Məhkəmə qərarları › İş №1(101)-288/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-288/2022

01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-288/2022 01.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1978-ci il oktyabrın 18-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmamış uşağı olan, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü və 240.3.2.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və güclü təsir edən maddə olan tramadol əldə edib saxlamaqla daşımışdır. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa Mehrac adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşından onlayn qaydada ödəmək şərti ilə külli miqdarda ümumilikdə 1.962,465 qram təmiz çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumilikdə 239,213 qram təmiz çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2 ml həcmində narkotik vasitə heroin məhlulu, hidroxloridin təsir maddəsinin ümumi miqdarı 8,775 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,225 qram) olan 39 ədəd qırmızı rəngli tramadol həbi əldə edib daşımaqla üzərində və yaşadığı ünvan 1 ünvanında saxlamış, 2021-ci il aprelin 26-da saat 12:45-də Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələndiyi üçün saxlanaraq bölməyə gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən beş ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda 0,685 qram, 0,875 qram, 1,052 qram, 0,680 qram və 0,921 qram təmiz çəkiləri, ümumilikdə 4,213 qram təmiz çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və beş ədəd bükümdə ayrı-ayrılıqda 1,038 qram, 1,121 qram, 1,348 qram, 1,213 qram və 1,045 qram təmiz çəkiləri, ümumilikdə 5,765 qram təmiz çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüş, daha sonra əməliyyat-axtarış tədbirlərinin davamı olmaqla Təqsirləndirilən şəxs yaşadığı göstərilən ünvandakı evə baxış vaxtı oradan bir ədəd sellofan bükümdə 1.894,6 qram təmiz çəkidə və bir ədəd başqa sellofan bükümdə 62,1 qram təmiz çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə 235,0 qram təmiz çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 39 ədəd qırmızı rəngli həbdə hidroxloridin təsir maddəsinin ümumi miqdarı 8,775 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,225 qram) güclü təsir edən maddə olan tramadol, içərilərində ümumilikdə 2 ml həcmində narkotik vasitə heroin məhlulu və narkotik vasitə heroinin quru maddəsi 0,244 qram çəkidə olan iki ədəd 1 ml həcmli şpris, habelə üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd elektron tərəzi aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 240.3.2.-ci maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik aludəçisi olsa da heç vaxt həmin maddələrin satışını həyata keçirməmişdir. Tutularkən üzərində beş qram narkotik vasitə heroin, iki ədəd insulin iynəsi və bir ədəd tərəzi olmuşdur. İttiham edildiyi digər predmetlər ona məxsus deyildir. Polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi nəticəsində istintaqdakı ifadələrini təsdiq edib imzalamış, bu haqda hər hansı bir orqana şikayət etməmişdir. O, tərəzini öz şəxsi istifadəsindən ötrü əldə etdiyi narkotik vasitə heroini çəkmək üçün almışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis leytenantı olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il aprelin 26-da Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün onun rəhbərliyi ilə, bölmənin sahə inspektoru polis baş leytenantı Şahid2 və yetinlik yaşına çatmayanlar üzrə inspektoru polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılaraq saat 12:30-da ünvan 1 ünvanının qarşısında xarici əlamətləri Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim etməklə polis əməkdaşları olduqlarını, şəxsiyyətini müəyyənləşdirdikdən sonra göstərilən şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələnildiyindən üzərində şəxsi axtarış aparılması zərurətinin yarandığını bildirərək sonuncunu bölməyə dəvət etmişlər. Orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilərkən sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 10 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etməklə içərisindəki narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, bunları Mehrac adlı İran İslam Respublikasının vətəndaşından öz şəxsi istifadəsi və satış məqsədi ilə əldə edərək üzərində saxladığını bildirmişdir. Aşkar edilən bükümlər qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik maddələr olduğunu bildirdiyindən sonuncunun razılığı ilə yaşadığı ünvan 1 ünvanında videoçəkilişlə həmin tərkibdə, habelə bölmənin rəisi vəzifəsini icra edən polis mayoru Şahid4, bölmənin rəis müavini polis kapitanı Şahid5, polis serjantı olmaqla cinayət-axtarış üzrə kiçik əməliyyat müvəkkili Şahid6 və müdafiəçinin iştirakı ilə baxış keçirilməklə qonaq otağındakı masanın üstündən iki ədəd içərisində qəhvəyi rəngli məhlul olan şpris, əlavə 11 ədəd içərisində məhlul olmayan şpris, bir ədəd şəffaf rəngli büküm, 39 ədəd dərman həbi, bir ədəd əlavə büküm, iki ədəd tərəzi və iki ədəd başqa həb aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilənlərdən yalnız 10 qram narkotik vasitə heroinin, bir ədəd majezik həbinin və 11 ədəd içi boş və iki ədəd içində hansısa məhlul olan cəmi 13 ədəd şprisin ona məxsus olub digər predmetlərin onun olmadığını bildirmiş, aşkarlanan bükümlər, şpris, dərman həbləri və iki ədəd tərəzi götürülməklə qablaşdırılmışdır. Hadisə ilə bağlı tərtib olunan protokolların düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru işləmiş Şahid2 Şahid1 ilə analoji ifadə verdi. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis mayoru olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsini icra etmiş Şahid4, habelə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəis müavini polis kapitanı Şahid5 və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin cinayət-axtarış üzrə kiçik əməliyyat müvəkkili polis serjantı Şahid6 2021-ci il aprelin 26-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanındakı evə baxış keçirilməsində iştirak etmələrini bildirib Şahid1 ilə uyğun ifadələr verdilər. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin izahatda, şübhəli və təqsərləndirilən şəxslər qismindəki ifadələrində ittiham olunduğu əməlləri etiraf etməklə narkotik maddələri Mehrac adlı İran İslam Respublikasının vətəndaşının hesabına onlayn qaydada pul köçürüb həm öz istifadəsi üçün, həm də sataraq qazanc əldə etmək məqsədi ilə əldə etdiyini, polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını göstərmişdir (iş vərəqi 41, 58-60, 77-79 və 188-190). Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş hadisə ərəfəsində polis baş leytenantı olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin yetinlik yaşına çatmayanlar üzrə inspektoru işləmiş Şahid3 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən Şahid1 ilə oxşar ifadə vermişdir (iş vərəqi 107-110). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin 2021-ci il 26 aprel tarixli raportlarından, eyni tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarından, əməliyyat qrupunun təşkil edilməsi barədə protokolundan və Ə15-100-21 №-li əməliyyat qrupunun yaradılması barədə əmrinin kserosurətindən, 2021-ci il 27 aprel tarixli 100-3059-1221 №-li və 100-3060-1221 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il aprelin 26-da saat 12:45-də ünvan 1 ünvanının qarşısında saxlanıb bölməyə gətirilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarın surəti Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğuna və Bakı şəhərinin Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir (iş vərəqi 4-11). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 26 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 12:45-də Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun bacısına xəbər vermək hüququ təmin edilmiş, protokola əlavə və qeydlər daxil olunmamışdır (iş vərəqi 24). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 26 aprel tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı əşya olduğu halda təqdim etməsi təklif edildikdə sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 10 ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu, həmin kütlələri Mehrac adlı İran İslam Respublikasının vətəndaşından onlayn qaydada pul köçürüb həm öz istifadəsi üçün, həm də satış məqsədi ilə almaqla gəzdirdiyini, yaşadığı evdə də narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş, bükümlər qablaşdırılaraq götürülmüş, iştirakçılar tərəfindən şikayət, təklif və ya protokola qeydlər daxil olmamışdır (iş vərəqi 34-35). İş materiallarındakı 2021-ci il 26 aprel tarixli ərizədən və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı ünvan 1 ünvanına videoçəkilişlə müdafiəçinin iştirakı ilə baxış zamanı qonaq otağındakı masanın üstündən iki ədəd elektron tərəzi, iki ədəd içərisində hansısa məhlul olan və 11 ədəd boş şprislər, 39 ədəd ağ və iki ədəd göy rəngli dərman həbləri, içərisində ağ rəngli kristallik maddə olan bir ədəd büküm, bir ədəd üzərində «limon duzu» sözləri yazılmış paketdə kristallik maddə, sarı rəngli divanın arxa hissəsindəki saxlanc yerindən bir ədəd içərisində qəhvəyi rəngli maddə olan büküm aşkarlanıb götürülmüş, sonuncu içərisində narkotik maddə olan bir ədəd bükümün, şprislərin, iki ədəd göy rəngli üzərində «Majezik» sözləri yazılmış dərman həblərinin ona məxsus olduğunu desə də sarı rəngli divanın arxa hissəsindəki saxlanc yerindəki bükümün aşkarlanmasından sonra digər bükümlərin və dərman həblərinin onun olmadığını bildirmiş, tərtib olunan protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmişdir (iş vərəqi 38-40). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 27 aprel tarixli 6/1661 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №145» dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş iki ədəd zərfdə, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №171» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən...» sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş zərfdə beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,685 qram, 0,875 qram, 1,052 qram, 0,6820 qram və 0,921 qram olmaqla ümumi təmiz çəkisi 4,213 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanan psixotrop maddə metamfetamindir; digər beş ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,038 qram, 1,121 qram, 1,348 qram, 1,213 qram və 1,045 qram olmaqla ümumi təmiz çəkisi 5,765 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanan narkotik vasitə heroindir; üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №171» dairəvi möhür əksi, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 1.894,6 qram olan qəhvəyi rəngli maddə və üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №171» dairəvi möhür əksi, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 62,1 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; digər bir ədəd sellofan bükümdə təmiz çəkisi 235,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanan psixotrop maddə metamfetamindir; iki ədəd 1 ml həcmli şprisdə ümumilikdə 2 ml həcmindəki məhlul narkotik vasitə heroin məhlulu olmaqla quru maddəsinin çəkisi 0,244 qramdır; 39 ədəd qırmızı rəngli həbdə tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 8,775 qram (bir ədəd həbdə tramodolun təsir maddəsinin miqdarı 0,225 qramdır) olduğu müəyyən edilir; üç ədəd 1 ml həcmli şprisdə və iki ədəd elektron tərəzidəki narkotik vasitə heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır, digər səkkiz ədəd 1 ml həcmli şprisdə narkotik vasitə və ya psixotrop maddələrə aid izlər müşahidə edilməmişdir; bir ədəd bükümdə təmiz çəkisi 0,508 qram ağ rəngli maddə limon turşusudur; üzərində «Majezik» göstəricisi olan dərman həbinin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar olunmamışdır; Təqsirləndirilən şəxs üzərindən aşkar edilən və sonuncuya məxsus evdən aşkarlanan narkotik vasitə heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir; məhlul halında narkotik vasitə heroin qurudulan vaxt kimyəvi tərkibi dəyişdiyi üçün müqayisəli tədqiqat aparılması mümkün deyildir, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən və sonuncuya məxsus evdən aşkarlanan psixotrop maddə metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir, narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin, tramadol həblərinin, heroin məhlulunun, limon duzunun və majezik həbinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 1.913,515 qram, 238,913 qram, 37 ədəd, 1 ml, 0,408 qram və 1 ədəd təşkil edir, ekspertiza tədqiqatının dəyəri 65 manatdır (iş vərəqi 47-51). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 27 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına müdafiəçinin iştirakı ilə baxış keçirilməsini özündə əks etdirən bir ədəd DVD diskinə baxış zamanı qonaq otağındakı masanın üstündən iki ədəd elektron tərəzinin, iki ədəd içərisində hansısa məhlul olan və 11 ədəd boş şprislərin, 39 ədəd ağ və iki ədəd göy rəngli dərman həblərinin, içərisində ağ rəngli kristallik maddə olan bir ədəd bükümün, bir ədəd üzərində «limon duzu» sözləri yazılmış paketdə kristallik maddənin, sarı rəngli divanın arxa hissəsindəki saxlanc yerindən bir ədəd içərisində qəhvəyi rəngli maddə olan bükümün aşkarlanaraq götürülməsi, sonuncunun içərisində narkotik vasitə olan bir ədəd bükümün, şprislərin, iki ədəd göy rəngli üzərində «Majezik» sözləri yazılmış dərman həblərinin ona məxsus olduğunu desə də sarı rəngli divanın arxa hissəsindəki saxlanc yerindəki bükümün aşkarlanmasından sonra digər bükümlərin və dərman həblərinin onun olmadığını bildirməsi müəyyənləşdirilmiş, qeyd olunan DVD diski protokola əlavə edilmişdir (iş vərəqi 61-63). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 28 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsindən həmin Məcəllənin 234.4.3.-cü maddəsinə tövsif edilib sonuncuya göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 64-65 və 67-68). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2021-ci il 28 aprel tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il aprelin 26-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 85-89). İş materiallarındakı Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2021-ci il 23 iyun tarixli 1501 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olaraq yaşayır (iş vərəqi 101). İş materiallarında olan 2016-cı il 25 fevral tarixli AZE seriyalı 12962937 №-li şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2005-ci il 10 iyul təvəllüdlü Əbdülməmməd adlı övladı vardır (iş vərəqi 102). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 30 sentyabr tarixli şahidi dindirmə protokolundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 27 aprel tarixli 6/1661 №-li rəyini tərtib edən mərkəzin fiziki-kimyəvi ekspertizalar şöbəsinin aparıcı eksperti X4 həmin rəydə texniki səhvə yol verildiyini, narkotik vasitə heroinin ümumi çəkisinin 1.913,865 qram deyil, 1.962,465 qram, tədqiqatdan sonrakı qalığının 1.913,515 qram deyil, 1.962,115 qram olduğunu bildirmişdir (iş vərəqi 142-144). İş materiallarında olan «Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 17 iyun tarixli 1933 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunub məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 145-146). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin 2021-ci il 06 oktyabr tarixli 13495-2132 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik maddələri əldə etdiyi mənbəni və sonuncunun əlaqələrini müəyyən etmək mümkün olmamışdır (iş vərəqi 147). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 2021-ci il 13 oktyabr tarixli 1/1847 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün xəstəxanaya müraciət etməmişdir (iş vərəqi 153). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 2006-cı il iyun 29-da Bakı şəhərinin Suraxanı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2006-cı il 29 dekabr tarixli qərarı ilə cəzası 11 ay 09 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, 2007-ci il iyunun 16-da Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci il 08 may tarixli amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur (iş vərəqi 155-161). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 12 oktyabr tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında, habelə eyni tarixli cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması haqqında və 2021-ci il 13 oktyabr tarixli təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan etmək haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 234.4.3.-cü və 240.3.2.-ci maddələrinə tövsif edilib sonuncuya göstərilən maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, onun barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 240.2.1.-ci maddələri ilə cinayət təqibinə xitam verilmiş, maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkarlanmaqla götürülmüş narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin, tramadol həblərinin, heroin məhlulunun tədqiqatdan sonrakı müvafiq qaydada 1.962,115 qram, 238,913 qram, 37 ədəd və 1 ml heroin məhlulu qalıqları saxlanmasından ötrü idarənin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə olunmuş, sonuncunun qeyd edilən maddələri əldə etdiyi mənbənin müəyyən olunması üçün cinayət işindən ayrıca cinayət işi ayrılmışdır (iş vərəqi 162-173, 175-176 və 178-179). Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 240.3.2.-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 240.3.2.-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik aludəçisi olsa da heç vaxt həmin maddələrin satışını həyata keçirməməsi, tutularkən üzərində beş qram narkotik vasitə heroin, iki ədəd insulin iynəsi və bir ədəd tərəzi olması, ittiham edildiyi digər predmetlərin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi nəticəsində istintaqdakı ifadələrini təsdiq edərək imzalaması, tərəzini öz şəxsi istifadəsindən ötrü əldə etdiyi narkotik vasitə heroini çəkmək üçün alması barədə dediklərinə tənqidi yanaşıb hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və başqa mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini təzyiq altında verməsi barədə ifadəsinə qiymət verməklə hesab edir ki, bu, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və həmin şəxsin öz maraqlarına əsaslanaraq bəraət hökmünün çıxarılmasına nail olmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə eedilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Qanununun güclü təsir edən maddələr və onların külli miqdarının siyahısında tramadol hidroxloridin külli miqdar (qramlarla) daxil olmaqla aşağı həddi 6 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı ilkin izahatları, şübhəli və təqsirləndirilən şəxslər qismindəki, şahidin ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmamış uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilib götürülən narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin, tramadol həblərinin və heroin məhlulunun tədqiqatdan sonrakı müvafiq qaydada 1.913,515 qram, 238,913 qram, 37 ədəd və 1 ml qalıqları məhv edilməli, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 65 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 60 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il aprelin 26-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 10 (on) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 240.3.2.-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 12 (on iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il aprelin 26-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə 65 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilib götürülən narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin, tramadol həblərinin və heroin məhlulunun tədqiqatdan sonrakı müvafiq qaydada 1.962,115 qram, 238,913 qram, 37 ədəd və 1 ml qalıqları məhv edilsin, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar