Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-292/2020 30.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Astara rayonunun Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, həbs olunanadək fərdi qaydada əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlamış və daşımış, eləcə də qadağan olunmuş narkotik vasitələri və psixotrop maddələri yetkinlik yaşına çatmayan şəxsə və digər şəxslərə satmışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından Astara rayonunun inzibati ərazisində qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 502,550 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 20,065 qram olan psixotrop maddə metamfetamin və zavod üsulu ilə hazırlanmış 1 (bir) həbdə 0,04 qram metadon olmaqla, ümumi miqdarı 1,52 qram çəkidə 38 (otuz səkkiz) ədəd metadon tərkibli dərman preparatını əldə edib saxlamaqla Bakı şəhərinə daşımışdır. Bundan sonra xx xxxxx 2019cu il tarixdə Bakı şəhərində istintaqa məlum olmayan ünvanda və saatda Təqsirləndirilən şəxs həmin vaxt yetkinlik yaşına çatmayan xx xxxxxx 2001-ci il təvəllüdlü Şahid8 şəxsi istehlak miqdarında 0,065 qram psixotrop maddə olan metamfetamini, həmin tarixdə Şahid2 1,350 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, eləcə də həmin tarixdə Şahid1 1,200 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə tamah niyyəti və satış məqsədi ilə istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından Astara rayonunun inzibati ərazisində qanunsuz olaraq külli miqdarda alıb əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri idarə etdiyi “Hyundai Elantra” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 81 saylı marşrutun sonuncu dayanacağına daşımışdır. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsində yetkinlik yaşına çatmayan şəxs Şahid8 üzərinə keçirilən baxışda sonuncunun üzərindən şəxsi istehlak miqdarında psixotrop maddə hesab edilən metamfetamin aşkar olunduqdan və Şahid8 həmin psixotrop maddəni Təqsirləndirilən şəxs aldığını bildirdikdən sonra Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə təxminən saat 18:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, idarə etdiyi avtomobillə birlikdə 20-ci Polis bölməsinə gətirilmişdir. Polis bölməsində videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin damında olan nəfəsliyin salon hissəsində 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükülüdə, ümumi təmiz çəkisi 1,498 qram və 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz şəkisi 18,502 qram, ümumi təmiz çəkisi 20,0 qram olan ağ rəngli kristallardan ibarət kusar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, avtomobilin arxa saxlanc yerində 1 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 500 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kütləsi tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd şəffaf polietilen bükümdə üzərində 2F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı zavod üsulu ilə hazırlanmış 1 (bir) həbdə 0,04 qram metadon olmaqla, ümumi miqdarı 1,52 qram çəkidə 38 (otuz səkkiz) ədəd metadon tərkibli dərman preparatı aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, ittiham aktında yazılanlarla razı deyil. O, ittiham aktında göstərilən yerdə deyil, Bakı şəhəri, Köhnə Günəşli qəsəbəsində polis əməkdaşları tərəfindən tutulmuşdur. Polislər onu tutarkən onun idarə etdiyi maşında ona aid 1,4 qram metamfetamin olmuşdur. Metamfetamindən başqa onun maşınında başqa heç bir narkotik vasitə olmamışdır. O, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə gətirildikdən sonra polislər ona demişlər ki, “eşitmişik ki, səndə metamfetamin var”. O da həmin polislərdən onun üzərində axtarışın keçirilməsini xahiş etmişdir. Polislər axtarış keçirərkən ondan 1,4 qram metamfetamindən başqa psixotrop maddə aşkar edilməmişdir. Onun üzərindən başqa narkotik vasitə və psixotrop maddə çıxmadıqda, polis əməkdaşı olan əməliyyatçı Şahid3 onu otaqdan çıxarmış, onun idarə etdiyi maşının yanına apararaq maşının yük yerini açmış və ona demişdir ki, “çəkilişdə deyərsən ki, bunlar sənindir”. O, Şahid8 heç vaxt narkotik vasitə satmamış, Şahid8 pul almamışdır. Sadəcə o, bir-iki dəfə Şahid8 ilə birlikdə narkotik vasitə istifadə etmişdir. Lakin o, Aynura və ya digər şəxslərə heç vaxt narkotik vasitə satmamışdır. İttiham aktında göstərilən narkotik vasitələr ona məxsus olmamışdır. Polislər hədə-qorxu gələrək ona təzyiq göstərmişlər və o da məcbur olaraq, çəkiliş vaxtı maşınına polislər tərəfindən qoyulmuş narkotik vasitələrin ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin göstərdi ki, o, özü hərdən narkotik vasitə istifadə edirmiş, lakin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, iki yerdə işləmiş və ona görə də onun narkotik vasitə sataraq gəlir əldə etməyinə ehtiyacı olmamışdır. Təqsirləndirilən şəxs qeyd etdiklərinin nəzərə alınmasını, onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəlllənin 234.1-ci maddəsinə tövsif edilməsini və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında onun idarə etdiyi maşında ona məxsus yalnız 1,4 qram çəkidə psixotrop maddə olan metamfetaminin olması, ona məxsus maşında aşkar edilmiş narkotik vasitələrin və digər psixotrop maddələrin ona məxsus olmaması, polislərin ona hədə-qorxu gəlməsi və ona təzyiq olunması, ona elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı onun işlədiyi Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupunun tərkibinə o da daxil olmuşdur. Keçiriləcək əməliyyat zamanı onun üzərinə düşən vəzifə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsin əməliyyatçılardan qaçmasının qarşısını almaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs “Yeni Günəşli” qəsəbəsində avto-təmir sexində tutulmuşdur. Təqsirləndirilən şəxsla birlikdə bir nəfər də saxlanılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi maşından yarım kilo narkotik vasitə heroin çıxmış və həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Keçirilmiş əməliyyat tədbirində ondan başqa Şahid5, Şahid6, Şahid3 adlı polis əməkdaşları da iştirak etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, 2 (iki) il əvvəl Təqsirləndirilən şəxsı taksi sürücüsü kimi tanımışdır. Şəhram “Azsamand” markalı maşını ilə taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. Həmin vaxtdan onun Şəhramla dostluq münasibəti yaranmışdır. O, Şəhrama özünün metamfetamin istifadəçisi olduğunu bildirmişdir. Şəhram da ona arabir narkotik vasitə istifadə etdiyini bildirmişdir. O, Şəhramla birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etmişdir. Lakin Şəhram bir dəfə ona metamfetamin vermişdir. Həmin metamfetamini o, şəxsi istifadəsi üçün Şəhramdan istəmişdir. Şəhram da əvəzsiz olaraq öz maşınında ona metamfetamin vermişdir. O, “Tunel” adlı kluba əylənmək üçün getdiyi zaman orada Aysu adlı qıza üzərində psixotrop maddə olduğunu bildirmişdir. Aysu da ondan həmin psixotrop maddənin bir hissəsini istəmişdir. Amma o, Aysuya psixotrop maddə verməmiş və nəticədə onlar dalaşmışlar. Sonra kluba polis əməkdaşları gəlmişlər. Polislər tərəfindən baxış keçirilərkən onun üzərindən 2 (iki) bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuş və o, buna görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsı maşın ustası kimi tanımışdır. O, Şəhramı maşınların icarəsi ilə məşğul olan tanıdığı şəxslə tanış etmişdir. Sonra Şəhram maşınların icarəsi ilə məşğul olan həmin şəxsin maşınlarını düzəldirmiş. O, Şəhramı yalnız maşın ustası kimi tanımışdır. Şəhram ona heç vaxt narkotik vasitə verməmiş və ya satmamışdır. O, tutulmamışdan əvvəl Şəhram ona zəng vuraraq dostunun avtomobil qəzası keçirdiyini bildirmiş və onu “Semaşka” kimi tanınan xəstəxananın qarşısına çağırmışdır. O, Cavid adlı şəxslə Şəhramın dediyi yerə getmişdir. O, həmin yerə getdiyi zaman üzərində narkotik vasitə olmamışdır. Lakin polis əməkdaşları onu tutmuşlar və üzərində şəxsi axtarış keçirilən zaman onun üzərində narkotik vasitə aşkar olunmuşdur. O, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Şahid ifadəsində, həmçinin hazırda cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx xxxxx 2019-cu il tarixdə yetkinlik yaşına çatmayan şəxs Şahid8 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Şahid8 həmin psixotrop maddəni tanışı Şəhramdan əldə etdiyini polislərə bildirmişdir. Sonra AğayevŞəhramın ifşa olunması məqsədi ilə qərar qəbul edilmiş və əməliyyat tədbirinin keçirilməsi ilə əlaqədar ondan, Şahid4 və Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. xx xxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Təqsirləndirilən şəxs işlətdiyi sexin qarşısında Təqsirləndirilən şəxs saxlanılmış və Təqsirləndirilən şəxs özünün idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə 20-ci Polis bölməsinə gətirilmişdir. 20-ci Polis bölməsində Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmiş və Şəhram özü narkotik vasitələri idarə etdiyi avtomobildən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və digər şəxslərlə yanaşı o da həmin protokolu imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx xxxxx 2019-cu il tarixdə onun işlədiyi Polis bölməsinə yetkinlik yaşına çatmayan şəxs Şahid8 gətirilmiş və sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Şahid8 həmin psixotrop maddəni tanışı Şəhram adlı şəxsdən aldığını bildirmişdir. Şəhram adlı şəxsin cinayət başında yaxalanması məqsədilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə bağlı əməliyyat qrupu yaradılmış və həmin əməliyyata rəhbərlik ona həvalə edilmişdir. xx xxxxx 2019-cu il tarixdə Şəhram adlı şəxsin şəxsiyyəti müəyyən edilmiş və sonuncunun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində çexol sexi işlətməsi məlum olmuşdur. O, Şəhrama zəng edib özünü müştəri kimi təqdim etmiş və Şəhramdan harada olmasını soruşmuşdur. Şəhram da rayondan Bakı şəhərinə gəldiyini ona bildirmişdir. Onlar Şəhramı çexol sexinin qarşısında gözləmişlər və Şəhram ora Hyundai Elantra markalı avtomobildə gəlmişdir. Həmin vaxt Şəhramın yanında bir nəfər də olmuşdur. Onlar Şəhramgili saxlayaraq 20-ci Polis bölməsinə gətirmişlər. Sonra Şəhramın yanında olan şəxsin narkotik vasitələrə aid olmaması müəyyən edilmiş və bu səbəbdən də həmin şəxs buraxılmışdır. Bundan sonra Şəhramın idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Şəhram özü narkotik vasitələri onlara təqdim etmişdir. Avtomobilə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və o da həmin protokolun düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, xx xxxxx 2019-cu il tarixdə 20-ci Polis bölməsinin rəis müavini Şahid5 Polis bölməsinin rəhbərliyinə raportla müraciət edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli şəxs kimi Polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə psixotrop maddə və narkotik vasitə olan kakosun olduğunu, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tanışı Mais adlı şəxsə satmaq üçün gətirdiyini, Mais adlı şəxsin Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində gözlədiyini bildirmişdir. Şahid5 raportda qeyd etdiyi Mais adlı şəxsin ifşa olunması məqsədilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə ondan və Polis bölməsinin sahə inspektoru Şahid7 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Sonra onlar tərəfindən Mais adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilmişdir. Onlar tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Şahid1 və Şahid2 sonuncuya məxsus “Mercedes Benz 190” markalı avtomobildə birlikdə hərəkət edərkən xx xxxxx 2019-cu il tarixdə axşam radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində saxlanılaraq 20-ci Polis bölməsinə gətirilmişlər. Hər iki şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmaları ehtimalı ilə hər ikisinin üzərinə və Şahid2 idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Şahid1 etiraz etməyərək könüllü olaraq üzərində narkotik vasitə heroinin olduğunu bildirmiş və qadağan olunmuş narkotik vasitəni onlara təqdim etmişdir. Şahid2 da etiraz etməyərək könüllü olaraq üzərində narkotik vasitə kakosun olduğunu bildirərək həmin narkotik vasitəni onlara təqdim etmişdir. Bundan sonra Şahid2 idarə etdiyi “Mercedes Benz 190” markalı avtomobilə baxış keçirilmişdir. Lakin həmin avtomobildə heç bir qanunsuz əşya aşkar edilməmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2015-ci ildən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin sahə rəisi vəzifəsində işləyir. xx xxxxx 2019-cu il tarixdə Polis bölməsinin təhqiqatçısı polis baş leytenantı Orxan Abbaslı raportla Polis bölməsinin rəisinə müraciət edərək yetkinlik yaşına çatmayan şəxs Şahid8 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən qanunsuz olaraq əldə etdiyi 0,065 qram psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürüldüyünü bildirmişdir. Aynur Abışova həmin psixotrop maddəni 055 *** ** ** mobil nömrəni istifadə edən tanışı Şəhram adlı şəxsdən əldə etdiyini bildirmişdir. Şəhram adlı şəxsin cinayət əməlinin ifşa olunması və Şəhramın cinayət başında yaxalanması məqsədilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə bağlı təhqiqatçı Orxan Abbaslının raportunun icrası Polis bölməsinin rəis müavini Şahid5 həvalə olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə Şahid5, ondan və Polis bölməsinin baş əməliyyat müvəkkli polis mayoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və Şəhram adlı şəxsin ifşa olunması məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. xx xxxxx 2019-cu il tarixdə, saat 18:50 radələrində həmin qərarın icrası olaraq Şəhram adlı şəxsin şəxsiyyəti müəyyən edilərək sonuncunun 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu bilinməklə xx xxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində 81 saylı marşrutun sonuncu dayanacağında idarə etdiyi “Hyundai Elantra” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobildə tanışı 1992-ci il təvəllüdlü X9 ilə birlikdə saxlanılaraq 20-ci Polis bölməsinə gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs şifahi olaraq idarə etdiyi avtomobildə psixotrop maddə və narkotik vasitə olan kakosun olduğunu, həmin narkotik vasitəni tanışı Mais adlı şəxsə həmin gün satmaq üçün gətirdiyini, hazırda Mais adlı şəxs Şəhramı ünvan 3 saylı ünvanda yerləşən KTM-in qarşısında gözlədiyini bildirdiyindən Polis bölməsinin rəis müavini Şahid5 tərəfindən Polis bölməsinin rəisinə raportla müraciət edilmiş və həmin şəxslər ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə əməliyyat qrupları yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilməzdən əvvəl Polis bölməsinin xidməti otaqlarının birində təqdim edilən 5 və 14 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı əsasında Təqsirləndirilən şəxs özünün seçdiyi müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən sonuncuya hüquqları izah edilməklə baxış zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs könüllü olaraq üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq üzərində heç bir qanunsuz əşyanın və narkotik maddənin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobildə satış və şəxsi istifadə məqsədi ilə narkotik maddələr gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs əynində olan gödəkçənin boynuna və paltarlarının ciblərinin içərisinə baxılmışdır. Lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarının çıxarılması tələb olunmuşdur. Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarıb silkələmiş, sonra corablarını çıxarıb çevirmişdir. Lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs ayaqqabını geyinməsi və üst-başını səliqəyə salması təklif olunmuşdur. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Tərtib edilmiş protokol iştirakçılar və onun tərəfindən imzalandıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi **-VR-*** dövlət qeydiyyat nişanlı “Hyundan Elantra” markalı avtomobilə eyni tərkibdə baxış keçirilməsinə başlanılmışdır. Baxışdan əvvəl Təqsirləndirilən şəxs avtomobildə ola biləcək qanunsuz əşyaları öz razılığı ilə göstərmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi “Hyunday Elantra” markalı avtomobilə sürücü qapısı istiqamətindən yaxınlaşıb avtomobilə oturub avtomobilin damında olan nəfəsliyin salon hissəsindən siqaretin gümüşü kağızına bükülmüş spesifik iyə malik olan, şəffaf rəngli kristal şəkilli maddəni, avtomobilin yük hissəsində ehtiyyat təkər yerində olan ağ rəngli sellofan torbada açıq qəhvəyi rəngli, spesifik iyə malik olan maddəni, həmin yerdə üzərində "F/M40" yazısı olan dərman formalı maddələri, bir ədəd şüşə işıq lampa qalıqlarını, bir ədəd yaşıl rəngli dəmir parçasını və bir ədəd yaşıl rəngli sellofan torbada ağ rəngli toz şəkilli, spesifik iyə malik maddəni çıxarmışdır. Həmin maddələr və vasitələr götürülmüşdür. Ardınca Təqsirləndirilən şəxs avtomobildə başqa qanunsuz əşyanın və ya maddənin olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs avtomobildə kənar heç bir qanunsuz əşyanın olmadığını bildirdikdən sonra avtomobilə baxış keçirilmişdir. Avtomobilin salonuna, qapılarına, saxlanc yerlərinə baxılmışdır. Lakin baxış zamanı hər hansı bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin “metamfetamin”, “metadon” və “kokos”(heroin) adlı narkotik maddələr olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin narkotik maddələri satış və şəxsi istifadəsi məqsədi ilə İran İslam Respublikasından gətirdiyini bildirmişdir. Aşkar edilmiş narkotik maddələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və digər şəxslərlə yanaşı o da həmin protokolu imzalamışdır. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki,o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 10 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Onun narkotik vasitə olan heroindən fiziki asılığı olduğu üçün o, inyeksiya yolu ilə heroini qəbul edir. O, narkotik vasitəni adını tanımadığı müxtəlif insanlardan almışdır. O, bir neçə gün imiş ki, tanışı Mais vasitəsi ilə Şəhram adlı şəxsi tanımışdır. xx xxxxx 2019-cu il tarixdə o, Maislə birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində Şəhram adlı şəxsdən öz istifadəsi üçün 15 (on beş) manata 1 (bir) büküm narkotik vasitə hesab edilən, adını kakos kimi bildiyi narkotik vasitə alaraq özündə saxlamışdır. Sonra o, həmin narkotik vasitədən biraz istifadə etmiş, qalanını özündə saxlamış və həmin gün axşam saatlarında onun qalan narkotik vasitəni istifadə etmək fikri olmuşdur. xx xxxxx 2019-cu il tarixdə saat 22:25 radələrində tanışı Mais adlı şəxslə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Nizami metrostansiyasının yaxınlığında görüşərək özünə məxsus olan “Mercedes Benz 190” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı maşınla ünvan 3 saylı ünvanda yerləşən X10rşısına gəlmişdir. O, Mais adlı şəxslə birlikdə tibbi mərkəzin qarşısında olan zaman onlara 2 (iki) nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq öz xidməti vəsiqələrini göstərmişlər və onlara polis əməkdaşları olduqlarını, narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirib onları 20-ci Polis bölməsinə dəvət etmişlər. Onlar da etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə 20-ci Polis bölməsinə getmişlər. Polis bölməsinin inzibati otaqlarının birində polis əməkdaşları tərəfindən onun üzərində şəxs axtarış keçiriləcəyi ona bildirilmiş, şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Ona hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona üzərində qanunsuz maddə, predmet və ya əşya varsa onları könüllü olaraq təqdim etməsini təklif etmişlər. O, üzərində kakos kimi bildiyi narkotik vasitənin olduğunu etiraf edərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı və öz istifadəsi üçün həmin gün “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 15 (on beş) manata aldığı 1 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş halda olan bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən açılmış və həmin bükümün içərisində narkotik vasitə aşkar olunmuşdur. Polis əməkdaşları onun üzərindən aşkar edilmiş 1 (bir) ədəd büküm və içərisindəki kütlə ilə bağlı sorğu etdiklərində, o, həmin bükümün içərisindəki kütlənin narkotik vasitə kakos olduğunu və öz istifadəsi üçün «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən aldığını etiraf etmişdir. Bundan sonra onun üzərində aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş və üzərinə keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra, doğru olduğundan iştirakçılar, eləcə də, onun özü tərəfindən imza edilmişdir. Bundan başqa, onun üzərinə şəxsi axtarış keçirilən zaman bütün proseslər videolentə alınaraq materiala əlavə edilmişdir. O, ilkin izahatında narkotik vasitəni tanımadığı şəxsdən aldığını bildirsə də, daha sonra verdiyi ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitəni xx xxxxx 2019cu il tarixdə Şəhramdan aldığını bildirmişdir. O, aldığı narkotik vasitəni öz istifadəsi üçün üzərində saxlamış və həmin narkotik vasitədən heç kəsə satmamışdır. Şəhramın haradan narkotik vasitə əldə etməsi barədə onun məlumatı olmamışdır. O, Şəhrama pul verməmiş, sonuncu ilə onun münasibəti olmamışdır. Şəhramla Mais əlaqə saxlamış və sonra onlar birlikdə görüşmüşlər. O, bundan əvvəl cəmi 1 (bir) dəfə Şəhramdan narkotik maddə almış, ikinci dəfə Şəhramdan narkotik vasitə almaq istəyərkən polis tərəfindən tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2019cu il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 11) görünür ki, Şəhram adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlayaraq daşıması və satması barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə əməliyyat məlumatı daxil olmuş, Şəhram adlı şəxsin ifşa olunması üçün onun yaşadığı ünvanın və olduğu yerlərin müşahidəsinin aparılması barədə əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 26-27) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 29-30) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli bilindiyinə görə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2019-cu il tarixli avtomobilə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan (cild 1, iş vərəqə 55-56) görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elentra” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin damında olan nəfəsliyin salon hissədindən 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş spesifik iyə malik olan, şəffaf rəngli kristal şəkilli maddəni, avtomaşının yük yerinin ehtiyat təkər yerində olan ağ rəngli sellofan torbada açıq qəhvəyi rəngli spesifik iyə malik olan maddəni və şəffaf rəngli kristal şəkilli maddəni, eləcə də 1 (bir) ədəd yaşıl rəngli sellofan torbada ağ rəngli toz şəkilli, spesifik iyə malik olan maddəni götürərək polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11101 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 110-113) görünür ki, tədqiqata təqdim edilmiş və üzərində Azərbaycan Respublikası DİN-ə məxsus “Zərflər üçün №188” möhür və “Şübhəli şəxs.. Şahid8..” əl yazıları, imzalar olan zərfdəki 02 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.037 qram və 0.028 qram, ümumi təmiz çəkisi 0.065 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 0.065 qram təşkil edir, tədqiqata 0.040 qram sərf edildi, qalıq 0.025 qram təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11262 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 104-105) görünür ki, tədqiqata təqdim edilmiş və üzərində “vət.Təqsirləndirilən şəxs idarə etdiyi “Hyunday Elantra” markalı **-VR- *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş maddə” yazısı olan paketdəki: 1 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 500 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kütləsi tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükülüdə, ümumi çəkisi 1,498 qram və 1 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 18,502 qram, ümumi təmiz çəkisi 20 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 (bir) ədəd şəffaf polietilen bükümdə, 38 (otuz səkkiz) ədəd, üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər zavod üsulu ilə hazırlanmış metadon tərkibli dərman preparatıdır və 38 (otuz səkkiz) ədəd həbdə təsir edici maddəsi metadonun ümumi miqdarı 1.52 qram (bir həbdə 0,04 qram metadon olmaqla; bir ədəd şüşə işıq lampa qalıqlarının içərisində psixotrop maddə metamfetaminin izləri vardır; bir ədəd yaşıl rəngli dəmir lövhənin üzərində narkotik vasitə olan heroinin izləri vardır; bir ədəd yaşıl rəngli polietilen torbada təmiz çəkisi 800 qram olan ağ rəngli kristal şəkilli maddə kütləsi narkotik, psixotrop və güclü təsir edən maddələrə aid olmayan – limon duzudur. Qeyd: heroinin təmiz çəkisi 500 qram, tədqiqata sərf edildi: 0,2 qram, qalıq 499,8 qram. Metamfetaminin ümumi təmiz çəkisi 20 qram, tədqiqata sərf edildi 0,15 qram, qalıq 19,850 qram. 38 (otuz səkkiz) metadon həblərdən 1 (bir) həb istifadə edildi, qalıq 37 (otuz yeddi) həb təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 237-238) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-235/2019 saylı qərarından (cild 2, iş vərəqə 23-25) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx xxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild 2, iş vərəqə 57) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 966 saylı rəyindən (cild 2, iş vərəqə 154-155) görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməli törədildiyi vaxt hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15870 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 148-150) görünür ki, tədqiqata təqdim edilmiş və Şahid8 götürülmüş psixotrop maddə metamfetaminlər, Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metamfetaminlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, X8, Şahid1 və Şahid2 götürülmüş narkotik vasitə heroinlər, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinlə xarici əlamətinlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Qeyd: Təqsirləndirilən şəxs: heroinin təmiz çəkisi 499.8 qram, tədqiqata sərf edildi 0.03 qram, qalıq 499.77 qram. Metamfetaminin təmiz çəkisi 19.850 qram, tədqiqata sərf edildi 0.06 qram, qalıq 19.790 qram. Şahid8: metamfetaminin təmiz çəkisi 0.025 qram, tədqiqata sərf edildi 0.02 qram, qalıq 0.005 qram. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 1589 saylı rəyindən (cild 2, iş vərəqə 156-157) görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-452/2019 saylı qərarından (cild 2, iş vərəqə 202-203) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-569/2019 saylı qərarından (cild 3, iş vərəqə 15-16) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 3, iş vərəqə 26-45) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı yeni məzmunlu ittihamın irəli sürülməsi, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 499,77 qram olan narkotik vasitə heroinin, qalıq çəkisi 19.790 qram olan psixotrop maddə metamfetaminin, qalıq sayı 37 ədəd həbdən ibarət metadon tipli dərman preparatının, Şahid8n üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.005 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanma yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittihamın elan olunması haqqında qərardan (cild 3, iş vərəqə 63-65) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunlu ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X13 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə istintaqında müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur, həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətlərinin olması və onun tərəfindən cinayət əməlinin qəsdən törədilməsi tam təsdiq olunmuşdur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən - narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən - psixotrop maddələr dedikdə BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları başa düşülür. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən - narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Göstərilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5 və 13-cü bəndlərinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 1,6 qramdan artıq çəkidə dərman preparatı metadon, 2-ci Siyahının 67-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən külli miqdarda təmiz çəkisi 502,550 qram olan narkotik vasitə heroini, təmiz çəkisi 20,065 qram olan psixotrop maddə metamfetamini və zavod üsulu ilə hazırlanmış 1 (bir) həbdə 0,04 qram metadon olmaqla, ümumi miqdarı 1,52 qram çəkidə 38 (otuz səkkiz) ədəd metadon tərkibli dərman preparatını qanunsuz olaraq əldə edərək saxlamış və daşımışdır. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən xx xxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutulmuş və polis bölməsinin inzibati binasına aparılmışdır. Orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərində hər hansı qadağan edilmiş əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı narkotik vasitələri və psixotrop maddələri gizlətdiyi yerdən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərində həyata keçirilmiş şəxsi axtarışı və onun idarə etdiyi avtomobilə baxışın keçirilməsini əks etdirən videogörüntüdən açıq aşkar görünür ki, Təqsirləndirilən şəxs öz müdafiəçisinin yanında idarə etdiyi avtomobilə yaxınlaşaraq qanunsuz olaraq əldə edib saxladı və daşıdığı narkotik vasitələri və psixotrop maddələri gizlətdiyi yerdən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, məhkəmə istintaqında Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi psixotrop maddənin bir hissəsini, yəni 0,065 qram miqdarda psixotrop maddə metamfetamini Şahid8, narkotik vasitənin bir hissəsini, yəni 1,350 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini Şahid2 və 1,200 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini Şahid1 satması da tam şəkildə təsdiq olunmuşdur. Göstərilən hallar, yəni Təqsirləndirilən şəxs 0,065 qram miqdarda psixotrop maddə metamfetamini Şahid8, 1,350 qram çəkidə narkotik vasitə heroini Şahid2 və 1,200 qram çəkidə narkotik vasitə heroini Şahid1 satması cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 və Şahid1 ibtidai istintaq dövründə verdikləri ifadələrdən bir qədər fərqli məzmunlu ifadələr verərək Təqsirləndirilən şəxs onlara ayrı-ayrılıqda psixotrop maddə və narkotik vasitələr verdiyini etiraf etsələr də, Təqsirləndirilən şəxs onlara məhz əvəzli şəkildə, yəni pul müqabilində psixotrop maddə və narkotik vasitələr satmasını inkar etmişlər. Məhkəmə sözügedən şahidlərin məhkəmə istintaqında verdikləri ifadələrə tənqidi yanaşır və hesab edir ki, şahidlər Şahid8 və Şahid1 məhkəmə istintaqında belə məzmunlu ifadə verməklə uzun müddət şəxsi münasibətləri olan Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdmüşlər və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişlər. Şahid8 inzibati məsuliyyətə və Şahid1 cinayət məsuliyyətinə cəlb edilmələri Təqsirləndirilən şəxs Şahid8 psixotrop maddə metamfetamini, Şahid1 isə narkotik vasitə heroini əvəzli şəkildə, başqa sözlə, qazanc müqabilində satmasına dəlalət edir. Belə ki, Şahid8 inzibati məsuliyyətə və Şahid1 cinayət məsuliyyətinə cəlb edilərkən üzərlərindən aşkar edilmiş psixotrop maddə və narkotik vasitəni məhz Təqsirləndirilən şəxs əvəzli şəkildə qanunsuz olaraq əldə etdiklərini etiraf etmişlər və bununla bağlı ətraflı ifadələr vermişlər. Əks yanaşma, yəni Təqsirləndirilən şəxs mütəmadi olaraq müxtəlif miqdarda və çəkidə Şahid8 psixotrop maddə metamfetamini, Şahid1 isə narkotik vasitələri əvəzsiz qaydada verməsi inandırıcı və ağlabatan deyil. Təqsirləndirilən şəxs Şahid2 narkotik vasitə satması ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ibtidai istintaq aparılarkən şahid qismində dindirilmiş Şahid2 xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini pul müqabilində əldə etdiyini bildirmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Şahid2 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroini əldə etməsi faktına görə onun barəsində cinayət işi başlanmış və həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, bu hal da Təqsirləndirilən şəxs Şahid2 pul müqabilində narkotik vasitə olan heroini satmasını təsdiq edir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda qadağan olunmuş narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqda və daşımaqda məqsədi məhz qadağan olunmuş həmin vasitə və maddələri özgəninkiləşdirərək qazanc əldə etmək olmuşdur. Onun Şahid8 psixotrop maddə metamfetamini, Şahid1 və Şahid2 narkotik vasitə heroini əvəzli şəkildə, yəni pul müqabilində satması onun məqsədinin qazanc əldə etməkdən ibarət olduğunu təsdiq edən başlıca haldır. Məhkəmənin bu hissədə gəldiyi nəticə həm də məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli, 15870 nömrəli ekspert rəyi ilə bağlıdır. Belə ki, qeyd olunan rəydən görünür ki, tədqiqata təqdim edilmiş və Şahid8 götürülmüş psixotrop maddə metamfetaminlər Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metamfetaminlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Bundan başqa, tədqiqata təqdim edilmiş və Şahid1, Şahid2 götürülmüş narkotik vasitə heroinlər Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Şahid8 götürülmüş psixotrop maddələrin, Şahid1 və Şahid2 götürülmüş narkotik vasətələrin Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə və narkotik vasitələrlə həm xarici əlamətlərinə, həm də tərkibindəki komponentlərinə görə eynilik təşkil etməsi onu göstərir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi, saxladığı və daşıdığı psixotrop maddə və narkotik vasitələri həqiqətən də Şahid8, Şahid1 və Şahid2 əvəzli qaydada satmışdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan sübutları və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri mövcuddur. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və onun tərəfindən qəsdən törədilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Ağayev X4 Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. MəhkəməTəqsirləndirilən şəxs cavan olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, onun əməlində cəzanı ağırlaşdıran halların olmadığını, ondan götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin çəkisini, növlərini və dövriyyəsi qadağan olunmuş həmin maddə və vasitələrin insan sağlamlığına təsirini və zərərini, həmçinin Təqsirləndirilən şəxs tərəfindən psixotrop maddənin yetkinlik yaşına çatmayan şəxs Şahid8 satılmasını (satıldığı vaxt yetkinlik yaşına çatmamışdır), eləcə də işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına əsasən yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona məhkəmə tərəfindən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx xxxx 2019-cu il tarixli, 1589 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, narkomaniyadan məcburi qaydada müalicə olunmalıdır. Eyni zamanda təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlancında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 499,77 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 19.790 qram olan psixotrop maddə metamfetamin, qalıq sayı 37 ədəd həbdən ibarət metadon tipli dərman preparatı, Şahid8 üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.005 qram olan psixotrop maddə metamfetamin hazırki cinayət işi üzrə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 499,77 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 19.790 qram psixotrop maddə metamfetamin, qalıq sayı 37 ədəd metadon tipli dərman preparatı, Şahid8 üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.005 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-292/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-292/2020
30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver