Məhkəmə qərarları › İş №1(101)-292/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-292/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-292/2024 05.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X19 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan mərhum etmişdir. Belə ki, o, xalası X8 əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs tərəfindən şərikli taksi fəaliyyəti ilə məşğul olmaq üçün ona idarəetməyə verilmiş **- RS-*** dövlət qeydiyyat nömrə nişanlı, “Renault Megane” markalı avtomobilin ondan geri tələb edilməsi ilə bağlı aralarında yaranmış anlaşılmazlıqla əlaqədar biri-birilərini əvvəllər təhqir etmələri səbəbindən şəxsi münasibətlərinin pozulması ilə bağlı məsələləri aydınlaşdırmaq məqsədi ilə 04 avqust 2020-ci il tarixdə Zərərçəkmiş şəxsla telefonla danışaraq həmin gün sonuncunun yaşadığı ünvan 2 ünvanının qarşısında görüşmələrinə razılaşmış, telefon danışığı zamanı da ona hədə-qorxu gəlməklə təhqir etməsi səbəbindən Zərərçəkmiş şəxs öldürməklə ondan qisas almaq qərarına gəlmiş, həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə birgə yaşadıqları tanışı Şahid1 kirayədə yaşadığı ünvan 3 ünvanından zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağını özü ilə götürərək narkotik və psixotrop maddələrin, həmçinin spirtli içkinin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyətində Zərərçəkmiş şəxsla razılaşdıqları ünvana gəlmiş, onu bir neçə dəqiqə axtararaq 05 avqust 2020-ci il tarixdə saat 00:10 dəqiqədə binanın qarşısında tapdıqdan sonra mübahisə edərkən Zərərçəkmiş şəxs beysbol taxtası ilə onun baş nahiyəsindən vuraraq başın təpə nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməsi, həmçinin həmin vaxt orada olan Zərərçəkmiş şəxs tanışları baş vermiş münaqişəyə müdaxilə edərkən ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sağ pəncənin 1 barmağının distal falanqasının kənarı sınığı, sağlamlığa zərərvurmayan xəsarətlər olan sağ əlin İİ-İİİ barmaqların sıyrıqları xəsarətləri yetirildiyindən əvvəlcədən onu qəsdən öldürmək üçün götürərək üzərində gəzdirdiyi dəstəyi tünd-qəhvəyi rəngli taxta materialdan, bir kənarı iti, digər kənarı küt, bozumtul-gümüşü rəngli metal materialdan olmaqla yuxarı xətt üzrə uzunluğu 195 mm, eni əsasında 34 mm, ortada 28 mm və ucunda 1 mm olan tiyəli mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə sonuncuya həyat üçün vacib orqan hesab edilən başın sol təpə nahiyəsində sol təpə sümüyünü deşərək kəllə boşluğuna nüfuz edən və baş beyni zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara kimi sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmiş, Zərərçəkmiş şəxs həmin xəsarətdən 2020-ci ilin avqust ayının 5-dən sentyabr ayının 21-dək və 2022-ci ilin mart ayının 25-dən 26-dək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, 2020-ci ilin sentyabr ayının 22dən oktyabr ayının 6-dək və 2021-ci ilin fevral ayının 13-dən 24-dək 5 saylı Şəhər Kliniki Xəstəxanasında, eləcə də ev şəraitində uzun müddət müalicə olunmasına rəğmən yetirilmiş xəsarətlə bağlı baş verən ağırlaşmalar nəticəsində yaranan postravmatik beyin infarktı, ensefalopatiya səbəbindən 27 mart 2022-ci il tarixdə ölməsi ilə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, hadisədən təxminən 3 (üç) il əvvəl müxtəlif avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Şahid1 ilə sevgili münasibətləri olmuş və Səbinə işləməməklə Yasamal rayonu, Z.Kərimov küçəsində həyət evində kirayədə yaşamışdır. O da çox vaxt Səbinə ilə məhz həmin evdə yaşamışdır. İstifadəsində ***-***-**-** mobil nömrə olmuşdur. Zərərçəkmiş şəxs onun doğma xalası Nailə Əliyevanın keçmiş əridir. Xalası Nailə əri Əlidən boşanmışdır. Zərərçəkmiş şəxs ünvan 4 ünvanındakı yaşayış binasının 9-cu mərtəbəsində nömrəsini bilmədiyi 2 otaqlı mənzildə yaşamış və taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onunla bir qohum kimi münasibətləri həmişə normal olmuş, lakin xalası ayrıldıqdan sonra ailələri arasında münasibət çox da yaxşı olmamış, atası ona Əli ilə yaxın münasibət saxlamamağı demişdir. Son zamanlarda onları qohumluq münasibətləri ilə yanaşı avtomobil və narkotik vasitələrdən birgə istifadə etmələri də birləşdirmişdir. Nəşə və metamfetamin adı ilə tanıdıqları narkotik vasitələrdən istifadə etmiş, onları alanda hər ikisi maddələri almaq üçün pul qoymuşdurlar. Narkotik vasitələri Əlinin tək yaşadığı kirayə tutduqları evdə birlikdə istifadə etmişdirlər. Hadisədən təxminən 3-4 ay əvvəl Əliyə məxsus gümüşü rəngli **-RS-*** dövlət qeydiyyat nişanlı, “Renault Meqane” markalı avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq üçün Əlidən gecələr götürmüş, gündəlik ona 20 manat pul vermişdir. Aralarında Əli ilə təxminən hadisədən 1 (bir) həftə əvvələ qədər hər hansı problem olmamış, təxminən 1 (bir) həftə əvvəl, saat 23 radələrində yenə Əlinin yaşadığı ünvan 4 ünvanına gedərək onun yaşadığı evdə “Renault Meqane” markalı avtomobilə görə 20 manat pulu vermişdir. Həmin vaxt yanında Səbinə də olmuşdur. Əli ona içkili halda “nə qulluq edə bilərsən” dedikdə o binanın yanında olan marketə düşə biləcəklərini bildirmiş və onlar marketə düşmüşlər. Marketdə Əli özünə lazım olan ərzaqları aldıqdan sonra o üstündə pul olmadığından həmin malları nisyə götürmüşdür. Marketdən çıxdıqda Əli onun malları nisyə aldığını görüb marketə qayıdıb onun barəsində “bu fuflodu” deyib pulu verməyəciyini marketdəkilərə demiş, o da ona “ayıb olsun” deyib dükandan çıxmışdır. Bundan sonra Əli ona telefonla zəng vurub ağır “var-yox” söyüşləri söyərək avtomobili gətirib təhvil verməsini istəmiş, o isə acıq etdiyindən avtomobili qaytarmamışdır. Acığı soyuduqda sonra bir dəfə avtomobili Əliyə təhvil vermək üçün onların evinə getdikdə Əlinin əlində bıçaq görüb avtomobildən düşməyib sürüb getmişdir. Əlinin əlində bıçaq olmasını həmin vaxt avtomobildə olan Səbinə də görmüşdür. Hətta bıçaqla maşını cızmış, maşının üstündə izlər qalmış, həmin izlərlə bağlı da ekspertiza keçirilmişdir. Həmin günün səhərisi avtomobili yenə istədikdə avtomobili vermədiyi üçün Əli Səbinəgilin yaşadığı evin qapısını təpikləyib getmişdir. Sonradan Əli ilə danışdıqda ondan üzr istəməsini tələb etdikdə Əli ondan üzr istəməyəcəyini, Yasamal uşaqlarına dediyini, onu evə girib-çıxanda vurduracağını bildirmiş, adlarını demədiyi adamlar tərəfindən götüzdürəcəyini demişdir. Sonradan, yəni hadisədən təxminən 3-4 gün qabaq o “Renault Meqane” markalı avtomobili “İnşaatçılar” metrostansiyasının yaxınlığına qoyduqdan bir müddət sonra Əli ona “Whatsapp”la səs ataraq avtomobili tapdığını, ehtiyat açarı ona qaytarmağını demiş və yenə ona söyüş söymüş, harada olub-olmadığını soruşub onun yaşadığı evə gəlməyini istəmiş, o isə hər hansı problem olmasın deyə getməmiş, Əliyə söyüşlə cavab qaytarmışdır. Bundan sonra da Əli davamlı olaraq ona mesajlar yazmış, hədə-qorxu gəlmişdir. 2-3 gün sonra isə Əli ilə hər hansı danışığı və görüşü olmamışdır. 04 avqust 2020-ci il tarixdə, saat 19-20 radələrində o Səbinənin yaşadığı evdə olarkən Əli ona mobil telefonla zəng vurub harada olduğunu soruşaraq, Sumqayıtdan gəldiyini, görüşmək istədiyini, aralarında olan söz-söhbəti bağlamağı bildirdikdə Əliyə gəlməyəcəyini demiş, daha sonra Əli telefonu kiməsə vermiş, kim olduğunu bilmədiyi telefondakı adam ona “səni gözlüyürük. 6-7 nəfər, sən də kimi istəyirsən yığıb gətir, gəl söhbət edək” demişdir. O cavabında “gəlsəm, tək gələcəm” deyə bildirmiş, həmin şəxs də ona “gəlsən qulaqlarını kəsəcəyəm, cibində gedəcəksən" demişdir. Həmin gün saat 23:30 radələrində o özünümüdafiə məqsədilə, özünü qorumaq üçün Səbinəgilin evindən dəstəyi qəhvəyi rəngli, dəstəyi təxminən 25-30 sm olan mətbəx bıçağını götürüb belinə qoymuş, Əlinin yaşadığı ünvan 4-ə tərəf getmişdir. Onun arxasınca Səbinə də evdən çıxmış, ancaq bıçağı götürməyini görməmişdir. Səbinə Əlinin əvvəllər ona “var-yox söyüşü” söyməsini bilmişdir. Səbinə ilə birlikdə piyada Əlinin yaşadığı ünvan 4-in qabağına getmişlər. Əlinin yaşadığı mənzilin qapısını döysə də, qapını açan olmamışdır. Zəng vursa da, Əli telefonu götürməmiş, bir qədər binanın ətrafında Səbinə ilə birlikdə hərləndikdən sonra, marketdən Əlini soruşmuş, ordakılar onu görmədiklərini bildirmişdilər. Bir qədər sonra Əlini binanın birinci mərtəbəsində bərbərxananın qarşısında olduğunu görmüş, Əli də onu görmüş və ona “məni kimdən soruşmusan məhlədə, ay oğraş” demişdir. O Əliyə cavab qaytarmamışdır. Əlinin yanından iki nəfər, cavan və orta yaşlı oğlan ona yaxınlaşıb nə olduğunu soruşduqda o tanımadığı həmin oğlanlara Əli ilə aralarında ağır söyüş olduğunu bildirmiş, onların bu işə qarışmamasını demişdir. Bu vaxt saat 00:05-00:10 radələri olmuşdur. O Əliyə ona “oğraş” deməsinə görə “var-yox” söyüşü söyərək cavab vermişdir. Bir qədər sonra dövlət qeydiyyat nişanını görmədiyi qara rəngli “Mercedes Viano” markalı avtomobil həyətə gəlmiş və içindən 2-3 nəfər kişi düşmüşdür. Əli onları gördükdən sonra qaçaraq qəflətən əlində beysbol taxtası ilə ona yaxınlaşıb başından vurmuşdur. İlk öncə o Əlini binanın qabağında görəndə əlində beysbol taxtası olmamış, onun həmin taxtanı sonradan haradan əldə etməsini görməmişdir. Ola bilsin ki, ya bərbərxanadan, ya da ki, məhləyə gələn avtomobildən düşən şəxslər ona vermişdir. Başı zərbədən qanamış və o yerə yıxılmışdır. Yerə yıxıldığı vaxt Əlinin yanında olan və “Mercedes Viano” markalı avtomobildən düşən şəxslər onu yumruq, təpiklə vurmuşlar. Zərbələr nəticəsində başı bərk əzilmişdir. O üzü-gözü qan içərisində onların əlindən qaçıb belindəki bıçağı çıxardıb sağ əli ilə, Əli ondan boyca balaca olduğundan yuxarıdan aşağıya bir dəfə zərbə vurmuş və dərhal oradan uzaqlaşmışdır. Bıçağın hara düşməsini görməmiş, deyəsən bıçaq heç yerə də düşməmişdir, həmçinin bıçağın Əlinin hansı nahiyəsinə dəyməsini də görməmişdir. Bıçaqla Əliyə xəsarət yetirməkdə məqsədi onların ondan əl çəkməklərini istəməyi, döyülmək istəməməyi, sadəcə onları qorxutmaq olmuşdur. Səbinə həmin vaxt onlardan aralıda dayanmış, onun harada olması, dava-dalaşa müdaxilə edib-etməməsini görməmişdir. Lakin hadisə yerindən Səbinə onun arxasınca qaçmış və onlar birlikdə Yasamal rayonu, Yeni Yasamal-1 ünvandakı “Bəyaz” marketin qarşısına getmişlər. Həmin vaxt başından axan qana görə sifəti və əynində olan çəhrayı rəngli qısaqol köynəyi qan olmuş, “Bəyaz” marketin qarşısında Səbinəyə evinə getməsini bildirmiş və öz nömrəsindən atasına zəng vurub onu gəlib aparmasını demişdir. Təxminən 10-15 dəqiqə sonra atası öz avtomobili ilə həmin yerə gələrək onu evə aparmış, Səbinə isə öz evinə getmişdir. Atasına Əli ilə söyüş üstündə dava-dalaş olduğunu desə də bıçaqla Əlini vurduğunu deməmiş, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Evdə olanda əynində olan köynəyini dəyişmiş, başına anası ilkin tibbi yardım göstərmişdir. Anasına da hadisə barədə atasına dediyi kimi danışmışdır. Evdə olanda sağ ayağı üstündə gəzə bilmədiyini hiss etmiş, sağ ayağının barmaqları sınmışdır. Ayaq barmaqlarının hadisə nəticəsində necə sınmasını, konkret olaraq kimin zərbəsi nəticəsində sınmasını bilmir. Ona görə də atası onu 05 avqust 2020-ci il tarixdə, saat 03 radələrində Nəsimi bazarının yaxınlığındakı Travmotologiya İnstitutuna aparmış, həmin yerdə ayağına həkimlər gips qoymuş və barmağının sındığını demişlər. Həkimlərə yalandan Maştağa qəsəbəsində yerləşən bağlarında yıxıldığını bildirmiş, sonra evə gəlmişlər. Yenə də hadisə barədə heç kəsə heç nə deməmişdir. 05 avqust 2020-ci il tarixdə o atası ilə birlikdə evdə olan zaman Yasamal rayon Polis İdarəsindən atasına zəng gəldikdə atası hadisə barədə məlumat əldə etmiş, həmçinin o vaxt bıçaqla Əlinin başından vurduğunu bilmişdir. Bundan sonra baş verənləri atasına danışmış, ona Əlini bıçaqla vurduğunu bildirmiş və bütün bunları Əlinin ona “var-yox” söyüşü etməsinə, dəfələrlə hədə-qorxu gəlməsinə görə etdiyini bildirmişdir. Bundan sonra saat 11:30 radələrində atası ilə birlikdə polis idarəsinə gəlib polis əməkdaşlarına təslim olmuşdur. Törətdiyi əməldən, yəni Zərərçəkmiş şəxs bıçaq xəsarəti yetirdiyi üçün peşmandır, onu öldürmək fikri olmamışdır. Hadisədən iki ay əvvəl Zərərçəkmiş şəxsla birlikdə onun yaşadığı mənzildə Əli tərəfindən təklif edilən marixuananı könüllü olaraq tütün formasında çəkib istifadə etmiş, hadisə baş verən gün isə az miqdarda spirtli içki olan pivə içmişdir. Ailəsi tərəfindən zərərçəkmiş şəxsin sağalması üçün bütün tibbi xərclər ödənilmişdir. Hətta bununla bağlı ailəsinin maddi vəziyyəti pisləşmişdir. Buna baxmayaraq Zərərçəkmiş şəxs ölmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisinin ölümünə səbəb onun yetirdiyi xəsarət yox, digər xəstəlikləri olmuşdur. Ona görə də onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinə tövsif edilməsi, ona həmin maddədə nəzərdə tutulan ən yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X16 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs hadisə ilə bağlı tanımışdır. Əli əvvəllər evli olmuş, hadisədən təxminən 5 il əvvəl həyat yoldaşından və övladlarından ayrı yaşamağa başlamış, lakin rəsmi olaraq boşanmamışdır. Nailə adlı bir qadınla qeyri-rəsmi münasibətləri olmuş, Nailə əvvəl Əlinin nişanlısı olmuş, Əli əsgərlikdə olan vaxt Nailə başqasına qoşulub qaçmışdır. 26 il sonra hardasa rastlaşandan sonra yenidən aralarında münasibət yaranmış, birlikdə yaşamağa başlamışlar. Əli hadisədən təxminən 1 il əvvəl Nailədən də ayrılmış və Bakı şəhəri, ünvan 4 ünvanında kirayədə tək yaşamışdır. Uzun müddət '‘Renault Megane” markalı gümüşü rəngli avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin avtomobili bəzən gündüzlər Nailənin bacısı oğlu, üzdən görmədiyi İbrahim adlı oğlana 20-30 manata icarəyə verərək birlikdə istifadə etmişlər. Ancaq onların münasibətlərinin konkret olaraq necə olması barədə hər hansı məlumatı olmamışdır. Belə ki, Əli öz işləri ilə məşğul olmuş, onun işləri barədə ətraflı məlumatı olmamışdır. Bildiyinə görə İbrahimlə Əlinin avtomobilin gündəlik icarə haqqını verməmək üstündə mübahisələri düşmüşdür. Ancaq aralarındakı mübahisənin konkret olaraq nədən ibarət olması, nələrin baş verməsini bilməmişdir. Hadisədən qabaq digər qardaşı rəhmətə getdiyindən Əli ilə birlikdə yas mərasimində olmuşlar. Rəhmətə gedən qardaşının ikinci cümə axşamısı olan gün Əliyə zəng gəlmiş, bundan sonra qardaşı Əlinin kənara çəkilib danışdığını, əsəbləşdiyini görmüşdür. Birdən birə onda olan dəyişiklikdən nəsə baş verdiyini anlamışdır. Əli ona yenə maşınla bağlı nəsə baş verdiyi demiş, o da qardaşına maşını İbrahimdən almağını, əlaqəsini kəsməyini demiş, qardaşı da ona Nailəyə görə nəsə edə bilmədiyini demişdir. Hadisə baş verəndən 10 gün qabaq evlərində bu söhbətlər baş vermişdir. Onların evində yas mərasimi olmuşdur, odur ki, həmin gün Əli onu davaya çağıra bilməzdi. Evlərində yas məclisi olduğundan hadisənin tam olaraq necə olmasını bilməmiş, əvvəl maşınla qəza olduğunu düşünmüşdür. 05 avqust 2020-ci il tarixdə səhər saatlarında qardaşı Əlinin İbrahimlə yaşadığı evin qarşısında mübahisəsinin düşdüyünü, dava-dalaş zamanı İbrahimin əlində olan bıçaqla Əlinin başından xəsarət yetirdiyini, Əlinin Respublika Klinik Xəstəxanasına yerləşdirildiyini öyrənmiş, sonradan İbrahimin tutulduğunu bilmişdir. Əli uzun müddət müalicə olunmuş, xəstəxanadan çıxdıqdan sonra ona özü baxmışdır, uzun müddət müalicə olunsa da, o 2022-ci ilin mart ayında vəfat etmişdir. İbrahim barəsində olan məhkəmənin hökmündən şikayət etdiyi üçün, o da şikayət etmişdir. Belə ki, İbrahim apellyasiya şikayəti verməsə idi, o da şikayət verməyəcəkdi. Qardaşı Əlinin xəstəxana və müalicə xərci İbrahimin atası tərəfindən ödənilmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ilin fevral ayından tanıyır. Onunla qeyri-rəsmi nikah münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vasitəsi ilə tanımışdır, zərərçəkmiş şəxsin hüquqi varisi X9 isə tanımır. Onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. O Təqsirləndirilən şəxsla təxminən 3 il birlikdə kirayədə yaşamış, İbrahim hər gün evə gəlmiş, bu illər ərzində 1-2 dəfə evə gəlməməsi halı olmuşdur. O özü işləməmiş, ailəsi ona pul göndərmişdir. İbrahim hadisədən 2-3 ay əvvəl Əlidən maşın icarəyə götürərək taksi sürücüsü kimi işləmiş, gündəlik 25, 30, 40, 50 manat pul qazanmış, həmçinin ona da evdən pul vermişdirlər. Yaşadıqları evin kirayə pulu 200 manat olmuş, ikisi də kirayə pulunu ödəmişlər. Əli ilə İbrahimin təxminən 1 illik tanışlıqları olmuş, Əli onların evinə gedib-gəlmişdir. O da Əli çağırdıqda İbrahimlə birlikdə sonuncunun evinə tez-tez olmasa da gedib gəlmişdir. Əvvəl münasibətləri normal olmuş, sonradan maşın məsələsinə görə aralarında problem yaranmış, dava-dalaş etməyə başlamışlar. Həm də münasibətlərinin pozulmasına içkinin də səbəb olduğunu düşünür. Əli içkili vaxtlarından birində İbrahimə söyüş söymüşdür. Əli ilə İbrahimin narkotik vasitə istifadə etdiyini bilməmiş, buna şahid olmamış, özü də narkotik vasitələrdən istifadə etməmişdir. Hadisədən bir neçə gün əvvəl də Əli İbrahimə bıçaq çəkmiş, bıçağı onların üzərinə atmaq istəmiş, lakin onlar qaçıb uzaqlaşmışlar. Əli İbrahimə zəng edərək söyüş söymüş, hədəqorxu gəlmiş, kimisə göndərəcəyini demiş, səhər-axşam onların qapısına gələrək söyüşlər söymüşdür. Onların yaşadıqları evə gəlmiş, lakin onlar qapını açmamışlar. İbrahimin iki nömrəsi olmuş, birini o, digərini ***-***-**-** mobil nömrəsini İbrahim özü istifadə etmişdir. Hadisə baş verən gün zəng olub-olmamağını dəqiq xatırlamır. Hadisə günü Əli İbrahimə dəqiq xatırlamadığı iki nömrəsindən birinə zəng edərək görüşmək istədiyini demiş, İbrahim isə ona yoldaşının evdə olduğunu, onların evinə gəlməməsini demişdir. Sonradan İbrahim özü onunla danışmağa getmiş, sonrasında da bu hadisə baş vermişdir. İbrahim evdən çıxanda Əli ilə danışmağa getdiyini başa düşmüş, o da onun arxasınca evdən çıxmışdır. İbrahim Yasamala, Əlinin yaşadığı evin həyətinə getmişdir. Yay ayı olduğu üçün həyətdə insanlar çox olmuşdur. Həmin vaxt Əli özü kişi salonundan çıxmış, həmçinin bir maşın onlara yaxınlaşmış, içindən 5-6 nəfər düşmüşdür. O İbrahimgildən bir az aralıda dayansa da danışılan söhbətləri, mübahisələrini eşitmişdir. İbrahim və Əli bir-birini qarşılıqlı söyməyə başlamış, sonuncu əlindəki bita beysbol taxtası ilə İbrahimin başına vurmuş, İbrahim yerə yıxılmışdır. Hadisə vaxtı Əli orada tək olmamış, yanında dostları, tanışları olmuşdur. İbrahim yerə yıxılandan sonra Əli ilə gələn adamlar İbrahimin üstünə tökülüşmüş, onu döyməyə başlamışlar. Sonra o araya girərək qışqrmışdır. O araya girəndən sonra onlar İbrahimin üstündən çəkilmiş, İbrahim ayağa durmuş, Əlini bıçaqla vurmuşdur. Əli yıxılandan sonra ordakılar İbrahimin üstünə tökülüşüb onu yenə döymüşlər. O İbrahimə qaçmağını demiş, bundan sonra İbrahim hadisə yerindən qaçmış, o da onun arxasınca qaçmışdır. Yol gedən zaman İbrahim ona deyəsən Əlini bıçaqla vurduğunu demişdir. Onların hadisə yerindən aralanmaqları təxminən 2-3 dəqiqə çəkmişdir. İbrahimin maşınında bəzən bıçaq olmuşdur, lakin istintaq zamanı Əlinin vurulduğu bıçaq ona göstəriləndə bilmişdir ki, həmin bıçaq onun evindəki bıçaqdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hadisə zamanı görmüş, Zərərçəkmiş şəxs qonşu kimi tanımış, zərərçəkmiş şəxsin hüquqi varisi X9 isə tanımır. Onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. Hadisədən xeyli müddət keçdiyinə görə olanları tam xatırlamır, lakin hadisədən təxminən 10 gün sonra istintaq orqanına çağırılanda hər şeyi olduğu kimi danışmış, hazırda da o vaxt verdiyi ifadəsini təsdiq edir, orada yazılanlar ona aiddir. Anası ünvan 7 ünvanında olan mənzildə yaşadığından oraya tez-tez gedib gəlmişdir. Zərərçəkmiş şəxs binanın sakini kimi tanımışdır. Onunla heç bir münasibəti olmamış, həmçinin düşmənçilikləri də olmamış, sadəcə aralarında “salamsağol” olmuşdur. ünvan 7 ünvanın birinci mərtəbəsində yerləşən bərbərxanaya saçını düzəltmək üçün gedib gəlmişdir. Hadisə baş verən gün, yəni 05 avqust 2020-ci il tarixdə, gecə vaxtlarında bərbərxanada saçını düzəltdirmişdir. Səs-küy olduğuna görə o, həmçinin bərbərxanada olan digər şəxslər çölə çıxmışlar. Bu zaman Zərərçəkmiş şəxs bir nəfər şəxslə, sonradan adını bildiyi Təqsirləndirilən şəxsla söyüşdüyünü görmüşdür. Əli və İbrahim bir-birlərini nalayiq sözlərlə təhqir etmişlər. Zərərçəkmiş şəxs əlində beysbol taxtası, yəni “bita” olmuş, həmin “bita”nın Zərərçəkmiş şəxs haradan əldə etməsini görməmişdir. İbrahim yenidən Əliyə qarşı nalayiq ifadə işlədən zaman Əli əlindəki “bita” ilə İbrahimə hücum edərək onun baş nahiyəsinə vurmuş, o, “bita”nın şaqqıltı səsini eşitmişdir. Ani olaraq Əli və İbrahim bir-birləri ilə tutaşaraq yerə yıxılmışlar. O, həmçinin hadisə yerində olan Etibar, Cəbrayıl araya girərək onları aralamaq istəmişlər. Bu zaman İbrahim ayağa qalxaraq hadisə yerindən qaçmış, Əli isə yerə yıxılı vəziyyətdə qalmış, Əlinin başında bıçağın olmasını görmüş, ətrafda olanlar 102 və təcili tibbi yardım xidmətinə zəng etmişlər. Hadisə çox az, təxminən 30-40 saniyə çəkmişdir. Ətrafda məhlənin çoxlu sakinləri olmuşdur. Lakin qara rəngli “Mercedes Viano” markalı avtomobilin həyət gəlməsini, ondan şəxslərin düşməsini və onların İbrahimi döyməsini görməmişdir. Həmçinin onun tərəfindən də Təqsirləndirilən şəxs hər hansı xəsarət yetirilməmişdir. Təqsirləndirilən şəxs yanında bir nəfər qadın olsa da o hadisəyə müdaxilə etməmiş, kənarda dayanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Lütfiyar oğlu verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hadisə zamanı görmüş, Zərərçəkmiş şəxs qonşu kimi tanımış, zərərçəkmiş şəxsin hüquqi varisi X9 isə tanımır. Onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. 2020-ci ildə ünvan 7 ünvanın birinci mərtəbəsində yerləşən bərbərxanada bərbər işləyən Etibarın yanında bərbərliyi öyrənmək məqsədi ilə işləmişdir. Zərərçəkmiş şəxs isə həmin salona saçını kəsdirmək üçün gələn şəxslərdən biri olmuş, onu yaxından tanımamışdır. Hadisə baş verən günü, yəni 05 avqust 2020-ci il tarixdə, gecə saatlarında o, Etibar, Elşən və Elşənin müştərisi Rəşad bərbərxanada olmuşlar. Bərbərxananın qarşısında səs-küy eşidərək bayıra çıxmış və Zərərçəkmiş şəxs əvvəllər tanımadığı və görmədiyi bir nəfərlə, yəni Təqsirləndirilən şəxsla bir-birilərinə nalayiq ifadələr dediklərini görmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs əlində beysbol taxtası olduğunu görmüş və başqa bir hadisə baş verməsin deyə Əlinin əlindən həmin taxtanı almışdır. Zərərçəkmiş şəxs onlara Təqsirləndirilən şəxsla aralarında maşınla bağlı problem olduğunu desə də tam məlumat verməmişdir. O, Rəşad, Etibar yaxınlıqdakı marketə getmiş, yenidən bəbərxananın qarşısına gəlmişlər. Əlidən aldığı beysbol taxtası yenə onun əlində olmuş və hər hansı ciddi hadisə baş verəcəyini fikirləşmədiyi üçün başqa yerə tullamamışdır. Bərbərxananın qarşısına gəldikdə Əli onlara həmin oğlanın ona bıçaqla hədə qorxu gəldiyini, buna görə qorxduğunu bildirmiş, əlində olan beysbol taxtasını ondan almışdır. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yüksək səslə söyüş söymüş, Zərərçəkmiş şəxs da əlindəki taxta ilə İbrahim tərəfə cumaraq onun başından vurmuşdur. Hadisə ani baş verdiyindən İbrahimin Əlini necə vurmasını görməmişdir. Lakin Əli yerə yıxılı vəziyyətdə qaldığı zaman Əlinin başından bıçaqla vurulduğunu görmüşdür. İbrahimin başına Əli beysbol taxtası ilə vurmağını görsə də İbrahimin başqa şəxslər tərəfindən döyülməyini görməmiş, həmçinin özü də İbrahimə hər hansı xəsarət yetirməmişdir. Əli yerə yıxılandan sonra İbrahim və onun yanında olan qız qaçaraq getmişlər. İbrahim yanında olan qız kənarda dayanmış, həmin qızın mübahisəyə müdaxilə etməsini görməmişdir. Səs-küyə ətrafa çoxlu insan toplanmış, kimsə polisə və təcili yardıma məlumat vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hadisə zamanı görmüş, Zərərçəkmiş şəxs qonşu kimi tanımış, zərərçəkmiş şəxsin hüquqi varisi X9 isə tanımır. Onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. ünvan 7 ünvanın birinci mərtəbəsində yerləşən bərbərxanada bərbər işləyir. Hadisə o işdə olarkən baş vermişdir. Belə ki, 05 avqust 2020-ci il tarixdə, gecə saatlarında bərbərxanada işdə olmuş, bərbərxanada işçilər və müştərilər olmuşdur. Onlar bayırda olan səs-küyə çölə çıxmış və Zərərçəkmiş şəxsla sonradan tanıdığı Təqsirləndirilən şəxs uzaq məsafədən bir-birlərini nalayiq ifadələrlə təhqir etdiklərini görmüşlər. Təqsirləndirilən şəxs yanında bir nəfər qız da olmuşdur. Tam dəqiqliyi ilə görməsə də birinci Əli əlində olan taxta ilə İbrahimi vurmuş, onlar taxtanın sınması səsini eşitmişlər. Daha sonra Əli ilə İbrahim arasında münaqişə olmuş, onlar birbirilərinə girmişlər. Aralarınında olan münaqişə təxminən 15-20 saniyə çəkmişdir. İbrahim Əlinin baş hissəsindən bıçaqla vurmuş, Əli yerə yıxılmışdır. Daha sonra Əli üçün təcili tibbi yardım çağırmışlar. Polislər gələndə artıq İbrahim orada olmamışdır. Qaranlıq olduğundan İbrahimin üzündə xəsarətin olub-olmamasını görməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş ekspert X10 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X9 tanımır. Onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, T 796/2023 nömrəli ekspert rəyi onun tərəfindən verilmişdir və rəyin düzgünlüyünü təsdiq edir. Hazırki iş üzrə zərərçəkmiş şəxsin ekshumasiyası nəticəsində mərhumun aldığı xəsarətlərlə bağlı olaraq beyin toxumasının zədələnməsi, ağır açıq kələ-beyin travaması, o cümlədən kəllə sümüyünün sınıqları, əsasən də sol təpə sümüyündə 25 mm defekt aşkar edilmişdir. Buna görə də mərhum əməliyat olunmuşdur. O açıq ağır kəllə-beyin travmasının qalıq əlamətlərinə görə dəfələrlə stasionar və ambulator müalicələr almışdır. Müalicə almasına baxmayaraq şəxsdə patomorfoloji dəyişikliklərə əsasən beyin toxumasının atrofiyası müşahidə olunur. Çünki burada əsasən qan təhcizatı pozulur. Enslapatiya və bunun nəticəsində sinir hüceyrələrində oksigen yetməzliyi yaranır və sinir hüceyrələri ölür. Sinir hüceyrələrində özünü bərpaetmə funksiyası yoxdur və yenidən bərpa edə bilmir. Bu baxımdan həmin mərhumda beyin atrofiyası, beyin infarktı və beyin enslapatiyası və aldığı xəsarətin ağırlaşması nəticəsində ölüm baş vermişdir. Şəkərli diabetlə bağlı deyə bilər ki, mərhumun tibbi sənədlərində əvvəllər də şəkərli diabet xəstəliyindən əziyət çəkməsi ilə bağlı hər hansı qeydiyyat aparılmamışdır. Travma ilə əlaqədar olaraq qanda olan şəkərin səviyyəsi də qalxıb enə bilir və həmin məqamda da qalxa bilər. Lakin bununla onun ölümü arasında birbaşa olaraq səbəbli əlaqə mövcud olmur. Mərhumun ölümünün əsas səbəbi onun baş nahiyyəsinə yetirilmiş xəsarət və onunla bağlı ağırlaşmalar və fəsadlardır. Məhkəmə baxışı zamanı dindirilmiş ekspert X3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X9 tanımır. Onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, T 796/2023 nömrəli ekspert rəyi onun tərəfindən verilmişdir və rəyin düzgünlüyünü təsdiq edir. Verdiyi rəy üzrə gəlinən nəticənin əvvəlki rəylərlə heç bir fərqi yoxdur. Şəxs açıq kəllə beyin travması ilə xəstəxanaya daxil olmuş, cərrahi əməliyyat aparmaq yolu ilə orada olan yad cisim çıxarılmışdır. Həmin xəstə xəstəxanaya daxil olanda necə huşsuz vəziyyətdə olubsa, əməliyyatdan sonra da elə huşsuz vəziyyətdə də qalmışdır. Onunla bağlı inkişaf edən digər morfoloji dəyişiklər, beyin toxumasının atrofiyası, enslapatiya, beyin toxumasının yumşalması zəncir şəklində davam edərək nəhayət mərhumun ölümünə səbəb olmuşdur. Bu nəticəyə görə də belə qərara gəlinmişdir ki, yetirilən xəsarətlə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Əvvəlki rəylərdə mərhumun yetirilmiş xəsarət səbəbindən ölə biləcəyi qeyd olunmuşdur. Yeni rəydə isə həmin zədədən öldüyü qeyd olunmuşdur. Çünki şəxsin ölümünə birbaşa səbəb açıq kəllə beyin travmasından yaranan patomorfoloji dəyişikliklərdir. Araşdırılaraq müəyyən edilmişdir ki, şəxsdə əvvəl şəkərli diabet xəstəliyi olmamış, yəni xəstəxanaya daxil olanda şəkərin miqdarı normada olmuş, ambulator kartasında şəkər xəstəsi olması ilə bağlı qeyd olunmamış, onda şəkərli diabet xəstəliyinin yaranma səbəbi bilavasitə aldığı travmanın ağırlığı olmuş, ondan sonra da ağırlaşmalar baş vermişdir. Yəni mərhumun ölümünə səbəb şəkər xəstəliyi olmamışdır. Belə ki, beyin toxuması zədələndiyindən həmin mərkəz öz fəaliyyətini davam etdirə bilmir və xəstədə şəkərli diabet yarana bilər. Tibb elminə əsasən demək olar ki, bunun səbəbi keçirilən kəllə beyin travmasıdır. Şəkərli diabetin yaranma səbəbi də stres və travmadır. Ağırlaşmalarla şəkərli diabet nəticəsində hər hansı bir şəxs hiperqlikemik və hipoqlikemik komaya düşüb ölə bilər. Qanda şəkərin miqdarı 600-dən yuxarı qalxanda və ya 40-dan aşağı düşəndə insan hiperqlikemiya və hipoqlikemiyadan ölə bilər. Hər ikisi koma ilə nəticələnir. Amma bu xəstəliyin öz sematikası və gedişatı var. Mərhumun ölümündə bu əlamətlərin heç biri yoxdur. Burada birinci səbəb kəllə beyin travması olmuşdur. Şəkərli diabetin yaranma səbəbi də açıq kəllə beyin travması olmuşdur. Şəxs başında bıçaqla xəstəxanaya daxil olandan ölənə qədər səhhəti ilə bağlı baş vermiş bütün patologiyalar kəllə beyin travması nəticəsində yaranmışdır. Çünki bıçaq beyin mədəciklərini və toxumalarını zədələmişdir. Beyində isə bərpa olunma prosesi getmir, çünki beyin toxuması ən gec bərpa olunan toxumadır. Ordakı neyronlar 1 ilə 1 mm bərpa oluna bilir. Patomorfoloji dəyişikliklər zəncirvari şəkildə gəlib. Enslapatiya, beyin toxumasının yumşalması, hipotez sahələr – bunlar hamısı postravmatik hallarda yaranır. İstisna hallarda tibbi sənədlər də ölüm səbəbini müəyyən etməyə imkan verir. Tibbi sənədlərin təhlili ilə komissiya belə nəticəyə gəlib ki, şəxsin ölüm səbəbi konkret bu travmadır. Bu proses iki il tədricən davam etmiş və sonda ölümlə nəticələnmişdir. Rəyin əsaslandığı tibbi sənədlər şəxsin xəstəxanaya daxil olandan ölənə qədər əldə edilən tibbi sənədləridir: kompüter tomoqrammasında göstərilən əlamətlər, əməliyyat vaxtı göstərilən patoloji dəyişikliklər, əməliyyatdan sonra yaranan ağırlaşmalar. Əvvəlki ekspert rəyləri ilə müxtəliflik ola bilər. Belə ki, hər kəs fərqli rəy verə bilə, bu hamının müstəqil fikridir. Ekshumasiya bir il sonra olmuşdur, ona görə də histologiya ilə nəticəyə gedib çatmaq mümkün deyildir. Tibbi sənədlərdəki məlumatların heç biri diabetdən ölmə ehtimalını göstərmir. Sənədlərdən də görünür ki, ölümə səbəb ola biləcək başqa heç bir dəyişiklik yoxdur. Zərərçəkmiş şəxs ölümünə səbəb məhz baş nahiyəsindən aldığı bıçaqla yetirilmiş xəsarət olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri, Yasamal rayon prokurorluğunun müstəntiqi X17 tərəfindən tərtib olunmuş, Bakı şəhəri Yasamal rayon prokurorunun böyük köməkçisi Elvin Bəşirli, Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin prokuror-kriminalisti Ayaz Qayıbov, Yasamal RPİ-nin sahə rəisi Rüfət Şərifov, Yasamal rayonu, Yeni Yasamal- 2, Kənar dairəvi küçəsi, bina 11 ünvanında işləyən Şahid5, hal şahidləri X6, X11 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs bıçaqlanması ilə bağlı Yasamal RPİ-nin 29-cu PŞ-dən daxil olmuş məlumat əsasında hadisə yeri olan ünvan 8 ünvanının arxa hissəsinə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Hadisə ünvan 9 ünvanının qarşısıdır. Həmin yer bina 18 mərtəbəli yaşayış binasının arxa hissəsi, yəni giriş bloklarının olmadığı yerdir. Binanın arxa hissəsi müxtəlif yaşayış binaları ilə əhatə olunmaqla birinci mərtəbəsində müxtəlif iaşə obyektləri və dükanlar yerləşir. Həmin obyektlərin qarşısı piyadaların gediş-gəlişi üçün səki olmaqla səkinin yarı hissəsində baxış zamanı müxtəlif avotmobillərin dayandığı müşahidə edilmişdir. Bundan başqa səkinin yan tərəfi avtomobil yoludur. Həmin yolun sol tərəfində də müxtəlif avtomobillər dayanmışdır. Baxış zamanı 11 nömrəli binanın arxa hissəsində, binanın mərkəzində, birinci mərtəbədə yerləşən “Limon” meyvə tərəvəz dükanının və “Aura” adlı qadın gözəllik salonunun qarşısında səki və avtomobil yolunda dayanmış göy rəngli “Mercedes Vito” markalı avtomobil vardır. Həmin avtomobilin qabaq sağ tərəfində, təkərin yanında yerdə asfalt üzərində qana bənzər ləkələr, sınaraq iki hissəyə ayrılmış beysbol taxtası, bir ədəd qara rəngli sağ ayaq üçün kişi ayaqqabısının olduğu müəyyən olunmuşdur. Həmin qana bənzər ləkələrdən pambıq tamponla üç ədəd pambıq tamponla nümunə, asfaltın üzərindən sınaraq iki hissəyə ayrılmış beysbol taxtası, bir ədəd qara rəngli sağ ayaq üçün kişi ayaqqabası da götürülməklə müvafiq qaydada qablaşdırılıb, Yasamal rayon prokurorluğunun zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmişdir. Baxış zamanı həmin “Mercedes Vito” markalı avtomobildən bir qədər aralıda binanın qarşısındakı səkinin qırağında tünd qəhvəyi rəngli taxta materialdan olan sınmış vəziyyətdə, yəni tiyəsi üzərində olmayan bıçaq dəstəyi aşkarlanmışdır. Həmin sınmış bıçaq dəstəyi də götürülməklə müvafiq qaydada qablaşdırılıb, Yasamal rayon prokurorluğunun zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmişdir. Baxışda iştirak edən Şahid5 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat təxminən 00:10 radələrində ünvan 8 ünvanının arxa hissəsində, “Limon” meyvə tərəvəz dükanının və “Aura” adlı qadın gözəllik salonunun qarşısında tanışı Zərərçəkmiş şəxs adını bilmədiyi bir nəfər şəxslə mübahisəsi, dava-dalaşı düşmüşdür. Əli Zərərçəkmiş şəxsndə olan beysbol taxtası ilə həmin oğlanın başından vurmuş, həmin oğlan isə əlində olan bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirərək qaçmış, bıçağın sınmış tiyəsi Zərərçəkmiş şəxs baş nahiyəsində qalmışdır. Baxış zamanı həmin sınmış bıçaq tiyəsi baxış keçirilən ərazidə aşkar olunmamışdır. Baxış axşam, qaranlıq havada, süni işıqlandırma şəraitində aparılmış, baxış zamanı yuxarıda götürülənlərdən başqa iş üzrə əhəmiyyət kəsb edən digər hər hansı əşya, predmet və sair aşkar edilməmiş və götürülməmişdir. Baxış zamanı foto çəkilişdən istifadə olunmuş, fotoşəkillər protokola əlavə edilmişdir. Protokol oxunmuş, əlavə və düzəlişlər barədə qeyd daxil olmamışdır (cild 1, i/v 3-13). - Bakı şəhəri, Yasamal rayon prokurorluğunun müstəntiqi X17 tərəfindən tərtib olunmuş, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 2-ci qəbul şöbəsinin böyük tibb bacısı X4, hal şahidləri X12 və X5 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli “Götürmə aparılması haqqında və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X1 Yasamal rayon prokurorluğuna təqdim etdiyi Zərərçəkmiş şəxs xəstəxanaya gətirilərkən əynində olmuş paltarları və sonuncunun cərrahi üsulla başının təpə nəhiyəsindən çıxarılmış bıçaq tiyəsini hal şahidlərinin iştirakı ilə götürmüş və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 236-cı maddəsinə əsasən Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həyətinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının qəbul şöbəsində saxlama otağında xx.xx.2020-ci il tarixdə xəstəxanaya daxil olmuş Zərərçəkmiş şəxs xəstəxanaya daxil olarkən əynində olmuş paltarlar, yəni 1) köynək – ağ qara rəngli, qısaqol, qarışıq materialdandır. Üzərində parça defekti ilə müşahidə olunan deşilmə izləri var, manjetlidir, ön orta səthində kiçik ölçülü zəncirbəndlə bağlanır, uzunluğu 64, eni 41 sm-dir. Köynək üzərində əhəmiyyət kəsb edən yalnız cırılma zədəsi vardır. Üzərində qana bənzər ləkələr vardır. 2) Şalvar - qara rəngli, qarışıq materialdan, öndən bir ədəd qara rəngli, paslanmaz material olan düymə ilə və qara rəngli zəncirbəndlə bağlanır, bel nahiyəsində 6 ədəd ilgək və kəmər vardır. Uzunluğu 92 sm., eni 40 sm-dir. Üzərində əhəmiyyət kəsb edən hər hansı zədə aşkar olunmadı. Üzərində qana bənzər ləkələr aşkar olundu. 3) Qara rəngli ayaqqabının sol tayı, dəstən, dəriyə bənzər materialdandır. Öndən qara rəngli iplə bağlanır. Daxili səthi qara rənglidir, uznluğu 29 sm., eni 9 sm-dir. Ayaqqabı üzərində hər hansı zədə aşkar olunmadı. 4) Cərrahi üsulla başının təpə nahiyəsindən çıxarılmış bıçaq tiyəsi – bozumtul-gümüşü rəngli materialdan hazırlanmışdır, yuxarı xətt oxu üzrə uzunluğu 195 mm., eni əsasında 34 mm., ortada 28 mm. və ucunda 1 mm-dir. Üzərində qurumuş halda qanabənzər ləkələr aşkar olunmuşdur. Paltarlar və bıçaq tiyəsi xüsusi qaydada baxış iştirakçılarının iştirakı ilə qablaşdırılmışdır. Baxış saat 10:00-da başlanmış, 10:30-da başa çatmışdır (cild 1, i/v 19- 24). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1/4131 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 22:05-də müayinə olunmuş 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sidik nümunəsində marixuana, amfetamin və barbitnrotlardan istifadə aşkar olunmuşdur. Müayinə zamanı narkotik və digər maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti müəyyən edilmişdir (cild 1, i/v 74). - Bakı şəhəri, Yasamal rayon prokurorluğunun müstəntiqi X17 tərəfindən tərtib olunmuş, hal şahidləri X20 və X24, Şahid2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli “Götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid2 Yasamal rayon prokurorluğuna təqdim etdiyi Təqsirləndirilən şəxs hadisə baş verən vaxt əynində olan çəhrayı rəngli qısaqol köybnəyi hal şahidlərinin iştirakı ilə götürmüş və xidməti otağında baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir: Şahid2 təqdim etdiyi Təqsirləndirilən şəxs hadisə baş verən vaxt əynində olan çəhrayı rəngli köynəyin ön səthinin yuxarı hissəsi və boyun hissəsi tünd qonur qana bənzər ləkələrlə çirklənmişdir. Üzərində hər hansı zədə əlamətləri yoxdur. Baxış saat 19:45-də başlamış və 20:00-da başa çatmışdır (cild 1, i/v 111-114). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun xx.xx.2020-ci il tarixli, 807 nömrəli məktubundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs, 1995-ci il təvəllüdlü, xx.xx.2020-ci il tarixdə 12891 sıra sayı ilə institutun ambulator kitabında qeydə alınmışdır. Xəstə kliniki-rentgenoloji müayinə edilmişdir və növbətçi həkimlər E.Çələbiyev və V.Mikayılov tərəfindən sağ pəncənin İ barmağının distal falanqasının kənari sınığı diaqnozu qoyulmuş, xəstəyə leykoplastrla sarğı qoyulmuşdur. Xəstənin dediyinə görə zədəni bağda alıb (Mərdəkan) (cild 1, i/v 170). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X13” publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 612 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər – sağ pəncənin İ barmağının distal falanqasının kənarı sınığı, başın təpə nahiyəsinin əzilmiş yarası, sağ əlin İİ-İİİ barmaqların sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcələrinə görə sağ pəncənin İ barmağının distal falanqasının kənarı sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, başın təpə nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, sağ əlin İİ-İİİ barmaqlarının sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur (cild 1, i/v 173-175) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2020-ci il tarixli, 6/1531 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və növü rəyin 1№-li cədvəlində göstərildi. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarlar üzərindəki kənar lif mikrohisscikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan köynəyin tərkib liflərindən yoxdur; Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan köynək üzərində Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarların tərkib liflərindən yoxdur; təqdim edilmiş bıçaq tiyəsi və 2 hissəyə ayrılmış beysbol taxtası üzərində lif mikrohissəcikləri yoxdur (cild 2, i/v 14-16). - “Baxış keçirilməsi haqqında” 23 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə üzrə 01 iyun 2020-ci il tarixdən 06 avqust 2020-ci il tarixədək daxil olan və çıxan zənglər, SMS yazışmaları, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixə uyğun anten dairələrinin uyğun əhatə dairəsi CD diskdə öz əksini tapmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt istifadəsində olmuş ***-***-**-** mobil nömrə və Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında əvvəllər çox sayda danışıqlar olmuş, sonuncu dəfə hadisə baş verən gündən qabaq, yəni xx.xx.2020-ci il tarixdə saat 17:08-də 23 saniyə, xx.xx.2020-ci il tarixdə saat 00:00-da 6 saniyə danışıq olmuş, zənglər ***-***-**-** saylı mobil nömrədən edilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixdə saat 23 radələrində ***-***-**- ** saylı mobil nömrədən ***-***-**-** mobil nömrəyə çox sayda cavabsız zənglər olmuşdur. Bundan başqa xx.xx.2020-ci il tarixdə saat 00:22-dən başlayaraq, yəni hadisədən bir qədər sonra Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrə ilə ***-***-**-** mobil nömrə və həmçinin ***-***-**-** arasında müxtəlif saatlarda müxtəlif saniyələrdə danışıqlar olmuşdur. Müəyyən edilmişdir ki, ***-***-**-** mobil nömrə Təqsirləndirilən şəxs atası Şahid2, ***-***-**-** mobil nömrə isə şahid qismində dindirilmiş Şahid1 məxsusdur. Bundan başqa, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdək müxtəlif şəxslərlə telefon əlaqələri olsa da istintaq üçün əhəmiyyətli məlumat müəyyən edilməmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarix saat 23:33-dən xx.xx.2020-cu il tarixdə saat 00:00 radələrinədək baş vermiş hadisə zamanı ***-***-**-** mobil nömrə ilə olan danışıqlar "UBBK1597F/UBBK1597 2ci_Yeni-Yasamal/"ünvan 10 ünvanında yerləşən anten qurğusu tərəfindən qeydə alınmışdır. Bundan başqa SMS yazışmalarına baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrədən müxtəlif tarixlərdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə ünvanlanan nalayiq ifadə və hədə mesajlarının olduğu müəyyən edildi. Baxış zamanı ***-***-**-** mobil nömrədə olan digər SMS yazışmalarında iş üçün əhəmiyyətli başqa hər hansı hal müəyyən edilməmişdir. Bundan sonra baxış Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***- **-** saylı üzrə davam etdirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, 04 avqust 2020-ci il tarixdə hadisə baş verən gün ***-***-**-** mobil nömrə ilə saat 21 radələrinədək müxtəlif nömrələr arasında telefon əlaqələri olsa da, istintaq üçün əhəmiyyətli məlumat müəyyən edilməmişdir. Həmin gün saat 17:08-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə 23 saniyə, 23:34-də 9 saniyə, 23:41-də 4 saniyə danışıq olmuş, 3 dəfə cavabsız zənglər daxil olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin SMS yazışmalarına baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə nömrəyə yalnız xx.xx.2020-ci il tarixdə mesaj daxil olduğu müəyyən edilmişdir. Baxış zamanı ***-***-**-** mobil nömrə ilə başqa nömrələr arasında müxtəlif vaxtlarda müxtəlif məzmunda SMS yazışmaları olsa da, istintaq üçün əhəmiyyətli məlumat müəyyən edilməmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarix, saat 23:33-dən xx.xx.2020-cu il tarix, saat 00:00 radələrinədək baş vermiş hadisə zamanı ***-***-**-** mobil nömrə ilə olan danışıqlar “UBBK1597F/UBBK1597 2ci_Yeni-Yasamal/"ünvan 10 ünvanında yerləşən anten qurğusu tərəfindən qeydə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında olan yazışmalar iş üçün əhəmiyyət kəsb etdiyindən ayrıca cədvəl şəkində çap edilərək protokola əlavə olunmuşdur. Bununla da baxış keçirilməsi başa çatdırılmışdır. Baxış saat 11.20-də başlamış, saat 12:55-də qurtarmışdır. Diskə baxış “HP” markalı kompüter vasitəsilə həyata keçirilmişdir (cild 2, i/v 29-32). - Həmin protokola əlavə edilmiş cədvəldən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olmuş ***- ***-**-** möbil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 23:33-də “Mehlevizdeyem hardasan”, saat 23:35-də “Zeng vur mene”, saat 23:37-də “Kucede seni gozduyrem zeng vur mene”, saat 23:44-də “Yiq meni” məzmunlu SMS-lər göndərilmişdir (cild 2, i/v 31-32). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsin 06 oktyabr 2020-ci il tarixli, 31/65 nömrəli məktubundan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs 1970-ci il təvəllüdlü xx.xx.2020-ci il, saat 00:50-də RKX-nın İİ qəbul – ortopediya şöbəsinə daxil olmuşdur (cild 2, i/v 39). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 590/2020-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, 1) Cəfərov Əİi Ələddin oğlunun AB0 sistemi üzrə qan qrupu: AB-/İV/ (şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən); 2) Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu: A-/İİ/ (şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən); Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, Təqsirləndirilən şəxs məxsus köynək, 03 ədəd pambıq topası və 01 ədəd bıçaq tiyəsi üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrupu AB0 sistemi üzrə təyin edildikdə A və B antigenləri alınmışdır. Bu qan ləkələri AB0 sistemi üzrə AB-(İV) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər; 3) Təqdim olunmuş bir cüt ayaqqabı, 01 ədəd bıçaq dəstəyi və iki hissəyə ayrılmış beysboll taxtası üzərində qan aşkar olunmamışdır; 4) Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddəti barədə fikir söyləmək mümkün deyil (cild 2, i/v 53- 56). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 835 nömrəli ekspert rəyindən görünür ki, 1970-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarət – sol təpə nahiyəsində yan, sol təpə sümüyünü deşərək kəllə boşluğuna nüfuz edən və baş beyni zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə ekspertizaya təqdim edilmiş bıçaqla törədilə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Vətəndaş Zərərçəkmiş şəxs danışığı başa düşülmədiyindən və məcburi uzanmış vəziyyətdə olduğundan onun dindirilməsi və onunla istintaq hərəkətlərinin aparılması mümkün deyil (cild 2, i/v 59-62). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 387-2020-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamış; ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamış; ekspertizaya təqdim edilmiş ayaqqabının sol və sağ tayı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamış; ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin bütün səthi boyu geniş yayılmış qan ləkələri aşkar olunmuş, bu ləkələr qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur; ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın bütün səthində tək-tək və fasilələrlə yerləşən qan ləkələri aşkar olunmuş, bu ləkələr qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur; ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthində qan ləkələri aşkar olunmuş, bu ləkələr qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir; ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi üzərində qan ləkələri aşkar olunmuş, bu ləkələr qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir; ekspertizaya təqdim edilmiş bir cüt ayaqqabı üzərində, bıçaq dəstəyi üzərində və iki hissəyə ayrılmış beysbol taxtası üzərində qan ləkələri aşkar olunmamışdır; ekspertizaya təqdim olunmuş 1 №-li və 2 №-li fraqmanetlər (bıçağın tiyəsi və bıçağın dəstəyi) vahid bir tamın hissəsidir; ekspertizaya təqdim olunmuş 1 №-li və 2 №-li fraqmanetləri təşkil edən bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı olmuşdur, tam vahid halında və bıçaq şəklində və hazırki vəziyyətində ayrı-ayrı fraqmentlər şəklində soyuq silah hesab edilmir; təqdim olunmuş bıçağın tiyəsi və dəstəyi küt təsirindən qeyri-düz sınmışdır; təqdim olunmuş bıçağın üzərində sonradan heç bir düzəliş edilməmişdir; ekspertizaya təqdim edilmiş 3 №-li və 4 №-li fraqmentlər zavod üsulu ilə hazırlanmış, xüsusi təyinatlı beysbol idman oyunlarında istifadə olunan toxmaq olmuşdur, vahid tam halında toxmaq şəklində və hazırki vəziyyətində ayrı-ayrı fraqmentlər şəklində soyuq silah hesab edilmir; ekspertizaya təqdim edilmiş 3 №-li və 4 №-li fraqmentlər vahid bir tamın (toxmağın) hissələridir; təqdim olunmuş toxmaq küt təsirindən qeyri-düz sınmışdır; təqdim olunmuş toxmağın üzərində sonradan heç bir düzəliş edilməmişdir (cild 2, i/v 63-68). - 22 oktyabr 2020-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə Şahid1 iş üzrə təyin edilmiş məhkəmə tibbikriminalistik ekspertizasının rəyinə əsasən vahid bir tamın hissəsi kimi qeyd edilmiş hadisə yerinə baxış zamanı götürülmüş sınmış bıçaq dəstəyi və Zərərçəkmiş şəxs cərrahi üsulla başının təpə nahiyəsindən çıxarılmış bıçaq tiyəsi birləşik halda tanınmaya təqdim olunmuşdur. Tanınmalı olan əşya birləşik halda təqdim olunmuş sınmış bıçaq dəstəyi və tiyəsi eyni növdən olan nömrələnmiş vəziyyətdə aşağıda göstərilənlər arasında təqdim edilmişdir: 1 nömrə altında dəstəyi qəhvəyi rəngli taxta materialdan tiyəsi gümüşü rəngli mətbəx bıçağı, 3 nömrə altında dəstəyi qara rəngli paslanmaz materialdan, tiyəsi gümüşü rəngli dəmirmaterialdan və 4 nömrə altında dəstəyi qara rəngli paslanmaz materialdan tiyəsi isə gümüşü rəngli dəmir materialdan olan bıçaqlar. Şahid1 təqdim edilən bıçaq isə “2” nömrə altında təqdim edilmişdir. Tanıyan şəxs Şahid1 təqdim edilən əşyaları nəzərdən keçirib “2” nömrə altında nömrələnmiş bıçağı göstərərək həmin bıçağı tanıdığını, onun dəstəyinin rənginə və materialına görə tanıdığını, yəni qəhvəyi rəngli və taxta materialdan olduğuna görə tanıdığını bildirərək onun mənzilində həmin bıçaqdan olduğunu bildirmişdir. Tanınma zamanı “Sony” markalı rəqəmsal fotoaparatdan şəkil çəkmək üçün istifadə edilmişdir (cild 2, i/v 71-74). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi “Ambulator X2”-nın xx.xx.2020-ci il tarixli, 2883 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli, 1/4131 №-li testinin nəticəsi onun hadisədən müəyyən müddət əvvəl narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dəlalət edir. Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən periodik olaraq istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniya və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 2, i/v 75-76). - X33 Mərkəzinin 04 sentyabr 2020-ci il tarixli, 103 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2016, 2018 və 2019-cu illərdə “Paranoid tipli şəxsiyyət pozğunluğu” diaqnoz ilə ambulator müalicədə olmuşdur (cild 2, i/v 5). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2085 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual-mnestik imkanları normaya uyğundur, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilmir. Emosional-iradi sferasında qıcığa qarşı həsasslıq aşkar olunur. Hövsələsizlik, çılğınlıq, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlətə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional sferasında hirslilik yaranmışdır. O, iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir (cild 2, i/v 78-80). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2259 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə aldığı açıq kəllə-beyin travması və baş beyinin əzilməsi nəticəsində əmələ gələn baş beyinin travmasından sonrakı demensiya (ağıl zəifliyi) əziyyət çəkir. Zərərçəkmiş şəxs əziyyət çəkdiyi baş beyinin travmasından sonrakı demensiya (ağıl zəifliyi) intellektualmnestik (intellektual-yaddaş) funksiyaların enməsi ilə müşahidə olunur. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə aldığı açıq kəllə-beyin travması və baş beyinin əzilməsi nəticəsində əmələ gələn baş beyinin travmasından sonrakı demensiya (ağıl zəifliyi) əziyyət çəkir. Zərərçəkmiş şəxs hal-hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyil. Hal-hazırda Zərərçəkmiş şəxs psixi vəziyyəti onunla istintaq hərəkətləri aparmağa imkan vermir. Zərərçəkmiş şəxs öz hərəkətlərinin mənzasını başa düşmək və onları idarə etmək iqtidarında deyil. İş üzrə zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmək və hadisə ilə bağlı düzgün ifadə vermək qabiliyyətinə malik deyil. Zərərçəkmiş şəxs baş vermiş hadisəni qavramaq mahiyyətini anlamaq, onları yadda saxlamaq və yada salmaq qabiliyyətinə malik deyil. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli halları düzgün qavramaq, hadisə ilə bağlı düzgün ifadə vermək qabiliyyətinə malik deyildir. Zərərçəkmiş şəxs koqnitiv funksiyalarının endiyi, intellektualmnestik resurslarının aktiv olmadığı, ağıl zəifliyi müəyyən edilir. Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində göstərilən cinayət hadisəsi baş verərkən psixi-emosional vəziyyətində situasiya ilə şərtləndirilmiş hirslilik əmələ gəlmişdir (cild 2, i/v 132-134). - “5 nömrəli şəhər klinik xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 923 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il saat 12:20-də xəstəxanaya 19 saylı təcili yardım briqadası ilə “Keçirilmiş insultun qalıq əlamətləri” diqanozu ilə nevrologiya şöbəsinə daxi olmuşdur. xx.xx.2020-ci il, saat 12:00 tarixində “Açıq kəllə beyin travması. Sol təpə sümüyünü dəlib keçən, beyinə nüfuz edən bıçaq yarası. Mədəciklərə və subaraxnoidal sahəyə qansızmadan sonrakı vəziyyət” diaqnozu ilə xəstəxanadan çıxmışdır (cild 2, i/v 91). - “Sübutların qiymətləndirilməsi haqqında” 27 may 2021-ci il tarixli və 08 aprel 2023cü il tarixli qərarlardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd qara rəngli ayaqqabı, sınaraq iki hissəyə ayrılmış beysbol taxtası, 3 ədəd pambıq tamponla qan nümunəsi, sınmış bıçaq dəstəyi, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qəhvəyi rəngli qısaqol köynək, Zərərçəkmiş şəxs xəstəxanaya daxil olarkən əynində olmuş bir ədəd ağ-qara rəngli, üzərində qanabənzər ləkələr olan, cırılmış vəziyyətdə olan qısaqol köynək, bir ədəd qara rəngli belində kəmər olan şalvar, cərrahi üsulla başının təpə nahiyəsindən çıxarılmış bıçaq tiyəsi maddi sübut kimi tanınmış və rayon prokurorluğunda saxlanılmış, CD disklər maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 2, i/v 215-240, cild 4, i/v 161-183). - Bakı şəhər, Yasamal rayon prokurorluğunun 11.04 2022-ci il trixli, 856-xid-22 nömrəli məktubundan və ona əlavə edilmiş aktdan görünür ki, Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış Təqsirləndirilən şəxs məhkum olunmasına dair hökm üzrə 04 aprel 2022-ci il tarixli, 1(101)-113/2022 saylı hökmün icrası barədə göstərişə əsasən iş üzrə maddi sübut olub, Bakı şəhəri Yasamal rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd ağ-qara rəngli, qısaqol köynək, bir ədəd qara rəngli belində kəmər olan şalvar, bir ədəd qara rəngli ayaqqabı yandırılaraq və 1 ədəd bıçaq tiyəsi xırda-xırda hissələrə bölünərək məhv edilmişdir (cild 3, i/v 168-169). - Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 268029 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə beyindaxili qansızma səbəbindən ölmüşdür (cild 3, i/v 175). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 389/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol təpə nahiyəsində təpə sümüyünü dəlib-keçən kəllə boşluğuna nüfuz edən baş beyni zədələyən, mədəciklərə və subaraxnoidal sahəyə qansızmalarla müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət deşicikəsici əşyanın (alətin) təsirindən, kənar şəxs tərəfindən bıçaqla yetirilmişdir, qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir və ölümlə səbəbli əlaqəsi vardır. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi aparılmadığından ölümünün dəqiq səbəbi haqqında fikir söyləmək mümkün deyildir. Lakin ölümün həm travmanın bilavasitə özündən, həm də travmanın fəsadlarından baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümü də baş nahiyəsinə yetirilən deşilmiş-kəsilmiş yaranın törətdiyi fəsadın nəticələri ilə əlaqədar ola bilərdi (cild 4, i/v 7-14). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 33 nömrəli ekspert rəyindən görünür ki, 1970ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə və ekspert rəylərində qeyd olunanlara, eksqumasiya olunmuş meyitin məhkəmə-tibbi ekspertizasına, ilk məlumata əsaslanaraq və qərarda verilən suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə aşağdakı xəsarəti almışdır: açıq kəllə beyin travması, sol təpə sümüyünü dəlib-keçərək kəllə boşluğuna nufuz etmiş və baş beyin toxumasını zədələmiş deşilmiş-kəsilmiş yara. Almış olduğu qeyd olunan xəsarətlə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi Respublika Klinik Xəstəxanasında müalicə almış və orada cərrahi müdaxilə edilmişdir. Sonra xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 5 saylı şəhər klinik xəstəxanasında açıq kəllə beyin travması, sol təpə sümüyünün dəlib-keçən beyinə nüfuz edən bıçaq yarası, mədəciklərə və subaraxnoidal sahəyə qansızmadan sonrakı vəziyyət, sağ tərəfli hemiplegiya və motor atrofiya diaqnozu ilə müalicə almışdır. Bundan sonra həmin diaqnozla yenidən həmin xəstəxanada xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi müalicə olunmuşdur. Göstərilən müalicələrdən sonra o, yenidən xx.xx.2022-ci il tarixdə Respublika Klinik Xəstəxanasında “Beyin İnfaktının nəticələri (postramatik) hipertenzif ensefalopatiya, insulindən asılı olmayan (ilkin aşkar olunan şəkəri diabet çoxsaylı ağırlaşmalarla diaqnozu təyin edilmiş və 26.02 2022-ci il tarixdə qohumların xahişi ilə evə buraxılmışdır. 2. Zərərçəkmiş şəxs meyiti xx.xx.2023-cü ildə ekshumasıya olunmuşdur. Ekshumasiya zamanı onun meyidi kəskin çürüməyə məruz qalmışdır. Çürümə fonunda sol təpə nahiyyəsində kəllənin örtük toxumasında dəri defekti və sol təpə sümüyündə sümük defekti aşkar edilmişdir. Həmin defektlər xx.xx.2020-ci il tarixdə onun almış olduğu açıq kəllə beyin travması ilə əlaqədar aparılmış cərrahi müdaxilənin yeridir. Onun meyitində çürümə fonunda digər hər hansı bir xəsarət və xəsarət izi aşkar olunmadı. 3. Zərərçəkmiş şəxs xx.xx.2020-cı il tarixdə almış olduğu xəsarət - sol təpə nahiyyəsində olan sol təpə sümüyünü dəlib-keçərək kəllə boşluğuna nüfuz edən və baş beyin toxumasını zədələyən deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilməsi mümkündür, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. 4. Zərərçəkmiş şəxs meyiti kəskin çürüməyə məruz qaldığından onun ölümünün səbəbini müəyyən etmək olmadı. Lakin onun adına tərtib olunmuş tibbi sənədlərdə qeyd olunanlardan belə məlum olur ki, o, xx.xx.2020-ci il tarixdə almış olduğu açıq kəllə beyin travmasından sonra mütəmadi olaraq müxtəlif xəstəxanalarda həmin xəsarətin ağırlaşmaları ilə əlaqədar müalicələr almışdır. Bunlara əsaslanaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətdən sonra baş vermiş ağırlaşmalar-postravmatik beyin infarktı ensefalopatiya ola bilərdi (cild 4, i/v 142-152). - 05 avqust 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş və barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli qərarları ilə həbsdə saxlanılma müddəti xx.xx.2021ci il tarixinə qədər uzadılmışdır (cild 1, i/v , 29-30,31-32, cild 2, i/v 126-129, 159-163, 187- 191). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 181). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli, 2515 və 2514 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs BŞND-də qeydiyyatda yoxdur (cild 1, i/v 202, 203). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli, xx/xx-7526 və xx/xx-7512 nömrəli məktublarından görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmamışlar və qeydiyyatda yoxdurlar (cild 1, i/v 205,206). - Zərərçəkmiş şəxsin hüquqi varisi X7 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.1970-ci ildə anadan olmuş qardaşı Zərərçəkmiş şəxs Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli Sərəncamı ilə təyin olunmuş qəyyumu kimi bildirir ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2020-ci ildən həmin qardaşı Zərərçəkmiş şəxs dəymiş ziyanı (müayinələrə, müalicələrə çəkilən xərclər, dərmanlara və onun baxılmasına verilmiş pulları) Təqsirləndirilən şəxs atası Şahid2 tərəfindən bu günə kimi bütünlüklə ödənilmişdir (cild 2, i/v 214). - Zərərçəkmiş şəxsin hüquqi varisi X7 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.1970-ci ildə anadan olmuç qardaşı Zərərçəkmiş şəxs Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli Sərəncamı ilə təyin olunmuş qəyyumu kimi bildirir ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2020-ci ildən həmin qardaşı Zərərçəkmiş şəxs dəymiş ziyanı (müayinələrə, müalicələrə, çəkilən xərclər, dərmanlara və onun baxılmasına verilmiş 23.000 manat pul məbləği) Təqsirləndirilən şəxs atası Şahid2 tərəfindən bu günə kimi bütünlüklə ödənilmişdir (cild 3, i/v 63). - Zərərçəkmiş şəxsin hüquqi varisi X7 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, mərhum qardaşı Zərərçəkmiş şəxs hüquqi varisi olaraq bildirir ki, qardaşının ölümündə Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən mərhumun müalicəsi və dəfni üçün zəruri olan bütün xərclər çəkilmişdir. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib ona yüngül cəza təyin edilməsinə etiraz etmir (cild 5, i/v 42). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, T 796/2023 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs açıq kəllə-beyin travması, sol təpə sümüyünün kəllə boşluğuna dəlib-keçən və beyin toxumasını zədələyən deşilmiş-kəsilmiş yarası olmuş, bununla bağlı cərrahi əməliyyat aparılmış və dəfələrlə stasionar müalicə almış, xx.xx.2022-ci ildə Respublika Klinik Xəstəxanasında “Beyin infarktının posttravmatik hipodenisi, ensefalopatiya, ensefalomolyasiya sahələri” aşkar edilmişdir. xx.xx.2022-ci ildə xəstə vəfat etmiş, xx.xx.2023-cü ildə meyit ekshumasiya edilmiş və kəskin çürümə prosesinə məruz qalması müəyyən olunmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2020-ci ilə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb açıq kəllə-beyin travması nəticəsində kəllə sümüklərinin sınığı və baş beyin toxumasının zədələnməsi olmuşdur. Mərhum Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə qeyd edilən patomorfoloji dəyişikliklər - beyin toxumasının atrofiyası, ensefalopatiya, ensefalomolyasiya və posttravmatik hipodenisi - kəllə-beyin travmasından sonra yaranan dəyişikliklər olduğu nəzərə alınaraq yetirilən xəsarətlə ölüm arasında birbaşa səbəbli əlaqə olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Cinayət hüququ nəzəriyyəsinə görə qəsdən adam öldürmə cinayəti maddi tərkibli quruluşa malikdir. Cinayətin başa çatması üçün zərərçəkmiş şəxs həyatdan məhrum edilməlidir. Əgər cinayət nəticəsində zərərçəkmiş şəxs ölməmişdirsə, əməl cinayət etməyə cəhd kimi tövsif olunmalıdır. Qəsdən adam öldürmə cinayətinə görə məsuliyyətin yaranması üçün zərərçəkmiş şəxsin dərhal, yaxud müəyyən müddətdən sonra ölməsinin əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur. Qəsdən adam öldürmə cinayəti maddi tərkibli olduğu üçün törədilən əməllə baş verən nəticə arasında səbəbli əlaqə olmalıdır və bu səbəbli əlaqənin müəyyən edilməsi zəruridir. Əgər törədilmiş əməllə baş vermiş nəticə arasında səbəbli əlaqə müəyyən edilməzsə, təqsirkarın əməlinin qəsdən adam öldürmə cinayəti kimi tövsif edilməsi yolverilməzdir. Qəsdən adam öldürmə cinayət əməli həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Şəxs başqasını həyatdan məhrumetməyə yönələn əməlinin ictimai təhlükəli olduğunu qabaqcadan görür və bunları ya arzu edir, ya da arzu etmir, lakin belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir. Qəsdən adam öldürmə cinayətində qəsd qeyrimüəyyən də ola bilər. Qeyri-müəyyən qəsdlər cinayət törədən şəxsin qəsdi ilə müxtəlif kriminal nəticələr- ölüm, sağlamlığa ağır və ya az ağır zərər vurma və sairllə əhatə oluna bilər. Bu halda təqsirkanın əməli baş verən faktiki nəticələrə görə tövsif edilməlidir. Əgər ölüm baş vermişdirsə, əməl qəsdən adam öldürmə kimi, sağlamlığa ağır zərər vurulmuşdursa, o zaman əməl sağlamlığa qəsdən ağır zərər vurma kimi tövsif edilməlidir. İnsanın motivasiyası onun fəaliyyət məqsədləri ilə sıx əlaqədardır. Motivi aydınlaşdırmadan insanın müəyyən məqsədə çatmağa nə üçün səy etdiyini, beləliklə onun hərəkətinin əsl mənasını anlamaq mümkün deyildir. Şəxsin hər hansı əməli törətməsində qəsdinin nəyə yönəldiyinin müəyyən edilməsi üçün onun həm hadisədən əvvəl, həm də hadisədən sonrakı hərəkətlərinin motivi müəyyən edilməlidir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı Qərarına əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, “Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmamasını, Zərərçəkmiş şəxs tərəfindən baş nahiyyəsində beysbol taxtası ilə vurulduqdan və tanımadığı şəxslər tərəfindən döyüldükdən sonra özünü müdafiə etmək məqsədi ilə yaşadığı mənzildən götürdüyü və üzərində saxladığı bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməsini, Zərərçəkmiş şəxs onun tərəfindən yetirilmiş xəsarətlə deyil, xəstəlik səbəbindən ölməsini bildirmişdir. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxsla mərhum Zərərçəkmiş şəxsla maşınla bağlı mütəmadi olaraq mübahisənin olması, hadisə baş verən günü Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs mobil nömrəsinə dəfələrlə zəng edilməsi, SMS yazışması aparması, hadisə baş verən zamanı qarşılıqlı olaraq bir-birlərinə nalayiq ifadələr işlətmələri, Zərərçəkmiş şəxs məhz Təqsirləndirilən şəxs nalayiq ifadəsinə görə sonuncunun baş nahiyyəsinə beysbol taxtası ilə vuraraq ona xəsarət yetirməsi, Təqsirləndirilən şəxs isə narkotik və psixotrop maddələrin, həmçinin spirtli içkinin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyətində Zərərçəkmiş şəxs baş nahiyyəsinə əlində olan bıçaqla bir dəfə vuraraq sonuncuya həyat üçün vacib orqan hesab edilən başın sol təpə nahiyəsində sol təpə sümüyünü deşərək kəllə boşluğuna nüfuz edən və baş beyni zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara kimi sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməsi, Zərərçəkmiş şəxs həmin xəsarətdən uzun müddət müalicə olunmasına baxmayaraq yetirilmiş xəsarətlə bağlı baş verən ağırlaşmalar nəticəsində yaranan postravmatik beyin infarktı, ensefalopatiya səbəbindən xx.xx.2022-ci il tarixdə ölməsi müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertiza rəylərindən və məhkəmə baxışında dindirilmiş ekspertlərin ifadələrindən göründüyü kimi Zərərçəkmiş şəxs ölümü ilə sonuncuya Təqsirləndirilən şəxs tərəfindən yetirilmiş xəsarət arasında birbaşa səbəbli əlaqə olmuşdur. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanında olan, tanımadığı şəxslər tərəfindən döyülməsi ilə bağlı ifadəsində verdiyi xüsusatlar öz təsdiqini tapmamış, bununla bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi, yəni zərərçəkmiş şəxsi qəsdən öldürməsi özünün qismən etiraf ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə icraatında tədqiq edilmiş işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59-cu maddəsinə istinad etməklə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Yasamal rayon prokurorluğunda saxlanılan, hadisə yerinə baxış zamanı götürülmüş sınaraq iki hissəyə ayrılmış beysbol taxtası, 3 ədəd pambıq tamponla qan nümunəsi, sınmış bıçaq dəstəyi, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qəhvəyi rəngli qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd ağqara rəngli, qısaqol köynəyin, bir ədəd qara rəngli belində kəmər olan şalvarın, bir ədəd qara rəngli ayaqqabının yandırılaraq və 1 ədəd bıçaq tiyəsinin xırda-xırda hissələrə bölünərək xx.xx.2022-ci il tarixdə məhv edilməsi nəzərə alınmalı, maddi sübut kimi tanınmış CD disklər iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı cidd rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 05 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Yasamal rayon prokurorluğunda saxlanılan, hadisə yerinə baxış zamanı götürülmüş sınaraq iki hissəyə ayrılmış beysbol taxtası, 3 ədəd pambıq tamponla qan nümunəsi, sınmış bıçaq dəstəyi, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qəhvəyi rəngli qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd ağ-qara rəngli, qısaqol köynəyin, bir ədəd qara rəngli belində kəmər olan şalvarın, bir ədəd qara rəngli ayaqqabının yandırılaraq və 1 ədəd bıçaq tiyəsinin xırda-xırda hissələrə bölünərək xx.xx.2022-ci il tarixdə məhv edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış CD disklər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar