Məhkəmə qərarları › İş №1(101)-293/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-293/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-293/2025 02.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X14 (sədrlik edən), X9 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) iştirakları ilə, xx xxxx 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, məhkumluğu olmayan, heç bir yerdə işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Motodrom yaşayış massivi fərdi evdə yaşamış, 26 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-79/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmiş ondan ötrü ki, o, 26 fevral 2024-cü il tarixdə, Əhmədli metrosunun yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi külli miqdarda 4.568 qram olan ağ rəngli, kristal şəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin 30-cü PŞ-nin əməkdaşlan tərəfindən xx.xx.2024-cü tarixdə saat 14 radələrində keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud qəsəbəsində olan nömrəsiz evin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Xanməmmədov 5 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cü PŞ-nə aparılmış və orada üzərində şəxsi axtarış apanlarkən tünd boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf selefona bükülmüş təmiz çəkisi 4.568 qram olan ağ rəngli, kristal şəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, iki ilə yaxın vaxtdır ki, “patı” istifadəçisidir, psixotrop maddələri müxtəlif şəxslərdən alaraq istifadə edir. 25 fevral 2024-cü il tarixdə, axşam saatlarında tanışı Cavadla birgə pul qoyaraq “şüşə” almaq üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə doğru getmişlər. Onlar rayonun Dədə Qorqud qəsəbəsi ərazisində olarkən polis əməkdaşları onlara yaxınlaşaraq onları polis bölməsinə aparmışdır. Bu zaman saat təxminən 22:00- 23:00 radələri olmuşdur. Əməliyyat müvəkkili Pərviz və digər iki nəfər polis əməkdaşı bölmədə olarkən onu döymüş, həmçinin dostu da onunla birlikdə yarım gün döyülmüşdür. Polis əməkdaşları ona iki bükümdə narkotik vasitə verərək çəkiliş zamanı etiraf etməli olduğunu bildirmiş, əks halda narkotik vasitələri evindən çıxaracaqları ilə hədələmişlər. Məruz qaldığı fiziki və psixi təsirlərin nəticəsində videoçəkilişdən əvvəl ona təqdim olunmuş psixotrop maddə metamfetaminin ona məxsus olması barədə etirafedici ifadə vermişdir. Haıbuki şübhəli şəxs qismində tutularkən üzərində narkotik vasitə olmayıb. O, ümumiyyətlə psixotrop maddə qəbul etsə də, bunların satışı ilə məşğul olmayıb, həmçinin heç kimə hədiyyə etməyib. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, şübhəli şəxs qismində tutulduğu gün 35 manat ödəməklə “şüşə” alacaqdı. Üzərinə baxış keçirilən zaman vəkili iştirak etməyib. Cavada SMS yazaraq sonuncudan 50 manat borc pul istəmişdi. Polis əməkdaşları onu tutduqdan sonra istifadəsində olan “Samsung A50” markalı mobil telefonunu əlindən almış, lakin sonradan ailə üzvlərinə təhvil verməmişdi. Məhkəmə Təqsirləndirilən şəxs (Elşən Elşad oğluna) elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 26 fevral 2024-cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Motodrom Y/M fərdi evdə yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə-Qorqud qəsəbəsində olan nömrəsiz evin yaxınlığında olması və üstündə psixotrop maddə olması barədə məlumat almış, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə etmiş, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə-Qorqud qəsəbəsi ünvanına getmişdirlər. Həmin vaxtı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə-Qorqud qəsəbəsi nömrəsiz evin yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona psixotrop maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirmişlər, Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmişdir. Bundan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəyimizi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Sonuncu da üzərində özü istifadə etmək üçün bir ədəd şəffaf sellofana bükülmüş bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir və əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə içərisində psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Sonra onun təqdim etdiyi bükümə baxış keçirilmişdir. Baxış zamanı həmin bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir, həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə “Əhmədli” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manat ödəməklə öz istifadəsi üçün almış və özündə saxlamışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsi günorta 1-2 radələrində Dədə-Qorqud qəsəbəsində saxlayıblar. Elşən saxlanılan zaman müqavimət göstərməyib. O, video çəkilişdə iştirak edib. Təqsirləndirilən şəxsə qarşı fiziki və psixi təsir olmayıb. Əməliyyat məlumatı hadisə günü daxil olub. X13 avtomobili ilə gediblər. Təqsirləndirilən şəxsi küçədə piyada gəzən zaman saxlayıblar. Təqsirləndirilən şəxsi PPX avtomobili ilə polis şöbəsinə gətiriblər. Baxış keçirilərkən o, Rəşad Osmanov, polis nəfərləri, təhqiqatçı, təqsirləndirilən şəxs və vəkili olub. Təqsirləndirilən şəxsin narkotik vasitələrin satışını həyata keçirməs ilə bağlı heç bir məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermiş, ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxs saxlanarkən yanında heç kim olmayıb və saxlanılan zaman heç bir müqavimət göstərməyib. Tədbirə əməliyyat müvəkkili olan Pərvizin şəxsi avtomobili ilə gediblər. Baxış keçirilərkən orada o, Şahid1, vəkil və təhqiqatçı iştirak edib. Mobil telefonu hadisə zamanı üzərində olub. Təqsirləndirilən şəxsi polis şöbəsinə günorta saatlarında gətiriblər. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 25 fevral 2024-cü il tarixdə axşam saatlarında tanışı Elşənlə birlikdə narkotik vasitə almaq üçün Dədə-Qorqud qəsəbəsinə gediblər. Həmin gün saat 22:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq 30-cu polis bölməsinə aparılıblar. Bölmədə olarkən polis əməkdaşları növbəti gün səhər saatlarına qədər onları döymüşdür. Sonuncular onlara barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirmə aparılacağını dediklərindən, onlar inanaraq təqdim olunmuş sənədləri imzalamışlar. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, 1 qram narkotik vasitəni 35 manata almaq üçün razılaşmışdılar. Onları saxlayanlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olmuşdur. Nə o, nə də Elşən narkotik vasitələrin satışı ilə məşğul olmayıb. Elşən heç vaxt ona narkotik vasitə satmayıb. Polis əməkdaşları ilkin olaraq Elşəni tutmuş, həmin vaxt o, maşında olmuşdur. Daha sonra gəlib onu tutaraq polis bölməsinə aparmışlar. Biləcəri qəsəbəsində narkotik tapmadıqlarında Hövsan qəsəbəsinə getmək qərarına gəlmişlər. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, psixotrop maddə olan “patı” və narkotik vasitə heroindən istifadə edib. Elşənlə aralarında narkotik vasitələrin əldə edilməsi məzmunda SMS yazışmaları olub. Narkotik vasitə almaqda Elşənlə bir-birlərinə maddi cəhətdən kömək göstəriblər. Elşənə pul ödəyərək narkotik almayıb, sonuncunun narkotik satmasını görməyib. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs dostudur, həmçinin özü “Vətən müharibəsi” iştirakçısı və qazisidir. O, əvvəllər narkotik vasitələrdən istifadə edib. Əvvəllər narkotik vasitələri təqsirləndirilən şəxs ilə birgə pul qoyaraq alıb. Narkotik vasitəni satan şəxs ilə həm o, həm də Elşən görüşüb. Elşənin narkotik vasitə satmasını görməyib. Elşənlə aralarında narkotik vasitələrin əldə edilməsi məzmunda SMS yazışmaları olub. Elşənin kartına narkotik vasitəyə görə 20 manat pul göndərəcəkdi. Sonuncu ona narkotiki aynanın yanına qoyacağını demişdi. Elşəndən “patı” istəsə də, lakin həmin maddə sonuncuda olmamışdı. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X4 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının sonunda tutulub. Sonuncunun özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edib-etməməsini xatırlamır. Təqsirləndirilən şəxs ad və soyadını əməliyyatçıya əvvəlcədən deyib. Şəxsi axtarış və götürmə zamanı psixotrop maddənin yerləşdirildiyi zərfin üzərinə təqsirləndirilən şəxsin ad və soyadı əvvəlcədən yazılır. Həmçinin həmin zərfin üzərinə sonuncunun üzərində aşkar edilmiş bükümlərin sayını yazıb. Şəxsi axtarış və götürmə zamanı kompyuterdə saat göstəricisinin düzgün işləyibişləməsinə diqqət yetirməyib. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 27 fevral 2024-cü il tarixli 6/1130 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi olan, “Şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərindən” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd büküm ümumi təmiz çəkiləri 4.568 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizası keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 1781 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1641 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsidə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskə keçirilmiş baxış zamanı, həmçinin 26 fevral 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümdəki kütlə “şüşə” kimi tanıdığı psixotrop addə metamfetamindir, həmin psixotrop maddəni Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyası yaxınlığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və hər hansı bir sübut əhəmiyyəti kəsb edən başqa əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş “CD” diskə baxış zamanı ***-***-**-** nömrəsinə “Ay qaqa basna donum senin puln verdiyin seyi sennen niye esirgiyim, yoxdu niye deyim ki yoxduda abi yoxdu” , ***-***-**-** nömrəsinə “ Pencereye qoydum onu götür torpaqdı o biri olanda deyecem şehere getdim abi men xeberleşerik”, ***-***-**-** nömrəsinə “50 manat pul lazımdı nızırində olsun”, ***-***-**-** nömrəsinə “qaqa gozduyrem hele gelmiyib narahat olmaymda denen rafiqede bilsin eger indi alınmasa temanız mendedide gelende verecem arxayn olun” ***-***-**-** nömrəsinə “04 indi duzeker dasnan 04 de bir iki saata uzağı gece ne varsa acıq dedim sene bir kelme” mesajları Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**- telefon nömrəsindən yazılmış sms məntnləri və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinə ***-***-**-** nömrəsindən“ Qaqa 10 das 5 kola eliyersen zeng eledim acmadın”, ***-***-**-** nömrəsindən “qardaşım qadan alsın gor nagarsan lomkacılıxdı seni gozduyurem 15 kola sen and verem allaha tamamd yigacam yox deme sen deyen kim kart vurub hara desen gel” ***-***-**-** nömrəsindən “qaqa qardasm qadan alsn kartın on manat vurum he yox ma bir cavab denen senen xeber gozduyurem” , ***-***-**-** nömrəsindən “34 gundu bularda sey cariyi biyax axsam terefi seni yıgmısdıma hemin vaxtı ozu mene dediki 2 3 papruz sey var barter eliye bilersen gerey onda sene deyerdim” yazılmış sms mətnləri və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**-dən müxtəlif nömrələrə sms kimi göndərilmiş bank kartının 16 rəqəminə bənzər mesaj məntləri daxil olmuşdur. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs (Elşən Elşad oğluna) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma apararaq hesab edir ki, sonuncun ittiham olunduğu cinayət əməllərini törətməkdə təqsiri sübuta yetirilməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İbtidai istintaq orqanın sübutların qiymətləndirilməsi barədə 02 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs qismən etirafedici ifadələri, şahidlər Şahid1, Şahid2 ifadələri, “Şəxsi axtarış və götürmə” protokolu, “Diskə baxış” protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/1130 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi xx.xx.2024-cü il tarixli 1781 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin verdiyi xx.xx.2024-cü il tarixli 812 saylı rəyi, "xxxx" MMC-dən AZF/LGL-298/24 nömrəli məktubu ilə daxil olmuş “CD” disk sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməklə bu nəticəyə gəlir və ibtidai istintaq orqanının həmin ittihamı əsaslandırmaq üçün təqdim etdiyi sübutlar üzrə gəldiyi nəticələri şərh etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq orqanının sübut qismində qəbul etdiyi “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola, şahidlər Şahid1, Şahid2 ifadələrinə münasibətdə aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından, o cümlədən, 26 fevral 2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında”, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollardan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 rəhbərliyi, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 iştirakı ilə 26 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı üzrə əməliyyat qrupu yaradılmış, sonuncular tərəfindən Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) 26 fevral 2024cü il tarixdə, saat 14:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud qəsəbəsində olan nömrəsiz evin yaxınlığında saxlanaraq 30-cü Polis şöbəsinə gəlmiş, Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərində keçirilmiş şəxsi axtarış zamanı sonuncunun üzərindən 01 ədəd büküm aşkar edilərək götürülmüş, şəxsi axtarış və götürmə aparılması saat 15:10-da başlamış, 15:15-də başa çatmış, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun tərtibi saat 15:20-də başlamış, 15:30-da başa çatmış, protokol iştirakçılar – təhqiqatçı Şəhribar Babayev, əməliyyat müvəkkilləri Şahid2, Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) tərəfindən imzalanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1771/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qərarı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin polispolkovnik leytenantı Şahid1 istifadəsində olan 055 ***-**-** saylı və şöbənin polis kapitanı X6 istifadəsində olan 055 ***-**-** mobil telefon nömrələrinin xx.xx.2024-cü il saat 18:00dan xx.xx.2024-cü il saat 23:59-a qədər olan müddətdə və Təqsirləndirilən şəxs saxlanıldığı zaman üzərində olan 050 ***-**-** mobil nömrənin xx.xx.2024-cü il saat 18:00dan xx.xx.2024-cü il saat 23:59-a qədər olan müddətdə anten əhatə dairəsinə dair məlumatların Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilməsi üçün müvafiq mobil operatorlara sorğu verilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən məhkəmə təqdim olunmuş CD diskdə olan məlumatlardan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 istifadəsində olan 055 ***-**-** nömrəli telefonun əhatə dairəsi 26 fevral 2024-cü il tarixdə aşağıdakı kimi olmuşdur: xx.xx.2024-cü il, saat 15:28:04 LBBK2941O4/LBBK2941 Qizilgush Badamdart/Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv/Sabail/ (40.33xx/xx.8035). Cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən məhkəmə təqdim olunmuş CD disk formatında olan məlumatlardan görünür ki, 31-ci PB-də CA üzrə əməliyyat müvəkili polis mayoru Şahid2 istifadəsində olan 055 ***-**-** nömrəli telefonun əhatə dairəsi 26 fevral 2024-cü il tarixdə aşağıdakı kimi olmuşdur: xx.xx.2024-cü il, saat 15:32:08 LBBK1095O3/LBBK1095 Neapol Dairesi//Khatai/ (40.381xx/xx.96449) Cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən məhkəmə təqdim olunmuş CD diskdə olan məlumatlardan müəyyən olunur ki, hazırki cinayət işi üzrə Şahid2 26 fevral 2024-cü il tarixdə, saat 15:32 radələrində Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi ərazisində yerləşən antenin, Şahid1 isə həmin tarixdə, saat 15:28 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən antenin əhatə dairəsində olmuşlar. Halbuki cinayət işinin materiallarından 26 fevral 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollardan görünür ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun tərtibi saat 15:20-də başlamış, 15:30-da başa çatmış, protokol iştirakçılar, o cümlədən, əməliyyat müvəkkilləri Şahid2, Şahid1 tərəfindən imzalanmışdır. Əməliyyat müvəkkilli Şahid2 26 fevral 2024-cü il tarixdə, saat 15:32 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində, Şahid1 isə həmin tarixdə saat 15:28 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən antenlərin əhatə dairəsində olması məhkəməyə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olunan saatda keçirilməmiş və sözügedən protokol həmin protokolda göstərilən saatda tərtib edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iş materiallarında olan Şahid2 və Şahid1 02 aprel 2024-cü il tarixli şahid qismində dindirmələrinə dair protokollarındakı ifadələri biri digərindən köçürülmüşdür və bu da həmin ifadələrin inandırıcı olmasına şübhələri daha da artırır. Avropa Məhkəməsi “Kobiaşvili Gürcüstana qarşı” işində göstərmişdir ki, polis əməkdaşları ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi. Avropa Məhkəməsi “Hüseyn və digərləri Azərbaycana qarşı” işində göstərmişdir ki, ədalətli və çəkişməli məhkəmə araşdırılması anlayışı, əksini sübut edəcək hallar olmadıqca, prinsipcə, məhkəmənin iclasda verilən şahid ifadəsinə ittiham tərəfindən öncədən qeydə alınmış ibtidai araşdırmadakı ifadədən daha çox önəm verməsini ifadə edir. Bunun səbəbi ibtidai araşdırma sorğu-sualının ittiham tərəfinin işi məhkəmədə dəstəkləmək üçün məlumat topladığı proses olmasıdır. Lakin mühakiməni aparan məhkəmə sübutların birbaşa olaraq məhkəmədə qiymətləndirilməsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyini məhkəmədə təqdim edilən bütün sübutların qiymətləndirilməsinin ardından müəyyənləşdirməlidir. Həmçinin şahidlərin Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərində psixotrop maddənin aşkarlanması barədə ifadələri 26 fevral 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola və qanunsuz yolla əldə edilmiş maddi sübuta əsaslandığı, həmin axtarış, onun keçirilməsini əks etdirildiyi göstərilən protokol və onun əsasında aşkar edilmiş maddi sübut mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, həmin şahid ifadələri də həqiqilik, mötəbərlik baxımından əsaslı şübhə doğurmaqla, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin saxlanılma vaxtı ilə bağlı ibtidai istintaq materialları ilə müəyyən edilmiş halların işin həqiqi halları ilə eynilik təşkil edib-etməməsini araşdırmağı zəruri hesab edir. Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) məhkəmə iclasında vermiş olduğu ifadəsində onun əslində cinayət işinin materiallarında göstərildiyi kimi, yəni 26 fevral 2024cü il tarixdə, saat 14:00-da deyil, 25 fevral 2024-cü il tarixdə, axşam saat 22:00-23:00 radələrindən tanışı Cavadla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində saxlanıldığını bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1771/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qərarı Təqsirləndirilən şəxs saxlanıldığı zaman üzərində olan 050 ***-**-** mobil nömrənin xx.xx.2024-cü il saat 18:00-dan xx.xx.2024-cü il saat 23:59-a qədər olan müddətdə anten əhatə dairəsinə dair məlumatların Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilməsi üçün müvafiq mobil operatorlara sorğu verilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən məhkəmə təqdim olunmuş CD disk formatında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) istifadələrində olmuş 050 ***-**-** nömrəli telefonun əhatə dairəsi sonuncu dəfə 25 fevral 2024-cü il tarixdə saat 22:12:52-də Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində olan antenin əhatə dairəsində olmuş, bundan sonra mobil telefona dair heç bir anten məlumatı qeydə alınmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X10 da həmçinin ifadəsində 25 fevral 2024-cü il tarixdə axşam saatlarında Elşənlə birlikdə narkotik vasitə almaq üçün Dədə-Qorqud qəsəbəsinə getdiklərini, həmin gün saat 22:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq 30-cu polis şöbəsinə aparıldıqlarını bildirmişdir. Bundan başqa cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən məhkəmə təqdim olunmuş CD diskdə olan məlumatlardan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 istifadəsində olan 055 ***-**-** nömrəli telefonun əhatə dairəsi 26 fevral 2024-cü il tarixdə aşağıdakı kimi olmuşdur: xx.xx.2024-cü il, saat 13:48:17 LBBK1067O7/LBBK1067 ATS-30 Balajari//Binagadi/ (40.423xx/xx.80018). Həmin diskdə olan məlumatlardan göründüyü kimi cinayət işinin ibtidai istintaq materiallarında təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən 26 fevral 2024-cü il tarixdə, saat 14:00-da saxlanılması qeyd edilsə də, əməliyyat müvəkkili Şahid1 həmin tarixdə, saat 13:48:17-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində olmuşdur. Beləliklə, cinayət işinin materiallarına görə təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulmasına iştirak etmiş əməliyyat müvəkkili Şahid1 26 fevral 2024-cü il tarixdə, saat 14:00 radələrində şəhərin Biləcəri qəsəbəsi ərazisində olması Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) həqiqətən də, cinayət işinin materiallarında göstərilən saatda saxlanılmasını istisna edir. Bundan başqa cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasına dair videogörüntülərin əks olunduğu diskin “Properties” (xüsusiyyətlər) bölməsinə dair çıxarışdan görünür ki, həmin videogörüntülərin “Modified” (dəyişiklik) tarixi 26 fevral 2024cü il, saat 1:02:18 PM-dir (saat 13:02:18). Bununla bağlı qeyd edilməlidir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin 26 fevral 2024-cü il tarixdə, saat 15:10-dan 15:15-dək keçirilməsinə baxmayaraq videogörüntülərin yerləşdiyi diskin son dəyişiklik vaxtının 26 fevral 2024-cü il, saat 13:02 olması təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin protokolda göstərilən vaxtda keçirilmədiyini bir daha təsdiq edir. Məhkəmə hesab edir ki, həm təqsirləndirilən şəxsin, həm şahid Cavad Cəfərlinin ifadəsi, həmçinin Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) istifadələrində olmuş 050 ***- **-** nömrəli telefonun əhatə dairəsinə dair məlumatların eynilik təşkil etməsi, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrənin sonuncu dəfə 25 fevral 2024-cü il tarixdə saat 22:12:52-də Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində olan antenin əhatə dairəsində olması, bundan sonra həmin nömrənin anten dairələri ilə əlaqəsinin kəsilməsi, cinayət işinin materiallarına görə təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulmasına iştirak etmiş əməliyyat müvəkkili Şahid1 26 fevral 2024-cü il tarixdə, saat 14:00 radələrində şəhərin Biləcəri qəsəbəsi ərazisində olması Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) polis əməkdaşları tərəfindən “Şübhəli şəxsin tutulması haqqında” protokolda qeyd olunan, 26 fevral 2024-cü il tarixdə, saat 14:00-da saxlanılmamasına, həmin sənədin həqiqi məzmunun təhrif olunmasına dair məhkəmənin inamını artırır və cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) “Şübhəli şəxs qismində tutulması haqqında” protokolun mötəbər sübut qismində qəbul edilə bilmə imkanını əsaslı şübhə altına alır. Bundan başqa cinayət işinin materiallarına sübut qismində əlavə edilmiş Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərindən şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə dair qeydə alınan videogörüntülərin əks olduğu diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, sonuncunun təqdim etdiyi bir ədəd büküm ekspertiza tədqiqatı üçün göndərilərkən yerləşdirildiyi zərfin üzəri yazılmışdır. Həmin videogörüntüdə zərfin üzərində “Şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm maddi sübut” yazısı görünür. Şübhəli şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməzdən əvvəl sonuncunun üzərindən nəyin, hansı miqdarda aşkar olunacağı istintaq hərəkətinin iştirakçılarına məlum olması, yəni ekspertiza tədqiqatı üçün göndəriləcək predmetin yerləşdiyin zərfin üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümün aşkar olunmasına dair qeydin yazılması həmin zərfin əvvəlcədən yazılaraq hazır vəziyyətdə saxlanıldığını göstərir, bu isə bir daha Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin şəffaflığına dair məhkəmənin şübhələrini möhkəmləndirir. Digər bir ziddiyətli məqam ondan ibarətdir ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda və ona əlavə edilmiş videogörüntüdə Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) psixotrop maddəni “dünən”, yəni cinayət işinin materiallarına əsasən, şəxs axtarış və götürmə istintaq hərəkətinin aparıldığı 26 fevral 2024-cü il tarixdən əvvəlki gün “Əhmədli” metrostansiyası yaxınlığında əldə etdiyini bildirsə də, bundan sonra tərtib olunmuş bütün prossual sənədlərin məzmununda, o cümlədən şübhəli və təqsirləndirilən şəxs qismində verilmiş ifadələrdə, müstəntiq tərəfindən qəbul edilən qərarlar, eləcə də, verilmiş ittihamda Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni 26 fevral 2024-cü il tarixində “Əhmədli” metrostansiyası yaxınlığında əldə etdiyi göstərilmişdir. Qeyd olunan hal bir daha məhkəmənin ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş sənədlərin həqiqiliyinə və etibarlılığına olan şübhələrini artırır. Beləliklə məhkəmə hesab edir ki, şahidlər Şahid2, Şahid1 ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübut edilməsində mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) polis əməkdaşları tərəfindən döyüldüyünü, bunun nəticəsi olaraq irəli sürülmüş ittihamı qəbul etməyə məcbur olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi kimi polis əməkdaşları tərəfindən döyülməsi, bunun nəticəsində videoçəkilişdən əvvəl ona təqdim olunmuş bir büküm psixotrop maddənin ona məxsus olması barədə etirafedici ifadə verməyə məcbur olması barədə məhkəmənin şübhələrini aşağıda qeyd ekspert rəyi dəstəkləyir: Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru X12 tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd olunması barədə” qərarın məzmunundan görünür ki, Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin Suraxanı rayon şöbəsinin 2 mart 2024-cü il tarixli, 153 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində sol əlin İİİ barmağının sıyrığı xəsarəti aşkar edilmiş, qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, alınma müddəti müayinədən 3-7 gün əvvələ uyğun gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir, xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin digər şəxs tərəfindən vurulma nəticəsində, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunmur, lakin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inandırıcı deyil. Təqsirləndirilən şəxsin eyni məzmunlu ifadələri, Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin Suraxanı rayon şöbəsinin 2 mart 2024-cü il tarixli, 153 saylı rəyi, habelə təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin səbəblərinə dair ağlabatan izahın olmaması məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, həmin xəsarətlər polis orqanlarının məsuliyyət daşıdığı pis rəftarın formasına aid edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayət təqibi gedişində şəxsə işgəncələr verməyi, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etməyi, aclığa, hipnoza məruz qoymağı, tibbi yardımdan məhrum etməyi, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etməyi; uzun sürən və ya kəskin fiziki iztirabla, yaxud səhhətin müvəqqəti pozulması ilə müşayiət olunan eksperimentlərdə və ya digər prosessual hərəkətlərdə iştiraka cəlb etməyi, habelə buna bənzər hər hansı digər sınaqlar keçirməyi; şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almağı qadağan edir. Həmçinin məkhəmə Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq orqanının sübut qismində qəbul etdiyi qismən etirafedici ifadələrinə münasibətdə aşağıdakıları qeyd edir. Cinayət işinin ibtidai istintaqı gedişində ilkin izahatı alınarkən, 27 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində, 28 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilmiş, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni şəxs istifadə məqsədi ilə üzərində gəzdirdiyini, 02 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilməsi zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək 25 fevral 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığını, sonuncular tərəfindən döyülərək və hədə-qorxuya məruz qalaraq irəli sürülmüş ittihamı qəbul etməyə məcbur edildiyini, həmçinin saxlanılarkən üzərində “Samsung A 50” markalı, 050 ***-**-** saylı nömrənin içərisində olduğu mobil telefonun olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 33-cü bəndinə əsasən, hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) cinayət işinin ibtidai istintaqı gedişində fiziki təsirlərə məruz qalması təsdiq olunduğundan, sonuncunun ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadələrinə (şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən) deyil, məhz məhkəmə iclasında vermiş olduğu ifadələrə istinad edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) məhkəmə iclasında verdiyi ifadəsində 25 fevral 2024-cü il tarixdə, axşam saatlarında polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra istifadəsində olmuş “Samsung A50” markalı mobil telefonun ondan alındığını, lakin ailə üzvlərinə təhvil verilmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən məhkəmə təqdim olunmuş CD disk formatında olan məlumatlardan göründüyü kimi Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) istifadələrində olmuş 050 ***-**-** nömrəli telefonun əhatə dairəsi sonuncu dəfə 25 fevral 2024-cü il tarixdə saat 22:12:52-də Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində olan antenin əhatə dairəsində olmuş, bundan sonra mobil telefona dair heç bir anten məlumatı qeydə alınmamışdır. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-293/2025 saylı, 27 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) 26 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularkən onda olan 050 ***-**-** və ***-***-**-** saylı mobil nömrələrin üzərində olduğu “Samsung A50” markalı mobil telefonun hansı İMEİ kodu altında istifadə olunması, “Samsung A50” markalı telefon hal-hazırda hansı mobil nömrə ilə istifadə olunması və hal-hazırda həmin telefonun üzərində olan mobil nömrələrin kimə məxsus olması barədə sorğu verilmişdir. Həmin qərarın icrası olaraq "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 05 mart 2025-ci il tarixli məktubdan görünür ki, ********* mobil telefon nömrəsinin "xxxx" MMCnin telekommunikasiya şəbəkəsində xx.xx.2024-cü il tarixində hər hansı bir İMEİ kodlu cihazda istifadəsi aşkar edilməmişdir. Həmin nömrənin "xxxx" MMC-nin telekommunikasiya şəbəkəsində sonuncu dəfə xx.xx.2024-cü il tarixində **********891200 İMEİ kodlu cihazda istifadəsi qeydə alınmışdır. 2024-cü ilin fevral ayından həmin ilin aprel ayınadək **********891200 İMEİ kodlu cihazda "xxxx" MMC-nin telekommunikasiya şəbəkəsində istifadə edilən nömrə **********80, 2024-cü ilin aprel ayından 2025-ci ilin mart ayınadək **********25 saylı mobil nömrə olmuşdur. Müvafiq telefon nömrələri aşağıdakı şəxslərin adın rəsmiləşdirilmişdir: 1) ********* Təqsirləndirilən şəxs, Ağdam rayonu, Ağdam şəhəri, T. İsmayılov küç., ev 12, mən., 8, xx.xx.1995, AA******* (Nömrənin müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir); 2) ********* X15, Şəki rayonu, Şəki ə/d, Şəki kəndi, xx.xx.1965, AA1160121. Beləliklə, "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin adına rəsmiləşdirilmiş ********* saylı mobil telefon nömrə sonuncu dəfə xx.xx.2024-cü il tarixində **********891200 İMEİ kodlu cihazda edilmiş, 2024-cü ilin fevral ayından həmin ilin aprel ayınadək həmin cihazda "xxxx" MMC-nin telekommunikasiya şəbəkəsində istifadə edilən nömrə **********80, yəni təqsirləndirilən şəxsin adına rəsmiləşdirilmiş nömrə, 2024-cü ilin aprel ayından 2025-ci ilin mart ayınadək **********25 saylı mobil nömrə olmuşdur. Baxmayaq ki, cinayət işinin ibtidai istintaq materiallarında təqsirləndirilən şəxsin üzərində mobil telefonun aşkar olunması barədə hər hansı məlumat yoxdur, lakin təqsirləndirilən şəxsə məxsus mobil telefonun anten əhatə dairəsi və mobil telefonun hazırda kimin istifadəsində olması barədə "xxxx" MMC-ə verilmiş sorğulardan əldə olunmuş məlumatlardan təqsirləndirilən şəxsin adına rəsmiləşdirilmiş ********* saylı mobil nömrənin 25 fevral 2024-cü il tarixdə, axşam saat 22:00 radələrindən sonra heç bir antenin əhatə dairəsində olmaması, nömrənin üzərində olduğu cihazın sonuncu dəfə xx.xx.2024-cü il tarixində istifadə olunması, həmin ilin aprel ayınadək nömrənin istifadə olunmaması, aprel ayından işlək vəziyyətə gətirilərək cihazın başqa şəxsin adına rəsmiləşdirilmiş nömrə ilə istifadə olunması müəyyən olunur. Bu isə məhkəmənin təqsirləndirilən şəxsin məhkəmə iclasında vermiş olduğu ifadəsinə olan inamını bir daha artırır. Məhkəmə "xxxx" MMC-dən AZF/LGL-298/24 nömrəli məktubu ilə daxil olmuş “CD” diskin təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sübut əhəmiyyəti ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrə ilə SMS yazışmaları həyata keçirmiş şəxslərdən əlavə şahidlər X3 və X11 hər biri məhkəmə tərəfindən onlara verilmiş suallara cavab olaraq Elşənlə aralarında narkotik vasitələrin əldə edilməsi məzmunda SMS yazışmalarının olduğunu, narkotik vasitə almaqda Elşənlə bir-birlərinə maddi cəhətdən kömək göstərdiklərini, sonuncunun onlara narkotik vasitə satmadığını, həmçinin buna şahid olmadıqlarını bildirmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-dən AZF/LGL- 298/24 nömrəli məktubu ilə daxil olmuş “CD” diskdəki SMS yazışmaları təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/1130 nömrəli rəyi isə özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, psixotrop maddəni növü və çəkisi ilə bağlı gəlinmiş nəticə buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) ona istinad edilən cinayət əməlini törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz. İttiham aktında sübut kimi istinad olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi xx.xx.2024-cü il tarixli 1781 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin verdiyi xx.xx.2024-cü il tarixli 812 saylı rəyi mövcud sübutların məcmusu da nəzərə alınmaqla heç bir halda Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma əməlini törətməsini təsdiq etmir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Yekun olaraq məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosessual sənədlər qanunvericiliyin tələblərinin pozulması şəraitində məzmunları təhrif edilməklə tərtib edildiyindən, həmçinin iş üzrə aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd edilən ziddiyyətli halların qanunvericiyin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması səbəbindən məhkəmə hesab edir ki, aşağıda qeyd edilən sənədlər iş üzrə ittihamın sübut edilməsində sübut kimi qiymətləndirilə və mötəbər hesab edilə bilməz. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş qeyd edilən prosessual sənədlər təhqiqat və istintaqın gedişini düzgün əks etdirmədiyi üçün, həmin sənədlər mümkün olmayan sübut kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. İttiham tərəfi Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxsin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda məhkəmədə Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, yəni qanunsuz olaraq külli artıq miqdarda psixotrop maddə əldə edib yaşadığı evdə saxlamasını təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs (Elşən Elşad oğluna) ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs (Elşən Elşad oğluna) bəraət verildiyi üçün hazırki cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Suraxanı Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut qismində tanınmış 4.568 qram narkotik vasitə metamfetaminin ekspertiza təqdiqatından sonrakı 4,468 qram qalığı materiala əlavə edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın həmin ittihamlar üzrə sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis leytenantı Azim Babayev, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X4, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı X16 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar qəbul edilməlidir. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (Elşən Elşad oğluna) məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X7 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs (Elşən Elşad oğluna) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilən ittihamda təqsirliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) məkhəmə iclas zalında dərhal həbsdən azad edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən psixotrop maddə olan 4.568 qram metamfetamin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut qismində tanınaraq psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 4,468 qram hissəsi həmin araşdırma ilə əlaqədar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. Şübhəli şəxs qismində tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs (Elşən Elşad oğluna) izah edilsin. İş üzrə materiallarında məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis leytenantı Azim Babayev, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X4, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı X16 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar qəbul edilsin. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Təqsirləndirilən şəxs (Elşən Elşad oğluna) məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X7 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elnur Nuriyev Hakimlər: Kamran Muxtarov Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar