Məhkəmə qərarları › İş №1(101)-293/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-293/2021

06.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-293/2021 06.01.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim - Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə, Hakimlər - Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X19, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Qanuni nümayəndə - Nümayəndə, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi - X5, Mütəxəssis - X6 iştirakları ilə xx xxxxxx 1963-cü ildə Şuşa şəhərində anadan olmuş, Belarus Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 20 radələrində ünvan 2 ünvanında faktiki nikah münasibətində olduğu Zərərçəkmiş şəxs hədsiz qısqanclıq nümayiş etdirdiyinə görə həmin mənzili tərk edib ayrı ünvanda kirayədə yaşamasının övladları 2018-ci il təvəllüdlü X10 tərbiyəsinə mənfi təsir göstərəcəyi üçün iradını bildirməklə qısqanclığına son verəcəyini, şəxsi işlərinə müdaxilələri azaldacağını vəd edərək öz evində qalması barədə əvvəllər də dəfələrlə etdiyi xahişinin Elnara Ağarzayeva tərəfindən bir daha rədd edilməsi ilə əlaqədar aralarında baş vermiş mübahisə zamanı əsəbiləşərək sonuncunun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi endirib alt dodağın, sol almacıq nahiyəsinin və sol əlin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bu hərəkətinə görə Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsindən sonra o, mətbəx otağındakı mebelin üzərindən bir ədəd soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 145 mm, eni 25 mm olan məişət təyinatlı mətbəx bıçağını sağ əlinə götürüb hərəkətlərinə son verməsini sonuncudan tələb etmiş, lakin Elnara Ağarzayevanın onun ünvanına nalayiq ifadələr işlətməkdə davam etməsi və aşağılayıcı tərzdə onu bıçaqla vurmağa cəsarəti çatmayacağını bildirməsindən sonra aralarında olan şəxsi münasibətin pozulması nəticəsində qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlib əlindəki bıçaqla Zərərçəkmiş şəxs həyat üçün vacib olan boyun, döş qəfəsi və sağ əl nahiyələrinə zərbələr endirib sağ əlin dərəcəsi təyin edilməyən cızığı, döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz etməyən, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid edilən bir ədəd və ölümünə səbəb olan boynun ön səthinin 7.0 sm-ə qədər daxilə nüfuz edərək traxeya, yemək borusu və ümumi yuxu arteriyasının zədələnməsi nəticəsində kəskin qanitirmə ilə müşayiət olunan və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bir ədəd kəsilmiş-deşilmiş xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür. İbtidai istintaq orqanı Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən etmədiyindən anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş materiallarını məhkəməyə göndərmişdir. Təqsirləndirilən şəxs barəsində məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırıldı və Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət hadisəsinin törədilməsi, həmin cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi və sonuncunun qeyd olunan cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olması tam təsdiq olundu. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, hadisədən bir müddət əvvəl Elnara evə gəlib demişdir ki, kirayə tutub, evdən çıxır. O bu sözlərinə əsəbləşərək, onun getməsinə mane olmaq məqsədilə qarnını bıçaqla kəsmişdir. Elnarə bu hərəkətindən qorxduğu üçün 2 gün gözləməyini demiş. Axırıncı görüşlərində qızı onu buraxmamış, ağlamışdır, Elnara zorla uşağı dartıb aparmışdır. O Elnara Ağarzayevaya evə qayıtmasını, birdə o evə gəlməyəcəyini, uşağı ora-bura aparmamasını demişdir. Hadisə günü uşağı görməyi üçün görüşmüşlər, onlar birlikdə olarkən bir qadın zəng eləmişdir ki, evə gəlir, həmin qadın Elnaranın ona kosmetoloji xidmət göstərməsi üçün gəlmişdir. Evə getdikləri zaman Elnara həmin xanımla evdə onun kosmetoloji xidmət göstərdiyi otağa keçmiş, o isə qızıyla birlikdə digər otağa keçmiş, uşağa peçenya yedizdirdikdən sonra qızı yorğun olduğu üçün yatmışdır. Bir müddət sonra həmin qadın getmiş. Elnara otaqdan çıxmış və demişdir ki, gedir. O ona uşağın yatdığını, getməməyini, bu evdə qalmağını, bir daha gəlməyəcəyini demiş. Elnarə ona qulaq asmamışdır, “Uşaq mənimdi, özüm bilərəm.” demişdir. O Elnaranın üzündən bir dəfə vurmuş, söyüş söyməyə başlamış, “heç nə edə bilməzsən” demişdir. O bıçağı əlinə almış, onu qucaqlamışdır, bu vaxt Elnara yerə yıxılmış, üzünü çevirəndə qan olduğunu görmüşdür. Uşağı götürüb maşına aparmış, sonrasını xatırlamır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elnara Ağarzayeva onun uşağını, Aynuru aparmış, lakin Aynuru haraya apardığını bilməmişdir. Elnara çıxıb getmişdir. Hadisə zamanı Elnaranın harasından vurduğu yadında deyil. Elnara evdə kosmetoloji xidmətlə məşğul olmuşdur. O, Elnaranı qucaqlayıb getmə demiş, birdən Elnara yıxılmış, qaldıranda isə qanı görmüşdür. Mariyamın və polisin hadisədən necə xəbər tutduğunu xatırlamır. Elnaranın rəfiqəsində nə qədər qaldığını xatırlamır. Elnaranın bir neçə dəfə telefonla danışdığını görmüş, həmçinin Elnara telefonu da koda qoymağa başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun doğma bacısı olmuş, Elnara Novosİbirski şəhərində ‘‘X2 gömrük işinin təşkili fakültəsini bitirdikdən sonra işə düzəlmək üçün təxminən 2010-cu ildə Bakı şəhərinə gəlsə də işə düzələ bilmədiyinə görə “Mərkəzi Univermaq”da qızıl dükanlarından birində satıcı işləməyə başlamış, 2012-ci ildən müştəri kimi ona yaxınlaşmış Təqsirləndirilən şəxs ilə faktiki nigah münasibətinə başlayıb dini kəbin kəsdirmişdir. Sahib özünü onlara subay kimi təqdim edərək arvadının öldüyünü, üç övladı olduğunu və üçüncü övladının azyaşlı olduğuna görə onunla gecələmək məcburiyyətində olduğunu demişdir. 2016-cı ildən Rusiyada olmuş, hadisə gündə Bakıda olmamışdır. Elnara Ağarzayeva və Təqsirləndirilən şəxs 8 ildir bir yerdə olmuşlar. Sahibin 1-ci yoldaşının olduğunu bilmiş amma ikinci yoldaşından xəbərləri olmamışdır. Sonradan 2-ci yoldaşının olduğunu bilmişlər. Son dəfə Elnara ölməmişdən 3 ay əvvəl Sahibi görmüşdür. Elnara 2018-ci ildə uşağı Rusiyada dünyaya gətirmişdir. Sahibin psixoloji problemi olduğunu bilməmişdir. Sahib özü hadisə barədə onun anasına səsli mesaj atmış, Elnaranı öldürdüyünü demişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Sahibin psixi vəziyyəti ilə bağlı anormallığını görməmişdir. Elnara ilə Sahibin davasına şahid olmuşdur. Elnara ona Sahibin psixikası ilə bağlı şiakayətlənməmişdir. Hadisə barədə Sahibin Elnaranı öldürdüyü barədə səs mesajı atması nəticəsində bilmişlər. Bundan sonra Elnaraya zəng etmiş lakin, zənginə cavab verilməmişdir.Son zamanlar Sahibdə psixoloji problem olmamış, son dəfə Sahibi may ayında görmüşdür. Son vaxtlar Elnara Sahibin ona aldığı evdə qalmış, başqa şəxslə münasibətləri olmamışdır. Bir neçə dəfə Elnara Sahibin hər şeyi söz etməsi, onu çox sıxması ilə bağlı şikayətlənmişdir. Elnara rəfiqəsinin evində qalmağa başlamışdır. Sahib Elnaranın rəfiqəsinin evinə getməmişdir. Sahibin anasına yazdığı səsli mesaj “Salam Zoya xanım, mən Telman deyiləm, mənim uşağım orada burada qalsın.” məzmunda olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 2010-cu ildə “Mərkəzi Univermaq”da qızıl-zinət dükanında satıcı kimi işlədiyi vaxt orada digər satıcı mərhum Zərərçəkmiş şəxs ilə tanış olub yaxın rəfiqə münasibətində olmuşdur. 2012-cu ildə Elnara müştəri kimi dükana gələn Təqsirləndirilən şəxs ilə tanış olub faktiki ər-arvad münasibətinə daxil olaraq ünvan 2 ünvanında yaşamağa başlamış və həmin nigahdan Elnaranin bir qız övladı dünyaya gəlmişdir. Elnara həmin mənzildə fərdi qaydada kosmetoloji fəaliyyət ilə məşğul olmuşdur. Sahib Elnaranin deməsinə əsasən çox qısqanc insan olduğundan Elnara qızıl dükanında işdən çıxıb evdə işləməyə başlamışdır. Sahib ilə Elnaranin münasibəti əvvəl çox yaxşı olsa da Sahibin qısqanclığına görə getdikcə Elnara bezib ayrılmaq istəmiş, belə ki, Sahib hər xırda şeyə görə Elnaradan şübhələnir, daim sıxma-boğmaya salır, hətta bir neçə dəfə Elnaranı döyürmüş, lakin bu barədə Elnara və hər hansı kənar şəxs hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Elnara Sahibin onu qısqanmasından və bu səbəbdən də həyatına çox müdaxilələr etməsindən gileylənmişdir. xx xxxxxx 2020-ci il tarixdə Elnara Sahibin qısqanclığı və şübhələrindən bezərək körpəsi ilə birlikdə yaşadığı evdən çıxmış və onun Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı ünvana gəlib kirayə yaşamaq üçün mənzil tapana kimi birlikdə qalmağı xahiş etmişdir. O da Elnaraya razılıq vermişdir. Bir neçə gün sonra Sahib onun evinə gələrək Elnaranin orada yaşadığını öyrəndikdən sonra dəfələrlə Elnaragilin ardınca gəlib Elnara və övladını şəhərə gəzməyə aparmış və sonra da qaytarıb geri gətirmişdir. Təxminən iki həftə birlikdə yaşadıqdan sonra Elnara Xırdalan şəhərində kirayə mənzil götürüb orada yaşamağa başlamışdır. Sahib ondan dəfələrlə soruşsa da Elnaranin tapşırığı ilə o, ünvanın yerim Sahibə deməmişdir. xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Elnara ilə mobil telefonla danışanda sonuncu ona Sahiblə görüşəcəyini demiş, bundan sonra Elnara ilə əlaqəsi olmamış və saat 20:30 radəiərində Elnaranin bacısı Mariyam ona zəng edib Sahibin zəng edərək Elnaranı öldürdüyünü dediyini bildirmiş və ondan gedib Elnaranin yaşadığı mənzildə olub-olmadığını yoxlamağı xahiş etmişdir. O, Sahibə zəng edərək bu barədə soruşanda Sahibin onun ünvanına nalayiq ifadələr işlədərək adboy verməsindən həqiqətən də Elnaranı öldürdüyünü başa düşmüşdür. Hadisə törədilən günə qədər Elnaranin Sahibdən başqa şəxs ilə tanışlıq münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, 1999-cu ildə Sahib ilə nişanlanıb müəyyən səbəblərdən 2004-cü ildə toyları olmuş, 2009-cu ildə rəsmi nigah münasibətinə daxil olmuşlar. Onun Sahiblə nigahından 2006-cı il təvəllüdlü Fərid Babayev adlı övladları dünyaya gəlmişdir. Sahib ilə ailəli olduqları müddətdə təxminən 2012-2013-cü illərdə Sahibin başqa bir qadınla münasibətindən şübhələndiyi üçün mübahisə edib belə bir hal olacağı halda boşanacağını bildirmiş və Sahib ona həmin qadından ayrılacağını söz verəndən sonra münasibətləri düzəlmişdir. Sahib həmin vaxtdan sonra bir daha ona başqa qadın ilə münasətinin olmasını hiss etdirməsə də onun ürəyində həmişə şübhə qalmışdır. Sahib əsəbi və çox qısqanc insan olub “mən kişiyəm, dedimsə belədi, deməli belə olmalıdır” prinsipi ilə yaşamış, ona görə də o, Sahibə uyğunlaşıb həmişə normal münasibətlərim qorumuş, heç vaxt aralarında hər hansı mübahisə, dava olmamışdır. 2020-ci ilin fevral ayından o, Sahibdə narahatçılıq, nigarançılıq hiss etməyə başlamışdır. Belə ki, Sahib gecələr yuxusunu qarışdırıb ayılırmış, hətta bir dəfə Sahib “balamı apardı, balamı oğurladı” deyə sayıqlayanda Sahibdən nə baş verdiyini soruşsa da Sahib ona konkret cavab verməmişdir. xx xxxx 2020-ci İl tarixdə saat 11 radələrində Sahiblə eyni vaxtda evdən çıxmışlar və gün ərzində Sahib ilə bir daha görüşməsələr də günorta saatlarında Sahib zəng edərək onunla hal-əhval etmişdir. Bundan sonra saat 20 radələrində o, evdə tək olan zaman Sahib qucağında körpə qız uşağı ilə birlikdə evə gəlmiş və körpəni ona uzadandan sonra Sahibin maykasının ön səthində qan ləkələri görmüş, Sahib körpəni ona verib “bir qələtdi eləmişəm, məni bağışla, mənim uşağımdı bu” demiş, o, “kimdəndi?” deyə soruşanda Sahib “Elnarədən, o vaxtkı qızdandı, beynimi çöndərdi kuxna bıçağıynan öldürdüm gəldim” dedikdən sonra “niyə öldürmüsən? bəlkə ölməyib” deyə soruşmuş, Sahib “yox, öldü, bir aydır uşağımı məndən gizlədir, aparıb küçələrdə saxlayırdı” demişdir. Daha sonra X25 Nazirliyinin 102 xidmətinə zəng edərək “saxladığım qadını öldürmüşəm, hara gəlim” deyə soruşmuş, operator Sahibdən olduğu yerdə gözləməsinı istəyəndə Sahib "qaçası deyiləm ha” deyib cinayəti Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 53A ünvanında törətdiyini dediyi üçün ona 24-cü Polis şöbəsinə yaxınlaşmasını bildirmişlər. Bundan sonra Sahib ona “qurban olum məni bağışla, bircə sən ağlama” deyib evdən getmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. “Cinayət işinin başlanması haqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qeyri-rəsmi nikah münasibətində olduğu X4 deşici-kəsici alətlə boğaz nahiyəsindən vuraraq ağır xəsarətlər yetirməklə qəsdən öldürülməsi faktı üzrə toplanmış material əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (cild 01, iş vər. 01) “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə baş verən yer ünvan 2 ünvanında yerləşən üçotaqlı mənzildir. Mənzilin giriş qapısının içəri tərəfdən tutacağı və rəzə hissənin kilidinin səthində qanabənzər yaxıntı aşkar edilmişdir. Mənzilə daxil olduqda mərhumun meyiti dəhlizdə döşəmə üzərində üzüaşağı vəziyyətdə aşkar edilmiş, əynində paltarlarından əlavə qızıl-zinət əşyaları və altında qanabənzər gölməçə aşkar edilmişdir. Meyitin aşkar olduğu yerdən düz istiqamətdə qonaq otağına daxil olduqda sağ tərəfdə qurulmuş mətbəx hissəsində masanın küncündə döşəmə üzərində ikinci qanabənzər gölməçə və yanında bir ədəd dəstəyi mebel rəngli, tiyəsi boz rəngli metal materialdan, üzərində qanabənzər ləkə olan mətbəx bıçağı aşkar edilmişdir. İkinci qanabənzər gölməçədən meyitin olduğu yerə qədər məsafə 2.5 metrdir, arada sürtünməyə xarakterik qanabənzər ləkələr aşkar edilməsə də iki qanabənzər gölməçə arasında qalan hissədə döşəmə səthində davamlı olaraq yerləşən çoxlu sayda qanabənzər damcılar aşkar edilmişdir. Hadisə yerində aşkar edilmiş qanabənzər ləkələrdən nümunələr və bıçaq götürülərək müvafiq qaydada qablaşdırılmışdır. (cild 01, iş vər. 06-34) “Meyitə baxış keçirilməsi haqqında" xx xxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədən səthində boyunun orta şöbəsinin ön səthində 2x1 sm ölçüdə kənarları hamar, bucaqları iti deşilmiş-kəsilmiş yara, alt dodağın sol yarısının keçid səthində 1x0.8 sm ölçüdə qançır, sağ əlin 1-ci əl darağı proyeksiyasının ön yan səthində 2.2 x 0.1 sm ölçüdə qırmızımtıl rəngli hamar kənarlı cızıq, sol əlin 1-ci əl darağında ön səthində 1.2 x 0.4 sm ölçüdə qançır, döş qəfəsinin sağ yarısının arxa səthində lll-İV qabırğalar proyeksiyasında 2 x 0.7 sm ölçüdə hamar kənarlı, iti bucaqlı deşilmiş-kəsilmiş yara aşkar edilmişdir. (cild 01, iş vər. 35-37) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 01, iş vər. 52) “Könüllü təqdim edilmiş əşyaların götürülməsi və baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Şübhəli şəxs X17, müdafiəçisi X11 və hal şahidlərinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etmək istədiyi hadisə vaxtı əynində olmuş bir ədəd ağ rəngli mayka, bir dəst idman tipli gödəkçə və şalvarı götürüb baxış keçirməklə protokol tərtib edilmişdir. Mayka-ağ rəngli, qısaqoldur, yaxalıqlıdır, “Puma” etiketlidir, 52/54 razmerli, “made in Bagladesh” sözləri həkk olunmuşdur, mayka yaxasında ətəyinə qədər dartılaraq cırılmışdır, şübhəli şəxs Təqsirləndirilən şəxs 24-cü Polis Şöbəsinə gəlib əməlini etiraf etdiyi vaxt stressdən özü maykanın yaxasından əli ilə dartıb ətəyinə qədər cırdığını bildirmişdir. Maykanın ön və arxa səthlərində qanabənzər ləkələr vardır. Şalvar-qara rənglidir, idman tiplidir, “Sanderia Ferrari” etiketli, “sportlifestyle” sözləri həkk olunmuşdur, iki yan və iki arxa cibləri vardır, cibləri boşdur, beli manjetlidir, sol bud səthində “Ferrari” nişanı, sağ bud səthində “Puma” nişanı vardır, arxa cibin altında İtaliya bayrağının rəngləri vardır. Baxış zamanı şalvarın səthində gözlə görünən zədə və qanabənzər ləkə aşkar edilməmişdir, hər iki ətəyin səthi tozludur. Gödəkçə-qara rənglidir, uzunqol, idman tiplidir, “Sanderia Ferrari” etiketli, 56/58 ölçülü, “sportlifestyle” sözləri həkk olunmuşdur. Sol çiyninin səthində qana bənzər şübhəli qırmızımtıl ləkə aşkar edilmişdir. Gödəkcənin iki yan və iki iç cibi var, cibləri boşdur, şalvarın səthində gözlə görünən zədə aşkar edilməmişdir. Cinayət işi istintaqı üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi hadisə vaxtı əynində olmuş bir ədəd ağ rəngli mayka, bir dəst idman tipli gödəkçə və şalvar götürülərək, qablaşdırılıb möhürlənərək protokola əlavə edilmişdir.(cild 01, iş vər 78-79) “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şübhəli şəxs Təqsirləndirilən şəxs cinayəti ünvan 5 ünvanında törətdiyini və ifadəsində göstərdiyi xüsusatları həmin yerdə əyani olaraq göstərə biləcəyini bildirdiyindən polis əməkdaşlarının müşayiəti altında şübhəli şəxs Təqsirləndirilən şəxs göstərməsi əsasında ünvan 6 ünvanına gedilmiş, hadisə yerində şübhəli şəxs Təqsirləndirilən şəxs mənzilin giriş qapısından daxil olaraq dəhlizdə dayanıb ifadə verməyə başlayıb xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində mənzilə gəldiklərini, tanımadığı qadın müştəri ilə görüşüb birlikdə lift ilə mənzilə qalxdıqlarını, Elnaranın təxminən bir saat ərzində yan otaqda müştəriyə kosmetoloji xidmət göstərdiyi vaxt əvvəlcə Aynura qonaq və mətbəx otağı kimi istifadə etdiyi otaqda peçenye yedizdirdiyini, sonra isə yataq otağına aparıb orada yatızdırdığını, saat 20 radələrində Elnaranın Aynur ilə getməli olduğunu bildirdiyi üçün aralarında dəhlizdə sözlü mübahisənin başladığını, Elnara ilə dəhlizdə dayanıb mübahisə edərkən Elnaradan evinə-eşiyinə yığışmasını tələb edərək "qız uşağıdı aparıb qəhbələrin arasında özüvüz kimi eliyəcəysiz, otur evində" deyəndə sonuncunun ona rus dilində "mənim qızımdı, özüm bilərəm, yaxşı eliyirəm, sənin heç bir ixtiyarın yoxdur” deməsinə əsəbləşdiyi üçün Elnaranın sifət nahiyəsinə bir dəfə sağ yumruğu ilə zərbə endirdiyini, Elnara ağız-burun nahiyəsini əli ilə tutub onun ünvanına nalayiq söyüşlər söyərək qonaq otağına daxil olub otağın mətbəx hissəsinə tərəfə keçdiyini, onun da Elnaranın ardınca gedib mübahisə edə-edə sağ tərəfdə mətbəx mebeli üzərində olan dəstəyi qəhvəyi rəngli mətbəx bıçağını sağ əlinə götürdüyünü, Elnaranın bunu görən kimi yenə də rus dilində "götün çatmaz" deyib onun ünvanına nalayiq ifadələr işlətdiyini, aralarında təxminən yarım metr məsafə olduğunu, əsəbindən bıçağı əlində tutarkən Elnaranın başını sağa-sola hərəkət etdirdiyi bıçağın onun boğaz nahiyəsinə batdığını və Elnaranın boğazını tutub aşağıya doğru əyildiyini, daha sonra bıçağı Elnaranın kürəyinə tərəf atdığını və bıçağın Elnaranın kürəyinə azca batıb döşəmə üzərinə düşərək orada küncdə qaldığını, həmin prosesi Aynurun yataq otağında yatdığı üçün görmədiyini, qanın çoxaldığını görüb əvvəlcə qorxduğuna görə Elnaranı dəhlizə çıxardığını, sonra Aynuru yataq otağından qucağına götürüb mənzildən çıxdığını, həmin vaxt Elnaranın meyitinin dəhlizdə üzüaşağı vəziyyətdə, ayaqları mənzilin giriş qapısı istiqamətində qaldığını bildirib əyani olaraq Elnara Ağarzayeva ilə sözlü mübahisə etdikləri yeri, Elnara Ağarzayevanın sifət nahiyəsinə yumruq zərbəsi vurduğu yeri, Elnara Ağarzayevanın və özünün sonrakı hərəkət istiqamətlərini, bıçağı götürdüyü yeri, Elnara Ağarzayevaya bıçaqla xəsarət yetirən zaman hər ikisinin dayandıqları yeri, Elnara Ağarzayevanın kürək nahiyəsinə doğru bıçağı atmasını, bıçağın düşdüyü yeri, Elnara Ağarzayevanın meyitini dartıb qonaq otağından dəhlizə çıxardığı səmti və meyitin son olaraq qaldığı yeri və səmti göstərmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ilkin ifadəsində hadisədən sonra həyəcanlı olduğu üçün bıçaqla Elnara Ağarzayevanın boğaz nahiyəsinə zərbə endirdiyini göstərdiyi, lakin həqiqəti hazırda əyani olaraq ifadəsini verərkən xatırladığını bildirmişdir. Beləliklə də şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı şübhəli şəxs qismində vermiş olduğu ifadəsində bildirdiyi xüsusatları əyani olaraq bir daha göstərmişdir.(cild 01, iş vər. 103-113) “Baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Mariyam Agarzaevanın təqdim etdiyi bir ədəd diskə baxış keçirilmiş, diskdə “WhatsApp Audio (1)” və “WhatsApp Audio (2)" adlı audio fayl aşkar edilərək hər ikisinə baxış keçirilmiş və “WhatsApp Audio (1)” adlı audio fayla baxış zamanı Təqsirləndirilən şəxs “ona nə qədər yalvardım mən onnan nə qədər xahiş elədim, dedim Elnarə «Ne dovodi menə, ə tebe ne Telğman » (bezdirmə məni, mən sənə Telman deyiləm), mənim uşağımı götürüb qəhbələrnən bütün günü gəzdirirsən, nə qədər ağladım sızıldadım, heç nəyə qulaq asmadı o, axırda vurdum öldürdüm onu mən, mənim uşağımı gözü yaşlı qoymuşdur o” məzmunlu 18 saniyəlik səs yazısı aşkar edilmişdir. “WhatsApp Audio (2)” adlı audio fayla baxış zamanı Təqsirləndirilən şəxs “gedirəm uje polisə «sdavatğsə» (təslim) olam, uşaq bizdədir aparıram verəm, verirəm bizə, uje polisə girirəm mən, vso sağolun məni bağışlayın, mənim heç bir günahım yox idi" məzmunlu 09 saniyəlik səs yazısı aşkar edilmişdir. (cild 01, iş vər 125) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X17 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan olunması qərara alınmışdır.(cild 01, iş vər 127) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ilkin ifadələrində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs 2012-ci ildə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən “Mərkəzi Univermaq”dan qızıl-zinət əşyaları alan zaman satıcı kimi tanımış və aralarında faktiki ər-arvad münasibəti yarandığı vaxtdan qısqandığı üçün Elnaranı iş yerindən çıxmağa məcbur edərək gündəlik xərclərini qarşılamağa başlamış, Elnara ilə münasibəti barədə ailəsi və qohumlarının məlumatı olmamışdır. Təxminən 2015-ci ildə hadisə yeri olan ünvan 2 ünvanında yerləşən ikiotaqlı mənzili Elnara üçün satın almış, Elnara kosmetoloji ləvazimat və preparatlar alaraq qadın müştərilərini həmin mənzildə qəbul edib xidmət göstərmişdir. xx xxxxxx 2018-ci ildə Elnara ilə onun Aynur adlı qız övladları dünyaya gəmiş, həmin vaxtdan daha mütəmadi olaraq Elnaranın yanında olub birlikdə vaxt keçirməyə, övladına görə Elnaraya qarşı daha həssas davranmağa başlamış, lakin 2020-ci ilin əvvəllərindən etibarən Elnaraya zəng edəndə, mesaj yazanda gec cavab verməsi, hara getməsi, niyə getməsi barədə qabaqcadan ona məlumat verməməsi səbəblərindən dəfələrlə aralarında sözlü mübahisə yaranmış və xx xxxxxx 2020-ci il tarixdə Elnara körpə Aynuru da götürüb qabaqcadan ona bildirmədən evdən çıxıb getmiş və dəfələrlə zəng etməsinə baxmayaraq Elnara onun qısqanclığı səbəbindən münasibəti bitirmək, birlikdə yaşamaq istəmədiyini demişdir. O, əvvəlcə Elnaranın incidiyini hesab etsə də bu proses bir neçə gün davam edəndə Elnaranın ayrılmasına əsas olacaq qədər qısqanclıq nümayiş etdirmədiyinə görə şübhələnməyə başlayıb Elnaranın yerini öyrənmək və övladını görmək üçün Elnaraya yalvarmağa başlamışdır. Bundan sonra Elnara ilə onun dediyi vaxtlar və yerlərdə görüşüb övladını görə bilmiş, sonradan Elnaranın tanışı “Gülya”nın qohumlarının Xırdalan şəhərində ünvanını bilmədiyi fərdi yaşayış evində yaşadığını öyrənmiş və övladı üçün yaratdığı şəraiti qoyub gedib şəraitsiz evdə yaşamasını həzm edə bilmədiyi üçün Elnara ilə mübahisələri artmışdır. Təxminən 10-xx xxxxxx 2020-ci il tarixlərdə Elnara Aynur ilə birlikdə kirayədə yaşamağa başlamış, lakin nə qədər yalvarsa da, sözlü dalaşsa da həmin ünvanı ona bildirməmiş, hər dəfə görüş yerlərinə ondan əvvəl gəlməklə və ya görüş yerindən xəlvəti uzaqlaşmaqla ünvanı yayındırmış, həmçinin Elnara "mənə saat 7-dən sonra zəng etmə" deməklə onu daha da şübhələndirmiş, dəfələrlə soruşsa da bucür deməsinin izahını verə bilməyib söhbəti dəyişmişdir. xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində “Gənclik”də yerləşən "Bazarstore”un yaxınlığında görüşüb birlikdə yemək yemişlər. Orada olarkən bir qadın müştəri zəng edib kasmetoloji xidmət üçün Elnara ilə görüşmək istədiyini bildirmiş, Elnara açarları yadından çıxarıb evdə qoyduğu üçün birlikdə Xırdalan şəhərinə gedib açarları götürüdükdən sonra təxminən saat 19 radələrində ünvan 7 ünvanında yerləşən mənzilə gəlmişlər. Blokda tanımadığı qadın müştəri ilə görüşüb birlikdə lift ilə mənzilə qalxmışlar. Elnara təxminən bir saat ərzində yan otaqda müştəriyə kosmetoloji xidmət göstərmiş, o isə əvvəlcə Aynura qonaq otağında peçenye yedizdirmiş, sonra isə yataq otağına aparıb orada yatızdırmışdır. Saat 20 radələrində müştəri gedən kimi dərhal Elnara tələsdiyini və Aynuru da götürüb getməli olduğunu bildirdiyi üçün dəhlizdə aralarında sözlü mübahisə başlamış, Aynur həmin vaxt yataq otağında yatırmış, Elnara ilə sözlü mübahisə zamanı evinə-eşiyinə yığışmasını tələb etmiş, dəhlizdə dayanıb mübahisə edərkən Elnaraya "qız uşağıdı aparıb özün kimi elıyəcəysən. otur evində” deyəndə ona rus dilində “mənim qızımdı, özüm bilərəm, yaxşı eliyirəm, sənin heç bir ixtiyarın yoxdur" deməsinə əsəbiləşib Elnaranın sifət nahiyyəsinə bir dəfə sağ yumruğu ilə zərbə endirmiş, Elnara da burun nahiyyəsini əli ilə tutub, onun ünvanına nalayiq söyüşlər söyməyə başlayıb mətbəx tərəfə keçmişdir. O, Elnaranın ardınca gedib orada Elnara ilə mübahisə edə-edə sağ tərəfdə mətbəx mebeli üzərində olan dəstəyi qəhvəyi rəngli mətbəx bıçağını sağ əlinə götürmüş, Elnara bunu görən kimi yenə də rus dilində onun ünvanına nalayiq söyüş söyərək “götün çatmaz” deyib üzərinə gəlmiş və aralarında təxminən yarım metr məsafə olmuşdur. Həmin vaxt Elnaranın "götün çatmaz” sözü onun kişiliyinə toxunduğuna görə əsəbindən Elnaranın boğaz nahiyyəsinə bir dəfə bıçaqla zərbə endirmiş, bıçaq Elnaranın boğazına batmış, Elnara boğazını tutub aşağıya doğru əyilmiş, o da bıçağı Elnaranın kürəyinə tərəf çırpmışdır. Bıçaq Elnaranın kürəyinə dəyib döşəmə üzərinə düşmüşdür. Həmin prosesi Aynur yataq otağında yatdığı üçün görməmişdir. O, qanın çoxaldığını görüb əvvəlcə qorxduğuna görə Elnaranı dəhlizə çıxarmış, həmin vaxt nə üçün belə etdiyini bilməmiş, lakin sonra yataq otağından Aynuru oyadıb özü ilə götürüb evdən çıxmışdır. Elnaranın meyiti isə dəhlizdə üzüaşağı vəziyyətdə, ayaqları mənzilin giriş qapısı istiqamətdə qalmışdır. O, Aynuru arvadı Şahid2 təhvil verərək ilk dəfə olaraq Elnara və Aynur barədə məlumat vermiş, həmçinin Elnaranı da öldürdüyünü bildirmişdir. Daha sonra o, evdə olarkən DİN-nin 102 xidmətinə zəng edib və könüllü şəkildə birbaşa 24-cü Polis şöbəsinə gəlib Elnaranı öldürdüyünü etiraf etmişdir. Həmçinin, hadisədən sonra Elnaranın mobil telefonu ilə Elnaranın anası yaxud bacısına “Whatsapp” proqramı vasitəsilə səs formasına mesaj ataraq Elnaranı öldürdüyünü bildirmişdir. Hadisə vaxtı əynində ağ rəngli qısaqol mayka, “puma” etiketli idman tipli gödəkçə və şalvar olmuş, həmin paltarlarda zədə olmamalıdır, mayka qanlı olduğuna görə sonradan polis şöbəsinə gələndə ürəyi sıxıldığı üçün əli ilə dartıb ön tərəfdən cırmış, həmin paltarları istintaqa könüllü təqdim etmişdir. Cinayətin törədilmə aləti olan bıçaq isə hadisə yerində mənzilin mətbəx otağında döşəmə üzərində qalmış, sonradan bıçağa müdaxilə etməmişdir. Hadisə ərəfəsində istifadəsində 50-359-11-11, Elnaranın istifadəsində ***-***-**-** və xatırlamadığı bir mobil nömrə olmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, münasibətdə olduqları vaxt normal ər-arvad münasibətlərində olduğu kimi mübahisələri olmuş, əsəbiləşəndə yeri gəlsə bir şillə vurmuş, amma son dövrlər Elnara onunla mübahisə edib sonda əsəbindən özü öz üzünə-başına şillə vurub oturub ağlamışdır. Məryəm Ağarzayevanın təqdim etdiyi bir ədəd diskdə qeyd olunmuş iki səs yazısı ilə tanış olmuşdur, ifadəsində göstərdiyi kimi həmin səs yazıları ona məxsusdur və həmin mesajları hadisədən sonra Elnaranın telefonu ilə Elnaranın anası yaxud bacısına “Whatsapp” proqramı vasitəsilə səs formasında özü atmışdır. (cild 01, iş vərəqə 133-135) Bakı şəhər Nizami Rayon Məhkəməsinin 4(007)-40/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 04(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər 142-143) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 5(007)-57/2020 nömrəli, xx.xx.2020-ci il tarixli “telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların və ya başqa məlumatların ələ keçirilməsi barədə” qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefona və zərərçəkmiş şəxs X3 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefona xx xxxxxx 2020-ci il tarixdə saat 23-59-dan xx xxxx 2020-ci il tarixə, saat 23-59-dək olan müddət ərzində daxil olan və çıxan zənglərin, göndərilən və qəbul edilən smslərin mətnləri, daxil olan və çıxan zənglərin, sms-lərin qəbul edildiyi və ötürüldüyü nömrələrin məxsus olduğu şəxslərə dair anket məlumatları, həmin nömrələrin hansı antenlərin “şəhər, rayon, küçə, yerlər göstərilməklə) əhatə dairəsində istifadə olunmasına dair məlumatların “xxxx” MMC-dən götürülməsi qərara alınmışdır. (cild 01, iş vər. 147-148) Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin məsul növbətçisi tərəfindən həmin şöbənin rəisinə ünvanlanmış raportdan görünür ki, məsul növbətçi məruzə edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20:29-da DİN-in 102 xidmətindən daxil olmuş məlumatda göstərilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs tərəfindən 102 xidmətinə zəng edilərək Çobanzadə küçəsi 53 ünvanında qeyri-rəsmi yaşadığı Elnarə adlı şəxsə boğaz nahiyəsindən bıçaq zərbəsi vuraraq öldürməsi barədə məlumat vermiş, vətəndaş halhazırda Nərimanov rayonunda olduğunu göstərilən ünvana getdiyini bildirmişdir. (cild 01, iş vər 156) Bakı şəhəri Nərimanov rayon MKTB-nin 20 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (cild 01, iş vər. 171) Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(cild 01, iş vər 184-185) xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, Nizami RPİ-nin MSY-nin növbətçisi, polis serjantı Rəsulov Elmin postaçı polis serjantı Quliyev Mehman tərəfindən şübhəli şəxs qismində tutulmuş Nizami RPİ-nin MSY-nə gətirilən Təqsirləndirilən şəxs qəbul edilərkən onun qarın nahiyəsində cırmaq, cızıq izlərinin aşkar olunması ilə əlaqədar akt tərtib edilmişdir.(cild 01. İş vər 191) Məhkəmə-tibbi kriminalistik və soyuq silah ekspertizasının xx.xx.2020-ci il tarixli 193 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyinin arxa sağ səthində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir, ekspertizaya təqdim edilmiş bıçığın tiyəsinin təsiri və ya oxşar konstruktiv xüsusiyyətə malik digər alətin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş Elnara Ağarzaevə məxsus şalvar üzərində zədə aşkar olunmadı. X8 məxsus qısaqol koftanın demək olar ki, bütün səthinə tam və fasıləli ləkələrlə qəhvəyimtil-qonur rəngli ləkələr qeyd olunur. Bu ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt və az dinamiki (az hərəkətli) kontakt nəticəsində fiziki-kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. X8 məxsus idman şalvarının bütün səthinə fasiləli ləkələrlə qəhvəyimtil-qonur rəngli ləkələr qeyd olunur. Bu ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt və az dinamiki (az hərəkətli) kontakt nəticəsində fiziki- kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Təqsirləndirilən şəxs məxsus idman gödəkçəsinin sol ön cibə yaxın bir ədəd kiçik ölçülü, arxa sol tərəfdə çiyinə və qola yaxın sahədə fasiləli qeyri-müəyyən forma və konturlu qəhvəyimtil-qonur rəngli ləkələr qeyd olunur. Qeyd olunan ləkələrin morfoloji əlamətlərinə görə demək olar ki, bu ləkələr qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik enerji impuls verməklə düşən “sıçrantı” xarakterli ləkələrdir. Təqsirləndirilən şəxs məxsus idman şalvarının sol ayağının sol yan hissəsi boyu, yandan arxaya da keçməklə diz nahiyəsinədək geniş sahəni əhatə edən, digər nahiyələrində isə tək-tək və fasilələrlə yerləşən müxtəlif ölçülü qeyri-müəyyən forma və konturlu qəhvəyimtil-qonur qan ləkələri qan mənbəyi ilə dinamik (hərəkətli) kontakt nətcəsində əmələ gəlmişdir, yaxma xarakterlidir. Təqsirləndirilən şəxs məxsus qısaqo! köynəyin ön tərəfinin demək olar ki, bütün səthində, aşağı azad kənara yaxın yanlardan qismən arxaya da keçməklə fasiləli, qeyri-müəyyən forma və konturlu qəhvəyi-qonur, qəhvəyimtil rəngli, sol qolunda çoxlu sayda, sağ qolunda isə tək-tək yerləşən bir neçə kiçik ölçülü qonur rəngli ləkələr qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik enerji impuls vermədə düşən “sıçrantı” xarakterli ləkələrdir. Ekspertizaya təqdim edimiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Təqdim edilən bir bıçağın üzərində hər hansı düzəliş aşkar edilmədi.(cild 01, iş vər 215-220) Məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 313 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxsnm ABO sistemi üzrə qan qrupu: 0-alfa, beta /İ/. Ekspertizaya təqdim olunan mərhum Zərərçəkmiş şəxs məxsus qısaqol kofta, idman şalvarı, Təqsirləndirilən şəxs məxsus idman gödəkcəsi, idman şalvarı, tamlığı pozulmuş qısaqol köynək, bir ədəd bıçaq üzərindəki ləkələrdə və hadisə yerindən 04 ədəd çubuq ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunmuş, ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda “H” antıgeni və əksər ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı, beləliklə, bu qan ləkələri 0-alfa, beta /l/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər.(cild 01, iş vər 221-226) Məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 408 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qarının ön divarının səkkiz ədəd çapıq toxumaları (yara izləri) olmuşdur. Qeyd edilən xəsarətlər iti kənara malik olan əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişdir, alınma müddəti 3-6 ay əvvələ uyğun gələ bilər və şəxsin göstərdiyi tarixlərdə, yəni 2020-ci ilin yanvar və fevral aylarında alınması inkar olunmur. Dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.(cild 01, iş vər 227-229) Məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 42 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs traxeyanın, yemək borusunun, ümumi yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan boynun və döş qəfəsinin deşilmiş-kəsilmiş yaraları, sağ əlin cızığı, alt dodağın, sol əlin, sol almacıq nahiyəsinin qançırları müəyyən olmuşdur. Qeyd edilən xəsarətlər həyatidir, ölümdən az əvvəl qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gələ bilər, deşilmiş-kəsilmiş yaralar və cızıq şiş uclu və iti kənarlı əşyanın (ola bilsin bıçaq) təsirindən, digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər; traxeyanın, yemək borusunun və ümumi yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan boynun ön səthinin deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyır və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəsi vardır. Döş qəfəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərini daşıyır. Cızıq və qançırlar canlı şəxslərdə sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərini daşıyırlar və baş vermiş ölümlə səbəbli əlaqələri yoxdur. Zərərçəkmiş şəxs ölümünə traxeyanın, yemək borusunun və ümumi yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan boynun ön səthinin deşilmiş-kəsilmiş yarası nəticəsində kəskin qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 12-16 saat əvvəl baş vermişdir. Boynun ön səthinin deşilmiş-kəsilmiş yarasının istiqaməti öndən arxaya, sağdan sola və bir qədər yuxarıdan aşağıya doğrudur, yara kanalının uzunluğu 7.0 sm-ə qədərdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild 01, iş vər 230-234) Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 847 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilən “Paranoyal şəxsiyyət pozuntusu, özünükəsmələrlə, anamnezində kəllə-beyin travması” diaqnozlu psixi pozuntu ilə əlaqədar o, ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs yuxarıda göstərilən şəxsiyyət pozuntusu dekompensasiya vəziyyətində olduğu üçün o, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında deyil. Ona qarşı Azərbaycan Respublikası CM-nin 95.0.3cü maddəsinə uyğun olaraq X1 məcburi müalicə şəklində məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs bilik ehtiyyatları, yaddaşı, diqqəti normaya uyğun olmaqla əqlli inkişafında gerilik əlamətləri, intellektual imkanlarının enməsi halı müəyyən olunmur. Lakin keçirilən təfəkkür testləri zamanı təfəkkürünün konkretliyi, paralogikliyi, tənqidinin zəifləməsi, fikirlərinin korreksiya olunmaması abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi müəyyən edilir. Təqsirləndirilən şəxs koqnitiv funksiyalarında (ixtiyari yaddasaxlamasının bir qədər çətinləşməsi, diqqətində dayanıqsızlıq-tez yayınıb, gec mərkəzləşməsi, proqnozlaşdırma qabiliyyətinin bir qədər zəifləməsi) müəyyən edilir. Qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, hövsələsizlik, özünə qarşı hörmət tələb etmək, neqativ amillərə qarşı dözümsüzlük kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən “Paranoyal şəxsiyyət pozuntusu, özünükəsmələrlə, anamnezində kəllə-beyin travması” (şübhə, münasibət və qısqanclıq sayıqlama fikirləri) təsiri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. (cild 01, iş vər 235-239) X7 tərəfindən Nizami rayon prokuroruna ünvanlanan 09 iyun 2020-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayəti, tələbi olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. (cild 02, iş vər 03) “Sənədə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X9 tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və mərhum X3 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ilə xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək aparılmış telefon danışıqlarına dair məlumatları özündə əks edən “xxxx” MMC-nin 10019 saylı xx.xx.2020-ci il tarixli məktubu ilə daxil olmuş 01 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki: 1) xx.xx.2020-ci il tarixdə saat 16:28-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrədən Elnara Ağarzayevanın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Allaxdan qorxmayan allaxı tanımaən balanı atadan ayırar day doçquy" məzmunlu mesaj göndərmişdir. Elnara Ağarzayevanın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə xx.xx.2020-ci il tarixdən, yəni Elnara Ağarzayeva evi tərk etdikdən sonra istifadə edilməyə başlanmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Elnara Ağarzayevanın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək mütəmadi olaraq qarşılıqlı zəng edilərək danışıqlar aparılmışdır. (cild 02, iş vər. 18) Təkrar komisyon ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1347 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli törədənə qədərki dövrdə paranoyal şəxsiyyət pozuntusu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə “Paranoyal şəxsiyyət pozuntusu”nun dekompensasiya (kəskinləşmə) vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə paranoyal şəxsiyyət pozuntusunun dekompensasiya vəziyyətində olduğundan həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterim dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs müşahidə olunan paranoyal şəxsiyyət pozuntusu müvəqqəti xəstəliklər qrupuna aid olmadığından hal-hazırda da paranoyal şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti davam edir. Buna görə də, hal-hazırda Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs hal-hazırkı onda müşahidə olunan dekompensasiya vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı vardır. Bunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq X1 məcburi müalicə növündə məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda müşahidə olunan paranoyal şəxsiyyət pozuntusu dekompensasiya vəziyyətində olduğu üçün o, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmadığından ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs, onda müəyyən edilmiş psixi pozuntuya xarakterik olan hövsələsizlik, qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, şübhəlilik, özünə qarşı hörmət tələb etmək, impulsivlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qeyd edilən psixi pozuntu əlamətləri (paranoyallıq, münasibət və qısqanclıq fikirləri, təfəkkürünün ləngliyi, paralogikliyi, tənqidilik və proqnozlaşdırma funksiyalarının zəifləməsi, bir prosesdən digərinə keçməkdə çevik olmamaq və s.) onda əqli imkanlarının zəifləməsinə dəlalət etmir. Buna görə də, belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs psixi vəziyyətində yaranmış paranoyal şəxsiyyət pozuntusu onun əqli-intellektual imkanlarında gerilik yaratmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən “paranoyal şəxsiyyət pozuntusu”, dekompensasiya vəziyyətində olması, baş verən hadisələrin onun şəxsiyyətinə yönəlmiş olduğunu qəbul etməsi, əsassız şübhə, qısqanclıq fikirlərinin təsiri ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan, fizioloji affekt vəziyyətində olmamışdır.(cild 02, iş vər 19-24) Kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 66 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli törədənə qədərki dövrdə paranoyal şəxsiyyət pozuntusu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə “Paranoyal şəxsiyyət pozuntusu”nun dekompensasiya (kəskinləşmə) vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə paranoyal şəxsiyyət pozuntusunun dekompensasiya vəziyyətində olduğundan həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs müşahidə olunan paranoyal şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti davam edir. Buna görə də. hal-hazırda S M.Babayev öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs hal-hazırkı onda müşahidə olunan dekompensasiya vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı vardır. Bunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq X1 məcburi müalicə növündə məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda müşahidə olunan paranoyal şəxsiyyət pozuntusu dekompensasiya vəziyyətində olduğu üçün o, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmadığından ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs onda qeyd olunan paranoyal şəxsiyyət pozuntusunun dekompensasiya vəziyyətində olduğundan hal-hazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından o, istintaq və digər prosessual hərəkətlərin aparılmasında iştirak etmək, həmin istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və düzgün qiymətləndirmək qabiliyyətinə malik deyil. Təqsirləndirilən şəxs, onda müəyyən edilmiş psixi pozuntuya paranoyal şəxsiyyət pozuntusu", dekompensasiya vəziyyəti, xarakterik olan şübhəlilik, qıcığa qarşı həssaslıq, tez özündən çıxma, özünə qarşı hörmət tələb etmək, impulsivlik, hövsələsizlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qeyd edilən psixi pozuntu əlamətləri (paranoyallıq, münasibət və qısqanclıq fikirləri, təfəkkürün ləngliyi, paralogikliyi, tənqidilik və proqnozlaşdırma funksiyalarının zəifləməsi, bir prosesdən digərinə keçməkdə çevik olmamaq və s.) onda əqli imkanların zəifləməsinə dəlalət etmir. Buna görə də, belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs psixi vəziyyətində yaranmış “paranoyal şəxsiyyət pozuntusu” onun əqli-intellektual imkanlarında gerilik yaratmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən “paranoyal şəxsiyyət pozuntusu”vəziyyətində olması, baş verən hadisələrin onun şəxsiyyətinə yönəlmiş olduğunu qəbul etməsi, əsassız şübhə, qısqanclıq fikirlərinin təsiri ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan, fizioloji affekt vəziyyətində olmamışdır. (cild 02, iş vər 52-57) “Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə barəsində iş başlanmış şəxsin öz psixi vəziyyətinə görə iş üzrə icraatda iştirak edə bilməməsi barədə” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həminmaddə ilə ittiham elan edilmiş və Nizami rayon məhkəməsinin qərarı ilə barəsində xx xxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs cinayəti törədərkən anlaqlı olubolmamasını, eləcə də onun psixi vəziyyəti ilə bağlı digər xüsusatları aydınlaşdırmaq məqsədilə iş üzrə kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası, təkrar komisyon ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixöloji ekspertizası və kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası təyin edilərək müvafiq rəylər alınmışdır.Kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 66 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli törədənə qədərki dövrdə paranoyal şəxsiyyət pozuntusu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə “Paranoyal şəxsiyyət pozuntusu”nun dekompensasiya (kəskinləşmə) vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə paranoyal şəxsiyyət pozuntusunun dekompensasiya vəziyyətində olduğundan həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etməkiqtidarında olmamışdır. Təqsirləndirilən şəxs müşahidə olunan paranoyal şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti davam edir. Buna görə də, hal-hazırda Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs hal-hazırkı onda müşahidə olunan dekompensasiya vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı vardır. Bunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq X1 məcburi müalicə növündə məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda müşahidə olunan paranoyal şəxsiyyət pozuntusu dekompensasiya vəziyyətində olduğu üçün o, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmadığından ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs onda qeyd olunan paranoyal şəxsiyyət pozuntusunun dekompensasiya vəziyyətində olduğundan hal-hazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından o, istintaq və digər prosessual hərəkətlərin aparılmasında iştirak həmin istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və düzgün qiymətləndirmək qabiliyyətinə malik deyil. Təqsirləndirilən şəxs, onda müəyyən edilmiş psixi pozuntuya (“Paranoyal şəxsiyyət pozuntusu", dekompensasiya vəziyyəti) xarakterik olan şübhəlilik, qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, özünə qarşı hörmət tələb etmək, impulsivlik, hövsələsizlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qeyd edilən psixi pozuntu əlamətləri (paranoyallıq, münasibət və qısqanclıq fikirləri, təfəkkürün ləngliyi, paralogikliyi, tənqidilik və proqnozlaşdırma funksiyalarının zəifləməsi, bir prosesdən digərinə keçməkdə çevik olmamaq və s.) onda əqli imkanların zəifləməsinə dəlalət etmir. Buna görə də, belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs psixi vəziyyətində yaranmış “paranoyal şəxsiyyət pozuntusu” onun əqli-intellektual imkanlarında gerilik yaratmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən “Paranoyal şəxsiyyət pozuntsu vəziyyətində olması, baş verən hadisələrin onun şəxsiyyətinə yönəlmiş olduğunu qəbul etməsi əsassız şübhə, qısqanclıq fikirlərinin təsiri ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan, fizioloji affekt vəziyyətində olmamışdır. Göründüyü kimi müvafiq ekspert rəyləri ilə ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab edilmiş Təqsirləndirilən şəxs barəsində başlanmış tibbi xarakterli məcburi tədbirlərin tədbiq edilməsi üzrə icraatda öz psixi vəziyyətinə görə iştirak etmək qabiliyyətində deyildir.(cild 02, iş vər. 60-61) “Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat aparılan şəxsin qanuni nümayəndəsi qismində tanıma haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, xx.xx.1984cü ildə Belorusiya Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, məhkumluğu olmayan, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ünvan 10 ünvanında qeydiyyatda olan X20 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan X12 qanuni nümayəndəsi qismində tanınması qərar alınmışdır.(cild 02, iş vər 65-66) “Anlaqsız vəziyyətdə olan şəxsin işi üzrə müəyyən edilmiş hallar haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, anlaqsız vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə edilərək barəsində həmin maddə ilə yeni məzmunlu təqsidləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılmış və Təqsirləndirilən şəxs qanuni nümayəndəsi və müdafiəçiləri qərarla tanış etdirilməklə surəti onlara təqdim edilməsi qərara alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nın 120.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilmiş və icraatın bu hissəsinə aid materialın surəti ayrılaraq rayon prokurorluğunun dəftərxanasında saxlanılması, Təqsirləndirilən şəxs özü özünə sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirməsində Azərbaycan Respublikası CM-nın 125-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin fakt üzrə qeyd olunan maddə ilə cinayət işi başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində hadisə vaxtı Zərərçəkmiş şəxs boyun nahiyəsinə bir dəfə bıçaqla zərbə endirdiyini göstərsə də, sonradan ifadəsində hadisənin həyəcanında olduğuna görə hadisənin baş verdiyi şəraiti xatırlamadığını və Zərərçəkmiş şəxs başının sağ-sol tərəfə hərəkət etdirərkən ani olaraq bıçağın onun boyun nahiyəsinə batdığını göstərməsi toplanmış istintaq sübutları ilə təkzib olunduğundan onun daha ağır cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə özünün müdafiəsi üçün gətirilmiş dəlillər kimi qiymətləndirilməsi və vəsatət kimi qəbul edilməklə rədd edilməsi qərara alınmış, cinayət işi üzrə hadisə yerinə və meyitə baxış protokolları, şübhəli və təqsirləndirilən şəxsin ifadələri, ifadənin yerində yoxlanılması protokolu, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, sənədlərə baxış protokolları, ekspertiza rəyləri, arayışlar, məktublar və digər prosessual sənədlər iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübutlar kimi qəbul olunaraq qiymətləndirilmişdir. Cinayət işi üzrə mərhum Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək və bir ədəd şalvar, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd gödəkçə, bir ədəd şalvar və bir ədəd qısaqol köynək, cinayətin törədilmə aləti olan bir ədəd mətbəx bıçağı, "xxxx MMC-dən daxil olmuş 01 ədəd disk və zərərçəkmiş şəxsin hüquqi varisi Mariyam Agarzaevanın təqdim etdiyi 01 ədəd disk öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına, üzərilərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübutlar qismində qəbul olunaraq qiymətləndirilmişdir. Geyim əşyaları və mətbəx bıçağı Nizami rayon prokurorluğunun maddi sübutlar otağında, disklər isə cinayət işində saxlanılmış. Hadisə yerinə baxış zamanı götürülmüş xx.xx.2016-cı il tarixli mənzilin alqı-satqısı haqqında müqavilə və “daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsinin əsilləri zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Mariyam Agarzaevaya qaytarılması, cinayət işi materiallarında təqsirləndirilən şəxsin «Mansur» kimi qeyd olunan ata adı «Mansur» kimi, mərhumun «Ağarzayeva» kimi qeyd olunan soyadı «Agarzaeva» kimi və hadisə yerinin «Çobanzadə küçəsi, 53B» kimi qeyd olunan ünvanı «Çobanzadə küçəsi, 2572-ci məhəllə, 53A» kimi oxunmalı olması qərara alınmışdır. (cild 02, iş vər 80-93) “Təqsirləndirilən şəxsə elan edilmiş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə anlaqsız vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr edilərək barəsində həmin maddə ilə yeni məzmunda təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılması qərara alınmışdır.(cild 02, iş vər 94-95) İş üzrə məhkəmə istintaqı zamanı təyin edilməklə keçirilmiş əlavə təkrar kompleks komisyon stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 133 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədənə qədər və həmin əməlini törətdiyi zaman «Paranoyal tipli şəxsiyyət pozuntusu» kimi psixi pozuntudan əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən paranoyal tipli şəxsiyyət pozuntusu cinayət əməlini törətməmişdən bir neçə vaxt əvvəl keçirtdiyi davamlı psixi sarsıntı nəticəsində dərinləşərək dekompensasiya (kəskinləşmə) vəziyyətinə çatmışdır. Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini məhz bu vəziyyətdə törətmişdir. Elmi ədəbiyyatdakı məlumata görə paranoyal tipli şəxsiyyət pozuntusu üçün ədavət, şübhəlilik, əsəbilik (həddən artıq səviyyədə qıcaqlılıq), frustrasiyaya qarşı həssaslığın çox yüksəlməsi, affektin birtərəfliliyi və davamlılığı xarakterikdir. Qısqanclıq fikirlərinin artıq patoloji məzmun kəsb etdiyi hallarda affektiv qərarsızlıq daha çox müşahidə olunur. Belə hallarda xəstədə düşüncənin qısamüddətli qapanması epizodunun keçirilməsi mümkündür. Həmin epizod xəstənin yaddaşında qalmaya (amneziyaya uğraya) bilər. Buna görə Təqsirləndirilən şəxs bilavasitə cinayət əməlini törətdiyi dövrü tam xatırlamır, yalnız fraqmentar məlumatlar çatdırır. Belə bir vəziyyətdə cinayət əməli törədən Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək İqtidarında olmamışdır. Cinayət əməlini törətdikdən sonra Təqsirləndirilən şəxs bir sıra ardıcıl hərəkətlər etməsi onun düşüncəsinin qısamüddətli qapanması epizodundan çıxdıqdan sonrakı hərəkətləri kimi qiymətləndirilə bilər. Lakin bunun ardınca Təqsirləndirilən şəxs ardıcıl şəkildə neqativ mənşəli psixogen amillərin təsirinə məruz qalması (qısamüddətli qapanma epizodunun ardınca ağır cinayət əməli törətdiyini başa düşməsi, bunu aramsız şəkildə fikirləşməsi və s.) ondakı dekompensasiya vəziyyətinin uzanmasına gətirib çıxarmışdır. Elmi tədqiqatlar göstərir ki, bir tərəfdən mərkəzi sinir sisteminin uzun zaman ərzində ardıcıl şəkildə neqativ təbiətli psixogen amillərin təsirinə məruz qalması onun adaptasiya imkanlarını tükəndirir, digər tərəfdən yaşanmış stressogen situasiyaya şəxsin patoloji reaksiya verməsinin özü növbəti arzuolunmaz dəyişikliklərin yaranmasına (sensor İmpulsların mərkəzi sinir sisteminə fasiləsiz axını nəticəsində onun fəaliyyətində ikincili dəyişikliklərin meydana çıxmasına) səbəb olur. Bir daha xatırlamaq lazım gəlir ki, dekompensasiya vəziyyəti - psixi pozuntu və yaxud həyat şəraitinin radikal dəyişiklikləri nəticəsində kompensator mexanizmlərin üzülməsidir ki, belə üzülmə sosial dezadaptasiya və davranışın pozulması şəklində özünü göstərir. Şəxsiyyət pozuntusunda əmələ gələn dekompensasiya üçün ağır və yaxud uzunmüddətli stres situasiyasında adaptiv fəaliyyətin səviyyəsinin enməsi xarakterikdir. Şəxsiyyətin əsas patoloji xassələrinin aşkar şəkildə kəskinləşməsi, sosial adaptasiyanın pozulması dövrü sayılan dekompensasiya vəziyyətinin məcburi müalicə tələb etməsi məhz bununla izah olunur. Təsadüfi deyildir ki, şəxsiyyətin spesifik pozuntusunun müəyyənləşdirilməsi üçün aşağıdakı üç əlamətin cəm halında olması vacibdir: 1) şəxsiyyətin istənilən həyati situasiyada təzahür edə bilən patoloji xassələrinin totallığı; 2) nəzərə çarpan keyfiyyət əlamətlərinin davamlılığı (geriyə dönmə ehtimalının az olması); 3) ifadəlilik. Beləliklə, dekompensasiya vəziyyətində cinayət əməli törədən Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Hər hansı şəxsin tibb müəssisəsində psixiatrik qeydiyyatda olmaması onun psixi cəhətdən sağlam olub-olmamasını deməyə əsas vermir. Bununla yanaşı, müayinə edilən şəxsin cinayət işi materiallarında əks olunmayan və yaxud istintaq orqanı tərəfindən təsdiqini tapmamış hesab edilən anamnestik məlumatlar verməsi, müayinəni aparan komissiya tərəfindən belə məlumatların nəzərə alınması qadağan edilə bilməz. Bir çox hallarda psixi pozuntuların ilkin diaqnostikası zamanı müayinə olunan şəxsin özünün verdiyi və obyektiv (ətrafında olan işanlar tərəfindən verilmiş) anamnestik məlumatların (cinayət işinin içində olan ifadələrin) ən mötəbər mənbə hesab edilməsi elmi ədəbiyyatda təsdiqlənmişdir. Stasionar məhkəmə psixiatrik ekspertizası zamanı müayinə gedişində əsas tədqiqat metodu kimi istifadə olunan klinik-psixopatoloji metodun mühüm komponentlərindən biri kimi məhz toplanmış anamnestik məlumatlar götürülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ekspertlərlə söhbət edərkən bildirdiyi halların həqiqətə uyğunluğu klinik-psixopatoloji metodla yoxlanılarkən sonuncunun cinayət məsuliyyətindən yaxa qurtarmaq və obyektiv həqiqətin müəyyən edilməsinə maneə törətmək məqsədi ilə bilərəkdən belə bir üsuldan istifadə etməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi paranoyal şəxsiyyət pozuntusu kifayət qədər ciddi təhlükəli nəticələr verə bilən bir psixi patologiyadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müşahidə olunan paranoyal şəxsiyyət pozuntusunun hal-hazırda dekompensasiya vəziyyətində olduğu müəyyən edilir. Belə bir vəziyyətdə olan paranoyal şəxsiyyət pozuntusu Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab verməkdən, yaxud onlara rəhbərlik etməkdən məhrum edir. Hal-hazırkı psixi vəziyyətinə görə yoxlanılan şəxs Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır. Bunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq X1 məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür». Sualın birinci hissəsinə cavab olaraq bildiririk ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətdiyi dövrdə onda müşahidə olunan paranoyal şəxsiyyət pozuntusu dekompensasiya vəziyyətində olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığından ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Lakin sualın ikinci hissəsinə cavab olaraq bildiririk ki, «anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Bununla yanaşı ekspert komissiyası qeyd edir ki, Təqsirləndirilən şəxs müəyyən olunan paranoyal tipli şəxsiyyət pozuntusunun gedişindəki dekompensasiya vəziyyəti davam etməsinə görə o, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixiatrik müayinə zamanı onda müəyyən edilmiş psixi pozuntuya («Paranoyal şəxsiyyət pozuntusu, dekompensasiya vəziyyəti») xarakterik olan şübhəlilik, qıcığa qarşı həssaslıq, tez Özündən çıxmaq, özünə qarşı hörmət tələb etmək, konfliktə meyllilik, impulsivlik, emosional oyanıqlıq, hövsələsizlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən psixi pozuntu əlamətləri (paranoyallıq, münasibət və qısqanclıq fikirləri, təfəkkürünün ləngliyi, paralogikliyi, tənqidilik və proqnozlaşdırma funksiyalarının zəifləməsi, bir prosesdən digərinə keçməkdə çevik olmamaq və s.) onun əqli imkanlarının zəifləməsinə dəlalət etmir. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs psixi vəziyyətində yaranmış «Paranoyal şəxsiyyət pozuntusu» onun əqli- intellektual imkanlarında gerilik əlamətləri yaratmamışdır. Qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixiemosional vəziyyətində qəzəblilik, hirslilik, emosional oyanıqlıq halı yaranmış, həmin halın yaranma səbəbi onun əziyyət çəkdiyi «Paranoyal şəxsiyyət pozuntusu» kimi bir pozuntunun dekompensasiya vəziyyətində olması, baş verən hadisələrin onun şəxsiyyətinə yönəlmiş olduğunu qəbul etməsi, əsassız şübhə, qısqanclıq fikirlərinin təsiri altında olması ilə əlaqədar olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan, fizioloji affekt vəziyyətində olmamışdır. (cild 02, iş vər. 220-228) Təqsirləndirilən şəxs Mənsur oğluna məxsus DYİ ******* seriya və nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, Dövlət Miqrasiya Xidməti tərəfindən Belarus Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs Mənsur oğluna xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə verilmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetmiş hesab edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və iş üzrə keçirilmiş ekspertiza rəylərinə və həmçinin Azərbaycan Respublikası CM-nin 21.2 və 95.0.3-cü maddələrinə uyğun olaraq barəsində X1 məcburi müalicə şəklində psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilir. Həmin Məcəllənin 95.0 və 95.0.3-cü maddələrinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Nizami rayon Prokurorluğunda saxlanılan mərhum Elnarə Agarzaevanın əynində olmuş bir ədəd qısaqol köynək və bir ədəd şalvar, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd gödəkçə, bir ədəd şalvar, və bir ədəd qısaqol köynək, cinayətin törədilmə aləti olan bir ədəd mətbəx bıçağı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş materiallarına əlavə edilmiş “xxxx” MMC-dən daxil olmuş 01 ədəd disk və zərərçəkmiş şəxsin hüquqi varisinin təqdim etdiyi 01 ədəd disk cinayət işində saxlanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, fəaliyyət qabiliyyəti olmayan Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutlan əməli anlaqsız vəziyyətdə törətdiyindən o, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.2-ci maddəsinə əsasən cinayət işi üzrə aparılmış ekspertiza xərcini ödəməkdən azad edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 477-ci maddəsinin və Azərbaycan Respublikası CM-nin 21.1, 21.2, 93.1-1, 93.1.-1.1, 95.0 və 95.0.3-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.2 və 95.0.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs X1 məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarına yerləşdirilməsi həbsdə saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəsisəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar, - Bakı şəhəri Nizami rayon Prokurorluğunda saxlanılan mərhum Elnarə Agarzaevanın əynində olmuş bir ədəd qısaqol köynək,və bir ədəd şalvar, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd gödəkçə, bir ədəd şalvar, və bir ədəd qısaqol köynək, cinayətin törədilmə aləti olan bir ədəd mətbəx bıçağı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş materiallarına əlavə edilmiş “xxxx” MMC-dən daxil olmuş 01 ədəd disk və zərərçəkmiş şəxsin hüquqi varisinin təqdim etdiyi 01 ədəd disk cinayət işində saxlansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.2-ci maddəsinə əsasən cinayət işi üzrə aparılmış ekspertiza xərcini ödəməkdən azad edilsin. Qərardan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar