Məhkəmə qərarları › İş №1(101)-291/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-291/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-291/2021 05.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1974-cü il martın 22-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, bir nəfər azyaşlı uşağın atası olan, əvvəllər məhkum edilmiş, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 71, mənzil 12 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 24,886 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə bir ədəd bükümdə təmiz çəkisi 4,796 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üstündə saxlamaqla daşımış və 2020-ci il mayın 26-da saat 19 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 71, mənzil 12 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında saxlanaraq bölməyə gətirilib xidməti otaqda üzərində şəxsi axtarış aparılarkən geyindiyi açıq göy rəngli cins şalvarın qabaq sol yan cibindən iki ədəd şəffaf sellofan büküm, bir ədəd açıq sellofan, bükümlərin birində həmin çəkidə narkotik vasitə heroin, digərində göstərilən çəkidə psixotrop maddə metamfetamin, şalvarın sağ arxa cibindən bir ədəd «300x0,01g» markalı elektron tərəzi aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 10 ildən çoxdur inyeksiya yolu ilə narkotik vasitə qəbul etmişdir, 2020-ci il mayın 26-da saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 71, mənzil 12 ünvanındakı evində yatdığı vaxt mülki geyimli şəxslər içəri daxil olub özlərini polis işçiləri kimi təqdim etməklə narkotik vasitələrin saxlanılmasında və gəzdirilməsində şübhəli olduğunu bildirərək onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparmışlar, orada əynindəki açıq göy rəngli şalvarın qabaq sol yan cibinə iki ədəd büküm və sağ arxa cibinə bir ədəd tərəzi qoyulmuş, bölmədə ona hüquq və vəzifələri izah olunduqdan sonra dəvət edilən vəkilin iştirakı ilə şəxsi axtarış həyata keçirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya və ya predmet varsa, təqdim etməsi təklif olunduqda cibindəki üç bükümü, tərəzini və özünə məxsus olan 280 manat pulu çıxarıb təqdim etmiş, qeyd edilən bükümlər zərfə qoyulmaqla qablaşdırılmış və onunla birlikdə bütün iştirakçılar tərəfindən imza edilmiş, ona qarşı heç bir fiziki və ya psixi təsir tətbiq olunmamışdır. Bundan bir müddət öncə polis əməkdaşları yaşadığı evdən müxtəlif əşyaları götürmələrini pərdələmək məqsədi ilə boynuna narkotikin satışı ilə məşğul olmasını atmışlar. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, polis polkovnikleytenantı olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəis müavini vəzifəsində xidmət edir. 2020-ci il mayın 26-da bölməyə Elçin adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması, istifadə etməsi və satması haqqında daxil olan məlumatla bağlı raportla bölmə rəisinə məruzə olunduqdan sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə müvafiq qərar qəbul edilməklə ondan, baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkilləri Şahid5, Şahid2 və Şahid4 ibarət yaradılan əməliyyat qrupunun üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 71, mənzil 12 ünvanının qarşısına gəldikdə Elçin adlı şəxsin xarici əlamətləri üst-üstə düşən adama yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etməklə sonuncunun Təqsirləndirilən şəxs olmasını dəqiqləşdirdikdən sonra həmin şəxsi əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarla tanış edərək polis bölməsinə dəvət etmişlər. Xidməti iş otaqlarının birində hüquq və vəzifələri izah edilmiş, vəkilinin iştirakı ilə videoçəkiliş aparılıb Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə həyata keçirilmiş, üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmet varsa, təqdim etməsi təklif olunanda sonuncu könüllü şəkildə əynində olan açıq göy rəngli cins şalvarın qabaq sol yan cibindən iki ədəd şəffaf sellofan büküm, bir ədəd açıq sellofan, sol arxa cibindən «Samsung» markalı mobil telefon, sağ arxa cibindən tərəzi, qabaq sağ yan cibindən 280 manat nağd pul çıxarmaqla təqdim etmiş, bükümlərin və bir ədəd elektron tərəzinin özünə məxsus olmadığını, polis əməkdaşları tərəfindən cibinə qoyulduğunu bildirmişdir. Aşkar edilən bükümlər və bir ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmaqla üzəri və tərtib olunan protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, 280 manat nağd pul geri qaytarılmış, bir ədəd «Samsung» markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb edən halların olması ehtimalı nəzərə alınıb götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Heç bir polis işçisi Təqsirləndirilən şəxs yaşadığı evdən hansısa bir əşya və ya pul götürməmiş, sonuncu yalan danışmaqla özünü haqlı çıxarmağa çalışmışdır. Təqsirləndirilən şəxs saxlanarkən və polis bölməsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İş üzrə şahid qismində dindirilən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid3, əməliyyat müvəkkilləri polis baş leytenantları Şahid5, Şahid2 və Şahid4 Şahid1 ilə oxşar ifadələr verdilər. İş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır və onlarla bərabər yaşayır. Elçin bir neçə dəfə narkotik maddələr satdığı və əldə edərək saxladığı üçün həbs olunmuşdur. 2020-ci il mayın 26-da saat 19 radələrində Elçin yaşadığı məhəllədəki evin qarşısında olan vaxt mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirməklə qardaşını Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət etmişlər. Sonradan Elçinin üzərindən müxtəlif narkotik maddələrin aşkar edildiyi ona məlum olmuşdur. Elçinin narkotik maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Hadisədən qabaq evlərindən heç bir əşya polislər tərəfindən aparılmamışdır. İş üzrə şahid qismində dindirilən Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun yaşadığı məhəllədəki fərdi yaşayış evi ilə üzbəüz həyət evində yaşayır. Elçin təxminən 10 ildən artıqdır yaşadığı evdə, məhəllədə və ətrafda narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olur. O və bütün qonşular Elçin və sonuncunun ailə üzvləri ilə söhbətlər edərək cinayətkar əməldən daşınmasını tələb etsələr də Elçin heç bir nəticə çıxarmayıb narkotik vasitələrin satışı ilə məşğul olmağa davam etmişdir. Sonuncu hər gün narkotik maddələr satmaqla yanaşı müxtəlif şəxslərlə birlikdə məhəllədə narkotik vasitə qəbul etmişdir. Bu səbəbdən onlar arvad-uşaqlarını çölə çıxarmağı bacarmamışlar. 2020ci il mayın 26-da saat 19 radələrində Elçin yaşadığı evin qarşısında olduğu zaman mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə Elçini Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət etmişlər, hadisədən əvvəl polis işçilərinin Elçinin evindən heç bir əşya aparmaları barədə eşitməmiş və bunun şahidi olmamışdır. İş üzrə şahid qismində dindirilən Təqsirləndirilən şəxs qonşuları Şahid10, Şahid11, Şahid12 və Şahid13 Şahid9 ilə analoji ifadələr verdilər. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid6 ibtidai araşdırma dövründə şahid qismində dindirilərkən ifadəsində 2013-cü ilin əvvəllərində tanış olduğu Təqsirləndirilən şəxs ilə dini kəbinlə ailə quraraq Bakı şəhəri, Suraxanı rayonu, BülBülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 71, mənzil 12 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa başladığını, göstərilən ünvanda sonuncunun anası və üç qardaşının ailəsi ilə birlikdə qaldıqlarını, bu nikahdan altı yaşında bir qız övladı olduğunu, Elçini tanıyan vaxtdan etibarən sonuncunun narkotik maddədən istifadə etməsinə görə dəfələrlə həbs olunduğunu, axırıncı dəfə 2018-ci ilin dekabr ayında azadlığa buraxıldığını, 2020-ci il mayın 26-da saat 19 radələrində Elçinin yaşadığı məhəllədəki evin qarşısında olan zaman mülki geyimli şəxslərin sonuncuya yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirməklə ərini Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət etdiklərini, sonradan Elçinin üzərindən müxtəlif narkotik maddələrin aşkar edildiyinin ona məlum olduğunu, sonuncunun narkotik maddələrin satışı ilə məşğul olması barədə xəbərinin olmadığını göstərmişdir (iş vərəqi 112-114). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid8 ibtidai araşdırma gedişində şahid qismində dindirilərkən ifadəsində «Opel Astra» markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub dolandığını, təxminən bir ildir «şüşə» deyilən psixotrop maddədən istifadə etməklə qonşu məhəllədə yaşayan Təqsirləndirilən şəxs dəfələrlə qeyd edilən psixotrop maddəni alaraq qəbul etdiyini, belə ki, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Elçinin istifadəsindəki ***-***-**-** saylı mobil nömrəsinə «WhatsApp» programı vasitəsilə əlaqə saxlayıb sonuncuda psixotrop maddə «şüşə» olub-olmaması ilə maraqlandığını, bilinməsin deyə «şüşə» yox, «patı» adı ilə yazdığını, bundan sonra getməklə Elçindən yaşadığı evin qarşısında bir çetini 5-10 manat arası pula alaraq istifadə etdiyini, Elçinin narkotik vasitəni və ya psixotrop maddəni başqa kiməsə satıb-satmaması barədə heç bir məlumatı olmadığını göstərmişdir (iş vərəqi 154-156). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 26 may və 2020-ci il 27 may tarixli raportlardan, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair 2020-ci il 26 may tarixli qərardan və 2020ci il 26 may tarixli protokoldan görünür ki, Elçin adlı şəxsin narkotik vasitə əldə edib saxlaması, istifadə etməsi və satması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 2020-ci il mayın 26-da saat 19 radələrində Təqsirləndirilən şəxs adlı şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində saxlanaraq bölməyə dəvət edilmişdir (iş vərəqi 2-5 və 7). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublikası Narkoloji Mərkəzinin 2020-ci il 26 may tarixli 1/2947 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs opi aşkar edilmişdir (iş vərəqi 16). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 26 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1920-də Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 26). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 26 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə vaxtı sonuncuya üzərində hər hansı qanunsuz əşya varsa, təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarın qabaq sol yan cibindən iki ədəd şəffaf sellofan büküm, bir ədəd açıq sellofan, arxa sol cibindən «Samsung» markalı mobil telefon, arxa sağ cibindən tərəzi, qabaq sağ yan cibindən 280 manat pul çıxarıb təqdim etmiş, bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını, onları öz istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» deyilən ərazidə adını bilmədiyi şəxsdən aldığını bildirmiş, aşkar edilən maddələr qablaşdırılaraq götürülmüşdür (iş vərəqi 33-34). İş materiallarındakı 2020-ci il 27 may tarixli ərizədən və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 27 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 71, mənzil 12 ünvanında keçirilən axtarış zamanı iş üçün əhəmiyyətli hər hansı əşya və ya predmet aşkarlanmamış, fotocədvəl protokola əlavə edilmişdir (iş vərəqi 42-48). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 27 may tarixli 6/908 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində «Təqsirləndirilən şəxs...» yazısı olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 24,886 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanan narkotik vasitə heroin; bir ədəd bükümdə təmiz çəkisi 4,796 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanan psixotrop maddə metamfetamindir, paketdəki bir ədəd polietilen kəsiyinin və bir ədəd «300x0,01g» markalı elektron tərəzinin üzərində narkotik vasitə heroinin izlərinin bükümdəki narkotik vasitə heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 24,786 qram və 4,696 qram, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (iş vərəqi 52-56). İş materiallarında olan 2020-ci il 26 mart və 2020-ci il 27 may tarixli ərizələrin kserosurətlərindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə və Vüqar Bədəlov küçələrinin sakinləri Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 71, mənzil 12 ünvanında yaşayan Təqsirləndirilən şəxs evində və məhəllədə narkotik vasitə satdığını bildirmişlər (iş vərəqi 83 və 85). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 28 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 88-89). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2020-ci il 28 may tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il mayın 26-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 107-108). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 2020-ci il iyunun 08-də tərtib etdiyi tələbnamədən və məhkəmə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2014-cü il 03 sentyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.ci və 234.2.-ci maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2018-ci il 28 dekabr tarixli qərarı ilə cəzadan şərti olaraq 01 ay 22 gün vaxtından əvvəl azad edilmişdir (iş vərəqi 134-136 və 234-237). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 2020-ci il 08 iyun tarixli 1/797 nömrəli və «Respublika Psixiatriya Xəstəxanası» X4 2020-ci il 12 iyun tarixli 4074 nömrəli məktublarından görünür ki, Elçin Yaşar oğlu X3 Xəstəxanasına müraciət etməmiş və Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır (iş vərəqi 137-138). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 20 iyul tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 15 iyul tarixli BKC-LGL-11621/20 nömrəli məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış vaxtı 2020-ci il martın 13-də Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə «Elcin 05 pati 1 kola» məzmununda, 2020-ci il martın 01-də ***-***-**-** saylı mobil nömrədən sonuncunun qeyd olunan mobil telefon nömrəsinə «Ay qaqaş senki ağrı nedi bilirsen pisdi veziyyetimiz Roma qeder» məzmununda, 2020-ci il martın 08-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefon nömrəsinə «Qaqaş. Röşen qelib. Deyir. 15.den. Kako. Dyir. Duzub. Qoşmuşam.» məzmununda, 2020-ci il martın 10-da ***-***-**-** saylı mobil nömrədən sonuncunun qeyd olunan mobil telefon nömrəsinə «Elcin bax gor 02 kola 05 pati vere bilirsense ver 90 manat eliyir 40 manatda borcum eliyir 130 manat axsamacan 80man vererdim 50man sabah 12- 12 cun vererdm tezeden 2kola 05pati goturerdim» məzmununda, 2020-ci il martın 10-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefon nömrəsinə «ELCİN MENEM ELXANDİ QAQAW BUNE HEREKETDİ ELEDUN AXWAM MALİMİ DUZELT GELİB GOTRUCEM EMİRCAN ELXANDİ 4,GUN BUNAN GABAG VERMİWEM PULUVİ AXWAM DUZELT MALİMİ GELCEM» məzmununda, 2020-ci il martın 10-da ***-***-**-** saylı mobil nömrədən sonuncunun qeyd olunan mobil telefon nömrəsinə «me di gey alnar 15 pa 5 ko gelim bide xeber elede» məzmununda, 2020-ci il martın 10-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefon nömrəsinə «05 pati lazimdı» məzmununda, 2020-ci il martın 12-də ***-***-**-** saylı mobil nömrədən sonuncunun qeyd olunan mobil telefon nömrəsinə «Elcin menem xeyaldi qaqas pati kola lazimdi puluynan» məzmununda, 2020-ci il martın 13-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefon nömrəsinə «Elcin 05 pati 1 kola lazimdi pulu mendedi nece eliyek goruşek» məzmununda, 2020-ci il martın 14-də ***-***-**-** saylı mobil nömrədən sonuncunun qeyd olunan mobil telefon nömrəsinə «Elcin 05 pati lazimdi gelim verde brat pulu negd veriremde ale» məzmununda, 2020-ci il martın 17-də ***-***-**- ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefon nömrəsinə «Elçin. QARDAŞİMSAN Varsa. Mene. Derman. Ver. ÖlYrem» məzmununda, 2020-ci il martın 26-da ***-***-**-** saylı mobil nömrədən sonuncunun qeyd olunan mobil telefon nömrəsinə «Elcin manam cahangirdi 40man 1qram kola 10pa81» məzmununda, 2020-ci il martın 29-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefon nömrəsinə «Menem elidi kamilin oglu yarim qram pati soz vermisen sen ol vurmusan yoxsa yoxsan bu ne hereketdi» məzmununda, 2020-ci il aprelin 02-də ***-***-**- ** saylı mobil nömrədən sonuncunun qeyd olunan mobil telefon nömrəsinə «Teli gotur 05 parpires lazdi elmand» məzmununda mesajların yazılması müəyyən edilmişdir (iş vərəqi 157-159). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 22 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülən bir ədəd telefona baxış vaxtı iş üzrə əhəmiyyətli hər hansı məlumat aşkarlanmamışdır (iş vərəqi 160). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 04 avqust tarixli protokoldan və məhkəməyə təqdim olunan diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınan videogörüntüləri əks etdirən bir ədəd DVD diskinə baxış vaxtı polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməyə başlanması, sonuncuya üzərində hər hansı qanunsuz əşya varsa, təqdim etməsi təklif olunması, bu zaman Təqsirləndirilən şəxs sol əlini əynindəki açıq göy rəngli cins şalvarının qabaq sol yan cibinə salaraq sellofana bükülmüş bir ədəd büküm, bir ədəd «Davidoff» markalı siqaret və bir ədəd alışqan çıxarıb təqdim edərək sol cibinə qoyulan həmin bükümün içərisində nə olduğunu bilmədiyini deməsi, sonra sağ əlini şalvarın sağ yan cibinə salıb oradan bir miqdar özünə məxsus olan pul çıxarması, sağ əli ilə şalvarın sağ arxa cibindən bir ədəd elektron tərəzi çıxararaq onun cibinə qoyulduğunu bildirməsi, sol əli ilə şalvarın sol arxa sağ cibindən bir ədəd özünə məxsus olan mobil telefon, şalvarın sol yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etməsi müəyyənləşdirilmişdir (iş vərəqi 168). İş materiallarındakı Bakı şəhəri 139 saylı MKİS-nin tərtib etdiyi 2020-ci il 09 avqust tarixli 569 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 71, mənzil 12 ünvanında ailə üzvləri ilə yaşayır, qonşularla yaxşı münasibətdə olmuş, özünü nümunəvi vətəndaş kimi aparmış, barəsində sahəyə şikayət daxil olmamışdır (iş vərəqi 171-172). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun 2020-ci il 18 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında cibinə bir büküm narkotik maddə və tərəzi qoyulmasına dair ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi sübut olunmadığından cinayət işinin başlanması rədd edilmişdir (iş vərəqi 181-183). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X4 ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2020-ci il 11 iyun tarixli 1585 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 194-195). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 28 avqust tarixli protokollardan görünür ki, şahidlər Şahid1, Şahid5 və Şahid3 ayrı-ayrılıqda Təqsirləndirilən şəxsla üzləşdirilərkən ifadələrini təsdiq etmişlər, sonuncu isə onların dedikləri ilə qismən razılaşıb Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində əynindəki açıq göy rəngli şalvarın qabaq sol yan cibinə iki ədəd büküm və tərəzi qoyulduğunu, həmin əşyaların özünə məxsus olmadığını bildirmişdir (iş vərəqi 215-229). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 29 avqust tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2020ci il 31 avqust tarixli qərarlarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilən ittiham qüvvədə saxlanılmış, barəsində Azərbaycan Respublikasının CMnin 234.4.1.-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddələrinin mənbəyini müəyyən etmək üçün ********* saylı cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsi ilə cinayət işi ayrılmış, sonuncunun üzərindən axtarış zamanı aşkar edilərək götürülən bir ədəd bükümdəki təmiz çəkisi 24,886 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdəki təmiz çəkisi 4,796 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd şəffaf polietilen kəsiyi və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan «300x0,01g» markalı elektron tərəzi maddi sübut kimi tanınmaqla tədqiqatdan sonrakı müvafiq qaydada 24,786 qram və 4,696 qram çəkidə qalıqları, eləcə də qeyd olunan tərəzi saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi ilə bağlı bir ədəd DVD diskinin və «Bakcell» məhdud məsuliyyətli cəmiyyətindən alınan bir ədəd CD diskinin maddi sübut kimi cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır (iş vərəqi 238-248 və 250-251). İş materiallarında olan 2020-ci il 31 avqust tarixli qəbzdən görünür ki, Şahid7 qardaşı Təqsirləndirilən şəxs məxsus 208 manat nağd pulu və işlək vəziyyətdəki bir ədəd «Samsung Galaxy A7» markalı mobil telefonu qəbul etmişdir (iş vərəqi 257 «a»). Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satmaması, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində əynindəki şalvarın qabaq sol yan cibinə iki ədəd büküm və sağ arxa cibinə tərəzi qoyulması barədə dediklərinə, bununla da özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir, digər mötəbər sübutlarla təkzib olunur və onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, habelə iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cinayətlərin residivinin olması cəzasını ağırlaşdıran haldır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2014-cü il 03 sentyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci və 234.2.-ci maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2018-ci il 28 dekabr tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş və törətdiyi əməllərə görə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3.-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının CM-nin 83.4.-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 10.3.-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2006-cı il 31 avqust tarixli hökmü əsasında 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2008-ci il iyunun 19-da cəzasının sonu ilə azad olunduğu, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2010-cu il 26 iyul tarixli hökmü əsasında 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2011-ci il oktyabrın 03-də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunduğu Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilindiyi cinayətlər üzrə məhkumluqları ödənilmiş, sonuncu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2014-cü il 03 sentyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci və 234.2.-ci maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2018-ci il 28 dekabr tarixli qərarı ilə cəzadan şərti olaraq 01 ay 22 gün vaxtından əvvəl azad olunduqdan sonra məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1.-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən axtarış zamanı aşkar edilərək götürülmüş bir ədəd bükümdəki narkotik vasitə heroinin və bir ədəd bükümdəki psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 24,786 qram və 4,696 qram çəkidə qalıqları, eləcə də bir ədəd şəffaf polietilen kəsiyi və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan «300x0,01g» markalı elektron tərəzi məhv edilməli, sonuncunun üzərində axtarış keçirilməsi ilə bağlı bir ədəd DVD diskinin və «Bakcell» məhdud məsuliyyətli cəmiyyətindən alınan bir ədəd CD diskinin maddi sübut kimi cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il mayın 26-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il mayın 26-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilən Təqsirləndirilən şəxs üzərində axtarış zamanı aşkar edilərək götürülmüş bir ədəd bükümdəki narkotik vasitə heroinin və bir ədəd bükümdəki psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 24,786 qram və 4,696 qram çəkidə qalıqları, eləcə də bir ədəd şəffaf polietilen kəsiyi və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan «300x0,01g» markalı elektron tərəzi məhv edilsin, sonuncunun üzərində axtarış keçirilməsi ilə bağlı bir ədəd DVD diskinin və «Bakcell» məhdud məsuliyyətli cəmiyyətindən alınan bir ədəd CD diskinin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar