Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-286/2019 27.02.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu, Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məsləhətçi Eyvazov Həsən Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5, müdafiəçilər - Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3, Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, 25 may 1963-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, Rusiya Federasiyası, Moskva vilayəti, Balaşixa şəhəri, Zareçnaya küçəsi, ev 25, mənzil 148 ünvanında qeydiyyatda olan, ünvan 18 may 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 may 2018-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2 və 234.4.3cü maddələri ilə, xx xxx 1993-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, Gədəbəy şəhəri, Nizami küçəsi, ev 71 ünvanında qeydiyyatda olan, ünvan 2amış, 10 may 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 may 2018-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2 və 234.1-ci maddələri ilə, xx xxxxxx 1988-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 25 may 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 may 2018-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2-ci maddələri ilə, xx xxxx 1973-cü ildə Saatlı rayonunun Xanlar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olan, 25 may 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 may 2018-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2-ci maddələri ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, Saatlı rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, ünvan 5 ünvanında qeydiyyatda olan, 25 may 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 may 2018-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs12016-cı ilin mart ayından 2018-ci ilin aprel ayına kimi olan dövr ərzində Azərbaycan X112 üzvü kimi yaxın münasibətlərdə olduğu həmin partiyanın Rəyasət Heyətinin üzvü Təqsirləndirilən şəxs3, Gənclər Komitəsinin Ali Məclisinin sədri Təqsirləndirilən şəxs5, Nərimanov rayon şöbəsinin sədri Təqsirləndirilən şəxs4, həmçinin qardaşı oğlu Təqsirləndirilən şəxs2 və digərləri ilə qeyri-qanuni gəlir əldə etmək və cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək üçün maliyyə əməliyyatlarının həyata keçirilməsi məqsədilə yaradılan mütəşəkkil dəstədə birləşib, təmsil olunduğu qurumun rəhbər vəzifəli şəxslərinin birbaşa göstərişi ilə "Sahibkarlıq fəaliyyəti haqqında" 15 dekabr 1992-ci il tarixli 405 №-li Qanunun 2, 10, 11-ci maddələri, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33-cü maddəsi, "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri" haqqında 21 dekabr 2015-ci il tarixdə təsdiq edilmiş Qaydaların 16.1-ci bəndinin tələblərini pozaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin xüsusi razılıq (lisenziya) almadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid olan müştərilərin tapşırığı ilə pul vəsaitlərinin Rusiya Federasiyasından Azərbaycan Respublikasına qeyri-qanuni köçürülməsi əməliyyatları üzrə faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə dəstə tərkibində aparılmış bölgüyə uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirib, digərləri ilə birlikdə təmsil olunduğu Azərbaycan X162 adlı qurumun fəaliyyətinin maliyyələşdirilməsinə dair Rusiya Federasiyası ərazisində təbliğat apararaq, 2016-cı ilin mart ayından etibarən biznes strukturlarında çalışan Azərbaycan Respublikasının ayrı-ayrı vətəndaşlarının hər birindən hər ay 1000-2000 ABŞ dollarına bərabər Rusiya rublu əskinaslarını nağd surətdə qəbul etməklə, eləcə də Moskva şəhərində ticarət sektorunda tabeliyində işləyən Ukrayna vətəndaşı X16 adına Rusiya Federasiyasının "Sberbank" kommersiya bankında **********590884 nömrəli plastik bank kartı hesabı açmaqla bu hesaba, həmçinin dəstə üzvü Təqsirləndirilən şəxs3 anası X28 adına həmin bankda olan **********432868 nömrəli bank kartı hesabına Rusiya Federasiyasında yaşayan X126, X180, X90, Şahid18, X91, X29, Camalov Azad Şamil oğlu, X146, X116, X63, X181, X127, X182, X117, X74, Fazilzadə Fidel, X153 oğlu, X75, X51, X64, X76, X51, X128, X129, X168, X94, X77, X147, X78, X183, X148, X95, X79, X38, X17, X39, X80, X96, Şahid14, X97, X60, Şahid13 və digərləri tərəfindən müxtəlif məbləğlərdə pul vəsaitlərinin qeyri-nağd mədaxil edilməsini təmin edərək, qeyri-nağd pul vəsaitlərini hesablardan çıxarıb ABŞ dollarına konversiya edərək, toplanmış nağd pul vəsaitləri ilə birlikdə hər ay 30.000 ABŞ dolları civarında pulu Azərbaycan Respublikasına qeyri-qanuni yolla göndərilməsi üçün Rusiya Federasiyasında əlaqə qurduqları şəxslərə verib, onlar vasitəsilə Bakı şəhəri və Gədəbəy rayonu ərazisində qeyd olunan pulları qəbul etməsi üçün qardaşı oğlu Təqsirləndirilən şəxs2 anket məlumatları və mobil telefon nömrəsini valyutaların bank əməliyyatı olmadan köçürülməsi ilə məşğul olan Şahid4, Şahid1, X118, Şahid2 vermiş, dəstə üzvü Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** və digər nömrələrdən zəng etməklə, həmçinin "WatsApp" proqramı vasitəsilə apardığı yazışmalarla həmin şəxslərlə əlaqə yaradaraq Şahid1 Gədəbəy şəhərində və həmin rayonun Arıxdam kəndində 2016-cı ilin mart ayından 2018-ci ilin aprel ayına kimi olan dövrdə hər ay 3.000 ABŞ dolları olmaqla, cəmi 25 ay ərzində 75.000 ABŞ dolları, Şahid2 Bakı şəhəri Nobel prospektində 2016-cı ilin dekabr ayından 2018-ci ilin aprel ayına kimi olan dövrdə, hər ay 4.000 ABŞ dolları olmaqla, cəmi 16 ay ərzində 64.000 ABŞ dolları, Şahid4 Bakı şəhərinin "Gənclik", "Nərimanov" metrostansiyalarının yaxınlığı və digər ərazilərdə 2017-ci ilin yanvar, fevral aylarında 10.000 ABŞ dolları, mart ayının 24-də 8.000 ABŞ dolları, aprel ayında 10.000 ABŞ dolları, may ayının 16-da 50.000 ABŞ dolları, həmin ilin iyun ayından 2018-ci ilin mart ayı da daxil olmaqla hər ay yenə də 10.000 ABŞ dolları olmaqla, cəmi 15 ay ərzində 188.000 ABŞ dolları, X52 Bakı şəhəri, X206 küçəsində yerləşən 5 nömrəli Şəhər Kliniki Xəstəxanasının qarşısında 2017-ci ilin may ayının 30-da 36.952 ABŞ dolları, həmin ilin iyun, iyul, avqust, sentyabr aylarında 5.000 ABŞ dolları, oktyabr ayının 30-da 8.000 ABŞ dolları, noyabr ayından etibarən isə 2018-ci ilin mart ayı da daxil olmaqla yenə də hər ay 5.000 ABŞ dolları olmaqla, cəmi 10 ay ərzində 84.952 ABŞ dolları məbləğində nağd pul vəsaitlərini qəbul edib, dəstə üzvləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 verməsi, sonuncuların isə qeyd olunan pul vəsaitlərini Təqsirləndirilən şəxs2 qəbul edib Azərbaycan X162 adlı qurumun rəhbər vəzifəli şəxslərinə verməsi ilə mütəşəkkil dəstə tərkibində vahid qəsdlə ümumilikdə müvafiq dövrün rəsmi məzənnəsinə əsasən 700.028,4 (yeddi yüz min iyirmi səkkiz) manata bərabər 411.952 ABŞ dolları məbləğində xüsusilə külli miqdarda gəlir əldə edib qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmçinin Azərbaycan Respublikasının "Valyuta tənzimi" haqqında Qanunu "Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları", "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları" ilə müəyyənləşdirilən pul dövriyyəsi qaydalarına zidd olmaqla cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin pul vəsaitlərini Azərbaycan X112 rəhbər vəzifəli şəxslərinə verib qurumun tədbirlərinin maliyyələşdirilməsi, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunması və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə sərf olunmaqla istifadə edilməsi ilə cinayət yolu ilə əldə edilmiş 700.028,4 (yeddi yüz min iyirmi səkkiz) manata bərabər külli miqdarda pul vəsaitlərini mütəşəkkil dəstə tərkibində leqallaşdırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 30,809 qram çəkidə narkotik vasitə olan heroini naməlum mənbədən və vaxtda əldə edib üzərində saxlamaqla qanunsuz daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 may 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18-00 radələrində ünvan 6 ünvanında yerləşən "İstiqlal" istirahət parkının yaxınlığında saxlanılıb üstünə baxış keçirilərkən əynindəki qara rəngli gödəkçənin iç sol yan cibindən satış məqsədilə əldə edib üzərində daşımaqla saxladığı bir ədəd selofana bükülmüş halda 30,809 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 2016-cı ilin mart ayından 2018-ci ilin aprel ayına kimi olan dövr ərzində Azərbaycan X112 üzvü kimi, qohumluq münasibətlərində olduğu əmisi Təqsirləndirilən şəxs1, Rəyasət Heyətinin üzvü Təqsirləndirilən şəxs3, Gənclər Komitəsinin Ali Məclisinin sədri Təqsirləndirilən şəxs5, Nərimanov rayon şöbəsinin sədri Təqsirləndirilən şəxs4 və digərləri ilə qeyri-qanuni gəlir əldə etmək və cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək üçün maliyyə əməliyyatlarının həyata keçirilməsi məqsədilə yaradılan mütəşəkkil dəstədə birləşib, «Sahibkarlıq fəaliyyəti haqqında» 15 dekabr 1992-ci il tarixli 405 №-li Qanunun 2, 10,11-ci maddələri, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33-cü maddəsi, «Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri» haqqında 21.12.2015-ci il tarixdə təsdiq edilmiş Qaydaların 16.1-ci bəndinin tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, həmçinin xüsusi razılıq (lisenziya) almadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid olan müştərilərin tapşırığı ilə pul vəsaitlərinin Rusiya Federasiyasından Azərbaycan Respublikasına qeyri-qanuni köçürülməsi əməliyyatları üzrə faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə dəstə tərkibində aparılmış bölgüyə uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirib, əmisi Təqsirləndirilən şəxs1 digərləri ilə birlikdə təmsil olunduqları Azərbaycan X162 adlı qurumun fəaliyyətinin maliyyələşdirilməsinə dair Rusiya Federasiyası ərazisində təbliğat apararaq, 2016-cı ilin mart ayından etibarən biznes strukturlarında çalışan, əvvəllər tanıdıqları Azərbaycan Respublikasının ayrı-ayrı vətəndaşlarının hər birindən hər ay 1000- 2000 ABŞ dollarına bərabər Rusiya rublu əskinaslarını nağd surətdə qəbul etməklə, eləcə də Moskva şəhərində ticarət sektorunda tabeliyində işləyən, Ukrayna vətəndaşı X16 adına Rusiya Federasiyasının “Sberbank” kommersiya bankında **********590884 nömrəli plastik bank kartı hesabı açmaqla bu hesaba, həmçinin dəstə üzvü Təqsirləndirilən şəxs3 anası X28 adına həmin bankda olan **********432868 nömrəli bank kartı hesabına Rusiya Federasiyasında yaşayan X126, X180, X90, Şahid18, X91, X29, Camalov Azad Şamil oğlu, X146, X184 oğlu, X136 oğlu, X213 oğlu, X192 oğlu, X182, X117, X152 oğlu, Fazilzadə Fidel, X153 oğlu, X154 oğlu, X51, X64, X76, X51, X128, X129, X168, X94, X77, X147, X78, X183, X148, X95, X79, X38. X17, X39, X80, X96, Şahid14, X97, X60, Şahid13 və digərləri tərəfindən müxtəlif məbləğlərdə pul vəsaitlərinin qeyri-nağd mədaxil edilməsini təmin edərək, qeyri-nağd pul vəsaitlərini hesablardan çıxarıb ABŞ dollarına konversiya edərək, toplanmış nağd pul vəsaitləri ilə birlikdə hər ay 30.000 ABŞ dolları civarında pulu Azərbaycan Respublikasına qeyri-qanuni yolla göndərilməsi üçün Rusiya Federasiyasında əlaqə qurduqları şəxslərə verib, onlar vasitəsilə Bakı şəhəri və Gədəbəy rayonu ərazisində qeyd olunan pulları qəbul etməsi üçün onun anket məlumatları və mobil telefon nömrəsini valyutaların bank əməliyyatı olmadan köçürülməsi ilə məşğul olan Şahid4, Şahid1, X118, Şahid2 verməsindən sonra, dəstə tərkibində üzərinə düşən vəzifələri yerinə yetirərək istifadəsində olan ********** və digər nömrələrdən zəng etməklə, həmçinin “WatsApp” proqramı vasitəsilə apardığı yazışmalarla həmin şəxslərlə əlaqə yaradıb Şahid1 ilə Gədəbəy şəhərində və həmin rayonun Arıxdam kəndində görüşüb 2016-cı ilin mart ayından 2018-ci ilin aprel ayına kimi olan dövrdə hər ay 3.000 ABŞ dolları olmaqla, cəmi 25 ay ərzində 75.000 ABŞ dolları, Şahid2 Bakı şəhəri Nobel prospektində 2016-cı ilin dekabr ayından 2018-ci ilin aprel ayına kimi olan dövrdə, hər ay 4.000 ABŞ dolları olmaqla cəmi 16 ay ərzində 64.000 ABŞ dolları, Şahid4 ilə Bakı şəhərinin “Gənclik”, “Nərimanov” metrostansiyalarının yaxınlığı və digər ərazilərdə görüşüb 2017-ci ilin yanvar, fevral aylarında 10.000 ABŞ dolları, mart ayının 24-də 8.000 ABŞ dolları, aprel ayında 10.000 ABŞ dolları, may ayının 16-da 50.000 ABŞ dolları, həmin ilin iyun ayından 2018-ci ilin mart ayı da daxil olmaqla hər ay yenə də 10.000 ABŞ dolları olmaqla cəmi 15 ay ərzində 188.000 ABŞ dolları, X118 ilə Bakı şəhəri, X206 küçəsində yerləşən 5 nömrəli Şəhər Kliniki Xəstəxanasının qarşısında görüşüb 2017-ci ilin may ayının 30-da 36.952 ABŞ dolları, həmin ilin iyun, iyul, avqust, sentyabr aylarında 5.000 ABŞ dolları, oktyabr ayının 30-da 8.000 ABŞ dolları, noyabr ayından etibarən isə 2018-ci ilin mart ayı da daxil olmaqla yenə də hər ay 5.000 ABŞ dolları olmaqla cəmi 10 ay ərzində 84.952 ABŞ dolları məbləğində nağd pul vəsaitlərini qəbul edib, əmisi Təqsirləndirilən şəxs1 tapşırığına əsasən dəstə üzvləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 verməsi, sonuncuların isə qeyd olunan pul vəsaitlərini Azərbaycan X112 rəhbər vəzifəli şəxslərinə vermələri ilə mütəşəkkil dəstə tərkibində vahid qəsdlə ümumilikdə müvafiq dövrün rəsmi məzənnəsinə əsasən 700.028,4 (yeddi yüz min iyirmi səkkiz) manata bərabər 411.952 ABŞ dolları məbləğində xüsusilə külli miqdarda gəlir əldə edib qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmçinin Azərbaycan Respublikasının “Valyuta tənzimi” haqqında Qanunu “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları", "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları» ilə müəyyənləşdirilən pul dövriyyəsi qaydalarına zidd olmaqla cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin pul vəsaitlərini Azərbaycan X112 rəhbər vəzifəli şəxslərinə verib qurumun tədbirlərinin maliyyələşdirilməsi, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunması və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə sərf olunmaqla istifadə edilməsi ilə cinayət yolu ilə əldə edilmiş 700.028,4 (yeddi yüz min iyirmi səkkiz) manata bərabər külli miqdarda pul vəsaitlərinin mütəşəkkil dəstə tərkibində leqallaşdırılmasında iştirak etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq, naməlum mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi 29,690 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə və idarə etdiyi özünə məxsus “Kia Sportage” markalı ** ML *** qeydiyyat nişanlı avtomobilinin salonunda saxlamaqla gəzdirib daşımış, onun qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10 may 2018-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 15:10-da ünvan 7 ünvanında yerləşən “Əlibaba” çay evinin qarşısında dayandırdığı həmin avtomobilin salonundan düşərkən saxlanılıb üstünə baxış keçirilərkən onun əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə çıxarıb təqdim etdiyi, həmçinin baxış zamanı “Kia Sportage” markalı ** ML *** qeydiyyat nişanlı avtomobilin salonunda qoltuqaltı saxlanc yerindən iki ədəd şəffaf selofan bükümlərdə çıxarıb təqdim etdiyi ayrı-ayrılıqda təmiz çəkiləri 9,537 qram, 10,213 qram və 9,940 qram olmaqla ümumi təmiz çəkisi 29,690 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs3 2016-cı ilin mart ayından 2018-ci ilin aprel ayına kimi olan dövr ərzində Azərbaycan X112 Rəyasət Heyətinin üzvü kimi, Gənclər Komitəsinin Ali Məclisinin sədri Təqsirləndirilən şəxs5, Nərimanov rayon şöbəsinin sədri Təqsirləndirilən şəxs4, Rusiya Federasiyasında yaşayan Təqsirləndirilən şəxs1, sonuncunun qohumu Təqsirləndirilən şəxs2 və digərləri ilə qeyri-qanuni gəlir əldə etmək və cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək üçün maliyyə əməliyyatlarının həyata keçirilməsi məqsədilə yaradılan mütəşəkkil dəstədə birləşib, təmsil olunduğu qurumun rəhbər vəzifəli şəxslərinin birbaşa göstərişi ilə «Sahibkarlıq fəaliyyəti haqqında» 15 dekabr 1992-ci il tarixli 405 №-li Qanunun 2, 10,11-ci maddələri, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33-cü maddəsi, «Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri» haqqında 21.12.2015-ci il tarixdə təsdiq edilmiş Qaydaların 16.1-ci bəndinin tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, həmçinin xüsusi razılıq (lisenziya) almadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid olan müştərilərin tapşırığı ilə pul vəsaitlərinin Rusiya Federasiyasından Azərbaycan Respublikasına qeyri-qanuni köçürülməsi əməliyyatları üzrə faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə dəstə tərkibində aparılmış bölgüyə uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirib, Təqsirləndirilən şəxs1 və digərləri ilə birlikdə təmsil olunduqları Azərbaycan X162 adlı qurumun fəaliyyətinin maliyyələşdirilməsinə dair Rusiya Federasiyası ərazisində təbliğat apararaq, 2016-cı ilin mart ayından etibarən biznes strukturlarında çalışan Azərbaycan Respublikasının ayrı-ayrı vətəndaşlarının hər birindən hər ay 1000-2000 ABŞ dollarına bərabər Rusiya rublu əskinaslarını nağd surətdə qəbul etməklə, eləcə də anası X28 adına Rusiya Federasiyasının “Sberbank” kommersiya bankında açılmış **********432868 nömrəli bank kartı hesabına və Təqsirləndirilən şəxs1 Moskva şəhərində ticarət sektorunda tabeliyində işləyən Ukrayna vətəndaşı X16 adına həmin bankda açdırdığı **********590884 nömrəli plastik bank kartı hesabına Rusiya Federasiyasında yaşayan X96, Şahid14, X97, X60, Şahid13, X126, X180, X90, Şahid18, X91, X29, X149, X146, X184 oğlu, X136 oğlu, X181, X192 oğlu, X182, X117, X152 oğlu, Fazilzadə Fidel, X81, X75, X51, X64, X76, X51, X128, X129, X168, X94, X77, X147, X78, X183, X148, X95, X79, X38, X17, X39, X80 və digərləri tərəfindən müxtəlif məbləğlərdə pul vəsaitlərinin qeyri-nağd mədaxil edilməsini təşkil edərək, qeyri-nağd pul vəsaitlərini hesablardan çıxarıb ABŞ dollarına konversiya edərək, toplanmış nağd pul vəsaitləri ilə birlikdə Təqsirləndirilən şəxs1 və digərinin hər ay 30.000 ABŞ dolları civarında pulun Azərbaycan Respublikasına qeyri-qanuni yolla göndərilməsi üçün Rusiya Federasiyasında əlaqə qurduqları şəxslərə verib, onlar vasitəsilə Bakı şəhəri və Gədəbəy rayonu ərazisində qeyd olunan pulları qəbul etməsi üçün Təqsirləndirilən şəxs2 anket məlumatları və mobil telefon nömrəsini valyutaların bank əməliyyatı olmadan köçürülməsi ilə məşğul olan Şahid4, Şahid1, X118, Şahid2 vermələrindən və Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** və digər nömrələrdən zəng etməklə, həmçinin “WatsApp” proqramı vasitəsilə apardığı yazışmalarla həmin şəxslərlə əlaqə yaradıb Şahid1 ilə Gədəbəy şəhərində və həmin rayonun Arıxdam kəndində görüşüb 2016-cı ilin mart ayından 2018-ci ilin aprel ayına kimi olan dövrdə hər ay 3.000 ABŞ dolları olmaqla, cəmi 25 ay ərzində 75.000 ABŞ dolları, Şahid2 Bakı şəhəri Nobel prospektində 2016-cı ilin dekabr ayından 2018-ci ilin aprel ayına kimi olan dövrdə, hər ay 4.000 ABŞ dolları olmaqla cəmi 16 ay ərzində 64.000 ABŞ dolları, Şahid4 ilə Bakı şəhərinin “Gənclik”, “Nərimanov” metrostansiyalarının yaxınlığı və digər ərazilərdə görüşüb 2017-ci ilin yanvar, fevral aylarında 10.000 ABŞ dolları, mart ayının 24-də 8.000 ABŞ dolları, aprel ayında 10.000 ABŞ dolları, may ayının 16-da 50.000 ABŞ dolları, həmin ilin iyun ayından 2018-ci ilin mart ayı da daxil olmaqla hər ay yenə də 10.000 ABŞ dolları olmaqla, cəmi 15 ay ərzində 188.000 ABŞ dolları, X118 ilə Bakı şəhəri, X206 küçəsində yerləşən 5 nömrəli Şəhər Kliniki Xəstəxanasının qarşısında görüşüb 2017-ci ilin may ayının 30-da 36.952 ABŞ dolları, həmin ilin iyun, iyul, avqust, sentyabr aylarında 5.000 ABŞ dolları, oktyabr ayının 30-da 8.000 ABŞ dolları, noyabr ayından etibarən isə 2018-ci ilin mart ayı da daxil olmaqla yenə də hər ay 5.000 ABŞ dolları olmaqla, cəmi 10 ay ərzində 84.952 ABŞ dolları məbləğində nağd pul vəsaitlərini qəbul edib ona və Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 verməsindən sonra, sonuncularla birlikdə dəstə tərkibində üzərinə düşən vəzifələri yerinə yetirərək qeyd olunan pul vəsaitlərini qəbul edib Azərbaycan X162 adlı qurumun rəhbər vəzifəli şəxslərinə verməsi ilə mütəşəkkil dəstə tərkibində vahid qəsdlə ümumilikdə müvafiq dövrün rəsmi məzənnəsinə əsasən 700.028,4 (yeddi yüz min iyirmi səkkiz) manata bərabər 411.952 ABŞ dolları məbləğində xüsusilə külli miqdarda gəlir əldə edib qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmçinin Azərbaycan Respublikasının “Valyuta tənzimi” haqqında Qanunu “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları", "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları» ilə müəyyənləşdirilən pul dövriyyəsi qaydalarına zidd olmaqla cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin pul vəsaitlərini Azərbaycan X112 rəhbər vəzifəli şəxslərinə verib qurumun tədbirlərinin maliyyələşdirilməsi, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunması və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə sərf olunmaqla istifadə edilməsi ilə cinayət yolu ilə əldə edilmiş 700.028,4 (yeddi yüz min iyirmi səkkiz) manata bərabər külli miqdarda pul vəsaitlərini mütəşəkkil dəstə tərkibində leqallaşdırılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs4 2016-cı ilin mart ayından 2018-ci ilin aprel ayına kimi olan dövr ərzində Azərbaycan X112 Nərimanov rayon şöbəsinin sədri kimi, həmin qurumun Rəyasət Heyətinin üzvü Təqsirləndirilən şəxs3, Gənclər Komitəsinin Ali Məclisinin sədri Təqsirləndirilən şəxs5, Rusiya Federasiyasında yaşayan Təqsirləndirilən şəxs1, sonuncunun qohumu Təqsirləndirilən şəxs2 və digərləri ilə qeyri-qanuni gəlir əldə etmək və cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək üçün maliyyə əməliyyatlarının həyata keçirilməsi məqsədilə yaradılan mütəşəkkil dəstədə birləşib, təmsil olunduğu qurumun rəhbər vəzifəli şəxslərinin birbaşa göstərişi ilə «Sahibkarlıq fəaliyyəti haqqında» 15 dekabr 1992-ci il tarixli 405 №-li Qanunun 2, 10,11-ci maddələri, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33-cü maddəsi, «Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri» haqqında 21.12.2015-ci il tarixdə təsdiq edilmiş Qaydaların 16.1-ci bəndinin tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, həmçinin xüsusi razılıq (lisenziya) almadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid olan müştərilərin tapşırığı ilə pul vəsaitlərinin Rusiya Federasiyasından Azərbaycan Respublikasına qeyri-qanuni köçürülməsi əməliyyatları üzrə faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə dəstə tərkibində aparılmış bölgüyə uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirib, Təqsirləndirilən şəxs1 digərləri ilə birlikdə təmsil olunduqları Azərbaycan X162 adlı qurumun fəaliyyətinin maliyyələşdirilməsinə dair Rusiya Federasiyası ərazisində təbliğat apararaq, 2016-cı ilin mart ayından etibarən biznes strukturlarında çalışan Azərbaycan Respublikasının ayrı-ayrı vətəndaşlarının hər birindən hər ay 1000-2000 ABŞ dollarına bərabər Rusiya rublu əskinaslarını nağd surətdə qəbul etməklə, eləcə də Ukrayna vətəndaşı X16 adına Rusiya Federasiyasının “Sberbank” kommersiya bankında açdırdığı **********590884 nömrəli plastik bank kartı hesabına və Təqsirləndirilən şəxs3 anası X28 adına həmin bankda olan **********432868 nömrəli bank kartı hesabına Rusiya Federasiyasında yaşayan X126, X180, X90, Şahid18, X91, X29, X149, X146, X184 oğlu, X136 oğlu, X181, X192 oğlu, X182, X117, X74, Fazilzadə Fidel, X81, X154 oğlu, X51, X64, X76, X51, X128, X129, X168, X94, X77, X147, X78, X183, X148, X95, X79, X38, X17, X39, X80, X96, Şahid14, X97, X60, Şahid13 və digərləri tərəfindən müxtəlif məbləğlərdə pul vəsaitlərinin qeyri-nağd mədaxil edilməsini təşkil edərək, qeyri-nağd pul vəsaitlərini hesablardan çıxarıb ABŞ dollarına konversiya edib, toplanmış nağd pul vəsaitləri ilə birlikdə hər ay 30.000 ABŞ dolları civarında pulun Azərbaycan Respublikasına qeyri-qanuni yolla göndərilməsi üçün Rusiya Federasiyasında əlaqə qurduqları şəxslərə verilib, onlar vasitəsilə Bakı şəhəri və Gədəbəy rayonu ərazisində qeyd olunan pulları qəbul etməsi üçün Təqsirləndirilən şəxs2 anket məlumatları və mobil telefon nömrəsini valyutaların bank əməliyyatı olmadan köçürülməsi ilə məşğul olan Şahid4, Şahid1, X118, Şahid2 vermələrindən və Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** və digər nömrələrdən zəng etməklə, həmçinin “WatsApp” proqramı vasitəsilə apardığı yazışmalarla həmin şəxslərlə əlaqə yaradıb Şahid1 ilə Gədəbəy şəhərində və həmin rayonun Arıxdam kəndində görüşüb 2016-cı ilin mart ayından 2018-ci ilin aprel ayına kimi olan dövrdə hər ay 3.000 ABŞ dolları olmaqla, cəmi 25 ay ərzində 75.000 ABŞ dolları, Şahid2 Bakı şəhəri Nobel prospektində 2016-cı ilin dekabr ayından 2018-ci ilin aprel ayına kimi olan dövrdə, hər ay 4.000 ABŞ dolları olmaqla cəmi 16 ay ərzində 64.000 ABŞ dolları, Şahid4 ilə Bakı şəhərinin “Gənclik”, “Nərimanov” metrostansiyalarının yaxınlığı və digər ərazilərdə görüşüb 2017-ci ilin yanvar, fevral aylarında 10.000 ABŞ dolları, mart ayının 24-də 8.000 ABŞ dolları, aprel ayında 10.000 ABŞ dolları, may ayının 16-da 50.000 ABŞ dolları, həmin ilin iyun ayından 2018-ci ilin mart ayı da daxil olmaqla hər ay yenə də 10.000 ABŞ dolları olmaqla, cəmi 15 ay ərzində 188.000 ABŞ dolları, X118 ilə Bakı şəhəri, X206 küçəsində yerləşən 5 nömrəli Şəhər Kliniki Xəstəxanasının qarşısında görüşüb 2017-ci ilin may ayının 30-da 36.952 ABŞ dolları, həmin ilin iyun, iyul, avqust, sentyabr aylarında 5.000 ABŞ dolları, oktyabr ayının 30-da 8.000 ABŞ dolları, noyabr ayından etibarən isə 2018-ci ilin mart ayı da daxil olmaqla yenə də hər ay 5.000 ABŞ dolları olmaqla, cəmi 10 ay ərzində 84.952 ABŞ dolları məbləğində nağd pul vəsaitlərini qəbul edib ona və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 verməsindən sonra, sonuncularla birlikdə dəstə tərkibində üzərinə düşən vəzifələri yerinə yetirərək qeyd olunan pul vəsaitlərini qəbul edib Azərbaycan X162 adlı qurumun rəhbər vəzifəli şəxslərinə verməsi ilə mütəşəkkil dəstə tərkibində vahid qəsdlə ümumilikdə müvafiq dövrün rəsmi məzənnəsinə əsasən 700.028,4 (yeddi yüz min iyirmi səkkiz) manata bərabər 411.952 ABŞ dolları məbləğində xüsusilə külli miqdarda gəlir əldə edib qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmçinin Azərbaycan Respublikasının “Valyuta tənzimi” haqqında Qanunu “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları", "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları» ilə müəyyənləşdirilən pul dövriyyəsi qaydalarına zidd olmaqla cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin pul vəsaitlərini Azərbaycan X112 rəhbər vəzifəli şəxslərinə verib qurumun tədbirlərinin maliyyələşdirilməsi, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunması və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə sərf olunmaqla istifadə edilməsi ilə cinayət yolu ilə əldə edilmiş 700.028,4 (yeddi yüz min iyirmi səkkiz) manata bərabər külli miqdarda pul vəsaitlərini mütəşəkkil dəstə tərkibində leqallaşdırılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs5 2016-cı ilin mart ayından 2018-ci ilin aprel ayına kimi olan dövr ərzində Azərbaycan X112 Gənclər Komitəsinin Ali Məclisinin sədri kimi, həmin qurumun Rəyasət Heyətinin üzvü Təqsirləndirilən şəxs3, Nərimanov rayon şöbəsinin sədri Təqsirləndirilən şəxs4 oğlu, Rusiya Federasiyasında yaşayan Təqsirləndirilən şəxs1, sonuncunun qohumu Təqsirləndirilən şəxs2 və digərləri ilə qeyri-qanuni gəlir əldə etmək və cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək üçün maliyyə əməliyyatlarının həyata keçirilməsi məqsədilə yaradılan mütəşəkkil dəstədə birləşib, təmsil olunduğu qurumun rəhbər vəzifəli şəxslərinin birbaşa göstərişi ilə «Sahibkarlıq fəaliyyəti haqqında» 15 dekabr 1992-ci il tarixli 405 №-li Qanunun 2, 10, 11-ci maddələri, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33-cü maddəsi, «Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri» haqqında 21.12.2015-ci il tarixdə təsdiq edilmiş Qaydaların 16.1-ci bəndinin tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, həmçinin xüsusi razılıq (lisenziya) almadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid olan müştərilərin tapşırığı ilə pul vəsaitlərinin Rusiya Federasiyasından Azərbaycan Respublikasına qeyri-qanuni köçürülməsi əməliyyatları üzrə faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə dəstə tərkibində aparılmış bölgüyə uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirib, Təqsirləndirilən şəxs1 digərləri ilə birlikdə təmsil olunduqları Azərbaycan X162 adlı qurumun fəaliyyətinin maliyyələşdirilməsinə dair Rusiya Federasiyası ərazisində təbliğat apararaq, 2016-cı ilin mart ayından etibarən biznes strukturlarında çalışan Azərbaycan Respublikasının ayrı-ayrı vətəndaşlarının hər birindən hər ay 1000-2000 ABŞ dollarına bərabər Rusiya rublu əskinaslarını nağd surətdə qəbul etməklə, eləcə də Ukrayna vətəndaşı X16 adına Rusiya Federasiyasının “Sberbank” kommersiya bankında açdırdığı **********590884 nömrəli plastik bank kartı hesabına və Təqsirləndirilən şəxs3 anası X28 adına həmin bankda olan **********432868 nömrəli bank kartı hesabına Rusiya Federasiyasında yaşayan X126, X180, X90, Şahid18, X91, X29, X149, X146, X116, X63, X213 oğlu, X192 oğlu, X182, X117, X152 oğlu, Fazilzadə Fidel, X81, X75, X51, X64, X76, X51, X128, X129, X168, X94, X77, X147, X78, X183, X148, X95, X79, X38, X17, X39, X80, X96, Şahid14, X97, X60, Şahid13 və digərləri tərəfindən müxtəlif məbləğlərdə pul vəsaitlərinin qeyri-nağd mədaxil edilməsini təşkil edərək, qeyri-nağd pul vəsaitlərini hesablardan çıxarıb ABŞ dollarına konversiya edib, toplanmış nağd pul vəsaitləri ilə birlikdə hər ay 30.000 ABŞ dolları civarında pulun Azərbaycan Respublikasına qeyriqanuni yolla göndərilməsi üçün Rusiya Federasiyasında əlaqə qurduqları şəxslərə verilib, onlar vasitəsilə Bakı şəhəri və Gədəbəy rayonu ərazisində qeyd olunan pulları qəbul etməsi üçün Təqsirləndirilən şəxs2 anket məlumatları və mobil telefon nömrəsini valyutaların bank əməliyyatı olmadan köçürülməsi ilə məşğul olan Şahid4, Şahid1, X118, Şahid2 vermələrindən və Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** və digər nömrələrdən zəng etməklə, həmçinin “WatsApp” proqramı vasitəsilə apardığı yazışmalarla həmin şəxslərlə əlaqə yaradıb Şahid1 ilə Gədəbəy şəhərində və həmin rayonun Arıxdam kəndində görüşüb 2016-cı ilin mart ayından 2018-ci ilin aprel ayına kimi olan dövrdə hər ay 3.000 ABŞ dolları olmaqla, cəmi 25 ay ərzində 75.000 ABŞ dolları, Şahid2 Bakı şəhəri Nobel prospektində 2016-cı ilin dekabr ayından 2018-ci ilin aprel ayına kimi olan dövrdə, hər ay 4.000 ABŞ dolları olmaqla cəmi 16 ay ərzində 64.000 ABŞ dolları, Şahid4 ilə Bakı şəhərinin “Gənclik”, “Nərimanov” metrostansiyalarının yaxınlığı və digər ərazilərdə görüşüb 2017-ci ilin yanvar, fevral aylarında 10.000 ABŞ dolları, mart ayının 24-də 8.000 ABŞ dolları, aprel ayında 10.000 ABŞ dolları, may ayının 16-da 50.000 ABŞ dolları, həmin ilin iyun ayından 2018-ci ilin mart ayı da daxil olmaqla hər ay yenə də 10.000 ABŞ dolları olmaqla, cəmi 15 ay ərzində 188.000 ABŞ dolları, X118 ilə Bakı şəhəri, X206 küçəsində yerləşən 5 nömrəli Şəhər Kliniki Xəstəxanasının qarşısında görüşüb 2017-ci ilin may ayının 30-da 36.952 ABŞ dolları, həmin ilin iyun, iyul, avqust, sentyabr aylarında 5.000 ABŞ dolları, oktyabr ayının 30-da 8.000 ABŞ dolları, noyabr ayından etibarən isə 2018-ci ilin mart ayı da daxil olmaqla yenə də hər ay 5.000 ABŞ dolları olmaqla, cəmi 10 ay ərzində 84.952 ABŞ dolları məbləğində nağd pul vəsaitlərini qəbul edib ona və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 verməsindən sonra, sonuncularla birlikdə dəstə tərkibində üzərinə düşən vəzifələri yerinə yetirərək qeyd olunan pul vəsaitlərini qəbul edib Azərbaycan X162 adlı qurumun rəhbər vəzifəli şəxslərinə verməsi ilə mütəşəkkil dəstə tərkibində vahid qəsdlə ümumilikdə müvafiq dövrün rəsmi məzənnəsinə əsasən 700.028,4 (yeddi yüz min iyirmi səkkiz) manata bərabər 411.952 ABŞ dolları məbləğində xüsusilə külli miqdarda gəlir əldə edib qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmçinin Azərbaycan Respublikasının “Valyuta tənzimi” haqqında Qanunu “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları", "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları» ilə müəyyənləşdirilən pul dövriyyəsi qaydalarına zidd olmaqla cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin pul vəsaitlərini Azərbaycan X112 rəhbər vəzifəli şəxslərinə verib qurumun tədbirlərinin maliyyələşdirilməsi, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunması və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə sərf olunmaqla istifadə edilməsi ilə cinayət yolu ilə əldə edilmiş 700.028,4 (yeddi yüz min iyirmi səkkiz) manata bərabər külli miqdarda pul vəsaitlərini mütəşəkkil dəstə tərkibində leqallaşdırılmasında iştirak etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2018-ci il may ayının əvvəllərində Gədəbəy rayonuna qohumlarına baş çəkmək üçün Rusiyadan Azərbaycana gəlmişdir. May ayının 8-də qardaşı Taleh Rüstəmov və onun həyat yoldaşı Rəsmiyyə Rüstəmova ilə birlikdə maşınla Şəmkir istiqamətində gələrkən Gəncə postunda onların maşını saxlanılmış və onu maşından çıxararaq Şəmkir istiqamətinə aparmışlar. O, həmin şəxslərdən nəyə görə onu saxlanıldığın soruşduqda, həmin şəxslər ona "özün bilirsən" sözlərini demişdir. Həmin şəxslərə Azərbaycan Xalq Cəbhəsinə, siyasi məhbuslara pul göndərdiyi üçün saxlanıldığını bildirmişdir. Ona narkotik vasitə ilə həbs olunacağı bildirilmiş, o isə, həmin şəxslərin dedikləri ilə razı olmadığını söyləmişdir. İfadəsini davam etdirən Təqsirləndirilən şəxs1 bildirdi ki, 2016-cı ildən siyasi məhbuslara yardım etməyə başlamış, özü AXCP-nın, həmçinin cəbhənin Ali Məclisinin də üzvü olmuşdur. Birinci dəfə cəbhəyə 300 ABŞ dolları göndərmiş, daha sonra 300-400 manat, sonda isə 600 ABŞ dolları pul göndərmişdir. Aqil bəyin vasitəsi ilə Moskvada Eltacla görüşmüşdür. Sonra onlar orada birləşib ümumilikdə maksimum 1.200 ABŞ dolları pul göndərmişlər, lakin onlar hər ay 500 ABŞ dolları göndərməyi planlaşdırmışlar. Həmin pulları siyasi məhbusların ailələrinə yardım etmək üçün göndərmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olarkən bunların hamısını danışmışdır. O, vəziyyətin yaxşı olmadığını görüb, izahat verərkən səhv edib pul göndərdiyini demişdir. Həmin vaxt qonşu otaqdan Vidadinin səsini eşitmiş və onu səsindən tanımışdır. Bundan sonra o, generalın otağına aparılmış və orada hadisənin necə baş verdiyini danışmışdır. Sonra general əməkdaşlarına "siz bunu yaxşı danışdırmamısınız" sözlərini demişdir. Generalın otağından çıxanda kimsə onun boynunun dalından vurmuş və sonra işgəncələr başlamışdır. Ona izahatı dəyişməsi və pulların miqdarını artırması deyilmişdir. O, ümumilikdə cəbhəyə cəmi 10.000 dollar həcmində pul göndərmişdir. İstintaqa verdiyi ifadəsində göstərilənləri məcburiyyət üzündən və işgəncələrdən sonra ona yazdırmışlar. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 göstərdi ki, Rusiyada fərdi sahibkarlıqla, yəni ayaqqabı satışı ilə məşğul olur. X1 olmuş, onun adına Rusiya Federasiyasının "Sberbank" kommersiya bankında hesab açmış, pullar həmin hesaba köçürülmüşdür. Həmin hesaba pul köçürənlərin hamısını tanımamış, ehtiyat etdiyi üçün bank hesabını həmin şəxsin adına açmışdır. Hər ay yığılan pulların məbləğini dəqiq xatırlamır. Həmin hesaba cəmi 3.000 ABŞ dolları pul yığılmışdır. Pulları Azərbaycana bazarlarda olan şəxslər vasitəsilə göndərmişdir. Pulları bank vasitəsi ilə göndərəndə oradan çox pul tutulduğuna görə şəxsi adamlarla, əsasən də Vüqar adlı şəxslə göndərmişdir. Eltac Əlisoy da arada Bakıya pul göndərmişdir. Babəki mətbuatdan görüb tanımışdır. Bakıda pulları Vidadi götürmüş, Vidadi pulları əvvəlcədən kimə verəcəyini bilməmişdir. O, zəng edib bu barədə Vidadiyə demiş, sonuncu da onun zənglərindən sonra dediyi şəxslərdən pulu götürmüşdür. Moskvada olan ayaqqabı mağazası çox böyük olmamış, mağazanın illik qazancını dəqiq bilmir, təxminən 30.000-35.000 ABŞ dolları olmuşdur. Oğlunun aylıq müalicə xərclərinə təxminən 1.000 ABŞ dolları xərcləmiş, onun qazancı ilə xərcləri başa-baş gəlmişdir. X16 adına pul köçürən şəxslərin 7-8-ni tanıyır. Həmin şəxslər Moskvada işləyib pul qazanan şəxslərdir. O, bir insan kimi, cəbhədən çıxan bir şəxs kimi onlara, siyasi məhbuslara yardım etmişdir. O, may ayının 8-də həbs olunsa da, müdafiəçisi ilə may ayının 15-də görüşmüşdür. Şəmkirdə olanda müdafiəçi tələb etsə də, onu tutan şəxslər müdafiəçinin olmadığını bildirmişlər. Bakıya gətiriləndən sonra Oqtay Əliyev adlı vəkili məhkəməyə çıxarılan zaman görmüşdür. Təqsirləndirilən şəxslərlə əvvəlcədən danışığı, razılığı və əlaqələri olmamışdır. Qohumlarına da pulu bazarda oturan şəxslərin vasitəsi ilə göndərmişdir. Pulların ən çoxunu Vidadi götürmüşdür. Vidadiyə hər dəfə təxminən 300-500 ABŞ dolları pul göndərmişdir. Narkotik vasitəyə onun aidiyyəti yoxdur. O, Şəmkir parkında heç vaxt olmamışdır. Evdən çıxandan həbs olunana qədər qardaşı və qardaşının arvadı onun yanında olmuşdur. O, Şəmkirdən Gəncəyə keçərkən postda tutulmuşdur. Şəmkirin mərkəzində yanacaq doldurma məntəqəsində olmuş, həmin vaxt əynində gödəkcə, maşında isə şəxsi əşyaları olmuşdur. O, həmin şəxslərdən narkotik vasitəni necə onun adına sənədləşdirəcəklərini soruşmuş, həmin şəxslər də ona narahat olmamağı, narkotik vasitənin onun üstündən çıxdığını bildirmişlər. Sualları cavablandıran Təqsirləndirilən şəxs1 həmçinin bildirdi ki, onun göndərdiyi pulların kimə çatacağını Vidadi əvvəllər bilməmişdir. Vidadi pulların kimə çatacağını biləndən sonra ona "məni zibilə salacaqsınız" sözlərini demişdir. Onu tutan zaman ondan Rusiyada olan şəxslərin adlarını çəkməyi tələb olunmuşdur. Birinci dəfə videoçəkiliş aparılmlş, sonra ona videoçəkilişin yenidən aparılacağı bildirilmiş və o, buna razı olmamışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İsmayıl müəllim ondan müdafiəçidən imtina etməsini tələb etmiş, o isə, müdafiəçidən imtina etməyəcəyini bildirmişdir. Həmin şəxslər sonda onun 25.000-30.000 ABŞ dollar göndərməsi ilə bağlı ifadə verməsi ilə razılaşmışlar. Mayın 15-16-da müdafiəçisi İlhamə xanım olsa da, sonradan onu İlhamədən imtina etməyə məcbur etdirmişlər. O, tutulandan sonra sənədləşmə işləri Şəmkir polis şöbəsində aparılmışdır. İfadəsi alınan zaman otaqda 3-4 nəfər mülki geyimli şəxslər olmuşlar. Sonra ona təkrar ifadə verməsi təklif olunmuşdur. O, may ayının ya 29-da, ya da 30-da Bakı İstintaq Təcridxanasına aparılmış, sonra yenidən qaytarılmışdır. Etap qərarı ilə tanış olmamışdır. Vidadinin adına əmlak alındığını o, bilməmiş, narkotiklə bağlı olan ifadə onun xətti ilə yazılmışdır. Videoçəkiliş bir dəfə pulla bağlı ifadə verən zaman aparılmışdır. X16 adına açılmış bank hesabı internet kanalında verilmiş, həmin hesabın açılmasını Qənimət Zahid elan etmişdir. Hesabın açılması barədə isə X187 Əlisoy bildirmiş, Eltaca isə hesabın açıldığını o, demişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaqı zamanı verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan həmin ifadələri məhkəmədə elan və tədqiq edildi. Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadələrində bildirmişdir ki, 1989-cu ildən Azərbaycan X112 üzvüdür, 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakmiyyətinin Başçısı vəzifəsində işləmişdir. Bundan sonra bir müddət işsiz qalmış, 1998-ci ildə Rusiya Federasiyasına getmiş və Rusiyada ticarətlə məşğul olmuşdur. 2012-ci ildə X188 şəhərinə gəlmiş, həmin ərəfələr Qənimət Zahidin «Azərbaycan saatı» televiziya verilişini hazırladığı dövrə düşmüşdür. Həmin televiziya verilişini inkişaf etdirməsi üçün Qənimət Zahid maliyyə dəstəyi almaq məqsədi ilə Moskva şəhərində görüşlər keçirmiş, o, görüşlərdə yenidən X162nda fəaliyyətini bərpa etmişdir. X160 görüşlər keçirsə də, ona maliyyə dəstəyi verilməmiş və gəlişi uğursuz alınmışdır. Lakin buna baxmayaraq onun Qənimət Zahidlə əlaqələri davam etmişdir. Qənimət Zahidlə saxladığı əlaqələr zamanı sonuncu ona bildirmişdir ki, Azərbaycanda siyasi məhbusların sayı artmışdır, onlara və bundan başqa Azərbaycan X162nı saxlamaq üçün maliyyə dəstəyi lazımdır. İlk olaraq şəxsi vəsaitindən 500, 800, 1.000 ABŞ dolları həcmində pulu pul köçürməsi vasitəsi ilə Qənimət Zahidə göndərmişdir. Pulu qardaşı oğlu Təqsirləndirilən şəxs2 göndərmiş, Vidadi isə Azərbaycanda pulu X112 Rəyasət heyətinin üzvü Aqil Məhərrəmliyə, Ruslan Nəsirliyə və Təqsirləndirilən şəxs4 vermişdir. Həmin şəxslər onun göndərdiyi pul vəsaitlərini Təqsirləndirilən şəxs2 görüşüb götürmüşlər. Sonradan Rusiyada yaşayan əvvəllər AXCPnın üzvləri olmuş şəxslər arasında təbliğat aparmış, Moskvada AXCP-nın Gənclər təşkilatının üzvü olmuş Eltac Əlisoy da partiyaya pul ödənilməsi ilə bağlı təbliğat aparmışdır. Moskva şəhərində onun kommersiya mağazasında satıcı işləyən Yevgeniya Adolfovnanın adına bank kartı düzəltmiş və pulların həmin kartın hesab nömrəsinə ödənilməsini təbliğ etmişdir. Rusiyada yaşayan AXCP-nin üzvləri də həmin kart hesabına pul ödəmiş, o isə, həmin kartdan pulları çıxararaq ABŞ dollarına çevirib Bakıya göndərmişdir. Bakıda pul qəbul olunandan sonra Əli Kərimli ona «Whatsapp» proqramı vasitəsilə «bəy sağ ol, çatdı» məzmunlu ismarıclar yazmışdır. Hər dəfə banka 20.000, 30.000 ABŞ dolları pul yığılmış, pul vəsaitləri artdıqca həmin puldan Qənimət Zahidə də göndərmişlər. Qənimət Zahid həmin pulları televiziya kanalının saxlanmasına xərcləmişdir. Həmin bu işlərin görülməsinin təşəbbüskarı Qənimət Zahid olmuşdur. Mobil telefonlarında AXCP-nin keçmiş üzvlərindən ibarət qrup yaradaraq «Whatsapp»da həmin qrupun adını «AXCP qrupu» qoymuşlar. Həmin qrupun üzvlərinə Rusiyanın başqa şəhərlərində yaşayan tanımadığı şəxslər də daxil olmuş, məqsədləri partiyanı saxlamaq, maliyyə dəstəyi göstərmək üçün belə bir qrupu yaratmaq olmuşdur. Həmin qrupu AXCP-nin Gənclər təşkilatının üzvü olmuş Eltac Əlisoy 2018-ci ilin əvvəllərində yaratmışdır. Qrup təxminən 16 nəfərdən ibarət olmuş, hər bir qrup üzvü hər ay 1.000, 1.500 və 2.000 ABŞ dolları Yevgeniya Adolfovnanın adına açdırdığı Rusiya Federasiyasının Moskva şəhərində fəaliyyət göstərən «Sberbank»da olan hesaba ödəmişdir. Bank kartı açılmamışdan əvvəl pullar nağd şəkildə yığılmışdır. AXCP-nin üzvləri ayrı-ayrı şəhərlərdə yaşadıqlarına görə həmin pulların nağd şəkildə yığılması çətinlik törətdiyindən, pul vəsaitlərinin bir hesabda yığılması barədə qərara gəlinmişdir. Toplanmış pullar Moskva şəhərində qeyri-rəsmi pul köçürmələri ilə məşğul olan Vüqar adlı şəxsin vasitəsi ilə Bakı şəhərinə göndərilmiş, Vüqarın göndərdiyi pulu Bakıda onun adamları qardaşı oğlu Təqsirləndirilən şəxs2 vermişlər. Təqsirləndirilən şəxs2 isə pulları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 götürmüşlər. Partiyanın saxlanılması üçün göndərilmiş pullar hər ay 20.000-30.000 ABŞ dolları olmuş və həmin pullar Əli Kərimliyə çatdıqdan sonra o, «Whatsapp» proqramı vasitəsi ilə yazaraq minnətdarlığını bildirmişdir. Rusiya Federasiyasında AXCP-nin rəhbəri və koordinatoru o özü olmuşdur, onu heç kim seçməmişdir. Belə ki, bütün bu işlərin görülməsinin təşəbbüskarı özü olduğu üçün rəhbərliyi də həyata keçirmişdir. Yaratdığı qrupun tərkibində Eltac, İbrahim, Mehman, Ehtiram, hazırda xatırlamadığı AXCP-nin digər üzvləri olmuşlar. Bundan başqa, bu işlərin həyata keçirilməsinə qardaşı oğlu Təqsirləndirilən şəxs2 də qoşmuşdur. Göndərdiyi pul vəsaitlərinin siyasi məhbuslara, onların ailələrinə və AXCP-nin saxlanılmasına xərclənəcəyi ona əvvəldən bildirilmişdir, partiyanın saxlanılmasına pul vəsaiti lazım olduğuna görə həmin maliyyə dəstəyini göstərmişlər. Həmçinin partiya üçün videokamera və diktofon da alıb göndərmişdir. Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsinə görə, Rusiya Federasiyasının vətəndaşı olaraq Rusiya Federasiyası, Moskva vilayəti, Balaşixa şəhəri, Zareçnaya küçəsi ev 25 mənzil 148-də daimi qeydiyyatdadır. 05 may 2018-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərindən Azərbaycan Respublikasına gəlmiş və qardaşının yaşadığı Gədəbəy rayonu, Nizami küçəsi, 71 saylı evdə yaşamağa başlamışdır. 06 may 2018-cı il tarixdə Gədəbəy rayonunda təklikdə olarkən yolun kənarında yerdə olan bir ədəd selofan büküm onun diqqətini cəlb etmiş və həmin bükümü götürüb içinə açıb baxdıqda içərisində narkotik maddə heroinə oxşar maddənin olmasını görmüşdür. Həmin maddəni sonradan heç kimin əlinə keçməsin deyə əynində olan gödəkçənin sol iç yan cibinə qoymuşdur ki, münasib yer tapdıqda onu tullasın. 08 may 2018-ci il tarixdə saat təxminən 17:40 radələrində ünvan 6 ünvanında yerləşən İstiqlal parkının yaxınlığında olarkən mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşmış və polis əməkdaşı olduqlarını, üzərində külli miqdarda narkotik maddə heroinin olması barədə məlumat əsasında onu qərarla tanış edib təqdim olunan hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirməli olduqlarını bildirmişlər. Bundan sonra özü könüllü olaraq əynində olan qara rəngli gödəkçəsinin sol iç yan cibində saxladığı bir ədəd selofan bükümündə olan narkotik vasitə heroini təqdim edərək həmin maddəni iki gün əvvəl yaşadığı Gədəbəy rayonunda yolun kənarında yerdən tapdığını, başqa şəxslərin əlinə keçməsin deyə münasib yer tapdıqda tullamaq üçün üstündə saxladığını bildirmişdir. Hal şahidlərinin və dəvət olunmuş müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilməsi haqqında protokol tərtib olunmuş, protokola tədbir iştirakçıları, onun özü də etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir. Əvvəllər narkotik maddədən istifadə etməmiş, narkotik maddə qəbul etməyi ilə bağlı cinayət və inzibati məsuliyyətə cəlb olunmamışdır (cild 1, iş vərəqi 24-25, 45-48, 59-63,81-87, cild 2, iş vərəqi 227-234, cild 4, iş vərəqi 76-79, cild 10, iş vərəqi 1-7, cild 11, iş vərəqi 34-41). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs1 protokollarda olan imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, ifadələrin ümumi məzmunu ilə razı olduğunu, lakin ifadələrində olan 20.000-30.000 ABŞ dolları pul göndərməyi ilə bağlı yazılanları təsdiq etmədiyini, həmin hissəni ona məcburi və təzyiqlər altında yazdırdıqlarını, ifadəsini alan şəxslərin məqsədinin verilən pulların məbləğini qaldırmaq olduğunu bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, may ayının 8də atası ona zəng edərək, əmisi Salehin tutulduğunu deyərək, nəyə görə tutulması və hara aparılması barədə maraqlanmasını bildirmişdir. O, həmin gün Rusiya səfirliyinə getmiş, lakin oradan bir şey öyrənə bilməmiş və səfirlikdən ona növbəti gün gəlib maraqlanması bildirilmişdir. O, səhərisi gün yenə səfirliyə getsə də, ona 9 may bayram günü olduğundan iş günü olmadığını demişlər. Həmin vaxt o, izlənildiyini bilmişdir. O, izlənməyi barədə yaxın tanışlarına zəng edib məlumat vermiş və tutulduğu halda evdəkilərə demələrini bildirmişdir. Nəhayət, may ayının 10-da Nərimanov rayon ərazsində "Əlibaba" çay evinin qarşısında öz maşınından düşən zaman tanımadığı dörd nəfər şəxs onu saxlayıb Baş Mütəşəkkil Cinayətlarlıqla Mübariz İdarəsinə gətirmişlər. Həmin idarədə ona işcəncələr verilmişdir. Ondan əmisi Salehdən nə qədər pul aldığını və həmin pulu kimlərə verdiyi soruşulmuşdur. O, həmin şəxslərə vəkil gələndən sonra danışacağını desə də, onu yenidən otağa aparıb işgəncələr vermişlər. Onu yaxınlarını da tutacaqları ilə hədələdikləri üçün məcbur olub həmin şəxslərin dedikləri ilə razılaşmışdır. Qohumları tərəfindən vəkil Müdafiəçi1 ilə müqavilə bağlanılmış, lakin ərizə yazıb İlhamə xanımdan imtina etməyə məcbur edilmişdir. Həmçinin onu əmisinin hər ay 20.000-25.000 ABŞ dolları pul göndərməsini deməyə məcbur etmişlər. Ona edilmiş təzyiqlərə və işgəncələrə dözə bilməmiş, bundan sonra o, oxumadan ona verilmiş bütün sənədlərə imza etmişdir. Əmisi ümumilikdə ona təxminən 6.000 ABŞ dolları pul göndərmişdir. O, həmin pulları uşaqlara vermişdir. Əmisi hər ay 200-300, bəzən də 500-600 ABŞ dolları pul göndərmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 bildirdi ki, Bakıda o, kiçik ticarətlə məşğuldur, köşk işlədir. Əmisi Salehin göndərdiyi pulları qara bazar vasitəsi ilə qəbul etmişdir. Pulları müxtəlif şəxslərdən, Tural və Ceyhun adlı şəxslərdən götürüb uşaqlara vermişdir. Əmisi "WhatsApp" vasitəsi ilə pulları verəcəyi şəxslərin nömrəsini göndərmiş, o da, həmin şəxslərlə zəngləşib pulları Aqilə, Ruslana, Babəkə vermişdir. Aqili, Ruslanı və Babəki əmisi Salehin vasitəsi ilə tanımış, həmin şəxslərlə heç vaxt siyasi söhbətlər etməmişdir. Əmisinin ona göndərdiyi ən böyük məbləğ 1.000 ABŞ dolları olmuşdur. Ceyhun, Tural, Heydər və Rauf adlı şəxsləri tanıyır, həmin şəxslərdən pul götürmüşdür. Pulu götürəndə heç bir yerə imza etməmişdir. Roma adlı şəxslə iş birliyi olmuş, ona düşən pay əmisi vasitəsi ilə göndərilmiş, o da, həmin pulları qəbul etmişdir. Rauf və İsgəndər adlı şəxslərdən Gədəbəy rayonunda pul götürməmişdir. O, siyasi fəaliyyətlə məşğul olmamış, mitinqlərdə iştirak etməmişdir. Pulu alanda açıq şəkildə sayıb qəbul etmişdir. Pulu alanda və verəndə saymışdır. Pulu verəndə heç yerə imza etməmişdir. Əmisi pulu göndərəndə bu məsələni gizli saxlamağı ona tapşırmamışdır. Maşınına baxış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında aparılmışdır. İbtidai istintaqda zamanı ona narkotiklə bağlı suallar verilməmişdir. Guya o, narkotik vasitəni Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerdən tapmışdır. Həmin vaxt maşınında kamera olmuş, necə tutulduğunu görmək üçün həmin görüntü məhkəməyə gətirilə bilər. Onu saxlayan zaman vəkil və hal şahidi olmamışdır. Dörd nəfər polis əməkdaşı ona təzyiqlər göstərmişdir, lakin həmin polis işçilərinin adlarını bilmir. Əmisi Təqsirləndirilən şəxs1 sonuncu dəfə 2018-ci ilin fevral ayında pul göndərmiş, əvvəllər pul göndəriləndə nə məqsədlə göndərildiyini bilməmişdir. Sonradan həmin pulların siyasi məhbuslara göndərildiyini öyrənmişdir. Tutularkən izahatı özü yazmışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yüksək məbləğləri Turalın göndərdiyini demiş, bunların protokola qeyd olunub-olunmadığını bilmir. Tural adlı şəxs Moskvada yaşayır. Tural pulu əmisi Salehə göndərmiş, sonuncu da qara bazar vasitəsi ilə ona göndərmişdir. Təqsirləndirilən şəxs2in məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında həmin ifadələr elan və tədqiq edildi. Təqsirləndirilən şəxs2 qeyd olunan ifadələrində bildirmişdir ki, 17 yaşında Azərbaycan X112 sıralarına qəbul olunmuş, əmisi Təqsirləndirilən şəxs1 da AXCP-nın üzvüdür və 1992-1993-cü illərdə Gədəbəy rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. Hakimiyyət dəyişikliyindən sonra əmisi X174 Federasiyasının Moskva şəhərinə getmiş və həmin şəhərdə ayaqqabı ticarəti ilə məşğul olmuşdur. Təxminən 2016-cı ilin mart ayında Bakı şəhərində olarkən əmisi Təqsirləndirilən şəxs1 ona zəng edərək bir işlə məşğul olacaqlarını, amma bu barədə heç kimə, hətta ailəsinə belə bildirməməyi təklif etmişdir. Razılaşdıqdan sonra Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Rusiyadan ayrı-ayrı şəxslər vasitəsilə pul vəsaitləri göndərəcək və o, Bakıda həmin pulları qəbul edib Salehin deyəcəyi adamlara çatdırmalıdır. Əmisi Təqsirləndirilən şəxs1 tapşırığına əsasən bütün danışıqları «Whatsapp» proqramı vasitəsilə həyata keçirmiş və danışıq və ya yazışmadan sonra dərhal onları silmişdir. 2016-cı ilin mart ayından etibarən əmisi Təqsirləndirilən şəxs1 «qara bazar» vasitəsilə Rusiyadan pul göndərməyə başlamış, Bakıda pulu kimdən və hansı məbləğdə götürəcəyi barədə Təqsirləndirilən şəxs1 ona əvvəlcədən bildirmiş, o isə, həmin şəxslərlə görüşüb pulu qəbul etdikdən sonra yenə də Təqsirləndirilən şəxs1 tapşırığına əsasən pulları onun dediyi adamlara çatdırmışdır. Belə ki, Salehin tapşırığı ilə Bakıda pulları Ceyhun, Tural, Heydər və Rauf adlı şəxslərdən götürmüş, Ceyhundan ay ərzində 8000-10000 ABŞ dolları, Raufdan ay ərzində 2000-3000 ABŞ dolları, Heydərdən ay ərzində 5000 ABŞ dolları, Turaldan isə ay ərzində 3000-4000 ABŞ dolları götürmüş, həmin şəxslərlə əsasən Bakı metropoliteninin «Gənclik», «Nərimanov», «20 yanvar» stansiyalarının yaxınlığında görüşmüş, pulları alarkən dəfələrlə ya ağ kağızda, ya da kitabçada pulu alması ilə bağlı qəbz yazaraq imzalamışdır. Əmisi Təqsirləndirilən şəxs1 həmin şəxslər vasitəsilə ona hər ay ümumilikdə 20.000-25.000 ABŞ dolları məbləğində pul yollamış, qeyd olunan şəxslərdən pulları qəbul etdikdən sonra Təqsirləndirilən şəxs1 həmin pulları Azərbaycan X112 fəalları olan Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 çatdırmağını ona tapşırmışdır. İlk əvvəl həmin pullarla əmisi Təqsirləndirilən şəxs1 Bakıda biznes qurması məqsədilə göndərdiyini düşünsə də, təxminən ikinci dəfədən sonra Təqsirləndirilən şəxs1 həmin pulları Azərbaycan X162na göndərdiyi ona məlum olmuşdur, hətta Salehin özü də ona səs ismarıcı göndərərək həmin pulların Azərbaycan X112 saxlanmasına, mitinqlərin keçirilməsinə, rayonlardan adamların mitinqlərə gətirilməsinə, plakatların hazırlanmasına və bu kimi digər xərclərə sərf edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs5la əsasən «Heydər Əliyev» sarayının yanında, Təqsirləndirilən şəxs4la əsasən Əhmədli qəsəbəsində «Ukrayna dairəsi» kimi tanınan ərazidə, Təqsirləndirilən şəxs3la isə əsasən Bakı metropolteninin «Gənclik» stansiyası yaxınlığında «Atatürk» parkında görüşərək pulları çatdırmış, əmisi Təqsirləndirilən şəxs1 göndərdiyi pulların həmin şəxslərə çatmasını heç kimə bidirməməyi, bu işin təhlükəli olduğunu, əlaqələrin gizli saxlanılmasını, mümkün qədər açıq danışılmamasını ona tapşırmışdır. 2018-ci il mart ayında Polşa Respublikasında yaşayan əmisi oğlu onunla telefonla danışaraq videokamera, kolonka və mikrofon göndərmiş, həmin əşyaları götürmüş, Təqsirləndirilən şəxs1 tapşırığı ilə götürdüyü videokameranı, kolonka və digər texniki avadanlıqları AXCP-nın üzvü olan Təzəxanla Bakı şəhəri metronun «Gənclik» stansiyasının yaxınlığında görüşərək ona vermişdir. Əmisi Təqsirləndirilən şəxs1 eşitdiyinə görə həmin texniki avadanlıqlar AXCP-nin keçirəcəyi mitinqlərdə keyfiyyətli çəkilişin aparılması məqsədilə göndərilmişdir. Bir daha bildirir ki, ay ərzində ona 25.000 ABŞ dolları məbləğində pullar göndərilmişdir. Əmisi ilə 055 575 21 00 nömrəsi ilə əlaqə saxlamış, bəzən pulu alan adamlar özləri zəng edib pulu aldıqlarını əmisinə təsdiq etmişlər, bəzən isə onun özü əmisinə zəng edib pulları çatdırdığını bildirmişdir. Ceyhun, Rauf, Heydər və Turalla əvvəldən heç bir tanışlıqları olmamışdır, pulun gəlməsini isə əmisi ona əvvəldən zəng edib bildirmişdir. Pulları verdiyi Ruslan Nəsirli, Aqil Məhərrəmli, Təqsirləndirilən şəxs4la təhlükə olmasın deyə Vatsap vasitəsilə əlaqə qurmuşdur. Ən çox Ceyhun adlı şəxsdən 50.000, Heydər adlı şəxsdən 36.000, Tural adlı şəxsdən 175.000 ABŞ dolları almış, bununla bağlı qəbz də yazıb vermişdir. Hərəkətlərinin qanunsuz olduğunu bilir. Pullar ABŞ dolları əskinaslarında gəlməklə, hissə-hissə 5.000, 8.000, 10.000, 3.000 olmaqla, ayda 25.000 təşkil etmişdir. Pul göndərmələri 2016-cı ilin mart ayından başlamaqla 2018-ci ilin mart ayına kimi davam etmişdir. 2013-cü ildən başlayaraq atası X161 şəhəri H.Əliyev prospektində yerləşən, rayon təhsil şöbəsi ilə üzbəüz 20 sotdan artıq sahədə əmisi Təqsirləndirilən şəxs1 ona göstərdiyi 800.000 manatdan artıq maliyyə dəstəyi hesabına iki mərtəbədən ibarət, 1-ci mərtəbəsində «park Market» adlı mağaza, 2ci mərtəbəsində isə 400 nəfərlik «Modern Park» adlı şadlıq sarayı yerləşən bina inşa etdirib başa çatdırmışdır. Bu obyektlərin tikintisinə bacısının həyat yoldaşı da maddi yardım etmişdir. Həmin obyektlərin işlədilməsi ilə əlaqədar əldə olunan gəlirlərə əmisi Təqsirləndirilən şəxs1 atası ilə birgə şərikdirlər. 10 may 2018-ci il tarixdə təxminən saat 15 radələrində özünə məxsus olmaqla, idarə etdiyi «Kia Sportage» markalı ** ML *** qeydiyyat nişanlı şəxsi avtomobili ilə Bakı şəhəri Nərimanov rayonu Ə.Rəcəbli küçəsində yerləşən «Əlibaba» çay evinin qarşısına çatıb avtomobilin salonundan düşəndən sonra ona tərəf mülki geyimdə bir neçə nəfər yaxınlaşıb özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduğunu bildirmişlər, həmçinin iki nəfər hal şahidləri də dəvət edib ona təqdim etdikdən sonra o da öz anket məlumatlarını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu özlərində olan qərarla tanış edib narkotik maddə heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bildikləri üçün saxlayacaqlarını bildirmişlər. Həmin vaxt onun üzərində və avtomaşınında heroin olmuş və polis əməkdaşlarının da bundan şübhələndiklərini başa düşmüşdür. Polislərin təklifindən sonra səmimi olaraq əynindəki boz rəngli şalvarın sağ yan cibində bir ədəd bükümdə, avtomobilinin salonunda qoltuqaltı saxlanc yerində isə iki ədəd bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmiş və həmin narkotik vasitələri könülü təqdim etmişdir. Həmçinin özünə məxsus bir ədəd Samsung markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini də polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları onun təqdim etdiyi həmin üç ədəd selofan bükümləri hal şahidlərinin iştirakı ilə açıb hər birinə baxmışlar və onların hər birinin içində olan narkotik maddə heroini aşkar etmişlər. Narkotik vasitələri həmin gündən təxminən iki gün əvvəl Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində yerdən tapmış, sonradan onları tullamaq fikri olmuş, lakin yadından çıxıb qalmışdır, həmin narkotik maddəni kiməsə satmaq və ya vermək niyyəti olmamışdır (cild 1, iş vərəqi 100-103, cild 2, iş vərəqi 24-27). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs2 dindirmə protokollarında olan imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, lakin həmin ifadələrin təzyiqlər və işgəncə altında ona yazdırıldığını məhkəməyə bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 25 may 2018ci il tarixdə öz şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olarkən iki maşın onun maşınının qarşısını kəsmiş, oradan düşən 8-9 nəfər onun əl-qolunu qandallamışlar. O, həmin şəxslərdən kim olduqlarını soruşsa da, həmin şəxslər özlərini təqdim etməyərək, onu maşına mindirib Nərimanov ərazisində 5-10 dəqiqə saxladıqdan sonra telefonla kiminləsə əlaqə saxladıqdan sonra yaşadığı Yeni Günəşli qəsəbəsi istiqamətində aparmışlar. Maşında gedərkən həmin şəxslər ona evində axtarış aparılacağını bildirmişlər. O, həmin şəxslərə vəkili gəlməsə onları evə buraxmayacağını bildirmiş, Günəşlidə bir az dayandıqdan və orada tez-tez yerlərini dəyişərək maşında gəzdirdikdən sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. İdarədə bir nəfər ona yaxınlaşıb telefonunun kodunu açmağı tələb etmiş, o isə, vəkil tələb etmişdir. Həmin şəxslər ona izahat və ifadə almamışdan qabaq təzyiqlər göstərmiş, onu yaxınlarını da tutacaqları ilə hədələmiş və ifadə verməsini tələb etmişlər. Həmin şəxslərin təzyiqlərinin kəsilmədiyini görüb məcbur olaraq telefonun kodunu vermişdir. Sonra Vidadi ilə üzləşmək üçün üzləşmə otağına aparılmışdır. Vidadi ilə onun üç etirafı üst-üstə düşmüşdür. Rəis müavininin otağında onlardan yüksək məbləğdə pul aldıqları, kimdən və nə vaxt aldıqları soruşulmuşdur. Əslində isə o, il yarım ərzində üç dəfə, cəmi 1.600 manat - birinci dəfə 500 manat, ikinci dəfə 600 manat, üçüncü dəfə isə 500 manat alıb çatdırmışdır. Həmin şəxslər ona başqa şəxslərin adlarını verməsi üçün işcəncə vermişlər. O, dəfələrlə vəkil tələb etsə də, ona istədiyi vəkil verilməmişdir. Ona dövlət hesabına vəkil verilmişdir. Sonra ona özünün tələb etdiyi vəkildən imtina etməsi və bu barədə ərizə yazması təklif edilsə də, o, bunu etməmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs4 bildirdi ki, X162 Ali Məclisinin üzvüdür, həmçinin AXCP-ın Nərimanov rayon şöbəsinin sədr müavinidir. Taksi fəaliyyəti ilə məşğul olur və bunun üçün lisenziya almışdır. Əvvəllər məhkum olunmuşdur. Bir gün Cəmil Həsənli keçmiş deputat yoldaşının oğlunun toyu olduğunu və onu həmin toya aparmasını xahiş etmiş və o, X124 aparanda həmin vaxt onları orada Saleh bəy qarşılamışdır. Saleh bəyi həmin gün görüb tanımış, ondan başqa Salehlə görüşməmişdir. Vidadini pul alanda görüb tanımış, Vidadi ilə heç vaxt görüşməmişdir. Vidadi ona zəng edib görüşmüş, həmin vaxt da pulu ona verib Əli bəyə çatdırmasını xahiş etmişdir. Vidadidən pul alanda hər hansı bir qəbzə imza etməmişdir. Pulu əlbəəl alıb Əli bəyin evinə aparıb ona vermişdir. Onlar Bakı İstintaq Təcridxanasına aparılandan sonra Müdafiəçi6 gəlmiş və onlar bundan sonra işcəncələrlə bağlı Baş Prokurorluğa məlumat vermişlər. Baş prokurorluqdan komissiya gəlmiş və işgəncə ilə bağlı onların izahatları alınmışdır. Vidadi ilə telefonda pulu almağa gedən zaman danışmışdır. Təqsirləndirilən şəxs1 barəsində tutulandan sonra məlumatı olmuşdur. O, üç dəfə Vidadidən pul alıb Əli bəyə vermiş, lakin pulun mənbəyi barədə soruşmamışdır. Cəmi bir il altı ay ərzində 1.600 manat pul alıb vermişdir. Pulu zərfdə almamışdır. Aqil və Ruslanın Vidadidən pul alıb Əli bəyə verdiklərini bilməmişdir. Yeni Günəşliyə aparılan zaman başqa bir qrup onun evində axtarış aparmışdır. Təqsirləndirilən şəxs1 tutulmamışdan bir il altı ay əvvəl toyda görüb tanımışdır. Pulu nə məqsədlə göndərildiyini yazılardan bilmişdir. Həbs olunan digər şəxslərlə əvvəllər də münasibəti olmuşdur. Əli Kərimli və digərləri ilə əvvəlcədən pul göndərilməsi ilə bağlı razılaşmaları olmamışdır. Saleh və Vidadi ondan əvvəl tutulmuş, digər iki nəfər isə o, tutulandan sonra saxlanılmışlar. Onun vəkil tutmağa maddi imkanı olmuş və lakin ona vəkil tutmaqla bağlı qanunlar izah olunmamışdır. O, "Facebook" sosial şəbəkəsində heç vaxt çağırışlar etməmişdir. Onun telefonunda şəxsi məlumatları olmuş, vəkili gəldikdən sonra telefonun kodunu deyə biləcəyini bildirmişdir. O, konkret hansı vəkilin dəvət olunmasını deməmiş, sadəcə ailəsinə məlumat verilməsini və ailəsinin müqavilə bağladığı vəkilin gəlməsini xahiş etmişdir. Məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaqı zamanı verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Təqsirləndirilən şəxs4 istintaqa verdiyi ifadələri elan və tədqiq edildi. Həmin ifadələrində o, bildirmişdir ki, onunla bərabər dörd qardaşı və valideynləri Azərbaycan X112 üzvləridir, qardaşı Bəhruz Həsənov AXCP-nin Suraxanı rayon şöbəsinin sədridir, həmçinin Əli Kərimlinin mühafizəçisidir. O, fərdi qaydada öz adına və özünə məxsus olan “Opel-Astra” markalı **-DB-*** qeydiyyat nömrəli şəxsi avtomoblili ilə taksi sürücüsü işləyir, 1991-ci ildən hazıradək Azərbaycan X112 üzvüdür, AXCP-nin Ali Məclisinin üzvüdür, həmçinin partıyanın Nərimanov rayon şöbəsinin sədr əvəzidir. 2011-ci ildə kütləvi iğtişaşla bağlı Azərbaycan Respublikası CM-nin 233-cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2012-ci ildə həbsdən azad edildikdən sonra AXCP-nin Ali Məclisinin üzvü seçilmişdir. Partiya sədri olan Əli Kərimli ilə 2012-ci ilin iyun ayından etibarən bilavasitə şəxsi əlaqəsi yaranmışdır. Rusiya Federasiyasında yaşayan Təqsirləndirilən şəxs1 təxminən 2017-ci ilin əvvəllərindən tanıyır, onu Gədəbəy rayonunda ilk dəfə toy məclisində görüb tanımış, həmin tanışlıqdan sonra onun AXCP-nin üzvü olduğunu bilmişdir. Bundan sonra isə onun qardaşı oğlu Təqsirləndirilən şəxs2 tanımışdır. Belə ki, təxminən 2017-ci ilin aprel ayından Vidadi onun mobil nömrəsinə zənglər edərək Rusiyada yaşayan əmisi Salehin ona pul göndərdiyini, həmin pulları ondan götürüb Əli Kərimliyə çatdırmalı olduğunu bildirmişdir. O da, etiraz etmədən həmin pulları tarixlərini xatırlamadığı vaxtlarda Bakı şəhəri, Günəşli qəsəbəsində, bazarın qarşısında, Nərimanov rayonunda yerləşən “Şəki” restoranının yaxınlığında və “Ukrayna” dairəsinin yaxınlığında Təqsirləndirilən şəxs2 götürüb partiyanın sədri Əli Kərimliyə yaşadığı Bakı şəhəri «qış parkı» kimi tanınan ərazidə yerləşən bina evindəki mənzilində əlbəəl Əli Kərimlinin özünə vermişdir. Həmin pul vəsaiti AXCP-nın saxlanmasına, onun ehtiyaclarına sərf edilmişdir. Birinci və ikinci dəfə Vidadidən pulları alarkən təxminən birinci dəfə məbləğ 500 manat, ikinci dəfə isə 600 manat olmuşdur, lakin sonrakı dəfələrdə pulu zərfdə verdiyinə görə məbləğin konkret olaraq nə qədər olduğunu bilmir. Həmin pul vəsaitləri Təqsirləndirilən şəxs1 tərəfindən Rusiyadan Azərbaycana «qara bazar» vasitəsilə göndərilmişdir ki, AXCP sədri Əli Kərimliyə çatdıralar. Təqsirləndirilən şəxs2 aldığı həmin pulları həmişə aparıb «qış parkı» kimi tanınan parkın yaxınlığında yerləşən evində şəxsən Əli Kərimliyə vermiş, Əli Kərimli isə həmin pulları Azərbaycan X112 saxlanmasına, ehtiyaclarına sərf etmişdir (cild 3, iş vərəqi 78-80, 161-165, cild 10, iş vərəqi 90-96, cild 11, iş vərəqi 81-83). Təqsirləndirilən şəxs4 elan olunmuş ifadələrlə bağlı sualları cavablandırarkən dindirmə protokollarında olan imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, həmin ifadələrin təzyiq altında yazıldığını, ona görə məhkəmədə verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 25 may 2018ci il tarixdə evdə olmuş, təxminən saat 5-6-da evdən çıxıb dostları ilə görüşməyə gedən zaman darvazanın üstündən bir nəfərin baxdığını görmüşdür. O, həmin şəxsdən nə lazım olduğunu soruşmuş, həmin şəxs uşaqların evin açarını buraya atdığını, açarı tapmaq üçün ora çıxdığını bildirmiş və ondan qapını açmağını xahiş etmişdir. O, qapını açmaq istəməmiş, çünki artıq nə baş verdiyini başa düşmüşdür. Lakin artıq geri qayıtmaq imkanı olmadığı üçün məcbur olub qapını açmış, bu zaman iki-üç nəfər onun qolundan tutmuş və evə baxış keçirilmişdir. Həmin vaxt onun telefonları götürülmüşdür. Baxış zamanı onun bank kartları, Əli Kərimli ilə çəkilmiş şəkli, partiya ilə bağlı sənədləri götürülmüşdür. Təxminən saat 6-nı keçmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. O, vəkili gəlməsə heç bir şey deməyəcəyini bildirmişdir. Ondan Təqsirləndirilən şəxs1 pul alıb-almadığı soruşulmuş, o da, Salehdən pul almadığını, bir dəfə özü üçün 400 manat pul aldığını və onun da buraya heç bir aidiyyəti olmadığını demişdir. Sonra ona dövlət vəsaiti hesabına vəkil təqdim edilmişdir. Ona təzyiqlər olandan sonra üç dəfə - birinci dəfə ***-**** manat arası, ikinci dəfə 1.000 manat, üçüncü dəfə isə 800 manat götürdüyünü, onu da Ramiz Kamala verdiyini bildirmişdir. Ona pulu alıb Əli Kərimliyə verdiyi, həm də paketdə 25-30 min ABŞ dolları olduğu bildirilmişdir. O da, həmin məbləğdə pul almadığını, özü də paketdə heç vaxt pul vermədiyini söyləmişdir. Sonra telefonunun parolu da alınmış, həmçinin vəkildən imtina barədə onun ərizəsi alınmışdır. Ümumiyyətlə, o, Vidadidən üç dəfə pul götürmüş, bu da təxminən 700-1.000 manat arası olmuşdur. Ayın 28-də ona yenə işgəncə verilmiş və guya 12.000 ABŞ dolları götürməsi bildirilmiş, o da, belə bir şeyin olmadığını demişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs3 bildirdi ki, Təqsirləndirilən şəxs1 Rusiyada görmüş və Salehin Gədəbəyin icra başçısı olduğunu, layiqli bir şəxs olduğunu eşitmişdir. Təqsirləndirilən şəxs1 Rusiyada olanda ona Azərbaycana gətirmək üçün pul verməmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər şəxsən tanımamış, üç dəfə ondan pul almışdır. Təqsirləndirilən şəxs1la danışan zaman Saleh siyasi məhbuslara kömək məqsədi ilə gücü çatan məbləğdə kömək edəcəyini bildirmişdir. Salehin göndərdiyi pulu o, Bakıda Vidadidən qəbul etmişdir. Vidadidən aldığı pullara görə hər hansı bir qəbzə imza etməmişdir. Vidadi ilə ayaqüstü görüşmüş və pulu Vidadidən əlbəəl götürmüşdür. Adilə onun anasıdır, anasının adına bank kartı olmuş və həmin karta adına patent ödəmək üçün 3.000-5.000 rubl pul köçürülmüşdür. Tver şəhərində Saleh bəylə görüşməmişdir. Natiq adlı şəxsi tanıyır, ondan 500 manat pul almış, onun 100 manatını Təzəxan müəllimə, 200 manatını Səadət xanıma, 200 manatını isə Ülvi Həsənliyə vermişdir. Üç dəfə aldığı pulu Əli bəyə vermişdir. X125 10.000 rubl almış, onu da Moskvaya gedəndə Eltacın özünə qaytarmışdır. Almaniyadan 200 avro və əl əsası göndərilmiş, həmin vaxt Bakıda olmadığından onları götürməyi dostuna demiş və dostu götürmüşdür. Pulların çatdırılmasında onun heç bir maddi marağı olmamışdır. Gələn pulların bir qismi siyasi məhbusların ailələrinə verilmiş, qalan məbləğlərin isə hara xərcləndiyini bilmir. Evdən götürülən əşyalara görə tərtib olunmuş sənədlərə imza etmişdir. İşgəncə veriləndən sonra yuxarı qalxanda vəkil onun qolunda işgəncə izlərinin olduğunu görmüşdür. Müdafiəçisi ilə iyun ayının ya 1-də, ya da 2-də məhkəmədə görüşmüşdür. Təqsirləndirilən şəxs1 ona 20- 30 min pul göndərməmiş, bu barədə nə eşitmiş, nə də məlumatı olmuşdur. Təqsirləndirilən şəxs2 nə vaxt pul aldığını xatırlamır, çünki aldığı pulların arasında müddət çox olmuşdur. Vidadidən pulu konvertdə almamış, pulu alanda sayıb götürmüşdür. Təqsirləndirilən şəxs2 ilə heç nə, o cümlədən Təqsirləndirilən şəxs1 biznes fəaliyyəti ilə bağlı müzakirələr aparmamışdır. Vidadi ilə həmin gün üzləşmişdir. May ayının 29-da Bakı İstintaq Təcridxanasına gətirilmiş, mayın 30-da isə tibbi yoxlamadan keçmişdir. Tutulandan 100 gün sonra prokurorluğun əməkdaşları, "Qırmızı Xaç" cəmiyyətinin əməkdaşları gəlmiş və işgəncələrlə bağlı qeydlər aparmışlar. Üzləşmədə onun vəkili olsa da, Vidadinin vəkili olmamışdır. Üzləşməni müstəntiq Orxan Rüstəmli aparmışdır. Vidadidə pulun olduğunu ona Saleh bəy demişdir. Vidadinin siyasi proseslərdə iştirak etdiyini görməmişdir. Onun telefonunun yaddaşında qeyri-adi bir şey olmamış, özünün şəxsi məlumatları olduğu üçün kodu vermək istəməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu zaman əlyazma şəklində yazdığı 25 may 2018-ci il tarixli ərizəsi elan və tədqiq edildi. O, həmin ərizəsində müdafiəçiyə malik olmaq hüququnun ona izah olunduğunu bildirmiş, maddi imkanı olmadığından dövlət hesabına hər hansı bir vəkil tərəfindən hüquqlarının müdafiə olunmasını xahiş etmişdir (cild 3, iş vərəqi 18). Təqsirləndirilən şəxs3 elan olunan ərizənin onun tərəfindən, lakin işgəncə veriləndən sonra yazıldığını bildirdi. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaqı zamanı verdiyi ifadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə həmin ifadələri elan və tədqiq edildi. Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadələrində bildirmişdir ki, ailə üzvləri 5 nəfərdən ibarət olmaqla atası X65, anası X66 və bacısı X15 Federasiyasının Tver şəhərində yaşayırlar, atası meyvə-tərəvəz dükanında satıcı işləyir, arada bir Azərbaycana gəlir. O, 2006-cı ildə Bakı Dövlət Universitetinin tarix faküləsinə qəbul olunmuş, 2010-cu ildə həmin fakültəni qafqazşünaslıq ixtisası üzrə bitirmişdir. 2010-cu ildən 2011-ci ilədək daxili qoşunlarda müddətli həqiqi hərbi xidmət keçmiş, 2012-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından 2018-ci il təvəllüdlü İlayda və Serenay adlı əkiz qızları olmuşdur. 2013cü ildən Azərbaycan X162na üzv olmuş, 2015-ci ildə isə partiyanın rəyasət heyətinin üzvü seçilmişdir. Rəyasət heyətinin 25 nəfər üzvü var, partiya hər partiya qurultayından sonra Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçir. Azərbaycan X112 sonuncu qurultayı 2015-ci ilin sentyabr ayında olmuşdur. Lakin həmin qurultaydan sonra partiyanın qurultay sənədləri təqdim olunsa da, partiya rəsmi qeydiyyata alınmamış, buna görə də bildiyinə görə məhkəməyə müraciət olunmuşdur. Partiyanın mənzil-qərargahı olmadığına rəyasət heyətinin üzvü kimi sosial şəbəkələrdə, əsasən də “Facebook” sosial şəbəkəsində “X207” hesabında partiyanın təbliğatı ilə məşğul olur, qeyd etdiyi hesabdan həm partiya üzvlərini, həm də partiyanın üzvü olmayan şəxsləri mitinqlərdə iştirak etməyə dəvət edir, həmçinin özü də partiyanın mitinqlərində iştirak edir. Qeydiyyatı olduğu dövrdə AXC partiyası üzvlərinin könüllü şəkildə ödədikləri ianələr hesabına maliyyələşdirilmişdir, 2015-ci ilin sentyabr ayından isə qeydiyyatı olmadığına görə partiya üzvlərinə üzvlük vəsiqələri verilməmiş, həmçinin ianələr də yığılmamışdır. Təqsirləndirilən şəxs1 təxminən 3 ildir ki, tanıyır, onunla facebook sosial şəbəkəsində tanış olmuşdur. Salehlə siyasi fikirləri üst-üstə düşmüş, bir neçə dəfə Rusiya Federasiyasının Moskva, Tver şəhərlərində Salehlə görüşmüşdür. Onunla görüşlərdən sonra məlum olmuşdur ki, Saleh 1992-1993-cü illərdə Gədəbəy rayonunun icra başçısı işləyib, AXC partiyasının üzvü olub. AXC partiyasının sədri Əli Kərimlinin göstərişi ilə Təqsirləndirilən şəxs1 vasitəsilə onun qardaşı oğlu Təqsirləndirilən şəxs2 ilə 2016-cı ilin mart ayından 2018-ci ilin aprel ayınadək olan dövrdə 3-4 dəfə «28 May» metrostansiyasının qarşısında görüşmüş, həmin görüşlər zamanı Təqsirləndirilən şəxs2 əmisi Təqsirləndirilən şəxs1 tərəfindən ona göndərilmiş içərisində külli miqdarda ABŞ dolları olan zərf vermiş və bu görüşlərdən bir gün sonra içərisində külli miqdarda ABŞ dolları pul olan zərfləri rəyasət heyətinin iclasları keçirilən vaxtı Əli Kərimli ilə təkbətək görüşləri vaxtı şəxsən onun özünə vermişdir. Pul məsələsi ilə bağlı Təqsirləndirilən şəxs1 özü onunla 2017-ci ildə mesencerlə əlaqə saxlamışdır. Onun xatırlamadığı Rusiya nömrəsi ilə özünün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu vasitəsilə Vatsap proqramı ilə yazışmışlar. Bu yazışma zamanı Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, «sənə pul göndərəcəyəm, bu pulu qardaşım oğlu Təqsirləndirilən şəxs2 götürəcəksən». Vidadinin telefon nömrəsini hazırda xatırlamır. Onu sosial şəbəkələrdən tanımışdır. Vidadi ilə 3 dəfə xatırlamadığı tarixlərdə Bakı şəhərində «28 May» da, 1 dəfə isə H.Əliyev sarayının qarşısında görüşmüşlər. Onunla ayaqüstü görüşmüşlər. Tarixləri qarışdırır, ola bilsin ki, Təqsirləndirilən şəxs2 ilə ilk dəfə yay aylarında görüşmüşdür. Bildiyinə görə həmin pullar partiyanın həbsdə olan üzvlərinin və onların ailələrinin saxlanılmasına və partiyanın tədbirlərinin təşkilinə sərf olunmuşdur. Hər dəfə Təqsirləndirilən şəxs1 əvvəlcədən ona Rusiya nömrəsindən vatsap vasitəsilə sms yazaraq pulu qardaşı oğlu Vidadiyə göndərəcəyini, Vidadi ilə görüşüb pulu ondan götürməyini və aparıb Əli Kərimliyə verməsini bildirmiş, bundan sonra Vidadi ilə vatsap vasitəsilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs1 dediyi şəxs olduğunu bildirib görüş vaxtını və yerini dəqiqləşdirib pulları ondan götürmüşdür. Təqsirləndirilən şəxs1 pulları Azərbaycan Respublikasına hansı yolla göndərməsi barədə məlumatsızdır. Təqsirləndirilən şəxs1 xırda sahibkar kimi tanımışdır və onu pulları necə əldə etməsini, eləcə də pulların hara xərclənməsini bilmir. Bu barədə partiya sədrinə hər hansı sual verməmişdir. Sonradan ona məlum olmuşdur ki, ondan başqa, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 da Təqsirləndirilən şəxs1 pullar almışdır. Pulları aparıb Əli Kərimliyə verdikdən sonra ona həmin vəsaitləri haradan və kimin göndərməsi barədə məlumat vermişdir. X176 zərflərdə vermiş və heç vaxt açıb zərfin içinə baxmamışdır. Natiq Ədilovun 9 mart 2016-cı il tarixdə facebook sosial şəbəkəsində ona X30 ********** mobil nömrəsini verərək onda əmanət olduğunu bildirməsi, həmin tarixdə ona 500 manat göndərməsini yazmağı, Natiq Ədilovun həmin pulun 200 manatını Səadət adlı xanıma, 200 manatını Ülvi Həsənliyə, 100 manatını isə Şahid9 çatdırmağı barədə onu təlimatlandırması yadına düşmür. Rusiya Federasiyasının Moskva şəhərində Təqsirləndirilən şəxs1 və Eltac Əlisoyla görüşmüşdür. Həmin görüş vaxtı Təqsirləndirilən şəxs1, yaxud Eltac Əlisoy ona hər hansı məbləğdə pul verməmişdir. 27 iyul 2017-ci il tarixdə Teleqram sosial hesabı ilə Elçin adlı şəxsə şef adlandırdıqları Əli Kərimlinin tapşırığı ilə onunla əlaqə yaratdığı, ayın üçünədək pul lazım olduğunu bildirməsi faktını təsdiq edir, Elçin adlı şəxsi tanımır, onun nömrəsini ona Ə.Kərimli verərək əlaqə saxlamasını tapşırmışdır. X99 təxminən 5 və ya 6 ildir ki, tanıyır, onun təxminən 39 yaşı var, Surxayla RF-nin Tver şəhərində tanış olubdur. O, orada küçə ticarəti ilə məşğul olur. Surxay ona müəyyən məbləğlərlə, əsasən 50 ABŞ dolları, 2000, 5000 Rusiya rublu məbləğində pulları pul köçürmə sistemi və X140nın adına olan «Sberbank»ın kartına köçürməklə göndərmişdir. Hətta bir dəfə Surxay Əliyevdən AXCP sədri Əli Kərimlinin adından 2000 Rusiya rublu istəyib almışdır. RF-də yaşayan miqrantlar hər ay Rusiya hökumətinə səhv etmirsə 5000 Rusiya rublu köçürməli olduğundan anası öz adına «Sberbank»da plastik bank kartı açdırmışdır. 20 dekabr 2017ci il tarixdə X12 yaşayan Mübariz adlı şəxsin göndərdiyi əl əsası və 200 avro pulu tanışı Namiq Abbasəliyev vasitəsilə Bakı şəhərində gətirən adamdan qəbul etdirmişdir. Bundan başqa, Vüsal adlı şəxsdən onun üçün tanışı Yusifin Çindən göndərdiyi uşaq paltarları və oyuncaqlarını görüşüb qəbul etmiş və bu barədə yazışma aparmışdır. Ümumiyyətlə isə Təqsirləndirilən şəxs1 həbs olunduqdan sonra Təqsirləndirilən şəxs5la telefonla danışarkən sonuncu əvvəllər Təqsirləndirilən şəxs2 ilə görüşərək ondan Təqsirləndirilən şəxs1 pul götürdüyünə görə narahat olduğunu demiş, Ruslana müraciət edərək telefonunda bu barədə yazışmaların olub-olmadığını soruşmuş, sonuncu tədbirli olub yazışmaları sildiyini bildirmişdir. "xxxx" ASC-də olan **********22180503 nömrəli USD master standart kart hesabını Bakı Dövlət Universitetində təhsil aldığı dövrdə açdırmışdır. X140 100 ABŞ dolları pulu bu karta xərclik üçün mədaxil etmişdir. AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseynovun həmin karta mədaxil etdiyi 61,73 ABŞ dolları onun kart hesabına AXCP sədri Əli Kərimlinin göstərişi ilə sonuncunun facebook sosial şəbəkəsində olan şəxsi səhifəsinin reklam xərcləri üçün nəzərdə tutulmuş və bu məqsədlə də istifadə olunmuşdur. 2016-2018-ci illərdə müxtəlif vaxtlarda Əli Kərimli ona Facebook və İnstaqram sosial şəbəkələrində olan şəxsi səhifələrinin reklam olunması üçün 50, 100 və 150 ABŞ dolları məbləğində pullar vermişdir. Əli Kərimli konkret olaraq ona ümumilikdə nə qədər pul verməsini xatırlaya bilmir. 2017-ci ilin dekabr ayında Rusiyaya gedərkən həmin kartı Əli Kərimliyə vermişdir ki, Azərbaycanda olmadığı dövrdə istifadə etsin. Digər kommersiya banklarında adına olan kartlardakı mədaxil və məxaric əməliyyatları şəxsi xarakterli olmaqla, təmsil etdiyi qurumla heç bir əlaqəsi yoxdur (cild 3, iş vərəqi 37-39). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1la Tver şəhərində görüşmədiyini, Təqsirləndirilən şəxs2 ilə tez-tez zəngləşməsi barədə dediklərinin ona diktə edilərək yazdırıldığını, aldığı 400 manatın isə bu işə aidiyyəti olmadığını, elan olunmuş ifadəni təsdiq etmədiyini, həmin ifadəni işgəncələrdən sonra verdiyini bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs5 elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki,23 may 2018ci il tarixdə öz şəxsi işi ilə bağlı Gəncə şəhərinə getmişdir. May ayının 25-də yaxın dostu ilə birlikdə restoranda yemək yeyən zaman foyedə səs-küy səsləri gəldiyini eşitmişdir. O, bu səs-küyə fikir verməyib dostu ilə söhbət etmiş, bu vaxt qapı açılmış, içəri üç-dörd nəfər girmiş və onun əl-qolunu tutub aparmışlar. O, ilkin verdiyi ifadələri təzyiq altında vermişdir. Həmin vaxt guya o, hər dəfə Təqsirləndirilən şəxs2 25.000-30.000 manat götürüb Əli Kərimliyə verdiyini göstərmişdir. Lakin bu belə olmamış, o, cəmi dörd dəfə pul götürmüşdür. Hər dəfə də 400-500 manat pul olmuşdur. Təqsirləndirilən şəxs1la Moskvaya müalicəyə gedən zaman tanış olmuşdur. Təqsirləndirilən şəxs1 ona orada iş tapmağa və yaşamaq üçün ev tapmağa köməklik etmişdir. O, hər dəfə Vidadidən 400-500 manat pulu götürüb Əli bəyə çatdırmışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs5 bildirdi ki, Saleh Rüstəmli ona Vidadidə pul olduğunu və həmin pulu götürüb Əli bəyə çatdırmasını demişdir. O da, Vidadidən pulu götürüb Əli bəyə çatdırmışdır. Pulu verəndən sonra Təqsirləndirilən şəxs1 zəng edib pulu verdiyini demişdir. Pulu Vidadidən sayıb götürmüşdür. O, Rusiyada həm müalicə almış, həm də işləmişdir. Təqsirləndirilən şəxs1 Moskva şəhərində ayaqqabı dükanı olmuşdur. Söhbət əsnasında Təqsirləndirilən şəxs1 özünün də borcları olduğunu demişdir. Təqsirləndirilən şəxs1 400.000-500.000 pul verməyə maddi imkanı olmamışdır. Aqilin Vidadidən pul götürməsindən məlumatı olmamış, verilən puldan özünə götürməmişdir. Birinci dəfə pulu Vidadidən Nəsimi metrostansiyasının yanında, qalanını isə 3-cü mikrorayon dairəsində götürmüşdür. Vidadi yanına gətirilən zaman ondan baş hərəkətləri ilə nə olduğunu soruşmuş, Vidadi isə yaxşı olduğunu desə də, əslində onun vəziyyətinin yaxşı olmadığı görünmüşdür. Əvvəlcədən onun vəkili olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imza etmişdir. Məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaqı zamanı verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Təqsirləndirilən şəxs5 istintaqa verdiyi ifadələri elan və tədqiq edildi. Həmin ifadələrində o, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 8 ünvanında yaşayır, 2012-ci ildə Saatlı şəhər, 2 nömrəli orta məktəbin 11-ci sinfini bitirmiş, 2012-2016-cı illərdə Azərbaycan Texniki Universitetinin avtomatika və kompyuter texnikası fakültəsində təhsil almışdır. Saatlı rayon məhkəməsinin 11 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə şərti cəzaya məhkum olunmuşdur. 2013-cü ilin oktyabr ayından Azərbaycan X112 üzvüdür, 2016-cı ilin mart ayında həmin partiyanın Gənclər Komitəsinin Ali Məclisinin sədri seçilmişdir və hazırda da fəaliyyətini davam etdirir. Gənclər Komitəsinin Ali Məclisinin sədri kimi onun vəzifəsi partiyanın Gənclər komitəsinə yeni üzvləri qəbul etmək, AXCP-nin rayon və şəhər Gənclər komitəsinin sədrləri ilə təşkilati işlər aparmaq, razılaşdırılmış aksiyaları virtual təşkil etməkdən ibarətdir. Azərbaycan X112 sədri Əli Kərimlidir. Onunla qohumluq əlaqəsi yoxdur, Əli Kərimli ilə eləcə də partiyanın digər rəhbər şəxsləri ilə aralarında heç vaxt düşmənçilik və ya ədavət olmayıb. Təqsirləndirilən şəxs1 2016-cı ilin sentyabr ayından tanıyır, o, 1992-ci ildə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş, həmin müddətdə onun AXCP-nin sədri Əli Kərimli ilə yaxın münasibətləri yaranmış və indiyə kimi qalmışdır. İsveçdə yaşayan azərbaycanlı, Azərbaycan X112 üzvü Elnur Sadıqovun təklifi ilə 30 sentyabr 2016-cı il tarixdə Moskva şəhərinə getmişdir, Elnur Sadıqovla onu əlaqələndirən AXCP-nin sədri Əli Kərimli olmuşdur. Elnur Sadıqov «Facebook» sosial şəbəkəsində dostluğunda olmuş, Əli Kərimlinin vasitəsilə onunla əlaqə yaratmış və Moskva şəhərinə getməyini təklif etmişdir. Moskvada ayaqqabı satışı ilə məşğul olan Təqsirləndirilən şəxs1la görüşmüş, Saleh ona kirayəyə ev və iş yeri tapmaqda köməklik etmişdir. 7 ay ərzində, yəni 2017-ci ilin aprel ayına qədər Moskva şəhərində yaşamış və «Svetnoy bulvar» metrostansiyanın yaxınlığında yerləşən azərbaycanlılara məxsus, adını unutduğu kafedə ofisiant işləmişdir. Azərbaycana gəldikdən sonra da Təqsirləndirilən şəxs1la əlaqəsini kəsməmiş, onunla «WhatsApp» proqramı vasitəsilə zəngləşib danışmışdır. 2017-ci ilin yay fəslində Təqsirləndirilən şəxs1 ona «WhatsApp» proqramı vasitəsilə zəng edib öz qardaşı oğlu Təqsirləndirilən şəxs2 pul olduğunu, həmin pulu götürüb AXCP-nin sədri Əli Kərimliyə çadtırmağını ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs1 özü ona demişdir ki, Vidadi ilə «WhatsApp» proqramı vasitəsilə əlaqə saxlasın, çünki bu vasitə daha təhlükəsizdir. Saleh müəllim Vidadinin istifadəsində olan xatırlamadığı mobil nömrəni «WhatsApp» proqramı vasitəsilə ona göndərmiş və Təqsirləndirilən şəxs2 ilə həmin proqram vasitəsilə əlaqə yaradıb Bakı şəhərində, metronun Nəsimi stansiyasının qarşısında görüşmüşdür. Həmin vaxt Vidadi ona bağlı zərf vermiş, içərisində pul olduğunu və həmin pulun Azərbaycan X112 sədri Əli Kərimliyə verilməsi üçün Təqsirləndirilən şəxs1 tərəfindən göndərildiyini bildirmişdir. Həmin vaxt zərfin içərisində hansı məbləğdə pulun olduğunu bilməmişdir, pulu aldıqdan sonra «WhatsApp» proqramı vasitəsilə Təqsirləndirilən şəxs1 zəng edib bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs1 isə ona bildirmişdir ki, «Mən Əli bəylə danışmışam, evdə səni gözləyir, apar pulu ver ona». Bundan sonra Əli Kərimlinin yaşadığı ünvana gedərək pulu ona vermişdir. Azərbaycan X112 fəaliyyət göstərdiyi inzibati bina olmadığı üçün bir neçə dəfə partiyanın məsələləri ilə bağlı Əli Kərimlinin yaşadığı evdə olmuş, ona görə də onun yaşadığı evi tanıyır, Əli Kərimlinin yaşadığı ev Bakı şəhərində, Qış parkının yaxınlığında yerləşir. İkinci dəfə dəqiq tarixini xatırlamadığı vaxtda «WhatsApp» proqramı vasitəsilə Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayıb onunla Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon dairəsinin yaxınlığında görüşərək Təqsirləndirilən şəxs1 yenə də Əli Kərimli üçün göndərdiyi pulu Vidadidən götürərək Əli Kərimlinin yaşadığı evə aparmaqla təklikdə onun özünə təqdim etmişdir. Əli Kərimliyə verdiyi pulun məbləğindən məlumatı olmamışdır, istər Təqsirləndirilən şəxs1, istər Təqsirləndirilən şəxs2 və istərsə də Əli Kərimli göndərilən və qəbul edilən pulların məbləği barədə ona məlumat verməyiblər. Saleh müəllimdən pulların təyinatı barədə soruşduqda o, həmin pulların partiyanın təşkilati işlərinə və razılaşdırılmış mitinqlər və aksiyalarda texniki məsələlərin xərcləri üçün sərf olunduğunu bildirmişdir. Bildiyinə görə Təqsirləndirilən şəxs1 həmin pulları qara bazarla qardaşı oğlu Təqsirləndirilən şəxs2 göndərmişdir. Bundan sonra ayda 1 dəfə Təqsirləndirilən şəxs1 tapşırığı ilə onun qardaşı oğlu Vidadidən onun göndərdiyi pulları götürüb Əli Kərimlinin yaşadığı evə aparmaqla onun özünə təqdim etmiş, sonuncu dəfə 2018-ci ilin yanvar və ya fevral ayında Təqsirləndirilən şəxs1 tapşırığı ilə onun Əli Kərimliyə göndərdiyi bağlı zərfdə olan pulu Vidadidən götürüb Əli Kərimlinin yaşadığı evə aparmaqla təklikdə onun özünə təqdim etmişdir. Məhkəmə iclasında dindirilən Şahid14 ifadəsində bildirdi ki, təxminən 25 ildir Rusiya Federasiyasının Sank-Peterburq şəhərində yaşayır və orada kafe işlədir. Bir gün kafedə olarkən əvvəllər tanıdığı Zaur adlı şəxs və onun yanında olan tanımadığı, lakin sonradan adının Təqsirləndirilən şəxs3 olduğunu bildiyi şəxs kafeyə daxil olmuşlar. Söhbət əsnasında Aqil AXCP-nın üzvü olduğunu, vəziyyətlərinin yaxşı olmadığını, maddi vəsaitlərinin olmadığını, siyasi məhbusların ailələrinə kömək lazım olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslər çıxıb getmiş və 3-4 gün sonra yenə gəlmişlər. Söhbət zamanı həmin şəxslər onan da yardım etmək üçün pul istəmişlər. O, həmin şəxslərə 15.000 rubl pul Bakıdakı hesaba köçürmək istədikdə Aqil narazılıq etmiş, Aqil pulu nağd götürmək istəmişdir. O, pulu nağd verməyəcəyini bildirdikdə Aqil "Sberbank" bankında olan bir hesab vermiş və o, pulu həmin hesaba göndərmişdir. Sonradan həmin hesabın Təqsirləndirilən şəxs3 X140nın adına olduğunu bilmişdir. Təxminən 2018-ci ilin may-iyun aylarında Təqsirləndirilən şəxs3 və digər AXCP üzvlərinin həbs edildiklərini öyrənmişdir. Verilən sualları cavablandıran Şahid14 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, cəmi bir dəfə yardım etmiş, tanıdığı digər şəxslərin isə ödəniş etmələri barədə məlumatı yoxdur. Əvvəllər başqa siyasi partiyalara pul köçürməmişdir. Zauru kafeyə gəlib-gedərkən görüb tanımışdir. Aqil vəziyyətin çətin olduğunu, dolana bilmədiklərini bildirib, ondan kömək etməsini istəmişdir. Aqil əvvəlcə pulu ondan nağd götürmək istəmişdir. O, pulu könüllü vermişdir. Aqil ondan AXCP-nın kasıb üzvlərinə kömək etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 tanımır. Həmin pulun Azərbaycana nə yolla gətirildiyini bilmir. Onu Baş prokurorluq tərəfindən zəng edib istintaqa dəvət etmişlər və gedib ifadə vermişdir. Həmin vaxt verdiyi 15.000 rubl təxminən 225 ABŞ dolları təşkil etmişdir. Məhkəmə iclasında Şahid14 cinayət işinin ibtidai istiontaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, 1992-ci ilin may ayında Rusiya Federasiyasının Sankt Peterburq şəhərində yaşayan dayısı oğlu İlqarın yanına işləmək üçün getmək qərarına gəlmişdir. Rusiyaya gəldikdən sonra müxtəlif yerlərdə fəhlə kimi işləmiş, bir müddətdən sonra özünə kiçik bir mağaza alıb orada siqaret satmağa başlamışdır. 1992-ci ildə Rusiya Federasiyasına gedən kimi orada Rusiya vətəndaşlığını almışdır. Azərbaycan Respublikası vətəndaşlığı yoxdur. Hal-hazırda Sankt Peterburq şəhərində icarəyə götürdüyü mağazada qida məhsulları satmaqla ailəsini dolandırır. Rusiya Federasiyasının “Sberbank” və “Tinkoff” banklarında şəxsi bank hesabları mövcuddur. 2016-2017-ci illərdə Sankt-Peterburq şəhəri Kanal Qriboyedova küçəsində yeməkxana işlətmişdir. İşlətdiyi yeməkxanaya tez-tez Azərbaycanın Sabirabad və ya Kürdəmir rayonundan olan Zaur adlı şəxs gəlib-getmişdir. Həmin şəxsi işlətdiyi yeməkxanaya gedib-gələrkən tanımışdır. Təxminən 2018-ci ilin yanvar ayının əvvəllərində Zaur yanında tanımadığı bir şəxslə onun kafesinə gəlmiş, yanındakı şəxsin AXCP-nin rəyasət heyətinin üzvü Təqsirləndirilən şəxs3 olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 söhbət əsnasında AXCP-nin fəaliyyətindən, keçiriləcək mitinqlərdən danışmış, partiya üzvü olan və olmayan bütün şəxslərdən maddi yardım topladıqlarını danışmışdır. Bir qədər söhbət etdikdən sonra onlar kafeni tərk etmişlər. Həmin vaxt Aqil ondan heç bir maddi kömək istəməmişdir. Bir neçə gün sonra Zaur yenidən Təqsirləndirilən şəxs3la işlətdiyi kafeyə gəlmişlər. Aqil söhbət zamanı Azərbaycanda müxalifətin vəziyyətinin pis olduğunu, maddi təminatlarının olmadığını, bu səbəbdən də mitinq keçirə bilmədiklərini bildirmişdir. Həmçinin əlavə etmişdir ki, ona verəcəyi pul maddi yardım kimi partiya üzvlərinin ailələrinə kömək məqsədilə istifadə ediləcəkdir. Həmçinin qeyd olunan pulun toplanmasının partiya sədri Əli Kərimlinin məlumatı əsasında icra etdiyini bildirmişdir. Daha sonra Rusiyada yaşayan bir neçə şəxsin onlara mütəmadi olaraq maddi yardım etdiyini və həmin pulların da qeyri-leqal yollarla Azərbaycana göndərildiyini demişdir. O, hal-hazırda üzərində pulu olmadığını bildirərək partiya üzvü olan şəxslərə edəcəyi yardımın onların Azərbaycandakı bank hesablarına “online” formada göndərməyi təklif etmişdir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs3 etirazını bildirmiş və pulun ona verilməli olduğunu demişdir. Bunun səbəbini soruşduqda Aqil bildirmişdir ki, Azərbaycana göndərilən pul vəsaitləri nəzarətdə olduğu üçün pulu onlar qeyri-leqal yollarla Azərbaycana göndərirlər. Aqil bir daha bildirmişdir ki, pul əsasən AXCP-nin mitinqlərində texniki vasitələrin alınmasına xərclənəcək və həmin pullar əsasən Əli Kərimlidə toplanacaqdır. Pulun pis məqsədlər üçün istifadə ediləcəyindən qorxduğu üçün pulu yalnız bank hesabına köçürəcəyini bildirmişdir. Bundan sonra Aqil onunla razılaşmış və anasının "Rusiyanın “Sberbank” bankında hesabının olduğunu, istədiyi pulu ora göndərə biləcəyini demişdir. Telefonunda olan proqram vasitəsilə özünün “Sberbank” bankında olan hesabına daxil olaraq Aqilin verdiyi bank hesabına 15.000 (on beş min) rubl məbləğində pul köçürmüşdür. Daha sonra köçürülən hesabın Aqilin X140nın bank hesabı olmasını müəyyən etmişdir. Aqil pulun hesaba oturduğunu və həmin məbləği qeyri-qanuni yollarla birtəhər Azərbaycanda yaşayan partiya üzvlərinə çatdıracağıını bildirmişdir. Lakin onun pulu hansı üsullarla Azərbaycana göndərməsi barədə məlumatı yoxdur. Bundan bir müddət sonra Rusiyada yaşayan azərbaycanlılardan Gədəbəy rayonunun əvvəllər icra başçısı işləmiş, Rusiya Federasiyasında yaşayan, milliyətcə azərbaycanlı olan Təqsirləndirilən şəxs1 adlı şəxsin Rusiya Federasiyasında yaşayan azərbaycanlılardan pul toplayıb AXCP-yə və Əli Kərimliyə göndərməsi barədə xəbər tutmuşdur. Həmin Təqsirləndirilən şəxs1 tanımır və onunla hər hansı münasibəti və ya əlaqələri olmamışdır. Həmçinin söhbət zamanı məlum olmuşdur ki, RF-də yaşayan azərbaycanlılardan pulların toplanılıb qanunsuz yolla AXCPnin fəaliyyətinə dəstək olmaq üçün göndərilməsini təşkil edən şəxs elə Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 adlı şəxslər olmuşdur. Həmçinin bildirmişdir ki, özü şəxsən Təqsirləndirilən şəxs1 heç vaxt, heç yerdə və heç kimin vasitəsi ilə hər hansı miqdarda pul verməmiş və həmin şəxsin də Azərbaycana göndərdiyi pulları hansı şəraitdə, hansı yollarla, kimlərlə və necə, nə vaxt göndərməsi barədə hər hansı məlumatı yoxdur. Bundan başqa Aqilin xahişi ilə başqa ölkələrə pul göndərməmişdir. Təqsirləndirilən şəxs3 yalnız bir dəfə 15.000 rubl məbləğində pul verib və Adilə Məhərrəmovanın adına olan “Sberbank” hesabına göndərmişdir. Həmin pulun siyasi məhbus ailələrinə yardım göstəriləcəyini bildirdiyi üçün savab qazanmaq məqsədilə vermişdir. Lakin həmin pulun hansı məqsədlərə istifadə edildiyini bilmir. Qeyd olunan pulu verməkdə məqsədi ehtiyacı olan ailələrə kömək etmək olmuşdur. Bunun qarşılığında heç bir üstünlük əldə etmək niyyəti olmamış, bu barədə ona heç bir vəd verilməmişdir (cild 10, iş vərəqi 122-126). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid14 həmin ifadəni təsdiq etdiyini, ola bilər ki, məhkəmədə ifadə verərkən bəzi detalları unutduğunu, Aqilin pulu Azərbaycana qeyri-qanuni yolla aparacağını dediyini, pulu Aqilin verdiyi nömrəyə köçürdüyünü, Aqil tutulandan sonra Təqsirləndirilən şəxs1 qeyri-qanuni yollarla Azərbaycana pullar göndərdiyini eşitdiyini, Salehlə bağlı mətbuatdan məlumat aldığını bildirdi. Məhkəmə iclasında dindirilən Şahid13 ifadəsində bildirdi ki, atası 2005-ci ildən Moskva şəhərində işləyir. 2013-cü ildə atasının təklifi ilə işləmək üçün onun yanına getmiş və restoranda aşpaz işləmişdir. Aya təxminən 6000 rubl pul qazanmışdır. Əvvəllər 3-4 aydan bir Azərbaycana anasının yanına gəlib bir müddət qalmış, iş olanda müxtəlif yerlərdə işləmişdir. Bir müddət qalandan sonra isə yenidən atasının yanına qayıtmışdır. İlk dəfə Moskva şəhərinə Gəncə şəhərindən avtomaşınla Gürcüstandan keçməklə getmiş, 2018-ci ilin iyul ayına qədər Moskva şəhərinə gedib və geri qayıtmışdır. “Facebook” sosial şəbəkəsində “Şahid13” adı ilə qeydiyyatdan keçmişdir. Qeyd edilən hadisələr baş verdikdən sonra istintaq tərəfindən şübhələnilib tutulmamağı üçün facebook səhifəsini silmişdir. Azərbaycan Respublikası vətəndaşıdır, Rusiya Federasiyasında adına “Sberbank”da hesab kartı var, Azərbaycanda isə yoxdur. 2017-ci ildə sonuncu dəfə Moskva şəhərinə gedərkən “facebook” sosial şəbəkəsindən istifadə edərkən tarixini xatırlamadığı vaxtda həmin sosial şəbəkədə “X208” adlı istifadəçi ilə dostlaşmışdır. Həmin istifadəçinin səhifəsinə baxdıqda əsasən AXCP-nin fəaliyyəti, Əli Kərimlinin çıxışlarını görmüş, həm AXCP, həm də Əli Kərimliyə böyük rəğbət bəslədiyindən “X208” adlı istifadəçiyə dostluq göndərmiş, o da, qəbul etmişdir. Həmin istifadəçi ona AXCP fəaliyyətindən, keçiriləcək mitinqlərdən danışmış, xüsusən də həbs olunan partiya üzvlərinin ailələrinə maddi yardım göstərdiklərini, buna görə də partiya üzvü olan və olmayan bütün şəxslərdən maddi yardım topladıqlarını danışmışdır. Bir neçə dəfə Aqil ondan da həmin şəxslərə yardım etmək üçün pul istəmiş, lakin ilkin ərəfələrdə bundan imtina etsə də, daha sonra ona pul göndərməyi qəbul etmişdir. Buna görə 2018-ci ilin may ayında Aqil Məhərrəmli ilə sosial şəbəkədə əlaqə saxlayarkən ondan özünün istifadəsində olan “Whatsapp” proqramına aid mobil telefon nömrəsini göndərməsini və bir qədər də həmin proqram vasitəsi ilə danışmağı təklif etmişdir. Aqil ilə hərdən “facebook”, hərdən isə “Whatsapp” sosial şəbəkələri vasitəsi ilə danışmağa başlamışlar. Həmin ərəfələrdə Aqilə bildirmişdir ki, 3000 rubl pulu var, onu göndərə bilər və həmin pulu hara göndərəcəyini, həmin pulun necə və hara xərclənəcəyini soruşmüşdur. Aqil isə ona bank hesabı kodunu göndərib bildirmişdir ki, pulu həmin hesaba göndər, pul əsasən AXCP-nin mitinqlərində texniki vasitələrin alınmasına xərclənəcək və həmin pullar əsasən Əli Kərimlidə toplanacaqdır. Əli Kərimli ilə şəxsi olaraq tanışlığı olmasa da, «youtube» sosial şəbəkəsində onun danışıqlarına və keçirdiyi mitinqlərə baxmışdır. 2018-ci ilin, səhv etmirsə, may ayının 28-də o, 3000 rubl pulu Moskva şəhərində yerləşən “Sberbank” vasitəsi ilə Aqilin ona göndərdiyi bank hesabına göndərmişdir. Bundan sonra bir neçə dəfə Aqil ilə “facebook” və “Whatsapp” sosial şəbəkələri ilə əlaqə saxlayıb göndəırdiyi pulun çatıb-çatmadığını soruşmuşdur. Aqil isə pulun çatdığını deyərək təşəkkürünü bildirmişdir. Bundan sonra Aqillə əlaqə saxlamamışdır. Aqil həbs edildikdən təxminən 3-4 gün sonra “facebook” səhifəsində yayımlanan məlumat və xəbərlərdən bu barədə xəbər tutmuşdur. Bundan sonra bir müddət “facebook” sosial şəbəkəsində xəbərlərə baxarkən Gədəbəy rayonunun əvvəllər icra başçısı işləmiş, Rusiya Federasiyasında yaşayan, milliyətcə azərbaycanlı olan Təqsirləndirilən şəxs1 adlı şəxsin Rusiya Federasiyasında yaşayan azərbaycanlılardan pul toplayıb AXCP və Əli Kərimliyə göndərməsi barədə xəbər tutmuşdur. Həmin Təqsirləndirilən şəxs1 tanımır və onunla hər hansı münasibəti və ya əlaqələri olmamışdır. Xəbərləri oxuduqdan sonra ona məlum olmuşdur ki, bu işi təşki ledən şəxs elə Təqsirləndirilən şəxs1 özü olmuşdur. Təqsirləndirilən şəxs1 heç vaxt, heç yerdə və heç kimin vasitəsi ilə hər hansı miqdarda pul verməmişdir və həmin şəxsin də Azərbaycana göndərdiyi pulları hansı şəraitdə, hansı yollarla, kimlərlə və necə, nə vaxt göndərməsi barədə hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirdi ki, təxminən 2016-cı ilin sonlarından ABŞ dollarının bank əməliyyatı olmadan köçürülməsi işi ilə məşğuldur. Bu məqsədlə dayısı Şahid6 Rusiyadan ona müxtəlif şəxslər vasitəsilə göndərdiyi pulları Bakıda qəbul edir, həmin pulları Natiqin bildirdiyi şəxslərə verir. Pul verəcəyi şəxslərin anket məlumatları ona Natiq tərəfindən əvvəlcədən vatsapla göndərilir və pulu götürəcək şəxsin şəxsiyyət vəsiqəsinə baxıb dəqiqləşdirdikdən sonra deyilən məbləği həmin şəxsə verir. Bank əməliyyatı olmadan pulun verilməsi üçün əsasən Bakı şəhəri Babək prospektində yerləşən «Monte Karlo» şadlıq evinin qarşısında dayanır. Pulları özündə və idarə etdiyi «Hyundaı Sonata» markalı avtomaşında saxlayır və müştərilər gəldikcə pulları maşından götürərək onlara verir. Etdiyi xidmətə görə aylıq 500-800 manat qazancı olur. Qanunsuz göndərilən pul vəsaitlərini ondan qəbul edən şəxslərdən biri də Təqsirləndirilən şəxs2 olmuşdur. Həmin şəxsin anket məlumatları da Natiq tərəfindən ona göndərilmiş və şəxsiyyəti dəqiqləşdirildikdən sonra pulları ona vermişdir. Təqsirləndirilən şəxs2 anket məlumatları 23 dekabr 2016-cı il tarixdə vatsap proqramı vasitəsi ilə istifadə etdiyi ***-***- **-** nömrəsinə ötürülmüşdür. Həmin vaxtı Natiq ona Təqsirləndirilən şəxs2 4.000 ABŞ dolları pulu verməyini bildirmişdir. Bu barədə məlumat gəldikdən sonra həmin tarixdə əvvəldən tanımadığı ***-***-**-** nömrədən onun istifadəsində olan ***-***-**-** nömrəsinə vatsapla zəng olunmuş, həmin nömrədən zəng edən şəxs adının Vidadi olduğunu və onun adına pul göndərildiyi barədə məlumat verdikdə ona pulu götürə biləcəyini bildirmişdir. Həmin Vidadi onun olduğu yerə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra onun şəxsiyyətini vatsap proqramı vasitəsi ilə göndərilmiş şəxsin anket məlumatları ilə dəqiqləşdirib eyni şəxs olmasını bilmiş, sonra idarə etdiyi «Hyundaı Sonata» markalı ** OF *** nömrə nişanlı avtomaşının salonunda saxladığı Natiq tərəfindən həmin Vidadi adlı şəxsə çatdırılması üçün göndərilmiş 4.000 ABŞ dolları pulu ona vermişdir. Həmin vaxt Vidadinin ondan 4.000 ABŞ dolları pul götürməsinə dair adından qəbz yazdıraraq ehtiyat olaraq götürmüşdür. Bundan sonra həmin Təqsirləndirilən şəxs2 vatsap proqramı vasitəsi ilə və arabir zəng eləməklə əlaqə saxlayıb onun adına Rusiyadan göndərilmiş 3.000-4.000 ABŞ dolları pulu ondan həmişə olduğu kimi Bakı şəhəri Babək propektində yerləşən «Monte Karlo» şadlıq evinin qarşısında götürmüşdür. 23 may 2017-ci il tarixdə də Təqsirləndirilən şəxs2 anket məlumatları Natiq tərəfindən vatsap proqramı vasitəsi ilə ona göndərilmiş və Təqsirləndirilən şəxs2 175.500 ABŞ dolları pulu verməyini bildirmişdir. 24 may 2017-ci il tarixdə ***-***-**-** nömrədən onun ***-***-**-** nömrəsinə vatsapla zəng olunmuş, Təqsirləndirilən şəxs2 yenə də Bakı şəhəri Babək prospektində yerləşən «Monte Karlo» şadlıq evinin qarşısına gələrək ondan 175.500 ABŞ dolları pulu götürmüşdür. Həmin vaxtı göndərilmiş pulun məbləği çox olduğundan Vidadinin 175.000 ABŞ dolları pul götürməsinə dair adından qəbz yazdıraraq özü üçün ehtiyat olaraq götürmüşdür. Təqsirləndirilən şəxs2 bundan sonrakı müddətdə, 2018-ci ilin mart ayı da daxil olmaqla ayda bir dəfə onun adına Rusiyadan göndərilmiş 3.000-4.000 ABŞ dolları pulu həmişəki kimi Bakı şəhəri Babək propektində yerləşən «Monte Karlo» şadlıq evinin qarşısından gəlib götürmüşdür. 07.01.2017-ci il və 04.02.2017-ci il tarixlərdə Vidadinin ondan 4.000 ABŞ dolları pul götürməsinə dair adından qəbz yazdıraraq özü üçün ehtiyat olaraq götürmüşdür. Bundan başqa Vidadinin ondan müxtəlif tarixlərdə pul almasına dair digər qəbzləri də olmuşdur, lakin həmin qəbzlər itdiyindən onları təqdim edə bilmir, özündə olan qəbzləri isə təqdim edir. Verilən sualları cavablandıran Şahid2 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, pulları əsasən öz maşınında vermişdir. Vidadiyə pulu verəndə ondan şəxsiyyət vəsiqəsini tələb etmiş, sonra ondan aldığı pula dair qəbz yazdırmışdır. Aldığı qəbzlərin onda qalanlarını istintaq orqanına təqdim etmişdir. Vidadigilin hakimiyyətə qarşı işlər apardıqlarını sosial şəbəkələrdən görüb eşitmişdir. Qanunsuz fəaliyyət göstərməyi barədə əvvəlcədən məlumatı olmasa da, sonradan bilmişdir. Göndərilən pulların çatdırılmasına görə aylıq 500-800 manat maaş almışdır. Qəbzləri pulu alan şəxslərin özləri yazmışdır. O, pulları tanımadığı şəxslərdən almış, Vidadidən başqa digər şəxslərə də pul vermişdir. Başqa şəxslərə pul verəndə də qəbz almışdır. Lakin artıq bu işlərlə məşğul olmadığı üçün həmin qəbzləri atmış, ona lazım olmayan qəbzləri saxlamamışdır. Özündə olan qəbzləri istintaqa təqdim etmiş, qalan qəbzlər tələb olunmadığı üçün tullamışdır. Aldığı qəbzlər müxtəlif kağızlarda olmuş, onları dəqiq xatırlamır. Aldığı qəbzlərin şəkillərini kiməsə göndərməmişdir. Aldığı 200.000 manatın 175.000 manatını Vidadiyə vermişdir. Məhkəmə iclasında dindirilən Şahid18 sərbəst ifadəsində, həmçinin suallara cavab olaraq bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, təqsirləndirilən şəxsləri tanımır. 2018-ci ilin yanvar ayında Moskvada olarkən evinə bazarlıq edən zaman orada yaşayan azərbaycanlı uşaqlar ona yaxınlaşaraq Rusiyada adam öldürməyə görə məhkum olunmuş azərbaycanlı Orxan Zeynallıya yardım etmək üçün pul yığdıqlarını, onun da yardım etməyini xahiş etmişlər. O, həmin şəxslərin dediklərini fikirləşəndən sonra bank hesabına 5.000 rubl pul köçürmüşdür. Ondan Əlibala adlı şəxs yardım etmək barədə xahiş etmiş, hesab nömrəsini ona Əlibala vermiş, lakin pulu o, özü deyil, oğlu göndərmişdir. Pulu köçürəndən təxminən 5-6 ay sonra verdikləri pulların başqa məqsədlərlə istifadə edildiyini, yəni həmin pulların müxalifətin mitinqlər təşkil etməsi üçün istifadə olunduğunu bilmişdir. O, pulu könüllü vermişdir. O, Rusiyada müstəntiq tərəfindən dindirilmişdir. Məhkəmə iclasında dindirilən Şahid9 ifadəsində bildirdi ki, AXCP-nın nəzarət-təftiş komissiyasının üzvüdür. Əvvəlki dövrlərdə AXCP-nin üzvü olan hər kəs partiyaya üzvlük haqqı kimi pul ödəmiş, lakin üzvlük haqqının nə qədər olduğu və kim tərəfindən toplanıldığı barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 qiyabi olaraq tanısa da, 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında reportaj hazırlayarkən ilk dəfə görmüş, Saleh özü ona yaxınlaşıb tanışlıq vermiş və onunla bircə dəfə ümumi söhbətləri olmuşdur. Salehin sözlərindən bilmişdir ki, Rusiya Federasiyasında yaşayır, əvvəllər isə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs1la nə şəxsi, nə də sosial şəbəkələrdə hər hansı münasibəti və ya ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs3 uzun müddətdir ki, AXCP-nin üzvü kimi tanıyır, mütəmadi münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs4 isə 2011-ci ildə 02 aprel hadisələri ilə bağlı həbs edilərkən tanımış, AXCP-nin üzvü olduğunu bilmiş, bundan sonra Təqsirləndirilən şəxs4la mütəmadi olaraq tədbirlərdə görüşmüşdür. Təqsirləndirilən şəxs5 da AXCP-nin üzvü kimi 2015-ci ildən tanımış, digərləri kimi onunla da tədbirlərdə görüşmüşdür. 2018-ci ilin mart ayında tanımadığı kök bir nəfərlə görüşmüş, həmin şəxsdən vebkamera və mikrofon almışdır. Belə ki, həmin ərəfədə Təqsirləndirilən şəxs1 Polşada yaşayan qardaşı oğlu Elturan Rüstəmli onun «facebook» səhifəsinə yazıb Əli Kərimlinin çıxışlarının niyə görə keyfiyyətsiz olduğunu soruşmuş, ona yəqin kameraların köhnə olmasını səbəb kimi demişdir. Bundan sonra Elturan ondan xahiş etmişdir ki, bir nəfər tanışı ilə vebkamera və mikrofon göndərəcəkdir, «Gənclik» metrostansiyasının yanında həmin şəxslə görüşüb əşyaları ondan alıb Əli Kərimliyə vermək lazımdır. 2018-ci ilin mart ayında adının Vidadi olduğunu bildiyi kök şəxslə «Gənclik» metrostansiyasının yanında görüşmüş, sonuncu ona vebkamera və mikrofon verib həmin əşyaları Elturanın göndərdiyini bildirmişdir. Həmin əşyalar xatırlamadığı müddətdə onda qalmış, daha sonra isə onları Əli Kərimliyə göndərmişdir. 2016-cı ildə Natiq Ədilovla «facebook»da danışarkən maddi vəziyyətinin pis olduğunu bildirmiş, ona görə də Natiq 100 manat pulu Aqildən almağı tapşırmış və o, 100 manatı Aqildən almışdır. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində bildirdi ki, 2016-cı ilin dekabr ayından ailəsini dolandırmaq üçün ABŞ dollarının bank əməliyyatı olmadan köçürülməsi işi ilə məşğul olur. Bunun üçün bacısının həyat yoldaşı X18 ona Rusiyadan göndərdiyi pulu Aslanın dediyi adamlardan qəbul etmiş, gün ərzində təxminən 15.000-20.000 ABŞ dollarını Aslan tərəfindən ona adları vatsap proqramı vasitəsilə göndərilən şəxslərə çatdırmışdır. Pulun verilməsi üçün o, əsasən 5 №-li şəhər xəstəxanasının qarşısında dayanır və pulu verəcəyi şəxslərlə həmin yerdə görüşür. Gördüyü işə görə aylıq 500 manat qazancı olur. Şahid3 ifadəsində həmçinin bildirdi ki, sonradan tanıdığı Təqsirləndirilən şəxs2 anket məlumatlarını da Aslan 29 may 2017-ci il tarixdə vatsap vasitəsi ilə onun istifadə etdiyi ***-***-**-** telefon nömrəsinə göndərmiş, Vidadiyə 36.925 ABŞ dolları pul verməyi tapşırmışdır. 30 may 2017-ci il tarixdə tanımadığı nömrədən ona zəng gəlmiş, həmin şəxs adının Vidadi olduğunu və onun adına pul göndərildiyini dedikdə, ona 5 №-li xəstəxananın qarşısına gəlib pulu götürə biləcəyini bildirmişdir. Vidadi həmin yerə gəlib şəxsiyyət vəsiqəsini verdikdən sonra o, 36.952 dollar pulu ona vermişdir. Həmin vaxt pulun məbləği çox olduğundan Vidadiyə qəbz yazdıraraq özü üçün ehtiyat olaraq götürmüşdür. Bundan sonra həmin Vidadi onunla əlaqə saxlayıb 2018-ci ilin aprel ayına qədər olan müddət ərzində ayda bir dəfə olmaqla onun adına Rusiyadan göndərilmiş 5.000 ABŞ dolları pulu həmişə olduğu kimi 5 №-li xəstəxananın qarşısından gəlib götürmüşdür. Təqsirləndirilən şəxs2 30 oktyabr 2017-ci il tarixdə ondan götürdüyü 8.000 ABŞ dolları pula aid də qəbz yazıb vermiş, o da, sonradan həmin qəbzləri istintaqa təqdim etmişdir. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, ailəsini dolandırmaq üçün ABŞ dollarının bank əməliyyatı olmadan köçürülməsi işi ilə məşğul olur. Onun atası X11 şəhərində yaşayır, ayaqqabı satışı ilə məşğuldur, həm də ABŞ dollarının bankdan kənar köçürülməsi ilə məşğul olur. Təxminən 3 ilə yaxın bu işi yerinə yetirmişdir. Atası Moskvadan ona zəng edərək müəyyən məbləğdə pulları özünün tanışı olmaqla Şəmkir şəhərində yaşayan Nəsib adlı şəxsdən götürməyi və müxtəlif şəxslərə verməyi tapşırmış, o da, bu şəkildə fəaliyyətini davam etdirmişdir. Həmin qaydada qanunsuz köçürmə yolu ilə pul verdiyi şəxslərdən biri də Təqsirləndirilən şəxs2 olmuşdur. Təqsirləndirilən şəxs2 atasının sözü ilə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə ABŞ dolları vermişdir. Belə ki, o, 2016-cı ilin mart ayından 2017-ci ilin sonlarınadək Təqsirləndirilən şəxs2 hər dəfə müxtəlif məbləğlərdə pullar vermişdir. Vidadiyə 2016-cı ilin mart ayından etibarən Gədəbəy rayonunda ayda bir dəfə, bəzən isə ayda iki dəfə olmaqla müxtəlif məbləğdə pullar vermişdir. Vidadi Gədəbəy rayonunun mərkəzində, o isə, rayonun Arıxdam kəndində yaşayır. Ona görə də bəzən Arıxdam kəndində, bəzən isə rayonun özündə Vidadi ilə görüşüb ona pullar vermişdir. Verdiyi məbləğ ən az 300-400 ABŞ dolları, ən çox isə 3.000- 4.000 ABŞ dolları olmuşdur. Yaxından tanımadığı şəxslərə hansı məbləğlərdə pul verməyi ilə bağlı özündə qeydiyyat kitabçası olmuş, lakin kitab köhnəlib yararsız hala düşdüyündən bəzi səhifələri itmişdir. Çox vaxt Vidadiyə verdiyi pullara dair ondan əlyazma almış, lakin onların çoxunu tapa bilməmişdir. Bununla belə, 12.01.2017-ci il tarixdə 3.000 ABŞ dolları, 05.02.2017-ci il tarixdə 3.000 ABŞ dolları və 05.06.2017-ci il tarixdə 3.000 ABŞ dolları verməyi ilə bağlı Təqsirləndirilən şəxs2 aldığı əlyazmalar onda qalmış və həmin qəbzləri o, istintaqa təqdim etmişdir. Məhkəmə iclasında dindirilən Şahid4 ifadəsində bildirdi ki, Moskva şəhərində yaşayan X100 ilə yaxın münasibətləri vardır və təxminən 3 ilə yaxın müddətdə Salmanın müxtəlif şəxslər vasitəsi ilə Rusiyadan Bakıya göndərdiyi pul vəsaitini qəbul edərək sonradan onun dediyi şəxslərə çatdırmışdır. Bu işə görə Salman hər ay ona 500 ABŞ dolları qazanc pul vermişdir. Yadındadır ki, Təqsirləndirilən şəxs2 adlı şəxs Salmanın göndərdiyi pullardan bir ildən artıq müddət ərzində, 2017-ci ilin yanvar ayından etibarən hər ay mütəmadi hər dəfə 8.000, 10.000 ABŞ dolları pul götürmüşdür. Vidadi özünün mobil nömrəsindən onun telefonuna zəng edərək çox hallarda Watsapp vasitəsi ilə danışmışdır. 16 may 2017-ci il tarixdə Vidadi ona zəng edib 50.000 ABŞ dolları pul götürmüşdür. Məbləğ bir qədər çox olduğu üçün bu dəqiq yadındadır, həm də 50.000 ABŞ dolları pulu götürməsinə dair ona yazıb verdiyi əlyazma qəbzi özündə saxlamışdır. Başqa vaxtlarda da Vidadiyə pul verən zaman ona qəbz yazdırmışdır. Həmin qəbzləri axtaran zaman əlavə iki dəfə - 8.000 və 10.000 ABŞ dolları pulları Vidadinin gəlib ondan alması barədə qəbzləri də tapmış, buna görə də Vidadinin öz xətti ilə yazıb verdiyi 24 mart, 16 may və 17 iyun 2017-ci il tarixli üç ədəd qəbzləri istintaqa təqdim etmişdir. Məhkəmə iclasında dindirilən Şahid6 ifadəsində bildirdi ki, 2005-ci ildən ticarət məqsədi ilə mütəmadi olaraq Rusiyaya gedib-gəlmiş, ayrı-ayrı şəxslərin Rusiyadan, əsasən də Moskva şəhərindən Azərbaycana pul göndərilməsi ilə bağlı müraciətləri əsasında həmin köçürmələri həyata keçirmişdir. Belə ki, ona müraciət edən şəxslərdən pulu Moskvada aldıqdan sonra, Vatsapp proqramı vasitəsilə pulun məbləği və alacaq şəxs barədə məlumatları Bakı şəhərində yaşayan qohumu Şahid2 göndərmiş və Tural həmin şəxslərlə görüşərək pulu vermişdir. 2016-cı ilin dekabr ayının sonlarında Moskva şəhərində «Moskva» topdansatış bazarında olarkən Gədəbəy rayonundan olan, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1 adlı şəxs ona yaxınlaşıb Bakıya 4000 ABŞ dolları məbləğində pul göndərmək istədiyini, pulu Bakıda qardaşı oğlu Təqsirləndirilən şəxs2 götürəcəyini bildirmişdir. Onunla razılaşaraq pulu ondan götürdükdən sonra Təqsirləndirilən şəxs2 anket məlumatlarını, Vatsapp nömrəsini qohumu Şahid2 göndərmiş, Vidadi Turalla Bakıda görüşərək 4000 ABŞ dollarını ondan götürmüşdür. Bundan sonra dəfələrlə qeyd olunan qaydada Təqsirləndirilən şəxs1 Moskvadan Bakıya hər dəfə bəzən 3000, bəzən isə 4000 ABŞ dolları göndərmişdir. 23 may 2017-ci il tarixdə isə Təqsirləndirilən şəxs1 onun vasitəsi ilə bir dəfəyə 175.000 ABŞ dolları məbləğində pul göndərmiş, həmin pulu da 24 may 2017-ci il tarixdə Təqsirləndirilən şəxs2 Bakıda Turaldan götürmüşdür. Ümumiyyətlə, 2016-cı ilin dekabr ayından başlayaraq 2018-ci ilin mart ayınadək Təqsirləndirilən şəxs1 onun vasitəsi ilə demək olar ki, ayda bir dəfə 3000- 4000 ABŞ dolları məbləğlərində pul göndərmişdir, lakin həmin pulların hansı məqsədlə göndərildiyi ona məlum olmamışdır. Məhkəmə iclasında dindirilən Şahid10 ifadəsində bildirdi ki, Azərbaycan xalq cəbhəsi yaradıldığı 1989-cu ildən onun sıralarına daxil olmuş, 1994-cü ildən «Azadlıq» qəzetində işləyir. 2012-ci ildən AXCP-in Rəyasət Heyətinin üzvüdür. Təqsirləndirilən şəxs3 partiyanın Rəyasət Heyətinin üzvü kimi, Təqsirləndirilən şəxs4 rayon təşkilatının sədri kimi, Təqsirləndirilən şəxs5 Gənclər komitəsinin üzvü kimi tanımış, onlarla tanışlığı AXCP-dəki birgə fəaliyyəti ilə bağlı olmuşdur. Həmin şəxslərdən yalnız Təqsirləndirilən şəxs3 ona bir dəfə xatırlamadığı tarixdə 200 manat məbləğində pul vermişdir. O, həmin pulun mənbəyini bilməmişdir. Həmin pulu partiyanın həbsdə olan üzvlərinə və onların ailə üzvlərinə maddi yardım göstərilməsinə sərf etmişdir. Bundan başqa, tarixini dəqiq xatırlamasa da, Təqsirləndirilən şəxs3 tərəfindən partiyanın həbsdə olan üzvlərinə maddi yardım göstərilməsi məqsədilə ona yenə də bir dəfə 200 manat pul verilmiş, həmin pulu da partiyanın həbsdə olan üzvlərinə maddi yardım göstərilməsinə xərcləmişdir. Məhkəmə iclasında dindirilən Şahid8 ifadəsində bildirdi ki, yarandığı tarixdən Azərbaycan X112 üzvüdür, Nəsimi rayon təşkilatının sədridir. O, partiya üzvlərindən pullar toplayıb cəza çəkən məhbuslara və onların ailə üzvlərinə çatdırmaq işi ilə də məşğuldur. Hər bir üzv özünün imkanı çatdığı qədər 2, 3 və ya 5 manat məbləğində pul verir. Bununla bağlı sənədləşmə aparılmır və ondan hesabat tələb olunmur. Təqsirləndirilən şəxs1 tanıyır, lakin onunla heç bir münasibətləri yoxdur, onun partiya rəhbərliyinə hər hansı məbləğdə pul göndərməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 tanımır, Təqsirləndirilən şəxs3 2 ildir ki, tanıyır, ona hər hansı məbləğdə pul verməmişdir, lakin Aqil inzibati həbsdə olarkən yanına bazarlıq edib aparmışdır. Məhkəmə iclasında dindirilən Şahid11 ifadəsində bildirdi ki, «Nida» adlı qurumun üzvüdür, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 tanımır, onlarla heç bir əlaqəsi, tanışlığı olmamışdır. Təqsirləndirilən şəxs1 barədə yalnız hərbi xidmətdən qayıtdıqdan sonra sosial şəbəkələrdə yazılan xəbərlərdən məlumat almışdır və onun həbs edildiyini bilir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Natiq Ədilovu birgə siyasi fəaliyyətləri zamanı tanımışdır. Onlar AXCP-nin üzvləridir və onlarla keçirilən tədbirlərdə tanış olmuşdur, aralarında normal münasibətlər vardır. X150 və X24 isə ümumiyyətlə tanımır. Təqsirləndirilən şəxs3 2016-cı ildə ona 200 manat pul verməsini xatırlamasa da, bunu istisna etmir. Bu pulun təyinatına gəldikdə isə, həmin pul həbsdə olan həmfikirlərinə yardım göstərilməsinə, onlara bazarlıq edilməsinə xərclənmişdir. Uzun müddət keçdiyindən bu halı xatırlaya bilmir. Məhkəmə iclasında dindirilən Şahid12 ifadəsində bildirdi ki, 2007-ci ildən «Binə» ticarət mərkəzində, qardaşı Asim Bayramova məxsus kişi şalvar-köynəklərinin satıldığı, 4cü sırada yerləşən «Bayramoğulları» adlı mağazada satıcı işləyir. Malları əsasən Çin Xalq Respublikasından gətirirlər. X101rdaşı Asim gedib-gəlir. «Binə» ticarət mərkəzində ticarətlə məşğul olan Yusif adlı şəxsi tanyır. Yusifin mağazasında qadın geyimləri və paltarları satılır. Yusif səhv etmirsə, Azərbaycan X112 üzvüdür. Yusifin dostu olan Təqsirləndirilən şəxs3 da Yusifin vasitəsilə tanımışdır. Belə ki, ilk dəfə Yusif ondan xahiş etmişdir ki, onu və bir nəfər dostunu Cəlilabad rayonunda keçirilən onların dostunun ya anasının, ya da atasının hüzr mərasiminə aparsın. Yusifin dostu Aqil «Binə» ticarət mərkəzinə gəlmişdir və oradan onun avtomaşını ilə Cəlilabada getmişlər. Aqillə ilk tanışlığı həmin vaxt olubdur, aralarında münasibət yarandığından Aqillə bir-birilərinə telefon nömrələrini vermişlər. Aqillə bundan sonra yenə də 2-3 dəfə Bakı şəhərində görüşmüşdür. Bu ilin aprel ayının əvvəllərində Aqil ona telefonla zəng edib, həmin gün işi olduğundan onun əvəzinə «Gənclik» metrostansiyasında bir nəfərlə görüşüb onun üçün göndərilən pulu götürüb gətirib ona verməyini xahiş etmişdir. Aralarında ümumi tanışlıq olduğundan buna razılıq vermişdir. Saat 16 radələrində işdən çıxdıqdan sonra «Gənclik» metrostansiyasının yaxınlığında yerləşən Atatürk parkına gəlmiş, hazırda xatırlamadığı nömrədən zəng edən və tanımadığı orta boylu oğlanla görüşmüş və onun Aqilə çatdırılması üçün verdiyi hər biri 100 ABŞ dolları əskinaslarında olmaqla 500 ABŞ dolları məbləğində pulu açıq şəkildə qəbul etmişdir. Sonra həmin pulu gətirib 8-ci kilometr yaşayış massivində Aqillə zəngləşib sornuncuya çatdırmışdır. Aqil ona bu pulun nə məqsədlə ona verildiyini, kim tərəfindən göndərildiyini deməmişdir. Pulu Aqilə gətirib verəndə vatsapla ona mesaj da yazmışdır. Məhkəmə iclasında dindirilən Şahid17 ifadəsində bildirdi ki, 10 may 2018-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının təklifi əsasında onlar tərəfindən keçirilmiş əməliyyat tədbirində hal şahidi qismində iştirak etməyə razılıq vermişdir. Həmin vaxt onun tanımadığı daha bir nəfər də hal şahidi kimi dəvət olunmuşdur. Əməliyyat tədbiri başlamazdan əvvəl polis əməkdaşları tərəfindən onların hər ikisinə qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Onlara bildirilmişdir ki, Gədəbəy şəhərində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin saxlaması barədə onlara məlumat daxil olmuşdur. Bundan sonra polis əməkdaşlarının dəvəti ilə onlar 10 may 2018-ci il tarixdə saat 15:00da Bakı şəhəri Nərimanov rayonunda yerləşən «Əlibaba» çay evinin qarşısına gəlmişlər. Bir neçə dəqiqə sonra oraya ağ rəngli «Kia Sportage» markalı avtomobil gələrək çay evinin qarşısında dayanmışdır. Polis əməkdaşları sürücüyə yaxınlaşıb özlərini təqdim etmiş, həmin şəxs Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən ona izah edilmişdir ki, narkotik vasitə olan heroinin əldə edilməsi, saxlanılması, daşınmasında şübhəli bilindiyi üçün saxlanılmışdır. Təqsirləndirilən şəxs2 əməliyyataxtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış edilmişdir. Sonra isə ona təklif edilmişdir ki, üzərində və idarə etdiyi avtomobildə hər hansı qanunsuz saxladığı əşyalar varsa, özü təqdim etsin. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, əynindəki boz rəngli şalvarının sağ yan cibində bir büküm narkotik vasitə heroin vardır. Polis işçilərinin təklifinə əsasən Vidadi cibindən qəhvəyi rəngli maddə olan bir ədəd şəffaf rəngli selofan bükümdə, sonra isə idarə etdiyi avtomobilin qoltuqaltı saxlanc yerindən iki ədəd şəffaf rəngli selofan bükümlərdə maddələri çıxarıb təqdim etmiş və heroin olduğunu bildirmişdir. Daha sonra isə şalvarının sağ yan cibindən bir ədəd qara rəngli «Samsung» markalı mobil telefonu, şalvarının arxa sağ cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlərə baxılarkən onlarda qəhvəyi rəngli maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin heroini iki gün əvvəl Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerdən tapdığını bildirmişdir. Daha sonra qeyd olunan predmetlər onların iştirakı ilə qablaşdırılaraq götürülmüş, vəkil dəvət olunmaqla protokol tərtib olunmuş və imzalanmışdır. Məhkəmə iclasında dindirilən Şahid15 Şamil oğlu ifadəsində bildirdi ki, 08 may 2018-ci il tarixdə saat təxminən 17 radələrində Şəmkir rayon polis şöbəsinin binasının yanından piyada gedərkən iki nəfər mülki geyimdə şəxs yaxınlaşıb özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmiş, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat tədbiri keçirdiklərini bildirib onu hal şahidi kimi bu tədbirdə iştirak etməyə dəvət etmişlər. Buna etiraz etməyib könüllü surətdə hal şahidi olmağa razılıq vermişdir. Həmin ərəfədə polis əməkdaşları ondan başqa daha bir nəfəri də hal şahidi kimi dəvət etmişlər. Polis əməkdaşları ona və digər hal şahidinə hüquq və vəzifələrini izah etmişlər. Sonra onlarla birlikdə Şəmkir şəhərindəki «İstiqlal» parkının yaxınlığına getmişlər. Təxminən saat 18 radələrində polis əməkdaşları həmin parkın yaxınlığında bir nəfər orta yaşlı kişiyə yaxınlaşıb özlərini və hal şahidlərini təqdim etmişlər. Həmin şəxs özünü Rusiya vətəndaşı Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. O, əslən Gədəbəy rayonundan olmuş, onu əvvəllər heç vaxt görməmişdir. Polis əməkdaşları özlərində olan qərarı Təqsirləndirilən şəxs1 elan edib bildirmişlər ki, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumatlar əldə etmişlər, bununla əlaqədar üzərində olan qanunsuz əşya və maddə olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs1 onların gözü qarşısında əynindəki qara gödəkçəsinin sol içəri yan cibindən bir ədəd şəffaf selofan bükümdə olan hansısa şübhəli maddəni çıxarıb polis əməkdaşlarına verərək bildirmişdir ki, onun içində narkotik vasitə heroin vardır. Polis əməkdaşları onların iştirakı ilə həmin bükümü açmış və onun içində kəskin iyli, narkotik vasitə heroinə oxşar maddə olduğu müəyyən edilmişdir. Bu narkotik vasitə zərfə qoyularaq möhürlənmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, bükümdə olan heroini iki gün qabaq Gədəbəy rayonunda təsadüfən yerdən tapmışdır. Bundan sonra vəkil dəvət olunmaqla protokol tərtib olunmuş və oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 qarşı hər hansı təzyiq göstərilməmiş, sonuncu tərəfindən də hər hansı etiraz bildirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid16 Təqsirləndirilən şəxs1 saxlanılaraq üzərinə baxış keçirilməsi zamanı hal şahidi qismində iştirak etdiyini bildirərək digər hal şahidi Şahid15 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilən Şahid5 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 onun bibisi Zərifənin nəvəsidir, aralarında ədavət və düşmənçilik yoxdur. Dəqiq günü yadında olmasa da, 2018-ci ilin fevral ayında qohumu Təqsirləndirilən şəxs2 ona Vatsappla tanımadığı bir mobil nömrəni yazaraq göndərmiş və xahiş etmişdir ki, həmin nömrə ilə əlaqə saxlasın, həmin nömrədə olan adamda 1000 ABŞ dolları pul var, həmin pulu götürsün. Həmin vaxt Vidadi özü Gürcüstanda olmuş, o isə, Vidadinin icarəyə götürdüyü 3-cü mikrorayon dairəsi yanındakı qəzet köşkündə satıcı işləmişdir. Buna görə Vidadidən artıq heç nə soruşmadan onun telefonda göndərdiyi mobil nömrəyə zəng etmiş, bir nəfər orta yaşlı kişi cavab verdikdən sonra Vidadinin pul götürməli olduğunu demişdir. Həmin şəxs heç adını demədən onu görüşmək üçün Bakı şəhəri «Nərimanov» metrostansiyasının yanına çağırmış, həmin yerdə görüşərək 1000 ABŞ dolları pulu qəbul etmiş, sonradan həmin pulu Təqsirləndirilən şəxs2 ondan götürmüşdür. Bundan sonra da xatırlamadığı tarixdə bir dəfə yenə də «Nərimanov» metrostansiyasının yanında həmin adamdan 800 manat pul götürərək Vidadiyə vermişdir. Məhkəmə iclasında Şahid7 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, rəsmi iş yeri yoxdur, sifariş olduqda sürücü kimi Almaniya Federativ Respublikasından minik avtomaşınlarını gətirib Bakı şəhərində sahiblərinə çatdırır və bu şəkildə ailəsini dolandırır. Artıq 8 ildir ki, AFR-ə gedibgəlir. Əslən azərbaycanlı olan Akif adlı şəxslə də Almaniyada tanış olmuşdur, Akif AFR vətəndaşıdır, Paderborn şəhərində ailəsi ilə birlikdə yaşayır. İşi elədir ki, hər dəfə Almaniyaya gedib-gələndə orada yaşayan həmyerlilərdən kimsə əgər Azərbaycana əşya və yaxud kiçik məbləğdə pul göndərmək istəyəndə ona müraciət edirlər və o da, həmin əşya və ya pulu gətirib Azərbaycanda sahiblərinə çatdırır. 2017-ci ilin avqust ayında növbəti dəfə sifarişlə avtomaşın gətirmək üçün Almaniyaya getmiş və dekabr ayında geri qayıtmışdır. Həmin səfər vaxtı Paderborn şəhərində yaşayan Akiflə görüşmüş, sonuncu geri qayıdarkən ona 200 avro pul verərək onu dayısı Mübarizin verdiyini və Bakı şəhərində həmin pulu ona zəng edib görüşərək götürəcəklərini demişdir. Akifdən pulu ondan götürməli olan şəxsin adını və nömrəsini söyləməsini istəsə də, sonuncu buna ehtiyac olmadığını, onun özünün nömrəsinin həmin şəxsdə olduğunu və onun əlaqə saxlayacağını demişdir. Həmin səfəri zamanı Akifdən 200 avro pulu alıb yola düşmüş və Almaniyanın Hof şəhərində əslən Füzuli rayonundan olan Araz adlı şəxslə görüşmüşdür. Araz da ona Bakı şəhərində qohumlarına çatdırmaq üçün əşyalar, həmçinin bir ədəd əl əsası verərək onu Akifin 200 avro pul göndərdiyi adama verməsini istəmişdir. Bakı şəhərinə çatdıqdan bir neçə gün sonra, xatırlamadığı nömrədən ona zəng olunaraq pul və əl əsasını götürmək istədiyini demişdir. Həmin şəxslə Bakı şəhəri, Nəsimi rayonu 3-cü mikrorayonda yerləşən «Canon» aptekin qarşısında görüşərək 200 avro pulu və bir ədəd əl əsasını ona vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilən X67 ifadəsində bildirdi ki, hadisə baş verən gün, yəni 2018-ci il may ayının 8-də saat təxminən dördün yarısında Gədəbəy rayonundan çıxıb Bakıya yola düşmüşlər. Həmin vaxt onun idarə etdiyi ağ "Nissan X-Trail" markalı 461 nömrəli maşında arvadı Rəsmiyyə və qardaşı Salehlə birlikdə olmuşdur. O, Şəmkirdə “Dörd yol» deyilən yerdə maşını saxlayıb yanacaq doldurmuş, sonra yoluna davam etmişlər. Arxadan yol polisi əməkdaşlarının onları izlədiklərini görüb maşının sürətini bir az da aşağı salmışdır. Şəmkir-Gəncə postuna yaxınlaşanda süni tıxac yaradıb, sol tərəfdə yol polisi maşını, sağ tərəfdə isə mülki maşın saxlayıb qapını açaraq Salehi maşından düşürmüşlər, onun oturduğu tərəfdən isə qapını saxlayıb düşməyinə imkan verməmişlər. Həmin vaxt təxminən saat 6-nın yarısı olmuşdur. Salehi maşından düşürdəndən sonra bir nəfər qapını açıb Salehin telefonunu götürmüş, sonra isə Salehin sumkasını axtarmışlar. Baqajı açanda o, dözməyib qapını açıb düşmüşdür. Həmin şəxslər baqajdan Salehin çantasını götürüb maşına qoyub Şəmkir istiqəmətində aparmış, onlara isə getməyə imkan verilməmişdir. Onlar səs-küy salandan sonra getməyə imkan verilmişdir. O, Saleh aparılandan təxminən 15-20 dəqiqə sonra yoldan DİN-in “102” xidmətinə zəng edib qardaşının aparılması barədə məlumat vermişdir. «102» xidmətinə özünün istifadəsində olan ***-**-** nömrəsindən zəng etmişdir. Salehi aparandan sonra qardaşı Valehə və qardaşı oğlu Vidadiyə zəng edib Salehin tutulduğunu demişdir. O, Vidadiyə Salehin tutulduğunu deyərək bu barədə Rusiya Səfirliyinə məlumat verməsini tapşırmışdır. Həmin vaxt Vidadi ***-***-**-** nömrəsini istifadə etmişdir. Salehi aparan şəxslərdən rütbəcə mayor olan şəxs Salehin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparıldığını bildirmişdir. Salehin yerini onlara müdafiəçi İlhamə xanım demişdir. X164 yaşayır. O, sonuncu dəfə təxminən 15-20 il bundan qabaq Moskvada olmuşdur. Salehin AXCP partiyasına və siyasi məhbuslara maddi yardım üçün pul yığması, Rusiyadan pul göndərməsi barədə məlumatı olmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilən X31 ifadəsində bildirdi ki, hadisə baş verən günü o, əri Taleh və qayını Salehlə Gədəbəy rayonundan axşam saat təxminən 4-5 radələrində çıxıb Bakıya yola düşmüşlər. Şəmkir ərəzisində «Dörd yol» deyilən ərazidə yanacaqdoldurma məntəqəsində maşını saxlayıb yanacaq vurmuşlar və yola davam etmişlər. Həmin vaxt o, maşında arxa oturacaqda oturub yatan zaman ayılaraq kiminsə maşını saxlayıb qaynı Salehi yaxasından tutub maşından düşürdüyünü görmüşdür. Bu hadisəni görəndən sonra həyacanlanmış və nə baş verdiyini soruşmuş, lakin heç kim ona cavab verməmişdir. Orada olan şəxslərdən biri maşının qabaq qapısını açıb Salehin telefonunu götürmüşdür. Onlar maşından düşməyə çalışsalar da, həmin şəxslər buna imkan verməmişlər. Sonra maşının qapısını açıb Salehin sumkasını istəmişlər. O, Salehin sumkasının olmadığını bildirmiş, həmin vaxt kimsə maşının baqajını açmış, bu zaman əri Talehlə birlikdə maşından düşmüşdür. Bir nəfər əlini atıb baqajda olan çantaların içərisindən Salehin sumkasını götürmüş və Salehi də maşına mindirib aparmışlar. Onların maşını ağ rəngli "Nissan" markalı maşın olmuşdur. Saleh aparılan zaman onlara məlumat verilməmiş, lakin orada olan bir polis işçisi onlara məlumat veriləcəyini bildirmişdir. Salehə nə ittiham verdiklərini həmin vaxt bilməmiş, sonradan Salehin narkotikə görə həbs edildiyini eşitmişdir. Saleh həmin vaxt Şəmkirdə olmamış və orada tutulmamışdır. Saleh aparılandan sonra həyat yoldaşı həmin vaxt DİNnin “102” xidmətinə zəng edib Salehin mülki geyimli şəxslər tərəfindən aparılması barədə məlumat vermişdir. Salehi aparandan sonra onlara getməyə imkan verilməmiş, təxminən 10-15 dəqiqə sonra buraxılmışlar. Salehi aparandan sonra orada olan bir polis əməkdaşı Salehin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparıldığını bildirmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 25 may 2018-ci il tarixli üzləşdirmə haqqında protokollardan görünür ki, videoçəkiliş aparılmaqla keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasından göndərdiyi pul vəsaitlərini Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 çatdırılması barədə ona tapşırıqlar verdiyini, bu tapşırıqlar əsasında da 2016-cı ilin mart ayından 2018-ci ilin aprel ayına kimi olan dövr ərzində hər ay Təqsirləndirilən şəxs1 göndərdiyi pul vəsaitlərini Şahid1, Şahid2, Şahid4, Şahid3 qəbul edərək Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 verdiyini, Təqsirləndirilən şəxs1 sonuncularla birbaşa əlaqə saxladığını, onların həmin pul vəsaitlərinin qanunsuz yolla göndərilməsindən məlumatlı olduqlarını bir daha Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 üzünə qarşı təsdiq etmişdir (cild 3, iş vərəqi 40-42, 81-85, 121-123). İş materiallarına əlavə edilmiş cinayət işi üzrə Rusiya Federasiyasının səlahiyyətli dövlət orqanlarına göndərilmiş 05.06.2018-ci il və 16.11.2018-ci il tarixli beynəlxalq hüquqi yardım göstərilməsi haqqında vəsatətlərin icrası üzrə RF-nin «Sberbank» kommersiya bankından zəruri sənədlər götürülməklə Təqsirləndirilən şəxs1 qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün pul vəsaitlərinin köçürülməsi məqsədilə adına plastik bank kartı açdırdığı şəxsin Ukrayna vətəndaşı, 05.04.1965-ci il təvəllüdlü, Moskva şəhəri Verxnie Polya küçəsi, ev 3-də qeydiyyatda olan X3 müəyyənləşdirilmiş, müvafiq məhkəmə qərarları əsasında Rusiya Federasiyasının “Sberbank” kommersiya bankında Yevgeniya Pikulskayanın adına açılmış “**********590884” nömrəli, Təqsirləndirilən şəxs1 adına olan “42307.978.4.4000.0002120” nömrəli, Təqsirləndirilən şəxs3 X140nın adına olan “**********432868” nömrəli bank hesablarının üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində mədaxil-məxaric əməliyyatlarını qadağan edən həbslər qoyulmuş, həmçinin “Sberbank” kommersiya bankından X16 adına olan **********590884 (hesab ********************) nömrəli bank kartının tranzaksiya sənədləri götürülməklə, 17.01- 01.06.2018-ci il tarixlərdə müxtəlif kart hesablarından ümumilikdə 168.151,59 Rusiya rublu məbləğində qeyri-nağd mədaxillərin olması və 166.271,59 Rusiya rublu məbləğində Yevgeniya Pikulskaya, Eltac Əlisoy tərəfindən məxaric əməliyyatları aparılması, ATMlərdən nağd çıxarılması müəyyən edilmişdir. Eyni zamanda, “Sberbank” kommersiya bankından Təqsirləndirilən şəxs3 X140nın adına olan «**********432868» nömrəli bank kartının tranzaksiya sənədləri götürülmüş, 30.01.2017-18.05.2018-ci il tarixlərdə həmin hesaba ümumilikdə 114.401,00 Rusiya rublu məbləğində müxtəlif kart hesablarından qeyri-nağd mədaxillərin olması və 113.612,16 Rusiya rublu məbləğində məxaric əməliyyatlarının aparılması təsdiq olunmuşdur. Belə ki, vəsatətin icrası üzrə Rusiya Federasiyasının Baş Prokurorluğundan daxil olmuş, məhkəmə qərarı əsasında “Sberbank” səhmdar cəmiyyətinin 10.09.2018-ci il tarixli 44W27_68589 nömrəli məktubu ilə təqdim edilmiş Təqsirləndirilən şəxs1 Moskva şəhərində yaxın əlaqəsi X16 adına 10.01.2018-ci il tarixdə qeyd olunan bankda açdığı **********590884 (hesab ********************) nömrəli bank kartına 17.01.2018–01.06.2018ci il tarixlərdə ümumilikdə 168.151,59 Rusiya rublu məbləğində müxtəlif kart hesablarından qeyri-nağd mədaxillər olmuşdur. Mədaxil əməliyyatlarının 168.141,59 Rusiya rublu Moskva, Kazan və Solneçnoqorsk şəhərləri ərazində yerləşən fiziki şəxslərin kart hesablarından (10,00 Rusiya rublunun təyinatı bilinmir kartdan karta mədaxil olub); o cümlədən 04.02.2018-ci il tarixdə 1.000,00 Rusiya rublu X83 (Kazan şəhəri), 09.03.2018ci il tarixdə 1.000.00 Rusiya rublu X130 (Moskva şəhəri), 10.000,00 Rusiya rublu X61 (Moskva şəhəri), 23.04.2018-ci il tarixdə 1.000,00 Rusiya rublu Şahid18 (Moskva şəhəri), 24.01-01.06.2018-ci il tarixlərdə 4 halda 4,000,00 Rusya rublu X62 (Moskva şəhəri), 24.02.2018-ci il tarixdə 5.000,00 Rusiya rublu X13 (Moskva şəhəri), 29.01.2018-ci il tarixdə 100,00 Rusiya rublu X102 (Moskva şəhəri), 29.01-25.04.2018-ci il tarixlərdə 4 halda 2.000,00 Rusiya rublu X103 (Moskva şəhəri), 29.01.2018-ci il tarixdə 500,00 Rusiya rublu X68 (Moskva şəhəri), 27.01.2018-ci il tarixdə 5000,00 Rusiya rublu X63nun (Moskva şəhəri), 23.01.2018-ci il tarixdə 2.000,00 Rusiya rublu X131 (Moskva şəhəri), 18.01- 10.05.2018-ci il tarixlərdə 10 halda 82.361,59 Rusiya rublu X104 (Moskva şəhəri), 11.03.2018-ci il tarixdə 100,00 Rusiya rublu X213 oğlunun (Moskva şəhəri), 17.01.2018-ci il tarixdə 2.000,00 Rusiya rublu X192 oğlunun (Moskva şəhəri), 11.03.2018-ci il tarixdə 80,00 Rusiya rublu X132 (Moskva şəhəri), 13.02-13.03.2018-ci il tarixlərdə 2 halda 4.000,00 Rusiya rublu X69 (Moskva şəhəri), 25.04.2018-ci il tarixdə 1.000,00 Rusiya rublu X40 (Moskva şəhəri), 24.01-27.03.2018-ci il tarixlərdə 3 halda 3.000,00 Rusiya rublu Fazilzadə Fidelin (Moskva şəhəri), 17.01-08.02.2018-ci il tarixlərdə 2 halda 2.000,00 Rusiya rublu X153 oğlunun (Moskva şəhəri), 14.02.2018-ci il tarixdə 1.000,00 Rusiya rublu X41 (Moskva şəhəri), 17.01 – 04.04.2018-ci il tarixlərdə 4 halda 4.000,00 Rusiya rublu X26 (Moskva şəhəri), 29.01-16.05.2018-ci il tarixlərdə 5 halda 5.000,00 Rusiya rublu X32 (Moskva şəhəri), 19.01-23.03.2018-ci il tarixlərdə 4 halda 13.000,00 Rusiya rublu X42 (Moskva şəhəri), 17.01-04.04.2018-ci il tarixlərdə 4 halda 4.000,00 Rusiya rublu X26 (Moskva şəhəri), 30.01 .2018-ci il tarixdə 100,00 Rusiya rublu X84 (Moskva şəhəri), 04.02.2018-ci il tarixdə 200,00 Rusiya rublu X85 (Moskva şəhəri), 05.02.2018-ci il tarixdə 200,00 Rusiya rublu X119 (Moskva şəhəri), 07.02.2018-ci il tarixdə 100,00 Rusiya rublu X53 (Moskva şəhəri), 14.02.2018-ci il tarixdə 2.000,00 Rusiya rublu X43 (Moskva şəhəri), 22.01-13.02.2018-ci il tarixlərdə 2 halda 200,00 Rusiya rublu X105 (Moskva şəhəri), 31.01-02.05.2018-ci il tarixlərdə 5 halda 3.750,00 Rusiya rublu X44 (Moskva şəhəri), 21.01.2018-ci il tarixdə 250,00 Rusiya rublu X133 (Moskva şəhəri), 15.02-15.05.2018-ci il tarixlərdə 2 halda 1.000,00 Rusiya rublu X106 (Moskva şəhəri), 29.01.2018-ci il tarixdə 300,00 Rusiya rublu X54 (Moskva şəhəri), 04.02.2018-ci il tarixdə 100,00 Rusiya rublu X45 (Moskva şəhəri), 21.01.2018-ci il tarixdə 300,00 Rusiya rublu X19 (Moskva şəhəri), 29.01.2018-ci il tarixdə 500,00 Rusiya rublu X6 (Moskva şəhəri), 29.01.2018-ci il tarixdə 1.000,00 Rusiya rublu X20 (Moskva şəhəri), 11.03.2018-ci il tarixdə 1.000,00 Rusiya rublu X46 (Moskva şəhəri) və 30.01 01.03.2018-ci il tarixlərdə 2 halda 4.000,00 Rusiya rublu Solneçnoqorsk şəhərindən daxil olmuşdur (kimdən daxil olması bilinmir). Moskva şəhərində X23 hesabından daxil olu Moskva şəhərində X23 hesabından daxil olub 22.01-10.05.2018-ci il tarixlərdə bu hesab üzrə ümumilikdə 166.271,59 Rusiya rublu məbləğində məxaric əməliyyatları aparılmışdır. Məxaric əməliyyatlarının 23.01- 18.05.2018-ci il tarixlərdə 4 halda 35.700,69 Rusiya rublu X104, 24.01-10.05.2018-ci il tarixlərdə 2 halda 12.201,30 Rusiya rublu X25 kart hesablarına köçürülmüş, 05.02- 09.04.2018-ci il tarixlərdə 14.000,00 Rusiya rublu ATM vasitəsilə nağd çıxarılmış, 31.01- 03.02.2018-ci il tarixlərdə 2 halda 8.821,00 Rusiya rublu bilet alınması üçün şirkətlərə köçürülmüş, 22.01-25.01.2018-ci il tarixlərdə 2 halda 60,00 ABŞ dolları (3.485,60 Rusiya rublu ekvivalentində) Kipr ərazisində və 03.02-10.03.2018-ci il tarixdə 2 halda 13.089,00 Rusiya rublu Azərbaycan Respublikası ərazisində yerləşən ATM-lər vasitəsilə istifadə olunmuş, 26.01-09.05.2018-ci il tarixlərdə 36 halda 77.984,00 Rusiya rublu onlayn ödənişlərə istifadə olunmuş (kimə köçürülməsi məlum deyil) qalan 990,00 Rusiya rublu isə bank xidmətləri çərçivəsində komission haqlar tutulmuşdur. Həmçinin Təqsirləndirilən şəxs3 X140nın «Sberbank» kommersiya bankında yerləşən «**********432868» nömrəli bank kartı hesabına 30.01.2017-18.05.2018-ci il tarixlərdə ümumilikdə 114.401,00 Rusiya rublu məbləğində müxtəlif kart hesablarından qeyri-nağd mədaxillər olmuşdur. Belə ki, mədaxil əməliyyatlarının 30.01.2017-19.10.2017ci il tarixlərdə 7 halda 41.800,00 Rusiya rublu Tver şəhəri ərazində yerləşən ATM-lər vasitəsilə (ödəyicilərin adları məlum deyil), qalan 72.601,00 Rusiya rublu 10 halda 07.11.2017-18.05.2018-ci il tarixlərdə Moskva şəhərində yerləşən fiziki şəxslərin kart hesablarından; o cümlədən 20.000,00 rusiya rublu X55, 9.600,00 Rusiya rublu X107, 3 halda 10.200,00 Rusiya rublu X86, 15.000,00 Rusiya rublu Şahid14, 3.000,00 Rusiya rublu X56, 2 halda 11,800,00 Rusiya rublu X37 və 3.001,00 Rusiya rublu Şahid13 kart hesablarından daxil olmuşdur. 30.01.2017-05.07.2018-ci il tarixlərdə bu hesab üzrə ümumilikdə 113.612,16 Rusiya rublu məbləğində məxaric əməliyyatları aparılmışdır. Məxaric əməliyyatlarının 30.01-19.10.2017-ci il tarixlərdə 4 halda 40.000,00 Rusiya rublu onlayn ödənişlərə istifadə edilmiş (təyinatı məlum deyil), 07.11.2017- 02.03.2018-ci il tarixlərdə 4 halda 34.230,00 Rusiya rublu Tver şəhəri ərazisində, 15.02.2018-05.07.2018ci il tarixlərdə 9 halda 597,73 ABŞ dolları (37.023,16 Rusiya rublu ekvivalentində) İrlandiya ərazisində və 20.05.2018-ci il tarixdə 2 halda 30,00 Rusiya rublu Azərbaycan Respublikası ərazisində yerləşən ATM-lər vasitəsilə istifadə olunmuş, 2.329,00 Rusiya rublu məbləğində isə bank xidmətləri üzrə komission haqlar tutulmuşdur. Qeyd olunan sənədlər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və digərlərindən ibarət mütəşəkkil dəstə üzvlərinin 2016-cı ildən başlanmış fəaliyyətlərinin yalnız 6 və 10 ay ərzində RF ərazisində yaşayan azərbaycanlılardan qeyrinağd üsulla toplanmış məbləğləri əhatə etməklə, ümumilikdə mütəşəkkil dəstənin faktiki bank əməliyyatlarını həyata keçirməklə Rusiya Federasiyası ərazisindən Azərbaycan Respublikasına pul vəsaitlərinin göndərilməsində ifadə olunan qanunsuz sahibkarlıqlarını təsdiqləyir. Həmçinin Rusiya Federasiyası Federal Vergi Xidmətindən daxil olmuş X114 Dövlət Reyestri və X165 Dövlət Reyestrinin məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 RF ərazsində fərdi sahibkar kimi vergi uçotunda durmaqla, direktoru olduğu “İzel-Bor” məhdud məsuliyyətli cəmiyyəti 16.11.2011-ci il tarixdən etibarən fəaliyyətini dayandırmışdır. Göstərilən fakt təqsirləndirilən Təqsirləndirilən şəxs1 2016-2018-ci illərdə RF-dən Azərbaycan Respublikasına göndərdiyi 700028,4 manata (411952,0 ABŞ dolları) bərabər pul vəsaitlərinin həmin ölkənin ərazisində qanuni iqtisadi fəaliyyət nəticəsində əldə etməsinin mümkünsüzlüyünü bir daha təsdiq edir. Hüquqi yardım göstərilməsi haqqında vəsatət üzrə qeyd olunan bank kartlarına pul vəsaitləri köçürmüş şəxslərdən şahid qismində dindirilmiş Şahid18 və onun oğlu X91 ifadələrində Yevgeniya Pikulskayanın adına olan plastik bank kartlarına hər dəfə 1000 Rusiya rublu olmaqla, ümumilikdə 5 dəfə pul köçürdüklərini etiraf etsələr də, Təqsirləndirilən şəxs1 tanımadıqlarını, həmin pulları xatırlamadıqları bir nəfər azərbaycanlının təklifi ilə RF ərazisində həsbdə yatan azərbaycanlı Orxan Zeynalov adsoyadlı şəxsə maddi köməklik üçün köçürdüklərini bildirmişlər. Həmin şəxslərdən Şahid18 şahid qismində verdiyi əlavə ifadəsində göstərmişdir ki, 2018-ci ilin iyun ayında Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “Skarabey” bazarında işləyən azərbaycanlılardan ona məlum olmuşdur ki, Orxan Zeynalova köməklik adı ilə verilmiş hesaba toplanan pullar əslində Azərbaycan X112 Azərbaycan Respubilkası ərazisində mitinq və toplantılarının maliyyələşdirilməsi, partiya sədrinə maddi dəstək göstərilməsi məqsədilə toplanılmışdır. Eşitmişdir ki, Rusiya Federasiyasında bir çox azərbaycanlılardan nağd və bank hesabına köçürmə yolu ilə bu məqsədlə pullar toplanılmış və qara yolla qanunsuz Azərbaycan Respublikasına göndərilmişdir (cild 6, iş vərəqi 78-327, cild 10, iş vərəqi 186-189). Cinayət işinə əlavə edilmiş baxış keçirilməsi və maddi sübut əhəmiyyətinə malik olan əşyaların götürülməsi haqqında 8 may 2018-ci il tarixli protokoldan görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə 8 may 2018-ci il tarixdə saat 17:40-da ünvan 10 ünvanında yerləşən «İstiqlal» parkının ərazisində 25 may 1963-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Rusiya Federasiyası, Moskva vilayəti, Balaşixa şəhəri, Zareçnaya küçəsi ev 25, mənzil 148-də qeydiyyatda olan Təqsirləndirilən şəxs1 yaxınlaşıb hüquq və vəzifələri elan edilməklə müvafiq qərarı təqdim edib üzərinə baxış keçiriləcəyi barədə məlumat verilmiş, edilən təklif əsasında Təqsirləndirilən şəxs1 könüllü olaraq əynində olan qara rəngli gödəkcəsinin sol iç yan cibindən 1 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edərək narkotik vasitə olan heroin olduğunu, həmin maddəni iki gün əvvəl yaşadığı Gədəbəy rayonu ərazisində yerdən tapdığını bildirmiş, dəvət olunmuş vəkilin iştirakı ilə heroinə bənzər maddə götürülməklə qeyd olunan hərəkətlər protokollaşdırılmışdır (cild 1, iş vərəqi 6-8). İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 9 may 2018-ci il tarixli 11959 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş bir bükümdə kristal toz şəklində maddə təmiz çəkisi 30,809 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir (cild 1, iş vərəqi 28-31). Əməliyyat-axtarış tədbirinin keçirilməsi və əşyaların götürülməsi haqqında 10 may 2018-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə 10 may 2018-ci il tarixdə saat 15:00-da ünvan 12 ünvanında yerləşən «Əlibaba» çay evinin qarşısında «Kia Sportage» markalı, ** ML *** dövlət qeydiyyat nişanlı avtomobildən düşən Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilməklə, müvafiq qərarı təqdim edib üzərinə baxış keçiriləcəyi barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs2 könüllü olaraq əynində olan boz rəngli şalvarının sağ yan cibində bir büküm narkotik vasitə olan heroin olduğunu bildirmiş, həmin maddəni, sonra isə idarə etdiyi qeyd olunan avtomobilin qoltuqaltı saxlanc yerindən iki ədəd şəffaf rəngli selofan bükümlərdə narkotik vasitələri təqdim etmişdir. Bundan başqa, onun şalvarının sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil cihazı da götürülmüşdür. Dəvət olunmuş vəkilin iştirakı ilə heroinə bənzər maddələr götürülməklə qeyd olunan hərəkətlər protokollaşdırılmışdır (cild 1, iş vərəqi 249-251). Məhkəmə-kimyəvi ekspertizasının 10 may 2018-ci il tarixli 12154 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş 3 ədəd polietilen material bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 9,537 qram, 10,213 qram, 9,940 qram, ümumi təmiz çəkisi 29,690 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Hər üç bükümdəki heroin xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynilik təşkil edirlər (cild 2, iş vərəqi 11-14). Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 3 ünvanında aparılmış axtarış və götürmə istintaq hərəkəti ilə bağlı tərtib edilmiş 25 may 2018-ci il tarixli və baxış keçirilməsi haqqında 29 may 2018-ci il tarixli protokollara əsasən həmin evdən Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd «HTC» markalı smartfon, 1 ədəd Xiyaomi» markaıl smartfon, 1 ədəd «Hp» markalı noutbuk, 3 ədəd "xxxx" ASC-nin plastik bank kartı, X140nın adına olan 1 ədəd RFnin «Sberbank» kommersiya bankının plastik bank kartı, təmsil etdiyi qurumun fəaliyyətinə dair sənədlər, vizit kartları aşkar edilərək götürülmüşdür (cild 2, iş vərəqi 169-176, cild 3, iş vərəqi 7-15, 228-230). Təqsirləndirilən şəxs4 yaşadığı ünvan 13 ünvanında aparılmış axtarış və götürmə istintaq hərəkəti ilə bağlı tərtib edilmiş 25 may 2018-ci il tarixli protokola və baxış keçirilməsi haqqında 02 iyun 2018-ci il tarixli protokola əsasən həmin evdən Təqsirləndirilən şəxs4 məxsus 1 ədəd «hp» markalı noutbuk, «Samsung» markalı smartfon, təmsil etdiyi qurumun fəaliyyətinə dair sənədlər aşkar edilərək götürülmüşdür (cild 2, iş vərəqi 153-160, cild 3, iş vərəqi 49-57, 230-237). Təqsirləndirilən şəxs5 yaşadığı ünvan 14 ünvanında aparılmış axtarış və götürmə istintaq hərəkəti ilə bağlı tərtib edilmiş 25 may 2018-ci il tarixli və baxış keçirilməsi haqqında 29 may 2018-ci il tarixli protokola əsasən həmin evdən Təqsirləndirilən şəxs5 məxsus 1 ədəd «Samsung» markalı mobil cihaz və müxtəlif maliyyə sənədləri aşkar edilərək götürülmüşdür (cild 2, iş vərəqi 161-168, cild 3, iş vərəqi 92-96, 224-227). İş materiallarına əlavə edilmiş 26 may 2018-ci il tarixli qərar əsasında Azərbaycan X112 xəzinədarı funksiyasını yerinə yetirən Şahid8 yaşadığı ünvan 15 ünvanında aparılmış axtarış istintaq hərəkəti ilə bağlı tərtib edilmiş həmin tarixli protokola əsasən qeyd olunan evdən AXCP-nin fəaliyyətinə dair sənədlərlə yanaşı ayrı-ayrı qablaşdırılmış vərəqlərin arasında cəmi 770 manat məbləğində pul vəsaiti aşkar olunaraq götürülmüşdür. Həmin fakt da təqsirləndirilən şəxslər tərəfindən qanunsuz sahibkarlıqla əldə olunmuş pul vəsaitlərinin leqallaşdırılmasını təsdiqləyən sübut kimi qiymətləndirilir (cild 3, iş vərəqi 201- 205). Təqsirləndirilən şəxs2 istifadəsində olmuş «Samsung» markalı, «SM-G950FD» modelli smartfona dair məhkəmə kompyuter-texniki ekspertizasının 24 may 2018-ci il tarixli 13602 nömrəli rəyindən və həmin rəyə əlavə olunmuş DVD diskinə baxış keçirilməsi haqqında 01 dekabr 2018-ci il tarixli protokoldan görünür ki, həmin smartfona «8.0» versiyalı «Android» əməliyyat sistemi quraşdırılmaqla, həmin smartfonun videokamera vasitəsilə səs yazma, videogörüntülərin, səs yazılarının, həmçinin messencerlərlə səsli və video mesaj funksiyaları və imkanları vardır. Habelə həmin smartfon mobil telefon danışığının səs yazmasını müvafiq proqram təminatları vasitəsilə həyata keçirə bilər. Tədqiqat nəticəsində smartfonun yaddaşında əlaqə nömrləri, gələn, gedən, buraxılmış zənglər, sms mətnləri, müxtəlif məzmunlu proqram təminatları, multi-media xarakterli məlumatlar və çat yazışma seansları, o cümlədən Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında yazışma əlaqələri, hər iki şəxsin ortaq əlaqələrinə, maliyyə vəsaitlərinin dövriyyəsinə dair məlumatlar aşkar olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 Natiq Ədilov adlı istifadəçi ilə apardığı Facebook yazışmalarında 27.02.2016-cı ildə Natiq Ədilova “Saleh bəy Moskvada çox fəal. Cəbhəni Moskvada genişləndirir, insanları bir araya toplayır, Azərbaycanda Bəy insanlar ayağa dursa, Moskvadan çox böyük dəstək gələcək, əmin ol buna” mesajını göndərmiş, həmçinin Natiq Ədilovun tapşırığı ilə ayrı-ayrı şəxslərə maddi yardım göstərməyə razılığını bildirmiş, 08.03.2017-ci il tarixdə Natiq Ədilov ona “salam bəy, xoş gördük, bəy evdə yox idim, xəbər tutdum, allah səni min budaq eləsin, həmişə dostlarından yarıyasan!çox minnətdaram hər şey üçün” məzmunlu yazı göndərmiş, Təqsirləndirilən şəxs2 cavab olaraq “Buyur bəy, xoşdu, allah köməyində olsun, əlimizdən gələni edirik çalışdığımız qədər” məzmnuunda cavab yazmışdır. 23 mart 2017-ci il tarixdə “Elturan Rüstəmli” adlı istifadəçi Təqsirləndirilən şəxs2 ona vatsapdan yazmasını, oranı izləmədiklərini bildirir. Daha sonra həmin şəxs Təqsirləndirilən şəxs2 “ayə narahat olma, zəng eləsə götür, de burda görüşək. Nəyə görüşdüyünü kim nə bilir, taksi ilə get ver çıx gəl” yazısını yazır, Təqsirləndirilən şəxs2 ona cavab olaraq ”Təzəxan bəylə əlaqə qur ki, mənimlə əlaqə yaratsın” cavabını yazır. Sonrakı yazılarda Təqsirləndirilən şəxs2 Şahid9 ilə görüşərək sonuncuya göndərilənləri verməsi müəyyən olunur ki, bununla da Təqsirləndirilən şəxs2 mütəşəkkil dəstə tərkibində qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması məqsədilə müxtəlif proqramlar vasitəsilə xarici ölkələrdə yaşayan şəxslərlə mütəmadi əlaqələr saxlayaraq nağd pul vəsaitlərinin xaricdən Azərbaycan Respublikasına gətirilməsini müzakirə edərək reallaşdırması faktları təsdiq olunur (cild 2, iş vərəqi 185-193, cild 10, iş vərəqi 107-108). Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “İphone” markalı, “A1530” modelli smartfonun tədqiqinə dair məhkəmə kompyuter-texniki ekspertizasının 24 may 2018-ci il tarixli 13604 nömrəli rəyindən və həmin rəyə əlavə olunmuş informasiya daşıyıcısına baxış keçirilməsi haqqında 1 dekabr 2018-ci il tarixli protokoldan görünür ki, həmin smartfona “11.3.1” versiyalı “iOS” əməliyyat sistemi quraşdırılmışdır. Smartfonun videokamera vasitəsilə səs yazma, videogörüntülərin, səs yazılarının, həmçinin messencerlərlə səsli və video mesaj funksiyaları və imkanları vardır.Habelə həmin smartfon mobil telefon danışığının səs yazmasını müvafiq proqram təminatları vasitəsilə həyata keçirə bilər.Tədqiqat zamanı smartfonun yaddaşından müxtəlif məzmunlu mətn, proqram təminatları, multi-media xarakterli məlumatlar, silinmiş məlumatların izləri, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 və digərləri arasında yazışma əlaqələri, eyni zamanda hər iki şəxsin ortaq əlaqələrinə, maliyyə vəsaitlərinin dövriyyəsinə dair məlumatlar aşkar ollunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə «whatsap» proqramı vasitəsilə əlaqə yaradaraq 17 may 2017-ci il tarixdə saat 10:39-da Rusiya Federasiyasından Azərbaycan Respublikasına qanunsuz pul köçürmə ilə məşğul olan Şahid4 adını və istifadə etdiyi 050 211-64-88 mobil nömrəsini, 50.000 ABŞ dolları olacağını yazır, həmin gün saat 17:15-də isə Təqsirləndirilən şəxs2 pulu götürdüyünü Təqsirləndirilən şəxs1 yazır. Təqsirləndirilən şəxs1 23 may 2017-ci il tarixdə saat 17:10-da Təqsirləndirilən şəxs2 pul köçürmə ilə məşğul olan Şahid2 adını və istifadə etdiyi 055 390- 53-12 mobil nömrəsini, 175.500 ABŞ dolları olacağını yazır, Təqsirləndirilən şəxs2 isə 24 may 2017-ci il tarixdə saat 08:44-də Turalın pulu gətirdiyi barədə məlumat verir. 29 may 2017-ci il tarixdə saat 12:03-də Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 pul köçürmə ilə məşğul olan Heydər Əhmədovun adını və istifadə etdiyi 055 626-94-57 mobil nömrəsini, 36.952 ABŞ dolları olacağını yazır, Təqsirləndirilən şəxs2 isə həmin tarixdə və həmin vaxtda pulu götürəcəyini yazır. Pulu göndərdikdən sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 adını və istifadə etdiyi 055 657-57-31 mobil nömrəsini Təqsirləndirilən şəxs2 göndərir və Aqillə görüşməyini tapşırır. Bundan sonra dəfələrlə, o cümlədən 18 oktyabr 2017-ci il tarixdə saat 12:22-də Təqsirləndirilən şəxs1 yenə də Təqsirləndirilən şəxs2 pul köçürmə ilə məşğul olan Heydər Əhmədovun adını və istifadə etdiyi 055 626-94-57 mobil nömrəsini, 26 oktyabr 2017-ci il tarixdə saat 06:53-də Şahid1 adını və istifadə etdiyi 070 548-35-35 mobil nömrəsini yazaraq onlardan müxtəlif məbləğlərdə pul götürəcəyini bildirir. Təqsirləndirilən şəxs1 həmçinin 19 yanvar 2018-ci il tarixdə Təqsirləndirilən şəxs5 adını və istifadə etdiyi mobil nömrələri Təqsirləndirilən şəxs2 yazaraq digər şəxsdən götürəcəyi 1000 ABŞ dollarını Təqsirləndirilən şəxs5 çatdırmağı tapşırır, Təqsirləndirilən şəxs2 isə pulun götürüldüyünü, dostu Şahid5 vasitəsilə çatdırılacağını bildirir. Təqsirləndirilən şəxs1 istifadə etdiyi «whatsap» proqramı vasitəsilə Rusiya Federasiyasının müxtəlif yaşayış məntəqələrində olan şəxslərlə əlaqə yaradaraq Azərbaycan X162na göndərilməsi məqsədilə «Sberbank»da olan hesab vasitəsilə və ya nağd şəkildə pul toplanmasını təbliğ edir və bununla bağlı partiyanın funksionerləri, o cümlədən Qənimət Zayıdov, Təqsirləndirilən şəxs3, Eltac Əlisoy və digərləri ilə sıx əlaqə saxlayır. 15.03.2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 özünün ticarət kioskunda satıcı işləməklə, pul vəsaitlərinin qəbul edilməsinə cəlb etidyi Şahid5 şəxsiyyət vəsiqəsinin surətini göndərir; 14.02.2018-ci ildə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “Ruslan götürəcək. Denən 50 m.artıq versin.Mən sənə göndərəndə onu da göndərəcəm” məzmunlu mesaj və RF operatoruna aid +**********5 nömrəsini göndərir; 19.01.2018-ci ildə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “1000 dollar götürdüm” mesajını göndərir; 04.01.2018-ci ildə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “sabah pulu ver zəhmət olmasa” mesajını göndərir, sonuncu “baş üstə” kimi cavab yazır; 27.05.2017-ci ildə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “ayın 23 175.5, 50000 olub 16 may, öyrənib deyəcəm 1-ci gün” mesajını göndərir; 16.05.2017-ci ildə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “50000 olacaq zəng elə” mesajını göndərir; 29.05.2017-ci ildə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “37.952 dollar” mesajını göndərir; 06.05.2017-ci ildə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “Materiyalı götürdüm, məndədi, Hüseyindən” mesajını göndərir; Təqsirləndirilən şəxs1 Moskva şəhərində yaşayan Eltac Əlisoyla apardığı “WatsApp” yazışmalarında 15.03.2016-cı ildə sonuncuya Rusiya Federasiyasında yaşamaqla AXCP üçün pul topladıqları 15 nəfərin adını və verldikləri məbləğlərin siyahısını göndərir; 09.07.2017-ci ildə X201 Rüstəmova “Salam, Xanti-mansiyskdə adam tanıyırsansa, bunu soruş İlkin Səmədov +7 (932) 436- 62-99” mesajını göndərir; 15.12.2017-ci ildə X201 Rüstəmova “Salam bəy. Sənə son günlər ərzində bir-iki nəfəri yönəltdim və yəqin ki, daha bir-iki nəfər olacaq.Onların yardımını Bakıya çatdıranda, xahiş edirəm, AND mənşəli olduğunu ötəri bildirərsən” mesajını göndərir, Eltac Əlisoy cavab olaraq “Hələ ki, tək bir Tverdən sovqat gəlib, onu da göndərəcəm” mesajını gböndərir; 25.12.2017-ci ildə X201 Rüstəmova “Oryoldan da sənə zəng edəcəklər. Aha mütləq danış, aylığa otuzdur” mesajını göndərir; 19.03.2018-ci ildə Təqsirləndirilən şəxs1 Eltac Əlisoya “Tural gəldi, 2000 dollar verdim” sözlərini yazır; 20.03.2018 və 26.03.2018-ci ildə Təqsirləndirilən şəxs1 Eltac Əlisoya “Sberbank”ın hesab nömrəsini və pasportunun surətini, həmçinin “İsa Sadıqovdan bir xəbər çıxmadı” mesajını göndərir; Təqsirləndirilən şəxs1 Fransada yaşayan Qənimət Zahidlə apardığı “WatsApp” yazışmalarında sonuncu ona 24.12.2015-ci ildə “Moskvada yaşayan Musabəyov Səfər adlı bir nəfərə sənin telefonunu verdim.Cəbhəçi olmaq istəyir”, 25.04.2016-cı ildə sonuncu ona “+7 (932) ***-**-** X189 adlı bu adam partiyaya üzv olmaq istəyir” mesajını göndərir; Həmçinin smartfonda aşkar edilmiş səsli mesajlarda Moskva şəhərində pul vəsaitlərini yığılması, mitinq keçirilməsi üçün pul vəsaitlərinin yığılmasının zəruriliyi barədə danışıqlar müəyyən edilir. Qeyd olunanlar, eləcə də Təqsirləndirilən şəxs1 Əli Kərimli ilə apardığı “WatsApp” yazışmalarında 17.01.2018, 18.01.2018, 09.04.2018, 09.01.2017, 17.01.2017 tarixlərində Təqsirləndirilən şəxs1 Əli Kərimliyə “Buyurun”, “Buyurun bəy”, “Salam bəy, zəng edim”, Əli Kərimlinin isə “Salam bəy” mesajlarını göndərmələri və bu mesajlardan dərhal sonra bir-birlərinə həmin proqram vasitəsilə zəng edib danışmaları Təqsirləndirilən şəxs1 mütəşəkkil dəstə tərkibində qanunsuz sahibkarlıqla məşğul olma və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırılması ilə Azərbaycan xalq cəbhəsi partyiasının qeyri-qanuni yollarla maliyyələşdirilməsini təşkil etməsi barədə ifadələrinin düzgünlüyünü təsdiq edir (cild 2, iş vərəqi 194-210, cild 10, 109-11). Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “İphone” markalı, “A1530” modelli smartfonun tədqiqinə dair məhkəmə kompyuter-texniki ekspertizasının 24 may 2018-ci il tarixli 13604 nömrəli rəyi və ona əlavə olunmuş informasiya daşıyıcısındakı məlumatlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus olduğu ehtimal edilən, “Whatsapp” və digər proqramlarla qeydə alınmış audioyazıların mövcud olması müəyyən edilmişdir. Sərbəst səs nümunələri təqdim edilməklə “Whatsapp” və digər proqramlarla qeydə alınmış audioyazıların Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 məxsusluğunun müəyyən edilməsi məqsədilə təyin olunmuş kompleks məhkəmə-texniki və fonoskopik ekspertizasının 06 iyul 2018-ci il tarixli 14950 nömrəli və kompyuter-texniki ekspertizasının 10 iyul 2018-ci il tarixli 15146 nömrəli rəylərindən, eləcə də baxış keçirilməsi haqqında 4 dekabr 2018-ci il tarixli protokoldan görünür ki, təqdim olunmuş sərbəst səs nümunələrində, eləcə də proqramlar vasitəsilə aparılan danışıqlarda real hadisələri təhrif edən hər hansı video effektlər, həqiqətə uyğun olmayan məntiq rabitəni pozan kənar obyektlərin əlavəsi kimi və digər montaj əlamətləri müəyyən olunmur, abonentlər arasında göndərilmiş səsli ismarıclar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsusdur. Həmin səsli ismarıclardan “6127f739-59aa-434b-93ea-fd8a6f040487” nömrəli audiofaylda Təqsirləndirilən şəxs1 bildirir: ”nətər eləmişik də. Yığılmışıq kart da var. O karta əsasən. İndi görüşə bilməsək karta köçürdürük. 1000-dən tutmuş 5000-ə kimi verən var da. 1000-5000 arası verən var. Yığılırıq, yığırıq hər ay göndəririk biz belə. Buna keçəndən sonra bir az rahatlanmışıq. Yoxsa tək-tək göndərirdik alınmırdı, hə, belə eləyirik, hər ay göndəririk. O ki, qaldı o biri tərəfinə ki, bu nəyə xərclənir, xərc daha çoxdu, xərci. Elə qabaqdan özün dedin mitinq gəlir. Mitinqin təşkil olunması, elə stadionun özünün qurulması, plakatların yazılması filan bunu heç, çoxunu mümkün qədər uşaqlar pulsuz eləyirlər də o cəbhəçilər. Mikrafonun qurulması, nə bilim hamısı bu xərc tələb eləyir. Rayonlardan gələn, bundan başqa nə qədər adam hər mitinqdə sən elə-belə izah elə ki, nə qədər adamı tuturlar, onların cərimələrinin ödənməsi. Çoxu ödəyə bilmir də. Bəziləri imkanı çatır özü ödəyir. Çoxunu da mərkəzdən, təşkilatdan ödəyirlər mitinqdə gələnlərin, imkansızların. Ya 15 sutka həbs verirlər, ya cərimə. O elə 15 sutka yatanda da ən azı bir dəfə yanına getmək lazımdı, 20 sutka yatanda yanına gedirlər. Sonra bizim, bundan əlavə heç mitinq olmayanda da siyasi məhbuslarımız var, qurublar burda, elə təşkil ediblər ki, hər ay birinin yanına mütləq dəyirlər. Sonra bayram vaxtları ailələrinə baş çəkirlər. Eləsi var ki, ailəsi belə qalıbdı ona kömək edirlər. Yəni çoxdu, belə şeylər çoxdu. Xərclər çoxdu. Elə arada məsələn indi biz görüşsək daha geniş izah eləyərəm. Məslən elə bircə şeyi götürmək olar ki, xalq cəbhəsinin, əsas təşkilatçı xalq cəbhəsidir də, onun rəhbərliyi, Rəyasət Heyətindən tutmuş, müavinləri heç biri bu dəqiqə bir dənə yerdə işləmir, maaş da ala bilmirlər. İndi gör orda, hansı şəraitdə bu insanlar mübarizə aparırlar. Ona görə onu biz burda başa düşürük, mümkün qədər elə özümüz də üzdə də çox ona görə olmuruq ki, bizə də daha ilişməsinlər ki, heç olmasa o köməyi eləyə bilək burda olanlar. Qabaqlar bir az biz aktivləşdirdik, burda nə bilim feysbukda zadda. Elə məsləhətləşdik ordan dedilər ki, siz mümkün qədər bunu təşkil eləyin ki, biz heç olmasa burdan müəyyən köməyiniz dəyə bilsin. Üzə çıxıb özünüzü çox qabağa verməyin ki, sonra birdən o da kəsilər. Hələ ki, bunu təşkil eləmişik, göndərə bilirik də. İndi siz də bir az qırağından kömək eləsəniz böyük şeydi çox sağ olun. Düz eləyir, yaxşı, sən müqqəddəs elə bil iş görürsən. Bir qırağından da sən kömək eləyə bilsən çox yaxşı olar. Təşəkkür edirəm”. 16.05.2017-ci il tarixdə saat 14.40.31-də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: ” Götür, dədən bilir də 50 mindi.Zəng elə götür”. 16.05.2017-ci il saat 14.42.42-də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: ”Eləmədin? O nömrəyə zəng elə denən ki, sizdə 50 min var, gör nə deyir”. 16.05.2017-ci il saat 14.42.56-da qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: ”Dollarnan Vidadi”. 16.05.2017-ci il saat 14.43.22-də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: ”Sonra mənə məlumat ver mütləq ha, götürən kimi. Yaxşımı?”. 22.05.2017-ci il saat 20.08.48-də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: “Vidadi bu həmişə göndərdiyimnən sizə udobnıdı (əlverişlidir), yoxsa axırıncı dəfə göndərdiyim?”. 22.05.2017-ci il saat 20.10.11-də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: ”Sən götürdüyün yer deyirəm nətər udobnıdı (əlverişlidir). Yaxşı özüm. Deyibdi sən neynirsən summanı (məbləği)? Çatanda deyəcəm də çox danışma”. 23.05.2017-ci il saat 14.52.44-də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: “Vidadi bir saatdan sonra zəng elə soruş. Deyirdi ki bu gün düzəlsə bu gün verəcəyik, olmasa sabah veriləcəkdi”. 23.05.2017-ci il saat 17.44.34-də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: “Hə, Vidadi gedəndə tək getmə, yaxşımı? Sən sakit....götür imkan olsa. Ya vaabşe (ümumiyyətcə) tək getmə də”. 24.05.2017-ci il saat 12.58.51-də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: “Vidadi sən onlara bu gün də perevod (pul köçürmə) olacağını demə ha”. 24.05.2017-ci il saat 13.09.12-də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: “Kimin adına deyil. Yəni, bunların məlumatı olmasın da. Lazım olsa deyəcəyəm. Sən götür hələ. Deyəcəm haraynan vurmuşam. Hələ götür heç kimə heç nə demə”. 24.05.2017-ci il saat 14.32.26-da qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: “İndi deyir götürmək, gətirir pul da, deyən götürürsən indi. Götürən kimi mənə şey elə mən bura məlumat verim ki, götürdü də”. 24.05.2017-ci il saat 14.35.31-də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs2 deyir: “Saleh əmi götürdüm mən. Sən ora məlumat ver”. 29.05.2017-ci il saat 16.04.16-da qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: “Zəng eləyib deyəcəkdi sənin nömrəni verdim. Ola bilsin bu gün olmasa sabah olacaqdı. Heç nə də indi olmasa mən sənə zəng eləyərəm. Dedi iki yer var ona görə də nömrə vermirəm, indi bilmirəm hansı verəcək. Ona görə sənin nömrəni götürdü”. 30.05.2017-ci il saat 16.20.41-də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: ”Zəng elə adı Heydardı. Denən ki, mən Vidadiyəm pul götürməliyəm. İndi gedib götürməlisən”. 30.05.2017-ci il saat 16.23.16-da qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: ”Zəng elə sonra mənə de. Götürəndən sonra srazı (dərhal) mənə məlumat ver”. 30.05.2017-ci il saat 19.54.41-də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs2 deyir: “6952 dollar, götürdüm Saleh əmi”. 10.06.2017-ci il saat 21.14.47-də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: ”Narahat olma sən görüşdüyün adam tanışımdır”.18.01.2018-ci il saat 14.14.25-də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs2 deyir: “Bay bağışla Saleh əmi sənə yazmışam. Danışdım, danışdım, şeydi indi gəlir Nərimanova görüşəcəyik orda verəcəyəm. Mən Turalda pul var idi götürdüm 500 bir, 200 də bir, 700 dollar pul verəcəyəm də ona.Verəcəm hə, bir də şeydi sən Turalnan danışarsan da mən o pulu deyərsən götürdüm”. 18.01.2018-ci il saat 14.15.12-də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: ”Danışmağa deyəndə göndərmişəm də. Telefonunu bir iki dəfə zəng elə, vsyo açanda, açan kimi denən ki, hə, pulumu ver də bilir. Deyərəm, burdan da deyərəm. Bir, ikinci ona 200-ü denən ora çatmayacaq ha. 200-ü denən bunu xahiş elə ki, denən Gözəl Bayramlının evinə çatdır, ailəsinə, başqa adam veribdir. Adı da lazımdırsa deyərik də. Qeys adında oğlandı”. 18.01.2018-ci il saat 14.15.26-da qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: “Sonra da bu yazıların hamısını sil ha, səninlə danışdığım yazıların hamısını sil”. 21.01.2018-ci il saat 17.08.48də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir:” O dronnan çəkilən videonu da göndərsən çıxardıb bir-iki dənə yaxşı momenləri əla olacaq. Feysbukda qoyub da heç olmasa bir 200-300 dollarlıq reklam qoyanda görəcəyəm bütün hamı ora gəldi axı”. 23.01.2018-ci il saat 23.11.47-də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: ”Yollamamışam. İndi şeydi ayın hardasa bu ortalarında, ya bu ayın axırında zadda bir də göndərəcəm də, onun üstə göndərərəm”. 15.03.2018-ci il saat 12.43.05-də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: “Sabah götürsünlər ki, çatmağa görə deyirəm də. Şeyə də gedəcəklər türməyə zada.” 15.03.2018-ci il saat 13.31.45-də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: “200 göndərdim, 200 səninkidi, 1000 də ora çatacaq”. 15.03.2018-ci il saat 13.36.02-də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: “Uşaqlardan da, həmişə göndərdiyim uşaqlardan. Nömrələri də səndə var, adları da”. 15.03.2018-ci il saat 13.36.13-də qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs1 deyir: “Moskvadan Saleh müəllim göndərib”. 16.03.2018-ci il saat 17.57.40-da qeydə alınmış audiofaylda Təqsirləndirilən şəxs2 deyir: “ Saleh əmi bir dənə zəng elə Babəkə telefonu götürsün də, götürmür ey. Bir dənə denən, mən yox Azərə demişəm. Azər də pul Azərdədir. Azər aparıb verəcək Günəşliyə demişəm. Prosta (sadəcə) əlaqə qurammır. Deyir vatsapda nə qədər zəng eləyirəm götürmür. Mən də istərmirəm belə zəng eləsin. Sən Babəknən danış denən bir internetin aç da” (cild 4, iş vərəqi 232-238, 287-294, cild 10, iş vərəqi 115-118). Məhkəmə kompyuter-texniki ekspertizasının 3 iyul 2018-ci il tarixli 14943 nömrəli rəyindən və həmin rəyə əlavə olunmuş bir ədəd yaddaş daşıyıcısına (flash drive) baxış keçirilməsi haqqında 3 dekabr 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd noutbuk “hp” markalı “g6-2137sr” modelli, həssas təzyiqlə çalışan smartfon “Xiaomi” markalı, “Redmi Note5” modelli, digər smartfon “HTC” markalı “PN07100” modelli, Təqsirləndirilən şəxs4 məxsus 1 ədəd noutbuk “hp” markalı “g6- 2277et” modelli, həssas təzyiqlə çalışan smartfon “Samsung” markalı”SM-J320H” modelli, Təqsirləndirilən şəxs5 istifadəsində olan həssas təzyiqlə çalışan smartfon “Micromax” markalı “Q 415” modelli, digər bir ədəd smartfon isə “Samsung” markalı “GT-S5282” modellidir.Təqsirləndirilən şəxs3 məxsus “Xiaomi” markalı, “Redmi Note5” modelli, “HTC” markalı “PN07100” modelli, Təqsirləndirilən şəxs4 məxsus “Samsung” markalı ”SM- J320H” modelli, Təqsirləndirilən şəxs5 istifadəsində olan “Micromax” markalı “Q 415” modelli və “Samsung” markalı “GT-S5282” modelli smartfonlar videokamera vasitəsi ilə səs yazma, videogörüntülərin, səs yazılarının, həmçinin messencerlərlə səsli və video mesaj funksiyaları və imkanlarına malikdirlər. Habelə həmin smartfonlar mobil telefon danışığının səs yazmasını müvafiq proqram təminatları vasitəsi ilə həyata keçirə bilər.Təqsirləndirilən şəxs3 istifadəsində olan “HTC” markalı “PN07100” modelli smartfonun yaddaşında maliyyə vəsaitlərinin dövriyyəsinə dair, həmçinin yazışma əlaqələri, həmin yazışma əlaqələrindəki şəxslərin ortaq əlaqələri barədə məlumatlar aşkar olunmuşdur.Belə ki, yazışma əlaqələrindən görünür ki, 09 mart 2016-cı il tarixdə Natiq Ədilov ad-soyadlı şəxs Təqsirləndirilən şəxs3 aşağıdakı məzmunda yazı göndərir “********** Novruz. De ki, səndə əmanət olmalıdır”, 09 mart 2016-cı il tarixdə Təqsirləndirilən şəxs3 Natiq Ədilova cavab yazır: “Abi götürdüm, 500 manat, necə edim, təlimatlandır, hara, nə qədər aparım”, 09 mart 2016-cı il tarixdə X209 Məhərrəmova yazır: “ 200 Ülvi Həsənli, 200 Səadət xanım, 100 Təzəxan”, 05 iyun 2017-ci il tarixdə təqsirləndirilən şəxs Aqil X7 yazır: ”Salam, günorta internetin açıq olsun, mən Tverdəyəm.Gedəcəm ora, Metro Stragino tərəfdə olacam.Hər yeri tanıyıram, harda desən görüşərik. Saleh bəylə koordinasiya elə”, 05 iyun 2017-ci il tarixdə X210 Məhərrəmova cavab yazır: “Saleh bəyin bir az işi olacaq.Saat 5 üçün yığışarıq.Saleh bəy sonra gələr.Narahat olma.Cibinə də 12.000 dollar qoyub yola salacağıq Bakıya. Gözlə Saleh bəylə danışım deyirəm.Saat 6-da metro Dubrovkada görüşək”. 25 may 2018-ci il tarixdə Əli Kərimli tərəfindən Təqsirləndirilən şəxs3 yazı göndəırilir: “Salam bəy.Novxanı tədbirinə xeyli maya qoyacağıq, videomüraciətə 2 günlük 40 dollar reklam qoy Aqil”. 20 yanvar 2017-ci il tarixdə Təqsirləndirilən şəxs3 Surxay Əliyevə yazı göndərir:”Çatdın banka? USA Alexandriya şəhəri,Virciniya ştatı,Türkel Kərimli.İngilis hərfləri ilə olsun ki, götürə bilsin, Vestern Union,50 dollar. Mən sabah göndərəcəm sənə. Sadəcə ştatı və şəhəri ona görə yazdım ki, ordan götürə bilsin”.20 yanvar 2017-ci il tarixdə X127 Təqsirləndirilən şəxs3 yazır:”Oldu, bankdan pul çıxardıram, göndərəcəm. O pulu da xərclə. Pulunuz varmı? Mitinq üçün?”. Həmin gün Təqsirləndirilən şəxs3 Surxay Əliyevə cavab yazır:” Yox vallah qəpik-qəpikdir”. 20 yanvar 2017-ci il tarixdə X202 Məhərrəmova yazı göndərir:”Sabah göndərərəm 200 dollar, 100 dollar mənim adımdan şəxsən Nigara ver, Həzini deyirəm”. 20 yanvar 2017-ci il tarixdə Təqsirləndirilən şəxs3 Surxay Əliyevə cavab yazır: “2000 bəsdir, yoxsa götürməyəcəm. Nigargilin vəziyyəti yaxşıdır, narahat olma, Avropa məhkəməsindən təzəlikc\ pul alıblar. İndi gərək taktiki davranaq. Tofiq Amerikadadır, şefin vəziyyəti ondan pisdir. İndi 2000 göndər, gələcəkdə lazım olsa deyərəm, şefə göndərərsən”. 19 fevral 2018-ci il tarixdə X127 tərəfindən Təqsirləndirilən şəxs3 yazı göndərilir: ”+**********0, Vaqif, zəng elə ayın neçəsinə lazımdı de”. 26 fevral 2018-ci il tarixdə Təqsirləndirilən şəxs3 Surxay Əliyevə yazı göndərir:”O oğlanı tap, sabah görüşək, belə adamları boş buraxmazlar, həm də maliyyə məsələsini danışaq”. 3 aprel 2018-ci il tarixdə Təqsirləndirilən şəxs3 Surxay Əliyevə yazı göndərir:” O qardaşdan 5000 al karta qoy, bağlanıb, imkan olsa lap başqalarından da yığ”. 09 aprel 2018-ci il tarixdə X202 Məhərrəmova yazır:”Salam kartın nömrəsini göndər 5000”. Həmin gün Təqsirləndirilən şəxs3 Surxay Əliyevə cavab verir:”Adila Magerramova “Sberbank MasterCard- **********432868” Əla, artım üçün çalış, 200-lüklərə başla”. 09 aprel 2018-ci il tarixdə X202 Məhərrəmova yazır:” 5000 sabah göndərəcəm karta”. Həmin gün Təqsirləndirilən şəxs3 cavab verir:”Göndər”. 20 dekabr 2017-ci il tarixdə Aqil Məhərrəmov +**********9 nömrəli abonent istifadəçisi Namiqə yazır:”Bu nömrəyə ***-***-**-** zəng vur, denən sizə əmanət veriblər, soruşsa kim verib, deyərsən Mübariz”. 22 dekabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs3 “Namiq” adlı şəxsə “Namiq, Nürnberqdən göndəriblər, 200 avro puldur, bir də əl əsasıdır, çəlik.Sən ona cəbhəçi olduğunu demə, qorxaqdı, batıracaq altına,denən ki, filankəsin qohumuyam” məzmunlu yazı göndərmişdir (cild 4, iş vərəqi 224-231, cild 10, iş vərəqi 112-114). Təqsirləndirilən şəxs2 Rusiya Federasiyasından Azərbaycan Respublikasına pul köçürülməsi ilə məşğul olan Şahid1, Şahid2, Şahid3 və Şahid4 qəbul etdiyi pul vəsaitlərini almasına dair yazdığı, adıçəkilən şəxslər tərəfindən könüllü olaraq 18 və 19 may 2018-ci il tarixli protokollarla istintaqa təqdim edilmiş qəbzlər üzrə imza və xətt nümunələri götürülməklə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 5 iyun 2018-ci il tarixli 13883 nömrəli rəyindən və qəbzlərə baxış keçirilməsi haqqında 4 dekabr 2018-ci il tarixli protokoldan görünür ki, dama-dama vərəqdə latın qrafikalı əlifba ilə tərtib olunmuş 23.12.2016-cı il tarixli qəbzdəki “Mən Təqsirləndirilən şəxs2 23 dekabr 2016-cı il tarixdə X27 4.000 (dörd min) dollar aldım, imzamla təsdiq edirəm” sözləri, imza və tarix kimi qeyd olunmuş 23.12.2016 rəqəmləri, dama-dama vərəqdə latın qrafikalı əlifba ilə tərtib olunmuş 07.01.2017-ci il tarixli qəbzdə “Mən Təqsirləndirilən şəxs2 Şahid2 07 yanvar 2017-ci il tarixdə 4000 (dörd min) dollar aldım”, Təqsirləndirilən şəxs2 sözləri, imza, 07.01.2017 rəqəmləri, üfüqi xətli vərəqdə latın qrafikalı əlifba ilə tərtib olunmuş 12.01.2017-ci il tarixli qəbzdə “Mən Təqsirləndirilən şəxs2 Şahid1 12 yanvar 2017-ci il tarixdə 3.000 (üç min) dollar pul aldım” Təqsirləndirilən şəxs2 sözləri, imza, 12.01.2017 rəqəmləri, dama-dama vərəqdə latın qrafikalı əlifba ilə tərtib olunmuş 04.02.2017-ci il tarixli qəbzdə “Mən Təqsirləndirilən şəxs2 04.02.2017-ci il tarixdə Şahid2 4.000 (dörd min) dollar pulu götürdüm” Təqsirləndirilən şəxs2 sözləri, imza və 04.02.2017 rəqəmləri, dama-dama vərəqdə latın qrafikalı əlifba ilə tərtib olunmuş 07.02.2017-ci il tarixli qəbzdə “Mən Rüstəmli X58 Rauf Saleh oğlundan 07 fevral 2017-ci il tarixdə adıma göndərilmiş 3.000 (üç min) dolları aldım. Pulu almağımı imzamla təsdiq edirəm”, Təqsirləndirilən şəxs2 sözləri, imza, 07.02.2017 rəqəmləri, dama-dama vərəqdə latın qrafikalı əlifba ilə tərtib olunmuş 20.03.2017-ci il tarixli qəbzdə “Mən Rüstəmli X10 20 mart 2017-ci il tarixdə 8.000 (səkkiz min) dollar pul aldım” sözləri, imza və 20.03.2017 rəqəmləri, dama-dama vərəqdə latın qrafikalı əlifba ilə tərtib olunmuş 05.04.2017-ci il tarixli qəbzdə “Mən Təqsirləndirilən şəxs2 05 aprel 2017-ci il tarixdə Şahid1 3.000 dollar pulu götürməyimi təsdiq edirəm”, Təqsirləndirilən şəxs2 sözləri, imza, 05.04.2017 rəqəmləri, dama-dama vərəqdə latın qrafikalı əlifba ilə tərtib olunmuş 16.05.2017-ci il tarixli qəbzdə “Qəbiz Şahid4 16 may 2017-ci il tarixdə 50.000 (əlli min) dollar pulu aldım” Təqsirləndirilən şəxs2 sözləri, imza, 16.05.2017 rəqəmləri, ağ vərəqdə latın qrafikalı əlifba ilə tərtib olunmuş 24.05.2017-ci il tarixli qəbzdə “Mən Təqsirləndirilən şəxs2 24 may 2017-ci il tarixdə Rusiyadan göndərilmiş 175.500 (yüz yetmiş beş min beş yüz) dollar pulu Şahid2 götürdüm pul götürməyimi imzamla təsdiq edirəm”, Təqsirləndirilən şəxs2 sözləri, imza, 24.05.2017 rəqəmləri, üfüqi xətli ağ vərəqdə latın qrafikalı əlifba ilə tərtib olunmuş qəbzdə “ X203 X73 adıma göndərilmiş 36.952 (mötərzədə otuz altı min doqquz yüz əlli iki) min ABŞ dollarını X52 30 may 2017-ci il tarixdə Gənclik metrosunun yaxınlığında aldım.Pulumu almağımı imzamla təsdiq edirəm”, Təqsirləndirilən şəxs2 sözləri, imza, dama-dama vərəqdə latın qrafikalı əlifba ilə tərtib olunmuş 19.06.2017-ci il tarixli qəbzdə “Mən Rüstəmli X4 Moskvadan göndərilmiş 10.000 (on min) dollar pulu almağımı imzalayıram” Təqsirləndirilən şəxs2 sözləri, imza və 19 iyun 2017 rəqəmləri, dama-dama vərəqdə latın qrafikalı əlifba ilə tərtib olunmuş qəbzdə “Mən Təqsirləndirilən şəxs2 Moskva şəhərindən adıma göndərilmiş 8.000 (səkkiz min) ABŞ dolar pulu 30 oktyabr 2017-ci il tarixdə Şahid3 almağımı imzamla təsdiqləyirəm”, Təqsirləndirilən şəxs2 sözləri, imza Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur (cild 1, iş vərəqi 133-135, cild 4, iş vərəqi 241-244, cild 10, iş vərəqi 119-121). Cinayət işində olan "xxxx" MMC-nin 2.05.2018-ci il tarixli 13995, "xxxx" MMC-nin 22.05.2018-ci il tarixli BKC/LGL-10593/18 nömrəli məktubları ilə daxil olmuş mobil telefon nömrələri üzrə zənglər siyahısı, əhatə dairəsi və sair məlumatlara baxış keçirilməsi haqqında 22 və 23 may 2018-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Rusiya Federasiyasından qanunsuz pul köçürmə əməliyyatları həyata keçirən Şahid4, X118, Şahid2 arasında 2016 və 2017-ci illərin müxtəlif vaxtlarında çoxsaylı əlaqələr yaradılmış, danışıqlar və SMS yazışmaları aparılmış, həmçinin həmin əlaqələrin yaradıldığı müddətlərdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 ilə də danışıqlar və SMS yazışmaları aparmış, o cümlədən X48 istifadəsində olan mobil nömrə ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 arasında çoxsaylı danışıqlar və SMS yazışmaları aparılmışdır. Belə ki, mobil operatorlardan əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 575-21-00 mobil nömrəsi ilə Şahid2 istifadəsində olan 055 390-53-12 mobil nömrəsi arasında 23 dekabr 2016-cı il tarixdə saat 13:11-də, saat 15:14-də, saat 15:19-da, saat 15:23-də, 26 dekabr 2016-cı il tarixdə saat 10:41-də, saat 11:10-da, 11:49-da, saat 11:54-də, saat 13:46-da, saat 13:47-də, 23 may 2017-ci il tarixdə saat 14:39-da, saat 14:57-də, 24 may 2017-ci il tarixdə saat 12:14-də, saat 13:37-də, saat 13:41-də və saat 14:03-də, X71 istifadəsində olan 055 626-94-57 mobil nömrəsi arasında 06 may 2017-ci il tarixdə saat 10:26-da, saat 10:27-də, saat 10:29, saat 10:40-da, 30 may 2017-ci il tarixdə saat 16:32-də, saat 16:37-də, saat 19:02-də, saat 19:34-də, saat 19:41də və saat 19:43-də, Şahid4 istifadəsində olan 050 211-64-88 mobil nömrəsi arasında 16 may 2017-ci il tarixdə saat 14:40-da, 16:59-da, 17:29-da və saat 17:30-da müxtəlif zaman kəsikləri ilə danışıqlar aparıldığı müəyyən edilmişdir. Mobil operatorlardan əldə olunmuş məlumatlarla həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 575-21-00 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 663-88-90 mobil nömrəsi arasında 25 dekabr 2016-cı il tarixdə saat 10:01-də, 29 dekabr 2016-cı il tarixdə saat 19:02-də, Təqsirləndirilən şəxs3 istifadəsində olan 055 657- 57-31 mobil nömrəsi arasında 08 may 2017-ci il tarixdə saat 13:01-də, saat 16:41-də, Təqsirləndirilən şəxs5 18 sentyabr 2017-ci il tarixdə saat 15:49-da müxtəlif zaman kəsikləri ilə danışıqlar aparıldığı, eləcə də SMS mesajlarının göndərildiyi müəyyən edilmişdir. Həmçinin baxış zamanı X48 istifadəsində olan nömrə ilə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3d Əli oğlunun istifadəsində olan telefon nömrələri arasında çoxsaylı telefon əlaqələrinin mövcudluğu müəyyən edilir. Təqsirləndirilən şəxs2 Rusiya Federasiyasında yaşayan Təqsirləndirilən şəxs1 ilə əlaqə saxladıqdan sonra qanunsuz pul köçürmə ilə məşğul olan şəxslər Şahid2, X118, Hüseynov Ceyhun Hüseyn oğlu, Şahid1 ilə əlaqə yaratması, həmin şəxslərlə əlaqə saxladıqdan qısa vaxt sonra Azərbaycan X112 funksionerləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə əlaqələr yaratması, sonuncu üç şəxsin isə bundan sonra X87 ilə əlaqə yaratmalarına dair əldə olunmuş qeyd olunan məlumatlar mərhələli olaraq Rusiya Federasiyasından göndərilən çirkli pulların qanunsuz olaraq Azərbaycan Respublikasına keçirilməsi, həmin pul vəsaitlərinin Azərbaycan X112 fəaliyyəti üzrə leqallaşdırılması faktını təsdiq edən təkzibolunmaz və mötəbər sübutlardan biri kimi qiymətləndirilir (cild 1, iş vərəqi 173-202). İş materiallarına əlavə edilmiş 06 iyun 2018-ci il tarixli qərar əsasında Azərbaycan X112, təsisçi və rəhbərlərinin, onlarla qarşılıqlı maliyyə əməliyyatları aparmış hüquqi və fiziki şəxslərin gəlir mənbələrinin, bank hesabları üzrə əməliyyatlarının və sair xüsusatların Azərbaycan Respublikasının Maliyyə, Vergilər, Ədliyyə nazirlikləri, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisləri tərəfindən yoxlanılması keçirilərək tərtib olunmuş 26.11.2018-ci il tarixli aktda Azərbaycan X112 sədri Əli Kərimliyə 2016-2018-ci illər ərzində ödənilmiş 700028,4 manat pul vəsaiti qeyri-sahibkarlıq fəaliyyətindən gəlir kimi qiymətləndirilməklə, Vergi Məcəlləsinin 97.3.3, 101.2-ci maddələrinə əsasən ümumilikdə 144.182,1 manat gəlir vergisi hesablanmışdır. Bundan başqa, müvafiq qaydada lisenziya alınmadan bank fəaliyyəti həyata keçirilməklə 700.028,4 manat gəlir əldə olunması bu fəaliyyətlə məşğul olan aidiyyəti şəxslər tərəfindən qanunsuz sahibkarlığın həyata keçirilməsi kimi təsbit olunmuşdur (cild 7, iş vərəqi 1-3, cild 8, iş vərəqi 1-16). Məhkəmə-mühasibatlıq ekspertizasının 07 dekabr 2018-ci il tarixli 31713 nömrəli rəyi ilə Azərbaycan Respublikasının Maliyyə, Vergilər, Ədliyyə nazirlikləri, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisləri tərəfindən tərtib olunmuş 26.11.2018-ci il tarixli aktın nəticələri əsaslı və düzgün hesab edilməklə, bir daha təqsirləndirilən şəxslər tərəfindən müvafiq qaydada lisenziya alınmadan bank fəaliyyəti həyata keçirilməklə 2016-2018-ci illər ərzində Rusiya Federasiyasından göndərilmiş 700.028,4 manat pul vəsaiti qanunsuz sahibkarlıqdan əldə edilən gəlir olması təsdiq olunmuşdur (cild 10, iş vərəqi 156-174). İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 28 noyabr 2018ci il tarixli 2116 və 2145 nömrəli rəylərinə əsasən təqsirləndirilən şəxslər X88 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmirlər və onların məcburi müalicəyə ehtiyacları yoxdur (cild 10, iş vərəqi 151-155). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Kamil Məmmədovun 8 may 2018-ci il tarixli raportu və həmin tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərardan 1963-cü ildə Gədəbəy rayonunda anadan olmuş, RF vətəndaşı, ünvan 16-də yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq qaydada onun qanunsuz əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və saxlanıldığı halda üzərinə baxış keçirilməsinin qərara alındığı müəyyən edilir (cild 1, iş vərəqi 4-5). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahlar Cəfərovun 10 may 2018-ci il tarixli raportu və həmin tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərardan 1993-cü ildə Gədəbəy rayonunda anadan olmuş, ünvan 16-də yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq qaydada onun qanunsuz əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və saxlanıldığı halda üzərinə baxış keçirilməsinin qərara alındığı müəyyən edilir (cild 1, iş vərəqi 240-241). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 18 may 2018-ci il tarixli məktublarından görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 2016-cı ilin mart ayından etibarən RF-də yaşayan bir qrup azərbaycanlılardan pullar toplayaraq Azərbaycan xalq cəbhəsi partityasına maddi yardım məqsədilə qanunsuz pul köçürmələrlə Bakı şəhərinə göndərmişdir. Təqsirləndirilən şəxs1 hər ay qanunsuz pul köçürmələrlə RFdən göndərdiyi pul vəsaitləri Bakı şəhərində Şahid4, Şahid1, X118 və Şahid2 tərəfindən Təqsirləndirilən şəxs1 qardaşı oğlu Təqsirləndirilən şəxs2 çatdırılmış, Təqsirləndirilən şəxs2 isə əmisinin tapşırığına əsasən həmin pulları Əli Kərimlinin yaxın əlaqələri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 təhvil vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 partiyanın mitinq və toplantılarında istifadə olunması məqsədilə xaricdən mikrofon, səsgücləndirici, videokamera alaraq Bakı şəhərinə göndərmişdir. Həmçinin qanunsuz pul köçürmə əməliyyatı iştirakçılarının hüquqazidd əməllərinin ifşa olunmasından qorunmaq məqsədilə əsasən «WhatsApp» ani mesajlaşma mübadilə sistemi və digər proqramlardan istifadə etməklə internet üzərindən əlaqə yaratmalarına dair məlumatlar əldə olunmuşdur (cild 1, iş vərəqi 106, 139). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 29 may 2018-ci il tarixli, 007-4765-1218 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs2 üzərindən və idarə etdiyi «Kia Sportage» markalı, ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan aşkar olunmuş külli miqdarda, 29,690 qram çəkidə narkotik vasitə heroinin satış məqsədilə əldə olunması və saxlanılması, əvvəllər kənar şəxslərə narkotik vasitələr satması halları müəyyən edilməmişdir (cild 3, iş vərəqi 239). Azərbaycan Respubllikası Daxili İşlər Nazirliyinin 11 iyul 2018-ci il tarixli 1/193 m saylı məktubuna əsasən keçirilmiş kompleks əməliyyat-axtarış və əməliyyat-texniki tədbirləri ilə müəyyən olunmuşdur ki, Saleh X2 birbaşa ona verdiyi tapşırığa əsasən X108 ilə RF-nin paytaxtı Moskva şəhərində görüşmüş, birlikdə Rusiya Federasiyasında yaşayan Azərbaycan X162 adlı qurumun keçmiş üzvlərini, eləcə də müxalif fikirli azərbaycanlıları həmin təşkilatın sıralarına cəlb etməklə partiyanın maliyyələşdirilməsində onların maliyyə vəsaitlərindən istifadə etmişdir. 2016-cı ilin mart ayından etibarən Təqsirləndirilən şəxs1 1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş, hazırda RF-də yaşayan X151 ilə birlikdə həmin şəxslərin hər birindən aylıq 500-1.000 ABŞ dolları olmaqla ümumilikdə 3.000-5.000 avro Qənimət Zahidə, 25.000-30.000 ABŞ dolları, bəzən isə mağazasında satıcı işləyən Yevgeniya Adolfovnanın adına «Sberbank»da açdığı **********590884 nömrəli bank hesabında və ya nağd şəkildə toplayaraq qanunsuz pul köçürmə fəaliyyəti ilə məşğul olan Şahid4, Şahid1, X118, Şahid2 və digərlərinin vasitəsilə qanunsuz pul köçürmələri ilə Əli Kərimliyə göndərmişdir. Təqsirləndirilən şəxs1 hər ay qanunsuz yolla Əli Kərimliyə pulların göndərilməsi işinə qardaşı oğlu Təqsirləndirilən şəxs2 cəlb etmiş, sonuncu hər dəfə pulları Bakı şəhərində qəbul edərək ayrı-ayrılıqda AXCP fəalları Təqsirləndirilən şəxs3, X121 və Təqsirləndirilən şəxs4 vasitəsilə ümumilikdə 411.952 ABŞ dolları vəsaiti Əli Kərimliyə çatdırmışdır. Keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində mütəşəkkil dəstə üzvlərinin hüquqazidd əməllərinin ifşa olunmasından qorunmaq məqsədilə əsasən «WhatsApp» ani mesajlaşma mübadilə sistemi və digər proqramlardan istifadə etməklə internet üzərindən əlaqə yaratmaları müəyyən edilmiş, internet üzərindən aparılan yazışma və səsli mesajların bir hissəsi aşkar edilib götürülərək istintaqa təqdim olunmuşdur. Əldə olunmuş səsli mesajlarda Təqsirləndirilən şəxs1 təşkilatlanmış şəkildə hər ay topladıqları pulların mitinqlərin təşkilinə, mitinq iştirakçılarının inzibati cərimələrinin ödənilməsinə, inzibati həbs olunmuş və cəza çəkən partiya fəalları ilə görüş və onların ailələrinə maddi yardım göstərilməsinə sərf olunduğundan, partiyanın xərclərinin çox olmasından, «Müqəddəs iş» adlandırdığı bu dəstəyi partiya rəhbərliyi ilə əvvəlcədən razılaşdırılmış şəkildə gizli surətdə həyata keçirmələrindən danışmış, həmsöhbətlərinə bu işi gizli həyata keçirmək, ehtiyatlı davranmaq, danışıq və yazıların hamısını silməklə bağlı konkret tapşırıqlar vermişdir. Məhkəmə qərarları əsasında «Azersell», və "xxxx" MMC-lərdən alınmış mobil telefonlarla aparılan danışıqlar, mesaj mətnləri və əhatə dairəsinə dair məlumatlarla onların əlaqələri bir daha təsdiq olunmuşdur (cild 9, iş vərəqi 7-8). Azərbaycan Respubllikası Dövlət Təhlükəsizliyi Xidmətinin 20 sentyabr 2018-ci il tarixli 23/5-5003 nömrəli məktubundan görünür ki, əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 məxsus ticarət obyektində satıcı işləyən Yevgeniya Adolfovnanın 05.04.1965-ci ildə Ukraynada anadan olmuş, həmin ölkənin vətəndaşı X21ması müəyyənləşdirilmişdir (cild 8, iş vərəqi 313-316). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 22 iyun 2018-ci il tarixli 100- 01-139m saylı məktubu ilə müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 2014-2018-ci illər ərzində idxal əməliyyatları barədə məlumatlar mövcud deyildir. Təqsirləndirilən şəxs X150 tərəfindən 1 dəfə 27.02.2017-ci il tarixdə 9 ABŞ dolları dəyərində 600 ədəd siqaret, Təqsirləndirilən şəxs2 tərəfindən isə bir dəfə 10.11.29016-cı il tarixdə 37.000 ABŞ dolları dəyərində «Toyota Hillux» markalı minik avtomaşını ölkəyə gətirilmişdir. Qeyd olunan faktlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və digərlərindən ibarət mütəşəkkil dəstə üzvlərinin RF-dən Azərbaycan Respublikasına pul vəsaitlərini məhz qeyri-qanuni yollarla, qanunsuz sahibkarlıq fəaliyyəti ilə gətirmələrini təsdiqləyir (cild 8, iş vərəqi 308-310). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X8 Dəstəyi Şurasının 08 iyun 2018-ci il tarixli 05m saylı məktubundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, X120, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Azərbaycan X162 adlı quruma, eləcə də bu qurumun vəzifəli şəxsləri X109 və X72 hər hansı qrant vəsaiti ayrılmamışdır (cild 8, iş vərəqi 307). Cinayət işinə əlavə edilmiş X50 Sisteminin «sərhəd nəzarəti» altsistemindən götürülmüş hesabatlardan görünür ki, Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasının vətəndaşı kimi dəfələrlə, sonuncu dəfə 5 may 2018-ci il tarixdə «Moskva-Gəncə» aviareysi ilə Azərbaycan Respubilkasına gəlmişdir. X50 Sisteminin «sərhəd nəzarəti» altsistemindən götürülmüş hesabatlardan görünür ki, Təqsirləndirilən şəxs2 ölkə xaricinə getmək üçün zəruri sənədə malik olmaqla 2010-cu ildən etibarən dəfələrlə Rusiya Federasiyasına gedib-gəlmişdir. X50 Sisteminin «sərhəd nəzarəti» altsistemindən götürülmüş hesabatlardan görünür ki, Təqsirləndirilən şəxs3 ölkə xaricinə getmək üçün zəruri sənədə malik olmaqla 2007-ci ildən etibarən 10 dəfə Rusiya Federasiyasına gedib-gəlmişdir. X50 Sisteminin «sərhəd nəzarəti» altsistemindən götürülmüş hesabatlardan görünür ki, Təqsirləndirilən şəxs4 ölkə xaricinə getmək üçün zəruri sənədə malik olmaqla 2005-ci ildən etibarən dəfələrlə Rusiya Federasiyasına gedib-gəlmişdir. X50 Sisteminin «sərhəd nəzarəti» altsistemindən götürülmüş hesabatlardan görünür ki, Təqsirləndirilən şəxs5 ölkə xaricinə getmək üçün zəruri sənədə malik olmaqla Rusiya Federasiyasına gedib-gəlmişdir. Qeyd olunan xüsusatlar təqsirləndirilən şəxslərin Rusiya Federasiyasından Azərbaycan Respubilkasına nağd pul vəsaitlərinin göndərilməsi üzrə faktiki bank əməliyyatları olan fəaliyyətlə mütəşəkkil dəstə tərkibində məşğul olaraq qanunsuz sahibkarlığı həyata keçirmələri, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması əməlini törətmələrini bir daha təsdiq edir (cild 1, iş vərəqi 50, 105, cild 3, iş vərəqi 43-48, 90-91, 124-127). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətindən daxil olan 18 may 2018-ci il tarixli **********92 saylı, 22 iyun 2018-ci il tarixli **********52 saylı və 27 iyun 2018-ci il tarixli **********18 saylı məktublardan görünür ki, Təqsirləndirilən şəxs2 adına 11 iyul 2017-ci il tarixdə ünvan 16 ünvanında yerləşən fərdi yaşayış evi qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir (cild 4, iş vərəqi 11-17, 18, 21-22). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X211 İdarəsinin 21 iyun 2018-ci il tarixli 016-65399-1718 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 və X104 adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir, Təqsirləndirilən şəxs4 adına 2000-ci il istehsalı ** DB *** nömrə nişanlı «Opel Astra» markalı, 2000-ci il istehsalı ** GK *** nömrə nişanlı «Vaz 21099» markalı, Təqsirləndirilən şəxs3 adına 1994-cü il istehsalı ** BX *** nömrə nişanlı «Vaz 21061» markalı, Təqsirləndirilən şəxs2 adına 2012-ci il istehsalı ** EV *** nömrə nişanlı «Volksvagen T5 Transporter» markalı, 2017-ci il istehsalı ** ML *** nömrə nişanlı «Kia Sportage» markalı, 2016-cı il istehsalı ** CR *** nömrə nişanlı «Toyota Hilux» markalı nəqliyyat vasitələri qeydiyyatdan keçmişdir (cild 4, iş vərəqi 6-8). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 05 iyun 2018-ci il tarixli 10/01-399 m nömrəli məktubu ilə daxil olmuş sənədlərdən görünür ki, Azərbaycan X162 1 sentyabr 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmış, partiyanın dövlət qeydiyyatına alınmasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 01.09.1995-ci il tarixli 30 nömrəli «Dövlət qeydiyyatı haqqında şəhadətnamə» verilmişdir. 22.03.2001-ci ildə Ədliyyə Nazirliyinə partiyanın 17.02.2001-ci il tarixdə keçirilmiş qurultayında Əli Kərimlinin partiyanın sədri seçilməsi barədə məlumat göndərilmiş və həmin dövrdən etibarən partiyaya faktiki rəhbərliyi Əli Kərimli həyata keçirmişdir. 06.10.2015-ci il tarixdə Ədliyyə Nazirliyinə partiyanın Vİ (İX) qurultayının 27.09.2015-ci il tarixdə keçirilməsi və Ə.Kərimlinin partiyanın sədri seçilməsi, rəhbər orqanlarının formalaşdırılması faktlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmişdir. Lakin həmin sənədlər «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanununa uyğun tərtib edilmədiyi üçün 14.10.2015-ci il tarixdə geri qaytarılmışdır. Partiyanın sədr müavini Razi Nurullayevin tərəfdarları isə partiyanın Etimad Qurultayının 18.10.2015-ci il tarixdə keçirilməsi, onun partiyanın sədri seçilməsi, partiyanın digər rəhbər orqanlarının formalaşdırılması faktlarının dövlət qeydiyyatı ilə bağlı 02.11.2015-ci il tarixdə nazirliyə müraciət etmişdir. Eyni zamanda Ə.Kərimlinin partiyanın İV (İX) qurultayında sədr seçilməsinə dair sənədlər 04.11.2015-ci il tarixdə yenidən nazirliyə təqdim olunmuşdur. Eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğu nəzərə alınaraq hər iki tərəfin sənədləri 06.11.2015-ci il və 10.11.2015-ci il tarixlərdə geri qaytarılmış, müraciət olunmuş məhkəmə instansiyaları Ədliyyə Nazirliyinin mövqeyini qanuni hesab etmişlər (cild 8, iş vərəqi 292-306). İş materiallarına əlavə edilmiş Gədəbəy rayon icra hakimiyyətinin 7 iyun 2018-ci il tarixli 512/8-14 nömrəli məktubu ilə daxil olmuş rayon icra hakimiyyəti başçısının 19.02.2013-cü il tarixli 16 nömrəli sərəncamı və Gədəbəy bələdiyyəsi ilə bağlanılmış 07 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsi, Gədəbəy rayon notariat kontorunun 6 iyun 2018-ci il tarixli 218 nömrəli məktubu ilə daxil olmuş müqavilələrlə Təqsirləndirilən şəxs1 faktiki mülkiyyətində olan Gədəbəy şəhəri H.Əliyev pr. 7s ünvanında yerləşən və fəaliyyət göstərən 2 mərtəbəli «Park market» və «Park» şadlıq evinin tiikntisinə icazə verilməsi, eləcə də üzərlərinə həbs qoyulmuş daşınmaz əmlaklar və torpaq sahələrinin əldə olunması faktı müəyyən olunur ki, bu xüsusatlar da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz sahibkarlıqdan külli miqdarda gəlir əldə etmələri və bu gəlirlərini leqallaşdırmalarını bir daha təsdiq edir (cild 4, iş vərəqi 123-142, 148-179). İş materiallarına əlavə edilmiş 11 iyun 2018-ci il tarixli cinayət işinin ayrılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs1 üçün Gədəbəy rayonu ərazisində torpaq sahələrinin rəsmləşdirilməsi ilə əlaqədar vəzifəli şəxslər tərəfindən qulluq səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda rüşvət alınması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci və 311.3.3cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmış və həmin cinayət işinə ********* nömrəsi verilmişdir (cild 4, iş vərəqi 180-181). İş materiallarına əlavə edilmiş 10 dekabr 2018-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işindən mütəşəkkil dəstə tərkibində qanunsuz sahibkarlıqla məşğul olmaqla xüsusilə külli miqdarda gəlir əldə etmə, cinayət yolu ilə əldə olunmuş külli miqdarda pul vəsaitlərini leqallaşdırma əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan olunmuşX150, həmin əməllərin törədilməsində iştirak etmişX87, X108, Şahid2, Şahid4, Şahid1, X118 və mütəşəkkil dəstənin digər üzvləri haqqında, həmçinin X5 miqdarda vergiləri dövlər büdcəsinə ödəməkdən yayınması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitələrin mənbəyi, pul vəsaitlərinin Rusiya Federasiyasından Azərbaycan Respublikasına göndərilməsi ilə əlaqədar və cinayət xarakterli bütün sair xüsusatlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 213.2.2 və 234.2-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılmış və ayrılmış həmin cinayət işinə ********* nömrəsi verilmişdir (cild 11, iş vərəqi 1-2). İş materiallarına əlavə edilmiş 08 iyun 2018-ci il tarixli tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır (cild 4, iş vərəqi 187-188, 192). İş materiallarına əlavə edilmiş 08 iyun 2018-ci il tarixli tələbnamədən və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 25 avqust 2011-ci il tarixli 1(009)-202/2011 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmişdir, hazırda məhkumluğu olmayan şəxsdir (cild 4, iş vərəqi 190, cild 10, iş vərəqi 134-135, 274). İş materiallarına əlavə edilmiş 08 iyun 2018-ci il tarixli tələbnamədən və Saatlı rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli 1(055)-01/2017 nömrəli hökmünün surətindən, həmçinin Saatlı rayon İcra və probasiya şöbəsinin 12 dekabr 2018-ci il tarixli 392/2018-69-1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmışdır, hazırda məhkumluğu olmayan şəxsdir (cild 4, iş vərəqi 189, cild 10, iş vərəqi 246-273). Məhkəmə iclasında təqsirləndirilən şəxslərin hamısı onlara elan olunmuş ittihamlar üzrə özlərini təqsirli bilməyərək, istintaq orqanına verdikləri etirafedici ifadələrindən imtina etməklə həmin ifadələri onlara edilmiş təzyiqlər və işgəncələr nəticəsində verdiklərini, ibtidai istintaq zamanı onların hüquqlarının pozulduğunu bildirdilər. Təqsirləndirilən şəxslərin məhkəmədə gətirdikləri həmin dəlillərlə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: Belə ki, ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 tutularkən hüquqlarının pozulması, işgəncələrə məruz qalması barədə iddiaları üzrə ayrıca icraatda araşdırma aparılmaqla 7 dekabr 2018-ci il tarixdə cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs1 təhqiqat və istintaq orqanı tərəfindən saxlanılarkən, izahat və ifadəsi alınarkən onun bütün prosessual hüquqları, o cümlədən müdafiə və sair hüquqi yardım almaq hüquqları tam surətdə təmin olunmuş, onun iştirakı ilə keçirilən bütün istintaq hərəkətləri istisnasız olaraq müdafiəçilərinin iştirakı ilə aparılmışdır. Təqsirləndirilən şəxs1 istintaqa verdiyi etirafedici ifadələrində cinayətlərin törədilmə səbəbləri, şəraiti, motivi barədə iş materiallarına, digər sübutlara uyğun olan halları bildirmişdir. Həmin ifadələr iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş digər sübutlarla, xüsusilə cinayət hadisəsinin baş vermə şəraiti və halları barədə RF ərazisində beynəlxalq hüqüqi yardım göstərilməsi haqqında vəsatət üzrə icra olunmuş istintaq hərəkətləri, “Sberbank” kommersiya bankından götürmə, RF Federal Vergi Xidmətinin məlumatları, şahid qismində dindirilmiş Şahid18, Mehman Abuşov, Şahid13, Şahid14, Şahid2, Şahid1, Şahid3, Şahid4 və digərlərinin ifadələri, o cümlədən AXCP strukturlarında üzvlük haqlarının müntəzəm və sistemli surətdə yığılmaması, yığılan pulların isə məbləğinin az olması barədə Şahid8, Şahid9, Şahid10 və başqalarının ifadələri, RF ərazisində sahibkarlıqla məşğul olan şəxslərin ödədikləri pul vəsaitlərinin üzvlük haqqı olmaması barədə ifadələri ilə öz təsdiqini tapır. Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitənin aşkar olunması faktı “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və cinayət-prosessual qanunverciliyin tələblərinə uyğun surətdə həyata keçirilmiş əməliyyat tədbirinin nəticələrinə dair tərtib olunmuş protokolla, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə, hal şahidi Şahid15, Şahid16 ifadələri və sair sübutlarla təsdiq olunmuş, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən isə Təqsirləndirilən şəxs1 narkoloji xəstəlikdən əziyyət çəkməməsi onun üzərində aşkar edilmiş narkotik vasitənin məhz satış məqsədilə əldə olunmasını təsdiqləyən sübut növü kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs2 Rusiya Federasiyasından göndərilən pulların məbləğini azaldaraq ümumilikdə əmisi Təqsirləndirilən şəxs1 tərəfindən 2016-cı ilin əvvəllərindən ona cəmisi 5.000-6.000 ABŞ dolları məbləğində pullar göndərildiyi, tutularkən polis əməkdaşları tərəfindən işgəncələrə və təzyiqlərə məruz qalması, üzərindən aşkar edilmiş narkotik vasitəyə aidiyyəti olmaması barədə ifadəsində göstərilən xüsusatlar iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı sübutların məcmusu ilə təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs2 tutularkən hüquqlarının pozulması, işgəncələrə məruz qalması barədə iddiaları üzrə ayrıca icraatda araşdırma aparılmaqla 30 iyun 2018ci il tarixdə cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 təhqiqat və istintaq orqanı tərəfindən saxlanılarkən, izahat və ifadəsi alınarkən onun bütün prosessual hüquqları, o cümlədən müdafiə və sair hüquqi yardım almaq hüquqları tam surətdə təmin olunmuş, onun iştirakı ilə keçirilən bütün istintaq hərəkətləri istisnasız olaraq müdafiəçilərinin iştirakı ilə aparılmışdır. Təqsirləndirilən şəxs2 etirafedici ifadələri iş üzrə toplanmış digər sübutlarla, o cümlədən işin faktiki halları ilə bir-birini əlaqəli surətdə tamamlayır. Onun Təqsirləndirilən şəxs1 RF ərazisindən göndərdiyi pulları 2016-cı ildən etibarən qəbul etməsi və məhz ona istinad edilən əməllərdə qeyd olunan məbləğlərdə qəbul etməsi bu pul vəsaitlərini ona verən Şahid2, Şahid1, Heydər Əhmədov, Şahid4 və digərlərinin ifadələri, pulları qəbul etməsinə dair həmin şəxslərə yazıb verdiyi qəbzlər, özünün, əmisi Təqsirləndirilən şəxs1 mobil cihazlarında aşkar edilmiş səsli və mətnli yazışmalar, məhkəmə kompyuter-texniki, xətşünaslıq ekspertizalarının rəyləri və sair sübutlarla təsdiq olunmuşdur. Onun üzərindən narkotik vasitənin aşkar olunması faktı “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və cinayət-prosessual qanunverciliyin tələblərinə uyğun surətdə həyata keçirilmiş əməliyyat tədbirinin nəticələrinə dair tərtib olunmuş protokolla, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə, hal şahidi Şahid17 ifadəsi və sair sübutlarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs2 qəbul etdikləri pulların məbləğini azaltmaları, tutularkən polis əməkdaşları tərəfindən işgəncələrə və təzyiqlərə məruz qalmaları barədə göstərdikləri xüsusatlar iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutların məcmusu ilə təkzib edilir. Belə ki, onların tutularkən hüquqlarının pozulması, işgəncələrə məruz qalması barədə iddiaları üzrə ayrıca icraatda araşdırma aparılmaqla Təqsirləndirilən şəxs4 barəsində 24 iyul 2018-ci il, Təqsirləndirilən şəxs3 barəsində 14 sentyabr 2018-ci il tarixlərdə cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmiş, Təqsirləndirilən şəxs5 isə fiziki və ya psixi təsirlərə məruz qalması barədə müraciət etməmişdir. Məhkəmədə müəyyən edildi ki, onlar təhqiqat və istintaq orqanı tərəfindən saxlanılarkən, ifadələri alınarkən bütün prosessual hüquqları, o cümlədən müdafiə və sair hüquqi yardım almaq hüquqları tam surətdə təmin olunmuş, onların iştirakı ilə keçirilən bütün istintaq hərəkətləri istisnasız olaraq müdafiəçilərinin iştirakı ilə aparılmışdır. Qeyd olunan təqsirləndirilən şəxslərin etirafedici ifadələri iş üzrə toplanmış digər sübutlarla, o cümlədən işin faktiki halları ilə bir-birini əlaqəli surətdə tamamlayır. Onların Təqsirləndirilən şəxs2 RF ərazisindən göndərilən pulları 2016-cı ildən etibarən qəbul etmələri və məhz onlara istinad edilən əməllərdə qeyd olunan məbləğlərdə qəbul etmələri bu pul vəsaitlərini onlara verən Təqsirləndirilən şəxs2 ifadəsi, üzləşdirmə protokolları, Şahid2, Şahid1 və digərlərinin ifadələri, mobil cihazlarda aşkar edilmiş səsli və mətnli yazışmalar, məhkəmə kompyuter-texniki, xətşünaslıq ekspertizalarının rəyləri, maddi sübut qismində tanınmış qəbzlərlə və sair sübutlarla təsdiq olunur. Yuxarıda göstərilənləri ümumiləşdirən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməyərək, istintaq orqanına verdikləri etirafedici ifadələrindən imtina etmələri, həmin ifadələri təzyiqlər və işgəncələr altında vermələri barədə, ibtidai istintaq zamanı hüquqlarının pozulması barədə məhkəmədə göstərdiyi xüsusatlar onların cinayət məsuliyyətindən və cəzadan yayınmaq üçün seçdikləri müdafiə taktikası kimi dəyərləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin hər birinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirçən ifadələr kimi qəbul edir. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü və 15.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə kömək etməsini və himayəsində bir nəfər azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs3 himayəsində iki nəfər azyaşlı uşaqların olmasını, Təqsirləndirilən şəxs4 Qarabağ müharibəsi veteranı olmasını, himayəsində iki nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmayan uşağın olmasını, Təqsirləndirilən şəxs5 cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə kömək etməsini onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, onlara CM-nin 192.3.2-ci və 193-1.3.1-ci və 193- 1.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbinə görə, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şəxsiyyətini, himayəsində azyaşlı uşaqların olmasını, Təqsirləndirilən şəxs4 bundan başqa Qarabağ müharibəsi veteranı olmasını cinayətin məqsədi və motivi, təqsirkarların cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələrinə münasibətdə həmin Məcəllənin 62-ci maddəsinin tətbiq olunmasını və ona həmin maddələrlə nəzərdə tutulmuş cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri hər bir maddə üzrə CM-nin 62-ci maddəsi tətbiq edilməklə ayrı-ayrılıqda azadlıqdan məhrum etmə növündə əsas cəza, CM-nin 192.3.2-ci və 193-1.3.1-ci və 193-1.3.2-ci maddələri ilə həm də dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəzalar təyin edilməli, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə onlara qəti cəzalar təyin olunmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 08 may 2018-ci il tarixdən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, onlara təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaların başlanğıcı isə 25 may 2018-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, adları çəkilən şəxslər qeyd olunan tarixlərdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuşlar. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 08 may 2018-ci il tarixdən, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə 25 may 2018ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 10 may 2018-ci il tarixdən şübhəli şəxs qismində tutularaq hökmün çıxarıldığı 27 fevral 2018-ci il tarixədək 9 (doqquz) ay 17 (on yeddi) gün, Təqsirləndirilən şəxs5 isə 25 may 2018-ci il tarixdən şübhəli şəxs qismində tutularaq hökmün çıxarıldığı 27 fevral 2018-ci il tarixədək 9 (doqquz) ay 2 (iki) gün həbsdə saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən onların həbsdə saxlanıldığı yuxarıda qeyd olunan müddətlər təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılmalı və onlara qəti cəza təyin edilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 şəxsiyyətini, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə kömək etmələrini, həmçinin Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq onların cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Ruslan Nəcirov barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və onlar məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Göstərilənlərlə yanaşı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0-cı maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən aşağıdakı qaydalara riayət edilməlidir: 132.0.1. məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir; 132.0.2. dəyəri olmayan digər əşyalar məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər; 132.0.5. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Cinayət qanunvericiliyinin qeyd olunan müddəasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ayrı-ayrılıqda 29,690 qram və 30,809 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməli; - Azərbaycan Respublikası Baş Prokurorluğu Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus daxilində GSM danışıq kartının və bir ədəd “microSD“ tipli yaddaş kartı olan “Samsung” markalı “SM-G950FD” modelli smartfonun, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “İphone” markalı, “A1530” modelli smartfonun, onlara əlavə edilmiş 1 ədəd yaddaş daşıyıcısının, 1 ədəd diskin, Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd “hp” markalı “g6- 2137sr” modelli noutbukun, “Xiaomi” markalı, “Redmi Note5” modelli, “HTC” markalı “PN07100” modelli smartfonların, Təqsirləndirilən şəxs4 məxsus 1 ədəd “hp” markalı “g6- 2277et” modelli noutbukun, “Samsung” markalı ”SM-J320H” modelli smartfonun, Təqsirləndirilən şəxs5 istifadəsində olan “Micromax” markalı “Q 415” modelli, “Samsung” markalı “GT-S5282” modelli smatfonun və rəyə əlavə olunmuş bir ədəd yaddaş qurğusunun (flash drive), Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 səsli ismarıclarının təsbit olunduğu flyaş kartın, - Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Rusiya Federasiyasından Azərbaycan Respublikasına pul köçürülməsi ilə məşğul olan Şahid1, Şahid2, Heydər Əhmədov və Şahid4 istintaqa təqdim etdikləri, onlardan pul vəsaitlərinin qəbul olunmasına dair 12 ədəd qəbzlərin, Təqsirləndirilən şəxs3 evində aparılmış axtarış zamanı götürülmüş onun X140nın adına olan RF-nin “Sberbank” kommersiya bankının «**********432868» nömrəli plastik bank kartının, “Sberbank” kommersiya bankından götürülmüş həmin kart və X16 adına olan “**********590884” nömrəli plastik bank kartı üzrə tranzaksiya sənədlərinin taleyi ibtidai istintaq orqanı tərəfindən hazırkı işdən ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işi çərçivəsində həll edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli qərarından görünür ki, X33 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 125, 39 saylı mənzilin üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmuşdur (cild 4, iş vərəqi 35-36). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli qərarından görünür ki, X14 adına rəsmiləşdirilmiş Gədəbəy şəhəri, H.Əliyev prospekti, 7c ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış sahəsi, X34 adına rəsmiləşdirilmiş Gədəbəy şəhərində 0,5 hektar torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsi, Gədəbəy şəhəri, S.Vurğun küçəsi, “Köhnə bazar” adlanan ərazidə yerləşən 70 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi, ünvan 19 ünvanında yerləşən fərdi yaşayış evi, Gədəbəy şəhəri, Q.Əhmədli küçəsində yerləşən 0,06 hektar torpaq sahəsi, Gədəbəy şəhərində yerləşən 0,50 ha. torpaq sahəsi, X14 adına sənədləşdirilmiş Gədəbəy-Novosaratovka şossesinin kənarında yerləşən 0,05 hektar torpaq sahəsi, X33 adına rəsmiləşdirilmiş Gədəbəy rayonunun Qumlu massivində yerləşən 01 hektar torpaq sahəsi, Gədəbəy şəhərində yerləşən 0,2455 hektar həyətyanı torpaq sahəsi, X22 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 hektar, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 hektar torpaq sahələri, X35 adına rəsmiləşdirilmiş ünvan 21 ünvanında yerləşən fərdi yaşayış evi, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 22ənzil 13 və ünvan 23 ünvanında yerləşən daşınmaz əmlakların üzərinə cinayət təqibinin davam etdiyi müddətdə həbs qoyulmuşdur (cild 4, iş vərəqi 115-116). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.18-ci maddəsinə əsasən, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək əmlak müsadirəsinin təmin edilməsi məqsədilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığı, həmin Məcəllənin 346.1.19-cu maddəsinə əsasən isə, hansı əmlakın müsadirə edilməli olduğu, cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan hansı məbləğdə pulun və ya hansı əmlakın müsadirə edilməli olduğu yekun məhkəmə qərarı çıxarılarkən müşavirə otağında müzakirə edilən məsələlərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinin tələbinə görə, xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: - Məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələr; - Məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər; - Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən hazırkı iş üzrə üzərinə həbs qoyulmuş yuxarıda qeyd olunan əmlakların Təqsirləndirilən şəxs1 faktiki sahibliyində olduğu, lakin onların öz adına deyil, digər yaxın qohumlarının adına sənədləşdirildiyi, cinayət yolu ilə əldə edilmiş həmin əmlakların istifadə edildiyi, özgəninkiləşdirildiyi və başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi qərarına gəlinmiş, həmçinin Şahid8 yaşadığı evdən götürülməklə Baş Prokurorluğun mərkəzi mühasibatlığının depozit hesabında saxlanılan 770 manat məbləğində pul vəsaitinin də cinayət yolu ilə əldə edildiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası belə hesab edir ki, həmin əmlaklar barədə xüsusi müsadirə tətbiq edilməli, onlar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 1.038 (min otuz səkkiz) manat 43 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab olunan 1.038 (min otuz səkkiz) manat 43 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada, yəni hər birindən 207 (iki yüz yeddi) manat 70 qəpik tutulub dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, təqsirləndirilən şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 may 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 10 may 2018-cı il tarixdən onun şübhəli şəxs qismində tutularaq hökmün çıxarıldığı 27 fevarl 2019-cu il tarixədək həbsdə saxlanıldığı 9 (doqquz) ay 17 (on yeddi) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 6 (altı) il 8 (səkkiz) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sınaq müddəti ərzində hökmün icrasını həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində hökmün icrasına nəzarət yaşadığı ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri, Yasamal rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 may 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 may 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs5 qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 25 may 2018-cı il tarixdən onun şübhəli şəxs qismində tutularaq hökmün çıxarıldığı 27 fevarl 2019-cu il tarixədək həbsdə saxlanıldığı 9 (doqquz) ay 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs5 üzərində qəti olaraq 6 (altı) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs5 barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab olunsun. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sınaq müddəti ərzində hökmün icrasını həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Saatlı rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ayrı-ayrılıqda 29,690 qram və 30,809 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin; - Azərbaycan Respublikası Baş Prokurorluğu Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus daxilində GSM danışıq kartı və bir ədəd “microSD“ tipli yaddaş kartı olan “Samsung” markalı “SM-G950FD” modelli smartfonun, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “İphone” markalı, “A1530” modelli smartfonun, onlara əlavə edilmiş 1 ədəd yaddaş daşıyıcısının, 1 ədəd diskin, Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd “hp” markalı “g6- 2137sr” modelli noutbukun, “Xiaomi” markalı, “Redmi Note5” modelli, “HTC” markalı “PN07100” modelli smartfonların, Təqsirləndirilən şəxs4 məxsus 1 ədəd “hp” markalı “g6- 2277et” modelli noutbukun, “Samsung” markalı ”SM-J320H” modelli smartfonun, Təqsirləndirilən şəxs5 istifadəsində olan “Micromax” markalı “Q 415” modelli, “Samsung” markalı “GT-S5282” modelli smatfonun və bir ədəd yaddaş qurğusunun (flash drive), Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 səsli ismarıclarının təsbit olunduğu flyaş kartın, - Rusiya Federasiyasından Azərbaycan Respublikasına pul köçürülməsi ilə məşğul olan Şahid1, Şahid2, Şahid3 və Şahid4 istintaqa təqdim etdikləri, onlardan pul vəsaitlərinin qəbul olunmasına dair 12 ədəd qəbzin, Təqsirləndirilən şəxs3 evində aparılmış axtarış zamanı götürülmüş onun X140nın adına olan RF-nin “Sberbank” kommersiya bankının «**********432868» nömrəli plastik bank kartının, “Sberbank” kommersiya bankından götürülmüş həmin kart və X16 adına olan “**********590884” nömrəli plastik bank kartı üzrə tranzaksiya sənədlərinin taleyi hazırkı işdən ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işi çərçivəsində həll edilməli olması nəzərə alınsın. İş üzrə faktiki olaraq Təqsirləndirilən şəxs1 məxsus olmaqla üzərinə həbs qoyulmuş əmlaklar - X33 adına olan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 125, 39 saylı mənzil, X14 adına rəsmiləşdirilmiş Gədəbəy şəhəri, H.Əliyev prospekti, 7c ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış sahəsi, X34 adına rəsmiləşdirilmiş Gədəbəy şəhərində 0,5 hektar torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsi, Gədəbəy şəhəri, S.Vurğun küçəsi, “Köhnə bazar” adlanan ərazidə yerləşən 70 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi, ünvan 19 ünvanında yerləşən fərdi yaşayış evi, Gədəbəy şəhəri, Q.Əhmədli küçəsində yerləşən 0,06 hektar torpaq sahəsi, Gədəbəy şəhərində yerləşən 0,50 ha torpaq sahəsi, X14 adına sənədləşdirilmiş Gədəbəy- Novosaratovka şossesinin kənarında yerləşən 0,05 hektar torpaq sahəsi, X33 adına rəsmiləşdirilmiş Gədəbəy rayonunun Qumlu massivində yerləşən 01 hektar torpaq sahəsi, Gədəbəy şəhərində yerləşən 0,2455 hektar həyətyanı torpaq sahəsi, X22 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 hektar, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 hektar torpaq sahələri, X35 adına rəsmiləşdirilmiş ünvan 21 ünvanında yerləşən fərdi yaşayış evi, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 22ənzil 13 və ünvan 23 ünvanında yerləşən daşınmaz əmlaklar barədə, həmçinin Şahid8 yaşadığı evdən götürülməklə Baş Prokurorluğun mərkəzi mühasibatlığının depozit hesabında saxlanılan 770 manat məbləğində pul vəsaiti barədə xüsusi müsadirə tətbiq edilsin və yuxarıda sadalanan daşınmaz əmlaklar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Məhkəmə məsrəfləri hesab edilən 1.038 (min otuz səkkiz) manat 43 qəpik ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada - hər birindən 207 (iki yüz yeddi) manat 70 qəpik olmaqla tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, təqsirləndirilən şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-286/2019
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-286/2019
27.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver