Məhkəmə qərarları › İş №1(101)-289/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-289/2020

06.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-289/2020 06.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 7 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2020-ci il Bakı şəhərində xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda pasport qeydiyyatında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir şəffaf sellofanın içərisində beş ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi xalis çəkisi 2,460 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroini əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı xx xxxxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Salut” düşərgəsinin yaxınlığında saxlanılaraq, Sabunçu RPİ-nin 14-cü PB-nə aparılmış və üstünə keçirilən baxış zamanı onun əynində olan göy rəngli cins şalvarın sol cibindən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofanın içərisində beş ədəd bükümdə müvafiq olaraq bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə 0,147 qram, dörd ədəd sellofan bükümdə -0,480 qram, 0,474 qram, 0,950 qram və 0,409 qram olan külli miqdarda ümumi xalis çəkisi 2,460 qram olan narkotik vasitə-kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülərək sənədləşdirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda deyil, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 il olar ki, narkotik vasitə heroin istifadə edir. xx xxxxxxxx 2019-cu il tarixdə səhər saatlarında Nizami rayonu, 8-ci km adlanan yerdə olarkən üzdən tanıdığı lakin adını bilmədiyi bir nəfər qadından 80 (səksən) manata şəxsi istifadəsi məqsədi ilə 4 ədəd sellofana bükülmüş, 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş ümumilikdə 5 büküm narkotik vasitə heroin alıb əynində olan göy rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. Bundan sonra həmin bükümlərin birindən bir qədər götürüb istifadə etdikdən sonra bükümləri cibində saxlamışdır. xx.xx.2019-cu il tarixdə saat 18:50 radələrində tanışı Ziya adlı şəxslə Bilgəh qəsəbəsində görüşüb Bilgəh qəsəbəsində “Salut” qəsəbəsi istiqamətinə gedərkən saat təxminən 19 radələrində onlara iki nəfər polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib 14-cü PB-nə dəvət etmişdirlər. Polis bölməsində otaqların birində video çəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı o əynində olan göy rəngli cins şalvarın sol yan cibindən üzərində olan narkotik vasitəni təqdim etmişdir. Sorğu zamanı həmin narkotik vasitəni xx.xx.2019-cu il tarixdə 8-ci km adlanan bazarda üzdən tanıdığı bir nəfər qadından 80 (səksən) manata şəxsi istifadə məqsədi ilə alıb, bükümlərdən birindən bir qismini istifadə edib qalanını isə üzərində saxladığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə heroin aşkar edilərək götürülməsi barədə protokol tərtib edilmiş, həmin bükümlər qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə birlikdə protokolun düzgünlüyünü imzalarla təsdiq etmişdirlər. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni 8-ci km adlanan bazarda üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi qadından beş bükümü 80 (səksən) manata almışdır. Həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Sadəcə narkotik vasitə aldığı qadından 80 manatlıq istəmiş, o isə 5 ayrı ayrı bükümlər olduğunu bildirmişdir. Həmin bükümləri almaqda məqsədi gündəlik alüdəçisi olduğu üçün birdəfəlik almışdır ki, bir neçə gün istifadə etsin. Hazırda qeyd etdiklərini eynilə ibtidai istintaq zamanı verdiyi ifadəsində də bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PB-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan « Kənan » və « Ziya » adlı şəxslərin narkotik maddələrin qanunsuz olaraq üstündə saxlaması, daşıması, qəbul etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sabunçu RPİ-nin 14-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və ondan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Onlar birlikdə saat 19 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsinə getmişlər və “Salut” düşərgəsi adlanan yerin yaxınlığında şifahi məlumata əsasən məlum olmuş şəxslərə yaxınlaşaraq, özlərini təqdim etmişlər və həmin şəxslərin şəxsiyyətini soruşduqda, onlardan biri özünü Təqsirləndirilən şəxs, digəri isə X7 olmasını bildirmələrinə görə onları şübhəli şəxs qismində Sabunçu rayon polis idarəsinin 14-cü PB-nə dəvət etmişdirlər. 14-cü PB-də xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən şəffaf sellofanın içərisində 4 ədəd sellofana bükülmüş, 1 ədəd siqaretin gümüşü rəngli kağızında ümumi 5 ədəd bükümlər aşkar olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş 5 ədəd bükümün içərisində olan narkotik vasitə heroindir, onu xx.xx.2019-cu il tarixdə səhər saatlarında 8-ci km adlanan bazarda tanımadığı bir nəfər qadından 80 (səksən) manata almışdır. Aşkar olunmuş bükümlər qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, işktrakçılar tərəfində ucadan oxunmuş və imzalarla təstiq edilmişdir. Bundan sonra saxlanılmış digər şəxs X3 üzərinə baxış keçirilmiş, onun üzərində heç bir qeyri qanuni əşya və predmet aşkar olunmamışdır. Bu barədədə protokol tərtib olunmuş və iştirakçılar tərəfində imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul edir. Narkotik vasitəni tanımadığı şəxslərdən alaraq istifadə edir. xx xxxxxxxx 2019-cu il tarixdə saat təxminən 18 radələrində Bilgəh qəsəbəsində qonşuluqda yaşayan Təqsirləndirilən şəxsla görüşmüş, Kənanla birlikdə Bilgəh qəsəbəsində yerləşən “Salut” düşərgəsi yaxınlığında olarkən saat təxminən 19 radələrində polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onu və Kənanı Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində onun üzərinə baxış keçirilmiş, üzərindən heç bir qeyri qanuni əşya və ya maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. Daha sonra xəbər tutmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman ondan narkotik vasitə heroin aşkar edilmişdir.(vər.48-50) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşuluqdan uşaqlıq vaxtlarından tanıyır. 2015-ci ildə xəbər tutmuşdur ki, Kənan narkotik vasitə istifadə etdiyi üçün həbs olunub. Kənan 2018-ci ilin fevral ayında azadlığa çıxmışdır. O,qonşular arasında müsbət xarakterizə olunur.Təqsirləndirilən şəxs x xxxxxxxx 2019-cu il tarixdə təkrar narkotik vasitə istifadə etdiyi üçün tutulduğunu eşitmişdir.Kənanın narkotik vasitənin satışı ilə məşğul olduğunu eşitməmişdir.(vər.99-101) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur.Kənan 2015-ci ildən narkotik vasitə istifadə edir,ona görə əvvəllər məhkum edilmişdir. xx xxxxxx 2018-ci ildə azadlığa çıxmışdır.Lakin xx xxxxxxxx 2019-cu il tarixdə oğlunun təkrar narkotik vasitə istifadə etdiyi üçün tutulduğunu bilmişdir. Kənanın azadlığa çıxdıqdan sonra narkotik vasitəni istifadə etməsi və satışı ilə məşğul olması barədə məlumatı olmamışdır.(vər.102-104) Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 22768 saylı rəyindən görünür ki,tədqiqata təqdim olunmuş bir ədəd zərfdə, içərisində beş büküm, ayrı ayrılıqda təmiz çəkisi 0,480 qram, 0,474 qram, 0,950 qram, 0,409 qram və 0,147 qram (ümumi təmiz çəkisi 2,460 qram) olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkəmə kimyəvi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 22911 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd zərfdəki 5 (beş) ədəd bükümlərdə olan heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 2571 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 05 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2018-ci il tarixdə isə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İstintaq orqanı yalnız aşkar olunmuş narkotik vasitənin külli miqdar təşkil etməsini əsas götürərək, heç bir mötəbər sübuta əsaslanmadan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüş, eyni zamanda məhkəmə istintaqı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən bir dənə də olsun belə, mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 raportundan görünür ki, Təqsirləndirilən şəxs barəsində məhz narkotik maddələrin qanunsuz olaraq satışı deyil üstündə saxlaması, daşıması və qəbul etməsi barədə məlumat daxil olmuşdur. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində də qeyd olunur ki, «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə belə nəticəyə gələrkən həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsini də nəzərə alır. Həmin qanunun tələblərinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Qeyd edilən tövsiyələrə və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin miqdar əlaməti, onun narkotik vasitəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, onların hazırlanması və bölüşdürülməsi üçün avadanlığın olması isə ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, digər müvafiq mötəbər sübutların mövcud olmadığı şəraitdə, göstərilən halda Təqsirləndirilən şəxs üzərindən 2,460 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar olunması ilə bağlı xüsusatlar, Təqsirləndirilən şəxs ağır cinayət əməli törətməkdə, yəni məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də, məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin yalnız qeyd edilən ölçülərdə olmaqla külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış məqsədi ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan 2,460 qram heroini satış məqsədi ilə əldə edib, üstündə saxlayaraq daşıması sübuta yetmədi. Ona görə Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsini rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Maddi sübutlar- 01 ədəd DVD disk cinayət işində saxlanılmalı, Bakı şəhəri Sabunçu rayon polis idarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 2,310 qram olan narkotik vasitə heroin müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Ekspertiza xərcləri 158 manat 40 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar-01 ədəd DVD disk cinayət işində saxlanılsın, Bakı şəhəri Sabunçu rayon polis idarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 2,310 qram olan narkotik vasitə heroin müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza xərcləri 158 manat 40 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar