Məhkəmə qərarları › İş №1(101)-294/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-294/2020

10.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-294/2020 10.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlətittihamının müdafiəsi üzrəidarəsinin Bakışöbəsininprokuroru Dövlət ittihamçısı Həsən oğlu, müdafiəçi x5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1963-cü ildə Şamaxı rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, AMEA nəzdində Respublika Seysmoloji Xidmət mərkəzinin x1 operator işləmiş, Qobustan şəhərində yaşamış, barəsində “həbs” qətimkan tədbir seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirləndirilməsinədair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, 03 sentyabr 2019-cu il tarixdə saat 13 radələrində yaşadığı Qobustan rayonunun Qobustan şəhərində yerləşən evində bacısı Zərərçəkmiş şəxs2 və qardaşı Zərərçəkmiş şəxs1 ilə aralarında ata evinin bölünməsi ilə bağlı qanuni qüvvəyə minmiş 07.10.2009-cu il tarixli 2(102)-2707/09 nömrəli və digər məhkəmə qətnamələrinin olmasına baxmayaraq, mülki mübahisənin davamı kimi, həmçinin qeyd edilən tarixdə arvadı Şahid2 və nəvəsi x3 həmin mübahisəyə görə evdən qardaşı Zərərçəkmiş şəxs1 və bacıları Şahid1 və Zərərçəkmiş şəxs2 tərəfindən qovulmasını ehtimal edərək ani baş vermiş mübahisə vaxtı mətbəxə daxil olub soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağını masanın üzərindən götürüb evin həyətində həmin bıçaqla bacısı Zərərçəkmiş şəxs2 diafraqmanın və dalağın yaralanması, sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin arxa səthinin sol tərəfli torakoabdominal yaralanması ilə nəticələnməklə yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa Ağır zərər vurmaya aid və sol sağrı və sağ budun kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan ayrı-ayrılıqda və birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa Yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, sonra isə həmin bıçaqla qardaşı Zərərçəkmiş şəxs1 mədənin yaralanması ilə müşayiət olunan, qarının ön divarının boşluğa nüfuz edən yarası ilə nəticələnməklə həyat üçün təhküəli olan, sağlamlığa Ağır zərər vurmaya aid və sol budun kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa Yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bununla da o, iki nəfər şəxsin sağlamlığına qəsdən AĞİR zərərvurma cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun, bacısı Məlahət və qardaşı Kamillə aralarındakı mübahisə ata yurdundan pay almaq üstündə olmuşdur. Qardaşı və bacısı mütəmadi olaraq onunla ata yurdu söhbətinə görə mübahisə etmişlər, hətta, ev üstündə məhkəmə orqanlarında mülki çəkişmələr olmuşdur. 3 sentyabr 2019-cu il tarixində iş yerində nahar edən vaxt qızı ona zəng edərək demişdir ki, “ata bacıların yenə gəlib”, o da bacılarının yeni getdiklərini bildirərək nə əcəb gəldiklərini soruşmuşdur. Sonra evə getmiş və evdə bacısı və qardaşı ilə mübahisə etmişdir. Əsəblərini cilovlaya bilməyərək mübahisə zamanı bacısı Məlahəti bıçaqla vurmuşdur. Həyətə düşdükdən sonra qardaşına da bıçaqla xəsarət yetirmişdir. Hadisədən sonra dərhal məyus olmuş və peşimançılıq hissi keçirmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi öz ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmədə tədqiq edilmişdigərprotokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2019-cu il tarixdə, Qobustan şəhərində yerləşən ata evinin həyətində yerləşən daxmada olmuşdur. Həmin gün saat 12:30 radələrində bacıları Şahid1 və Zərərçəkmiş şəxs2 evə gəlmişlər. Lətafət və Məlahətlə danışan zaman, onlar, Lətafətin vəfat etmiş ərinin qəbir daşının düzəldilməsi və vəfat etmiş ərinin adına olan evin sənədlərinin düzəldilməsi məqsədilə gəlmələrini bilmişdir. O, bacıları Lətafət və Məlahətlə söhbət edəndən sonra onları öz evinə dəvət etmişdir, lakin bacıları Lətafət və Məlahət “ sənin daxma balacadır, gedək ata evinin içində oturub çay içib söhbət edək” demişlər. O da razılaşmış və bu məqsədlə hər üçü həyətdəki ata evinə tərəf getmişlər. Qardaşı Famil gəlib onlarla mübahisə etmişdir. Famil elə bilmişdir ki, onlar onun nəvəsini və arvadını evdən qovmuşlar. Bu səbəbdən o qəzəblənib onu və bacısı Lətafəti bıçaqla vurmuşdur. Hal hazırda qardaşı ilə barışmış, onun qardaşına qarşı heç bir şikayət və tələbi yoxdur. Sadəcə olaraq hadisədən hamısı məyus olmuşlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki,2019-cu ilin sentyabr ayının əvvəllərində bacısı Şahid1 ona demişdir ki, Qobustan rayonuna gedib bir neçə işləri var onları görməlidir, onunla birlikdə getməyi təklif etmişdir. 03 sentyabr 2019-cu il tarixdə bacısı Şahid1 ilə birlikdə Qobustan rayonuna getmişlər, həmin vaxt onlar, bir neçə dövlət idarəsinə, yəni Lətafətin rəhmətə getmiş ərinin qəbir daşının düzəldilməsi və vəfat etmiş ərinin adına olan evin sənədlərinin düzəldilməsi ilə bağlı dövlət idarələrinə getməli olsalar da, saat 12 olduğu üçün günorta vaxtı gedib idarələrdə gözləməkdənsə gedib ata evinə orada qalıb günortadan sonra işləri ilə bağlı getməyi fikirləşmişlər. Onlar ata evinin həyətinə çatandan sonra həyətdə əvvəlcə qardaşı Zərərçəkmiş şəxs1 yaşadığı daxmaya yaxınlaşmışlar, Kamil ilə görüşüb söhbət etdikdən sonra ata evinə daxil olub mətbəxdə çay dəmləyib içmək üçün üçü də ata evinə daxil olmuş, əvvəlcə Lətafət evə girmiş, həmin vaxtı qardaşı Familin həyat yoldaşı Sevinc və azyaşlı nəvəsi orada olmuşdur. Sevinc onların evə gəlmək istədiklərini görsə də onlara “xoş gəldin” də deməmiş, ümumiyyətlə heç bir söz deməmiş və səssizcə nəvəsini də götürüb evdən çıxıb darvazadan da çıxmaqla harasa getmişlər. Qardaşı Famil də evə gəlmiş, həmin vaxt əsəbi olmuşdur. Evdə mübahisə etmişlər, mübahisədən sonra əsəbləşib onu bıçaqla vurmuşdur. Sonra həyətə çıxaraq qardaşı Kamilə də xəsarət yetirmişdir. O, bir bacı kimi qardaşı Famili bağışlayır, barışmışlar şikayəti və tələbi yoxdur. Hesab edir ki, hadisənin baş verməsində günahkar özləridir. Ona görədə bütün ailə üzvləri məhkəmədən xahiş edir ki, məhkəmə elə bir qərar qəbul etsin ki, bu qərar gələcəkdə onların ailə üzvləri arasında narazılıq və ədavət toxumu səpməsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs2ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, Ayşən Qurbanova qızıdır, Zərərçəkmiş şəxs1 onun qaynı, Zərərçəkmiş şəxs2 isə baldızıdır. O, əri Familin atası yurdunda yaşayır, qaynı Zərərçəkmiş şəxs1, baldızları Zərərçəkmiş şəxs2 və Şahid1 bir neçə il əvvəldən əri Təqsirləndirilən şəxs ilə ata evi üstündə, yəni mülkə görə mübahisə edib həmin evdən onlara da pay düşməsi barədə iddia etmişlər. Bununla bağlı hətta məhkəmədə mülki mübahisələri və iddiaları olmuşdur. 03 sentyabr 2019-cu il tarixdə saat təxminən 13 radələrində o, balaca 6 yaşlı qız nəvəsi ilə evdə olmuş, yemək bişirmiş, masa arxasında oturub yemək yemişlər. Bu vaxt, baldızı Lətafət nəvəsi ilə evin qapısını açıb içəri daxil olmuş, o, Lətafətə baxmış, amma Lətafət ona heç bir söz deməmiş, sonra, digər baldızı Məlahət və qaynı Kamilin də evə gəldiyini görüb onların yenə də mülki mübahisəyə görə gəlmələrini zənn edib mübahisə olmaması üçün baş örtüyünü götürüb nəvəsinin qolundan yapışıb evdən çıxmışdır. Öz telefonu olmadığına görə qonşuya getmiş, telefonla qızı Ayşənin ev telefonuna zəng edib “mən atam evinə gedirəm, Familə zəng edib bildirərsən” demişdir. Bundan sonra, qonşudan çıxıb təxminən 1 km aralıda yerləşən atasının evinə getmişdir. Sonradan, əri Familin evə gəlib bıçaqla Kamili və Məlahəti vurub xəsarət yetirməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsla qonşuluqda yaşayır, Familin bacıları Lətafət və Məlahəti və qardaşı Kamili tanıyır, həmin şəxslərlə uzaq qohumluq əlaqələri olmuşdur. Onun özünə məxsus “VAZ 2106” markalı avtomobili vardır. 03 sentyabr 2019-cu il tarixdə saat 13 radələrində o, idarə etdiyi “VAZ 2106” markalı avtomobili ilə evinə tərəf gedən zaman, Familin evinin yanından keçərkən Kamil və Məlahətin yola tərəf çıxdıqlarını və üzərlərində qan ləkələrini görmüş, Lətafət də onların yanında olmuşdur. O da dərhal bir qohum kimi avtomobilini saxlayıb Məlahət, Kamil və Lətafəti avtomobilinə əyləşdirib Xəstəxanaya aparmış, orada həmin şəxslər müayinə olunmuşlar. O, Məlahət və Kamilin hansı vəziyyətdə xəsarət almalarını və həmin şəxsləri kimin vurmasını görməmişdir. O, avtomobil ilə həmin şəxsləri xəstəxanaya apardığı müddətdə həmin şəxslərdən necə xəsarət almalarını soruşmamış, onlar özləri, aralarındakı mübahisə vaxtı Familin əsəbiləşib bilmədən onları bıçaqla vurmasını dediklərini eşitmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət mərkəzinin x2 müdiri işləyir. Təqsirləndirilən şəxs həmin Stansiyada texnik (operator) işləyir. Əvvəllər Famil bir neçə dəfə qardaş və bacıları ilə ev məsələsi ilə bağlı anlaşılmazlıqlarının olduğunu bildirmiş, bununla bağlı məhkəmədə müraciətləri də olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin 08.11.2019-cu il tarixli 2302 saylı rəyindən görünür ki, “Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə, 03 sentyabr 2019-ci il tarixdə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə (03.09.2019-cu il tarixdə) öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur”. Məhkəmə-psixoloji ekspertizası üzrə: “Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır”. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x6-Təcrübi və Tədris Birliyinin məhkəmə-tibbi bioloji ekspertizasının 18.11.2019-cu il tarixli 832/2019-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/H//İİ/. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu: AB/H//İV/. Ekspertizaya təqdim edilən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus şalvar, Zərərçəkmiş şəxs2 məxsus qısaqol mayka, retuz, liftçik və qatlanan cib bıçağı üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda Təqsirləndirilən şəxs məxsus şalvar üzərindəki ləkələrdə A,H antigenləri və həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri Abeta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Zərərçəkmiş şəxs2 məxsus qısaqol mayka, retuz, liftçik üzərindəki ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,B,H antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Beləliklə, bu qan ləkələri AB/H//İV/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Təqdim edilən cib bıçağı üzərindəki ləkədə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri alındı. Bu qan ləkəsi A-beta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Bıçaq üzərindəki ləkədə zərərçəkmiş Zərərçəkmiş şəxs2 qanı ABO sistemi üzrə inkar olunur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x6-Təcrübi və Tədris Birliyinin məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 15.11.2019-cu il tarixli 558- MTKŞ/2019 saylı rəyindən müəyyən olunur ki, Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 məxsus şalvarın ön səthinin yuxarı hissəsində bir ədəd deşilmişkəsilmiş zədə aşkar olundu. Bu zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 məxsus şalvarın ön səthinin yuxarı hissəsində bir ədəd kombinə olunmuş zədə aşkar olundu. Bu zədənin bir hissəsi kəsilmiş-deşilmiş zədə olmaqla, ülgücü, küpü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmiş, digər hissəsi cırılma zədəsi olmaqla, küt yaranma mexanizminə malikdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 məxsus şalvarın ön səthinin yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədənin və bir ədəd kombinə olunmuş zədənin deşilmiş-kəsilmiş hissəsinin ekspertiza tədqiqatına təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 məxsus şalvarın ön səthinin aşağı hissəsində, sol ayaqlığı üzərində bir ədəd küt yaranma mexanizminə malik və şalvarın müvafiq hissəsinin kəskin dartılması nəticəsində yaranmağa uyğun gələn sökülmə zədəsi vardır. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs2 məxsus köynəyin arxa səthinin sol yarısının aşağı hissəsində üç ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədələr ülgücü, küpü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs2 məxsus şalvarın sağ ayaqlığının ön səthi üzərində bir ədəd kombinə olunmuş zədə aşkar olundu. Bu zədənin bir hissəsi kəsilmiş-deşilmiş zədə olmaqla, ülgücü, küpü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir, digər hissəsi isə, cırılma zədəsi olmaqla, küt yaranma mexanizminə malikdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs2 məxsus şalvarın sağ ayaqlığının ön səthində bir ədəd kombinə olunmuş zədənin deşilmiş-kəsilmiş hissəsinin və köynəyin arxa səthinin sol yarısının aşağı hissəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertiza tədqiqatına təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Tədqiqat zamanı, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs2 məxsus büstqalterin üzərində əhəmiyyət kəsb edən hər hansı zədə aşkar olunmadı. Ekspertiza tədqiqatına təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli səyahət bıçağıdır və soyuq silah hesab edilmir. Ekspertiza tədqiqatına təqdim olunmuş bıçağın üzərində sonradan heç bir dəyişiklik edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x6-Təcrübi və Tədris Birliyinin təkrar-məhkəmətibbi ekspertizasının 26.11.2019-cu il tarixli T 373/2019 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər – mədənin yaralanması ilə müşayiət olunan, qarının ön divarının boşluğa nüfuz edən yarası, sol budun kəsilmiş-deşilmiş yarası kəsicideşici alətin təsirindən törənmiş, törənmə müddəti 03.09.2019-cu il tarixə uyğun gəlir və daxilə keçən yara yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya, sol bud nahiyyəsində olan kəsilmiş-deşilmiş yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x6-Təcrübi və Tədris Birliyinin təkrar-məhkəmətibbi ekspertizasının 12.11.2019-cu il tarixli T 357/2019 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər – diafraqmanın və dalağın yaralanması, sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin arxa səthinin sol tərəfli torakoabdominal yaralanması, sol sarğı və sağ budun kəsilmiş-deşilmiş yaraları kəsicideşici alətin təsirindən törənmiş, törənmə müddəti 03.09.2019-cu il tarixə uyğun gəlir və daxilə keçən yara yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya, sol sarğı və sağ bud nahiyyəsində olan kəsilmiş-deşilmiş yaralar isə ayrı-ayrılıqda, istərsə də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəlişəkildə obyektiv hüquqi qiymət verərəkməhkəmə belə nəticəyə gəlir ki,baş vermiş hadisənin mahiyyəti üzrə istintaq orqanı düzgün nəticəyə gəlmiş və Təqsirləndirilən şəxsittihamolunduğucinayətəməli məhkəməistintaqızamanıtamsübutayetirilmişdir. Məhkəməəməlinhüquqitövsüfiməsələsinimüzakirəedərəkhesabedirki, Təqsirləndirilən şəxsəməliistintaqorqanıtərəfindənAzərbaycanRespublikası CM-nin 126.2.1-ci maddəsiilədüzgüntövsifedilmiş və o, həmin maddəilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsiüçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri vəictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. AzərbaycanRespublikasının 59-cu maddəsinəəsasənTəqsirləndirilən şəxs zərərçəkmiş şəxslərləbarışıq əldə etməsi və zərərçəkmişşəxslərinondan şikayət və tələbinin olmaması, hərəkətlərindən səmimi peşiman olması yaşayış yerindən müsbətxarakterizəolunmasıcəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. Eyni zamanda məhkəmə hesab edir ki, törədilmiş cinayət əməli yaxın qohumlar arasında, ailə daxilində bacı qardaşlar arasında baş vermişdir. Bacı və qardaşlar arasında baş vermiş hadisədən sonra, cinayət törətmiş Təqsirləndirilən şəxs dərhal peşimançılıq hissi keçirmiş, bacı və qardaşlarına yetirmiş olduğu xəsarətlərə görə mənəvi əzab çəkərək məyus olmuşdur. Məhkəmə kollegiyası bu faktla bağlı işin həmin hallarına xüsusi diqqət yetirir, belə ki, xəsarət almış həm bacı, həm də qardaş məhkəmə iclaslarında ifadə verərkən mənəvi əzab çəkdiklərini bildirərək hər ikisi göstərmişlər ki, hadisənin baş verməsində özlərini günahkar hesab edirlər. Belə ki, hadisə günü onlar qardaşlarının evinə gələrkən Familə əsəbləşdirmişlər, Famil isə özünü ələ ala bilməmiş, özündən asılı olmayaraq onlara bıçaq xəsarəti yetirmişdir. Zərərçəkmiş şəxslər eyni zamanda məhkəmədən xahiş edərək bildirdilər ki, məhkəmə kollegiyası elə bir qərar qəbul etsin ki, onların ailələri arasında narazılıq və ədavət toxumu səpilməsin. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı halların olması müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci bəndində qeyd olunmuşdur ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cinayətin motivini, cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin onun bacı və qardaşları olması, hadisənin ailə münaqişəsi zəmnində baş verməsini və ailənin bütövlükdə bu hadisəyə görə məyus olması kimi yüngülləşdirici halları məcmu halda müstəsna hal kimi nəzərə alır və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini və təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də aşağı həddə cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materialarından görünür ki, Təqsirləndirilən şəxs 12.10.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. AzərbaycanRespublikasıCPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətişəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarınınicra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs 12.10.2019-cu il tarixdən həbsdəsaxlanıldığındanonatəyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli onun şübhəlişəxsqismindəsaxlanıldığıgündən, yəni 12oktyabr 2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan cinayət işi üzrə maddi sübut olan 01 ədəd məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaq məhv edilməlidir. İş üzrə maddi sübut olan və Qobustan RPİ-də saxlanılan Zərərçəkmiş şəxs1 əynində olmuş şalvar, Zərərçəkmiş şəxs2 əynində olmuş bir ədəd köynək, bir ədəd şalvar və bir ədəd büstqalter məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəməistintaqızamanı “İnsanhüquqlarınıvəəsasazadlıqlarınınmüdafiəsihaqqında” Konvensiyanın 6-cımaddəsinin 3-cühissəsinincbəndinə, AzərbaycanRespublikasıCPM-nin 19-cumaddəsinin 19.4.4cübəndinəvəAzərbaycanRespublikasıCinayətProsessualMəcəlləsinin 193.2 və 193.4cümaddələrinintələblərinəzərəalınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ciil tarixli, 31 nömrəli qərarına 3.05.2018-ciil tarixdə edilmiş dəyişikliklərəəsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmışvəonunhüquqlarınımüdafiəetmişBakışəhəri05 saylı vəkil bürosunun vəkili Abılova RadmilaAbulqızına, yardımgöstərdiyiüçündövlətbüdcəsininhesabındanBakışəhər 05 saylıvəkilbürosununhesabına 180 (yüzsəksən) manatpulödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: QurbanovFamilBəybalaoğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. QurbanovFamilBəybalaoğlu cəzasınıümumirejimlicəzaçəkməmüəssisəsindəçəksin, cəzaçəkməmüddətininəvvəli 12oktyabr 2019-cu il tarixdənhesablansın. QurbanovFamilBəybalaoğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan cinayət işi üzrə maddi sübut olan 01 ədəd məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaq məhv edilsin. İş üzrə maddi sübut olan və Qobustan RPİ-də saxlanılan Zərərçəkmiş şəxs1 əynində olmuş şalvar, Zərərçəkmiş şəxs2 əynində olmuş bir ədəd köynək, bir ədəd şalvar və bir ədəd büstqalter məhv edilsin. Bakışəhəri 05 saylıvəkilbürosununvəkiliAbılovaRadmilaAbulqızınahüquqiyardımgöstərdiyiüçündövlətbüd cəsininhesabındanBakışəhər 05 saylıvəkilbürosununhesabına 180 (yüzsəksən) manat pulödənilsin. Hökmdən, elan olunduğuandan Təqsirləndirilən şəxs isə hökmün surətini aldığıandan20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar