Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-291/2020 04.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ «04» fevral 2020-ciil Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və QəniyevFaiqƏsədoğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı Cəbrayıl oğlunun, Müdafiəçi – Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Mamedoviçin iştirakı ilə, xx xxxxxx 1964-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, Nizami rayonu, A.manafov küçəsi ev 1 a\11 də qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı kəndi. İ.Qayıbov küçəsi nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxsistintaqa məlum olmayan vaxtda və şəraitdə yaşadığı Abşeron rayonu, Novxanı kəndi, İ.Qayıbov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əkib xx xxxxxxxx 2019-cu il tarixədək olan müddətdə ümumilikdə xeyli miqdarda - 7 ədəddən artıq sayda olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib onların hissələrini toplamaqla kultivasiya etmiş və həmin çətənə bitkilərindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 4035,483 qram çəkidə kustar üsulla narkotik vasitə qurudulmuş marixuana hazırlayıb əldə etməklə həmin narkotik vasitə qurudulmuş marixunanın 4005 qramını evin həyətyanı sahəsində, 30,483 qramını isə evin yataq otağında gizlətməklə saxlamış, bundan başqa o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq iki ədəd kibrit qutusunda ümumi təmiz çəkisi külli miqdar – 2,450 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yaşadığı evə daşıyaraq orada gizlətməklə saxlamış, bu barədə daxilolmuşməlumatəsasındaAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyatakeçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs x xxxxxxxx 2019-cu il tarixdə saat 21:32də yaşadığıAbşeron rayonu, Novxanı kəndi, İ.Qayıbov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılmış, onun icazəsivəiştirakıilə yaşadığıünvana baxışkeçirilərkənevin həyətyanı sahəsindəki saxlanc yerində əkib aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etdiyi xeyli miqdarda - ümumi təmiz çəkisi 1705 qram olan yeddi ədəd narkotik tərkibli çətənə bitkiləri, həmin saxlanc yerində bir ədəd ağ rəngli sintetik torbanın içərisində satış məqsədi ilə əldə etdiyi külli miqdarda - 4005 qram çəkidə və evin yataq otağında masanın üzərində açıq vəziyyətdə 30,483 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmin masanın üzərində iki ədəd kibrit qutusunda 34 ədəd gümüşü rəngli kağız bükümdə hər bir kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 1,195 qram və 1,255 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 2,450 qram təşkil edən narkotik vasitə heroin, həmçinin üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsonaelanolunmuşittihamüzrədindirilərkənözünüqisməntəqsirlihesabedərəkifadəsin dəgöstərmişdir ki, əvvəllər 2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il müddətində həbs olunmuş və 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Abşeron rayonu, Novxanı kəndi, İ, Qayıbov küçəsində yerləşən evdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, ikinci qrup əlildir. Təxminən 1 ildir bədənində olan ağrılara görə narkotik vasitə olan marixuanadan və heroindən istifadə edir, marixuananı siqaret giləsinin içərisinə doldurmaqla, heroini isə iyləmək yolu ilə qəbul edir. Heroini gündə bir dəfə marixuananı isə gün ərzində 2-3 dəfə çəkir. Narkotik vasitə heroini və marixuananı Corat qəsəbəsində tanımadığı şəxslərdən almışdır. Lakin 2019-cu il tarixdə maddi imkanı aşağı olduğundan narkotik vasitə olan marixuananı özü yaşadığı evdə əkmək qərarına gəlmişdir. 2019-cu ilin may ayının əvvəllərində Novxanı kəndində adını unutduğu şəxslərdən birinin yəni kənd qardaşının toy məclisi olmuş, toy məclisində spirtli içki qəbul etmiş və həmin vaxt adını unutduğu şəxslərdən ona narkotik vasitə marixuana toxumları vermələrini xahiş etmişdir. Həmin şəxslərdən adını unutduğu kimsə ona təxminən 10-15 ədəd narkotik vasitə toxumu vermişdir. Həmin gün içkili olduğundan kimin ona narkotik vasitənin toxumlarını verdiyini dəqiq xatırlamır. Həmin gün evə gəlmiş və səhərisi evinin həyətində olan saxlanc yerində həmin kolları əkməyə başlamışdır. Bu hadisə 2019-cu ilin may ayının əvvəllərində baş vermişdir. Narkotik vasitələri əkib özü ona kübrə verib qulluq etmişdir. Əkdiyi narkotik vasitələrdən 7 ədədi cücərmişdir. Bunu etməkdə məqsədi həmin narkotik vasitələri özü istifadə etmək olmuşdur. x xxxxxxxx 2019-cu il tarixdə Corat kəndinə heroin almaq üçün getmiş, Corat kəndinin içərisində olan kafelərin birində oturmuş, həmin vaxt tanımadığı şəxs ona yaxınlaşaraq nə istədiyini soruşmuş, narkotik vasitə olan heroin istədiyini demişdir. Həmin yerə gedən zaman orada “Habil” və ya “Qabil” adı ilə çağrılan şəxsdən 120 manata 3 qrama yaxın çəkidə bir ədəd bükümdə heroin almış, heroini alıb yaşadığı evə gətirmiş və onu istifadə etmək üçün gümüşü rəngli siqaret kağızının içərisinə ayrı-ayrılıqda yığmışdır. Həmin bükümlər ümumilikdə 36 ədəd etmiş və onlardan 2 ədədini iki gün ərzində iyləmək yolu ilə qəbul etmişdir. Qalanlarını isə 2 ədəd kibrit qutusunda eyni sayda yığmışdır. Ümumilikdə 34 ədəd büküm qalmışdır. xx.xx.2019-cu il tarixdə mağazadan çıxıb evə gedən zaman 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin satışı və yaşadığı evdə narkotik vasitələrin kultivasiya yolu ilə saxlaması barədə onlarda məlumat olduğunu deyərək həyətinə baxış keçirmək istədiklərini demişlər. Buna etiraz etməmiş və yaşadığı evə baxış keçirilməsinə razılıq vermişdir. Daha sonra onu qərarla tanış etmişlər. Bundan sonra baxış başlanmış və yaşadığı evdə əkdiyi narkotik vasitələri polis əməkdaşlarına təqdim edə biləcəyini demişdir. Çünki artıq ifşa olmuş və danmağın faydasız olduğunu bilmiş, həmin vaxt yaşadığı evdə təsərrufat təyinatlı tikilidə özünün əkdiyi narkotik vasitələrin olduğunu demişdir. Narkotik vasitələri əkdiyi hissəyə getmiş və orada olan zaman əkdiyi 7 ədəd narkotik vasitə kollarını polis əməkdaşlarına və aqronoma göstərmişdir. Həmin kolları səhər saatlarında suladığı üçün torpaq örtüyü yaş vəziyyətdə olmuşdur. Həmin vaxt aqronom əkdiyi kolların narkotik vasitə kolları olduğunu və kollara aqrotexniki qaydada qulluq edildiyini demişdir. Həmin vaxt polis əməkdaşları kolları yerindən çıxararaq kisəyə qoyub qablaşdırmışlar. Daha sonra polis əməkdaşlarının evinin içərisinə də baxış keçirəcəklərini bildiyi üçün onları evinin içərisinə özü dəvət etmişdir. Evin içərisinə daxil olduqda yataq otağında olan masanı göstərərək masanın üzərində, içərisində heroinləri yığdığı kibrit qutularını və elektron tərəzini göstərmişdir. Polis əməkdaşları kibrit qutularının içərisi açılmış və onun hər birinin içərisində 17 ədəd olmaqla ümumilikdə 34 ədəd heroin aşkar edilərək qablaşdırılmışdır. Daha sonra həmin elektron tərəzi də qablaşdırılaraq götürülmüş, həmin zərflərin üzəri baxışda iştirak edən hər bir şəxs tərəfindən imzalanmış, həmin vaxt polis əməkdaşları narkotik vasitəni haradan əldə etməyini soruşanda “Toy axşamı”nda tanımadığı şəxsdən aldığı toxumları əkərək həmin kolları becərmişdir. Heroini isə haradan aldığını soruşanda isə onları Corat qəsəbəsindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Elektron tərəzini isə zibillikdən tapmış, ona məxsus olmadığını bildirmişdir. Bundan sonra onu BMCMİ-nə gətirmişlər. Toxumları həmkəndlisindən almış, həmin vaxt içkili olduğundan kimdən aldığını xatırlamır. Heroini aldığı şəxs isə “Habil” və ya “Qabil” deyə çağırılan şəxs olmuşdur, polis idarəsində ona qarşı hər hansı formada təsir və ya təzyiq olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxsoğununona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi, məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Məhkəmə iclasında şahidqismindədindirilmişŞahid1ifadəsindəgöstərmişdir ki, DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, x xxxxxxxx 2019-cu il tarixdə Abşeron rayonu, Novxanı kəndi, İ.Qayıbov küçəsində yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, baş idarənin əməliyyat müvəkkili Şahid2 və baş əməliyyat müvəkkili polis mayoru Şahid3 da daxil olmuşdur. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlanmışlar. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkiləri əkməsi barədə məlumat olduğundan bitkiçilik üzrə mütəxəssis ekspert X3 da mütəxəssis qismində dəvət edilmişdir. Birlikdə həmin tarixdə saat 21:32-da Təqsirləndirilən şəxs yaşadığı, İ.Qayıbov küçəsinə getmiş və həmin vaxt nömrəsiz evin qarşısında özünü şübhəli aparan xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar bir nəfərin olması müşahidə edilmişdir. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etdikdə o, həyətində söhbət etməyi təklif etmiş, bundan sonra həmin şəxs onları yaşayış evinin həyətinə dəvət etmişdir. Evin həyətində həmin şəxs özü haqqında məlumat verərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş və anket məlumatlarını qeyd etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış edilmiş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələri əkməsi və kultivasiya etməsi barədə məlumat olduğunu deyərək yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilər varsa təqdim etməsi xahiş olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki təsərrufat təyinatlı tikilidə özünün əkdiyi çətənə kollarının olduğunu deyərək həmin hissəyə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahəsində hamam, sanitar qovşağı, quşların saxlanılması üçün nəzərdə tutulmuş tikili, yaşayış evi və təsərrufat təyinatlı tikilinin olması maşahidə edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təsərufat təyinatlı tikiliyə onları dəvət etmiş və həmin vaxt tikilinin içərisində 7 ədəd dibləri suvarılmış vəziyyətdə çətənə kollarının olması müşahidə edilmişdir. Həmin vaxt mütəxəssis kolların xüsusi qaydada qulluq göstərilmiş çətənə bitkisinin kolları olduğunu bildirmişdir. Həmin kollar yerlərindən çıxarılaraq qablaşdılıb möhürlənmiş və baxışda iştirak edən hər bir şəxs tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tikilidə içərisində 3-4 kq narkotik vasitə olan torbanın olduğunu bildirərək həmin torbanı təqdim etmişdir. Həmin torba açıldıqda orada tünd yaşıl rəngli bitki mənşəli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müşahidə edildi. Həmin torba qablaşdırılaraq götürülmüş və torbanın üzəri baxışda iştirak edən hər bir şəxs tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs birmərtəbəli, 2 otaqlı yaşayış evinə onları dəvət etmiş və yataq otağında olan masanın üzərində bir ədəd kağız bükümü, 2 ədəd kibrit qutusunu və bir ədəd elektron tərəzini təqdim etmişdir. Kağız büküm açıldıqda onun içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin büküm qablaşdılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd kibrit qutularında, hər birinin içərisində 17 ədəd olmaqla ümumilikdə 34 ədəd gümüşü rəngli kağız bükümlərdə, tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələrin olması müşahidə edildi. Həmin bükümlər 2 ədəd kibrit qutularında elekton tərəzi ilə birlikdə zərfə qoyularaq qablaşdırılıb möhürləndi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin içərisinə baxış keçirildi, lakin qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilmədi. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş çətənə kollarının toxumlarını yaşadığı Abşeron rayonu, Novxanı kəndində “toy axşamı” məclisində əldə etdiyi narkotik vasitə marixuananın içərisindən ayıraraq 2019-cu ilin aprel ayında əkdiyini, aşkar edilmiş sellofan torbada və kağız bükümdəki narkotik vasitələri də əkdiyi narkotik vasitə kollarından əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroini tutulmadan bir gün əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsində olan zaman üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 120 manata aldığını, özünün istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Daha sonra həmin yerdə müvafiq sənədləşmə işləri aparmaq mümkün olmadığından Baş X1yıtmışlar. Baş İdarəyə qayıdan zaman Təqsirləndirilən şəxs Bakı şəhər Mərkəz vəkil Bürosunun vəkilləri təqdim olunanada həmin vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etmədiyini bildirmiş, bundan sonra həmin bürosunun vəkili Ramiz Mirzəyev dəvət olunmuş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilə etirazının olub-olmaması barədə soruşulanda həmin şəxs vəkilə etiraz etmədiyini bildirmişdir. Daha sonra bu barədə protokol tətib edilmiş və baxışda iştirak edən şəxslər, müdafiəçi və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi təsir, həmçinin zorakı hərəkətlər etməmişlər. MəhkəməiclasındaşahidqismindədindirilmişŞahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış kompleks məhkəmə kimyəvi-bialoji ekspertizasının xx.xx.2019-cu il tarixli 22929 №-li rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində: «vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitə marixuanaya oxşar maddə» yazıları və imzaları olan kağız paketdə bir ədəd kağız bükülüdə təmiz çəkisi -30.483 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanandır. Tədqiqata təqdim edilmiş, üzərində: «vətəndaş Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunmuş marixuanaya oxşar maddə » yazılar və imzalar olan ağ rəngli sintetik torbada təmiz çəkisi -4005.0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. -Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evdən və həyətyanı sahəsindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin marixuananların ümumi təmiz çəkisi-4035.483 qramdır. -Tədqiqata təqdim olunmuş ağ rəngli üzərlərində “vətəndaş Təqsirləndirilən şəxs həyətyanı sahəsindən çıxarılmış .....” yazıları və imzalar olan iki ədəd ağ rəngli sintetik torbalarda yaş vəziyyətdə, ümumi sayı 7 (yeddi) ədəd, ümumi təmiz çəkisi-1705.0 qram olan bitki nümunələri, tərkiblərinə görə eyni olub, əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqrononum (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqat təqdim olunmuş marixuanalarla çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Həminrəyistintaqzamanıtoplanmışdigərsübutlarlatəsdiqedildiyindən, eləcədəişinfaktikihallarınauyğungəldiyindənişüzrəsübutnövükimiqiymətləndirilmişvəci nayətişininmateriallarınaəlavəedilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış kompleks məhkəmə kimyəvi-bialoji ekspertizasının xx.xx.2019-cu il tarixli 22930 №-li rəyində aşağıdakılar göstərilmişdir: Təqdiqata təqdim edilmiş üzərində “vətəndaş: Təqsirləndirilən şəxs evindən aşkar olunmuş bir ədəd elektron tərəzi və iki ədəd kibrit qutusunda hər birində 17 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroinə oxşar maddə ...” və s. qeydlər olan zərfdəki 2 ədəd kibrit qutusunda hər birində 17 ədəd büküm olmaqla, ümumi təmiz çəkiləri 1.195 qram və 1.255 qram, ümumilikdə sayı 34 büküm və cəmi ümumi təmiz çəkisi 2.450 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr, küstar üsulla hazırlanmış eyni tərkibli vasitə-heroindir. - tərəzi üzərindəki maddə izləri, narkotik vasitə olan heroin izləridir. - iz şəklində olduğu və tədqiqat üçün azlıq təşkil etdiyinə görə 2 ədəd kibrit qutusundakı bükümlərdə olan heroinlərlə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Həminrəyistintaqzamanıtoplanmışdigərsübutlarlatəsdiqedildiyindən, eləcədəişinfaktikihallarınauyğungəldiyindənişüzrəsübutnövükimiqiymətləndirilmişvəci nayətişininmateriallarınaəlavəedilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmənarkolojiekspertizasınınxx xxxxxxx 2019-cuiltarixli 2407 №-lirəyindəngörünürki, Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həminrəyistintaqzamanıtoplanmışdigərsübutlarlatəsdiqedildiyindən, eləcədəişinfaktikihallarınauyğungəldiyindənişüzrəsübutnövükimiqiymətləndirilmişvəci nayətişininmateriallarınaəlavəedilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış əməliyyataxtarıştədbirlərinihəyatakeçirənorqantərəfindənxx xxxxxxxx 2019cuiltarixdəBakışəhərindətərtibolunmuş baxışkeçirilməsihaqqındaprotokoldangörünürki, Təqsirləndirilən şəxsx xxxxxxxx 2019-cu il tarixdə saat 21:32-dəAbşeron rayonu, Novxanı kəndi, İ.Qayıbov küçəsində nörməsiz fərdi yaşayış evinin qarşısındasaxlanılaraqyaşadığı evin həyətindəki təsərrufat təyinatlı tikilidə 7 ədəd aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi tərkibindənarkotikmaddələrolançətənə (kannabis) bitkiləri, 4 kq çəkidə ağ rəngli polietilen torbada narkotik vasitə qurudulmuş marixuana, evin içərisindəki yataq otağında olan masanız üzərindən bir ədəd elektron tərəzi, ağ rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd kibrit qutularında hərəsinin içərisində 14 ədəd olmaqla ümumilikdə 34 ədəd gümüşü rəngli kağız bükümlərdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bunagörəəməliyyataxtarıştədbirlərinihəyatakeçirənorqantərəfindənxx xxxxxxxx 2019cuiltarixdəBakışəhərindətərtibolunmuş3vərəqdənibarətbaxışkeçirilməsivəmaddisübut əhəmiyyətinəmalikolanəşyalarıngötürülməsihaqqındaprotokolistintaqzamanıtoplanmı şdigərsübutlarlatəsdiqedildiyindən, eləcədəişinfaktikihallarınauyğungəldiyindənişüzrəsübutnövükimiqiymətləndirilmişvə cinayətişininmateriallarınaəlavəedilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış İstintaq materiallarından görünür ki, x xxxxxxxx 2019-cu il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Novxanı kəndi, İ.Qayıbov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında də keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx xxxxxxxx 2019-cu il tarixli qərarı Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə qanuni hesab edilmişdir. Buna görə də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarın qanuniliyinin yoxlanılması barədə Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızının xx xxxxxxxx 2019-cu tarixli qərarı iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış təqsirləndirilənşəxsTəqsirləndirilən şəxsyaşadığı evin həyətindən və evin içərisindən aşkaredilərəkgötürülmüştədqiqatdan sonra təmiz çəkisi 1704,65 qram qalmış 7ədədçətənə (kannabis) bitkiləri, təqdiqatdan sonra təmiz çəkisi 4035,383 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, tədqiqatdan sonra təmiz çəkisi 2.350 qram qalmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi işüzrəmaddisübutkimitanınmış vəDİN-inBMCMİninmaddisübutlarınsaxlanmakamerasınatəhvilverilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış təqsirləndirilənşəxsTəqsirləndirilən şəxsistintaqzamanıdindirilərkənifadələrindəaşkaredilərəkgötürülmüşküllimiqdardanar kotikvasitəheroinivə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satmaqniyyətininolmaması, yalnızşəxsiistifadəüçünəldəetməsiiləbağlıözmüdafiəsiüçüngətirdiyidəlillərintoplanmış digərmötəbərsübutlarla, yəniişüzrətoplanmışşahidifadələri, özününetirafediciifadələri, ekspertizarəyləri, əməliyyataxtarıştədbirininhəyatakeçirilməsininnəticəsinədairtərtibedilmişprotokol, ilkintəhqiqatmateriallarınaaiddigərsənədlər, maddisübutvədigəristintaqmateriallarıilətəsdiqedilməməsionunhadisələrləbağlıbuhiss ədəgöstərdiklərininhəqiqiolmadığınıgöstərirvəonunözünümüdafiəmövqeyindənçıxışet məklə, istintaqorqanındaözününittihamolunduğucinayətəməlinəmünasibətdətəqsirsizliyibarəd əyanlıştəsəvvüryaratmağacəhdgöstərməklətörətdiyicinayətəgörəqanunlanəzərdətutul muşməsuliyyətdənboyunqaçırmaqistəməsiqənaətinəgəlməküçünəsasverir. Bununlayanaşıtəqsirləndirilənşəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkaredilərəkgötürülmüşnarkotikvasitəheroininvə qurudulmuş marixuananın şəxsiistehlakmiqdarındandəfələrləartıqolması, üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzinin olması, onlarınküllimiqdardaolmasıvədigərmötəbəristintaqmateriallarıbirdahaonadəlalətedirki , təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs narkotikvasitələriəldəetməkdəniyyətihəminnarkotikvasitələrdənistifadəetməkləyanaşı onunsatışınıhəyatakeçirməkolmuşdur. Bunagörədə, təqsirləndirilənşəxs İsrəfil Əsədovun ifadələrindəözmüdafiəsiüçüngətirdiyidəlillərcinayətişiüzrəsübutlarınqiymətləndirilmə sihaqqındax xxxxxx 2019-cuiltarixliqərarlasübutkimiqəbuledilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs onun evin həyətyanı sahəsində saxlanc yerində aşkar edilərək götürülmüş 4005 qram narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd elektron tərəzinin zibillikdən tapmasını və ona məxsus olmamasına dair ifadələrini məhkəmədə dindirilmiş şahidlərin ifadələrini, eləcə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş istintaq hərəkətlərinin protokolları, habelə məhkəmə ekspertizalarının rəyləri ilə tam təkzib olunduğu üçün Təqsirləndirilən şəxs məhkəmə iclasına verdiyi ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri təqsirləndirilən şəxsin ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadələri kimi qiymətləndirməklə həmin ifadələri subut növü kimi qəbul etmir. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllər tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Bu səbəbdən də, məhkəmə, təqsirləndirilən şəxsin əməlinin həmin maddələrlə tövsif edilməsini əsaslı sayaraq, hesab edir ki, təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzasını yüngülləşdirən halları, eyni zamanda həyat və tərbiyə şəraitini, əqli və psixiki inkişaf səviyyəsi nəzərə alır. Азярбайъан Республикасынын Дахили Ишляр Назирлийинин Баш Ямялиййат вя Статистик Информасийа Идарясинин тягдим етдийи тялябнамядян эюрцнцр ки, Асланов Исряфил Ясяд оьлу Абшерон район мящкямясинин 14 йанвар 2015-ъи ил тарихли щюкмцня ясасян Азярбайъан Республикасы Ъинайят Мяъяллясинин 234.1 маддяси иля 1(бир) ил мцддятиня азадлыгдан мящрум едилиб. Азярбайъан Республикасы Ъинайят Мяъяллясинин 83-ъц маддясиня ясасян ъinayət törətməyə görə məhkum edilmişşəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmişşəxslər barəsində— onlar cəzanıçəkib qurtardıqları gündən iki il keçdikdə мящкумлуьу юдянилмиш щесаб олунур. Məhkəmədə AzərbaycanRespublikasınınCinayətMəcəlləsinin59cumaddəsinintələbinəəsasəntəqsirləndirilənşəxsTəqsirləndirilən şəxsməsuliyyətini yüngülləşdirənhal müəyyən edilmədi. MəhkəmədəAzərbaycan Respublikasının CinayətMəcəlləsinin61.1.6-cı maddəsinintələbinəəsasəntəqsirləndirilənşəxsTəqsirləndirilən şəxsməsuliyyətiniağırlaşdıran hal müəyyən edilmədi. Cinayətişininmateriallarınaəlavəedilmişarayışdangörünürki, Aslanovİsrəfil Əsədoğlusinir sisteminin müxtəlif ( travma, infeksiya, xronikiintoksikasiyavəyaqandövranıpozğunluqlarımənşəli) kəskinnəzərəçarpanvegetativəlamətlərəkeçənfunksionalpozğunluqlarıxəstəliyiiləəlaqə darikincidərəcəliəllilliyivardır. Məhkəmə, Təqsirləndirilən şəxsna cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs müəyyən müddətə cəmiyyətdən təcrid olunmaqla və real olaraq azadlıqdan məhrum edilməklə yenidən tərbiyə və islah oluna bilər. Buna görə də, məhkəmə, Təqsirləndirilən şəxsna təqsirləndirildiyi maddələrin sanskiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə onun islah və yenidən tərbiyə olunması və bu yolla cəzanın məqsədlərinə cavab veriləcəyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxsna təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumii rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, «Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» protokola əsasən hesab edir ki, Təqsirləndirilən şəxsna təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsi müddətinin əvvəli bu iş üzrə tutulduğu andan, yəni x xxxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsna təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının onun tərəfindən real olaraq çəkməklə islah oluna biləcəyi qənaətinə gəldiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı sayır. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Cinayətişiüzrəmaddisübut – BMCMİninmaddisübutlarınsaxlanmakamerasınatəhvilverilmiş,Təqsirləndirilən şəxsyaşadığı evin həyətindən və evin içərisindən aşkaredilərəkgötürülmüştədqiqatdan sonra təmiz çəkisi 1704,65 qram qalmış 07ədədçətənə (kannabis) bitkiləri, təqdiqatdan sonra təmiz çəkisi 4035,383 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, tədqiqatdan sonra təmiz çəkisi 2.350 qram qalmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhvedilməlidir. iki ədəd disk cinayət işi materiallarındasaxlanılmalıdır. Cinayətişiüzrə məhkəmə məsrəfini təşkil edən məhkəməekspertizasıxərcləricəmi174.86 (yüz yetmiş dörd manat səksən altı qəpik)manat təqsirləndirilən şəxsAslanovİsrəfilƏsədoğlundantutularaqdövlətnəfinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarına əsasən təyinat üzrə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Mamedoviç tərəfindən həyata keçirilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə - vəkil Müdafiəçi2 Mamedoviçə 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs AzərbaycanRespublikasıCinayətMəcəlləsinin 234.4.3 və 237.1 -cimaddələri ilə nəzərdətutulancinayət əməllərinitörətməkdətəqsirlibilinsin və onaCinayətMəcəlləsinin 234.4.3 -cümaddəsiilə 5(beş) il 6 (altı) aymüddətəazadlıqdanməhrumetməcəzası, CinayətMəcəlləsinin 237.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyinedilsin. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin 66.3-cümaddəsinəəsasəntəyin olunmuşcəzalarıqisməntoplamaqyoluiləAslanovİsrəfil Əsədoğluna qətiolaraq 06 (altı) il müddətəazadlıqdanməhrumetməcəzasıtəyinedilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 9 sentyabr2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aslanovİsrəfil Əsədoğluna barəsindənarkomaniyadanməcburimüalicənövündətibbixarakterliməcburitədbirlərtətbiqedilsinvəyaşayışyeriüzrəərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayətişiüzrəmaddisübut – BMCMİninmaddisübutlarınsaxlanmakamerasınatəhvilverilmiş,Təqsirləndirilən şəxsyaşadığı evin həyətindən və evin içərisindən aşkaredilərəkgötürülmüştədqiqatdan sonra təmiz çəkisi 1704,65 qram qalmış 7ədədçətənə (kannabis) bitkiləri, təqdiqatdan sonra təmiz çəkisi 4035,383 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, tədqiqatdan sonra təmiz çəkisi 2.350 qram qalmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhvedilsin. İki ədəd disk cinayət işi materiallarındasaxlanılsın. Cinayətişiüzrə məhkəmə məsrəfini təşkil edən məhkəməekspertizasıxərcləricəmi174.86 (yüz yetmiş dörd manat səksən altı qəpik)manat təqsirləndirilən şəxsAslanovİsrəfilƏsədoğlundantutularaqdövlətnəfinə ödənilsin. Hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili ƏliyevOqtayMamedoviçə 150 (yüzəlli) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu AslanovİsrəfilƏsəd oğlu isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-291/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-291/2020
04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver