Məhkəmə qərarları › İş №1(101)-289/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-289/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-289/2022 26.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 13 avqust 1978-cİ ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, Nizami küçəsi, 19 C, məhəllə 6 ünvanında qeydiyyatda olan, ünvan 1vdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcrİdxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşıyaraq üzərində saxlamış və təkrarən narkotik vasitə satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 5,285 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 7,988 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə daşımış, həmin narkotik vasitə heroinin 0,677 qramını, siqaretin gümüşü kağızına bükülmüş 02 ədəd bükümdə müvafiq olaraq çəkiləri 0,450 qram və 0,227 qram olan hissəsini 11 iyul 2021 -ci il tarixdə, saat 09:30 radələrində ünvan 2 ünvanında yerləşən 149 saylı tam orta məktəbin yaxınlığında 15 manat müqabilində X6 qanunsuz olaraq satmış, həmin tarixdə təkrarən, günorta saatlarında həmin narkotik vasitə heroinin 0,882 qramını, müvafiq olaraq çəkiləri 0,376 qram və 0,506 qram olan hissəsini 01 ədəd şəffaf sellofan bükümündə və 01 ədəd ağ rəngli kağız kəsiyi bükümündə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məcidov küçəsində yerləşən yaşadığı evdə qardaşı X12 qanunsuz olaraq pay verməklə satmış, yerdə qalan ümumi təmiz çəkisi 3,726 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 7,988 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məcidov küçəsində yerləşən fərdi evdə gizlədərək saxlamış, Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 12 iyul 2021 -ci il tarixdə yaşadığı evin yaxınlığında saxlanılmış və həmin tarixdə saat 21:20-də Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən öz razılığı ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məcidov küçəsində yerləşən fərdi evə video çəkiliş vasitəsi ilə baxış keçirilən zaman həmin evin yataq otağında olan paltar dolabındakı paltarların arasındakı qara rəngli əl çantasının içərisində olan şəffaf rəngli sellofan paketdə içərisində narkotik vasitə heroin izləri olan 04 ədəd 1 ml-lik boş şpris və içərisində narkotik vasitə heroin izləri olan 01 ədəd baş hissəsi sınmış vəziyyətdə olan şüşə ampula, 01 ədəd “Kinder” oyuncaq yumurtasının sarı rəngli plastik qabının içərisində olan şəffaf sellofana bükülmüş 3,465 qram çəkidə, digər 01 ədəd “Kinder” oyuncaq yumurtasının sarı rəngli plastik qabının içərisində olan qırmızı rəngli kağıza bükülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkilən 0,159 qram və 0,102 qram olan tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ümumi təmiz çəkisi 3,726 qram təşkil edən, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin plastik qabın içərisində olan qırmızı rəngli kağıza bükülmüş 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,953 qram, 0,061 qram, 0,067 qram, 0,051 qram, 01 ədəd ağ sellofan paketdəki 01 ədəd kibrit qutusunda 6,856 qram olan tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ümumi təmiz çəkisi 7,988 qram təşkil edən, yəni külli miqdarda kustar hazırlanmış psixotrop maddə metamfetamin, ağ rəngli kağız kəsiyinə bükülmüş tərkibində asetaminofen maddəsi olan 01 ədəd həb aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, O, narkotik vasitəni qardaşı Rahib Quliyevə pay vermişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Onun heç bir günahı yoxdur və ona verilmiş ittiham əsassızdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, tutulmamışdan əvvəl təxminən 3 ay olardı ki narkotik vasitə olan heroin istifadə etmişdir. Öz istifadəsi üçün narkotik vasitələri müxtəlif yerlərdən alıb istifadə etmişdir. Sonuncu dəfə 10.07.2021-ci il tarixində, günorta saatlarında Binə qəsəbəsində yerləşən 149 nömrəli tam orta məktəbin yaxınlığında Rasim adlı şəxsdən 50 manat müqabilində satmaq üçün 2 büküm heroin və 35 manata 1 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin almış və yaşadığı evdə şkafda gizlətmişdir. Aldığı narkotik vasitə və psixotrop maddələri hissələrə bölərək satmaq üçün ayrı-ayrı bükümlərə bükmüşdür. 11 iyul 2021-ci il tarixdə, səhər saat 09:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 149 nömrəli tam orta məktəbin yaxınlığında siqaretin gümüşü kağızına bükülümüş 2 büküm narkotik vasitə heroini 15 manat müqabilində Binə qəsəbə sakini kimi tanıdığı Əsədullayev Həsən adlı şəxsə satmışdır. Bundan başqa 11 iyul 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məcidov küçəsində yerləşən yaşadığı evdə 2 büküm narkotik vasitə heroini qardaşı X12 pay olaraq vermişdir. 12.07.2021-ci il tarixdə, saat 19:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məcidov küçəsində yerləşən yaşadığı evin qarşısında olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını deyib onu yaxınlıqda olan 3-cü PB-nə gətirərək təhvil vermişlər. PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə Xəzər RPİ-nin 3-cü PB-nin təhqiqatçısı polis əməkdaşlarının, hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş müdafiəçi Namiq Mustafayevin iştirakı ilə xidməti otaqların birində video çəkilişlə üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı ona üzəridə hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində heç bir qanunsuz maddə və ya əşya olmadığını, lakin narkotik vasitələri yaşadığı evdə saxladığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilsədə üzərindən qanunsuz heç bir əşya aşkar olunmamışdır. Sonra onun razılığı ilə polis əməkdaşları və vəkilin iştirakı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdə şkafın içərisindən paltarların arasından bir ədəd içərisində 4 ədəd 2 qramlıq insulin şpirsləri, 1 ədəd başı kəsik ampula, 1 ədəd alışqan, bir ədəd qara saplı kiçik ölçülü qayçı, bir ədəd kibrit qutusunun içərisindən kristal şəkilli maddə, iki ədəd sarı rəngli «Kinder» qabı, həmin «Kinder» qabların birinin içərisinə baxış zamanı 1 ədəd selofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddə, digər sarı rəngli «Kinder» qabına baxış zamanı onun içərisindən 4 ədəd qırmızı rəngli kağıza bükülmüş ağ rəngli kristal şəkilli maddə və 2 ədəd qırmızı rəngli kağıza bükülmüş qəhvəyi rəngli maddə, kağız kəsiyinə bükülmüş 01 ədəd həb, 1 ədəd 20 manatlıq, 5 ədəd 5 manatlıq, 59 ədəd 1 manatlıq pul əskinazları olan qara çanta aşkar edilmişdir. Aşkar edilmiş narkotik maddələri 10.07.2021-ci il tarixdə günorta saatlarında Binə qəsəbəsində yerləşən 149 saylı tam-orta məktəbin qarşısında 50 manata heroini və 35 manat nəğd pula isə «şüşə» deyilən psixotrop maddə metamfetami Günəşli qəsəbəsində yaşayan Rasim adlı şəxsdən satmaq üçün almışdır. Ondan aşkar edilmiş narkotik maddələr və əşyalar polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan əlavə qeyd etmişdir ki, keçirilən bütün proseslər video çəkilişlə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 iyul 2021-ci il tarixdə Xəzər RPİ-nin 3- cü PB-nin təhqiqatçısı tərəfindən Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş X7 bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən 149 saylı tam orta məktəbin yaxınlığında «Rahib» adlı şəxsin qardaşı «Sərraf» adlı şəxsdən almışdır. Təhqiqatçı «Rahib» və «Sərraf» adlı şəxslərin müəyyən edilməsi ilə bağlı əməliyyat tapşırığı vermişdir. Araşdırma zamanı məlum olmuşdur ki, «Rahib» adlı şəxs 19 may 1970-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 1vdə yaşayan X17, «Sərraf» adlı şəxs isə 13 avqust 1978-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olan, ünvan 1vdə yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra o digər polis əməkdaşı Şahid1la birlikdə X10 və Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və həmin şəxsləri ifşa etmək məqsədi ilə 12 iyul 2021-ci il tarixdə, saat 18:10-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məcidov küçəsində yerləşən yaşadığı evin yaxınlığına yollanmışdır. Orada müşahidələr aparmağa başlamışlar və X13 qeyd olunan yerdə saat 18:20 radələrində müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək Xəzər RPİ-nin əməkdaşları olduqlarını bildirib onu Xəzər Rayon Polis İdarəsinin 3-cü PB-nə dəvət etmişlər. Rahib də heç bir etiraz etməyib onlarla birlikdə Polis Bölməsinə getmişdir. Polis X2 üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla bölmə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 3-ci PB-nin təhqiqatçısına həvalə edilmiş və X17 təhqiqatçıya təqdim olunmuşdur. X3 hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Rahib Quliyevi şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı Namiq X5, dəvət olunmuş müdafiəçi Fərman Cəfərovun və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə X12 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra X17 əynində olan boz rəngli idman şalvarının sağ cibindən 01 ədəd şəffaf sellofana və 01 ədəd ağ rəngli kağız kəsiyinə bükülümüş 02 ədəd bükümü təqdim edərək narkotik vasitə heroin olduğunu və 11 iyul 2021-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Məcidov küçəsində yerləşən evdə qardaşı Təqsirləndirilən şəxs Rahib oğlunun ona özü istifadə etmək üçün verdiyini bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. X10 üzərinə şəxsi axtarış keçirilsə də onun üzərindən qanunsuz digər əşya və predmet aşkar olunmamışdır. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və X10 üzərindən aşkar olunmuş 02 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və həmin şəxsi İfşa etmək məqsədi ilə 12 iyul 2021-ci il tarixdə, saat 19:35 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məcidov küçəsində yerləşən yaşadığı evin yaxınlığına yollanmışlar. Orada müşahidələr aparmağa başlamışlar və Təqsirləndirilən şəxs qeyd olunan yerdə saat 19:40 radələrində müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək Xəzər RPİ-nin əməkdaşları olduqlarını bildirib onu Xəzər Rayon Polis İdarəsinin 3-cü PB-nə dəvət etmişlər. Sərraf da heç bir etiraz etməyib onlarla birlikdə Polis Bölməsinə getmişdir. Polis Bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla bölmə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 3-ci PB-nin təhqiqatçısı Namiq Binnətova həvalə edilmiş və X17 təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra X14 Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçi Namiq Mustafayevin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunsuz heç bir əşya və predmet, eləcə də narkotik vasitə və psixotrop maddə olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də onun üzərində qanunsuz heç bir əşya və predmet, eləcə də narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və tərəflərindən imzalanmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məcidov küçəsində yerləşən yaşadığı evdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxladığını və həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məcidov küçəsində yerləşən yaşadığı fərdi evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizəsi alındıqdan sonra onun öz iştirakı ilə yaşadığı qeyd olunan ünvana yollanmışlar. X14 12 iyul 2021-ci il tarixdə, saat 20:50-də Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçi Namiq Mustafayevin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə həmin ünvana baxış keçirməyə başlamışdır. Baxış keçirilməzdən əvvəl X14 şübhəli şəxs Təqsirləndirilən şəxs sözügedən evdə olması ehtimal olunan narkotik vasitələri və psixotrop maddələri, eləcə də saxlanması qanunla müəyyən edilmiş əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin yataq otağında olan paltar dolabmdakı paltarların arasındakı qara rəngli əl çantasını təqdim etmişdir. Həmin çantanın içərisində olan şəffaf rəngli sellofan paketdən 04 ədəd 1 ml-lik boş şpris, 01 ədəd baş hissəsi sınmış vəziyyətdə olan şüşə ampula, 01 ədəd alışqan, 01 ədəd qayçı, 01 ədəd “Kinder” oyuncaq yumurtasının sarı rəngli plastik qabının içərisində olan şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər maddə, digər 01 ədəd “Kinder" oyuncaq yumurtasının sarı rəngli plastik qabının içərisində olan qırmızı rəngli kağıza bükülmüş 04 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və həmin qabda qırmızı rəngli kağıza bükülmüş 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, həmin çantanın içərisində olan ağ sellofan paketdəki 01 ədəd kibrit qutusunda psixotrop maddə metamfetaminə bənzər kütlə, ağ rəngli kağız kəsiyinə bükülmüş 01 ədəd həb, 01 ədəd 20 manatlıq, 5 ədəd 5 manatlıq, 59 ədəd 1 manatlıq əskinaz aşkar olunaraq götürülmüşdür. Evin digər otaqlarına baxış keçirilsə də əhəmiyyət kəsb edən hər hansı bir əşya, preldmet və maddə aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan aşkar olunmuş əşyaların özünə məxsus olduğunu, aşkar edilmiş maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, 10.07.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 149 saylı tam-orta məktəbin qarşısında 50 əlli manata qeyd olunan herotnİ və 35 manata qeyd olunan psixotrop maddə metamfetamini Günəşli qəsəbəsində yaşayan «Rasim» adlı şəxsdən satmaq üçün aldığını bildirmişdir. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və X10 yaşadığı evdən aşkar olunmuş əşya və maddələr zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Cinayət işinin 164-cü vərəqində olan “evə baxış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 1 ədəd diskə 20 sentyabr 2021-ci il tarixli baxış protokolunda bildirilir ki, Təqsirləndirilən şəxs Rahib oğlunun, 8 saylı Vəkil Bürosunun vəkili Namiq Mustafayevin, Xəzər RPİ-nin 3-cü PB-nin sahə rəisi, polis mayoru Şahid2, Xəzər RPİ-nin 3-cü PB-nin sahə inspektoru, polis leytenantı Cavidan Allahverdiyevin, Xəzər RPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 iştirakları ilə Xəzər RPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı Namiq Bİnnətov tərəfindən Təqsirləndirilən şəxs Rahib oğlunun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məcidov küçəsində yerləşən fərdi evə video çəkiliş vasitəsi ilə baxış keçirilən zaman həmin evin yataq otağında olan paltar doləbındakı paltarların arasındakı qara rəngli əl çantasının içərisində olan şəffaf rəngli sellofan paketdə 04 ədəd 1 ml-lik boş şpris və 01 ədəd baş hissəsi sınmış vəziyyətdə olan şüşə ampula, 01 ədəd alışqan, 01 ədəd qayçı, 01 ədəd “Kinder” oyuncaq yumurtasının sarı rəngli plastik qabının içərisində olan şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə, digər 01 ədəd “Kinder” oyuncaq yumurtasının sarı rəngli plastik qabının içərisində olan qırmızı rəngli kağıza bükülmüş 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, həmin plastik qabın içərisində olan 04 ədəd bükümdə, 01 ədəd ağ sellofan paketdəki 01 ədəd kibrit qutusunda psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Qeyd olunanlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan X14 tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin zərflər üçün 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Video çəkiliş Xəzər RPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən aparılmışdır. Video görüntü 08 dəqiqə 58 saniyə davam etmişdir. İş üzrə maddi subut olan diskə məhkəmə iclasında baxış keçirilmişdir. Diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 56-62-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 13 iyul 2021-ci il tarixli, 6/2810 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində «X1...» və s, yazılar olan paketdəki (№1) 01 ədəd bükümdə təmiz çəkisi 0,450 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. üzərində «X9 götürülmüş...» və s. yazılar olan paketdəki (№2) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkilən 0,376 qram; 0,506 qram; ümumi təmiz çəkiləri 0,882 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. üzərində «İştirakçılar: R.Rəcəbov, S.Səlimov...» və s. yazılar olan paketdəki (№3) 01 ədəd bükümdə təmiz çəkisi 0,227 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. üzərində «Saxlanılan Təqsirləndirilən şəxs...» və s. yazılar olan paketdəki (№4) 01 ədəd sarı rəngli plastik qabda 01 ədəd bükümdə təmiz çəkisi 3,465 qram; digər sarı rəngli plastik qabda 01 ədəd bükümdə təmiz çəkiləri 0,159 qram; 0,102 qram; ümumi təmiz çəkiləri 3,726 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 04 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,953 qram; 0,061 qram; 0,067 qram; 0,051 qram, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,856 qram; ümumi təmiz çəkiləri 7,988 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd açıq qəhvəyi rəngli dərman tabletinin tərkibində asetaminofen maddəsi müəyyən edildi. 01 ədəd plastik qabda 04 ədəd istiafdə olunmuş 1 ml-lik boş şpris və 01 ədəd boş hissəsi sınmış ampul qırığının daxilində narkotik vasitə - heroinin izləri müəyyən edildi. Həmin predmetlərdə heroin iz formada olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatların aparılması mümkün olmadı. Azərbaycan Respublikasının 2005-ci il 28 İyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir, Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 176-177-ci vərəqlərndə olan məhkəmə-narkoloji ekspertizasının 06 avqust 2021-ci il tarixli, 2717 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan qərardan görünür ki, iş üzrə əldə olunmuş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 3,726 qram qram (3,465 qram+0,159 qram+0,102 qram) çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 7,988 qram (0,953 qram+0,061 qram+0,067 qram+0,051 qram+6,856 qram) çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd asetaminofen həbi, 04 ədəd istifadə olunmuş 1 ml-İik boş şpris və 01 ədəd boş baş hissəsi sınmış ampul qırığı, 01 ədəd alışqan, 01 ədəd kiçik ölçülü qayçı, 01 ədəd qara çanta maddi sübut kimi tanınaraq hazırki çəkisi 3,636 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, hazırki çəkisi 7,888 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 0,5 hissə asetaminofen həbi, 04 ədəd istifadə olunmuş 1 ml-lik boş şpris və 01 ədəd boş baş hissəsi sınmış ampul qırığı, 01 ədəd alışqan, 01 ədəd kiçik ölçülü qayçı, 01 ədəd qara çanta maddi sübut qismində tanınaraq məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır.İş üzrə əldə olunmuş Təqsirləndirilən şəxs Ramız oğlunun yaşadığı evə baxış və götürmə zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 17-18 və 117-123-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi rayon xalq məhkəməsinin 05.06.1995-ci il tarixli hökmü ilə CM-nin 143cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası təxirə salınmışdır. Bakı şəhər Nəsimi rayon xalq məhkəməsinin 07.05.1996-cı il tarixli hökmü ilə CM-nin 143-cü maddəsinin 2-ci hissəsi, 39-cu maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01.08.1998-ci ildə AR Milli Məclisinin 12.05.1998-ci il tarixli qərarına əsasən azad edilib. Bundan başqa Bakı şəhər Xəzər rayon məhkəməsinin 24.05.2018-ci il tarixli hökmü ilə CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün islah işləri cəzasına məhkum edilmiş, 07.11.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə CM-nin 178.1-ci maddəsi ilə 05 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11.03.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluqları ödənildiyindən CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 12 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 06 avqust 2021-ci il tarixli, 2717 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Bakı şəhəri Xəzər RPİ- nin maddi sübutların saxlanılması otağına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,636 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, hazırki çəkisi 7,888 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 0,5 hissə asetaminofen həbi, 04 ədəd istifadə olunmuş 1 ml-lik boş şpris və 01 ədəd boş baş hissəsi sınmış ampul qırığı, 01 ədəd alışqan, 01 ədəd kiçik ölçülü qayçı, 01 ədəd qara çanta məhv edilməli və məhv etmə «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. 1ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 12 iyul 2021ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş edilmiş 109,90(yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Bakı şəhəri Xəzər RPİ- nin maddi sübutların saxlanılması otağına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,636 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, hazırki çəkisi 7,888 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 0,5 hissə asetaminofen həbi, 04 ədəd istifadə olunmuş 1 ml-lik boş şpris və 01 ədəd boş baş hissəsi sınmış ampul qırığı, 01 ədəd alışqan, 01 ədəd kiçik ölçülü qayçı, 01 ədəd qara çanta məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar