Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-288/2020 24.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), x1 və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 47 V-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs 04.09.2019-cu il tarixdə, səhər saat 08 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 47-V saylı həyət evində Zərərçəkmiş şəxs ilə spirtli içki qəbul etdikdən sonra, Zərərçəkmiş şəxs onun ailə üzvülərinin ünvanına nəlayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində masanın üzərində olan mətbəxt bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq ona nazik və yoğun bağırsağın müsariqəsinin zədələnməsi ilə müşayət olunan qarının ön divarının daxilə keçən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan, qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yaşadığı evdə kirayəşin yaşayan Şahid2 tanışı kimi tanımışdır. Belə ki, hadisədən təxminən iki həftə öncə Alim Atəşlə yaşadığı ünvana gəlib-getməyə başlamış, onunla bir neçə dəfə həyətdə oturub birlikdə yeyib-içmişlər. Həmçinin 04.09.2019-cu il tarixdə, səhər saatlarında Alimlə birlikdə həyətində yeyib-içmiş, hər ikisi sərxoş olmuş, Alim sərxoş halda onu və yaxınlarını söymüşdür. O, Alimin bu hərəkətinə görə yumruqla bir-iki dəfə onu vurmuş, Alim isə masanın üzərində olan mətbəx bıçağını götürdükdə isə həmin bıçağı onun əlindən almağa müvəffəq olmuş və Alimdən aldığı bıçaqla sonuncunun qarın nahiyəsinə bir dəfə vurmuşdur. Bundan sonra Alim ondan aralanaraq küçəyə çıxmış, o isə Alimə kömək etmək məqsədilə arxasınca getmiş, qonşuluqda yaşayan Şahid1 məhlədə gördükdə ondan təcili olaraq təcili yardım çağırmasını xahiş etmişdir. Elə həmin vaxt, yəni küçəyə çıxdıqda bıçağı atmışdır. Təcili tibbi yardım çağırışa gələrək Alimi xəstəxanaya aparmışdır. O isə evinə qayıdaraq polisin gəlməsini gözləmiş, bir müddət sonra polis əməkdaşları gəlib onu aparmışlar. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 14 gün əvvəl tanımışdır. Belə ki o, Azərin yaşadığı məhəllədə asfalt yolun kənarında gül satışı ilə məşğul olduğu üçün Azərlə tanışlığı yaranmış, bir neçə dəfə Azərin evinin həyətində bir yerdə çörək yeyən zaman sipritli içkilər qəbul etmişlər. Azərin hadisə ilə əlaqədar məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Həqiqətən hadisə günü yenə ikisi birlikdə Azərgildə çörək yeyib araq içmişlər. Xatırlayır ki, bu zaman Azərin və yaxınlarının ünvanına nalayiq ifadələr i.lətmiş, yəni söyüş söymüş, sonuncu da acıqlanaraq onu bıçaqla vurmuşdur. Ağır sərxoş vəziyyətində olduğundan bıçaqla Azəri vurmaq istədiyini və ondan sonra nə baş verdiyini xatırlamır. Əməliyyat olunduqdan sonra xəstəxanada özünə gəlmişdir. Təqsirləndirilən şəxs qohumları onun müalicə xərclərini ödəmişlər. O, Azərlə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur. Zərərçəkmiş şəxs isə tanımır. Onu ilk dəfə 04.09.2019-cu il tarixdə görmüşdür. Belə ki, həmin gün saat təxminən 08 radələrində yaşadığı həyət evindən çölə çıxıb siqaret çəkən zaman, yaşadığı həyət evinin qarşısında təxminən 50-60 metr qabaqda məhəllə sakinlərinin toplaşdığını görmüş, onlara yaxınlaşdıqda bir nəfər şəxsin köynəyinin qarın nahiyyəsində qan olduğunu görmüş və başa düşmüşdür ki, bu şəxsə xəsarət yetirilmişdir. Təcili tibbi yardıma zəng etmək məqsədilə evinə tərəf getmək istəmişdir ki, telefonunu götürüb təcili tibbi yardıma zəng etsin. Bu zaman küçədə qonşusu Təqsirləndirilən şəxs görmüşdür. Azər ona müraciət edərək demişdir ki, «təcili skorıy çağır, problem yaratmışam». O da evində qalan telefonu götürüb təcili tibbi yardıma zəng etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4 il olar ki tanımışdır. O, ailə üzvüləri ilə birlikdə Azərin yaşadığı həyət evində kirayədə yaşayır. Azərlə münasibətləri yaxşı olmuş, heç bir narazılığı olmamışdır. Sadəcə Azər spirtli içkilər aludəçisi olduğu üçün ailəsi olmamışdır, tək yaşayırdı. Hadisə olan günü, 04.09.2019-cu il tarixdə, səhər saat təxminən 06:30 radələrində yaşadığı evdən çıxıb işə getmiş, həmin günü saat 18 radələrində evə qayıtmış, yaşadığı həyət evinin qarşısında Azərin kefsiz bir vəziyyətdə dayandığını görüb, ondan nə baş verdiyini soruşmuş, həmin zaman Azər ona bildirmişdir ki o, yaşadığı həyət evində bıçaqla adam vurmuşdur. Sonradan isə ona məlum olmuşdur ki, Azərin bıçaqla vurduğu şəxs, Zərərçəkmiş şəxsdur və həmin şəxs yaşadığı evin yaxınlığında asfalt yolun kənarında agac və gül satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci RB-nin rəisinə 32-ci PB-nin təhqiqatçısının ünvanlanan 04.09.2019-cu il tarixli raportdan müəyyən olunur ki, 04.09.2019-cu il tarixdə 3 saylı ŞKX-dan Alim adlı şəxsin Qaraçuxur qəsəbəsində bıçaqla xəsarət alması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 05.09.2019-cu il tarixli “baxış keçirilmsi haqqında” protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 47 V saylı həyət evidir. Hadisə Təqsirləndirilən şəxs yaşalığı həyə evinin giriş qapısında baş vermişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci RB-nin 099-2931-1119 saylı, 05.09.2019-cu il tarixli məktubundan müəyən olunur ki, Zərərçəkmiş şəxs xəsarət yetirmiş şəxs Təqsirləndirilən şəxs əməliyyat axtrış tədbirləri nəticəsində müəyyən edilərək istintaqa təqdim edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 05.09.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 07.09.2019-cu il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05.09.2019-cu il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “ifadənin yerində yoxlanılması haqqında” 06.09.2019-cu il tarixli protokoldan müəyyən olunr ki, Təqsirləndirilən şəxs hadisə yerində verdiyi ifadəsini bir daha əyani olaraq göstərmiş və təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «paltarların götürülməsi haqqında» 06.09.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs oğlunun hadisə zamanı əynində olmuş 01(bir) ədəd köynəyi Sabunçu rayonu 3 saylı ŞKX-dan götütülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 23.09.2019-cu il tarixli, 787 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-nazik və yoğun bağırsağın müsariqəsinin zədələnməsi ilə müşayət olunan qarının ön divarının daxilə keçən 1 ədəd deşilmişkəsilmiş yarası, qeyd edilən xəsarət deşici–kəsici əşyanın (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsiviri hissəsində göstərilən müddətdə, yəni 04.09.2019-cu il tarixdə alınması mümkündür və dərcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixioloji ekspertizasının 04.10.2019-cu il tarixli, 1978 nömrəli rəyindən müəyyən olur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövrundə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarekterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi-kriminlasitik ekspertizasının 14.10.2019-cu il tarixli 482 /2019 –MTKŞ saylı rəyindən görünür ki, 1) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd dəlib –keçən zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir.2) Ekspertizaya tədim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəkdə aşkar edilmiş zədənin lokalizasiyalarına görə demək olar ki, şəxs xəsarəti alan zaman müxtəlif duruş vəziyyətlərində olmaqla xəsarəti yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi, köynəkdə olan zədə nahiyəsi isə iz törədən alətə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi bioloji ekspertizasının 10.10.2019-cu il tarixli, 722 /2019 –MTKŞ saylı rəyindən müəyyən olunur ki, 1) Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu:Abeta/İİ/ (portal axtarış vərəqəsinin ksero surətinə əsasən). 2) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, həmçinin beta aqqlyutinini də alındı.Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə Abeta /İİ/ qruplu şəxsə, o, cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 20.11.2019-cu il tarixli qərardan müəyyən olunur ki, hadisəsi zamanı Zərərçəkmiş şəxs oğlunun əyinində olan bir ədəd qısa qol köynək, saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməlidir. Məhkəmədə elan edilib araşdırılmış ibtdi istintaq zamanı Zərərçəkmiş şəxs 26.11.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, onun müalicə xərcləri sonuncunun valideyinləri tərəfindən ödənilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə tərkibi həm də nəzərə alır ki, bu cinayət hadisəsi məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında baş vermişdir. Belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özünün və ailə üzvlərinin ünvanına söyüşlər söydüyündən və bıçaqla onu vurmaq istəməsindən sonra həmin cinayət hadisəsi baş vermişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə 10.01.2020-ci il tarixli ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, müalicə xərcinin ödənildiyini göstərmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə uyğun olaraq cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, habelə CM-nin 59.2-ci maddəsinə uyğun olaraq törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10, 50.1.12, 59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etdikdə nəzərə alır ki, o, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətmiş, hal-hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur və əməlini səmimi etiraf etməklə hərəkətlərindən peşmandır. Məhkəmə, cinayətin motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və bundan sonra təqsirli şəxsin davranışı ilə bağlı halları, etdiyi əməli barədə səmimi ifadələr verməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və etdiyi əməldən peşman olmasını müstəsna hallar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində müəyyən edilmiş həddən də az cəza təyin edilməsini mümkün sayır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən CM-nin 126.1ci maddəsi ağır cinayətlərə aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli isə 05.09.2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99- 1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə halda iş üzrə maddi sübut olan Bakı şəhəri Suraxanı RPİ-nin saxlancına təhvil verilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs əyinində olan bir ədəd qısa qol köynək məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs x4 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 210 AZN (iki yüz on manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli “05” sentyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nin saxlancına təhvil verilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs əyinində olan bir ədəd qısa qol köynək məhv edilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 210 AZN (iki yüz on manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-288/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-288/2020
24.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver