Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-289/2024 26.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X1, X4 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, ədliyyə müşaviri X5, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1988-ci il tarixdə Naxçıvan MR, Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində 4 nəfər azyaşlı uşaqları olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Göyçay rayonu, Çaykənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli Sovxoz, Tanrıverdiyev küçəsi, nömrəsiz fərdi evdə yaşamış, 10 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 dekabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum tarixdə və naməlum mənbədən satış məqəsdi ilə ümumi təmiz çəkisi külli miqdar təşkil edən 19,726 qram narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,945 qram olan psixotrop maddə metamfetamini əldə edib, onlardan 0,618 qram narkotik vasitə heroini və 0,945 qram psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımış, 19,108 qram narkotik vasitə heroini isə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli Sovxoz, Tanrıverdiyev küçəsi, nömrəsiz fərdi evdə saxlamış, Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 10 dekabr 2022-ci il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli Sovxoz, Tanrıverdiyev küçəsində saxlanılaraq Sabunçu RPİnin 15-ci PB-nə aparılmış, bölmədə onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən üç ədəd bükümdə, ayrıayrılıqda çəkiləri 0,319 qram, 0,317 qram və 0,309 qram olmaqla üymumi təmiz çəkisi 0,945 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və iki ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,274 qram və 0,344 qram olmaqla ümumi təmiz çəkisi 0,618 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əməliyyat tədbirlərinin davamı olaraq isə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli Sovxoz, Tanrıverdiyev küçəsində yerləşən fərdi evə baxış keçirilərkən yataq otağındakı ağ rəngli taxta konstruksiyalı dolabın içərisindən bir ədəd sellofanda 01 ədəd bükümdə təmiz çəkisi külli miqdar təşkil edən 19,108 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdar təşkil etməyən, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması və daşıması, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 10 dekabr 2022-ci il tarixdə, saat 12 radələrində Pirşağı qəsəbəsində, 2 nömrəli sovxozda yerləşən evdə yatarkən 13 nəfər evə daxil olmuş, yuxudan oyanıb BNMİ-nin əməliyyatçısı, uzaqdan-uzağa ona qohumluğu çatan Şahid3 «telefonları yığın» dediyini eşitmişdir. Şahid3 evə daxil olan kimi dolabın üstündə olan ona məxsus avtomobilin açarını götürmüşdür. Ondan nə baş verdiyini soruşduqda, sonuncu ona paltarını geyməyi demişdir. Şirəli yanındakı saqqalı oğlana «bunun əlinə qandal vur» dedikdən sonra onun qolları qandallanmış və onu mətbəxə aparmışlar. Şirəli evdə nəsə olduğunu soruşduqda o, evdə heç nə olmadığını bildirmişdir. Evi axtarmağa başlamışlar və həmin vaxt Şirəli «WhatsApp» vasitəsilə kiməsə zəng edib, rəis deyə müraciət edərək Vüqarı götürdüklərini bildirmişdir. Həmin vaxt atası və həyat yoldaşı evdə olmuşlar. Polis əməkdaşları onu evdən birbaşa Qara Qarayevdə yerləşən «Ruslan» marketin yanına gətirmiş, Şahid3 WhatsApp vasitəsilə bir qadına zəng edib «o biri kurtkamın içindəkini götür, aşağı göndər» demişdir. Bundan sonra Şahid3 əlində selofan bağlama ilə avtomobilə gəlib bağlamanı göstərərək «bu sənindir, artıq söhbət olmasın» demişdir. Avtomobilin qapısı həmin vaxt açıq formada olmuş, yan tərəfində əyləşən şəxs isə düşüb marketə su almağa getmişdir. Əli qandalla bağlı formada avtomobildən düşüb qaçmış, qaçan zaman sükan arxasında olan «Ruslan» marketdən Dərnəgül istiqamətinə gedən yolda olan körpünün yanında ona çatmış, ona qarşı fənd işlətmə nəticəsində o, yıxılmışdır. Yıxıldığı zaman 62 nömrəli avtobus oradan keçmiş, o, avtobusun qarşısında yıxılmış, avtobusun içindən 3 oğlan düşüb müdaxilə etmiş, «onu niyə döyürsünüz?» deyə suallar vermişlər. Onlara «məni bunların əlindən alın» deməklə xahiş etmişdir. Həmin vaxt yanındakı oğlan vəsiqəsini həmin şəxslərə tədim edib, onu oğurluğa görə götürdüklərini bildirmişdir. Oğlan ona işarə etmiş, daha sonra o, yenidən oradan qaçıb körpünün yanında olan dəmirlərdən tullanaraq özünü aşağı atmışdır. Daha sonra polis əməkdaşları həmin yerdə ona çatmış, orada o, Şirəlinin telefonla danışdığı qadını təhqir etdiyi üçün onu bərk döymüşlər. Şirəli ora çatıb onu vurmamağı bildirmişdir. Bundan sonra oradan onu 15-ci PB-nə aparmışlar. PB-nə gəldikdən sonra Şirəli çevrilib arxadan onu şillə ilə vurmuş, ona «sən özünkünü söyürsən?» demişdir. O, Şirəliyə «mənimki mənə narkotik yükləməz» cavabını vermişdir. PB-də olan zaman Şirəli ona evdəkiləri və həyat yoldaşını da ora gətirəcəyini bildirmişdir. Şirəli ona «sənə patı yükləməyim, çünki bizim rəis patıya pis baxır, kakosu götür» demiş, istifadə etdiyini öyrəndikdən sonra isə «kakos»u istifadəçi kimi qəbul etməyi təklif etmişdir. O, Şirəliyə 4 oğlum olduğunu demiş, «sən bunu mənə qarşı necə edə bilərsən?» sualını ona vermişdir. Bundan sonra Şirəli 10 min pulu olub-olmadığını soruşduqda, o, 10 qəpiyinin də olmadığını bildirmişdir. Onun saxlanılması rəisin göstərişi olduğunu deyib onu PB-dən yaşadığı evə gətirmiş, onları qaynı qarşılamışdır. Qaynı evdə körpə uşaqlar olduğunu bildirib, uşaqların görməməsi üçün onun qolundan qandalı açmağı xahiş etmişdir. Şirəli onun qaynına «səni də bu dəqiqə qandallayacam» demişdir. Evdə qaynından başqa özünün atası və baldızı da olmuşdur. Həmin vaxt o, atasını çağırmış, atasına «Şirəli əlindəki malı aparıb evə qoymaq isdiyir» deməklə məlumat vermişdir. Şirəli ilk öncə evdəkiləri evdən çıxarmış, paketləri onun otağımda dolaba yerləşdirmişdir. Polislərin yanında vəkil də olmuş, o, vəkilə onu döydüklərini bildirmişdir. Şirəli vəkildən taksi ilə gəldiyini soruşmuş, sonuncu taksi ilə gəldiyini təsdiq etmişdir. Şirəli vəkilə 15-ci PBdə 2 ədəd 5 manatlıq və 1 ədəd 10 manat pul əskinazı vermişdir. Şahid3 ona 1 şillə vurmuş, lakin yanındakı polis əməkdaşları onu çox döymüş, saçını kəlbətinlə çəkmişlər. 15-ci PB-nin əməkdaşı gəlib ona qara maskalılların komandiri işlədiyini demiş, amma onun kimi döyülən gömədiyini bildirmiş və ona «etiraf edəcəksənsə, indidən etiraf et» demişdir. Əli qandalla bağlı formada onu taxta ilə döymüş və bundan sonra məcburiyyət qarşısında qalıb etiraf etmsiş, saqqalı və sarışın oğlanın ona verdiyi 3 ədəd patı və yanında olan kakosun ona məxsus olduğunu boynuna almışdır. 4 dəfə videoçəkiliş aparılmış, yalnız biri düz kimi qəbul edilmişdir. Həm evdəki, həm də polis bölməsindəki videoçəkilişdə Şirəli ona nə demişsə, o da onları demişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, qətimkan tədbiri ilə bağlı məhkəməyə aparılarkən hakimə baş verənlərlə bağlı bildirmiş, hakimə döyülüb etiraf etdiyini bildirmişdir. Hakim isə müşavirəyə gedib gəlib 4 ay həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərarı elan etmişdir. Kürdəxanıya, yəni Bakı İstintaq Təcridxanasına daxil olarkən üzərində xəsarətlər olmuş, onlara əlini göstərmiş, qabırğası ilə bağlı xəsarəti bildirmişdir. O, qaçarkən Şirəli telefonla onu çəkdiyinə görə, həkimlərə qaçanda yıxıldığını demişdir. Çünki qaçanda birinci dəfə ağzı üstə yerə yıxılmış, ikinci dəfə isə dəmirdən ayaqüstü aşağı yerə düşmüşdür. Təcridxanada sonralar döyülməklə bağlı müraciət etmiş, lakin heç kim gəlib araşdırmamışdır. Narkoloji ekspertiza keçirilən zaman ondan istifadə edib-etmədiyi soruşulmış, o, nəşə və kakosdan istifadə etdiyini bildirmişdir. Üzərindən aşkar olunanlarla bağlı ona suallar verilməmişdir. Müstəntiqinə də döyülməsi ilə bağlı bildrmiş və özü ifadə verməmişdir. Müstəntiq yazılı ifadəsini ona təqdim edib, imzalamağı tapşırmış, o da oxumadan ifadəsini imzalamışdır. Sənədi imzalayanda onu nə gözlədiyini bilməmişdir. O, tutulmamışdan cəmi 6-7 ay əvvəl narkotik istifadə etməyə başlamış, lakin saxlananda üzərində və ya evdə narkotik olmamışdır. İstifadəçisi olduğuna görə ittiham elan olunan zaman ona görə qismən təqsirli olduğunu bildirmişdir. Aşkar olunub götürülən narkotik vasitə ona məxsus deyildir, lakin istifadəçisi olduğuna görə özümü təqsirli bilir. İtitham olunduğu narkotiklə onun heç bir əlaqəsi yoxdur. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırması mərhələsində verdiyi ifadələri elan edilməklə tədqiq editldi. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı tədqiq olunan şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi müvafiq olaraq 11 və 12 dekabr 2022-ci il və 04 aprel 2023-cü il tarixli ifadələrində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 10 dekabr 2022-ci il tarixdə, saat 13:30 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli Sovxoz, Tanrıverdiyev küçəsində yerləşən yaşadığı nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onu Sabunçu RPl-nin 15-ci PB-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu təqdirdə, onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 3 (üç) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetamini, 2 (iki) ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroini, həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** və ***-***-**-** simkart nömrələri olan “Samsung” markalı mobil telefonu, yaşadığı evin 1 (bir) ədəd açarını və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməməmişdir. Təqdim etdiyi heroin və metamfetamin kütlələri elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 1,1 (bir tam onda bir) qram, metamfetaminin çəkisi isə 1,6 (bir tam onda altı) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o və müdafiəçi tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqə bu barədə izah verildikdən sonra götürümüş, 1 (bir) ədəd açar isə ona geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran islam Respublikası vətəndaşı olan “Hüseyn” adlı şəxsin vasitəsi ilə 3 (üç) gün bundan əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə 170 (yüz yetmiş) manata alıb əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində, həmçinin göstərmişdir ki, üzərində aşkar olunanlardan başqa, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 Sovxoz, Tanrıverdiyev küçəsində yerləşən, yaşadığı evdə narkotik maddə olduğunu etiraf etmiş, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Üzərinə şəxsi axtarış aparıldıqdan sonra o, və müdafiəçi polis əməkdaşları ilə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli Sovxoz, Tanrıverdiyev küçəsində yerləşən nömrəsiz fərdi evə getmişdir. Arvadı Şahid2 evə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra evə baxış keçirilməsinə başlanılmışdır. Evə baxış zamanı o, yaşadığı evin yataq otağıdakı dolabın içərisindən 1 (bir) ədəd selofan torbada heroini təqdim etmişdir. Daha sonra evdə olan masanın üzərində həmin heroinə baxış keçirilmişdir. Aşkar olunmuş heroin elektron tərəzidə çəkilmiş və çəkisinin 22.7 (iyirmi iki tam onda yeddi) qram olduğu müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılmış üzəri o, arvadı, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Hüseyn” adlı şəxsin vasitəsi ilə 3 (üç) gün bundan əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək üçün 170 (yüz yetmiş) manata aldığını, ’’Hüseyn” adlı şəxsin mobil nömrəsi və kart hesabının nömrəsinin mobil telefonunda olduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən arvadı daxil heç kəsin xəbəri olmadığını,yaşadığı evə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir. Arvadı Şahid2 isə ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlədən xəbərinin olmadığını, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini onun narkotik vasitələrdən istifadə etdiyindən xəbərsiz olmasını bildirmişdir. O, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (iş vərəqə: cild İ, səh.65-67, 79-81, 168-170 ). Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, baş vermiş hadisədən və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirinin keçirilməsindən uzun bir müddət keçdiyindən hadisəni və tədbiri detalları ilə yadında saxlaya bilməmiş, lakin bu barədə ibtilai istintaq zamanı ətraflı və obyektiv ifadə vermişdir. Təqribi yadındadır ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat İdarə rəhbərliyinə məruzə olunmuş, şəxsin əməlini ifşa etmək üçün rəhbərlik tərəfindən bizə göstəriş verilmiş, əməliyyat tədbirinin keçirilməsçi üçün qəbul edilmiş müvafiq qərar əsasında əməliyyat qrupu təşkil oluniuşdur. İdarənin digər əməkdaşı əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid1 əməliyyat qrupuna daxil edilmişdir. O, əməliyyat qrupu ilə birlikdə Sabunçu rayonu, Savxoz 2-də küçədə şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra baxılan iş üzrə Təqsirləndirilən şəxs inzibatı ərazi üzrə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə aparmışlar. O, Təqsirləndirilən şəxs əməliyyat keçirilən zaman tanımışdır. 15-ci X7 Əsgərovun üzərinə baxış keçirilən zaman, onun üzərindən heroin narkotik vasitəsinə oxşar maddə və psixotrop maddə metomfetamin aşkar olunmuşdur. Vüqar həmin narkotik vasitənin və psixotrop maddənin onun özünə məxsus olduğunu bildirmiş, hətta sorğu-sual ətrafında evində də narkotik saxladığını demişdir. Onlar, yəni əməliyyat qrupu, təhqiqatçı, Təqsirləndirilən şəxs özü, onun vəkili onun Sabunçu rayonu, Savxoz 2-də küçədə yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs evində, divanın altından bir bükümdə olan heroinə oxşar narkotik vasitəni çıxarıb təqdim etmiş, videoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə narkotik vasitənin özünə məxsus olduğunu, aşkar olunan narkotik vasitə və psixotrop maddəni Hüseyn adlı iranlıdan alıb əldə etdiyini bildirmişdir. Hər iki halda videoçəkilişdən istifadə olunmuş və aşkar olunan maddələr qablaşdırılıb götürülmüş və protokollaşdırılmışdır. Bu əməliyyat 15-ci Polis Bölməsində sənədləşdirilmiş, sənədləşməni Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı aparmışdır. Şahid3 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılıb Bölməyə aparılarkən onlara qarşı heç bir təzyiq göstərməmiş, nə də qaçmağa cəhd etməmişdir. Ailəsi üzvləri evdə olarkən təzyiq etmək istəsələr də, dövlətin, dövlət orqanının tədbiri olduğunu görüb sakitləşmişlər. Onlar Təqsirləndirilən şəxs saxladıqdan sonra onu Qara Qarayevdə yerləşən «Ruslan» marketin yanına aparmamışlar. Onlar Vüarı götürəndən sonra əməliyyat qrupu ilə birlikdə gətirib Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə təhvil vermişlər. Təqsirləndirilən şəxs bu barədə bildirdiklərinin hamısı yalan və uydurmadır. O, kifayət qədər təcrübəli əməliyyatçıdır və onun təcrübəsi Təqsirləndirilən şəxs dediyi qanuna zidd hərəkətlərə yol verə bilməz. Təqsirləndirilən şəxs üzərində nə olubsa, sənədləşmədə də olduğu kimi qeyd edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid3 ilə oxşar məzmunda ifadə verib, sonuncunun işin halları ilə bağlı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Təqsirləndirilən şəxs arvadı Şahid2 ifadəsində göstərdi ki, 10 dekabr 2022-ci il tarixdə, saat təxminən 12-nin yarısı mətbəxdə iş görərkən mətbəxin pəncərəsindən bir nəfərin qapıya tərəf gəldiyini görmüşdür. Həmin vaxt əri Vüqar yatmış, qaynatası isə öz otağında olmuşdur. Qaynatasına bir nəfərin gəlməsi barədə məlumat vermək istərkən, artıq həmin vaxt gələn şəxs qapını açıb içəri daxil olmuşdur. Həmin şəxs daxil olduqdan sonra ondan əlavə 7-8 nəfər də içəri daxil olmuş, ilk öncə evdəkilərin telefonlarını yığışdırdılar. Yalnız bundan sonra ilk gələn şəxs özünü təqdim edib, Şirəli olduğunu bildirmşdir. Vüqarı soruşmuş, yatdığını dedikdə, onu çağırmağı tələb etmişdir. Elə həmin vaxt otaqdan qaynatası çıxmış, Şirəliyə «xoş gəldin» demişdir. Gələnlər Vüqarın otağına girəndə qaynatası 102-yə zəng edəcəyini bildirmişdir. Bundan sonra qaynatasını otağa aparmış, ona da otağa girmək tapşırılmış, lakin uşaqlar ağladığından onları tək qoya bilməmişdir. Onlar otağa girib, Vüqara paltarlarını geyinməyə imkan vermədən onun əllərini bağlamışlar. Şirəlidən Vüqarı niyə tutduqlarını soruşmuş, sonuncu narahat olmamağı tapşırıb ifadəsini alıb geri gətirəcəklərini bildirmişdir. Evi axtarmış, töküb dağıtmış və saat 12:30-da Vüqarı da götürüb gedərkən telefonları da özləri ilə aparmışlar. Onlar getdikdən sonra 2 nəfər polis əməkdaşı onların həyətində qalmışdır. Təxminən 3-4 saat sonra Şirəligil Vüqarı qaytarmışlar. Lakin Vüqar getdiyi vəziyyətdə olmamış, halı özündə olmamışdır. Həmin şəxslərdən əlavə vəkil və videoçəkiliş aparan şəxs də onlara gəlmişdir. Daha sonra Şirəli əlində qələm və bir selofanı aparıb onların otağında yerləşən tumbaya qoymuş, sonra isə Vüqarı otağa çağırmışdır. Evdən güzgü və saatları götürdükdən sonra ondan başqa hamını həyətə çıxarmış, amma o, otaqda qalmışdır. Vüqar ona «nə desələr, hə denən» sözlərini deməyi tapşırmışdır. Vüqarın döyülməkdən ayaq üstə durmağa halı olmamışdır. Videoçəkiliş aparan zaman bir nəfər əlində nəsə oxuya-oxuya otağa keçmiş, tumbaya qoyduqlarını çıxarıb, gətirib stolun üzərinə qoymuşdur. Həmin oğlan Vüqardan tumbadan götürülən bağlamanın kimə məxsusluğunu soruşmuş, Vüqar «mənimdir» deməklə cavab vermişdir. Həmin şəxs bundan qabaq onların evinə kimlərinsə gəldiyini soruşmuş, və Vüqara başı ilə «yox» deməyi işarə etmiş və yalnız bundan sonra Vüqar gələn olmadığını bildirmişdir. Yazılan sənədi imzalamaq ona da təklif olunmuş və o, təqdim olunan sənədi imzalamışdır. Gedərkən onun da getməli olduğu bildirilmiş, odur ki, o və qardaşı başqa polis əməkdaşının avtomobili ilə polisə getmişlər. Polislər gedərkən həyətlərində darvazanın üzərində olan kameranı da qırıb yararsız hala salmışlar. Orada ona evə girməyə etirazı olmaması ilə bağlı ərizə yazdırmışlar. Bundan sonra Şirəli onlarla birlikdə onların evinə qayıtmış və həyətdə olan it balalarını götürüb özü ilə aparmışdır. Qaynatası sonra itlərinin aparılması ilə bağlı şikayət etmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, o, təhqiqatçıya polislərin evə baxış keçirilməsinə etirazı olmaması ilə bağlı ifadə vermiş, lakin hadisənin təfərrüatı ilə bağlı ifadə verdiyini yadında saxlamamışdır. Xatırladığı qədər ərizə yazıb vermiş, lakin ifadə verməmişdir. Şahid2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Şahid2 tədqiq olunan ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs, polis əməkdaşları və Vüqarın müdafiəçisi birlikdə onların yaşadığı evə gələrək evə baxış keçirələcəyini bildirmişlər. Bununla əlaqədar o, ərizə ilə müraciət edərək evə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Baxış və götürmə aparılmasından əvvəl həyat yoldaşı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi ona təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadıqları evin yataq otağındakı ağ rəngli taxta konstruksiyalı dolabdan bir ədəd sellofanda açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisinin 22,7 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin kütlə qablaşdırılmış və üzəri şübhəli səxs, müdafiəçi, onun özü və polislər tərəfindən imzalanmışdır. Sonra onların yaşadıqları evin digər hissələrinə baxiş keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Şahid2 tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanıdığı İran İslam Respublikası vətəndaşı olan "Hüseyn" adlı şəxsin vasitəsi itə üç gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək üçün 170 manata aldığını, "Hüseyn" adlı şəxsin mobil nömrəsi və kart hesabının nömrəsinin mobil telefonunda olduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını,bu əməlindən arvadı daxil heç kəsin xəbəri olmamasını, yaşadığı evə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir. Şahid2 tədqiq olunan ifadəsinin yekununda göstərmişdir ki, onun aşkar olunmuş kütlədən xəbəri olmamış, özü heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və əri Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyindən xəbərsiz olmuşdur(iş vərəqə: cild İ, səh. 116-117). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Şahid2 ifadəsinin davamında göstərdi ki, həyat yoldaşı Təqsirləndirilən şəxs evə gətirilən zaman onlar qapının qarşısında rastlaşmış və Vüqar ona “nə desələr, et” demiş, buna görə də o, yalnız baxışa etiraz etməməsinə dair 10 dekabr 2022-ci il tarixdə ərizəni yazıb imzalamış və vermişdır. O, 2023-cü ilin fevral ayında müstəntiqə və ya qeyrisinə ifadə verməmişdir. O, hazırda məhkəmədə elan olunan həmin ifadəni verməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti Sabunçu RPİ-nin 15-ci PB-də Təqsirləndirilən şəxs və onun müdafiəçisinin, polis əməkdaşlarının iştirakları ilə bölmənin təhqiqatçısı tərəfindən aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində saxlaması ehtimal olunan əşyaları təqdim etməsi təklif edilmiş, təklifdən sonra sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 03 (üç) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 02 (iki) ədəd bükümdə isə açəq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütləni, həmin şalvarın sol yan cibindən bir ədəd içərisində ***-***-**-** və 07-379-97-98 simkart olan “Samsung” markalı mobil telefonu, yaşadığı evin bir ədəd açarını və özünə məxsus şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymaqla polisə təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən təqsirləndirilən şəxsin üzərindən, təqdim olunanlardan başqa, qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Tədqiq olunan protokoldan daha sona görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə və metamfetaminə şübhəli kütlələr elektron tərəzidə çəkilmiş, heroinə şübhəli maddənin çəkisinin 1,1 (bir tam onda bir) qram, metamfetaminə şübhəli maddənin çəkisinin 1,6 (bir tam onda aitı) qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri şübhəli şəxs, müdafiəçi və təhqqiatçı tərəfindən imzalanmışdır. Həmçinin təqdim olunan bir ədəd "Samsung" markalı mobil telefon və bir ədəd şübhəli şəxsə aid şəxsiyyət vəsiqəsi götürülmüş, bir ədəd açar Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bundan başqa, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran vətəndaşı kimi tanıdığı "Hüseyn" adlı şəxsin vasitəsi ilə üç gün əvvəl Bakı şəhəri, Binəqedi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə 170 (yüz yetmiş) manata alıb əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, şəxsi axtarış və götürmə aparılması prosesi videoçəkilişlə müşaiyət olunmuş və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD formatlı disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.30-31,32). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 10 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında eyni tarixli protokoldan görünür ki, diskə baxış nəticəsində tərtib olunan protokolun məzmunu “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 dekabr 2022-ci il tarixli protokolun məzmunu ilə üst-üstə düşür, ziddiyyətlər və qanun pozuntuları müəyyən olunmur (iş vərəqə: cild İ, səh.82-84). Cinayət işinə məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan bir ədəd DVD formatlı diskə yüklənmiş şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri ilə müəyyən olundu ki, nümayiş olunan həmin videogörüntülər “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli və şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi “bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında” eyni tarixli protokolların məzmununda göstərilən mətnləri özündə tam ehtiva edir, ziddiyyətlər müəyyən edilməmişdir. Nümayiş olunan videogörüntülərlə bir daha təsdiq olundu ki, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş şübhəli maddələrin özünə məxsus olduğunu, həmin kütlələri İran vətəndaşı kimi tanıdığı "Hüseyn" adlı şəxsin vasitəsi ilə üç gün əvvəl Bakı şəhəri, Binəqedi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə 170 (yüz yetmiş) manata alıb əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir (iş materialları, DVD disk). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli Sovxoz, Tanrıverdiyev küçəsi, nömrəsiz fərdi evdə baxış keçirilməsi və götürmə istintaq hərəkəti Təqsirləndirilən şəxs və onun müdafiəçisinin, Təqsirləndirilən şəxs arvadı Şahid2 və polis əməkdaşlarının iştirakları ilə bölmənin təhqiqatçısı tərəfindən aparılmışdır. İstintaq hərəkətinin gedişatında Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı ağ rəngli taxta konstruksiyalı dolabdan bir ədəd sellofanda açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə şübhəli maddəni təqdim etmişdir. Təqdim olunan həmin kütlə elektron tərəzidə çəkilmiş, heroinə şübhəli həmin kütlənin çəkisinin 22,7 (iyirmi iki tam ondc yeddi altt) qram olduğu müəyyən edilmişdir. Təqdim olunan həmin kütlə bir ədəd zərfə qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri şübhəli səxs, müdafiəçi, Təqsirləndirilən şəxs arvadı Şahid2 tərəfindən imzalanmışdır. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, yekunda Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxiş keçirilmiş, baxış nəticəsində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Tədqiq olunan protokoldan daha sona görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran vətəndaşı kimi tanıdığı "Hüseyn" adlı şəxsin vasitəsi ilə üç gün əvvəl Bakı şəhəri, Binəqedi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə 170 (yüz yetmiş) manata alıb əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Daha sonra tədqiq olunan protokoldan görünür ki,yaşayış evinə baxış keçirildikdən və narkotik vasitəyə şübhəli maddə aşkr edildikdən sonra təqsirləndiriləne şəxs Təqsirləndirilən şəxs arvadı Şahid2 ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlədən xəbərinin olmadığını, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini və Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsindən xəbərsiz olduğunu bildirmişdir. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, yaşayış evinə baxış keçirmə və götürmə aparılması prosesi videoçəkilişlə müşaiyət olunmuş və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD formatlı disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.37-38, 39). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 10 dekabr 2022-ci il tarixli yaşayış sahəsinə baxış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında eyni tarixli protokoldan görünür ki, diskə baxış nəticəsində tərtib olunan protokolun məzmunu “yaşayış sahəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında” 10 dekabr 2022-ci il tarixli protokolun məzmunu ilə üst-üstə düşür, ziddiyyətlər və qanun pozuntuları müəyyən olunmur (iş vərəqə: cild İ, səh.82- 84). Cinayət işinə məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan bir ədəd DVD formatlı diskə yüklənmiş şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri ilə müəyyən olundu ki, nümayiş olunan həmin videogörüntülər “yaşayış sahəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli və yaşayış sahəsinə baxış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi “bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında” eyni tarixli protokolların məzmununda göstərilən mətnləri özündə tam ehtiva edir, ziddiyyətlər müəyyən edilməmişdir. Nümayiş olunan videogörüntülərlə bir daha təsdiq olundu ki, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş heroinə şübhəli maddələrin özünə məxsus olduğunu, həmin kütlələri İran vətəndaşı kimi tanıdığı "Hüseyn" adlı şəxsin vasitəsi ilə üç gün əvvəl Bakı şəhəri, Binəqedi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə 170 (yüz yetmiş) manata alıb əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir (iş materialları, DVD disk). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə, onun yaşadığı ünvana baxış keçirilməsi və götürmə proseslərinin videogörüntülərinin yükləndiyi 02 (iki) ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir(iş vərəqə: cild İ, səh 82-84). Cinayət işinə məhkəmə baxışı zamanı təqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 11 dekabr 2022-ci il tarixli, 6/6997 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan 1 №-li zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,274 qr., 0,344 qr., ümumi təmiz çəkisi 0,618 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,319 qr., 0,317 qr., 0,309 qram, ümumi təmiz çəkisi 0,945 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Tədqiq olunan həmin rəydən görünür ki, üzərində “...Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri olan 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 19,108 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, 1 və 2 №-li zərflərədki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 19,726 qramdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir(iş vərəqə: cild İ, səh.45-51). İşdə olan müvafiq sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş ümumi çəkisi 19,726 qram olan heroin narkotik vasitəsi və üzərindən aşkar edilərək götürülmüş çəkisi 0,945 qram olan metafetamin psixotrop maddəsi iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 19,526 qram çəkidə heroin narkotik vasitəsi və 0,845 qram çəkidə metamfetamin psixotrop maddəsi saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir(iş vərəqə: cild İ, səh.105). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 19 may 2022-ci il tarixli, 2604 saylı rəyindən görünür ki, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nətcəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür(iş vərəqə: cild İ, səh.118- 119). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə Təqsirləndirilən şəxs məxsus olub ondan götürülmüş “Samsung” markalı **********022994/1 və **********022875/01 imei kodlu qara rəngli, üzərində ***-***-**-** və 07-379-97-98 saylı mobil nömrələr olan mobil telefona baxış keçirilməsi haqqında 01 aprel 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, həmin mobil telefonun WhatsApp ani mesajlaşma proqramına daxil olub «Mehdi Qaqa» adı ilə qeydiyyatdan keçmiş abonentin mesaj bölümünə baxıdqda Təqsirləndirilən şəxs həmin abonentlə narkotik vasitələrin satışı ilə məşğul olması faktları müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin nömrəyə “Mehdi sabah mənə bidənə iran nömrəsi ac bilərsən”, “ ata nolar qəşəng kliyentim var iki dənə 15 15 istəyənim var” yazılı, bundan başqa “vallah Mehti partdadıram”, “Mehti o nəyşədisə 15 15 götürürəm” səsli mesajları olduğu aşakr edilmişdir. Bundan başqa, qeyd olunan mobil telefonun WhatsApp ani mesajlaşma proqramında narkotik vasitələri təbliğ edən fotoşəkillər olduğu müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh.138, 139-141). Təqsirləndirilən şəxs Aruz oğluna məxsus bir ədəd “Samsung ” markalı **********022994/1 və **********022875/01 imei kodlu mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir(iş vərəqə: cild İ, səh.138-141). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan istintaq orqanı tərəfindən Sabunçu RPİ-nin 15-ci PŞ-nə verilən əməliyyat tapşırığına verilən cavabın məzmunundan görünür ki, keçirilmiş əməliyyat – axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin və narkotik vasitə olan heroinin haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmiş, lakin narkotik vasitələri alan şəxsləri müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: cild İ, səh.115). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 150-155). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,945 qram metafetamin psixotrop maddəsi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdar təşkil etməsə də, onun üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş ümumi çəkisi 19,726 qram olan heroin narkotik vasitəsi qeyd olunan Siyahıda nəzərdə tutulmuş, qanunla müəyyən olunan külli miqdar həddlərindədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq həm şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamin psixotrop maddəsi və həm də külli miqdarda herion narkotik vasitəsi əldə edərək üzərində saxlaması, daşıması, aşkar olunub götürülmüş qanunla dövriyəsi qadağan edilmiş malların növ müxtəlifliyi, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, məhkəməyədək icraat mərhələsində əməlini qismən etiraf edib səmimi ifadələr verməsi, özünün narkoman olması və narkomaniya xəstəliyindən əzab çəkməsi, narkotik vasitələrin və pisxotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı qeyriləri ilə mobil əlaqələri, o cümlədən narkortik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı müxtəlif şəxslər tərəfindən sırf ona istiqamətlənmiş sms yazışmalar, təqsirləndirilən şəxsin həmin pisxotrop maddəni və külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamin psixotrop maddəsini və külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda heroin narkotik vasitəsinin və şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamin psixotrop maddəsinin ona heç bir aidiyyatının olmaması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaması, qeyriləri ilə eyni əməli törətmək məqsədilə cinayət əlaqəsinə girmədiyi, 10 dekabr 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdaprəsinin əməliyyatçısı Şahid3 və tanımadığı qeyri polis əməkdaşları tərəfindən onun yaşadığı evə qanunsuz olaraq daxil olunması, onun qanunsuz olaraq tutulub Sabunçu RPİ-nin 15-ci PB-nə apralıması, saxlanıldığı gün təqdim etdiyi az narkotik vasitəsinin və psixotrop maddənin Şirəli və qeyriləri tərəfindən işgəncə yolu ilə boynuna qoyulması, evinnə təkrar baxış keçirilməsi, baxışdan əvvəl bir bükümdə olan heroin narkotik vasitəsinin evindəki dolaba yerləşdirilməsi və sonra götürülməklə onun adına rəsmiləşdirilməsi, onu döyüb xəsarət yetirmələri, narkotik vasitəni və psixotrop maddəni boynuna götürməyə məcbur edilməsi barədə göstərdikləri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatı mərhələsində üç dəfə - 11 və 12 dekabr 2022-ci il və 04 aprel 2023-cü il tarixlərdə dindirilməklə sərbəst ifadə vermiş, həmin ifadələrində özünü qismən təqsirli bilərək yalnız narkotik vasitələrin satışında təqsirli olmadığını və buna görə ona verilən ittihamı mübahisələndirmiş, təqsirsizliyi, qeyriinsani rəftara və ya işgəncəyə məruz qalması ilə əlaqədar heç bir dəlil gətirməmiş və ən nəhayət, həmin ifadələrində saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq olunmadığını göstərmişdir. İşdə olan və məhkəmə baxışı zamanı elan olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında 12 dekyabr 2022-ci il tarixli qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə izahat verərkən və onun müdafiəçisi müdafiə çıxışı edərkən həmin vaxt Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamı mübahisələndirməmiş, təqsirsizliyi, qeyri-insani rəftara və ya işgəncəyə məruz qalması ilə əlaqədar heç bir dəlil gətirməmiş, daimi yaşayış yerinin olmasını və tutduğu əməldən peşimanlığını nəzərə alıb onun barəsində həbs qətimkan tədbiri seçilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı zamanı məhkəmə sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı istintaq Təcribxanasından verilən 07 avqust 2023-cü il tarixli, 5355/2023 saylı cavabla müəyyən edildi ki, baxılan iş üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 12 dekabr 2022-ci il tarixdə Bakı İstintaq Təcribxanasına daxil olmuş, ilkin tibbi müayinə edilmiş və adına tibbi kitabça açılmışdır. Məktuba əlvə olunan Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın 12-ci bölümündə Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət alması barədə dedikləri qeyd olunsa da, həmin kitabçanın 13-cü bölümündə tibbi yoxlamanın nəticələri, yəni Təqsirləndirilən şəxs bədənində sol saiddə və hər iki dizində köhnə çapıq toxumalar olmasının müşahidə edildiyi qeyd olunmuş, onun bədən səthində təzə xəsarət və ya xəsarət izləri müəyyən eldilməmişdir. Qeyd olunanlara əsasən zərurət olmadığından aidiyyatı üzrə prokurorluq orqanları məlumatlandırılmamış və buna görə müvafiq araşdırma aparılmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı mübahisələndirilən digər məsələ Təqsirləndirilən şəxs arvadı Şahid2 yaşadıqları ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməməsi barədə verdiyi ərizənin ondan qanunsuz yollarla alınması, onun həyat yoldaşı Təqsirləndirilən şəxs qanunsuz saxlanılması, evlərinə qanunsuz baxış keçirilməsi, evlərinə qanunsuz narkotik vasitə yerləşdirilməsi və ibtidai istintaq zamanı ümumiyyətlə ifadə verməməsi ilə bağlı olmuşdur ki, məhkəmə baxışı zamanı qeyd olunan faktlar da öz təsdiqini tapmamış və Şahid2 ifadəsinin ərinin müdafiəsi üçün seçilmiş üsul olduğu müəyyən edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olundu ki, məhkəmə baxışı zamanı tədqiq olunan, cinayət işinin 36-cı səhifəsində olan 10 dekabr 2022-ci il tarixli, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli Sovxoz, Tanrıverdiyev küçəsi, nömrəsiz fərdi evdə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz edilməməsi barədə ərizə Şahid2 tərəfindən imzalanmaqla təqdim edilmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Yaşayış sahəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında” 10 dekabr 2022-ci il tarixli protokolun məzmunundan, həmçinin nümayiş edilməklə tədqiq olunan bir ədəd DVD formatlı diskə yüklənmiş yaşayış sahəsinə baxış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntülərindən görünür ki, Şahid2 yaşayış sahəsinə baxış keçirilməsi və götürmə prosesində şəxsən iştirak etmiş və heç bir etiraz bildirmədən, tərəddüd etmədən tərtib olunan protokolu imzalamışdır. Şahid2 cinayət işinin 116-117-si səhifələrində olan ifadəsinə gəldikdə isə, həmin ifadədə qeyd olunanlar “Yaşayış sahəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında” 10 dekabr 2022-ci il tarixli protokolun məzmunu ilə ziddiyyət təşkil etmir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Əsgərov X6 rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixdə hökümünə əsasən Azərbaycan Respublikası CM-nın 178.1-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətinə islah işləri cəzasına məhkum edilmiş və Azırbaycan Respublikası CM-nın 83-cü maddəsinin tələblərinə əsasən onun həmin hökm üzrə olan məhkumluğu ödənilmişdir(iş vərəqə: İ cild, səh 98-99). Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2010, 2014, 2018 və 2020-ci il təvəllüdlü dörd nəfər azyaşlı uşqaları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, sonuncunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlərə aid olması, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan sanksiyanın nisbətən aşağı həddində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 10 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 dekabr 2022-ci il tarixdə müvafiq məhkəmə qərarına əsasən onun barəsində həbsetmənin əvvəli 10 dekabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasına saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşayış evindən aşkar edilərək götürülmüş ümumi çəkisi 19,726 qram təşkil edən heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 19,526 qram heroin narkotik vasitəsi və ümumi təmiz 0,945 qram təşkil edən metafetamin psixotrop maddəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 0,845 qram çəkidə metamfetamin psixotrop maddəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və yaşadığı mənzildə baxış keçirilməsi proseslərinin videogörüntülərinin yükləndiyi 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı; Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Samsumg» markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 81 (səksən bir) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 10 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasına saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşayış evindən aşkar edilərək götürülmüş ümumi çəkisi 19,726 qram təşkil edən heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 19,526 qram heroin narkotik vasitəsi və ümumi təmiz 0,945 qram təşkil edən metafetamin psixotrop maddəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 0,845 qram çəkidə metamfetamin psixotrop maddəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və yaşadığı mənzildə axtarış aparılması proseslərinin videogörüntülərinin yükləndiyi 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın; Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Samsumg» markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 81 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-289/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-289/2024
26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver