Məhkəmə qərarları › İş №1(101)-294/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-294/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-294/2021 04.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X7 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxsin hüquqi varisi: X1 Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 mənzil 17 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qardaşı Şahid8 həyat yoldaşı X2 qonşuluğunda yaşayan Şahid6 ilə sevgi münasibətində olması barədə məlumat əldə etdikdən sonra qardaşı Şahid8 xəyanət etdiyi üçün qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gələrərək, bu məqsədlə xx xxxx 2020-ci il tarixdə axşam saat 20 radələrində qardaşı X6 Kərimli ilə birlikdə Şahid8 qeyd olunan vaxt birlikdə qaldığı bacısı Şahid2 faktiki olaraq yaşadığı ünvan 2 ünvanına gəlmiş, Şahid3 ilə birlikdə həmin ünvanın həyətində yerləşən yardımçı tikilinin mətbəx otağına daxil olaraq, həmin vaxt orada olan Mehriban Bəşirzadə və Zərərçəkmiş şəxs ilə söhbət etmiş, söhbət zamanı Zərərçəkmiş şəxs əri Şahid8 xəyanət etdiyini bilirib qonşuluqda yaşayan Şahid6 ilə görüşüb yaxın münasibətdə olduğunu demiş, sonra Şahid2 və Şahid3 otaqdan çıxmaqlarını deyib Zərərçəkmiş şəxs ilə otaqda tək qalmış, həmin vaxt Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq sol əli ilə sonuncunun boyun nahiyəsindən tutaraq özü ilə gətirdiyi sağ əlində tutduğu sox aq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə qisas almaq niyyəti ilə müstəsna qəddarlıq və rəhmsizlik nümayiş etdirib ona əzab və iztirab verdiyini dərk edərək, xüsusi amansızlıqla sonuncuya daxili və xarici qanitirməyə səbəb olmuş gövdənin sol yan səthinin orta şöbəsinin, sağ kürək nahiyəsinin yuxarı tış hissəsinin, sağ kürəkaltı nahiyənin tış hissəsinin, sağ kürəkaltı nahiyənin iç hissəsinin, sol kürək nahiyəsinin aşağı tış hissəsinin, sol kürəkaltı nahıyənin iç hissəsinin daxilə nüfuz etməyən, sol saidin orta və aşağı 1/3-nin baxar səthinin iki ədəd deşilmiş- kəsilmiş dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran və döş qəfəsinin sağ yuxarı tış hissəsinin daxilə nüfuz edərək sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan, sol kürəkaltı nahiyənin tış hissəsinin daxilə nüfüz edərək, dalağın zədələnməsi ilə müşayiət olunan, belin sol iç hissəsinin daxilə nüfuz edərək, böyrəyin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla ölümünə səbəb olmuş çoxsaylı-11 sayda zərbə endirməklə xəsarətlər yetirilərək, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs qardaşı Kərimov Həbibin həyat yoldaşı idi. Hadisədən qabaq 5-6 ay idi ki, şəhərə köçmüşdü. Əvvəllər Qobustanda yaşayırdı. Hadisədən təxminən bir neçə gün qabaq qardaşının yoldaşı Laləzərin qardaşına xəyanət etməsi barədə qardaşı özü ona danışmışdı və Laləzərdən boşanmaq istədiyini bildirdi. Həbib Laləzərin qardaşı Natiqlə birlikdə Laləzərin telefon nömrəsindən telefon danışıqlarını çıxartdığını və Laləzərə tanımadığı nömrədən zənglər gəldiyini, həmin nömrəyə Laləzərin də zəng etdiyini dedi. O eşitdiklərinə inanmadı, çünki Laləzərdən belə hərəkət gözləmirdi. O, evdən çölə çox çıxmırdı, həm də xəyanət edəcək xarakterdə insan deyildi. Onu daha əvvəl heç bir yad adamla görməmişdi. Qardaşı, xəyanəti öyrəndikdən sonra uşaqları Laləzərdən alıb və onu evdən qovub. Laləzər də qardaşının dediyinə görə birinci atası evinə gedib, sonra qardaşı Natiq onu evdən qovub deyə bacısı Mehribanın evinə gedib. Xəyanət barədə eşitdiyindən sonra təxmini 2-3 gün keçmişdi, Həbibin oğlu Kərim ona anasının onu görmək istədiyini bildirəndə, Laləzərin onunla nə danışmaq istədiyini öyrənmək üçün onunla görüşmək qərarına gəldi. Qardaşına Laləzəri gedib görəcəyi barədə heç nə demədi, onu öldürmək məqsədi yox idi. O çağırdığı üçün onu görməyə getdi. 26 mart 2020-ci il tarixdə saat 20 radələrində qardaşı oğlu Kərimlə birlikdə icarəyə götürdüyü “Mitsubishi” markalı maşınla Laləzərin bacısı Mehribanın Qobustan qəsəbəsindəki evinə getdi. Ondan əvvəl Laləzəri atası evində tapacağını düşünüb Dilavər İsgəndərovun evinə getmişdi, ancaq qardaşı Natiq onu evdən qovduğu üçün bacısıgildə olduğunu öyrəndi. O özü də Laləzərin qardaşına xəyanət etməsi barədə atası Dilavərə məlumat vermək istəyirdi, ancaq Dilavər kişi yaşlı olduğu üçün ona nəsə olmasından qorxduqları üçün məsələni açmağına imkan vermədilər. O maşını Mehribanın evinin yanında, çöldə qapının qabağında saxladı, daha sonra Kərimlə birlikdə evin həyətinə daxil oldular. Həyətin sol tərəfində yerləşən mətbəxə tərəf yaxınlaşdı və mətbəxə girib Laləzərlə qarşıqarşıya oturdu. Mətbəxdə o, Laləzər, bacısı Mehriban və Kərim idi. Mehriban divanda oturmuşdu. O Laləzərdən məsələnin həqiqət olub olmamağını soruşduqda, o ona şeytan onu yoldan çıxartdığınğ və səhv elədiyini bildirdi. Həmin vaxt dediklərini bacısı da eşidirdi. O daha sonra Laləzərlə təklikdə danışmaq üçün Mehribandan xahiş etdi ki, Laləzərlə onu tək qoysun. Mehriban otaqdan çıxdı, Laləzərlə söhbət etməyə başladılar. Laləzərə niyə belə olduğunu soruşduqda Laləzər ona həmin Əli adlı şəxslə evdə görüşdüyünü dedi. O Laləzərin dediyi sözlərdən sonra şok vəziyyətinə düşdü, özünü itirdi, həmin səhnə gözünün önünə gəldi. Həmin vaxt mətbəxdə stolun üstündə olan bıçağı götürüb Laləzərə yaxınlaşdı, ona zərbələr endirdi. Şok vəziyyətində olduğundan onu necə vurduğu, neçə zərbə endirdiyi dəqiq yadında deyil. Laləzər yerə yıxılıb hərəkətsiz vəziyyətdə qaldı. O qapını açıb çölə çıxdı, Kərimi də götürüb onunla birlikdə evdən çıxdı. Maşının yanına çatanda dayısıoğlu İsanı gördü, İsa və Kərimlə birlikdə maşına oturub Bakı şəhəri istiqamətində hərəkət etdilər. Daha sonra Sahil qəsəbəsi ərazisində maşını saxladı. Kərimə və İsaya Laləzəri öldürdüyünü dedi, İsa ilə Kərimi maşından düşürtdü. Bir neçə dəfə 102-yə zəng vurdu, ancaq məşğul idi. Qardaşı Vəliyə zəng vurub Laləzəri öldürdüyünü dedi. Daha sonra anasını sonuncu dəfə görmək üçün anasının yanına getdi, yenə 102-yə zəng vurdu və hadisə barədə məlumat verdi. O Laləzəri xüsusi amansızlıqla öldürmək istəməmişdi, Laləzərin qardaşına xəyanət etməsi barədə heç vaxt şübhəsi olmayıb. Əməlindən peşmandır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs xüsusi amansızlıqla öldürmək istəməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Təxminən 2020-ci il mart ayında bayram ərəfəsində Laləzər onlara gəlmişdi, elə oldu ki, bir müddət onlarla yaşadı. Həmin vaxt Həbib ona dedi ki, Laləzər başqa şəxslə görüşür. Hardan bu nəticəyə gəldiyini soruşanda bildirdi ki, guya bacısı özü ona etiraf edib. Həbib həmin şəxsi tapıb, cəzasını özləri verməsini bildirdi amma o razılıq vermədi. Laləzərdən həqiqtən də Həbibə belə bir şey deyibdemədiyini soruşduqda, bacısı ona etiraf etmədi və daha sonra evdəki söz-söhbətdən bezdiyini bildirib, küsüb bacısı Mehribanın evinə getdi. xx xxxx 2020-ci il tarixində axşam saat təxminən 21 radələrində bacısı Mehribanın evinə getdi. Evlərinə çatanda Mehribana zəng vurdu, Mehriban ağlaya-ağlaya telefonda Laləzəri qaynı Səbuhi bıçaqla vurub qaçdığını, Laləzəri isə qonşu Zöhrabın öz maşın ilə Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən 20 saylı TTYS-yə apardığını bildirdi. O tələsik 20 saylı TTYS-yə getdi və orada həkimlər bacısının öldüyünü dedilər. Bacısı Laləzər qaynı Səbuhini yanına ona görə çağırmışdı ki, o həyat yoldaşı Həbibin, Səbuhinin arvadı Cəmalə ilə görüşdüyünü demək istəyirdi. Bacısı bu söhbəti baldızı Həbibəyə də danışıb. Həbibə də bacısını hədələyib ki, söhbəti heç yerdə danışmasın. O Laləzəri evdən qovmamış, o özü küsüb bacısının evinə getmişdi. Xəyanət barədə eşidəndə Həbibə dedi ki, məsələni aydınlaşdıraq. Ancaq araşdırmamış Səbuhi onun bacısını ortada heç bir sübut olmadan öldürdü. Səbuhiyə qanunvericiliklə nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun doğma qızıdır. Onun yoldaşı Həbiblə münasibətləri yaxşı deyildi, niyə görə mübahisələri yarandığını bilmirdi. 2020-ci ilin mart ayında bayram ərəfəsində Laləzər onlara gəldi və onlarda yaşamağa başladı. O onun yoldaşı ilə problemi olduğunu bilməmişdi. Laləzər bir müddət sonra qızı Mehribangilə gedib orada yaşamağa başladı. xx xxxx 2020-ci il axşam saat 1 olardı ki, qızı Mehriban ona zəng vurdu və ağlayaağlaya Laləzəri Həbibin qardaşı Səbuhi bıçaqla vurduğunu dedi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mərhu Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Onun yoldaşı Həbiblə münasibətləri yaxşı deyildi, tez-tez mübahisə edirdilər, yoldaşı onu döyürdü. Laləzər qapalı xarakterdə insan olduğu üçün çox məsələlərini onunla bölüşməzdi. 2020-ci ilin mart ayının əvvəllərində Həbib onu evlərinə ona sözü olduğu üçün çağırdı. Həbib, Həbibin bacısı və o idi, Laləzər həmin söhbət ərəfəsində yanlarında deyildi. Həbib ona Laləzərin ona xəyanət etdiyini və üzünüdə etiraf etdiyini bildirdi. Həbibdən sübutub olub olmamağını sorusduqda Həbib ona vaxtı gələndə deyəcəyinin bildirdi. Həmin vaxtdan sonra Laləzər bir müddət atasıgildə qaldı. Bir müddət sonra Həbib qardaşı Natiqə Laləzərin ona xəyanət etməsini deyib. Qardaşı da Natiqə Həbibə özü araşdıracağını demişdi. Laləzər bir müddət sonra onlara gəldi və atasıgildə qala bilmədiyi, sıxıldığı üçün qalmaq istədiyini dedi, ancaq ona heç nə demədi. O bacısının xəbəri olmadan baldızı Həbibə ilə görüşdü. Həbibədən nə məsələ olduğunu sorusduqda, o da onun ne bilirsə o da onunn bildiyini dedi. Daha sonra bacısı onlarda olan ərəfədə onunla söhbət etdi və ona Həbiblə münasibətinin pis olduğunu, Həbibin qardaşı Səbuhinin arvadı Cəmalə ilə yaxın münasibətdə olduğunu bildiyini dedi. Bacısı hadisədən bir neçə gün qabaq ona dedi ki, Səbuhini çağır, onunla danışmalıdır. O buna razı olmadı. xx xxxx 2020-ci il tarixdə axşam saat təxminən 20 radələrində evdə o, Laləzər və uşaqlarıydı. Laləzərin oğlu Kərim ona zəng edib evdə kim olduğunu soruşdu o da Laləzərin,onun və uşaqlar olduğunu dedi. Zəngdən təxminən 5 dəqiqə sonra Kərim otağın qapısını açıb içəri daxil oldu, Səbuhi də yanında idi. Səbuhi içəri girən kimi qapının yanındakı stulda oturdu, Laləzər də həmin stolun digər tərəfində oturmuşdu. Səbuhi ona otaqdan çıxmağını istədi, bacısı narazılıq etmədiyi üçün otaqdan çıxdı. Onların nə danışdıqlarını eşitmirdi. Bir qədər sonra Laləzərin qışqırıq səsini eşitdi, tez qapıya tərəf qaçdı, Səbuhi qapını açıb çölə çıxdı və çöldən qapını dəstəyindən tutdu. Səbuhiyə icazə vermədiyi üçün o onun əlindən vurdu, qapını açdı. Səbuhi də Kərimə qışqırıb dedi ki, qaçdıq. O otağa girəndə Laləzər hərəkətsiz vəziyyətdə idi. Nə qədər səsləsə də Laləzər ayılmadı, o çölə çıxıb qışqırıb kömək istədi. Qonşuluqda yaşayan qaynıoğlu Zöhrab ustaları ilə birlikdə bacısını maşına qoyub xəstəxanaya apardılar. Sonra həkimlər bacısının öldüyünü dedilər. Bacısından xəyanət barədə soruşanda inkar etdi, ancaq ölmədən əvvəl onda bir sirr olduğunu və bu barədə Səbuhiyə danışacağını deyirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə günü, xx xxxx 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən evində tikinti işləri ilə məşğul olurdu. Həmin vaxt evdə ondan başqa Səhhət adlı ustada var idi. Həmin gün axşam saat təxminən 20 radələrində qonşuluqda yerləşən, əmisinə məxsus evin həyətindən səs gəldiyini eşitdi və o qaça-qaça əmisi gilin həyətinə daxil oldu, əmisi arvadı Mehriban qışqıraraq kömək çağırırdı, bacısı Laləzəri qaynı Səbuhinin bıçaqladığını dedi. O tez otağa daxil oldu, qapının yanında qara hicablı qadın yerdə uzanıqlı vəziyyətdə idi. Yerdə çoxlu qan var idi. O onun evində olan ustanı çağırdı və onun köməkliyi ilə həmin qadını maşına qoyaraq xəstəxanaya apardılar. Xəstəxanada həkimlər Laləzərin öldüyünü dedilər, mərhumun xəstəxanaya aparkən nitqi yox idi, hərəkətsiz vəziyyətdə idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Mərhum isə qardaşı Həbibin həyat yoldaşı idi. Həbiblə Laləzərin arasında hər hansı mübahisənin olmasından xəbəri olmayıb. Qardaşı Həbib bizə Laləzərdən ayrılacağını bildirmişdi. Lakin problemin konkret olaraq nə olduğunu bilmirdi. Daha sonra Həbib ona, anasına Laləzərin ona xəyanət etdiyini və bu səbəblə ondan ayrılmaq istədiyini dedi. xx xxxx 2020-ci il tarixində o anasının yaşadığı bağ evinə getmişdi. Səbuhi də evdə idi. Daha sonra Səbuhi Kərimlə birlikdə evdən çıxdı. Həmin gün təxminən saat 20 radələrində Səbuhi telefonda ona Həbibin həyat yoldaşı Laləzəri öldürdüyünü dedi. Səbuhinin hadisədən sonra hara getdiyini, yanında kimlərin olduğunu bilmirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, mərhum Laləzər onun həyat yoldaşı idi, təqsirləndirilən şəxs isə doğma qardaşıdır. Həyat yoldaşı Laləzərlə münasibətləri pis deyildi. 2020-ci ilin əvvəllərindən etibarən Laləzərin aurasından, ona xəyanətlə bağlı suallar verməsindən şübhələnməyə başlamışdı. 2020-ci il mart ayının 2-də Laləzər ona xəyanət etdiyini, peşman olduğunu və bağışlanmasını bildirdi. Ancaq bağışlamayacağını bildirdi, həmin şəxsin kim olduğunu ondan soruşsa da heç nə demədi. Öz bacısını və Laləzərin bacısı Mehribanı evə çağırdı, Laləzərin ona xəyanət etdiyini onlara da etiraf etdi. Laləzərdən həmin şəxslə təkcə telefonla danışdığını, yoxsa görüşdüyünü soruşduqda, o ona həmin şəxslə görüşdüyünü, intim münasibətdə olduğunu bildirdi. O ona heç barmağının ucu ilə də vurmadı. Laləzərə ondan ayrılmaq istədiyini bildirdi. Laləzər şeytana uyduğunu dedi. Ondan sonra Laləzəri evdən qovdu, uşaqlar isə onunla qaldı. Bildiyi qədərilə Laləzər bir müddət atasının evində qalıb, sonradan isə bacısı Mehribanla yaşamağa başlayıb. Ondan sonra Laləzəri görmədi. Təxminən 1 həftə- on gün sonra anasına hadisə barədə danışdı. Həmin vaxt anası tək idi, anasını müalicə aldığı xəstəxanada ziyarət etməyə getmişdi.Hadisə baş verməmişdən təxminən 2-3 gün əvvəl Səbuhiyə özü Laləzərin dediklərini olduğu kimi danışdı. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında uşaqlarla qohum ziyarətinə getmişdilər, Kərim onlarla gəlməmişdi, evdə qalmışdı. Həmin gün təxminən axşam saat 21 radələrində Laləzərin qardaşı Natiq ona zəng vurub Səbuhinin Laləzəri öldürdüyünü dedi. O dərhal Kərimə zəng vurdu, Kərim də təstiq etdi. O Kərimə dərhal maşından düşməsini dedi. Səbuhinin Laləzərin bacısı Mehribanın evinə getməsindən məlumatı olmayıb. Səbuhi ona həmin gün bu barədə heç nə deməmişdi. Laləzər qardaşı Natiqə Əli adlı şəxslə xəyanət etdiyini demişdir. Bu barədə Natiq özü ona məlumat vermişdir. Laləzər öldükdən sonra Əli adlı şəxslə maraqlanmadı, ondan xəyanət barədə heç nə soruşmadı, ancaq eşitdi ki, qəsəbə ərazisindən köçüb gediblər. Səbuhiyə boşanmağının səbəbini soruşduğu üçün xəyanət barədə danışmışdı, başqa heç bir məqsədi yox idi. Laləzər bacısı Həbibəyə demişdir ki, əgər Həbib atasına xəyanət barədə nəsə desə o da Həbibin Səbuhinin arvadı ilə olan münasibəti barədə hamıya danışacaq, ancaq bu həqiqət deyil, Laləzərin ona böhtan atmaqda səbəbi uşaqları ona verməməyi idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. Səbuhi və qardaşı Həbiblə, ümumiyyətlə ailə ilə münasibətləri yaxşı idi. O mərhum Laləzərin haqqında heç bir pis söz eşitməmişdi. Ümumiyyətlə Laləzəri yüngül əxlaqlı biri kimi tanımamış, onun Həbiblə Laləzərin boşanma ərəfəsinə çatdığından, onlar arasındakı problemlərdən xəbəri olmayıb. xx xxxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində polis əməkdaşı ona zəng edərək, Səbuhinin qardaşı arvadı Laləzəri öldürdüyünü dedi. Polis əməkdaşı bildirdi ki, Səbuhi ilə əlaqə saxlayacağı təqdirdə ona polis böİməsinə getməsini desin. Daha sonra o Səbuhinin qardaşı Vəliyə zəng edib, məlumat verdi. Təxminən bir qədər sonra saat 21 radələrində Səbuhi ona zəng edərək Laləzəri öldürdüyünü, bu barədə polisə məlumat verdiyini dedi. Lakin Səbuhi ona harada olması barədə heç nə demədi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mənim doğma bibisi oğludur. Onun Həbib və Laləzərin arasında münasibətlərin pisləşməsindən və onların ayrılmasından xəbəri var idi. Amma konkret olaraq məsələnin nədən ibarət olduğunu bilmirdi. Hadisədən 3-4 gün qabaq o Həbibdən Laləzərlə ayrılıq səbəblərini soruşduqda, Həbib Laləzərin başqa adamla münasibətinin olduğunu və bunu Laləzərin özünün ona etiraf etdiyini bildirdi. O buna çox təəccübləndi, çünki Laləzər haqqında indiyə qədər heç bir pis söz eşitməmişdi. xx xxxx 2020-ci il tarixdə Səbuhini qardaşıoğlu Kərimlə birlikdə təxminən günorta saatlarında Qobustan qəsəbəsi ərazisində görmüşdü, Səbuhi “Mitsubishi” markalı avtomobil idarə edirdi. Həmin gün axşam təxminən saat 20 radələrində Səbuhinin idarə etdiyi maşını Laləzərin bacısı Mehribangilin evinin qarşısında gördü, maşının içərisində heç kim yox idi. Təxminən 5-6 dəqiqə sonra Səbuhi ilə Kərim evdən çıxdı. O da onlarla birlikdə maşına əyləşdi. Səbuhi bir müddət heç nə demədi, Səngəçal qəsəbəsi çatanda Səbuhi Laləzəri öldürdüyünü dedi. O nə deyəcəyini bilmədi. Bu vaxt Həbib oğlu Kərimə zəng etdi, Kərim telefonda atasına əmisinin anası Laləzəri öldürdüyünü dedi. Sahil qəsəbəsində o Kərimlə maşından düşdülər, taksi ilə geri qayıtdılar. Daha sonra Həbiblə birlikdə Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə getdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Mayıl oğlu ifadəsində göstərmişdir ki, hadisə günü, xx xxxx 2020-ci il tarixdə qonşusu Zöhrabın evində tikinti işləri ilə məşğul olurdu. Evdə o bir də Zöhrab idi. Elə həmin gün axşam saatları idi, təxminən 19-20 radələrində, Zöhrabın əmisinə məxsus evdən səslər gəldi. Zöhrab qaça-qaça əmisigilin evinə getdi, sonra isə onu çağırdı ki, maşını qapının qarşısına sürsün. Zöhrabın qucağında hicablı bir qadını gətirib maşına mindirdi və onlar xəstəxanaya getdilər. Həkimlər qadının öldüyünü dedilər. Zöhrab sonradan ona həmin qadının əmisinin həyat yoldaşı Mehribanın bacısı Laləzər olduğunu dedi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 İman oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yaxın dostdudur. Qardaşı Həbibi də yaxından tanıyır. X4 arasında indiyə qədər hər hansı problemin olub-olmaması barədə heç bir məlumatı olmayıb. Onların ayrılmasından məlumatı var idi, konkret səbəbi bilmirdi. Hadisə günü, yəni xx xxxx 2020-ci il tarixdə təxminən saat 20 radələri idi, Səbuhi ona zəng vurub qardaşı Vəli ilə danışdı və Vəliyə Həbibin həyat yoldaşı Laləzəri öldürdüyünü dedi. Səbuhi harada olduğunu demədi, ancaq dedi ki, özü polisə məlumat verəcək. Sonra isə Vəli, Həbib və o polis bölməsinə getdilər. Səbuhinin Laləzərin bacısı Mehribangilə getməsindən xəbəri olmayıb, gün ərzində danışalarda bu barədə heç nə deməmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o Qaradağ rayon Polis İdarəssinin 11-ci polis bölməsində xidmət edir. Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanımış. xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs çoxsaylı bıçaq zərbələri nəticəsində ölməsi barədə məlumat daxil oldu. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs qaynı Təqsirləndirilən şəxs tərəfindən öldürüldüyü müəyyən olundu. Daha sonra həmin gün axşam saat 23 radələrində Səbuhi ona zəng edib qardaşıarvadı Zərərçəkmiş şəxs öldürdüyün və polisə təslim olacağını dedi. Daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səbuhi Kərimlinin olduğu yer müəyyən olundu və xx xxxx 2020-ci il tarixdə tutularaq istintaqa təhvil verildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. X11 isə digər qardaşı Şahid8 ilə 2003-cü ildən ailə həyatı qurmuşdu. Laləzər ilə indiyə qədər heç bir problem olmayıb. 2020-ci ilin mart ayının 2-də qardaşı Həbib onun evinə gəlib, Laləzərin özünü narahat hiss etməyə başladığını, tez-tez otağa keçərək dualar oxuduğunu, Həbibə xəyanətlə bağlı suallar verməyə başladığını dedi. Hətta ən sonda Laləzər Həbibə başqa bir şəxlə münasibətinin olduğunu, ancaq peşman olduğunu, onu bağışlamasını istədiyini bildirdi. Həbibə belə bir şey mümkün olmadığını deyəndə, Həbib ona “gəl gedək özün qulaqlarınla eşit” dedi. Onlar Həbiblə birlikdə evə getdilər, sonradan Laləzərin bacısı Mehriban da gəldi. Laləzər bacısının, onun da yanında etdiklərini etiraf etdi. Əvvəlcə dedi ki, həmin oğlan onu dükana gedəndə görüb, arxasıca düşərək narahat edib, sonra isə blokda Laləzəri öpdüyünü dedi. Mehriban Laləzərin danışdıqlarını eşidib çox hirsləndi, dedi ki, ölsən də Həbibdən ayrılmağa qoymaram səni, get Həbibin ayaqlarına düş ki səni bağışlasın. Laləzər bir neçə gün yoldaşı işdə olduğu müddətdə onun evində qaldı, ancaq sonradan onu bundan artıq evində saxlaya bilməyəcəyini dedi. Sonradan birdaha Laləzəri görmədi. Bildiyi qədərilə Həbibin başına gələnlər barədə Səbuhi təxminən hadisədən 2-3 gün qabaq xəbər tutub. xx xxxx 2020-ci il il tarixində Səbuhi təxminən günorta saat 18 radələrində onun evinə gəldi. Səbuhi bir stəkan çay içdikdən sonra çölə çıxdı, daha sonra Kərim ilə birlikdə evə gəldi, evdə namaz qıldıqdan sonra çıxıb getdi. O Səbuhidən evdən çıxanda Kərim ilə birlikdə hara getdiklərini soruşduqda Səbuhi işlərinin olduğunu bildirdi. Həmin gün birdaha Səbuhini görmədi. Səbuhinin Laləzərin bacısı Mehribangilə getməsindən xəbəri olmayıb. Laləzəri öldürmək fikrində olmasından şübhələnməmişdi, özü də ona bu barədə heç bir şey deməmişdi. Həmin gün Səbuhinin üzərində hər hansı bıçağın olub-olmaması barədə də məlumatı olmayıb. Laləzərlə aralarında olan danışıqları telefon vasitəsilə yazmışdı, səsyazmada məqsədi gələcəkdə məhkəmədə həmin səsyazısından istifadə edərək, uşaqları Laləzərin yox, qardaşı Həbibin himayəsində qalmasında istifadə etmək idi. Hal hazırda həmin səs yazmanın harda olmağından xəbərsizdi. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 32 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında aşakar edilmiş xəsarətlər: Döş qəfəsinin sağ yuxarı tış hissəsinin daxilə nüfuz edərək sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd, sol kürəkaltı nahiyənin tış hissəsinin daxilə nüfuz edərək dalağın zədələnməsi ilə müşayiət olunan bir ədəd, belin sol iç hissəsinin daxilə nüfuz edərək böyrəyin zədələnməsi ilə müşayiət olunan bir ədəd, gövdənin sol yan səthinin orta şöbəsinin bir ədəd, sağ kürək nahiyəsinin yuxarı tış hissəsinin bir ədəd, sağ kürəkaltı nahiyənin tış hissəsinin bir ədəd, sağ kürəkaltı nahiyənin iç hissəsinin bir ədəd, sol kürək nahiyəsinin aşağı tış hissəsinin bir ədəd, sol kürəkaltı nahiyənin iç hissəsinin bir ədəd daxilə nüfuz etməyən, sol saidin orta və aşağı 1/3-nin bayır səthinin 2 ədəd (ümumilikdə 11 ədəd) deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşya (alət) (bıçaq) təsirindən törənmişlər, həyatidirlər, mərhumun ölümündən z əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yerinə yetirilə bilərdi. Qeyd olunmuş xəsarətlərdən döş qəfəsinin sağ yuxarı tış hissəsinin daxilə nüfuz edərək sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd, sol kürəkaltı nahiyənin tış hissəsinin daxilə nüfuz edərək dalağın zədələnməsi ilə müşayiət olunan bir ədəd, belin sol iç hissəsinin daxilə nüfuz edərək böyrəyin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yararları (ümumilikdə üç ədəd) həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın, gövdənin sol yan səthinin orta şöbəsinin bir ədəd, sağ kürək nahiyəsinin yuxarı tış hissəsinin bir ədəd, sağ kürəkaltı nahiyənin tış hissəsinin bir ədəd, sağ kürəkaltı nahiyənin iç hissəsinin bir ədəd, sol kürək nahiyəsinin aşağı tış hissəsinin bir ədəd, sol kürəkaltı nahiyənin iç hissəsinin bir ədəd daxilə nüfuz etməyən, sol saidin orta və aşağı 1/3-nin bayır səthinin iki ədəd (ümumilikdə 8 ədəd) deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin sağ yuxarı tış hissəsinin daxilə nüfuz edərək sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan, sol kürəkaltı nahiyənin tış hissəsinin daxilə nüfuz edərək dalağın zədələnməsi ilə müşayiət olunan, belin sol iç hissəsinin daxilə nüfuz edərək böyrəyin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları nəticəsində törənən kəskin daxili və xarici qanitirmə olmuşdur. Meyitin əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitxanada müayinə olunduğu vaxtdan 12-14 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərlə hadisə zamanı onun əynində olan paltarlardakı zədələr sayına və yerləşmə nahiyələrinə görə bir-birinə uyğundur. Qeyd olunan xəsarətlər yetirildikdən sonra mərhum Zərərçəkmiş şəxs yeriyə və məqsədyönlü hərəkətlər etməsi inkar edilmir. Xəsarətlə yetirildikdən sonra ölüm müəyyən zaman çərçivəsində baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işində olan məhkəmə-lifli ekspertizasının xx.xx.2020-ci il tarixli 6/772 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 nömrəli cədvəldə göstərilib. Həmin kənar lif mikrohissəciklərinin arasında – Zərərçəkmiş şəxs donun üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs geyim əşyalarının üzərində tapılmış kənar lif mikrohissəcikləri həmin əşyaların hazırlanma əlamətlərini daşımadığına görə və onların üzərində fərdi əlamətlər olmadığına görə həmin geyim əşyalarının Təqsirləndirilən şəxs geyim əşyaları ilə təmasda olub-olmamasını müəyyən etmək mümkün olmadı. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 354/2020- MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızının ABO sistemi üzrə qan qrupu: Abeta/H//İİ/. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus 01 ədəd kürk jilet, baş örtüyühicab, vodalazka, trusik, yupka, qısaqol mayka, retuz, 01 cüt corab, 07 ədəd ağ plastik çubuqlu pambıq tamponlar üzərində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta/H/İİ/ qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiq olunan Təqsirləndirilən şəxs məxsus şalvar, gödəkçə və köynək üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işində olan maddi sübutların ekspertizasının xx.xx.2020-ci il tarixli 218- MTKŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus gödəkçənin daxili sağ yarım hissəsində beş ədəd, gödəkçənin daxili sol yarım hissəsində bir ədəd; sviterin ön sağ səthində bir ədəd; sviterin ön sol səthində bir ədəd; sviterin arxa demək olar k bütün səthində yeddi ədəd; köynəyin ön sağ yuxarı səthində bir ədəd; köynəyin arxa nahiyyəsinin demək olar ki bütün səthində yeddi ədəd; hicab şərti sol yan aşağı hissəsində bir ədəd dəlib keçən zədə aşkar olundu. Bu zədələr kəsilmiş-deşilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alət(alətlərin) təsirindən törənmişlər. Paltar üzərində aşkar edilmiş zədələr müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin arxa sol qol tikişi üzərində bir ədəd natamam sökülmə zədəsi aşkar olundu. Bu da köynəyin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs ətək, şalvar, tuman və bir cüt corab üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş mərhum Təqsirləndirilən şəxs məxsus gödəkçə, köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işində olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1042 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anemnestik məlumatlar və hal- hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hrə hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimentalpsixoloji müayinə gedişində idrak proseslərinin (qavrama, diqqət, yaddaş xüsusiyyətləri, təfəkkür və s.) normaya uyğun olması müəyən edilir. Hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik müşahidə olunmur. Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər hər hansı ruhi xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları adekvat olaraq qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Eqosentrizm, inadkarlıq, çılğınlıq, özünə qarşı hörmət tələb etmək, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi pxisiemosional sferasında hirslilik yaranmamış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. Cinayət işində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə X9 doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası Şahid11dır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan “şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin içtimai təhlükəliliyini nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinin tələblərinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasının cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Qaradağ rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs xx.xx.2020-ci tarixdə baş vermiş cinayət hadisəsini törədən zaman istifadə etdiyi hadisə yerinə baxış keçirilən zaman götürılmüş 01 ədəd məişət bıçağı, Təqsirləndirilən şəxs məxsus olan gödəkçə, kofta, şalvar, Zərərçəkmiş şəxs məxsus olan qara rəngli baş örtüyü(hicab), yun kofta, nazik kofta, don, retuz, tuman, corab, jaket hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq, dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməli, iş üzrə ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Qaradağ rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs xx.xx.2020-ci tarixdə baş vermiş cinayət hadisəsini törədən zaman istifadə etdiyi hadisə yerinə baxış keçirildikdə götürılmüş 01 ədəd məişət bıçağı, Təqsirləndirilən şəxs məxsus olan gödəkçə, kofta, şalvar, Zərərçəkmiş şəxs məxsus olan qara rəngli baş örtüyü(hicab), yun kofta, nazik kofta, don, retuz, tuman, corab, jaket hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin. İş üzrə məhkəmə məsrəflərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasi protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar