Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-290/2025 12.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X19 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər “Sirius” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1988-ci ildə Gədəbəy rayonu, Novo Saratovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gədəbəy rayonu, Novo Saratovka kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 234.4-1-ci maddəsi ilə, xx.xx.1992-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Peyman” adlı şəxslə qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşərək Xətai rayonu ərazisində müvafiq yerə qoyulmuş ümumi təmiz çəkisi 10002,3 qram (10 kq 2,3 qram) olan xüsusilə külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs2la birlikdə götürüb sonuncunun idarə etdiyi “Toyota Prius” markalı olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa oturacağının ayaqaltı hissəsində saxlamışdır. Bu barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 7 yanvar 2024-cü il tarixdə saat 19:10 dəqiqədə Xətai rayonu, 8 Noyabr prospekti, 189 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs2 və onların cinayətkar niyyətlərindən xəbərsiz olan X20 əvvəlkinin idarə etdiyi “Toyota Prius” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Xətai RPİ-nin 37-ci polis şöbəsinə gətirilmişdir. Orada üzərinə şəxsi axtarış və götürmə keçiriləndən sonra polis şöbəsinin həyətində müdafiəçilərin iştirakı ilə videoçəkilişlə avtomobilə keçirilən baxış və götürmə zamanı avtomobilin salonunda arxa sol oturacağın ayaqaltı hissəsindən bir ədəd qara rəngli sellofan torbaya qoyulmuş sellofan bükülüdə olan on ədəd sellofan bağlamalarda xüsusilə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1030,7 qram, 975,5 qram, 1010,6 qram, 1010,2 qram, 970,8 qram, 995,5 qram, 995,3 qram, 990,7 qram, 990,5 qram, 1032,5 qram, ümumi təmiz çəkisi 10002,3 qram (10 kq 2,3 qr) açıq qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin ibtidai istintaq materiallarına görə, digər təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə çəkisi 0,957 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. O, həmçinin Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Peyman” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Xətai rayonu ərazisində müvafiq yerə qoyulmuş ümumi təmiz çəkisi 10002,3 qram (10 kq 2,3 qram) olan xüsusilə külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs1la birlikdə götürüb özünün idarə etdiyi “Toyota Prius” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa oturacağının ayaqaltı hissəsində saxlamışdır. Bu barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 7 yanvar 2024-cü il tarixində saat 19:10 dəqiqədə Xətai rayonu, 8 Noyabr prospekti, 189 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 və onların cinayətkar niyyətlərindən xəbərsiz olan E.V.Ağayev əvvəlkinin idarə etdiyi “Toyota Prius” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Xətai RPİ-nin 37-ci polis şöbəsinə gətirilmişdir. Orada üzərinə şəxsi axtarış və götürmə keçiriləndən sonra polis şöbəsinin həyətində müdafiəçilərin iştirakı ilə videoçəkilişlə avtomobilə keçirilən baxış və götürmə zamanı avtomobilin salonunda arxa sol oturacağın ayaqaltı hissəsindən bir ədəd qara rəngli sellofan torbaya qoyulmuş sellofan bükülüdə olan on ədəd sellofan bağlamalarda xüsusilə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1030,7 qram, 975,5 qram, 1010,6 qram, 1010,2 qram, 970,8 qram, 995,5 qram, 995,3 qram, 990,7 qram, 990,5 qram, 1032,5 qram, ümumi təmiz çəkisi 10002,3 qram (10 kq 2,3 qr) açıq qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, maşını ustada olduğuna görə tanışı taksi sürücüsü Təqsirləndirilən şəxs2 zəng edərək ustada olan maşınına baxmağa getmək istədiyini bildirmiş, bu zaman həyətlərində usta kimi işləyən E.V.Ağayev adlı tanışı da onunla getmək istədiyini bildirmiş və Təqsirləndirilən şəxs2 razılaşdıqdan sonra onlar üçü birlikdə yola düşmüşlər. Bu zaman əvvəllər də dərman aldığı İranlıdan əlində şəkər dərmanının olub-olmamasını maraqlanmış, sonuncu dərmanın olduğunu bildirmişdir. Belə ki, bazar qiymətindən bir qədər ucuz olduğu üçün dərmanı İranlıdan almaq istəmişdir. Həmin şəxs ondan, həmçinin, bir dərmanı da götürüb deyəcəyi şəxsə çatdırmasını xahiş etmiş, o isə şəxsin özünün niyə gəlib götürmədiyini maraqlanmışdır. Bu zaman iranlı dərmanı götürəcək şəxsə inamının olmadığını, ona konum və şəkil atacağını və həmin ünvandan dərmanı götürməsini bildirmişdir. O, əvvəlcə tərəddüd etmiş, dərman barədə Təqsirləndirilən şəxs2 bildirəndə sonuncu bu işin qorxulu olduğunu, onları tələyə sala biləcəklərini bildirmişdir. O isə hər ehtimalla gedib baxmalarını, əgər təhlükə hiss etsələr, dərhal oradan uzaqlaşa biləcəklərini qeyd etmiş, Təqsirləndirilən şəxs2 razılaşdıqdan sonra həmin ünvana doğru getmişlər. Ünvana çatanda o, maşından təxminən 1-1,5 metr aralıdan boylanaraq baxmış, qara sellofanı gördükdən sonra onu götürmək fikrindən daşınmış və Təqsirləndirilən şəxs2 “sür getdik” demişdir. Həmin vaxt “Fiat” markalı, ağ rəngli maşın onların qarşılarını kəsmiş, maşınları həmin maşına dəydikdən sonra dayanmış, həmin maşından əllərində taxta, ağac olan saqqallı şəxslər düşərək maşına hücum etməyə, onu sındırmağa başlamışlar. O, arxa tərəfdə ortada oturmuş, polis olduqlarını bilmədiyi həmin şəxsləri gördükdən sonra maşından çıxıb qaçaraq çənin üstünə çıxmışdır. Həmin şəxslər ondan polis olduqlarını qeyd edərək aşağı düşməsini tələb etsələr də, o inanmamış, yalnız polis vəsiqəsini gördükdən sonra aşağı düşmüşdür. O, aşağı düşdüyü andan polislər onu döymüş, daha sonra bölməyə gətirmiş, orada da döydükdən sonra sənədlərə qol çəkməsini, yoxsa evinə narkotik vasitə atıb ailə üzvlərini də bölməyə gətirəcəklərini bildirmişlər. O, əvvəl 1-2 sənədi imzalasa da, sənədlərdə 10 kq narkotik vasitənin yazıldığını gördükdən sonra qol çəkməkdən imtina etmiş, bundan sonra ayrıca otağa salınaraq ona elektroşok verilmişdir. Daha sonra o, müvəqqəti saxlama yerinə aparılmış, orada halı çox pisləşdiyindən gecə 2 dəfə təcili tibbi yardım çağırılmış, tibbi yardım getdikdən sonra onu saxlayan 4 nəfər MSY-yə gələrək yenidən qol çəkməsini istəmiş, razı olmadıqda onu bölməyə aparmağa çalışmışlar. Bu zaman MSY-nin rəisi həmin şəxsin içkili və vəziyyətinin ağır olması səbəbindən bölməyə aparılmasına icazə verməmiş, rəislə həmin polislər arasında bununla bağlı mübahisə yaranmışdır. Səhəri gün polislər yenidən gələrək ondan sənədlərə qol çəkməsini istəmiş, o, yenə də razı olmayaraq sanksiya məhkəməsində hər şeyi deyəcəyini bildirmişdir. Məhkəmədə onun barəsində həbs qətimkan tədbiri seçilərkən hər şeyi olduğu kimi danışmış, audio-video yazıda hamısı əks olunmuşdur. Həbs qətimkan tədbiri seçilərkən hakim nəinki onun dediklərini nəzərə almamış, o cümlədən demədiyi fikir və ifadələri öz qərarında əks etdirmişdir. Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, dərmanı götürəcəyi adamın kimliyini bilməmiş, sadəcə olaraq 4-5 il əvvəl ona dərman göndərmiş, o da bu dəfəki kimi ünvandan deyil, konkret şəxsdən gedib dərmanı götürmüşdür. Həmin iranlı dərmanı götürməsini xahiş edərkən ona “hörmət” ediləcəyini də bildirmiş, o da pula ehtiyacı olduğundan gedib baxmaq istəmişdir. O, istintaq dövründə də cavanlıqda “nəşə” çəkdiyini, hazırda isə heç bir narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. O, qaçıb çənin üstünə çıxan zaman “kapuşonka” paltarda birinin gələrək maşına qara sellofan bağlama atdığını, Təqsirləndirilən şəxs2la E.V.Ağayevin pəncərədən çıxarılaraq maşının arxa tərəfində maşını görə biləcək yerdə yerə uzadıldığını görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 və E.V.Ağayev polislərin gəldiyi həmin ağ maşınla aparılmış, onların gəldikləri maşını isə polislərdən biri sürüb aparmışdır. Onların qarşılarını kəsən həmin ağ maşının polis maşını olduğunu göstərəcək heç bir xüsusi nişan olmamışdır. Həmçinin bildirmişdir ki, barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmə qərarında qeyd olunan guya “Peyman ilə danışmış və ona 200 qram heroin sifariş vermişdir” ifadəsini ümumiyyətlə məhkəmə iclasında səsləndirməmiş, həmin ifadə ona məxsus deyil, məhkəmə iclasının audio-video çəkilişinə və protokoluna baxış keçirilən zaman bu fakt öz təsdiqini tapa bilər. Bundan başqa mobil telefonuna «üç kilo gülü götürün» məzmunda saat 19:17 dəqiqədə daxil olmuş səsli mesajla bağlı bildirmişdir ki, həmin vaxtı onun telefonu polis əməkdaşlarının sərəncamında olmuşdur. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs1 ona Razinə gedib-gəlməli olduğunu bildirmiş, o razılaşmış və Elçingildə usta işləyən bir nəfər də daxil olmaqla üçü birlikdə Razinə getmişlər. Təqsirləndirilən şəxs1 maşını ustada olduğundan oraya getməli olduğunu bildirmiş, o da dediyi ünvana sürmüşdür. Daha sonra sonuncu Əhmədli tərəfdə olan əşyasını götürmək üçün oraya getmələrini bildirmiş, getməli olduqları ünvanı isə özü göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəkər dərmanını götürəcəyini bildirmiş, həmin ünvana çatanda yol birtərəfli olduğuna görə maşını irəli sürüb dönərək sonuncunun dediyi yerdə saxladıqdan sonra Təqsirləndirilən şəxs1 qapını açmış, bir dəqiqə belə keçmədən “sür getdik” demişdir. O, maşını yerindən tərpədən zaman qarşıdan maşın gəldiyini görmüş, bir maşınlıq yol olduğuna görə qarşıdan gələn maşına öz maşınının işıqlarını yandırmaqla xəbərdarlıq etmişdir. Yol dar olduğuna görə ya o, 20-30 metr arxaya getməli, ya da qarşıdakı maşın dönməli imiş. Lakin qarşıdakı maşının sürücüsü geri çəkilməmiş, maşının içərisindən mülki geyimdə olan şəxslər düşüb onların maşınına yaxınlaşmış, sonuncuların əllərində daş və ağac olmuş, maşının qapısını açmaq istəyəndə o, qapını kilidləmişdir. Bundan sonra həmin şəxslər daşla maşının pəncərəsin sındırmış, maşının sürücüsü isə maşında qalmışdır. Qarşıda Təhlükəsiz Şəhər kamerası olduğundan o, nəsə olsa kameraya düşsün deyə maşını yola tərəf sürmək istəmiş, bu səbəbdən də qarşıda olan maşını vurmuşdur. Daha sonra həmin şəxslər onu və E.V.Ağayevi pəncərədən çölə çıxarmış, Təqsirləndirilən şəxs1 arxada oturduğundan orada kimsənin olmadığını zənn edərək onu görməmiş, onları isə üzü üstə maşının arxasında yerə uzandırmış, bu müddətdə kimsə dizini onun belinə qoymuş və polis olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 qaçıb “bakın” üstünə çıxmış, sonradan adının Rəşad olduğunu bildiyi polis əməkdaşı əlində bağlamanı gətirib maşının arxa oturacağına qoymuşdur. Polis əməkdaşları onları təxmini yarım saat döymüş, lakin qollarına qandal vurmamışdırlar. Daha sonra Təqsirləndirilən şəxs1 xəbəri olmamış, onu və E.V.Ağayevi həmin “Fiat” markalı avtomobilə aparmış, orada 15-20 dəqiqə gözlədikdən sonra onları əvvəlcə Xətai RPİ-yə, oradan isə başqa maşınla Xətai RPİ-nin 37-ci PŞ-yə aparmış, onlar gələndə Təqsirləndirilən şəxs1 da orada olmuşdur. Onlar saat 7-də saxlanılmış, avtomobilə baxış keçirilənədək 10 kq narkotik vasitədən xəbərləri olmamışdır. Ona işgəncə verərək narkotik vasitə dalınca gəldiyini etiraf etməsini bildirmiş, o isə əvvəllər polis əməkdaşı işlədiyini, narkotik vasitə istifadə etmədiyini, lazım gəlsə analiz verə biləcəyini, indiyədək onunla bağlı bir yazısının belə olmadığını, narkotik vasitənin nə alışı, nə də satışı ilə məşğul olmadığını bildirmişdir. Daha sonra onu kapitan Nicat çağırmış, ondan 2 min manat pul istəmiş və CM-in 234.1-ci maddəsi ilə ittiham veriləcəyini, çöldən-çölə gedib-gələcəyini bildirmiş, bu zaman razılaşmayanda da 1 qram narkotik vasitəni boynuna qoyub məhkəmədə 6 ay iş alacağını bildirmişlər. Onu növbətçi hissədə, növbətçi hissənin yanındakı reşotkalı otaqda, otaqdakı kameranın altında, polis əməkdaşı Nicatın otağında, prokurorluğun əməkdaşının yanında, Şöbədən çıxandan sonra təhqiqatçının otağında döymüşlər. O, sənədlərə qol çəkməmiş, maşının yanında çəkiliş olandan sonra yenə onları reşotkalı otağa salmış, axşam saat 3-4-də sənədlərə qol çəkmək üçün bir də aparılmış, yenidən qol çəkməyəndə növbətçi hissədə kameranın altında döymüş, ümumilikdə isə səhər saat 5-6-yadək döymüşlər. Səhər saat 10-un yarısında müvəqqəti saxlama yerinə təhvil verilən zaman bədənində xəsarətlər olmuşdur. Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onları 7 yanvar 2024-cü il, saat axşam 7, 8-ə işləmiş Xətai rayonu, Nargilə dairəsi deyilən ərazidə saxlamışlar. O, həmin yerə taksi sürücüsü kimi getmiş, Təqsirləndirilən şəxs1 onunla yaxın olduğundan başqa taksiyə verəcəyi pulu ona verəcəyini bildirərək, qarşılığında onu maşınını verdiyi ustanın yanına aparmasını istəmiş, o da razılaşmışdır. Belə ki, 2-3 gün qabaq da Təqsirləndirilən şəxs1la birlikdə maşını Razində həmin ustaya aparmışlar. Onları saxlayan polis əməkdaşları təxminən 20 nəfər, mülki geyimli şəxslər olmuş, onları əvvəllər görməmişdir. O, əvvəllər Tovuz rayonunda mühafizə polisində işləmişdir. Ola bilsin ki, polis əməkdaşları ağ rəngli “Fiat” markalı maşının özlərinə məxsus olduqlarını dandıqlarından maşını aparıb dəyişmişlər. Onun üzərinə baxış Xətai RPİ-nin 37-ci PŞ-də təhqiqatçının otağında aparılmış, ona dəfələrlə fiziki zor tətbiq edilmiş, axşam saat 10-12 arası özlərini prokurorluq işçiləri olaraq təqdim edən şəxslər gəlmiş və sonuncuların nə üçün gəldiklərini bilməmiş, onların gözünün qarşısında da ona işgəncə verilmişdir. Heroini kapitan Nicatın otağında ona polislər vermiş, işgəncələrdən sonra məcbur olub onların dediklərini boynuna almış, ilkin ifadələri ona polislər yazıb gətirmiş, o, ifadə verməmişdir. Onun üzərinə şəxsi axtarış gecə keçirilmiş, orada guya onu müdafiə etmək üçün dəvət olunmuş vəkil də nəinki öz vəzifəsini yerinə yetirməmiş, hətta polis əməkdaşları kimi ona sənədləri imzalamağını, nə deyilirsə, etməyini bildirmişdir. Bu səbəbdən barəsində həbs qətimkan tədbiri seçilərkən həmin vəkildən imtina etmişdir. Üzərinə axtarışla bağlı çəkiliş bir neçə dəfə aparılmış, çəkiliş polislərin planladığı kimi getməyəndə yenidən çəkiliş edilmiş, o çəkilişdən əvvəl də, sonra da döyülmüşdür. Döyülməsi ilə bağlı prokurorluğa şikayət etmiş, ondan izahat alınmış, izahat alan şəxslər döyülən zaman otaqda olan prokurorluq işçiləri olmamışdır. Yan otaqda olan Təqsirləndirilən şəxs1 qışqırıq səslərini eşitmiş, çəkilişə gedən zaman axsadığını görüb nə olduğunu soruşanda sonuncu ona elektroşok verildiyini bildirmişdir. Avtomobilə baxış zamanı da qurduqları ssenari alınmadığı üçün bir neçə dəfə çəkiliş edilmişdir. Onun maşını bölmənin qarşısında saxlanılmış, maşının şüşələri olmamış, mühafizəsi təmin edilməmiş, yanında hər hansı polis əməkdaşı olmamışdır. Evin qaz sayğacının kartı onda olduğuna görə qohumlarından biri kartı götürməyə gəlmiş, yanında polis əməkdaşı ilə gedib özü maşının qapısın açmış, kartı götürüb qohumuna vermiş, həmin vaxt maşının qapısı açıq, açarı da polislərdə olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 234.4-1-ci maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, sonuncuların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımaları məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş və həmin ifadəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında elan edilmiş Xəzər RPİ-nin NMBnin kiçik əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və E.V.Ağayevin qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Adları çəkilən şəxslərin əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, əməliyyat qrupu yaradılmış, qrupa Şahid2, o və Şahid3 daxil olmuş, rəhbərliyi Şahid1 etmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1, E.V.Ağayev və Təqsirləndirilən şəxs2 8 noyabr prospektində müəyyən edilmiş, sonuncu polis əməkdaşlarının “saxla” əmrinə baxmayaraq tabesizlik göstərərək sürəti artırıb uzaqlaşmağa çalışmışlar. Lakin zəruri tədbirlər görüldükdən sonra sonuncuların saxlanmasına nail olmuş, Xətai RPİ-nin 37-ci PŞ-yə gətirmişlər, orada üzərlərinə baxış keçirilərkən narkotik vasitə aşkar olunmuşdur. Daha sonra özlərinin etirafı ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilmiş, həmin avtomobildən də narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və E.V.Ağayevin qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə ona etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Adları çəkilən şəxslərin əməllərinin ifşa olunması, onların cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və ya psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Qrupa Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 daxil edilmiş, qrupa rəhbərlik isə Şahid1 həvalə edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1, E.V.Ağayev və Təqsirləndirilən şəxs2 07 yanvar 2024-cü il tarixdə saat 19:00 radələrində sonuncunun idarə etdiyi “Toyota» markalı «Prius» olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, 8 noyabr prospekti ilə hərəkətdə olması müəyyən edilmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs2 avtomobilin saxlanılması üçün işarələr versə də, o, tabesizlik göstərərək sürəti artırıb uzaqlaşmağa çalışmış, lakin onlar zəruri tədbirləri görüb saat 19:10 dəqiqədə 8 noyabr prospekti, 189 ünvanının yaxınlığında həmin avtomobilin saxlanılmasına nail olmuşlar. Avtomobil dayandıqdan sonra da Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və E.V.Ağayev qaçmağa cəhd göstərsələr də, sonuncuları saxlayaraq köməyə ərazi üzrə 37-ci PŞ-nin əməliyyat qrupunu çağırmışlar. Əməliyyat qrupu gələndən sonra isə əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla həmin üç şəxsi “Toyota» markalı «Prius» olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Xətai RPİ-nin 37-ci PŞ-yə gətirmişlər. Həmin şəxslərin üzərində qanunla qadağan olunmuş maddələrin və ya əşyaların olmasına əsaslı şübhələr olduğundan onları Xətai RPİ-nin 37ci PŞ-yə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Daha sonra həmin şəxslərin üzərində və paltarlarında, əşyalarında, bədənlərində, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota» markalı «Prius» olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobildə olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport yazılandan sonra 37-ci PŞ-yə gətirdikləri üç şəxs barəsində ayrı-ayrılıqda şəxsi axtarış keçirilmişdir. Özü və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Təqsirləndirilən şəxs1 barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmişlər. Belə ki, baş təhqiqatçı K.Əhmədov tərəfindən sonuncuya hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təqdim edilmiş və barəsində şəxsi axtarışın keçiriləciyi bildirilmişdir. Sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarışın aparılması başlanmış, bu prosesdə sonuncunun vəkili də iştirak etmişdir. Şəxsi axtarışdan öncə baş təhqiqatçı K.Əhmədov şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, bu təklifdən sonra sonuncu şalvarının sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra baş təhqiqatçı şəxsi axtarış aparmış, lakin Təqsirləndirilən şəxs1 üzərindən heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 baş təhqiqatçının şifahi suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota» markalı «Prius» olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitənin olduğunu, həmin narkotik vasitəni “Peyman” kimi tanıdığı şəxsin vasitəsilə əldə etdiyini və həmin narkotik vasitənin ondan bir nəfər şəxsin götürməli olacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 məxsus olan bir ədəd «Samsung» markalı mobil telefon baş təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmənin aparılması ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota» markalı «Prius» olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa sol oturacağın ayaqaltı hissəsindən bir ədəd qara rəngli sellofan torba aşkar edilərək götürülmüşdür. Qara rəngli sellofan torbada bir ədəd böyük ölçüdə olan sellofan bağlama olmuşdur. Baş təhqiqatçı həmin bağlamanın bir hissəsini kəsəndə onun içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olması aşkar edilmiş, həmin bağlama möhürləndikdən sonra elektron tərəzi ilə çəkilmiş, çəkisi 10 kiloqramdan bir az artıq olmuşdur. Avtomobilə baxış keçirilməsi ilə bağlı baş təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa məhkəmə iclasında Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlara daxil olan məlumat narkotik maddə və ya psixotrop maddənin saxlanılması və daşınması ilə bağlı olmuş, əməliyyatda 4 nəfər iştirak etmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki zor tətbiq, kobud rəftar və ya işgəncə olunmamış, sonuncuları saxlamaq üçün əvvəlcədən deyilən ünvana gedib gözləmiş, saat 19:20 radələrində isə şəxsləri saxlamışlar. Həmin ərazi magistral yoldan 5 metr aralı olmuş, o əraziyə bir qədər gec çatmışdır. Əməliyyat qrupundakı hər kəs bir-birindən təxmini 10-15 metr aralı məsafədə gözləmiş, şəxslər yaxınlaşanda telefon vasitəsilə məlumatı bir-birilərinə ötürmüşlər. Hansı əməliyyat tədbirinin keçiriləcəyi onlara deyilməmiş, çünki oraya gedəndə onları nələrin gözlədiyini bilməmişlər. Hava alatoranlıq olmuş, o, Təqsirləndirilən şəxs1 qaçdığını müşahidə etmiş, Təqsirləndirilən şəxs2 iş yoldaşları maşından düşməsini bildirmiş, sonuncu da düşmüşdür. Hadisə yerinə Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat qrupu da gəlmiş, şəxsləri saxladıqdan təxmini 15-20 dəqiqə sonra bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 “saxla” əmrindən sonra təxmini 20-30 metr sürmüş, qarşıda maşın olduğu üçün çox uzağa gedə bilməmiş, həmin maşının onlarla bir əlaqəsi olmamışdır. Bölmədə şəxsi axtarış qanunun tələblərinə əsasən keçirilmiş, maşına baxış zamanı isə onlar narkotik vasitənin konkret olaraq hansı hissədə olduğunu bilməmiş, maşını axtardıqdan sonra narkotik vasitəni aşkar etmişlər. Belə ki, arxa sol qapı açılanda qara sellofan tapılmış, bu zaman o, öz işini bitirdiyi üçün kənarda dayanmış, çox şeyə diqqət etməmişdir. Daha sonra həmin qara sellofan kəsilib açılmış və içərisindən heroinə oxşar maddə aşkar edilmiş, həmin maddə sonradan möhürlənərək ekspertizaya göndərilmiş, lakin ekspertizaya maddəni kimin apardığını bilməmişdir. Təqsirləndirilən şəxs1 maşının arxa tərəfində oturmuş, qaçan zaman saxlanılsa da, sonuncu onlara müqavimət göstərməmiş, qaçıb hasarın üstünə çıxaraq özünü atıb öldürəcəyini bildirmişdir. Onlar “cavan oğlansan, onsuz da buradan qaçası yerin yoxdur” deyə bildirdikdən sonra Təqsirləndirilən şəxs1 özü aşağı düşmüş, sonuncunun səndələdiyini görməmişdir. Şəxsləri şöbəyə öz maşınları ilə aparmışlar. Şöbəyə aparılan zaman Təqsirləndirilən şəxs1 təhqiqatçının otağında saxlanılmış, yanında əməliyyatçılardan bir nəfər dayanmışdır. O və Şahid3 Təqsirləndirilən şəxs2 üzərinə baxış keçiriləndə iştirak etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş və həmin ifadəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında elan edilmiş Xəzər RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, hadisə təfərrüatı ilə tam yadında qalmamışdır. Əməliyyat məlumatı daxil olduqdan sonra rəhbərliyə məruzə olunmuş, tərəflərindən əməliyyat tədbirləri keçirilərək "Prius" markalı avtomobili güclə də olsa, saxlanılmış və avtomobildəki şəxslər bölməyə aparılmışlar. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və E.V.Ağayevin qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə ona etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Adları çəkilən şəxslərin əməllərinin ifşa olunması, onların cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və ya psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Qrupa Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 daxil edilmiş, qrupa rəhbərlik isə ona həvalə edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1, E.V.Ağayev və Təqsirləndirilən şəxs2 07 yanvar 2024-cü il tarixində saat 19:00 radələrində sonuncunun idarə etdiyi “Toyota» markalı «Prius» olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, 8 noyabr prospekti ilə hərəkətdə olması müəyyən edilmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs2 avtomobilin saxlanılması üçün işarələr versə də, o, tabesizlik göstərərək sürəti artırıb uzaqlaşmağa çalışmış, lakin onlar zəruri tədbirləri görüb saat 19:10 dəqiqədə 8 noyabr prospekti, 189 ünvanının yaxınlığında həmin avtomobilin saxlanılmasına nail olmuşlar. Avtomobil dayandıqdan sonra da Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və E.V.Ağayev qaçmağa cəhd göstərsələr də, sonuncuları saxlayaraq köməyə ərazi üzrə 37-ci PŞ-nin əməliyyat qrupunu çağırmışlar. Əməliyyat qrupu gələndən sonra isə əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla həmin üç şəxsi “Toyota» markalı «Prius» olan **- HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Xətai RPİ-nin 37-ci PŞ-yə gətirmişlər. Həmin şəxslərin üzərində qanunla qadağan olunmuş maddələrin və ya əşyaların olmasına əsaslı şübhələr olduğundan onları Xətai RPİ-nin 37-ci PŞ-yə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Daha sonra həmin şəxslərin üzərində və paltarlarında, əşyalarında, bədənlərində, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota» markalı «Prius» olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobildə olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport yazılandan sonra 37-ci PŞ-yə gətirdikləri üç şəxs barəsində ayrı-ayrılıqda şəxsi axtarış keçirilmişdir. Özü və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Təqsirləndirilən şəxs1 barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmişlər. Belə ki, baş təhqiqatçı K.Əhmədov tərəfindən sonuncuya hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təqdim edilmiş və barəsində şəxsi axtarışın keçiriləciyi bildirilmişdir. Sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarışın aparılması başlanmış, bu prosesdə sonuncunun vəkili də iştirak etmişdir. Şəxsi axtarışdan öncə baş təhqiqatçı K.Əhmədov şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, bu təklifdən sonra sonuncu şalvarının sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra baş təhqiqatçı şəxsi axtarış aparmış, lakin Təqsirləndirilən şəxs1 üzərindən heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 baş təhqiqatçının şifahi suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota» markalı «Prius» olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitənin olduğunu, həmin narkotik vasitəni “Peyman” kimi tanıdığı şəxsin vasitəsilə əldə etdiyini və həmin narkotik vasitənin ondan bir nəfər şəxsin götürməli olacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 məxsus olan bir ədəd «Samsung» markalı mobil telefon baş təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmənin aparılması ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota» markalı «Prius» olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa sol oturacağın ayaqaltı hissəsindən bir ədəd qara rəngli sellofan torba aşkar edilərək götürülmüşdür. Qara rəngli sellofan torbada bir ədəd böyük ölçüdə olan sellofan bağlama olmuşdur. Baş təhqiqatçı həmin bağlamanın bir hissəsini kəsəndə onun içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olması aşkar edilmiş, həmin bağlama möhürləndikdən sonra elektron tərəzi ilə çəkilmiş, çəkisi 10 kiloqramdan bir az artıq olmuşdur. Avtomobilə baxış keçirilməsi ilə bağlı baş təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona daxil olmuş məlumat narkotik vasitənin alışı və satışı ilə bağlı olmuş, əməliyyata o rəhbərlik etmiş, ümumi 4 nəfər olmuşlar. Məlumatı verən şəxs hansı şəraitdə əldə etməsi ilə bağlı onlara bildirməmiş, məlumat verilərkən konkret olaraq şəxslərin adı çəkilməmişdir. Şəxsləri saxlayarkən onlar qaçmağa cəhd etmiş, sonuncuları 8 noyabr deyilən yerdə güclə saxlamış, məcbur olub əməliyyat qrupu çağırmışlar. Saxlanıldıqdan sonra şəxslərdən biri qaçmağa çalışaraq turbadan yuxarı çıxmış, aşağı düşərkən xəsarət almamış, yeriməsində axsama olmamışdır. Şəxslərə qarşı hər hansı zor və ya təzyiq göstərilməmiş, maşına baxış müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilmişdir. Hadisə bir il bundan qabaq baş verdiyindən çox məqamlar, həmçinin Təqsirləndirilən şəxs1 üzərinə keçirilən axtarış, avtomobilin şüşəsinin qırıq olub-olmaması yadında qalmamış, hava qaranlıq olmuşdur. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs2 orada olması vizual olaraq yadındadır. Narkotik vasitə avtomobilin arxa oturacağından sürücünün arxasından qara sellofanda aşkar edilmişdir. Şəxsə aid məlumatları, yəqin ki, təhqiqatçı portaldan çıxarmış, hər hansı kitabda qeydiyyat aparılıb-aparılmadığını bilməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş və həmin ifadəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında elan edilmiş Xəzər RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, narkotik vasitələrin satışı ilə bağlı daxil olmuş məlumat əsasında 8 noyabr prospektinə getmiş, həmin yerdə "Prius" markalı şübhəli maşın görmüş, “saxla” əmri versələr də, sonuncu saxlamamış, bu səbəbdən zəruri tədbir görərək saxlamasını təmin etmişlər. Lakin maşını saxladıqdan sonra həmin üç nəfər şəxs qaçmağa çalışmış, onlar Xətai RPİ-nin 37-ci PŞ-dən əməliyyat qrupu çağırmış və hamısını bölməyə aparmışlar. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və E.V.Ağayevin qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə ona etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Adları çəkilən şəxslərin əməllərinin ifşa olunması, onların cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və ya psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Qrupa Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 daxil edilmiş, qrupa rəhbərlik isə NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 həvalə edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1, E.V.Ağayev və Təqsirləndirilən şəxs2 07 yanvar 2024-cü il tarixində saat 19:00 radələrində sonuncunun idarə etdiyi “Toyota» markalı «Prius» olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, 8 noyabr prospekti ilə hərəkətdə olması müəyyən edilmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs2 avtomobilin saxlanılması üçün işarələr versə də, o, tabesizlik göstərərək sürəti artırıb uzaqlaşmağa çalışmış, lakin onlar zəruri tədbirləri görüb saat 19:10 dəqiqədə 8 noyabr prospekti, 189 ünvanın yaxınlığında həmin avtomobilin saxlanılmasına nail olmuşlar. Avtomobil dayandıqdan sonra da Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və E.V.Ağayev qaçmağa cəhd göstərsələr də, sonuncuları saxlayaraq köməyə ərazi üzrə 37-ci PŞ-nin əməliyyat qrupunu çağırmışlar. Əməliyyat qrupu gələndən sonra isə əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla həmin üç şəxsi “Toyota» markalı «Prius» olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Xətai RPİ-nin 37-ci PŞ-yə gətirmişlər. Həmin şəxslərin üzərində qanunla qadağan olunmuş maddələrin və ya əşyaların olmasına əsaslı şübhələr olduğundan onları Xətai RPİ-nin 37-ci PŞ-yə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Daha sonra həmin şəxslərin üzərində və paltarında, əşyalarında, bədənlərində, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota» markalı «Prius» olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobildə olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport yazılandan sonra 37-ci PŞ-yə gətirdikləri üç şəxs barəsində ayrı-ayrılıqda şəxsi axtarış keçirilmişdir. Özü və NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 Təqsirləndirilən şəxs1 barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmişlər. Belə ki, baş təhqiqatçı K.Əhmədov tərəfindən sonuncuya hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təqdim edilmiş və barəsində şəxsi axtarışın keçiriləciyi bildirilmişdir. Sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarışın aparılması başlanmış, bu prosesdə sonuncunun vəkili də iştirak etmişdir. Şəxsi axtarışdan öncə baş təhqiqatçı K.Əhmədov şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, bu təklifdən sonra sonuncu şalvarının sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra baş təhqiqatçı şəxsi axtarış aparmış, lakin Təqsirləndirilən şəxs1 üzərindən heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 baş təhqiqatçının şifahi suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota» markalı «Prius» modelində olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitənin olduğunu, həmin narkotik vasitəni “Peyman” kimi tanıdığı şəxsin vasitəsilə əldə etdiyini və həmin narkotik vasitənin ondan bir nəfər şəxsin götürməli olacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 məxsus olan bir ədəd «Samsung» markalı mobil telefon baş təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmənin aparılması ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota» markalı «Prius» modelində olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa sol oturacağın ayaqaltı hissəsindən bir ədəd qara rəngli sellofan torba aşkar edilərək götürülmüşdür. Qara rəngli sellofan torbada bir ədəd böyük ölçüdə olan sellofan bağlama olmuşdur. Baş təhqiqatçı həmin bağlamanın bir hissəsini kəsəndə onun içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olması aşkar edilmiş, həmin bağlama möhürləndikdən sonra elektron tərəzi ilə çəkilmiş, çəkisi 10 kiloqramdan bir az artıq olmuşdur. Avtomobilə baxış keçirilməsi ilə bağlı baş təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa məhkəmə iclasında Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı Şahid1 daxil olmuş, əməliyyatda 4 nəfər olmuş, şəxsləri yanvar ayında, saatını və tarixini dəqiq xatırlamadığı vaxtda, 8 noyabr prospekti ərazisində saxlamışlar. Şəxsləri avtomobildən onlar düşürtməmiş, özləri düşüb qaçmaq istəmişlər. Onlar maşını yoxlamaq üçün saxlamaq istəmiş, maşının nömrəsi barədə onlarda heç bir məlumat olmamış, maşının yolunu kəsmək üçün yola daş atmışlar. O, daşların atılmasında iştirak etməmişdir. Şəxslərin üzərinə şöbədə axtarış müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış, narkotik vasitə isə maşının arxa oturacağının ayaqaltı tərəfində bağlamada olmuş, çəkisi 10 kq təşkil etmiş, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən bükümlər aşkar olunmuşdur. Şəxslərə qarşı hər hansı zor və ya təzyiq göstərilməmiş, sonuncuların şəxsiyyətlərini şöbədə təhqiqatçı müəyyən etmişdir. Şəxslər saxlanılan zaman üzərlərində gözlə görünən xəsarət olmamış, Təqsirləndirilən şəxs1 axsayıbaxsamamasını xatırlamır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş və həmin ifadəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında elan edilmiş Xəzər RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, narkotik vasitələrin satışı ilə bağlı daxil olmuş məlumat əsasında 8 noyabr prospektinə getmiş, həmin yerdə "Prius" markalı şübhəli maşın görmüş, bir qədər izlədikdən sonra “saxla” əmri versələr də, maşın saxlamamışdır. Sonradan zəruri tədbir görüb saxlamasını təmin etmiş, saxladıqdan sonra həmin üç nəfər şəxs qaçmağa çalışmış, onlar Xətai RPİ-nin 37-ci PŞ-dən əməliyyat qrupunu çağırmış və şəxsləri bölməyə aparmışlar. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və E.V.Ağayevin qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə ona etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Adları çəkilən şəxslərin əməllərinin ifşa olunması, onların cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və ya psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Qrupa o, NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 daxil edilmiş, qrupa rəhbərlik isə Şahid1 həvalə edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1, E.V.Ağayev və Təqsirləndirilən şəxs2 07 yanvar 2024-cü il tarixində saat 19:00 radələrində sonuncunun idarə etdiyi «Toyota» markalı «Prius» modelində olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, 8 noyabr prospekti ilə hərəkətdə olması müəyyən edilmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs2 avtomobilin saxlanılması üçün işarələr versə də, o, tabesizlik göstərərək sürəti artırıb uzaqlaşmağa çalışmış, lakin onlar zəruri tədbirləri görüb saat 19:10 dəqiqədə 8 noyabr prospekti, 189 ünvanının yaxınlığında həmin avtomobilin saxlanılmasına nail olmuşlar. Avtomobil dayandıqdan sonra da Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və E.V.Ağayev qaçmağa cəhd göstərsələr də, sonuncuları saxlayaraq köməyə ərazi üzrə 37ci PŞ-nin əməliyyat qrupunu çağırmışlar. Əməliyyat qrupu gələndən sonra isə əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla həmin üç şəxsi «Toyota» markalı «Prius» modelində olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Xətai RPİ-nin 37-ci PŞ-yə gətirmişlər. Həmin şəxslərin üzərində qanunla qadağan olunmuş maddələrin və ya əşyaların olmasına əsaslı şübhələr olduğundan onları Xətai RPİ-nin 37ci PŞ-yə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Daha sonra həmin şəxslərin üzərində və paltarında, əşyalarında, bədənlərində, Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota» markalı «Prius» modelində olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobildə olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport yazılandan sonra 37-ci PŞ-yə gətirdikləri üç şəxs barəsində ayrı-ayrılıqda şəxsi axtarış keçirilmişdir. Özü və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Təqsirləndirilən şəxs1 barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmişlər. Belə ki, baş təhqiqatçı K.Əhmədov tərəfindən sonuncuya hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təqdim edilmiş və barəsində şəxsi axtarışın keçiriləciyi bildirilmişdir. Sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarışın aparılması başlanmış, bu prosesdə sonuncunun vəkili də iştirak etmişdir. Şəxsi axtarışdan öncə baş təhqiqatçı K.Əhmədov şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, bu təklifdən sonra sonuncu şalvarının sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra baş təhqiqatçı şəxsi axtarış aparmış, lakin Təqsirləndirilən şəxs1 üzərindən heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 baş təhqiqatçının şifahi suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota» markalı «Prius» modelində olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitənin olduğunu, həmin narkotik vasitəni “Peyman” kimi tanıdığı şəxsin vasitəsilə əldə etdiyini və həmin narkotik vasitənin ondan bir nəfər şəxsin götürməli olacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 məxsus olan bir ədəd «Samsung» markalı mobil telefon baş təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmənin aparılması ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota» markalı «Prius» modelində olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa sol oturacağın ayaqaltı hissəsindən bir ədəd qara rəngli sellofan torba aşkar edilərək götürülmüşdür. Qara rəngli sellofan torbada bir ədəd böyük ölçüdə olan sellofan bağlama olmuşdur. Baş təhqiqatçı həmin bağlamanın bir hissəsini kəsəndə onun içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olması aşkar edilmiş, həmin bağlama möhürləndikdən sonra elektron tərəzi ilə çəkilmiş, çəkisi 10 kiloqramdan bir az artıq olmuşdur. Avtomobilə baxış keçirilməsi ilə bağlı baş təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şahid1 daxil olmuş əməliyyat məlumatı narkotik vasitənin alışı və satışı ilə bağlı olmuşdur. Onlar təxminən 4 nəfər olmuş, şəxslərdən hansının üzərindən nə çıxdığını dəqiq xatırlamır. Şəxslərin üzərinə şöbədə axtarış müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış, sonunculara hər hansı zor və ya təzyiq göstərilməmişdir. Axşam vaxtı olduğundan avtomobilin qarşısını nə ilə kəsdiklərini, kimin hansı tərəfdə oturduğunu xatırlamır. Şəxslər qaçdıqlarından əməkdaşlardan biri əməliyyat qrupunu çağırmışdır. O, əməliyyat qrupunun hansı formada çağırıldığını xatırlamır. Təqsirləndirilən şəxs1 diskin üzərinə özü çıxmış, özü də düşmüş, sonuncuda heç bir xəsarət müəyyən etməmişlər. Avtomobilə baxış vəkillərin iştirakı ilə gecə vaxtı keçirilmiş, necə və hansı hissəsinə baxış keçirildiyini xatırlamır. Avtomobildən aşkar edilən narkotik vasitə qara torbada olmuşdur. Əməliyyat məlumatı şəxslərlə bərabər avtomobilləri barədə də daxil olmuş, onlar avtomobili 10 dəqiqə izləmiş, şəxslər “saxla” əmrinə tabe olmayaraq maşının sürətini artırmışlar. Onlar ağ rəngli, “Fiat” markalı maşınları ilə şəxslərin qarşısını kəsmiş, şəxslərin maşınını idarəyə kimin aparmasını xatırlamasa da, bunu polis əməkdaşlarının etdiyini əminliklə qeyd edir. Şəxslərdən ikisini saxladıqdan sonra digər şəxs Təqsirləndirilən şəxs1 qaçıb yuxarı çıxmış, danışıq apardıqdan sonra özü yerə düşmüşdür. Hər iki prosessual çəkiliş axşam vaxtı aparılmış, həmin çəkilişlərdə o da iştirak etmişdir, çəkilişdən sonra olan prosedurların isə onlara aidiyyəti yoxdur. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında dindirilmiş şahid qismində dindirilmiş və həmin ifadəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında elan edilmiş X20 ifadəsində göstərmişdir ki, o, Elçingilin qapısında usta işləmiş, sonuncu maşın ustasından zəng gələndən sonra gedəcəyini bildirdikdə evdə tək qalmaması üçün onu da yanlarında aparmalarını xahiş etmişdir. Elçingilin maşınında o qabaqda, Elçin isə arxada oturmuş, daha sonra onlar tanımadığı bir yerə girib qayıdan zaman hansısa bir maşın qabaqlarını kəsmişdir. Bu zaman orada 1 saniyə qapı açılmış, Elçin Nicata “sür” demiş, sonuncu maşını sürəndə qabaqlarını kəsən həmin şəxslər maşını vurub sındırmış, Nicatla onu maşının sağ-sol pəncərələrindən çıxarıb onları yerə uzatmışlar, 2-3 nəfər başlarının üstündə durmuşdur. Bundan sonra arxada kimsə əlində qara selofan gətirmiş, sol tərəfdən maşının arxa sol tərəfində oturacağın altına atmışdır. Onları “Ford” markalı maşınla bölməyə apararkən polislərin biri sağında, biri də solunda oturmuş, Nicatın maşınını isə polislər bölməyə aparmışdır. Məhkəmə iclasında şahid E.V.Ağayevin ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə sayılan qurudulmuş marixuanadan istifadə edir. Ev təmiri sahəsində usta olaraq işlədiyi üçün son vaxtlar tanışı Təqsirləndirilən şəxs1 təmir sahəsində köməklik göstərmiş, 2024-cü ilin yanvar ayının əvvəllərində sonuncuyla birlikdə yaşadıqları ünvan yaxınlığında olarkən Təqsirləndirilən şəxs2 ilə münasibəti yaranmış və sonuncu evində bir neçə təmir işinin olmasını bildirib kömək istəmişdir. Ona görə də bir-iki dəfə Təqsirləndirilən şəxs2 yaşadığı ünvana gedərək təmir sahəsində ona köməklik göstərmiş və həmin vaxt daha yaxından tanış olmuşlar. Həmin ərəfələrdə istifadə etdiyi narkotik vasitə “marixuana” bitdiyi üçün yenidən almaq qərarına gəlmiş, istifadə etdiyi narkotik vasitələri hər dəfə müxtəlif yerlərdən əldə etsə də, sonuncu dəfə xx.xx.2024-cü il tarixində səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində üzdən tanıdığı, əvvəllər də narkotik vasitə aldığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata bir ədəd bükümdə narkotik vasitə marixuana almışdır. Bükümü əynində olan boz rəngli idman gödəkçəsinin sağ yan cibinə qoyaraq münasib vaxtda istifadə etməyi fikirləşmişdir. Həmin gün, yəni 07 yanvar 2024-cü il tarixində Təqsirləndirilən şəxs2 evində olan təmir işi ilə bağlı sonuncunun evinə getmiş və saat 17:00 radələrində Təqsirləndirilən şəxs1 gələrək onlara tanışından bir şey götürməli olduğunu bildirərək və onunla birlikdə getməyi xahiş etmişdir. Onlar birlikdə getməyə və sonradan onu yaşadığı ünvana aparmağa razılaşmış, yol boyunca avtomobildə yatdığı üçün hansı istiqamətdə getdiklərindən xəbəri olmamış, daha sonra avtomobilin dayanmasını hiss etmiş və ətrafa baxdıqda Bakı şəhəri, Xətai rayonu, “Asiman” şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs1 avtomobildən düşərək getməsini, 1-2 dəqiqə sonra avtomobilə geri qaytımasını görmüş, ardınca yatmağa davam etmiş və anidən səs-küyə oyanmışdır. Oyandıqda avtomobillərinin qarşısını başqa bir avtomobil kəsmiş və həmin avtomobildəki şəxslər düşərək Xətai RPİnin əməkdaşları olmasını bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək onları Xətai RPİ-nin 37-ci PŞ-yə gətirmişlər. Polis şöbəsində hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş, bu təklifdən sonra əynində olan boz rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd “Vinchester” markalı siqaret qutusunu, boz rəngli idman şalvarının sol yan cibindən “Nokia” markalı mobil telefonunu, həmin boz rəngli idman gödəkcəsinin sağ yan cibindən isə 01 ədəd şəffaf sellofan torbada olan tünd yaşıl rəngli, ot şəkilli narkotik vasitəni təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı əşya aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi psixotrop maddə elektron tərəzidə çəkilmiş və narkotik vasitənin qablaşdırma ilə birlikdə 9.88 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzərində imzalar edilmişdir. Ardınca özünün, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, müdafiəçilərinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi Toyota markalı, Prius modelində olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa sol oturacağın ayaqaltı hissəsinə qara rəngli sellofan torbada bir ədəd böyük ölçüdə olan sellofan bağlama götürülmüşdür. Həmin bağlama polis əməkdaşı tərəfindən kəsildikdə içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Bağlama polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 10 kiloqramdan bir az artıq olmuş, sonra özü və digər iştirakçılar bağlamanın üzərinə yapışdırılmış kağızda imza etmişlər. Avtomobilə baxış keçirilməsi ilə bağlı polis əməkdaşı tərəfindən protokol tərtib edilmiş, özü və digər iştirakçılar tərəfindən protokol imzalanmışdır. Bundan başqa məhkəmə iclasında şahid E.V.Ağayev ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, həyətdə oturan zaman Nicat gələrək Elçinin zəng edərək maşının dalınca getməli olduqlarını bildirdiyini söyləmiş, o da tək qalmaması üçün getmək istədiyini bildirmiş, onlar maşında gedərkən orada sellofan olmamış, həmin sellofan sonradan polislər tərəfindən qoyulmuşdur. O, həmin yolu gedərkən yarı yuxulu olmuş, qapı açılıbbağlanarkən ayılmış, qapı bağlananda nə baş verdiyini müəyən edə bilməmiş, lakin avtomobili qabağa verəndə nə olduğunu anlamışdır. Orada polis olmadığından hər hansısa “saxla” əmrini eşitməmiş, onları saxlayanların polis olduqlarını şöbədə bilmişdir. Həmin şəxslər maşının pəncərəsini sındıraraq onu və Nicatı pəncərədən çıxartmışlar. Onları saxlayanlar polis olduqlarını bildirsəydilər, onlar etiraz etmədən tabe olardılar. O, maşının arxa tərəfindən uzananda bir nəfərin sellofanı maşının arxa sol oturacağının altına atdığını müşahidə etmiş, bu zaman heç bir çəkiliş aparılmamışdır. Onu və Nicatı tutan zaman səbəbi barədə onlara heç nə deyilməmiş, onlar bir “Ford” markalı maşınla idarəyə gətirilmiş, maşının markasını sükandakı işarədən anlamışdır. Həmin şəxslər onları dayandırmaq üçün maşına daş atmış, daşlardan biri onun qucağına düşmüş, daşlardan biri də Nicata dəyərək xəsarət yetirmişdir. Gətirildikləri yerin polis bölməsi olduğunu şlaqbaun olmasından və qarşısında polislərin durmasından anlamışdır. Nicatın avtomobilini onları gətirənlərin yanında olanlar kobud şəkildə sürərək gətirmiş, onun gözü açıq olduğundan bunu görə bilmiş, həmin maşını binadan çıxanda həyətdə sol tərəfdə saxladıqlarını müşahidə etmiş, maşının pəncərələri sınıq, qapıları da açıq olmuşdur. Bölmədə onları tutandan 3-4 saat sonra onların üzərlərinə axtarış, daha sonra isə onun da iştirakı ilə və əlləri qandallı vəziyyətdə, yağışlı havada avtomobilə baxış keçirilmişdir. Maşına baxışı kimin keçirdiyini xatırlamır, baxış zamanı Nicat “maşının qapısı açıqdı da onsuz, baxış keçirməyə nə zərurət var ki?” deyə bildirmiş, daha sonra maşından sellofan çıxarılmış, bu, o yerdə uzanan zaman maşına atıldığını gördüyü sellofan olmuşdur. Avtomobilə baxış keçirilərkən telefonla çəkiliş aparılmış, bu barədə onlara elan edilməsini eşitməmişdir. O, baxış zamanı sellofanın açılıb-açılmamasını xatırlamır, kabinetə girəndə həmin sellofan bağlı olmuş, orada ortadan kəsilərək bütöv halda narkotik vasitə aşkar edilmiş, ayrı-ayrı bükümlər olmamışdır. Sellofan onlara göstərildikdən sonra aparılmış, üzərinə hər hansı qeyd aparılmamış, qablaşdırılmamış, avtomobildən başqa heç nə aşkar edilməmişdir. Baxış zamanı kimlərin iştirak etdiyini xatırlamır, ona boş kağız verilmiş, o da imzalamış, müstəntiqə ifadə verən zaman hadisə necə olubsa, onu da demişdir. Bölmədə əvvəlcə üçünü də bir otağa salsalar da, Nicatın və Elçini oradan apardıqdan sonra onların qışqırıq səslərini eşitmiş, Nicatı aparıb gətirəndən sonra sonuncunun üzündə qızartı olmuş, Elçin çölə çıxıb gələndə yeriyə bilməmiş, nə olduğunu soruşanda sonuncu tok verildiyini, döyüldüyünü bildirmişdir. Elçinin üzü gözü qızarmış, yeriyişi dəyişmişdir. Saxlanılarkən Elçin qaçıb çənin üstünə çıxmış, oradan düşərkən heç bir xəsarət almamışdır. Bölmədə izahat verən zaman ona Elçin və Nicatla bağlı suallar verilməmiş, sualları onun özünə aid olmuşdur. O, narkotik vasitələrdən istifadə etməmiş, saxlanılan zaman üzərində qanunsuz heç nə olmamış, telfonu, işlədiyi evin açarı, pultu, dırnaq tutan, maqqaş, dəsmal və qopan telefonunu yapışdırmaq üçün saxladığı ağ lipuçka çıxmış, axtarışdan qabaq kurtkasının sağ cibinə narkotik vasitə atılmışdır. Avtomobilə baxış keçiriləndən sonra yenidən reşotqalı otaqda saxlanılmış, bir müddət sonra müvəqqəti saxlama yerinə göndərilmiş, orada bədənlərinə baxış keçirilməmişdir. O, oxuyub-yaza bilmədiyindən ifadə verdikdən sonra ona kağız gətirilmiş, o, sənədi oxumamış, əlində problem olduğundan imzanı “necə gəldi” çəkmişdir. O, 5-ci sinifə qədər oxumuş, hərflərin sadəcə bəzilərini tanımış, ifadənin altına müstəntiqin dediklərini yazmışdır. İstintaq zamanı “Elçinin maşından düşüb getməsini, 2 dəqiqə sonra qayıtmasını, onun yerləşdirdiyi qara sellofan torba ilə bağlı” ifadələri o deməmiş, ifadə verən zaman ona qarşı hər hansı fiziki təzyiq olmamış, 2-3 dəfə yazılı, 2 dəfə də boş kağıza imza atmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş və həmin ifadəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında elan edilmiş Xəzər RPİ-nin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, onlara narkobizneslə mübarizə idarəsinin köməyə ehtiyacı olduğu bildirilərək ünvan göstərilmiş, həmin ünvana çatanda onların köməkliyi ilə müvafiq tədbirlər keçirilmişdir. Saxlanılan 3 nəfər şəxs maşına mindirilərək şöbəyə gətirilmiş, şöbədə təhqiqatçı tərəfindən çəkiliş aparılmış, ondan sonra maşına baxış keçirilmişdir. Məhkəmə iclasında Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, 07 yanvar 2024-cü il tarixində 37-ci PŞ-nin gündəlik əməliyyat qrupunda növbədə olan zaman saat 19:00 radələrində şöbənin növbətçi hissəsinə Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 189 ünvanı yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tədbir keçirilməsi və dəstək lazım olması barədə məlumat daxil olmuşdur. Onlar dərhal növbətçi hissənin avtomobili ilə 37-сі PŞ-nin sahə inspektoru polis kapitanı Şahid5 ilə birlikdə qeyd olunan ünvana getmiş və saxlanılan şəxslərdən biri olan E.V.Ağayevi 37-ci PŞ-yə gətirmiş, orada olan digər 2 nəfər şəxsi NMB-nin əməkdaşları tərəfindən əyləşdikləri avtomobildə şöbəyə aparılmışlar. E.V.Ağayevin üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, şöbəyə Bakı şəhəri, Vəkillər kollegiyasının 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin, Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru Şahid5 iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə təhqiqatçı Şamil İsrəfilov tərəfindən şübhəli şəxs E.V.Ağayevin üzərində şəxsi axtarış və götürmə keçirilmiş, sonuncuya təhqiqatçı qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs əynindəki boz rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş yaşıl rəngli otşəkilli bükümü çıxardıb təqdim etmiş, həmçinin üzərində olan mobil telefonu və "Vinchester" markalı siqareti təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən şübhəli şəxs E.V.Ağayevin üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı Ş.İsrafilov E.V.Ağayevdən aşkar edilmiş bükümə baxış keçirmiş, sonuncu cibindən çıxardığı həmin maddənin narkotik vasitə olduğunu və şəxsi istifadəsi üçün almasını bildirmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş və zərf şübhəli şəxs E.V.Ağayev və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən çəkilişin bitdiyi elan edilmiş və istintaq hərəkəti protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra E.V.Ağayev ilə birlikdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi "Toyota Prius" markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli sellofana baxış keçirildikdə içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş, ardınca həmin büküm tərəzi vasitəsilə ölçülmüş və çəkisinin təxminən 10 kiloqramdan artıq olması müəyyən edilmişdir. Daha sonra protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa məhkəmə iclasında Şahid6 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, məlumat daxil olarkən Xəzər RPİ-nin 37-ci Polis Şöbəsində olmuş, növbətçi idarənin əməkdaşlarına kömək lazım olduğunu bildirmiş, onlar hadisə yerinə "Doblo" markalı, **-PO-*** dövlət qeydiyyat nişanlı polis maşını ilə getmiş, ünvana çatanda 2 nəfərin saxlanıldığını, bir nəfərin isə çənin üzərinə çıxdığını görmüşlər. Daha sonra həmin şəxs aşağı düşmüş, digər iki şəxs öz maşınlarına otuzdurmuş, yanlarında bir nəfər polis əməkdaşı olmuş, qaranlıq olduğundan qandallı olub-olmadıqlarını bilməmişdir. Onlar ünvana çatanda təhlükəsizliyi təmin etmiş, sıxlıq olmaması üçün vətəndaşları hadisə yerindən uzaqlaşdırmış, orada olan polis əməkdaşları özləri danışıq yolu ilə, şəxsi çənin üzərinə çıxan şəxsi düşürdərək maşına mindirmişlər. Saxlanılan şəxslərin maşınına ziyan dəydiyini görsə də, nələrin əzildiyini xatırlamır. O, həmçinin zərər dəyən maşını, əməliyyatçıların maşınını müşahidə edə bilməmiş, onlar ünvana çatanda maşın artıq əzik olmuş, buferi aşağı sallanmış, zədələnmə bəlkə də bu hadisədən əvvəl olmuş, maşının şüşələrində qırıq olub-olmamasına fikir verməmişdir. Hər üç şəxs eyni avtomobildə şöbəyə gətirilmiş, sonuncular maşına oturanda onlar artıq hadisə yerindən gəldiklərindən yanlarında polis olub-olmadığını bilməmişdir. Şəxslərin gətirilməsində onlar iştirak etməmiş, öz maşınları ilə geri qayıtmış, şəxslərin üçünün də bir maşında gətirilməsini idarəyə çatanda müşahidə etmişdir. O, avtomobilə baxışda iştirak edərək böyük qara torbanın aşkar edildiyini müşahidə etmiş, lakin çox iştirakçı olduğundan içindən nə aşkar edildiyini görə bilməmişdir. Aşkar edilən sellofanın üzərindən bıçaq və ya qayçıyla kəsilmiş, içərisindən aşkar edilən maddəni təhqiqatçı səsli olaraq ifadə edərək tünd torpaq rəngli maddə olduğunu bildirmişdir. Şöbəyə gətirildikdən sonra avtomobilin harada saxlanmasını tam xatırlamasa da, idarənin şöbəyə girəndə üzü sol divara tərəf şəkildə saxlanıldığını xatırlayır. Həmin həyətdə digər xidməti maşınlar olur, kənar maşınların olub-olmamasını bilmir. Həyəti kamera çəkir və istənilən əməkdaş həyətdə sərbəst hərəkət edə bilər. Avtomobil kiminsə tərəfindən açarla açılmış, avtomobil açılarkən videoçəkiliş aparılmış, o, açarı ümumiyyətlə görməmişdir. O, başqa əməliyyatlara gedibgəldiyindən şəxsi axtarışın nə vaxt keçirildiyini dəqiq bilməmiş, lakin şəxslər gətirilən kimi təhqiqatçının otağına aparılmış, orada üzərlərinə baxış keçirilmiş, vəkilin gəlməsi ilə bağlı ola bilsin ki, arada yarım saat fərq olmuşdur. Təqsirləndirilən şəxslərin aşkar edilmiş maddə ilə bağlı dediklərini xatırlamış, sonunculara fiziki təsir göstərilməsinin şahidi olmamışdır. Hadisənin üzərindən bir il keçdiyindən istintaq zamanı verdiyi ifadəsi ilə hazırkı ifadəsi arasında ziddiyyətin olması normaldır. İstintaq zamanı verdiyi ifadəsi hadisədən qısa müddət sonra alındığından həmin ifadə daha dəqiqdir. E.Ağayevin onlarla getməsi daha doğru olduğundan istintaqdakı ifadəsində bunu qeyd etmiş, lakin Nicatın “Prius” markalı maşını idarə etməsinin şahidi olmamış, ola bilsin ki, maşın sonucunun adına olduğundan belə bir ifadə vermişdir. İfadəsində “012-565” ilə başlayan iş nömrələrini qeyd etmiş, hadisə vaxtı üzərində 8 ildir istifadə etdiyi və atasının adına olan ***-***-**-** mobil nömrəsi olmuşdur. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş və həmin ifadəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında elan edilmiş Xəzər RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru Şahid5 ifadəsində göstərmişdir ki, 07 yanvar 2024-cü il tarixində, 37-ci PŞ-də növbədə ikən axşam saat 19- 20 radələrində şöbəyə Elmir adlı şəxs gətirilmiş, o, həm də əməliyyat qrupunun tərkibində 8 noyabr prospektinə getmiş, hadisə yerində qəzalı vəziyyətdə “Prius” markalı maşın olmuş, lakin o, avtomobildən düşməmişdir. Onlar bir nəfəri götürüb gətirmiş, həmin şəxs arxada oturmuş, iştirak etdiyi avtomobilə baxış zamanı avtomobilin sol arxa tərəfindən narkotik vasitə aşkar edilmiş, baxışadək avtomobilin ətrafına lent çəkilmişdir. Avtomobildə olan xəsatərləri tam xatırlamır, ifadəsini verən zaman hər hansı yönləndirməyə məruz qalmamışdır. O, ifadəni verən zaman “012-565” ilə başlayan nömrəni deyil, özünün ***-***-**-** nömrəsini vermişdir. O, başqa hadisə yerlərində də iştirak etdiyindən hazırda verdiyi ifadəsi ilə istintaqa verdiyi ifadəsi arasında ziddiyyətlərin olması normaldır. Avtomobil kənar müdaxilədən mühafizə edilmiş, lakin necə mühafizə edilməsini, eləcə də avtomobilə baxışda iştirak etməsini və protokolu imzalamasını xatırlamır. Bölmənin əməkdaşları həmin həyətdə sərbəst hərəkət etmişlər. Məhkəmə iclasında Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, 07 yanvar 2024-cü il tarixində 37-ci PŞ-nin gündəlik əməliyyat qrupunda növbədə olan zaman saat 19:00 radələrində şöbənin növbətçi hissəsinə Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 189 ünvanı yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tədbir keçirilməsi və dəstək lazım olması barədə məlumat daxil olmuşdur. Onlar dərhal növbətçi hissənin avtomobili ilə 37-сі PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid6 ilə birlikdə qeyd olunan ünvana getmiş və saxlanılan şəxslərdən biri olan E.V.Ağayevi 37-ci PŞ-yə gətirmiş, orada olan digər 2 nəfər şəxs NMB-nin əməkdaşları tərəfindən əyləşdikləri avtomobildə şöbəyə aparılmışdır. E.V.Ağayevin üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, şöbəyə Bakı şəhəri, Vəkillər kollegiyasının 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili Şahid6 iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə təhqiqatçı Şamil İsrəfilov tərəfindən şübhəli şəxs E.V.Ağayevin üzərində şəxsi axtarış və götürmə keçirilmiş, sonuncuya təhtiqatçı qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs əynindəki boz rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş yaşıl rəngli otşəkilli bükümü çıxardıb təqdim etmiş, həmçinin üzərində olan mobil telefonu və "Vinchester" markalı siqareti təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən şübhəli şəxs E.V.Ağayevin üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı Ş.İsrafilov E.V.Ağayevdən aşkar edilmiş bükümə baxış keçirmiş, sonuncu cibindən çıxardığı həmin maddənin narkotik vasitə olduğunu və şəxsi istifadəsi üçün almasını bildirmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş və zərf şübhəli şəxs E.V.Ağayev və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən çəklişin bitdiyi elan edilmiş və istintaq hərəkəti protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra E.V.Ağayev ilə birlikdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi "Toyota” markalı “Prius" modeldə olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli sellofana baxış keçirildikdə içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş, ardınca həmin büküm tərəzi vasitəsilə ölçülmüş və çəkisinin təxminən 10 kiloqramdan artıq olması müəyyən edilmişdir. Daha sonra protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında ekspert qismində dindirilmiş və həmin ifadəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında elan edilmiş Binəqədi Rayon Məhkəmə X6 tibbi ekspert işləyən X2 ifadəsində göstərmişdir ki, ekspert rəyini tərtib edərkən Azərbaycan Respublikası Məhkəmə Tibb Ekspertizaları haqqında əsasnaməni rəhbər tutmuş, yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyacağı barədə məsuliyyət ona izah edilmişdir. Rəyin hər vərəqinin imzalanması mütləq olmadığından Təqsirləndirilən şəxs1 barəsində vermiş olduğu rəyin ikinci vərəqəsinin imzalanmaması pozuntu deyil, imza olmasa belə rəy tərtib edilmiş sayılmalıdır, bu mexaniki səhvdir. Həmin sənədin gələcəkdə saxtalaşdırılması və ya hər hansı digər məsələlərdə məsuliyyət daşımağa hazırdır. O, təqsirləndirilən Təqsirləndirilən şəxs1 obyektiv müayinəsini bir dəfəyə aparmış, trofiki yaranın olması barədə qeyd verməsi müayinəni iki dəfə aparması anlamına gəlmir. Belə ki, o, birinci dəfə müayinə edərək xəsarətləri müəyyən edir, onları yazır, əlavə olaraq yaranı görür, onu qeyd edir. Qeyd ikinci dəfə müayinədə görmək demək deyil, əlavə yaranın olması, lakin mənşəyinin təyin edilməməsi mənasını daşıyır. Trofiki yara həmin nahiyədə qidalanmanın, qan dövranını pozulması nəticəsində yaranır, texniki yarada isə yanıq olur, yaraq qartmağ bağlayır. Trofiki yara hər yerdə ola bilər, adətən bədənin arxa tərəfində yataq yarası kimi və həmçinin insanın cinsiyyət orqanında biri elektrik vurulması səbəbindən yarana bilər. O, yaranın mənşəyini təyin edə bilmədiyi üçün nəticə hissədə deyil, qeyd hissəsində göstərmişdir. Bütün yaralar adətən 15 günədək sağalır, 1 ayadək uzana bilir. Müstəntiqin qərarında şəxsin bədəni üzərində aşkar olunmuş bütün xəsarətlərin müəyyən edilməsi qeyd olunmuşdur. Rəyin nəticəvi hissəsində trofiki yaraya ancaq xəsarətləri yazdıqlarından qiymət verməmişdir. O, trofiki yaranın xəsarət olmamasını deyil, istənilən halda qan dövranın pozulmasından yarana biləcəyini yazmışdır. Trofiki yara varikoz adlı xəstəlikdən əmələ gələ bilməz. Hər iki şəxs barəsində rəyləri eyni gündə verməsini xatırlamır, Təqsirləndirilən şəxs2 rəyinin xx.xx.2024-cü il tarixində, Təqsirləndirilən şəxs1 rəyinin isə xx.xx.2024-cü il tarixində tərtib edilib bitməsi MSY-dən tibbi sənədin təqdim edilməsi ilə bağlı olmuş, tibbi sənədlə bağlı sorğunu müstəntiq vermişdir. Baxış protokolu 1 ay ərzində göndərilə bilər və rəy tərtib edərkən orada olan xəsarətlər barədə məlumatlara əsasən ilkin məlumatı qeyd edir. Rəyin nəticəvi hissəsini özü yazmış, rəydə hər hansı saxtalaşdırma olmamışdır. Təqsirləndirilən şəxs2 verdiyi rəydə olan xəsarətlərin 7 yanvar tarixində əmələ gələ bilməsi elmi əsasla müəyyən edilir. Həmin xəsarətlərin yıxılma və ya özü tərəfindən yetirilməsini qeyd etmiş, “həmin xəsarətlər başqası tərəfindən də yetirilə bilərmi?” sualı qoyulmadığına görə rəydə bunu yazmamışdır. Həmin xəsarətlərin başqası tərəfindən vurulması nəticəsində yarana bilməsini də təsdiqləyir. Əvvəlcə vurulmuş xəsarətin izləri 2 gün sonra üzə çıxa bilməz, 1-2 saat ola bilər. O, şəxsləri lazımi qaydada müayinə etmiş, gördüklərini sağlamlığa zərər vurmanın təlimatı qaydaları və rəylərin tərtibi barədə təlimata əsasən yazmışdır. Bədən xəsarətlərini müəyyən etdikdən sonra, hər hansı hüquq mühafizə orqanların məlumat vermək öhdəliyi olmamışdır. Təqsirləndirilən şəxs1 cinsiyyət orqanındakı yara qərtməklənmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında ekspert qismində dindirilmiş və həmin ifadəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında elan edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X3 ifadəsində göstərmişdir ki, bütün narkotik vasitələrlə bağlı apardıqları ekspertizalar BMT-nin standart metodikasına əsasən aparılır, həmin metodikaya əsasən narkotik vasitələrin tədqiqatı zamanı ən azı 2 metodla narkotik vasitələrə aid olub-olmaması müəyyən edilir, ilk növbədə rəng testi, yəni “color test” aparılır, bu test narkotik vasitənin hansı qrupa aid olması ilə bağlı istiqamət verir. Metodikaya əsasən “xaş-xaş” qrupuna məxsus maddələrin rəng testi tünd bənövşəyi olur, daha sonra cihaz vasitəsilə narkotik vasitənin növünü müəyyən etmək mümkündür. Tədqiqat zamanı maddənin tərkibinin aydınlaşdırılması üçün skan olunur və bu zaman maddənin tərkibində olan molekullar hərəkət etməyə başlayır, enerji əmələ gəlir, həmin enerjiyə əsasən spektr üzə çıxır. Həmin spektrometik üsulla maddənin tərkibindəki punksiyanar qruplara əsasən maddənin növünü müəyyən etmək mümkündür. Belə ki, hər maddə ayrı-ayrılıqda cihaza salınır və spekt əmələ gəlir, məsələn 4000-dən 5000-ə qədər həmin maddənin punksiyanar qrupları heroinə aiddirsə, cihaz maddənin heroin olduğunu göstərir. Kustar üsulla hazırlanan maddələrin tərkibləri müxtəlif olduğundan onlar maddənin özünü yox ekstratını hazırlayıb yoxlayırlar. Ekstrat isə ayrılmadır, onlar heroinin hansı həlledicilərdə həll olunduğunu bilirlər, heroinin ekstratını hazırlayıb, qurudub daha sonra “pribora” salırlar. Lakin bu ekstrat hazırlananda hansı qarışıqların qaldığını deyə bilmir. O, hər maddədən 0,05 qram götürməli olduğu halda maddənin çox olduğunu, color testin heroin əlamətlərini verdiyini gördüyündən daha az, yəni 0,03 qram götürmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin elmi şurasına əsasən 0,05 qramdan 0,2 qrama qədər götürmək mümkündür. 0,03 qram narkotik vasitənin ekstratını hazırlayarkən onun neçə faizi ekstrat, neçə faizi tullantı olmasını onlar müəyyən edə bilmirlər, onlar narkotikin növünü müəyyən edirlər və bugünə qədər etalon heroin yoxdur. Aparılmış tədqiqat zamanı color test və aparata saldıqdan sonra alınmış nəticə həmin maddənin heroin olduğunu bildirirsə, deməli bu kütlə heroindir. Bu tədqiqatla həmin maddənin neçə faizinin heroin, neçə faizinin başqa maddə olmasını aydınlaşdırmaq mümkün deyil. Narkotik vasitə tək tərkibli də ola bilər, çox tərkibli də, onlar bunu müəyyənləşdirmirlər, lakin kütlənin heroin tərkibli olması hələ heroin olması demək deyil. Həmin qarışıqları narkotik vasitənin tərkibindən ayırdıqda çəkidə azalma olma biləcəyini deyə bilməz, bunu yalnızca etalon nümunə əsasında bildirə bilər, o, öz rəyinə cavabdehdir, həmin kütlə heroin olmuşdur. Ekspert rəyində olan hər bir cədvəl ekspertiza nəticəsində ortaya çıxan diaqramdır, ekspertiza nəticələnəndən sonra bağlamanın şəkili var, həmin narkotik vasitəni şəkildə göstərilən formada, onun torbasında möhürlü şəkildə polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərində çıxan narkotik vasitə ilə Təqsirləndirilən şəxs1 aşkar olunan narkotik maddənin spektral cədvəlinin eyni olması, hər iki maddənin eyni tərkibli olmasını bildirir. Polis tərəfindən ona təqdim olunan bağlamanın zədəli olubolmaması barədə hər hansı bir qeyd yoxdur, deməli tamlığı pozulmayıb. Tərtib etdikləri aktda qeyd olunan saat aralığında o, başqa işləri də görür. Belə ki, narkotik vasitəni götürdükdən sonra laboratoriyaya verir, qərarı gözləyir, ola bilsin ki, həmin gözləmə müddətində başqa narkotik vasitəni də götürür. Ona təqdim olunmuş narkotik vasitənin nə qədərinin narkotik vasitə, nə qədərinin isə qarışıq maddə olmasını ayırıb ona qiymət vermək onun səlahiyyəti deyil, etalon nümunə olmadığından o, yalnız keyfiyyət analizi aparır. Ona təqdim olunan şəffaf politilen torba, həmin torbanın açdıqdan sonra içərisində 10 ədəd bağlama olduğunu görmüş, hər bir bağlamanı ayrı-ayrılıqda açıb çəkmiş, sonra isə yenidən 10 ədəd bağlamada bir torbaya qoyularaq Xətai RPİ-nə göndərilmişdir. Cinayət işinin 4-cü cildinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, hazırkı cinayət işi məhkəmənin hakimi Azər Tağıyevin icraatına xx.xx.2025-ci ildə verilmişdir. Cinayət işinin İ cild 25-ci vərəqində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il saat 19:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 70-ci vərəqində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il saat 19:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 179-184-ci vərəqlərində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2024-cü ildən hesablanmaqla 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 185-190-cı vərəqlərində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2024-cü ildən hesablanmaqla 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 243-246-cı vərəqlərində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2025-ci il tarixinədək uzadılmışdır. Cinayət işinin İİ cild 247-250-ci vərəqlərində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Cinayət işinin İİİ cild 23-25-ci vərəqlərində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 49-52-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/49 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №153-li ” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs1 (imza)” yazısı və imzalar olan bağlamadakı 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1030,7 qram, 975,5 qram, 1010,6 qram, 1010,2 qram, 970,8 qram, 995,5 qram, 995,3 qram, 990,7 qram, 990,5 qram, 1032,5 qram, ümumi təmiz çəkisi 10002,3 qram (10 kq 2,3 qr) açıq qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Qeyd: heroinin təmiz çəkisi – 10002,3 qram, tədqiqata sərf edildi – ümumi 0,3 qram (hər maddədən 0,03 qram), qalıq – 10002,0 qram. Cinayət işinin İ cild 50-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 51-52-ci vərəqlərində olan fotoşəkildən görünür ki, tədqiq edilmiş narkotik vasitə Xətai RPİ-nin 37-ci PŞ-yə qaytarılmaq üçün bir ədəd ağ bağlamada qablaşdırılmışdır. Cinayət işinin İ cild 89-92-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/48 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №153-li ” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs2 (imza) “yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,957 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Qeyd: heroinin təmiz çəkisi – 0,957 qram, tədqiqata sərf edildi –0,05 qram, qalıq – 0,907 qram. Cinayət işinin İ cild 90-cı vərəqində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin İİ cild 57-58-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 356 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİ cild 62-63-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 728 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİ cild 59-61-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X21 xx.xx.2024-cü il tarixli 32 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər iki said və hər iki diz oynağı nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya təsirindən törənmiş, müddətləri qərarda göstərilmiş xx.xx.2024-cü il tarixində əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlər həm yıxılma nəticəsində, həm də onun özü tərəfindən yetirilmə nəticəsində əmələ gələ bilərdi. Cinayət işinin İİ cild 64-66-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X21 xx.xx.2024-cü il tarixli 33 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 alının sağ yarısında sağ gözaltı nahiyəni və göz qapaqlarını əhatə etmiş qançır müəyyən edildi. Xəsarətlər bərk küt əşya təsirindən törənmiş, müddətləri qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs2 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlər həm yıxılma nəticəsində, həm də onun özü tərəfindən yetirilmə nəticəsində əmələ gələ bilərdi. Cinayət işinin İİİ cild 82-ci vərəqində olan Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2024-cü il tarixli, 2-2-110/2-074553/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 eyni məzmunlu müraciətləri əsasında Xətai rayon prokurorluğunda müvafiq olaraq 06-C-24 və 07-C-24 nömrəli materiallar üzrə araşdırma aparılaraq 05 fevral 2024-cü il tarixində Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi ilə cinayət işinin rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. Cinayət işinin İ cild 160-181-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, "Toyota" markalı "Prius" modelində olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 10002,0 qram və 0,907 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin İİ cild 1-2-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işinin İİ cild 3-4-cü vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 34-35-ci vərəqlərində olan xx.xx.2024-cü ildə tərtib olunmuş protokol məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, həmin protokol xx.xx.2024-cü il tarixində, saat 20:05-dən 20:15-dək Xətai RİP-in 37-ci Polis Şöbəsində qeydə alınmışdır. Xətai RİP-in 37-ci Polis Şöbəsinin baş təhqiqatçısı X10 özünü, müdafiəçini və digər şəxsləri təqdim edir, daha sonra Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunduqdan sonra sonuncunun üzərinə xidməti otaqda şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs1 üzərində hər hansı qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim edilməsi təklif olunur və bundan sonra sonuncu əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefonu çıxararaq təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs1 evində, avtomobilində və ya başqa yerdə narkotik vasitə saxlayıb-saxlamaması soruşulur, o, saxlanılan zaman əyləşdikləri "Toyota" markalı "Prius" modelində olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobildə özünə məxsus narkotik vasitə olan heroin olmasını bildirir. Bundan sonra təhqiqatçı K.B.Əhmədov qeyd edilən avtomobilə baxış keçiriləcəyini bildirir. Cinayət işinin İ cild 36-cı vərəqində olan şəxsi axtarış və götürmə aparılması gedişatını əks etdirən DVD diskə baxış keçirilərək təhqiqatçının elan etməsinə əsasən həmin görüntülər xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. Çəkiliş başladıqdan sonra Xətai RİP-nin 37-ci Polis Şöbəsinin baş təhqiqatçısı X10 özünü, əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2 və müdafiəçi X4 təqdim etsə də çəkiliş aparan şəxsi təqdim etmir. Daha sonra Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunduqdan sonra sonuncunun üzərinə xidməti otaqda şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs1 üzərində hər hansı qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə, eləcə də üzərində nə varsa təqdim etməsi təklif olunur və bundan sonra sonuncu əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefonu çıxararaq təqdim edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 narkotik vasitənin satışı ilə məşğul olduğunu bildirərək sonuncuya “evinizdə ya maşınınızda narkotik vasitə saxlayırsız?” deyə sual ünvanlayır, Təqsirləndirilən şəxs1 “xeyr, evimizdə heç nə saxlamıram” deyə cavab verir. Təhqiqatçı ikinci dəfə “yəni hardasa narkotik vasitə saxlayırsız?” deyə soruşduqda Ə.R.Cəfərov yenidən “xeyr” deyə cavab verir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 əyləşdiyi "Toyota" markalı "Prius" modelində olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin niyə polisə tabe olmadığını soruşur və sonuncu avtomobilin içində narkotik vasitə olduğunu bildirir. Təhqiqatçının “narkotik vasitəni nə formada, kimdən əldə etmisiz” sualına Təqsirləndirilən şəxs1 “danışdığım adam var idi, dedi bağlama var götür, səndən götürəcəklər” deyə bildirir. Bundan sonra təhqiqatçının “nə formada danışmısız həmin adamla, yəni o, kim olub, nə kimi alış-verişiniz olub” sualına Təqsirləndirilən şəxs1 “həmin adam mənə əvvəl şəkər dərmanı göndərib, başqa alışverişimiz olmayıb, dərmanın pulunu da götürməyib” cavabını verir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 həmin şəxsin adının “Peyman” nömrəsinin isə xarici nömrə olduğunu dəqiqləşdirdikdən sonra əvvəlkinə “həmin şəxs iranlı olduğunu bildirib? Sizə yer göndərib ki get götür?” şəklində yönləndirici sual verir. Həmçinin təhqiqatçı “siz narkotik vasitənin arxasında getdiyinizi bilirdiz?” sualını verəndə Ə.R.Cəfərov “Bilirdim ki yaxşı şey deyil” deyə bildirmiş, təhqiqatçı təkrarən “amma bilirdiz da hə? Sonra da razılaşmısız?” şəklində təkrarən və yönləndirici sual ünvanlayır və sonuncuya cavab verməyə imkan vermədən avtomobildə olan zaman tabe olmadıqlarını bildirir. Cinayət işinin İ cildinin 78-79-cu vərəqlərində olan xx.xx.2024-cü ildə tərtib olunmuş protokol məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, həmin protokol xx.xx.2024-cü il tarixdə, saat 20:15-dən 20:30-dək Xətai RİP-nin 37-ci Polis Şöbəsində qeydə alınmışdır. Xətai RİP-nin 37-ci Polis Şöbəsinin baş təhqiqatçısı K.B.Əhmədov özünü, müdafiəçini və digər şəxsləri təqdim edir, daha sonra Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunduqdan sonra sonuncunun üzərinə xidməti otaqda şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim edilməsi təklif olunur və bundan sonra sonuncu əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş bükümü çıxararaq təqdim edir. Həmçinin sol yan cibindən 1 ədəd İphone markalı telefon, 1 ədəd qara rəngli telefon, 1 ədəd göy siqaret təqdim edir. Təqsirləndirilən şəxs2 həmin bir ədəd şəffaf sellafona bükülmüş bükümün içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs2 həmin bükümdəki kütlənin narkotik maddə olan "heroin " olmasını bildirir. Həmin şəffaf sellafon bükülü açıldıqda bükümdəki qəhvəyi rəngli toz halında tərəfimdən elektron tərəzidə çəkiləri çəkilir və məlum olur ki, həmin kütlələrdən birinin çəkisi 1,17 qramdır. Təqsirləndirilən şəxs2 həmin narkotik maddələri nə vaxt və haradan alması soruşulduqda, sonuncu xx.xx.2024-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı, heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülür. Cinayət işinin İ cild 80-ci vərəqində olan şəxsi axtarış və götürmə aparılması gedişatını əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, təhqiqatçının elan etməsinə əsasən həmin görüntülər xx.xx.2024-cü il tarixdə, saat 20:10-dan etibarən Xətai RİP-nin 37-ci Polis Şöbəsində qeydə alınmışdır. Çəkilişbaşladıqdan sonra Xətai RİP-nin 37-ci Polis Şöbəsinin baş təhqiqatçısı B.F.Budaqlı özünü, əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkili X13 və müdafiəçi X17 təqdim etsə də çəkiliş aparan şəxsi təqdim etmir. Daha sonra Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunduqdan sonra sonuncunun üzərinə xidməti otaqda şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim edilməsi təklif olunur və bundan sonra sonuncu əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd İphone markalı telefon, 1 ədəd üzərinə KYT yazılmış qara rəngli telefon, gödəkçəsinin sağ yan cibindən 1 ədəd Rothmans markalı göy rəngli içərisində alışqan olan siqaret qutusu, daha sonra şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngdə kütlə olan bükümü çıxararaq təqdim edir. Təhqiqatçı həmin bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs2 həmin bükümdəki kütlənin “kakos” olduğunu bildirdikdən sonra təhqiqatçı “heroindir də” ifadəsi işlədərək Təqsirləndirilən şəxs2 dediyini təsdiq edir. Təhqiqatçı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni satış və ya şəxsi istifadəsi üçün, nə vaxt və haradan alması soruşduqda, sonuncu şəxsi istifadəsi üçün həmin gün Suraxanı rayonundan 10 manata aldığını bildirir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs2 yalnız gödəkçəsinin və şalvarının ciblərini ötəri yoxlayır. Bundan sonra həmin büküm təhqiqatçı tərəfindən açılır və təhqiqatçı qəhvəyi rəngdə toz halında olduğu görünən həmin kütlənin qəhvəyi rəngli spesifik iyə malik olduğunu bildirir. Sonra video çəkilişin başladığı saat 20:10-dan etibarən təhqiqatçının stolunun üstündə olan elektron tərəzi sıfırlanır və həmin büküm elektron tərəzidə çəkilərək çəkisinin 1,17 qram olduğu müəyyən edilir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək ardıcıl olaraq Təqsirləndirilən şəxs2, S.Q.Əsədov, İ.Şahid4 və Şahid3 tərəfindən imzalansa da, video çəkilişi aparan Cavidan Heydərli tərəfindən imzalanmır, lakin həmin protokolda sonuncunun imzası öz əksini tapmışdır. Təqsirləndirilən şəxs2 müdafiəçinin sualına cavab olaraq polis əməkdaşları tərəfindən polis bölməsinə gətirilərkən fiziki və ya psixoloji təzyiqə məruz qalmadığını bildirsə də Təqsirləndirilən şəxs2 sağ üz nahiyəsində gözünün ətrafında şişkinlik (bütün çəkiliş müddətində), sol tərəfdən qulağının arxa tərəfində, boyun nahiyəsində qançıra bənzər qızartı ( 2.41-3.08 saniyələrdə) müşahidə edilir. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs2 8 noyabr prospektində qonşusu Elçin və Elmirlə bir yerdə olarkən saxlanıldığını, sürücü işlədiyinə görə onları 10 manat müqabilində müştəri kimi Əhmədliyə gətirib geri qaytaracağını, Toyoto Prius markalı maşını özünün idarə etdiyini, yanında Elmirin, arxada isə Nicatın əyləşdiyini bildirir. Daha sonra avtomobili saxladığını demədiyi halda təhqiqatçı “siz avtomobili saxlayıb. Nə baş verdi orda” şəklində yönləndirici sual verir. Təqsirləndirilən şəxs2 maşını saxlayıb, geri fırladığını dedikdən sonra yenə də təhqiqatçı Elçinin maşından düşdüyünü demədiyi halda “Elçin neçə müdət ərzində geri qayıtdı?” şəklində yönləndirici sual verir. Təqsirləndirilən şəxs2 Elçinin bir dəqiqəlik maşından düşüb qayıtdığını və daha sonra onların polis əməkdaşları tərəfindən saxlanıldığını deyir. Təhqiqatçı saxlayan şəxslərin polis əməkdaşları olduğunu hardan bildiyini soruşduqda Təqsirləndirilən şəxs2 onların mülki geyimdə olduğunu deyir. Yenə də təhqiqatçı Təqsirləndirilən şəxs2 bununla bağlı heç bir informasiya vermədiyi halda “sizə əl elədilər, saxlamadınız bəs?” şəklində yönləndirici sual verir. Təqsirləndirilən şəxs2 maşını saxlamamasının səbəbinin üzərində olan maddəyə görə qorxması və saxlanılacağını düşünməsi olduğunu bildirir. Təhqiqatçı təkrarən yönəldici sual verərək “Elçinin hara getməsindən xəbərinizin yoxdur, düzdürmü?” şəklində sual verir və Təqsirləndirilən şəxs2 suala xeyr şəklində cavab verir. Təhqiqatçı yalnız sonda video çəkiliş aparan şəxsin Cavidan Heydərli olduğunu bildirir və şəxsi axtarış yekunlaşçdıqdan sonra onun hansı saatda bitdiyini qeyd etmir. Cinayət işinin İ cild 39-40-cı vərəqlərində olan xx.xx.2024-cü ildə tərtib olunmuş protokol məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, həmin protokol xx.xx.2024-cü ildə saat 20:40-dan 20:59-dək Bakı şəhəri, Xətai rayonu, Şahid2 küçəsi 69 ünvanında qeydə alınmışdır. Baş təhqiqatçı K.B.Əhmədov özünü və polis əməkdaşlarını təqdim edir, daha sonra Təqsirləndirilən şəxs1 əyləşdiyi “Toyota” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra sonuncu həmin avtomobilin arxa sol oturacağın ayaqaltı hissəsini könüllü şəkildə göstərərək orada qara rəngli sellofan torbanın içərisində olan sellofana bükülmüş maddələrin narkotik vasitə heroin olduğunu bildirir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkildikdən sonra çəkisi qablaşdırma ilə birlikdə 10.200 qram təşkil edir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 özünəməxsus olan həmin narkotik vasitəni “Peyman” kimi tanıdığı İİR vətəndaşı ilə Whatsapp proqramı vasitəsi ilə danışıb sonuncunun bildirdiyi ünvandan götürdüyünü və öz istifadəsi üçün avtomobildə saxladığını bildirir. Bundan sonra avtomobildən aşkar edilmiş tünd qəhvəyi rəngli maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır. Daha sonra avtomobilin digər hissələrinə də baxış keçirilsə də, narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmir. Təqsirləndirilən şəxs1 verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir. Cinayət işinin İ cild 42-ci vərəqində olan avtomobilə baxış keçirilməsini özündə əks etdirən DVD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, təhqiqatçının elan etməsinə əsasən həmin görüntülər xx.xx.2024-cü il tarixdə, saat 20:40-da qeydə alınmışdır. Çəkiliş başladıqdan sonra Xətai RİP-nin 37-ci Polis Şöbəsinin baş təhqiqatçısı X10 özünü, baş təhqiqatçı X14, təhqiqatçı X7, əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2, polis sahə inspektoru Şahid5, əməliyyat müvəkkili X13, müdafiəçilər X24, X8, X17 təqdim etsə də, çəkiliş aparan şəxsi təqdim etmir. Təhqiqatçı maşının sahibinin Təqsirləndirilən şəxs2 olduğunu və sonuncunun avtomobilə baxış keçirlməsinə etirazının olmamasını dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs2la birlikdə avtomobilə yaxınlaşır, sonuncu kilidsiz vəziyyətdə duran avtomobilin sürücü tərəfdən qapısını açır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 daha öncədən ona məxsus olduğnu bildirdiyi narkotik vasitəni təqdim etməsini bildirir, təhqiqatçı maşının sol arxa qapısını açaraq narkotik vasitəni götürür, Təqsirləndirilən şəxs1 “budur?” deyə soruşduqda sonuncu qısıq səslə təsdiq edir. Həmçinin çəkiliş boyunca Təqsirləndirilən şəxs1 kənar şəxslərin sonuncunun qoluna girməsi ilə ayaq üstə çətinlikdə durur. Bundan sonra təhqiqatçı “bağlama sizə məxsusdur, ona görə saxlanmısız” deyə soruşduqda Təqsirləndirilən şəxs1 “mən danışmışam, nə olduğunu bilməyərək götürmüşəm, digərlərinin məlumat olmayıb” deyə cavab verir. Daha sonra təhqiqatçı yenidən “narkotik vasitə sənə məxsusdur? Sən almısan hə?” şəklində yönləndirici sual verir, Təqsirləndirilən şəxs1 isə “almamışam, danışıb götürmüşəm” deyə bildirir. Bundan sonra avtomobildən aşkar edilmiş tünd qəhvəyi rəngli maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs1 sənədi çətinliklə imzaladığı müşahidə olunur. Cinayət işinin İİ cild 129-130-cu vərəqlərində Xətai RPİ-nin MSY-də olan tutulmuş və ya həbs edilmiş şəxslərin qeydiyyat jurnalından görünür ki, siyahıda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la bağlı göstərilmiş saata düzəliş edilərək saat 00:30 göstərilmişdir. Cinayət işinin İİ cild 131-ci vərəqində olan tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında 11 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Xətai RPİnin MSY-yə daxil olarkən üzərində heç bir xəsarət olmadığı və daxil olma tarixi xx.xx.2024-cü il, saat 09:30 qeyd edilmişdir. Cinayət işinin İİ cild 133-cü vərəqində olan tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında 10 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Xətai RPİnin MSY-yə daxil olarkən üzərində xəsarət olduğu və daxil olma tarixi xx.xx.2024-cü il, saat 09:30 qeyd edilmişdir. Cinayət işinin İİİ cild 76-cı vərəqində olan Bakı şəhəri Xətai RPİ-in xx.xx.2024-cü il tarixli, 50/2-20003 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin müvəqqəti saxlama yerinə qəbul olarkən bədənində xəsarəti olmuşdur. Cinayət işinin İİİ cild 77-ci vərəqində olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Xətai RPİ-nin 37 PŞ-dən şübhəli şəxs qismində tutulub MSY-nə gətirilən Təqsirləndirilən şəxs1 qəbul edərkən onun hər iki qollarında, hər iki dizlərində şişkinlik, cızılmış, sıyrılmış xəsarətlərlər, sağ qulağın arxa nahiyyəsində qızarmış şişkinlik, cinsiyyət orqanında məlum olunmayan yara aşkar olundu. Deməsinə görə bu xəsarətləri tutulmamışdan qabaq almışdır. Cinayət işinin İİİ cild 78-ci vərəqində olan tibbi kitabdan çıxarışdan görünür ki, MSY-nə xx.xx.2024-cü il tarixdə, saat 09:30-da gətirilmiş Təqsirləndirilən şəxs1 baxış zamanı sonuncunun hər iki qollarında, hər iki dizlərində şişkinlik, cızılmış, sıyrılmış xəsarətlərlər, sağ qulağın arxa nahiyyəsində qızarmış şişkinlik, cinsiyyət orqanında məlum olunmayan yara aşkar olunmuşdur, Təqsirləndirilən şəxs1 şikayəti yoxdur. Cinayət işinin İİİ cild 54-cü vərəqində olan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/38/2-151/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü ildə, saat 15:20 radələrində Bakı İstintaq Təcridxanasına gətirilmiş, xx.xx.2024-cü il tarixdə, saat 11:25 radələrində müayinə zamanı sağ gözətrafı nahiyyəsində sarımtıl rəngli qançır izləri, sağ qulaq seyvanında, boynun arxa tərəfində, sağ saidin arxa səthində qərtməkli yara xəsarətləri, döş qəfəsinin sol tərəfində isə yumşaq toxumaların əziyi aşkar olunmuş və o, xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Cinayət işinin İİİ cild 44-cü vərəqində olan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/38/2-149/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü ildə, saat 15:20 radələrində Bakı İstintaq Təcridxanasına gətirilmiş, xx.xx.2024-cü il tarixdə, saat 11:45 radələrində müayinə zamanı sağ saidin arxa tərəfində, sağ bilətin ön səthində və hər iki diz oynağının ön səthində qərtməkli yara xəsarətləri, cinsiyyət orqanında isə termiki yanıq xəsarətləri aşkar olunmuş və o, xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Cinayət işinin İİ cild 157-159-cu vərəqlərində olan DİN-in Təhlükəsiz Şəhər Xidmətinin TŞ 5-048 və TŞ 5-076 nömrəli videomüşahidə kameraları ilə 07 yanvar 2024cü il tarixində saat 17:30 dəqiqədən saat 19:00 dəqiqəyədək olan müddətdə qeydə alınmış videogörüntülər 5 ədəd DVD diskdə istintaqa təqdim edilmişdir. N2-4420 saylı diskə baxış keçirilən zaman 03 ədəd video faylın olması müəyyən edilir. Birinci fayla baxış keçirilən zaman xx.xx.2024-cü il tarixdə saat 18:00-dan 19:00-dək olan müddət ərzində olması müəyyən edilir. Birinci fayla baxış keçirilən zaman TŞ 5-048-2 saylı təhlükəsizlik şəhər kamerası ilə həmin görüntülərin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində olması müəyyən edilir. Həmin görüntülərdə saat 18:55-də 8 Noyabr prospektindən “Nargilə” dairəsi istiqamətində 4 zolaqlı yolun sağ hissəsi ilə hərəkət edən “Toyota Prius” markalı avtomobilin yolun hərəkət hissəsinin sağında hərəkət edərək saxlaması müşahidə edilir. Həmin avtomobilin uzaq məsafədə olması səbəbindən dövlət qeydiyyat nişanının müəyyən edilməsi mümkün deyildir. Cinayət işinin İ cild 144-149-cu vərəqlərində olan mobil telefona baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş Whatsapp yazışmalarından çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus «İphone X» markalı bir ədəd mobil telefonda olan məlumatlara baxış keçirilən zaman “WhatsApp” proqramında +994 77 *** ** ** nömrəli istifadəçi ilə 07 yanvar 2024-cü il saat 18:42-dən həmin tarixdə saat 19:58-dək olan müddət ərzində aşağıdakı yazışmaların olması aşkar edilmişdir: +994 77 533 44 42: Hacan; Gelrsiz; Noldu; Alinmadi; Olurem; Agiyram; Alo; Dee; Soz; Alindi yoxsa yox; Dedee; Gorum. Bundan başqa, “WhatsApp” proqramının söhbətlər bölməsində +994 77 *** ** ** nömrəli istifadəçi ilə 07 yanvar 2024-cü il saat 19:05-dən həmin tarixdə saat 21:03-dək olan müddət ərzində aşağıdakı yazışmaların olması aşkar edilmişdir: +994 77 348 53 18: Qaqa; Neynirsrn; Qaqa; Alindirmqq olur nese; 10 luuq. Cinayət işinin İ cild 197-203-cü vərəqlərində mobil telefona baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş Whatsapp yazışmalarından çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Samsung» markalı bir ədəd mobil telefonda olan məlumatlara baxış keçirildi. Baxış zamanı mobil telefonda Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə istifadə etdiyi 055 *** ** ** mobil nömrəsinə bağlı olan WhatsApp mobil tətbiqində olan hesabına mobil telefonda «Amin Q...» kimi qeyd edilmiş +98 903 *** ** ** mobil nömrənin abunəçisinin 07 yanvar saat 12:20 dəqiqədə «salam» yazması, Təqsirləndirilən şəxs1 +98 903 *** ** ** mobil nömrənin abunəçisinə «salam, abi, salam» məzmunda 12:21 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 «bu da bax, qadana alım, silahın hər şeyi var üstündə, hə də onun fişəngindən zadından əskik olmur da» məzmunda saat 12:35 dəqiqədə səsli mesaj göndərməsi; Təqsirləndirilən şəxs1 +98 903 *** ** ** mobil nömrənin abunəçisinə «hə, qardaş mən nətər bağlı götürəcəm, elə də ötürəcəm, məndən narahat olma, o..q, q...k bizlik deyil» məzmunda saat 12:35 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 «oldu qadan alım, oldu, başıva dönüm» məzmunda saat 12:36 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 «Elçin, qadanı alım, bu adam, indi danışdım, deyir indi durmuşam, elə o da yuxudan təzə durub, hə deyir qoy durum, bir özümə gəlim, ondan sonra, deyir vəsaiti yer-bəyer eləyim qoyum, bir saata zada» məzmunda saat 12:37 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 «sən setdə ol, oldu başına dönüm?» məzmunda saat 12:37 dəqiqədə səsli mesaj göndərməsi; Təqsirləndirilən şəxs1 +98 903 *** ** ** mobil nömrənin abunəçisinə «narahat olma, narahat olma» məzmunda saat 12:38 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 «Elçin, Kürdəxanı tərəf olacaq, bax Kürdəxanı, tanıyırsan? Mən tanımıram heç oraları. Kürdəxanı Bakıdır da, hə?» məzmunda saat 12:39 dəqiqədə səsli mesaj göndərməsi; Təqsirləndirilən şəxs1 +98 903 *** ** ** mobil nömrənin abunəçisinə «hə, tanıyıram, tanıyıram, narahat olma» məzmunda saat 12:39 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 «ora nə qədər yolun var?» məzmunda saat 12:39 dəqiqədə səsli mesaj göndərməsi; Təqsirləndirilən şəxs1 +98 903 *** ** ** mobil nömrənin abunəçisinə «40 deyqe» məzmunda saat 12:44 dəqiqədə mesaj yazması; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 «mən sənə deyecəm, qadanı alım, setdə ol də» məzmunda saat 12:46 dəqiqədə mesaj yazması və həmin vaxtda ona iki ürək şəkili göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 «Elçin, qardaşım, axşama qaldı, qadan alım, q....r..., dedi günüz çıxa bilməyəcəm belə helə, axşama, gün batan çağı, deyir, günüz hamı görür ona görə, qorxur o da, deyir mən çıxa bilmərəm onu qoymağa» məzmunda saat 15:38 dəqiqədə səsli mesaj göndərməsi; Təqsirləndirilən şəxs1 +98 903 *** ** ** mobil nömrənin abunəçisinə «Ok» məzmunda saat 17:03 dəqiqədə mesaj yazması; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 saat 17:56 dəqiqədə WhatsApp vasitəsilə səsli zəng etməsi (zəng buraxılmışdır); +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 saat 17:59 dəqiqədə «konum» (geolokasiya) yönləndirməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 saat 18:14 və saat 18:15 dəqiqədə WhatsApp vasitəsilə səsli zəng etməsi (zənglər buraxılmışdır); +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 saat 18:16 dəqiqədə «?» işarəsi göndərməsi; Təqsirləndirilən şəxs1 +98 903 *** ** ** mobil nömrənin abunəçisinə «Abi şəkili at tez» məzmunda saat 18:28 dəqiqədə mesaj yazması; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 saat 18:30 dəqiqədə üzərində qırmızı rəngli «ox» işarəsi olan bir yerin iki fotoşəkilini yönləndirməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 «qadan alım, götürdün, mənə xəbər elə a tez, çox çəkər götürmək?» məzmunda saat 18:30 dəqiqədə səsli mesaj göndərməsi; Təqsirləndirilən şəxs1 +98 903 *** ** ** mobil nömrənin abunəçisinə «yox, fırlanıb aşağıdan qayıdıram obratka, götürüm xəbər eləyəcəm, götürəndə özüm xəbər eləyəcəm» məzmunda saat 18:30 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 «Elçin, qardaşım, nə oldu? Bə məə bir hə yox denən də, başıva dolanım» məzmunda saat 18:42 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 «bayaqdan on dəqiqə, on dəqiqə dedün, bə nə oldu? Ordadır vəsail. Biri gəlib götürüb eləyər, qadan alım. Tez ol» məzmunda saat 18:42 dəqiqədə səsli mesaj göndərməsi; Təqsirləndirilən şəxs1 +98 903 *** ** ** mobil nömrənin abunəçisinə «bir dəqiqə səbirli ol, bircə dəqiqə» məzmunda saat 18:43 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 «Elçin, qadan alım, götürməyəzsən, eləmiyəcən, mən ayrı adam yollayım, getsin götürsün a, qadan alım, belə eləmə» məzmunda saat 18:47 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 saat 18:47 dəqiqədə WhatsApp vasitəsilə səsli zəng etməsi (zəng buraxılmışdır); +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 «Elçin, qardaş, kuryeri yollayıram götürə, ta məndən incimə, yollayıram vəsaili götürə, bilmirəm sən nə iş görürsən orda, vəsaili götürməyə nə var, camaat səni güdmürkü» məzmunda saat 18:58 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 saat 18:59 dəqiqədə iki «fikirləşən adam» smayliki göndərməsi və WhatsApp vasitəsilə səsli zəng etməsi (zəng buraxılmışdır); +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 saat 18:59 dəqiqədə «əsəbiləşən adam» və «telefon dəstəyi» smaylikləri göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 «Alo» məzmunda saat 19:00 dəqiqədə mesaj yazması; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 saat 19:03 dəqiqədə WhatsApp vasitəsilə səsli zəng etməsi (zəng buraxılmışdır); +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 «üç kilo gülü götürün» məzmunda saat 19:17 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 «üç kilo gülü götürdün, ümman elə, bivəxtə qalma, qayıt evivə» məzmunda saat 19:17 dəqiqədə səsli mesaj göndərməsi və +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs1 «güldən zatdan video da at» məzmunda saat 19:17 dəqiqədə səsli mesaj göndərməsi müəyyən edilmişdir. Cinayət işinin 4-cü cildinə əlavə edilmiş DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən hazırkı cinayət işi üzrə aparılmış əməliyyat tədbirləri barədə xx.xx.2024-cü il tarixdə “youtube” platformasında yayımlanmış xəbər buraxılışının 01:06cı dəqiqəsində əks olunan görüntüdə hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 “avtomobilinə baxış keçirmə və götürmə” istintaq hərəkəti aparılan zamanı aşkar edilərək götürülmüş narkotik vasitənin yerləşdiyi bağlamanın polis əməkdaşının stolunun üstündə olduğu görünür. Cinayət işinin 4-cü cildinə əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xeyli və xüsusilə külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşıma cinayətini törətmələri sübuta yetirilmir. Belə ki, məhkəmə iclasında cinayət işi materiallarında olan avtomobilə baxış keçirilmə və götürmə aparılmasının gedişatını əks etdirən DVD diskə baxış keçirilərək və xx.xx.2024-cü il tarixli protokol məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq ona polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (İ cild i/v 39-42). Lakin Xətai RPİ-nin MSY-də tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında 11 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 MSY-yə daxil olarkən üzərində xəsarət olduğu aşkar edilmişdir (İİ cild 131). Həmçinin Xətai RPİ-nin MSY-də tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında 10 saylı protokoldan, Tibbi kitabçanın çıxarışından, xx.xx.2024-cü il tarixli aktdan və Xətai RPİ-nin xx.xx.2024-cü il tarixli, 50/2-20003 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 MSY-ə daxil olarkən üzərində xəsarətlər olmuş. Həmçinin sonuncunun hər iki qollarında, hər iki dizlərində şişkinlik, cızılmış, sıyrılmış xəsarətlərlər, sağ qulağın arxa nahiyyəsində qızarmış şişkinlik, cinsiyyət orqanında məlum olunmayan yara aşkar olunmuşdur ( İİ cild i/v 133, İİİ cild i/v 76,77,78) Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/38/2-149/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü ildə, saat 15:20 radələrində Bakı İstintaq Təcridxanasına gətirilmiş, xx.xx.2024-cü il tarixdə, saat 11:45 radələrində müayinə zamanı sağ saidin arxa tərəfində, sağ bilətin ön səthində və hər iki diz oynağının ön səthində qərtməkli yara xəsarətləri, cinsiyyət orqanında isə termiki yanıq xəsarətləri aşkar olunmuş və o, xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir (İİİ cild i/v 44). Bundan başqa cinayət işi materiallarında Təqsirləndirilən şəxs1 barəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” PHŞ-nin xx.xx.2024-cü il tarixli 32 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər iki said və hər iki diz oynağı nahiyələrinin qançırları müəyyən edilmiş, xəsarətlər bərk küt əşya təsirindən törənmiş, müddətləri qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, həmçinin qeyd hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 mayinəsi zamanı onun penisinin sağ-yan səthində 1,5x1,5 sm ölçüdə, kənarları girintili-çıxıntılı və üzəri ətraf dəri səviyyəsindən hündür qəhvəyi rəngli qalın qartmaqla örtülü trofiki yara müəyyən edilmişdir (İİ cild i/v 59-61). Həmçinin cinayət işinin İİ cild 131-ci vərəqində olan tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında 11 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Xətai RPİ-nin MSY-yə daxil olarkən üzərində heç bir xəsarət olmadığı və daxil olma tarixi xx.xx.2024-cü il, saat 09:30 qeyd edilmişdir. Eyni zamanda cinayət işinin materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/38/2-151/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, digər Təqsirləndirilən şəxs2 xx.xx.2024cü ildə, saat 15:20 radələrində Bakı İstintaq Təcridxanasına gətirilmiş, xx.xx.2024-cü il tarixdə, saat 11:25 radələrində müayinə zamanı sağ gözətrafı nahiyyəsində sarımtıl rəngli qançır izləri, sağ qulaq seyvanında, boynun arxa tərəfində, sağ saidin arxa səthində qərtməkli yara xəsarətləri, döş qəfəsinin sol tərəfində isə yumşaq toxumaların əziyi aşkar olunmuş və o, xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir (İİİ cild i/v 54). Bundan başqa cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X21 xx.xx.2024-cü il tarixli 33 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 alının sağ yarısında sağ gözaltı nahiyəni və göz qapaqlarını əhatə etmiş qançır müəyyən edilmiş, xəsarətlər bərk küt əşya təsirindən törənmiş, müddətləri qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi (İİ cild i/v 64-66). Bundan əlavə cinayət işi materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/38/2-4185/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə BİT-ə daxil olmuş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı sağ saidin aşağı 1/3-nin arxa səthində 2-3 sm ölçüdə bir ədəd, sol biləyin ön səthində 0,5-1 sm ölçüdə bir ədəd, hər iki diz oynağının ön səthində 2-3 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yaralar, xarici cinsiyyət orqanında 2-3 sm ölçüdə 1-ci dərəcəli termiki yanıq müşahidə olunmuşdur. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı sağ gözətrafı nahiyədə 2-3 sm ölçüdə sarımtıl rəngli qançır, sağ qulaq seyvanında, boyunun arxa nahiyəsində, sağ saidin arxa nahiyəsində 1-2 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yaralar, döş qəfəsinin sol nahiyəsində yumşaq toxumaların əziyi müşahidə olunmuşdur (İİİ cild i/v 64-65). Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ona edilmiş fiziki zorakılıqla bağlı Xətai rayon prokurorluğuna müraciət edərkən izahatında polis şöbəsində olan zaman adlarını xatırlamadığını əməkdaşların ona fiziki zorakılıq tətbiq etdiklərini, döyərək işgəncə verdiklərini, buna səbəbin narkotik vasitənin satışı ilə məşğul olması barədə sənədlərə qol çəkməsini istəmələri olduğunu və heç bir sənədə qol çəkmədiyini, digər Təqsirləndirilən şəxs2 izahatında isə şöbədə olan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa və işgəncəyə məruz qaldığını, cəlb edildiyi maddələrlə razı olmadığını və ona işgəncə verən polis əməkdaşlarının cəzalandırılmasını xahiş etmişdir(İİİ cild i/v 45-46, i/v 57-58). Bununla yanaşı Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 da Xətai rayon prokurorluğuna xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi yazaraq Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasından öncə “ya 5.000 gətir, ya da 0.2 qram olan bağlamanı Elçin adlı şəxsən aldığını etiraf et” seçiminə məcbur edildiyini, polis bölməsində polislər tərəfindən ayaqüstə və yerdə vəhşicəsinə döyülərək cibindən bir büküm narkotik vasitəni çıxartmağa məcbur edildiyini, işgəncələrdən canını qurtarmaq üçün müqavimət göstərməyəcəyini, lakin öz əli ilə cibindən heç bir şey çıxartmayacağını bildirdiyini qeyd edərək işgəncə faktının araşdırılmasını xahiş etmişdir (İİİ cild i/v 55- 57). Göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdikləri izahat və qeydlərində həbs olunan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa və işgəncəyə məruz qaldıqlarını dəfələrlə bildirmiş, onların bu barədə qeydləri istər MSY-yə, istərsə də Bakı İstintaq Təcridxanasına daxil olarkən tərtib olunmuş müvafiq sənədlərdə öz əksini tapmış, həmçinin müvafiq xəsarətlər ekspertiza rəyləri ilə təsdiq olunmaqla onların yaranmasının təqsirləndirilən şəxslərin saxlanıldığı tarixə uyğun gəlməsi göstərilmişdir. Bununla da məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbs olunan zaman işgəncələrə və ləyaqəti alçaldan qeyri-insani rəftara məruz qalmalarına baxmayaraq Təqsirləndirilən şəxs1 “avtomobilə baxış keçirilmə və götürmə” istintaq hərəkəti aparılarkən, Təqsirləndirilən şəxs2 isə Xətai RPİ-nin MSY-yə daxil olarkən heç bir fiziki zorakılığa məruz qalmamalarını bildirmələri onların öz sərbəst iradə ifadəsi əsasında deyil, polis əməkdaşlarının fiziki və psixi təzyiqi altında olmuşdur. Bundan başqa cinayət işi materiallarında olan Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2024-cü il tarixli, 2-2-110/2-074553/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 eyni məzmunlu müraciətləri əsasında Xətai rayon prokurorluğunda müvafiq olaraq 06-C-24 və 07-C-24 nömrəli materiallar üzrə araşdırma aparılaraq 05 fevral 2024-cü il tarixində Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi ilə cinayət işinin rədd edilməsi barədə qərarlar qəbul edilmişdir (İİİ cild i/v 82). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki təsirlərə və qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı prokurorluq orqanı tərəfindən araşdırma aparılsa da, araşdırma formal şəkildə olmuş, araşdırma zamanı xəsarətlərin xarakteri, törənmə vəziyyəti nəinki konkret faktlara əsasən araşdırılmamış, hətta xəsarətlər ümumiyyətlə nəzərə alınmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair protokolda müvafiq istintaq hərəkətinin protokolunun tərtib edilərək iştirakçılara ucadan oxunması, həmçinin iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilməsi göstərilsə də, həmin istintaq hərəkətlərinin gedişatını əks etdirən videogörüntülərə baxış keçirilən zaman qanunvericiliyin bu tələbinin yerinə yetirilmədiyi aşkar olunmuşdur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli, 1 nömrəli Qərarının 3-cü bəndinə əsasən Plenum qərara almışdır ki, məhkəmələrə izah edilsin ki, təhqiqat, ibtidai istintaq dövründə, habelə cəza çəkilərkən vəzifəli şəxslər tərəfindən vətəndaşların işgəncələrə və ləyaqəti alçaldan qeyri-insani rəftar və bəzi növlərinə məruz qalmaları cinayət qaydasında cəzalandırılmalı əməllərdir və bu məzmunda məlumatlara məhkəmə bütün hallarda münasibətini mütləq bildirməlidir. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya”ya görə “işgəncə” dedikdə, vəzifəli şəxs və ya rəsmi şəxslər tərəfindən, onların təhriki və razılıqları ilə şəxsdən və ya üçüncü şəxsdən məlumat və ya etirafın alınması məqsədilə hər hansı şəxsə qəsdən fiziki və ya mənəvi ağrı və əzab verilməklə edilən hər hansı hərəkət, bu şəxsin özünün və ya üçüncü şəxsin törətdiyi əmələ görə, yaxud belə əməlin törədilməsində şübhəli bilindiklərinə görə cəzalandırılması, eləcə də bu şəxslərin qorxudulması və ya hər hansı şəkildə diskriminasiyaya söykənən hərəkəti başa düşülməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx.xx.2014-cü il tarixli qərarında hazırki işin halları ilə oxşar olan vəziyyətlə bağlı göstərilmişdir: “Məhkəmə təkrar edir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı”. Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “Kudla Polşaya qarşı və “Pirs Yunanıstana qarşı”). Məhkəmə, qəsdən, bir neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, Məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: “Kudla” işi, 92-ci bənd). Məhkəmə təkrar edir ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı”). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Hazırkı işin hallarına gəlincə Məhkəmə ilk öncədən qeyd edir ki, ərizəçinin polis tərəfindən pis rəftara məruz qoyulması ölkə məhkəmələrinin qərarları ilə açıq şəkildə etiraf edilmişdir (yuxarıda 20-21-ci bəndlərə bax). Məhkəmə bu qərarlardan fərqli qərar qəbul etmək üçün hər hansı əsas görmür. Məhkəmə bununla bağlı hesab edir ki, ərizəçi 2005-ci il 17 mart tarixində polis tərəfindən pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün kifayət qədər güclü sübutlar təqdim edə bilmişdir. Xüsusilə, 2005-ci il 13 mart tarixli məhkəmə-tibb ekspertizasının rəyi onun boyun nahiyəsində ağır küt predmetlə yetirilmiş oval formalı qançırın olduğunu və bunun yetirilmə vaxtının 2005-ci il 17 mart tarixinə uyğun gəldiyini təsdiq etmişdir. Məhkəmə sözü gedən xəsarətin polis əməkdaşlarının ərizəçini polis şöbəsinə salan zaman yetirildiyi ilə bağlı Hökumətin arqumentini qəbul edə bilməz. Əslində məhkəmə-tibb ekspertizasının rəyində açıq şəkildə göstərilmişdir ki, xəsarət “çəkmə” nəticəsində deyil, ağır küt predmet vasitəsilə yetirilmişdir. Hər bir halda Məhkəmə ərizəçi qaçmağa səy göstərdiyi üçün ona qarşı güc tətbiqinin əsaslı olduğu və həddini aşmadığı ilə bağlı Hökumətin arqumentini qəbul edə bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, ərizəçinin həbsi və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda qaçmağa səy göstərdiyi və ya həbs zamanı polisə müqavimət göstərdiyi ilə bağlı hər hansı qeyd yoxdur. Bundan əlavə, ərizəçinin polisə qarşı zor işlətdiyi və ya həbsi zamanı, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Məhkəmə həmçinin açıq şəkildə xahiş etməsinə baxmayaraq Hökumətin ərizəçinin üzərində axtarışın aparılmasına dair video çəkilişin ona təqdim etmədiyini də göz ardına vurmur. O qeyd edir ki, belə bir çəkilişin olduğu Apellyasiya Məhkəməsinin 2006-cı il 22 dekabr tarixli qərarında da təsdiq olunmuşdur. Belə olan halda o, ərizəçinin polis tərəfindən həbs edildiyi və ya həbsdə saxlandığı zaman pis rəftara məruz qoyulduğu ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, Məhkəmə hesab edir ki, ərizəçiyə yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuşdur. Beləliklə də Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur.” Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılan zaman qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011ci il tarixli qərarının 28-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla yanaşı Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında protokollarda Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü ildə saat 19:10-da saxlanıldığı, daha sonra Xətai RİP-in 37-ci Polis Şöbəsinə gətirilərək həmin tarixdə, saat 20:05-də üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildiyi qeyd edilsə də, həmin istintaq hərəkətini gedişatını əks etdirən DVD diskə baxış keçirilərkən həmin diskdə olan “2024” adlı faylın “свойства” (xüsusiyyətlər) bölməsindən şəxsi axtarış və götürmə istintaq hərəkətinin xx.xx.2024-cü il, saat 00:55-da aparıldığı müəyyən olunmuşdur (İ cild i/v 36). Həmçinin Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında protokollarda Təqsirləndirilən şəxs2 xx.xx.2024cü ildə saat 19:10-da saxlanıldığı, daha sonra Xətai RİP-in 37-ci Polis Şöbəsinə gətirilərək həmin tarixdə, saat 20:15-də üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildiyi qeyd edilsə də, həmin istintaq hərəkətini gedişatını əks etdirən DVD diskə baxış keçirilərkən həmin diskdə olan “2024- Ниджат” adlı faylın “свойства” (xüsusiyyətlər) bölməsindən şəxsi axtarış və götürmə istintaq hərəkətinin xx.xx.2024-cü il, saat 00:44-da aparıldığı müəyyən olunmuşdur (İ cild i/v 80). Bundan başqa Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında protokolun sonunda şəxsi axtarışın başlanma saatı 20:15, bitmə saatı 20:30 olaraq göstərilsə də, protokolun ilk səhifəsinə qələmlə “09:29” saatı əlavə edilmişdir (İ cild i/v 78-79). Həmçinin “avtomobilə baxış keçirilmə və götürmə” istintaq hərəkətinin protokolunda baxışın xx.xx.2024-cü il tarixdə saat 20:40-da keçirildiyi qeyd edilsə də, həmin istintaq hərəkətini gedişatını əks etdirən DVD diskə baxış keçirilərkən həmin diskdə olan “2024- Тойота” adlı faylın “свойства” (xüsusiyyətlər) bölməsindən “avtomobilə baxış keçirilmə və götürmə” istintaq hərəkətinin xx.xx.2024-cü il, saat 00:16-da aparıldığı müəyyən olunmuşdur (İ cild i/v 42). Bundan başqa şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri də bir-biri ilə ziddiyyət təşkil etməklə “avtomobilə baxış keçirilmə və götürmə” istintaq hərəkətinin həmin istintaq hərəkətinin protokolunda qeyd olunan baxış saatında icra edilmədiyi sübuta yetirilir. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında 5 saat 45 dəqiqə, Təqsirləndirilən şəxs2 saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında isə 5 saat 34 dəqiqə, hər iki təqsirləndirilən şəxsin saxlanılması ilə “avtomobilə baxış keçirilmə və götürmə” keçirilməsi arasında isə 3 saat 36 dəqiqə vaxtın keçməsi, məhkəmə üçün aydın və başadüşülən deyil, hətta maddi sübutun “yerləşdirilməsinin” mümkünlüyü ilə bağlı əsaslı şübhələr yaradır, çünki həmin müddət ərzində şübhəli şəxslər tamamilə polisin nəzarəti altında olmuşlar. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılandan dərhal sonra onların üzərinə şəxsi axtarış keçirilməsi və həmin istintaq hərəkətinin rəsmiləşdirilməsini mümkünsüz edən hər hansı xüsusi halın olmasını güman etməyə əsas verən heç bir hal olmamış və bununla da cinayət-prossesual qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli, 1 nömrəli Qərarının 12-ci bəndinə Plenum qərara alır ki, məhkəmələrə izah edilsin ki, təhqiqat aparan şəxs, müstəntiq və ya prokuror tərəfindən vətəndaşlar süni ittiham sübutları düzəltmək yolu ilə cinayət məsuliyyətinə cəlb edildikdə təqsirkar şəxsin əməli bilə-bilə təqsiri olmayan şəxsi cinayət məsuliyyətinə cəlb etmək üstündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin174-cü maddəsi ilə tövsif edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Həmçinin, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər tutulduqları andan polisin nəzarətində olduqlarından onlara edilən təzyiqlər nəticəsində ilkin ifzahatlarında narkotik vasitənin onlara məxsus olmasını etiraf etməyə məcbur edilmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 ilkin izahatında qismən etiraf etdiyi halda sonradan şübhəli şəxs qismində dindirilməsinə dair protokolu və ondan sonra tərtib edilmiş bütün sənədləri imzalamaqdan imtina etmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə prosesində polis əməkdaşları tərəfindən döyüldüyü üçün ibtidai istintaq zamanı ona verilən sənədə imza etdiyini bildirmişdir (İ cild i/v 181). Digər Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə prosesində polis əməkdaşları tərəfindən döyüldüyü üçün ibtidai istintaq zamanı ona verilən ilkin izahatı imzaladığını bildirmişdir (İ cild i/v 185-190). Həmçinin Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmə qərarında qeyd olunan guya “Peyman ilə danışmış və ona 200 qram heroin sifariş vermişdir” ifadəsini ümumiyyətlə məhkəmə iclasında səsləndirmədiyini, həmin ifadənin ona məxsus olmamasını bildirmiş, qeyd edilən hal məhkəmə tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixində barəsində həbs qətimkan tədbiri seçilən zaman onun qərarda qeyd olunan “Peyman ilə danışmış və ona 200 qram heroin sifariş vermişdir” ifadəsi həmin tarixli məhkəmə iclasının protokolunda öz əksini tapmamışdır (cinayət işinin 4-cü cildinə əlavə edilmiş). Qeyd edilən hal da bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadə verərkən səmimi olmuşdur. Bundan başqa məhkəmə, Təqsirləndirilən şəxs1 mobil telefonuna «üç kilo gülü götürün» məzmunda xx.xx.2024-cü il tarixdə, saat 19:17 dəqiqədə daxil olmuş səsli mesajla münasibət bildirərək vurğulayır ki, həmin tarixli şübhəli şəxsin tutulması haqqında protokola əsasən o, həmin gün saat 19:10 dəqiqədə polis əməkdaşları tərəfindən saxlanılmış və onun ifadəsinə əsasən saxlanıldığı vaxtdan telefonu polis əməkdaşlarının sərəncamında olmuşdur. Yalnız bundan sonra danışdıqları bütün müddət ərzində Təqsirləndirilən şəxs1 bu barədə mesaj yazmadığı halda, qarşı tərəf o, saxlanıldıqdan sonra əvvəlkinin telefonuna narkotik vasitəyə işarə edən mesajlar yazmışdır. Halbuki Təqsirləndirilən şəxs1 saxlanıldığı vaxtadək telefonuna qeyd olunan məzmunda hər hansı bir mesaj gəlməmiş, onun götürməyə getdiyi əşyanın nə olması bildirilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kobiaşvili Gürcüstana qarşı” 14 mart 2019-cu il tarixli qərarında polis şahidlərlə bağlı qeyd edilmişdir ki, “Bəzi sübutların yaranma mənbəyinin həqiqiliyinə şübhə yarandıqda, həmin şübhələr digər mənbələrdən alınmış sübutlarla aradan qaldırıla bilər. Məhkəmə qeyd edir ki, ərizəçinin şəxsi axtarışı barədə mötəbər hesabatın olmaması şəraitində həmin halı təsdiq edən hər hansı başqa mötəbər sübut iş materiallarında mövcud. Bundan fərqli olaraq ərizəçinin dostlarının ifadələri subyektiv mülahizə xarakterli, olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, prosesdə iştirak edən şahidlərdən birinin ziddiyyətli ifadələri və ikinci şahidin inandırıcı olmamasına dair toplanmış materiallar məhkəmə iclasında ətraflı tədqiq edilməmişdir. Polis əməkdaşlarına gəldikdə Avropa Məhkəməsi qeyd edir ki, onlar ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən birbaşa olaraq etibarlı sübut kimi qəbul edilmişdirşübhə doğuran ifadələr kimi rədd edilmişdir (bax: 26-cı bənd). Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edir. Məhkəmə yuxarıda göstərilənlərə və iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında, xx.xx.2024-cü il tarixli avtomobilə baxış keçirmə və götürmə haqqında, xx.xx.2024-cü il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs2 dindirilməsi, xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs2 dindirilməsi protokolları təhqiqat və istintaqın gedişini düzgün əks etdirmədiyi, protokollarda şübhəli və Təqsirləndirilən şəxs2 ifadələri təhrif edilmiş formada əks etdirildiyi üçün həmin protokollar və polis əməkdaşlarının ifadələri mümkün olmayan sübut kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs, yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bundan başqa məhkəmə iş üzrə toplanmış sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin NMB-nin əməkdaşı Şahid4 bildirmişdir ki, narkotik vasitənin saxlanılması və daşınması ilə bağlı məlumat Şahid1 daxil olmuş, təqsirləndirilən şəxslərin olduğu avtomobili təxminən 8 Noyabr ərazisində saxlamış, sonuncular qarşılarında avtomobil dayandığından çox sürə bilməmiş, o, Təqsirləndirilən şəxs1 avtomobilə qaçmasını müşahidə etmiş, saxlanılan şəxsləri bölməyə sonuncuların öz avtomobilləri ilə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxslərin avtomobilini saxladıqdan sonra sonuncular qaçmağa, onların hərəsi bir tərəfdən saxlamağa çalışmış, onlara avtomobilin nömrəsi barədə məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili Şahid3 bildirmişdir ki, narkotik vasitənin satışı ilə bağlı məlumat Şahid1 daxil olmuş, təqsirləndirilən şəxsləri saxlamaq üçün yola daş atılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, narkotik vasitənin alışı və satışı ilə bağlı məlumat Şahid1 daxil olmuş, təqsirləndirilən şəxslərin avtomobilini özlərinə məxsus “Fiat” markalı ağ avtomobil ilə kəsmiş, saxlanıldıqdan sonra şəxslərin hər üçü qaçmağa cəhd etmiş, əməliyyat məlumatı şəxslərin avtomobili ilə bağlı məlumatla birlikdə daxil olmuş, şəxslərin avtomobilini yəqin ki, polis əməkdaşları bölməyə aparmışdır. Lakin buna baxmayaraq həmin polis əməkdaşları ibtidai istintaq dövründə verdikləri ifadələrində eyni məzmunlu ifadələrində avtomobilin dayanması üçün zəruri tədbirlər gördüklərini ümumi olaraq qeyd etmiş, hansı tədbirlərin görülməsini ətraflı şəkildə qeyd etməmiş və təhlükəsizlik tədbirləri nəzərə alınmaqla həmin üç şəxsi «Toyota» markalı «Prius» modelində olan **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Xətai RPİ-nin 37-ci PŞ-yə gətirdiklərini qeyd etmişlər. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, saxlanılan şəxslərdən ikisi öz maşınlarına otuzdurulmuş, yanlarında bir nəfər polis əməkdaşı olmuş, qaranlıq olduğundan qandallı olub-olmadıqlarını bilməmiş, hər üç şəxs eyni avtomobildə şöbəyə gətirilmiş və bunu idarəyə çatanda müşahidə etmişdir. Şöbəyə gətirildikdən sonra avtomobilin harada saxlanmasını tam xatırlamasa da, idarənin şöbəyə girəndə üzü sol divara tərəf şəkildə saxlanıldığını xatırlayır. Həmin həyətdə digər xidməti maşınlar olur, kənar maşınların olubolmamasını bilmir. Həyəti kamera çəkir və istənilən əməkdaş həyətdə sərbəst hərəkət edə bilər. Buna baxmayaraq, Şahid6 və Şahid5 ibtidai istintaq dövründə verdikləri eyni məzmunlu ifadələrində saxlanılan şəxslərdən biri olan E.V.Ağayevi 37-ci PŞ-yə gətirdiklərini, orada olan digər 2 nəfər şəxsi NMB-nin əməkdaşları tərəfindən əyləşdikləri avtomobildə şöbəyə aparıldığını qeyd etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər və şahidlərin ifadələrindən aydın olur ki, şəxslərin hər 3-ü polis şöbəsinə öz avtomobilləri ilə deyil, saxlanıldıqdan sonra başqa avtomobillə polis şöbəsinə aparılmış, onların avtomobili isə polis əməkdaşlarından biri tərəfindən idarə olunaraq şöbənin həyətinə gətirilmiş, həmin avtomobilin mühafizəsi həyata keçirilməmişdir. Bununla belə, polis şöbəsində baxış keçirilənədək avtomobilin kənar müdaxilələrin istisna edildiyi şəraitdə saxlanıldığını göstərən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə şahid qismində dindirilmiş polis əməkdaşları maşının saxlanma yeri, forması, açıq olub-olmaması barədə şübhəli və ziddiyyətli ifadələr vermişlər. Bununla da, məhkəmə istintaqı zamanı aparılmış araşdırmalar və sübutların məcmusuna əsasən polis əməkdaşları olan şahidlərin eyni vaxtda, eyni hadisə yerində olmalarına, məhkəməyədək istintaq dövrü bir-birlərinin ifadələrinə tam uyğun, oxşar məzmunlu ifadə vermələrinə baxmayaraq, məhkəmə iclasında yuxarıda göstərilən hallar üzrə həqiqətə uyğun olmayan və ziddiyyətli ifadələri, onlar tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən, sonuncuların üzərlərinə şəxsi axtarış, eləcə də avtomobilə baxış keçirilərkən yol verilmiş qanun pozuntuları nəticəsində istintaqın iş üzrə yanlış nəticəyə gəlməsi müəyyən edilmişdir. Bütün bu sadalananlara əsasən bir daha təsdiq edilir ki, təqsirləndirilən şəxslər iş üzrə obyektiv ifadə versələr də, şahid qismində ifadə vermiş polis əməkdaşları qeyrisəmimi və həqiqətə uyğun olmayan ifadələr vermişlər. Məhkəmənin fikrincə, belə olan halda qanuna uyğun olmayan qaydada aparılmış həmin istintaq hərəkətinin nəticələri, onun məntiqi davamı kimi istintaq hərəkətinin aparılmasında iştirak etmiş şəxslərin ifadələri sübut növü baxımından da əhəmiyyətsiz hesab edilməlidir. Belə ki, yuxarıda sadalanan və ibtidai istintaq zamanı hazırlanmış prosessual sənədlər işin faktiki halları ilə ziddiyyət təşkil edilməklə natamam şəkildə tərtib edildiyindən həmin natamamlıq şahidlərin bir-birilərinə ziddiyyət təşkil edən ifadələri ilə aradan qaldırıla bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli, 1 nömrəli Qərarının 6-cı bəndinə əsasən vurğulamaq lazımdır ki, Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən cinayət-prosessual qanununun göstərişlərini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 1996-cı il 27 dekabr tarixli Qərarının 3-cü bəndinin izahlarını rəhbər tutaraq heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir. Bu izah şahid ifadələrinə qiymət verilməsi hallarına da aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-2137/2023 saylı, xx.xx.2023 qərarında qeyd edilmişdir ki, məhkəmələrin məhkumun idarə etdiyi “XXX30” markalı **-xx xx xx-*** dövlət nömrə nişanlı avtomobilə keçirilmiş baxışın və götürmənin nəticələrinə dair xx xx xx 2022-ci il tarixli protokolda əks olunmuş məlumatları mötəbər sübut kimi qəbul etməməkdə haqlı olduqları həm də ondan görsənir ki, Məhkum polis əməkdaşları tərəfindən XXX45ndə saxlanıldıqdan sonra başqa avtomobildə polis şöbəsinə aparılmış, həmin avtomobil isə polis əməkdaşlarından biri tərəfindən idarə olunaraq polis şöbəsinə gətirilmişdir. Beləliklə də, polis şöbəsində baxış keçirilənədək avtomobilin kənar müdaxilələrin istisna edildiyi şəraitdə saxlanıldığını göstərən sübutlar ibtidai istintaq müddətində əldə olunmamış, belə sübutlar məhkəmə icraatları zamanı da nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır. Bundan başqa məhkəmə istintaqı zamanı müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxslərin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılması Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən xx.xx.2024-cü ildə ictimailəşdirilmiş, onların iştirakı ilə “avtomobilə baxış keçirmə və götürmə” istintaq hərəkəti zamanı aşkar edilmiş büküm otaq şəraitində “youtube” platformasında nümayiş etdirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir və vurğulayır ki, məhkəmə istintaqı zamanı xx.xx.2024-cü ildə “avtomobilə baxış keçirmə və götürmə” və xx.xx.2024-cü ildə ictimailəşdirilmiş videogörüntülərə və fotoşəkillərə baxdıqda təqsirləndirilən şəxslərin iştirakı ilə “avtomobilə baxış keçirmə və götürmə” istintaq hərəkəti aparılan zamanı aşkar edilmiş bükümlə polis əməkdaşının stolunun üstündə olan bükümün forma, ölçü və görünüş olaraq eyni olduğu müəyyən edilir. (cinayət işinin 4-cü cildinə əlavə edilmiş) Qeyd olunan halın aydınlaşdırılması məqsədi ilə, məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Xətai RİP-nin xx.xx.2025-ci il tarixli, 3-13-55-2-23464 saylı məktubu ilə cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma və satması ilə əlaqədar keçirilmiş əməliyyat tədbirləri zamanı o, saxlanılmış, üzərində aparılmış götürmə zaman külli miqdarda narkotik vasitə aşkar olunaraq müvafiq sənədləşdirmə aparıldıqdan sonra, götürülmüş narkotik vasitə ekspertizaya təqdim edilmiş, ekspertizanın rəyi alındıqdan sonra bu barədə televiziya kanalına bildirilmiş və bundan sonra müvafiq çəkiliş aparılmışdır (İV cild i/v 30). Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında “avtomobilə baxış keçirmə və götürmə” istintaq hərəkətinin keçirilməsini özündə əks etdirən videogörüntü tədqiq edilən zaman narkotik vasitənin 1 bükümdə aşkar edilməsi müəyyən edilsə də, 3-16-16/2-6/49 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində narkotik vasitənin 10 bükümdə olması göstərilmişdir. Yaranmış ziddiyyətlə bağlı Məhkəmə həmin maddi sübutu tələb edərək proses iştirakçıları ilə birlikdə ona məhkəmə iclasında baxış keçirərkən müəyyən etmişdir ki, ekspertizadan maddi sübut ağ bağlamada və möhürlənmiş halda Xətayi RPİ-nə qaytarılmış və məhkəməyə təqdim edilmiş maddi sübuta baxış keçirilərkən narkotik vasitəinin 10 bükümdə deyil məhz 5 bükümdə olduğu müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, avtomobildən aşkar edilmiş maddi sübut bilavasitə ekspertizaya göndərildiyindən, həmin maddi sübuta Polis İdarəsində yenidən baxış keçirilmədiyindən və bununla bağlı hər-hansı çəkiliş aparılmadığından, həmçinin maddi sübutun üzərindən ilkin baxış zamanı yapışqan lent vasitəsilə yapışdırılmış möhürlü və imzalı kağızların qoparılması heç bir sənədlə sübuta yetirilmədiyindən həmin maddi sübutun eynilik təşkil edən görüntüsünün Polis İdarəsində olması imkansızdır. Bu da öz növbəsində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən xx.xx.2024-cü ildə “youtube” platformasında yayımlanmış xəbər buraxılışında polis əməkdaşının stolunun üstündə olan bükümlə təqsirləndirilən şəxslərin iştirakı ilə “avtomobilə baxış keçirmə və götürmə” istintaq hərəkəti aparılan zaman aşkar edilmiş bükümün eyni olduğu halda həmin bükümdə olan maddi sübut olan narkotik vasitənin ekspertizası zamanı çəkilmiş fotoşəklin fərqli olması həmin görüntülərin ”avtomobilə baxış keçirmə və götürülmə” istintaq hərəkətindən öncə çəkilməsi və narkotik vasitənin avtomobilə sonradan yerləşdirilməsini təsdiq edir (cinayət işinin İ cildi i/v 51-52). Belə olan halda məhkəmə hesab edir ki, Xətai RİP-nin məhkəməyə verdiyi xx.xx.2025-ci il tarixli, 3-13-55-2-23464 saylı məktub onların əməliyyat tədbirləri həyata keçirərkən yol verdikləri kobud pozuntuları örtbasdır etmək məqsədi ilə məhkəmə göndərilmişdir. (hökmün bəndi) Beləliklə də iş üzrə tərtib edilmiş ittiham aktından və məhkəmə iclasında ittihamı müdafiə edən dövlət ittihamçısının mövqeyindən görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 234.4- 1-ci maddəsi ilə nəzərdə tutulan ittihamı cinayət işi üzrə toplanmış şahid ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyi və digər istintaq materialları ilə sübuta yetirdiyindən onun barəsində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü çıxarılmalıdır. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Azərbaycan Respublikasının CM-in 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlində təqsirlilikləri sübuta yetirilmir. Beləliklə, məhkəmə baxışında Təqsirləndirilən şəxs1 saxlanıldıqdan 5 saat 45 dəqiqə, Təqsirləndirilən şəxs2 saxlanıldıqdan 5 saat 34 dəqiqə sonra şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi, avtomobilə baxış və götürmə 3 saat 36 dəqiqə sonra keçirilməsi, buna baxmayaraq şəxsi axtarış və götürmə, eləcə də avtomobilə baxış və götürmə istintaq hərəkətinin protokollarında həmin istintaq hərəkətlərinin keçirilmə tarixi və saatı barədə saxtalaşdırmanın aparılması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalaraq çox saylı xəsarətlər alması, bu səbəbdən də şəxsi axtarış zamanı polis əməkdaşlarının təzyiqi altında, iradə ifadəsinə uyğun olmayan ifadələr verməsi, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşlarının ziddiyyətli ifadələr verməsi, avtomobilə baxış istintaq hərəkətinin əks olunduğu DVD diskdə aşkar edilən narkotik vasitənin görüntüsü ilə, televiziyada yayımlanan görüntünün eynilik təşkil etməsi və sair kobud pozuntular müəyyən edilmişdir. Bununla da iş üzrə aradan qaldırılması mümkün olmayan çoxsaylı ziddiyyətlərin mövcud olması, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində tərtib edilmiş və iş üzrə ittihamın əsası kimi çıxış edən sənədlərin hadisənin konkret hallarını və real mexanizmini əks etdirməməsi və həmin sənədlərin tərtibi zamanı yol verilmiş prosessual pozuntular, eləcə də ibtidai araşdırma zamanı sübutların toplanması üçün aparılan prosessual hərəkətlərin qanunvericiliyin tələblərinin kobud pozulması ilə icra edilməsi ittihamın istinad etdiyi sübutların mötəbərsizliyini təsdiq edir. Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 24-cü bəndində məhkəmələrə izah edilir ki, işin məhkəmə baxışı zamanı Konvensiyada nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının pozulmasına səbəb olan halların aşkara çıxması məhkəmələrə Azərbaycan Respublikası CPM-in 355-ci və MPM-in 265-ci maddəsinə əsasən xüsusi qərar çıxarmasına əsas verir. Xüsusi qərarda hüquq və azadlıqların pozulmasına səbəb olan fakt və hallar vəzifəli şəxslərin nəzərinə çatdırılmaqla, pozulmuş hüquqların bərpası, onlara yol vermiş şəxslərin cəzalandırılması və gələcəkdə bu kimi hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsini ehtiva edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 234.4- 1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlərini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onların həmin cinayətdə təqsirliliklərini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilir ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış avtomobildən aşkar edilmiş 10002,0 qram və Təqsirləndirilən şəxs2 aşkar edilmiş 0,907 qram narkotik maddə olan heroinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aidiyyəti və Azərbaycan Respublikasının CM-in 234.4-1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onların təqsirliliklərini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu Azərbaycan Respublikasının CM-in 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlilikləri sübuta yetirilməmişdir. Buna görə də, sonunculara həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onların təqsirsizliklərini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, bəraət almış təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və onlar dərhal məhkəmə zalından azad edilməlidirlər. İş materiallarına əsasən aşkar edilərək götürülməsi iddia edilən narkotik vasitə olan 10002,3 qram və 0,957 qram heroinin ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi narkotik vasitə olan 10002 qram və 0,907 qram heroinin maddi sübut kimi tanınmaqla saxlanılması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Həmin maddi sübutların bəraət almış şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aidiyyəti sübuta yetirilmədiyindən və narkotik maddə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hazırki hökm qanuni qüvvəyə mindikdən sonra həmin fakt üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və bununla əlaqədar maddi sübut kimi saxlanılan narkotik vasitə olan 10002 qram və 0,907 qram heroin həmin fakta görə aparılan cinayət təqibi üzrə Xətai RPİ-nin Növbətçi Hissəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bəraət almış təqsirləndirilən şəxslər kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Xətai RPİ-nin Növbətçi Hissəsində cinayət işi üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalıq qalmış 10002 qram və 0,907 qram narkotik maddə olan heroin materiala əlavə edilməlidir. Həmçinin maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarışın gedişatını, eləcə də avtomobilə baxış və götürməni əks etdirən 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bəraət verildiyi üçün iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. İş üzrə mülki iddia yoxdur. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Xətai RPİ-nin DİN-in baş müstəntiqi X15, Bakı şəhəri Xətai RPİ-nin 37-ci polis şöbəsinin baş təhqiqatçıları X14 və X5 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalı, həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının CPM-nin 290-cı maddəsinin tələblərinin pozulması ilə bağlı Xətai rayon prokurorluğuna irad məktubu göndərilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-in 234.4-1-ci maddəsi ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-in 234.4-1-ci maddəsi ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izah edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 10002,3 qram və 0,957 qram heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və ekspertiza tədqiqatından sonra qalmış maddi sübut kimi tanınmış narkotik vasitə olan 10002 qram və 0,907 qram heroin həmin araşdırma ilə əlaqədar Xətai RPİ-nin Növbətçi Hissəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasına xərclənmiş 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri Xətai RPİ-nin DİN-in baş müstəntiqi X15, Bakı şəhəri Xətai RPİ-nin 37-ci polis şöbəsinin baş təhqiqatçıları X14 və X5 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Azərbaycan Respublikasının CPM-nin 290-cı maddəsinin tələblərinin pozulması ilə bağlı Xətai rayon prokurorluğuna irad məktubu göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(101)-290/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-290/2025
12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver