Məhkəmə qərarları › İş №1(101)-293/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-293/2022

21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-293/2022 21.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müadfiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 06.06.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, DSK yolunda yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəolan heroin əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, o, 01 iyul 2021-ci il tarixdə, saat 15:00 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Lallar fabriki» adlanan ərazidə tanımadığı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi- 14,750 qram olan narkotik vasitə heroini 120 (bir yüz iyirmi) manat pul müqabilində alaraq əldə edib, üzərində saxlayaraq daşımış, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:40 radələrində Binəqədi qəsəbəsi, 3-ci mədəndə yerləşən hərbi komissarlığın yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən polis bölməsinə gətirilmiş, orada üzərinə axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sol yan cibində olan bir ədəd boz rəngli pul kisəsinin içərisindəki bir ədəd şəffaf sellofan bükümündə 14,750 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cümaddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailəlidir, himayəsində iki azyaşlı uşağı var. Həbs olunmamışdan əvvəl bərbərlik fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən bir il yarım olar ki, narkotik vasitə istifadəçisidir, lakin ailə üzvləri bu barədə bilməmişlər. Yalnız marixuana və kakos adlanan narkotik vasitələrdən istifadə etmişdir. Gündəlik yarım qramdan az miqdarda narkotik qəbul edirdi. Narkotik vasitəni «çet»lə alırdı. Bir «çet»in qiyməti 10-15 (on-on beş) manat arasında dəyişirdi. Narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu «Lallar fabriki» adlanan ərazidən adını bilmədiyi, «Qaqaş» deyə çağırılan şəxsdən alırdı. Hadisə baş verən gün piyada hərəkətdə olarkən Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt orada olan taksi sürücüsü ilə aralarında mübahisə yaranmışdır. Saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitələri ancaq şəxsi istifadəsi üçün əldə edirdi. Heç bir halda narkotik vasitə satışı ilə məşğul olmamış və bu niyyətlə narkotik əldə etməmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanına verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyətlər olduğu üçün onun ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, 01 iyul 2021ci il tarixdə, saat 17:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədəndə yerləşən hərbi komissarlığın yaxınlığında piyada hərəkətdə olduğu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasında şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvət etmişlər. Bundan sonra öz razılığı ilə həmin bölməyə aparılmış və orada hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, dəvət olunmuş müdafiəçi Famil Süleymanov ona təqdim edilmiş, müdafiəçiyə etiraz etməmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda, əynində olan qara rəngli idman üslublu şalvarın sol yan cibindən bir ədəd boz rəngli pul kisəsini, həmin şalvarın sağ yan cibindən bir ədəd boz rəngli «HTC» markalı mobil telefon aparatını çıxarıb masanın üzərinə qoymuş və üzərində başqa hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra ondan masanın üzərinə qoyduğu özünə məxsus olan boz rəngli pul kisəsini açmağı tələb olunmuşdur. Həmin pul kisəsinin içərisində olan bir ədəd şəffaf sellofan bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu zamanı bükümün içərisində olan maddənin «kakos» olmasını, həmin narkotik vasitəni saat 15:00 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədəndə yeləşən «Lallar fabriki» yaxınlığında tanımadığı şəxsdən 120 (bir yüz iyirmi) manata şəxsi istifadəsi məqsədi ilə aldığını bildirmişdir (iş vərəqi 73-74). Təqsirləndirilən şəxs elan olunan ifadə ilə məhkəmədə verdiyi ifadə arasındakı fərqi həmin ifadəsini oxumadan imzalaması ilə əsaslandırmış və məhkəmədə verdiyi ifadələrinin doğru olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, şahidi dindirərək, habelə iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin YYÇİU inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 01 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi və daşıması barədə 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 bununla əlaqədar raportla rəhbərliyə müraciət etmiş, daha sonra tərkibinə onun da daxil olduğu əməliyyat qrupu yaradılmış, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və məlumatı yoxlamaq məqsədilə Binəqədi rayonu, Mərkəzi küçə adlanan ərazidə müşahidəyə başlamışlar. Zahiri əlamətləri əvvəlcədən onlara məlum olan Təqsirləndirilən şəxs bənzəyən şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi ilə üzərində gəzdirməkdə şübhəli olduğunu deyib, onu 43-cü Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və bölmədə olarkən öz ərizəsi ilə dövlət hesabına vəkillə təmin olunmuş, daha sonra ona videoçəkiliş vasitəsilə axtarış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı üzərindən bir ədəd «HTC» markalı mobil telefon aparatını və boz rəngdə olan pul kisəsini axtarışı həyata keçirən şəxsə təqdim etmişdir. Həmin pul kisəsinin içərisindən 14 qram narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni 01 iyul 2021-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədəndə «Lallar fabriki» adlanan yerin yaxınlığında tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunmuş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 digər Şahid2 ifadəsində göstərdiyi xüsusiyyətləri təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir (iş vərəqi 95-97). Bundan başqa iş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin 01.07.2021-ci il tarixli raportundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib, üzərində gəzdirməsi bildirilmişdir (iş vərəqi 03). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin 01.07.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:10-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 25-26). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin 01.07.2021-ci il tarixli protokolundan görünür ki, həmin tarixdə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərində aparılmış axtarış zamanı ona üzərində olan əşayaları təqdim etmək təklif olunmuş və o, əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd boz rəngli pul kisəsi, həmin şalvarın sağ yan cibindən «HTC» markalı boz rəngli mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq üzərində başqa hər hansı bir əşya olmadığını bildirmiş, bundan sonra onun təqdim etdiyi, boz rəngli pul kisəsinin içərisindənşəffaf rəngli sellofana bükülümüşbirədəd bükülü müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində narkotik vasitəheroin olduğunu, heroini həmin gün saat 15:00-da Bakışəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1-ci mədəndə«Lallar Fabriki» adlanan yerin yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 120 (bir yüz iyirmi) manata aldığını bildirmişdir (iş vərəqi 30-32). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.07.2021-ci il tarixli 6/2664 nömrəli ekspert rəyindən görünür ki,tədqiqata təqdim edilmişüzərində «Mirzəxanov.R» yazısı olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 14,750 qr. olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan- heroindir; aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik müəyyən edilmişdir (iş vərəqi 42-45). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-924/2021 nömrəli 02.07.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş 01.07.2021-ci il tarixli «Əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair» qərar və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat tədbiri qanuni hesab edilmişdir (iş vərəqi 47-49). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 02.07.2021-ci il tarixli protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aparılmış axtarış vaxtı çəkilmiş videogörüntülərin köçürüldüyü bir ədəd DVD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, axtarışın keçirilməsinə 01.07.2021-ci il tarixdə, saat 19:20-də başlanır. Axtarışın aparıldığı yer süni işıqlandırma ilə işıqlandırılmışdır, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyevin əyləşdiyi xidməti otaqdır. İştirakçıar bölmənin əməliyyat müvəkkili Şahid1, YYÇİ üzrə inspektoru Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı Fuad Alıyevin əyləşdiyi masanın qarşısında dayanmışlar. Baş təhqiqatçı tərəfindən iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs masaya yaxınlaşıb əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd boz rəngli pul kisəsini, həmin şalvarın sağ yan cibindən «HTC» markalı boz rəngli mobil telefonu çıxarıb masanın üzərinə qoyur, bundan sonra Təqsirləndirilən şəxs məxsus pul kisəsinin içərisini açılır və həmin boz rəngli pul kisəsinin içərisində olan şəffaf rəngli sellofana bükülümüş bir ədəd bükülü çıxarılıb masanın üzərinə qoyulur. Təqsirləndirilən şəxs özünə məxsus pul kisəsinin içərisində aşkar edilmiş bir ədəd sellofan bükülünün içərisində heroin olduğunu və heroini həmin gün saat 15:00-da Bakışəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1-ci mədəndə «Lallar Fabriki» adlanan yerin yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 120 (bir yüz iyirmi) manata aldığını bildirir. Həmin bükülü zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanır. 01.07.2021-ci il tarixdə, saat 19:40-da axtarış yekunlaşdırılır (iş vərəqi 55). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 02.07.2021-ci il tarixli qərarlarından görünür ki, iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış- şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aparılmış axtarış vaxtı çəkilmiş videogörüntülərin köçürüldüyü bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 14,750 qr. heroinin 14,650 qr. qalığı saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir (iş vərəqi 56-57). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 03.07.2021-ciiltarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (iş vərəqi 62). İş materiallarındakıAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 03.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 64-65). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-663/2021 nömrəli 03.07.2021-ciiltarixliqərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 01 iyul 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir (iş vərəqi 91-93). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 105). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 X7 Məhkəmə Psixiatrik Ekspertizasının 24.08.2021-ci il tarixli 1905 nömrəli rəyindən görünürki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 117-119). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 18.10.2021-ci il tarixli 4014 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 120-121). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin 04.10.2021-ci il tarixli 330-12728- 1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməsi faktı öz təsdiqini tapsa da, narkotik vasitənin əldə olunduğu mənbənin müəyyən edilməsi mümkün olmamışdır (iş vərəqi 172). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakışəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 20.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün ibtidai istintaqı aparılan ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (iş vərəqi134-135). Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə özünü təqsirli bilməməsinə, yəni narkotik vasitə istifadəçisi olsada, alqı-satqısı ilə məşğul olmadığı, ibtidai istintaq zamanı ifadəsini oxumadan imzalamasına dair verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadə verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası 28.06.2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli 961-İİQ nömrəli Qanununun Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasiətlərin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması, video görüntülərə baxış keçirilməsi kimi istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutun mövcudluğu və iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən, habelə ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. İş üzrə maddi ziyan, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin(qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə uyğun olaraq, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləriisə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakınavə onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1, 132.1.4, 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 14,750 qr. heroinin 14,650 qr. qalığı məhv edilməli; Təqsirləndirilən şəxs üzərində aparılmış axtarış vaxtı çəkilmiş videogörüntülərin köçürüldüyü bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197-198-ci maddələrinə əsasən bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə, ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə bu qənaətə gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018ci il tarixli 202 nömrəli qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 06 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27.12.1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işləəlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30.03.2006-cıil tarixli 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27.12.1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 01 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli 01 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından vəkil X2 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 14,750 qr. heroinin 14,650 qr. qalığı məhv edilsin; Təqsirləndirilən şəxs üzərində aparılmış axtarış vaxtı çəkilmiş videogörüntülərin köçürüldüyü bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar