Məhkəmə qərarları › İş №1(101)-285/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-285/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-285/2025 17.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X17 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə, zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 03 aprel 2017-ci il tarixdən etibarən Şahid2 icarəyə götürdüyü ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yaradılmış "xxxx" bərbər salonunun biznes fəaliyyətinin bütün gəlir və xərclərinin 90%-nin 27 dekabr 2017-ci il tarixli birgə fəaliyyət barədə müqavilənin şərtlərinə əsasən Şahid2 əldə etmək hüququnun olduğunu bildiyi halda, sonuncudan xəbərsiz olaraq tanışları Zərərçəkmiş şəxs1 və X10 həmin bərbər salonunun biznes fəaliyyətindən gələn gəlirə şərik edəcəyi adı ilə, öz hərəkətlərinə inandırmaq və zərərçəkmiş şəxsləri arxayın etmək üçün pulun onun tərəfindən alınmasına dair qeyri-rəsmi sənəd tərtib etməklə, 11 sentyabr 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “FK” telefon mağazasında Zərərçəkmiş şəxs1 nağd şəkildə 40.000 manat, 14 dekabr 2021-ci il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs1 nağd şəkildə 50.000 manat pul alaraq ümumilikdə aldığı 90.000 manat puldan Zərərçəkmiş şəxs1 və Ruslan Ərəbova gəlir adı ilə hissə-hissə olmaqla 46.200 manat ödədikdən sonra Zərərçəkmiş şəxs1 29.800 manat, Ruslan Ərəbovun 14.000 manat, cəmi isə zərərçəkmiş şəxslərin 43.800 manat xeyli miqdarda pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə, 03 aprel 2017-ci il tarixdən etibarən Şahid2 icarəyə götürdüyü ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yaradılmış "xxxx" bərbər salonunun biznes fəaliyyətinin bütün gəlir və xərclərinin 90%-nin 27 dekabr 2017-ci il tarixli birgə fəaliyyət barədə müqavilənin şərtlərinə əsasən Şahid2 əldə etmək hüququnun olduğunu bildiyi halda, sonuncudan xəbərsiz olaraq tanışı Zərərçəkmiş şəxs3 həmin bərbər salonunun biznes fəaliyyətindən gələn gəlirə şərik edəcəyi adı ilə, öz hərəkətlərinə inandırmaq və zərərçəkmiş şəxsi arxayın etmək üçün pulun onun tərəfindən alınmasına dair qeyri-rəsmi sənəd tərtib etməklə, 18 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yaradılmış sözügedən "xxxx" bərbər salonunda Zərərçəkmiş şəxs3 nağd şəkildə 72.000 manat, 29 yanvar 2022-ci il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs3 nağd şəkildə 108.000 manat pul alaraq, ümumilikdə aldığı 180.000 manat puldan Zərərçəkmiş şəxs3 gəlir adı ilə hissə-hissə olmaqla 60.000 manat ödədikdən sonra, zərərçəkmiş şəxsin qalan 120.000 manat külli miqdarda pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə, 03 aprel 2017-ci il tarixdən etibarən Şahid2 icarəyə götürdüyü ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yaradılmış "xxxx" bərbər salonunun biznes fəaliyyətinin bütün gəlir və xərclərinin 90%-nin 27 dekabr 2017-ci il tarixli birgə fəaliyyət barədə müqavilənin şərtlərinə əsasən Şahid2 əldə etmək hüququnun olduğunu bildiyi halda, sonuncudan xəbərsiz olaraq tanışları Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 sözügedən "xxxx" bərbər salonunun biznes payının 100%-nin özünə məxsus olduğunu bildirib biznes payını tam olaraq onlara 250.000 manata satacağı adı ilə, 2022-ci ilin sentyabr ayında, istintaqla müəyyən edilməmiş gündə, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 22 ünvanında yerləşən “CoffeLea” adlı kafedə Zərərçəkmiş şəxs5 nağd şəkildə 10.000 manat, 2022-ci ilin sentyabr ayının sonlarında, istintaqla müəyyən edilməmiş gündə, sözügedən "xxxx" bərbər salonunda Zərərçəkmiş şəxs5 nağd şəkildə 160.000 manat, 12 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs5 bank vasitəsi ilə onun kart hesabına göndərdiyi 4000 manat, 13 dekabr 2022-ci il tarixdə sözügedən "xxxx" bərbər salonunda Zərərçəkmiş şəxs5 öz sürücüsü Şahid1 vasitəsilə göndərdiyi nağd şəkildə 26.000 manat, 22 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 bank vasitəsi ilə onun kart hesabına göndərdiyi 3000 manat pulu alaraq, ümumilikdə Zərərçəkmiş şəxs5 126.000 manat, Zərərçəkmiş şəxs4 77.000 manat, cəmi isə zərərçəkmiş şəxslərin 203.000 manat külli miqdarda pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək təkrar dələduzluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın birinci epizodu ilə bağlı göstərdi ki, o, həqiqətən də "xxxx" bərbər salonunun sahibidir və bu barədə sübutları vardır. Eyni zamanda icarə müqaviləsi də vardır. Həmin salonu 9 illik icarəyə götürmüşdür. Kamran onun sonuncuya qeyr-rəsmi kağız verərərək "xxxx" bərbər salonunun şəriki olduğunu bildirmişdir. Lakin o, heç vaxt Kamranla şərik olmamışdır. Aralarında alqı-satqı da olmamışdır. Onların yalnız borc müqavilələri olmuşdur. Belə ki, O, Zərərçəkmiş şəxs1la dəyəri 78000 manat və 81000 manat olan iki müqvilə bağlamışdır. 78000 manatlıq müqavilə 10 ay mayası, 10 ay isə gəlirdən ibarət olmaqla 20 aylıq müddətə bağlanmışdır. 78000 manat puldan əlbəəl 39000 manat pul götürmüşdür. İkinci, yəni 81000 manatlıq müqavilə isə 10 aylıq müddətə bağlanmışdır. Həmin puldan isə 40500 manatını əlbəəl götürmüşdür. İki müqavilə üzrə ümumilikdə 79.500 manat götürmüş, 63700 manatını qaytarmışdır. Fəttah və Feruz hər iki ifadəsində 63700 manat qaytardığını bildirmişlər. Lakin onun hesablamalarına görə onlara 15800 manat borcu qalmışdır. Sonuncu ifadəsində Zərərçəkmiş şəxs1 11 sentyabr 2021-ci ildə onun aldığı pulun 78000 manat deyil, 40000 manat məbləğində olduğunu, qalan pulun isə xeyir, yəni faiz olduğunu, həmçinin ikinci müqavilə üzrə 81.000 manat dəyərində deyil, 50000 manat olduğunu bildirmişdir. 01 noyabr 2023-cü il tarixdə ərizə ilə Baş İstintaq və Təhqiqat İdarəsinə müraciət edərək onun Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov 4 ünvanında yerləşən "xxxx" salonunun biznes payına şərik etmək adı ilə Bakı şəhəri, Nəsimi rayonu, Puşkin 13 ünvanında yerləşən “FK” telecom mağazasında 61230 manat pul almasını, lakin vədinə əməl etməyərək onu aldatdığını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 onun "xxxx" salonunun biznes fəaliyyətinə gələn gəlirə şərik edəcəyi adı ilə sonuncudan 11 sentyabr 2021-ci il tarixində ünvan 7 ünvanında yerləşən “FK” telecom mağazasında nağd şəkildə 78000 manat, 14 dekabr 2021-ci ildə təkrarən olaraq həmin ünvanda 81000 manat, ümumilikdə 159000 manat nağd şəkildə pul verdiyini demişdir. Kamran həmçinin onun 63700 manat qaytardığını da bildirmişdir. Yəni Fəttahın ifadəsinə görə onun sonuncuya 95300 manat borcu olmuşdur. Lakin Fəttah ikinci ifadəsində onun 94930 manat məbləğində borcunun olduğunu bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 şikayət edərək onun 33700 manat borcunun olduğunu demişdir. İlkin ifadələrində həm Feruz, həm də Kamran onun 94930 manat, ikinci ifadələrində isə 95300 manat məbləğində borcunun olduğunu qeyd etmişlər. Yəni o, ümumilikdə onlardan, yəni Feruz və Kamrandan 90.000 manat pul almışdır. Lakin Kamran və Feruz ona 159.000 manat pul verdiklərini bildirmişdir. Kamran və Feruz 90000 manat borcdan 46200 manatını qaytardığnı bildirmişlər. Lakin o, sonunculara 63700 manat qaytarmış, 26800 manat borcu qalmışdır. Bundan başqa, o, 2022-ci ilin sentyabr ayında Mürsəllə tanış olmuş və sonuncuya şəriklik təklifi etmişdir. O, Mürsələ "xxxx" bərbər salonunun 80%-i satmaq istədiyini demişdir. Mürsəl ondan qiyməti soruşduqda 300000 manata satdığımı demişdir. Bunu dedikdən sonra Mürsəl 250.000 manata razılaşacağını demişdir. O, Mürsəllə razılaşmış və sonuncu ona 10000 manat beh vermişdir. Ümumilikdə isə ona 126.000 manat vermişdir. Dekabr ayında isə Mürsəl ona qalan pulu verə bilməyəcəyini, başqa birini şərik götürəcəyini və Fərid adlı şəxsin qalan pulu ödəyəcəyini demişdir. Oktyabr ayında "xxxx" MMC adlı şirkət açılmışdır. Həmin şirkəti açanlar onun kassasını götürüb öz kassalarını qoymuşlar. Pula nəzarəti isə öz adamları olan Südabə adlı xanımı həyata keçirmişdir. Daha sonra 20 %-i Fərid onunla alqı-satqı etmişdir. Sonuncu ona pulunu salonda verəcəyini demişdir. Daha sonra isə o, Fəriddən pul tələb etdikdə pulu Mürsələ verdiyini demişdir. O, obyekti deyil, biznesi satmışdır. Obyektin ümumi qiyməti ******* manat dəyərindədir. 2015-ci ildə 48 nəfər üçün iş yeri açmışdır. 9 ildir ki, həmin obyekti işlədir. Obyektin 80 faizini 77000 manata Mürsələ, daha sonra 20 faizini 36000 manata Fəridə satmışdır. O, Mürsəldən 10000 manat, 83000 manat, 26000 manat, 4000 manat, 3000 manat olmaqla ümumilikdə 126000 manat məbləğində pul almışdır. Zərərçəkmiş şəxs4 Mürsəlin dostu kimi tanımışdır. Sonuncudan heç vaxt pul almamışdır. 2022-ci ilin sentyabr ayında Mürsələ 36000 manat pul vermişdir. Mürsəl və Fərid ilkin ifadələrində ona 227000 manat, ikinci ifadələrində isə 203000 manat verdiklərini bildirmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verilən suallara cavab olaraq göstərdi ki, icarə müqaviləsində obyekti 12000 manata icarəyə götürmüşdür. Həmin obyektin sahibi Şahid2 və Aydın Mürvələdovdur. Obyektin 2 çıxarışı var, mülkiyyətçisi də 2 nəfərdir. Sol tərəfi Zaiddinin, sağ tərəfi Aydınındır. O, hər ikisi ilə də icarə müqaviləsi bağlamışdır. O, icarəyə götürdüyü obyekti biznes məqsədilə təmir etdirmiş, avadanlıqlarla təmin etmişdir. Pandemiyadan sonra çətinliyə düşdüyü üçün obyekti satmaq qərarına gəlmişdir. 2016-ci ildə 3-cü şəriki yola salanda Zaiddindən 100000 avro pul götürmüşlər. Obyekt icarəyə verən şəxsə ayda 4000 manat faiz vermişlər. Bir ili tamam olduqda həmin pulu geri qaytarmalı olsalar da, həmin pulu qaytara bilməmişlər. Onun şəriki məcbur olaraq 30 faizi Zaiddinə satmışdır. Beləliklə, onda 70%, Zaiddində 30% hissə olmuşdur. 2017-ci ildə Zaiddinə 50 % hissssini satdığını demişdir. Həmin günün səhəri Zaiddin ona zəng edərək 45%-i özünün, 45%-i isə Aydının aldığını demişdir. Belə olan halda Zaiddin 90000 manat, Aydın isə 315000 manatı ona verməli olmuşdur. Həmin günün axşamı Aydının oğlu ona 60000 manat beh vermişdir. Səhəri gün isə Bakı şəhəri, Xətaidə rayonunda yerləşən Asan xidmət mərkəzində 90%-i Zaiddinin adına keçirmişdir. Buna görə Zaiddin ona 142000 manat vermişdir. Sonradan isə Zaiddinlə aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilərək araşdırılmış ifadəsindən görünür ki, o, 1978-ci ildə Bakı şəhərində doğulmuş, orta təhsilini Bakı şəhəri, Səbail rayonunda yerləşən 189 saylı orta məktəbdə almış, orta məktəbi bitirdikdən sonra 1994-cü ildə Azərbaycan İnşaat universitetinin “Tikinti materiallarının istehsalı” fakültəsinə daxil olmuş, 1998-ci ildə həmin universiteti bitirmişdir.O, universiteti bitirdikdən sonra səhhəti ilə bağlı hərbi xidmətdə olmamış, iş fəaliyyətinə gəldikdə isə müxtəlif özəl sahələrdə çalışmışdır. O, mahiyyəti üzrə bildirmişdir ki, 2015-ci ilin sentyabr ayında Şahid2 məxsus Bakı şəhəri, Sabit Orucov 9 A ünvanında yerləşən 610 kv metr tikilini şəriki X5 adına Şahid2 icarəyə götürmüş, 2015-ci ilin oktyabr ayında onlar həmin qeyri-yaşayış sahəsini şəriki Mürsəl Əliyevlə birlikdə təmir etdirməyə başlamışdır. Təmir ərəfəsində yəni 2015-ci ilin dekabr ayında dolların məzənnəsi anidən qalxmış buda tikinti materiallarının qiymətinin artmasına təsir göstərmişdir. O və şəriki Mürsəl Əliyevdə vəsait çatışmamazlığı səbəbindən məcbur olub ortaq tanışları Xalid Rəsulovuda özlərinə şərik etmişlər. Xalid Rəsulov da "xxxx" studiyasının biznesinin inkişafına 120.000 manat vəsait yatırmışdır.2016-cı ilin yanvar ayında onların Türkiyə Respublikasından sifariş etdikləri bütün avadanlıqlar "xxxx" studiyasına gətirilmiş və 22 fevral 2016-cı ildə onlar "xxxx" studiyasının açılışını etmişlər. 2016-cı ilin avqust ayında şərikləri Xalid Rəsulov şəriklikdən ayrılmaq qərarına gəlmiş, Mürsəl Əliyevdə məcbur olub Şahid2 100000 avro borca pul alaraq Xalid Rəsulova vermiş və onu şəriklikdən çıxartmışdır. 2017-ci ilin aprel ayında Şahid2 aldıqları 100.000 avro borca görə Mürsəl Əliyev "xxxx" bərbər salonunun özünə aid 30 faiz biznes payını qeyri-rəsmi olaraq Zaiddinə təhvil vermiş və şəriklikdən könüllü olaraq çıxmışdır.Bundan sonra 30 faiz pay Şahid2, 70 faiz pay isə ona məxsus olmuşdur. 3 aprel 2017-ci il tarixdə o, rəsmi olaraq Şahid2 ünvan 9 ünvanında yerləşən 274.3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini icarəyə götürmüş, 2017-ci ilin dekabr ayında isə o, "xxxx" salonunun onda olan 70% payının 50% Şahid2 satmaq qərarına gəlmiş, bu barədə Şahid2 bildirdikdə Şahid2 15 % payı özü, 45% payı isə şəriki Aydın Mürvələdovun almaq istədiyini ona bildirmişdir.O, da etiraz etməmiş, 15% paya görə Şahid2 95.000 manat, 45 % paya görə isə şəriki Aydın Mürvələdovdan 315.000 manat pul vermək şərti ilə onunla razılaşmışdır. Həmin gün X3 Mürvələdov işlədiyi salona gələrək tanışı Böyükağanın yanında ona 60.000 manat beh vermiş, beh verilən günün səhəridə Şahid2 60.000 manat behə görə 90 % biznes payını onun adına keçirməyini ondan xahiş etmiş və onu inandırmışdır ki, 90% payı onun adına keçirdikdən sonra yerdə qalan 350.000 manat pulu ona verəcəkdir.Təxminən 3 ay sonra Şahid2 350.000 manat puldan ortaq tanışları Böyükağa vasitəsi ilə ona 82000 manat pul göndərmiş yerdə qalan 268.000 manat pulunu isə ələ keçirmişdir. 11 sentyabr 2022-ci tarixdən 22 mart 2023-cü il tarixə kimi o, Şahid2 30% payı geri almaq üçün Şahid2 bank kartına hissə-hissə olmaqla ümumilikdə 51.700 manat pul göndərmiş, buna baxmayaraq Şahid2 yenədə onun nə biznes payını nədə ki, ondan aldığı biznes payının yerdə qalan pulunu ona verməmişdir.Bununla yanaşı o, Şahid2 "xxxx" salonunun rəsmi olaraq ona məxsus olan 10% payından gələn gəlirdən də ona pul vermədiyini bildirmişdir. O, "xxxx" salonunun inkişafı məqsədi ilə Zərərçəkmiş şəxs1 11 sentyabr 2021-ci ildə 78.000 manat, xx.xx.2021 -ci il tarixdə isə 81.000 manat pul götürmədiyini belə ki, həqiqətdə o, müqavilədə qeyd edildiyi kimi yəni 78000 manat deyil 40.000 manat, digər müqavilədə qeyd edildiyi kimi 81000 manat deyil 50.000 manat Zərərçəkmiş şəxs1 pul götürdüyünü bildirmiş, müqavilələrdə "xxxx" salonundan gələn gəliri ilə birlikdə isə 78000 və 90000 manat qeyd etdiyini bildirmişdir.O, Zərərçəkmiş şəxs1 ümumilikdə əlbə-əl 90.000 manat pul aldığını, qeyd olunan pulu almaqda da məqsədinin Zərərçəkmiş şəxs1 "xxxx" salonunun 4 otağından gələn gəlirə şərik etmək istəməsi olmuş, lakin müəyyən səbəblərdən aldığı ümumilikdə 90.000 manat puldan Zərərçəkmiş şəxs1 46.200 manat qaytarmış olduğunu, 43.800 manat pulu isə ona geri qaytara bilmədiyini qeyd etmişdir.O, Zərərçəkmiş şəxs1 şəriki mərhum X20 Fəttahovun mağazasında görüb tanıdığını ama Ruslan Ərəbovdan hər hansı məbləğdə pul almadığını bildirmiş, belə ki, 90000 manat pulu əlbə-əl Kamrandan aldığını, ola bilsin ki, Zərərçəkmiş şəxs1 ona verdiyi 90000 manat məbləğdən hər hansı bir hissəsini Ruslan Ərəbovdan alıb ona verdiyini qeyd etmişdir. Bundan başqa o, həmçinin könüllü olaraq bildirmişdir ki, vətəndaş Rahim Həsənovun qardaşı Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə 36000 manat, xx.xx.2022-ci il tarixdə isə Rahim Həsənovun özündən əlavə olaraq 54.000 manat pul almış, puluda alarkən Rahim Həsənovu "xxxx" salonunun biznes payına şərik etməyi öhdəsinə götürmüş və tərtib edilmiş müqavilələri isə Rahim Həsənovun xahişi ilə sonuncunun qardaşı Zərərçəkmiş şəxs3 adına yazıb vermişdir.O, qazanc kimi müqavilənin birində 72000, digərində isə 108.000 manat qeyd etsədə həqiqətdə aldığı məbləğ ümumilikdə 90.000 manat olmuş, bank vasitəsi ilə ödənişlər etdikdən sonra Rahim Həsənovun qardaşı Zərərçəkmiş şəxs3 ümumilikdə 11290 manat borcu qaldığını bildirmişdir. Bundan başqa o, "xxxx" salonuna müştəri qismində gələn və salondan tanış olduğu Zərərçəkmiş şəxs5 "xxxx" salonunun 80% biznes payını 300.000 manata almağı təklif etmiş, Zərərçəkmiş şəxs5 80 % biznes payını ondan 250.000 manata almağa razılıq vermişdir.xx.xx.2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs5 şəriki Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Cofe Lea”da bir yerdə görüşən zaman Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs4 yanında ona biznes payını ondan almaq üçün 10.000 manat beh vermiş yerdə qalan 240.000 manatı pulu isə ilin sonunadək ona verəcəyini bildirmişdir.O, da həmin məkandan çıxdıqdan sonra bir başa Şahid2la görüşməyə getmiş, görüş zamanı Şahid2 bu barədə məlumat vermiş, Şahid2 ona etiraz etməyərək biznesi sata biləcəyini ona bildirmişdir. O, da Zərərçəkmiş şəxs5 qeyri-rəsmi şəkildə biznesi sataraq ondan hissə-hissə olmaqla ümumilikdə 203.000 manat pul almış, lakin ona gəlir verə bilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün istintaq zamanı verdiyi ilkin ifadələri, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, üzləşdirmə protokolları maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Əfruz tərəfindən ona vurulan ziyan tam qaytarılmasa da, heç bir şikayəti yoxdur. Əfruz Vilardi kişi salonun direktoru olmuşdur. O, həmin salona müştəri kimi gedib-gəlmişdir. Əfruz ona müəyyən işlər görmək üçün vəsait lazım olduğunu demişdir. O, maliyyə vəsaiti yardım edərək biznesə şərik olmuşdur. Sonradan təkcə onun yox, digər şəxslərin də həmin işə cəlb olunduqlarını eşitmişdir. Əfruz əvvəllər ona verdiyi pulları geri qaytarmışdır. Lakin müəyyən vaxtdan sonra sonuncu ondan aldığı pulları qaytarmamağa başlamışdır. Əfruz tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilməsə də, sonuncu ilə barışmışdır. Cinayət işi üzrə ona nə qədər ziyan vurulduğunu xatırlamır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs3 məhkəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığnı bildirdi. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Bir neçə il əvvəl "xxxx" salonuna müştəri kimi getmişdir. Təqsirləndirilən şəxslə orada tanış olmuşdur. Sonuncu ondan bir neçə dəfə ödəniş edərək telefon almışdır. Bundan sonra aralarında şəriklik münasibəti yaranmışdır. Əfruz ona sənədləri təqdim edərək Zaur adlı şəxslə şərik olduqlarını bildirmişdir. Sonuncunun deməsinə görə salonun üçdə biri onun olmuşdur. Aralarındakı müqavilə "xxxx" salonuna müəyyən avadanlıqların alınması və salonun 4 ədəd otağının icarəsi nəticəsində gündəlik əldə edilən gəlir barədə olmuşdur. Belə ki, həmin otaqlarda əldə edilən gəlirlərin yarısı ona çatmalı idi. Bir neçə dəfə ona ödəniş edilsə də, sonradan ödənişlər dayanmışdır. Bir müddət sonra ona yalnız maya dəyərində olmuşdur. Yəni, ona əlavə ödəniş edilməmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında verilən suallara cavab olaraq göstərdi ki, təxminən 2020-2021-ci illərdə hissə-hissə pullar vermişdir. Təqsirləndirilən şəxs ümumilikdə 102000 manat vermişdir. Əfruz onunla 160000 dollar vermək barədə razılaşmışdır. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, atası Ruslan Ərəbov digər Zərərçəkmiş şəxs1la birlikdə işləmişdir. Atası mühasib olmuşdur. Atası vəfat etməmişdən əvvəl öz işləri barədə ona məlumat vermişdir. Atası Zərərçəkmiş şəxs1la birlikdə Təqsirləndirilən şəxs pul vermişdir. Zərərçəkmiş şəxs1 dedikləri ilə tam razıdır. Fəttahovun dediyi məbləğin yarısı ona məxsusdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Əfruzla 2022-ci ilin avqust-sentyabr aylarında Zərərçəkmiş şəxs5 vasitəsilə tanış olmuşdur. O, Əfruzu "xxxx" salonunun sahibi kimi tanımışdır. Onlar, yəni o, Mürsəl və Əfruz birlikdə görüşmüş, görüş zamanı Əfruz "xxxx" salonunun aylıq hesabatlarını təqdim etmiş və onların həmin salona investisiya qoymasını istəmişdir. İlkin danışıqda Əfruz 300000 manat istəmişdir. Lakin sonradan onun istəyi ilə 250000 manata razılaşmışlar. 2022-ci ilin sentyabr ayında Əfruza 10000 manat verilmişdir. Daha sonra isə həmin ilin sonunadək hissə-hissə Zərərçəkmiş şəxs5 tərəfindən özü və ya sürücüsü vasitəsilə pullar verilmişdir. Əfruza verilən pullardan 77000 manatı ona məxsus olmuşdur. Sonradan biznesin Zaiddin adlı şəxsə məxsus olduğunu eşitmişdir. Bu səbəbdən Əfruzdan icarə müqaviləsi ilə təmin etməsini istəmişdir. Daha sonra isə Əfruzdan onu Zaiddinlə görüşdürməsini tələb etmişdir. Həmin vaxta qədər Əfruz sadəcə icarəçi olduğunu, salona dair başqa iddiasının olmadığını bildirmişdir. Zaiddinlə görüşərkən sonuncu ona biznesin sahibi olduğunu, idarəetməni Əfruzun öhdəsinə buraxdığını, sonuncunun bizneslə bağlı nə istəsə edə biləcəyini demişdir. Biznesin satışı ilə bağlı Zaiddinə sual verdikdə isə, sonuncu bu barədə heç nə deməmişdir. Görüş zamanı Zaiddin ona bildirmişdir ki, biznesin 90 faizi ona, 10 faizi Əfruza məxsusdur. Zərərçəkmiş şəxs4 məhkəmə istintaqında verilən suallara cavab olaraq göstərdi ki, şəriki Mürsəllə birlikdə Əfruza 203000 manat vermişdir. O, həmin məbləğdən yalnız 10000 manatının Əfruza verilməsində birbaşa iştirak etmişdir. 2023-cü ilin yanvar ayında "xxxx" MMC şirkətini təsis etmişlər. Razılaşmaya əsasən 80 faiz pay onlara, 20 faiz pay Əfruza çatmalı idi. Şirkəti təsis etdikdən sonra yerin sahibi ilə icarə müqaviləsi bağlamaq məsləsi ortaya çıxdığından məsələlər qarışmışdır. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 2021-ci ilin yay aylarında Təqsirləndirilən şəxs işlətdiyi "xxxx" salonuna getmişdir. O, həmin bərbər salonunun daimi müştərisi olmuşdur. Salonda olarkən lazeroloq yaxınlaşaraq Təqsirləndirilən şəxs onunla görüşmək istədiyini demişdir. Lazeroloqdan hansı səbəbdən onunla görşmək istədiyini soruşmuş, lazeroloq ona Əfruzun biznesi böyüdərək satmaq istədiyini demişdir. Bundan sonra o, Əfruzla görüşmüşdür. Görüş zamanı sonuncu ona biznesin 80 faizini 300000 manata satmaq istədiyini demişdir. Əfruzdan bizneslə bağlı sənədləri istəmişdir. Lakin Əfruz ona sənədlərin olmadığını, lakin köhnə tarixlərdən dəftərlər olduğunu demişdir. O, buna etiraz etməyərək həmin dəftərlərə baxmaq istəmişdir. Həmin sənələrə baxmağı isə həm ortağı olan, həm də auditor olan Zərərçəkmiş şəxs4 tapşırmışdır. Daha sonra “Cofe-Lea” adlı kafedə görüşərək sənədlərə baxmışlar. O, Əfruza 250000 manat verməyi təklif etmiş, Əfruz onunla razılaşmışdır. Fəridlə birlikdə Əfruza 10000 manat beh vermiş, qalan pulu isə ilin sonuna qədər ödəyəcəklərin bildirmişlər. Həmçinin Əfruza idarəetməyə öz admaını qoyacağı şərtini də demişdir. Əfruz ona biznesin işləyəcəyini və aylıq 7000 manat qazanc gətirəcəyini demişdir. Əfruz aralarında olan razılaşmaları notarial qaydada təsdiq etmək üçün çalışsa da, bu məsələnin mülki mübahisəyə çevriləcəyini düşündüyü üçün bunu etməmişdir. Daha sonra Əfruza 150000 manat, ondan sonra isə qalan pulu vermişdir. O, Əfruza ümumilikdə 203000 manat pul vermişdir. Əfruz 1-ci ay ona qazanc vermiş, lakin sonradan arenda pulu verəcəyi adı ilə həmin pulu ondan almışdır. Bundan sonra kassaya öz adamını qoymuşdur. Əfruzla başqa bir şirkət də təsis etmişlər. Şirkətin 80 faizi onun, 20 faizi Əfruzun olmuşdur. Şirkətin Nizamnamə kapitalı isə 20 manat məbləğində olmuşdur. Şirkətə kassa və və terminal qoyulmalı idi. Sonradan Əfruzun “Vilardi-Beauty” adlı şirkət təsis etdiyini görmüşdür. O, həmçinin Əfruzun həmin şirkətin 100 faiz payçısı olduğunu bilmişdir. O zaman o, işlərin yolunda getmədiyini anlamışdır. Bundan sonra, o, salonun sahibi olan Zaiddini tapmışdır. Zaiddin ona salonun sahibi olduğunu demişdir. O, Zaiddinə icarə ilə bağlı sənədləri təqdim etdikdə sonuncu həmin imzaların ona məxsus olmadığını demişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, obyektini X16 filialına icarəyə vermiş, X16 filialı “Asan” xidmətin binasına köçdüyündən obyekti boşalmışdır. 2015-ci ildə Mürsəl Əliyev və Təqsirləndirilən şəxs onun obyektini icarəyə götürməyə gəlmiş, təmir işləri ilə məşğul olmaq üçün ondan 3 ay vaxt istəmişdir ki, həmin müddətdə icarə haqqı ödəməsin. Onlarla razılaşdıqdan sonra 3 dekabr 2015-ci ildə Mürsəl Əliyev və Təqsirləndirilən şəxs bildirmişlər ki, onlarda pul çatmır, onlara 100000 manat pul lazımdır. Onlara həmin pulu verə bilməyəcəklərindən 50000 manat pul vermişlər, icarə haqqının ödənməsinə 2016-cı ilin mart ayından başlanılmışdır. Mürsəl Əliyev və Təqsirləndirilən şəxs verilmiş 50000 manat icarə müqaviləsində qeyd edilmiş, həmin icarə müqaviləsi 10 illik olmuş, adambaşı 5000 manat icarə haqqı göstərilmiş, həmçinin müqavilədə Mürsəl Əliyev və Təqsirləndirilən şəxs 2026-cı ildən əvvəl icarə müqaviləsini pozacağı təqdirdə həmin 50000 manatı qaytaracağı qeyd edilmişdir. Bundan başqa, həmin dövrdə dolların məzənnəsi 0,78 olduğundan icarə müqaviləsində dolların məzənnəsinin dəyişəcəyini təqdirdə icarə haqqının həmin dəyişikliklərə uyğunlaşdırılması da razılaşdırılmışdır. 10 mart 2016-cı ildə Mürsəl Əliyev və Təqsirləndirilən şəxs yenidən pul çatmadığını dediklərindən onlara əlavə 10000 manat vermişlər. Sonradan dolların məzənnəsi dəyişsə də, icarə haqqını dəyişməmişlər. 2016-cı il avqust ayında Mürsəl Əliyev və Təqsirləndirilən şəxs icarəyə epilyasiya aparatı götürdüklərini, ayda 4000 manat pul verdiklərini bildirib 100000 avro pul istəmişlər. Mürsəl Əliyev və Təqsirləndirilən şəxs 50 nəfərə yaxın işçisi olmuş, işlərində hər hansı problem olmamış, lakin 4-5 ay icarə haqqını ödədikdən sonra aylıq ödənişi etməməyə başlamışlar. 4 avqust 2016-cı ildə kredit müqaviləsi bağlamış, Təqsirləndirilən şəxs zamin durmuşdur. Mürsəl Əliyev və Təqsirləndirilən şəxs 100000 avro pul vermişdir ki, həmin pul da dövrün məzənnəsi ilə 220000 manat etmişdir. Mürsəl Əliyev və Təqsirləndirilən şəxs məqsədinin 100000 avronu icarəyə götürdükləri epilyasiya aparatını almağa sərf edəcəklərini düşünmüşdür. Sonradan onlardan həmin aparatı alıb-almadıqlarını soruşmamışdır. 3 aprel 2017-ci ildə Əfruz ona Mürsəllə arasında olan problemlərə görə ayrıldığını, onunla müqavilə bağlamaq istədiyini bildirmişdir. Onun epilyasiya aparatı alıb-almamaq barədə suallarına cavab olaraq demişdir ki, həmin məqsədlə aldığı pulu parfumeriyaya yatırmış, sonradan həmin məbləğləri itirmiş, bir hissəsini Mürsələ vermişdir. Əfruzla 35% şərik olmuş, ilk aylar ona 1000-2000 dollar gəlmiş, sonradan pul gəlməməyə başlamışdır. 2017-ci ilin sonlarında Əfruz biznesin 90%-ni 630000 manata satmaq istədiyini bildirmişdir. Onun pulu Əfruz Əliyevdə olduğundan şərikinə demişdir ki, pulu verək qurtaraq. Nəticə etibarilə 630000 manat verib müqavilə bağlamışdır ki, 630000 manatlıq hissə onun, 10% də kişinindir. Biraz vaxt keçdikdən sonra 50100 manat karta köçürülmüş, yəni zülmlə də olsa pulu almışdır. Əfruz ona “dayımsan”, “ağsaqqalımsan” və bir sıra başqa sözlər demiş, özü də bilmişdir ki, ona hörmət edir, amma şəriki ilə yola getmirlər. Əfruz borclarının çox olduğunu, həmin vaxt digər borclarını ödədiyindən onun pullarını verə bilmədiyini bildirib daha heç kəsdən borc almayacağına dair and içmişdir. 2018-ci ilin 5 ayının icarə haqqı nə ona, nə də şərikinə ödənməmişdir. Əfruzu ofisə çağırmış və öz adından iltizam yazdırmışdır. Əfruzun dostu da qol çəkmişdir. Əfruz şəriklərdən birinə 39000, digərinə 36000 borcunun olduğunu, hissəhissə ödəyəcəyini, ödəyə bilmədikdə onun 10% hissəsindən həmin məbləğlərin çıxarıla biləcəyini qeyd etmişdir. O, təmirə xərclənilən 60000 manat pulu mübahisələndirmir. Əfruz 2022-ci ildə ona biznesi almaq istədiyini demiş, o da pulunun qaytarılmasını tələb edərək başqa nə etməsinin ona maraqlı olmadığını bildirmişdir. Əfruz öz payının yaxşı qiymətə satıla bilməyəcəyini, 400000 manata sata biləcəyini bildirmiş, sonra demişdir ki, biznesi almaq istəyir. O isə sonuncuya bunun mümkün ola bilməyəcəyini icarə haqqını belə ödəyə bilmədiyini demişdir. Buna baxmayaraq, Əfruz demişdir ki, ayda 4000 icarə haqqından əlavə sizə pul verəcək. O da razılaşsa uzun müddət Əfruzu gözləməli olacağını bildirmişdir. Əfruz dəfələrlə israr etdiyindən sonuncuyla razılaşmalı olmuş, sonuncu ona sentyabr, oktyabr, noyabr ayının icarə haqqını ödəməmişdir. Dekabrda 2150 manat, apreldə isə 3900 manat vermiş, ümumi olaraq 18000 manat pul vermişdir. Sonra 2023-ün ilin yanvar, fevral, mart ayında icarə haqqını ödəmədiyinə görə Əfruzu çağırmış, 18000 manatı siləcəyini və verdiyi 4000 manatları icarə haqqına çıxacağını bildirmişdir. 2022-ci ildə sənədlərə baxanda görmüşdür ki, 7000 çatmır. Səbəbini soruşanda camaatı restorana yığıb bayram etdiyini demiş, 2023-cü ildə yanvar ayında gəlmişdir ki, tanıdığı uşaqlar var buranı almaq istəyirlər, o da həmin şəxsləri tanımadığını bildirmiş və özünün də çıxıb getməli olduğunu, pulu verə bilmədiyini demişdir. Axşam vaxtı saat 22:00 radələrində gəlib görmüşdür ki, pul vermir. Buna görə də bareli bağlamış və dəyişmişdir. Onun qarşısını kəsib oranı açmasını deyərək qışqırmağa başlamış, o da 62 yaşı olduğunu, onu biabır edəcəklərini, pulu verə bilmədikləri üçün bağladığını demişdir. Həmçinin ondan 60000 manatı da istəməmiş, çıxıb getməsini istəmişdir. Əfruz Adəm adında balaca uşağıyla gəlmiş, ona barelin açarını verməsini demişdir. O açarı vermədikdə Əfruz başını divara vurmuş, “vur öldür məni” deyərək kül qabını başına vurmuşdur. O da dözə bilməyib açarı vermiş və “nə edirsən et” demişdir. Əfruz icarə haqqını tam ödəməsə də, bu barədə problemi olmamış, onu yola vermişdir. 2023-cü ilin fevral ayında “adamlar buranı götürmək istəyir” ifadəsinə qarşılıq olaraq “adamlar da sən də lazım deyilsən, çıx get” demişdir. Əfruz həmin şəxslərin yaxşı uşaqlar olduğunu, kömək edəcəklərini bildirsə də o razılıq verməmişdir. 15-20 gün keçdikdən sonra ona Fərid və Mürsəl adlı şəxslərdən zəng gəlmiş, həmin şəxslər onun salonunda olduqlarını bildirərək onunla söhbət etmək istədiklərini bildirmişlər. O, salona gəlib onlarla görüşmüşdür. Fərid demişdir ki, onlar həmin salona 225000 pul veriblər. O, həmin şəxslərə obyektinə olan çıxarışı göstərərək onlardan pulu kimə hansı əsasla verdiklərini soruşmuş, həmin şəxslər Əfruzun 8 kabineti hansısa şəxslərə satdığını demişdir. İnanmadığından Əfruzu çağırıb onun obyektini hansı əsasla satdığını soruşmuşdur. Mürsəlgil orada qalıb işləmək istədiklərini bildirsələr də, o mümkün olmadığını, onların pulu Əfruzə verdiklərini, məsələni onunla həll etməli olduqlarını bildirmişdir. Ona artıq 5-6 aydır orada olduqlarını, qazanc əldə etmək məqsədilə administrator və kassir işə götürdüklərini bildirmişlər. 31 may 2023-də icarə müqaviləsi bağlayaraq biznesi onlara vermişdir. May ayında Əfruz gəlmiş, onun yanında olan uşaqlar da ona əvvəlcə Əfruzun “Molakan” bağında “Gladiator” salon açdığını desə də Əfruz ona başqalarının sözlərinə inanmamaq lazın olduğunu demişdir. Daha sonra həqiqətən də Əfruzun “Molakan” bağında “Gladiator” salon açdığını, təmir etdirdiyini öyrənmişdir. Qısa müddət keçəndən sonra Əfruz ona xəstə olması səbəbindən ayrıldığını demişdir. Əfruz getdikdən sonra səsi sorağı çıxmamış, getməzdən əvvəl Əfruza özü ilə bərabər işçilərdən açdığı salona aparmaması barədə xəbərdar etmişdir. Lakin Əfruz buna əhəmiyyət verməyərək həmin işçiləri öz açdığı salona aparmışdır. 2023-cü ilin sentybar ayında Əfruz şəriklərlə problemi olduğu üçün “Qladiator” salonundan da çıxmış, bir müddət sonra Əfruz onu telefonla yığıb ona 10 faizi səhmləri aldığı üçün borcunun olduğunu bildirmişdir. Əfruzdan 6 il müddət keçsə də borclu olduğu halda icarə haqqı ödəməyi kəsib o pulu niyə bağlamadığını, həmçinin 225000 manat aldığı Mürsəlgilin yanında danlananda və iltizam sənədi yazan zaman niyə bu barədə demədiyini soruşmuşdur. Əfruz tərəfindən bu zənglərin sayı artmış, onu şantaj etməyə başlamış, onu müstəntiq Osman Məmmədov çağırmış, onda olan sənədlərə baxıb problem olmadığını bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 icarə pulunu Əfruzun verdiyini, Əfruzun onun obyektini onun imzasını saxtalaşdırmaqla 3000 dollara kirayə verdiyini bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 Seyidağa oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs5 sürücüsü işləmişdi. Sonuncunun ona verdiyi pulu 13 dekabr 2022-ci il tarixdə "xxxx" salonunda çalışan Əfruzun kabinetində özünə vermişdir. Həmin pulun məbləği 26.000 manat olmuşdur. Mürsəlin həmin pulu Əfruza nə məqsədlə göndərdiyini bilmir. 31 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin gün saat 16:00-də Təqsirləndirilən şəxs Azərbaycan Resbulikası CM-nin 178.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1 i.v. 166) 01 fevral 2024-cü il tarixli Səbail Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 21 (iyirmi bir) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1 i.v 195-198) 01 fevral 2024-cü il tarixli təqsirləndiriən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. (cild 1 i.v 177-178) 01 noyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs1 tərəfindən ərizədən görünür ki, 2021ci ilin sentyabr ayında tanışı Təqsirləndirilən şəxs onu Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov 4 ünvanında yerləşən "xxxx" salonunun biznes payına şərik etmək adı ilə ondan Bakı şəhəri, Nəsimi rayonu, Puşkin 13 ünvanında yerləşən “FK” telecom mağazasında 61230 manat pul almış lakin vədinə əməl etməyərək onu aldatmışdır. (cild 1 i.v. 3-5) 23 yanvar 2024-cü il tarixli Zərərçəkmiş şəxs4 tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs onu "xxxx" salonun şərik götürmək adı ilə 77000 manat pulunu ələ keçirmişdir. (cild 1 i.v. 90) 23 yanvar 2024-cü il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, 2021-ci ilin sentyabr aylarında tanışları Təqsirləndirilən şəxs Bakı şəhəri Sabit Orucov 4 ünvanında yerləşən "xxxx" studiyasına şərik etmək adı ilə vəfat etmiş atası X7 və Zərərçəkmiş şəxs1 külli miqdarda pul almış, bir qismini qaytarsa da, qalan 33770 manatı ələ keçirmişdir. (cild 1 i.v. 106) 25 yanvar 2024-cü il tarixli Zərərçəkmiş şəxs5 tərəfindən yazılmış ərizədən görünür ki, 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən "xxxx" salonunun biznes payını satmaq adı ilə şəriki Zərərçəkmiş şəxs4 və ondan həmin ünvanda ümumilikdə 227000 manat pul almış, pul verildikdən sonra onlara məlum olmuşdur ki, "xxxx" salonununobyekti və biznes payı Şahid2 məxsusdur. 227000 manat puldan 77000 manat Zərərçəkmiş şəxs4, 150000 manat isə ona məxsusdur. (cild 1 i.v. 117) 03 noyabr 2023-cü il tarixli sənədlərin götürülməsi və baxış keçirilməsi protokolundan görünür ki, xx.xx.2021-ci il tarixdə tərtib edilmiş sənədin yuxarı hissəsində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqələrinin surətləri, ondan aşağıda “mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 81000 (səksən bir min) AZN pul məbləğini götürdüm. Bu məbləği 14.12.21-ci il tarixidən etibarən 10 ay müddətində, yəni 14.10.22-ci il tarixədək, hər gün 270 (iki yüz yetmiş) AZN olmaqla, ayda 8100 (səkkiz min yüz) AZN ödəməyi öhdəmə götürürəm” sözləri, ondan aşağda Təqsirləndirilən şəxs sözünün sol tərəfindəki imza, ondan aşağıda Zərərçəkmiş şəxs1 sözündən sol tərəfdə imza, ondan aşağıda xx.xx.2021-ci il tarix qeyd edilmişdir. Həmin sənədə 2022-ci ilin yanvar ayından həmin ilin oktyabr ayınadək olan ödəniş cədvəli əlavə edilmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixli sənəddə “mən Təqsirləndirilən şəxs Sabit Orucov 4 ünvanında yerləşən "xxxx"studiyasının inkişafı məqsədilə X14 və Zərərçəkmiş şəxs1 78000 (yetmiş səkkiz min) AZN pul məbləğini aldım. Bu məbləği hər gün 130 AZN, yəni ayda 3900 AZN olmaq şərtilə xx.xx.2021-ci il tarixdən etibarən 20 ay ərzində ödəməyi öz öhdəmə götürürəm. Ödənişin bitmə tarixi 11 may 2023-cü il. Tarix: 11 sentyabr 2021-ci il. İmza: iki şəxsin imzası. Həmin sənədə isə 2021-ci ilin oktyabr ayından 203-cü ilin may ayındakə olan ödəniş cədvəli əlavə edilmişdir. Ödəniş cədvəlinə nəzər saldıqda 2021-ci il oktyabrnoyabr aylarında 3900 manatın ödənilməsi və qarşısında imzanın çəkilməsi görünür. (cild 1 i.v. 9-13) 24 may 2023-cü il tarixli təsis payının alqı-satqı müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də özünə məxsus 20 faiz paydan 20 faizini Zərərçəkmiş şəxs4 mülkiyyətinə verməyi öhdəsinə götürmüş, Zərərçəkmiş şəxs4 müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş məbləği (20 AZN) Təqsirləndirilən şəxs nağd şəkildə ödəmişdir. (cild 1 i.v. 24) 03 aprel 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş icarə müqaviləsinin surətindən görünür ki, icarəçi Təqsirləndirilən şəxs ünvan 2 (mülkiyyətçi: Şahid2; çıxarış RX 0449263) ünvanında yerləşən 274,3 kvadratmetr sahəli icarə obyekti icarə haqqı ödəməklə Şahid2 icarəyə götürmüşdür. (cild 1 i.v. 49-51) 27 dekabr 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş birgə fəaliyyət barədə müqavilənin surətindən görünür ki, birinci tərəf - Şahid2 və ikinci tərəf - Təqsirləndirilən şəxs maddi və texniki imkanlarını birləşdirərək ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsində birgə fəaliyyət göstərmək məqsədilə biznes fəaliyyətindən bütün gəlir və xərclərin tərəflər arasında müvafiq olaraq 90 faizin (birinci tərəf) 10 faizə (ikinci tərəf) nisbətində bölüşdürülməsi barədə razılığa gəlmişlər. Bu məqsədlə birinci tərəf (Şahid2) 630000 (altı yüz otuz min) manat, ikinci tərəf 700000 (yeddi yüz min) manat vəsaiti "xxxx" bərbər salonunun fəaliyyəti üçün sərmayə qoyurlar. Tərəflər bigə fəaliyyətə başladıqdan sonra birinci tərəf 90 faiz, ikinci tərəf 10 faiz mənfəət götürmək hüququ əldə etmişdir. (cild 1 i.v. 52-53) 19 yanvar 2024-cü il tarixli sənədlərin götürülməsi və baxış keçirilməsi protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş sənədin yuxarı hissəsində “Müqavilə” sözü qeyd edilmiş, ondan aşağıda “mən Əfəndiyev X1 inkişafı üçün Zərərçəkmiş şəxs3 72000 (yetmiş iki min) AZN pul məbləği aldım. Bu məbləği gündə 120 (yüz iyirmi) AZN, ayda 3600 (üç min altı yüz) AZN olmaqla, 20 ay müddətində ödəməyi öz öhtəmə götürürəm. Bunu öz imzam və möhürümlə təsdiq edirəm. Ondan aşağıda Təqsirləndirilən şəxs sözünün sol tərəfində imza, ondan aşağıda Zərərçəkmiş şəxs3 sözündən sol tərəfdə imza, ondan aşağıda isə xx.xx.2022-ci il tarix qeyd edilmişdir. Həmin sənədə 2022-ci ilin fevral ayından 2023-cü ilin sentyabr oktyabr ayınadək olan ödəniş cədvəli əlavə edilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixli sənədin yuxarı hissəsində “Müqavilə” sözü qeyd edilmiş, ondan aşağıda “mən Əfəndiyev X1 inkişafı üçün Zərərçəkmiş şəxs3 108000 manat aldım. Bu məbləği gündə 180 (yüz səksən) AZN, ayda 5400 (büş min dörd yüz) AZN olmaqla, 20 ay müddətində ödəməyi öz öhtəmə götürürəm. Bunu öz imzam və möhürümlə təsdiq edirəm. Ondan aşağıda Təqsirləndirilən şəxs sözünün sol tərəfində imza, ondan aşağıda Zərərçəkmiş şəxs3 sözündən sol tərəfdə imza, ondan aşağıda isə xx.xx.2022-ci il tarix qeyd edilmişdir. Həmin sənədə 2022-ci ilin fevral ayından 2023-cü ilin sentyabr oktyabr ayınadək olan ödəniş cədvəli əlavə edilmişdir. (cild 1 i.v. 65-70) 25 yanvar 2024-cü il tarixli Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında olan üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 onu "xxxx" salonuna şərik etmək adı ilə iki dəfəyə ümumilikdə 90.000 manat pul aldığını və 90.000 manat puldanda ona 46200 manat geri qaytardığını lakin 43.800 manat pulu isə geri qaytara bilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs dediklərini təsdiqləmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 43800 manat vəsaitin 14000 manatının mərhum Ruslan Ərəbova məxsus olduğunu bildirmişdir. (cild 1 i.v. 129-131) 25 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 və onun tanışı Zərərçəkmiş şəxs5 "xxxx" salonunun biznes payını almağı təklif etdiyini və onlarla 250.000 manata razılığa gəldiklərini bildirmiş, bu məqsədlə də Zərərçəkmiş şəxs5 ümumilikdə 203.000 manat pul almış olduğunu etiraf etmiş və həmçinin ilkin ifadəsində Zərərçəkmiş şəxs4 "xxxx" salonunun 20 faiz payına görə onun 50.000 manat vəsaitini ələ keçirməsi xüsusatını inkar etmiş və fikrini istintaq orqanına düzgün çatdıra bilməməsini əsas gətirmişdir. (cild 1 i.v. 132-135) 25 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 "xxxx" salonunun biznes payını almağı təklif etdiyini və ondan ümumilikdə 203.000 manat pul aldığını etiraf etmiş lakin Zərərçəkmiş şəxs4 "xxxx" salonunun 20 faiz payını onun adına keçirməsini əsas gətirməklə Zərərçəkmiş şəxs5 borclu olmadığını bildirmişdir. (cild 1 i.v. 136-139) 25 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında olan üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 onu "xxxx" salonuna şərik etmək adı ilə iki dəfəyə ümumilikdə 90.000 manat pul almış olduğunu və 90.000 manat puldanda ona ödənişlər etdiyini hazırda isə ona 12.000 manat pul borclu qaldığını bildirmiş, Zərərçəkmiş şəxs3 isə Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" salonuna şərik etmək adı ilə ondan xx.xx.2022ci il tarixdə 72000 manat, xx.xx.2022-ci il tarixdə isə 108.000 manat pul almış, aldığı ümumilikdə 180.000 manat puldan 60.000 manat ona ödədikdən sonra yerdə qalan 120.000 manat vəsaiti ələ keçirilmişdir. (cild 1 i.v. 140-142) Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında olan “Whatsapp” mesajlaşma proqramı üzərindən yazılmış SMS-lərdən və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ona “Mursel menim xx.xx.2023 tarixine X21 göre 227713 (iki yüz iyirmi yeddi min yeddi yüz on üç) azn vereceyim var, “3000 (üç min) lazerdeb Behruz mellime borcum var” məzmunlu mesaj göndərilmiş, xx.xx.2023-cü il tarixli 4244****1714 kart hesabına 3000 manat vəsaitin ödənilmişdir. (cild 1 i.v. 127-128) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs hər hansı təşkilatın rəhbəri qismində vergi orqanında qeydiyyatda deyil. (cild 1 i.v. 45) 30 yanvar 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 30 yanvar 2024-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs1 məxsus 81000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən alınması barədə xx.xx.2021-ci il tarixli bir ədəd vərəqə, Vilardi studiyasının inkişafı ilə adı ilə X11 və Zərərçəkmiş şəxs1 məxsus 78000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən alınması barədə 11 sentyabr 2021-ci il tarixli bir ədəd vərəqə, Vilardi studiyasının inkişafı ilə adı ilə Zərərçəkmiş şəxs3 məxsus 72000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən alınması barədə xx.xx.2022-ci il tarixli bir ədəd vərəqə, Vilardi studiyasının inkişafı ilə adı ilə Zərərçəkmiş şəxs3 məxsus 108.000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən alınması barədə xx.xx.2022-ci il tarixli bir ədəd vərəqə, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə Vhatsaap üzərindən Zərərçəkmiş şəxs5 ünvanlamış mesajı yəni Vilardi studiyasına görə ona 227.713 manat verəcəyi olmasını özündə əks etdirən bir ədəd vərəqə, Zərərçəkmiş şəxs5 xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 3000 ( üç min) manat pul göndərməsini özündə əks etdirən bir ədəd qəbz iş üzrə maddi sübut kimi tanınmışdır. (cild 1 i.v. 155) Məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Ərəbov X8 Əfruz Nazim oğlu ilə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. (cild 4 i.v.22) Məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Fəttahov X9 Əfruz Nazim oğlu ilə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. (cild 4 i.v.25) DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 iyun 2016-cı ildə cəzadan azad edilmişdir. (cild 1 i.v. 29) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə, zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vuraraq təkrar dələduzluq cinayətlərinin törədilməsi ilə bağlı üç ayrı epizod üzrə ittiham irəli sürülmüşdür. Məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs Şahid2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən icarə obyektini icarəyə götürməsi və 27 dekabr 2023-cü il tarixli birgə fəaliyyət barədə müqaviləyə əsasən Təqsirləndirilən şəxs və Şahid2 ünvan 12 ünvanlaında yerləşən qeyri-yaşayış sahəsində birgə fəaliyyət göstərmək məqsədilə biznes fəaliyyətindən əldə edilən gəlirlərin 90 faizinin birinci tərəfə, yəni Şahid2, 10 faizinin isə ikinci tərəfə, yəni Təqsirləndirilən şəxs çatması barədə razılığa gəlmələri cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ünvan 2 ünvanında yerləşən "xxxx" bərbər salonunun sahibi olduğunu bildirsə də, onun bu hissədə vermiş olduğu ifadəsi istər şahid ifadələri, istərsə də digər sənədlərlə təkzib edilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, "xxxx" bərbər salonunu Əfruza icarəyə vermişdir. Bununla Şahid2 ibtidai istintaq zaman vermiş olduğu ifadəsindən də müəyyən olunur ki, Təqsirləndirilən şəxs öz biznes payının 45 faizini ona, 45 faizini Aydın Mürvələdova satdıqdan sonra onuna birgə fəaliyyət barədə müqavilə imzalamışdır. Həmin müqavilə ilə isə tərəflərin birgə fəaliyyətə başladıqdan sonra birgə fəaliyyətlə bağlı xərclər çıxıldıqdan sonra əldə edilən gəlirlərin 10 faizinin Təqsirləndirilən şəxs çatması barədə razılığın əldə edilməsi müəyyən edilir. Yəni faktiki olaraq Təqsirləndirilən şəxs həmin biznesdə 10% payı olmuşdur. Cinayət işi ilə bağlı isə digər mübahisəli hal isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Ruslan Ərəbovdan aldığı pulların məbləği barədədir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 15800 manat borclu qaldığını göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eləcə də, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində, eləcə də üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 nağd şəkildə ümumilikdə 90.000 manat puldan Zərərçəkmiş şəxs1 və Ruslan Ərəbova gəlir adı ilə hissə-hissə olmaqla 46.200 manat ödədiyini, qalan 43.800 manatın 29.800 manatının Zərərçəkmiş şəxs1, 14.000 manatının Ruslan Ərəbova aid olduğunu göstərmişdir. Bundan başqa cinayət işinin üçüncü epizodu ilə bağlı hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 126000 manat aldığını, Zərərçəkmiş şəxs4 ümumiyyətlə pul almadığını bildirmişdir. Bu hissədə qeyd edir ki, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 ifadələrindən aydın olur ki, Təqsirləndirilən şəxs onlara özünü "xxxx" salonunun sahibi kimi təqdim etdikdən sonra 300000 manata satmaq istədiyini bldirmiş, sonda 250000 manata almaq barədə sonuncu ilə razılaşmışlar. Hər ikisi birlikdə Əfruza 203000 manat verdiklərini, həmin pulun 77000 manatının Zərərçəkmiş şəxs4, 126000 manatının Zərərçəkmiş şəxs5 məxsus olmuşdur. Göstərilən xüsusatlar Təqsirləndirilən şəxs ayrı-ayrılıqda Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 arasında keçirilən üzləşdirməsi zamanı Zərərçəkmiş şəxs5 ümumilikdə 203.000 manat pul aldığını təsdiq etmişdir. Bundan başqa o da qeyd edilməlidir ki, cinayət işinə əlavə edilmiş Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs etibardan sui istifadə edərək müdiri olduğu bərbər salonuna ortaq edəcəyi vədi verərək müxtəlif şəxslərə qarşı 3 (üç) epizod üzrə dələduzluq etmişdir. Göstərilən hökm hazırki iş üzrə ittihamın qiytmətləndirilməsində rol oynamasa da həmin hökmlə bağlı məhkumluq ödənilmədiyindən və ya götürülmədiyindən onun bu məhkumluğunu təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci, himayəsində bir azyaşlı övladının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 oktyabr 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın yuxarı üçdə ikisindən az olmayaraq cəza təyin etməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 31 yanvar 2024-cü il tarixdən hesab edilməlidir. İş üzrə mülki iddia yoxdur. Maddi sübutlarla bağlı məhkəmə qeyd edir ki, 30 yanvar 2024-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs1 məxsus 81000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən alınması barədə xx.xx.2021-ci il tarixli bir ədəd vərəqə, Vilardi studiyasının inkişafı ilə adı ilə X11 və Zərərçəkmiş şəxs1 məxsus 78000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən alınması barədə 11 sentyabr 2021-ci il tarixli bir ədəd vərəqə, Vilardi studiyasının inkişafı ilə adı ilə Zərərçəkmiş şəxs3 məxsus 72000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən alınması barədə xx.xx.2022-ci il tarixli bir ədəd vərəqə, Vilardi studiyasının inkişafı ilə adı ilə Zərərçəkmiş şəxs3 məxsus 108.000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən alınması barədə xx.xx.2022-ci il tarixli bir ədəd vərəqə, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə Vhatsaap üzərindən Zərərçəkmiş şəxs5 ünvanlamış mesajı yəni Vilardi studiyasına görə ona 227.713 manat verəcəyi olmasını özündə əks etdirən bir ədəd vərəqə, Zərərçəkmiş şəxs5 xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 3000 ( üç min) manat pul göndərməsini özündə əks etdirən bir ədəd qəbz və 1 (bir) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında salanılmalıdır. Məhkəmə mərhələsində göstərilmiş 66 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi üçün vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 396 (üç yüz doxsan altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 31 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra 30 yanvar 2024-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs1 məxsus 81000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən alınması barədə xx.xx.2021-ci il tarixli bir ədəd vərəqə, Vilardi studiyasının inkişafı ilə adı ilə X11 və Zərərçəkmiş şəxs1 məxsus 78000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən alınması barədə 11 sentyabr 2021-ci il tarixli bir ədəd vərəqə, Vilardi studiyasının inkişafı ilə adı ilə Zərərçəkmiş şəxs3 məxsus 72000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən alınması barədə xx.xx.2022-ci il tarixli bir ədəd vərəqə, Vilardi studiyasının inkişafı ilə adı ilə Zərərçəkmiş şəxs3 məxsus 108.000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən alınması barədə xx.xx.2022-ci il tarixli bir ədəd vərəqə, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə Vhatsaap üzərindən Zərərçəkmiş şəxs5 ünvanlamış mesajı yəni Vilardi studiyasına görə ona 227.713 manat verəcəyi olmasını özündə əks etdirən bir ədəd vərəqə, Zərərçəkmiş şəxs5 xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 3000 (üç min) manat pul göndərməsini özündə əks etdirən bir ədəd qəbz və 1 (bir) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 396 (üç yüz doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kamran Muxtarov X22 Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar