Məhkəmə qərarları › İş №1(101)-286/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-286/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-286/2025 16.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X10 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq sovxozunda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası (bundan sonra İİR) vətəndaşı “Kamal” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, sonuncunun göstərişi ilə istintaqa məlum olmayan vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 325,3 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 210,7 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixində saat 01:30-da ünvan 3 ünvanın qarşısında olarkən özünü şübhəli apardığından Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yerləşən 22-ci PŞ-nin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əlində olan çantanın içərisindən 1 bükümdə təmiz çəkisi 325,3 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 bükümdə təmiz çəkisi 210,7 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin və narkotik vasitə-psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə etdiyi, üzərində narkotik vasitə heroin izləri olan 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir və tutulmamışdan təqribən 1 il əvvəl narkotik vasitə istifadə etməyə başlamışdır. Belə ki, xx.xx.2023-cü il tarixində ona məxsus üzərində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olan “Samsung” markalı mobil telefonla İİR-in vətəndaşı ilə əlaqə saxlayaraq sonuncudan şəxsi istifadəsi üçün 5 qram metamfetamin və 5 qram heroin almaq istədiyini bildirmişdir. Sonuncu ona malların yerini göndərdikdən sonra o həmin yerə, yəni “Altun Saray” restoranının hasarının yanına getmiş, həmin vaxt orada içərisində bir nəfər olan maşının dayandığını görmüş və maşında polis ola biləcəyindən qorxub narkotik vasitəni götürmək üçün yaxınlaşmamışdır. Təxminən 15-20 dəqiqə sonra həmin maşın hərəkət edərək bir az qarşıda saxlamış, bu zaman o, narkotik vasitənin qoyulduğu yerə baxmış, lakin əvvəldən malların dəyəri olan 250 manat pulu ödəməsinə baxmayaraq narkotik vasitənin orada olmadığını görmüşdür. O, malları tapa bilmədikdə restoranın həyətinə düşə biləcəyini düşünərək oraya daxil olmaq istəmiş, lakin mühafizəçi onu içəri buraxmamışdır. Həmin yerdə təhlükəsizlik kameraları da olmuşdur. Artıq ikinci dəfə idi ki, əvvəldən danışılıb razılığa gəlinməsinə baxmayaraq ona deyilən ünvana getdikdə mal yerinə qoyulmamışdı. Bundan sonra o, iranlıya zəng edərək heroin və metamfetaminin ona deyilən yerdə olmadığını bildirmiş, iranlı isə ona yalan dediyini bildirərək telefonda mübahisəyə başlamışdır. O, ayın 27-si tezdən iranlıya zəng edərək onun mallarını verməsini tələb etdikdə iranlı axşam göndərəcəyini bildirmişdir. Axşam saat 10-11 radələrində sonuncu ona ünvan göndərərək bildirmişdi ki, əgər bu dəfə də heroin və metamfetamin orda olmasa pulu ona geri qaytaracaq. Daha sonra o, eyni məhlədə yaşadığı Malış ləqəbli X6 ilə qarşılaşmış və bu zaman sonuncu onunla birlikdə gəlməyi təklif etmişdir. Həmin ünvana getmək üçün onlar taksi çağırmış, lakin taksini onun ya Mübarizin telefonu ilə çağırmasını xatırlamadığını bildirmişdir. Ünvana çatarkən sonuncuya əgər polis gələrsə, onu görməmələri üçün kənarda gözləməyi demişdir. Bundan sonra o, əlində olan telefon ilə “ünvana” doğru irəliləyərkən ünvanla üzbəüz bir nəfər şəxsin səkinin yanında və bir nəfərin divara söykənib dayandığını görüb həmin yerə yaxınlaşmamışdır. Səkidə dayanan şəxs onu görən zaman digər şəxsə başı ilə işarə etdikdə o, həmin şəxslərin polis əməkdaşı olduqlarını anlamışdır. Həmin vaxt üstündə olan çantanın içərisində bıçaq olduğu üçün onu atmış və qaçmağa başlamışdır. Divara söykənən şəxs ona əli ilə işarə edərək qaçmamağını bildirmiş, buna baxmayaraq o, qaçmış, iki nəfər də onun ardınca qaçaraq onlardan biri qarşısını kəsmiş, digəri isə ayağına zərbə vuraraq onu yerə yıxmışdır. Tutulan zaman ona qarşı fiziki təsir göstərilmiş, müxtəlif bədən nahiyələrinə, boynunun arxasına və qoluna vurmuşlar. Bundan sonra onu tutub maşının yanına gətirmişlər və maşına söykəyərək üstündə axtarış etməyə başlamış, həmin vaxt üstündə olan mobil telefonunu götürmüş, sonra isə maşına oturdaraq şöbəyə aparmışlar. Şöbədə əməliyyatçıların üçünün də olduğu otaqda onun qarşısına büküm qoyularaq ona məxsus olduğunu deməyə məcbur etmişlər. O qəbul etmədikdə əməliyyatçıların ikisi otaqdan çıxmış, qalan bir nəfər isə ona qarşı fiziki və zorakı təzyiqlər göstərməyə başlamış, bundan sonra o, məcbur qalaraq onların dedikləri ilə razılaşmış və şəxsi axtarış zamanı həmin bükümün ona məxsus olmasını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, təxminən 8-9 ay müddətdir ki, İİR-in vətəndaşı “Kamal” adlı şəxslə “WhatsApp” proqramı üzərindən əlaqə saxlayaraq sonuncudan yarı hissəsi metamfetamin və yarı hissəsi heroin olmaqla ümumilikdə 10 qram mal götürmüşdür. Onların qramını 60 manata sataraq əldə etdiyi gəlirin yarısını narkotik vasitələri ona göndərən şəxsin kart hesabına köçürmüşdür. Son zamanlar isə təxminən 10 dəfə olar ki, Kamal adlı şəxslə əlbir olub bu şəkildə işləmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixində gecə saat 00:30 radələrində Kamalla növbəti dəfə WhatsApp proqramı üzərindən əlaqə saxladığı zaman sonuncu ona narkotik vasitələrin yerini bildirmiş və oranın şəklini ona göndərmişdir. O da həmin ünvana, yəni Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsinə getmiş və orada olan zibil qutularının yaxınlığında yerə atılmış olan qırmızı rəngli sellofana bükülmüş, üzəri şəffaf yapışqan lentlə sarılmış 1 ədəd bükümü görmüş və həmin bükümü götürüb özü ilə gəzdirdiyi tünd qəhvəyi rəngli əl çantasına qoyub həmin yerdən uzaqlaşmışdır. Oradan bir qədər kənarlaşıb Bakı şəhəri, Nəsimi rayonu S.Vurğun küçəsinə gəldiyi zaman saat 01:30-da tanımadığı iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib, polis olduqlarını bildirərək ondan özünü təqdim etməsini xahiş etmişlər. O, bu zaman özünü itirdiyi üçün onların sorğu-suallarına cavab verə bilmədiyindən onlar onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onun narkotik vasitələrin qəbulu, istifadəsi və daşımağında şübhəli bilindiyi üçün vəkilin iştirakı ilə çəkilişlə üzərinə və əşyalarına baxış keçiriləcəyi ona bildirilmişdir. O, maddi imkanının olmadığını bildirdiyində ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, daha sonra video çəkilişlə polis şöbəsinin xidməti otaqlarının birində üzərinə baxış keçirildiyi zaman o, bir qədər əvvəl İİR-in vətəndaşı Kamal adlı şəxsin onun götürməyi üçün qoyduğu, qırmızı rəngli sellofana bükülmüş, üzəri şəffaf yapışqan lentlə sarılmış 1 () ədəd bükümü və təxminən 1 il əvvəl aldığı 2 ədəd elektron tərəziləri masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı onun üzərinə şəxsi axtarış və baxış keçirmiş, onun təqdim etdiyi əşyalardan əlavə heç bir əşya aşkar etməmişdir. Sorğu zamanı o, təqdim etdiyi bükümü haradan və nə məqsədlə əldə etdiyini bildirmiş, bundan sonra onun təqdim etdiyi bükümə baxış keçirilmiş və bükümdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğu aşkar edilmişdir. Həmçinin ondan aşkar edilmiş maddənin tərkibinin müəyyən olunması məqsədilə ekspertizaya göndəriləcəyi bildirildikdən sonra içi boş olan zərfə qoyularaq möhürlənmiş və tərəfindən imzalanmışdır. O, həmçinin, Kamal adlı şəxsin istifadəsində olan mobil nömrəsini xatırlamadığını, onunla “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxladığını, polis əməkdaşları tərəfindən saxlanıldığı və polis şöbəsində olduğu zaman ona qarşı heç bir zorakılıq olmadığını bildirmişdir. İstifadəsində ***-***-**-** mobil telefon nömrəsi olmuş, Kamaldan əvvəllər narkotik vasitə və psixotrop maddə almış, sonuncunun anket məlumatları barədə heç bir məlumatı yoxdur. Həmin şəxsi heç vaxt görməmişdir. Bildiyinə görə həmin şəxs İran vətəndaşıdır və onunla +**********09 nömrəsi ilə əlaqə saxlamışdır. “Kamal” adlı şəxslə aralarında narkotik vasitələrin satışı ilə bağlı razılaşma olmuş, belə ki, o, satdığı narkotik vasitə və psixotrop maddələrin pulunun yarısını həmin şəxsin ona göndərdiyi bank hesablarına ödəniş terminalları vasitəsi ilə atmışdır. Hər dəfə ona fərqli-fərqli hesab nömrələri göndərmiş, onun həmin hesabların kimə məxsus olması barədə hansısa məlumatı olmamışdır. Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, təxmini gecə saat 23:00-23:30-da saxlanılmış, saxlanılan zaman küçədə polis əməkdaşları tərəfindən üzəri yoxlanılmış, həmin vaxt üzərində olan, ona məxsus “Samsung” markalı mobil telefon, həmçinin ünvana gedərkən özü ilə apardığı, içərisində sadəcə bıçaq olan, həmin əraziyə tulladığı əl çantası götürülmüş və bundan sonra 22-ci PŞ-yə gətirilmişdir. Şöbəyə gətirilən zaman onu oturtduqları avtomobildə səkidə dayanan və onu işarə edən “qara” oğlan da olmuşdu və o, sonuncunu tanımır. Şöbədə təzyiq altında “bükümü qarşısına qoyaraq, ona bu sənindir, qəbul et və biz səni 234.1-ci maddə ilə qeydiyyata salaq” demişlər və o da məcbur qalıb bunu qəbul etmişdir. Lakin daha sonra onun qarşısına onun razılaşdığı deyil başqa çəkidə olan maddələrin qoyulmasını bilmişdir. Təxminən 3-4 saat sonra yenidən şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona məxsus olan və saxlanıldığı zaman götürülmüş mobil telefon olmamış, telefon rəsmi şəkildə qablaşdırılmamışdır. Bu faktlar isə bir daha təsdiq edir ki, onun üzərinə əvvəlcədən axtarış keçirilmiş və mobil telefon da həmin zaman ondan aşkar olunaraq götürülmüşdür. Həmçinin, şöbədə polis əməkdaşlarının dedikləri ilə razılaşaraq şəxsi axtarış zamanı narkotik vasitənin ona məxsus olmasını bildirməsinin bir səbəbi isə sərbəst ifadəsində də qeyd etdiyi kimi fiziki təzyiqə məruz qalması olmuşdur. Şöbəyə gətirildikdən sonra ona qarşı fiziki təsirlər olmuş, o, bu barədə təcridxanaya aparılan zaman da bildirmiş, lakin həmin vaxt bədənində xəsarət izi olmamış, həmçinin, barəsində həbs qətimkan tədbiri seçilərkən də məhkəmədə fiziki təsirlərə məruz qaldığını bildirmiş və prokurorluqda bu fakt ilə bağlı araşdırma aparılmışdır. Bundan başqa bildirmişdir ki, ibtidai istintaq zamanı təzyiq altında verdiyi ifadəsində qeyd etdiyi ***-***-**-** saylı mobil nömrəni tanımır, ona məxsus deyil və kimə məxsus olması barədə məlumatı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixində saat 01:30 radələrində Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə inzibati əraziləri olan ünvan 7 ünvanın qarşısında olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Sonuncu verilən suallara qeyri-adekvat cavablar verdiyi və üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün həmin şəxsi 22-ci PŞ-yə dəvət etmişlər və həmin şəxs onlarla birlikdə şöbəyə gəlmişdir. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, daha sonra raportla rəhbərliyə müraciət olunaraq araşdırma aparılması təhqiqatçı Valeh Abdullayevə həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin olunmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı sonuncuya üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, sonuncu sağ əlində olan əl çantasını masanın üzərinə qoyaraq, həmin əl çantasından 2 ədəd elektron tərəzi, 1 ədəd qırmızı rəngli sellofana bükülmüş və üzəri yapışqan lentlə sarılmış, üzərində “300 K 200 P” yazılmış iri ölçülü bükümü və 1 ədəd kitabçanı təqdim edərək iri ölçülü bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onları xx.xx.2023-cü il tarixində İİR-in vətəndaşı ilə telefon vasitəsi ilə danışdıqdan sonra ümumi çəkisi 500 qram olan narkotik vasitə və psixotrop maddəni saat 01:30 radələrində sonuncunun bildirdiyi Nəsimi rayonu, D.Əliyeva küçəsində zibil qutusunun yanında yerdən götürdüyünü, həmin ünvandan bir qədər uzaqlaşdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanıldığını, iranlıdan aldığı narkotik vasitə və psixotrop maddədən 490 qramını sonuncunun bildirəcəyi ünvana çatdırmalı olduğunu, qalan 10 qram narkotik vasitə və psixotrop maddənin 1 qramını 60 manata satdıqdan sonra əldə olunan gəlirdən iranlı “Kamal” adlı şəxsə satılan narkotik vasitə və psixotrop maddənin hər qramına görə 30 manat pul verəcəyini, qalan məbləği isə özü üçün qazanc əldə edəcəyini, 2 ədəd elektron tərəzini 2022-ci ildə mağazadan narkotik vasitələrin satışında istifadə etmək üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Sonuncunun təqdim etdiyi iri ölçülü bükümün “200 P” yazılan hissəsi kəsilərək baxıldıqda, orada ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olması, “300 K” yazılan hissəsi kəsilərək baxıldıqda, orada qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi iri ölçülü büküm və 2 ədəd elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüş, bu barədə tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs o və Elçin adlı əməkdaş gecə saat 02:00 radələrində saxlamış, həmin vaxt mülki geyimdə olmuşlar, yanlarında başqa polis əməkdaşı olmamış və həmin vaxt əlverişli şərait olmadığına görə şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirməmişlər. Şübhəli şəxsi **-AP-*** saylı dövlət qeydiyyat nişanlı xidməti avtomobillə 5-6 dəqiqə ərzində şöbəyə gətirmişlər, avtomobildə yalnız üçü olmuşlar. Saxladıqları zaman Təqsirləndirilən şəxs əlində ağzı bağlı şəkildə əl çantası olmuşdur. Həmçinin bildirmişdir ki, həmin vaxt onlar xidməti ərazidə olmuş, onda heç bir əməliyyat məlumatı olmamış, əməliyyat tədbiri keçirməmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq etməmişlər və həmin vaxt Təqsirləndirilən şəxs da onlara qarşı müqavimət göstərməmişdir. Bundan başqa məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında təkrar dindirilmiş Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxladıqları zaman üzərinə şəxsi axtarış keçirməmişlər, sonuncunun üzərində həmin vaxt telefon olmamışdır, həmçinin şöbədə sonuncunun üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etsə də Təqsirləndirilən şəxs üzərindən mobil telefon aşkar edilməsini xatırlamır. Bundan başqa o, ibtidai istintaqı aparan müstəntiqə Təqsirləndirilən şəxs məxsus mobil telefon təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ-nin 22-ci PŞnin baş əməliyyat müvəkkili Şahid1 ondan əvvəl şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixində saat 01:30 radələrində ünvan 7 ünvanın qarşısında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlayaraq şöbəyə gətirmişlər, burada üzərinə videoçəkilişlə şəxsi axtarış zamanı sonuncu sağ əlində olan əl çantasını masanın üzərinə qoyaraq, həmin əl çantasından 2 ədəd elektron tərəzi, 1 ədəd qırmızı rəngli üzərində “300 K 200 P” yazılmış iri ölçülü bükümü və 1 ədəd kitabçanı təqdim edərək iri ölçülü bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onları xx.xx.2023-cü il tarixində İİR-in vətəndaşı “Kamal” adlı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan əlavə Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs o və Seyfəddin adlı əməkdaş saxlamış, həmin vaxt mülki geyimdə olmuşlar, yanlarında başqa əməkdaş olmamışdır. O, **-AP-*** saylı qeydiyyat nişanlı xidməti avtomobili saxlayaraq, piyada şəkildə digər əməkdaş ilə birlikdə xidməti ərazilərini müşahidə edərək Təqsirləndirilən şəxs saxladıqları əraziyə yəni, ünvan 9 ünvanda şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilmişdir. Sonuncu saxlanılarkən əlində ağzı bağlı şəkildə əl çantası olmuş, səlahiyyətləri olmadığı üçün çantaya və üzərinə baxış keçirməmişlər. Həmçinin bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrə mənə məxsus deyil. Bundan başqa məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında təkrar dindirilmiş Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxladıqları zaman onun üzərinə şəxsi axtarış keçirilməmiş, sonuncunu saxladıqda üzərində telefon olmasını yoxlamamış, sonuncunun üzərində telefon olub-olmamasını, eləcə də o, şöbədə keçirilmiş şəxsi axtarışda iştirak etsə də Təqsirləndirilən şəxs mobil telefon aşkar edilməsini xatırlamır, həmçinin Təqsirləndirilən şəxs saxlayarkən üzərindən mobil telefon düşməsini şahidi olmamışdır. Bundan başqa o, ibtidai istintaqı aparan müstəntiqə Təqsirləndirilən şəxs məxsus mobil telefon təqdim etməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin baş müstəntiqi X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərində telefon olmamış, sonuncuya məxsus “Samsung” markalı mobil telefon əməliyyat tapşırığına əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduqdan sonra əməliyyat müvəkkili tərəfindən ona məktubla təqdim olunmuşdur. Bundan sonra tarixini xatırlamadığı vaxtda telefona baxış keçirmiş və baxış zamanı telefonun üzərində 2 mobil nömrə olduğunu, həmçinin telefonun “Whatsapp” tətbiqinə baxış keçirilərkən Təqsirləndirilən şəxs İİR-in vətəndaşı ilə yazışmalarını, sonuncunun narkotik vasitələrin yerləşdiyi məkanın ünvanının göndərildiyini və fotoşəkillərin olmasını müəyyən etmişdir. Bundan sonra telefona baxış keçirilməsi barədə protokol tərtib etmiş, lakin hazır sənəd üzərinə yazıldığı üçün həmin protokolda bəzi texniki səhvlərə yol vermiş, o cümlədən protokolun tərtib edilmə tarixini də qeyd etməmişdir. Həmçinin, o, telefona baxış keçirilməsi barədə protokol tərtib edəkən təqsirləndirilən şəxsin +98-***-***-**-** mobil telefon nömrəsi ilə yazışmalarını aşkar etdiyini, nömrənin istifadəçisi olan Kamal adlı şəxsin xx.xx.2022-ci il tarixində, saat 00:08də Təqsirləndirilən şəxs watsapp tətbiqinə xəritə ilə işarələnmiş yer göndərdiyini və daha sonra “qaqaş naqad çəkər çatasan evə” mesajını göndərdiyini göstərsə də həmin telefondan aşkar edilmiş sübut əhəmiyyəti kəsb edən fotoşəkilləri özünə məxsus telefonla çəkdiyini, bundan sonra həmin fotoşəkillərin hansısa məlum olmayan səbəbdən təqsirləndirilən şəxsin, həmçinin onun telefonundan silindiyini və təqsirləndirilən şəxsin mobil telefonundan çəkilmiş fotoşəkillər silindiyi üçün baxış protokoluna əlavə etməyin mümkün olmaması barədə tarixi qeyd edilməyən arayış tərtib etdiyini bildirmişdir. Bundan başqa məhkəmə iclasında S.A.Quluzadə ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs onun tərəfindən dindirilən zaman ona saxlanılarkən üzərində telefon olmasını bildirməmiş, həmçinin Təqsirləndirilən şəxs ilkin ifadəsində saxlanılarkən istifadəsində ***-***-**-** saylı mobil nömrə olduğunu vurğulamışdır. Telefona baxış keçirilərkən də üzərində ***-***-**-** saylı mobil nömrənin olması səbəbindən onun kimə məxsus olmasının yoxlamasını zəruri hesab etməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs küçədə tək gördükdə ondan nə etdiyini soruşarkən sonuncu şəhərə gedib qayıdacağını bildirmiş, o da bir yerdə gedib qayıtmağı sonuncuya təklif etmişdir. Həmin ünvanda çatdıqda sonuncu ona kiminləsə görüşməli olduğundan orada gözləməsini, yuxarı qalxıb geri gələcəyini bildirmişdir. Onlar taksidən düşdükdən sonra sonuncu özünə məxsus telefonla getməli olduğu ünvanı axtararaq yuxarı tərəfə qalxmış, bu zamanda o, orada olan marketə daxil olmuşdur. Marketdən çıxarkən Təqsirləndirilən şəxs arxasınca iki nəfər mülki geyimdə olan şəxsin arxasınca qaçdığını, sonradan isə bir nəfər də polis geyimində olan şəxsin Təqsirləndirilən şəxs qarşısını kəsdiyini görmüşdür. Həmin vaxt onlar sonuncunu yerə yıxmış, maşına söykəyərək üzərini axtarmağa başlamış və daha sonra da qara rəngli maşına mindirərək onu aparmışlar. Həmçinin, bildirmişdir ki, həmin vaxt onun üzərində olan mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Cinayət işinin İ cild 18-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 83-84-cü vərəqələrində olan Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixindən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 137-140-cı vərəqələrində olan Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti xx.xx.2024-cü il tarixinədək uzadılmışdır. Cinayət işinin İ cild 160-162-ci vərəqələrində olan Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti xx.xx.2024-cü il tarixinədək uzadılmışdır. Cinayət işinin İ cild 206-207-ci vərəqələrində olan Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti xx.xx.2024-cü il tarixinədək uzadılmışdır. Cinayət işinin İ cild 222-223-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 50-54-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5769 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №190” dairəvi möhür əksi, “Təqdim etdi: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 2 ədəd bağlamada, təmiz çəkisi 325,3 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 210,7 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: heroinin təmiz çəkisi 325,3 qram, tədqiqata sərf olunub 0,2 qram, qalıq 325,1 qramdır. Metamfetaminin təmiz çəkisi 210,7 qram, tədqiqata sərf olunub 0,2 qram, qalıq 210,5 qramdır. Cinayət işinin İ cild 164-167-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1431 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №190” dairəvi möhür əksi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd elektron tərəzi “yazısı və imzalar olan paketdəki, üzərində “Capacity 500gx0.1g” yazısı olan gümüşü-qara rəngli və arxasında 200g/0.01g QC.PASS” yazısı olan gümüşü rəngli elektron tərəzilərin üzərindən narkotik vasitə olan heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisinin və təqdim edilmiş üzərində AR ƏN MEM-in “Tədqiqat Obyekti 59№li ştamp əksi olan paketdəki vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Qeyd: müqayisəli tədqiqat aparılmadığından, üzərində AR ƏN MEM-in “Tədqiqat Obyekti 59№li ştamp əksi olan MEM-ə məxsus paket tamlığı pozulmamış vəziyyətdə geri qaytarılır. Cinayət işinin İ cild 51-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli və 163-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) və 114 (bir yüz on dörd) manat olmaqla ümumilikdə cəmi 228 (iki yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024cü il tarixli, 1061 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İ cild 169-176-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 325,1 qram narkotik vasitə olan heroin, 210,5 qram psixotrop maddə olan metamfetamin, 2 ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs məxsus 1 ədəd mobil telefon maddi sübutlar kimi tanınaraq saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Cinayət işinin İ cild 97-98-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cild 46-cı vərəqəsində olan şəxsi axtarış və götürmənin gedişatını əks etdirən DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasında xx.xx.2023-cü il tarixində saat 03:00-dan 03:30-dək qeydə alınmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunur və üzərində olan əşyaları təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əlində bir bölməsinin ağzı açıq şəkildə olan tünd qəhvəyi rəngli əl çantasını masanın üzərinə qoyaraq içərisindən 1 ədəd üzərində “Capacitiy 500gXO.1g” yazısı olan, digər 1 ədədin üzərində markası qeyd olunmayan ümumilikdə 2 ədəd elektron tərəziləri, 1 ədəd qırmızı rəngli sellofana bükülmüş və üzəri şəffaf yapışqan lentlə sarılmış iri ölçülü bükümü və 1 ədəd qara rəngli kitabçanı çıxarıb masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olmadığını bildirərək 1 ədəd qırmızı rəngli sellofana bükülmüş və üzəri şəffaf yapışqan lentlə sarılmış iri ölçülü bükümdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin olduğunu, xx.xx.2023-cü il tarixində İİR-in vətəndaşı “Kamal” adlı şəxslə telefon vasitəsi ilə danışdıqdan sonra ümumi çəkisi 500 qram olan narkotik vasitə və psixotrop maddəni saat 01:30 radələrində sonuncunun bildirdiyi Nəsimi rayonu, D.Əliyeva küçəsində zibil qutusunun yanında yerdən götürdüyünü, həmin ünvandan bir qədər uzaqlaşdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Həmçinin iranlıdan aldığı narkotik vasitə və psixotrop maddədən 490 qramını sonuncunun bildirəcəyi ünvana çatdırmalı olduğunu, qalan 10 qram narkotik vasitə və psixotrop maddənin 1 qramını 60 manata satdıqdan sonra əldə olunan gəlirdən ““Kamal”“ adlı şəxsə satılan narkotik vasitə və psixotrop maddənin hər qramına görə 30 manat pul verəcəyini, qalan məbləği isə özü üçün qazanc əldə edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqddim etdiyi 1 ədəd qırmızı rəngli sellofana bükülmüş və üzəri şəffaf yapışqan lentlə sarılmış, üzərində olan yapışqan lentin altında ağ rəngli kağızın üzərində “300K 200P” yazısı olan bükümün yan hissəsi, yəni “200P” yazısı olan tərəfdən qablaşdırma örtüyü bıçaqla kəsilərək içərisinə baxıldıqda ağ rəngli kristal şəkilli maddə olduğu, bükümün digər yan hissəsi “300K” yazısı olan tərəfdən qablaşdırma örtüyü bıçaqla kəsilərək içərisinə baxıldıqda tünd rəngli toz şəkilli maddə olduğu aşkar olunur. Bundan başqa sonuncu 2 ədəd elektron tərəzini 2022ci ildə mağazadan narkotik vasitələrin satışında istifadə etmək üçün aldığını bildirir. Təqdim edilmiş narkotik vasitələrə bənzər maddələrin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq Nəsimi RPİ-nin 22-ci PŞ-nin zərflər üçün nəzərdə tutulmuş “190” nömrəli möhürü ilə möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin İ cild 85-ci vərəqəsində olan tarixi olmayan telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi S.A.Quluzadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş “Samsung” markalı mobil telefona daxil və xaric olan mesajlara, zənglərə və “Watsapp” tətbiqinə xidməti otaqda baxış keçirilmişdir. Baxış zamanı “Watsapp” tətbiqetməsində Təqsirləndirilən şəxsla “Kamal”“ adı ilə qeyd olunan, +98-***-***-**-** mobil telefon nömrəsi arasında smslər aşkar edilmişdir. Həmin smslərdən görünür ki, “Kamal” adlı şəxs xx.xx.2022-ci il tarixində saat 00:08-də Təqsirləndirilən şəxs “Watsapp” tətbiqinə xəritə ilə işarələnmiş yeri və “qaqav naqad çakar çatasan eva” mesajını göndərmişdir. Baxış saat 11:30-da başlanmış, saat 11:55-də başa çatmışdır. İş üçün əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin İ cild 86-cı vərəqəsində olan Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi S.A.Quluzadə tərəfindən tərtib edilmiş tarixi olmayan arayışdan görünür ki, mobil telefona baxış zamanı çəkilmiş fotoşəkillər texniki səbəblərdən, yəni fotoşəkillərin silinməsi səbəbindən protokola əlavə etmək mümkün olmamışdır. Cinayət işinin İ cild 148-149-cu vərəqələrində olan Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin müstəntiqə qaytarılması barədə qərardan görünür ki, şübhəli şəxs qismində üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülsə də, həm ilkin təhqiqat zamanı, həm də istintaq zamanı müvafiq ekspertiza təyin edilərək aşkar olunmuş tərəzilərin üzərilərində narkotik vasitə və psixotrop maddə izlərinin olubolmaması, olduğu halda həmin izlərin Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə heroin və psixotrop maddə metamfetaminlə eynilik təşkil edib-etməməsi barədə rəy alınaraq əlavə edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” qərarın hansı tarixində tərtib olunması qeyd olunmamış, həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunan mobil telefonun maddi sübut kimi tanınması qeyd olunsa da, sonuncuya məxsus mobil telefonun araşdırmaya təqdim edilməsi, mobil telefonun həqiqətən də Təqsirləndirilən şəxs məxsus olub-olmaması araşdırılmamış, mobil telefona baxış keçirilmədən həmin əşya iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin İ cild 55-56-cı vərəqələrində olan kimyəvi ekspertiza rəyinin şübhəli şəxsə elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs məhkəmə kimyəvi ekspertiza rəyi ilə həmin tarixində tanış etmişdir. Cinayət işinin İİ cild 59-73-cü vərəqələrinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin Bakı Ağır Cinayətlər Məhkəməsinə həmin məhkəmənin qərarının icrası ilə bağlı göndərdiyi CD diskdəki məlumatlar məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatlarına əsasən o, xx.xx.2023-cü il tarixdə saat 00:05-dən 01:18-dək Nəsimi rayonu, Azadlıq 53 ünvanında, saat 01:18-dən 03:39-dək Nəsimi rayonu, 28 may Texnoloji korpusunun damı ünvanında olmuşdur. Cinayət işinin İİ cild 90-111-ci vərəqələrinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin Bakı Ağır Cinayətlər Məhkəməsinə həmin məhkəmənin qərarının icrası ilə bağlı göndərdiyi CD diskdəki məlumatlar məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatlarına əsasən o, xx.xx.2023-cü il tarixində saat 23:48-dən 00:18-dək Nəsimi rayonu, Bülbül prospekti 30, Yasamal ünvanında, xx.xx.2023-cü il tarixində saat 00:18-dən 00:41-dək ünvan 12 ünvanında, saat 00:41-dən 01:18-dək Nəsimi rayonu, 28 may Texnoloji korpusunun damı ünvanında, saat 01:18-dən 01:49-dək Nəsimi rayonu, Azadlıq 53 ünvanında, saat 01:49-dan 02:16-dək ünvan 15 ünvanında olmuşdur. Cinayət işinin İİ cild 144-148-ci vərəqələrinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin Bakı Ağır Cinayətlər Məhkəməsinə həmin məhkəmənin qərarının icrası ilə bağlı göndərdiyi CD-diskdəki məlumatlar məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, əlavə şahid M.B.Yusifovun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatlarına əsasən o, xx.xx.2023-cü ildə saat 23:59-dan 00:19-dək Nəsimi rayonu, Bülbül prospekti 54, ünvan 16 ünvanında, xx.xx.2023-cü il tarixində saat 00:19-dan 00:24-dək ünvan 17 ünvanında, saat 00:24-dən 00:40-dək ünvan 12 ünvanında, saat 00:40-dan 00:46-dək Nəsimi rayonu, Bülbül prospekti 30 ünvanında, 00:46-dan 00:48-dək Nəsimi rayonu, X17 28 küçəsi, saat 02:01-dən 03:23-dək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-pirallahı yolunun sağ tərəfi ünvanında olmuşdur. Cinayət işinin İİ cild 89-cu vərəqəsində olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ***-***-**-** saylı mobil nömrə xx.xx.2023-cü ildə saat 00:00-dan xx.xx.2023-cü il saat 00:00-dək Azerfon şəbəkəsində istifadə edilməmişdir. Cinayət işinin İİ cild 133-134-cü vərəqələrində olan təqsirləndirilən şəxslərin Nəsimi RPİ-nin X7 daxil olma və çıxış tarixlərinin qeyd olunduğu cədvəldən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində saat 01:40-da MYS-yə daxil olmuş və saat 04:40-da Nəsimi RPİ-yə aparılmışdır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıma cinayətini törətməsi sübuta yetirilmir Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olumalıdır. Həmin Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, o cümlədən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və sair hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.8-ci maddəsinə əsasən Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin Məcəllənin 134.1-ci və 134.2-ci maddələrinə əsasən istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir.Cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəlləyə müvafiq tərtib edilmiş baxış istintaq hərəkətlərinin protokolları sübut kimi istifadə oluna bilər. Həmin Məcəllənin 134.5-ci maddəsinə əsasən istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Həmin Məcəllənin 236.1-ci maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Həmin Məcəllənin 236.6-cı maddəsinə əsasən baxış qurtardıqda müstəntiq protokol tərtib edir və həmin protokolda baxışın aparıldığı vaxt, tarix və yeri göstərilir. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən bir qayda olaraq natamamlıq olmadan həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparıldığı vaxt, tarix və yeri, iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Qanunverciliyin qeyd edilən normalarını nəzərə alaraq məhkəmə iş üzrə ibtidai araşdırma dövründə şübhəli şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə, həmçinin mobil telefona baxış keçirmə istintaq hərəkətinə münasibət bildirməyi zəruri hesab edir. Bu baxımdan məhkəmə cinayət işinin İ cild 42-45-ci vərəqələrində olan xx.xx.2023-ci il tarixli şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında və cinayət işinin İ cild 85-ci vərəqəsində olan mobil telefona baxış keçirilməsi haqqında protokolları təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cinayət prosessual qanuvericiliyin tələbi pozulmaqla 2 dəfə (birinci dəfə qeyri-rəsmi və ikinci dəfə rəsmi) şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində şübhəli şəxs kimi saxlanıldığı zaman polis əməkdaşları tərəfindən heç bir protokol tərtib edilmədən onun üzərinə ilkin şəxsi axtarış keçirilmiş və üzərindən sonuncuya məxsus olan “Samsung” markalı mobil telefon götürülmüş, daha sonra yenidən Nəsimi RPİ-nin 22-ci PŞ-də ikinci dəfə sonuncunun üzərinə video çəkiliş aparılaraq şəxsi axtarış keçirilmiş və həmin “Samsung” markalı mobil telefon aşkar edilməmiş, lakin sonradan Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi S.A.Quluzadə tərəfindən təqsirləndirilən şəxsin üzərinə nə vaxt və hansı şəraitdə keçirilmiş şəxsi axtarış zamanı əldə edilməsi müəyyən olunmayan Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonuna baxış keçirilmiş, həmçinin guya iş üçün əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq həmin telefondan çəkilmiş fotoşəkillər əlavə edilmədiyi halda fotoşəkillərin protokola əlavə edilməsi göstərilərək tarixi olmayan protokol tərtib edilməklə cinayət işinə əlavə edilmişdir(İ cild i/v 85-86). Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin üzərində mobil telefonun olması faktı cinayət işinin materiallarında olan Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin müstəntiqə qaytarılması barədə qərarından da öz təsdiqini tapmışdır. Belə ki, həmin qərardan da görünür ki, iş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” Qərarın təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunan mobil telefonun maddi sübut kimi tanınması qeyd olunsa da sonuncuya məxsus mobil telefonun araşdırmaya təqdim edilməsi, mobil telefonun həqiqətən də Təqsirləndirilən şəxs məxsus olub-olmaması araşdırılmamış, mobil telefona baxış keçirilmədən həmin əşya iş üzrə maddi sübut kimi tanınmışdır (İ cild i/v 148-149). Yuxarıda qeyd olunan qərardan sonra Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi S.A.Quluzadə tərəfindən həmin nöqsanları aradan qaldırmaq məqsədilə təqsirləndirilən şəxsin üzərinə nə vaxt və hansı şəraitdə keçirilmiş şəxsi axtarış zamanı əldə edilməsi müəyyən olunmayan Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonuna baxış keçirilməsinə dair təhrif edilmiş, fərqli formada sənədləşdirilmiş, tarixi olmayan protokol tərtib edilmiş və müstəntiq tərəfindən işin təhrif edilmiş bu halı istintaqın yekununa kimi aradan qaldırılmamışdır. Məhkəmə S.A.Quluzadə tərəfindən tərtib edilmiş “baxış keçirilməsi haqqında” protokol ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin protokol qanunvericiliyin tələblərini kobud şəkildə pozulmaqla, yəni tarix qeyd edilmədən və protokolun məzmunu xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmənin gedişatına əks etdirən DVD diskdə əks olunan görüntülərlə və protokolda qeyd olunanlarla ziddiyyət təşkil edilməklə natamam şəkildə tərtib edildiyindən həmin natamamlıq müstəntiqin, şahidlərin birbirilərinə ziddiyyət təşkil edən ifadələri ilə aradan qaldırıla bilməz. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin, əsas və əlavə şahidlərin ifadələrini, Təqsirləndirilən şəxs və məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş M.B.Yusifovun istifadəsində olan mobil nömrələrin anten məlumatlarını, məhkəmə istintaqı zamanı aparılmış araşdırmalarla müqayisəli şəkildə təhlil edərək bir daha təqsirləndirilən şəxsin saxlanılarkən üzərində mobil telefon olması və həmin vaxt heç bir rəsmiləşdirmə aparılmadan üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülməsi qənaətinə gəlir. Bundan başqa məhkəmə iş üzrə toplanmış sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Belə ki, məhkəmə iclasında ilkin və vəsatət əsasında təkrarən şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə Təqsirləndirilən şəxs saxlayarkən üzərinə şəxsi axtarış keçirmədiklərini, sonuncunun telefonunun olmamasını, telefonu sonradan da görmədiklərini, həmçinin onlar tərəfindən hər-hansı mobil telefonun müstəntiqə verilmədiyini bildirmişlər. Həmçinin məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş müstəntiq S.A.Quluzadə ifadəsində həqiqətən də xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun üzərindən “Samsung” markalı mobil telefonun aşkarlanmadığını, sonradan isə onun tərəfindən verilmiş əməliyyat tapşırığına əsasən, əməliyyat müvəkkili tərəfindən ona məktubla təqdim olunduğunu bildirmişdir. Lakin, məhkəmə bunu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işi materiallarında təqsirləndirilən şəxsə məxsus mobil telefonun müstəntiq S.A.Quluzadəyə təqdim edilməsi barədə sonuncunun ifadəsində qeyd etdiyi kimi hər hansı bir məktub mövcud deyildir. Bundan başqa əlavə şahid qismində dindirilmiş M.B.Yusifov məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs 2 nəfər mülki geyimli və 1 nəfər polis geyimində olan şəxslərin saxladıqlarını, sonuncunu maşına söykəyərək üzərini axtarmağa başladıqlarını və daha sonra onu maşına oturdaraq apardıqlarını gördüyünü bildirmişdir. Bundan başqa polis əməkdaşı olan şahidlərin məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrə əsasən onlar xx.xx.2023-cü il tarixində saat 01:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 25 ünvanın qarşısında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlayarkən sonuncunun üzərinə şəxsi axtarış keçirilmədiyini bildirmişlər. Bununla da, məhkəmə istintaqı zamanı aparılmış araşdırmalar və sübutların məcmusuna əsasən polis əməkdaşları olan şahidlərin yuxarıda göstərilən hal üzrə həqiqətə uyğun olmayan ifadə verdikləri, onlar tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən üzərinə qanunsuz olaraq şəxsi axtarış keçirilməsi və bu səbəbdən də istintaqın iş üzrə yanlış nəticəyə gəlməsi müəyyən edilmişdir. Bütün bu sadalananlara əsasən bir daha təsdiq edilir ki, təqsirləndirilən şəxs iş üzrə obyektiv ifadə versə də şahid qismində ifadə vermiş polis əməkdaşları qeyri-səmimi və həqiqətə uyğun olmayan ifadələr vermişlər. Məhkəmənin fikrincə, belə olan halda qanuna uyğun olmayan qaydada aparılmış həmin istintaq hərəkətinin nəticələri, onun məntiqi davamı kimi istintaq hərəkətinin aparılmasında iştirak etmiş şəxslərin ifadələri sübut növü baxımından da əhəmiyyətsiz hesab edilməlidir. Bundan başqa məhkəmə iclasında mobil operator şəbəkələrindən daxil olmuş anten məlumatlarının tədqiq edilməsi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin "xxxx" MMC-dən daxil olmuş anten məlumatlarına əsasən o, xx.xx.2023-cü il saat 23:48-dən 00:18-dək Nəsimi rayonu, Bülbül prospekti 30, Yasamal ünvanında, xx.xx.2023-cü il saat 00:18-dən 00:41-dək ünvan 12 ünvanında, saat 00:41-dən 01:18-dək Nəsimi rayonu, 28 may Texnoloji korpusunun damı ünvanında, saat 01:18-dən 01:49-dək Nəsimi rayonu, Azadlıq 53 ünvanında, saat 01:49-dan 02:16-dək ünvan 15 ünvanında, əlavə şahid M.B.Yusifovun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin "xxxx" MMCdən daxil olmuş anten məlumatlarına əsasən isə o, xx.xx.2023-cü il saat 23:59-dan 00:19-dək Nəsimi rayonu, Bülbül prospekti 54, ünvan 16 ünvanında, xx.xx.2023-cü il saat 00:19-dan 00:24-dək ünvan 17 ünvanında, saat 00:24-dən 00:40-dək ünvan 12 ünvanında, saat 00:40-dan 00:46-dək Nəsimi rayonu, Bülbül prospekti 30 ünvanında, 00:46-dan 00:48-dək Nəsimi rayonu, X17 28 küçəsi, saat 02:01-dən 03:23-dək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-pirallahı yolunun sağ tərəfi ünvanında olmuşdur. Təqsirləndirilən şəxs və əlavə şahid M.B.Yusifovun anten məlumatlarının hərəkət dairəsindən göründüyü kimi xx.xx.2023-cü il 23:59-dan 00:19-dək və xx.xx.2023-cü il saat 00:24-dən 00:41-dək onlar eyni ərazidə, yəni müvafiq olaraq Nəsimi rayonu, Bülbül prospekti və ünvan 12 ünvanlarında olmuşlar, daha sonra isə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığına görə M.B.Yusifovun ifadəsində dediyi, hətta onun anten məlumatlarından da göründüyü kimi sonuncu Təqsirləndirilən şəxs saxlanıldığı yerdən uzaqlaşaraq Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-pirallahı yolunun sağ tərəfi ünvanına getmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin "xxxx" MMC-dən daxil olmuş anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefon xx.xx.2023-cü il saat 00:41-dən 01:18-dək Nəsimi rayonu, 28 may Texnoloji korpusunun damı ünvanında, yenə də sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin "xxxx" MMC-dən daxil olmuş anten məlumatlarına əsasən isə o, xx.xx.2023-cü il tarixdə saat 00:05-dən 01:18-dək Nəsimi rayonu, Azadlıq 53 ünvanında, saat 01:18dən 03:39-dək Nəsimi rayonu, 28 may Texnoloji korpusunun damı ünvanlarında, yəni Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasının yerləşdiyi ünvanla olmuşdur. Bununla da məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən üzərinə qanunsuz olaraq şəxsi axtarışın keçirilməsi və onun istifadəsində olan “Samsung” markalı mobil telefonun götürülməsi yuxarıda göstərilən və bir-birini tamamlayan mötəbər sübutlarla öz təsdiqini tapır və mübahisəsiz haldır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01:30-da saxlanılmış, sonra isə Nəsimi RPİ-nin 22-ci PŞ-yə gətirilmiş və saat 03:00-da üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Bunundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə rəsmiləşdirilmiş şəxsi axtarışın keçirilməsi arasında 01 saat 30 dəqiqə vaxtın keçməsi, məhkəmə üçün aydın və başadüşülən deyil, hətta həmin sübutun “yerləşdirilməsinin” mümkünlüyü ilə bağlı əsaslı şübhələr yaradır, çünki həmin müddət ərzində şübhəli şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşları Şahid2 və Şahid1 onlara verilən suallara cavab olaraq bildirmişdirlər ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən əlverişli şərait olmadığına və səlahiyyətləri olmadığına görə onun üzərinə şəxsi axtarış keçirməmişdirlər. Bununla da məhkəmə belə qənaətə gəlir ki, işdə Təqsirləndirilən şəxs saxlanılandan dərhal sonra onun üzərinə şəxsi axtarış keçirilməsi və həmin istintaq hərəkətinin rəsmiləşdirilməsini mümkünsüz edən hər hansı xüsusi halın olmasını güman etməyə əsas verən heç bir hal yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Bundan başqa məhkəmə iclasında şəxsi axtarış və götürmənin gedişatını əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan bir bölməsi ağzı açıq tünd qəhvəyi əl çantasının içərisindən 1 ədəd büküm və 2 ədəd elektron tərəzini təqdim edir (İ cild i/v 46). Lakin məhkəmə iclasında ifadə verən polis əməkdaşları Təqsirləndirilən şəxs saxlanılarkən təkidlə əlində tünd qəhvəyi əl çantasının və ağzının bağlı olduğunu bildirmişlər. Bundan başqa cinayət işi materiallarında olan Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin müstəntiqə qaytarılması barədə qərarından da görünür ki, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülsə də həm ilkin təhqiqat zamanı, həm də istintaq zamanı müvafiq ekspertiza təyin edilərək aşkar olunmuş tərəzilərin üzərlərində narkotik vasitə və psixotrop maddə izlərinin olub-olmaması, olduğu halda həmin izlərin Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə heroin və psixotrop maddə metamfetaminlə eynilik təşkil edib-etməməsi barədə rəy alınaraq iş materiallarına əlavə edilməmişdir. Bundan sonra müstəntiq tərəfindən keçirilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-6/1431 saylı materialların məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün 190№lidairəvi möhür əksi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd elektron tərəzilərin üzərindən narkotik vasitə olan heroinin izləri olmuş, iz şəklində olduğu üçün heroinin təmiz çəkisinin və təqdim edilmiş üzərində AR ƏN MEM-in “Tədqiqat Obyekti 59№li ştamp əksi olan paketdəki vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinlə eyni kimyəvi tərkibli olmasını müəyyən etmək mümkün olmamışdır (İ cild i/v 164-167). Göründüyü kimi şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş elektron tərəzilərin üzərində sadəcə narkotik vasitə olan heroinin izləri olmuş və həmin heroin izləri ilə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin izləri eyni tərkibli olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs saxlandıqdan sonra ona məxsus əl çantasına kənar müdaxilə edilmiş və bu iş üzrə maddi sübut hesab edilmiş elektron tərəzilər, narkotik vasitə və psixotrop maddələrin onun əl çantasına yerləşdirilməsi halını istisna etmir. Bu hal da Təqsirləndirilən şəxs aşkar edilmiş elektron tərəzilərin, narkotik vasitə və psixotrop maddələrin ona aidiyyətinin olmamasını təsdiq edir. Həmçinin, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs tutulduğu andan polisin nəzarətində olduğundan ona edilən təzyiqlər nəticəsində ilkin ifadələrində narkotik vasitə və psixotrop maddənin ona məxsus olmasını etiraf etməyə məcbur olmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, iş materiallarında olan kimyəvi ekspertiza rəyinin şübhəli şəxsə elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs məhkəmə kimyəvi ekspertiza rəyi ilə həmin tarixdə tanış etmişdir (İ cild i/v 55-56). Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, kimyəvi ekspertiza xərcinə dair bildiriş xx.xx.2023-cü il tarixində tərtib olunduğundan həmin rəyin polis şöbəsinə xx.xx.2023-cü il tarixində daxil olması qeyri-mümkündür (İ cild 50-54). Belə ki, kimyəvi ekspertiza xərci ödənilmədən və ona dair bildiriş təqdim edilmədən həmin ekspertiza rəyinin verilməsi mümkünsüzdür. Bununla da məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs həmin ekspert rəyi ilə xx.xx.2023-cü il tarixində tanış edilməsi qeyri-mümkündür və təhqiqatçı tərəfindən tərtib edilmiş həmin ekspertiza rəyinin şübhəli şəxsə elan edilməsi haqqında protokolu qanunvericiliyə və həqiqətə uyğun olaraq tərtib edilmədiyindən Məhkəmə tərkibində onun mötəbərliyi ilə bağlı əsaslı şübhələr yaradır və həmin protokol formal xarakter daşıyır. Bundan başqa cinayət işi materiallarında Təqsirləndirilən şəxs ifadəsində sonuncunun İİR-in vətəndaşı Kamal adlı şəxslə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə əlaqə saxladığı göstərilmişdir. Məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs həmin nömrəni tanımadığını və ona məxsus olmadığını bildirmişdir. Əlavə şahid müstəntiq S.A.Quluzadə isə sözügedən mobil nömrənin ona təqsirləndirilən şəxs tərəfindən bildirildiyini və sonuncuya məxsus mobil telefona baxış keçirərkən də həmin mobil nömrənin telefonun üzərində olduğunu bildirmişdir. Lakin cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ***-***-**-** saylı mobil nömrə xx.xx.2023-cü il saat 00:00-dan xx.xx.2023-cü il saat 00:00-dək Azerfon şəbəkəsində istifadə edilməmişdir. Göründüyü kimi, müstəntiq S.A.Quluzadənin bildirdiyi xüsusatlar öz təsdiqini tapmamış və ***-***-**-** saylı mobil nömrə ümumiyyətlə xx.xx.2023-cü il tarixində saat 00:00-dan xx.xx.2023-cü il tarixində saat 00:00-dək istifadə edilməmişdir. Bu hal ona bir daha dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında həqiqətə uyğun və səmimi ifadələr vermiş, onun ibtidai araşdırma zamanı verdiyi ifadələr isə sonuncunun iradə ifadəsinə uyğun olmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kobiaşvili Gürcüstana qarşı” 14 mart 2019-cu il tarixli qərarında polis şahidlərlə bağlı qeyd edilmişdir ki, “Bəzi sübutların yaranma mənbəyinin həqiqiliyinə şübhə yarandıqda, həmin şübhələr digər mənbələrdən alınmış sübutlarla aradan qaldırıla bilər. Məhkəmə qeyd edir ki, ərizəçinin şəxsi axtarışı barədə mötəbər hesabatın olmaması şəraitində həmin halı təsdiq edən hər hansı başqa mötəbər sübut iş materiallarında mövcud olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, prosesdə iştirak edən şahidlərdən birinin ziddiyyətli ifadələri və ikinci şahidin inandırıcı olmamasına dair toplanmış materiallar məhkəmə iclasında ətraflı tədqiq edilməmişdir. Polis əməkdaşlarına gəldikdə Avropa Məhkəməsi qeyd edir ki, onlar ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən birbaşa olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Bundan fərqli olaraq ərizəçinin dostlarının ifadələri subyektiv mülahizə xarakterli, şübhə doğuran ifadələr kimi rədd edilmişdir (bax: 26-cı bənd). Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edir. Məhkəmə yuxarıda göstərilənlərə və iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında, tarixi göstərilməyən baxış keçirilməsi haqqında, xx.xx.2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolları təhqiqat və istintaqın gedişini düzgün əks etdirmədiyi, protokollarda şübhəli və təqsirləndirilən şəxsin ifadəsi təhrif edilmiş formada əks etdirildiyi üçün həmin protokollar və polis əməkdaşlarının ifadələri mümkün olmayan sübut kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, materiallar (məsələn, raport və yaxud protokol, eləcə də əşyalar) onların əldə edilməsinin qanunauyğunluğu (mənbəyinin mötəbərliyi) yoxlanıldıqdan və CPM-in 125-ci maddəsinin, habelə digər normalarının tələbləri baxımından sübut kimi yolverilən olması müəyyən edildikdən sonra cinayət prosesində istifadə edilə bilən sübut növü (məsələn, raport və yaxud protokol - CPM-in 135-ci maddəsində nəzərdə tutulmuş sənəd, əşya isə CPM-in 128-ci maddəsində nəzərdə tutulmuş maddi sübut) kimi ibtidai araşdırma üzrə icraatın materiallarına əlavə edilə bilər. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs, yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə də iş üzrə tərtib edilmiş ittiham aktından və məhkəmə iclasında ittihamı müdafiə edən dövlət ittihamçısının mövqeyindən görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamı cinayət işi üzrə toplanmış şahid ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizalarının rəyləri və digər istintaq materialları ilə sübuta yetirdiyindən onun barəsində Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü çıxarılmalıdır. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlində təqsirliliyi sübuta yetirilmir. Belə ki, məhkəmə baxışında Təqsirləndirilən şəxs üzərinə cinayət prosessual qanuvericiliyin tələbi pozulmaqla 2 dəfə (birinci dəfə qeyri-rəsmi və ikinci dəfə rəsmi) şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, müstəntiq S.A.Quluzadə tərəfindən təqsirləndirilən şəxsin üzərinə nə vaxt və hansı şəraitdə keçirilməsi müəyyən olunmayan şəxsi axtarış zamanı əldə edilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonuna baxış keçirilməsinə dair təhrif edilmiş, fərqli formada sənədləşdirilmiş tarixi olmayan protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs saxlanıldıqdan 01 saat 30 dəqiqə sonra üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, həmçinin təhqiqatçı xx.xx.2023-cü ildə verilmiş məhkəmə kimyəvi ekspertiza rəyi ilə bir gün əvvəl, yəni xx.xx.2023-cü ildə tanış etmiş, həmçinin məhkəmə kimyəvi ekpertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd elektron tərəzilərin üzərində olan narkotik vasitə heroinin izləri ilə sonuncunun üzərindən aşkar edilərək götürülmüş heroinin izləri eynilik təşkil etməmiş, müstəntiq S.A.Quluzadə ifadəsində Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonun əməliyyat müvəkkili tərəfindən ona məktubla təqdim olunduğunu bildirsə də, cinayət işi materiallarında hər hansı məktub aşkar edilməmiş, məhkəmə iclasında ifadə verən polis əməkdaşları Təqsirləndirilən şəxs saxlanılarkən təkidlə əlində ağzı bağlı əl çantasının olduğunu bildirsələr də DVD diskə baxış keçirilərkən əl çantasının bir bölməsinin ağzı açıq olması və sair pozuntular müəyyən edilmişdir. Bununla da iş üzrə aradan qaldırılması mümkün olmayan çoxsaylı ziddiyyətlərin mövcud olması, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş və iş üzrə ittihamın əsası kimi çıxış edən sənədlərin hadisənin konkret hallarını və real mexanizmini əks etdirməməsi və həmin sənədlərin tərtibi zamanı yol verilmiş prosessual pozuntular, eləcə də ibtidai araşdırma zamanı sübutların toplanması üçün aparılan prosessual hərəkətlərin qanunvericiliyin tələblərinin pozulması ilə icra edilməsiittihamın istinad etdiyi sübutların mötəbərsizliyini təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış 325,1 qram narkotik vasitə olan heroin, 210,5 qram psixotrop maddə olan metamfetamin və 02 ədəd elektron tərəzinin Təqsirləndirilən şəxs aidiyyəti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, sonuncuya həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə zalından azad edilməlidir. İş materiallarına əsasən aşkar edilərək götürülməsi iddia edilən 325,3 qram narkotik vasitə olan heroin və psixotrop maddə olan 210,7 qram metamfetaminin ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 325,1 qram narkotik vasitə olan heroin və 210,5 qram psixotrop maddə olan metamfetamin və 2 ədəd tərəzi maddi sübut kimi tanınmaqla saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Həmin maddi sübutların bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hazırki hökm qanuni qüvvəyə mindikdən sonra həmin fakt üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və bununla əlaqədar maddi sübut kimi saxlanılan 325,1 qram heroin, 210,5 qram metamfetamin və 2 ədəd tərəzi həmin fakta görə aparılan cinayət təqibi üzrə Bakı şəhəri Nəsimi RPİ-də saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Nəsimi Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübutlar, ekspertiza tədqiqatından sonra qalıq qalmış 325,1 qram narkotik vasitə olan heroin, 210,5 qram psixotrop maddə olan metamfetamin və 2 ədəd elektron tərəzi materiala əlavə edilməlidir. Həmçinin maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon sonuncunun özünə qaytarılmalıdır. Təqsirləndirilən şəxs bəraət verildiyi üçün iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Presedent” Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X5 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən ekspertiza tədqiqatından sonra qalmış maddi sübut kimi tanınmış narkotik vasitə olan 325,1 qram heroin, psixotrop maddə olan 210,5 qram metamfetamin və 2 tərəzi qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və maddi sübut kimi tanınmış narkotik vasitə heroin, psixotrop maddə olan metamfetamin və iki tərəzi həmin araşdırma ilə əlaqədar Bakı şəhər Nəsimi Rayon Polis İdarəsində saxlanılsın. Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon sonuncuya qaytarılsın. İş üzrə materialların məhkəmə ekspertizasına xərclənmiş cəmi 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Presedent” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Presedent” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X3 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar