Məhkəmə qərarları › İş №1(101)-294/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-294/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-294/2022 30.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, X4, Zərərçəkmiş şəxs1 Firuddin oğlunun Zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 19 mart 2020-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 1ci mədən, 4-cü sahədə yerləşən «X11» şirkətinə məxsus 140593 saylı quyunun eklipsinin hər bir metrinin dəyəri 5,80 manat olmaqla, ümumilikdə 580 (beş yüz səksən) manat dəyərində 100 metr uzunluğunda kanatlarını gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs «X11» şirkətinə həmin məbləğdə maddi ziyan vurmaqla neft kəmərlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Sərxan» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək. 10.07.2020-ci il saal 02 radələrində X2 məxsus Bakı şəhəri. Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən nömrəsiz bağ evinin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, Sərxan adlı şəxslə birlikdə evin giriş qapısının qıfılım özü ilə gətirdiyi linqlə sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla, evin sanitar qovşağından hər birinin dəyəri 100 manat olmaqla 200 manat dəyərində əlüzyuyanı, mətbəx otağından 120 manat dəyərində 01 ədəd masa üstü qaz plitəsini, hər birinin dəyəri 10 manat olmaqla 20 manat dəyərində 02 ədəd dəmir qazanları, hər birinin dəyəri 1 manat olmaqla 20 manat dəyərində 20 ədəd kabab bişirmək üçün nəzərdə tutulmuş dəmir şişləri, 40 manat dəyərində bıçaq, çəngəl və qaşıqlardan ibarət mətbəx dəstini, 500 manat dəyərində 01 ədəd samovarı, yataq otağından hər birinin dəyəri 150 manat olmaqla 600 manat dəyərində 04 ədəd dəmir çarpayıları, ümumi dəyəri 50 manat təşkil edən kənd təssərüfat alətlərini, ümumi dəyəri 600 manat təşkil edən 02 ədəd taxta masadan və 04 ədəd taxta skamyadan ibarət dəsti və hər birinin dəyəri 75 manat olmaqla 150 manat dəyərində 02 ədəd qaz sobalarını gizli olaraq talayıb zərərçəkmiş şəxs Ruslan Rüstəmova ümumlikdə 2300 (iki min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Sərxan» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 14.08.2020-ci il saat 02 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 112 ünvanda yerləşən yeni tikilmiş yaşayış evinin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, Sərxan adlı şəxslə birlikdə evin giriş qapısının qıfılım özü ilə gətirdiyi linqlə sındırıb qanunsuz daxil olaraq, evin həyətindən hər birinin dəyəri 100 manat olmaqla 400 manat dəyərində 04 ədəd 5x0,15 metr ölçüdə dəmir boruları, 9,3 manat dəyərində üstündə markalanma yazıları olmayan 18 mm diametrli 31 metr uzunluğunda kapron tərkibli su borusunu, evin sanitar qovşağında olan hər birinin dəyəri 100 manat olmaqla 200 manat dəyərində 02 ədəd plastik qapıları, hər bir metrinin dəyəri 1 manat olmaqla 40 manat dəyərində 40 metr uzunluğunda mis elektirik naqillərini, 60 manat dəyərində 01 ədəd elektrik su mühərrikini, evin birinci mərtəbəsinin girişində yerləşən 50 manat dəyərində 01 ədəd soyuducunun elektrik mühərrikini və 30 manat dəyərində su qızdırıcısının içərisində olan mis avadanlıqlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 789,30 (yeddi yüz səksən doqquz manat 30 qəpik ) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 07.09.2020-ci il tarixdə saat 03 radələrində X6 məxsus Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C. Cabbarlı küçəsində yerləşən evin plastik pəncərəsini əvvəlcədən özü ilə götürdüyü vintaçanla açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin giriş hissəsində olan həmin evdə usta kimi işləyən Zərərçəkmiş şəxs7 məxsus 200 manat dəyərində 01 ədəd böyük, 100 manat dəyərində 01 ədəd kicik ölçülü preforatorları, 150 manat dəyərində 01 ədəd laqondanı, 10 manat dəyərində üstündə markalanma yazıları olmayan gövdəsi qara-yaşıl rəngli 01 ədəd dreli, 5 manat dəyərində üstündə markalanma yazıları olmayan gövdəsi göy rəngli 01 ədəd dreli, 200 manat dəyərində 01 ədəd lazer aparatını, hər bir topunun qiyməti 100 manat olmaqla 600 manat dəyərində 06 top mis elektrik naqillərini və hər bir qutunun dəyəri 30 manat olmaqla 150 manat dəyərində 05 qutu şuruplarım gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 1415 (bir min dörd yüz on beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 12.12.2020-ci il tarixdə saat 01 radələrində X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlar massivində yerləşən bağ evinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, saxlanc yeri hesab olunan anbarın qıfılını əvvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə sındırmaqla oradan hər birinin dəyəri 20 manat olmaqla 240 manat dəyərində 12 ədəd istilik radiatorlarını, hər bir topunun dəyəri 200 manat olmaqla 800 manat dəyərində 04 top elektirk naqillərini. 100 manat dəyərində 01 ədəd kiçik və 160 manat dəyərində 01 ədəd böyük Ölçülü drelləri. 250 manat dəyərində 01 ədəd laqondanı və 250 manat dəyərində 01 ədəd lobziki gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 10.01.2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən korpus 8 ünvanında yerləşən yeni tikilmiş yaşayış evinin plastik pənəcərəsiııin əvvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə açmaqla qanunsuz daxil olaraq, evin otaqlarından hər bir metirnin dəyəri 1,40 manat olmaqla 1400 (bir min dörd yüz) manat dəyərində 1000 metr uzunluğunda mis elektirk naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakım gizli olaraq talama məqsədilə 31.01.2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs8 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinin üzərində olan dəmir barmaqlığını zor tətbiq etməklə yerindən ayırıb, evin plastik pəncərəsini əvvəlcədən özü ilə götürdüyü vintaçanla açmaqla, yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin ikinci mərtəbəsində olan «Beko» markalı soyuducunun 190 manat dəyərində 01 ədəd mühərrikini, 80 manat dəyərində 01 ədəd «Petəy» markalı su qızdırıcı cihazı, hər birinin qiyməti 20 manat olmaqla, evin mətbəx otağından 140 manat dəyərində 07 ədəd aliminium qazanları, evin həyətindən 100 manat dəyərində 01 ədəd elektrik su mühərrikini və 30 manat dəyərində 01 ədəd qidraforu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 540 (beş yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 18.02.2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən bağ evinin plastik pəncərəsini əvvəlcədən Özü ilə götürdüyü vintaçanla açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan elektrik sobasının altında olan 420 manat məbləğində nağd pulu, həmin otaqda 70 manat dəyərində 01 ədəd elektrik su mühərrikini, 120 manat dəyərində 01 ədəd samovarı və 50 manat dəyərində 01 ədəd markası məlum olmayan audio maqnitafonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 660 (altı yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 19.02.2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən bağ evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, həmin həyətdə əkilmiş hər birinin dəyəri 150 manat olmaqla 750 manat dəyərində 05 ədəd «Kremlyovskaya» adlı şam ağaclarım və evin mətbəx otağının qapısını zorla açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan 200 manat dəyərində mətbəx dəstini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 950 (doqquz yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Sərxan» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 27.02.2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 5 ünvanında yerləşən yaşayış evinin həyətinin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Sərxan adlı şəxslə birlikdə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, evin həyətində qurşadırılmış 1000 manat dəyərində 01 ədəd kombi istilik sistemi aparatını və 40 manat dəyərində üstündə “Termolux 20L" markalanma yazıları olan gövdəsi ağ rəngli 01 ədəd su qızdırıcı cihazı gizli olaraq talayıb zərərçəkmiş şəxs Eldən iz Musayevə ümumilikdə 1040 (bir min qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 18.03.2021--ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs11 məxsus ünvan 6 ünvanında yerləşən evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, həyətdə evin giriş qapısının yanına quraşdırılmış plastik qutunun içərisindən 1500 (bir min beş yüz) manat dəyərində 01 ədəd kombi istilik sistemi aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 25.03.2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədəndə yerləşən Lallar fabrikinin yaxınlığında istintaqa məlum olmayan “Əli” adlı şəxdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,589 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış. 26 mart 2021- ci il tarixdə saat 14:20 radələrində Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 78 ünvanın yaxınlığında saxlanılaraq Binəqədi rayonu, Gülməmməd Ramazanov 342 ünvanında yerləşən 43-cü polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş külli miqdarda təmiz çəkisi 3,589 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o özünü oğurluq etməkdə təqsirli bilir, lakin o heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, sadəcə olaraq narkotik vasitədən istifadə etmişdir. 26 mart 2021-ci il tarixdə saat 14:20 radələrində Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 78 ünvanın yaxınlığında saxlanıldı. Polis əməkdaşları onu polis bölməsinə apardılar. Həmin gün üzərində 3,5 qram narkotik vasitə var idi. Narkotik vasitəni saxlanılmazdan əvvəl 80 manata öz şəxsi istifadəsi üçün almışdı. Polis bölməsində üzərinə şəxsi axtarış keçirildi və üzərindəki narkotik vasitə aşkar edildi. Ayrı-ayrı vaxtlarda müxtəlif evlərdən oğurluq etmişdir. 2020-ci ilin mart ayında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən quyulardan birindən özü ilə götürdüyü dəmir alətlə quyunun içərisindəki dəmir kanatı sökərək oğurlamışdır. Oğurladığı kanatı dəmir qəbulu yerində 35 manata satmış və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. 2020-ci il iyul ayında Binəqədi rayonu, Novxanı bağlar massivinə tərəf getmişdir. Həmin ərazidə uzun müddət yaşayış olmayan evə hasardan daxil olmuş, evin giriş qapısının qıfılını özü ilə götürdüyü balaca linqlə qırıb içəri daxil oluşdur. Oradan qazan, çoxlu sayda şişlər, mətbəxdən bıçaq, çəngəl, qaşıqları, balta bel və sair əşyaları götürüb torbanın içərisinə qoyub həmin evdən bir qədər kənarda gizlətmişdir. Bundan sonra yenidən həmin evə gəlib qalan əşyaları, yəni 02 ədəd üzərində kran olan əl-üz yumaq üçün nəzərdə tutulmuş qabı, 1 ədəd qaz plitəsi, 01 ədəd samovarı, 04 ədəd dəmir çarpayını, 01 ədəd bel, 01 ədəd dırmığı, 2 ədəd taxta stolları, 04 ədəd skamyaları və 02 ədəd qaz sobalarını da həmin evdən oğurlamışdır. Daha sonra onları satmışdır. 2020-ci il avqust ayında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 112 ünvanında yerləşən nömrəsiz evin həyətindən 04 ədəd dəmir boruları, 02 ədəd plastik sanitar qovşağı otaqlarına aid plastik qapıları, mis elektirik naqillərini, 01 ədəd su mühərrikini, 01 ədəd soyuducunun mühərrikini və su qızdırıcısının içərisində olan mis avadanlığını sökərək oğurlamışdır. Bundan başqa o, 2020-ci il sentyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən nömrəsiz evin həyətinə hasardan aşaraq daxil olmuşdur. Evin içərisindən bir ədəd böyük, bir ədəd balaca preforator, bir ədəd laqonda, iki ədəd drel, bir ədəd lazer aparatı, naqillər və beş qutu şurup oğurlayıb torbanın içərisinə qoyaraq, həmin evi tərk etmişdir. 2020-ci il dekabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Fatmai bağlar massivində yerləşən fərdi tikili evdən ümumilikdə 12 ədəd istilik radiatorları, 2 ədəd drel, 1 ədəd laqonda, 01 ədəd lobzik və elektrik naqillərini oğurlamışdır. Bundan başqa 2021-ci il yanvar ayında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən korpus 8-də yerləşən ikimərtəbəli fərdi evin plastik pəncərəsini özü ilə götürdüyü dəmir parçası ilə açaraq, evə daxil olmuşdur. Evdə dəyərli bir şey olmadığından, evin divarlarına çəkilmiş mis elektrik naqillərini yerindən çıxardıb oğurlamışdır. Bundan başqa 2021-ci il yanvar ayında Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1ci mədəndə yerləşən evin həyətinə hasardan aşmaq yolu ilə daxil olmuşdur. Həmin evdə dəyərli bir əşya yox imiş, lakin otaqların birində soyuducunun olduğunu görmüşdür. Həmin soyuducunun arxasından mühərrikini çıxarıb, özü ilə gətirdiyi torbaya qoymuşdur, daha sonra evdən aliminium metaldan olan qab-qacaqları da götürüb həmin evi tərk etmişdir. Evdən çıxdığı zaman, çöldə hasarın qırağında su mühərrikinin və gidraforun da olduğunu görüb onları da özü ilə götürdüyü açarla açıb çıxararaq, torbanın içərisinə qoyub həmin yeri tərk etmişdir. 2021-ci ilin fevral ayında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisindən çıxaraq, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən daha bir evdən nağd pul, su motoru, balaca samovar və köhnə maqnitafon oğurlamışdır. 2021-ci ilin fevral ayında Bakı şəhəri, Binəqədi rayonu. Novxanı bağlarında yerləşən bağ evinin həyətindən 5 ədəd şam ağacını və müxtəlif növ qab-qacaq oğurlayaraq oranı tərk etmişdir. Bundan başqa yenə 2021-ci ilin fevral ayında ünvan 9 ünvanında yerləşən bir evin həyətində olan bir ədəd kombi aparatını və bir ədəd su qızdırıcı aparatını oğurlamışdır. Bundan başqa 2021-ci ilin mart ayında Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən, korpus 73 ünvanında yerləşən digər bir evdən kombi cihazını oğurlamışdır. 26 mart 2021-ci il tarixində yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sərxan adlı şəxs ona sadəcə olaraq materialları və əşyaları daşımağa kömək etmişdir. O heç nə oğurlamamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində divar daşlarından hörülmüş bir mərtəbəli bağ evi vardır. Həmin bağ evində yaşayış olmasa da, arada bir evə gedib nəzarət edirmiş. Bir dəfə evə baş çəkən zaman həyətdə əkdiyi hər birinin dəyəri 150 manat təşkil edən beş ədəd «Kremlyovskaya» adlı şam ağaclarının yerindən çıxarıldığını aşkar etmişdir. Bundan sonra evin mətbəx otağının da həyətə olan qapısının açıq olduğunu görmüş, mətbəxə daxil olandan sonra orada 200 manat dəyərində mətbəx dəstinin olmadığını aşkar etmişdir. Naməlum şəxsin və ya şəxslərin, evdə heç kimin olmamasından istifadə edərək, evdən və həyətdən oğurluq etdiyini başa düşmüşdür. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 950 manat dəyərində maddi ziyan dəymişdir. Ona vurulmuş ziyan ödənilməyib. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində izahat vermiş Nümayəndə bildirmişdir ki, o 2019-cu ildən etibarən Zərərçəkmiş şəxs12 şirkətində hüquqşünas vəzifəsində işləyir. 19 mart 2020-ci il tarixdə səhər saatlarında həmin şirkətdə işləyən neft hasilatı ustası X5 ona 18 mart 2020-ci ildən 19 mart 2020-ci il tarixədək olan müddət ərzində şirkətə məxsus Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 1-ci mədənin 4-cü sahəsindən 140593 saylı quyunun ekslipsinin 100 metr uzunluğunda kanatlarının naməlum şəx və ya şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Həmin kanatın bir metrinin dəyəri 5,80 manat təşkil etmişdir. Beləliklə, baş vermiş oğurluq hadisəsi nəticəsində «X11» şirkətinə ümumilikdə 580 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs12 şirkətinə vurulmuş ziyanın, yəni 580 (beş yüz səksən) manat məbləğin və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs şirkətin xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Fatmai bağlar massivində özünə məxsus bağ evi vardır. Həmin evdə istilik sistemləri quraşdırılmadığına görə qış fəslində orada yaşamırmış. Maddi vəziyyəti ilə əlaqədar bağ evində tam şəkildə təmir işləri apara bilməmiş, hissə-hissə olmaqla, təmir üçün lazımlı alətəri alaraq evin giriş hissəsində olan saxlanc yerinə yerləşdirirmiş. 13 dekabr 2020-ci il tarixdə saat 13 radələrində bağ evinə gəlmişdir. Evin həyətinə daxil olduqdan sonra sol tərəfdə olan saxlanc yerinin qapısının kilidinin sındırıldığını aşkar etmişdir. Həmin yerə baxış keçirən zaman, oradan hər birinin dəyəri 20 manat olmaqla, ümumilikdə 240 manat dəyərində 12 ədəd istilik radiatorlarının, hər bir topunun dəyəri 200 manat olmaqla, ümumilikdə 800 manat dəyərində 4 top elektirk naqilinin, 100 manat dəyərində 1 ədəd kiçik və 160 manat dəyərində 01 ədəd böyük ölçülü drellərin, 250 manat dəyərində 1 ədəd laqondanın və 250 manat dəyərində 1 ədəd lobzikin oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə ilə əlaqədar 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1800 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, onun evindən dəyəri 100 manat olmaqla, ümumilikdə 200 manat dəyərində əlüzyuyan, 120 manat dəyərində 01 ədəd masa üstü qaz plitəsi, hər birinin dəyəri 10 manat olmaqla, ümumilikdə 20 manat dəyərində 02 ədəd dəmir qazan, hər birinin dəyəri 1 manat olmaqla, ümumilikdə 20 manat dəyərində 20 ədəd kabab bişirmək üçün nəzərdə tutulmuş dəmir şişlər, 40 manat dəyərində bıçaq, çəngəl və qaşıqlardan ibarət mətbəx dəsti, 500 manat dəyərində 01 ədəd samovar, hər birinin dəyəri 150 manat olmaqla, ümumilikdə 600 manat dəyərində 04 ədəd dəmir çarpayı, ümumi dəyəri 50 manat təşkil edən kənd təssərüfat alətləri, ümumi dəyəri 600 manat təşkil edən 02 ədəd taxta masadan və 04 ədəd taxta skamyadan ibarət dəst və hər birinin dəyəri 75 manat olmaqla, ümumilikdə 150 manat dəyərində 02 ədəd qaz sobası oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumlikdə 2300 manat məbləğində maddi ziyan dəymişdir. Oğurluq barədə qonşusu Alim 102 xidmətinə zəng etmişdir. O həmin vaxt evində olmamışdır, ona dəymiş ziyan ödənilməyib. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində məxsus divar daşlarından hörülmüş bir mərtəbəli bağ evi vardır. Həmin bağ evində yaşayış olmasa da, arabir evə gedib nəzarət edir. Sonuncu dəfə 15 fevral 2021-ci il tarixində evə baş çəkən zaman, hər şey öz qaydasında olmuşdur. Növbəti dəfə 19 fevral 2021-ci il tarixdə səhər saatlarında evə gəlib baş çəkən zaman, evin mətbəx otağının pəncərəsini açıq olduğunu görmüş, dərhal özündə olan açarla evin giriş qapısını açaraq, evə daxil olmuşdur. Evə daxil olduqda sobanın yanına qoyduğu 420 manat məbləğində nağd pulun, 70 manat dəyərində 01 ədəd su mühərrikinin, 120 manat dəyərində 01 ədəd samovarın və 50 manat dəyərində 01 ədəd audio maqnitafonun və digər əşyaların oğurlandığını aşkar etmişdir. O, naməlum şəxsin və ya şəxslərin, evdə heç kimin olmamasından istifadə edərək, evdən oğurluq etdiyini başa düşmüşdür. Bundan sonra 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat verdi. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1800 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Firuddin oğlu ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu, 1-ci mədən korpus 8 ünvanında ev tikdirmişdi, evin tikinti işləri bitib, həmçinin içərisində elektrik işləri aparılılırdı. Həmin evdə yaşayış olmasa da, demək olar ki, hər gün evə gedib baş çəkirmiş. Növbəti dəfə isə həmin evə 9 yanvar 2021-ci il tarixdə saat 15 radələrində gedib baş çəkən zaman, hər şey öz qaydasında olmuşdur. Növbəti gün, yəni 10 yanvar 2021 -ci il tarixdə saat 10 radələrində evə gəldikdə, evin giriş qapısının yanında olan pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür, dərhal evin giriş qapısını özündə olan açarla açaraq, evə daxil olmuşdur. Evə daxil olduqda evin içərisində divarın içərisi ilə çəkilmiş elektrik naqillərin yerində olmadığını aşkar etmiş və başa düşmüşdür ki, naməlum şəxs və ya şəxslər evdə yaşayış olmadığından istifadə edərək, oğurluq etmişdir. Bundan sonra DİN-nin 102 zəng xidmətinə zəng edərək, evindən oğurluq olunması barədə məlumat vermişdir. Evindən hər bir metrinin dəyəri 1,40 manat olmaqla, ümumilikdə 1400 manat dəyərində 1000 metr uzunluğunda mis elektirik naqilləri oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1400 manat həmin məbləğdə maddi ziyan dəymişdir və dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, onun evi Binəqədi rayonunda yerləşir. Naməlum şəxs evindən hər birinin dəyəri 100 manat olmaqla, ümumilikdə 400 manat dəyərində 04 ədəd 5x0,15 metr ölçüdə dəmir boru, hər birinin dəyəri 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində 02 ədəd plastik qapı, hər bir metrinin qiyməti 1 manat olmaqla, ümumilikdə 40 manat dəyərində 40 metr uzunluğunda mis elektirik naqili, 60 manat dəyərində 01 ədəd elektrik su mühərriki, 50 manat dəyərində 01 ədəd soyuducunun elektirk mühərrikini, 40 manat dəyərində kapron tərkibli su borusunu və 30 manat dəyərində su qızdırıcısının içərisindən mis avadanlıqları oğurlamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 820 manat məbləğində maddi ziyan dəymişdir. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, zərərçəkmiş şəxsin hüquqi varisi X7 ilə telefon vasitəsi ilə məhkəməyə ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini, ailə və maddi vəziyyətləri ilə əlaqədar məhkəmədə iştirak edə bilmədiklərini bildirərək, Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş cəza verilməsini və onların iştirakı olmadan məhkəmə iclaslarını keçirilməsini xahiş etmişdirlər. Məhkəmə tərəflərin fikirini nəzərə alıb həmin zərərçəkmiş şəxslərin iştirakı olmadan məhkəmə proseslərini keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsində əməliyyat müvəkkili işləyirəm. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o və digər əməkdaş Şahid2 iştirak etmişdir. 26 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən korpus 78 ünvanın yaxınlığında tərəflərindən saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinə aparmışlar. Orada onun üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməsi zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 26 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 28 mart 2021-ci il tarixdə başqa yerə getməmə haqında iltizam qətimkan tədbiri seçilmişdir və o həbsdən azad edilmişdir. Cinayət işindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 29 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsinə həbs qətimkan tədbiri seçilmişdir və həbs etmənin əvvəli 29 mart 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan Məhkəmə Ekspertizası Mərkəzinini 27.03.2021-ci il tarixli, 6/1198 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün No243” dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 3,589 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Təqqiqata sərf edildi 0,05 qram, qalıq 3,539 qram heroin. Cinayət işi materiallarında olan məhkəmə narkaloji ekspertizasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 26.07.2021-ci il tarixli, 2463 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 25.06.2021-ci il tarixli, 9/3522 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mağazalarda, eləcə də inşaat satışı məntəqələrində mövcud olan qiymətlərə və internet saytlarının məlumtlarına əsasən, ekspertizaya təqdim edilən tədqiqat obyektlərinin hazırki işlənmiş vəziyyətdə, 2021-ci ilin iyun ayına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir:bir ədəd üstündə markalanma yazıları olmayan, xarici görünüşünə görə uzun müddət istifadə olmuş gövdəsi qara-yaşıl rəngli drel, işə salan düymə üstündə yoxdur, sökülmüşdür, hazırda işləmir 10,00 manat.bir ədəd üstündə markalanma yazıları olmayan xarici görünüşünə görə uzun müddət istifadə olmuş gövdəsi göy rəngli drel, drelin deşik açan yiv aləti quraşdıran başlıq üstündə yoxdur 5,00 manat.bir ədəd üstündə «Termolux 20L» markalanma yazıları olan, xarici görünüşünə görə uzun müddət istifadə olmuş gövdəsi ağ rəngli su qızdırıcı cihaz, idarə edici mexanizmlərin üç ədəd qulpları üstündə yoxdur 40,00 manat.31 metr uzunluğunda, üstündə markalanma yazıları olmayan, diametr 18 mm, xarici görünüşünə görə uzun müddət istifadədə olmuş kapron tərkibli su borusu 9,3 manat. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasının əvvəlini 29 mart 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etmədi. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Binəqədi RPŞ-in maddi sübutların saxlama otağında saxlanılan qalıq çəkisi 3,539 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «Termolux, 20L» markalanma yazıları olan, ağ rəngli su qızıdırıcı cihazı, 02 ədəd drel və 01 ədəd təxminən 30 metr uzunluğunda kapron tərkibli su borusunun sahiblərinə qaytarılması, şəxsi axtarışı və oğurluq hadisəsini əks etdirən video görüntüsü olan 02 ədəd «DVD», telefon danışıqlarım əks etdirən 01 ədəd «CD» disklər və alqı-satqı qəbzlərinin cinayət işində saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə ekspertiza xərci təşkil edən 140 (yüz qırx) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə verilmiş mülki iddianı müzakirə edib, iş üzrə təqdim edilmiş sübutlara məcmu halında tam və obyektiv hüquqi qiymət verərək, hesab edir ki, mülki iddia təmin edilməli, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs12 şirkətinə vurulmuş ziyanın, yəni 580 (beş yüz səksən) manatın və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs12 şirkətinin xeyrinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə 4 (dörd) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdən 28 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı hər günü azadlıqdan məhrum etmə cəzanın 1 (bir) gününə bərabər tutulmaqla, həmin günlər təyin edilmiş cəza müddətindən çıxılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan Binəqədi RPŞ-in maddi sübutların saxlama otağında saxlanılan qalıq çəkisi 3,539 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «Termolux, 20L» markalanma yazıları olan, ağ rəngli su qızıdırıcı cihazı, 02 ədəd drel və 01 ədəd təxminən 30 metr uzunluğunda kapron tərkibli su borusunun sahiblərinə qaytarılması, şəxsi axtarışı və oğurluq hadisəsini əks etdirən video görüntüsü olan 02 ədəd «DVD», telefon danışıqlarım əks etdirən 01 ədəd «CD» disklər və alqı-satqı qəbzlərinin cinayət işində saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci təşkil edən 140 (yüz qırx) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs12 şirkətinin nümayəndəsi tərəfindən verilmiş mülki iddia təmin edilsin, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 580 (beş yüz səksən) manat və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs12 şirkətinin xeyrinə ödənilsin. Hökmdən 20 günmüddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasi yaprotesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar