Məhkəmə qərarları › İş №1(101)-290/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-290/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-290/2024 12.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, 15 avqust 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayonu, 2-ci mədən, 75-ci korpus, ev 104Ada qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs 16 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Binəqədi rayonu, 1-ci mədən, korpus 9 ünvanında tanışı Zərərçəkmiş şəxs bir müddət əvvəl ondan borca aldığı 200 manatı qaytarmasını tələb edərkən, sonuncunun ona kobud cavab verərək borcunu qaytarmayacağını bildirməsi və nalayiq sözlər deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində olan istintaq tərəfindən müəyyən edilməyən bıçaqla qəsdən zərərçəkmiş Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan nahiyəsindən bir dəfə vuraraq döş qəfəsinin arxa səthinin sol yarısında arxa qoltuqaltı xətt üzrə Vİİİ-İX qabırğalararası sahədən döş və qarın boşluqlarına işləyən (torakoabdomenal), diafraqmanın sol kümbəzini və dalağı zədələyən, kəskin daxili qanaxmaya (qarın boşluğuna 500 ml-dək qan) səbəb olmuş deşilmiş-kəsilmiş yarası ilə müşayiət edən xəsarətlər yetirib insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə məhkum olunmuş və ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxs təxminən 6 ildir tanıyır. Onunla yaxşı münasibətdə olmuşdur. 2022-ci ilin yay aylarında Elçin ondan 200 manat borc istəyib, qısa müddətdə qaytaracağını bildirmişdir. O da Elçinə 200 manat borc vermişdir. Sonuncu vədinə əməl etməmiş, bir müddət keçsə də, onun pulunu qaytarmamışdır. Elçin əvvəlcə müxtəlif bəhanələr gətirmiş, sonralar isə ondan yayınmağa başlamışdır. 16 oktyabr 2022-ci il tarixdə, saat 15 radələrində idarə etdiyi «Niva» markalı avtomobillə Bakı şəhəri Binəqədi rayonu, Mədən 1, korpus 9 ünvanında hərəkət edərkən yolun kənarında Elçini görmüşdür. Avtomobili saxlayıb sonuncuya yaxınlaşmış və ondan 200 manat pulunu qaytarmasını tələb etmişdir. Elçin əvvəlcə borcu qaytaracağını bildirsə də, sonra kobud şəkildə onun pulunu atdığını və qaytarmayacağını bildirmişdir. Bu səbəbdən aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Elçin onun ailəsinin ünvanına təhqiramiz ifadələr işlətmiş və onunla əlbəyaxa olmuşdur. Sonuncunun bu hərəkətlərindən əsəbləşib şalvarının sağ yan cibində olan açılıb-bağlanan bıçağı çıxartmış və bir dəfə Elçinin sinəsinin arxa sol yan hissəsindən vurmuşdur. Bundan sonra Elçin qaçıb oradan uzaqlaşmışdır. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 6 ildir ki, tanıyır. 2022-ci ilin yay aylarında Kənandan 200 manat borc alıb, qısa müddət ərzində qaytaracağına söz vermişdir. Maddi vəziyyəti pis olduğundan pulu vaxtında qaytara bilməmişdir. Kənan bir neçə dəfə ondan borcunu istəmiş, o da yaxın vaxtlarda qaytaracağını bildirmişdir. 16 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evin yaxınlığında gəzərkən Kənan «Niva» markalı avtomobildən düşüb ona yaxınlaşmışdır. Sonuncu aqressiv şəkildə ondan borcunu tələb etmişdir. O, maddi vəziyyətinin yaxşı olmadığı deyib, borcu yaxın vaxtda qaytaracağını bildirmişdir. Kənan isə onunla razılaşmayıb, borcunu təcili qaytarmağını tələb etmişdir. Sonuncunun bu hərəkətlərindən əsəbləşib pulu qaytarmayacağını bildirmişdir. Odur ki, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Kənan sağ əlində tutduğu dəstəyi qara rəngli açılıb-bağlanan bıçaqla onun sinəsinin sol hissəsindən vurmuşdur. O, qorxub oradan qaçaraq uzaqlaşmışdır. Yaşadığı evə getmiş, atası onun vəziyyətini görüb təcili tibbi yardım xidmətini çağırmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. İşin 152-154-cü vərəqlərindəki protokoldan görünür ki, 5 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən törətdiyi cinayəti etiraf edib, hadisə yerində əyani şəkildə göstərmişdir. Bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir. İşin 92-94-cü vərəqlərindəki məhkəmə-tibbi ekspertizasının 7 noyabr 2022-ci il tarixli 2291 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin arxa səthinin sol yarısında arxa qoltuqaltı xətt üzrə Vİİİ-İX qabırğalararası sahədən döş və qarın boşluqlarına işləyən (torakoabdomenal), diafraqmanın sol kümbəzini və dalağı zədələyən, kəskin daxili qanaxmaya (qarın boşluğuna 500 ml-dək qan) səbəb olmuş deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 16 oktyabr 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə deşici-kəsici alətlə, ola bilsin bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. İşin 145-147-ci vərəqlərindəki ambulator məhkəmə psixiatrik ekspertizasının 10 fevral 2023-cü il tarixli 354 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İşin 106-115-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsi və hökmün surətindən görünür ki, Ağazadə X1 rayon məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdəki Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş 13 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Ağazadə X1 rayon məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkməsi üçün 21 iyul 2022-ci il tarixdə idarədə qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs 1 dekabr 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 13 dekabr 2023-cü il tarixə ona təyin edilmiş cəzanın 1 (bir) il 3 (üç) ay 29 (iyirmi doqquz) gün hissəsini çəkmiş, çəkilməmiş cəza müddəti 1 (bir) ay 27 (iyirmi yeddi) gün təşkil edir. 9 fevral 2024-cü il tarixdə Ağazadə X1 rayon məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən cinayət törətsə də, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşin 123-cü vərəqindəki zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir iddiası və tələbi yoxdur. İşin 38-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olduğundan 1 noyabr 2022-ci il tarixdə saxlanılaraq istintaqa təhvil verilmişdir. İşin 81-85-ci vərəqlərindəki Binəqədi rayon məhkəməsinin 3 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 fevral 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İşin 95-100-cü vərəqlərindəki Binəqədi rayon məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşin 124-125-ci vərəqlərindəki 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmişdir. İşin 130-cu vərəqindəki 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə özünü könüllü olaraq istintaqa təqdim edib, barəsində axtarış elan olunduğunu bildikdən sonra dərhal gəldiyini bildirmişdir. İşin 136-140-cı vərəqlərindəki 17 fevral 2023-cü il tarixli qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilməsi və qətimkan tədbirinin seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin uzadılmasından imtina edilmiş və barəsinə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 143-cü vərəqindəki 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs səhhəti ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti olaraq mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların (məhkəmədə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri, iş üzrə toplanmış protokollar) məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək qərara gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilsə də, məhkəmə araşdırması zamanı onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozması öz təsdiqini tapmadı. Belə ki, cinayət işinin materiallarına Təqsirləndirilən şəxs həmin ərəfədə istintaqa çağırılmasını və onun qətimkan tədbirinin şərtlərini pozmağını təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. İşdəki 17 fevral 2023cü il tarixli könüllü gəlmə haqqında və təqsirləndirilən şəxsin dindirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs ambulator müalicə aldığından istintaq orqanının onu axtarmasından xəbərsiz olduğunu, polis əməkdaşlarının onu axtardığını bilən kimi dərhal könüllü olaraq istintaq orqanına gəldiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 151.1. və 151.2-ci maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtləri pozulduqda, müstəntiq və ya prokuror onun tutulması barədə qərar çıxara bilər. Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və ya girov qətimkan tədbiri hakim tərəfindən seçilmişsə, qətimkan tədbirinin şərtlərini pozduğuna görə prokuror həmin şəxsin tutulması barədə qərar çıxarmaqla yanaşı onun həbsə alınmasına dair məhkəməyə təqdimat göndərir. Hazırki iş üzrə istintaq orqanı Təqsirləndirilən şəxs dəlilləri ilə razılaşaraq ev dustaqlığı qətimkan tədbirinin uzadılması barədə məhkəməyə təqdimat verməkdən imtina etmiş, onun barəsində həbslə bağlı olmayan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçib, müalicə olunmasından ötrü ona şərait yaratmaq üçün iş üzrə icraatı yenidən dayandırmışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri qüvvədə olmaqla axtarışda olduğu 25 yanvar 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək olan müddət Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən həbsdə saxlama müddətinə daxil edilməklə CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə cəzası müddətinə bir günə bir gün hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 1 noyabr 2022-ci il tarixdən 17 fevral 2023-cü il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 16 (on altı) gün müddət həbsdə saxlama müddətinə daxil edilməklə CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə cəzası müddətinə bir günə bir gün hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı 12 fevral 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərclərinin olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 360 (üç yüz altmış) manat onun işlədiyi «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən 1 noyabr 2022-ci il tarixdən 17 fevral 2023-cü il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 16 (on altı) gün müddət həbsdə saxlama müddətinə daxil edilməklə CM-nin 69.3cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə cəzası müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 360 (üç yüz altmış) manat onun işlədiyi «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar