Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-291/2025 26.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X3, dövlət ittihamçıları,- Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, X4, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1995-ci ildə Masallı rayonunda anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək müqabilində başqa şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirməyi barədə razılığa gəlib 04 yanvar 2024-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri ərazisindən əvvəlcədən təyin edilmiş yerdən naməlum şəxs tərəfindən qoyulmuş külli miqdarda, yəni ümumi təmiz çəkisi 15,992 qram narkotik vasitə heroini, külli miqdarda, yəni ümumi çəkisi 5,2 qram olan 130 ədəd narkotik vasitə metadonu, ümumi təmiz çəkisi 42,929 qram narkotik vasitə tiryəki, külli miqdarda, ümumi təmiz çəkisi 15,451 qram psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edərək yaşadığı ünvan 3 ünvanına daşıyaraq həmin narkotik vasitələri və psixotrop maddələri hissələrə bölüb bir hissəsini üzərində, qalan hissəsini isə yaşadığı evdə saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında o, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 06 yanvar 2024-cü il tarixdə saat 15:35 radələrində ünvan 4 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-in BNMİ-nə gətirilmiş, idarədə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan mavi rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd polietilen bükümdə külli miqdarda təmiz çəkisi 4,046 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd konvalyutda üzərində “Methadone 40” göstəricisi olan ümumilikdə 10 ədəd, metadonun təsir maddəsinin miqdarı 0,40 qram təşkil edən qəhvəyi rəngli narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 06 yanvar 2024-cü il tarixdə saat 18:05 radələrində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun iştirakı ilə yaşadığı ünvan 4 ünvanına baxış keçirilən zaman evin yataq otağında dolabdan qara rəngli sellofan bağlamada içərisində külli miqdarda, 12 (on iki) ədəd konvalyutda üzərində “Methadone 40” göstəricisi olan ümumilikdə 120 ədəd metadonun təsir maddəsinin miqdarı 4,80 qram təşkil edən qəhvəyi rəngli narkotik vasitə metadon həbləri, külli miqdarda, 14 (on dörd) ədəd polietilen bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə üzərindən aşkar olunmuş narkotik vasitə heroinlə eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 0,862 qram, 0,891 qram, 0,982 qram, 0,891 qram, 0,865 qram, 0,910 qram, 0,571 qram, 0,775 qram, 1,036 qram, 0,751 qram, 0,870 qram, 0,890 qram, 0,823 qram, 0,829 qram olmaqla ümumi təmiz çəkisi 11,946 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 19 (on doqquz) ədəd polietilen bükümdə külli miqdarda, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,799 qram, 0,376 qram, 0,812 qram, 0,847 qram, 0,870 qram, 0,876 qram, 0,832 qram, 0,852 qram, 0,873 qram, 0,869 qram, 0,786 qram, 0,822 qram, 0,971 qram, 0,850 qram, 0,840 qram, 0,810 qram, 0,935 qram, 1,078 qram, 0,353 qram olmaqla ümumi təmiz çəkisi 15,451 qram ağ rəngli kristallik maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 16 (on altı) ədəd polietilen bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,841 qram, 0,908 qram, 0,899 qram, 0,886 qram, 0,905 qram, 0,849 qram, 0,914 qram, 0,312 qram, 0,825 qram, 4,618 qram, 9,507 qram, 4,540 qram, 4,450 qram, 5,111 qram, 4,646 qram, 2,718 qram olmaqla ümumi təmiz çəkisi 42,929 qram, spesifik iyə malik tünd qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və l(bir) ədəd üzərində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadələrində göstərdi ki, o, özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilir. 06 yanvar 2024-cü il tarixində saat 15:00 radələrində o, evdən çıxarkən DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları onu saxladılar. Sonra əllərini qandallayaraq ona təzyiq göstərib, onu evə saldılar. Hal şahidi olmadan, məhkəmə qərarı olmadan evə baxış keçirdilər. Evdə ondan külli miqdarda narkotik vasitənin harada olmasını soruşdular, o isə onlara onda ancaq 45 qram tiryək olduğunu deyib onlara 45 qram tiryəki təqdim etmişdir. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada ona zor tətbiq edərək, İran Respublikasının vətəndaşları ilə əlbir olduğunu yazdırdılar, halbuki, o, onlarla öz istifadəsi üçün sosial şəbəkədə tanış olmuşdur. O, altı ay ərzində narkotiklərin istifadəçi olmuşdur. O, iranlılarla öz istifadəsi üçün ödəniş edib narkotik vasitə almışdır. O, onlarla işləməmişdir və narkotik vasitə satmamışdır. Onda ancaq 45 qram tiryək olub. Onda metadon, heroin və metanfetamin olmayıb. Onu saat 6-7 radələrində evə gətiriblər. Orada təhqiqatçı kapitan Nicat Osmanov evin yataq otağında şkafa qara sellafon qoydu və ona bildirdi ki, çəkiliş zamanı həmin sellafonu onlara təqdim etsin. Sonra onun sağ cibinə bir list metadon və dörd qram heroin qoydu. Orada ona təzyiq göstərdilər, onu döydülər. Onda ancaq 45 qram bütöv tiryək olub, lakin, onlar tiryəki hissələrə böldülər. Əvvəllər məhkum olunmamışdır. O, narkotik vasitənin çəkisini ittiham aktını oxuyandan sonra bilmişdir. Heroin dörd qram idi. Evdə video çəkiliş aparılıb. Onu döydüklərinə görə, çəkilişdə narkotik vasitənin onun olmadığını deməmişdir. Belində və qolunda xəsarətlər olubi. Təcridxanada xəsarətləri qeydə alınıb. Baş prokurorluqdan müstəntiq gəlib izahat alıb, lakin nəticəsini bilmir. Polis əməkdaşları ilə onun ədavəti olmayıb. 45 qram tiryək evdə idi. İranlılarla sosial şəbəkədə tanış olmuşdur. İranlılarla özü narkotik vasitə istifadə etdiyi üçün əlaqə saxlamışdır. O, özünü yalnız istifadəçi kimi təqsirli bilir. Saxlanılarkən üzərində narkotik vasitə olmayıb. Saxlanılarkən üzərinə baxış keçirdilər. Onun üzərində və evində tərəzi olmayıb. 45 qram tiryək bütöv idi. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, oxumadan imzalamışdır. Onun telefonunda aşkar olunmuş konumlar öz istifadəsi üçün narkotik vasitə götürdüyü konumlardır. O, saxlanılarkən Şahid1 orada idi. Onu yaşadığı evdən çıxarkən saxladılar. Onu saxlayan kimi evə saldılar və evdə axtarış apardılar. Evdə axtarış zamanı Əfsanə var idi. Əfsanənin anket məlumatları onda olmayıb. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona ibtidai istintaq zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, 06 yanvar 2024-cü il tarixdə saat 15:35 dəqiqədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, ev 70 ünvanının qarşısında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini polis əməkdaşı kimi təqdim edib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra BNMİ-nin inzibati binasına dəvət etmişlər. BNMİ-nin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərimə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı əynində olan mavi rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə heroini və ümumilikdə 10 (on) ədəd metadon həblərini təqdim edərək masanın üzərinə qoymuş və şalvarının sol yan cibindən üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələri olan mobil telefon, 2 (iki) ədəd bank kartı, ümumilikdə 7 (yeddi) manat məbləğində pul və 2 (iki) ədəd yaşadığım evə məxsus açar aşkar olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi heroin, elektron tərəzidə çəkilmiş və onun çəkisi 4,47 (dörd tam yüzdə qırx yeddi) qram olduğu müəəyən olunmuşdur. Aşkar olunmuş heroin və metadon həbləri içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün aşkar olunmuş mobil telefon, 2 ədəd bank kartı və şəxsiyyət vəsiqəsi götürülmüş, 2 ədəd açar və 7 manat məbləğində pul isə ona geri qaytarılmışdır. Qeyd etmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə özünə məxsusdur, 04 yanvar 2024-cü il tarixdə Nasir adlı İran İslam Respublikasının vətəndaşının Abşeron rayonu, Xırdalan şəhər ərazisində əvvlcədən təyin edilmiş yerdən götürmüşdür, həmin narkotik vasitəni Nasir tərəfindən təyin edilmiş yerlərə yerləşdirəcəkmiş, bunun müqabilində Nasir ona 500 manat pul ödəmişdir, yaşadığı evdə də narkotik vasitə saxladığına görə həmin evə baxış keçirilməsinə etirazının olmamış, verilən sualları tam başa düşür, daha əvvəl üzərinə baxış keçirilməmişdir, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. Daha sonra yaşadığı evə gedilərək baxış keçirilmiş, baxış zamanı yaşadığı evin yataq otağında, dolabın içərisində olan qara rəngli sellofan bağlamanı çıxarıb təqdim edərək həmin bağlamada narkotik vasitə olduğunu bildirmişdir. Həmin sellofan bağlamanı açdıqda orada 1 (bir) ədəd tərəzi, ümumilikdə 120 (yüz iyirmi) ədəd metadon həbi, 14 (on dörd) ədəd sellofan bükümlərdə heroin, 19 (on doqquz) ədəd sellofan bükümlərdə metamfetamin və 16(on altı) ədəd sellofan bükümdə tiryək aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş heroin elektron tərəzidə çəkildi və ümumilikdə çəkisi 10 (on) qram, metamfetamin elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisi 14 (on dörd) qram, tiryək elektron tərəzidə çəkildi və ümumilikdə çəkisi 48 (qırx səkkiz) qram olmuşdur. Daha sonra aşkar olunmuş maddələr, həblər və tərəzi qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. Sorğu zamanı narkotik vasitələrdən istifadə etdiyini, aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu, həmin maddələri 04 yanvar 2024-cü il tarixdə Nasir adlı İran İslam Respublikasının vətəndaşının Abşeron rayonu, Xırdalan şəhər ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, həmin maddələri Nasir tərəfindən təyin edilmiş yerlərə yerləşdirməli olduğunu, bunun müqabilində Nasirin ona 500 manat pul ödədiyini, yaşadığı evdə narkotik vasitə saxladığından kimsənin, həmçinin Şahid3nm xəbərinin olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, bir ildir ki, narkotik vasitələri və psixotrop maddələri istifadə edir, həmin narkotik vasitələri və psixotrop maddələri 500 manat müqabilində o və onun arvadı kimi özünü təqdim edən Samirə adlı şəxs verdikləri ünvanlara həmin maddələri qizlədərək satışını edəcəkmiş və aralarında olan razılaşmaya görə 5 manat müqabilində hər satığı 1 qram narkotik vasitəyə və psixotrop maddəyə ona ödəniş edəcəklərmiş. Həmin şəxslərlə yay aylarında online vasiəsi ilə tanış olmuş və əvvələr şəxsi istifadəsi üçün narkotik vasitələr əldə edirmiş bir aydır ki, onlarla əlbir olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. İran İslam Respublikasının vətəndaşları olan Samirə və Nəsir adlı şəxslər ilə “VVHATSAPP” ani yaşışma proqram vasitəsi ilə əlaqə saxlayırmış, Nasirin nömrəsi +98- ***-***-**-** arvadı Samirənin isə +98-***-***-**-** saylı nömrələri ilə əlaqə saxlayırmış. Onun payına çatan pulu isə ABB banka məxsus onun adma olan 4127-2141-2120-6046 nömrəli karta göndərilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmiş və saxlanılaraq BNMİ-nə gətirilən zaman üzərinə şəxsi axtarış keçirilmiş, yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Şahid2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdu. Həmin məlumat əsasında əməliyyat qrupu yaradıldı. 06 yanvar 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, ev 70 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirildi. Həmin idarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs barəsində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı şəxsin üzərindən bir büküm heroin və 10 ədəd metadon həbi aşkar olundu. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq narkotik vasitələrdən istifadə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu və Nasir adlı iranlı vasitəsilə Abşeron rayonu, Xırdalan şəhər ərazisində əvvəlcədə təyin edilmiş yerdən götürdüyünü, həmin narkotik vasitəni Nasir tərəfindən təyin edilmiş yerlərə yerləşdirməli olduğunu, bunun müqabilində Nasirin ona 500 manat pul ödədiyini, yaşadığı evdə də narkotik vasitə saxladığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparıldı. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs həmin qərarla tanış edilərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi, həmin təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında, dolabın içərisində olan qara rəngli sellofan bağlamanı təqdim edərək həmin bağlamada narkotik vasitə olduğunu bildirdi. Həmin sellofan bağlamanı açdıqda orada 1 ədəd tərəzi, 12 blister metadon, narkotik vasitə heroin, psixotrop maddə olan metamfetamin və 16 ədəd sellofan bükümdə narkotik vasitə tiryək aşkar olundu. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir zor tətbiq olunmayıb. Təqsirləndirilən şəxs döyməyiblər.Ona zor göstərilməsi bağlı ifadələri yalandır. Ona nə fiziki, nə də psixi təsir göstərilməyib. Təqsirləndirilən şəxs narkotik vasitələri iranlı tərəfindən təyin edilmiş yerlərə yerləşdirdiyini bildirdi. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlayıblar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı bildirmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.1995-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 7ayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdə, saat 15:35 dəqiqədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, ev 70 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılmış, daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatçı tərəfindən qəbul edilmiş «Şəxsi axtarış və götürmə aparılması haqqında» 06 yanvar 2024-cü il tarixli qərara əsasən BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində tərəfindən videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalarrvə ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddəni və 1 (bir) ədəd blisterdə olan ümumilikdə 10 (on) ədəd həblərini təqdim edərək narkotik vasitə olan metadon olduğunu bildirməklə masanın üzərinə qoymuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən üzərində 055- ***-**-** və ***-***- **-** mobil nömrələri olan mobil telefon, 1 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 2 (iki) ədəd bank kartı, ümumilikdə 7 (yeddi) manat məbləğində pul və 2 (iki) ədəd yaşadığı evə məxsus açar aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və onun çəkisi 4,47 (dörd tam yüzdə qırx yeddi) qram müəyyən olunmuşdur. Aşkar olunmuş heroinə bənzər maddə və 1 ədəd blisterdə olan metadon həblərinə bənzər həblər içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün aşkar olunmuş mobil telefon, 2 ədəd bank kartı və şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 2 ədəd açar və 7 manat məbləğində pul isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq narkotik vasitələrdən istifadə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, 04 yanvar 2024-cü il tarixdə Nasir adlı İran İslam Respublikasının vətəndaşının vasitəsilə Abşeron rayonu, Xırdalan şəhər ərazisində əvvəlcədə təyin edilmiş yerdən götürdüyünü, həmin narkotik vasitəni Nasir tərəfindən təyin edilmiş yerlərə yerləşdirməli olduğunu, bunun müqabilində Nasirin ona 500 manat pul ödədiyini, yaşadığı evdə də narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını, verilən sualları tam başa düşdüyünü, daha əvvəl üzərinə baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, ev 70 ünvanında narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirdiyi üçün 06 yanvar 2024-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə həmin ünvanda baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs həmin qərarla tanış edilərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında, dolabın içərisində olan qara rəngli sellofan bağlamanı təqdim edərək həmin bağlamada narkotik vasitə olduğunu bildirmişdir. Həmin sellofan bağlamanı açdıqda orada l(bir) ədəd tərəzi, hər birində 10 ədəd həblər olan və deməsinə görə narkotik vasitə hesab edilən metadondan ibarət 12 ədəd blister, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə, 19(on doqquz) ədəd sellofan büküıulərdə kristalşəkilli ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər maddə və 16(on altı) ədəd sellofan bükümdə qara rəngli narkotik vasitə olan tiryəkə bənzər maddə aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş heroinə bənzər maddə elektron tərəzidə çəkildi və ümumilikdə çəkisi 10 (on) qram, metamfetaminə bənzər maddələr elektron tərəzidə çəkildi və ümumilikdə çəkisi 14 (on dörd) qram, tiryəkə bənzər maddələr elektron tərəzidə çəkildi və ümumilikdə çəkisi 48 (qırx səkkiz) qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş maddələr, həblər və tərəzi qablaşdırılmış, və Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirildikdə narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq narkotik vasitələrdən istifadə etdiyini, yaşadığı evdən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin özünə məxsus olduğunu, qeyd olunan narkotik və psixotrop maddələri 04 yanvar 2024-cü il tarixdə Nasir adlı İran İslam Respublikasının vətəndaşının dediyi Abşeron rayonu, Xırdalan şəhər ərazisində əvvəlcədə təyin edilmiş yerdən götürdüyünü, həmin narkotik vasitəni Nasir tərəfindən təyin edilmiş yerlərə yerləşdirməli olduğunu, bunun müqabilində Nasirin ona 500 manat pul ödədiyini, yaşadığı evdə narkotik vasitə saxladığından kimsənin, həmçinin Şahid3nm xəbərinin olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin, baxışda iştirak edən Şahid3 yaşadığı evdən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəllərdən xəbərinin olmadığını, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini və saxladığı barədə məlumatının olmadığını bildirmişdir. Şahid1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi barədə əməliyyat məlumat daxil olmuşdu. Həmin məlumat əsasında əməliyyat qrupu yaradıldı. 06 yanvar 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman saxladılar və Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirdilər. İdarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs barəsində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heroin və metadon həbi aşkar olundu. Təqsirləndirilən şəxs narkotik vasitələri iranlı vasitəsilə Abşeron rayonu, Xırdalan şəhər ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, yaşadığı evdə də narkotik vasitə saxladığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə video çəkilişlg baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs evindən bir ədəd tərəzi, metadon həbləri, heroin, psixotrop maddə metamfetamin və narkotik vasitə tiryək aşkar olundu. Təqsirləndirilən şəxs əməliyyat məlumatı daxil olduğuna görə saxladılar. Əməliyyat məlumatı narkotik vasitələrin dövriyyəsi barədə idi. Əməliyyatda İndar və o, iştirak ediblər. Təqsirləndirilən şəxs saxladılar və idarəyə apardılar. Təqsirləndirilən şəxs heç bir zor tətbiq olunmayıb. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı bildirmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.1995-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 7ayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdə, saat 15:35 dəqiqədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, ev 70 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılmış, daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatçı tərəfindən qəbul edilmiş «Şəxsi axtarış və götürmə aparılması haqqında» 06 yanvar 2024-cü il tarixli qərara əsasən BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində tərəfindən videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalarrvə ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddəni və 1 (bir) ədəd blisterdə olan ümumilikdə 10 (on) ədəd həblərini təqdim edərək narkotik vasitə olan metadon olduğunu bildirməklə masanın üzərinə qoymuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən üzərində 055- ***-**-** və ***-***-**-** mobil nömrələri olan mobil telefon, 1 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 2 (iki) ədəd bank kartı, ümumilikdə 7 (yeddi) manat məbləğində pul və 2 (iki) ədəd yaşadığı evə məxsus açar aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və onun çəkisi 4,47 (dörd tam yüzdə qırx yeddi) qram müəyyən olunmuşdur. Aşkar olunmuş heroinə bənzər maddə və 1 ədəd blisterdə olan metadon həblərinə bənzər həblər içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün aşkar olunmuş mobil telefon, 2 ədəd bank kartı və şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 2 ədəd açar və 7 manat məbləğində pul isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq narkotik vasitələrdən istifadə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, 04 yanvar 2024-cü il tarixdə Nasir adlı İran İslam Respublikasının vətəndaşının vasitəsilə Abşeron rayonu, Xırdalan şəhər ərazisində əvvəlcədə təyin edilmiş yerdən götürdüyünü, həmin narkotik vasitəni Nasir tərəfindən təyin edilmiş yerlərə yerləşdirməli olduğunu, bunun müqabilində Nasirin ona 500 manat pul ödədiyini, yaşadığı evdə də narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını, verilən sualları tam başa düşdüyünü, daha əvvəl üzərinə baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, ev 70 ünvanında narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirdiyi üçün 06 yanvar 2024-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə həmin ünvanda baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs həmin qərarla tanış edilərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında, dolabın içərisində olan qara rəngli sellofan bağlamanı təqdim edərək həmin bağlamada narkotik vasitə olduğunu bildirmişdir. Həmin sellofan bağlamanı açdıqda orada l(bir) ədəd tərəzi, hər birində 10 ədəd həblər olan və deməsinə görə narkotik vasitə hesab edilən metadondan ibarət 12 ədəd blister, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə, 19(on doqquz) ədəd sellofan büküıulərdə kristalşəkilli ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər maddə və 16(on altı) ədəd sellofan bükümdə qara rəngli narkotik vasitə olan tiryəkə bənzər maddə aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş heroinə bənzər maddə elektron tərəzidə çəkildi və ümumilikdə çəkisi 10 (on) qram, metamfetaminə bənzər maddələr elektron tərəzidə çəkildi və ümumilikdə çəkisi 14 (on dörd) qram, tiryəkə bənzər maddələr elektron tərəzidə çəkildi və ümumilikdə çəkisi 48 (qırx səkkiz) qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş maddələr, həblər və tərəzi qablaşdırılmış, və Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirildikdə narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq narkotik vasitələrdən istifadə etdiyini, yaşadığı evdən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin özünə məxsus olduğunu, qeyd olunan narkotik və psixotrop maddələri 04 yanvar 2024-cü il tarixdə Nasir adlı İran İslam Respublikasının vətəndaşının dediyi Abşeron rayonu, Xırdalan şəhər ərazisində əvvəlcədə təyin edilmiş yerdən götürdüyünü, həmin narkotik vasitəni Nasir tərəfindən təyin edilmiş yerlərə yerləşdirməli olduğunu, bunun müqabilində Nasirin ona 500 manat pul ödədiyini, yaşadığı evdə narkotik vasitə saxladığından kimsənin, həmçinin Şahid3nm xəbərinin olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin, baxışda iştirak edən Şahid3 yaşadığı evdən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəllərdən xəbərinin olmadığını, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini və saxladığı barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 06 yanvar 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evə baxış zamanı tanışı Təqsirləndirilən şəxs ilə birgə yaşadıqları evin yataq otağından 1 (bir) ədəd tərəzi, ümumilikdə 120 (yüz iyirmi) ədəd metadon həbi, 14 (on dörd) ədəd sellofan bükümlərdə heroin, 19 (on doqquz) ədəd sellofan bükümlərdə metamfetamin və 16(on altı) ədəd sellofan bükümdə tiryək aşkar olunmuş, daha sonra aşkar olunmuş heroin ümumilikdə çəkisi 10 (on) qram, metamfetamin ümumilikdə çəkisi 14 (on dörd) qram və tiryək elektron tərəzidə çəkilərək ümumilikdə çəkisi 48 (qırx səkkiz) qram müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş maddələr, həblər və tərəzi qablaşdırılmış, DİN-nin möhrü ilə möhürlənmiş və tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. Qeyd etmişdir ki, baxış zamanı yaşadıqları evdən aşkar olunmuş narkotik vasitələrdən xəbəri yoxdur. Məhkəmədə elan olunub araşdırılıb cinayət işinin materiallarına əlavə olunmuş: Şəxsi axtarış və götürmə aparılması haqqında 06 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan mavi rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd polietilen bükümdə külli miqdarda, təmiz çəkisi 4,046 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd konvalyutda üzərində 10 (ədəd) ümumi çəkisi 0,40 qram narkotik vasitə olan metadon həbləri aşkar edilərək götürülmüşdür. 06 yanvar 2024-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, ev 70 ünvana baxış keçirilən zaman evin yataq otağında dolabdan qara rəngli sellofan bağlamada içərisində 1 (bir) ədəd üzərində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzi; 12 (on iki) ədəd konvalyutda hər birində 10 (on) ədəd(ümumilikdə 120 ədəd həb) külli miqdarda ümumi çəkisi 4,80 qram narkotik vasitə olan metadon həbləri; 14 (on dörd) ədəd polietilen bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,862 qram, 0,891 qram, 0,982 qram, 0,891 qram, 0,865 qram, 0,910 qram, 0,571 qram, 0,775 qram, 1,036 qram, 0,751 qram, 0,870 qram, 0,890 qram, 0,823 qram, 0,829 qram külli miqdarda ümumi təmiz çəkisi 11,946 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış xarici görünüş əlamətlərinə və kiyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin; 19 (on doqquz) ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,799 qram, 0,376 qram, 0,812 qram, 0,847 qram, 0,870 qram, 0,876 qram, 0,832 qram, 0,852 qram, 0,873 qram, 0,869 qram, 0,786 qram, 0,822 qram, 0,971 qram, 0,850 qram, 0,840 qram, 0,810 qram, 0,935 qram, 1,078 qram, 0,353 qram külli miqdarda ümumi təmiz çəkisi 15,451 qram ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə psixotrop maddə metamfetamin; 16 (on altı) ədəd polietilen bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,841 qram, 0,908 qram, 0,899 qram, 0,886 qram, 0,905 qram, 0,849 qram, 0,914 qram, 0,312 qram, 0,825 qram, 4,618 qram, 9,507 qram, 4,540 qram, 4,450 qram, 5,111 qram, 4,646 qram, 2,718 qram külli miqdarda ümumi təmiz çəkisi 42,929 qram spesifik iyə malik tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. 06 yanvar 2024-cü il tarixli baxış və götürmə aparılması haqqında elektron məlumatların əks olunduğu 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, ev 70 ünvana baxış keçirilən zaman evin yataq otağında dolabdan qara rəngli sellofan bağlamada içərisində 1 (bir) ədəd üzərində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzi; 12 (on iki) ədəd konvalyutda hər birində 10 (on) ədəd(ümumilikdə 120 ədəd həb) külli miqdarda ümumi çəkisi 4,80 qram narkotik vasitə olan metadon həbləri; 14 (on dörd) ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,862 qram, 0,891 qram, 0,982 qram, 0,891 qram, 0,865 qram, 0,910 qram, 0,571 qram, 0,775 qram, 1,036 qram, 0,751 qram, 0,870 qram, 0,890 qram, 0,823 qram, 0,829 qram külli miqdarda ümumi təmiz çəkisi 11,946 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış xarici görünüş əlamətlərinə və kiyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin; 19 (on doqquz) ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,799 qram, 0,376 qram, 0,812 qram, 0,847 qram, 0,870 qram, 0,876 qram, 0,832 qram, 0,852 qram, 0,873 qram, 0,869 qram, 0,786 qram, 0,822 qram, 0,971 qram, 0,850 qram, 0,840 qram, 0,810 qram, 0,935 qram, 1,078 qram, 0,353 qram külli miqdarda ümumi təmiz çəkisi 15,451 qram ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə psixotrop maddə metamfetamin; 16 (on altı) ədəd polietilen bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,841 qram, 0,908 qram, 0,899 qram, 0,886 qram, 0,905 qram, 0,849 qram, 0,914 qram, 0,312 qram, 0,825 qram, 4,618 qram, 9,507 qram, 4,540 qram, 4,450 qram, 5,111 qram, 4,646 qram, 2,718 qram külli miqdarda ümumi təmiz çəkisi 42,929 qram spesifik iyə malik tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzilə axtarış və baxış keçirilməsi barədə video çəkiliş görüntüləri olan DVD formatlı disklər iş üzrə sübut növü hesab edildiyindən cinayət işinə əlavə edilmişdir. 07 yanvar 2024-cü il tarixli, elektron məlumatların əks olunduğu 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edilir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddəni və 1 (bir) ədəd blisterdə olan ümumilikdə 10 (on) ədəd narkotik vasitə olan metadon həblərini təqdim edərək masanın üzərinə qoydu. Daha sonra, Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən üzərində ***- ***-**-** və ***-***-**-** mobil nömrələri olan mobil telefon, 2 (iki) ədəd bank kartı, ümumilikdə 7 (yeddi) manat məbləğində pul və 2 (iki) ədəd yaşadığı evə məxsus açar aşkar olundu. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər maddə elektron tərəzidə çəkildi və onun çəkisi 4,47 (dörd tam yüzdə qırx yeddi) qram oldu. Aşkar olunmuş heroinə bənzər maddə və 1 ədəd blisterdə olan metadon həblərinə bənzər həblər içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi və imzalandı. 08 yanvar 2024-cü il tarixli telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Rock» markalı mobil telefonun SMS, MMS bölmələrinə, “Votchap” internet şəbəkəsinə, şəkil bölmələrinə baxış keçirən zaman “Votchap” internet şəbəkəsinin şəkil bölmələrində, üzərində selofan bükümlərdə olan tərəzilərin, işarələnmiş küçə, dalan və ağaclıq sahələrin, su sayğaclarının, dəmir boruların və sair fotoşəkillər vardır. Telefona baxış zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs həmin fotoşəkillərdə əks olunanlar narkotik vasitələrin və psixotrop maddələrin satışını təşkil etmək üçün qabaqcadan İran İslam Respublikasının vətəndaşı Nasir adlı şəxs tərəfindən təyin olunmuş və “Votchap” vasitəsi ilə ona göndərdiyi şəkillərdir. 06 aprel 2024-cü il tarixli, telefon məlumatlarına dair daxil olmuş DVD diskə baxış protokolundan görünür ki, 99***-***-**-** saylı mobil nömrə GPRS məlumatlarına əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon xx.xx.2024-cü il tarixdə saat 15:37:38 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək Prospekti 13 ünvann qarşısında işləmişdir ki, buda onun tutulduğu yəni, Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, ev 70 ünvana uyğundur. Bundan başqa təqdim olunmuş DVD diskdə SMS yazışmalar olsada iş üçün sübut əhəmiyyət kəsb edəcək məlumatlar aşkar edilmir. DVD diskdə olan digər bölmələrdə isə qeyd olunan mobil nömrələrin sahiblərinin anket məlumatları qeyd olunmuşdur. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/28 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri olan bir ədəd zərfdə və bir ədəd polietilen torbada, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 4,046 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar ... sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 14 (on dörd) ədəd selofan bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,862 qram, 0,891 qram, 0,982 qram, 0891 qram, 0,865 qram, 0,910 qram, 0,571 qram, 0, 775 qram, 1,036 qram, 0,751 qram, 0,870 qram, 0,890 qram, 0,823 qram, 0,829 qram ümumi təmiz çəkisi 11,946 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 19 (on doqquz) ədəd selofan bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,799 qram, 0,376 qram, 0,812 qram, 0,847 qram, 0,870 qram, 0,876 qram, 0,832 qram, 0,852 qram, 0,873 qram, 0,869 qram, 0,786 qram qram, 0,822 qram, 0,971 qram, 0,850 qram, 0,840 qram, 0,810 qram, 0,935 qram, 1,078 qram, 0,353 qram, ümumi təmiz çəkisi 15,451 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 16 (on altı) ədəd selofan bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,841 qram, 0,908 qram, 0,899 qram, 0,886 qram, 0,905 qram, 0,849 qram, 0,914 qram, 0,312 qram, 0,825 qram, 4,618 qram, 9,507 qram, 4,540 qram, 4,450 qram, 5,111 qram, 4,646 qram, 2,718 qram, ümumi təmiz çəkisi 42,929 qram olan spesifik iyə malik tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki və üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd polietilen torbadaki üzərində “Methadone 40” göstəricisi olan ümumilikdə 13 ədəd konvalyutda 130 ədəd üzərində “F/M40” göstəricisi olan qəhvəyi rəngli dərman həblərin tərkibində metadonun təsir maddəsinin miqdarı 5,2 qram təşkil edir (üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qram). Təqdim olunmuş 15 (on dörd) ədəd selofan bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim olunmuş 19 (on doqquz) ədəd selofan bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim olunmuş 16 (on altı) ədəd selofan bükümdə olan tiryək xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim edilmiş 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinə və psixotrop maddə oloan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və maddə nümunləri ilə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Təqsirləndirilən şəxs məhkəmədə ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər göstərildiyini, yalnız 45 qram tiryəkin ona məxsus olduğunu, digər maddələrdən xəbərinin olmadığını göstərdi. Məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri digər sübutlarla və işin faktiki halları ilə müqayisəli təhlil olunduqda onun bu ifadələri təsdiqini tapmadı. Çünki məhkəmədə təqsirləndirilən şəxs barəsində ifadələr verərək ittihamı təsdiq edən şəxslərin polis əməkdaşları olduğu, həmin şəxslərin təqsirləndirilən şəxslə əvvəllər hər hansı, ədavətlərinin, şəxsi tanışlıqlarının olması müəyyən olunmadı. Bu səbəbdən də Təqsirləndirilən şəxs polis əməkdaşları barəsində verdiyi ifadələri faktiki əsası olmayan özünün müdafiəsinə yönələn ifadələr kimi qiymtələndirilir. Məhkəmənin bu qənaəti Təqsirləndirilən şəxs üzərinə və yaşayış yerinə baxış keçirilərkən narkotik vasitələri və psixotrop maddələri təqdim etməsini təsdiq edən şəxsi axtarış və götürmə, baxış və götürmə protokolu, onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri baxımından da əsaslıdır. Məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri araşdırılarkən öz təsdiqini tapmadı. Belə ki, məhkəmənin gəldiyi bu qənaət Təqsirləndirilən şəxs məxsus mobil telefona keçirilən baxış zamanı onun “Nasir” adlı naməlum xarici ölkə vətəndaşından narkotik vasitələrin dövriyyəsi barədə həmin narkotik vasitə və psixotrop maddələrin yerləşdirildiyi yerlərin fotoşəkillərinin göndərilməsi, həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və bir ədəd elektron tərəzi, habelə həmin narkotik vasitələrin və psixotrop maddələrin ayrı-ayrı bükümlərə ayrılması və digər mötəbər sübutlar baxımından da əsaslıdır. Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarətin olması, buna baxmayaraq bu xəsarətlərin yetirilmə mənşəyi müəyyən olunmaması yuxarıda göstərilən narkotik vasilərin və psixotrop maddələrin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması anlamına gəlmir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxsin ona psixi və fiziki xəsarətlər yetirilməsi barədə hipotetik iddiasının onun üzərinə narkotik vasitə və psixotrop maddə qoyulması arasında səbəbli əlaqə kimi qiymətləndirilməsi üçün əsas vermədiyini və Təqsirləndirilən şəxs həmin iddiaları ilə bağlı prokurorluq orqanlarında hazırda araşdırma aparıldığını bildirməsini nəzərə alır. Məhkəmə bu hallarla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməllərinin həmin maddələrlə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri qəsdən törətməsi qənaətinə gəldiyindən onun təqsirli bilinib bu əməllərə görə həmin maddələrdə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 65 (altmış beş) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, həmin məbələğin məhkəmə xərci kimi Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 70 (yetmiş) saat hüquqi yardım göstərilmişdir. Bu xidmətə görə vəkil Müdafiəçi 420 (dörd yüz iyirmi) manat ödənilməlidir. Məhkəmə həmin məbləğin vəkilə dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinin hesabına ödənilib, təqsirləndirilən şəxsin həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 15,242 qram olan narkotik vasitə heroin, ümumi qalıq çəkisi 14,501 qram olan psixotrop maddə metamfetamin, ümumi qalıq çəkisi 42,129 qram olan narkotik vasitə tiryək, ümumi qalıq sayı 117 ədəd olan “Methadone 40” həbinin sərbəst dövriyyəsi qalağan olunmuş əşya kimi, və bir ədəd tərəzini istehlak dəyərini itirmiş əşya kimi məhv edilməsini, Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Rock» markalı mobil telefonun onun şəxsi əşyaları ilə birgə saxlanılmasını, Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzilə axtarış və baxış keçirilməsi barədə video çəkiliş görüntüləri olan DVD formatlı disklərin cinayət işinin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin və narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, hazırkı iş üzrə 06 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 08 yanvar 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir və hazırkı vaxta qədər həbsdə saxlanılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi onun himayəsində 02 nəfər azyaşlı uşağının olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 16 fevral 2024-cü il tarixli 1009 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs PSİXOSTİMULYATORLARİN qəbulu nətcəsində yaranan ASİLLİQ SİNDİROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olumasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 06 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 65 (altmış beş) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 65 (altımış beş) manat məhkəmə xərci kimi Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Dövlət büdcəsi hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 15,242 qram olan narkotik vasitə heroin, ümumi qalıq çəkisi 14,501 qram olan psixotrop maddə metanfetamin, ümumi qalıq çəkisi 42,129 qram olan narkotik vasitə tiryək, ümumi qalıq sayı 117 ədəd olan “Methadone 40” həbi sərbəst dövriyyəsi qdağan olunmuş əşyalar kimi və bir ədəd tərəzi istehlak dəyərini itirmiş əşya kimi məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Rock» markalı mobil telefon onun şəxsi əşyaları ilə birgə saxlanısın, Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzilə axtarış və baxış keçirilməsi barədə video çəkiliş görüntüləri olan DVD formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-291/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-291/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver