Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-285/2023 21.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 17 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1956-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Ələli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 azyaşlı övladı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu götürülmüş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkət müqabilində özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini təkrarən təhrik etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, 23 oktyabr 1992-ci il tarixli 131 nömrəli əmrlə Azərbaycan Respublikası prokurorluq orqanlarında işə qəbul olunaraq 26 iyun 2006-cı il tarixdən Bakı şəhəri, Binəqədi rayon prokuroru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirmək məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində işləmiş tanışı Zərərçəkmiş şəxs1 ilə 2010-cu ilin oktyabr ayında Bakı şəhərində, istintaqa məlum olmayan yerdə görüşləri zamanı hakimlərin növbəti 5 illik təyinat tarixində, yəni 2012-ci il payız aylarında yaxınları olan yüksək dairələrdə işləyən vəzifəli şəxslərin vasitəsilə guya onu yenidən Bakı şəhərinin rayonlarından birinə məhkəmə sədri vəzifəsinə təyin etdirə biləcəyini və həmin vəzifəli şəxslərlə yaxın münasibətlərinə əsasən həmin məsələni həll etmək imkanında olduğunu yalandan bildirib özünə qarşı inam yaratdıqdan sonra həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 160.100 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini vəd verərək inandırmaqla Zərərçəkmiş şəxs1 razılığını almaqla onunla sövdələşib, həmin adla 2010-cu ilin noyabr ayının sonu dekabr ayının əvvəllərində aralarında olan danışığa əsasən ünvan 2 ünvanında yerləşən Binəqədi rayon prokurorluğunun inzibati binasındakı xidməti otağında Zərərçəkmiş şəxs1 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 160.100 (bir yüz altmış min bir yüz) manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyacına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 160.100 (bir yüz altmış min bir yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, ittiham aktından o da görünür ki, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin may ayının sonlarında övladı X10 2022-ci il üzrə ali məktəblərə qəbul imtahanı dövründə İİİ qrup üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul edilməsində köməklik göstərilməsi ilə əlaqədar cinayətdən xəbərsiz dostu Şahid5 vasitəsilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 özünün yüksək vəzifəli şəxslərlə geniş əlaqələrə malik şəxs olduğunu, həmin əlaqələrindən istifadə edərək Ayxan Hüseynovu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına ali təhsil alması üçün qəbul etdirə biləcəyini yalandan bildirib, bununla əlaqədar tanışı olan vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Ayxan Hüseynovun xeyrinə edəcəyi eyni xarakterli hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 100.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Ayxan Hüseynovu qəbul dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul etdirəcəyini Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov parkının içərisində yerləşən “Qala” çay evində görüşləri zamanı aldatmaqla yalandan vəd edib, Zərərçəkmiş şəxs2 həmin məsələnin həlli üçün 70.000 manat pul vəsaiti verə biləcəyini bildirməsi ilə əlaqədar onunla razılaşıb səhəri gün qeyd edilən pul vəsaitinin 10.000 manatının əvvəlcədən verilməli olduğunu bildirərək, Zərərçəkmiş şəxs2la sövdələşib, həmin adla 2022-ci ilin iyun ayının əvvəlində Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov parkının içərisində yerləşən “Qala” çay evində cinayətdən xəbərsiz Şahid5 vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus 10.000 manat, eyni niyyətlə, 10 iyun 2022-ci il tarixdə həmin çay evində sonuncudan 10.000 manat, eyni niyyətlə, həmin gün ünvan 4 ünvanında yerləşən “Xalxal” restoranında sonuncudan 40.000 manat, eyni niyyətlə, 17 iyun 2022-ci il tarixdə həmin restoranda sonuncudan 10.000 manat olmaqla, ümumilikdə 70.000 (yetmiş min) manat məbləğində pul vəsaitini şəxsən alıb, əldə etdiyi həmin pul vəsaitini özünün şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 70.000 (yetmiş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Ayxan Hüseynovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs2 vahid niyyətlə təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə elan olunmuş iittihamın birinci epizodu, yəni Zərərçəkmiş şəxs1 epizodu üzrə qismən təqsirli bilirək, ikinci epizod, yəni Zərərçəkmiş şəxs2 epizodu üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 uzun illərdir ki, tanıyır, bir yerdə işləmişlər, aralarında yaxşı münasibət olmuşdur. Zərərçəkmiş şəxs1 2007-ci ildə Binəqədi Rayon Məhkəməsinin sədri vəzifəsindən azad edildikdən sonra ona müraciət etmiş və yenə sədr vəzifəsinə təyin olunmaq üçün ondan kömək istəmişdir. O da Həsənə kömək edə biləcəyini demişdir. O, həmin vaxt prokuror işlədiyindən və tanıdığı bir adamın dəstəyi ilə Həsənin ona verdiyi 200.000 dollar müqabilində Zərərçəkmiş şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim vəzifəsinə təyin edilməsinə köməklik göstərmişdir. Lakin Zərərçəkmiş şəxs1 ona hakim vəzifəsi özü üçün aşağı vəzifə olmasını, sədr vəzifəsində çalışmaq istədiyini demişdir. Bununla bağlı aralarında mübahisə düşmüşdür. Sonra başqa məsələyə görə Həsən həbs olunmuşdur. Daha sonra o, 100.000 dolları öz vəsaiti hesabına Həsənə qaytarmışdır. Həsən azadlığa çıxdıqdan sonra yenə onun yanına gəlmiş və ona köməklik göstərməsini istəmişdir. O da Həsənə kömək edə bilməyəcəyini demiş və aralarında narazılıq olmuşdur. Nəticədə Həsən ondan şikayət etmişdir. Daha sonra o, Həsənə dəymiş ziyanı ödəmiş və Həsən də bu məhkəməyə dəymiş ziyanın ödənilməsi ilə bağlı ərizə yazmışdır. Onun Həsənə köməklik göstərməsində maddi marağı olmamış, sadəcə bir dost, qardaş kimi ona köməklik göstərməyə çalışmışdır. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək ittihamın digər epizodu üzrə bildirdi ki, Vilayətlə də yaxşı münasibətləri olmuş, tez-tez görüşmüşlər. Bir dəfə o, Vilayətə borca ehtiyacı olduğunu və ona 10.000 manat pul verməsini istəmişdir. Vilayət ona pulu verəcəyini demişdir. Bir gün Elman, Bəylər, Elşən adlı dostları ilə kafedə oturarkən, Tahir gəlib ona pul uzatmış, o isə pulu götürməmiş və Tahir pulu Vilayətə vermişdir. Sonra o, Vilayətdən borca istədiyi 10.000 manat pulu almış və daha sonra borcunu Vilayətə geri qaytarmışdır. O, Tahirdən pul istəməmişdir. Daha sonra Tahir onun barəsində şikayət etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2000-ci ilin sentyabr ayından 2007-ci ilin avqust ayına kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sədri vəzifəsində, 2007-ci ilin avqust ayından 2014-cü ilin fevral ayına kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. Binəqədi Rayon Məhkəməsində işlədiyi müddətdə həmin rayonun prokuroru vəzifəsində işləmiş Təqsirləndirilən şəxsla aralarında sıx münasibət yaranmış və asudə vaxtlarında tez-tez görüşləri olmuş, söhbətlər aparmışlar. Bu müddət ərzində Mirələkbərin danışıqlarından, gördüyü işlərdən o, sonuncunun bacarıqlı, iş görən və arxalı bir insan olduğunun şahidi olmuş və Mirələkbərin yüksək dairələrdə olan vəzifəli şəxslərlə əlaqələrinin olduğunu bilmişdir. Mirələkbərlə görüşlərinin birində, təxminən 2010-cu ilin oktyabr ayında Mirələkbər onu Bakı şəhərinin rayonlarının birinə məhkəmə sədri təyin etdirmək gücündə olduğunu bildirmiş, o, Mirələkbərdən bunu necə edəcəyini soruşduqda Mirələkbər yaxınları olan yüksək dairələrdə işləyən vəzifəli şəxslərlə bu məsələ həll edəcəyini bildirmişdir. O, bunu müsbət qarşılamış, etiraz etməmişdir. Mirələkbər bunun müqabilində xərci çıxacağını, müəyyən məbləğdə pul verməli olduğunu, verəcəyi məbləği isə dəqiqləşdirib deyəcəyini bildirmişdir. Danışıqlara əsasən hakimlərin növbəti 5 illik təyinat tarixində, yəni 2012-ci ilin payız aylarında onu təyin etdirəcəyinə söz vermişdir. Təxminən bu görüşlərindən 5-6 gün sonra Mirələkbər zəng edərək ona şad xəbər verib məsələni həll etdiyini, lakin bunun müqabilində 200.000 ABŞ dolları verməli olduğunu bildirmişdir. Əlavə olaraq Mirələkbər həmin məbləği tez bir zamanda verməli olduğunu, əks halda yerlərin tutulacağını demişdir. O, deyilən məbləği toplayıb təxminən 2010-cu ilin noyabr ayının sonu dekabr ayının əvvəllərində Mirələkbərə zəng edib bu barədə bildirmişdir. Danışıqlarına əsasən Mirələkbər Binəqədi rayon prokurorluğuna gəlməyini bildirmişdir. Həmin vaxtlar o, bu məsələ ilə bağlı böyük qardaşı Şahid2 və ailəvi dostu Qüdrət Yəhyayevə də məlumat vermiş, Mirələkbərlə prokurorluqda görüşüb pulu ona verməyə gedəndə qardaşı Hüseyn və dostu Qüdrətlə birlikdə getmişdir. Belə ki, o, pulu toplayıb Mirələkbərlə danışdıqdan sonra qardaşı və Qüdrətə də bildirmişdir. Qardaşı Hüseyn o işləyən məhkəmənin qarşısında gəlmiş və öz şəxsi avtomobil ilə işdən çıxdıqdan sonra qardaşı maşına əyləşmişdir. 200.000 ABŞ dolları bükülü sellofan torbada arxa oturacağın üstündə olmuşdur. Mərkəzi Bankın qarşısında Qüdrəti də götürüb birbaşa Binəqədi rayon prokurorluğuna gəlmişdir. Prokurorluğun qarşısında avtomobili saxlamış, qardaşı və Qüdrət orada qalmış, o isə pul olan sellofan torbanı götürüb Mirələkbərin xidməti otağına getmişdir. Mirələkbərin xidməti otağına daxil olub salamlaşıb hal-əhval etdikdən sonra içərisində 200.000 ABŞ dolları olan sellofan torbanı onun stolunun üzərinə qoyub deyilən məbləğ olduğunu bildirmişdir. Mirələkbər də pulları qəbul etmiş və oradan onun yanında öz nömrəsi ilə kiməsə yığmışdır. Danışıq zamanı Mirələkbərin "Binəqədinin keçmiş sədri Zərərçəkmiş şəxs1 işi ilə bağlıdı, papadan soruş gör əmanəti hara gətirim" cümləsini dediyini xatırlayır. Danışdıqdan sonra Mirələkbər getməli olduğunu, ona ünvan deyildiyini bildirmiş, lakin ünvanı ona deməmişdir. O, Mirələkbərdən kimlə danışdığını soruşduqda Mirələkbər, ona "ağsaqqalın oğlu ilə" danışdığını demişdir. O, hazırda həmin şəxslərin adlarını qeyd etmək istəməsə də kim olduqlarını bilmişdir. Çünki əvvəllərdən danışıq zamanı Mirələkbər kimlə yaxın olduğunu, kimlə iş gördüyünü, ağsaqqal dediyi şəxsin kim olduğunu ona demişdir. Mirələkbər sellofan torbanı götürmüş, onlar otaqdan çıxmışlar, prokurorluğun həyətində avtomobillərə əyləşdikdə Mirələkbər qardaşıgillə salamlaşmışdır. Mirələkbər xidməti avtomobilinə əyləşmiş və getmişdir. O da qardaşıgillə öz avtomobilinə əyləşmiş və oradan ayrılmışlar. Həmin günün axşamı Mirələkbərlə telefonla danışan zaman Mirələkbər, hər şeyin qaydasında olduğunu, məbləğin ünvana çatdırıldığını bildirmişdir. Bundan sonra onlar həm işləri ilə bağlı, həm də asudə vaxtlarında mütəmadi danışıb görüşümüşlər, o da mütəmadi olaraq Mirələkbərdən işi ilə bağlı maraqlanmışdır. Hər dəfə Mirələkbər narahat olmamağını, hər şeyin qaydasında olduğunu bildirmişdir. Artıq 2011-ci ilin aprel ayında Mirələkbər ona zəng edib telefonda sədr təyin ediləcəyi ilə bağlı məsələni istəsə daha tez həll edə biləcəyini bildirdikdə və bunu istəyib istəmədiyini soruşmuşdur. Təbii ki, o, müsbət reaksiya verdikdə Mirələkbər "Ulu Öndərin" doğum günü ərəfəsində müəyyən dəyişikliklərin olacağını, onun əlavə 50.000 ABŞ dolları verəcəyi halda may ayında onu Bakının rayonlarından birinə məhkəmə sədri oturtduracağını bildirmişdir. O, Mirələkbərdən bütün rayonlarda məhkəmə sədri olduğunu dedikdə Mirələkbərin sözünə görə yerlərdən birini boşaltdırıb onu boşalan yerə məhkəmə sədri qoyacaqlarını, hər şeyin əllərində olduğunu bildirmişdir. O, Mirələkbərə bacısı oğlu Rəşadın ağır xəstə olduğunu, onun müalicəsinə maddi kömək etdiyini, onu yola verdikdən sonra görüşüb 50.000 ABŞ dollarını verə biləcəyini demişdir. Mirələkbər də razılaşmış və sağollaşmışlar. 27 aprel 2011-ci ildə Rəşad vəfat etmişdir. Onlar onu dəfn etmək üçün Culfa rayonuna aparmışlar. Yas mərasimini yola verdikdən sonra təxminən 2011-ci ilin 4-5 may tarixlərində o, Bakıya qayıtmış və Mirələkbərlə Binəqədi rayonu ərazisində yerləşən 6 saylı Mərkəzi Xəstəxananın arxasında yerləşən parkın içərisindəki kafelərin birində günorta vaxtı görüşmüşlər. Həmin vaxt qəzetə bükülü halda olan 50.000 ABŞ dolları pulu Mirələkbərə vermiş və əgər may ayı ərzində işi həll olmasa bu pulu mütləq geri alacağını bildirmişdir. Mirələkbər də razılaşmış, pulu götürmüş və onlar ayrılmışlar. 2011-ci ilin may ayı tamam olsa da, Mirələkbərdən xəbər çıxmamış və o, çox əsəbi halda iyun ayının ilk günlərində Mirələkbərlə telefonda sərt şəkildə danışmış və 50.000 ABŞ dollarını tələb etmişdir. Lakin yenə də, məsələnin ilk hissəsinin, yəni 2012-ci ildə sədr təyin olunacağına inanmış, həmin hissədə məsələnin artıq həll olduğunu, sadəcə olaraq məsələnin tez alınmadığını düşünmüşdür. Təxminən 1-2 ay sonra Mirələkbəri Binəqədi rayon prokuroru vəzifəsindən azad edib sərəncama vermişlər. O, narahat olub yenə də Mirələkbərlə əlaqə saxladıqda o, narahat olmamağını, özünün də yeni vəzifəyə gedəcəyini bildirmişdir. Bir neçə ay sonra Mirələkbəri Ağdaş rayon prokuroru təyin etmişlər. O, bir daha Mirələkbərə inanıb onun gücünə bələd olmuşdur. X19 da uzun müddət işləyə bilməmiş və həmin vəzifədən də azad edilmişdir. Artıq 2012ci ilin oktyabr ayının 3-də bir sıra məhkəmə sədrlərinin təyin edilməsi haqqında sərəncam çıxmışdır. Lakin həmin siyahıda onun adı olmamışdır. Bundan sonra o, bərk əsəbləşib dərhal Mirələkbərlə çox sərt formada danışmışdır. Mirələkbər də təxminən 3-5 gün sonra onu görüşə çağırmışdır. Mirələkbərlə yenidən Binəqədidə xəstəxananın arxasındakı parkın içərisindəki kafelərin birində görüşmüşlər və orada Mirələkbər ona 100.000 ABŞ dollarını qaytarmışdır. O, Mirələkbərdən pulunu tam istədikdə Mirələkbər pulun bu hissəsini də özündən qaytardığını, işi görən şəxslərdən pulu geri istəyə bilməyəcəyini, insanı məhv edəcək gücə malik olduqlarını, buna görə səbrli olmağını, qalan 100.000 dolları da qaytaracağını bildirmişdir. Bundan bir neçə ay sonra artıq təxminən 2013-cü ildə dələduzluq cinayəti törətdiyinə görə Mirələkbər barədə cinayət işi başlanılmış və cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsində müvafiq cinayət işinə baxılmış və Mirələkbər sınaq müddəti təyin olunmaqla şərti olaraq məhkum edilmişdir. Bu ǝrǝfələrdə pulunu istədikdə Mirələkbər öz məhkəmə işinə başı qarışdığını bildirib səbrli olmağını demişdir. Həmçinin həmin ərəfədə Mirələkbərin qızı da xəstəlikdən vəfat etmişdir. O da qızı öldüyünə görə 1 il müddətinə Mirələkbəri bir dəfə olsun belə pul məsələsi ilə bağlı narahat etməmişdir. Ondan sonra yenə də Mirələkbərdən pulu istədikdə Mirələkbər qızı öldükdən sonra özünə gələ bilmədiyini, ona vaxt verməyini bildirmişdir. 2014-cü ilin fevral ayında onu sərəncama vermişlər və bir neçə ay sonra onun barəsində cinayət işi başlanılmışdir. 2015-ci ilin 1 aprel tarixində Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edilmiş və 7 il azadlıqdan məhrum edilmişdir. Gəncə şəhərində 2 saylı İstintaq Təcridxanasında saxlanıldığı vaxt bir dəfə oğlu Vüqarla birlikdə Mirələkbər yanına gəlib yenə də səbrli olmağını, pulunu qaytaracağını, onun da həbsdən azad olunmağına kömək olacağını bildirmişdir. Lakin bu illər ərzində Mirələkbərin verdiyi sözlərə, vədlərə baxmayaraq Mirələkbər, onun 100.000 dollar pulunu qaytarmamış, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. O, 5 il azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra 2020-ci ilin 1 aprel tarixində azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra yenə Mirələkbərlə əlaqə saxlayıb pulunu tələb etmişdir. Lakin yenə Mirələkbər onu aldadıb pulunu geri verməmişdir. Mirələkbər nə onun pulunu qaytarmamış, nə də ki, pulunu verdiyini dediyi şəxslərdən də istəməyə getməmişdir. 2022-ci ilin fevral-mart aylarında 100.000 ABŞ dolları məbləğində pulun geri qaytarılması məqsədi ilə o, Mirələkbərlə Nəsimi rayonu ərazisində yerləşən "Koala" parkda görüşüb, pulunu tələb edərkən, Mirələkbər ondan aldığı pulları həmin vaxt Prezident Administrasiyasının rəhbəri vəzifəsində işləmiş Ramiz Mehdiyevə verdiyini, hazırda pulları Ramiz Mehdiyevdən ala bilmədiyi üçün onun pullarını qaytara bilmədiyini bildirmişdir. O, həmin vaxt Mirələkbərin dediklərini istifadəsində olan “Samsung” markalı mobil telefonla qeydə almışdır. Mirələkbərin onunla iki dəfə və oğlu Vüqarla bir dəfə danışıqlarının yazıldığı səs yazılarını ilkin araşdırma dövründə araşdırmaya təqdim etmişdir. Hazırda Mirələkbər ona dəymiş bütün ziyanı tamamilə ödəmiş, ondan şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, fərdi sahibkarlıqla məşğul olur. X27 2022-ci ildə bakalavr pilləsinə qəbul üçün X22 tərəfindən 3-cü qrup üzrə keçiriləcək test imtahanına hazırlaşmışdır. Hazırlıq ərəfəsində X18 qəbul olmaq istədiyini bildirmiş və bunun üçün ilkin olaraq sənədlərini Polis Akademiyasına təqdim etmiş, bundan sonra Daxili İşlər Nazirliyi tərəfindən keçirilən idman üzrə müsabiqə və digər müsahibədən də keçmişdir. Elə həmin ərəfələrdə təxminən 20 il ərzində ailəvi dostluq etdiyi Şahid5 ilə görüşən zaman onun yanında Təqsirləndirilən şəxs görmüşdür. Belə ki, o, Vilayət müəllim və bir neçə digər yoldaşlar demək olar ki, mütəmadi olaraq hər axşam Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov parkında yerləşən “Qala” çayxanasında görüşmüşlər. 2022-ci ilin may ayının sonlarında da həmin yerdə Vilayətlə görüşərkən ilk dəfə Mirələkbəri orada onun yanında görüb tanımışdır. Təqsirləndirilən şəxs əvvəldən tanımamış, onunla ədavəti, düşmənçiliyi, qohumluq əlaqələri, ümumiyyətlə heç bir ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs həmin vaxt çox yüksək vəzifəli şəxslərlə əlaqələrinin olmağından, hamıya kömək etməyindən, müxtəlif şəxsləri yüksək vəzifələrə təyin etdirməyindən söhbətlər etmişdir. Həmin görüş zamanı o, Təqsirləndirilən şəxs uzun illər prokurorluq orqanlarında, Binəqədi, Xəzər, Ağdaş rayonlarında prokuror vəzifələrində işlədiyini bilmişdir. Təsadüfən söhbət zamanı Təqsirləndirilən şəxs 5 nəfər şəxsi Polis Akademiyasına qəbul etdirdiyini bildirmişdir. Bunu eşidən zaman oğlu Ayxan da Polis Akademiyasına hazırlaşdığından oğlunun qəbul işi ilə bağlı Təqsirləndirilən şəxs xahiş etməyi qərarlaşdırmışdır. Belə ki, o, öz növbəsində özünün həyatda çox əziyyət çəkdiyini düşünmüş, qərara almışdır ki, oğlu Ayxanın işini daha rahat yolla həll etsin ki, Ayxan da onun kimi əziyyət çəkməsin. Görüş zamanı o, Vilayətdən soruşduqda Şahid5 da Təqsirləndirilən şəxs ona təqdim edib iş yoldaşı olduqlarını bildirmiş və tərif etmişdir. O, oğlunun işi ilə bağlı Təqsirləndirilən şəxs müraciət etmək istədiyini bildirdikdə Təqsirləndirilən şəxs özünün çox yüksək vəzifəli şəxslərlə qohum olduğunu, həmin şəxslərlə yaxın əlaqələrinin olduğunu bildirib hüquqmühafizə orqanlarında istənilən işi rahatlıqla həll edə bildiyini demişdir. O da həmin şəraitdə Təqsirləndirilən şəxs inandığı üçün ondan xahiş etmişdir ki, oğlu X11 qəbul olunmasına köməklik etsin. Təqsirləndirilən şəxs də öz növbəsində dərhal onunla razılaşmış və yaxın əlaqələrindən istifadə edib həmin işi həll edə biləcəyini bildirmişdir. Həmin görüşün sonunda Təqsirləndirilən şəxs sağollaşıb getdikdə o, Mirələkbəri yola salmış və həmin vaxt bir daha oğlunun məsələsini xahiş etdikdə Mirələkbər, X11 qəbul olunması üçün 100.000 manat pul tələb etmişdir. O, həmin vaxt 60.000 manat evində pulu olduğunu bildirmiş və bir az danışdıqdan sonra Təqsirləndirilən şəxsla 70.000 manata razılaşmışlar. Belə ki, Təqsirləndirilən şəxs ona söz vermişdir ki, 70.000 manat pulun qarışılığında X23 Akademiyasına qəbul edilməsi məsələsini həll edəcəkdir. O da Mirələkbərlə razılaşmış və əlaqə saxlamaq üçün bir-birilərinin telefon nömrələrini götürmüşlər. Təxminən 1-2 gün sonra Mirələkbər ona zəng edib məsələni danışdığını və heç bir narahatlığın olmadığını, məsələnin həll olunduğunu və ilkin olaraq beh kimi 10.000 manat pul verməyini bildirmiş və danışıqlarına əsasən hər zaman görüş yerləri olan “Qala” çayxanasında görüşməklərini bildirmişdir. Danışıqlarının səhəri günü, 2022-ci ilin iyun ayının əvvəlində “Qala” çayxanasında görüşmüşlər. Həmin görüşdə Vilayət, Mirələkbər, o və onlardan başqa Mirələkbərin dostu Elman və mütəmadi olaraq onların çay içdikləri yoldaşlardan Elşən və Bəylər olmuşdur. O, çayxanaya gəldikdə həmin şəxslər hamısı artıq oturmuşlar. Həmin ərəfə günorta namazı vaxtı olduğundan və o da namaz qıldığı üçün namaza tələsdiyindən stola yaxınlaşdıqda əyləşməmiş və açıq vəziyyətdə olan 10.000 manat pulu salamlaşdıqdan sonra Mirələkbərə uzatmışdır. Həmin vaxt Mirələkbər pulu Vilayətə verməyini deyib əli ilə Vilayəti göstərmişdir. O da pulu Vilayətin cibinə qoymuş və namaz qılmağa getmişdir. Namaz qıldıqdan sonra qayıtmış, yoldaşlarla oturmuş və bir daha Mirələkbərlə danışanda Mirələkbər, bu pulun beh kimi olduğunu bildirmiş və bu pulu verdikdən sonra qalan məbləği də hansı qaydada və nə vaxt verəcəyini ona deyəcəyini bildirmişdir. Həmçinin ona Polis Akademiyasının imtahan kodunu ona deyəcəyini bildirmişdir. Danışıqları zamanı Təqsirləndirilən şəxs bu məsələləri digər yoldaşlara bildirməməyini, xüsusən də heç kəsin yanında pul məsələsini danışmamağını ona möhkəm şəkildə tapşırmış, ona övladının işinin vacib olduğunu, məsələ səs-küyə düşərsə işin pozulacağını bildirmişdir. O da Mirələkbərin dediklərinə inanmış və övladının həyati məsələsi olduğu üçün pul barədə heç yerdə danışmamışdır. Danışıqlarına əsasən 10 iyun 2022-ci il tarixdə “Qala” çayxanasında görüşmüşlər və Mirələkbər əlavə pul verilməli olduğunu bildirmişdir. O, həmin vaxt üzərində 10.000 manat pul olduğunu dedikdə Mirələkbər həmin pulu ondan istəmiş və gedib Ayxanın işi ilə bağlı bir nəfərlə görüşəcəyini bildirmişdir. O da həmin vaxt 10.000 manat pulu Mirələkbərə vermişdir. Bir neçə saat sonra Mirələkbərlə zəngləşdikdə Mirələkbər, 40.000 manat pulu da gətirməyini bildirmiş və danışıqlarına əsasən həmin axşam Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Xalxal” restoranında görüşmüşlər və yemək yemişlər. Həmin vaxt o, 40.000 manat pulu da Mirələkbərə vermişdir. Bundan sonra sonuncu dəfə isə 17 iyun 2022-ci il tarixdə Mirələkbər ona zəng edib qeydiyyatın qurtardığını, həmin günün sonuncu gün olduğunu deyib 3 saat ərzində qalan 10.000 manat pulun da çatmalı olduğunu bildirmişdir. O da avtomobilini qısa zaman ərzində satıb həmin gün Mirələkbərlə yenə “Xalxal” restoranında görüşmüşlər və 10.000 manat pulu sonuncuya vermişdir. Bundan sonra da onlar adəti üzrə parkda yoldaşlarla, Mirələkbərlə görüşüb, söhbət edib, çay içmişlər. 06 iyul 2022-ci il tarixdə Ayxan imtahan nəticəsində 305 bal toplamış, heç yerə qəbul olmamışdır. O da öz növbəsində Təqsirləndirilən şəxsla dəfələrlə əlaqə saxlayıb niyə belə iş gördüyünü soruşmuşdur. Təqsirləndirilən şəxs hər dəfə bir bəhanə etməklə sonda ondan pul almadığını bildirmişdir. O da bundan sonra Şahid5la danışmış, sonuncu da ona bildirmişdir ki, özü də Mirələkbərlə bu barədə danışacaqdır. O və həmçinin Vilayət nə qədər Mirələkbərlə danışsalar da heç bir müsbət nəticə olmadığını görüb şikayət edəcəyini bildirmişdir. Onu da qeyd edir ki, Mirələkbər ona qəbul imtahanından bir gün əvvəl DİN-nin imtahan komissiyasının kod və parolunun veriləcəyini bildirmişdir. 05 iyul 2022-ci il tarixdə onlar görüşən zaman Mirələkbər həmin kod parolu ona vermədikdə o, şübhələnməyə başlamış və həmin vaxtdan etibarən Mirələkbərin danışıqlarını telefonu vasitəsilə qeydə almağa başlamışdır. Oğlunun imtahan günündə də Mirələkbər onunla birlikdə olmuş və həmin vaxt onun bacısı oğlu Vüsal da ora gəlmiş və Vüsal da, öz qardaşının polis akademiyasına qəbul işi ilə bağlı Mirələkbərə müraciət etmişdir. Mirələkbər onun işini də həll edəciyini bildirib ondan da külli miqdarda pul istəmişdir. Lakin həmin görüşdən sonra bacısı oğlu Mirələkbərə inanmayaraq onun dələduz xarakterli bir insan olduğunu ona bildirib Mirələkbərlə iş görməkdən imtina etmişdir. Həmin görüşlərinin də danışıqlarını qeydə almış və Mirələkbərin onda olan səs yazılarını istintaqa təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun doğma qardaşı olmaqla ondan yaşca kiçikdir. Həsən 2000-2007-ci illərdə Binəqədi Rayon Məhkəməsinin sədri, 2007-2014-cü illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində işləmişdir. Həsən Binəqədi Rayon Məhkəməsinin sədri vəzifəsində işlədiyi dövrdə Təqsirləndirilən şəxs da həmin rayonda prokuror vəzifəsində işləmiş və onların münasibətləri yaranmışdır. O da qardaşı vasitəsilə Təqsirləndirilən şəxs tanımışdır. Təxminən 2009-2010-cu illər ərəfəsində qardaşı Həsən söhbət zamanı Mirələkbərin onu məhkəmə sədri təyin etdirəcəyinə söz verdiyini və bu işin müqabilində 200.000 ABŞ dolları istədiyini ona demişdir. Onların aralarında bir neçə dəfə bununla bağlı söhbət olmuş, o isə həmin məbləğin az miqdar olmadığını, işi ehtiyatlı tutmasını bildirib Mirələkbərin xarakterinə görə bu məsələyə etiraz etmişdir. Qardaşı isə Mirələkbərlə münasibətləri olduğunu, birlikdə çörək kəsdiklərini, Mirələkbərə etibar etdiyini demişdir. O, təqaüddə olduğundan bəzən günortalar nahar ərəfəsində qardaşının iş yerinə gedib orada qardaşı Həsənlə və Həsənin digər hakim yoldaşları ilə nahar etmişdir. Təxminən 2010-cu ilin oktyabr ayında bir dəfə də günorta qardaşı Həsənlə nahar edən zaman Həsən axşama doğru görüşməklərini, bir yerə gedəcəklərini bildirmiş, o da razılıq vermişdir. Axşam işdən çıxan vaxta yaxın o, qardaşı işləyən məhkəməyə gəlmiş, Həsən düşmüş və onlar birlikdə Həsənin avtomobilinə əyləşmişlər. Avtomobilə əyləşən zaman o, arxa oturacağın üzərində sellofan bükülü görmüşdür. Həsən həmin bükülünün içərisində pul olduğunu, həmin pulu Mirələkbərə aparıb verəcəklərini, Mərkəzi Bankın yanından da ailəvi dostu olan Qüdrət müəllimi də götürəcəklərini bildirib onun arxa oturacaqda əyləşməyini demişdir. Həsəndən həmin vaxt pulun miqdarını soruşmasa da o, hansı məsələyə görə Mirələkbərlə görüşə getdiklərini və pulun 200.000 ABŞ dolları olduğunu bilmiş, çünki qardaşı əvvəldən ona bu barədə bildirmişdir. Oradan bərabər gedib Mərkəzi Bankın qarşısından Qüdrət müəllimi də götürmüşlər, Həsən Qüdrət müəllimə də Binəqədi rayon prokurorluğuna getdiklərini bildirmişdir. Onlar Binəqədi rayon prokurorluğuna çatdıqda Həsən sellofan bükülünü götürüb avtomobildən düşüb prokurorluğun binasına daxil olmuş, Qüdrət müəllimlə o isə avtomobildə gözləmişlər. Bir müddət sonra Həsən ilə Binəqədi rayon prokuroru işləyən Təqsirləndirilən şəxs birlikdə binadan çıxmışlar və avtomobildə olan sellofan bükülü Mirələkbərin əlində olmuşdur. Mirələkbər öz xidməti avtomobilinə əyləşmiş, Həsən isə gəlib öz avtomobilində oturmuş və onlar oradan ayrılmışlar. Sonra Qüdrət müəllimi düşürüb onlar da evlərinə getmişlər. Ondan bir neçə gün sonra o, Həsəndən məsələ barədə soruşduqda Həsən Mirələkbərlə danışdığını, hər şeyin yüksək səviyyədə olduğunu bildirmişdir. Bundan sonra 2011-ci ilin aprel ayında onların bacısı oğlu vəfat etdiyi üçün onlar hamısı Naxçıvana getmişlər. Orada yas mərasimində olan zaman Həsənin Mirələkbərlə telefon danışığından sonra nə barədə danışdıqlarını soruşanda Həsən işinin tez olmasına görə Mirələkbərin əlavə də pul istəyini bildirmişdir. O, Həsənin artıq bir elə pul verdiyini dedikdə Həsən işin tezliyi üçün lazım olduğunu demişdir. Daha sonra onlar Bakıya qayıtmışlar və bir müddət onun olanlardan xəbəri olmamışdır. Bir müddət sonra o, Həsəndən bir daha məsələnin nə yerdə olduğunu soruşduqda o, Mirələkbərə 2011-ci ilin may ayında əlavə 50.000 ABŞ dolları da verdiyini, lakin məsələ tez alınmadığına görə 50.000 ABŞ dollarını geri aldığını bildirmişdir. Ondan sonra 2012-ci ilin payız ayları ərəfəsində növbəti məhkəmə sədrləri təyinatı vaxtı o izləyərkən qardaşı Həsənin adı yeni sədr təyinatında çıxmamışdır. Sonra o, qardaşı ilə danışıb bu barədə soruşduqda Həsən özü də Mirələkbərlə danışacağını bildirmişdir. Mirələkbərlə görüşən zaman Mirələkbər qardaşına narahat olmamasını, məsələnin həll olunacağını bildirmişdir. Bir müddət sonra qardaşının çox böyük təkidləri nəticəsində Mirələkbər qardaşına 100.000 ABŞ dollarını geri qaytarmış, bu barədə Həsən özü sonradan ona bildirmişdir. Ondan sonra bir müddət Mirələkbərin, daha sonra isə qardaşının işlərində müəyyən problemlər olmuş, Mirələkbərin övladı vəfat etmiş, 2015-ci qardaşı həbs olunmuş və bu səbəblərdən məsələlər müəyyən müddət dayandırılmışdır. Qardaşı cinayət məsuliyyətinə cəlb edilib Gəncədə İstintaq təcridxanasında saxlanılarkən bir dəfə Mirələkbər də onunla və qardaşı oğlu Vüqarla birlikdə Həsənin yanına getmişdir. Həmin vaxt yolda olarkən Mirələkbər qardaşından aldığı 200.000 ABŞ dolları məbləğindən qalan 100.000 ABŞ dollarını tez bir zamanda Həsənə geri qaytaracağına söz vermiş, lakin vədinə əməl etməmişdir. Artıq 2020-ci ildə qardaşı azadlığa çıxdıqdan sonra da Mirələkbərdən pulunu geri istəmiş, lakin Mirələkbər müxtəlif bəhanələr gətirərək Həsənin pulunu verməmişdir. Təxminən 1-2 ay əvvəl qardaşı Həsən ona zəng edib Nəsimi metrostansiyası tərəfə gəlməyini, Qüdrət müəllimin də ora gələcəyini bildirmişdir. O da deyilən yerə getmiş, oradan hər üçü görüşmüşlər. Görüş zamanı Həsən Mirələkbərlə bağlı müraciət etdiyini, yazdığı məktubun bir nüsxəsini də zərfdə olduğunu deyib həmin zərfi Qüdrət müəllimlə onun Mirələkbərin evinə aparıb verməklərini xahiş etmişdir. Onlar da etiraz etməmişlər və Qüdrət müəllimlə birlikdə Mirələkbərin evinə getmişlər. Onlar Mirələkbərin evinə çatdıqda qapını döyüb həmin məktubu Mirələkbərin ailə üzvlərinə təqdim etmişlər. Oradan qayıtdıqdan sonra Həsənlə yaxınlıqda çayxanada görüşmüşlər və hər üçü əyləşib çay içib məsələ barədə danışmışlar. Hal-hazırda Mirələkbər qardaşına dəymiş ziyanı ödəmiş və onlar barışmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 15 ilə yaxındır ki, Zərərçəkmiş şəxs1 vasitəsi qiyabi olaraq tanımış, Mirələkbərlə yaxınlığı olmamış, aralarında ədavətləri, düşmənçilikləri və ya qohumluq əlaqələri yoxdur. Zərərçəkmiş şəxs1 isə 1990-cı ilin əvvəllərindən tanıyır, Həsənlə yaxşı münasibətləri vardır. Belə ki, Neft-kimya prosesləri İnstitutunda işləyən vaxt bir dəfə təsadüfən dəhlizdə Həsənlə qarşılaşmış, aralarında söhbətləri olmuş, həmin vaxtdan münasibətləri yaranmış və zaman keçdikcə münasibətləri formalaşmışdır. Həsənlə onun sıx dostluq əlaqələri olmasa da yaxın yoldaşlıq münasibətində olmuşlar. Təxminən 2009-2010-cu illərin hansısa birinin payız ayları, təxminən oktyabr-noyabr aylarında axşam saatlarında işdən çıxıb metro vasitəsilə evə getmişdir. "28 May" metrostansiyasının çıxışında olarkən Həsən istifadəsində olan mobil nömrəsi ilə onun mobil nömrəsinə zəng etmişdir. Danışıq zamanı Həsən onun yerini soruşmuş, o, Mərkəzi Bankın yaxınlığında olduğunu dedikdə Həsən orada gözləməyini, qardaşı Hüseynlə birlikdə gəlib onu oradan götürəcəklərini və onların birlikdə bir yerə gedəcəyini bildirmişdir. O da etiraz etməmiş, onları gözləmişdir. Təxminən 5 dəqiqə sonra Həsən öz şəxsi avtomobili ilə Mərkəzi Bankın qarşısına yaxınlaşmışdır. Hüseyn arxa oturacaqda əyləşmiş, o da qabaq sərnişin oturacağında əyləşmişdir. Onlar salamlaşdıqdan sonra Həsən Binəqədi rayon prokurorluğuna gedəcəklərini, avtomobildə olan əmanəti ora çatdıracaqlarını demişdir. O, avtomobilə əyləşmək istədikdə arxa oturacaqda, Hüseynin yanında sellofana bükülmüş, üzərində qəzet olan bükülü görmüşdür. Həsən dedikdən sonra o, əmanətin həmin bükülü olduğunu və içərisində pul olduğunu zənn etmişdir. Həsən əlavə bir söz demədiyindən o da pulun miqdarı, hansı məsələ ilə bağlı olduğu və dəqiq olaraq pulu prokurorluqda kimə çatdıracağı barədə əlavə suallar verməmişdir. Onlar Binəqədi rayon prokurorluğuna çatdıqda Həsən sellofan bükülünü götürüb avtomobildən düşüb prokurorluğun binasına daxil olmuş, Hüseynlə o isə avtomobildə gözləmişlər. Təxminən 10 dəqiqə sonra Həsən ilə həmin vaxt Binəqədi rayon prokuroru işləyən Təqsirləndirilən şəxs birlikdə binadan çıxmışlar və avtomobildə olan sellofan bükülü Mirələkbərin əlində olmuşdur. Mirələkbər öz xidməti avtomobilinə əyləşmiş, Həsən isə gəlib öz avtomobilində oturmuş və onlar oradan ayrılmışlar. Sonra o, evinə gedən istiqamətdə yolda düşüb Həsəngildən sağollaşıb ayrılmışdır. Orada bir daha Həsəngil ona bir söz demədiyindən o, Həsəndən əlavə söz soruşmamışdır. Sadəcə olaraq Həsən əmanəti prokurorluğa aparan zaman onun orada iştirak etmək istədiyini bildirmişdir. Bundan sonra onun heç nədən, Həsənlə Mirələkbərin arasında olub-olmayanlardan xəbəri olmamışdır. Təxminən 1-2 ay əvvəl “Nəsimi” metrostansiyası tərəfdə olarkən ona Həsəndən zəng gəlmiş, onun harada olduğunu soruşmuş, o, yerini dedikdən Həsən özünün də təsadüfən həmin əraziyə yaxın olduğunu demiş və onlar görüşmüşlər. Görüş zamanı Həsənin qardaşı Hüseyn də Həsənin yanında olmuşdur. Həsən Mirələkbərlə aralarında bir məsələ olduğunu, buna dair bir məktub özünün həmin məktubu Mirələkbərə verməyə utandığını bildirib həmin məktubu Hüseynlə bərabər onun da Mirələkbərin evinə aparmağını xahiş etmişdir. O da etiraz etməmişdir. X12 evinin dəqiq yerini unutduğunu bildirdikdə o, evin yerinin yadında qaldığını demişdir. Belə ki, o, Mirələkbərin qızı vəfat etdikdə onun evində bir neçə dəfə yas mərasimində iştirak etmişdir. Oradan o, Hüseynlə birlikdə Mirələkbərin evinə getmişlər. Yenə də Həsən və Hüseyn nə məsələ olduğu barədə ona bir söz deməmişlər və o da əlavə sual verməmişdir. Onlar Mirələkbərin evinə çatdıqda qapını döyüb həmin məktubu onun ailə üzvlərinə təqdim etmişlər. Oradan qayıtdıqdan sonra Həsənlə yaxınlıqda çayxanada görüşmüşlər və hər üçü əyləşib çay içmişlər. Həmin vaxt Həsən məsələni ona bildirib, Baş prokurorluğa Mirələkbər barədə müraciət etdiyini, həmin müraciət məktubunun bir nüsxəsinin onların verdiyi zərfdə olduğunu demişdir. Həmçinin Həsən məsələni ona danışıb o vaxt bərabər Binəqədi rayon prokurorluğuna getdikdə bükülüdə 200.000 ABŞ dolları pul olduğunu, Mirələkbərin Həsəni məhkəmə sədri təyin etdirəcəyinə dair ona söz verdiyini, həmin pulu da həmin işin müqabilində Mirələkbərə aparıb verdiyini bildirmişdir. Lakin sonradan işinin alınmadığını, Mirələkbərin ondan aldığı puldan 100.000 ABŞ dollarını 2012-ci ildə qaytardığını, qalan 100.000 ABŞ dollarını isə bugünədək qaytarmadığını bildirmişdir. Bundan sonra isə təxminən 2 ay əvvəl Həsənin xahişi, o özü də Mirələkbərlə sonuncuya məxsus, Buzovna qəsəbəsində yolun kənarında yerləşən, adını xatırlamadığı kafedə görüşmüşdür. Orada bir daha məsələ barədə danışıb razılaşmalarını bildirmişdir. Görüşləri zamanı da Mirələkbər müvafiq işlə bağlı Həsəndən 200.000 ABŞ dolları məbləğində pul aldığını, 100.000 ABŞ dolları pulu geri qaytardığını etiraf etsə də, pulun qalan hissəsini qaytarmağa imkanı olmadığını bildirmişdir. Onun bildikləri bundan ibarətdir, başqa nələrdənsə xəbəri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, bu iş üzrə Zərərçəkmiş şəxs1 onun doğma atasıdır. Atası Zərərçəkmiş şəxs1 2000-ci ilin sentyabr ayından 2007-ci ilin avqust ayına qədər Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin sədri vəzifəsində, 2007-ci ilin avqust ayından 2014-cü ilin fevral ayına kimi isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs isə atası vasitəsilə atasının yaxın münasibətdə olduğu şəxs, dostu kimi tanımışdır. Belə ki, atası məhkəmə sədri olduğu dövrdə Təqsirləndirilən şəxs da Binəqədi rayonunun prokuroru vəzifəsində işləmiş, onların həmin dövrdən münasibətləri yaranmışdır. Təxminən 2010-cu ildə atam Bakı Ağır Cinayətlər məhkəməsində hakim işlədiyi, onun isə məktəbin 11-ci sinfində oxuduğu dövrdə o, ümumi olaraq atasının yenidən Bakı rayonlarının birinə məhkəmə sədri vəzifəsinə təyin olunacağını gözlədiyini bilmiş və bu işdə ona Təqsirləndirilən şəxs kömək etdiyini atası özü ona demişdir. Belə ki, Təqsirləndirilən şəxs yaxın münasibətdə olduğu yüksək vəzifəli şəxslərin köməkliyi ilə bu məsələni həll edəcəyinə atasını tam əmin etmiş, onlar ailə üzvləri də bundan məlumatlı olmuş və hamısı 2012-ci ildə baş tutacaq növbəti məhkəmə sədrlərinin təyinatını gözləmişlər. Artıq o, universitetdə oxuduğu dövrdə, 2012-ci ilin oktyabr ayında Bakı şəhərinin rayonlarına yeni məhkəmə sədrləri təyin olunarkən o da internet üzərindən siyahıya baxmış, lakin atasının adını həmin siyahıda görməmişdir. O, həmin vaxt atasına zəng vurub oruşduqda atası növbəti siyahıda adının olacağını bildirib başqa bir söz deməmişdir. O, həmin dövrlərdə atasının məhkəmə sədri təyin olunması ilə bağlı Təqsirləndirilən şəxs hansısa məbləğdə pul verdiyini bilsə də, həmin vaxt yaşı daha az olduğuna görə atasından bu barədə əlavə bir söz soruşmamış, pulun kimə çatacağını, işin hansı yolla həll olacağını tam dəqiq bilməmişdir. Təxminən sədr təyinatından bir-iki ay sonra o, atasından yenə məsələnin nə yerdə olduğunu soruşduqda atası işin alınmadığını deyib verdiyi puldan bir qismini geri aldığını bildirmişdir. 2015-ci ilin aprel ayında atası həbs olunmuş və buna görə Təqsirləndirilən şəxs şəxsən pulunu tələb edə bilməmişdir. Atası həbs olunduqdan sonra onu yanına çağırıb kimlərdə hansı məbləğdə alacaqları var idisə, ona bunlar barədə ətraflı məlumat vermişdir. Həmin vaxt atası məhkəmə sədri təyin olunması üçün 2010-cu ilin noyabr-dekabr aylarında Təqsirləndirilən şəxs 200.000 ABŞ dolları məbləğində pul verdiyini, daha sonra eyni işlə bağlı 2011-ci ilin may ayında əlavə 50.000 ABŞ dolları verdiyini, Təqsirləndirilən şəxs verdiyi sözə əməl etmədiyi üçün ilk olaraq 50.000 ABŞ dollarını geri aldığını, daha sonra 2012-ci ildə adı siyahıda çıxmadıqdan sonra isə Təqsirləndirilən şəxs 100.000 ABŞ dolları pulunu da geri aldığını bildirərək qalan pulunu geri ala bilmədiyini bildirmişdir. Atası bu müddət ərzində dəfələrlə Təqsirləndirilən şəxsla görüşərək verdiyi pulu geri tələb etmiş, lakin Mirələkbər Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək vədinə əməl etməmiş, atasının pulunu tam geri qaytarmamışdır. Atası ona istiqamət və icazə verdikdən sonra o, 2015-ci ilin may ayında Təqsirləndirilən şəxsla Bakı şəhərində, "Zərifə Əliyeva" adına parkda ikisi görüşmüşlər, o, Mirələkbərdən 100.000 ABŞ dolları məbləğində atasına verməli olduğu pulu tələb etmiş, Mirələkbər da etiraz etməyərək tezliklə pulu verəcəyinə söz vermişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxsla görüşüb pulları tələb etmiş, Mirələkbər isə hər dəfə müxtəlif bəhanələr gətirmiş, həmçinin görüşləri zamanı adına olan müəyyən mülklərini satıb pulu verəcəyini bildirmiş, lakin vədlərinə əməl etməmişdir. Hətta onunla görüşən zaman Təqsirləndirilən şəxs ona atasından aldığı həmin pulları Prezident Administrasiyasının keçmiş rəhbəri işləmiş X8 Mehdiyevə verdiyini və geri ala bilmədiyini söyləmişdir. Mirələkbər, eyni söhbətləri 2015-ci ilin noyabr ayında Gəncə İstintaq təcridxanasına atasının yanına birgə gedərkən də ona demişdir. Bundan başqa 2016-cı ilin dekabr ayında Yasamal rayonu, Ş.Mehdiyev küçəsində fəaliyyət göstərən kafedə yenidən Təqsirləndirilən şəxsla görüşərkən sonuncu bir daha pulları Teymur Mehdiyevə verdiyini və şikayət etdikləri halda atası üçün pis nəticələnəcəyini ona bildirməklə ona hədə-qorxu gəlmişdir. Daha sonra o, olanları atasına danışmış, atası isə bildirmişdir ki, cəzasını çəkib qurtardıqdan sonra özü bu işlə məşğul olacaqdır. Buna görə də, o, atasından icazəsiz bu məsələnin arxasınca düşməmişdir. Atası cəzasını çəkib qurtardıqdan sonra özü Təqsirləndirilən şəxsla görüşüb pullarını tələb etməsinə baxmayaraq sonuncu da yenidən yalan vədlər verməklə atasını aldatmışdır. Buna səbəbdən atası ərizə ilə Baş Prokurorluğa müraciət etmişdir. Əlavə olaraq qeyd edir ki, atası, Təqsirləndirilən şəxsla görüşən zaman onun dediklərini mobil telefonu ilə qeydə almışdır. Həmçinin 2016-cı ilin dekabr ayında Yasamal rayonu, Ş.Mehdiyev küçəsində fəaliyyət göstərən kafedə Təqsirləndirilən şəxsla görüşərkən o da Mirələkbərin dediklərini öz mobil telefonu vasitəsilə qeydə almışdır. Daha sonra həmin mobil telefonu dəyişdiyindən səs yazısını CD diskə köçürərək özündə saxlamışdır. İlkin araşdırma dövründə Təqsirləndirilən şəxs atası ilə iki dəfə və onunla bir dəfə danışıqlarının yazıldığı səs yazıları atası tərəfindən araşdırmaya təqdim edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 2011-ci ildən bəri tanıyır. O, dövlət ittihamçısı kimi Binəqədi rayon məhkəməsində cinayət işlərinə çıxarkən, Təqsirləndirilən şəxs həmin rayonda prokuror olmuş və lakin elə də yaxın münasibəti olmamışdır. Zərərçəkmiş şəxs1 dustaq olarkən tanımışdır. Belə ki, 2017-ci ildə 9 saylı cəzaçəkmə müəssisəsində uyğunlaşma ilə bağlı məhkəmədə Həsənin müraciətinə baxılarkən orada görmüş, onun əvvəllər hakim, məhkəmə sədri işlədiyini eşitmişdir. Digər Zərərçəkmiş şəxs2 isə o, təxminən 2009-2010-cu illərdə Balakən rayon prokurorluğu vasitəsilə tanımışdır. Belə ki, o, həmin illərdə Balakəndə işləyərkən Tahir bir neçə dəfə ona yaxınlaşmış, o da Tahirə bir çox köməkliklər etmiş və Tahir həmişə ona dayı deyə müraciət etmişdir. Yəni, nə təqsirləndirilən şəxslə, nə də zərərçəkmiş şəxslərlə hər hansı pis münasibəti olmamışdır. Hadisə ilə əlaqədar isə demək istəyir ki, o, təqaüdə çıxdıqdan sonra yaşadığı Nərimanov rayonu ərazisində yerləşən parkda səhhəti ilə əlaqədar hər gün gəzişmişdir. Onun tanışları, onu tanıyan insanlar o, vaxtilə hüquq-mühafizə orqanlarında işlədiyi üçün gəlib ondan məsləhətlər istəmiş və o da o insanlara qanun çərçivəsində məsləhətlər vermiş, kömək etmişdir. Təxminən 2022-ci ilin may ayının sonlarında o, parkda gəzərkən təsadüfən Təqsirləndirilən şəxsla rastlaşmışdır. Ümumi söhbət zamanı Mirələkbər başına gələnləri, sabiq hakim Zərərçəkmiş şəxs1lə onun arasında böyük mübahisə olduğunu və Həsənin ondan şikayət etdiyini, hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində özü barəsində cinayət işinin araşdırıldığını ona bildirmişdir. O, Mirələkbərdən Həsənlə arasında olan həmin hadisənin nə zaman olduğunu soruşmuş, Mirələkbər də ona 2010cu ildə baş verdiyini demiş və o da Mirələkbərə qorxmamasını, onun barəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini demişdir. Sonra Mirələkbər ona Həsənlə görüşməsini, Həsənlə yaxşı münasibəti olduğu üçün, Həsənin onun sözlərinə qulaq asacağını demiş, o da Həsənlə danışacağına razılıq vermişdir. Bir gün dostlarla görüşlərin birində Tahir onun yanına gəlmiş və orada Mirələkbəri görmüşdür. O da Mirələkbəri digər yoldaşlarla yanaşı Tahirlə tanış etmişdir. Mirələkbər adəti üzrə yenə də əlaqələrinin genişliyindən, vəzifəli şəxslərlə qohumluğundan danışmışdır. Tahir öncələr Mirələkbəri tanımamışdır. Tahir ona yaxınlaşıb, oğlunun Polis Akademiyasına qəbul etdirilməsinə kömək etməsi üçün Mirələkbərə güvənməyin mümkünlüyünü soruşmuş, o da Tahirə, onun fikrincə Mirələkbərin bu barədə kömək edə bilməsini, sonuncuya güvənməyin mümkün olduğunu demişdir. Bir az keçəndən sonra, təxminən günorta saatlarında, onlar oturub çay içəndə Tahirin Mirələklərə pul uzatdığını görmüş, həmin vaxt orada xatırladığı qədəri ilə o, Tahir, Mirələkbər, Elşən və Bəylər olmuşlar. Pulun nə qədər olduğunu həmin vaxt bilməmişdir. Onun həmin vaxt əynində kostyum olmuşdur. Tahir pulu Mirələkbərə uzadanda Mirələkbər Tahirə demişdir ki, “pulu Vilayət müəllimə ver”. O da pula əlini vurmamış və Tahirə demişdir ki, pulu cibinə qoysun. O, pulu cibindən çıxarıb Mirələkbərə vermək istəyəndə Mirələkbər ona demişdir ki, “gözlə, mən xəbər edəndə pulu verərsən”. Tahir pulu verib, bir az oturandan sonra getmişdir. O, bir az keçəndən sonra cibində olan həmin pulu çıxarıb Mirələkbərə vermişdir. O, həmin vaxt hələ də başa düşməmişdir ki, bu pul nə üçündür və nə qədərdir. Mirələkbər həmin vaxt ona bu pul məsələsindən dostu Elmanın xəbəri olmamağını demiş, daha sonra Mirələkbər çıxıb getmişdir. Mirələkbər gedəndən sonra ona bir də zəng edib xahiş etmişdir ki, bu pul məsələsindən Elmana heç nə deməsin. O, Tahirdən pulun nə məsələ olduğunu soruşmuş, Tahir, oğlunun Polis Akademiyasına qəbul edilməsi üçün Mirələkbərin ona söz verdiyini, məsələni həll etdiyini və verdiyi 10.000 manat pulu həmin işə görə verdiyini bildirmişdir. Bu hadisədən sonra o, tez-tez Mirələkbərlə müxtəlif məclislərdə bir araya gəlmişdir. Mirələkbəri gördükdə “sən Tahirə verdiyin sözü yerinə yetirəcəksənmi, övlad Tahirin zəif nöqtəsidir, çalış övlad barəsində Tahiri incitmə” deyə bildirmiş, Mirələkbər də ona narahat olmamağını, yüz faiz həll edəcəyini demişdir. O da narahat olmağa başlamışdır. Həm də Mirələkbər haqqında məlumat almağa başladıqca daha da narahat olmuşdur. O, Elmana bu işin axırının yaxşı görünmədiyini Mirələkbərə başa salmağı bildirmişdir. Bu pulun verilməsində onun da iştirakı olduğu üçün öz adına da ləkə gəlməsindən narahat olmuşdur. Bu iş üzrə şikayət gedib prokurorluğa çıxanda, prokurorluqda bu məsələ ilə bağlı müzakirə gedəndə orada prokurorlar demişlər ki, “Şahid5 bu adamları tanımırdı ki, özü də bu işə qoşulub?”. Artıq imtahanın olmasına 1 gün qalmış, o, yenə Mirələkbərdən vəziyyətin nə yerdə olduğunu soruşmuş, Mirələkbər də ona “2 kod deyiləcək təhsil nazirinin müavininə, o da yaxınlaşıb kodu uşağa deyəcək” deyə cavab vermişdir. İmtahandan sonra Tahir yanına gəlmiş və işin baş tutmadığını, uşağının imtahandan kəsildiyini bildirmiş, o da Mirələkbərə Tahirin tez-tez onun yanına gəldiyini, Tahirin pulunu qaytmasını demişdir. Bu söhbət daha da böyümüş və artıq 10.000 manat deyil, 70.000 manat davası getmişdir. O, Mirələkbərə Tahirin pulunu qaytarmasını dedikdə Mirələkbər ona Tahirin barışıq ərizəsi verməsini, sonra pulu qaytaracağını bildirmişdir. Tahir də Mirələkbər pulu qaytarandan sonra barışıq ərizəsi verəcəyini demişdir. Bir gün yenə dostlarla “Mona Liza” adlı kafedə oturmuşlar. Orada o, Mirələkbər, Elman, Tural, Tahir olmuşlar. Mirələkbər 10.000 manat pulu Turala vermiş, Tural da ona vermiş və o da qaytarıb Tahirə vermişdir. Bundan sonrasına daha o, qarışmamış, çünki təkcə 10.000 manat pulun verilməsində onun iştirakı olmuşdu. Onun bildikləri bunlardan ibarət olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid5 bildirdi ki, onun iştirakı ilə Mirələkbər Tahirə 10.000 manat pulu qaytaran zaman, həmçinin ayrı vaxtlarda da həmişə 70.000 manat söhbəti getmişdir. Mirələkbər and içərək 10.000 manatdan əlavə 60.000 manat aldığını inkar etmiş, Tahir isə and içərək Mirələkbərə əlavə olaraq 60.000 manat da verdiyini demişdir. Tahirin Mirələkbərə 70.000 manat pul verdiyini ona Tahir Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etməmişdən öncə özü demişdir. Tahir, Mirələkbərə 70.000 manat pulu oğlunun Polis Akademiyasına qəbul edilməsi üçün verdiyini demişdir. Mirələkbər Tahirdən pulu sonuncunun oğlunun Polis Akademiyasına qəbulla bağlı aldığını dəfələrlə etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 30 ildir ki, tanıyır, aralarında dostluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs2 isə son bir neçə ay ərzində tanımış, ondan əvvəl tanımamış, onunla aralarında ədavətləri, düşmənçilikləri və qohumluq əlaqələri yoxdur. Mirələkbərlə onun Qüdrət adlı dostları vardır və onlar ara-sıra onunla görüşmək üçün Nərimanov parkına getmişlər. 2022-ci ilin təxminən may ayında o, Mirələkbərlə yenidən Nərimanov parkında Qüdrət müəllimlə görüşdükdə Mirələkbər təsadüfən sonradan adının Vilayət olduğunu bildiyi şəxslə görüşmüşdür. Sonra Mirələkbər özü Vilayətin prokurorluq orqanlarında işlədiyini, əməkdaş olduqlarını bildirmişdir. Ondan sora onlar yenə Nərimanov parkına getdikdə orada “Qala” çayxanasında artıq Vilayət müəllimlə də oturub çay içib söhbət etmişlər. Həmin vaxt onlardan başqa Vilayət müəllimi tanıyan digər yoldaşlar da onun yanına gəlib-getmişlər. Bir dəfə də 2022-ci ilin iyun ayında artıq, o, Mirələkbər və Vilayətlə “Qala” çayxanasında oturmuşlar. Onlardan başqa Elşən adlı şəxs də orada olmuş və Bəylər də ora gəlmişdir. Bir müddət sonra Tahir də onların yanlarına gəlmiş və əlində olan bir bükülü pulu Vilayətin cibinə qoymuşdur. Ondan sonra olanları o görməmiş, fikir verməmişdir. Ondan sonra onlar yenə görüşdükdə Mirələkbərlə Tahirin arasında olan ümumi söhbətlərdən o, Mirələkbərin Tahirin oğlunun Polis Akademiyasına düzəldilməsinə köməklik etdiyini şifahi olaraq eşitmişdir. Lakin onlar arasında olan söhbətlərdə o, bilavasitə iştirak etməmiş, nəyi, necə danışdıqlarının şahidi olmamışdır. Artıq ali məktəbə qəbul imtahanları başa çatdıqdan və Tahirin oğlu ali məktəbə qəbul olmadıqdan sonra Tahirlə Mirələkbər arasında olan narahatlıqdan sonra o, aralarında olan danışıqları elə onların özlərindən eşitmişdir. Belə ki, Tahir oğlunu Polis Akademiyasına düzəltməsi üçün Mirələkbərə pul vermişdir. Tahir bir dəfə onun yanında Mirələkbərdən 70.000 manat pulunu tələb etdikdə Mirələkbər böyük təəccüb keçirərək, çox sərt şəkildə və qəti surətdə Tahirə öz etirazını bildirərək ona şər atdığını demişdir. Bundan başqa onun heç bir məlumatı olmamışdır, bildikləri bunlardan ibarətdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, nə Zərərçəkmiş şəxs2, nə də ki, Təqsirləndirilən şəxs əvvəldən tanımamışdır. O, yalnız Elşəni uzun illər eyni qəsəbədə yaşadıqlarından tanımış, aralarında dostluq münasibətləri olmuşdur. 2022-ci ilin iyun ayında o, Nərimanov rayonunda yerləşən əmlak idarəsindən qayıtdıqda parkın içərisindən keçərkən Elşənin “Qala” çayxanasında əyləşdiyini görüb onu səsləmişdir. Elşən də onu yanlarına dəvət etmişdir. Həmin vaxt Elşəndən başqa orada sonradan adlarının Vilayət, Mirələkbər və Elman olduğunu bildiyi şəxslər olmuşdur. O, həmin şəxsləri ilk dəfə həmin gün görüb tanımışdır. Bir az oturduqdan sonra sonradan adını bildiyi Tahir də stola yaxınlaşmış və cibindən bir bükülü, 100 manatlıq əskinaslardan ibarət bir paçka pulu Şahid5 cibinə qoymuşdur. Bu vaxt azan səslənmiş və Tahir namaz qılmağa getmişdir. Sonra Vilayət müəllim də həmin pulu Mirələkbərə vermişdir. Həmin vaxt pulla bağlı heç bir söhbət olmamışdır. O, bir az da oturduqdan sonra onlarla sağollaşıb evinə getmişdir. Ondan sonra da o, həmin şəxslərlə görüşüb oturmamış, həmin şəxslərdən yalnız o, Elşəni tanımışdır. Bir müddət sonra Elşənə evinin layihəsi barədə sənədi götürməsi üçün zəng etdikdə X13 şikayət etdiyini və onların şahid qismində iştirak edəcəklərini bildirmişdir. Bundan sonra o, Tahirin deməsindən Tahirin oğlunun Polis Akademiyasına qəbulla bağlı Mirələkbərlə aralarında danışıq olduğunu, həmin çayxanada verilən pulun ona görə verildiyini bilmişdir. Tahirdən onlar arasında olan pulun məbləğinin 70.000 manat olduğunu eşitmişdir. O, heç bir danışıqda, heç bir pul məsələsində iştirak etməmiş, onun bildikləri bundan ibarət olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2 təxminən 3 ildir ki, tanıyır, aralaında yoldaşlıq münasibətləri vardır, ədavətləri, düşmənçilikləri və qohumluq əlaqələri yoxdur. Tahiri də o, Şahid5 vasitəsilə tanımışdır. Vilayətlə uzun illərdir ki, dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs ilk dəfə bir işlə bağlı 2013-cü ildə görmüş, lakin yaxın tanışlıqları olmamışdır. Onu daha sonra təxminən 2022-ci ilin iyun ayında Vilayətgilin yanında, Nərimanov parkında yerləşən “Qala” çayxanasında görmüşdür. Mirələkbərlə də ədavəti, düşmənçiliyi və qohumluq əlaqələri yoxdur. O, Vilayət və digər onların yoldaşlar mütəmadi olaraq “Qala” çayxanasına yığışıb görüşürmüşlər. Vilayət hamısından böyük olduğundan, hamısı onun xətrini istədiklərindən onun olduğu yerə gedirmişlər. Vilayət də həmin parka yaxın ünvanda yaşadığından hər zaman Nərimanov parkında gəzib, orada istirahət etmişdir. 2022-ci ilin iyun ayında adəti üzrə o, Vilayət, dostları Bəylər, Mirələkbər və onun dostu Elman adlı şəxs orada olmuşlar. Axşam saatlarına doğru Tahir də onların yanına gəlmişdir. Tahir stola yaxınlaşan kimi cibindən ortadan bağlı bir topa pulu çıxarıb Mirələkbərə uzatmışdır. Həmin Mirələkbər əli ilə Vilayəti göstərib pulu ona verməsini Tahirə bildirmişdir. Tahir də pulu Vilayətin pencəyinin cibinə qoymuşdur. O, pulun sayın dəqiq bilməsə də, təxminən 10.000 manat olduğunu düşünmüş, çünki pul 100 manatlıq əskinaslardan ibarət bir paçka olmuşdur. Sonra Tahir namaz qılmağa getmiş və Vilayət də pulu Mirələkbərə vermişdir. Həmin vaxt pulla bağlı heç nədən söhbət olmamışdır. Sonradan o, Tahirdən həmin pulun nə məsələ olduğunu soruşduqda Tahir övladının Polis Akademiyasına qəbul olması üçün Mirələkbərin ona kömək edəcəyini bildirib bunun müqabilində həmin vaxt Mirələkbərə 10.000 manat pul verdiyini demişdir. Tahir ona başqa bir söz deməmişdir. Artıq onların işi alınmadıqdan sonra Tahir onlara demədən öncə Mirələkblərlə oğlunun Polis Akademiyasına qəbul işini danışdığını, buna görə Mirələkbərin ondan 70.000 manat pul aldığını onlara bildirmişdir. O, yalnız həmin vaxt yanında verilən və sonradan 10.000 manat olduğunu bildiyi pulun verilməsini görmüşdür. Ondan başqa digər danışıqlarda iştirak etməmiş, pulların verilməsinin şahidi olmamış, nə də onun yanında bu barədə danışıqlar olmamışdır. Yalnız bir dəfə hələ çayxanada pul məsələsi olmamışdan əvvəl Tahir ona oğlunu Polis Akademiyasına qəbul etdirmək üçün ondan pul istənildiyini bildirmiş, lakin kimin və nə qədər pul istədiyini deməmişdir. Həmin vaxt da o, Tahirə kimin savadı varsa onun ali məktəbə qəbul ola biləcəyini demiş və digər neqativ işlərlə məşğul olmamasını məsləhət bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun dayısıdır. Təqsirləndirilən şəxs isə 1-2 dəfə tanışları, vaxtilə prokuror olan Şahid5 yanında görmüşdür. Digər Zərərçəkmiş şəxs1 isə tanımır. Dayısı Tahir demişdir ki, oğlu X16 düzəltdirmişdir. Dayısı hətta bununla bağlı qonaqlıq da vermişdir. Onun qardaşı Elgiz əvvəllər Daxili Qoşunlarda işləmiş, sonradan işdən çıxmışdır. Dayısının öz oğlunu Polis Akademiyasına qəbul elətdirə bilməsini biləndə istəmişlər ki, alınırsa qardaşı Elgizi də ora düzəltdirsinlər. Dayısı demişdir ki, oğlunu Polis Akademiyasına düzəldən tanış adamı var, həmin adama desinlər, qardaşı Elgizi də düzəltsin. Bu məqsədlə Təqsirləndirilən şəxs ilə Nərimanovda parkın yanında yerləşən çay evində görüşmüşlər. O, həmin çay evinə gedəndə dayısı Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və başqa bir nəfər artıq orada olmuşlar. O, Təqsirləndirilən şəxs qardaşı haqqında məlumatlar vermişdir. Təqsirləndirilən şəxs də ona tanışlarının olduğunu və qardaşının Polis Akademiyasına qəbul edilməsinə köməklik edə bilməsini ona demişdir. Həmin vaxt dayısı Tahir, Təqsirləndirilən şəxs demişdir ki, “sən mənim oğlumun Polis Akademiyasına qəbul edilməsinə köməklik etdiyin üçün məndən nə qədər pul almısan? Burada onu de ki, bəzi insanlar inanmır ki, ucuz qiymətə bu məsələ həll olunub”. Təqsirləndirilən şəxs daysınından aldığı məbləği demiş, lakin üzərindən çox zaman keçdiyi üçün hazırda məbləğ yadında deyil. Qeyd edir ki, dayısı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pulu onun yanında verməmiş və o görməmişdir. Yəni o, bu pul məsələsinə şahid olmamış, dayısının Mirələkbərə pul verdiyini və ya Mirələkbərin dayısından pul aldığını görməmiş, sadəcə səsyazısı olmuş və həmin səsyazısına görə müstəntiq onu çağırmış, onu dindirmişdir. Bu hadisə ilə əlaqədar bildikləri bundan ibarətdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid9 bildirdi ki, Tahirin Mirələkbərə nə qədər pul verdiyi onun yadında olmasa da, ibtidai istintaq zamanı verdiyi ifadədə məbləği söyləmişdir. O, Mirələkbərə o zaman inanmamışdır ki, sonuncu, əvvəl onun qardaşını Polis Akademiyasına düzəltdirmək üçün ondan 150.000 manat istəmiş, daha sonra qiyməti aşağı salaraq bunu 70.000 manata edəcəyini demişdir. Birdən-birə qiyməti bu qədər aşağı salanda o, Mirələkbərin dələduz olduğunu və onları aldatdığını başa düşmüş və dayısı Tahirə Mirələkbərə inanıb o qədər pul verməkdə səhv etdiyini bildirmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. Yayın sonu işdən sonra ona işlədiyi polis bölməsindən Tahir adında bir şəxsin onu axtardığı bildirilmiş, o da telefonunu götürüb Tahirə zəng etmiş, söhbət zamanı Tahir ona atasının ona borcu olduğunu, vermədiyini demiş, o da araşdıracağını demişdir. Sonra Tahir, o, Elman və atası Nərimanov ərazisində yerləşən bir kafedə görüşmüşlər. Tahir, atasının ona 70.000 manat borcu olduğunu demiş, o, atasının da çox həyəcanlı olduğunu görmüşdür. Atası Tahirə “mənim sənə o qədər borcum yoxdur, ümumiyyətlə mən səndən yox, Vilayətdən borc almışam” deyə söyləmiş, atası Tahirdən 70.000 manatı necə verdiyini soruşmuş, Tahir o zaman özünü itirmişdir. Onda da atasının Tahirə o qədər borcu olmasına şübhə yaranmışdır. Daha sonra atası ilə söhbətlərindən məlum olmuşdur ki, atası borcu Vilayətdən almışdır. Tahir atasına imkanların geniş olmasını, ona ev almağı demişdir. O, Tahiri araşdıran zaman məlum olmuşdur ki, sonuncu məhkumluğu olmuş şəxsdir, dələduzluqla, şantajla məşğuldur. Daha sonra o, Bəylər və Tahir Binəqədi Rayon Məhkəməsinin qarşısında yenidən görüşmüşlər. Onlar Tahirin maşınına oturmuş, Tahir yenə atasının borcu olduğunu demiş, o da Tahirə atasının 10.000 manat pul verdiyini, atasının ona telefon aldığını, bu söhbətləri bağlamağı demişdir. Bəylər ona təklikdə bəlkə “Tahirə nəsə versin və ondan əl çəksin” deyə bildirmiş, o da Tahirə borclarının olmadığını demişdir. 10.000 manat pulun qaytarılması ilə bağlı bildirir ki, “Mona Liza” restoranında Elman, o, atası, Vilayət və Tahir görüşmüşlər. O, 10 min manatı çıxarıb atasına vermiş, atası da pulu Vilayətə vermişdir. Üstündən 5 dəqiqə keçəndən sonra Vilayət pulu Tahirə vermişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən tanımamışdır, indi də şəxsi bir münasibəti yoxdur, aralarında heç vaxt ədavət, düşmənçilik və qohumluq əlaqələri olmamışdır. Zərərçəkmiş şəxs1 isə təxminən 2012-2013-cü illərdən tanıyır. Belə ki, Həsən müəllimlə məclislərin birində tanış olmuş, ondan sonra aralarında dostluq münasibətləri yaranmış, zaman keçdikcə həmin münasibətlər artan müstəvidə formalaşmışdır. Həsən müəllimlə tanış olduqdan sonra bir neçə dəfə görüşləri zamanı onun mobil telefon vasitəsilə Mirələkbər adlı şəxslə danışdığının, aralarında pul məsələsi ilə bağlı narahatlığın olduğunun, məbləğin 100-150.000 miqdarında olduğunun şahidi olmuş, lakin məbləğin hansı pul vahidi ilə olduğunu bilməmiş, ümumiyyətlə Həsən müəllimdən əlavə heç nə soruşmamışdır. Sonralarda o, Mirələkbərin Binəqədi rayonunun prokuroru olduğunu, Həsən müəllimlə də elə iş prosesi zamanı tanış olduqlarını bilmişdir. 2015-ci ilin aprel ayında Həsən müəllim həbs olunduqdan sonra təxminən həmin ilin may ayında onun oğlu Vüqar ilə görüşən zaman sonuncunun Mirələkbərlə telefonla danışdığını eşitmiş, telefon danışığından Mirələkbərin Həsən müəllimə olan 100.000 borcunu qaytarmaq istədiyini, lakin əlində pulunun olmadığını dediyini eşitmişdir. Bununla yanaşı Mirələkbər əmlakları olmasına baxmayaraq onları sata bilməməsindən gileyləndikdə özü söhbətə müdaxilə edərək Mirələkbərlə telefon vasitəsilə danışıb razılaşarsa mülkiyyətində olan əmlakların tanıdığı əmlakçı şəxs vasitəsilə tez bir zamanda satılmalarına kömək edə biləcəyini bildirmiş, Mirələkbər isə bunun üçün vaxt istəmiş və onlar sağollaşmışlar. Bundan sonra nə Mirələkbər, nə də ki, Həsən müəllimin ailə üzvləri tərəfindən əmlakla bağlı ona müraciət olunmadığından özü əlavə heç nə soruşmamışdır. Həsən müəllim həbs olunduqdan sonra mütəmadi olaraq onun oğlanları ilə təmasda olmuş, 2015-ci ilin may-iyun ayında Vüqarla görüşləri zamanı sonuncu Mirələkbərlə telefonla danışanda 1 ya 2 dəfə o da Vüqarın telefonu vasitəsilə qısa olaraq Mirələkbərlə telefonla danışmış, hər dəfə Mirələkbər 100.000 pulu qaytarmaq istədiyini bildirsə də, əmlaklarında sənəd problemi olduğunu əsas gətirərək onların satılmasına razı olmamış, pulu da qaytarmamışdır (cild 1, iş vərəqi 137-140). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və CD diskdən görünür ki, Zərərçəkmiş şəxs1 ərizə ilə təqdim etdiyi iki ədəd disklərdə səs yazısı formatında olan 2 fayl vardır. Onlardan biri 41:10 saniyə, digəri isə 07:36 saniyədir. Baxış vaxtı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin səs yazıları onunla Təqsirləndirilən şəxs arasında 2022-ci ilin 02 fevral və 13 mart tarixlərində baş tutmuş görüşləri zamanı istifadəsində olan “Samsung” markalı mobil telefon vasitəsi ilə qeydə alınmışdır. Buna görə diskdə olan ayrı-ayrı səslərlə danışan şəxslər şərti olaraq “M” və “H” kimi qeydə alınaraq danışıqların stenoqramması tərtib olundu. Danışıqların stenoqramması aşağıdakı kimidir: 02 fevral 2022-ci il tarixli danışığın stenoqrafiyası: H - Miri, olan olub, keçən keçib mən ki 200 min dollar pul verdim sənə, o pulu onlara verdin ya özün yedin? Verdin? M - Hə verdim. H - Telmana verdin, ya şeyə, ya Telmana? M - Həsən, elə şey olar H - Düzdür, sən kabinetindən zəng elədin Teymura, onlara düzdür, sonra yüzünü qaytardın. M - Həsən, ay Həsən elə şey olar, Yeganənin ruhu haqqı, peyğəmbər haqqı əyər ordan mən 100 dollar götürmüşəmsə yasıma xərcliyim, öz yasıma xərcləyim. H - Allah eləməsin M - Yeganənin qəbrinə and icirəm, sonra sən gəldin, dedin ki, belə, mən dedim ki............ onsuz da mən bunlara 150 dən çox........... H - Bilirəm vermisən. M - Onsuz da sən məndən yaxşı bilirsən........... H - 100 mini sən mənə cibindən qaytarmısan? M - Hə sən öl. H - O 100 min onlarda qalıb da, gəl tutaq alaq. Onsuz da eşşəkləri ölübdür. M - Xəbərin yoxdur, qoydular vəzifəyə. H - Sən Teymura vermisən, ya Telmana? M - Telmanla Teymur ikisi bir yerdə idi. H - İndi gedək deyək ver pulu. İndi dədəsini işdən çıxardıblar kimdir onlara əhəmiyyət verən M - Ə yox e, Telmanı bilirsən hara veriblər? H- Hara? M - Xəbərin yoxdur? H - Yox M - Ala ba boyunu yerə soxum. H - Nədi, tamojnada müavin olub? M - Telmana general verdilər, Telmanı Abşerona vermişdilər, regionalnı, obşi Bakı üzrə, ordan da çıxartdılar, indi verdilər Gəncəyə, generaldı. Söz demək olar indi onlara? Bu dəqiqədə? (S....rlər bizi (Söyüş söyür) ikimizidə qoyarlar bizi icəri. H - Nədi pulum onda qalsın nə qayıraq indi? Vermişik işi də görməyiblər. M - Onu acıb danışsaq, ikimizi də tutarlar. H - Ə nətər tutarlar, onun dədəsini çıxartdılar atdılar daaa, R.... M.....vi. M - R.... M......vin hələ maaşını qaldırdılar. Ac oxu da interneti. H - Hə internetdə var idi mənim 100 minim ortada niyə getsin, sən varsan da, vermişəm sənə, sən də onların xətrinə dəymirsən, tumarla, heç nə, qoy yesinlər. M - Sənin 100 minini yeyiblər mənim 500-600 evromu yeyiblər. H - Səni heç olmasa qorudular. M - Hə, qorudular..... H - Məni qorumadılar, Sənə göstəriş gəldi dəymədilər. Mənim 100 minimi gedək deyək verin. Mən düşündüm ki, sən verməzsən olara, şər çıxarda. M - Yox, yox elə şüy olar. Yo-yo qətiyyən. O söhbəti bağla. H - 200 min dolların, 100 min dolları qalır. Sənə zarafat gəlir, indi qəpiyə güllə atırıq, onun da varıdır da köpək oğlunun. Bəlkə də desək heç boynuna da almaz. M - Mənim heç telefonumu qaldırmır. Kim boynuna alar indiki vəziyyətdə. H - Ordan, burdan işdən zaddan tap, əl ataq ora bura heç olmasa yavaş yavaş da olsa, pulu qazanıb çıxaraq, götürək də əl tutsunlar eləsinlər. M - Heç yaxın qoyurlar məni. H - Biri generaldı-müavindi fövqəladədə, biri də regionların rəisidir. Yeganənin qəbrinə and icdin inandım ki, vermisən. M - Ə, ayıb olar verməsəm deyərəm ki, Həsən sənin 100 min manatını mən xərcləmişəm, nə deyəcəksən öldürəcəksən? Güllələ məni 20 il bir yerdə çörək yemişik. H - Bilirsən ki mən o pulu borc almışdım ordan burdan İsfəndiyardan. M - Bilirəm də yadımdadır. H - 200 verdim sənə, 100-nü qaytardın, yüzü qaldı M - 100-nü mən qaytardım cibimdən qaytardım peyğəmbər haqqı. 13 mart 2022-ci il tarixli danışığın stenoqrafiyası: H - Bax oğlumun borcları var, demirsən vermişəm Teymurnan şeyə, gedək deyək pulu verin. M - Onları qoy kənara, ə kişi, ə kişi ə qurban sənə, üstündən 20 il keçib. H - 20 il keçməyib, heç 10 il deyil. M - Mən Binəqədidən 2011-ci ildə çıxmışam. H - Ya 2008, ya 2010 cu il idi, heç 10 il deyil borc dədə babadan borcdur. 10 ildir sən mənə 1 manatda qaytarmamısan. M - Mənim nəyim var? H - Mənim də borclarım var M - Bilirəm də, mən də sənə inanıram. Cibimə qoymuşamsa oğraşam. Balam ölsün o qardaşım ölsün, əyər cibimə 100 manat pul qoyanın. Peyğəmbər haqqı onlara o qədər pullar vermişəm ki, gör heç adını çəkə bilirəm indi. Bu dəqiqə bilirsən Fikrətin bacısı bundadır, Telmanın bacısı Fikrətdədir, düşmən olaq onlarnan? Onsuz da düşmənik. H - Bilirəm, onda paylayaq getsin. Demirsən vermişəm Telmanla Teymura, məndə deyirəm ki, gedək deyək ay Teymur Telman pulumuzu qaytarın. M - Ay qardaş onlara söz demək bizim elə bil ölümümüz deməkdir. Get elə, ürəyin nə istəyir get elə. H - Mənim də borclarım var. M - Özümün imkanım varsa, Allah haqqı satılası bir dənə kafedir, Allah haqqı alan yoxdur. H - Kafeni alan vardır göstərək. M - Qulaq as, ayın 3-də beyin infaktı keçirmişəm. Allaha and olsun, peyğəmbər haqqı mən klinikaya 300-400 manat pul tapıb verə bilmədim. Mən yenə deyirəm biz qardaşıq, mən sənin 50 dəfə xahişini etmişəm köməklik də eləmişəm. Allah imkan eləsin. H - 10 ildir heç nə imkan eləmədi 1 manatda vermədin. İndi nə gözləyim. Bax, ayın 1-dək 102 min borc yığılıb nə qayırım. M - Həsən, peyğəmbər haqqı, Allah haqqı maşına kredit ödüyürəm, ayda 1700 manat pul verməliyəm verə bilmirəm. H - Verirsən də demək. M - Sən öl verməmişəm. H - Adam gətirim kafeni baxsın, sabah sən orda ol, gətirimalan var baxsın. Kimin adındadır kafe? M - Bağlıdır kafe sən öl. H - Kimin adındadır? M - Bir bibim oğlu vardı onun adındadır, düşmənik onunla onun adındadır. H - Xozeyn sənsən. M - Bağlıdır deyirəm. H - Sabah gətirim də alan var. Bəlkə də elə alacaq mən də 100 min dollarımı götürüm, qalan sənin. M - Alan var, real alan var? Gətir mənim yanıma, mən gedim açım baxsın. H - Hə sabah gələciyik. M - Sabah yox bu həftənin axırında. H - Bu həftənin axırında gecdir. M - Bilirəm də qurban olum. H - Heç sənin vecinə deyil. M - Varımdı? Bir dənə evim var gəl onu verim sənə. H - Bəs o biriləri neynədin? M - Hamısı satıldı getdi. H - Buzovnadakı bağın necə? M - Satdım da bə. Məhəmmədin yolunda. H - Respublika prokurorluğunun yanındakı evin hanı? M - Satdım sən öl. Peyğəmbər haqqı o işığa kor baxım, varımdısa dostluğa edərəm. H - Sabah gətirim adamı. M - Mənə möhlət ver mən yatıram pasteldən durub gəlmişəm, həkim dedi çıxmaq olmaz. H - Məndə deyirəm ki gedim Telmanı tapım deyim ki, ay Telman bax belə bir şey var, veriblər sənə. Sən də deyirsən ki vermişəm də yalan danışmırsan ki. M - Get o Telman o sən sən öl get. H - Baxda əyər sənin qaytarmaq fikrin yoxdusa gedim. İstəmirəm mən sənin üçün orqanlara verim, ora bura verim. M - Aparaq sataq satılırsa. H - Neçəyə gedər? M - Yalan danışaram. İndi o kafe işləmir. Oranı əvvəl bir oğlan işlədirdi mənə də ayda 800 manat verirdi. Onun yanında bir kafe var, Şahbulaq kafesi vardı. Ağamalınındı, məhkəmənin sədri, o məndən 30 min manat pul isdədi, vermədim sökdü dağıtdı kafeni, keçdi Ağamalının yerini işlədir. Klientlərin də hamısını aparıb öz yanına. H - Aparıb oranı göstərək, alan olar olmaz əvəzləşərik də neçəyə satılır satılsın 100 min dollara gedər? M - Heç 50 minə də getməz. H - 50 min mənə ver, elə sənin borcundan çıxsın da, səndən istəmərəm. M - Qurban olum sənə, olanım bir dənə odur onu da verim.... deyirəm darıxma da, bir şey fikirləşərik. H - Görürsən vermək istəmirsən demək. Mənim 15 gün vaxtım var, mən səni 2 ildir gözləyirəm, 10 ildir vermişəm borcu olan adam deyər ki, ala verdim. M - Mənim borcum deyil, aparıb vermişəm sənin işinə dədəmə xərcləməmişəm ki, qurban olum sənə. Sən onlarnan çiling ağac oynama. Sən Fikrətnən, Telmanın bacısı Fikrətdədir, onlar biznən düşməndilər eliyirsən get elə. H - Mən sənə vermişəm, görürəm ki, sən almaq istəmirsən. M - Cibimə qoymamışam ki....... H - Onda sən qaytar ver, ora dəymə bura dəymə. M - Allah haqqı, Peyğəmbər haqqı, atamın qəbri, qardaşımın qəbri, Yeganənin qəbri mənim imkanım varsa sənə eləmirəmsə oğraşın dal ayağıyam. H - Gətirək, oranı göstərək, alan olsa. M - Alan olsa qurbandı sənə. H - Sabah xəstəsən, birisi gün zəng vurum gedək. M - Xəstəyəm yeriyə bilmirəm. H - Hər halda fikirləş bir. Baxışın davamı olaraq ikinci “CD”-də olan fayllara baxış keçirildi. Müəyyən olundu ki, təqdim olunmuş səs yazısı 59:52 dəqiqədir. Həmin səs yazısının 02:15-ci dəqiqəsinə qədər dialoqda iştirak edən adları şərti olaraq “M” və “T” kimi qeyd olunmuş şəxslə ümumi söhbətlər aparırlar, lakin qeyd olunan vaxtdan sonra dialoq aşağıda göstərilən qaydada aparılmışdır. “T”- Mirələkbər əmi çox vaxtınızı da almıyım, atamla görüşüb danışdım, o, da demişdir ki, Mirələkbər əmi ilə aranızda nəsə pul haqq hesabı var, yayda kömək edəcəkdir. “M”-mən sənə belə bir söz deyim, mən ona demişdim Həsən heç bir imkan yoxdur. Allah haqqı mənim özümüm bu dəqiqə 1000 manat kömək etməyə imkanım yoxdur. Allah haqqı, oğlumun canı üçün, qızımın canı üçün imkanım olsa edərəm. Mən mərd adamam o, özü bilir axı, mən necə adamam. Cəddim haqqı imkan olsa edərəm, bax maşın kreditdə, ev kreditdə, R.... M....... məhv etdi də bizi. “T”- mən çox qarışmaq istəmirəm, belə aranızda olan haqq hesab nə qədər olub ki? “M”- Həsənin mənə verəcəyi var mənim ona verəcəyim yoxdur. Həsənin mənə 100.000 verəcəyi var. O, vaxt gəldi dedi ki, mənim işimi düzəlt və 200.000 verdi, məndə onu göndərdim o biri tərəfə, sonra onu göndərdilər Ağır Cinayətlər Məhkəməsinə. Sonra gəldi dedi mənə kömək elə mən də ona 100.000 dollar pul verdim. Mənim Həsənə 1 manat verəcəyim yoxdur. Onun işini düzəltmişəm, cibimə qoymamışam ki. “T”- mən bilmirəm o, məsələni “M”- sən bilmirsən də o məsələni cavansan. Allaha and olsun Həsəni Ağır Cinayətlərə hakim mən göndərmişəm. Bir dəfə də 40.000 manat torpağa görə vermişəm. Qızım öləndə məni məhkəməyə vermişdi. Dedim ayıbdır, qızım ölüb mənim məhkəmə verirsən. “T”-dediyim kimi mən özüm çox qarışmıram. “M”-onları qoy qırağa, mən onların marağında deyiləm, mənim imkanım olsa Həsənə kömək edərəm. Mənim əlimdən də nələri alıblar. Ev getdi, eşik getdi, 2013-cü ildən mən işləmirəm. Özüm belə, qardaşım belə, qız belə. İmkanım olsa kömək edərəm. Sən uşaqsan mən sənə çox şeyi deyə bilmərəm. Özünün yanında yığdım, özünün yanında danışdım, özünün yanında apardım verdim. Hələ 100.000 də poxa düşdüm. Bu mənə lazım idi...... Həqiqəti bilmək istəyirsən? “T”- hə “M”- papan o vaxt Ağır Cinayətlərə hakim gedə bilmirdi. Gəldi məndən xahiş elədi, mən də getdim daha yuxarı səviyyədə dedim. Gətirdi 2 manat pul verdi, apardım verdim ora. Sonra da, atanı Ağır Cinayətlərə hakim verdilər. O, puldan mən 100 manat cibimə qoymamışam ki, işinə verib də mənə vermiyib ki. Sonradan mənə dedi ki, çətinliyim var, borcum var, mən də ona 100.000 dollar verdim. Hələ 100.000 məni poxa saldı. Torpağı da alanda gəldi dedi ki, bunu torpağı, dedim neynirsən torpağı, qızıma da qismət olmadı, gədi ki, mənə 45.000 pul lazımdır, çıxardım verdim, hələ axırıncı dəfə işləyən vaxtı gəldi dedi ki, mənə 20.000 dollar pul ver, mən də çıxartdım verdim, kömək etdim. Hər şeyi mən danışmaq istəmirəm axı. Ə biz kişiyik axı, adımıza yaraşmaz, vəzifəmizə yaraşmaz. Nə deyib etmişəm ona, rəhmətlik qızım ölməmişdən əvvəl dedi mənə 20.000 dollar pul lazımdır, çıxartım verdim ona. Heç o, pulu qaytarmadı. Mən həmişə ona kömək etmişəm. O, vaxt Nazim Tağıyev gəlib onu yoxlayırdı, mən yoluna qoydum, cibimdən pul verdim. Həsən guya bunları bilmir. 3 ildir mənim yaşayışım yox, yeməyim yox. Allah haqqı mənim imkanım ola dost kimi kömək edərəm. (Daha sonra 11:55-ə qədər eyni məzmunlu söhbətlər edir) “T”-atam nəsə yazıb, dedi baxasız, 5 günə mənə bir söz deyəsiz. “M”- ə 5 gün nədi, mən heç nə deməyəcəm, istəyirsən sənin yanında indi oxuyum. Yazsın (Baş Prokurorluğa) mənim üçün heç bir fərqi yoxdur. (yazını oxuyur) “T”-onda siz özünüz evdə oxuyarsız bunları, mən özüm heç bilmirdim. “M”-ağlı qaçıb bunun, aparım şər yazıları qoyum qabağına vəziyyətini ağırlaşdırım? O, şərəfsizlik edirsə, mən də şərəfsizlik edəcəm. Mən gedib R.... M......vdən onun xahişini edirəm. Mən R.... M.....və deyəcəm bir on ildə artıq yatsın. Onun mənə borcu var, mənim ona borcum var? Utanıb ölmür, xəcalət çəkmir, nakişiliyi qəbul edib? “T”-oldu gedib deyərəm, mən özüm heç nə bilmirəm. “M”- adam belə şey yazar, özü bilər istəyir yazısın, ona ittiham verəcəklər, mənə ittiham verməyəcəklər, oğraşdıq şərəfsizlik edib, mən ona vəzifə vermişəm, kömək etmişəm. Onda o, R.... M.....v haqqında ərizə yazıb məndədir, aparım verim R.... M.....və? “T”- bunları mən bilmirəm. Mənim nə günahım var ki. “M”- sən get ona başa sal ki, oğraşdıq edirsən. Məndən 40.000 alıb məni məhkəməyə vermişdir. Aparım qoyum Z.... Q.....vun qarşısına? “T”- mən bilmirəm. “M”- ə pox yeyir o, yazsın! Mən onun yanına gedirəm, pul verirəm, tapşırıram, day niyə gedirəm ki, onun yanına. Sən get ona başa sal, mənim pulum yoxdu, ona verim. Kişi kişi olar alçaq olmaz, bu uje şərəfsizlik edir. “T”-yaxşı mən danışıb deyərəm “M”- denən bu sənə yaraşan söhbət deyil, oxu görək nə yazıb orda, “T”- mən bu işlərə qarışmıram. “M”- pox yeyib yazır, denən yazıb göndərsin, mən özüm ona ittiham verəcəm, sənin atan oğraşdıq edir, denən adam kişi olar.....Denən mən ona elə olmamışam. Mən də ərizə yazıb versəm ki, sən (19:10) R.... M......... arvadını s......(söyüş söyür), s....(söyüş söyür) bilərsən onun arvadını, aparıb qoyum R.... M......... qabağına? Pula görə özünü niyə batırırsan? Mən deyəcəm bəli almışam vermişəm, qaytarmışam, mən də onu deyəcəm, çağırsın deyəcəm Z.... Q......., Həsən bilmirsiz kimdi? Şərəfsizin, alçağın biri, gedib 600.000 pul almıyıb, R.... M......... adını hallandırmıyıb, disklər yoxdur, denən özünü niyə batırırsan sən? Çalışırsan çıxasan 5 aya, 6 aya, pula görə özünü niyə batırırsan, tüfürüm pula, onun mənə borcu var, istəyir gəlsin torpağı götürsün, verirəm ona. “T”- mən danışaram atamla. “M”- get ona başa sal ki, bu gün Z.... Q...... məni istəmir, onu istəmir, R.... M....... bizi istəmir. Bunlarla nə əldə edəcəksən, məni məhkəmə veriblər, ittihamımı da veriblər, təzədən ittihamın bini mənə birini də sənə versinlər? Ağlı var onun? Adam ağılsızlıqla addımlar atmaz..., mənə neyniyəcəklər, mən də açım sandığı töküm pambığı, onun vəziyyətini ağırlaşdırım?......O, pulu mənə vermiyib ki, işi ilə bağlı pul verib, mən də onun kimi vaxtı ilə işimlə bağlı R.... M........ pul vermişdim, gedim danışım, neyniyəllər, yeyəllər, onu eləmək olmaz. Z.... Q...... ikimizi də içəri soxar. “T”- Z.... Q.....vun adına yazılmış şikayət ərizəsini oxuyur. Ərizədə 2010-cu ildə Təqsirləndirilən şəxs atasından Bakı şəhərinin rayonlarında olan vakant məhkəmə sədri vəzifəsinə təyin olunmağı müqabilində 236.000 ABŞ dolları özünün yaxın, yüksək vəzifəli şəxsə vermək adı ilə aldatıb almışdır. Guya həmin ərəfədə onu Səbail rayon məhkəməsinin sədri vəzifəsinə təyin etdirəcəkdir. 200.000 ABŞ dolları pulu 2010-cu ildə Binəqədi rayon prokurorluğunda, prokuror otağında, 36.000 ABŞ dolları dəyərində isə Novxanıda yerləşən qardaşına və bacısı oğluna məxsus torpaq sahəsini hər biri 12 sot olan 2 torpaq sahəsi vermişəm. Torpaq sahəsi kürəkəninin adına rəsmiləşdirilmişdir......Təqsirləndirilən şəxs vədinə əməl etmədikdən sonra aldığı puldan 100.000 ABŞ dollarını geri qaytardı, qalanını isə qaytarmamışdır... “M”- 100.000 vermişəm, torpağa görə də 36.000 dollar kassaya keçirib, torpağın rəsmi alqı-satqısını aparmışam. Gedib yoxlatdıra bilərsiz. O ki, qaldı 200.000-nə onun 100.000-nü vermişəm, öz cibimdən “T”-onda belə çıxır Səbail söhbəti olub? “M”- yalan söhbətdir, atanı Rövnəq aldadıb 200.000 pulunu almışdır. O, da mənə dedi, mən də düzdüm qoşdum onu təyin etdilər Ağır Cinayətlərə hakim, özünün yanında da telefonla danışdım. Dedim Həsən müəllimdir, budu budu kömək edirsiz? Bir iki manat da pul var. Dedi hə, həll etdilər apardım pulu verdim. Gördüm çox darıxır İsfəndiyardan borca pul almışdır. O vaxt gəldi dedi ki, İsfəndiyara 100.000 borcum var, mən də cibimdən ona həmin məbləğdə pulu verdim. Apardı İsfəndiyara verdi...Qızım öləndə də, məni məhkəmə verdi. “T” –mən bildiyimə görə dayandırdı axı onu “M” dayandırmadı, Elmar onun ağzını s.......(söyüş söyür) sonra dayandırdı, sonra da məndən pul aldı. Sonra yenə verdi məhkəməyə. Dedim bu sənədlər baxın, məhkəmə də bizim xeyrimizə qətnamə qəbul etdi. İndi pulum yoxdur. Allah haqqı yoxdur, cəddim haqqı yoxdur....Elə mən ona kömək edirəm də, 500 ver, 200 ver, 100 ver, gündə deyir yemək göndər. R.... M.......dən xahiş elə, Telmandan xahiş elə, bunların hamısını sənə görə edirəm də, onların qapısında yatıram sənə görə deyirəm də, deyir rüşvət vermişəm, almışam vermişəm R.... M.......ə, get ona başa sal qıçımı diriyərəm gedərəm axıra kimi, tüfürüm pula, mənə pul vermisən, işinə görə vermisən də......ərizə yazıb verib ki, mən R.... M.......in arvadını s.......(söyüş söyür) aparım verim ona? “T”- nə vaxt yazıb? “M”- mən türməyə gedəndə məndə idi, s.......(söyüş söyür), türmədə yazıb, bax belə bir yazı idi, mənə verdi, mən də ona dedim ki, bunu götünə soxarlar, s.......(söyüş söyür)? “T”- atam həmişə dövlətə dövlətçiliyə sadiq adam olub, atamın elə şeylər yazmasına inanmıram. “M”- sən öl yazıb, mən əlindən almışam onun, mən ona dedim ki, pulu mənə verməyim axı, “Qurana” and olsun ki, puldan bir manat da evə qoymamışdır.... axı mən də həmişə sənin yanıva gəlmişəm, türmə rəisinin yanına qalxmışam, R.... M.......in yanına getmişəm, sənə kömək edək, əgər belə addım atmaq istəyirsən get at....Mənim qızım öləndə gəldi, çadırın qabağında məndən pul aldı, o, yazır mən də yazacam, mənə pul vermisən mən də vermişəm, Z.... Q......a, mən indi gedib R.... M.......in adını verəcəm qoy Həsənə ağır ittiham verilsin. Mən bircə kəlmə R.... M......və desəm ki, sənin ailən haqqında belə söz deyib, onu məhv edərlər. Ağlını yığsın başına, göndərsə mən həqiqəti danışacam. “T”- oldu danışıb deyərəm. “M” ..... 200.000 verib 100.000-ni qaytarmışam. Demişəm ki, vermişəm filankəsə, özü də Moskvada vermişəm. X28 də tutulsun, Həsən də tutulsun. İfadə verəcəm, sən öl verəcəm. Mən kişiyəm açığını da deyəcəm. Gəldi kabinetdə ağladı, mənə yalvardı, dedi məni diriyiblər məndən 40.000 pul istəyirlər, mən də onu tapıb verdim. Sonra gəldi mənə dedi ki, pulu qaytara bilmirəm, torpağım var. Mən də dedim səndən heç nə istəmirəm. Sonra kassadan pulu verdik torpağı ada keçirdi. Sonra qızım dünyasını dəyişəndən sonra sən məhkəmə iddia verdin, məhkəmə də Turalın xeyrinə qətnamə qəbul etdi.... Gələk ikinci məsələyə bəli gəlib kabinetdə mənə pul verib, danışmışam “200 manat” flankəsə pul vermişəm, sonra geri gəlib deyib ki, yox mənim imkanım yoxdur. 100 manat da pulunu qaytarmışam. Qoy getsin şikayət eləsin, mənə də 7 il iş versinlər, Telman Mehdiyevə də, R.... M......və də ittiham versinlər. Get atana de ki, bunlarla oynamasın, bunlar ölkəni idarə edirlər, adamın nəslini qırarlar, sənin də nəslini mənim də nəslimi qırarlar...şikayət elə sə Zakir yığacaq R.... M......və ki, bu nədi iki Naxçıvanlı qırır bir birini, ikisini də basın içəri. Özü bilər necə məsləhətdir.... Bax yığıram ******* sənin yanında danışıram, gör nə deyəcək Həsən haqqında “T”- kimdi o? “M”- bəs pulu verdiyimiz adamdı da, R.... M.......in oğlu, kim olacaq mənəm?... Onu siyahıdan silmişdilər, biz Moskvaya zəng elədik, Ramiz müəllimdən xahiş etdik ki, onun adını siyahıya salsınlar. Adam bəs bunu itirər? 1000 manat deyil ki, cibimə qoyum, o, boyda pulu cibə qoymaq olar? Mən Həsənin puluna qalmışam?.... O, şikayət etsə uduzar, mən də məcbur olub gedəcəm R.... M.......in qapısına, deyəcəm belə olub helə olub indi oğrəşdiy edir. “T”- yaxsı sağolun. “M”- yaxsı sağolun (cild 1, iş vərəqi 33-42). İşdə olan www.prezident.az saytından edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 3 oktyabr 2012-ci il tarixli sərəncamı ilə təyin edilmiş bir sıra məhkəmələrin sədrlərinin adlarını əks etdirən Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində Zərərçəkmiş şəxs1 adına rast gəlinməmişdir (cild 1, iş vərəqi 62). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş “Samsung A21S” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 1, iş vərəqi 106-107). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş “Samsung A21S” mobil telefona aparılan baxış zamanı müəyyən olundu ki, telefonun korpusu qara rəngli plastik materialdan olmaqla timsah dərisi formasındadır, telefonun ön tərəfində tam olaraq ekran vardır, smartfon tiplidir, ekran toxunuşla idarə olunur, arxa tərəfdə 4 ədəd kamera yeri vardır. Telefon işlək vəziyyətdədir. Zərərçəkmiş şəxs1 iştirakı ilə telefon söndürüldü. Arxa korpusu açıldıqda telefon iki kartlı olduğu müəyyən olundu və Zərərçəkmiş şəxs1 hər iki mobil nömrə kartını GSM kart yerindən götürdü. Telefonu yenidən yandırdıqda “Samsung Galaxy A21S” yazısının açıldığı göründü və əməliyyat sisteminin “Android” olduğu müəyyən olundu. Telefonun menyusuna daxil olmaq üçün barmaq izi funksiyasından istifadə etmək və ya 4 rəqəmli kod yığmaq lazım olur. Baxışda iştirak Zərərçəkmiş şəxs1 müvafiq kodun “1,2,1,2” rəqəmlərdən ibarət olduğunu bildirdi və Təqsirləndirilən şəxsla aralarında olan danışıqların qeydə alındığı səs yazılarının yerləşdiyi faylları əyani olaraq göstərdi. Belə ki, ilk olaraq 4 rəqəmli kod yığılaraq telefonun ekranı açıldı. Sonra ekranın sağ aşağı tərəfində, üzərində nöqtə təsvirləri əks olunan qovluğa daxil olundu, ondan sonra sol yuxarı tərəfdə “Samsung” yazılan qovluğa daxil olundu, həmin qovluqda “Звукозапись” qovluğuna daxil olunaraq sağ tərəf yuxarıda “Список” yazısına toxunmaqla fayl açıldı. Açılan faylda 6 ədəd səs yazısının olduğu müəyyən olundu. Yuxarıda ilk iki səs yazısının “Mirələkbər2” adı ilə olduğu, vaxt həcminin 00:07:36 müddətdə olduğu və 13 mart tarixdə qeydə alındığı, sonrakı iki səs yazısının “Mirələkbər1” adı ilə olduğu, vaxt həcminin 00:41:10 müddətdə olduğu və 2 fevral tarixdə qeydə alındığı, sonuncu iki səs yazısının isə “Mirələkbər etiraf” adı ilə olduğu, vaxt həcminin 00:59:52 müddətdə olduğu və 19 oktyabr 2016 tarixdə qeydə alındığı müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 “Mirələkbər1” və “Mirələkbər2” adlı səs yazılarını özünün Təqsirləndirilən şəxsla müvafiq olaraq 02 fevral 2022-ci il və 13 mart 2022-ci il tarixli görüşləri zamanı məhz bu telefon vasitəsilə yazdığını, “Mirələkbər etiraf” adlı səs yazısının isə 2016-cı il tarixdə oğlu Şahid1 Mirələkbərlə görüşü zamanı oğlu tərəfindən yazıldığını və sonradan bu telefona köçürüldüyünü bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 eyni adlı səs yazılarının içərisində olan danışıqlarında eyni olduğunu, silinib itməsin deyə eyni səs yazısını əlavə olaraqda telefona köçürdüyünü bildirmişdir. Telefonda olan menyuya daxil olub digər qovluqlara baxdıqda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir hal müşahidə edilməmiş, sonda “*#06#”kodu yığılmaqla müvafiq telefonun İMEİ1 kodunun **********24559/01, İMEİ2 kodunun **********24554/01 olduğu, SN nömrəsinin R58NB0VANHX olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 107-112). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş texniki vasitələrə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və CD diskdən görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diskə baxış zamanı 1 avqust 2010-cu il tarixdən 10 iyun 2011-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında mütəmadi olaraq çoxsaylı danışıqlar aparıldığı görünür. Sorğu edilən müddət ərzində Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında ilk zəngin 2010-08-02 tarixdə saat 12:56:02-də edildiyi, danışığın 306 saniyə müddətində olduğu, sonuncu zəngin isə 2011-06-09 tarixdə saat 19:22:01-də edildiyi, danışığın 234 saniyə müddətində olduğu müəyyən edilmişdir. Həmçinin baxış zamanı Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 2010-cu ilin noyabr ayının ikinci yarısından 2010-cu ilin dekbar ayının ilk yarısına qədər olan müddətdə aparılan danışıqların əksəriyyətinin “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, 7-ci mikrorayon” anten dairəsində olduğu müəyyən edildi. Bununla yanaşı “abunəçilər” faylında 50-213-19-19 saylı mobil nömrənin X7 adına qeydiyyatda olduğu, sonuncunun ünvanının bakı şəhəri, S.Tağızadə küçəsi, ev 56M, təvəllüdünün 21 aprel 1954-cü il və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsinin AZE N 07486728 olduğu, 50-211-75-65 saylı mobil nömrənin X15 adına qeydiyyatda olduğu, sonuncunun ünvanının ünvan 6əsiqəsinin seriya və nömrəsinin isə AZE N 13517322 olduğu müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında sms mətnlərinin olduğu müəyyən edilməmişdir (cild 1, iş vərəqi 152- 154). İşdə olan Azərbaycan Respublikasının Mərkəzi Bankı-AZN Məzənnələrinə dair www.cbar.az rəsmi internet saytından əldə edilmiş çıxarışdan görünür ki, 2010-cu ilin noyabr-dekabr ayı üzrə ABŞ dollarına nisbətdə AZN-nin məzənnəsi 0.7979-0.8005 aralığında olmuşdur (cild 1, iş vərəqi 185-187). İşdə olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 201-202). İşdə olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 242-243). İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verilmişdir (cild 1, iş vərəqi 219-221). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və diskdən görünür ki, Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi bir ədəd elektron yaddaş daşıyıcısında olan fayllar daxilində Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan müxtəlif vaxtlarda qeydə alınmış danışıqların səs yazılarıdır. Həmin səs yazılarında bir daha Zərərçəkmiş şəxs2 oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul edilməsində köməklik göstərilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs müraciət etdiyi, sonuncunun uzun illər prokuror vəzifəsində işlədiyini, geniş əlaqələrə malik olduğunu bildirdiyi, yüksək vəzifədə işləyən tanış şəxslərin vasitəsilə qeyd edilən məsələni həll etdiyinə dair vədlər verdiyi, müvafiq məsələnin həlli müqabilində Zərərçəkmiş şəxs2 70.000 manat pul aldığı, pulu yüksək vəzifədə işləyən lazımi şəxslərə verdiyi, Zərərçəkmiş şəxs2 təkidlə Təqsirləndirilən şəxs məsələ barədə maraqlanmağını tez-tez xahiş etdiyi, övladının taleyi barədə məsələ olduğu üçün çox narahat olduğu, məsələ müsbət həll olunmadığı təqdirdə aidiyyəti qurumlara aldadılması ilə bağlı şikayət edəcəyi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 narahat olmamasını bildirməklə imtahan nəticəsini gözləməsini deyərək məsələni həll etdiyi barədə yalandan vədlər verdiyi müəyyən olunur (cild 2, iş vərəqi 13-15). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş üzləşdirmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ifadələri arasında olan ziddiyyətlə bağlı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs oğlu X16 qəbul etdirəcəyinə dair söz verərək ondan 2022-ci ilin iyun ayının əvvəlində “Qala” çayxanasında 10.000 manat, 10 iyun 2022-ci il tarixdə “Qala” çayxanasında yenə 10.000 manat, həmin gün “Xalxal” restoranında 40.000 manat, 17 iyun 2022-ci il tarixdə “Xalxal” restoranında 10.000 manat olmaqla ümumilikdə 70.000 manat pulunu aldığını bildirməklə ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs etdiyi qanunsuzluqları üzləşdirmə zamanı sonuncunun üzünə qarşı deyib Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini ifşa etmişdir (cild 2, iş vərəqi 28-29). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş üzləşdirmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ifadələri arasında olan ziddiyyətlə bağlı Şahid5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Keçirilmiş üzləşdirmə zamanı Şahid5 görüşlərin birində Tahirin həmişəki kimi onun yanına gəlib Mirələkbəri gördüyünü, özünün Mirələkbəri digər yoldaşlarla yanaşı Tahirlə tanış etdiyini, Mirələkbərin adəti üzrə yenə də əlaqələrinin genişliyindən, vəzifəli şəxslərlə qohumluğundan danışarkən Tahirin də oğlunun ali məktəbə qəbul işi ilə bağlı ondan xahiş etdiyini, bundan bir neçə gün sonra yenə yoldaşlarla “Qala” çayxanasında oturduqları vaxt Tahirin gəlib onun pencəyinin cibinə qoyduğu bir bükülü, açıq vəziyyətdə 100 manatlıq əskinaslardan ibarət pulu Mirələkbər özünün istəməsi ilə bir az sonra orada Mirələkbərə verdiyini bildirməklə ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs etdiyi qanunsuzluqları üzləşdirmə zamanı sonuncunun üzünə qarşı deyib Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini ifşa etmişdir (cild 2, iş vərəqi 30-31). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş üzləşdirmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ifadələri arasında olan ziddiyyətlə bağlı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Keçirilmiş üzləşdirmə zamanı Şahid1 2010-cu ildə yaşı az olduğuna, məktəbli olduğuna görə məsələ barədə ümumi məlumatı olduğunu, atasının Bakı şəhəri rayonlarının birinə məhkəmə sədri vəzifəsinə təyin olunacağını, bu işin Təqsirləndirilən şəxs tərəfindən həll ediləcəyini, bununla bağlı atasının Təqsirləndirilən şəxs pul verdiyini bildiyini, lakin tam olaraq ətraflı bütün məsələləri atası həbs edildikdən sonra atasının ona danışdığını, Təqsirləndirilən şəxs atasını guya məhkəmə sədri təyin etdirəcəyi müqabilində ondan 200.000 ABŞ dolları aldığını, sonradan 100.000 ABŞ dollarını qaytarsa da qalan məbləği hələ də qaytarmadığını, Təqsirləndirilən şəxs pulu nə etdiyi, kiməsə pul verib-vermədiyi bilmədiyini, lakin Təqsirləndirilən şəxs özünün həmin pulları Prezident Administrasiyasının keçmiş rəhbəri işləmiş X8 Mehdiyevə verdiyini və geri ala bilmədiyini söylədiyini bildirməklə ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs etdiyi qanunsuzluqları üzləşdirmə zamanı sonuncunun üzünə qarşı deyib Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini ifşa etmişdir (cild 1, iş vərəqi 141-142). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş üzləşdirmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ifadələri arasında olan ziddiyyətlə bağlı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onu aldadaraq Bakı şəhəri rayonlarından birinə 2012-ci ilin təyinatında məhkəmə sədri təyin etdirəcəyi adı ilə ondan 2010-cu ilin noyabr-dekabr ayında Binəqədi rayon prokurorluğunun inzibati binasında, xidməti otağında 200.000 ABŞ dolları pul aldığını, 100.000 ABŞ dollarını qaytarsa da, bu günədək qalan 100.000 ABŞ dolları məbləğində pulunu qaytarmadığını bildirməklə ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs etdiyi qanunsuzluqları üzləşdirmə zamanı sonuncunun üzünə qarşı deyib Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini ifşa etmişdir (cild 1, iş vərəqi 143-144). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş üzləşdirmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ifadələri arasında olan ziddiyətlə bağlı Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Keçirilmiş üzləşdirmə zamanı Şahid3 təxminən 2009-2010-cu ilin payız aylarında Həsənin ona deməsindən sonra birlikdə Binəqədi rayon prokurorluğuna getdiklərini, həmin vaxt Həsənin avtomobilində olan bükülünü götürüb Təqsirləndirilən şəxsla görüşmək üçün prokurorluğun binasına daxil olduğunu, onlar binadan çıxdıqda isə həmin bükülünün Təqsirləndirilən şəxs əlində olduğunu, sonradan Həsən məsələni ona danışıb o vaxt bərabər Binəqədi rayon prokurorluğuna getdikdə bükülüdə 200.000 ABŞ dolları pul olduğunu, Mirələkbərin onu məhkəmə sədri təyin etdirəcəyinə dair ona söz verdiyini, həmin puluda həmin işin müqabilində Mirələkbərə aparıb verdiyini, təxminən 2 ay əvvəl özü Təqsirləndirilən şəxsla görüşən zaman sonuncunun müvafiq işlə bağlı Mirələkbərdən 200.000 ABŞ dolları aldığını ona etiraf etdiyini bildirməklə ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs etdiyi qanunsuzluqları üzləşdirmə zamanı sonuncunun üzünə qarşı deyib Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini ifşa etmişdir (cild 1, iş vərəqi 145-146). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/886-4/896 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı və 1 ədəd ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı və 1 ədəd ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1" kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, “K2" kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs1 və “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1 məxsusdur. Ekspertizaya təqdim olunmuş “Mirələkbər etiraf” adlı mübahisəli fayl-fonoqram həmin fonoqramın yazıldığı iddia olunan “Samsung Galaxy A21s” markalı mobil telefon vasitəsi ilə deyil, digər model “Samsung” markalı yazı qurğusu vasitəsi ilə yazılmışdır və ya həmin yazı qurğusu vasitəsi ilə yazılaraq yazılışdan sonra təkrar kodlaşdırılmışdır. “Mirələkbər1” və “Mirələkbər2” adlı mübahisəli fayl-fonoqramlarda “Samsung" markalı telefona məxsus əlamət müəyyən olunmadı. “Mirələkbər etiraf’, “Mirələkbər1” və “Mirələkbər2” adlı mübahisəli fonoqramlarda montaj üçün xarakterik olan - danışıqlarda situasiya ilə əlaqəli olmayan cümlərərarası və ifadələrarası məntiqi rabitənin pozulması, danışıq siqnalında keçid prosesi üçün xarakterik siqnalın olması və akustik şəraitin və iştirakçı diktorların sayının kəskin dəyişməsi, situasiya ilə əsaslanmayan pauza, emosional vəziyyətin kəskin dəyişməsi kimi əlamətlər müəyyən olunmadı. Digər dəyişikliklərin olub-olmamasını mübahisəli fonoqramların ilkinliyini müəyyən etmək mümkün olmadığından və audiosiqnalların spektrlərində sabit harmonikalar aşkar olunmadığından müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 250 (iki yüz əlli) manat təşkil edir (cild 1, iş vərəqi 166-183). İşdə olan Baş Dövlət Yol Polisi İdarəsinin ********* saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1956-cı il təvəllüdlü Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. X4 məxsus **-RO- *** dövlət qeydiyyat nişanlı BD145740 şəhadətnaməli, 2013-cü il buraxılışı, qara rəngli, G4HDK182156 mühərrikli, 5XXGR4A62DG222364 banlı "KİA OPTİMA" markalı nəqliyyat vasitəsi etibarnamə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək Təqsirləndirilən şəxs istifadəsinə verilmişdir və göstərilən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə məhdudiyyət qoyularaq DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır (cild 1, iş vərəqi 148-149). İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin **********82 nömrəli 30 iyun 2022-ci il tarixli məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir (cild 1, iş vərəqi 160). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 5457 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı çəkilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 130). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, xx/xx-9178 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı çəkilən mərkəzdə müalicə olmamış və qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 164). İşdə olan DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, hökm və qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza şərti hesab edilmiş və 2 (iki) il sınaq müddəti təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs üzərindən şərti məhkum etmə ləğv edilmiş və məhkumluğu götürülmüşdür (cild 1, iş vərəqi 115, 117-125, 126-128). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Şahid1lə Təqsirləndirilən şəxs aralarında olan danışıqların səs yazılarının yükləndiyi 2 ədəd CD daşıyıcısı, həmçinin Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs aralarında olan danışıqların səs yazılarının saxlandığı 1 ədəd yaddaş daşıyıcısı, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiklərindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs1 məxsus “Samsung A21S” markalı mobil telefon aparıtının Zərərçəkmiş şəxs1 qatarılması qərara alınmışdır (cild 2, iş vərəqi 32- 64). İşdə olan Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə QİƏD üzrə nümayəndəliyinin 14-29/123 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Seyidov X2 rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Bağ Park küçəsi 25 saylı evdə daimi pasport qeydiyyatındadır və qəsəbə ərazisində qeydiyyatda olduğu müddət ərzində Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə QİƏD üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 157-158). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X14 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 aprel 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən zərərçəkmiş şəxslərə və şahidlərə bilavasitə, həmçinin seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Məhkəmə hazırkı iş üzrə sübutlara qiymət verərkən Ali Məhkəmənin Plenumunun qeyd edilən tövsiyələrini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin iş üzrə hər iki zərərçəkmiş şəxsə münasibətdə dələduzluq cinayət əməllərini törətməsi cinayət işi üzə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, təqsirləndirilən şəxsin törətdiyi həmin cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlıləsinin 178.3.2-ci maddəsilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 pul almaması və ümumiyyətlə pul istəməməsi, 10.000 manat pulu Şahid5 borc kimi istəyib alması və sonra Vilayətin özünə qaytarması, Zərərçəkmiş şəxs2 rüşvət verməyə təhrik etməməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cəzadan yayınmaq məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Onun bu ifadələri zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2, şahidlər Şahid5, Şahid9, Şahid6 və digər şahidlərin yuxarıda şərh olunan ifadələri, habelə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan müxtəlif vaxtlarda qeydə alınmış danışıqların səs yazıları olan Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi və iş üzrə maddi sübut kimi tanınmış bir ədəd elektron yaddaş daşıyıcısına baxış keçirilməsi barədə protokolla və işin digər materialları ilə tam təkzib olunur, eyni zamanda Təqsirləndirilən şəxs ona irəli sürülmüş dələduzluq ittihamı üzrə cinayətləri törətməsini təsdiq edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bağlı ittihama gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı qeyd edilən hissədə təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı müraciətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və sair ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında 2015-ci il 11 iyul tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun Qərarına dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Bu xarakterli işlər üzrə məsələlər həll olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarı rəhbər tutulmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın hər iki epizodu üzrə dələduzluq cinayətini törədərkən Azərbaycan Respublikasının müxtəlif orqanlarında nüfuzlu tanışlarının olduğunu yalandan bildirərək zərərçəkmiş şəxslərin əmlaklarını ələ keçirmiş, yəni təqsirləndirilən şəxsin niyyəti əvvəlcədən zərərçəkmiş şəxsləri aldadaraq onların əmlaklarını ələ keçirmək olmuşdur. Özünün nüfuzlu orqanlarda yüksək vəzifədə işləyən tanışlarının olmasını bildirməsi zərərçəkmiş şəxslərin əmlaklarını ələ keçirmək üsulu olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin, nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1, 39.1.1-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət-Prosessual Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin cinayət təqibinə xitam verilməsi qaydasından bəhs edən 41-ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 41.5-ci maddəsinə görə məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı, xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. Məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır (CPM-nin 43.1, 43.1.1-ci maddələri). Cinayət-Prosessual Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamın hər iki epizodunun bir hissələrinin Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bağlı olduğundan, dövlət ittihamçısı qeyd edilən hissələrdə ittihamdan imtina etdiyindən, eləcə də dövlət itithamçısının ittihamdan imtinası qanuni olduğundan məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bağlı irəli sürülmüş ittiham hissələrində cinayət işinə bəraətverici əsasla xitam verilməlidir (ayrıca məhkəmə aktı ilə). Beləliklə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, lakin ona cəza yalnız Zərərçəkmiş şəxs2 münasibətdə dələduzluğa görə CMnin 178.3.2-ci maddəsi ilə təyin edilməlidir. Belə ki, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 münasibətdə dələduzluq cinayətini 2010-cu ilin noyabr ayının sonu dekabr ayının əvvəllərində törətmişdir. CM-nin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin epizod üzrə CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət əməli ağır cinayət hesab olunduğundan, həmin Məcəllənin 75.1.3-cü maddəsinə müvafiq olaraq bu cinayət törədilən gündən on iki il keçdiyindən və Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsi belə halda cinayət təqibini istisna etdiyindən Məcəllənin 44.2.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həmin epizod üzrə CM-in 178.3.2 maddəsi ilə təqsirli bilinsə də, ona bu maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CM-in 46.1-ci maddəsində deyilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi bir ildən üç ilədək müddətə təyin edilir. Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər vəzifə cinayətləri ilə bağlı olduğundan məhkəmə hesab edir ki, ona müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəza növü əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilərək məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 dəymiş ziyan tamamilə ödənmişdir və o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş materiallarına əlavə edilərək məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 dəymiş ziyan tamamilə ödənmişdir və o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs arterial hipertoniya İİ dərəcə İV risk, şəkərli diabet İİ tip ağır forma, insulin tələbli, xroniki qastrodiodenit, xroniki pankaratit, diz oynağının artrozu xəstəliklərindən əziyyət çəkir. xx.xx.2019-cu ildə RDM-in X5 əməliyyatı keçirib, 6 stend qoyulub. Müharibə veteranıdır. Himayəsində xx.xx.2013-cü il təvəllüdlü Seyidov Mirəkbər adlı azyaşlı uşağı vardır. X24xanabənzər vəzin bədxassəli yenitörəməsi xəstəliyindən əziyyət çəkir. Məhkəmə Təqsirləndirilən şəxs hər iki zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, hər iki zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü surətdə tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13cü maddəsinə, himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, özünün və oğlunun ağır xəstəliklərdən əziyyət çəkməsini, müharibə veteranı və ahıl yaşda olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək, onun təqsirli bilindiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə onun şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi əsaslı və ədalətlidir. Belə ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmasını onun özünü cəmiyyətdən təcrid olunma hissinin güclənməsinə və cəmiyyət tərəfindən qəbul oluna bilməsi inamının sarsılmasına, ailə üzvlərinin maddi-mənəvi durumunun ağırlaşacağına səbəb olacağını hesab edir. Məhkəmə qeyd edilənləri və yuxarıda sadalanan, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu, yəni hər iki zərərçəkmiş şəxslə barışıq əldə etməsini, hər iki zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, himayəsində bir azyaşlı uşağının olmasını, özünün və oğlunun ağır xəstəliklərdən əziyyət çəkməsini, müharibə veteranı və ahıl yaşda olmasını Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edir və Cinayət Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq həmin halları müstəsna hal kimi qəbul edərək CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə ittiham olunduğu CM-in 178.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından, törədilən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, yuxarıda qeyd olunan, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan müstəntiqin və məhkəmənin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2022-ci ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən 24 avqust 2022-ci ildə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş hökm çıxarılana kimi fasiləsiz olaraq ev dustaqlığında saxlanılmışdır (cild 2, iş vərəqi 65-67, 103-108). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə, təqsirləndirilən şəxsi şərti məhkum etmənin qanuni və ədalətli olması qənaətinə gəldiyi üçün hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar – cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs1 və Şahid1lə Təqsirləndirilən şəxs aralarında olan danışıqların səs yazılarının yükləndiyi 2 ədəd CD daşıyıcısı, həmçinin Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs aralarında olan danışıqların səs yazılarının saxlandığı 1 ədəd yaddaş daşıyıcısı, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 250 (iki yüz əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs2 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək onun mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınması, ona dəymiş ziyandan qaytarılmayan 60.000 (altmış min) manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə 02 mart 2023-cü il tarixli baxış iclasında zərərçəkmiş şəxs tərəfindən təqdim edilən mülki iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsinin müzakirə edərək mülki iddia ərizəsini icraata qəbul etmiş, Zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 21 iyul 2023-cü il tarixdə məhkəməyə yazılı ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənildiyindən vermiş olduğu mülki iddiadan imtina etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 verdiyi mülki iddiadan tam ödənilməsi səbəbindən imtina etdiyinə görə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı qaldırılmış mülki iddia üzrə icraata xitam verilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyə disk təqdim etmiş, həmin disk məhkəmədə tədqiq edilmiş, eyni zamanda proses iştirakçılarına bununla bağlı suallar verilmişdir. Şahid5 suallara cavab olaraq bildirdi ki, hazırkı işə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında baxılmamışdan qabaq Təqsirləndirilən şəxs ona müraciət edərək həmin iclasda dövlət ittihamçısının onun barəsində həbs qətimkan tədbiri seçilməsini təklif etməməsi, seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müdafiə edilməsi üçün 5000 manat pul təklif etmiş, daha sonra ona 1000 manat pul göndərmişdir. Bununla bağlı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, hazırlıq iclasından qabaq Şahid5 onun narahat olmasını görmüş, barəsində həbs qətimkan tədbirinin seçilməməsi üçün pul vermək lazım olduğunu, X3 ittihamının müdafiəsi idarəsində tanışlarının olduğunu, həmin şəxslərə məsələ ilə bağlı deyəcəyini bildirmiş, o da Şahid5 3 min manat pul göndərmişdir. Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə məhkəməyə yazılı ərizə ilə müraciət edərək qeyd edilən məqsədlə Şahid5 pul vermədiyini, aralarında anlaşılmazlıq baş verdiyindən əsəbləşərək həmin məzmunda məhkəməyə ərizə verdiyini, Vilayət Eyvazovla aralarında baş vermiş anlaşılmazlığın aydınlaşdırılaraq aradan qaldırıldığını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin məsələ üzrə prokurorluq orqanlarına məlumat göndərilməsi zərurəti aradan qalxmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla o, CM-nin 46-cı maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 3 (üç) il azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 verdiyi mülki iddiadan tam ödənilməsi səbəbindən imtina etdiyinə görə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı qaldırılmış mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs1 və Şahid1lə Təqsirləndirilən şəxs aralarında olan danışıqların səs yazılarının yükləndiyi 2 ədəd CD daşıyıcısı, həmçinin Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs aralarında olan danışıqların səs yazılarının saxlandığı 1 ədəd yaddaş daşıyıcısı, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 250 (iki yüz əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-285/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-285/2023
21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver