Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-287/2023 18.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı3, Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, 10 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 may 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma məqsədilə dəqiq şəxsiyyəti qeyri-müəyyən olan “Şəhram” adlı İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək naməlum vaxtda və şəraitdə qabaqcadan razılaşdırılmış yerdə “Şəhram” adlı şəxsdən ümumi təmiz çəkisi 2089,536 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə olan heroin narkotik vasitəsini və təmiz çəkisi 225 qram təşkil edən kustar üsulla hazırlanmış ağ rəngli kristallik maddə olan psixotrop maddə metamfetamini satış məqsədilə əldə edərək üzərində və yaşadığı evdə saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: BNMİ-nin) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 may 2022-ci il tarixdə, saat 14:35 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, yeni yaşayış massivində yerləşən “Akasiya” şadlıq sarayının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən BNMİ-nə aparılmış və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 9,536 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə olan heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Bundan sonra elə həmin gün əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə videoçəkiliş aparılmaqla baxış və götürmə həyata keçirilən zaman həmin evin həyətyanı sahəsində evin sağ küncündə torpağa basdırılmış halda olan sellofan kisənin içərisində iki ədəd bağlamada və üç ədəd bükümdə ümumilikdə beş ədəd ayrı-ayrılıqda çəkiləri 1000 qram, 980 qram, 30 qram, 35 qram və 35 qram olmaqla, ümumi təmiz çəkisi 2080 qram təşkil edən, istər öz aralarında və istərsə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, digər bir ədəd bağlamada təmiz çəkisi 225 qram təşkil edən kustar üsulla hazırlanmış ağ rəngli kristallik maddə - metamfetamin psixotrop maddəsi və üzərində narkotik vasitə heroinin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsindən fərqli ifadə verib göstərdi ki, O, «9B» diaqnozu ilə xəstədir, onda huşsuzluq, xasiyyətində dəyişkənliklər, əsəbilik müşahidə olunur, hər an özünün yaxınlarına belə, xəsarətlər yetirmək kimi hərəkətləri mümkündür. O, Yasamal C 111 ünvanında qeydiyyatda olsa da, xəstəliyi ilə əlaqədar ailəsində problemlər yaranmamsı üçün o, adını demək istəmədiyi və çoxdan tanış olduğu bir nəfər qızla Ramana qəsəbəsində ayrıca kirayə yaşamışdır. 10 may 2022-ci il tarixdə, saat təqribən 14-15 radələrində adını çəkmək istəmədiyi qızla birlikdə evdə olarkən polislər onun evinə basqın etmiş, onun evinin qapı və pəncərəsini sındırmaq yolu ilə onun evinə daxil olmuşlar. Ondan saxladığı narkotik vasitələr tələb olunmuş, belə bir şey olmadığını dedikdə ona qarşı təzyiqlər olmuş, döyülmüş, evindən atasından qalma saat, özünə məxsus üzük və sair dəyərli əşyaları polislər tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, özü demək olar ki, hər gün narkotik vasitələrdən istifadə etmişdir. Xəstəliyi ilə əlaqədar ağrıları olan zaman sakitləşmək üçün bədənim nə qədər qəbul edə biləcəksə, bir o qədər narkotik istifadə etmişdir. O, xəstəliyi ilə əlaqədar 130 manat pensiya almış, istifadə edəcəyi narkotiki həmin pulla müxtəlif, lakin qeyri-müəyyən ünvanlardan alıb əldə etmişdir. Ailəsi də kirayə pulunu ödəyə biliməsi üçün ona köməklik etmişdir. Onun evinə basqın olan vaxt onun evində cəmi 11 qram «kakos» kimi tanıdığı narkotik olmuşdur. Lakin polislər həmin miqdarla razılaşmamış, çox olduğunu demiş və boynuna götürməyi istəmişlər. O, 11 qram narkotiki polisə vermiş, onda 11 qramdan artıq narkotik olmadığını demişdir. Həmin vaxt polislər onunla birgə yaşayan qızı da bu işə qoşacaqlarını və əlbirliklə ittiham verəcəklərini bildirmiş, onu və qızı birlikdə bölməyə aparmış, evin açarlarını da ondan alıb özləri ilə götürmüşlər. Qıza görə o, polislə razılaşmaq məcburiyyətində qalmış və ona təqdim olunan çəkilərlə razılaşaraq özünün olduğunu təsdiq etmişdir. Polisdə evdən götürülən narkotik guya üzərindən aşkar olunmuş, videoçəkilişlə sənədləşdirilmişdir. Şəxsi axtarış zamanı onun telefonu da götürülmüşdür ki, həmin telefonda bank kartına etdiyi ödənişlərlə bağlı şəkillər olmuşdur. Həmin ödənişlərin narkotiklərlə heç bir əlaqəsi olmamış, o, həmin ödənişləri oyunlara yatırtmışdır. Sonra isə onu evinə aparmış, guya həyətdə axtarış aparmış və o, axtarış zamanı həyətində gizlətdiyi narkotik vasitəni və psixotrop maddəni torpağa basdırdığı yerdən çıxarıb təqdim etmişdir. Baxış və götürmə videolentə alınmışdır. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, Onun həyətində heç bir narkotik vasitə və psixotrop maddə olmamış, həmin maddələri polislər sonradan gətirib onun həyətində narkotik basdırmışlar. Baxışdan əvvəl isə o, polis tərəfindən çəkiliş üçün təlimatlandırılmış, ona göbrə də o, hər şeyi polisin dediyi kimi etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan xx.xx.2022-ci il tarixli ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 may 2022-ci il tarixdə, saat təxminən 14:35 radələrində Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, yeni yaşayış massivində yerləşən “Akasiya” şadlıq sarayının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək xidməti vəsiqələrini göstərmiş və barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış edib BNMİ-yə dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu təqdirdə, onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarın sağ yan cibindən bir bükümdə olan heroini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 2 (iki) ədəd açar, **********885675 nömrəli plastik bank kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi, içərisində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefon və 80 (səksən) manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 11 (on bir) qram olmuşdur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri imzalanmışdır. Həmçinin ona məxsus şəxsiyyət vəsiqəsi və **********885675 nömrəli plastik bank kartı ona izah verildikdən sonra götürülmüş, 2 (iki) ədəd açar, 80 (səksən) manat pul isə onun özünə geri qaytarılmışdır. Suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Şəhram”adlı şəxsin vasitəsi ilə saxlanılmazdan 7 (yeddi) gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsindən deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyimi, görəcəyi işin qarşılığında sonuncunun mənə 700 (yeddi yüz) manat pul göndərəcəyini, narkotik vasitələrin aludəçisi olduğunu, narkotik vasitə olan heroindən istifadə etdiyini, “Şəhram” adlı şəxsi təxminən 5-6 ay əvvəl tanıdığını və saxlanılana qədər sonuncudan 5-6 dəfə narkotik maddələr götürdüyünü, üzərindən aşkar olunmuş plastik karta ümumilikdə 1200 (min iki yüz) manat məbləğində narkotik vasitələrin satışından əldə olunmuş pullar köçürüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində, həmçinin göstərmişdir ki, üzərinə şəxsi axtarış keçirilərkən yaşadığı Bakı şəhəri, Suraxanı rayonunda yerləşən evində də narkotik maddə saxladığını bildirmiş, həmin narkotik maddələri təqdim edə biləcəyini qeyd etmiş və buna görə əməliyyatçılarla birlikdə onun yaşadığı evə getmişlər. Yaşadığı evdə ona saxladığı narkotik maddələri təqdim etmək təklif olunmuş, bu təklifdən sonra o, evdə həyətin girişdən sağ tərəfində yerləşən dar yol ilə addımlayaraq evin sağ küncündə torpağın altında basdırdığı içərisində 2 (iki) ədəd elektron tərəzi, 1 (bir) bükümdə metamfetamin və 5 (beş) ədəd bükümdə heroin olan sellofan torbanı təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və metamfetaminin çəkisi qablaşdırma ilə birlikdə 222 (iki yüz iyirmi iki) qram, heroin kütlələrin çəkisi qablaşdırma ilə birlikdə 2(iki) kq 100(yüz) qram olduğu iüəyyən edilmişdir. Daha sonra apşkar olunan kütlələr və 2 ədəd elektron tərəzi içərisi boş olan sellofan torbaya qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Şəhram”adlı şəxsin vasitəsi ilə 7 (yeddi) gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsindən deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun ona 700 (yeddi yüz) manat pul göndərəcəyini, yaşadığı evdə narkotik maddələr saxlamağı barədə onunla birlikdə yaşayan Vüsalə Çılqanlının məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Onun üzərinə BNMİ-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir (iş vərəqə: səh. 218-220). Təqsirləndirilən şəxs tədqiq olunan şübhəli şəxs qismində dindirildiyi 11 may 2022ci il tarixli və təqsirləndirilən şəxs qismində dindirildiyi 12 may 2022-ci il tarixli ifadələrindən görünür ki, o, məhkəmə baxışı zamanı tədqiq olunan 03 sentyabr 2022-ci il tarixli ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları həmin ifadələrində də eynilə olduğu kimi göstərmişdir (iş vərəqə: səh. 52-54, 63-65). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ifadəsində göstərdi ki, 10 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə idarə rəisinə raportla məruzə olunduqdan sonra əməliyyat tədbirinin keçirilməsi üçün müvafiq qərar qəbul edilmiş, təsdiq olunduqdan sonra onun rəhbərliyi ilə və BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün, saat 14:35-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən “Akasiya” şadlıq sarayının yaxınlığında piyada hərəkət edən, onlarda olan məlumat üzrə xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra ondan özünü təqdim etməsini istəmişlər və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib, çıxarılmış qərarla tanış edilmiş və onu BNMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə BNMİ-nə gəlmişdir. Onun gətirilməsi barədə BNMİ-nin rəhbərliyinə məruzə olunduqdan sonra araşdırma aparılması BNMİ-nin təhqiqatçısı Nizami Omarova həvalə edilmişdir. Xidməti otaqların birində təhqiqatçısı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş, daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və bu zaman onun əynində olan şalvarın sol yan cibindən iki ədəd açar, “Unibank”a məxsus plastik kart, ona məxsus şəxsiyyət vəsiqəsi, içərisində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefon və 80 manat pul aşkar edilmişdir. Aşkar edilmiş 01 ədəd büküm elektron tərəzi ilə çəkilmiş və daha sonra Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olmaqla özünə məxsus olduğunu, həmin narkotik maddəni İİR-nın vətəndaşı “Şəhram” adlı şəxsin vasitəsilə 7 gün bundan, yəni saxlanılmazdan 7 gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsindən deyilcəək ünvanlara qoymaq məqsədilə əldə etdiyini, gördüyü bu işin qarşılığında sonuncunun ona 700 manat pul göndərəcəyini, “Şəhram” adlı şəxsi təxminən 5-6 ay əvvəl tanıdığını və indiyə kimi ondan 5-6 dəfə narkotik maddələr götürdüyünü, üzərindən aşkar edilmiş “Unibank”a məxsus plastik karta narkotik vasitələrin satışından əldə olunmuş 1200 manat pul köçürüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli, heroin narkotik vasitəsinə oxşar maddə olduğu müəyyən edildi. Təqdim olunan büküm elektron tərəzidə çəkilmiş və kütləsinin qablaşdırma ilə birlikdə 11 qram olduğu müəyyən edilmişdir. Həmin büküm, mobil telefon və plastik kart götürülmüş və zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd açar və 80 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün ona geri qaytarılmışdır. Şahid2 ifadəsində daha sonra ifadəsində göstərdi ki, şəxsi axtarışın gedişatında Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik maddə saxladığını etiraf etmiş, yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra ünvana gedilmiş, Təqsirləndirilən şəxs müdafiəçisinin, hətta onun birlikdə yaşadığı Vüsalə Çılqanlının iştirakı ilə onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə və onun həyətyanı sahəsində qanunsuz hər hansı bir əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı həmin həyətin sağ hissəsində olan dar yol ilə keçərək evin sağ küncündə, torpağı biraz qazıb torpağın altına basdırdığı bir ədəd sellofanı çıxarıb təqdim etmişdir. Həmin sellofan açılmış, içərisində iki ədəd elektron tərəzi və 06 ədəd büküm olması müəyyən edilmişdir. Həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş, bükümlərdən beş ədədində heroin narkotik vasitəsinə, birində metamfetaminə bənzər kristallik maddələr olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş şübhəli maddələr elektron tərəzi ilə çəkilərək miqdarı müəyyənləşdirilmiş və protokola əlavə edilmişdir. Sonra Təqsirləndirilən şəxs özündən həmin bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı məqsədlə əldə etməsi barədə soruşulmuş, sonuncu həmin bükümlərin içərisində heroin və metamfetamin kimi tanıdığı maddələr olduğunu, həmin narkotik maddələri də eynilə İİR-nın vətəndaşı “Şəhram” adlı şəxsin vasitəsilə 7 gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsindən deyiləcək ünvanlara qoymaq məqsədilə əldə etdiyini, bu işin qarşılığında Şəhramın ona 700 manat pul verəcəyi barədə qabaqcadan razılaşdıqlarını, «Şəhram» adlı şəxsi təxminən 5-6 ay əvvəl tanıdığını, saxlanıldığı anadək Şəhramdan 5-6 dəfə narkotik maddələr götürdüyünü, yaşadığı evdə narkotik maddələr saxlaması, narkotik vasitələrdən istifadə etməsi, üzərində və yaşadığı evdə saxlaması barədə birlikdə yaşadığı Vüsalə Çılqanlının məlumatının olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs yaşadığı evə baxış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra evə baxış keçirilməsinin nəticəsinə dair protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı əlavə və ya düzəliş daxil olmamış və tərtib edilmiş protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid2 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən və BNMİ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Onlar Təqsirləndirilən şəxs yaşadığı evdə cəmi bir dəfə olmuş, videoçəkilişdəe istifadə olunmaqla onun evinə və həyətinə baxış keçirilmiş və maddi sübutlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evinə hər hansı formada basqın olmamış, onun qapı-pəncərələri sındırılmamışdır. Əlinin evində olarkən polis hər hansı pozuntuya yol verməmiş, onun evindən saat, üzük və sair əşyalar götürülməmişdir. Təqsirləndirilən şəxs verdiyi ifadələr yalnız özünü müdafiə xarakteri daşıyır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəmə baxışı zamanı dindirilən Şahid2 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 10 may 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN, BNMİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd büküm, əynində olan şalvarın sol yan cibindən iki ədəd açar, “Unibank”a məxsus plastik kart, özünə məxsus şəxsiyyət vəsiqəsini , içərisində ***-***-**-** saylı mobil nömrə olan bir ədəd “Samsung” markalı mobil telefon və 80 manat pul təqdim etmiş, təqdim olunan bir ədəd büküm açılmış, içərisində heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Təqdim olunan narkotik vasitəyə şübhəli maddə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 11 (on bir) qram olduğu müəyyən edilmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesində aşkar edilmiş həmin kütlə içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf DİN-ə məxsus 7 saylı möhürlə möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, iştirakçılar, müdafiəçi, təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. İş üçün əhəmiyyət kəsb etdiyindən “Samsung” markalı 01 ədəd mobil telefon, “Unibank”a məxsus **********885675 nömrəli plastik kart götürülmüş, 02 ədəd açar və 80 manat pul geri - şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddənin özünə məxsus olduğunu, həmin kütləni “bir” həftə əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Şəhram” adlı şəxsin vasitəsi ilə Ramana ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, görəcəyi işin qarşılığında sonuncunun ona 700 (yeddi yüz) manat pul göndərəcəyini, narkotik vasitələrin aludəçisi olduğunu, narkotik vasitə olan heroindən istifadə etdiyini, “Şəhram” adlı şəxsi təxminən 5-6 ay əvvəl tanıdığını və saxlanılana qədər sonuncudan 5-6 dəfə narkotik maddələr götürdüyünü, üzərindən aşkar olunmuş plastik karta ümumilikdə 1200 (min iki yüz) manat məbləğində narkotik vasitələrin satışından əldə olunmuş pullar köçürüldüyünü bildirmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması prosesi «Sony» markalı videokamera vasitəsi ilə videolentə alınmış və videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk tədqiq olunan həmin protokola əlavə edilmişdir (iş vərəqə: 31-33). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs yaşadığı evə «baxış və götürmə aparılması haqqında» 10 may 2022ci il tarixli protokoldan görünür ki, həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs özünün, onun müdafiəçisinin, Vüsalə Çılqanlı adlı qadının və polis qrupunun iştirakı ilə onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə və onun həyətyanı sahəsində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı həmin həyətin sağ hissəsində olan dar yol ilə keçərək evin sağ küncündə, torpağı biraz qazıb torpağın altından bir ədəd sellofan torba çıxarıb təqdim etmişdir. Həmin sellofan açılmış, içərisində iki ədəd elektron tərəzi və 06 ədəd büküm olması müəyyən edilmişdir. Həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş, bükümlərdən beş ədədində heroin narkotik vasitəsinə, birində metamfetaminə bənzər kristallik maddələr olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş şübhəli maddələr elektron tərəzi ilə çəkilərək miqdarı müəyyənləşdirilmiş, heroinə oxşar maddənin 2 kq 100 qram, metamfetaminə bənzər maddənin 222 qram olduğu müəyyən edilmiş, aşkar edilmiş predmetlər qablaşdırılmaqla möhürlənib götürülmüşdür. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə və psixotrop maddəyə oxşar maddələrin əldə olunma mənbəyi, üsulu və məqsədi barədə soruşulduqda sonuncu üzərində şəxsi axtarış və götürmə prosesində verdiyi eyni cavabları vermişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi və götürmə aparılması prosesi «Sony» markalı videokamera vasitəsi ilə videolentə alınmış və videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk tədqiq olunan həmin protokola əlavə edilmişdir (iş vərəqə: 36-37). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini və yaşadığı ünvanda aparılan baxış prosesini özündə əks etdirən iki ədəd «DVD diskə yüklənmiş videogörüntülərlə baxış keçirilməsi haqqında» 09 avqust 2022-ci il tarixli protokollarla müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynindəki şalvarın sağ yan cibindən bir bükümdə 11 qram heroin narkotik vasitəsinə bənzər maddənin, “Samsung” markalı 01 ədəd mobil telefonun, “Unibank”a məxsus **********885675 nömrəli plastik kartın götürülmüş aşkar edilərək götürülməsi, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə baxış aparılarkən həmin evin həyətinin sağ hissəsində olan dar yol ilə keçən sağ küncündə Təqsirləndirilən şəxs torpağı qazaraq torpağın altından bir ədəd sellofan torba çıxarıb təqdim etməsi, həmin sellofanın açılması, içərisində iki ədəd elektron tərəzi və 06 ədəd büküm olmasının müəyyən edildiyi, bükümlərin açılaraq içərisinə baxış keçirilməsi, bükümlərdən beş ədədində heroin narkotik vasitəsinə, birində metamfetaminə bənzər kristallik maddələr olduğu müəyyən edilməsi, aşkar edilmiş şübhəli maddələrin elektron tərəzi ilə çəkilməsi, heroinə oxşar maddənin çəkisinin 2 kq 100 qram, metamfetaminə bənzər maddənin çəkisinin 222 qram olmasının müəyyən edilməsi, aşkar edilmiş predmetlərin qablaşdırılmaqla möhürlənib götürülməsi təsdiq olunur. Tədqiq olunan DVD disklərə yüklənmiş videogörüntülər şəxsi axtarış aparılması və yaşayış ünvanında baxış aparılması barədə 10 may 2022-ci il tarixli protokollara uyğundur (iş vərəqə: 117-118, 119-120). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış və yaşadığı ünvanda baxış keçirilməsi prosesini özündə əks etdirən iki ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, qeyd olunan videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə barədə, həmçinin onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində baxış keçirilməsi barədə 10 may 2022-ci il tarixli protokolların və Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini və yaşadığı ünvanda aparılan baxış prosesini özündə əks etdirən iki ədəd «DVD diskə yüklənmiş videogörüntülərlə baxış keçirilməsi haqqında» protokolların məzmunu ilə üstüstə düşür, ziddiyyətlər müəyyən edilməmişdir (cinayət işinə əlavə edilmişdir). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizanın 11 may 2022-ci il tarixli, 6/2710 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə bir ədəd üzəri yapışqan lentlə bağlanmış rəngli sellofan bağlamada olan: üzərində Təqsirləndirilən şəxs təqdim etdiyi ....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 9,536 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi ....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd üzəri yapışqan lentlə bağlanmış rəngli sellofan iki ədəd bağlamada və üç ədəd bükümdə ümuilikdə 5 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 1000,0 qram, 980 qram, 30,0 qram, 35,0 qram və 35,0 qram olmaqla ümumi təmiz çəkisi 2080,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 225,0 qram olan ağ rəngli, kristallik maddə kustar sulla hazırlanmış psixotrop maddə metamfetamindir. - təqdim edilmiş 06 ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik tşkil edir. iki ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər altı ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə 44-49). Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi prosesində aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında 09 avqust 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı mobil telefonun üzərində ***-***-**-** saylı "xxxx" mobil operatoruna məxsus mobil nömrə olması müəyyən edilmişdir. Həmin mobil telefonun “Fotoşəkillər” bölümündə müxtəlif vaxtlarda narkotik maddələrin müxtəlif növlərinin ağ və qara rəngli sellofanlarda elektron tərəzi ilə çəkilməsi və fotoşəkildə narkotik maddələrə bənzər maddələrin və elektron tərəzidə çəkilən çəkilərin dəqiq olaraq göstərilməsi, eləcə də, müxtəlin ünvan və küçələrdə hansısa əsyanın qoyulmasını göstərən işarələrin qeyd olunduğu fotoşəkillərin olması müəyyən edilmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, həmin telefonun fotoşəkillər bölümündə “Unibank”a məxsus bank kartına müxtəlif vaxtlarda, müxtəlif miqdarlarda pulların köçürülməsi və qəbzlər olan fotoşəkillərin olması müəyyən edilmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkil çəkilərək protokolla birlikdə cinayət işin materiallarına əlavə olunmuşdur(iş vərəqə 121-150). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən alınmış mobil əlaqələrə dair məlumatların yerləşdirildiyi 01 ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı diskin yaddaşında “Adobe Reader” proqramı vasitəsilə yazılmış 04 ədəd fayl mövcuddur, birinci faylda xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “eli orxandi geliram 10m puldu qardawimsan imkan qeder torpaqi cox ele inanki eli nece gundu iwim yoxdu 10m bidinnan alib gelem” məzmununda, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən ***-***-**-** nömrəsinə “Uzeyir daniw o adamla isdese 19 dan goturub verem 18e ozum goturem bir manatda mene qalasin razilawsa yiqarsan” məzmununda mesajlar olduğu müəyyən edilmişdir. Baxış keçirilən digər üç ədəd faylda isə iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat olmadığı müəyyən edilmişdir (iş vərəqə 161, 188-189). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizanın 4132 saylı, 28 iyul 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə 110-111). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 16 iyul 2022-ci il tarixli, 1854 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs “üzvi şəxsiyyət pozuntusu” F 07.0 müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (Bakı Baş Səhiyyə Mərkəzi 3 nömrəli şəhər poliklinikasında 2009-cu il tarixdən “Baş-beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə, yaddaş zəifliyi” diaqnozu ilə qeydiyyatda olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X1 “Baş-beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə yadsdaş zəifliyi” diaqnozu ilə stasionar müayinədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsi şəhər X3 Diapenserində “Mərkəzi üzvi xəstəliyij qalıq əlamətləri. İntellektin enməsi, psixopatabənzər davranış pozuntuları ilə” diaqnozu ilə stasionar müayinədə olması, Bakı şəhəri Yasamal rayonu M.Hüseynov adına 3 saylı şəhər poliklinikasında 2009-cu ildən qeydiyyatda olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Tibbi-Sosial Ekspert Komissiyasının arayışına əsasən “Mərkəzi üzvi xəstəliyin qalıq əlamətləri. İntellektin enməsi, psixopatabənzər davranış pozuntusu ilə” diaqnozu ilə İİ dərəcə əlil olması) və hal-hazırki psixiatrik müayinənin nəticələri əlamətlər (əhval ruhiyyəsinin dəyişkən olması, emosional sferasının dayanıqsızlığı və s.) sübut edir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman onda müəyyən dilən xəstəliklər o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da üzvi şəxsiyyət pozuntusu aşkar edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Həmin rəyin məhkəmə-psixoloji rəyə dair hissəsi ilə müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs əqliintellektual imkanlarında – diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), abstrakt anlayışların dərk edilməsinin zəif çıxış edərək, həmin anlayışları məhdud şəkildə şərh etməsi, təfəkkürünün bir qədər ləng olması, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, hövsələsizlik, özünü iradi tənzimləmənin çatışmazlığı aşkar olunmasına baxmayaraq, dərk etmə prosesində kobud dəyişiklik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqə: 162- 166). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının «sübutların qiymətləndirildməsi barədə» 03 sentyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə və yaşadığı evə baxış istintaq hərəkətləri həyata keçirilən zaman aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2089,536 qram təşkil edən narkotik vasitə heroin, təmiz çəkisi 225 qram olan psixotrop maddə metamfetamin, 02 ədəd elektron tərəzi, şəxsi axtarış və evə baxış prosesinin videogörüntülərinin yerləşdirildiyi 02 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən alınmış 01 ədəd CD formatlı disk və bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2089,296 qram narkotik vasitə heroin, 227,95 qram psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 02 ədəd DVD və 01 ədəd CD formatlı disklər cinayət işinə əlavə olunmuş, bir ədəd ədəd “Samsung” markalı mobil telefon isə Təqsirləndirilən şəxs ailəsinə qaytarılmışdır (iş vərəqə: 191-202). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitələrin və psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 204-205). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metamfetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisi 2089,536 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 225 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərindən dəfələrlə artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin ümumilikdə 6 ədəd bağlamalarda olmaqla təmiz çəkisinin 2089,536 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 225 qram külli miqdar təşkil etmələri, aşkar edilib götürülmüş vasitə və maddələrin müxtəlif növlərdə olması, ondan iki ədəd elektron tərəzinin aşkar edilib götürülməsi, mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefonda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı fotoşəkillərin, təqsirləndirilən şəxsin qeyriləri ilə mobil yazışmalarının müəyyən olunması, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını etiraf etməsi və əməliyyat orqanının bu barədə məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini, həm tiryək narkotik vasitəsini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif olunmalı və o, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, onun yaşadığı evdə heç bir növdən olan narkotik vasitə və ya psixotrop maddə olmaması, yaşadığı evə polis tərəfindən basqın olunmaqla qanunsuz saxlanılması, evində qapı-pəncərənin sındırılması və polis tərəfindən təzyiqlərə, təhdidlərə və işgəncəyə məruz qalması, etirafedici ifadələr verməyə məcbur edilməsi ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Təqsirləndirilən şəxs polis tərəfindən təzyiqlərə, təhdidlərə və işgəncəyə məruz qalması barədə məhkəmədəki ifadələrində göstərdiyi xüsusatlar, özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunmuşdur. Belə ki, məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensir Xidmətinin Bakı İstintaq Təcridxanasından məhkəməyə təqdim olunan Təqsirləndirilən şəxs adına 14 may 2022-ci il tarixdə açılmış 4168/2022 saylı tibbi kitabçadan görünür ki, kitabçanın 12-ci bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumat verib xəsarət almadığını göstərmiş, 13-cü bənddə qeyd olunduğu kimi, baxış zamanı sol saiddə çoxlu sayda çapıq toxuma aşkar edilməmiş, 14-cü bənddə qeyd olunduğu kimi, təcridxanada obyektiv müayinə zamanı şikayəti olmamışdır. Tibbi kitabçanın tədqiqi ilə bağlı Təqsirləndirilən şəxs münasibət bildirib, xəstəliyi ilə əlaqədar əvvəllər sol qolunu özünün doğradığını, həmin çapıqların polis tərəfindən ona yetirilmədiyini qeyd etdi. Bundan başqa, yenə də məhkəmə sorğusuna əsasən Bakı şəhəri Suraxanı rayon prokurorluğundan məhkəməyə daxil olmuş 23 noyabr 2022-ci il tarixli, 918-x-22 saylı məktubdan görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs işgəncələrə məruz qalması faktı ilə bağlı Suraxanı rayon Prokurorluğunda ilkin yoxlama materialı araşdırılmamışdır (iş materialları). Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqə: səh 81). Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunub-olunmaması, onun narkomaniya xəstəliyindən dispanser qeydiyyatına götürülməsi ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edir ki, məhkəmə-narkoloji ekspertizanın 4132 saylı, 28 iyul 2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmaqla onun barəsində tibbi-xarakterli məcburi tədbirlər təyin olunmalı, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Lakin məhkəmə baxışı zamanı işdə olan sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs “Mərkəzi üzvi xəstəliyin qalıq əlamətləri. İntellektin enməsi, psixopatabənzər davranış pozuntusu ilə” diaqnozu ilə İİ dərəcə əlildir. (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Tibbi-Sosial Ekspert Komissiyasının arayışı). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlər tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarının 3.2-ci bəndinə əsasən əlillər və eyni qərarın 3.7-ci bəndinə əsasən 60 yaşından yuxarı olan kişilər barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq oluna bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq oluna bilməz, lakin o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 10 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 10 may 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 12 may 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 may 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 10 may 2022ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-nin Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2089,296 qram narkotik vasitə heroin, 227,95 qram psixotrop maddə metamfetamin və 2 (iki) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, yaşadığı mənzilə baxış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, Azercell "xxxx" MMC-dən daxil olmuş bir ədəd - cəmi 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və Azərbaycan Respublikası DİN-in Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməsi nəzərə alınmalıdır.. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 65 (altmış beş) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 10 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs İİ qrup əlil olması nəzərə alınsın, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2089,296 qram narkotik vasitə heroin, 227,95 qram psixotrop maddə metamfetamin və 2 (iki) ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, yaşadığı mənzilə baxış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, "xxxx" MMC-dən daxil olmuş bir ədəd - cəmi 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın; - Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı mobil telefonun məhkum Təqsirləndirilən şəxs qohumlarına qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-287/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-287/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver