Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-288/2021 15.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Biləsuvar rayon Vəkil Bürosunun Vəkili X5 və «MNB» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, işləməyən Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, xx xxxxxx 1982-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Biləsuvar rayonu, Babək küçəsi, ev 15 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etmək məqsədi ilə internetdən istifadə etməklə “Teleqram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Bakı şəhəri Balaxanı qəsəbə sakini X15 ilə «WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə yaradaraq sonuncu ilə 340 manata danışıb razılaşmış, daha sonra sonuncunun göndərdiyi Təqsirləndirilən şəxs1 məxsus **********593017 nömrəli "xxxx" hesab kartına 09 fevral 2020-ci il tarixdə saat 00:15:37-də Bakı şəhəri Hovsan qəsəbəsində yerləşən “Araz” marketdə yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsi ilə 220 manat pul köçürmüş, bundan sonra X2 «WhatsApp” sosial şəbəkə hesabına göndərdiyi ünvana, yəni Bakı şəhəri Naximov küçəsində yerləşən C.Naxçıvanski adına hərbi litseyin qarşısına gedib orada olan avtobus dayanacağındakı oturacağın altında içərisində külli miqdarda narkotik vasitə heroin olan siqaret qutusu və içərisində psixotrop maddə metamfetamin olan kibrit qutusunu götürüb satış məqsədi ilə üzərində saxlayaraq daşımış, 09 fevral 2020-ci il tarixdə saat 08:30-da özünü şübhəli apardığına görə ünvan 3 ünvanın qarşısında Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Xətai rayon Polis İdarəsinin 35ci polis şöbəsinə gətirilmiş, keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli paltonun sağ yan cibindən bir ədəd "Kent" markalı siqaret qutusunun içərisində iki ədəd sellofana bükülmüş ayrı-ayrılıqda çəkiləri 13,163 qram və 0.800 qram olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin İ siyahısı” ilə müəyyən edilmiş ümumi təmiz çəkisi 13,963 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, həmçinin əynindəki qara rəngli paltonun sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,885 qram və 0,432 qram olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş ümumi təmiz çəkisi 1,317 qram ağ rəngli kristal şəkilli maddə kütləsi yəni kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı Mehsən Kari və X15 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 9 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 internetdən istifadə etməklə külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satmış, Xətai RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq hərəkətləri nəticəsində Təqsirləndirilən şəxs1 idarə etdiyi «Mercedes Benz E 320» markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13 fevral 2020-ci il tarixdə saat 22:00-da Biləsuvar rayonunda keçirilmiş axtarış zamanı, avtomobilin qabaq sol qapısının saxlanc yerindəki ağ sellofan torbada satış məqsədi ilə əldə edərək özündə saxlayıb daşıdığı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin İ siyahısı” ilə müəyyən edilmiş ümumi təmiz çəkisi 130,503 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış külli miqdarda narkotik vasitə olan tiryək, eləcə də avtomobilin sürücü oturacağının altındakı qara rəngli sellofan torbanın içərisində olan ağ rəngli polietilen torbada “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin İ siyahısı” ilə müəyyən edilmiş ümumi təmiz çəkisi 525 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış, Təqsirləndirilən şəxs2 üzərindən və X10 evindən aşkar edilərək götürülmüş heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki ay olar ki, narkotik vasitə olan heroin və metamfetamin istifadə etməyə başlamış, ağrıları olduğu üçün narkotik vasitələri əldə etməyə məcbur olmuş, B kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı ** UM *** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olmuş, təxminən 10 gün əvvəl taksi kimi fəaliyyət göstərən zaman müştəri qismində avtomaşına əyləşmiş şəxslə söhbət zamanı internet vasitəsi ilə narkotik vasitə ala biləcəyini bilmiş, həmin şəxsin məsləhəti ilə “Teleqram” sosial şəbəkəsi vasitəsilə 115 manat müqabilində bir ədəd bükümdə 5 qram çəkidə narkotik vasitə heroin alıb istifadə etmişdir; sonra isə, 09.02.2020-ci il tarixdə, “Teleqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu “Balaxanı Bakcell” ləqəbli Telman Ağayev adlı şəxslə «WhatsApp” sosial şəbəkəsində əlaqə yaratmış, Telman Ağayevdən narkotik vasitə və psixotrop maddə almaq barədə sonuncu ilə razılığa gəlmiş, Telman Ağayev narkotik vasitəni 340 manat müqabilində təklif etmiş, lakin danışıb 220 manata razılaşmışlar. Bundan sonra Telman Ağayev onun «WhatsApp” nömrəsinə üzərində “İmamverdi Hüseynov” yazılmış "xxxx"ın **********593017 nömrəli hesab kartını göndərmiş, 220 manatı, yəni tiryəkin pulunu, ödəmə terminalı vasitəsi ilə həmin hesaba göndərməsini demiş, buna görə də o, 09 fevral 2020-ci il tarixdə saat 00:15 radələrində yaşadığı Hövsan qəsəbəsində yerləşən “Araz” marketə getmiş, həmin marketdə yerləşən “MilliÖN” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs1 adına olan **********593017 nömrəli "xxxx" kartına 220 manat pul köçürmüşdür; daha sonra pulun ödənilməsi barədə qəbzi Telman Ağayevin «WhatsApp” nömrəsinə göndərmiş, bundan sonra Telman Ağayev satdığı tiryəkin yerləşdirdiyi yerin şəklini çəkib ona göndərmiş, o da internet vasitəsi ilə aldığı narkotik vasitə tiryəki götürmək üçün 09.07.2020-ci il tarixdə saat 07 radələrində Telman Ağayevin onun mobil nömrəsinə göndərdiyi ünvana, yəni Bakı şəhəri Naximov küçəsində yerləşən C.Naxçıvanski adına hərbi litseyin qarşısına gedib orada olan avtobus dayanacağındakı oturacağın altındakı bağlamanı götürərək əynindəki paltonun cibində gizlətmiş və oradan uzaqlaşıb getmək istəmiş, lakin Xətai rayonu Naximov küçəsində polis maşını ona yaxınlaşmış və özlərini Xətai RPİ-nİn əməkdaşları kimi təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər, polis şöbəsinin inzibati binasında vəkilin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı paltosunun sağ yan cibindən narkotik vəsitə olan heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əslində isə onda heroin və metamfetamin olmamış, Telman adlı şəxsdən ancaq özünün istifadəsi üçün narkotik vasitə tiryək almış, bu barədə polis əməkdaşlarına bildirərkən sonuncular onu aldadaraq müxtəlif sənədləri imzalatmışlar, aldığı narkotik vasitə tiryəki satmaq fikri olmamış, öz istifadəsi üçün ədə etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qsmində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 göstərmişdir ki, təxminən iki ay olar ki, narkotik vasitə olan heroin və metamfetamin istifadə etməyə başlamışdır. Ağrıları olduğu üçün narkotik vasitələri bir yolla əldə etməyə məcburdur. Özünü dolandırmaq üçün B kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı ** UM *** dövlət qeydiyyat nişanlı avtomaşmlla taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 10 gün əvvəl taksi kimi fəaliyyət göstərən zaman müştəri qismində avtomaşına əyləşmiş şəxslə söhbət zamanı internet üzərindən narkotik vasitə ala biləcəyimi Öyrənmişdir. Həmin şəxsin məsləhəti ilə “Teleqram” sosial şəbəkəsi vasitəsilə 115 manat müqabilində bir ədəd bükümdə 5 qram çəkidə narkotik vasitə heroin alıb istifadə etmişdir. Sonra isə 09.02.2020ci il tarixdə xatırlamadığı başqa “Teleqram” sosial şəbəkəsi ünvanında tanış olduğu “Balaxanı Bakcell” ləqəbli Telman Ağayev adlı şəxslə «WhatsApp” sosial şəbəkəsində əlaqə yaratmış, ondan narkotik vasitə və psixotrop maddə almaq barədə razılaşmışdır. “Balaxanı Bakcell” ləqəbli Telman Ağayev adlı şəxs narkotik vasitə və psixotrop maddəni 340 manat müqabilində təklif etmiş, lakin sonra qiymət barədə 220 manata danışıb razılaşmışlar. Bundan sonra Telman Ağayev «WhatsApp” hesabına üzərində “İmamverdi Hüseynovun” adı olan "xxxx" hesab kartını göndərmiş, narkotik vasitə və psixotrop maddənin pulunu yəni 220 manatı ödəmə terminalı vasitəsi ilə həmin hesaba göndərməsini istəmişdir. Buna görə də o, 09 fevral 2020-ci il tarixdə saat 00:15 radələrində yaşadığı Hövsan qəsəbəsində yerləşən “Araz” marketə getmiş, həmin marketdə yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs1 məxsus **********593017 nömrəli "xxxx" kartına 220 manat pul köçürmüşdür. Daha sonra pulu ödəməsi barədə qəbzi Telman Ağayevin «WhatsApp” hesabına göndərmişdir. Bundan sonra Telman Ağayev ona satdığı narkotik vasitə və psixotrop maddələri yerləşdirdiyi yerin şəklini çəkib ona göndərmişdir. O internet üzərindən aldığı narkotik vasitə və psixotrop maddələri götürmək üçün 09.07.2020-ci il tarixdə saat 07 radələrində Telman Ağayevin onun mobil nömrəsinə göndərdiyi ünvana yəni Bakı şəhəri Naximov küçəsində yerləşən C.Naxçıvanski adma hərbi litseyin qarşısına gedib orada olan avtobus dayanacağındakı oturacağın altındakı bağlamanı götürmüşdür. Sonra içərisində narkotik vasitə və psixotrop maddələrin olduğu bağlamanı əynindəki paltosunun cibində gizlətmiş və oradan uzaqlaşıb getmək istəmişdir. Lakin Xətai rayonu Naximov küçəsində polis maşını ona yaxınlaşmış və özülərini Xətai RPİ-nİn əməkdaşları kimi təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında vəkilinin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı paltosunun sağ yan cibindən narkotik vəsitə olan heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.Bu barədə tərtib olunmuş protokolu o və müdafiəçisi imzalamışdır, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yaşadığı Biləsuvar rayonunda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, vergi ödəyicisi olmuş, yaşlı anası ilə birlikdə yaşamış, qeydiyyatda olduğu ünvan Biləsuvar rayonu, ünvan 6u, Təyyarə meydanı, C.Cabbarlı küçəsi, nömrəsiz evdə yaşamışdır; 13 fevral 2020-ci il tarixdə tanışı Şahid6 məxsus **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti idarə etmək üçün alaraq Bakı şəhərinə gəlmiş, avtomobili etibarnaməsiz, yalnız sürücülük vəsiqəsi əsasında idarə etmiş, Bakıya gəlməkdə məqsədi «Sədərək» ticarət mərkəzəsində olan borclarının bir qismini ödəmək və İrandan gətirdiyi 120 kiloqram ədviyyatı sahibinə təhvil vermək olmuşdur, Bakıda olarkən günün ikinci yarısı 20 Yanvar ərazisində ədviyyatları təhvil vermək üçün sahibinin göndərəcəyi taksi avtomobilini gözləyərkən, ona Biləsuvar rayon polis şöbəsinin əməliyyat müvəkkili polis serjantı Eldəniz adlı şəxs zəng vuraraq onun harada olması ilə maraqlanmış, o, Bakıda olduğunu bildirmiş və onu axtarmasının səbəbini soruşmuş, Eldəniz ondan Hicrandan avtomobili alıb-almamağını soruşmuş, o da Eldənizə Hicrandan avtombili bir günlük Bakıya gedib-gəlmək üçün aldığını bildirmişdir, o, həmin gün səhər saatarında Eldənizlə Biləsuvar gömrüyünün ərazisində görüşmüş, Eldənizlə birlikdə Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi Elşad adlı polis əməkdaşı da olmuş, sonuncuların hər ikisi ilə münasibəti olmuşdur, onlarla birlikdə təxminən 10 dəqiqə bir yerdə olaraq hal-əhval tutub söhbət etmişlər, sonra o, İrandan gətirdiyi ədviyyatarı avtomobilə yığaraq Bakı şəhərinə gəlmişdir; telefonda Eldəniz ona bildirmişdir ki, avtomobil almaq istəyən tanışlar var və Hicranın avtomobilini həmin tanışlarına göstərmək istəyir, o, Eldənizə tanışlarına onun mobil telefon nömrəsini verməsini, həmin şəxslərin gəlib Bakıda onunla görüşmələrini və avtomobili həmin şəxslərə göstərə biləcəyini demiş, Eldəniz isə həmin şəxslərin artıq Biləsuvar rayonunda olduğunu bildirmişdir; o, Eldənizə Bakıdan 15-20 dəqiqə ərzində çıxıb Biləsuvar rayonuna qayıdacağını, rayonda olan kimi zəng vuracağını demiş və Eldənizlə sağollaşmışdır, Hicran avtomobilini satdığı üçün onlar birlikdə avtomobilə müştəri axtarmışlar, təxminən 15-20 dəqiqə sonra o, Bakıdan çıxaraq, təxminən saat 21:00 radələrində «Ələt-Astara» yol qovşağından ayrılaraq, Biləsuvar ərazisinə daxil olmuş, yol qovşağını asta döndüyü üçün Biləsuvar rayon polis şöbəsinin daha bir əməliyyat müvəkkili, əvvəllər də tanıdığı polis zabiti Turab adlı şəxsin «Shevrolet- Niva» markalı avtomobilinin çöllük bir ərazidə dayandığını görmüş, səs siqnalı vasitəsilə ilə Turabı salamlayaraq oradan keçmiş, təxminən 29-30 kilometr getdikdən sonra təkrar Biləsuvar rayon polis şöbəsinin yol patrul xidmətinin **-YP-*** dövlət qeydiyyat nişanlı patrul maşının «dalniy» işıqlarını (uzaq işıqlarını) yandırıb onun gəldiyi istiqamətdə yol kənarıda dayandıqlarını görmüş, işıqlarına etiraz olaraq idarə etdiyi avtomobilin işıqlarını söndürüb-yandıraraq yanlarından keçmiş, onlar onun arxasınca dönərək təxminən 2 kilometr geldikdən sonra kimsəsiz, qaranlıq bir ərazidə ona saxla əmri vermişlər, o, avtomobili kənara çəkərək saxlamış və avtomobildən düşərək ona yaxınlaşan Rəşad adlı yol patrul xidmətinin əməkdaşı ilə əl verib görüşərək salamlaşmış, söhbət edə-edə arxada dayanmış patrul avtomobilinə yaxınlaşaraq orada əyləşmiş Elxan adlı polis zabiti ilə də görüşərək salamlaşmış, idarə etdiyi avtomobil işlək və qapıları açıq vəziyyətdə qalmış, Elxanla görüşdüyü vaxt iki avtomobil sürətlə gələrək onların avtomobillərinin arxasında və böyürlərində dayanmış, həmin avtomobillərdən 7-8 nəfər cəld şəkildə düşərək, sanki qatı bir cinayətkarı tuturlarmış kimi onun üstünə cumaraq qollarını arxaya burub qandallamışlar, sonra yol patrul əməkdaşlarına: «Siz gedə bilərsiz»,- deyərək, onu özlərinə məxsus ağ rəngli «Dobla» marklı avtomobilin arxa oturacağına başı aşağı vəziyyətdə atmışlar, onu orada təxminən 40-50 dəqiqə həmin vəziyyədə saxlamışlar, həmin vaxt idarə etdiyi avtomobilin qapılarının örtülüb-açıldığını görməsə də səsini eşitmiş və oradan ara-sıra keçən avtomobillərin dayanmaq istədiklərini, onu tutan şəxslərin isə həmin şəxslərə dayanmaq olmaz dediklərini eşitmiş, təxminən 40-50 dəqiqə sonra onu başı aşağı vəziyyətdə saxladıqdarı avtomobildən düşürərək, idarə etdiyi avtomobilin yanına gətirmişlər və orada bir nəfəri göstərərək vəkili olduğunu, avtomobilində Xətai rayon məhkəməsinin qərarı ilə axtarış aparacaqlarını bildirmişlər, buna etirazının olubolmamasını soruşulmuş, o da nə axtaracaqlarını bilmədiyini, lakin axtarışa etirazının olmadığını bildirmiş, amma həmin polis əməkdaşlarında və dedikləri məhkəmə qərarı ona göstəriməmiş, polis əməkdaşları Azərbaycan Respublikası qanunvericiliyinə zidd olaraq qeyri-qanuni axtarış apararaq Xətai Rayon Məhkəməsinin adından yalan çıxış etmişlər müdafiəçisi Əli Hüseynov da bilə-bilə bu qanunsuzluğa susmuş, müstəntiq Şahid8 onun razılıq sözlərindən sonra dərhal avtomobilin sağ qabaq qapısını açaraq axtarışa başlamış, videoçəkilişdən də aydın olur ki, onun avtomobilinin qapıları kilidli olmamış, əks təqdirdə müstəntiq avtomobilin qapılarının açılması üçün ona müraciət etmiş olardı, videoçəkilişdən də görünür ki, müstəntiq idarə etdiyi avtomobilin sağ tərəfində axtarış apararkən 2.100 manat pulu götürmüş, amma bu barədə protokolda qeydlər aparılmamışdır, videogürüntüdən görünür ki, müstəntiq qabaq sağ oturacağın altına uzanaraq baxmış, lakin nədənsə sol qabaq qapının saxlanc yerinə baxmadan əlini uzadıb polislərin özlərinə məxsus maddəni çıxarmış, bundan sonra yenə də baxmadan sol qabaq oturacağın altına əlini uzadıb özlərinə məxsus ikinci maddəni çıxarıb götürmüş, bundan sonra çəkmək üçün gətirdiyi tərəzini özlərinə məxsus avtomobildən gətirərək həmin maddələri çəkməyə başlamış, video görüntüdən də görünür ki, o, aşkar edilmiş maddələrin ona məxsus olmadığını bildirmiş, bundan sonra müstəntiq özü ilə gətirdiyi kütləni çəkərək çəkisinin 1 kiloqram 650 qram olduğunu bildirmiş, bundan sonra ikinci kütləni çəkib çəkisini elan edərkən, arxadan bunu eşidən Xətai rayon polis idarəsinin əməkdaşı Şahid2 çəkiyə etiraz edərək yüksək səslə çəkinin o qədər olmadığını bildirmiş, hətta özü yaxınlaşaraq tərəzinin düymələrinə toxunaraq düzəltmiş və yenidən həmin kütləni çəkmişlər, həmin vaxt kütlənin çəkisi dəyişmiş, Şahid2 bildiyi, istədiyi çəkiyə çatmışdır; Bundan sonra 14 fevral 2020-ci il tarixdə Xətai rayon polis idarəsinin inzibati binasında, ikinci mərtəbədə, liftlə üzbəüz olan otaqda onu işgəncələrə məruz qoyaraq məzmunundan xəbəri olmayan, bir neçə sənədləri imzalamağa məcbur etmişlər; onda və idarə etdiyi avtomobildə narkotik vasitələr olmamış, heç vaxt narkotik vasitələrlə əlaqəsi olmamışdır. İbtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qsmində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 13 fevral 2020-ci il tarixdə anası Məhbubə Əliyeva ilə birlikdə Biləsuvar rayonunda yaşayır və həmin rayonda məişət əşyalarının alqı-satqısı ilə məşğul olduğu mağazası var. Eyni zamanda Hicran adlı dostuna məxsus olan “Mercedes Benz” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərək taksi fəaliyyəti ilə məşğul olur. 2019-cu ildə İran İslam Respublikası vətəndaşı Mehsəm Kari adlı şəxslə tanış olmuşdur. Söhbət zamanı Mehsəm Kari yaşadığı İran İslam Respublikasında pul dəyişmə məntəqəsində işlədiyini bildirmişdir. Mehsəmlə bir neçə dəfə pul dəyişdikdən sonra onunla şəxsi söhbətlər etmiş və söhbət zamanı Mehsən ona Azərbaycan Respublikasında ayn-ayrı şəxslərə pul verməli olanda çətinlik çəkdiyini, bu məsələdə ona köməklik etməyini xahiş etmişdir. Aralarında olan münasibətlərə görə onunla razılaşmış və beləcə onların iş birliyi yaranmışdır. İlk dəfə 2020-ci ilin yanvar ayında X24 aralarında pul mübadiləsi başlamışdır. 20 yanvar 2020-ci il tarixdə Mehsəm Karinin tanışı, lakin onun tanımadığı şəxs ona məxsus və aktiv istifadəsində olan **********593017 nömrəli "xxxx" hesab kartına 900 manat pul göndərmişdir. Sonradan isə Mehsəm Kari ona həmin çekin şəklini istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə yüklənmiş «WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə göndərib pulun onun kartına oturub-oturmadığını soruşmuşdur. O hesabını yoxlayıb pulun kartına keçdiyini dəqiqləşdirdikdən sonra Mehsəm Karinin hazırda xatırlamadığı mobil nömrəsinə zəng edib bu barədə məlumat vermişdir. Sonradan bir neçə dəfə də X24 pul mübadiləsini davam etdirmişdir. Ümumilikdə isə 2020-ci ilin yanvar ayı ərzində sahiblərini şəxsən tanımadığı adamlar ona məxsus kart hesabına “MilliÖN” ödəniş terminalları vasitəsilə müxtəlif məbləğlər köçürmüşlər. O hər dəfə kartına pul köçürüldükdən sonra Mehsan Kariyə zəng edib "OK" deməklə pulun hesabına köçürüldüyünü bildirmişdir. O təxmini bildirdi ki, həmin pullar narkotik vasitə satışı ilə bağlıdır. Lakin özü şəxsən həmin narkotik vasitələrin satışında iştirak etməmişdir. 13.02.2020-ci il tarixdə idarə etdiyi avtomobildən aşkar olunmuş heroin və tiryəki İsə o, bir neçə il əvvəl İranla həmsərhəd ərazidən tapmışdır. Həmin narkotik vasitələri heç kimə satmamış, satmaq niyyəti olmasına baxmayaraq heç vaxt bunu həyata keçirməmişdir. Həmin heroin və tiryəki saxlamağın qanunsuz olduğunu bildiyi üçün onları atmaq niyyəti ilə avtomaşında saxlamışdır. 13 fevral 2020-ci il tarixdə heroin və tiryəki idarə etdiyi avtomobildə gəzdirən zaman Biləsuvar rayonunda Xətai RPİ-nin əməkdaşları onun saxlamışlar. Şühbəli şəxs qismində tutub vəkilin iştirakı ilə avtomobilində axtarış aparılarkən 130 qram tiryək, 525 qram isə heroin aşkar edilərək götürülmüşdür. İdarə etdiyi “Mercedes Benz” markalı avtomobildə keçirilən axtarış zamanı oradan həmçinin ödəniş qəbzləri və plastik kartlar aşkar edilərək götürülmüşdür; narkotik vasitələrin qanunsuz döviyyəsi ilə məşğul olduğuna görə əməlindən səmimi peşmandır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşaraq həmin ifadələrini özlərini müdafiə xarakterli olduğunu hesab edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zaman şahid qismində dindirilmiş Xətai RPİ-nin PPX-nin polis nəfəri X12 ifadə verərək göstərmişdir ki, 09 fevral 2020-ci il tarixdə saat təxminən 08:30 radələrində həmkarları Natiq Məmmədov və Emin Həsənov ilə birlikdə Bakı şəhəri Naximov küçəsində xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra həmin şəxsi Xətai RPİ-nin 35-ci PB-nə apararaq, bu barədə rəhbərliyə raportla müraciət etmişlər. Polis bölməsində həmin şəxsin 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 olduğunu öyrənmişdir. Bundan sonra həmin şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq, dəvət olunmuş vəkilin və onların iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış keçirilməyə başlanmışdır. Axtarış zamanı onun əynində olan qara rəngli paltonun sağ yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusunun içərəsində iki ədəd sellofan bükümdə tozşəkilli maddə və kibrit qutusunun içəsirində yenə iki ədəd sellofan bükümdə kristal şəkildə maddələr aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin kütlələrdən iki bükümün heroin, digər iki bükümün isə metamfetamin olduğunu etiraf edərək, onları internet üzərindən tanış olduğu şəxsdən aldığını etiraf etmişdir. Belə ki, o, “Baksel Balaxanı” ləqəbli şəxslə narkotik vasitə və psixotrop maddə almaq barədə razılaşmış, həmin şəxsin göndərdiyi kart hesabına pul köçürmə terminalı vasitəsi ilə pul göndərəndən sonra, “Baksel Balaxanı” ləqəbli Telman adlı şəxsin ona göndərdiyi ünvandan narkotik vasitə və psixotrop maddələri götürmək üçün Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən C.Naxçıvanski adma hərbi litseyin qarşısında olan dayanacağın yanına gəlmişdir. Oradakı oturacağın altından həmin narkotik vasitə və psixotrop maddələri götürüb, ərazidən uzaqlaşmaq istəyərkən onlar tərəfindən yaxalanmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddə aldığı şəxslər X15 və X3r. Məhkəmə zamanı şahid qismində dindirilmiş Xətai Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi Şahid2 ifadə verərək göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 09 fevral 2020-ci il tarixdə səhər radələrində Bakı şəhəri, Xətai rayonu Naximov küçəsində piyada gedərkən özünü şübhəli apardığına görə, həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən yaxalanaraq 35-ci PŞ-nə aparılmış, orada şübhəli şəxs qismində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əyindəki paltonun cibindən külli miqdar çəkidə iki ədəd bükümdə narkotik vasitə və kibrit qutusundan iki ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. İlkin sorğu sual zamanı Təqsirləndirilən şəxs2 həmin malları internet vasitəsi ilə aldığını etiraf etmişdir, keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 internet vasitəsi ilə tanış olduğu “Bakcell Balaxanı” ləqəbli X11 “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə yazışıb narkotik vasitə və psixotrop maddə barədə danışıb razılaşmış, sonra alacağı narkotik vasitənin pulunu Telman Ağayevin ona göndərdiyi hesab kartına yəni İmamverdi Hüseynova məxsus "xxxx" hesab nömrəsinə ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Təqsirləndirilən şəxs2 aldığı narkotik vasitəni əldə etdiyi mənbələrin dəqiqləşdirilməsi istiqamətində Xətai RPİ-nin əmməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Telman Ağayevin yaşadığı evdən narkotik vasitə olan tiryək aşkar edildiyini bilmişdir. Özü isə X1 şəxsiyyətinin müəyyən edilməsi və barəsində keçirilən istintaq hərəkətlərində iştirak etmişdir. Belə ki, 13.02.2020-ci il tarixdə Biləsuvar rayonu ərazisində X6 müəyyən edilərək şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs1 idarə etdiyi «Mercedes Benz E 320»markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşına keçirilmiş axtarış zamanı, avtomobilin sol qapısının alt tərəfindəki saxlanc yerindən ağ rəngli sellofan torbada eləcə də sükan oturacağının alt tərəfindən qara rəngli sellofan torbada narkotikə vasitə olan heroinə və tiryəkə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı şahid qismində dindirilmiş Xətai RPİ-nin əməkdaşları Şahid3 və Şahid4 Şahid2 ifadəsinə və işin hallarına uyğun ifadə vermişlər. Məhkəmə zamanı zamanı şahid qismində dindirilmiş Xətai RPİ-nin Narkomaniya ilə Mübarizə Bölməsinin rəisi Şahid5 ifadə verərək göstərmişdir ki, Bakı şəhər sakiniləri Təqsirləndirilən şəxs2, X15 və Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, 09 fevral 2020-ci il tarixdə səhər radələrində Təqsirləndirilən şəxs2 Bakı şəhəri Naximov küçəsində özünü şübhəli apardığına görə, həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən yaxalanaraq 35-ci Polis şöbəsinə aparılmış, orada şübhəli şəxs qismində tutularkən üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən 2 ədəd ayrı -ayrı bükümlərdə külli miqdar yəni 13,963 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1,317 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Bu fakt əsasında təhqiqatda toplanmış material istintaq aidiyyətı üzrə göndəriləndən sonra, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni onlayn internet vasitəsi ilə tanış olduğu şəxsin vasitəsi ilə əldə etdiyi məlum olmuşdur, Təqsirləndirilən şəxs2 “Baksel Balaxanı” adlı şəxslə aralarında olan telefon danışığına və yazışmalarına əsasən, həmin şəxsin göndərdiyi kart hesabına pul köçürmə terminalı vasitəsi ilə pul göndərəndən sonra, narkotik vasitə və psixotrop maddəni əldə etmək üçün Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən C.Naxçıvanski adma hərbi litseyin qarşısında olan dayanacağın oturacağının altından götürüb üzərində saxlayaraq daşımış, lakin polis əməkdaşları tərəfindən yaxalanmışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələri əldə etdiyi mənbələrin dəqiqləşməsi ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Baksell Balaxanı" adlı istifadəçi X9ması narkotik vasitə və psixotrop maddələrin müqabilində razılaşdıqları 340 manat pulun 220 manatının köçürüldüyü hesab kartının sahibi Biləsuvar rayonunda yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Bundan sonra həmin şəxslərin müəyyən edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmamalarının müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Ona görə də 13.02.2020-ci il tarixdə Balaxanı qəsəbə sakini X10 yaşadığı evdə axtarış keçirilmişdi. Həmin axtarış və götürmə istintaq hərəkətində də o özü də iştirak etmişdir. Axtarış zamanı Telman Ağayevin ailə üzvləri ilə birlikdə yaşadığı evin otaqlarının birində güzgülü şkafın alt siyirməsindən sellofan torbada 508,1 qram çəkidə narkotik vasitə olan heroinə bənzər kütlə və narkotik vasitəni çəkmək üçün istifadə edilən elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, X7 onun həmkəndlisidir. Münasibətləri həmişə yaxşı olmuş, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O mülkiyyətində olan "Mercedes Benz E 320" markalı 99-TE 717 dövlət qeydiyyat nişanlı avtomaşını 2019-cu ildə almışdır. Münasibətimiz daima yaxşı olduğu üçün müəyyən vaxtlarda İmanverdi ondan idarə etmək məqsədi ilə avtomaşınını istəmişdir. O da aralarında olan yaxşı münasibətə görə "Mercedes Benz E 320" markalı 99-TE 717 dövlət qeydiyyat nişanlı avtomaşını idarə etməsi üçün İmanverdiyə vermişdir. İmanverdi həmin avtomaşınla Biləsuvar rayonunda işlətdiyi mağazaya əşyalar alıb gətirmiş, həmçinin şəxsi məsələləri üçün istifadə etmişdir. 13.02.2020-ci il tarixdə o həmkəndlisi Təqsirləndirilən şəxs1 ona məxsus avtomaşınla Bakı şəhərindən gələn zaman, Biləsuvar rayonunda polis əməkdaşları tərəfindən saxlandığını və avtomobilə keçirdikləri axtarış zamanı avtomaşından narkotik vasitə aşkar olunduğunu, eşitmişdir. Həmçinin sonradan Təqsirləndirilən şəxs1 barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbirinin seçildiyini öyrənmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş X19 göstərmişdir ki, onlayn ödəmələr vasitəsilə narkotik vasitələrin satışı ilə məşğul olmuş, Şahbuz adlı İran İslam Respublikasının vətəndaşı ilə WhatsApp vasitəsi ilə əlaqə saxlamış, müştərilər ondan narkotik vasitələr istədikdə iranlı ona müxtəlif üzərində nömrələri olan bank kartlarının şəkillərini atmış, o da həmin kartların şəkillərini müştərilərə WhatsApp vasitəsilə göndərərək narkotik vasitənin dəyəri olan pul məbləğlərini həmin kartlara yükləmələrini demiş, müştərilər tərəfindən kartlara pul yüklənəndən və bunu təsdiq edən ödəmə barədə qəbzin şəklini WhatsAppla ona göndərildikdən sonra o, həmin müştəriyə narkotik vasitələrin qoyulduğu yeri bildirmiş və narkotik vasitələrin satışını bu üsulla həyata keçirmişdir, Təqsirləndirilən şəxs2 ona WhatsApp vasitəsilə yazaraq narkotik vasitə və psixotrop maddə istədiyini bildirmiş, Təqsirləndirilən şəxs2lə 220 manata razılaşdıqdan sonra İbrahimə iranlı Şahbuzun ona göndərdiyi bank kartının şəklini göndərmiş, əvvəllər Şahbuz həmişə özünün adına olan bank kartlarının nömrələrini göndərsə də bu dəfə Təqsirləndirilən şəxs1 adına olan kartın nömrələrini göndərmiş, bunun səbəbini Şabuzdan soruşduqda, Şahbuz kartın sahibi olan Təqsirləndirilən şəxs1 borcunun olduğunu bildirmiş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 adına olan karta 220 manat pulu yükləyib bu barədə qəbzin şəklini ona göndərdikdən sonra İbrahimə Bakı şəhəri Naximov küçəsində yerləşən C.Naxçıvanski adına hərbi litseyin qarşısına gedib orada olan avtobus dayanacağındakı oturacağın altındakı bağlamanı götürməsini demişdir; o, Təqsirləndirilən şəxs1 tanımamış, sonuncu ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Xətai rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi Şahid8 ifadə verərək göstərmişdir ki, icraatında olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* №-li cinayət işinin ibtidai istintaqını aparmış, cinayət iş üzrə Təqsirləndirilən şəxs1n Əziz oğlunun evində və avtomaşınında axtarış aparılması barədə istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırmış, prokuror Təqsirləndirilən şəxs1 evində və istifadə etdiyi avtomobildə axtarış aparılması barədə vəsatətin təmin edilməsi barədə təqdimatla məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən vəsatət və təqdimat əsasında 13 fevral 2020-ci il tarixli qərər qəbul etmişdir, həmin qərarda vəsatətin qismən deyil tam təmin edilməsi göstərilmiş, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilməsi ilə bağlı imtina olunmamış, bununla bağlı İmanverdinin idarə etdiyi «Mercedes Benz E 320»markalı **-TE-*** dövlət nömrənişanlı avtomobilə baxış keçirilmiş və 130,503 qram narkotik vasitə tiryək və 525 qram narkotik vasitə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 09 fevral 2020-ci il tarixdə Biləsuvar rayonunda saxlanılmasında iştirak etmiş, Təqsirləndirilən şəxs1 idarə etdiyi Mersedes markalı avtomobildə axtarış keçirilmiş, axtarış zamanı avtomobildən tiryək və heroin narkotik vasitələri aşkar edilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin yol patrul xidmətinin əməkdaşı X14 ifadə verərək göstərmişdir ki, Bakı şəhəri Xətai rayon polis idarəsinin əməkdaşlarının rəsmi müraciəti ilə 13.02.2020-ci il tarixdə Biləsuvar rayonu ərazisində X1 idarə etidyi «Mercedes Benz E 320»markalı **-TE-*** dövlət nömrənişanlı avtomobilini saxlatdırmış, Xətai rayon polis iadərsinin əməkdaşları həmin avtmobilə yaxınlaşmış və bundan sonra o, öz xidməti avtmobili ilə oranı tərk edərək xidmətinə davam etmiş, Təqsirləndirilən şəxs1 üzərinə və avtomobilnə keçirilən baxış və axtarış istintaq hərəkətlərində iştirak etməmişdir. İşdə olan məhkəmə-fiziki-kimyəvi ekspertiza üzrə 9 fevral 2020-ci il tarixli 3355 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd zərfdəki 1 ədəd “KENT” markalı siqaret qutusunda 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,163 qram və 0,800 qram; ümumi təmiz çəkisi 13,963 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 2 bükümdəki heroin tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Bir ədəd kibrit qutusundakı 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,885 qram və 0,432 qram; ümumi təmiz çəkisi 1,317 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamindir. Bükümdəki metamfetaminlər tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ), Metamfetamin olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir (1-ci cild iş vərəqi 29-32). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 13 fevral 2020-ci il tarixli 3851 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X10 mənzilindən götürülmüş” sözlər və imzalar olan bir ədəd kağız paketdəki bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 508,1 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir və bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır (1-ci cild iş vərəqi 97-100). İşdə olan məhkəmə-fiziki-kimyəvi ekspertiza üzrə 14 fevral 2020-ci il tarixli 3938 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 idarə etdiyi «Mercedes Benz E 320» markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş...” yazısı olan paketdə, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 130,503 qram tünd rəngli qətranabənzər maddə aş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir və bir ədəd bükümdə, təmiz çəkisi 525 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin və tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxildirlər; Vət. İmamverdi Hüseynovun avtomobilindən götürülmüş heroin, Təqsirləndirilən şəxs2 götürülmüş heroinlə (09 fevral 2020-ci il tarixli 3355 saylı ekspert rəyi) eləcə də X8 götürülmüş heroinlə xarici əlamətərinə və tərkiblərindəki komponentlərə görə eynidir (1-ci cild iş vərəqi 135-139). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 01 may 2020-ci il tarixli 1144 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 244-247). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 01 may 2020-ci il tarixli 1167 saylı ekspert rəyindən görünür ki, İmanverdi Əziz oğlunda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (3-cü cild iş vərəqi 8-11). İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 20 avqust 2020-ci il tarixli 276 nömrəli ekspert rəyindən görünür ki, ekspert tədqiqatına təqdim edilmiş “PORTABLE ELECTRONİC SCALE” markalı elsktron tərəzi işlək vəziyyətdə olsa da, yüklərin çəkisini dəqiq müəyyən etmir. Belə ki, çəkinin müəyyən edilməsində istifadəyə yararsızdır. Həmin ekspert rəyi ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisi ilə ekspert rəyi arasında olan ziddiyyət aradan qaldırılmışdır. Elektron tərəzinin çəkini düzgün gəstərmədiyi müəyyən edilmiş və ona görə də ekspert rəyində göstərilən çəki əsas götürülmüşdür (3-cü cild iş vərəqi 196-199). İşdə olan əşyanın maddi sübut hesab edilməsi haqqında 02 mart 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 13,843 qram narkotik vasitə olan heroin və 1,257 qram psixotrop maddə olan metamfetamin; X10 yaşadığı evə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 508,02 qram narkotik vasitə olan heroin və “Kinlee” markalı elektron tərəzi; Təqsirləndirilən şəxs1 idarə etdiyi «Mercedes Benz E 320» markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 130,203 qram narkotik vasitə-tiryək və 524,8 qram narkotik vasitə olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə 02.03.2020- ci il tarixli qərarla maddi sübut hesab edilərək saxlanca verilmişdir (1-ci cild iş vərəqi 216-220). 13 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 idarə etdiyi «Mercedes Benz E 320» markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşına keçirilən axtarış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur (1-ci cild iş vərəqi 120). 13 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur (1-ci cild iş vərəqi 123). 13 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı Biləsuvar rayonu, Babək küçəsi 15 ünvanda yerləşən evdə keçirilən axtarış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur (1-ci cild iş vərəqi 128) 13 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 idarə etdiyi «Mercedes Benz E 320»markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşına keçirilən axtarış zamanı aşkar edilərək götürülmüş 5 ədəd “E-manat”, 4 ədəd “Milli-Ön” elektron ödəmə terminalları vasitəsi ilə köçürülən pul əməliyyatlarının çekləri, Təqsirləndirilən şəxs1 məxsus AZE N- ******** seriyalı şəxsiyyət vəsiqəsi, Elman Ağayev adlı şəxsə məxsus "xxxx" ASC-nin debit kartı; Kəmalə Teymurovaya məxsus "xxxx" ASC-nin debit kartı; Pərrvanə Mustafazadəyə məxsus "xxxx" ASC-nin debit kartı olan cəmi 3 ədəd plastik kartlar və iki ədəd qara rəngli qeydiyyat dəftərçələri iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur. (1-ci cild iş vərəqi 201-204) İşdə olan sübutların qiymətləndirilməsi haqqında 13 iyul 2020-ci il tarixli qərardan görünür ki, “Mercedes benz E320” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyinə görə saxlanması üçün mülkiyyətçisi Şahid6 təhvil verilmişdir(3-cü cild iş vərəqi 80-100). İşdə olan mobil telefona baxış keçirilməsi haqqında 10 fevral 2020-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı 10.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 məxsus bir ədəd "Hoffman" markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 həmin telefondakı "WhatsApp" programında olan yazışmalarında "Baksell Balaxanı" adlı istifadəçi ilə narkotik vasitənin alqı-satqısı barədə 340 manata sövdələşməsi barədə yazışmaları və 08.02.2020-ci il tarixli səs-yazıları aşkar edilmişdir. Bu səs yazılarında "iranlıya pul göndərib narkotik vasitə alınması barədə danışıqları, həmçinin narkotik vasitənin pulunu Təqsirləndirilən şəxs1 məxsus **********593017 nömrəli "Kapital Banka" aid hesab kartına göndərməsi, Təqsirləndirilən şəxs2 isə həmin bank hesabına ödəmə terminalı vasitəsində 220 manat pul köçürməsi barədə qəbzin şəklinin yollaması müəyyən edilmişdir. Bu istintaq hərəkətinin nəticəsi protokolu ilə rəsmiləşdirilmiş, mobil telefonda yazışmaların fotoşəkilləri çəkilərək tərtib olunmuş protokola əlavə edilmişdir (1-ci cild iş vərəqi 57-64). İşdə olan "xxxx" ASC-dən daxil olmuş 02.04.2020-ci il tarixli 5323 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 adma bankın Cəlilabad filialında 04.02.2020-ci il tarixdə, cari, kart və əmanət hesabı olmaqla üç bank hesabı açılmışdır. 04.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən cari hesaba 1000 və 60 manat nağd pul vəsaiti qoyulmuş, həmin gün 60 manat kart hesabından çıxarılmış, 1000 manat isə “əmanət hesabı”na mədaxil edilmişdir. Bundan başqa 04.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 bankdakı əmanət hesabına elektron ödəniş vasitəsi ilə 100, 50, 1000 manat pul vəsaitləri mədaxil edilmişdir (3-cü cild iş vərəqi 3). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 08 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (2ci cild iş vərəqi 59). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 08 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (2ci cild iş vərəqi 59). İşdə olan şübhəli şəxsin tutulması haqqında 09 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 09 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 6). İşdə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 10 fevral 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 53-54). İşdə olan şübhəli şəxsin tutulması haqqında 13 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 17). İşdə olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 15 fevral 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 13 fevral 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 173-174). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, şahidlərin ifadələrinə, ekspert rəylərinə, iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə edib, saxlamaqla daşıması və satması tam təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, tiryək narkotik vasitəsini külli miqdarının aşağı həddi 50 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 13,963 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar edilmiş 130,503 qram narkotik vasitə olan tiryək və 525 qram narkotik vasitə heroin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, həmçinin, onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, onu səciyyələndirən digər halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növü və həddi müəyyən edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3 maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulan cəzalarını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı 09 fevral 2020-ci il tarixdən və Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 13 fevral 2020-ci ildən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 59.1ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının 09 fevral 2020-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının 13 fevral 2020-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-narkoloji ekspertiza üzrə 01 may 2020ci il tarixli 1144 saylı ekspert rəyləri ilə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması müəyyən edildiyindən və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs2 narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İş üzrə maddi sübutlar - Bakı şəhər Xətai RPİ-də məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 13,843 qram narkotik vasitə heroin və 1,257 qram psixotrop maddə metamfetamin, X10 yaşadığı evədən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 508,02 qram narkotik vasitə olan heroin və elektron tərəzi, Təqsirləndirilən şəxs1 idarə etdiyi «Mercedes Benz E 320» markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmiş ekspertiza dəqiqatından sonra qalıq qalan 130,203 qram narkotik vasitə tiryək və 524,8 qram narkotik vasitə heroin məhv edilməli və 4 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 yaşadığı evdə keçirilən axtarış zamanı aşkar olunmuş və bank depozitinə qoyulmuş 10.000 manat pulun cinayət yolu ilə əldə edilməsi təsdiq edilmədiyindən Təqsirləndirilən şəxs1 yaxın qohumlarından birinə təhvil verilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatlarının dəyəri 365,66 manat (üç yüz altmış beş manat altmış altı qəpik) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı 09 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı 13 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər Xətai RPİ-də məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 13,843 qram narkotik vasitə heroin və 1,257 qram psixotrop maddə metamfetamin, X10 yaşadığı evədən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 508,02 qram narkotik vasitə olan heroin və elektron tərəzi iş, Təqsirləndirilən şəxs1 idarə etdiyi «Mercedes Benz E 320» markalı **- TE-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmiş ekspertiza dəqiqatından sonra qalıq qalan 130,203 qram narkotik vasitə tiryək və 524,8 qram narkotik vasitə heroin məhv edilsin və 4 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı evdə keçirilən axtarış zamanı aşkar olunmuş və bank depozitinə qoyulmuş 10.000 manat pul Təqsirləndirilən şəxs1 yaxın qohumlarından birinə təhvil verilsin. Məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatlarının dəyəri 365,66 manat (üç yüz altmış beş manat altmış altı qəpik) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov
Məhkəmə qərarları › İş №1(101)-288/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-288/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver