Məhkəmə qərarları › İş №1(101)-289/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-289/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-289/2025 29.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, Nizami küçəsi 111-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216, 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs terrorçuluq barədə bilə-bilə yalan məlumat vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni, satış məqsədi ilə güclü təsir edən maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, tanışı və onunla birlikdə işləmiş Zərərçəkmiş şəxs1 ona ödənilməli əmək haqqını verməməsi və əsassız olaraq işdən çıxartması səbəbindən qisas almaq, sonuncunun hüquq mühafizə orqanlarına çağırılmaqla barəsində araşdırma aparılmasına və məsuliyyətə cəlb olunmasına nail olmaq məqsədi ilə 06 mart 2023-cü il tarixdə Sumqayıt şəhəri A.S.Puşkin küçəsində yerləşən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər İdarəsinin inzibati binasına gələrək həmin idarədə qəsdən həqiqətə uyğun olmayan ərizə yazıb məlumat verməklə guya Zərərçəkmiş şəxs1 qanunsuz olaraq odlu silah hesab olunan "Kalaşnikov" markalı avtomat silah əldə etməsini və həmin silahdan istifadə etməklə əhali arasında vahimə yaratmaq məqsədi ilə Sumqayıt şəhərində tanınmış sələfi yönümlü vəhabi dindarlara qarşı dini zəmində sui-qəsd hazırlaması, həmin şəxsləri qətlə yetirməklə insanların həlak olmasına səbəb ola biləcək hərəkətlər (terror aktı) etməsini planlaşdırması barədə yalan məlumatlar verib həmin idarədə ilkin yoxlama aparılmasına, idarənin vaxtının və qüvvəsinin lazımsız yerə sərf olunmasına, Zərərçəkmiş şəxs1 həmin idarəyə çağırılaraq ətrafında araşdırma aparılmasına səbəb olan terrorçuluq barədə bilə-bilə yalan məlumat vermişdir. Bundan başqa o, təkrarən tanışı və onunla birlikdə işləmiş Zərərçəkmiş şəxs1 ona ödənilməli əmək haqqını verməməsi və əsassız olaraq işdən çıxartması səbəbindən qisas almaq, sonuncunun hüquq mühafizə orqanlarına çağırılmaqla barəsində araşdırma aparılmasına və məsuliyyətə cəlb olunmasına nail olmaq məqsədi ilə 24 mart 2023-cü il tarixdə qeyri kommersiya hüquqi şəxs olan Sumqayıt şəhər "Cümə" məscidi dini icmasının fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən “Cümə” məscidinə gələrək həmin icmanın qanuni təmsilçisi Nümayəndə2 ilə görüşüb sonuncuya guya Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs1 təşkilatçılığı ilə vahhabi yönümlü dindarların silahlı basqın edəcəkləri, məzhəblər arası silahlı qarşıdurmanın olacağı, məsciddə olacaq şəxsləri qətlə yetirməklə insanların həlak olmasına səbəb ola biləcək hərəkətlər (terror aktı) etməsini planlaşdırması barədə qəsdən həqiqətə uyğun olmayan uydurma məlumatlar verib dini icma üzvləri arasında təşviş, müxtəlif şayiələrin yaranmasına, habelə Nümayəndə2 müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər İdarəsində ilkin yoxlama aparılmasına, idarənin vaxtının və qüvvəsinin lazımsız yerə sərf olunmasına, Zərərçəkmiş şəxs1 həmin idarəyə çağırılaraq ətrafında araşdırma aparılmasına səbəb olan terrorçuluq barədə bilə-bilə yalan məlumat vermişdir. Bundan başqa o, təkrarən tanışı və onunla birlikdə işləmiş Zərərçəkmiş şəxs1 ona ödənilməli əmək haqqını verməməsi və əsassız olaraq işdən çıxartması səbəbindən qisas almaq, sonuncunun hüquq mühafizə orqanlarına çağırılmaqla barəsində araşdırma aparılmasına və məsuliyyətə cəlb olunmasına nail olmaq məqsədi ilə 25 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 MMC-yə məxsus "Bravo" supermarketlər şəbəkəsinin Sumqayıt şəhəri, 9-cu mikrorayonda fəaliyyət göstərən filialına gələrək orada mağazanın təhlükəsizlik xidmətinin rəisi vəzifəsində işləyən X8 yaxınlaşıb sonuncuya həmin filialda guya Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs1 təşkilatçılığı ilə 26 və ya 28 mart 2023-cü il tarixlərində terror aktı planlaşdırıldığını, partlayışlar törədiləcəyi, silahlı basqın olacağı, mağazada olacaq şəxslərin qətlə yetirilməsi ilə insanların həlak olmasına səbəb ola biləcək hərəkətlər ediləcəyi barədə qəsdən həqiqətə uyğun olmayan uydurma məlumatlar vermiş, onun verdiyi məlumatların həqiqi olacağından təşvişə düşən Seynur Ağamirovun məlumatı üzrə Zərərçəkmiş şəxs2 MMC tərəfindən "Bravo" supermarketlər şəbəkəsinin qeyd edilən filialında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün təxirəsalınmaz tədbirlər görülməklə təhlükəsizlik personalının sayı artırılmış, işçilər arasında təşviş, müxtəlif şayiələrin yaranmasına, habelə Seynur Ağamirovun müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər İdarəsində ilkin yoxlama aparılmasına, idarənin vaxtının və qüvvəsinin lazımsız yerə sərf olunmasına, Zərərçəkmiş şəxs1 həmin idarəyə çağırılaraq ətrafında araşdırma aparılmasına səbəb olan terrorçuluq barədə bilə-bilə yalan məlumat vermişdir. Bundan başqa, o, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, həmçinin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Maqsud” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Yasamal rayonu ərazisində yerləşdirdiyi ayrı-ayrılıqda təmiz çəkiləri 4,117 qram, 1,807 qram, 2,064 qram, 1,737 qram, 1,295 qram, 1,767 qram, 4,852 qram, 5,650 qram, 4,060 qram, 1,551 qram və 3049 qram olmaqla ümumi təmiz çəkisi 3077,9 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab olunan heroini, ayrı-ayrılıqda təmiz çəkiləri 0,707 qram, 0,828 qram, 0,464 qram, 0,402 qram, 120,013 qram, 2,743 qram, 1,205 qram və 0,763 qram olmaqla ümumi təmiz çəkisi 127,125 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə hesab olunan metamfetamini, ümumilikdə 24 ədəd təsiredici maddəsinin təmiz çəkisi 0,96 qram təşkil edən üzərində «Methadone-40» əmtəə göstəriciləri olan narkotik vasitə hesab olunan metadon həblərini, ümumilikdə 3 ədəd təsiredici maddəsinin təmiz çəkisi 0,45 qram təşkil edən «preqabalin» tərkibli narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan preqabalin həblərini istintaqa məlum olmayan vaxtda həmin yerdən götürüb əldə edərək sonradan «Maqsud» adlı şəxsin tapşırığına əsasən əldə olunacaq gəlirin bir hissəsinin ona verilməsi şərti ilə onun deyəcəyi şəxslərə çatdırmaq üçün satış məqsədilə daşıyaraq kirayə yaşadığı ünvan 2 ünvanda yerləşən mənzilinə gətirərək həmin mənzildə saxlamış, istintaqa məlum olmayan şəxslərə satmaq üçün qeyd edilən narkotik vasitə hesab olunan heroindən ayrı-ayrılıqda təmiz çəkilər 4,117 qram, 1,807 qram, 2,064 qram, 1,737 qram, 1,295 qram və 1,767 qram olmaqla ümumi təmiz çəkisi 12,787 qram təşkil edən hissəsini, həmin psixotrop maddə hesab olunan metamfetamindən ayrı-ayrılıqda təmiz çəkilər 0,707 qram, 0,828 qram, 0,464 qram, 0,402 qram olmaqla ümumi təmiz çəkisi 2,401 qram təşkil edən hissəsini, həmin narkotik vasitə hesab olunan metadon həblərindən 14 ədəd olmaqla təsiredici maddəsinin təmiz çəkisi 0,56 qram təşkil edən hissəsini, həmçinin 3 ədəd təsiredici maddəsinin təmiz çəkisi 0,45 qram təşkil edən «preqabalin» tərkibli narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan preqabalin həblərini çəhrayı rəngli dəmir qabın içərisinə yerləşdirib üzrəində saxlamaqla daşımış, Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 sentyabr 2023-cü il tarixdə saat 19:00 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, inzibati binada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd çəhrayı rəngli dəmir qabın içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 4,117 qram, 1,807 qram, 2,064 qram, 1,737 qram, 1,295 qram, 1,767 qram olmaqla ümumi təmiz çəkisi 12,787 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab olunan heroin, ayrı-ayrılıqda təmiz çəkiləri 0,707 qram, 0,828 qram, 0,464 qram, 0,402 qram olmaqla ümumi təmiz çəkisi 2,401 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə hesab olunan metamfetamin, 14 ədəd təsiredici maddəsinin təmiz çəkisi 0,56 qram təşkil edən üzərində «Methadone-40» əmtəə göstəriciləri olan narkotik vasitə hesab olunan metadon həbləri, ümumilikdə 3 ədəd təsiredici maddəsinin təmiz çəkisi 0,45 qram təşkil edən «preqabalin» tərkibli narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan preqabalin həbləri aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 21:30 dəqiqədə kirayə yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilə keçirilmiş baxış zamanı mənzilin yataq otağında olan dolabın üzərindən ümumilikdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,852 qram, 5,650 qram, 4,060 qram, 1,551 qram olmaqla ümumi təmiz çəkisi 16,113 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab olunan heroin, ayrı-ayrılıqda təmiz çəkiləri 2,743 qram, 1,205 qram, 0,763 qram olmaqla ümumi təmiz çəkisi 4,711 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə hesab olunan metamfetamin, 10 ədəd təsiredici maddəsinin təmiz çəkisi 0,40 qram təşkil edən üzərində «Methadone-40» əmtəə göstəriciləri olan narkotik vasitə hesab olunan metadon həbləri, yataq otağındakı çarpayının üzərindən ümumi təmiz çəkisi 3049 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab olunan heroin, təmiz çəkisi 120,013 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə hesab olunan metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

1. Sumqayıt şəhəri A.S.Puşkin küçəsində yerləşən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər İdarəsinə Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən, Azərbaycan Respublikası Supermarket MMC-nin Sumqayıt şəhərindəki Bravo SS təhlükəsizlik xidmətinin rəisi X6 xx.xx.2023-cü il tarixli ərizəsindən və xx.xx.2023-cü il tarixli izahatından, Qafqaz Müsəlmanlar İdarəsinin Sumqayıt Abşeron Xızı bölgə qazısı, Sumqayıt şəhər X15 Hacı Nümayəndə2 xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qanunsuz olaraq odlu silah hesab olunan "Kalaşnikov" markalı avtomat silah əldə etməsini və həmin silahdan istifadə etməklə əhali arasında vahimə yaratmaq məqsədi ilə Sumqayıt şəhərində tanınmış sələfi yönümlü vəhabi dindarlara qarşı dini zəmində sui-qəsd hazırlaması, həmin şəxsləri qətlə yetirməklə insanların həlak olmasına səbəb ola biləcək hərəkətlər (terror aktı) etməsini planlaşdırması barədə məlumatlar vermişdir. Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdə qeyri kommersiya hüquqi şəxs olan Sumqayıt şəhər "Cümə" məscidi dini icmasının fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən “Cümə” məscidinə gələrək həmin icmanın qanuni təmsilçisi Nümayəndə2 ilə görüşüb sonuncuya guya Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs1 təşkilatçılığı ilə vahhabi yönümlü dindarların silahlı basqın edəcəkləri, məzhəblər arası silahlı qarşıdurmanın olacağı, məsciddə olacaq şəxsləri qətlə yetirməklə insanların həlak olmasına səbəb ola biləcək hərəkətlər (terror aktı) etməsini planlaşdırması barədə qəsdən həqiqətə uyğun olmayan uydurma məlumatlar verib dini icma üzvləri arasında təşviş, müxtəlif şayiələrin yaranmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 MMC-yə məxsus "Bravo" supermarketlər şəbəkəsinin Sumqayıt şəhəri, 9-cu mikrorayonda fəaliyyət göstərən filialına gələrək orada mağazanın təhlükəsizlik xidmətinin rəisi vəzifəsində işləyən X8 yaxınlaşıb sonuncuya həmin filialda guya Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs1 təşkilatçılığı ilə 26 və ya 28 mart 2023-cü il tarixlərində terror aktı planlaşdırıldığını, partlayışlar törədiləcəyi, silahlı basqın olacağı, mağazada olacaq şəxslərin qətlə yetirilməsi ilə insanların həlak olmasına səbəb ola biləcək hərəkətlər ediləcəyi barədə məlumatlar vermişdir, onun verdiyi məlumatların həqiqi olacağından təşvişə düşən Seynur Ağamirovun məlumatı üzrə Zərərçəkmiş şəxs2 MMC tərəfindən "Bravo" supermarketlər şəbəkəsinin qeyd edilən filialında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün təxirəsalınmaz tədbirlər görülməklə təhlükəsizlik personalının sayı artırılmış, işçilər arasında təşviş, müxtəlif şayiələrin yaranmasına səbəb olmuş və Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər İdarəsinə çağırılaraq ətrafında araşdırma aparılmasına səbəb olan terrorçuluq barədə məlumat vermişdir (cild 1, iş vərəqi 183-193).

2. Dövlət Təhlükəsizlik Xidmətinin Sumqayıt şəhər idarəsinin Təqsirləndirilən şəxs barəsində arayışından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, M-333 saylı ərizə ilə müraciət etmiş Təqsirləndirilən şəxs əvvəllər xaricdə terror təşkilatlarının tərkibində döyüşmüş Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs1 əldə etdiyi “Kalaşnikov” markalı avtomat silahlarla Sumqayıt şəhərində tanınmış sələfi yönümlü vəhabi dindarlara qarşı dini zəmində sui-qəsd hazırladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Cümə məscidində Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisilə görüşərək yaxın günlərdə məsciddə vəhabi yönümlü dindarların xx.xx.2023-cü il tarixdə isə “Bravo” supermarketlər şəbəkəsinin Sumqayıt şəhəri 9-cu mikrorayonda fəaliyyət göstərən filialına gedərək orada 26 və ya 28 martda terror aktının planlaşdırıldığını bildirmişdir. Hər iki fakt üzrə Sumqayıt şəhər “Cümə” məscidi və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən DTX Sumqayıt şəhər idarəsinə rəsmi müraciətlər edilmişdir. Supermarketdə Təqsirləndirilən şəxs müraciəti auido-video vasitələrlə sənədləşdirilmişdir. Həmin qurumlar Təqsirləndirilən şəxs terror məlumatı ilə bağlı aidiyyatı işçilərinin narahatlıq və təlaş hissi keçiridiklərini, təhlükəsizlik tədbirlərini gücləndirməklə əlavə mühafizələrin xidmətə cəlb edildiyini bildirmişlər. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş məlumatlar üzrə hər hansl fakt təsdiq olunmamışdır. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluq həyatı yaşamış və 2022-ci ilin may ayında azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs Sumqayıt psixiatriya xəstəxanasının qeydiyyatlarında keçmir. Yaşayış yeri üzrə tüfeyli, qapalı və narkotik vasitələri qəbul edən, alqı-satqısı ilə məşğul olan şəxs kimi səciyyələndirilir. (cild 1, iş vərəqi 182).

3. Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rafiq Qəmbərov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DTX-nin Sumqayıt şəhər İdarəsinə müraciət edərək “Cümə” məscidinə vəhabi yönümlü dindarların təşkilatçılığı ilə məzhəblər arası qarışdurma yaradılması məqsədi ilə silahlı hücum hazırlandığı barədə, eləcə də Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” supermarketlər şəbəkəsinin şöbəsinə silahlı hücum ediləcəyi barədə terrorçuluq barədə bilə-bilə yalan məlumatlar vermişdir (cild 1, iş vərəqi 211).

4. “Videogörüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən «Bravo» marketə gəlişinin videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, DVD diskdə «01», «02», «NVR1_C15.Jaluz2_**********4641_2023…», «NVR1_C18.Monitor_ **********4957_202…», «NVR1_C18.Monitor_**********5726_202…», «NVR3_C14.col_**********4348_2023032…» adlı 6 ədəd video fayllar və «Qolos 005» adlı audio fayl var. «01» adlı videofayl X4 «Bravo» marketin yerləşdiyi binaya daxil olması müşahidə olunur. «02» adlı videofayl həmin binanın daxilində olan görüntüdü, laki niş üçün əhəmiyyət kəsb edən görüntü müşahidə olunmur. «NVR1_C15.Jaluz2_**********4641_2023…» adlı faylda olan görüntüdə X4 binanın dəhliz hissəsində təhlükəsizlik əməkdaşına yaxınlaşması və sonuncu ilə söhbət etdikdən sonra təhldükəsizlik xidmətinin əməkdaşı tərəfindən digər əməkdaşın həmin yerə çağırılması müşahidə olunur. «NVR1_C18.Monitor_**********4957_202…», «NVR1_C18.Monitor_ **********5726_202…» adlı fayllarda isə X4 təhlükəsizlik xidməti əməkdaşları ilə müşahidə kameralarına nəzarət otağında olması və söhbətlər aparması müşahidə olunur. «NVR3_C14.col_**********4348_2023032…» adlı videofayl isə X4 binadan çıxışını özündə əks etdirir. «Qolos 005» adlı audio faylda iki nəfərin söhbət aparması, onlardan birinin özünü Təqsirləndirilən şəxs kimi təqdim etməsi, həmin şəxsin «vəhabi» məzhəbli 3 nəfər şəxsin bravo marketə hücum edəcəklərini bildirir (cild 2, iş vərəqi 148).

5. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dinidirilmiş və "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən xx.xx.2024cü il tarixdə Qazaxstan Respublikasının Almata şəhərinə getmiş, hal-hazırda da ölkə xaricində olan Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2008-ci ildən namaz qılıb, ibadət etməyə başlamışdır. 2013-cü ildə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən çay evlərinin birində dindarlar arasında baş vermiş dava-dalaşla əlaqədar o, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan, cəzasını Azərbaycan Respublikası Pentensiar Xidmətin Salyan rayonu ərazisində yerləşən 5 saylı Cəzaçəkmə müəssəsində çəkmişdir. Bundan əvvəl isə Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında olarkən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Daha sonralar Loğmanda cəzaçəkdiyi çəzaçəkmə müəssəsinə gəlmişdir. O, 2020-ci ilin yay aylarında azadlığa buraxılmışdır. Loğman isə çəzaçəkmə müəssəsində qalmışdır. Bundan sonra daha sonuncu ilə əlaqə saxlamamışdır. Təxminən bir-iki ildən sonra Loğmanda azadlığa buraxılmışdır. Loğman azadlığa buraxıldıqdan sonra bir müddət yanında işləyərək işlərində köməklik göstərmişdir. O, həmin ərəfədə səyyari olaraq meyvə tərəvəz alveri ilə məşğul olurmuş. Sonradan Loğman haqq hesabda onu aldatdığından sonuncu ilə münasibətləri korlanmışdır. Təxminən 2023-cü ilin mart ayında Loğmanı işdən uzaqlaşdırmışdır. Bundan sonra daha sonuncu ilə heç bir formada əlaqə saxlamamışdır. Hazırdada sonuncunun harda olması barədə hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs hansı səbəbdən bu cür məlumat verməsinin səbəbi ona tam məlum deyildir. Onun fıkrincə 2023-cü ilin mart ayının əvvəllərində Loğmanı yanında işdən uzaqlaşdırdığından ola bilər ki, sonuncu barəsində bu cür qərəzli və yalan məlumat verməklə ondan heyif almaq istəmişdir. O, heç vaxt odlu silah əldə etməmiş, Sumqayıt şəhərində yaşayan və ya fəaliyyət göstərən dindarlara arasında nə dini zəmində, nədə digər məsələlərlə bağlı hər hansı qarşıdurma, ədavət və ya pis münasibət olmamışdır. O, hər hansı şəxsə qarşı heç bir suiqəsd hazırlamamış və ya bu cür sui-qəsdin hazırlanmasında iştirak etməmişdir (cild 1, iş vərəqi 197-199).

6. Zərərçəkmiş şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o Özbəkistan Respublikasının Daşkənd şəhərində yaşayır və bir il ərzində Azərbaycan Respublikasının ərazisinə qayıtmağı mümkün deyildir. İbtidai araşdırma orqanına verdiyi ifadəsini tam həcmdə təsdiq edir (cild 3, iş vərəqi 86).

7. Məhkəməyə zərərçəkmiş şəxsin nümayəndəsi qismində izahat vermiş Nümayəndə2 göstərmişdir ki, onun Mirzəyev Loğmanla ilk görüşü Sumqayıt Cümə məscidində cümə günü baş vermişdir. Cümə namazından çıxandan sonra Təqsirləndirilən şəxs ona yaxınlaşmaq istəmişdir. O vaxt onun üzü bir qədər fərqli formada idi. O əvvəl elə düşünmüşdür ki, o, nəsə bir köməklik istəyir. O da bu səbəbdən Təqsirləndirilən şəxs öz köməkçilərinə yönləndirmək istəmişdir. Lakin Təqsirləndirilən şəxs şəxsən onunla danışmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona bildirdi ki, onda məlumatlar vardır. Bu səbəbdən X19 və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi ilə görüşmək istədiyini, imkan varsa, həmin şəxslərlə görüşməsi üçün ona şərait yaratmağını istəmişdir. O da Loğmanla bir qədər danışmışdır. Loğman dedi ki, təhlükə vardır və hardasa bir silahlı qruplaşma vardır, hardasa bir məscid, “Bravo” marketin partladılması baş verəcək. O da demişdir ki, bəlkə Sumqayıtdakı DTX şöbəsinə və Polis İdarəsinə məlumat verəsiz. Loğman isə, həmin orqanların ona kömək edə bilməyəcəklərini bildirdi. Loğmanın telefon nömrəsini istəmiş, üzərində telefon olmadığını, anasında telefon olduğunu bildirmişdir. Bundan sonra bir dəfə də Loğman onun yanına gəlmişdir. Onun köməkçisi ilə söhbət etdi. Köməkçisi də Loğmanın onunla danışmaq istədiyini bildirmişdir. Loğman bir daha onunla danışmağa başladı. Ona yenə də eyni məlumatları verdi. Oda Loğmanın verdiyi məlumatları yuxarı dövlət orqanlarına vermişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində ifadə vermiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin tabeliyində fəaliyyət göstərən «Bravo» supermarketlər şəbəkəsinin Sumqayıt şəhəri, 9-cu mikrorayonda fəaliyyət göstərə" fılialında müdür müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tammamışdır. Həmin şəxs sonuncu dəfə 25 mart 2023-cü il tarixdə "Bravo' supermarketlər şəbəkəsinin Sumqayıt şəhəri, 9-cu mikrorayonda fəaliyyət göstərən fılialına gələrək 26 və ya 28 mart 2023-cü il tarixlərində fılialda terror aktının olacağı barədə məlumat vermişdir. Bununla əlaqədar fılialın normal iş fəaliyyəti pozulub. Belə ki, filialda olan müştərilərin və əməkdaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə əlavə olaraq təhlükəsizlik tədbirləri görülüb. Xidmətə əlavə əməkdaşlar cəlb edilmiş, ancaq sonradan verilmiş məlumatın doğru olmadığı məlum olmuşdur. Bundan sonra terroçuluq barədə bilə-bilə yalan məlumat vermiş Təqsirləndirilən şəxs barəsino-araşdırma aparılması və barəsində qanuni tədbir görülməsi üçün rəhbərlik tərəfində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər İdarəsinə müraciət edilmişdir. Bundan başqa hadisə barədə hər hansı məlumatı yoxdur.

8. Bakı şəhəri Yasamal RPİ-nin rəisinə ünvanlanmış, həmin idarənin NMB-nin rəisi, polis mayoru Anar İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli raportdan müəyyən olunur ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satması, saxlaması və istifadə etməsi bildirilmişdir (cild 1, iş vərəqi 62).

9. Bakı şəhəri Yasmal RPİ-nin 3-13-53/Ə325/2023 nömrəli xx.xx.2023-cü il tarixli “əməliyyat qrupunun yaradılması barədə” əmrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Bakı şəhəri Yasamal RPİ-nin əməkdaşları Şahid2 rəhbər, Şahid1 üzv olmaqla əməliyyat qrupu yaradılmışdır (cild 1, iş vərəqi 63).

10. Bakı şəhəri Yasamal RPİ-nin rəisinə ünvanlanmış, həmin idarənin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2023ci il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhəri Yasamal RPİ-nin xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəricəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs saat 19:00-da Abdulla Şaiq 152 ünvanın qarşısında saxlanılaraq 19:15 radələrində Yasamal RPİ-nə gətirilmişdir (cild 1, iş vərəqi 61).

11. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş DVD-R diskdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşyalar varsa təqdim etməyi təklif olunmuşdur. O, təkliflə razılaşaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd çəhrayı rəngli dəmir qabı və 1 ədəd elektron tərəzini masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşları tərəfindən həmin dəmir qaba baxış keçirilərkən 04 ədəd şəffaf sellofan büküm içərisində ağ kristal şəkilli maddə, 06 bükümdə şəffaf sellofan büküm içərisində qəhvəyi rəngli kütlə, 10 ədəd tünd narıncı rəngli həblər, 04 ədəd qəhvəyi rəngli həblər, 02 ədəd göy rəngli həblər və 01 ədəd ağ rəngli həb aşkar olunmuşdur. O, təhqiqatçsının suallarına cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitələr və psixotrop maddələrin özünə məxsusdur və Maqsud adlı İran İslam Respublikası vətəndaşından əldə etmiş, narkotik vasitənin bir qisminin yaşadığı mənzildə olmasını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən təqdim etdiyim əşyalar qablaşdırılaraq bu barədə protokol tərtib edilmişdir (cild 1, iş vərəqi 96-97).

12. Bakı şəhəri Yasamal RPİ-nin rəisinə ünvanlanmış, xx.xx.2023-cü il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs ərizəsindən müəyyən olunur ki, yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməmişdir. (cild 1, iş vərəqi 98).

13. “Mənzildə axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, ünvan 7 ünvanın qapısı tünd bənövşəyi rəngli dəmir metaldan ibarətdir və mənzil 2 otaqdan ibarətdir. şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən evin yaşadığı otaqda dolabın üzərində 04 ədəd içərisində qəhvəyi rəngli maddələr olan büküm, 03 ədəd içərisində ağ rəngli kristallardan ibarət maddə olan büküm, 10 ədəd qəhvəyi rəngli həblər, 01 ədəd tərəzi, çarpayıda yorğanın altından 01 ədəd içərisində qəhvəyi rəngli kütlə olan qara sellofan büküm, 01 ədəd içərisində ağ rəngli kristallardan ibarət maddə olan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin həblər və maddələrin nədən ibarət olması soruşulduqda, Təqsirləndirilən şəxs bükümlərdə olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını, İran İslam Respublikası vətəndaşı olan Maqsud adlı şəxsdən əldə etməsini bildirmişdir (cild 1, iş vərəqi 100-101).

14. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 5(004)-995/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 118).

15. “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə xx.xx.2023-cü il tarixdə başlanılmış ********* saylı cinayət işi, Azərbaycan Respublikası CM-nin 216-cı maddəsi ilə xx.xx.2023-cü il tarixdə başlanılmış ********* saylı cinayət işi ilə birləşdirilmiş, cinayət işi üzrə ibtidai istintaq ********* sayı altında davam etdirilmişdir.

16. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/5098 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №42» dairəvi möhür əksi və «Şübhəli şəxs: Təqsirləndirilən şəxs –imza: müdafiəçi-imza, iki imza, Təhqiqatçı: X7-imza…» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 06 ədəd bükümlərdə təmiz çəkiləri – 4,117qram, 1,807qram, 2,064qram, 1,737qram, 1,295qram, 1,295 qram, 1,767qram, ümumi təmiz çəkisi – 12,787qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir, 04 ədəd bükümlərdəki təmiz çəkiləri 0,707qram, 0,828qram, 0,464qram, 0,402qram, ümumi təmiz çəkisi – 2,401qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla psixotrop maddə metamfetamindir; 02 ədəd göy-tünd rənglərdə olan və 01 ədəd ağ rəngli kapsullar – preqabalin tərkibli dərman pereparatıdır və 03 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0,45 qramdır; üzərində «Methadone-40» əmtəə göstəriciləri olan qəhvəyi rəngli dairəvi formalı üzərində «F/M40» əks əlavəli, ümumilikdə 14 ədəd həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eyni olan metadon tərkibli dərman pereparatıdır və 14 ədəd təsiredici maddəsinin ümumi miqdarı 0,56 qramdır. (hər bir həbin təsiredici maddəsinin miqdarı 0,04 olmaqla), 02 ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üsün heroinin və matemfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №42» dairəvi möhür əksi və «Şübhəli şəxs: Təqsirləndirilən şəxs –imza: müdafiəçi-imza, iki imza, Təhqiqatçı: X7-imza…» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 04 ədəd bükümlərdə təmiz çəkiləri 4,852qram, 5,650qram, 4,060qram, 1,551qram, ümumii təmtz çəkisi – 16,113qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir, 04 ədəd bükümlərdəki təmiz çəkiləri 120,013qram, 2,743qram, 1,205qram, 0,763qram, ümumi təmiz çəkisi – 124,724qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla psixotrop maddə metamfetamindir; üzərində «Methadone-40» əmtəə göstəriciləri olan qəhvəyi rəngli dairəvi formalı üzərində «F/M40» əks əlavəli, ümumilikdə 10 ədəd həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eyni olan metadon tərkibli dərman pereparatıdır və 10 ədəd təsiredici maddəsinin ümumi miqdarı 0,4 qramdır. (hər bir həbin təsiredici maddəsinin miqdarı 0,04 olmaqla) Tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №42» dairəvi möhür əksi və «Şübhəli şəxs: Təqsirləndirilən şəxs –imza: müdafiəçi-imza, iki imza, Təhqiqatçı: X7-imza…» yazı əlavəsi qeyd edilmiş bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 3049qram olan qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə hekroindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkisi 3077,9 qram olan heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkisi 127,125 qram olan metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş 24 ədəd metadon həblər xarici əlamətlərinə və tərkibindəki təsir edici maddəsinin miqdarına görə eyni olan təsiredici maddəsinin ümumi miqdarı 0,96 qramdır. Heroin – 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ sifahısına daxildirlər. Metamfetamin – 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ sifahısına daxildirlər (cild 1, iş vərəqi 108-112).

17. Məhkəmə-narkoloji ekspertizasının 28 oktyabr 2023-cü il tarixli 7070 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 22-23).

18. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 685 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (cild 2, iş vərəqi 37- 39).

19. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının və külli miqdarda narkotik vasitələr, psixotrop maddələr və güclü təsir edən maddələrin əldə edilməsi mənbəyinə dair cinayət işi ayrılmışdır (cild 2, iş vərəqi 52-54).

20. “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş tədqiqatdan sonrakı qalıq çəkisi 3077,2 qram narkotik vasitə heroin, 126,675 qram psixotrop maddə metamfetamin, 2 ədəd «Pregabalin 150 mq» kapsulları, 22 ədəd metadon «40 mg» həbləri maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürməni və mənzildə axtarış və götürməni özündə əks etdirən 2 ədəd DVD-R və Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən «Bravo» marketə gəlişinin videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD-R markalı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 169-181).

21. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, həmkarı Şahid2 26 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə məlumat daxil olmuş, həmin məlumatla bağlı keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində elə həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu A.Şaiq küçəsində saxlanılmış və Bakı şəhəri, Yasamal RPİ-nin inzibati binasına gətirməklə növbətçi hissədə kitabda qeyd olunduqdan sonra təhqiqatçıya təqdim edilmişdir. Təhqiqatçının keçirdiyi Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan bir neçə büküm heroin, bir neçə büküm metamfetamin, həblər və elektron tərəzini təqdim etmişdir. Qeyd olunan əşyaları İİR-sı vətəndaşından əldə etdiyini etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvanda da bu qanunsuz əşyalardan olduğunu etiraf etmişdir. Bundan sonra baxışda iştirak edən bütün şəxslər Təqsirləndirilən şəxs yaşadığı ünvana getməklə Təqsirləndirilən şəxs özü mənzildə saxladığı külli miqdarda heroin, metamfetamin, həblər və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin əşyalar qablaşdırılaraq möhürlənmiş və baxışın iştirakçıları tərəfindən imzalanmaqla ekspertizaya göndərilmişdir. Keçirilmiş tədbir zamanı, üzərinə və mənzilinə baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz təsirlər edilməmişdir.

22. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ-nin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik epizodu üzrə tanıyır. Belə ki, 26 sentyabr 2023-cü il tarixdə idarəyə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə məlumat daxil olmuş, həmin məlumatla bağlı keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində elə həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu A.Şaiq küçəsində saxlanılmış və Bakı şəhəri, Yasamal RPİ-nin inzibati binasına gətirilməklə növbətçi hissədə kitabda qeyd olunduqdan sonra təhqiqatçıya təqdim edilmişdir. Təhqiqatçının keçirdiyi Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan bir neçə büküm heroin, bir neçə büküm metamfetamin, həblər təqdim etmişdir. Qeyd olunan əşyaları İİR-sı vətəndaşından əldə etdiyini etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvanda da bu bu kimi qanunsuz əşyalardan olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana da baxış keçirilmiş, Təqsirləndirilən şəxs mənzildə saxladığı külli miqdarda heroin, metamfetamin, həblər təqdim etmişdir.

Müdafiə tərəfinin irəli sürdüyü dəlillər aşağıdakılardır:

1. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 29 ildir ki, Sumqayıt şəhərində yaşayır, həmin şəhərdə DTXnın yerləşdiyi binanın yerini belə tanımır. Bu iş üzrə zərərçəkmiş şəxs qismində keçmiş Zərərçəkmiş şəxs1 tanıyır, onunla birlikdə 2020-ci ilin mayından 2022-ci ilin may ayına qədər CÇM-də cəza çəkmiş, həmin dövrdə dostluq münasibətləri yaranmışdır. CÇM-dən azad olunduqda yaşadığı Sumqayıt şəhərinə qayıtmış, onun kimi cəzasını çəkib qurtarmış Zərərçəkmiş şəxs1la görüşmüş, işsiz olduğu üçün sonuncu onu özünün ətriyyat mağazasına işləməyə dəvət etmişdir. Həmin dövrdə də münasibətləri yaxşı olmuş, Zərərçəkmiş şəxs1 onun əmək haqqını kəsməmişdir. O, dindar olduğu üçün namaz qılan olmuş, kimsə onu həyətdə namaz qıldığı yerdə videoçəkilişini aparıb sosial şəbəkələrdə paylaşmışdır. Ölkədən çıxma barədə arayış almalı idi, bunun üçün Sumqayıt şəhər hərbi prokurorluğuna getmişdir. Orada ona bildirmişlər ki, onu ölkədən çıxmağa qoymayacaqlar. O, Bakı şəhəri Yasamal RPİ-nə dəvət olunmuşdur. Ora gedən zaman, yəni İnşaatçılar metrosundan çıxıb orada dayanan zaman onu polis əməkdaşları saxlamışlar. Onlar demişlər ki, o, mal alandır, o da bildirmişdir ki, mal satan deyil, mal alandır. Belə ki, o, əvvəllər kakos, preqabalin və s növlərdən olan narkotiklərdən istifadə edirdi. Saxlanılan zaman polis əməkdaşları ona qarşı fiziki zor tətbiq etmişlər. Lakin Anar adlı polis əməkdaşı ona bildirmişdir ki, fərqi yoxdur, sən özünə xəsarət yetirmisən. Onun üzərində narkotik olmamışdır. Çantaya narkotiki polis əməkdaşları özləri qoymuş, A.Şaiq küçəsindəki köşkün yanında saxlanılmışdır. Doğrudur, o, oğurluq və soyğunçuluq üstündə əvvəllər məhkum edilmiş, bunu bilir. Əgər o, DTX-ya daxil olub iş verirdisə bunu təsdiq edən kamera görüntüləri olmalıdır. Xahiş edir ki, həmin görüntülər çıxarılsın. Uşaqlıqdan ata-anasız böyümüş, onu nənəsi saxlamışdır. Onda o imkan hardandır ki, ittiham aktında göstərilən qədər narkotik vasitə alsın. Məhkəməyə güvənir. O, DTX-nın X14 Xəlilovla bağlı müraciət etməmiş, həmin binaya yaxın belə getməmişdir. Nümayəndə2 Sumqayıt məscidinin imamı kimi tanıyır. Gənclər gəlib şikayət edirdilər ki, orada onlara namaz qılmağa imkan verilmir. Bu səbəbə görə Nümayəndə2la aralarında ziddiyyət yaranmış, lakin o, Raufla bağlı DTX-ya müraciət etməmişdir. “Bravo” marketi epizodu üzrə isə bildirir ki, həmin yerdə Nemət adlı bir yoldaşı işləyir, Nemətin həyat yoldaşı əcnəbidir, hər axşam Vüqarla “Bravo” marketə gedərək Nemətlə görüşmüşlər. Marketin mühafizəçisi onlara irad bildirmişdir ki, saatlarla gəlib burda dayanmayın. Bu səbəbə görə onları bir otağa salıb razborka ediblər. Seymur Ağamirovu isə tanımır. Narkotik epizodu üzrə isə onu bildirir ki, qeyd etdiyi kimi kakos, preqabalin və metadon istifadə etmişdir. Lakin ittihamda göstərilən vasitələri o görməmişdir. O, 20 manata şəxsi istifadəsi üçün balaca bir büküm heroin əldə etmişdir. İttiham aktında göstərildiyi ünvanı ümumiyyətlə tanımır, həmin ünvanda yaşamamışdır. Bunu həmin evin sahibindən də soruşmaq olar. Evə baxış zamanı təqdim edilən vasitələrin ona məxsus olmasını demişdir, Yasamal RPİ-si 26-cı PB-nin Tural adlı əməkdaşı onu döydüyü üçün məcbur qalıb evindən götürülmüş əşyaların ona məxsus olmasını demişdir. Yasamal RPİ-nin 26-cı PB-də ona yetirilmiş xəsarətləri İT-da tibbi müayinə zamanı qeydə almışlar. Hətta bununla bağlı prokurorluğun əməkdaşı gəlib ondan izahat almış, lakin o, prokurorluğun apardığı araşdırmanın yekun qərarı barədə məlumat almamışdır.

2. Şahid1 ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, şahidin ifadəsi ilə razıdır, bu şahid üzərinə və mənzilinə baxışda iştirak etmiş, evə baxış keçirilən zaman masanın üzərində saxladığı preqabalin həblərini, metamfetamin və kakosu təqdim etmişdir. Onun bu şahiddən heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin hüquqi dəyərləndirməsi:

Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, DTX-nin Sumqayıt şəhər İdarəsinə daxil olmuş ərizə və izahatlar, üzərində və mənzilində şəxsi istehlak miqdarından artıq narkotik vasitə, psixotrop maddə və güclü təsir edən həblərin müəyyən edilməsi, həm üzərində, həm mənzilində aşkar edilmiş elektron tərəzilər (02 ədəd), elektron tərəzilərin üzərində 02 ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri onun göstərir ki, o narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən həblərin dövriyyəsi ilə məşğul olmuş, onun üzərində və mənzilində qeyd olunan narkotik vasitələrin onun özünə məxsus olmaqla Təqsirləndirilən şəxs məhkəməyədək müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri, ekspertiza rəyləri, həmçinin üzərinə və mənzilinə baxış zamanı aşkar olunmuş əşyaları könüllü təqdim etməsi protokol və disklərlə ona verilmiş ittihamı tam təsdiqini tapmışdır. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə və mənzilində aşkar edilmiş narkotik vasitə, psixotrop maddəvə və güclü təsir edən həblərin şəxsi istehlak miqdarından dəfələrlə artıq və üzərindən və mənzilində aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və güclü təsir edən həblərin büküm və bağlama halında olması, üzərində və mənzilində aşkar edilmiş elektron tərəzilər, ekspertiza rəyləri və digər sübutlar ondan aşkar edilmiş narkotik vasitəni, psixotrop maddənin və güclü təsir edən həblərin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir. Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar həqiqətə uyğun deyildir, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsini üzərinə və mənzilinə baxış zamanı əşyaların miqdarı ilə, aşkar edilmiş eletron tərəzilərlə, həmin elektron tərəzilərin üzərində olan heroinin və metamfetaminin izlərilə, ekspertiza rəylərilə, DTX-nin Sumqayıt şəhər İdarəsinə daxil olmuş ərizələr və izahatlarla, ibtidai istintaq zamanı zərərçəkmiş şəxslərin verdiyi ifadələrlə və cinayət işinin digər materialları ilə təkzib olunur, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ilkin ifadələri həqiqətə uyğun olan ifadə kimi qiymətləndirir və məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirir. Narktoik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən həblərin təqsirləndirilən şəxsin üzərindən və mənzilindən aşkar edilməsi, bükümlərdə və bağlamada olması, həmin vasitələr ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narktoik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən həblərin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Beləki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 5(004)-995/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli qərar qanuni hesab edilmiş, məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, müdafiəçisinin iştirakı ilə şübhəli şəxsin üzərinə və mənzilinə şəxsi axtarış (baxış) və götürülmə aparılması prosesi zamanı Təqsirləndirilən şəxs ona qarşı heç bir fiziki və psixoloji təzyiq göstərilmədən ondan və mənzilindən aşkar edilmiş narktoik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən həbləri bir müddət əvvəl tanış olduğu Maqsud adlı İran İslam Respublikasının vətəndaşından sonuncunun ona verəcəyi narkotik vasitələri və psixotrop maddələri satıb pul qazanmaq məqsədilə bank kart hesabına 3000 manat pul ödəməklə əldə etmişdir. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

CM-nin 216-cı maddəsinə əsasən insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat verildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, bu cinayətin törədilməsi nəticəsində həm ictimai təhlükəsizliyə, həm də hakimiyyət orqanlarına, dövlət idarəetmə orqanlarının normal fəaliyyətinə, dövlət, ictimai, özəl və digər müəssisə, idarə və təşkilatların işinə, onların iqtisadi mənafelərinə, habelə ayrı-ayrı vətəndaşların hüquqlarına və qanuni manefələrinə ziyan vurulur. Məhkəmə baxışı zamanı təqsirləndirlən şəxsin terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə nəticəsində həm ictimai təhlükəsizliyə, həm də hakimiyyət orqanlarına, dövlət idarəetmə orqanlarının normal fəaliyyətinə, Zərərçəkmiş şəxs1 hüquqlarına və qanuni manefələrinə, dini qurum olan Sumqayıt şəhər Cümə məscidi dini icmasının və Azərbaycan Supermarket MMC-yə məxsus və Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Bravo” supermakterlər şəbəkəsinin filialının işinə, onların iqtisadi mənafelərinə ziyan vurulmuşdur. CM-nin 234.4.1. və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 240.2.1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə əldə etmə, saxlama, daşıma və ya göndərmə, qanunsuz satma abaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Maddə 65.1. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, qurudulmuş marixuana təmiz halda 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 12-cü bəndi. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3- 1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır Qərarın 24-cü bəndi. CM-in 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olubolmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış 32 məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Odur ki, qeyd olunan cinayətlərə dair işlərə baxılarkən, sübutetmə predmetini təşkil edən digər məsələlərlə yanaşı, maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid edilib-edilməməsi, şəxsdə bu maddələri satmaq məqsədinin olub-olmaması, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmaması araşdırılmalıdır. Maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid olması barədə nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. Nəzərə alınmalıdır ki, “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı” və “Zəhərli maddələrin siyahısı” 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. CM-in 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulan tövsifedici əlamətlər təfsir edilərkən bu Qərarın narkotik vasitələrin (psixotrop maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə həsr olunmuş bəndlərində eyni tövsifedici əlamətlərə dair verilmiş izahlar nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Məhkəmənin gəldiyi hüquqi nəticə:

Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə təqsirli bilinərək ona 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Baxılan iş üzrə Təqsirləndirilən şəxs törətdiyi ilk cinayət əməlini 06 mart 2023-cü il tarixdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələblərinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Belə olan halda, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxs hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs cəza təyin edilən zaman cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təkrar qəsdən (residiv) cinayət törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcud olub-olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs törətmiş olduğu əməlində cinayətlərin residivi olduğu üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. İşdə olan tutma protokolundan və məhkəmə qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdə saat 19:50-də müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablanmaqla barəsində 04 (dörd) ay həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 83, 143-145). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 26 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan, Bakı şəhəri Yasamal RPİ -nin maddi sübutları saxlama kamerasında saxlanılan maddi sübutlar – tədqiqatdan sonrakı qalıq çəkisi 3077,2 qram narkotik vasitə heroin, 126,675 qram psixotrop maddə metamfetamin, 2 ədəd «Pregabalin 150 mq» kapsulları, 22 ədəd metadon «40 mg» və 02 ədəd elektron tərəzi məhv edilməli, 3 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 92 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 850 AZN (səkkiz yüz əlli) manat pul 5 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 216, 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 216-cı maddəsi ilə 05 (beş) il müddətinə, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətinə, Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ -nin maddi sübutları saxlama kamerasında saxlanılan – tədqiqatdan sonrakı qalıq çəkisi 3077,2 qram narkotik vasitə heroin, 126,675 qram psixotrop maddə metamfetamin, 2 ədəd «Pregabalin 150 mq» kapsulları, 22 ədəd metadon «40 mg» və 02 ədəd elektron tərəzi məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 3 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 850 AZN (səkkiz yüz əlli) manat pul Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar