Məhkəmə qərarları › İş №1(101)-285/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-285/2024

10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-285/2024 10.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X1, X8, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, kiçik ədliyyə müşaviri X9, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, 17 noyabr 2022-ci il il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 noyabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, eləcə də qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmişdir. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 04 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 5,668 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, habelə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində əlavə və dəyişiklik edilməmiş, istifadəyə yararlı, ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silahı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN-in BMCMİ-nin) əməkdaşları tərəfindən 17 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 19:30-da ünvan 2 ünvanında yerləşən “Badam” çay evinin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən DİN-in BMCMİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 5,668 qram çəkidə narkotik vasitə heroin əynindəki boz rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd bükümdə, eləcə də qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silah həmin gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 04 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, naməlum vaxtda və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 5,668 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, habelə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində əlavə və dəyişiklik edilməmiş, istifadəyə yararlı, ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silahı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən 17 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 19:30-da ünvan 2 ünvanında yerləşən “Badam” çay evinin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən DİN-in BMCMİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 5,668 qram çəkidə narkotik vasitə heroin əynindəki boz rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd bükümdə, eləcə də qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silah həmin gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilsə də, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, bundan əvvəl 2021-ci ildə BMCMİ-i məni CM-nin 234.4.3-cü maddəsi həbs etmiş, lakin sonra həmin ittiham sübuta yetirilmədiyindən onun əməli CM-nin 234.1-ci maddəsinə tövsif olunmuşdur. Cəzaçəkmə müəssiəsində 4 ay 6 gün qaldıqdan sonra azadlığa çıxmışdır. 17 noyabr 2022-ci il tarixdə “Badam” çay evində dostları ilə çay içərkən polislər tərəfindən 11 nəfərlə saxlanılmışlar. Saxlanılarkən 5 nəfər onların, 6 nəfər isə digər stoldakılar olmuşdur. BMCMİ-nin əməkdaşları kafeyə daxil olanda o, onlardan Şahid1, Ceyhunu tanımışdır. Onlar yaxınlaşan zaman nə vəsiqələrini, nə də özlərini təqdim etməmişlər. BMCMİ-yə getməyi təkif etdikdə o, etiraz etməmişdir. İlk öncə yan stoldakıları, daha sonra onları tutmuş, 11 nəfərin hamısını BMCMİ-nə aparmışlar. Gətiriləndən sonra o, üzərində olan özünə məxcsus bıçağı polisə təqdim etmişdir. Lakin buna baxmayaraq orada ona CM-nin 234.4.3-cü maddəsi ilə onu Kürdəxanıya, yəni Bakı İstintaq Təcridxanasına göndərəcəklərini bildirmişlər. Həmin maddənin ona şamil olmadığını, bundan əvvəl də belə hal yaşadığını, lakin onun CM-nin 234.1-ci maddəsinə tövsif edildiyini bildirdikdə ona qarşı təhqiredici sözlər demişlər. Reket şöbəsinin rəisi Müzəffər müəllim onu təhdid etmiş, ona təzyiq göstərmişdir. Onlar kişinin qüruruna toxunacaq hərəkətlər edəcəkləri ilə hədələmiş, o isə qüruruna sığışdırmayıb, məcbur qalaraq təqdim olunan sənədləri imzalamış, ifadə verib, guya narkotiki blokun qarşısından tapdığını göstərmişdir. Axtarış və götürmə zamanı Mirata Seyidov da ona təzyiq və təsir göstərmiş, o, Müzəffər müəllimin sözlərini təkrarlamışdır. Lakin Müzəffər adlı şəxs şəxsi axtarış və götürmə zamanı iştirak etməmişdir. Əsil həqiqətdə isə o, saxlanılarkən onun üzhərində hər hansı növdən olan narkotik vasitə olmamışdır. O, heç vaxt narkotikdən istifadə etməmiş, satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, ona qarşı əməliyyatçılar tərəfindən hər hansı təzyiq və ya təsir olmamışdır. Həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə də təzyiq və təsirlə bağlı qorxduğu üçün heç nə deməmişdir. Belə ki, məhkəmədən smonra BMCMİ-yə qaytarılacağını gözəl bilmişdir. Ona qarşı təzyiqlər olması barədə İstintaq Təcridxanasında da heç nə bildirməmişdir. Lakin cənab Prezidentə, Baş Prokurora, X14 qarşı əsassız ittihamla bağlı şikayətlər etmişdir. Şikayətinine təmin olunmaması barədə yalnız Ayaz Bayramovdan cavab almış, qalan ərizələrinə isə cavab almamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu müvafiq olaraq 18 və 19 noyabr 2023-cü il tarixli ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-cü maddəsilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmuş, 02 ay əvvəl həbsdən azad olunmuşdur və işsizdir. Bir neçə il bundan əvvə bir neçə dəfə narkotik vasitə olan heroindən həmin maddəni burnuna çəkməklə istifadə etmişdir. 2-3 gün əvvəl yaşadığı evin yaxınlığında olan zaman yerə bir ədəd bükümün olduğunu görmüş, bükümü açdıqda içərisində narkotik vasitə heroin olmasının görmüş, həmin maddəni istifadə etmək üçün üzərində saxlamışdır. 17 noyabr 2022-ci il tarixdə tanışları ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Badam” çay evində görüşmək qərarına gəlmiş, həmin gün saat təxminən 18 radələrində o, Yusif Məhərrəmov, Arif Babayev, Tural Hüseynov, Anar Həsənov, Vüsal Cəfərov, Rəşad Ələsgərli, Şahid11, Şahid12, Şahid13 və Şahid14 görüşüb çay içib söhbət etdikdən sonra saat 19:25 radələrində çay evindən çıxmışlar. Çay evindən çıxdıqdan sonra bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuş, hər biri özünü təqdim etmiş, bu zaman həmin şəxslər özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını deyərək onun, Yusif Məhərrəmovun, Arif Babayevin, Tural Hüseynovun, Anar Həsənovun, Vüsal Cəfərovun və Rəşad Ələsgərlinin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları barədə onlarda məlumat olduğunu deyərək onların hər birini Baş İdarəyə dəvət etmişlər. Onlara etiraz etməmiş və Baş İdarəyə gəlmişlər. Orada tutulmalarının səbəbləri izah olunmuş və vəkillərin siyahısı təqdim edilmişdir. Onlar siyahıda olan istənilən vəkillər tərəfiindən hüquqlarının müdafiə etmələrinə etiraz etmədiklərini bildirmiş, bundan sonra vəkillər dəvət olunmaqla hər bizinə təqdim olunaraq onlara etirazlarının olub-olmaması soruşulmuş, onlar etiraz etməmişlər. Bundan sonra üzərilərinə şəxsi axtarış və baxış keçiriləcəyini, bu prosesdə videoçəkilişdən istifadə olunacağı izah edilmiş, onlar etiraz etməmişlər. Videoçəkiliş başlanılan zaman ilkin olaraq onun üzərinə şəxsi axtarış aparılmış, təhqiqatçı ondan üzərində olan əşyalar barədə məlumat verməyini xahiş etmiş, üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək, əynindəki gödəkçəsinin sol yan cibindən içərisində heroin olan bükümü, gödəkçəsinin sağ yan cibindən bıçağı, mobil telefonunu, pulunu, şəxsiyyət vəsiqəsini və cib dəsmalını təqdim etmiş, sorğu zamanı aşkar olunan bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, onu yaşadığım evin yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, aşkar olunan bıçağı marağı olduğu üçün üzərində gəzdiyini bildirmişdir. Həmin büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, lakin digər əşyalar özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində, həmçinin BMCMİ-də şəxsi axtarışlar nəticəsində tanışı Yusif Məhərrəmovun üzərinə şəxsi axtarış nəticəsində ədəd bıçaq, bir bükümdə narkotik vasitə heroin, Arif Babayevin üzərindən bir ədəd bıçaq və bir ədəd bükümdə narkotik vasitə heroin, Tural Hüseynovun üzərindən bir ədəd bıçaq və bir ədəd bükümdə narkotik vasitə heroin, Anar Həsənovun üzərindən bir ədəd bükümdə narkotik vasitə heroin, Vüsal Cəfərovun üzərindən bir ədəd bıçaq və bir ədəd bükümdə narkotik vasitə heroin və ən nəhayət, Rəşad Ələsgərlinin üzərindən bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bıçaq aşkar olunub qablaşdırılaraq götürülməsini təsdiq etmiş, Şahid11, Şahid12, Şahid13 və Şahid14 hər birinin üzərinə baxış keçirilməsini, lakin qanunsuz əşyalar aşkar olunmadığını, bütün şəxsi axtarışın videoçəkilişlə aparıldığını göstərmişdir (iş vərəqə: cild İ, səh. 235-238, cild İİİ, səh. 11-14). Cinayət işinə məhkəmə baxışı zamanı ibtidai istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə dindirilmiş təqsirləndirilən şəxslər X10, X18, X11, X16, X19, X3 ifadələri elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, adı çəkilən təqsirləndirilən şəxslərin hər biri Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu və məhkəmə baxışı zamanı tədqiq olunan etirafedici ifadələrinə oxşar ifadə verib, sonuncunun ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər (iş vərəqə: cild İ, səh. 245-248, cild İİ, səh. 7-10, 17-20, 27-30, 36-39, 46-49). Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid11, Şahid13 və Şahid14 məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələrində göstərdiklərini inkar edib, «Badam» çay evinin içərisində tutulduqlarını, saxlanılan şəxslərin üzərindən qanunla qadağan edilmiş hər hansı predmetin və ya narkotik vasitələrin çıxdığını görmədiklərini, ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini oxumadan imzaladıqlarını göstərsələr də, qeyd olunan şahidlərin cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduqları ifadələri elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, həmin şahidlər X10, X18, X11, X16, X19, X6 və Təqsirləndirilən şəxs, həmçinin biri digəri ilə ifadələri elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, adı çəkilən təqsirləndirilən şəxslərin hər biri oxşar ifadə verib, sonuncunun ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər (iş vərəqə: cild İ, səh. 245-248, cild İİ, səh. 7-10, 17-20, 27-30, 36-39, 46-49). Cinayət işinə məhkəmə baxışı zamanı iştirakı təmin edilməmiş Şahid12 Sakir oğlunun ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid12 tədqiq olunan həmin ifadəsində həm ********* nömrəli cinayət işi üzrə dindirilmiş təqsirləndirilən şəxslər X10, X18, X11, X16, X19, X6 və Təqsirləndirilən şəxs, həmçinin Şahid11, Şahid13 və Şahid14 məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələrinə uyğun ifadə vermiş, onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİİ, səh. 213-216). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 17 noyabr 2022-ci il tarixdə X4, X12, X13, X5, X7, Təqsirləndirilən şəxs və X3 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə şəxsən ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumat rəhbərliyə rəsmi məruzədən sonra onun tərəfindən rəsmiləşdirilmiş, yəni əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında müvafiq qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2, Şahid15, Şahid3, Şahid4, Şahid10, Şahid5, Şahid9, Şahid6, Şahid7 və Şahid8 daxil olmuşdur. Qrup üzvləri tədbir barədə əvvəlcədən təlimatlandırılmışlar. Barələrində əməliyyat məlumatı daxil olmuş şəxslərin Bakı şəhəri, Xətai rayonu ərazisində, Neapol küçəsində yerləşən “Badam” çay evinin qarşısında olmaları barədə əlavə məlumat almış və darhal qeyd olunan ünvana yola düşmüşlər. Saat 19:30-da “Badam” çay evinin qarşısında barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs və adı əməliyyat məlumatında göstərilən daha 6 nəfəri, həmçinin onların yanında olan Şahid11, Şahid12, Şahid13 və Şahid14 adlı daha 4 nəfəri – cəmi 11 nəfəri saxlayıb narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi BMCMİ-nin inzibati binasına gətirmişlər. Yolboyu üzərlərində olan qanunsuz əşyaları ata bilməmələri üçün onları nəzarət altında saxlamış, hər saxlanılan şəxsin yanında iki nəfər əməkdaş olmuşdur. Baş İdarədə şəxslərin saxlanılması ilə bağlı məruzə olunmuş, araşdırma İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Mirata Seyidova həvalə edilmişdir. Rəşad Ələsgərovun, Vüsal Cəfərovun, Anar Həsənovun, Tural Hüseynovun, Arif Babayevin, Təqsirləndirilən şəxs və Yusif Məhərrəmovun üzərilərində şəxsi axtarış aparılmış, digər şəxslərin üzərinə isə baxış keçirilmişdir. Saxlanıldıqları yerdə video çəkilişlə axtarış aparmağa şərait olmadığından şəxsi axtarış idarədə keçirilmişdir. Təhqiqatçı tərəfindən bütün hüquqi məsələlər həll edilmiş, o cümlədən saxlanılan şəxslərin hamısına vəkil təyin edilmiş, hüquq və vəzifələrini izah edilmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, təhqiqatçı tərəfindən video çəkidliş müşaiyəti altında ilk olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və bıçaq olduğunu etiraf etmiş və əynindəki gödəkçənin sol yan cibindən bir ədəd narkotik vasitəyə şübhəli maddə olan bükümü, gödəkçənin sağ yan cibindən isə bir ədəd bıçağı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs, həmçinin özünün mobil telefonunu, cibindəki pulunu, özünün şəxsiyyət vəsiqəsini və cib dəsmalını təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində təqdim etdiyi narkotik vasitə heroini yaşadığı evin yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı isə marağı olduğu üçün üzərində gəzdirdiyini bildirmişdir. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs sonra şəxsi axtarışlar davam etdirilmiş, şəxsi axtarış nəticəsində Yusif Məhərrəmovun üzərində bir ədəd bıçaq, bir bükümdə narkotik vasitə heroin, Arif Babayevin üzərində bir ədəd bıçaq və bir ədəd bükümdə narkotik vasitə heroin, Tural Hüseynovun üzərində bir ədəd bıçaq və bir ədəd bükümdə narkotik vasitə heroin, Anar Həsənovun üzərində bir ədəd bükümdə narkotik vasitə heroin, Vüsal Cəfərovun üzərində bir ədəd bıçaq və bir ədəd bükümdə narkotik vasitə heroin və ən nəhayət, Rəşad Ələsgərlinin üzərində bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bıçaq aşkar olunub götürülmüşdür. Aşkar olunan qanunla qadağan edilmiş əşyalar, narkotik vasitəyə şübhəli maddələr qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, Şahid1 ifadəsinin davamında göstərdi ki, saxlanılan digər 4 nəfərin, yəni Şahid11, Şahid12, Şahid13 və Şahid14 hər birinin üzərinə baxış keçirilmiş, lakin onların üzərində qanunsuz əşyalar aşkar olunmamışdır. Bütün şəxsi axtarış və baxış videoçəkilişlə aparılmışdır. Yekunda prsesin gedişatına dair protokol tərtib olunmuş, saxlanılan şəxslər və digər proses iştirakçıları tərəfindən imzalanmış, heç bir narazıçılıq olmamışdır. Saxlanılan şəxslərin heç birinə qarşı hər hansı formada təzyiq, təsir olmamış, onlara qarşı qanunsuz hərəkətlərə yol verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməliyyav müvəkkilləri Şahid2, Şahid15, Şahid3, Şahid4, Şahid10 Əlibala oğlu, Şahid5, Şahid9, Şahid6 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarları Şahid1 ilə oxşar məzmunlu ifadələr verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Bundan başqa, məhkəmə baxışında iştirakları təmin edilməmiş Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməliyyav müvəkkilləri Şahid7 və Şahid8 məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələri elan edilməklə tədqiq olundu və msüəyyən edildi ki, hər iki şahid məhkəmədə dindirilmiş həmkarları Şahid1 və qeyriləri ilə oxşar məzmunlu ifadələr verib, onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər (iş vərəqə: cild İV, səh. 89-92, 93-96). Qeyd olunanlardan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə BMCMİ-nin təhqiqatçısı Mirata Seyidov tərəfindən əməliyyav müvəkkilləri Şahid1, Şahid2, Şahid15, Şahid3, Şahid4, Şahid10 Əlibala oğlu, Şahid5, Şahid9, Şahid6 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması nəzərdə tutulmuş, şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və bıçaq olduğunu bildirərək əynindəki gödəkçənin sol yan cibindən bir ədəd büküm, gödəkçənin sağ yan cibindən bir ədəd bıçaq, bir ədəd mobil telefonunu, pulunu, şəxsiyyət vəsiqəsini və cib dəsmalını çıxararaq təqdim etmiş, təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni yaşadığı evin yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, təqdim etdiyi bir ədəd bıçağı isə marağı olduğu üçün üzərində gəzdirdiyini bildirmişdir. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs başqa X10, X18, X11, X16, X19, X3 barəsində şəxsi axtarış, Şahid11, Şahid13 və Şahid14 barəsində baxışı keçirilmiş, aşkar edilmiş əşyalar ayrı-ayrılıqda qablaşdırılmaqla götürülmüşdür. Tədqiq olunan həmin protokoldan görünür ki, baxış keçirilməsi və götürmə prosesi «Sony» markalı videokamera vasitəsi videolentə alınmış və videogörüntüləri özündə əks etdirən bir ədəd disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.130-142). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 6/6639 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...şübhəli şəxs Həsənov Emil Nofəl oğlunun üzərindən...” sözləri olan 1 №-li zərfi açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 5,668 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, 1 №-li zərfdə müəyyən olunan heroinin təmiz çəkisi 5,668 qram təşkil etmiş, həmin narkotik vasitədən 0,050 qram ekspertiza tədqiqatına sərf edilmiş, 5,618 qram qalıq qalmışdır (iş vərəqə: cild İ, səh.212-218). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kriminalistik ekspertizasının 20 dekabr 2022-ci il tarixli, 3/1636 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, istifadəyə yararlıdır, üzərində əlavə və dəyişikliklər edilməmişdir(iş vərəqə: cild İV, səh.230-235). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 6966 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: cild İV, səh.236-237). Məhkəmə baxışı zamanı tədqiq olunan digər sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 5,618 qram narkotik vasitə heroin və bir ədəd soyuq silah hesab olunan bıçaq maddi sübut kimi tanınmış, narkotik vasitə heroin və soyuq silah hesab olunan bir ədəd bıçaq saxlanış üçün DİN-in BMCMİ-nin sübutların saxlanma kamerasına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İV, səh. 249-267). İşdə olan ibtidai istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığının əməliyyat orqanı tərəfindən verilən cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı məlumat daxil olsa da, əlaqəli şəxslərin əhatə dairəsini, analoji cinayət əməllərini, əlbir olduğu şəxsləri, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin dairəsini müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir(iş vərəqə: cild İV, səh.193). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİNnin BMCMİ-nin əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 17 noyabr 2022-ci il tarixli qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmış və həmin qərar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 noyabr 2022ci il tarixli qərarına əsasən qanuni hesab edilmişdir(iş vərəqə: cild İV, səh.38-39). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİNnin BMCMİ-nin əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 17 noyabr 2022-ci il tarixli qərar, həmin əməliyyat tədbirinin həm də Bakı şəhərinin Xətai rayonu ərazisində keçirilməsi ilə əlaqədar məhkəmə nəzarəti qaydasında yoxlanılmış və həmin qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qərarına əsasən qanuni hesab edilmişdir(iş vərəqə: cild İİİ, səh.224). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, 17 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə eyni vaxtda saxlanılmış X10, X18, X11, X16, X19, X6 barəsində ayrıca icraatda ********* nömrəli cinayət işi ayrılmaqla istintaq edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin və soyuq silah hesab olunan bir ədəd bıçağın mənbəyinin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: cild İV, səh. 249- 267). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, həmçinin onun qanunsuz olaraq soyuq silah hesab olunan bir ədəd bıçaq əldə edib gəzdirməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, həmçinin Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər kimi təqsirləndirilən şəxsin ondan aşkar olunan narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlama və daşıma cinayətini törətməkdə sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan həmin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi əldə etməsini, saxlamasını və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirinə dair 17 noyabr 2022-ci il tarixli sənədlərdə, o cümlədən təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının daxil olması barədə tərtib olunan raport, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” eyni tarixli qərar, əməliyyat qrupunun yaradılması haqqında əmr, Təqsirləndirilən şəxs saxlanılıb BMCMİ-nə gətirilməsi barədə əməliyyat müvəkkili tərəfindən tərtib olunan protokol sənədlərində Təqsirləndirilən şəxs (həmçinin qeyrilərinin) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olması, narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə edib saxlaması və daşıması göstərilsə də, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan əməliyyat tapşırığına cavabda Təqsirləndirilən şəxs ilə əlaqəli şəxslərin əhatə dairəsinin, onun analoji cinayət əməllərinin, əlbir olduğu şəxslərin, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin müsbət nəticə vermədiyi göstərilmişdir. Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs dindirilərkən verdiyi ifadələrində ondan aşkar edilib götürülən bıçaqla bağlı mübahisə yaratmamış, bu hissədə özünü təqsirli bilmiş, lakin bir bükümdə götürülən narkotik vasitəni satış məqsədilə əldə etdiyini, konkret olaraq kiməsə satdığını, əldə etdiyi konkret mənbəni etiraf etməmiş, 01 ədəd sellofan bükümdə təqdim etdiyi narkotik maddəni təsadüfən tapdığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirsə də, məhkuəmə istintaqı zamanı dindirilərkən 17 noyabr 2022-ci il tarixdə “Badam” çay evində polis əməkdaşları tərəfindən saxlanıldığını, aşkar olunub götürülən narkotik vasitənin ona aid olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən ona qarşı edilmiş psixoloji təzyiqlər nəticəsində boynuna götürməsinə məcbur edildiyini göstərmişdir. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən heroin narkotik vasitəsinin mənbəyinin müəyyən edilməməsi əsası ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda başqa cinayət işi ayrıldığı müəyyən edilmişdir. Daha sonra məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni satarkən və ya satmağa cəhd edərkən yaxalanmadığı, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsinin olmadığı müəyyənləşdirilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə barədə” 18 noyabr 2022-ci il tarixli protokolda da Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edə biləcək konkret sübutedici məqam müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş istər polis əməkdaşları və istərsə də qeyriləri Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını və ya narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq satış məqsədilə əldə etməsini, saxlamasını və ya daşımasını təsdiq edə biləcək konkret hal göstərə bilməmişlər. İdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizaların rəyləri isə şəxsin qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədilə əldə etməsini, saxlamasını və ya daşımasını təsdiq edə biləcək sübut növü kimi qiymətləndirilə bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun bir ədəd bükümdə aşkar edilib götürülmüş külli miqdarda heroin narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cinayət işinin materialları araşdırılarkən müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinə görə toplanılmış sübutlara hüquqi qiymət verilərkən təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə» protokolları, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin sair materialları əsas götürülmüş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmiş əməl kimi qiymətləndirilmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsinə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən bir ədəd bükümdəki heroin narkortik vasitəsinin ümumi kütləsi külli miqdar olmaqla 5,668 qram təşkil etmişdir və bu miqdar şəxsi istehlak miqdarından artıq külli miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla yeni məzmunda 234.1-1-ci maddə Azərbaycan Respublikasının CM-nə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunan həmin Qanun 20 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin 17 noyabr 2022-ci il tarixə təsadüf etməsi, ondan aşkar edilib götürülən heroin narkotik vasitəsinin miqdarının 5,668 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə olunması, saxlanması və daşınmasının təsdiq olunmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülməsi qeyd olunan narkotik vasitənin ona aid olmaması, saxlanılarkən onun üzərində heç bir növdən olan narkotik vasitə olmaması, onun qanunsuz saxlanılması və polis tərəfindən psixoloji təzyiqlərə məruz qalması, psixoloji təzyiqlər nəticəsində ittihamda göstərilən külli miqdarda heroin narkotik vasitəsini boynuna götürməyə məcbur edilməsi, etirafedici ifadələr verməyə məcbur edilməsi ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından, müvafiq məhkəmə hökm və qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (iş vərəqə: cild İİ, səh. 239-240). Məhkəmə baxışı zamanı qeyd olunan demoqrafik məlumatlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ağır cinayəti törətməyə görə olan məhkumluğu, onun cəzadan azad olunduğu vaxtdan yeni cinayətin törədildiyi 17 noyabr 2022-ci il tarixədək iki il keçmədiyindən ödənilməmiş və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülməmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələblərinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkəumluq ödənilmiş hesab olunur. Ən nəhayət, həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə həmçinin qeyd edir ki, əvvəllər qəsdən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan az ağır cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə həmin cəzanı çəkmiş Təqsirləndirilən şəxs təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olan Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan başqa bir ağır cinayəti törətməsi cinayətlərin residivini yaradır və bu, cəza təyin edilərkən nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayətin residivini yaratması ona cəza təyin edilərkən cəzasını ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən ……, cinayətlərin residivi cəza təyin edilərkən cəzasını ağırlaşdıran hallardan biri hesab olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, sonuncunun əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlərə aid olması, onun əməlinin cinayətlərin residivini yaratması, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiya hədlərində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, ........ az ola bilməz. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun əməlinin cinayətlərin residivini yaratmasını və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza çəkmə müəssisəsi ciddi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 17 noyabr 2022-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 17 noyabr 2022-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 noyabr 2022-ci il tarixli müvafiq məhkəmə qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalı, lakin ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunmalıdır: - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5,618 qram heroin narkotik vasitəsi və soyuq silah hesab edilən bir ədəd bıçaq məhv edilməli; - təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 145 manat (yüz qırx beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları tam toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 17 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5,618 qram heroin narkotik vasitəsi və soyuq silah hesab edilən bir ədəd bıçaq məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 145 manat (yüz qırx beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar