Məhkəmə qərarları › İş №1(101)-286/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-286/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-286/2024 11.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3, X5, X1 və X14, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X6, Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, müdafiəçi-Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4 və 32.4,312.2-ci ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 14:50-də açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinə yanğınsöndürən kimi işə qəbul edilməsinə köməklik edilməsi məqsədilə 2020-ci ilin yay aylarında özünə cinayətdən xəbərsiz tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə müraciət etmiş sonuncunun qohumu Zərərçəkmiş şəxs2 Quba rayonu ərazisində istintaqa məlum olmayan yerdə görüşləri zamanı Zərərçəkmiş şəxs1 vasitəsilə özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs2 işə düzəlməsini təmin etmək imkanına malik olduğunu Zərərçəkmiş şəxs1 vasitəsi ilə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 9000 (doqquz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs2 maddi imkanı ilə əlaqədar qeyd olunan pul vəsaitinin hissə-hissə verilməsi barədə Zərərçəkmiş şəxs1 vasitəsilə razılığını almaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin yay aylarının sonlarında Bakı şəhəri, Xətai rayonunda yerləşən Fövqəladə Hallar Nazirliyinin müvafiq idarəsinin inzibati binasının qarşısında 5000 manat, 2020-ci ilin sentyabr ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında 2000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 vasitəsilə şəxsən alaraq, eyni niyyətlə "xxxx" ASC-nin Quba rayon filialında yerləşən təcili pul köçürmələri terminalından xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat məbləğində pul vəsaitlərinin Zərərçəkmiş şəxs1 vasitəsilə öz adına göndərilməsinə nail olaraq həmin pul vəsaitlərini nağdlaşdırıb, əldə etdiyi pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 9000 (doqquz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs2 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına ali təhsil almaq üçün qəbul edilməsinə köməklik edilməsi məqsədilə 2021ci ilin əvvəllərində özünə müraciət etmiş tanışı, X10 Xidmətinin Quba rayon X10 hissəsinin yanğınsöndürəni, daxili xidmət çavuşu Zərərçəkmiş şəxs1 Quba rayonu ərazisində istintaqa məlum olmayan yerdə görüşləri zamanı özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına ali təhsil almaq üçün qəbul edilməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni Fövqəladə Hallar Nazirliyinin Akademiyasına ali təhsil almaq üçün qəbul edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs1 maddi imkanı ilə əlaqədar qeyd olunan pul vəsaitinin hissə-hissə verilməsi barədə razılığını almaqla sövdələşib, həmin niyyətlə "xxxx" ASC-nin Quba rayon filialı vasitəsilə xx.xx.2021-ci il tarixdə 1500 manat, 17 mart 2021-ci il tarixdə 4000 manat məbləğində pul vəsaitlərinin öz adına göndərilməsinə nail olub həmin pul vəsaitlərini nağdlaşdıraraq, əldə etdiyi pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs1 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinə yanğınsöndürən kimi işə qəbul edilməsinə köməklik edilməsi məqsədilə 2021-ci ilin avqust ayında özünə cinayətdən xəbərsiz tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə müraciət etmiş sonuncunun dostu Zərərçəkmiş şəxs3 aralarında aparılan telefon danışığı zamanı Zərərçəkmiş şəxs1 vasitəsilə özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs3 işə düzəlməsini təmin etmək imkanına malik olduğunu Zərərçəkmiş şəxs1 vasitəsi ilə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 9000 (doqquz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs3 maddi imkanı ilə əlaqədar qeyd olunan pul vəsaitinin hissə-hissə verilməsi barədə Zərərçəkmiş şəxs1 vasitəsilə razılığını almaqla sövdələşib, həmin niyyətlə 31 avqust 2021-ci il tarixdə "xxxx" ASC-nin Şimal filialından 6000 manat məbləğində pul vəsaitinin cinayətdən xəbərsiz tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə öz adına olan ******************** saylı kart hesabına göndərilməsinə nail olub həmin pul vəsaitini nağdlaşdıraraq, eyni niyyətlə 2021-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” bazarının qarşısında 2000 manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə şəxsən alaraq, əldə etdiyi pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs3 təkrarən təhrik etmiş, sonuncu aldadıldığını başa düşməsi səbəbindən razılaşdıqları pul vəsaiti üzrə qalan məbləği vermədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, həmin pul vəsaitini Zərərçəkmiş şəxs3 almağa nail olmayaraq, etibardan suiistifadə etmə və aldatma yolu ilə sonuncuya məxsus 9000 (doqquz min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ittiham aktında göstərilənlərin doğru olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin vaxt heç bir yerdə işləmədiyini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ifadələrində qeyd etdikləri pulları sonunculara vəd etdiyi işlərə düzəltmək üçün aldığını, hazıradək heç kimi işə düzəltmədiyini, həmin puldan 6000 manat pulu qaytardığını, qalan hissəsini isə şəxsi ehtiyacları üçün xərclədiyini, zərərçəkmiş şəxslər Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifə və ya təhsil əldə etmək istədiklərinə görə həmin məqsədlə vəd verdiyini, qalan vəsaiti ödəmək üçün maddi imkanının olmadığını, pul vəsaitini kart və ya nağd şəkildə əldə etdiyini, Zərərçəkmiş şəxs1 səhv xatırlamırsa, nağd şəkildə 5000 manat pul aldığını, həmin vaxt sonuncunun yanında Zərərçəkmiş şəxs2ın da olduğunu, zərərçəkmiş şəxslərin ümumilikdə 22500 manat pul vəsaitini ələ keçirdiyini bildirdi. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 Quba rayonunda yaşayan tanışları vasitəsilə tanımış, həmin vaxt Zərərçəkmiş şəxs1 Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin Quba rayon X10 hissəsinin yanğınsöndürəni vəzifəsində işləmişdir. 2020-ci ilin yay aylarında aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs1 xalasının oğlu Zərərçəkmiş şəxs2 Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin Quba rayon X10 hissəsinə yanğınsöndürən kimi işə düzəlmək istədiyini bildirdiyinə görə, o da Asəf Ağazadə adlı tanışının müxtəlif şəxslərin Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsinə köməklik etməklə məşğul olduğunu bildiyindən Zərərçəkmiş şəxs1 xalasının oğlu Zərərçəkmiş şəxs2 həmin Nazirlikdə işləyən tanışları vasitəsilə işə qəbul edilməsinə köməklik edə biləcəyini, lakin bunun müqabilində 9000 manat məbləğində pul verməli olacaqlarını demişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs1 ona zəng edib Zərərçəkmiş şəxs2la danışdığını, Mehrabın razı olduğunu, lakin 9000 manat məbləğində pulu hissə-hissə verə biləcəklərini bildirmişdir. O da bununla razılaşaraq Mehrabın işə qəbulla bağlı hazırda xatırlamadığı lazım olan sənədləri təqdim etməsini tapşırmışdır. O, Zərərçəkmiş şəxs2 adlı tanışının işə qəbul olunması barədə Asəf Ağazadə ilə danışsa da, hansı məbləğdə pul müqabilində işə qəbul məsələsinin həll ediləcəyini danışmamışdır. Sadəcə olaraq o, X12 Nazirliyinin X10 Xidmətinə işə qəbul üçün hansı sənədlərin lazım olduğunu soruşaraq Zərərçəkmiş şəxs2 bildirmişdir. Asəflə danışıqlarına əsasən o, işə qəbul məsələsini həll edə bildiyi halda veriləcək məbləğ barədə razılığa gələcəkdilər. 2020-ci ilin yay aylarının sonlarında Tehran xalasının oğlu Mehrabla birlikdə Bakı şəhəri, Xətai rayonunda yerləşən Fövqəladə Hallar Nazirliyinin inzibati binasının qarşısına gəlib orada onunla görüşmüş, həmin yerdə Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 məxsus 5000 manat məbləğində pulu və sənədləri Mehrabın yanında ona vermişdir. Təxminən 1 ay sonra, 2020-ci ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs1 "xxxx" QSC-nin “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında 2000 manat məbləğində pulu ona verərək həmin pulun Zərərçəkmiş şəxs2 məxsus olduğunu bildirmiş, o da Mehrabın işə qəbul məsələsinin həll olunmağa doğru getdiyini demişdir. 27 sentyabr 2020-ci il tarixdə X11 başladığından Mehrabın işə qəbul məsələsi ilə məşğul ola bilməmiş, müharibə bitdikdən sonra isə karantin rejiminə görə işə qəbul məsələsi ilə maraqlana bilməmişdir. Asəf Ağazadə ilə danışdıqda, sonuncu da hazırda karantin rejimi olduğundan hər hansı işə qəbul məsələsi ilə məşğul ola bilmədiyini bildirmiş, lakin o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər şeyin qaydasında olduğunu, heç bir narahatçılıq olmadığını söyləmiş, Mehrabın işə qəbulu ilə bağlı razılaşdıqları ümumilikdə 9000 manat məbləğində pulun qalan 2000 manatını da Zərərçəkmiş şəxs1 hər dəfəsində 1000 manat olmaqla 2 dəfəyə onun adına olan "xxxx" ASC-yə məxsus bank kartı hesabına göndərmişdir. Belə ki, təxminən xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 təcili pul köçürmələri terminalından öz adından onun adına olan "xxxx" ASC-yə məxsus bank kartı hesabına hər dəfəsində 1000 manat olmaqla Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 2000 manat pulu göndərmişdir. Bundan başqa, 2021-ci ilin əvvəllərində söhbət edərkən Zərərçəkmiş şəxs1 özünün orta təhsilli olduğundan vəzifəsində irəli çəkilmək üçün ali təhsil almaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olunmaq istədiyini, lakin qəbul imtahanından keçmək üçün məqbul sayılan keçid balını toplaya bilmədiyini bildirdikdə, o da Zərərçəkmiş şəxs1 Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olunmaq üçün imtahandan keçməyinə tanışları vasitəsilə köməklik edə biləcəyini, lakin bunun müqabilində 5500 manat pul verməli olacağını demiş, əslində isə Zərərçəkmiş şəxs1 Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olunmaq üçün imtahandan keçməyinə köməklik etmək fikri olmamış, məqsədi Zərərçəkmiş şəxs1 5500 manat məbləğində pulunu ələ keçirmək olmuşdur. Tehran onun təklifi ilə həmin pulu imtahan olana kimi hissə-hissə ödəmək şərti ilə razılaşıb ilkin olaraq 12 fevral 2021-ci il tarixdə onun adına olan "xxxx" ASC-yə məxsus bank kartı hesabına 1500 manat məbləğində pul vəsaitini "xxxx" ASC-nin Quba rayon filialı vasitəsilə göndərmiş, daha sonra o, qalan pulu da tələb etdiyindən Zərərçəkmiş şəxs1 4000 manat məbləğində pulu da onun adına olan "xxxx" ASC-yə məxsus bank kartı hesabına "xxxx" ASC-nin Quba rayon filialı vasitəsilə göndərmişdir. Lakin 2021-ci ilin may ayında keçirilən test imtahanından tələb olunan keçid balını Tehran toplaya bilməmiş, buna baxmayaraq, o, Tehrana testin cavabının önəmli olmadığını, yekunda Akademiyaya qəbul olunan şəxslərin siyahısında adının çıxacağını yalandan bildirmişdir. Bundan başqa, 2021-ci ilin avqust ayında o, Asəf Ağazadə ilə danışaraq işə qəbul məsələlərinin nə yerdə olduğunu soruşmuş, Asəf isə işə qəbul olunmaq istəyən şəxslərin ilk öncə tibbi yoxlanışdan, daha sonra isə idman və fiziki hazırlıq imtahanından keçməli olduqlarını bildirmişdir. O, tanışı Zərərçəkmiş şəxs2 da tibbi yoxlanışdan, eləcə də idman və fiziki hazırlıq imtahanından keçirməsini xahiş etmişdir. Əslində isə onun Zərərçəkmiş şəxs2 işə qəbul etdirmək fikri olmamış, aldığı ümumilikdə 9000 manat məbləğində pulu da öz şəxsi ehtiyaclarına sərf etmişdir. Sadəcə Zərərçəkmiş şəxs2 Asəf Ağazadə vasitəsilə tibbi yoxlanışdan, eləcə də idman və fiziki hazırlıq imtahanından keçirməklə özünə inam yaratmağa və vaxt qazanmağa çalışmışdır. Onun xahişi ilə X21 zəng edərək işə qəbulla bağlı tibbi yoxlanışa dəvət olunacağını, daha sonra idman və fiziki hazırlıq imtahanından keçəcəyini bildirmişdir. Həmin ərəfədə o, Tehrana Mehrabın işə qəbul məsələsinin həll olunduğunu, digər istəyən şəxs olduqda həmin şəxsi də tez bir zamanda Mehrabla birlikdə işə qəbul etdirə biləcəyini telefon danışığı zamanı bildirmişdir. Tehran dostu Zərərçəkmiş şəxs3 da Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin Quba rayon X10 hissəsinə yanğınsöndürən kimi işə qəbul olunmaq istədiyini dedikdə, o, Rüfəti də eyni qaydada 9000 manat pul müqabilində işə qəbul etdirə biləcəyini söyləmişdir. Əslində Zərərçəkmiş şəxs3 də işə qəbul etdirmək fikiri olmamış, sadəcə həmin ərəfələrdə ona təcili pul lazım olduğundan bu barədə Zərərçəkmiş şəxs1 yalandan bildirmişdir. Zərərçəkmiş şəxs1 dostu Zərərçəkmiş şəxs3lə danışdıqdan sonra pulu hissə-hissə vermək şərti ilə razı olduqlarını demişdir. Bundan sonra ilkin mərhələdə Zərərçəkmiş şəxs1 6000 manat məbləğində pulu xx.xx.2021-ci il tarixdə onun adına olan "xxxx" ASC-yə məxsus bank kartı hesabına "xxxx" ASC-nin Şimal filialı vasitəsilə göndərmişdir. Bundan sonra onun xahişi ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Asəf Ağazadə tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Tibb mərkəzində tibbi yoxlanışdan keçirilmişlər. Bundan sonra o, artıq əmrlərin hazır olduğunu, buna görə Zərərçəkmiş şəxs3 işə qəbulu ilə bağlı razılaşdıqları 9000 manat pulun qalan 3000 manat hissəsini də verməli olduqlarını Zərərçəkmiş şəxs1 bildirmişdir. Təxminən 2021-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” Ticarət Mərkəzinin qarşısında Tehran onunla görüşərək 2000 manat pulu vermiş və qalan 1000 manat pulu isə işə qəbul əmri verildikdən sonra verəcəklərini bildirmişdir. Sonradan işə qəbul əmri verilmədiyindən razılaşdıqları ümumilikdə 9000 manat puldan qalan 1000 manat məbləğində pul ona verilməmişdir. Onun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin Quba rayon X10 hissəsinə işə qəbul etdirmək, eləcə də Zərərçəkmiş şəxs1 Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul edilməsinə köməklik etmək fikri olmamış, sadəcə həmin ərəfədə ona pul lazım olduğundan yalandan belə vəd verərək Zərərçəkmiş şəxs2 9000 manat, Zərərçəkmiş şəxs3 8000 manat, Zərərçəkmiş şəxs1 isə 5500 manat məbləğində pulunu alaraq öz şəxsi ehtiyaclarına sərf etmiş, həmin puldan Asəf Ağazadə və ya digər hər hansı şəxsə hər hansı məbləğdə pul verməmişdir. Asəf Ağazadə sadəcə onun xahişi ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 işə qəbulları ilə bağlı lazım olan sənədləri toplamağa köməklik etmiş, buna səbəb onun Asəf Ağazadənin işə qəbul prosedurlarını bilməsi barədə ortaq tanışları vasitəsilə məlumatlı olması olmuşdur. Asəf Ağazadənin qeyd etdiyi şəxsləri aldadaraq pullarını ələ keçirməyindən hər hansı məlumatı olmamış, o, həmin şəxslərin öz yaxınları olduğunu Asəfə bildirmiş, həmçinin işə qəbul olunacaqları təqdirdə Asəfə hörmət edəcəyini bildirsə də, hansı məbləğdə pul verəcəyini deməmişdir. O, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 aldadaraq ümumilikdə 22500 manat məbləğində pul vəsaitlərini ələ keçirsə də, sonradan həmin pulları geri qaytarmaq niyyəti olmuşdur. Lakin müəyyən qədər maddi sıxıntıları olduğundan həmin pul vəsaitini indiyədək tam şəkildə geri qaytara bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin Quba rayon X10 hissəsinin yanğınsöndürəni vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 onun qohumu, Zərərçəkmiş şəxs3 isə dostudur. Təqsirləndirilən və zərərçəkmiş şəxslərlə aralarında ədavət və düşmənçilik olmamışdır. Rüstəmov X2 Hallar Nazirliyinin X10 Xidmətinin Quba rayon X10 hissəsinə yanğınsöndürən kimi işə düzəlmək istədiyindən, İbiş adlı dostu vasitəsilə Təqsirləndirilən şəxs tanımış, Təqsirləndirilən şəxs geniş əlaqələrinin olduğunu bildirərək Zərərçəkmiş şəxs2 həmin işə düzəldə biləcəyini demişdir. Zərərçəkmiş şəxs2la birgə bir neçə dəfəyə ümumilikdə 9000 manat pul vəsaitini Təqsirləndirilən şəxs vermiş, daha sonra Təqsirləndirilən şəxs ona məlum olmuş hallarla əlaqədar dostu Zərərçəkmiş şəxs3 də həmin məbləğ qarşılığında müvafiq işə düzəldə biləcəyini demiş, Zərərçəkmiş şəxs3 işə düzəltməsi üçün razılaşdığı məbləğin ümumilikdə 8000 manat hissəsini bir neçə dəfəyə Təqsirləndirilən şəxs vermişdir. Habelə, o, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olmaq istədiyinə görə, Təqsirləndirilən şəxs bu barədə danışdıqda sonuncu həll edəcəyini bildirdiyindən, o da Təqsirləndirilən şəxs 5500 manat məbləğində pul vəsaiti vermişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona və digər zərərçəkmiş şəxslərə ümumilikdə 22500 manat məbləğində maddi ziyan vurduğunu, Təqsirləndirilən şəxs ümumilikdə 6000 manat pul vəsaitini zərərçəkmiş şəxslərə geri qaytardığını, həmin pul vəsaitinin hər üç zərərçəkmiş şəxs arasında bərabər şəkildə, yəni hər birinə 2000 manat düşməklə bölündüyünü, Təqsirləndirilən şəxsla bir neçə dəfə görüşdüyünü, sonuncunun hətta Zərərçəkmiş şəxs3lə Zərərçəkmiş şəxs2 tibbi yoxlanışdan da keçirdiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ümumilikdə 22500 manat pul vəsaitinin bir hissəsinin bir neçə dəfəyə nağd şəkildə, digər hissəsinin isə bir neçə dəfəyə bank kartına köçürülməsi yolu ilə Təqsirləndirilən şəxs təqdim olunduğunu, hadisələrin təxminən 2020-2021-ci illərdə baş verdiyini, Təqsirləndirilən şəxs vədlərinin heç birinin baş tutmadığını, Təqsirləndirilən şəxs vəd verdiyi vəzifələrə işə düzəltməklə bağlı səlahiyyətinin olub-olmamasını bilmədiyini, nazirlikdə tanışlarının olduğunu dediyini, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tibbi yoxlanışdan keçirildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, verdiyi puldan qalıq qalmış 3500 manat məbləğində pul vəsaitini tələb etdiyini, Təqsirləndirilən şəxsla barışmadığını, məhkəmədən Təqsirləndirilən şəxs ağır cəzanın təyin olunmasını xahiş etdiyini bildirdi. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərinin doğru olduğunu bildirdi. Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində məhkəməyə verdiyi ifadəsinə və ittihamda qeyd olunan işin hallarına uyğun məzmunda ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 onun qohumu, Zərərçəkmiş şəxs3 isə tanışıdır. O, Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin Quba rayon X10 hissəsinin yanğınsöndürəni vəzifəsinə işə qəbul olunması üçün xalası oğlu Zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda 9000 manat pul vəsaiti versə də, o, həmin işlə təmin olunmamış, Təqsirləndirilən şəxs verdiyi puldan 2000 manatını geri qaytarmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qeyd etdiyi işə düzəldəcəyi barədə vəd verdiyi üçün 9000 manat pul vəsaitini verdiyini, həbs olunmazdan əvvəl Təqsirləndirilən şəxs avtomobilini sataraq vurduğu ziyanı ödəmək imkanı olmasına baxmayaraq sonuncunun həmin zərəri ödəmədiyini, ibtidai istinaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, Təqsirləndirilən şəxs verdiyi pul vəsaitindən qalıq qalan 7000 manat pulu tələb etdiyini bildirdi. Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində məhkəməyə verdiyi ifadəsinə və ittihamda qeyd olunan işin hallarına uyğun məzmunda ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 onun dostu, Zərərçəkmiş şəxs2 isə tanışıdır. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vasitəsilə tanımış, Təqsirləndirilən şəxs işə düzəlmək üçün ümumilikdə 8000 manat pul vəsaitini vermiş, həmin pulun 2000 manatını Təqsirləndirilən şəxs geri qaytarmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxsla barışmadığını, lakin hər hansı şikayətinin olmadığını, barəsində hansı qərarın qəbul ediləcəyini məhkəmənin mülahizəsinə buraxdığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində məhkəməyə verdiyi ifadəsinə və ittihamda qeyd olunan işin hallarına uyğun məzmunda ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən daxil olmuş materiala əlavə edilmiş Statistika və İnformasiya Texnologiyaları İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, vətəndaşların elektron poçt ünvanına daxil olan məktublar mailto:fhn.gov.az@list.ruElektron ünvan elektron poçt ünvanından göndərilmişdir. “List.ru” domeni internet məkanında yerləşdiyi üçün orada istənilən elektron poçt ünvanı yaratmaq mümkündür. “List.ru” domenində mailto:fhn.gov.az@list.ruElektron ünvan elektron poçt ünvanı yaradan zaman ad və soyad tələb olunur, ad yerində “fhn.” Soyad yerində “gov.az” yazmaqla sanki FHN-in rəsmi elektron poçt ünvanı kimi göstərilmişdir. Həmin elektron poçt ünvanının Fövqəladə Hallar Nazirliyinə məxsus @fhn.gov.az elektron poçt sisteminə aidiyyəti olmamışdır. (Cild 1, iş vərəqə 68 – 69) xx.xx.2022-ci il tarixli “Ambulator vərəqlərin qeydiyyatı kitabının surətinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzində tibbi müayinədən keçmişlər. (Cild 1, iş vərəqə 56) Zərərçəkmiş şəxs1 təqdim etdiyi 5 ədəd qəbzin fotoşəkillərinin surətlərindən görünür ki, "xxxx" ASC-nin Quba filialında yerləşən təcili pul köçürmələri terminalından xx.xx.2021ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, "xxxx" ASC-nin Quba filialı vasitəsilə xx.xx.2021-ci il tarixdə 1500 manat, xx.xx.2021-ci il tarixdə 4000 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs1 adından Təqsirləndirilən şəxs adına göndərilmiş, xx.xx.2021-ci il tarixdə isə "xxxx" ASC-nin Şimal filialından 6000 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs adına olan ******************** saylı kart hesabına mədaxil olunmuşdur. (Cild 2, iş vərəqə 242-247) xx.xx.2022-ci il tarixli "xxxx" ASC-dən daxil olmuş nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərin olduğu diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərin olduğu 1 ədəd diskdə olan qovluqlarda Təqsirləndirilən şəxs bank hesabları üzrə ATM vasitəsilə aparılmış nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülər vardır. Həmin görüntülərə baxış zamanı Təqsirləndirilən şəxs öz adına olan bank hesablarından plastik bank kartı vasitəsilə ATM-lərdən müxtəlif tarixlərdə pul vəsaitlərinin şəxsən özü tərəfindən nağdlaşdırıldığı müəyyən olunmuşdur. (Cild 2, iş vərəqə 55) Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus kart hesablarından çıxarışlardan görünür ki, 31 avqust 2021-ci il tarixdə "xxxx" ASC-nin Şimal filialından 6000 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs adına olan ******************** saylı kart hesabına mədaxil olunmuşdur. (Cild 1, iş vərəqə 177-191) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 14/xx-xx/04976 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinə işə qəbulla bağlı müraciət etmələri barədə Kadr siyasəti Baş idarəsində məlumat aşkar edilməmiş, bundan başqa, Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin Quba rayon X10 hissəsinin yanğınsöndürəni, daxili xidmət çavuşu Zərərçəkmiş şəxs1 2021/2022-ci tədris ilində X13 elektron ərizə vermiş, abituriyent qismində Fövqəladə Hallar Nazirliyinin Akademiyasına namizəd olaraq qeydə alınmış, test imtahanlarında iştirakı nəticəsində topladığı bal Akademiyaya keçid balından az olması səbəbindən qəbul olunmamışdır. (Cild 2, iş vərəqə 63) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə sonuncuya Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrinə əsasən 1 il 6 ay şərti sınaq müddəti ilə 1 il 10 ay 2 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunmuş cinayət işi üzrə icraata xx.xx.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 73-1.1 və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddələrinə əsasən xitam verilmişdir. (Cild 2, iş vərəqə 89-90) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X19 xx.xx.2022-ci il tarixli, 11105 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 2, iş vərəqə 173) Göyçay rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailə tərkibi arvadı və 2 azyaşlı, 2013 və 2016-cı il təvəllüdlü uşaqlarından ibarətdir, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə edilmişdir. (Cild 2, iş vərəqə 175-178) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 xx.xx.2022-ci il tarixli, **********41 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilmişdir. (Cild 2, iş vərəqə 184) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. (Cild 2, iş vərəqə 191-194) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin tutulması, axtarışının elan edilməsi və istintaqa təqdim edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək tutulması və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi məqsədi ilə barəsində axtarış elan edilmişdir. (Cild 2, iş vərəqə 195-196) xx.xx.2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, X8 həmin tarixdə saat 16:00-da tutulmuşdur. (Cild 2, iş vərəqə 207-208) xx.xx.2023-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədibiri seçilmişdir. (Cild 2, iş vərəqə 234-235) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4 və 32.4,312.2-ci maddələrinə tövsif edilməklə, Təqsirləndirilən şəxs həmin maddələrlə yenidən ittiham elan edilməsi qərara alınmış, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 5 ədəd qəbzin fotoşəkillərinin surətləri, "xxxx" ASC-dən daxil olmuş nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərin olduğu 1 ədəd disk həmin qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 3, iş vərəqə 13-36) xx.xx.2023-cü il tarixli “Yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 3, iş vərəqə 37-40) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 3, iş vərəqə 54-55) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 3, iş vərəqə 64-65) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 3, iş vərəqə 73-74) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)- 206/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməklə ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, onun tutma altında saxlanıldığı 02 (iki) gün (30 yanvar-01 fevral 2023-cü il) və 06 sentyabr 2023-cü il tarixdən hökm çıxarıldığı günədək həbsdə saxlanıldığı 01 (bir) ay 04 (dörd) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, qəti olaraq 02 (iki) il, 09 (doqquz) ay, 18 (on səkkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-2183/2023 nömrəli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-206/2023 nömrəli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtinası qəbul olunmaqla, apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, AZ4000/********** nömrəli teleqramdan görünür ki, Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli, AZ4000/********** nömrəli teleqramdan görünür ki, Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Əməlin tövsifi və hüquqi məsələlər Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxslərin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onların xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində törətdiyi cinayət əməlini səmimi etiraf edərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 aldadıb pul vəsaitlərini ələ keçirdiyini, zərərçəkmiş şəxslərin ifadələrində göstərdiklərinin doğru olduğunu bildirmişdir. Məhkəmə bir halı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində onun həmin əməllərindən X9 da məlumatlı olmasını bildirsə də, həmin xüsusatla bağlı araşdırma aparılmaqla Asəf Ağazadənin əməlində cinayət tərkibi olmadığından ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibiin başlanması rədd edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərarın çıxarılmasına yol vermir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə qeyd edir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış və Təqsirləndirilən şəxs öz təqsirini səmimi olaraq etiraf etmiş, Təqsirləndirilən şəxs etirafı iş üzrə bütün sübutların məcmusu ilə, yəni həm özünün məhkəməyədək və məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahid ifadələri, ekpert rəyləri və digər sənədlərlə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət- Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqından tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında bxasın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etməsi ilə bağlı ittiham elan edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə ittihamdan imtina etməsi səbəbindən cinayət işinə həmin Məcəllənin 32.4,312.2-ci maddəsi ilə bağlı olan hissədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə yekun qərar çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”, 17 mart 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarı və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının müddəalarını da nəzərə alır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun qərarının 1-ci bəndinə əsasən, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərərçəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun qərarının 33-cü bəndində qeyd edilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi Cinayət Məcəlləsinin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdikləri ifadələrini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul etməklə, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs niyyəti əmlakı, yəni pul vəsaitini ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 əmlakını, yəni pul vəsaitini əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmiş və zərərçəkmiş şəxslərin xeyli miqdarda pul vəsaitini ələ keçirmişdir. Habelə, Təqsirləndirilən şəxs ələ keçirdiyi pulu zərərçəkmiş şəxslərə geri qaytarmaq niyyətində olmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlindən düzgün şamil edilməmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.2.2 və 29,178.2.4-cü maddələri ittihamdan çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 9000 manat, Zərərçəkmiş şəxs1 məxsus 5500 manat və Zərərçəkmiş şəxs3 məxsus 8000 manat pul pul vəsaitini ələ keçirmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində 2 azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs vurulmuş maddi ziyandan qismən, yəni hər birinə 2000 manat olmaqla, cəmi 6000 manat məbləğində pul vəsaitini zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ödəməsi cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmanlığını, əməlini etiraf etməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə bir halı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-206/2023 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi, hazırki cinayət işi üzrə irəli sürülmüş ittiham birinci iş üzrə, yəni Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-206/2023 nömrəli hökmü çıxarılmazdan əvvəl törədilmiş cinayətlə bağlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(005)-206/2023 nömrəli hökmünün çıxarılmasına əsas olmuş cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdən hökm çıxarıldığı günədək 01 (bir) ay 04 (dörd) gün həbsdə saxlanılmışdır. Habelə, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə tutulmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 04 (dörd) gün və xx.xx.2023-cü il tarixdə tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə cəmi 01 (bir) ay 07 (yeddi) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs həmin tarixdən bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsinə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsinin vəsaiti hesabına pulun ödənilməsi barədə xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmişdir. İş üzrə mülki iddia, digər məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 təqdim etdiyi 5 ədəd bank qəbzinin fotoşəkillərinin surətləri, "xxxx" ASC-dən daxil olmuş nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərin olduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-206/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 04 (dörd) gün və hazırki iş üzrə xx.xx.2023-cü il tarixdə tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə cəmi 01 (bir) ay 07 (yeddi) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan çıxılaraq onun üzərində 04 (dörd) il 10 (on) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 13 noyabr 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs1 təqdim etdiyi 5 ədəd bank qəbzinin fotoşəkillərinin surətləri, "xxxx" ASC-dən daxil olmuş nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərin olduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, digər məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar