Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-286/2022 20.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı İqar oğlu, X8, X9, müdafiəçilər: «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 7 iyul 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri Nizami rayonu, M.Şərifli küçəsi, ev 98, mənzil 58-də qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yeni sahədə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, 4 avqust 1987-ci ildə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilmiş, fəhlə işləmiş, Naxçıvan Muxtar Respublikası Şərur şəhəri, H.Əliyev prospekti, ev 35, mənzil 10-da qeydiyyatda olub, Xırdalan şəhəri Quşçuluq massivi, M.İbrahimov küçəsi, döngə 2, ev 20də yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə külli miqdarda siqaretin gümüşü rəngli kağızına bükülmüş 4 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,183 qram, 0,228 qram, 0,184 qram və 5,308 qram, ümumi təmiz çəkisi 5,903 qram olan narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 26 iyun 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən fərdi yaşayış evində qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs2 Nizamı oğluna 3 bükümdə, ümumi təmiz çəkisi 0,595 qram olan narkotik vasitə heroini şəxsi istifadə etməsi üçün satmış, 1 ədəd bükümdə təmiz çəkisi 5,308 qram olan narkotik vasitə heroini satış məqsədi ilə üzərində daşıyarkən qonşuların kollektiv şikayəti əsasında 26 iyun 2021-ci il tarixdə, saat 21:00-da yaşadığı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Ümid uşaq evinin yaxınlığında yerləşən küçədə Xəzər RPİnin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq 3-cü PB-nə gətirilmiş və orada müdafiəçinin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 5,308 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 26 iyun 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evində qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, siqaretin gümüşü rəngli kağızına bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,183 qram, 0,228 qram və 0,184 qram, ümumi təmiz çəkisi 0,595 qram olan 3 ədəd bükümdə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, qonşuların şikayəti əsasında 26 iyun 2021-ci il tarixdə saat 21:30-da Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə aparılmış, orada müdafiəçinin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,595 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2008-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının CM-in 181.3.2-ci maddəsi ilə təqsirli bilimib, 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2013cü ildə vaxtından əvvəl şərti azad edilmişdir. «Ucuzluq» mağazasında satıcı işləməyə başlamışdır. Tutulanadək Binə qəsəbəsində yeni sahədə azyaşlı övladları və qeyri-rəsmi həyat yoldaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşamışdır. Sonuncunu on ildən çoxdur ki tanıyır. Onunla tutulmamışdan 5-6 ay əvvəl birlikdə yaşamağa başlamışdır. Azər onunla yaşadığı müddətdə bir neçə dəfə qonşularla mübahisə etmişdir. Mübahisəyə səbəbi Azərin şortikdə çölə çıxması olmuşdur. 26 iyun 2021-ci il tarixdə yaşadığı evdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb 3-cü polis bölməsinə aparılmışdır. Həmin vaxt üzərində şəxsi istifadəsi üçün əldə etdiyi təxminən 0,5 qram narkotik vasitə olmuşdur. Bölmədə polis əməkdaşları tərəfiindən zorakılığa məruz qalmışdır. Videoçəkiliş zamanı məcbur olub polislərin onun cibinə qoyduğu narkotik vasitə heroini çıxarıb təqdim edib özünə məxsus olduğunu demişdir. Ona verilən ittihamla razı deyildir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulmamışdan 5-6 ay əvvəl Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşamağa başlamışdır. Sonuncu ilə yaşadıqları evdə bir neçə dəfə birlikdə narkotik vasitə istifadə etmişdir. 25 iyun 2021-ci il tarixdə tanışı Hacıbaladan pampers, çörək və siqaret alıb gətirməsini xahiş etmişdir. Hacıbala taksi fəaliyyəti ilə məşğul olan bibisi oğlu Səbuhi ilə yaşadığı məhləyə gəlmişdir. Həmin vaxt qonşuda yaşayan 4 nəfər şəxs ona yaxınlaşaraq şortiklə məhəlləyə çıxdığına görə ona irad tutmuş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı həmin şəxslər ona qarşı nalayiq ifadələr işlədib üzərinə cummuş, daha sonra evə hücum edib pəncərə şüşələrini sındırmışdır. Nailə bunu görüb 102 xidmətinə zəng etmişdir. Qonşular həyətə gələn post patrul avtomobilini də əzmişlər. Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən 3-cü polis bölməsinə aparılmışdır. Üzərində cəmi 0,5 qram narkotik vasitə olmuşdur. Orada polis əməkdaşlarının təzyiqi altında üzərinə qoyulmuş 3 ədəd bükümdə olan narkotik vasitəni Nailədən aldığını bildirmişdir. Həmin ifadələrini təsdiq etmir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 25 iyun 2021-ci il tarixdə 102 xidməti vasitəsilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin gün o və Xəzər RPİ-nin 3-cü PB-nin cinayət-axtarış üzrə kiçik inspektoru Şahid2 sonuncuların yaşadığı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən fərdi yaşayış evinə getmişlər. Həmin vaxt sonuncular evdə olmamışdır. Təqsirləndirilən şəxs1 səhəri gün 26 iyun 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, «Ümid» Uşaq evinin yaxınlığında saxlanılaraq Xəzər RPİnin 3-cü PB-nə gətirilmişdir. Bölmədə xidməti otaqların birində videoçəkiliş aparılmaqla müdafiəçinin, onun və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni adını bilmədiyi İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra həmin bükümə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Həmin narkotik vasitə ekspertiza tədqiqatına göndərilməsi üçün bir ədəd zərfə qoyulub qablaşdırılmışdır. Sonra təhqiqatçı şübhəli şəxsə aşkar edilmiş narkotik vasitənin ona aid olub-olmadığını və polis əməkdaşları tərəfindən hər-hansı bir şəkildə təzyiqə məruz qalıb-qalmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs1 narkotik vasitənin özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və təzyiqə məruz qalmadığını demişdir. Sonra təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmışdır. Bundan sonra saat 21:30-da Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində Təqsirləndirilən şəxs2 tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 3-cü PB-nə gətirilmişdir. Sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, bölməyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş apaılmaqla müdafiəçinin, onun və Şahid2 iştirakı ilə bölmənin təhqiqatçısı Rəhman Məmmədov tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmişdir. Sonuncu təhqiqatçının təklifi ilə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən üç ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuş, onların içərisində narkotik vasitə olan heroin olduğunu, həmin heroinləri saxlanılmamışdan bir neçə saat əvvəl qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlərə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı üç ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərin içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə əlavə baxış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Sonra aşkar olunmuş narkotik vasitə ekspertiza tədqiqatına göndərilməsi üçün bir ədəd zərfdə qablaşdırmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və təzyiqə məruz qalmadığını bildirmişdir. Sonra təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 1989-cu ildən Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində nömrəsiz fərdi evdə yaşayır. Hadisədən təxminən 5-6 ay əvvəl Azər və Nailə adlı şəxslər onların qonşuluğuna köçmüşdür. Sonuncular orada narkotik vasitələrin satışı ilə məşğul olmağa başlamışlar. O və digər qonşular Azər və Nailəyə dəfələrlə irad bildirsələr də, sonuncular buna məhəl qoymayıb, işlərinə davam etmişlər. Sonuncu dəfə 25 iyun 2021-ci il tarixdə qonşular yenə də Azər və Nailəyə irad bildirərkən aralarında mübahisə yaranmışdır. Odur ki, məcbur olub bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8, Şahid4, Şahid5, Şahid6, ibtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edlmiş şahidlər Şahid7 ifadələrindən görünür ki, onlar Şahid3 ifadəsinə oxşar ifadə verdilər. İşin 1-ci cildinin 51-52-ci vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuş və içərisində narkotik vasitə olan heroin (kakos) olduğunu, həmin narkotik vasitəni adını bilmədiyi İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə əlavə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 şalvarının sağ arxa cibindən iş üzrə sübut əhəmiyyətinə malik olmayan bir qutu «VOGUE» markalı siqaret və bir ədəd alışqan aşkar edilmişdir. Daha sonra təhqiqatçı şübhəli şəxsin üzərindən aşkar olunmuş narkotik vasitəni ekspertiza tədqiqatına göndərilməsi üçün 1 ədəd zərfdə qablaşdırmışdır. İşin 1-ci cildinin 178-179-cu vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində hərhansı bir qeyri-qanuni əşya varsa könüllü təqdim etsin. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülüləri çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuş və həmin bükümlərin içərisində narkotik vasitə heroin (kakos) olduğunu, həmin narkotik vasitəni 26 iyun 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlərə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı 3 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərin içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə əlavə baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyətinə malik hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxsin üzərindən aşkar olunmuş narkotik vasitəni ekspertiza tədqiqatına göndərilməsi üçün 1 ədəd zərfdə qablaşdırmışdır. İşin 1-ci cildinin 106-cı vərəqindəki diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 6 dəqiqə 13 saniyədən ibarət videogörüntü mövcuddur. Videogörüntünün birinci saniyəsindən etibarən Xəzər RPİ-nin 3-cü PB-nin təhqiqatçısı iştirakçıları və şəxsi axtarış keçirəcəyini elan edərək şübhəli şəxsə özünü təqdim etməsini təklif edir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 özünü təqdim edir və özü barəsində iştirakçılara məlumat verir. Videogörüntünün 01:00-cı saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmadığını, varsa könüllü təqdim etməsini təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 videogörüntünün 01:30-cu saniyəsindən etibarən əynindəki qara rəngli cins şalvarın sağ cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoyur və həmin bükümün içərisində narkotik vasitə heroin (kakos) olduğunu, həmin narkotik vasitəni adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirir. Videogörüntünün 01ci dəqiqəsinin 45-ci saniyəsindən etibarən Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümə təhqiqatçı tərəfindən əyani baxış keçirilir. Baxış zamanı 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər maddə aşkar edilir. Videogörüntünün 02:30-cu saniyəsindən etibarən şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə əlavə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs1 şalvarının sağ arxa cibindən iş üzrə sübut əhəmiyyətinə malik olmayan bir qutu «VOGUE» markalı siqaret və bir ədəd alışqan aşkar edilir. Videogörüntünün 02:30-cu saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxsin üzərindən aşkar olunmuş narkotik vasitəni ekspertiza tədqiqatına göndərilməsi üçün zərfdə qablaşdırır. Videogörüntünün 05:44-cü saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxsdən aşkar edilmiş narkotik vasitənin ona aid olub-olmadığını, polis əməkdaşları tərəfindən ona qarşı təsir-təzyiq olub-olmadığını soruşur. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 narkotik vasitənin özünə məxsus olduğunu və polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və təzyiqə məruz qalmadığını Videogörüntünün 6-cı dəqiqəsinin 10-cu saniyəsindən etibarən təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkiiişi dayandırmağı tələb edir. İşin 1-ci cildinin 106-cı vərəqindəki diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 5 dəqiqə 21 saniyədən ibarət videogörüntü mövcuddur. Videogörüntünün birinci saniyəsindən etibarən Xəzər RPİ-nin 3-cü PB-nin təhqiqatçısı iştirakçıları və şəxsi axtarış keçirəcəyini elan edərək şübhəli şəxsə özünü təqdim etməsini təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 özünü təqdim edir və özü barəsində iştirakçılara məlumat verir. Videogörüntünün 01:16-cı saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmadığını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Şşübhəli şəxs Təqsirləndirilən şəxs2 videogörüntünün 01:30-cu saniyəsindən etibarən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülüləri çıxarıb xidməti otaqdakı masanın üzərinə qoyur və həmin bükümlərin içərisində narkotik vasitə heroin (kakos) olduğunu, həmin narkotik vasitəni 26 iyun 2021-ci il tarixdə qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirir. Videogörüntünün 01-ci dəqiqəsinin 45-ci saniyəsindən etibarən Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlərə təhqiqatçı tərəfindən əyani baxış keçirilir. Baxış zamanı 3 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərin içərisində narkotik vasitə hesab olunan heroinə bənzər maddə aşkar edilir. Videogörüntünün 02:05-ci saniyəsindən etibarən şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə əlavə baxış keçirilir. Lakin iş üzrə sübut əhəmiyyətinə malik hər hansı bir əşya və ya predmet aşkar edilmir. Videogörüntünün 02:35-ci saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxsin üzərindən aşkar olunmuş narkotik vasitəni ekspertiza tədqiqatına göndərilməsi üçün zərfdə qablaşdırır. Videogörüntünün 05:15-ci saniyəsindən etibarən müdafiəçi şübhəli şəxsdən aşkar edilmiş narkotik vasitənin ona aid olub-olmadığını və ona qarşı polis əməkdaşları tərəfindən hərhansı şəkidə təzyiq edilib-edilmədiyini soruşur. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 narkotik vasitənin özünə məxsus olduğunu və polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və təzyiqə məruz qalmadığını bildirir. Videogörüntünün 05-ci dəqiqəsinin 17ci saniyəsindən etibarən təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb edir. İşin 2-ci cildinin 4-ü vərəqindəki üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və hər ikisi istintaqa verdikləri ifadələri əyani olaraq bir birinə qarşı deyərək təsdiq etmişlər. İşin 1-ci cilinin 57-62-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 27 iyun 2021-ci il tarixli 6/2602 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün möhür əksi, vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə...» və s. yazılar, imzalar olan olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,308 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bu heroin kütləsi kimyəvi tərkibinə görə təqdim edilən, üzərində «vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə..» və s. yazılar, imzalar olan zərfdəki 3 bükümdə olan narkotik vasitə-heroinlə (27 iyun 2021-ci il tarixli 6/2603 saylı ekspert rəyi) öz aralarında eynilik təşkil edirlər. İşin 1-ci cilinin 186-191-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 27 iyun 2021-ci il tarixli 6/2603 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün möhür əksi, vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə...» və s. yazılar, imzalar olan olan zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,183 qram, 0,228 qram, 0,184 qram, ümumi təmiz çəkiləri 0,595 qram qəhvəyi rəngli maddə kütlələri kusta üsulla hazırlanmış narkotik vasitə heroindir. Bu heroin kütlələri kimyəvi tərkiblərinə görə həm öz aralarında, həm də təqdim edilən, üzərində «vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə..» və s. yazılar, imzalar olan zərfdəki 1 ədəd bükümdə olan narkotik vasitə-heroinlə (27 iyun 2021-ci il tarixli 6/2602 saylı ekspert rəyi) öz aralarında eynilik təşkil edirlər. İşin 2-ci cilinin 8-9-cu vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının 6 oktyabr 2021-ci il tarixli, 3794 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cilinin 253-254-cü vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının 14 avqust 2021-ci il tarixli, 2865 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cildinin 129-141-ci vərəqlərindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 32.5, 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 26 dekabr 2013-cü il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı ilə 5 ay 21 gün vaxtından əvvəl şərti azad edilmiş, 17 iyun 2014-cü il tarixdə cəzasını çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İşin 1-ci cildinin 218-239-cu vərəqlərindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 dekabr 2017-ci il tarixdə Nərimanov rayon məhkəməsinin qərarı ilə əməli CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək cəzası 5 ilə endirilmiş, 27 sentyabr 2018-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə 6 ay 4 gün vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 32.5, 181.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur. Hökmə əsasən X3 Şərur rayon məhkəməsinin 20 may 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq islah olunmamış, məhkumluğu ödənilmədən təkrarən, tanışları X5 və X10 ilə qabaqcadan razılaşmaqla əlbir olan bir qrup təşkil edərək özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə, qeyri-rəsmi nigah münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 əvvəlcədən qohumu X4 və onun həyat yoldaşı X1 maddi cəhətdən imkanlı olmaları barədə verdiyi məlumatlara və yaşadıqları ünvanı göstərməsinə əsasən 9 yanvar 2008-ci il tarixdə, saat təqribən 21:00 radələrində X1 həyat yoldaşı X7 və iki uşağı ilə birgə yaşadıqları Bakı şəhəri Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsindəki 115 saylı evin 54-cü mənzilinə quldurluqla basqın edərək, özləri ilə götürdükləri tapança silahını və silah qismində istifadə etdikləri bıçağı tətbiq edib, hücuma məruz qalmış ev sahibləri F.C.Məmmədov və N.T.Məmmədovanın həyatı və sağlamlıqları üçün təhlükəli zorakılıq edərək quldurluq etmiş və basqın nəticəsində onlara məxsus 8.500 manat məbləğində nəqd pulu, 4.500 manat dəyərində qızıl-zinət əşyalarım və 400 manat dəyərində «Nokia» N76 modelli mobil telefonu ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmuşlar. 1 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-nin 177-ci maddəsinin «qeyd» hissəsində edilmiş dəyişiklikliyə əsasən, həmin Məcəllənin 177-182, 185-187 və 189-1-ci maddələrində zərərin «xeyli miqdar» təşkil etməsi üçün beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, «külli miqdar» təşkil etməsi üçün əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Təqsirləndirilən şəxs1 xüsusilə ağır cinayət törətməyə görə məhkum olunsa da, hazırda onun törətdiyi əməl ağır cinayət hesab olunur. Odur ki, o, CM-in 15.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum olunmuş hesab edilməli və onun məhkumluq müddəti CM-in 83.3.4-cü maddəsinə əsasən (ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur) hesablanmalıdır. Təqsirləndirilən şəxs1 məhkumluğu CM-in 83.3.4, Təqsirləndirilən şəxs2 məhkumluğu isə CM-in 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. İşin 2-ci cildinin 36-50-ci vərəqələrindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə xalis çəkisi 5,308 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı qalıq 5,258 qram hissəsi maddi sübut kimi tanınaraq saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş üç ədəd bükümdə ümumi xalis çəkisi 0,595 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı qalıq 0,505 qram hissəsi maddi sübut kimi tanınaraq saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitənin aşkar edilərək götürülməsi ilə bağlı içərisində videogörüntü olan iki ədəd «CD» formatlı disklər maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşin 1-ci cildinin 43-cü vərəqəsindəki şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 26 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 169-cu vərəqindəki şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 26 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 212-214-cü vərəqlərindəki qərar və başqa yerə getməmək haqqında iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 28 iyun 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdəki Abşeron Rayon Məhkəməsinin 19 noyabr 202-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində ********* saylı cinayət işi üzrə həbsetmənin əvvəli 18 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 242-244-cü vərəqlərindəki doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 26 iyun 2008-ci il təvəllüdlü Həşimova Sevinc, 3 avqust 2009-cu il təvəllüdlü Həşimov Alişan və 23 noyabr 2012-ci il təvəllüdlü Həşimli Rəfiqə olmaqla üç azyaşlı uşağı vardır. İşin 1-ci cildinin 101-ci vərəqlərindəki şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 9 avqust 2008-ci il təvəllüdlü Kuruqliyeva Sevgi, 6 iyul 2010-cu il təvəllüdlü Kuruqliyeva Afina, 9 fevral 2017-ci il təvəllüdlü Kuruqliyeva Aylin, 17 noyabr 2017-ci il təvəllüdlü Kuruqliyeva Zəhra və 17 noyabr 2017-ci il təvəllüdlü Kuruqliyev Əli olmaqla beş azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1nun Azərbaycan Respublikası CM-in 234.4.3-cü və Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmədə təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxslər məhkəmədə elan edilmiş ittiham üzrə özlərini təqsili bilmədilər. Onların bu ifadələri ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri etirafedici ifadələri, məhkəmədə dindirilmiş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, onların ifadələrinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sayır. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1nun əməli Azərbaycan Respublikası CM-in 234.4.3, Təqsirləndirilən şəxs2 əməli isə CM-in 234.1-ci madəsi ilə tövsif olunmalı, onlar həmin maddələrlə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1nun himayəsində beş azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1nun Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 26 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və Azərbaycan Respublikası CM-in 93-1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 20 iyun 2022-ci il tarixdən hesablanmalı, CM-in 69.3-cü maddəsinə əsasən 26 iyun 2021-ci il tarixdən 28 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, barəsində Abşeron rayon məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçildiyi nəzərə alınmalı və Azərbaycan Respublikası CM-in 93-1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə xalis çəkisi 5,308 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı qalıq 5,258 qram hissəsi və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş üç ədəd bükümdə ümumi xalis çəkisi 0,595 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı qalıq 0,505 qram hssəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən narkotik vasitənin aşkar edilərək götürülməsi ilə bağlı içərisində videogörüntü olan iki ədəd «CD» disk cinayət işində saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 219 manat 80 qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 109 manat 90 qəpik olmaqla müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 26 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 69.3-cü maddəsinə əsasən 26 iyun 2021-ci il tarixdən 28 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müdətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində Abşeron rayon məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə xalis çəkisi 5,308 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı qalıq 5,258 qram hissəsi və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş üç ədəd bükümdə ümumi xalis çəkisi 0,595 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı qalıq 0,505 qram hssəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən narkotik vasitənin aşkar edilərək götürülməsinin videogörüntülərini özündə əks etdirən iki ədəd «CD» disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 219 manat 80 qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 109 manat 90 qəpik olmaqla müştərək qaydada dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-286/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-286/2022
20.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver