qızla tanış olmuş və onunla yaxın münasibəti yaranmışdır. 20 mart 2020-ci il tarixdə axşam saatlarında onunla görüşməli imiş. Aynur onunla 19-20 mart tarixində WhatsApp proqramı üzərindən danışaraq, rəfiqəsi ilə birlikdə Cəlilabada nənəsigilə bayram keçirmək üçün getdiyini, bayram keçirəndən sonra gecə onları şəhərə aparmağını istəmişdir. O isə maşınının nasaz olduğunu demiş, dostu ilə danışdıqdan sonra bir saata onunla əlaqə saxlayacağını bildirmişdir. Rüfətə zəng vurub demişdir ki, maşının benzinini də tökəcək, Cəlilabada getmək lazım olduğunu demiş və Rüfət də razılaşmışdır. Maşına oturmamışdan əvvəl şirniyyat, sok, pivə alıb maşının arxa oturacağına qoymuşlar və orada başqa bir şey olmamışdır. Təxminən saat 22 radələrində Rüfətlə yola düşmüşlər.Qaradağ postuna qədər maşını Rüfət idarə etmiş, Qaradağ postundan sonra isə maşını o özü idarə etmişdir. Cəlilabadın ərazəsinə çatanda qızlarla əlaqə saxlayıb, onları haradan götürəcəklərini soruşmuşdur. Onlar yolun kənarında mebel mağazasının yanında gözləyəcəklərini bildirmişlər. Yolda Rüfət təbii ehtiyacı olduğu üçün maşından düşərək bir az qabağa kolluğa tərəf getmişdir. Elə bu vaxt atəş səsi eşitmiş,daha sonra 2-ci, 3-cü atəş səsini də eşitmişdir. Bundan sonra Rüfət axsaya-axsaya maşına oturmuş və ona demişdir ki, tez sür gedək. Bu vaxt 4-cü atəş açılmış, güllə maşında ona dəymişdir. O, maşını əvvəl Cəlilabad istiqamətinə, sonra Bakı istiqamətinə sürmüşdür. Qaradağ postunda polislər işarə edib maşını saxlamışlar. Polislər onların yaralı olduqlarını bilib təcili yardım çağırmışlar, maşının açarını istəməklərinə baxmayaraq açarı onlara verməmişlər. Açar maşının üstündə qalmış, onları xəstəxanaya aparmışlar. Bundan başqa o, heç vaxt narkotik vasitələrin alışı, satışı ilə məşğul olmadığını, 25 ildir bir rayonda yaşadığını, heç bir hadisədə adının hallanmadığını, 15 gün müddətində xəstaxanada yatdığını, maşına baxış keçirilməsində iştirak etmədiyini, istintaq zamanı heç kimə ifadə vermədiyini, maşında narkotik vasitə olmadığını, polislərin qanunsuz olaraq narkotik vasitəni maşına qoyduqlarını və polislərin bu hadisəni törətmələrində qızların vasitəçi olduqlarını bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci mart ayının 21-də Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisindən keçən hissəsində yolun kənarında külli miqdarda narkotik vasitələri gizlədilməsi və həmin narkotik vasitələrin götürüləcəyi barədə Cəlilabad rayon polis şöbəsinə daxil olmuş əməliyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilmişdir. Tədbir zamanı polis əməkdaşı Şahid6 xidməti silahından atəş açaraq şübhəli şəxsləri saxlamaq istəmiş, ancaq onlar hadisə yerindən qaça bilmişdilər. Bundan sonra o, Qaradağ postunda maşına videoçəkilişlə baxış aparılan zaman iştirak etmişdir. Avtombilə baxış gecə saat 24.00-dan sonra keçirilmişdir. Baxış zamanı ondan başqa müstəntiq, Aslan Cəfərov və tanımadığı digər polis əməkdaşları da orada olmuşdur. Baxış keçiriləndə sürücünü görəndə o axsayırmış. Maşına baxış zamanı açar sürücüdə olmuş, sürücünün davranışı səmimi olmuş, özü etiraf etmişdir ki, bükümlər narkotik vasitədir. Bundan əlavə maşında bıçaq da aşkar edilmişdir. Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Günəşli kəndində yaşayır. 26 aprel 2014-cü ildən DİO-da xidmət edir. 05 dekabr 2019-cu il tarixdən isə Cəlilabad rayon polis şöbəsinin cinayət axtarış bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 21 mart 2020-ci il tarixdə saat 01:30 radələrində naməlum şəxs və ya şəxslər tərəfindən Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisindən keçən hissəsində yolun kənarında külli miqdarda narkotik vasitələri gizlədilməsi və həmin narkotik vasitələrin götürüləcəyi barədə Cəlilabad rayon polis şöbəsinə daxil olmuş əməliyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cəlilabad şəhəri istiqamətində yolun kənarında basdırılmış və üzərində 131 yazısı olan lövhənin yanında dayandıqdan sonra sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs avtomobildən düşərək lövhənin yaxınlığından bir ədəd torbanı götürüb avtomobilə tərəfə gedərkən əməliyyat tədbirində iştirak edən Cəlilabad rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid6 yaxınlaşaraq özünü təqdim edib, ona təslim olmasını bildirməsinə baxmayaraq, R,Zaitov polis əməkdaşının tələbinə məhəl qoymayıb tabesizlik göstərərək avtomobilə tərəf qaçdıqda, əvvəlcə əlləri ilə saxlayıb zərərsizləşdirməyə çalışsa da, Şahid6 itələyərək yerə yıxmış, bu vaxt polis əməkdaşı Şahid6 “Makar” tipli, 1447 nömrəli xidməti silah tətbiq etmək məcburiyyətində qalıb əvvəlcə havaya bir dəfə xəbərdarlıq atəşi açmış, lakin Təqsirləndirilən şəxs1 təslim olmadığına görə xidməti silahdan yenidən avtomobilin qabaq sağ təkəri istiqamətində iki dəfə atəş açmış, Təqsirləndirilən şəxs1 sağ ayağından yaralansa da, avtomobilə minməyə nail olmuş, bundan sonra sürücü adının sonradan Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs işlək vəziyyətdə olan avtomobili sürərək ərazidən uzaqlaşmaq istədikdə, polis əməkdaşı Şahid6 təkrarən xidməti silah tətbiq edib avtomobilin ön şüşəsi istiqamətində bir dəfə atəş açması nəticəsində sürücü Təqsirləndirilən şəxs2 döş qəfəsi nahiyəsindən xəsarət almasına baxmayaraq, avtomobili idarə etməklə hadisə yerindən uzaqlaşmışdır. Qeyd olunan avtomobilin saxlanılması və avtomobildə olan iki nəfər şəxsin yaxalanması istiqamətində keçirilmiş əməliyyat tədbirinin davamı olaraq Baş X12 İdarəsinin YPX Alayının 6-cı tağımının əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirlər nəticəsində həmin avtomobil Bakı şəhəri Qaradağ rayonu ərazisində saxlanılmış və içərisində olan iki nəfər şəxs yaxalanaraq almış olduqları xəsarətləri ilə əlaqədar Bakı şəhər 3 saylı Klinik xəstəxanasına yerləşdirilmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, hadisə zamanı avtomobildən düşərək lövhənin yanından bir ədəd torbanı götürüb, polis nəfəri Şahid6 itələyərək yerə yıxdıqdan sonra avtomobildə əyləşmiş şəxs Bakı şəhəri, Suraxanı rayon sakini Təqsirləndirilən şəxs1dir və sonuncu təslim olmayıb tabesizlik göstərdiyinə görə Şahid6 tərəfindən xidməti silahdan avtomobil istiqamətində açılmış atəş nəticəsində sağ ayağından xəsarət almışdır. Sürücü isə Bakı şəhəri, Suraxanı rayon sakini Təqsirləndirilən şəxs2dur və təslim olmayıb avtomobili polis nəfəri Şahid6 üzərinə doğru sürərək tabesizlik göstərdiyinə görə hadisə zamanı Şahid6 tərəfindən xidməti silahdan avtomobilin ön şüşəsi istiqamətində açılmış atəş nəticəsində döş qəfəsindən xəsarət almışdır. İlkin tibbi yardım göstərildikdən sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 məxsus avtomobilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində videoçəkilişlə baxış keçirilmiş və o, həmin baxış istintaq hərəkətində iştirak etmişdir. Belə ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 baxış və götürmə barədə qərar elan olunduqdan sonra ona təklif olunmuşdur ki, istifadəsində olan “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə və ya gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etsin. Eyni zamanda Təqsirləndirilən şəxs1 baxış istintaq hərəkətinin video çəkilişlə aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, istifadəsində olan BMW” markalı, **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs1 istifadəsində olan “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin sürətlər qutusunun yanından dəstəyi üzərində ağ və qırmızı rəngli müxtəlif naxışlar olan bir ədəd qatlanan bıçaq, avtomobilin arxa oturacağından dəstəyi qırmızı rəngli taxtadan olan bir ədəd qatlanan bıçaq, dəstəyi gümüşü rəngli olan bir ədəd qatlanan bıçaq, arxa sağ ayaqaltı hissəsindən bir ədəd qara rəngli polietilen torbada üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış iki ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, dəstəyi qırmızı rəngli taxtadan olan bir ədəd qatlanan bıçaq ona məxsusdur, digər iki ədəd bıçaq və narkotik vasitə olan heroinə bənzər kütlələrin isə kimə məxsus olmasından məlumatı yoxdur. Avtomobilə baxış zamanı aşkar olunmuş narkotik vasitələrə bənzər həmin maddələr qablaşdırılaraq DİN-nin zərflər üçün 141 №-li möhürü ilə möhürlənmiş və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Avtomobilə baxış zamanı tərtib edilmiş protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. Həmin günü Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən Cəlilabad RPŞ-nə gətirilmişdir. Cəlilabad RPŞ-də olarkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la birlikdə Cəlilabad rayonuna narkotik vasitə götürmək üçün gəldiklərini və selofan torbada olan narkotik vasitəni götürüb qaçan zaman iki ədəd bükümdə olan narkotik vasitəni 131 km yazılan lövhənin yaxınlığında yerə düşdüyünü etiraf etmişdir. Bundan sonra Cəlilabad rayon polis şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs1 müşayiəti ilə onun göstərdiyi yerə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 iki ədəd bükümdə narkotik vasitəni düşdüyü ərazini göstərmiş və həmin yerə videoçəkilişlə baxış keçirilən zaman iki ədəd bükümdə olan üzəri yapışqan lentlə dolanmış narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Şahid2 istintaq zamanı verdiyi ifadəsini tam xatırlamadığını,ancaq istintaq zamanı verdiyi ifadəsinin düzgün olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o 2008ci ildən Cəlilabad rayon polis şöbəsinin post patrul xidməti bölüyündə polis nəfəri işləyir, polis baş serjantıdır. 21 mart 2020-ci il tarixdə saat 03 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisində keçirdikləri əməliyyat tədbirində iştirak etmişdir. Belə ki, 21 mart 2020-ci il tarixdə saat 03 radələrində naməlum şəxs və ya şəxslər tərəfindən köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisindən keçən hissəsində yolun kənarında külli miqdarda narkotik vasitələri gizlətməsi və həmin narkotik vasitələrin götürüləcəyi barədə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları olaraq əməliyyat tədbirində iştirak etmişlər. Əvvəlcədən onun təqsirləndirilən şəxslərin şəxsiyyətləri barədə məlumatı olmamışdır. Hadisədən sonra onların şəxsiyyətləri barədə məlumatı olmuşdur. Əməliyyat tədbirində onlar 4 nəfər olmuşlar. Orada 1 nəfər zabit və 3 nəfər polis əməkdaşı olmuşdur. Onlar həmin ərazidə təxminən 3 saat gözləmişlər. Həmin gecə saat 03 radələrində “BMW” markalı avtomobilin Biləsuvar rayonu istiqamətindən Cəlilabad şəhəri istiqamətində hərəkət edərək Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisindən keçən hissəsində yolun sağ kənarında, üzərində 131 yazılmış lövhənin yanında dayandığını görmüşlər. Maşın dayanmış və dayandıqdan sonra sürücü Təqsirləndirilən şəxs2 düşməmiş, lakin sağ tərəfdə əyləşən şəxs Təqsirləndirilən şəxs1 düşmüşdür. O biraz gözləmişdir ki, Təqsirləndirilən şəxs1 biraz uzaqlaşsın sonra ona yaxınlaşın, o isə çox uzaqlaşmamış təxminən 5-6 metr uzaqlaşmışdır. Lövhəyə yaxınlaşaraq lövhənin yanından bir ədəd torbanı götürüb avtomobilə tərəf getmək istədikdə o, Təqsirləndirilən şəxs1 yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş və təslim olmasını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs1 onun əmrinə məhəl qoymayıb tabesizlik göstərərək əlindəki torba ilə birlikdə lövhədən təxminən 3-4 metr aralıda dayanmış avtomobilə tərəf qayıdarkən həmin şəxsin üzərinə doğru qaçaraq onu əlləri ilə tutaraq zərərsizləşdirmək istəsə də, Təqsirləndirilən şəxs1 əlləri ilə onu itələyərək yerə yıxmışdır. O cəld şəkildə ayağa qalxaraq, həmin şəxsin artıq avtomobilə yaxınlaşdığını görüb, dərhal üzərində olan, ona təhkim olunmuş “Makar” tipli, 1447 nömrəli xidməti silah tətbiq etmək məcburiyyətində qalaraq, həmin silahı çıxarıb “dayan atacağam” deyərək havaya bir dəfə xəbərdarlıq atəşi açmışdır. Buna baxmayaraq həmin şəxs təslim olmadığına görə onu və sürücünü cinayət başında yaxalamaq məqsədi ilə avtomobilin hərəkətini məhdudlaşdırmaq üçün xidməti silahdan avtomobilin qabaq sağ təkəri istiqamətində iki dəfə atəş açsa da, həmin şəxs avtomobilə əyləşməyə nail olmuşdur. Bu vaxt sürücü işlək vəziyyətdə olan avtomobili yüksək sürətlə onun üzərinə doğru sürməyə başlamış, o, sürücünün avtomobili qəsdən onun üzərinə doğru sürdüyünü görüb təkrarən xidməti silah tətbiq edib avtomobilin ön şüşəsi istiqamətində bir dəfə atəş açmış və kənara çəkildiyinə görə avtomobil ona dəyməmişdir. Əməliyyat tədbiri çərçivəsində təslim olmalarını tələb etməyinə, son olaraq isə xidməti silah tətbiq etməyinə baxmayaraq, cinayətkarlar “BMW” markalı avtomobildə üzü Cəlilabad şəhəri istiqamətində hərəkət edərək hadisə yerindən uzaqlaşmağa müvəffəq olmuşlar. Həmin vaxt əməliyyat tədbirində iştirak edən digər polis əməkdaşları qaçaraq ona yaxınlaşmışlar. Onlar “BMW” markalı avtomobilin Cəlilabad rayonu, Qarazəncir kəndinə çatmamış geriyə qayıdaraq, üzü Biləsuvar rayonu istiqamətində sürərək yanlarından ötüb keçdiklərini görmüşlər. O dərhal baş vermiş hadisə barədə rayon polis şöbəsinin rəhbərliyinə məlumat vermişdir. Həmin şəxslər hadisə yerindən qaçmağa müvəffəq olsalar da, həmin gün keçirilmiş əməliyyat tədbirinin davamı olaraq Bakı şəhəri Qaradağ rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışlar. Daha sonra o, hadisədən sonra sabah vaxtı hadisə yerinə baxış keçirilməsində işrirak etmiş və hadisə yerində narkotik vasitə tapıldığına şahid olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonunda X1 polis serjantı vəzifəsində işləyir. 21 mart 2020 –ci il tarixdə naməlum şəxs və ya şəxslər tərəfindən köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisindən keçən hissəsində yolun kənarında külli miqdarda narkotik vasitələrin gizlədilməsi və həmin narkotik vasitələrin götürüləcəyi barədə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları olaraq o, Şahid6, Şahid4 və Şahid3 həmin ərazidə əməliyyat tədbiri keçirmişlər. Onlara narkotik vasitələrin gizlədiləcəyi ərazilər məlum olmadığına görə ara məsafələrlə yolun kənarında pusquda dayanmışlar. Təxminən 2 saat yarım orada qalmışlar. Daha sonra Biləsuvar istiqamətindən “BMW” markalı maşının yaxınlaşdığını görmüşlər və daha sonra maşın yaxınlaşıb yolun kənarında dayanmışdır. Həmin yerdə maşına yaxın isə Şahid6 olmuşdur. Onlar narkotik vasitənin bu maşında olduğundan şübhələndikləri üçün maşına baxmaq üçün yolun kənarına keçdikləri zaman Şahid6 dayanın atacğam sözünü eşitmişlər. Onlar oraya çatana kimi artıq 4 dəfə silah səsini eşitmişlər. Onlar oraya yaxınlaşanda maşın oradan kənarlaşmışdır. İlkindən hər hansı xəsarət almağını soruşanda sadəcə qolunda və dizində sıyrıqlar olduğunu demişdir. Daha sonra bu hadisə barədə Şahid6 rəhbərliyə məruzə etmiş və onlar daha sonra şöbəyə qayıtmışlar. Bundan başqa o, maşından sadəcə 1 nəfərin düşdüyünü, gecə olduğu üçün üzünü seçə bilmədiyini, Şahid6 silahdan istifadə etməsini gözü ilə görmədiyini, yalnız silahın səsini eşitdiyini, hadisə yerinin boş sahə olduğunu, hər hansı bir tikili olmadığını, maşın hadisə yerindən uzaqlaşdıqdan sonra hadisə yerinə baxış keçirmədiklərini və narkotik vasitələrin maşından aşkar edilib götürülməsi zamanı iştirak etmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonunda Post Patrul xidmətində işləmişdir. Hal-hazırda isə X12 bölməsində işləyir. 21 mart 2020 –ci tarixdə naməlum şəxs və ya şəxslər tərəfindən köhnə Ələt- Astara avtomobil yolunun Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisindən keçən hissəsində yolun kənarında külli miqdarda narkotik vasitələrin gizlədilməsi və həmin narkotik vasitələrin götürüləcəyi barədə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları olaraq o, Şahid6, Şahid5 və Şahid3 həmin ərazidə əməliyyat tədbiri keçirmişlər. Onlar hadisə yerində 4 nəfər olmuşlar. Orada zəncirvari şəkildə bir-birlərindən 70 -80 m məsafədə aralı vəziyyətdə dayanmışlar. O, uzaqdan maşından bir nəfər şəxsin düşərək nəsə götürmək istədiyi zaman Şahid6 ona dayan qaçma dediyini eşitmiş, ancaq həmin şəxsin üzünü görə bilməmişdir. Daha sonra onlar silah səsini eşitdikdən sonra hadisə yerinə gedib çatmışlar və maşın artıq oradan uzaqlaşmışdır. Şahid6 onlara yıxlıdığını və sağ ayağının burxulduğunu söyləmişdir. İlkin onlara demişdir ki, maşında olanlar onun dayan əmrinə tabe olmadıqları üçün və maşını üstünə sürdükləri üçün bir neçə dəfə atəş açmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin İTB-nin polis nəfəri, polis baş serjantı vəzifəsində işləyir. Onlara məlumat daxil olmuşdur ki, Cəlilabad rayon polis şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli bilinən şəxsləri saxlamaq istəyəndə onlar tabesizlik göstərmiş və polis əməkdaşı xidməti silahından istifadə etmişdir.Daha sonra şübhəli şəxslər hadisə yerindən uzqlaşmışlar. Sonra daxil olmuş məlumat əsasında onlar təxminən hadisə baş verdikdən 1 saat sonra yola çıxmışlar və başqa maşınlarla Qaradağ postuna gəlmişlər. Maşın karantin postundan təxminən 10 metr məsafədə yolun sağ hissəsində olmuşdur.Qaradağ postunda videoçəkiliş aparılan zaman o, baş əməliyyat müvəkkili Şahid2, digər bir adını xatırlamadığı polis əməkdaşı və Təqsirləndirilən şəxs1 orada iştirak etmişlər, ancaq digər Təqsirləndirilən şəxs2 orada görməmişdir. Çəkiliş zamanı o, maşından narkotik vasitə və səhv xatırlamırsa bıçaq aşkar olunduğunu görmüşdür. Aşkar olunan narkotik vasitələr sellofon torbanın içində imiş və həmin narkotik vasitə və psixotrop maddə heroin və metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs1 maşına baxış keçirilən zaman aşkar olunan narkotik vasitələrin ona məxsus olmadığını söyləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 21 mart 2020-ci il tarixdə saat 03 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisində keçirdikləri əməliyyat tədbirində iştirak etmişdir. Belə ki, 21 mart 2020-ci il tarixdə saat 03 radələrində naməlum şəxs və ya şəxslər tərəfindən köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisindən keçən hissəsində yolun kənarında külli miqdarda narkotik vasitələri gizlətməsi və həmin narkotik vasitələrin götürüləcəyi barədə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları olaraq o, PPXBnin polis nəfərləri Şahid6, Şahid4 və İTB-nin polis nəfəri Şahid5 tərəfindən həmin ərazidə əməliyyat tədbiri keçirilmişdir. Onlara narkotik vasitələrin gizlədiləcəyi ərazilər məlum olmadığına görə ara məsafələrlə yolun kənarında pusquda dayanmışlar. Həmin gecə saat 03 radələrində “BMW” markalı avtomobilin Biləsuvar rayonu istiqamətindən Cəlilabad şəhəri istiqamətində hərəkət edərək Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisindən keçən hissəsində yolun sağ kənarında dayandığını görmüşdür. Polis əməkdaşı Şahid6 həmin əraziyə yaxın olduğuna görə cəld avtomobilə tərəf yaxınlaşıb ağacların arxasında pusquda dayanmışdır. Həmin vaxt o, avtomobildən təxminən 90 metr aralıda olmuşdur. O, qapının səsindən və avtomobilin qabaq işıqlarından bir nəfər şəxsin avtomobildən yerə düşərək yolun kənarına doğru getdiyini görmüşdür. O, həmin şəxsin narkotik vasitə götürmək üçün gəlməsindən şübhələnib dərhal həmin əraziyə tərəf getmişdir. Bu vaxt polis nəfəri Şahid6 “dayan atacağam” deyərək qışqırdığını, ardınca isə səhv etmirsə 4 dəfə silahdan atəş səslərini eşitmişdir. O və digər polis əməkdaşları hadisə yerinə çatdıqda avtomobilin yüksək sürətlə ərazidən uzaqlaşaraq üzü Cəlilabad şəhəri istiqamətində hərəkət edib Cəlilabad rayonu, Qarazəncir kəndinə çatmamış geriyə qayıdaraq, üzü Biləsuvar rayonu istiqamətində sürərək yanlarından ötüb keçdiyini görmüşlər. Şahid6 baş vermiş hadisə və silah tətbiq etməsi barədə rayon polis şöbəsinin rəhbərliyinə məlumat vermişdir. Onlar hadisə ilə bağlı polis nəfəri Şahid6 soruşduqda Şahid6 onlara BMW” markalı, **-BU-*** qeydiyyat nişanlı avtomobilin yolun kənarındakı 131 yazısı olan lövhənin yanında dayandığını, avtomobildə iki nəfər şəxs olduğunu, onlardan birinin avtomobilin qabaq sağ oturacağından yerə düşdüyünü, sürücünün avtomobili söndürmədən sükan arxasında əyləşdiyini, avtomobildən yerə düşən şəxsin lövhəyə yaxınlaşaraq lövhənin yanından bir ədəd torbanı götürüb avtomobilə tərəf getmək istədikdə həmin şəxsə yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirdiyini və təslim olmasını tələb etdiyini, lakin həmin şəxsin onun əmrinə məhəl qoymayıb tabesizlik göstərərək əlindəki torba ilə birlikdə lövhədən təxminən 3-4 metr aralıda dayanmış avtomobilə tərəf qayıdarkən, həmin şəxsin üzərinə doğru qaçaraq onu əlləri ilə tutaraq zərərsizləşdirmək istəsə də, həmin şəxs əlləri ilə onu itələyərək yerə yıxdığını, o, cəld şəkildə ayağa qalxıb, həmin şəxsin artıq avtomobilə yaxınlaşdığını görüb, dərhal üzərində olan, “Makar” tipli, 1447 nömrəli xidməti silah tətbiq etmək məcburiyyətində qalaraq, həmin silahı çıxarıb “dayan atacağam” deyərək havaya bir dəfə xəbərdarlıq atəşi açdığını, buna baxmayaraq həmin şəxs təslim olmadığına görə avtomobilin hərəkətini məhdudlaşdırmaq üçün xidməti silahdan avtomobilin qabaq sağ təkəri istiqamətində iki dəfə atəş açsa da, həmin şəxsin avtomobilə əyləşdiyini, sürücünün işlək vəziyyətdə olan avtomobili yüksək sürətlə onun üzərinə doğru sürməyə başladığını, sürücünün avtomobili qəsdən onun üzərinə doğru sürdüyünü görüb təkrarən xidməti silah tətbiq edib avtomobilin ön şüşəsi istiqamətində bir dəfə atəş açdığını və kənara çəkildiyinə görə avtomobilin ona dəymədiyini bildirmişdir. Onlar Şahid6 xəsarət alıb-almadığını soruşduqda, Şahid6 onlara hadisə zamanı lövhənin yanından torbanı götürüb avtomobilə minmək istəyən şəxsə yaxınlaşaraq onu zərərsizləşdirmək istəyərkən həmin şəxsin əlləri ilə onu itələyib yerə yıxması nəticəsində sol bilək və sağ bud nahiyələrindən xəsarətlər aldığını bildirmiş və həmin xəsarətləri göstərmişdir. Həmin şəxslər avtomobildə hadisə yerindən qaçmağa müvəffəq olsalar da, həmin gün keçirilmiş əməliyyat tədbirinin davamı olaraq Bakı şəhəri Qaradağ rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışlar. Bundan başqa o, əməliyyat qrupuna onun rəhbərlik etdiyini, əməliyyat tədbirinin keçirilməsi haqqında qərarın kim tərəfindən qəbul edilməsini xatırlamadığın, həmin günü hər hansı başqa bir əməliyyatda iştirak etmədiklərini, hadisə olandan həmən sonra hadisə yerinə baxış keçirmədiklərini və hadisənin sabahı günü “131” yazı lövhəsinin yanında narkotik vasitənin aşkar olunmasında iştirak etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 Firudun oğlu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, ancaq o, onlardan heç vaxt narkotik vasitə almamışdır. İsmayıl və Rüfətlə narkotik vasitələrin alınması, satışı ilə bağlı hər hansı yazışması və ya telofon danışığı olmamışdır. O bəzən İsmayılla birlikdə narkotik vasitə istafdə etmiş, ancaq heç vaxt ondan narkotik vasitə almamışdır. O, narkotik vasitələri online qaydada internetdən əldə etmişdir. ***-***-**-** saylı mobil nömrənin kimə məxsus olduğunu bilməmiş, ancaq belə online qaydada istifadəsi üçün yazaraq narkotik vasitə almışdır. Şahid8 Firudun oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi İlham Şükürov küçəsi döngə 2 ev 6-da yaşayır. Avtomobil təmiri ustası işləyirmiş. Bir neçə ildir ki, narkotik vasitə heroin qəbul edirmiş. 2020-ci ilin avqust ayında narkotik vasitə saxladığına görə Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulmuş və barəsində həmin idarədə cinayət işi başlanmışdır. Bir neçə ay Kürdəxanı türməsində olduqdan sonra 2020-ci ilin noyabr ayında Nəsimi rayon məhkəməsinin qərarı ilə şərti olaraq azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, onlar hər ikisi qonşuları olmuşdur. Hər ikisi də narkotik vasitə istifadəçisi imiş. İsmayıl həmçinin narkotik vasitələrin satışı ilə məşğul olurmuş. Özü də narkomaniya xəstəliyindən əziyyət çəkməklə bir neçə ildir ki, narkotik vasitə “kakos” deyilən heroini yandırıb tüstüsünü qəbul edirmiş. Bundan başqa ağrıları olanda metadon 40 tabletkası qəbul edirmiş. Özü dəfələrlə İsmayıldan narkotik vasitə heroin əldə edərək qəbul etmişdir. Belə ki, İsmayıl 0,5 qram heroini 20 manata, 1 qram isə 40 manata satırmış. Rüfət özü kompyuter üzrə mütəxəssis olsa da, o da İsmayıl ilə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olurmuş. Rüfət İsmayıla məxsus narkotik vasitələrin satışını həyata keçirirmiş. 2020-ci ilin mart ayında Novruz bayramı ərəfəsində məhlədə olan zaman adamların danışığından ona məlum olmuşdur ki, İsmayıl Rüfət ilə birlikdə Cəlilabad rayonu ərazisində narkotik vasitə götürən zaman polis əməkdaşları tərəfindən güllə ilə vurulmuşdur. İsmayılın Sabunçu xəstəxanasında müalicə aldığını bilmişdir. Sonradan isə hər ikisinin həbs olunduğunu eşitmişdir. ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil telefonlardan istifadə etdiyini, həmin nömrələri bir neçə ildir ki, işlətdiyini və həmin nömrələrin öz adına olduğunu göstərmişdir. İsmayıl ilə qonşu olduğuna görə onunla teztez zəngləşib danışırmış. Hər dəfə narkotik vasitə lazım olanda İsmayıla zəng edib və ya sms yazaraq İsmayıldan istəyirmiş. İsmayılın həmin narkotik vasitələri haradan əldə etməsi barədə məlumatım yoxdur. 01 fevral 2020-ci il tarixdə saat 00:05-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Gec cixarsansa men gelimda oyan lomkadayam bidene yari atda mene qardawimsan” məzmununda sms yazmaqla bədənində olan ağrıları kəsmək üçün İsmayıl ilə əlaqə saxlayıb onda narkotika istəyirmiş. 25 fevral 2020-ci il tarixdə saat 07:54-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “adam kiwi olar gor saat neceden gozdedirsen hele dedimki veziyet yaxci deyil.gel hec olmasa 10 manatiq ver puluyla ...” məzmununda sms yazmaqla İsmayıldan narkotik vasitə istəməyini bildirmişdir. Həmin vaxt İsmayıl ona söz versə də telefonlarına cavab vermədiyinə, lakin bədənində bərk ağrıları olduğuna görə ona mesaj yazaraq pul ilə satmasını bildirmişdir. 02 mart 2020-ci il tarixdə saat 18:29-da istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Yetim cehun gelir tema vermeliyem neyniyek” məzmununda sms yazmışdır. İsmayılın Suraxanı rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə ətraf ərazidə olan bütün şəxslərin onunla görüşüb ondan narkotik vasitə aldıqlarını, ola bilsin ki, Ceyhunun da həmin şəxslərdən biri olduğunu göstərmişdir. Öz aralarında narkotika “tema” deyirmişlər. 10 mart 2020-ci il tarixdə saat 05:03-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Yetim sen anavin cani yadinan cixmasin tatara koku atmagin sabah cehunda gelecek weher uwagi” məzmununda sms yazmışdır. Həmin smsdə Rüfətin tatar miliyyətindən olduğundan dost tanışlarının hamısının ona “tatar” deyə müraciət etdiklərini, “koku” isə öz aralarında heroinə dediklərini göstərmişdir. İsmayıla yazdığı həmin smsində tatara, yəni Rüfətə heroin verməsini demişdir ki, səhər açıldıqdan sonra güləşçi kimi tanıdığı Ceyhun adlı şəxs gəlib götürsün. 14 mart 2020-ci il tarixdə saat 19:58-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Yetim her catani bugun yaxin buraxma qayinin yanindaki rasimi apariblar xetayi rayonu” məzmununda sms yazmışdır. Həmin vaxtı Əmircan qəsəbəsində “Rasim” adlı narkotik vasitələrin satışı ilə məşğul olan şəxsi Xətai rayon polis idarəsinin əməkdaşlarının tutduğunu, İsmayılın da tanıyıb tanımadığı istəyən hər kəsə narkotik vasitə satdığına görə ona mesaj yazaraq tanımadığı şəxslərə narkotik vasitə satmamasını tövsiyə etdiyini bildirmişdir. 14 mart 2020-ci il tarixdə saat 22:31-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Hacan cixiarsan?tema istiyiler ne deyim rasimide tutublar hami ustume axir” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, həmin vaxtı Rasim dediyi şəxs tutulduğuna görə Əmircan qəsəbəsində narkotik vasitələrdən istifadə edən bütün şəxslər İsmayılı axtarırmış. Həmin vaxtı da İsmayıl evdə olmaqla çölə çıxmırmış. Ona görə də narkotik istəyən bütün şəxslər ona zəng edərək İsmayılı tapmağını deyirmişlər. Bu səbəbdən də İsmayıla bu məzmunda sms yazmışdır. 14 mart 2020-ci il tarixdə saat 22:31-də istifadə etdi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Yetim imkan olsa bir tike koku atda bir yana qardaşimsan. Bir tike tezden elemişem fiso. Veziyet yaxci deyil lomkadayam gör harasa atsan yazda mene göturum” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, bədənində ağrıları olanda həmişə İsmayıla pul verərək ondan narkotik vasitə almışdır. Həmin mesajında da ağrısı olduğuna görə İsmayıldan narkotik vasitə istəmişdir. 15 mart 2020-ci il tarixdə saat 01:14-də istifadə etdiyiniz ***-***- **-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Yetim şöhret elişka lomkada ölüler diyanmadan yıgılar . Kecirsen bu yana. 30-40 manatda variydi onuda vererdim bulara tema vererdim o puluda veredim. Bidenede ayfon 5 s var 6 yigilmadi sabah onuda satiram pul olacagda özumunde temasi yoxdu beyag tatar cixardib veziyetdən məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, İsmayıl Əmircan qəsəbəsi ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə bütün qəsəbə ondan narkotik alırmış. Lakin bəzi hallarda İsmayıl onların telefonlarına cavab vermədiyinə görə həmin şəxslər onu yığırmış ki, İsmayıl onlara narkotika versin. Həm Şöhrət həm də də ki, Elişka kimi tanıdığı əsl adı Əli olan şəxsin narkoman olduğunu və İsmayıldan narkotik vasitə almaq üçün ona zəng etdiklərini, buna görə də İsmayıla mesaj yazıb bu barədə bildirmişdir. 17 mart 2020-ci il tarixdə saat 01:25-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Yetim salam tema varsa kecda buyana istiyen var. Bir neferde tapilıb esili adinda qiz patini daşıyır amin taniş elemişdi o vaxti oda yigmişdı hecne yoxumdu” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, həmin Əsli adlı qız onun tanışı olmuşdur. Əsli Bakı şəhərində bar və klublarda işləyərək yüngül həyat tərzi sürürmüş. İsmayıl ilə Əslini tanış eliyəndən sonra İsmayıl həmin qızın özünə də narkotika vasitə satırmış. Həmçinin Əslinin vasitəsilə barlarda və klublarda narkotik vasitələrini satdırırmış. “Patı” isə öz aralarında “şüşə” deyilən psixotrop maddə metamfetaminə deyirlərmiş. Şahid8 Firudun oğlu istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələri polis əməkdaşlarının təzyiqi altında verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, kombikondisioner ustası işləyir. Bir neçə ildir ki, narkotik vasitə heroindən istifadə edirmiş. Lakin təxminən 06 ay olar ki, narkotik vasitələrdən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır. Təqsirləndirilən şəxs2 taksi fəaliyyəti ilə məşğul olan biri kimi tanımışdır. Daha sonra İsmayıl ilə yaxın münasibəti olmuşdur. Rüfəti də İsmayılın dostu kimi tanımışdır. Lakin Rüfətlə o qədər yaxın münasibəti olmamışdır. ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu bildirmişdir. İşdə olduğu zaman onu Cəlilabad polis əməkdaşları ifadə vermək üçün bölməyə gəlməyni demişlər və həmin zaman qardaşı da orada olmuşdur. Bölmədə 2-3 gün onu saxlamışlar. O, İsmayıl və Rüfətdən hər hansı narkotik vastitə almağı ilə bağlı bir ifadə verməmişdir. Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Neftçilər küçəsində yaşayır. Kombi-kondisioner ustası işləyir. Bir neçə ildir ki, narkotik vasitə heroin qəbul edirmiş. Lakin təxminən 06 ay olar ki, narkotik vasitələrdən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, İsmayıl ilə yaxın münasibəti olmuşdur. Rüfəti də İsmayılın dostu kimi tanımışdır. Lakin Rüfətlə o qədər yaxın münasibəti olmamışdır. İsmayılın narkotik vasitə istifadəçisi olduğunu, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilirmiş. Özü də narkomaniya xəstəliyindən əziyyət çəkməklə bir neçə ildir ki, narkotik vasitə “kakos” və ya “kola” deyilən heroini və “patı” deyilən metamfetamini yandırıb tüstüsünü qəbul edir. Bundan başqa ağrıları olanda metadon 40 tabletkası qəbul edirmiş. Özü dəfələrlə İsmayıldan narkotik vasitə heroin və metamfetamin əldə edərək qəbul etmişdir. Belə ki, İsmayıl 0,5 qram heroini 20 manata, 1 qram isə 40 manata satırmış. “Şüşə” deyilən metamfetamini isə 1 qramını təxminən 70 manata əldə edirmiş. 2020-ci ilin mart ayında Novruz bayramı ərəfəsində ona məlum olmuşdur ki, İsmayıl Rüfət ilə birlikdə Cəlilabad rayonu ərazisində narkotik vasitə götürən zaman polis əməkdaşları tərəfindən güllə ilə vurulmuşdur. İsmayılın Sabunçu xəstəxanasında müalicə aldığını, sonradan isə hər ikisinin həbs olunduğunu eşitmişdir. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrəli telefonlardan istifadə edir. Həmin nömrələri bir neçə ildir ki, işlədir. Həmin nömrələr öz adınadır. İsmayıl ilə tutulmazdan əvvəl tez-tez zəngləşib danışırmış. Ona hər dəfə narkotik vasitə lazım olanda İsmayıla zəng edib və ya sms yazaraq İsmayıldan istəyirmiş. İsmayılın həmin narkotik vasitələri haradan əldə etməsi barədə məlumatı yoxdur. 31 yanvar 2020-ci il tarixdə saat 23:15-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Qardawimsan mene imkanun olsa vaxti deyersen cunki vezyetde yaxwi deil evdeyem gozduyurem” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, ağrıları olan kimi daima İsmayıl ilə əlaqə saxlayıb onda narkotika istəyirmiş. Həmin mesajda da bədənində ağrısı olduğuna görə İsmayıldan narkotik vasitə istəmişdir. 11 fevral 2020-ci il tarixdə saat 16:51-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Qardawim caviddi usta imkanun olsa elaqe saxla pulum var dilxowduqcun 20 liy” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, həmin mesajında İsmayıldan narkotik vasitə istəməyini bildirmişdir. Həmin vaxt İsmayıla mesaj yazaraq 20 manatlıq narkotik vasitə istəmişdir. 12 fevral 2020-ci il tarixdə saat 05:19-da istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Qardawim mawinnansansa mene kola oturde 3 saata gedcem tezden qaqaw gile puluynan bele pis cixmasin” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, həmin mesajında da İsmayıldan narkotik vasitə heroin istəmişdir. Belə ki, narkomanlar öz aralarında heroinə “kola” dediklərini bildirmişdir. 18 fevral 2020-ci il tarixdə saat 02:31-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Yatmiycam qaqaw vezyet pisdi sen duran kimi qardawimsan yiğ meni” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, həmin mesajında İsmayıla vəziyyətinin pis olduğunu və narkotik vasitə verməsini xahiş etmişdir. 05 mart 2020-ci il tarixdə saat 11:47-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Kola pulnu axwam terefi vercem qaqaw gile gedrem iwi temiz yekunnawdirim klientderim hamsi meni gozdiir” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, İsmayıldan narkotik vasitə alsa da pulunu verməmişdir. Buna görə də İsmayıl ona zəng edirmiş. Ona görə də İsmayıla mesaj yazaraq aldığı narkotik vasitənin pulunu verəcəyini bildirmişdir. 05 mart 2020-ci il tarixdə saat 15:50-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Yari kola birazda o birinnen” məzmununda sms yazmışdır. Həmin mesajında da İsmayıldan yarım qram heroin istəmişdir. Bir azda o birinnen dedikdə isə “patı” deyilən psixotrop maddə metamfetamini nəzərdə tutmuşdur. Bu səbəbdən İsmayıla bu məzmunda sms yazmışdır. 10 mart 2020-ci il tarixdə saat 19:34 və 20:25 -də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Salam qaqaw nzsden gelirem 27m pulum var imkan olsa 10luq verersen 15 de borcdan cixarsan aciqi bu gun cemi 1 iw olub” və “Men 30 vercem sene hindi kmkan olsa 10 luq verersen olmasada canun saq olsun o qeder komey elemisenki Sabada inwalla 40 m vercem” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, həmin mesajında da İsmayıldan 10 manatlıq narkotik vasitə istəmişdir. Həmçinin əvvəlcədən aldığı narkotik vasitənin pulundan 15 manat verəcəyini bildirmişdir. Bundan başqa ona narkotik vasitəyə görə borclu olduğu puldan 40 manat da verəcəyini bildirmişdir. 11 mart 2020-ci il tarixdə saat 21:27-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Salam qaqaw bu gun evde qalmiwam vezyet pisdi imkanun varsa 10 luq oturde mene qeepiyim yoxdu inan iwtiiende verem bilirsen” məzmununda sms yazmışdır. Həmin mesajında da İsmayıldan 10 manatlıq narkotik vasitə istəmişdir. Lakin pulu olmadığına görə ondan xahiş etmişdir ki, pulu olanda verər. 15 mart 2020-ci il tarixdə saat 01:17-də istifadə etdiyiniz ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***- **-** saylı mobil telefona mesaj yazaraq “Gedrem pitminutkani iw yoldawma satmaqa sen gel azi 20 vercem sene isi Allahaqqi hele bil bettiy tutub bu gun meni” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, həmin vaxtı İsmayıldan narkotik vasitə istəsə də ona narkotik vasitə verməmişdir. O da kombi ustası olduğuna görə evində olan su qızdırıcını ucuz qiymətə, yəni 20 manat satmaq barədə razılaşdığından İsmayıla bildirmişdir ki, ona azı 20 manatlıq narkotik vasitə gətirsin. 21 mart 2020-ci il tarixdə saat 01:24-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Sen cani yervu de men gelim xatab borcumu vercem yarsini qaqaw gedmeliyem weere inan ona gore geckirem kruqdayam” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, 20 mart 2020-ci il tarixdə günorta saatlarında Əmircan qəsəbəsi ərazisində İsmayıl ilə görüşüb ondan narkotik vasitə istəmişdir. Həmin vaxt İsmayıl ona bildirmişdir ki, həmin günü gecə Cəlilabad rayonuna gedib oradan külli miqdarda narkotik vasitə gətirəcəkdir. Həmin narkotikadan ona da istifadə etməyi üçün narkotik vasitə verəcəyini bildirmişdir. Bundan sonra nə qədər İsmayıla zəng etsə də o, zənglərinə cavab verməmişdir. O da gecə yarsısına qədər gözləmişdir ki, ola bilsin ki, İsmayıl Cəlilabad rayonundan qayıtdıqdan sonra onunla görüşüb narkotik vasitə verər. Lakin İsmayıl telefonlarına cavab verməmişdir. Ona görə də İsmayıl mesaj yazmışdır ki, harada olduğunu ona desin ki, onunla görüşüb narkotik vasitə əldə etsin. Lakin İsmayıl ona cavab verməmişdir. Səhəri gün də ona məlum olmuşdur ki, İsmayıl Cəlilabad rayonunda narkotik vasitə götürən zaman polis əməkdaşları tərəfindən güllələnmiş və Sabunçu xəstəxanasında müalicə olunur. 05 mart 2020-ci il tarixdə saat 12:45-də İsmayıl istifadəsində olan ***-***-**-** saylı mobil telefondan onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona “Gel bizim mehleye yazda ne qederlik koko ne qederlik pati lazimdi” məzmununda sms yazmışdır. İsmayıla zəng edərək ondan narkotik vasitə istəmişdir. İsmayıl da ona sms yazaraq “koko” deyilən heroindən hansı miqdarda və patı deyilən metamfetamindən hansı miqdarda istədiyini soruşmuşdur. 05 mart 2020-ci il tarixdə saat 12:49-də İsmayıl istifadəsində olan ***-***-**- ** saylı mobil telefondan istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona “Ay qaqaw sen lomsan pulunu yaz ne qederlik lazimdi” məzmununda sms yazmışdır.Bununla bağlı göstərmişdir ki, İsmayıldan narkotik vasitə istəsə də hansı məbləğlik lazım olduğunu deməmişdir. Ona görə də İsmayıl ona sms yazaraq hansı məbləğdə narkotik vasitə istədiyini soruşmuşdur. Daima narkotik vasitəni İsmayıldan əldə etdiyini və İsmayılın Suraxanı rayonu Əmircan və Qaraçuxur qəsəbələri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu göstərmişdir. İlk dəfə narkotik vasitəni də ona İsmayıl vermişdir. Həmin vaxtlarda İsmayıl narkotik vasitəni ona pulsuz versə də onda narkotik vasitələrdən aludəçilik yarandıqdan sonra İsmayıl narkotik vasitələri ona pul ilə satmağa başlamışdır. O da bədənində olan ağrıları kəsmək üçün məcbur qalıb İsmayıldan pul ilə narkotik vasitə əldə etmişdir. İsmayıl tutulduqdan sonra bir müddət narkotik vasitə əldə etsə də getdikcə vəziyyəti lap ağırlaşdığına görə müalicəyə başlamış və hal-hazırda narkotik vasitələrdən tam uzaqlaşmışdır. Şahid9 istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələri polis işçilərinin təzyiqi altında verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, avtomobil yuma məntəqəsində yuyucu işləyir. Bir neçə ildir ki, narkotik vasitə heroin qəbul edirmiş. O heç vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə almamışdır. Sms yazılarını isə İbiş adlı tanımadığı şəxsə yazmışdır. İstintaq zamanı onu polis bölməsinə aparımışlar və orada onu 2 gün saxlamışlar. Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi ev 605-də yaşayır. Əsl adı Elvin olsa da hər kəs onu “nunu” deyə çağırırmış. Avtomobil yuma məntəqəsində yuyucu işləyir. Bir neçə ildir ki, narkotik vasitə heroin qəbul edir. Təqsirləndirilən şəxs2 tanıyır. Belə ki, İsmayıl da narkotik vasitə istifadəçisidir. İsmayıl həmçinin narkotik vasitələrin satışı ilə məşğul olurmuş. Özü də narkomaniya xəstəliyindən əziyyət çəkməklə bir neçə ildir ki, narkotik vasitə “kakos” deyilən heroini yandırıb tüstüsünü qəbul edirmiş. Özü dəfələrlə İsmayıldan narkotik vasitə heroin əldə edərək qəbul etmişdir. Belə ki, İsmayıl 0,5 qram heroini 20 manata, 1 qram isə 40 manata satırmış. 2020-ci ilin mart ayında dəqiq yadındadır ki, Novruz bayramı ərəfəsində ona məlum olmuşdur ki, İsmayıl bir nəfər dostu ilə birlikdə Cəlilabad rayonu ərazisində narkotik vasitə götürən zaman polis əməkdaşları tərəfindən güllə ilə vurulmuşdur. İsmayılın Sabunçu xəstəxanasında müalicə aldığını bilmişdir. Sonradan isə İsmayılın və dostunun hər ikisinin həbs olunduğunu eşitmişdir. ***-***-**-** saylı mobil telefonlardan istifadə edir. Həmin nömrə öz adına olmasa da özü işlədir. İsmayıl ilə tutulmazdan əvvəl tez-tez zəngləşib danışırmış. Ona hər dəfə narkotik vasitə lazım olanda İsmayıla zəng edib və ya sms yazaraq İsmayıldan istəyirmiş. İsmayılın həmin narkotik vasitələri haradan əldə etməsi barədə məlumatı yoxdur. 10 oktyabr 2019-cu il tarixdə saat 21:40-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Qardasim kako pati ama opwi 10 manat var” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, ağrıları olan kimi daima İsmayıl ilə əlaqə saxlayıb onda narkotika istəyirmiş. Narkomanlar öz aralarında heroinə “kako” metamfetaminə isə “patı” deyirmişlər. Həmin mesajında da bədənində ağrı olduğuna görə İsmayıldan narkotik vasitə istəmişdir. İsmayıla yazdığı mesajında 10 manatlıq həm heroin həm də metamfetamin istəmişdir. 15 sentyabr 2019-ci il tarixdə saat 22:31-də istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj yazaraq “Qardasim utandim demeye birden ikiye borc temasi olmuyub aramizda bele qardasm Alinsa bi cet kako alnar yalanan demym bu gune Ama sabaha yuz faix vercem obsum armzda 15 olcag saba pul otre bilerem qardawm” məzmununda mesaj yazmışdır. Bununla bağlı göstərmişdir ki, həmin mesajında da İsmayıldan narkotik vasitə istəməyini bildirmişdir. Lakin pulu olmadığına narkotik vasitəni nisyə verməyini demişdir. Təqsirləndirilən şəxs1 tanımamış. Narkomaniyadan müalicə olunmuş və narkotik vasitə qəbul etmir. Şahid10 istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələri polis işçilərinin təzyiqi altında verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Əmircan qəsəbəsində yerləşən avtomobil yuma məntəqəsində yuyucu işləyir. Təqsirləndirilən şəxs2 tanıyır. İsmayılın bir neçə dəfə avtomobilini işlədiyi yuyucu məntəqəsinə yumuşdur. O əvvələr narkotik vasitədən istifadə etmişdir. İstifadə etdiyi zaman narkotik vasitəni internetdən online alırmış. ***-***-**-** mobil nömrəyə də yazıb narkotik vasitə alırmış, ancaq nömrənin kimə məxsus olduğunu bilmirmiş. O, Təqsirləndirilən şəxs2 narkotik vasitə almamışdır və Təqsirləndirilən şəxs1 tanımadığını bildirmişdir. X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Q.Quliyev küçəsi dalan 1, ev 7-də yaşayır. Əvvəllər heç vaxt məhkum olunmamışdır. Əmircan qəsəbəsində yerləşən avtomobil yuma məntəqəsində yuyucu işləyir. Təqsirləndirilən şəxs2 tanıyır. İsmayılın atası yaşayan ev onun işlədiyi avtomobil yuma məntəqəsinin yaxınlığında yerləşir. İsmayılın özünə məxsus Opel markalı avtomobili olmuşdur. İsmayıl bir neçə dəfə həmin avtomobili ilə onun işlədiyi yuyucu məntəqəsinə gətirmiş və onun maşınını yumuşdur. Həmin vaxtdan İsmayıl ilə arasında səmimi münasibət yaranmışdır. İsmayılın narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilirmiş. Özü də narkomaniya xəstəliyindən əziyyət çəkməklə bir neçə ildir ki, narkotik vasitə kakos deyilən heroini yandırıb tüstüsünü qəbul edirmiş. Bundan başqa ağrıları olanda metadon 40 tabletkası qəbul edir. Özünə lazım olduqda istifadə etmək üçün İsmayıldan narkotik vasitə heroin əldə edirmiş. Belə ki, hər dəfə İsmayıldan bir bükümdə bir dəfə çəkimlik narkotik vasitə heroini çəkisindən asılı olaraq 5 və ya 10 manat alırmış. 2020-ci ilin mart ayında Novruz bayramı ərəfəsində iş yerində olan zaman yaxınlıqda olan adamların danışığından ona məlum olmuşdur ki, İsmayıl bir nəfər dostu ilə Cəlilabad rayonu ərazisində narkotik vasitə götürən zaman polis əməkdaşları tərəfindən güllə ilə vurularaq yaralanmış və Sabunçu xəstəxanasında müalicə alır. Sonradan İsmayılın həbs olunduğunu eşitmışdır. ***-***-**-** saylı mobil telefondan istifadə etdiyini, həmin nömrəni bir neçə ildir ki, işlətdiyini və nömrənin öz adına olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs1 tanımır. İsmayıl ilə səmimi münasibəti olduğuna görə tez-tez onunla danışıb zəngləşirmış. Hər dəfə narkotik vasitə lazım olduqda İsmayıla zəng edib istəyirmiş. İsmayıl da hər dəfə narkotik vasitəni işlədiyi avtomobil yuma məntəqəsinə gətirib ona verirmiş. O da həmin narkotik vasitələrin pulunu İsmayıla verirmiş. İsmayılın həmin narkotik vasitələri haradan əldə etməsi barədə məlumatı yoxdur. 18 mart 2020-ci il tarixdə saat 19:57-də İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng edərək “Mənə zəng vurda 3 dənə meti lazımdı yuhdan duranda mənə ygasan” məzmununda sms yazmışdır. Bununla bağlı göstərmişdir ki, İsmayıl tutulmazdan 2-3 gün əvvəl bədənində bərk ağrılar olduğuna görə İsmayıldan metadon dərmanları alıb qəbul etmək istəyirmiş. Qeyd olunan tarixdə İsmayıla zəng etsə də telefonu sönülü olmuşdur. İsmayıl hər dəfə yatanda telefonu söndürdüyünü bildiyinə görə ona mesaj yazaraq metadon dərmanları istəmişdir. Lakin 9-cu sinifə qədər təhsil aldığına görə telefon da mesaj yazanda bəzi sözləri düzgün yazmır və hərflərin bəzilərini yazmır. Həmin mesajında da İsmayıldan 3 tabletka metadon dərmanları istəmişdir. Həmin günün səhəri İsmayıl onunla görüşüb 3 tabletka dərmanları ona vermişdir. O da İsmayıla 30 manat pul vermişdir. Həmin “meti” sözü ilə metadon dərmanı yazmaq istəmiş, savadı az olduğuna görə sözləri düzgün yaza bilmədiyini göstərmişdir. X6 istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələri oxumadan imza etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri şöbəyə gətirildikləri zaman tanımışdır. O, maşına baxış keçirilən zaman orada iştirak etmiş və Təqsirləndirilən şəxs1 biri ayağından yaralandığını görmüşdür. Gecə vaxtı ona məlumat verilmişdir və o, karantin postuna gedərək həmin orada olan maşını gətirmişdir. O ora çatanda orada əməliyyatçılar və polislər olmuşdur . Maşına baxış keçirilən zaman maşının açarı üstündə olmuş, qara sellofon aşkar olunduğunu görmüş, baxış zamanı aşkar olunan narkotik vasitələrin Rüfətə məxsus olubolmaması barədə Rüfətin dediklərini xatırlamadığını bildirmişdir. Daha sonra rəis ona göstəriş verərərk, maşını sürüb Cəlilabad Rayon Polis Şöbəsinə aparmağını tapşırmışdır. Cəlilabadda baş verən digər epizod barədə sonradan məlumatı olmuş, o hadisəni görməmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 21 mart 2020-ci il tarixdə saat 01:30 radələrində naməlum şəxs və ya şəxslər tərəfindən Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu, Qarazəncir kəndinin ərazisindən keçən hissəsində yolun kənarında külli miqdarda narkotik vasitələri gizlədilməsi və həmin narkotik vasitələrin götürüləcəyi barədə Cəlilabad rayon polis şöbəsinə daxil olmuş əməliyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cəlilabad şəhəri istiqamətində yolun kənarında basdırılmış və üzərində 131 yazısı olan lövhənin yanında dayandıqdan sonra sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs avtomobildən düşərək lövhənin yaxınlığından bir ədəd torbanı götürüb avtomobilə tərəfə gedərkən əməliyyat tədbirində iştirak edən Cəlilabad rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid6 yaxınlaşaraq özünü təqdim edib, ona təslim olmasını bildirməsinə baxmayaraq, R,Zaitov polis əməkdaşının tələbinə məhəl qoymayıb tabesizlik göstərərək avtomobilə tərəf qaçdıqda, əvvəlcə əlləri ilə saxlayıb zərərsizləşdirməyə çalışsa da, Şahid6 itələyərək yerə yıxmış, bu vaxt polis əməkdaşı Şahid6 “Makar” tipli, 1447 nömrəli xidməti silah tətbiq etmək məcburiyyətində qalıb əvvəlcə havaya bir dəfə xəbərdarlıq atəşi açmış, lakin Təqsirləndirilən şəxs1 təslim olmadığına görə xidməti silahdan yenidən avtomobilin qabaq sağ təkəri istiqamətində iki dəfə atəş açmış, Təqsirləndirilən şəxs1 sağ ayağından yaralansa da, avtomobilə minməyə nail olmuş, bundan sonra sürücü adının sonradan Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs işlək vəziyyətdə olan avtomobili sürərək ərazidən uzaqlaşmaq istədikdə, polis əməkdaşı Şahid6 təkrarən xidməti silah tətbiq edib avtomobilin ön şüşəsi istiqamətində bir dəfə atəş açması nəticəsində sürücü Təqsirləndirilən şəxs2 döş qəfəsi nahiyəsindən xəsarət almasına baxmayaraq, avtomobili idarə etməklə hadisə yerindən uzaqlaşmışdır. Qeyd olunan avtomobilin saxlanılması və avtomobildə olan iki nəfər şəxsin yaxalanması istiqamətində keçirilmiş əməliyyat tədbirinin davamı olaraq Baş X12 İdarəsinin YPX Alayının 6-cı tağımının əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirlər nəticəsində həmin avtomobil Bakı şəhəri Qaradağ rayonu ərazisində saxlanılmış və içərisində olan iki nəfər şəxs yaxalanaraq almış olduqları xəsarətləri ilə əlaqədar Bakı şəhər 3 saylı Klinik xəstəxanasına yerləşdirilmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, hadisə zamanı avtomobildən düşərək lövhənin yanından bir ədəd torbanı götürüb, polis nəfəri Şahid6 itələyərək yerə yıxdıqdan sonra avtomobildə əyləşmiş şəxs Bakı şəhəri, Suraxanı rayon sakini Təqsirləndirilən şəxs1dir və sonuncu təslim olmayıb tabesizlik göstərdiyinə görə Şahid6 tərəfindən xidməti silahdan avtomobil istiqamətində açılmış atəş nəticəsində sağ ayağından xəsarət almışdır. Sürücü isə Bakı şəhəri, Suraxanı rayon sakini Təqsirləndirilən şəxs2dur və təslim olmayıb avtomobili polis nəfəri Şahid6 üzərinə doğru sürərək tabesizlik göstərdiyinə görə hadisə zamanı Şahid6 tərəfindən xidməti silahdan avtomobilin ön şüşəsi istiqamətində açılmış atəş nəticəsində döş qəfəsindən xəsarət almışdır. İlkin tibbi yardım göstərildikdən sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 məxsus avtomobilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində videoçəkilişlə baxış keçirilmiş və o, həmin baxış istintaq hərəkətində iştirak etmişdir. Belə ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 baxış və götürmə barədə qərar elan olunduqdan sonra ona təklif olunmuşdur ki, istifadəsində olan “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə və ya gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etsin. Eyni zamanda Təqsirləndirilən şəxs1 baxış istintaq hərəkətinin video çəkilişlə aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, istifadəsində olan BMW” markalı, **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs1 istifadəsində olan “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin sürətlər qutusunun yanından dəstəyi üzərində ağ və qırmızı rəngli müxtəlif naxışlar olan bir ədəd qatlanan bıçaq, avtomobilin arxa oturacağından dəstəyi qırmızı rəngli taxtadan olan bir ədəd qatlanan bıçaq, dəstəyi gümüşü rəngli olan bir ədəd qatlanan bıçaq, arxa sağ ayaqaltı hissəsindən bir ədəd qara rəngli polietilen torbada üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış iki ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, dəstəyi qırmızı rəngli taxtadan olan bir ədəd qatlanan bıçaq ona məxsusdur, digər iki ədəd bıçaq və narkotik vasitə olan heroinə bənzər kütlələrin isə kimə məxsus olmasından məlumatı yoxdur. Avtomobilə baxış zamanı aşkar olunmuş narkotik vasitələrə bənzər həmin maddələr qablaşdırılaraq DİN-nin zərflər üçün 141 №-li möhürü ilə möhürlənmiş və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Avtomobilə baxış zamanı tərtib edilmiş protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. Həmin günü Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən Cəlilabad RPŞ-nə gətirilmişdir. Cəlilabad RPŞ-də olarkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la birlikdə Cəlilabad rayonuna narkotik vasitə götürmək üçün gəldiklərini və selofan torbada olan narkotik vasitəni götürüb qaçan zaman iki ədəd bükümdə olan narkotik vasitəni 131 km yazılan lövhənin yaxınlığında yerə düşdüyünü etiraf etmişdir. Bundan sonra Cəlilabad rayon polis şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs1 müşayiəti ilə onun göstərdiyi yerə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 iki ədəd bükümdə narkotik vasitəni düşdüyü ərazini göstərmiş və həmin yerə videoçəkilişlə baxış keçirilən zaman iki ədəd bükümdə olan üzəri yapışqan lentlə dolanmış narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Şahid7 istintaq zamanı verdiyi ifadəsini tam xatırlamadığını, ancaq istintaq zamanı verdiyi ifadəsinin düzgün olduğunu bildirmişdir. Məhkəmədə ifadələrdən başqa həmçinin aşağıdakı sübutlar və digər sənədlər araşdırılmışdır; Cinayət işinin materiallarında olan 21 mart 2020-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı həmin avtomobilin sürətlər qutusunun yanından dəstəyi ağ və qırmızı rəngli müxtəlif naxışlar olan bir ədəd qatlanan bıçaq, avtomobilin arxa oturacağından dəstəyi qırmızı rəngli taxtadan olan bir ədəd qatlanan bıçaq, dəstəyi gümüşü rəngli olan bir ədəd qatlanan bıçaq, arxa sağ ayaqaltısından bir ədəd qara rəngli polietilen torbada üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış iki ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 dəstəyi qırmızı rəngli taxtadan olan bir ədəd qatlanan bıçağın ona məxsus olduğunu, digər iki ədəd bıçaq və narkotik vasitə olan heroinə bənzər kütlələrin isə kimə məxsus olmasından məlumatı olmadığını göstərmişdir. Aşkar olunmuş iki bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr və bıçaqlar iş üzrə əhəmiyyətli olduğu üçün götürülmüşdür. Cinayət işinin materiallarında olan 21 mart 2020-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 iştirakı ilə Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində Ələt-Astara avtomobil yolunun 131-ci kilometrliyində, üzərində 131 yazısı olan lövhənin yanındakı əraziyə baxış keçirilən zaman lövhənin sağ kənarından təxminən 2 metr məsafədəki kolun dibindən iki bükümdə üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan 12 sentyabr 2020-ci il tarixli “telefon danışıqlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şəxsi istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif şəxslərə məxsus mobil telefon nömrələri arasında danışıqlar və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı sms yazışmalarının olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 11 sentyabr 2020-ci il tarixli “telefon danışıqlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif şəxslərə məxsus mobil telefon nömrələri arasında danışıqlar və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı sms yazışmalarının olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 18 may 2020-ci il tarixli “fotoşəkillərlə tanınma keçirilməsi barədə” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid6 ona təqdim olunan fotoşəkillərin arasından Təqsirləndirilən şəxs2 Mehman oğlunun fotoşəklini tanımışdır. Cinayət işinin materiallarında olan 18 may 2020-ci il tarixli “fotoşəkillərlə tanınma keçirilməsi barədə” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid6 ona təqdim olunan fotoşəkillərin arasından Təqsirləndirilən şəxs1 fotoşəklini tanımışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən daxil olan 22 aprel 2020-ci il tarixli 3644-1220 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1n adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir, etibarnamə ilə qara metallik rəngli BMW 525 minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya Xəstəxanası publik hüquqi şəxsdən daxil olan 18 aprel 2020-ci il tarixli 3006 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin xəstəxanada müalicə olmamışlar. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 21 mart 2020-ci il tarixli 18/367 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs1 təqdim etdiyi 2 ədəd bağlamada...” sözləri yazılmış polietilen torbanı açdıqda 02 ədəd üzəri yapşqan lentlə bağlı olan şəffaf polietilen bağlamlarda ayrı ayrılıqda təmiz çəkisi 1010 qram, 105 qram ümumi təmiz çəkisi 2025 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. 2) Tədqiqat təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs1 .. BMW markalı ...” sözləri yazılmış polietilen torbanı açdıqda 01 ədəd üzəri yapşıqan lentlə bağlı olan şəffaf polietilen bağlamada təmiz çəkisi 1200 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd üzəri yapşıqan lentlə bağl olan şəffaf bağlamada təmiz çəkisi 2000 qram olan ağ rıəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilən 3 ədəd bağlamada olan heroin eyni tərkiblidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə narkoloji ekspetizasının 23 mart 2020-ci il tarixli 213 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsin məhkəmə narkoloji ekspetizasının 22 iyun 2020-ci il tarixli 1708 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya, alkoqolizm və toksikomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya, alkoqolizm və toksikomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə lifli ekspertizasının 04 iyun 2020-ci il tarixli 6/502 nömrəli rəyindən görünür ki, tədqiqat təqdim edilmiş BMW” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ və qabaq sol oturacağından silinib götürülməsi qeyd edilən qubkalar üzərində kənar lif mikrohissəcikləri vardır. - “BMW” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağından silinib götürülməsi qeyd edilən qubka üzərindən tapılmış tünd boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 məxsus olması qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. - BMW” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağından silinib götürülməsi qeyd edilən qubka üzərindən tapılmış tünd boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 məxsus olması qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. - Təqsirləndirilən şəxs2 məxsus olması qeyd edilən paltarlar üzərində “BMW” markalı **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ və qabaq sol oturacağına məxsus olması qeyd edilən üzlük hissələrinin tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 21 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Cəlilabad rayon Məhkəməsinin 22 mart 2020-ci il tarixli 4(073)-162/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 21 mart 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04 aprel 2020-ci il tarixli 4(006)-187/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 21 mart 2020-ci il tarixdən hesablanması göstərilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvələr məhkum olunmamışlar. Cinayət işinin materiallarında olan əşyanın maddi sübut hesab edilməsi haqqında 26 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus 3225 qram narkotik vasitə heroin və 2000 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertizası tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla təmiz qalıq çəkisi 3224,85 qram narkotik vasitə heroin və 1999,95 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutları saxlama anbarına təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri, əməllərində cinayət tərkibinin olması, bununla da onların təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək məhkəmə baxışı zamanı verdiyi ifadələrini inandırıcı hesab etmir və həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək məhkəmə baxışı zamanı verdiyi ifadələrini inandırıcı hesab etmir və həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin vəya onların prekursorlarının qanunsuz dövriyyəsinədair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 nömrəli xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildikləri cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmış şahid ifadələri, müvafiq istintaq hərəkətləri protokolları, ekspertiza arayışı və rəyləri, maddi sübutun mövcudluğu və iş üzrə başqa mötəbər, təkzib olunmaz sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətlərinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal himayəsində azyaşlı uşaqlarının olmasıdır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal himayəsində azyaşlı uşağının olmasıdır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduqları üçün onlar təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə cəzaçəkmə müddətinin əvvəli tutulduqları 21 mart 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Verilmiş ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməməli, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə 21 mart 2020-ci il tarixli baxış keçirmə və götürmə aparılması, eləcə də nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında 21 mart 2020-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 2 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus 3225 qram narkotik vasitə heroin və 2000 qram psixotrop maddə metamfetamin və ekspertizasının tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla təmiz qalıq çəkisi 3224,85 qram narkotik vasitə heroin və 1999,95 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü maddi sübut kimi tanınmış və saxlanış üçün Cəlilabad RPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. İş üzrə maddi ziyan, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normanın tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakları müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4, 132.1.6cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Cəlilabad RPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus 3225 qram narkotik vasitə heroin və 2000 qram psixotrop maddə metamfetamin və ekspertizasının tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla təmiz qalıq çəkisi 3224,85 qram narkotik vasitə heroin və 1999,95 qram psixotrop maddə metamfetamin məhv edilməli; iş üzrə müvafiq mobil telefon nömrələrinə daxil olan və çıxan zəng, sms siyahısına və mətnlərinə, əhatə dairəsinə və abunəçilərə dair məlumatları özündə əks etdirən CD disklər, 21 mart 2020-ci il tarixli baxış keçirmə və götürmə aparılması, eləcə də nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında 21 mart 2020-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə bu qənaətə gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 401 (dört yüz bir) manat 58 (əlli səkkiz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 200 (iki yüz) manat 79 (yetmiş doqquz) qəpik olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cəlilabad rayon Vəkil Bürosunun vəkili X5 450 (dörd yüz əlli) manat, təqsirləndirilən şəxslərə məhkəmədə göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Arbitrium» Vəkil Bürosunun vəkillləri Müdafiəçi1 və Müdafiəçi2 hər birinə 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli faktiki tutulduğu gündən, yəni 21 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin təyin edilsin, o ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli faktiki tutulduğu gündən, yəni 21 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməsin, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işi ürə ekspertiza tədqiqatının dəyəri 401 (dörd yüz bir) manat 58 (əlli səkkiz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 200 (iki yüz) manat 79 (yetmiş doqquz) qəpik olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cəlilabad rayon Vəkil Bürosunun vəkili X5 450 (dörd yüz əlli) manat məbləğində, təqsirləndirilən şəxslərə məhkəmədə göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Arbitrium» Vəkil Bürosunun vəkillləri Müdafiəçi1 və Müdafiəçi2 hər birinə 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Cinayət işi iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Cəlilabad RPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus 3225 qram narkotik vasitə heroin və 2000 qram psixotrop maddə metamfetamin və ekspertizasının tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla təmiz qalıq çəkisi 3224,85 qram narkotik vasitə heroin və 1999,95 qram psixotrop maddə metamfetamin məhv edilsin; iş üzrə müvafiq mobil telefon nömrələrinə daxil olan və çıxan zəng, sms siyahısına və mətnlərinə, əhatə dairəsinə və abunəçilərə dair məlumatları özündə əks etdirən CD disklər, 21 mart 2020-ci il tarixli baxış keçirmə və götürmə aparılması, eləcə də nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında 21 mart 2020-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar