Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-289/2023 24.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxxxx 1992-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Yevlax rayonu, Yevlax şəhəri, M.Sübhi küçəsi, mənzil 32-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, döngə 3, ev 3-də yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri seçimlmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün əsas verən kifayət qədər sübutlar məcmusu olduğundan təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədilə külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 5,717 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində Buzovna-Mərdəkan yoluna daşımış, 13 may 2022-ci il tarixdə gecə saat 04:30 radələrində Xəzər RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində Buzovna-Mərdəkan yolunda saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nin inzibati binasına aparılmış və həmin gün saat 06:40 radələrində Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərində videoçəkiliş ilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəfaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,717 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 may 2022-ci il tarixdə təxminən gecə saat 01 radələrində Sabirin iranlı tanışından patı almaq məqsədilə taksi sifariş verərək ikisi birlikdə Buzovna-Mərdəkan yolunda yerləşən zibil qabının yerləşdiyi yol kənarında taksini saxlayıb Sabir maşından düşərək həmin yerə narkotiki götürməyə getmiş, o isə maşında qalmışdır. Bir azdan sonra Sabir qayıdıb maşina oturaraq narkotikləri tapa bilmədiyini ona demişdir. Taksi ilə oradan uzaqlaşmaq istədikləri zaman maşının qarşısını PPX-nn maşını kəsmiş, maşından 2 nəfər PPX əməkdaşı düşərək onlara yaxınlaşıb gecə vaxtı burada nə etdiklərini soruşmuşlar. Sabir onlara bildirmişdir ki, yolu səhv salaraq bura gəlmişlər. Bu cavab polisləri qane etməmiş və onlar Sabirlə onu öz maşınlarına mindirərək bölməyə aparacaqlarını, onlardan narkotiklə bağlı şübhələndiklərini bildirmişlər. Taksi sürücüsünə isə onların ardınca bölməyə getməyi demişlər. Maşında polislər onun və Sabirin telefonlarını yoxlamış, onun telefonunda şübhəli bir şey aşkar etməmiş, lakin Sabirin telefonunda sonuncunun iranlı ilə narkotiklərlə bağlı yazışmanı və iranlının zakladka etdiyi yerin konumunu görüb dərhal geri qayıdaraq həmin konuma əsasən bir büküm heroin və bir büküm patı aşkar etmişlər. Onlar könüllü etiraf etmişlər ki, heroinlə patı bükümləri onlara məxsusdur, iranlıdan karta pul köçürməklə əldə etmişlər. Bölmədə onun cibinə patı bükümü, Sabirin cibinə isə heroin bükümünü qoyaraq üzərlərinə baxış keçirib həmin bükümlərin guya onların üzərindən aşkar olunduğunu rəsmiləşdirmişlər. Tərtib olunmuş protokolu o, heç bir təzyiq göstərmədən könüllü imzalamışdır. Sadəcə təhqiqatçı onu aldadaraq demişdir ki, qol çəkdikdən sonra onu sərbəst buraxacaqdır. Qeyd etmək istəyir ki, o, patı istifadəçisidir, tutulmamışdan bir neçə ay əvvəl istifadə etməyə başlamış, Sabirlə eyni məhəllədə yaşamış, onun heroin istifadəçisi olmasını bilirdi, o da onun patı istifadəçisi olmasını bilmişdir. Bu səbəbdən Sabir iranlıya özü üçün heroin sifariş verdikdə onun üçün də patı, yəni metamfetamin sifariş vermişdir. Sabirlə iranlının bu məsələ ilə bağlı yazışmaları tutulduqları gündən bir gün əvvəl baş vermişdir. İranlının bildirdiyi bank kartına isə pulu şərikli ödəmişlər. O, 150 manat, Sabir isə 200 manat olmaqla ümumilikdə 350 manat pul göndərmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, 13 may 2022-ci il tarixdə təxminən gecə saat 01 radələrində Sabirlə birlikdə Rəsulzadə qəsəbəsində olarkən Sabir sosial şəbəkədə təsadüfən tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Emin adlı şəxslə vatsap vasitəsilə danışmış və ondan özü üçün narkotik vasitə istəmişdir. O da deyəcəyi hesab nömrəsinə pul köçürəcəyi təqdirdə ona narkotik vasitə heroin təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra həmin Emin adlı şəxslə o da danışmış və özü üçün də metamfetamin təşkil etməsini istəmişdir. Emin adlı şəxs ona bildirmişdir ki, deyəcəyi hesab nömrəsinə pul köçürsə, onun üçün metamfetamin təşkil edə bilər. Sabir kimi o da Emin adlı şəxslə razılaşmışdır. Bundan bir qədər sonra Rəsulzadə qəsəbəsində marketdə olan e-manat ödəniş terminalı vasitəsi ilə Eminin dediyi hesab nömrəsinə Daha sonra Sabir Eminlə yenidən əlaqə saxlamış və pulu onun dediyi hesab nömrəsinə keçirdiyini bildirmişdir. O da bildirmişdir ki, heroin və metamfetamini Buzovna- Mərdəkan yolunda yerləşən zibil qabının yaxınlığında yerə qoymuşlar. Təxminən gecə saat 03 radələrində Sabir öz telefonu ilə Bolt taksi sifariş vermiş və taksi gələrək onları həmin ünvana aparmışdır. Orada Eminin dediyi yerdə taksidən xahiş etmişlər ki, maşını saxlasın və o, maşını saxlamışdır. Onlar hər ikisi maşından düşmüş və həmin yerdə olan zibil qabının yanına tərəf getmişlər. Həmin yerdə o, sellofanın şəffaf rəngli bükümündə olan metamfetamini tapıb əynində olan şalvarın sağ cibinə qoymuş, Sabir də heroini tapıb götürərək əynində olan şalvarın cibinə qoymuşdur. Bu an onları polis maşınında olan polis əməkdaşları görmüşlər və onlar qorxduqları üçün tez onları gözləyən taksi maşınına tərəf qaçıb maşına minmiş, lakin polis əməkdaşları taksi maşınını saxlamışlar. Onlara yaxınlaşaraq özlərini təqdim etmiş və onlardan həmin yerdə nə etdiklərini soruşmuşlar. Onlar isə heç nə etmədiklərini bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları onlardan şübhələndiklərinə görə onu, Sabiri və taksi sürücüsünü Xəzər RPİ-nin 2-ci polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Belə olan halda onlar könüllü olaraq polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 2-ci polis şöbəsinin inzibati binasına gəlmişlər. Orada Sabir və o, polis əməkdaşlarına bildirmişlər ki, narkotik vasitələrin aludəçisidirlər. O, həmin yerdən psixotrop maddə, Sabir isə narkotik vasitə götürmüşlər və üzərilərindədir. Əlavə olaraq bildirmişdir ki, o, psixotrop maddəni, Sabir isə narkotik vasitəni şəxsi istifadə məqsədilə əldə etmişlər. Həmin maddələrin çox olmasının səbəbi satış məqsədi olmamış, sadəcə onlar hər ikisi istifadə üçün mal əldə etməyə çətinlik çəkmiş, ona görə də pulları çatan qədər almışlar ki, özlərində saxlasınlar və hər dəfə ağrıları olanda istifadə edə bilsinlər. Bildirmişdir ki, ona polis şöbəsində heç kim fiziki və ya psixi güc tətbiq etməmiş, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Həmçinin bildirmişdir ki, nə onun, nə də Sabirin heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaq barədə niyyəti və ya bununla bağlı aralarında hər hansı bir razılaşma olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda qeyd etmişdir ki, taksi sürücüsünün onların həmin yerə hansı məqsədlə getməsi barədə heç bir məlumatı olmamış, Emin adlı şəxslə Sabir təsadüfən internetdə tanış olmuş, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etsə də, əslində iranlı olmamış, ləhcəsindən Bakı kəndlərindən olduğu açıq-aşkar bilinmişdir. Onunla cəmi iki dəfə telefonla danışmış, şəxsiyyəti və yaşadığı ünvan barədə heç bir məlumatı olmamışdır. Lakin hal-hazırda verdiyi ifadəsi həqiqidir və bu ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, lakin 13 may 2022-ci il tarixdə saat təxminən 04:30 radələrində Xəzər RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid4 ilə birlikdə 6351 çağırışlı avtopatrulla Buzovna-Mərdəkan şossesində xidməti ərazilərində asayişə nəzarət etdikləri zaman 2 nəfər şəxsin yolun kənarında dayandıqlarını, həmin şəxslərin onları gördükdə qaçaraq yolun kənarında dayanmış “Toyota Avensis” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilin arxa oturacağına əyləşdiklərini görmüşlər. Taksi maşını hərəkətə başlamaq istədikdə onlar həmin maşina yaxınlaşaraq maşını saxlamış, maşında olan şəxslərə maşından çıxmalarını, özlərini təqdim etmələrini demişlər. Sürücü bildirmişdir ki, o, «Bolt» taksi şirkətinin sürücüsüdür, maşina əyləşmiş şəxsləri tanımır, onları müştəri kimi bildirdikləri yerə aparmalı idi. Maşından enən digər iki nəfərdən biri isə məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs, digəri isə Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, guya günün bu vaxtında hansısa dostunun xəstə olan atasına baş çəkməyə gedirlər. Şamo ilə Sabirə təklif etmişlər ki, gedəcəkləri ünvanı göstərsinlər, lakin onlar ünvanı da bildirmədikləri üçün artıq hər ikisindən şübhələnmişlər. Bu şəxslərin üzərində kəsici-deşici alətin olub-olmamasını əlləri ilə paltarların ciblərini yoxlamadan toxunmaqla yoxlamış, bundan sonra bu 2 şəxsi və taksi sürücüsünü Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Şahid1 onların xidməti maşını ilə, taksi sürücüsü isə idarə etdiyi maşınla onlarla birlikdə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə gəlmişlər. Bu şəxsləri növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra şöbənin təhqiqatçısı Fariz Məmmədov vəkilləri dəvət edərək Təqsirləndirilən şəxs və Şahid1 hüquq və vəzifələrini izah etmiş, onların üzərinə videoçəkiliş aparılmaqla ayrı-ayrılıqda baxış keçirmiş, baxışda o və həmkarı Şahid4 iştirak etmişlər. Xatırladığı qədər baxışda bu şəxslərin vəkilləri də iştirak etmişdir. Təqsirləndirilən şəxs gəldikdə xatırlayır ki, o, narkotik vasitə istifadəçisi olduğunu, eyni zamanda üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitəni və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş maddəni çıxarıb təqdim etmişdir. Həmin bükümdə nə olduğunu dəqiq xatırlamır. Lakin baxış protokolunun məzmunu və müstəntiqə verdiyi ifadələri tam təsdiq edir. Yadında qalan odur ki, Təqsirləndirilən şəxs üzərində narkotik olmuşdur. Lakin narkotikin heroin və yaxud psixotrop maddə metamfetamin olmasını artıq xatırlamır. Belə ki, həmin vaxtdan bu günədək 5-6 ay keçmişdir. Həmçinin o, polis nəfəri olmaqla PPXnin əməkdaşıdır. Narkotik vasitələrin zahiri görkəmi ilə hansı növ olmasını dəqiq bilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm təhqiqatçı Fariz Məmmədov tərəfindən 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, həmin zərf baxışın bütün iştirakçıları tərəfindən imzalanmış, bundan sonra protokol tərtib olunub iştirakçılara ucadan oxunmuş, heç kəsdən şikayət və təklif daxil olmadığı üçün protokol imzalanmışdır. Xatırladığı qədər digər şəxs olan Şahid1 da üzərindən narkotik çıxdığı üçün cinayət məsuliyyətinə cəlb edilmiş, lakin sürücünün əməlində hər hansı bir cinayət müəyyən edilmədiyi üçün sonuncu təhqiqatçı tərəfindən buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, lakin 13 may 2022-ci il tarixdə saat təxminən 04:30 radələrində Xəzər RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə 6351 çağırışlı avtopatrulla Buzovna-Mərdəkan şossesində xidməti ərazilərində asayişə nəzarət etdikləri zaman 2 nəfər şəxsin yolun kənarında dayandıqlarını, həmin şəxslərin onları gördükdə qaçaraq yolun kənarında dayanmış “Toyota Avensis” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilin arxa oturacağına əyləşdiklərini görmüşlər. Taksi maşını hərəkətə başlamaq istədikdə onlar həmin maşina yaxınlaşaraq maşını saxlamış, maşında olan şəxslərə maşından çıxmalarını, özlərini təqdim etmələrini demişlər. Sürücü bildirmişdir ki, o, «Bolt» taksi şirkətinin sürücüsüdür, maşina əyləşmiş şəxslər isə sərnişinlərdir, o, həmin sərnişinləri tanımır. Maşından enən digər iki nəfərdən biri isə məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs, digəri isə Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, gecə vaxtı hansısa dostunun xəstə olan atasına baş çəkməyə gedirmiş, lakin gedəcəkləri ünvanı nə Şamo, nə də ki, yanındakı şəxs bildirə bilməmişlər. Bu səbəbdən o və Şahid3 hər ikisindən şübhələnərək onları Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə aparmaq qərarına gəlmişlər. Təqsirləndirilən şəxs və Şahid1 onların xidməti maşını ilə, taksi sürücüsü isə idarə etdiyi maşınla onlarla birlikdə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə gəlmişlər. Bu şəxsləri növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra şöbənin təhqiqatçısı Fariz Məmmədov vəkilləri dəvət edərək Təqsirləndirilən şəxs və Şahid1 hüquq və vəzifələrini izah etmiş, onların üzərinə videoçəkiliş aparılmaqla ayrı-ayrılıqda baxış keçirmiş, baxışda o və həmkarı Şahid4 iştirak etmişlər. Xatırladığı qədər baxışda bu şəxslərin vəkilləri də iştirak etmişdir. Təqsirləndirilən şəxs gəldikdə xatırlayır ki, o, narkotik vasitə istifadəçisi olduğunu, eyni zamanda üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitəni və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş maddəni çıxarıb təqdim etmişdir. Həmin bükümdə nə olduğunu dəqiq xatırlamır. Lakin baxış protokolunun məzmunu və müstəntiqə verdiyi ifadələri tam təsdiq edir. Yadında qalan odur ki, Təqsirləndirilən şəxs üzərində narkotik olmuşdur. Lakin narkotikin heroin və yaxud psixotrop maddə metamfetamin olmasını artıq xatırlamır. Belə ki, həmin vaxtdan bu günədək bir neçə ay keçmiş, həmçinin o, polis nəfəri olmaqla PPX-nin əməkdaşıdır və narkotik vasitələrin növlərinin zahiri görkəmini dəqiq bilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm təhqiqatçı Fariz Məmmədov tərəfindən 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, həmin zərf baxışın bütün iştirakçıları tərəfindən imzalanmış, bundan sonra protokol tərtib olunub iştirakçılara ucadan oxunmuş, heç kəsdən şikayət və təklif daxil olmadığı üçün protokol imzalanmışdır. Xatırladığı qədər digər şəxs olan Şahid1 da üzərindən narkotik çıxdığı üçün cinayət məsuliyyətinə cəlb edilmiş, lakin sürücünün əməlində hər hansı bir cinayət müəyyən edilmədiyi üçün sonuncu təhqiqatçı tərəfindən buraxılmışdır. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımamışdır. Belə ki, o, ** PK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə etməklə “Bolt” taksi xidmətində taksi kimi fəaliyyət göstərir. 13 may 2022-ci il tarixdə gecə vaxtı ona şirkətdən gələn sifarişə əsasən Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsindən iki nəfər sərnişin götürmək üçün həmin ünvana yollanmışdır. Bakı şəhəri Xəzər rayonu Buzovna-Mərdəkan yolunda iki nəfər şəxs ona yaxınlaşaraq sifariş verən şəxslər olduqlarını bildirərək ondan onları gözləməsini, 2 dəqiqəyə qayıdacaqlarını demişlər. O, da həmin yerdə onları gözləmişdir. Çox keçməmiş həmin şəxslər gəlib maşına əyləşmişlər. O, avtomobili hərəkətə gətirmiş və bu zaman Post-patrul avtomobili ona işarə etməklə avtomobili saxlamağını tələb etmişdir. O, da avtomobili saxlamışdır. İki nəfər polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etmiş və ondan və sərnişinlərdən maşından çıxaraq sənədlərini təqdim etmələrini xahiş etmişlər. O, özünü taksi sürücüsü olduğunu, digər iki şəxsin isə sifarişlə sərnişin olduqlarını bildirmişdir. Sorğu-sual zamanı avtomobildə olan iki nəfər şəxs gecə vaxtı həmin ərazidə olmalarını izah edə bilmədikləri üçün və özlərini şübhəli apardıqlarına görə onlar hamısı Xəzər RPİ-nin 2-ci PŞ-nə getmişlər. Polis şöbəsində olduqları zaman avtomobilinə sərnişin qismində əyləşmiş həmin iki nəfər şəxs etiraf edib üzərlərində narkotik vasitə olduğunu, onun taksi sürücüsü olmaqla onlarla heç bir əlaqəsinin olmadığını bildirmişlər. Bundan sonra onu polisdən izahatı alındıqdan sonra buraxmışlar, digər iki nəfəri isə orada saxlamışlar. Qeyd etmək istəyir ki, hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs həmin şəxslərdən biridir. Şamo yox, onunla olan digər şəxs onun gediş haqqını ödəmiş, ona görə bu şəxslərdən heç bir tələbi yoxdur. Şamo və digər sərnişinin üzərlərində narkotik vasitə olması barədə onun heç bir məlumatı olmamış, o, sadəcə işi ilə əlaqədar sifarişi yerinə yetirmişdir. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin dövriyyəsi ilə bağlı Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə məhkum edilmiş, hal-hazırda 17 saylı CÇM-də cəza çəkir. Təqsirləndirilən şəxs tanıyır, onunla Rəsulzadə qəsəbəsində bir ünvanda yaşamışlar. O, narkotik vasitə olan heroindən çəkmək yolu ilə istifadə edir. Təqsirləndirilən şəxs isə «patı» deyilən metamfetamindən istifadə edir. Tutulmamışdan bir gün əvvəl səhər tanışı Emin adlı şəxslə narkotikin əldə edilməsi məqsədilə telefondakı Watsap proqramı vasitəsi ilə yazışmış, bu zaman Şamo ona yaxınlaşaraq nə etməsi ilə maraqlanmış, o, özünə heroin sifariş verdiyini bildirdikdə o da özü üçün «patı» sifariş verməsini xahiş etmişdir. O da Emindən heroinlə yanaşı «patı»da sifariş vermişdir. Heroinə görə o, 200 manat, patıya görə isə Şamo 150 manat pul Eminin bank kartına köçürməli idilər. Qeyd etmək istəyir ki, Emin İİR-sı vətəndaşıdır, onunla sosial şəbəkə vasitəsi ilə tanış olmuş, lakin üzünü heç vaxt görməmişdir. Şamo ona 150 manat verdikdən sonra özündə olan 200 manatla birlikdə Eminin bildirdiyi karta pulu köçürmüş və bundan sonra Emin heroinlə metamfetamini gizlətdiyi Buzovna-Mərdəkan yolunda yerləşən zibil qabının yerinin şəklini göndərmişdir. 13 may 2022-ci il tarixdə təxminən gecə saat 03 radələrində Şamo ilə birlikdə taksi ilə həmin əraziyə gedib Eminin «Zakladka» etdiyi yerdən həmin əşyaları 5-6 dəqiqə ərzində axtarıb taparaq həmin əşyaları götürüb taksiyə əyləşən zaman PPX-nin əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə aparmışlar. Polis əməkdaşları onlara qarşı heç bir fiziki zor tətbiq etməmiş, üzərlərinə hər hansı qanunsuz əşya qoymamışlar. Qeyd etmək istəyir ki, zibil qabının yanından tapdıqları heroini o, metamfetamini isə Şamo ciblərinə qoymuşlar. Polis Şöbəsində onlar təhqiqatçıya narkoman olduqlarını və üzərlərində qanunsuz əşyaların olmasını etiraf etmişlər. Şamo və o, polis əməkdaşlarına bildirmişlər ki, narkotik vasitələrin aludəçisidirlər. Polis şöbəsində təhqiqatçı tərəfindən onlara müdafiəçilər təqdim edilmiş və ayrı-ayrılıqda üzərlərinə baxış keçirilmişdir. Onun üzərinə videoçəkilişlə baxış keçirildikdə 8 qrama yaxın heroin aşkar edilmişdir. Bildiyi qədər Şamonun ödədiyi 150 manata görə Emin təxminən 5 qram patı göndərməli idi. Onun narkotik vasitə satmaq niyyəti olmamış, bildiyi qədər də Şamo da patı istifadəçisidir, satanı deyildir. X12 tanımamış, Eminlə heç bir əlaqəsi olmamışdır. Emini o tanımış və narkotikləri Eminə o sifariş vermişdir. Həmçinin taksi sürücüsünün onların həmin yerə hansı məqsədlə getməsi barədə heç bir məlumatı olmamışdır. Bundan sonra müdafiəçisinin verdiyi suallara cavab olaraq Şahid1 bildirmişdir ki, zibil qutusunun yanında narkotikləri Şamo ilə birlikdə axtardıqları zaman onları PPX-nin əməkdaşları saxlamış, orada nə etdikləri ilə maraqlandıqda səmimi olaraq həmin yerdə zibil qutusunun yanında onlar üçün narkotik qoyulmalı, həmin narkotiki axtarsalar da tapa bilməmişlər. Polis əməkdaşları ona sorğu-sual etdikdə telefonunda «zakladka» olan yerin fotoşəklini göstərmiş, həmin şəklə əsasən bu maddələri polis əməkdaşları özləri tapmış və narkotik və psixotrop maddə ilə birlikdə onları polis şöbəsinə gətirib heroini ona, metamfetamini isə Şamoya vermişlər. Bundan sonra onun üzərinə videoçəkilişlə baxış keçirilmiş və o, pulunu ödədiyi heroini polisə təqdim etmişdir. İbtidai istintaq zamanı o, aşağıdakı kimi ifadə vermişdir: O, ünvan 3 ünvanda qeydiyyatda olmaqla ünvan 4 ünvanda yaşamış və əvvəllər məhkum olmamışdır. Bildirmişdir ki, narkotik vasitələrdən 4 ildən artıqdır ki, istifadə edir və narkotik vasitə heroini çəkmək yolu ilə istifadə edir. Təqsirləndirilən şəxs ilə bir məhəllədə yaşamış və 4-5 aydır ki, onu tanımışdır. Hər ikisi narkotik vasitələrin aludəçisi olmuşlar. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 13 may 2022-ci il tarixdə təxminən gecə saat 01 radələrində Şamo ilə birlikdə Rəsulzadə qəsəbəsində olarkən sosial şəbəkədə təsadüfən tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Emin adlı şəxslə vatsap vasitəsilə danışmış və ondan özü üçün narkotik vasitə istəmişdir. O da deyəcəyi hesab nömrəsinə pul köçürəcəyi təqdirdə ona narkotik vasitə heroin təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra həmin Emin adlı şəxslə Şamo da danışmış və onun üçün də metamfetamin təşkil etməsini istəmişdir. O, Şamoya da bildirmişdir ki, deyəcəyi hesab nömrəsinə pul köçürsə, onun üçün metamfetamin təşkil edə bilər. Onun kimi Şamo da Emin adlı şəxslə razılaşmışdır. Bundan bir qədər sonra Rəsulzadə qəsəbəsində marketdə olan emanat ödəniş terminalı vasitəsi ilə Eminin dediyi hesab nömrəsinə o 200 manat, Şamo isə 150 manat olmaqla ümumilikdə 350 manat pul göndərmişlər. Daha sonra o, Eminlə yenidən əlaqə saxlamış və pulu onun dediyi hesab nömrəsinə keçirdiklərini bildirmişdir. O da bildirmişdir ki, heroin və metamfetamini Buzovna-Mərdəkan yolunda yerləşən zibil qabının yaxınlığında yerə qoymuşdur. Təxminən gecə saat 03 radələrində o, öz telefonu ilə Bolt taksi sifariş vermiş və taksi gələrək onları həmin ünvana aparmışdır. Orada Eminin dediyi yerdə taksidən xahiş etmişlər ki, maşını saxlasın və o, maşını saxlamışdır. Onlar hər ikisi maşından düşmüş və həmin yerdə olan zibil qabının yanına tərəf getmişlər. Həmin yerdə o, sellofanın şəffaf rəngli bükümündə olan narkotik vasitə heroini tapıb əynində olan şalvarın sağ cibinə qoymuşdur. Şamo da metamfetamini tapıb götürərək əynində olan şalvarın cibinə qoymuşdur. Bu an onları polis maşınında olan polis əməkdaşları görmüşlər və onlar qorxduqları üçün tez onları gözləyən taksi maşınına tərəf qaçıb maşına minmişlər, lakin polis əməkdaşları taksi maşınını saxlamışlar. Onlar yaxınlaşaraq özlərini təqdim etmiş, onlardan həmin yerdə nə etdiklərini soruşmuş, onlar isə heç nə etmədiklərini bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları onlardan şübhələndiklərinə görə onu, Şamonu və taksi sürücüsünü Xəzər RPİ-nin 2-ci polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Belə olan halda onlar könüllü olaraq polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 2-ci polis şöbəsinin inzibati binasına gəlmişlər. Orada Şamo və o, polis əməkdaşlarına bildirmişlər ki, narkotik vasitələrin aludəçisidirlər. O, həmin yerdən narkotik vasitə, Şamo isə psixotrop maddə götürmüşlər və üzərilərindədir. Əlavə olaraq bildirmişdir ki, o, narkotik vasitəni, Şamo isə psixotrop maddəni şəxsi istifadə məqsədilə əldə etmişlər. Həmin maddələrin çox olmasının səbəbi satış məqsədi olmamış, sadəcə onlar hər ikisi istifadə üçün mal əldə etməyə çətinlik çəkmiş, ona görə də pulları çatan qədər almışlar ki, özlərində saxlasınlar və hər dəfə ağrıları olanda istifadə edə bilsinlər. Bildirmişdir ki, ona polis şöbəsində heç kim fiziki və ya psixi güc tətbiq etməmiş, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Həmçinin bildirmişdir ki, nə onun, nə də Şamonun heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaq barədə niyyəti və ya bununla bağlı aralarında hər hansı bir razılaşma olmamışdır. Şahid1 ifadəsinin sonunda qeyd etmişdir ki, taksi sürücüsünün onların həmin yerə hansı məqsədlə getməsi barədə heç bir məlumatı olmamış, Emin adlı şəxslə o təsadüfən internetdə tanış olmuş, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etsə də, əslində iranlı olmamış, ləhcəsindən Bakı kəndlərindən olduğu açıq-aşkar bilinmişdir. Onunla cəmi iki dəfə telefonla danışmış, bir dəfə də 20 Yanvar metrosunun yaxınlığında görüşmüş, İran nömrəsi işlətsə də azərbaycanlı olduğunu dəqiq bilmiş, şəxsiyyəti və yaşadığı ünvan barədə heç bir məlumatı olmamışdır. Həmin ifadəsini müstəntqə heç bir təzyiq və zor olmadan vermişdir. Həmçinin Şahid1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair xx.xx.2022-ci il tarixli hökmündən və məhkəmə iclas protokolundan müəyyən olunur ki, Şahid1 barəsidə baxılan iş üzrə məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, sosial şəbəkələrdə tanış olduğu Emin adlı İİR-sı vətəndaşının bildirdiyi bank kartına özünə məxsus 200 manatı və Təqsirləndirilən şəxs məxsus 150 manatı, ümumilikdə 350 manatı köçürdükdən sonra xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində özünün sifariş verdiyi taksi ilə Eminin bildirdiyi Buzovna-Mərdəkan yolunda yerləşən zibil qabının yaxınlığına gedərkən orada maşından düşüb zibil qabının yanına gedərək sellofan bükümdə olan narkotik vasitəsi heroini tapıb əynində olan şalvarın sağ cibinə qoymuş, Şamo isə metamfetamini tapıb şalvarının cibinə qoymuşdur. Həmin vaxt onları polis maşınında olan polis əməkdaşları görmüş və onlar qorxduqları üçün qaçıb taksi maşınına minmiş, lakin polis əməkdaşları taksini saxlamışlar. Polis əməkdaşları onlardan şübhələndiklərinə görə onu, Şamonu və taksi sürücüsünü Xəzər RPİ-nin 2-ci PŞ-nə aparmışlar. Orada Şamo və o polis əməkdaşlarına bildirmişlər ki, nakotik vasitələrin aludəçisidirlər, həmin yerdən o, heroin, Şamo isə metamfetamin götürmüş və həmin vasitələr onların üzərindədir. Həmin vasitələri şəxsi istifadə məqsədilə əldə etmişlər, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Şahid1 ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, Şahid1 ifadəsi ilə qismən razıdır, belə ki, hadisə yerində o maşında qalmış, Sabir isə maşından düşüb yolun kənarındaki zibil qutusunun yanında olmalı metamfetamin və heroin bükümlərini axtarsada tapa bilməmiş, polis maşınının gəldiyini gördükdə isə təcili gəlib maşına əyləşmiş, lakin polis əməkdaşları onları saxlamış, Sabirin telefonunda zibil qutusunun yanına atılmış bükümlərin fotoşəkillərini görərək özləri həmin ərazini axtararaq hər iki bükümü tapmışlar və bükümlərin birini onun, digərini isə Sabirin cibinə qoymuşlar. Bununla belə bu bükümlər onlara aiddir. Şahid1 və Təqsirləndirilən şəxs verdikləri ifadələri ilə əlaqədar əlavə ifadə vermiş polis əməkdaşları Şahid3 və Şahid4 göstərmişlər ki, xx.xx.2022-ci il tarixdə 5 radələrində xidməti maşında ərazidə xidmət apararkən Buzovna-Mərdəkan şossesində hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs Şahid1la birgə qaçaraq yolun kənarında dayanmış taksiyə əyləşmələrini görmüşlər.Taksi hərəkətə başladıqdan sonra həmin taksini saxlamış və Şamo ilə Sabirdən gecə vaxtı bu ərazidə nə etdiklərini, polis maşınını gördükdə qaçıb taksiyə minmələrinin səbəbini soruşmuşlar.Onlarda guya hansısa tanışlarının yanına gəlmələrini dedikdə bu şəxsləri və taksi sürücüsünü avtomobili ilə birlikdə Xəzər RPİ-nin 2 PŞ-nə aparıb təqdim etmişlər. Bu şəxslərin telefonlarına baxmamış, hadisə yerində narkotik vasitə və psixotrop maddə axtarmamış və tapmamışlar, həmin əşyalar şöbədə təhqiqatçı tərəfindən üzərlərinə baxış zamanı müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və eyni əmələ görə məhkum olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələrini həqiqətə uyğun olan ifadələr kimi qiymətləndirir, hal-hazırkı məhkəmə iclasında verdiyi ifadələrə isə tənqidi yanaşır. Belə ki, şahid qismində dindirilmiş, PPX-nin əməkdaşları Şahid4 və Şahid3 Təqsirləndirilən şəxs və Şahid1 üzərlərindən heroin və metamfetaminin yalnız polis şöbəsində təhqiqatçı tərəfindən keçirilmiş şəxsi axtarış zamanı aşkar olunduğunu göstərmiş, həmçinin ibtidai istintaq zamanı və məhkəmədə şahid qismində dindirilmiş taksi sürücüsü Şahid2 Şamil oğluda polis əməkdaşlarının verdikləri ifadələrə uyğun ifadə vermiş,hadisə yerində həm Təqsirləndirilən şəxs, həm də Şahid1 maşından endiklərini, yolun kənarındakı zibil qabının yaxınlğında olduqlarını az müddətdən sonra hər ikisinin gəlib maşına əyləşmələrini, o avtomobili hərəkətə gətirdikdən sonra Post Patrul avtomobili ona işarə etməklə avtomobili saxladığını, iki nəfər polis əməkdaşlarının onlara yaxınlaşraq onu və Təqsirləndirilən şəxs və Şahid1 sorğu-sual etdikdən sonra onlar üçünüdə polis şöbəsinə dəvət etdiklərini göstərmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Xəzər RPİ-nin 2-ci PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, polis nəfərləri çavuş Mustafayev.E və çavuş Səlimov.S Xəzər rayonu Buzovna qəsəbəsində, 63/51 çağırışlı avtopatrulla xidmət apararkən saat 04:30-da Buzovna-Mərdəkan yolunda hərəkətdə olan zaman 2 nəfər şəxsin post patrul avtomobilini görən zaman yolun kənarında hərəkətsiz vəziyyətdə dayanan “Tayota Avensis” markalı avtomobilin arxa oturacağına əyləşdiyini görmüş, avtomobildə olan şəxsləri Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirərək, “Tayota Avensis” markalı avtomobilin sürücüsünün Şahid2 Şamil oğlu, digər 2 nəfər şəxsin isə Təqsirləndirilən şəxs və Şahid1 olduğu müəyyən edilmişdir. PŞ-də olan zaman Şahid1 və Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduqlarını və üzərlərində narkotik vasitə olduğunu bildirmişlər. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış, baxış və götürmə aparılması barədə» 13 may 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış videoçəkliş aparılmaqla keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə olan “metamfetamin” olduğunu, həmin bükülünü tanışı Sabirin sosial şəbəkədə tanış olduğu, özünü İran vətəndaşı kimi təqdim edən, adını Emin kimi bildiyi şəxsin “whatsapp” vasitəsi ilə Sabirə dediyi ünvandan, yəni Buzovna qəsəbəsi, Mərdəkan-Buzovna yolunun kənarında yerləşən zibil qabının yanından götürdüyünü bildirmiş, həmin psixotrop maddəyə görə isə Emin adlı şəxsə tanışı Sabirlə birlikdə “eManat” ödəmə terminalı vasitəsi ilə tanışı onun verdiyi hesab nömrəsinə 350 manat pul göndərdiklərini qeyd etmişdir. Bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 206.3.2, 243.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 may 2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 13 may 2022-ci il tarixli, 6/2770 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 193” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən....” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,717qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3730 saylı rəyindən müıyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixatriya Xətsxanası” X11 6031 saylı, xx.xx.2022ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən həmin xəstəxanada müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış 2 nömrəli X3 1/151 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs son 10 ildə həmin həmin xəstəxanaya stasionar müalicə üçün müraciət etməyib. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin rəisinə ünvanlanan 057-354-222 saylı, xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddə metamfetaminin mənbəyini, İİR-si vətəndaşı kimi təqdim etyidi «Emin» adlı şəxsin yerini və şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, hazırkı cinayət işindən Şahid1 barəsində ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,617 qram olan psixotrop maddə metamfetaminin saxlanması üçün Bakı şəhəri Xəzər RPİ-nə təhvil verilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs psixotrop maddəni şəxsi istifadə məqsədilə əldə etməsi və satış məqsədi olmamasına dair ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə müdafiəçisinin iştirakı və videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallər müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 13 may 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Xəzər RPİ-nə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,617 qram olan psixotrop maddə metamfetaminin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6, məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «KREDO» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi X6 üçün isə 180 AZN (yüz səksən manat) pul 8 saylı Vəkil Bürosunun, müdafəçi Müdafiəçi1 üçün isə 240 AZN (iki yüz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər RPİ-nə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,617 qram olan psixotrop maddə metamfetaminin məhv edilsin, cinayət işinin materiallparına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin mateiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X5 180 (yüz səksən) manat pul Bakı şəhəri 8 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi1 üçün 240 AZN (iki yüz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-289/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-289/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver