Məhkəmə qərarları › İş №1(101)-293/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-293/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-293/2024 27.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X2 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 26 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 iştirakı ilə, xx xxxxxx 2002-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Güloğlular ərazi dairəsi, Qaradağlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanda fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs tərəfindən, xuliqanlıq niyyəti ilə, iki və ya daha çox şəxsə qarşı insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, həmçinin bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə etdikləri əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 18 oktyabr 2022-ci il tarixdə saat 21:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən adsız kafedə müştəri qismində olaraq tanışları ilə birlikdə rəqs edən zaman, onlarla eyni zamanda rəqs edən digər müştərilər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 toxunmasına görə sonuncu tərəfindən bildirilmiş irada görə ilk öncə kafenin içərisində sözlə mübahisə etdikdən sonra təxminən saat 22 radələrində kafenin yaxınlığında küçədə söz mübahisəsi etdiyi Zərərçəkmiş şəxs2 kafenin içərisində ona bildirdiyi iradı bəhanə edib, əslində isə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək, sonuncunun sifət nahiyəsindən kəllə ilə bir dəfə vurmuş, bundan sonra tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib, Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqla bədəninin müxtəlif nahiyələrindən vurub ona, sağ çiyin nahiyəsinin deşilmişkəsilmiş yarası və döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası kimi həm ayrı-ayrılıqda, həm də ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, sağ said nahiyəsinin dirsək sinirinin zədələnməsi ilə müşayiət olunan deşilmiş- kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, qarının ön divarının daxilə nüfuz edərək ürəyin sol mədəciyinin mənfəzə keçən yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirmiş, həmin zaman Zərərçəkmiş şəxs2 köməklik etmək istəyən sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs2 bıçaqla bədəninin müxtəlif yerlərindən vuraraq ona, pnevmotoraksla müşayiət olunan döş boşluğuna nüfuz edən döş qəfəsinin ön və arxa səthinin iki ədəd deşilmiş-kəsilmiş yaraları, qaraciyərin cırılması ilə müşayiət olunan qarın boşluğuna nüfuz edən bel nahiyəsinin sağ yarısının deşilmiş-kəsilmiş yarası, dalağın cırılması ilə müşayiət olunan qarın boşluğuna nüfuz edən bel nahiyəsinin sol yarısının deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, daha sonra Zərərçəkmiş şəxs3 aşağı ətraf nahiyələrindən bıçaqla vurub ona hər iki sağrı nahiyələrinin və sağ bud nahiyəsinin deşilmiş-kəsilmiş yaraları kimi hər biri həııı ümumilikdə, honı də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs3 yuxarı ətraf nahiyələrindən bıçaqla vurub ona döş qəfəsinin arxa səthinin onurğa sütunu proyeksiyasının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, bel nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası kimi hər biri həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, sol kürək sümüyünün sınığı ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin deşilmişkəsilmiş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, döş qəfəsinin sağ-yan səthinin ön qoltuqaltı xətt üzrə İİİ qabırğa proyeksiyasında daxilə nüfuz edərək sağ tərəfli pnevmotoraksla müşayiət olunan deşilmişkəsilmiş yarası və döş qəfəsinin sol yan səthinin orta qoltuqaltı xətt üzrə Vİ qabırğa proyeksiyasında daxilə nüfuz edərək sol tərəfli pnevmotoraksla müşayiət olunan deşilmişkəsilmiş yarası kimi hər biri dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə, bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə etdiyi əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və bir qrup şəxs tərəfindən, xuliqanlıq niyyəti ilə, iki və ya daha çox şəxsə qarşı insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 18 oktyabr 2022-ci il tarixdə saat 21:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən adsız kafedə müştəri qismində olaraq tanışları ilə birlikdə rəqs edən zaman, onlarla eyni zamanda rəqs edən digər müştərilər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 toxunmalarına görə sonuncu tərəfindən bildirilmiş irada görə ilk öncə kafenin içərisində sözlə mübahisə etdikdən sonra, təxminən saat 22 radələrində kafenin yaxınlığında küçədə tanışı Təqsirləndirilən şəxs1 heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək, Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən bir dəfə kəllə ilə vurduğunu görüb, Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib, sonuncu Zərərçəkmiş şəxs2 bıçaqla bədəninin müxtəlif nahiyələrindən vurub ona, sağ çiyin nahiyəsinin deşilmiş-kəsilmiş yarası və döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası kimi həm ayrı- ayrılıqda, həm də ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, sağ said nahiyəsinin dirsək sinirinin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, qarının ön divarının daxilə nüfuz edərək ürəyin sol mədəciyinin mənfəzə keçən yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirmiş, həmin zaman Zərərçəkmiş şəxs2 köməklik etmək istəyən sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 isə özü yaxınlaşıb üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqla bədəninin müxtəlif nahiyələrindən vuraraq ona, pnevmotoraksla müşayiət olunan döş boşluğuna nüfuz edən döş qəfəsinin ön və arxa səthinin iki ədəd deşilmiş-kəsilmiş yaraları, qaraciyərin cırılması ilə müşayiət olunan qarın boşluğuna nüfuz edən bel nahiyəsinin sağ yarısının deşilmiş-kəsilmiş yarası, dalağın cırılması ilə müşayiət olunan qarın boşluğuna nüfuz edən bel nahiyəsinin sol yarısının deşilmiş- kəsilmiş yarası ilə nəticələnən, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, bundan sonra Zərərçəkmiş şəxs3 yuxarı ətraf nahiyələrindən bıçaqla vurub döş qəfəsinin arxa səthinin onurğa sütunu proyeksiyasının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, bel nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası kimi hər biri həm ümumilikdə, həm də ayrı- ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, sol kürək sümüyünün sınığı ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, döş qəfəsinin sağ-yan səthinin ön qoltuqaltı xətt üzrə İİİ qabırğa proyeksiyasında daxilə nüfuz edərək sağ tərəfli pnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası və döş qəfəsinin sol yan səthinin orta qoltuqaltı xətt üzrə Vİ qabırğa proyeksiyasında daxilə nüfuz edərək sol tərəfli pnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi hər biri dərəcəsinə görə həm ümumilikdə, həm də ayrıayrılıqda xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirmiş, Təqsirləndirilən şəxs1 isə bıçaqla Zərərçəkmiş şəxs3 aşağı ətraf nahiyələrindən vurub ona hər iki sağrı nahiyələrinin və sağ bud nahiyəsinin deşilmiş-kəsilmiş yaralan kimi hər biri həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə, bir qrup şəxs tərəfindən ictimai qaydam kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə etdiyi əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və bir qrup şəxs tərəfindən, xuliqanlıq niyyəti ilə, iki vo ya daha çox şəxsə qarşı İnsan həyalı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 oktyabr 2022ci il tarixdə axşam radələrində, Arif, Kənan, Elnur və Anarla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, ”Pasyolka Kirov” deyilən yerdə parkın içərisində görüşüb həmin ərazidə olan kafelerin birində spirtli içki içməyə getmişlər. Daha sonra həmin gün saat 21:00 radələrində “Banunçiçək” restoranın yaxınlığında olan adsız kafedə yeyib içməyi qərarlaşdıraraq oraya getmişlər. Həmin kafedə Arif, Kənan, Elnur və Anarla birlikdə eyni masa arxasında əyləşib pivə sifariş etmişlər. Həmin zaman kafedə onlardan başqa digər müştərilər də olmuş, onlar da ayrılıqda masa arxasında əyləşmişlər. Daha sonra tanışlarından biri telefonunu kafedə olan musiqi aparatına qoşaraq mahnı qoymuş, həmin zaman o, Kənan və Anar rəqs etməyə durmuş və masaların qarşısındakı səhnə kimi istifadə edilən boş yerdə rəqs etməyə başlamışlar. Bir qədər rəqs etdikdən sonra masaya qayıtmışlar. Daha sonra yenidən rəqs etmək üçün Kənanla səhnəyə keçib rəqs etməyə başlamışlar. Həmin zaman rəqs edərək arxa-arxaya hərəkət edərkən 3 nəfər rəqs edən şəxsin arasına daxil olaraq onlara maneçilik törətmişdir. Bu zaman həmin 3 nəfərdən biri öz iradını bildirmiş, o da onlara üzrxahlıq etmişdir. Daha sonra həmin şəxslərin ona baxaraq narazılıqlarını ifadə etdiyini gördükdə həmin şəxslərlə aralarında mübahisəsi yaranmışdır. Həmin şəxslərə bildirmiş ki, söhbət edib aydınlaşdırmaq üçün çölə çıxsınlar və kafenin çıxış hissəsində söhbət etsinlər. Onlarla birlikdə həmin şəxslərin üçü, həmçinin o, Kənan, Elnur, Arif və Anar birlikdə kafedən çıxaraq kafenin qarşısında dayanmışlar. Həmin zaman o sonradan adını bildiyi Məhəmməd adlı şəxsi təklikdə söhbət etməyə dəvət edərək ona mübahisə etməyə ehtiyac olmadığını bildirmişdir. Həmin vaxt kənarda dostlarıyla aralarında mübahisə yaranmış şəxslərin arasında dava düşdüyünü görmüşdür. Məhəmməd anidən onun yanından uzaqlaşıb əli ilə Kənanı vurmuş və Kənan yerə yıxılmışdır. O, Kənanı vurduğu üçün Məhəmmədə sözlə iradını bildirmiş, bu zaman Məhəmməd onu da yumruqla üz nahiyəsindən zərbə vurmuş və zərbədən yerə yıxılmışdır. Ayağa qalxdıqdan sonra Məhəmməd yenidən ona zərbə vurmuş və yenidən yerə yıxılmışdır. Yerə yıxılarkən Məhəmmədin onun ünvanına söyüş söydüyünü eşitmiş, bu zaman üzərində olan cib bıçağını çıxarıb bıçaqla Məhəmməd adlı şəxsin oturacaq nahiyyəsindən iki dəfə vurmuşdur. Daha sonra qarışıqlıq yaranmış və həmin 3 nəfər şəxs oradan uzaqlaşmağa başlamışdır. O, iri cüssəli ağ köynək geyinmiş Məhəmməd adlı şəxsə zərbə vurmuşdur. O, rəqs edərkən istəmədən həmin 3 nəfər şəxsə toxunmuş və onlara əl hərəkətləri ilə üzrxahlıq etmişdir. Məhəmmədə sözlə dostunu vurmasını dayandırmağı bildirsə də, Məhəmməd ona da zərbə yetirmişdir. Həm sərxoşluqdan, həm də rəqs hərəkətlərini icra edərkən səndələdiyindən zərərçəkmiş şəxslərə dəymişdir. O, “Banuçiçək” restoranın yaxınlığında olan kafeyə gəlməzdən 1 saat əvvəl başqa kafedə 4-5 bakal pivə içmişdir. Kafedə onlardan və mübahisə etdikləri şəxslərdən başqa şəxslər də olmuş və həmin şəxslər də mübahisəni dayandırmaqlarını xahiş etmişlər. Kafenin icarəçisi də mübahisənin lüzumsuz olduğunu bildirmişdir. Aralarında yaranmış mübahisəyə görə kafedə musiqini dayandırmamışlar. Davaları kafenin çölündə başlamışdır. Baş vermiş hadisəyə görə kafenin işi pozulmuşdur. O, bıçağı cibindən çıxarıb Məhəmməd adlı şəxsə 2 dəfə bıçaqla arxa nahiyəsindən zərbə vurmuşdur. Arifin hər hansısa bir şəxsi bıçaqlamasını görməmişdir. İbtidai istintaq zamanı o, Arifin hər hansısa bir şəxsi bıçaqla vurmasını bildirməmiş və həmin ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, Arif, Kənan, Anar və Elnur adlı şəxsləri bir neçə ildir ki, yaşadığı Rəsulzadə qəsəbəsindən tanıyır və onlarla aralarında dostluq münasibətləri vardır. 18 oktyabr 2022-ci il tarixdə axşam radələrində, Arif, Kənan və Anarla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, “Pasyolka Kirov” deyilən yerdə parkın içərisində görüşmüşlər. Həmin zaman Binəqədi rayonu, Binəqədi şossesində yerləşən adsız kafeyə gedib yeyib içməyi qərarlaşdırıb bu məqsədlə həmin günü saat 21 radələrində birlikdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesində yerləşən adsız kafeyə getmişlər, həmin kafedə Arif, Kənan və Anarla birlikdə eyni masa arxasında əyləşib pivə sifariş etmişlər. Bir neçə dəqiqə sonra isə Elnur da həmin kafeyə gəlmişdir. Həmin zaman kafedə onlardan başqa digər müştərilərdə var idi, onlar da ayrılıqda masa arxasında əyləşmişdilər. Lakin həmin şəxsləri əvvəlcədən tanımamışdır. Daha sonra tanışlarından biri telefonunu kafedə olan musiqi aparatına qoşaraq mahnı qoymuş, həmin zaman özü, Kənan və Anar rəqs etməyə durmuş və masaların qarşısındakı səhnə kimi istifadə edilən boş yerdə rəqs etməyə başlamışlar. Bir qədər rəqs etdikdən masaya qayıtmışlar, daha sonra yenidən rəqs etmək üçün Kənanla səhnəyə keçmiş və rəqs etməyə başlamışlar. Həmin zaman digər masa arxasında əyləşmiş tanımadığı 3 nəfər şəxslər də yanlarında rəqs etmişlər. Rəqs edərək arxa-arxaya hərəkət edərkən həmin 3 nəfər rəqs edən şəxslərin arasına daxil olmuşdur. Həmin vaxt elə alınmışdır ki, həmin şəxslərə maneçilik törətmişdir. Bu zaman həmin 3 nəfərdən biri yəni, sonradan adını bildiyi Sahib adlı şəxs öz iradım bildirmiş və bu zəmində həmin şəxslərlə aralarında söz mübahisəsi yaranmışdır. Daha sona həmin şəxslərə bildirmişdir ki, söhbət edib aydınlaşdırmaq üçün çölə çıxsınlar və kafenin çıxış hissəsi tərəfə getmişlər. Onlarla birlikdə həmin şəxslərin üçü, həmçinin özü, Kənan, Elnur, Arif və Anar birlikdə kafedən çıxıb kafenin qarşısında dayanmışlar. Sonradan söz mübahisəsinin səs-küyünə kənardan tanımadığı bir neçə nəfər şəxslər yaxınlışmışdır. Həmin zaman onun yanında Kənan dayanmış və həmin 3 nəfərdən biri yəni, sonradan adını bildiyi Məhəmməd adlı şəxs onlarla üzbə-üz dayanmışdır. Məhəmməd ani bir vaxtda əli ilə Kənanı vurmuş və Kənan yerə yıxılmış, Kənanı vurduğu üçün Məhəmmədə sözlə iradını bildirmiş, bu zaman Məhəmməd onu da yumruqla üzündən vurmuş və zərbədən yerə yıxılmışdır. Yerə yıxılarkən Məhəmmədin onun ünvanına söyüş söydüyünü eşitmiş, bu zaman sol yan tərəfində şalvarının kəmərinin alt hissəsində saxladığı cib bıçağını sol əlilə çıxarıb, bıçaqla Məhəmməd adlı şəxsin oturacaq nahiyyəsindən iki dəfə vurmuşdur. Daha sonra qarışıqlıq yaranmış və həmin 3 nəfər şəxs oradan uzaqlaşmağa başlamışdır. Həmin zaman Arif söyləmişdir ki, o da həmin 3 nəfərdən birini kürək nahiyəsindən bıçaqla vurmuş, bıçağın qulpu onun əlində, bıçaq isə həmin şəxsin kürəyində qalmışdır. Lakin, həmin zaman Arifin hər hansı bir şəxsi bıçaqla vurmasını görməmişdir. Daha sonra oradan uzaqlaşıb çıxıb getmişlər.Hadisə 18 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesində yerləşən adsız kafenin yaxınlığında küçədə səkinin üzərində baş vermişdir. Hadisə zaman orada dostları Elnur, Anar, Arif və Kənan, həmçinin sonradan adlarını bildiyi Fərid, Sahib və Məhəmməd adlı şəxslər, bundan başqa küçədə mübahisə davam edən zaman oraya toplaşmış bir neçə nəfər tanımadığı şəxslər olmuşdur. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisə zamanı bıçaqla yalnız Məhəmməd adlı şəxsi oturacaq nahiyəsindən iki dəfə vurmuş, onu öldürmək niyyəti olmamışdır, öldürmək istəsəydi bunun üçün heç bir maneəçilik yox idi. Həmçinin Fərid və Sahib adlı şəxslərə heç bir xəsarət yetirməmiş, buna görə də, onlara da xəsarət yetirmək və ya onları öldürmək niyyəti olmamışdır. Fərid və Sahib adlı şəxslərin həmin xəsarətləri necə və hansı şəraitdə almalarını bilmir. Bıçaq yalnız özündə və Arifdə olduğu üçün belə çıxır ki, digər şəxslərə və Məhəmməd də olan digər bıçaq xəsarətlərini Arif bıçaqla yetirmişdir. Hadisə zamanı istifadə etdiyi bıçağı hazırda yadında qalmayan bir yerdə metal tullantıları yığarkən dəmirlərin arasından tapmış və hər ehtimal üçün özünü qorumaq məqsədi ilə üzərində gəzdirmiş, həmin bıçağı məlum hadisədən sonra haradasa itirmişdir. Hadisə zamanı onu yalnız Məhəmməd adlı şəxs yumruqla bir dəfə sifət nahiyəsindən vurmuşdur və zərbədən yerə yıxılmışdır, lakin həmin zaman heç bir xəsarət almamışdır. Bədənində aşkar edilmiş sağ və sol dirsək oynağı nahiyələrinin, bel nahiyəsinin, sol əlin və sol əlin İİİ barmağının sıyrıqları xəsarətlərini hadisədən əvvəl almışdır, həmin xəsarətləri necə və hansı şəraitdə almağını xatırlamır. Sağ əlin İİ barmağının səthi kəsilmiş yarası xəsarətini isə hadisə zamanı bıçaqla Məhəmməd adlı şəxsə xəsarət yetirən zaman öz ehtiyyatsızlığı nəticəsində almışdır (cild 3, iş vərəqə 37-39). Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsinin məzmunundan görünür ki, o, törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 18 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində dostları Anar, Samir və Kənan ilə birlikdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesində yerləşən adsız kafeyə getmişlər. Kafeyə getməkdə məqsədləri istirahət edərək bir qədər spirtli içki olan pivə içmək olmuşdur. Kafedə Samir, Kənan və Anarla birlikdə eyni masa arxasında əyləşib pivə sifariş etmişlər. Daha sonra Elnur zəng etmiş və ondan harada olmağını soruşduqda ona olduğu kafenin ünvanını bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Elnur da həmin kafeyə gəlmiş və əyləşdikləri masanın arxasına keçib əyləşmişdir. Həmin zaman kafedə onlardan başqa digər müştərilər də olmuşdur. Onlar əyləşdikləri masadan bir masa qabaqdakı masada 3 nəfər şəxs əyləşmişdir. Həmin şəxslərdən birini, yəni Fəridi əvvələr tanımışdır. Fəridin yanında olan digər iki nəfər şəxsi isə əvvəlcədən tanımamış, sonradan ona məlum olmuş ki, həmin şəxslərdən biri Fəridin qardaşı Sahib, ağ gödəkcə geyinən şəxs isə Məhəmməd adlı şəxsdir. Kafedə çox pivə içdiyindən demək olar ki, sərxoş vəziyyətdə olmuş, ancaq buna baxmayaraq özünü idarə edə bilmişdir. Həmin zaman Kənan, Samir və Anar rəqs etmək üçün masa arxasından durub kafedə rəqs etmək üçün ayağa qalxdıqda digər hissəyə keçmiş, xalası oğlu Elnurla masa arxasında əyləşib söhbətləşmişlər. Bir qədər sonra görmüş ki, Kənan, Samir və Anar qonşu masada əyləşən Fəridin yanında olan şəxslərlə sözlə mübahisə edir. Bundan sonra Elnurla birlikdə oturduqları masadan qalxıb onlara yaxınlaşmışlar. Daha sonra onlar həmin şəxslərlə birlikdə kafedən çölə çıxıb kafenin qarşısında dayanmışlar. Fəridə yaxınlaşıb onu kənara dəvət edərək onunla söhbət etmiş, Fəridə onu tanıdığını və ona davanın heç kimə lazım olmadığını demiş, Fərid də onunla razılaşmışdır. Fərid söhbət edən zaman qəflətən qarşısından qaçıb və arxaya çönəndə görmüş ki, əlbəyaxa dava gedir. Kənanı yerdə üzü yuxarı yerə yıxılmış vəziyyətdə görmüşdür. Sahib adlı şəxs Kənana yumruq və təpiklə zərbələr endirmişdir. Sahibi iki əli ilə belindən qucaqlayıb özünə tərəf çəkib aralaşdırmış, münaqişə zamanı əynində ağ gödəkçə olan, sonradan adını bildiyi Məhəmməd adlı şəxs onun üzünün sağ hissəsinə yumruqla bir neçə zərbə vurmuşdur. Həmin vaxt Məhəmmədə cavab olaraq yumruqla bir neçə zərbə endirmişdir. Məhəmməd adlı şəxs onu vurduğuna görə üzərində gəzdirdiyi tutacağı cib bıçağının tiyəsini açıb Məhəmməd adlı şəxsin kürəyinin sol hissəsinə iki dəfə vurmuşdur. İkinci zərbəni vurandan sonra bıçağın tiyəsi sapından sınıb Məhəmmədin kürəyində qalmışdır. Məhəmməd onu vurduqdan sonra Məhəmmədə bıçaqla zərbə vurmuşdur. Məhəmmədi taksiyə əyləşdirib xəstəxanaya aparmışlar. Əvvəllər məhkum olunmamışdır. Məhəmmədə bıçaqla zərbə yetirdikdə bıçağın tiyəsi Məhəmmədin kürəyində, bıçağın tutacağı əlində qalmışdır. Samirin hər hansısa bir şəxsi bıçaqlamasını görməmiş və o,kimisə bıçaqladığını ona deməmişdir. Hadisə baş verən ərazinin yaxınlığında olan dəmir yolunun kənarında xatırlamadığı istiqamətdə bıçağın tutacağını atmışdır. Samirin üzərində bıçaq olduğunu bilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, Samir, Kənan, Anar və Elnur adlı şəxsləri bir neçə ildir ki, yaşadığı Rəsulzadə qəsəbəsindən tanıyır və onlarla aralarında dostluq münasibəti vardır. 18 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində dostları Anar, Samir və Kənan ilə birlikdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesində yerləşən adsız kafeyə getmişlər. Kafeyə getməkdə məqsədləri istirahət edib bir qədər spirtli içki olan pivə içmək idi. Kafedə Samir, Kənan və Anarla birlikdə eyni masa arxasında əyləşib pivə sifariş etmişlər. Daha sonra mobil telefonuna Elnur zəng etmiş və ondan harada olmağım soruşduqda ona olduğu kafenin ünvanını bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Elnur da həmin kafeyə gəlmiş və onların əyləşdiyi masanın arxasına keçib əyləşmişdir. Həmin zaman kafedə onlardan başqa digər müştərilər də var idi. Özlərinin əyləşdiyi masadan bir masa qabaqdakı masada 3 nəfər şəxs əyləşmişdi. Həmin şəxslərdən birini, yəni Fəridi əvvələr tanımışdır. Belə ki, Fərid qonşusu Fərhad adlı şəxslə dostluq etdiyini görüb bilmişdir, aralarında həmin vaxt münasibət də yaranmışdır. Kafedə olarkən Fəridin arxası onlar əyləşdiyi masaya tərəf olduğundan sonuncu görmədiyi üçün onunla görüşməmişdir. Fəridin yanında olan digər iki nəfər şəxsləri isə əvvəlcədən tanımamışdır, sonradan ona məlum olmuşdur ki, həmin şəxslərdən biri Fəridin qardaşı Sahib, ağ gödəkcə geyinən şəxs isə Məhəmməd adlı şəxsdir. Kafedə çox pivə içdiyindən demək olar ki, sərxoş vəziyyətdə idi, ancaq buna baxmayaraq özünü idarə edə bilirdi. Həmin zaman Kənan, Samir və Anar rəqs etmək üçün masa arxasından durub kafedə rəqs etmək üçün ayrılmış hissəyə keçmiş, özü isə xalası oğlu Elnurla masa arxasında əyləşib söhbətləşmişlər. Bir qədər sonra görmüşdür ki, Kənan, Samir və Anar qonşu masada əyləşən Fəridin yanında olan şəxslərlə sözlə mübahisə edirlər. Bundan sonra Elnurla birlikdə oturduqları masadan qalxıb onlara yaxınlaşmışlar və həmin zaman onların arasında gedən söhbətlərdən ona məlum olmuşdur ki, mübahisə musqi ilə bağlı baş verib. Belə ki, Fəridin qardaşı Sahib onun dostlarına irad tutub bildirmişdir ki, “siz nə üçün bizim sifariş etdiyimiz musiqiyə girirsiniz”. Hər iki tərəf içkili olduğundan mübahisə artmış, qarşılıqlı olaraq qərara gəlmişlər ki, mübahisəni bayırda aparsınlar. Belə olub birlikdə kafedən çölə çıxıb kafenin qarşısında dayanmışlar. Fəridə yaxınlaşıb onu kənara dəvət edib onunla söhbət etmiş, Fərid onu tanıdığını bildirmiş və ona davanın heç kimə lazım olmadığını dedikdə Fərid onunla razılaşmışdır. Fərid söhbət edən zaman qəflətən qarşısından qaçmış və arxaya çönəndə görmüşdür ki, əlbəyaxa dava gedir. Kənanı yerdə üzü yuxan yerə yıxılmış vəziyyətdə görmüş. Sahib adlı şəxs Kənana yumruq və təpiklə zərbələr endirmişdir. Sahibi iki əli ilə belindən qucaqlayıb özünə tərəf çəkib aralaşdırmış, münaqişə zamanı əynində ağ gödəkçə olan, sonradan adını bildiyi Məhəmməd adlı şəxs onun üzünün sağ hissəsinə yumruqla bir neçə zərbə vurmuşdur. Fləmin vaxt Məhəmməd cavab olaraq yumruqla bir neçə zərbə endirmişdir. Məhəmməd adlı şəxs onu vurduğuna görə acığını çıxmaq məqsədilə üzərində gəzdirdiyi tutacağı qəhvəyi rəgli taxtadan olan, tiyəsinin uzunluğu təxminən 8 sm olan, açılıb-bağlanan cib bıçağının tiyəsini açıb Məhəmməd adlı şəxsin kürəyinin sol hissəsinə iki dəfə vurmuşdur. İkinci zərbəni vurandan sonra bıçağın tiyəsi sapından sınıb Məhəmmədin kürəyində qalmışdır. Həmin vaxt Məhəmmədin kürək hissəsindən qan çıxdığını görüb qorxmuş və dava edən şəxslərdən aralanıb dəmir yolu keçən körpü tərəfə qaçı dəmir yolunun kənarında dayanmış və bıçağın tutacağını hazırda xatırlamadığı istiqamətdə atmışdır. Təxminən 10 dəqiqədən sonra onun dayandığı yerə Kənan, Elnur, Samir və Anar gəlmişlər. Həmin vaxt dostlarına bildirmişdir ki, ağ gödəkçə olan şəxsi bıçaqla vurmuşdur. Samir də söhbət zamanı onlara bildirmişdir ki, özü də bıçaqla bir neçə şəxsi vurubdur, lakin neçə nəfəri vurduğunu deməmişdir. Öz aralarında təxminən 5-10 dəqiqə söhbət etdikdən sonra hərə öz evinə getmişdir. Hadisə zamanı istifadə etdiyi bıçağı həmin gün evin yaxınlığında tapmış və bu səbəbdən cibində qalmışdır. Məhəmməd adlı şəxsə xəsarət yetirən zaman bıçağın tiyəsi sonuncunun kürək nahiyəsində qırılıb qalmışdır. Əl tutan hissəsini isə yol gedərkən hazırda yadında qalmayan bir yerdə atmışdır. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Məhəmməd adlı şəxsi bıçaqla vurarkən onu öldürmək niyyəti olmamışdır, öldürmək istəsəydi onun üçün heç bir maneəçilik yox idi. Fərid və Sahib adlı şəxslərə heç bir xəsarət yetirməmişdir, buna görə də, onlara da xəsarət yetirmək və ya onları öldürmək niyyəti olmamışdır. Fərid və Sahib adlı şəxslərin həmin xəsarətləri necə və hansı şəraitdə almalarını bilmir. Sonradan dəmir yolunun kənarında ona məlum olmuşdur ki, Samirin də üzərində bıçaq olmuşdur. Lakin, Samirin bıçaqla neçə nəfərə və nə kimi xəsarətlər yetirməsini bilmir. Hadisə zamanı Məhəmməd adlı şəxs onun üz nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Lakin həmin zərbə nəticəsində heç bir xəsarət almamışdır (cild 3, iş vərəqə 50-52). Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsinin məzmunundan görünür ki, o, törətdiyi cinayət əməllərini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olmaları ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 18 oktyabr 2022-ci il tarixdə axşam saatlarında qardaşı Zərərçəkmiş şəxs1la birlikdə əylənmək və istirahət etmək üçün Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesində yerləşən adsız kafeyə gəlmişlər. Orada olarkən onlara qoşulması üçün dostu Məhəmmədə zəng edib onu da, həmin kafeyə dəvət etmişlər. Az müddət keçdikdən sonra Məhəmməd də, həmin kafeyə gəlmiş və üçü birlikdə masa arxasında əyləşmişlər. Həmin zaman kafedə onlardan başqa digər müştərilərdə olmuşdur, onlar da ayrılıqda masa arxasında əyləşmişlər. Həmin zaman kafedə musiqi səsləndiyindən rəqs etmək üçün üçü birlikdə rəqs meydanına keçib və səslənən musiqi altında rəqs etməyə başlamışlar. Rəqs meydanında onlardan başqa şəxslər də rəqs etmişlər. Qardaşı Fərid və dostu Məhəmmədlə rəqs edən zaman, orada rəqs edən digər tanımadığı şəxs rəqs edərək onlar aralarında daxil olub rəqsə maneçilik törətdiyi üçün tanımadığını deyərək iradını bildirdikdə həmin şəxs rəqs hərəkətlərini dayandırıb onlarla söz mübahisəsi etməyə başlamışdır. Həmin vaxt tanımadığı şəxslə birlikdə kafedə istirahət edən şəxslərdə onlara yaxınlaşmışlar. Həmin şəxs onlara kafedən çıxaraq söhbət etməyi bildirmiş, buna görə də birlikdə kafedən çölə çıxmışlar. O, həmin şəxslərin arasında yalnız Arifi tanımışdır. Kafedən çölə çıxdıqda aralarında dava-dalaş düşmüşdür. Bundan sonra dava-dalaş zamanı kimin kimi vurduğunu, onu kimin bıçaqladığını görməmişdir. Hadisə zamanı ona, qardaşına və Məhəmmədə konkret olaraq kimlərin bıçaqla xəsarət yetirməsini görməmişdir. O yalnız Arifi tanıyır, digər şəxsin hadisə baş verən zaman orada olubolmamasını xatırlamır. Onu kimin vurduğunu xatırlamır. O, spirtli içki qəbul etmir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti yoxdur. O, Ariflə söhbət edərkən qardaşına kəllə zərbəsi vurmuşlar. Qardaşı Sahib onu vuran şəxsin kim olduğunu ibtidai isintaq zamanı demişdir. Qardaşı və onun xəstəxana xərcləri 4000 manatdan çox olmuş, təqsirləndirilən şəxslərin yaxınları isə onlara 1000 manat vermişdir. Təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2022-ci il oktyabr ayında dəqiq xatırlamadığı tarixdə, axşam radələrində Sahib ona zəng vurub qardaşı Fəridlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesində yerləşən adsız kafedə olduqlarını bildirmiş və onu da birlikdə əylənmək üçün həmin kafeyə dəvət etmişdir. Bundan sonra həmin kafeyə getmiş, kafedə o, Fərid və Sahib birlikdə bir masa arxasında əyləşmişlər. Həmçinin kafedə onlardan başqa digər müştərilərdə olmuş, onlar da ayrılıqda masa arxasında əyləşmişlər. Həmin zaman kafedə musiqi səsləndiyindən Sahib və Fəridlə birlikdə rəqs etmək üçün masa arxasından durub kafedə yerləşən rəqs meydanına keçib səslənən musiqi altında rəqs etməyə başlamışlar. Rəqs meydanında onlardan başqa kafeyə müştəri qismində gəlmiş şəxslər də rəqs etmişlər. Rəqs edən zaman tanımadığı bir şəxs Sahibə toxunduğu üçün Sahib həmin şəxsə deyərək iradını bildirmiş və həmin şəxslə aralarında sözlə mübahisə yaranmışdır. Həmin vaxt bir neçə şəxs də onlara yaxınlaşmışdır. Adını sonradan bildiyi Samir adlı şəxs onlara kafedən çıxaraq söhbət etməyi bildirmiş, buna görə də birlikdə kafedən çölə çıxmışlar. Kafedən çölə çıxdıqda aralarında dava-dalaş düşmüşdür. Bundan sonra dava-dalaş zamanı kimin kimi vurduğunu, onu kimin bıçaqladığını görməmişdir. Ayılanda xəstəxanada olduğunu bilmiş, hadisə zamanı onu konkret olaraq kimin bıçaqla vurduğunu xatırlaya bilməmişdir. Onların masada 3 nəfər əyləşmişdir. Onu kimin vurduğunu xatırlamır. Hadisə zamanı digər tərəfdən neçə şəxsin orada olduğunu xatırlamır. Kafenin adını xatırlamır. O, spirtli içki qəbul etmir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti yoxdur.Təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-cı il tarixdə axşam radələrində Arif, Samir və Anarla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, “Pasyolka Kirov” deyilən yerdə parkın içərisində görüşmüşlər. Həmin zaman Binəqədi rayonu, Binəqədi şossesində yerləşən kafeyə gedib yeyib içməyi qərarlaşdırmışlar. Həmin günü təxminən saat 21:00 radələrində Binəqədi şossesində yerləşən adsız kafeyə daxil olmuş, həmin kafedə bir masa arxasında əyləşib hər birinə pivə sifariş edib içmişlər. Həmin zaman Arif qohumu Elnur adlı şəxsə zəng vurub sonuncunu da kafeyə dəvət etmiş, daha sonra telefonunu kafedə olan musiqi aparatına qoşaraq mahnı qoymuş, həmin zaman o, Samir, Anar və Arif durub səhnə kimi istifadə edilən boş yerdə rəqs etməyə başlamışlar. Bir qədər rəqs etdikdən sonra Anar masaya qayıtmış, o və Samir isə rəqs etməyə davam etmişlər. Rəqs edən zaman Samir və o sərxoş olduqlarından bir-iki dəfə digər şəxslərin arasına girməklə həmin şəxslərə maneçilik törətmişlər. Bu zaman həmin şəxslər Samirə yaxınlaşıb onlara maneçilik törətdiyi üçün öz iradlarını bildirmişlər. Samirlə həmin şəxslərin aralarında sözlə mübahisə olmasını görüb onlara yaxınlaşmış, eyni zamanda Anar, Elnur və Arifdə onlara yaxınlaşmışdır. Bundan sonra Samir həmin şəxsləri söhbət etmək üçün kafedən çölə dəvət etmiş, birlikdə hamısı kafedən çölə çıxıb kafenin qarşısında dayanmışlar. Həmin zaman Samirlə Sahib arasında söz mübahisəsi davam etməyə başlamış. Həmin zaman hər biri digər tərəfdən bir şəxs götürüb kənarda bu məsələnin münaqişəsiz sonlandırmaq üçün danışıqlar aparmışlar. Az sonra Sahib və Samir onların yanına yaxınlaşmışdır. Həmin zaman sərxoş vəziyyətdə olduğundan, konkret orada olan şəxslərin biri-birilərinə nə deməsini xatırlamır. Lakin, həmin vaxt kimsə qışqırmış ki, “məni bıçaqla vurdular”. Ani bir vaxtda hər kəsin qaçdığını görmüş, bundan sonra öz dostlarının arxası ilə dəmiryolu istiqamətində qaçmışdır. Sonradan Samir və Arif bildirmişlər ki, həmin şəxsləri bıçaqla vurmuşlar. Lakin əvvəlcədən Samir və Arifin üzərlərində bıçaq olduğunu bilməmişdir. Hadisə zamanı hər hansı bir şəxsi vurub xəsarət yetirməmiş, eyni zamanda hadisə zamanı onu hər hansı bir şəxs vurub xəsarət yetirməmişdir. Samir və Arif sonradan bildirmişdir ki, həmin şəxsləri bıçaqla vurub xəsarət yetirmişlər. Samir və Arifin kimisə vurduğunu görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18 oktyabr 2022-ci il tarixdə saat 21:00 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesində yerləşən adsız kafeyə getmişlər. Həmin kafeyə getməkdə məqsədləri istirahət edib bir qədər spirtli içki olan pivə içmək olmuşdur. Kafedə Arif, Samir və Kənanla eyni masa arxasında əyləşib pivə sifariş etmişlər. Bir neçə dəqiqə sonra Elnur da həmin kafeyə gəlmiş, lakin, Elnuru kimin kafeyə dəvət etməsini xatırlamır. Həmin zaman kafedə onlardan başqa digər müştərilərdə olmuşdur, onlar da ayrılıqda masa arxasında əyləşmişlər. Daha sonra onlar masada olan şəxslərdən biri telefonunu kafedə olan musiqi aparatına qoşaraq mahnı qoymuşdur, həmin zaman o, Samir və Kənan rəqs etməyə durub masaların qarşısındakı səhnə kimi istifadə edilən boş yerdə rəqs etməyə başlamışlar. Bir qədər rəqs etdikdən sonra o, masaya qayıtmış, Kənan və Samir isə rəqs etməyə davam etmişdir. Rəqs edən zaman Samir və Kənan sərxoş olduğundan bir-iki dəfə digər şəxslərin arasına girməklə həmin şəxslərə maneçilik törətmişdir. Bu səbəbdən həmin şəxslərdən biri Samirə öz iradını bildirmiş, daha sonra Samirlə həmin şəxs arasında söz mübahisəsi başlamış, bundan sonra o və Elnur da onlara yaxınlaşmışlar. Samir həmin şəxslərə çölə çıxıb söhbət etməyi təklif etmiş, bundan sonra o, Samir, Kənan, Elnur və həmin şəxslərdən Fərid, Sahib və Məhəmməd adlı şəxslər birlikdə kafedən çölə çıxmışlar. Həmin zaman Samirlə Sahibin arasında söz mübahisəsi davam etməyə başlamış və kafedən çıxdıqda biraz sol tərəfə çəkilmişdir. O isə Məhəmməd adlı şəxslə, Arif isə Fəridlə söhbət edirdi. Ani bir vaxtda kiminsə bıçaqla vurulması barədə qışqırıq səsləri eşitmiş, bundan sonra hər kəs biri-birinə qarışmış və dava-dalaş yaranmışdır. Daha sonra hər kəs qaçmağa başlamış, o da öz dostlarının arxası ilə qaçmışdır. Mübahisənin kimin başlatdığını görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 18 oktyabr 2022-ci il tarixdə saat 21:00 radələrində Arifə zəng etmiş, Arif Binəqədi şossesində kafedə olduğunu demişdir. Bundan sonra onunla görüşmək üçün həmin kafeyə getmiş, kafeyə daxil olduqda Arifin masa arxasında oturduğunu, həmçinin tanışları Samir, Kənan və Anarın da orada olduğunu, Ariflə eyni masa arxasında oturub pivə içdiklərini görmüşdür. O da onlara qoşulub masa arxasında əyləşib pivə sifariş edib içmişdir. Həmin zaman kafedə onlardan başqa digər müştərilər də olmuş, onlar da ayrılıqda masa arxasında əyləşmişlər. Lakin həmin şəxsləri tanımırdı. Daha sonra müştərilərdən biri telefonunu kafedə olan musiqi aparatına qoşaraq mahnı qoymuşdur. Həmin zaman Kənan, Samir və Anar rəqs etməyə durmuş və masaların qarşısındakı səhnə kimi istifadə edilən boş yerdə rəqs etməyə başlamışlar. Bir qədər rəqs etdikdən sonra Anar masaya qayıtmış, Kənan və Samir isə rəqs etməyə davam etmişdir. Həmin zaman digər masa arxasında əyləşmiş tanımadığı 3 nəfər şəxslər də durub rəqs etmiş, rəqs edən zaman Samir sərxoş olduğundan bir-iki dəfə həmin 3 nəfər şəxsin arasına girməklə həmin şəxslərə maneçilik törətmişdir. Bu səbəbdən Samirlə həmin şəxslərin biri arasında söz mübahisəsi yaranmış, o, Anar və Kənan da onlara yaxınlaşmışlar. Samir həmin zaman həmin üç nəfər şəxslərdən yəni, sonradan adını bildiyi Sahib adlı şəxsi söhbət etmək üçün kafedən çölə dəvət etmişdir. Bundan sonra o, Samir, Kənan və Anar, həmçinin sonradan adlarını bildiyi Sahib, Fərid və Məhəmməd birlikdə kafedən çölə çıxmışlar. Kafedən çıxdıqda Samir Sahib adlı şəxslə, həmçinin Arif də Fərid adlı şəxslə bir qədər kənarda ikilikdə, o və Kənan isə Məhəmməd adlı şəxslə söbət etmişlər. Həmçinin tanımadığı xeyli şəxslər də onların ətrafına toplaşmışlar. Lakin, həmin vaxt kimsə qışqırmış ki, “məni bıçaqla vurdular”. Ani bir vaxtda hər kəsin qaçdığını görmüş, bundan sonra öz dostlarının arxası ilə dəmiryolu istiqamətində qaçmışdır. Sonradan Samir və Arif bildirmişlər ki, həmin şəxsləri bıçaqla vurmuşlar. Lakin əvvəlcədən Samir və Arifin üzərlərində bıçaqla olduğunu bilməmişdir. Hadisə zamanı hər hansı bir şəxsi vurub xəsarət yetirməmiş, eyni zamanda hadisə zamanı məni hər hansı bir şəxs vurub xəsarət yetirməmişdir. Samir və Arif sonradan bildirmiş ki, həmin şəxsləri bıçaqla vurub xəsarət yetirmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində Zəhmət kiçik müəssisəsində mühafizəçi işləyir. Həmin müəssisənin yaxınlığında X1 məxsus adsız kafe vardır. 18 oktyabr 2022-ci il tarixdə saat 22:00 radələrində mühafizəçi işlədiyi müəssisənin həyətində olmuşdur. Bu zaman Mircahidə məxsus kafenin qarşısında səs-küy olduğunu eşitmiş, hadisə yerinə yaxınlaşmadan, aralıdan baxdıqda bir neçə nəfər şəxslərin dava-dalaş etdiklərini və qaçdıqlarını görmüşdür. Bundan sonra Mircahidə zəng vurub hadisə barədə məlumat vermiş, sonradan eşitmiş ki, həmin şəxslər əvvəlcə kafedə olublar, sonra aralarında davadalaş baş vermiş və onlardan bir neçəsi bıçaq xəsarətləri almışdır. Hadisə yerinə yaxınlaşmadığı üçün həmin şəxslərin kimlər olmasını və konkret olaraq kimin kimi nə ilə vurub xəsarət yetirməsini görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 18 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində qardaşı Zərərçəkmiş şəxs1la birlikdə əylənmək və istirahət etmək üçiin Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesində yerləşən adsız kafeyə gəlmişlər. Orada olarkən onlara qoşulması üçün dostu Məhəmmədə zəng edib onu da, həmin kafeyə dəvət etmişdir. Az müddət keçdikdən sonra Məhəmməd də, həmin kafeyə gəlmiş və üçü birlikdə masa arxasında əyləşmişlər. Eləmin zaman kafedə onlardan başqa digər müştərilərdə var idi, onlar da ayrılıqda masa arxasında əyləşmişdilər. Eləmin zaman kafedə musiqi səsləndiyindən rəqs etmək üçün üçü birlikdə rəqs meydanına keçmişlər və səslənən musiqi altında rəqs etməyə başlamışlar. Rəqs meydanında onlardan başqa şəxslər də rəqs edirdilər. Qardaşı Fərid və dostu Məhəmmədlə rəqs edən zaman, orada rəqs edən digər tanımadığı, lakin adım sonradan bildiyi Samir adlı şəxs rəqs edərək onların aralarına daxil olub rəqsə maneçilik törətdiyi üçün Samir adlı şəxsə «niyə hörmətsizlik edirsən» deyərək iradını bildirdikdə həmin şəxs rəqs hərəkətlərini dayandırıb onlarlas söz mübahisəsi etməyə başlamışdır. Həmin vaxt Samirlə birlikdə kafedə istirahət edən şəxslərdən əvvəlcədən tanımadığı, sonradan adlarım bildiyi Arif, Anar, Kənan və Elnur adlı şəxslər onlara yaxınlaşmışlar. Samir onlara kafedən çıxaraq söhbət etməyi bildirmiş, buna görə də birlikdə kafedən çölə çıxmışlar. Kafedən çölə çıxdıqda Samir adlı şəxs onunla, Arif qardaşı Fəridlə, Kənan, Anar və Elnur adlı şəxslər isə Məhəmmədlə üzbə-üz dayanıb mübahisə etmişlər. Mübahisə edən zaman Samir qəflətən kəllə ilə onun sifət nahiyəsinə vurmuşdur. Özü də dərhal ona cavab olaraq yumruq zərbəsi vurmuşdur. Fakin, həmin yumruq zərbəsinin onlara dəyib-dəyməməsini bilmir. Bununla da dava- dalaş başlanmışdır. Həmin an qarşı tərəflə özlərinin aralarında dava düşmüş, az müddət sonra başı gicəllənib taqətdən düşmüş, lakin qardaşı Fəridin onu kənara çəkdiyini hiss etmiş və elə həmin vaxt yerə yıxılmışdır. Özünü toplayıb ayağa durmağa çalışmış, buna baxamayaraq taqəti olmadığından yenidən yıxılmışdır. Ayıldıqda artıq xəstəxanada olduğunu və 3 gün vaxt keçdiyini bilmişdir. Həmçinin sonradan bilmişdir ki, mübahisə zamanı ona bıçaqla xəsarət yetirilmişdir, huşumu itirdikdən sonra onu ilkin olaraq 6 saylı Məlikova adma xəstəxanaya aparmışlar, oradan isə Semaşka adlanan xəstəxanaya yerləşdirmişlər. 3 gün sonra isə Semaşko xəstəxanasında ayılmışdır. Xəstəxanada ayılan zaman ona məlum olmuşdur ki, mübahisə zamanı ondan başqa qardaşı Fərid və dostu Məhəmməd də bıçaqlanmışlar və onlar da 20 yanvar dairəsində yerləşən Respublika Kliniki xəstəxanasmdadırlar. Hadisə zamanı orada özü, qardaşı Fərid, dostu Məhəmməd, qarşı tərəfdən isə Samir, Arif, Anar, Elnur və Kənan adlı şəxslər olmuşdur. Hadisə zamanı ona, qardaşı Fəridə və Məhəmmədə konkret olaraq kimlərin bıçaqla xəsarət yetirməsini görməmişdir. Bildiyi qədər bıçaq yalnız Samir və Arif adlı şəxlərdə olmuşdur. Özündə yalnız bıçaqla yetirilmiş xəsarətlər olmuşdur, bıçaqdan istifadə etməyən hər hansı bir şəxs tərəfindən ona xəsarət yetirilməmişdir. Hadisə zamanı ona kəllə vurmuş Samirə yumruq zərbəsi atsa da, zərbəsi ona dəyməmişdir. Başqa heç kəsi vurmamış və heç bir xəsarət yetirməmişdir (cild 2, iş vərəqə 169-171). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, özünə məxsus “Xəzər Azsamand” markalı **- PS-*** qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə axşam saat 22 radələrində idarə etdiyi yuxanda qeyd olunan avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində “Banu Çiçək” restoranının yanından keçərkən tanımadığı bir neçə nəfər şəxslər yaxınlaşıb avtomobilinin qarşısına çıxmış, sonra həmin şəxslər avtomobilin arxa qapılarını açıb iki nəfər şəxsləri arxa hissəyə uzandırmış və həmin iki nəfər şəxsləri xəstəxanaya çatdırmağını bildirib avtomobilin qapılarını örtmüşlər. Həmin şəxslərin bədənlərinin müxtəlif yerlərində qan ləkələri var idi. Bundan sonra DİN-in “102” xidmətinə zəng vurub məlumat vermiş, sonra isə avtomobili idarə edib həmin şəxsləri Məlikov aduıa xəstəxanaya aparmışdır. Avtomobili ilə xəstəxanaya apardığı şəxslərin, həmçinin həmin şəxsləri avtomobilə əyləşdirən şəxslərin kim olduqlarını bilmir. Həmçinin həmin xəsarət almış iki nəfər şəxslərin necə və hansı şəraitdə kim tərəfindən xəsarət almaları barədə heç bir məlumatı yoxdur. Həmin şəxsləri xəstəxanaya apardıqdan sonra çıxıb getmişdir. Həmçinin həmin zaman həmin şəxslərin huşu özlərində olmadığından, avtomobildə hər hansı bir söz deməmişdirlər (cild 2, iş vərəqə 55-56). Cinayət işinin materiallarında olan 14 mart 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 2, iş vərəqə 204-207). Cinayət işinin materiallarında olan 14 mart 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 2, iş vərəqə 208-211). Cinayət işinin materiallarında olan 14 mart 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Şahid3 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 2, iş vərəqə 212-215). Cinayət işinin materiallarında olan 15 mart 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Şahid3 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 2, iş vərəqə 216-220). Cinayət işinin materiallarında olan 15 mart 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 2, iş vərəqə 221-225). Cinayət işinin materiallarında olan 15 mart 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 2, iş vərəqə 226-230). Cinayət işinin materiallarında olan 24 və 27 fevral 2023-cü il tarixli “şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tanınmaya təqdim edilmiş, tanınma zamanı sonuncular Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyaraq xx.xx.2022ci il tarixdə onlarla dava-dalaş edən şəxslər olduğunu bildirmişlər (cild 2, iş vərəqə 161- 168, 173-180 və 185-192). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi barədə” 24 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə faylların ikisində olan video görüntülərdə kafenin içərisində Zərərçəkmiş şəxs1 və qardaşı Zərərçəkmiş şəxs2 qısaqol köynəkdə, Zərərçəkmiş şəxs3 isə ağ gödəkcədə üçü birlikdə rəqs edirlər, digər faylda olan görüntüdə isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid2 və Şahid1 kafedə birlikdə rəqs edərək Fərid və Zərərçəkmiş şəxs2 qardaşlarına yaxınlaşırlar, biri-biri ilə söhbət etdikdən sonra adlan qeyd olunan şəxslərin hamısı birlikdə kafedən çölə çıxırlar. Digər üçüncü faylda olan görüntülərdə isə kafedən çöldə bir neçə nəfər şəxslərin bir yerə toplaşdıqları və bir qədər hərəkət etdikləri görünür. Lakin, qaranlıq hava şəraiti olduğundan konkret olaraq üçüncü faylda videogörüntülərdə olan şəxslərin kimlər olması müəyyən edilmir. Həmçinin iş üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat aşkar edilməmişdir (cild 2, iş vərəqə 50). Cinayət işinin materiallarında olan “götürülmüş geyim əşyalarına baxış keçirilməsi haqqında” 20 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, 6 saylı Məlikov adına xəstəxanadan Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd tuman və 1 ədəd şalvar, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasından Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd mayka və 1 ədəd köynək, həmçinin X5 Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd köynək, 1 ədəd şalvar, 1 ədəd tuman, 1 ədəd kəmər götürülmüşdür. Hər bir geyim əşyasının üzərində bir neçə sayıda kəsilmiş deşilmiş zədə, həmçinin üzərlərində qana bənzər tünd qırmızı rəngli ləkə izləri aşkar edilmişdir (cild 1, iş vərəqə 29-38). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 22 noyabr 2022-ci il tarixli 564- 2022/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs2 məxsus köynəyin ön səthinin sol yarısının orta nahiyəsində 1 ədəd, ön səthinin sağ yarısının yuxarı hissəsində 3 ədəd, ön səthinin sağ yarısının aşağı hissəsində 1 ədəd, arxa səthinin sağ yarısının orta nahiyəsində 3 ədəd (cəmi 8 ədəd) və şalvarın sağ ayaqlığının ön səthinin orta-diz nahiyəsində 1 ədəd deşilmiş-kəsilmiş yaralar vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs2 məxsus şalvarın ön səthinin sol yarısının yuxarı hissəsində, sol yan cibin üst hissəsinin bel tikişi sahəsində 1 ədəd küt yaranma mexanizminə malik olan və şalvarın müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterin sökülmə zədəsi vardır. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs2 məxsus tumanın və kəmərin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sağ yarısının yuxarı hissəsində 1 ədəd, arxa səthinin sol yarısının aşağı hissəsində 1 ədəd və arxa səthinin sol yarısının orta nahiyəsində 2 ədəd (cəmi 4 ədəd), maykanın isə, ön səthinin sağ yarısının yuxarı hissəsində 1 ədəd, arxa səthinin sağ yarısının yuxarı hissəsində 1 ədəd və arxa səthinin sol yarısının yuxarı hissəsində 2 ədəd (cəmi 4 ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs3 məxsus tumanın arxa səthinin sağ yarısının yuxarı hissəsində 1 ədəd, arxa səthinin sol yarısının aşağı hissəsində 1 ədəd (cəmi 2 ədəd), şalvarın isə arxa səthinin sol yarısının yuxarı hissəsində 1 ədəd, arxa səthinin sağ yarısının aşağı hissəsində 1 ədəd və arxa səthinin yuxarı hissəsinin orta nahiyəsində 1 ədəd (cəmi 3 ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs3 məxsus şalvarın arxa səthinin sağ yarısının yuxarı hissəsində iti kənarı olan hər hansı iti alətin (predmetin), ola bilsin bıçağın tiyəsinin təsirindən törənməyə xarakterik 01 ədəd səthi kəsilmiş zədə vardır. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məxsus geyim əşyalarının üzərində olan zədələr ən azı iki alətin təsirindən törənməyə uyğun gəlirlər (cild 2, iş vərəqə 67-77). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 31 oktyabr 2022-ci il tarixli 2259 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər - sağ və sol dirsək oynağı nahiyələrinin, bel nahiyəsinin, sol əlin və sol əlin İİİ barmağının sıyrıqları, bərk küt əşyanın (əşyaların), sağ əlin İİ barmağının səthi kəsilmiş yarası isə kəsici kənara malik əşyanın (alətin) təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vət. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sağ əlin İİ barmağının səthi kəsilmiş yarası kəsici kənara malik alətin (ola bilsin bıçağın) təsirindən, digər xəsarətlər isə zərərçəkənin təsvir etdiyi şəraitdə, yəni digər şəxs tərəfindən itələnərək yerin bərk səthinə və eləcə də bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilərdilər (cild 2, iş vərəqə 79-80). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 9 dekabr 2022-ci il tarixli 2551 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində xəsarət və xəsarət izi aşkar olunmamışdır (cild 2, iş vərəqə 82-83). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 2 dekabr 2022-ci il tarixli 704/2022- MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 ABO sistemi üzrə qan qrupu A/İİ/-dir (axtarış vərəqəsinin kserosurətinə əsasən). Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu B/İİİ/-dir(axtarış vərəqəsinin kserosurətinə əsasən).Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu B/İİİ/-dir (axtarış vərəqəsinin kserosurətinə əsasən).Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus tuman, kofta, remen və şalvar, Zərərçəkmiş şəxs1 məxsus kofta və mayka üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız "B" antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə B/İİİ/ qruplu şəxsə (şəxslərə), o cümlədən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs3 məxsus tuman və şalvar üzərində olan ləkələrdə insan qam aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız "A" antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə A/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs3 məxsus ola bilər (cild 2, iş vərəqə 88-92). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 17 yanvar 2023-cü il tarixli 2652 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər pnevmotoraksla müşayiət olunan döş boşluğuna nüfuz edən döş qəfəsinin ön və arxa səthinin iki ədəd deşilmiş-kəsilmiş yaralan, qaraciyərin cırılması ilə müşayiət olunan qarın boşluğuna nıituz edən bel nahiyəsinin sağ yarısının deşilmiş-kəsilmiş yarası, dalağın cırılması ilə müşayiət olunan qarın boşluğuna nüfuz edən bel nahiyəsinin sol yarısının deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanası” X8 müraciət etdiyi xx.xx.2022-ci il saat 13.14-dən bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Vət.Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterik xüsusiyyətlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdilər (cild 2, iş vərəqə 102-104). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 26 yanvar 2023-ci il tarixli 2653 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - qarnın ön divarının daxilə nüfuz edərək ürəyin sol mədəciyinin mənfəzə keçən yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, sağ çiyin nahiyəsinin deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sağ said nahiyəsinin dirsək sinirinin zədələnməsı ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün “X10” X8 müraciət etdiyi xx.xx.2022-ci il saat 23.23-dən bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022- ci il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən qarının ön divarının daxilə nüfuz edərək ürəyin sol mədəciyinin mənfəzə keçən yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ said nahiyəsinin dirsək sinirinin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, sağ çiyin nahiyəsinin deşilmiş- kəsilmiş yarası və döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası isə həm ayrı-ayrılıqda, həm də ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Vət.Zərərçəkmiş şəxs2bədənində aşkar olunmuş xəsarətlərin xarakterik xüsusiyyətlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdilər (cild 2, iş vərəqə 106-109). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 27 yanvar 2023-cü il tarixli 2688 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sağ-yan səthinin ön qoltuqaltı xətt üzrə İİİ qabırğa proyeksiyasında daxilə nüfuz edərək sağ tərəfli pnevmotoraksla müşayiət olunan deşilmiş- kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin orta qoltuqaltı xətt üzrə Vİ qabırğa proyeksiyasında daxilə nüfuz edərək sol tərəfli pnevmotoraksla müşayiət olunan deşilmiş- kəsilmiş yarası, sol kürək sümüyünün sınığı ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin onurğa sütunu proyeksiyasının daxilə nüfuz etməyən deşilmişkəsilmiş yarası, bel nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, hər iki sağrı nahiyələrinin və sağ bud nahiyəsinin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün “Akademik M.Ə.Mirqasımov adma Respublika Klinik xəstəxanası” X8 müraciət etdiyi xx.xx.2022-ci il saat 23.14-dən bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sağ-yan səthinin ön qoltuqaltı xətt üzrə İİİ qabırğa proyeksiyasında daxilə nüfuz edərək sağ tərəfli pnevmotoraksla müşayiət olunan deş ilmiş- kəsilmiş yarası və döş qəfəsinin sol yan səthinin orta qoltuqaltı xətt üzrə Vİ qabırğa proyeksiyasında daxilə nüfuz edərək sol tərəfli pnevmotoraksla müşayiət olunan deşilmiş- kəsilmiş yarası hər biri dərəcəsinə görə həm ümumilikdə, həm də ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol kürək sümüyünün sınığı ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, döş qəfəsinin arxa səthinin onurğa sütunu proyeksiyasının daxilə nüfuz etməyən deşilmiş- kəsilmiş yarası, bel nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, hər iki sağrı nahiyələrinin və sağ bud nahiyəsinin deşilmiş-kəsilmiş yaraları isə hər biri həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Vət.Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlərin xarakterik xüsusiyyətlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdilər (cild 2, iş vərəqə 111-114). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 13 fevral 2023-cü il tarixli 388 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 ona ittiham elan olunan əməli törədərkən anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir (cild 2, iş vərəqə 130-131). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 13 fevral 2023-cü il tarixli 393 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhliikəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir (cild 2, iş vərəqə 194-195). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 6 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd köynək, 1 ədəd şalvar, 1 ədəd tuman, 1 ədəd kəmər, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd köynək, 1 ədəd mayka, Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd tuman, 1 ədəd şalvar maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş, Mircahid Cavadovun təqdim etdiyi 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 3, iş vərəqə 3-25). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 2, iş vərəqə 249-250 və cild 3 , iş vərəqə 1-2). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzalarını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onlara qarşı heç bir şikayət və tələbləri yoxdur (cild 4). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etmələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etdiklərindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən onlara təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 oktyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 116). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 oktyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 163-169). Cinayət işinin materiallarında olan “tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 7 dekabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 225-226). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 9 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 7 dekabr 2022-ci il tarixdən hesablanmışdır (cild 2, iş vərəqə 21-26). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinə tələblərinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduqları və həbsdə saxlanıldıqları müddətlər cəzaçəkmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 22 oktyabr 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 7 dekabr 2022-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə məhkəmə ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd köynək, 1 ədəd şalvar, 1 ədəd tuman, 1 ədəd kəmər, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd köynək, 1 ədəd mayka, Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd tuman, 1 ədəd şalvar məhv edilməli, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 22 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 7 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd köynək, 1 ədəd şalvar, 1 ədəd tuman, 1 ədəd kəmər, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd köynək, 1 ədəd mayka, Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd tuman, 1 ədəd şalvar məhv edilsin, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar