Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-292/2021 04.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 Abulqədir qızının iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivi nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi toxumlardan istifadə etməklə 2020-ci ilin aprel ayında qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi,Bağlar massivi,nömrəsiz bağ sahəsində qəsdən külli miqdarda əkib aqrotexniki qaydada qulluq edərək yetişdirməklə kultivasiya etmiş və xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivi, nömrəsiz bağ sahəsinə baxış keçirilən zaman həyətyanı sahədə torpaq örtüyündə əkilibbecərilməsi qadağan olunmuş, aqrotexniki qaydada qulluq edilməklə əkilib yetişdirilmiş külli miqdarda, yəni ümumi sayı 80 (səksən) ədəd ümumi təmiz çəkisi 1805 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, qaynatasının ona bağışladığı torpaq sahəsində 2020-ci ilin aprel ayının 5-də narkotik bitki olan marixuana, yəni çətənə bitkiləri əkmiş, hər gün əkdiyi marixuana bitkilərinə qulluq etmiş və yağış olduğu üçün həmin bitkilər özləri sulanmışdır. Həmin bitkiləri əkməkdə məqsədi onlardan istifadə etmək olmuşdur. Həmin marixuana bitkilərindən satmamışdır. Onun həyətindən 80 ədəd kol aşkar olunmamış, təxminən 10-15 ədəd kol aşkar olunmuşdur, qalan kolları isə polis əməkdaşları özləri onun həyətinə qoymuşlar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivi nömrəsiz evdə 12 ildir ki, ailəsi ilə yaşayır, 3 övladı var, rəsmi nigahdadır, məhkumluğu yoxdur, orta təhsillidir. Əkib becərdiyi həyətyanı sahə 5 sotdur, hasarlıdır, içərisində tikili yoxdur, torpaq sahəsi qaynatası Şahid3dur, lakin ona oranı 3 ildir ki, bağışlayıbdır. Qaynatası ondan aralıda yaşayır. Orada 2020-ci ilin aprel ayının 5-də narkotik bitki olan marixuana yəni çətənə bitkiləri əkmişdir, toxumları 1-2 ildir ki, ondadır. Hər gün əkdiyi marixuana bitkilərinə qulluq edir və vaxtaşırı sulayır. Həmin bitkiləri əkməkdə məqsədi satıb dolanmaq olmuşdur. Çünki onun bir sıra xərcləri vardır. Buna baxmayaraq hal-hazıradək həmin marixuana bitkilərindən satmamışdır və lakin özü arada istifadə etmişdir. Orada təxminən 80 ədəd kol olmuşdur. O, maddi sıxıntıda olduğu üçün satış məqsədilə çətənə bitkilərini əkərək yetişdirmişdir. Çətənə bitkisinin toxumlarını 1-2 il əvvəl marixuanadan istifadə edərkən toxumlarını oradan götürmüşdür. Çətənə bitkisini külli miqdarda əkməkdə məqsədi sataraq maddi ehtiyaclarını ödəmək olmuşdur. Heç kim ona köməklik göstərməyib o, bunu tək eləmişdir. Heç kimin xəbəri olmamışdıir ki, o, həyətdə çətənə əkibdir. Bağ sahəsi yaşadığı evdən təxminən 400 metr məsafədədir və onun istifadəsində olmasına baxmayaraq ailə üzvləri bağ sahəsinə heç zaman gəlməyiblər, buna görə də onun əkməyindən xəbərləri olmayıbdır. Başqa cinayət törətməmişdir, polis əməkdaşları tərəfindən ona qarşı ümumiyyətlə, hər hansı bir təsir, təzyiq və ya fiziki zokarlıq göstərilməmişdir. O, ruhi və psixi cəhətdən sağlamdır, heç bir xəstəliyi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu RPİ-nin 42 PB-nin sahə inspektoru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır, xx xxx 2020-ci il tarixdə 42-ci PB-nin inzibati ərazisində əməliyyat yolu ilə Təqsirləndirilən şəxs adlı 1985-ci il təvəllüdlü şəxsin Nardaran qəsəbəsi, Ləhiş bağları, nömrəsiz həyətyanı sahədə narkotik bitkilər əkməsi və kultivasiya etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumatı iş yoldaşı Şahid1 əldə edib, 42-ci PB-nin rəisinə raportla müraciət etmiş, PB-də onunla birlikdə məliyyat qrupu yaradılmışdır. Saat 16 radələrində o, əməliyyat qrupu ilə birlikdə Ləhiş bağları adlanan yerdə həmin şəxsi aşkar edib ona yaxınlaşıb özünü təqdim etmiş, həmin şəxsi 42-ci PB-nə dəvət etmiş, sonra həmin şəxsi 42-ci PB-nə gətirmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olması bir daha müəyyən edilmişdir.Sonrakı zamanda onun həyətyanı sahəsinə videoçəkilişlə dəvət edilmiş aqronomun iştirakı ilə baxış zamanı 4 sot ölçülü həyətyanı sahədən olan daş hasarlı həyətin sağ tərəfində hündürlüyü 10-20 sm olan 80 ədəd bitki kollan aşkar edilmişdir. Təqsirləndirilən şəxs bunların çətənə kolları olduğunu deyib, özü əkdiyini bildirmiş, xeyli miqdarda pul borcu olduğundan gələcəkdə satmaq niyyətində olduğunu söyləmişdir. Sonra bitkilər qablaşdırılaraq sənədləşdirilmiş, tərəfindən imzalanmış, Ağarza adlı şəxsə heç bir təzyiq olunmamışdır. Sorğu zamanı o, kolların toxumunu bir neçə il əvvəl marixuanadan istifadə edərkən toxumlarını saxladığını bu il əkdiyini bildirmişdir. Şahid1 ibitidai istintaq zamanı verdiyi, məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki , uzun müddətdir ki, fərdi işlə məşğuldur, məhkumluğu yoxdur, Ağarza kürəkənidir, Dilşad qızıdır. Onlar uzun illərdir ki, evlidirlər, övladları vardır. Qeyd olunan 4-5 sot torpaq sahəsini 3-4 ildir ki, ona hədiyyə etmişdir, həmin 4-5 sot boş torpaq sahəsində onun evi olmadığından atasının evində yaşadığından ev tikməyi tövsiyyə etmişdir. Özü yataq xəstəsi olduğundan 2 ildir ki, evdən çıxa bilmir, Ağarzanın bu əməlindən xəbəri olmamışdır. O, Ağarza ilə əlbir deyil, cinayət hadisəsindən xəbərsizdir. Cinayət işinin 49-53-cü vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının xx xxx 2020ci il tarixli 7/233 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd polietilen torbadakı ümumi sayı 80 (səksən) ədəd, yaş vəziyyətdə, ümumi təmiz çəkisi- 1805 qram olan bitki nümunələri, əkilib- becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Cinayət işinin 79-cu vərəqində olan qərardan görünür ki, aşkar edilərək götürülmüş narkotik tərkibli bitkilər və baxışdakı görüntüləri əks etdirən DVD disk maddi sübut qismində tanınmışdır. Cinayət işinin 129-130-cu vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1999 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında, keçirilmiş baxışla bağlı videogörüntülər olan diskə baxış keçirilmiş, həmin diskdəki görüntülər iş materiallarına uyğundur. Təqsirləndirilən şəxs əməli cinayət işi üzrə özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və digər zəruri istintaq hərəkətləri ilə tam sübuta yetirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 24, 95-97-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən şübhəli şəxs qismində tutularaq sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Himayəsində 3 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 69,82 AZN (altmış doqquz manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Bakı şəhər Sabunçu rayon polis idarəsində saxlanılan, aşkar edilərək götürülmüş ümumi sayı 80 (səksən) ədəd, yaş vəziyyətdə, ümumi təmiz çəkisi- 1805 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, baxış zamanı görüntüləri əks etdirən DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 150 AZN (yüz əlli manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs 69,82 AZN (altmış doqquz manat səksən iki qəpik) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Bakı şəhər Sabunçu rayon polis idarəsində saxlanılan, aşkar edilərək götürülmüş ümumi sayı 80 (səksən) ədəd, yaş vəziyyətdə, ümumi təmiz çəkisi- 1805 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, baxış zamanı görüntüləri əks etdirən DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 150 AZN (yüz əlli manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov