Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-295/2023 10.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X8-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Kredo” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1989-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev prospekti, H.Məmmədov küçəsi ev 14-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 19 may 2022-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən «Halva» restoranının qarşısında idarə etdiyi “Ford” markalı, Az **-EA-*** dövlət qeydiyyat nişanlı maşında tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döş qəfəsinə bıçaqla bir dəfə qəsdən zərbə endirərək sonuncuya perikardın yaralanması, sol tərəfli hematoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarasından ibarət həyat üçün təhlükəli olan ağır dərəcəli və sağ bel nahiyəsinin daxilə nüfuz etməyən 1 ədəd, sağ budun arxa və bayır səthinin 8 ədəd deşilmiş-kəsilmiş yaralarından, ümumilikdə isə 9 ədəd nüfuz etməyən, ibarət istər birlikdə, istərsə də ayrıayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qəsdən zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən yeddi-səkkiz ildir tanıyır, onunla Buzovna qəsəbəsində eyni məhəllədə yaşayırlar. Əvvəllər onların aralarında heç bir narazılıq olmamış, münasibətləri yaxşı olmuş, dostluq etmişlər, Nicat onun toyunda da iştirak etmişdir. Hadisədən təxminən yeddi-səkkiz ay əvvəl o, Nicat ilə birlikdə Qala qəsəbəsində yerləşən maşın ustasına getmişlər. Onlar orada olarkən Nicat on beş dəqiqəlik işinin olduğunu, evə gedib-gələcəyini deyib getdi. O isə ustanın yanında qalmışdır. Bir qədər sonra həyat yoldaşı X6 ona zəng vuraraq bir nəfərin ağ rəngli maşınla gəlib qapını döydüyünü dedi. Həyat yoldaşı evdə olmadığı zaman qapını heç kimə açmamasını tapşırdığı üçün evə tanımadıqları şəxs gələn zaman o, qapını açmır. Evə domofon quraşdırdığı üçün qapını döyən şəxsin kim olduğu evin kamerasında görünür. O da yoldaşına qapıya gələn maşının nömrəsinə baxıb ona bildirməsini demişdir. Yoldaşı maşının nömrəsini dedikdə o, qapını döyən şəxsin Nicat olduğunu bilmişdir. Nicatın onu ustanın yanında qoyub onun evinə getməsini başa düşməyib öz telefonu ilə ona bir neçə dəfə zəng etsə də, Nicat telefonu açmadı. O da taksi ilə evə gəlib yoldaşından Nicatın nə üçün qapını döyməsini soruşmuşdur. Yoldaşı Cəvahir də ona “məndən niyə soruşursan, sənin dostundur, get ondan soruş, mən sənə zəng vurub bildirdim” dedi. O da Nicatın evinə getmişdir. Nicatgilin həyətinin darvazasının qapısı açıq idi. Nicat həyətdə ağacın altında oturmuşdu. O, Nicatı çağırıb nə üçün qapısına gəldiyini soruşduqda Nicatın əmisi Rabil ora gəldi. Nicatın əvəzinə Rabil “bir-birinizin qapısına gedirsiniz” dedi. Bu zaman evdən də bir qadın çıxdı. O da qadını görüb sözünü yarımçıq saxlayıb getmişdir. Bundan sonra evdə öz yoldaşı ilə bu haqda dəfələrlə söhbət etmiş, hətta aralarında mübahisələr də olmuşdur. Ona görə də bu məsələ ilə əlaqədar yoldaşı ondan ayrılıb Kürdəmir rayonuna atasıgilə getmişdir. Özünə isə Nicatın bu hərəkəti çox pis təsir etmişdir. O, 19 may 2022-ci il tarixdə idarə etdiyi “Ford Toureno” markalı, Az **-EA-*** dövlət qeydiyyat nişanlı maşını ilə Kürdəmir rayonuna getmiş, Cəvahir ilə oturub həmin hadisə ilə bağlı söhbət etmişdir. Cavahir Nicatın evə nə səbəbdən gəlməsindən xəbəri olmadığını deyib Qurana da and içdi. Bundan sonra o, yoldaşının hər hansı günahı olmadığına əmin olmuş və oradan çıxıb Bakı şəhərinə gəlmişdir. Yolda Nicata zəng vurub onunla işi olduğnu, görüşməli olduğunu demişdir. Yol boyu da telefonla Nicatla bir neçə dəfə danışmışdır. Təxminən saat 20:00 radələrində Bakı şəhərinə çatmışdır. Koroğlu metrosunun yanından Mərdəkan qəsəbəsinə gələn bir nəfər tanımadığı şəxsi götürmüş, daha sonra Nicata zəng vurub Mərdəkan qəsəbəsi stansiya deyilən yerə gəldiyini demişdir. Bir qədər sonra Nicat ora gəldi. O, maşında olan şəxsdən arxaya keçib oturmasını xahiş etmişdir. Nicat maşına oturduqdan sonra ondan nə üçün qapısına gəldiyini soruşmuşdur. Nicat bu söhbətə bir daha qayıtmaq istəmədiyini dedi. O da bundan sonra əsəbiləşib maşının qapısının cibinə qoyduğu mətbəx bıçağını götürüb onun sinə nahiyəsinə bir dəfə vurmuşdur. O, müqavimət göstərib ona əl-qol atmış, ayağı ilə vurmaq istəmiş, qabaq oturacaqdan arxaya keçmişdir. Həmin vaxt Nicata bıçaqla bir neçə dəfə zərbə vurmuşdur. Nicat maşından düşdü. O da Nicatın yaralandığını görüb oradan getmişdir. Maşındakı sərnişini də qarşıdakı dayanacaqda düşürüb «Üfüq» lagerinə gedib maşını orada qoyub atasına zəng vurub dava etdiyini, maşını «Üfüq» lagerinin qarşısından götürməsini demişdir. Hadisə zamanı istifadə etdiyi bıçaq kiçik mətbəx bıçağı olub. Həmin bıçağı həmişə maşında gəzdirib. Bunda da məqsədi meyvə yeyəndə istifadə etmək olub. Bıçağı maşında sürücü tərəfdəki qapının cib hissəsində saxlamışdır. Onun Nicatı vurmaq fikiri olmayıb. O, Nicatla mübahisə edərkən anidən bıçağın orada olması yadına düşmüşdür. Hadisədən sonra bıçağı yolda atmışdır, lakin hara atdığını xatırlamır. Maşında müştəri olan şəxsi tanımır, şəxsiyyəti haqqında heç bir məlumatı yoxdur. Mübahisə zamanı həmin şəxs Nicatı tutmamışdır. O, Nicatı vurduqdan sonra Nicat özü əvvəlcə arxa oturacağa keçdi, sonra da, oradan da qapını açıb yerə düşdü. O, Nicatın döş qəfəsinə bıçaqla bir dəfə vurduqdan sonra Nicat onu təpikləyib vurmuşdur. Nicat ona təpik atanda özündə olmadığı üçün əlindəki bıçaqla onun bud nahiyəsinə bir neçə dəfə vurmuşdur. Törətdiyi əməldən peşmandır. Bunun səbəbi Nicatın ona dost deyib, bunun əksini etməsi olub. Nicatı da o, tək vurub. Heç kim ona kömək etməyib. Hazırda o, Nicatla barışmışdır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs ilə ilə əvvəllər dost olub, Emilin toyunda da iştirak edib. Aralarında əvvəllər yaxın münasibətləri olub. Hadisədən təxminən yedi-səkkiz ay əvvəl o, Emillə görüşüb maşın sexinə getmişlər. Orada onun yadına düşmüşdür ki, telefonunun adapteri yadında çıxıb Emilgilin evlərində qalmışdır. O da Emilə on dəqiqəyə gələcəyini deyib oradan Emilgilin qapısına gəlib qapının domofonu basmışır. Qapını açan olmamışdır. Bundan sonra Emil ona bir neçə dəfə zəng etdi. O isə onun zənglərinə cavab verə bilməmişdir. Bundan sonra Emil onların həyətlərinə gəlib onun həyətinə niyə getdiyini soruşdu. Həmin vaxt həyətdə özünün əmisi Rabil də olmuşdur. Rabil də Emilə dedi ki, birbirinizin evinə gedirsiniz də. Bu sözdən sonra Emil ona bir daha onların qapısını döyməməsini deyib çıxıb getdi və uzun müddət nə zəng etdi, nə də əlaqə saxladı. 19 may 2022-ci il tarixdə Emil zəng vurub onunla işi olduğnu, görüşmək istədiyini dedi. Təxminən saat 21:00 radələrində o, Emilin təklifi ilə Mərdəkan qəsəbəsi stansiya deyilən yerdə Emillə görüşmüşdür. Maşında qabaqda bir nəfər şəxs də var idi. Emil həmin şəxsdən xahiş etdi ki, düşüb arxada otursun. O da düşüb arxada oturdu. O da həmin şəxsin yerində, yəni qabaqda oturmuşdur. O, oturandan sonra Emil ondan nə üçün qapısına gəldiyini soruşdu. O da “Emil, bu söhbətə bir daha qayıtmaq lazım deyil” demişdir. Emil də əsəbiləşdi. Maşının qapısının cibindən bıçağı çıxarıb onu həmin bıçaqla vurdu. O da Emilə müqavimət göstərib onu təpiklə, yumraqla vurmuşdur. Müqavimət göstərəndə də Emilin əlindəki bıçaq bir neçə yerdən onun qıçına dəymişdir. O, yaralandıqdan sonra maşından düşmüşdür, Emil də onun yaralandığını görüb oradan getdi. Bildirir ki, hadisəyə səbəb onun Emilin evinə getməsi olmuşdur. O, Emilgildə adapterin qalmasını Emilə deməyib onun evinə getməsinin, sonradan Emilin zənglərinə cavab verməməsinin səbəbini bilmir. O, Emilgilə gedəndə evdən Emilin arvadını çağırmamışdır. O, həmin söhbətdən sonra bir daha sonuncu hadisəyə qədər Emillə görüşməmişdir. Sonuncu dəfə də Emilin təklifi ilə onunla Şüvəlanda görüşmüşlər. Görüşdə Emil sual verdi ki, o, onun arvadına sataşmaq istəyir? O da söhbətə qayıtmamağı təklif etmişdir. Emil də əsəbiləşib onu vurmuşdur. Həmin vaxt maşında arxada oturan adam ona vəziyyətdən çıxmaq üçün kömək edib, maşından düşürdü. Həmin şəxs Emilin onu vurmasına kömək etməyib. O, onun əllərini və ayaqlarını tutmayıb. O, istintaq zamanı İfadə verəndə narkozun təsiri altında olub. Həmin şəxs barəsindəki ifadələrini təsdiq etmir. İndi o, Emillə barışıb, ondan tələb və şikayəti yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. 2 azyaşlı övladı var. Təhsilini Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 38 saylı orta məktəbdə Azərbaycan dilində almış, Azərbaycan dilində sərbəst yazıb-oxumağı bacarır, tərcüməçinin və ya mütəxəsissin yardımına ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ilə təxminən 4 il olar ki, tanış olmuşdur. Belə ki, Xəzər rayonu, Şağan qəsəbəsində qonşu olmuşlar. Münasibətləri yaxşı olmuş, onun toyunda da iştirak etmişdir. Təxminən 3 il əvvəl yəni, 2019-cu ilin yay aylarında Emil ilə harasa getməli olmuşlar, həmin vaxt telefonunun enerjisi bitdiyi üçün Emili tapmaq məqsədi ilə məhləyə getmiş, onun evində domofon olduğu üçün onu görüb axtardığını bilib əlaqə saxlaması üçün qapının zəngini çalmış, orada dayanmayıb, heç kimlə danışmayıb öz evinə getmişdir. Təxminən 15 dəqiqə sonra Emil onlara gəlmiş, onu çölə çağırmışdır. O, Emili yemək yeməsi üçün evə dəvət etmiş, lakin Emil ona nə üçün evinə gedib qapısını döydüyünü soruşmudur. Ona başa düşmədiyini, nə üçün belə dediyini soruşduqda Emil bir daha qapısını döyməməsini demiş və sağollaşıb getmişdir. Bu hadisədən sonra Emil ilə əlaqəni kəsmiş, ona zəng vurmamışdır. Bir müddət sonra Emili məhlədə görmüş, salamlaşmışlar, hər hansı bir ehtiyacı olsa əlaqə saxlaması üçün öz nömrəsini Emilə vermişdir. Bundan sonra da onunla görüşməmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində Emil ona zəng vurub işi olduğunu, ona kömək etmək lazım olduğunu demişdir. Əvvəl onun Ağdamlı tanışı «Eliş» olduğunu zənn etmiş, lakin Emil Mərdəkan qəsəbəsindən qonşu Emil olduğunu, Mərdəkan qəsəbəsinə gəlməsini xahiş etmişdir. Təxminən saat 20-21 radələrində idarə etdiyi «Mersedes-Benz» markalı maşınla Mərdəkan qəsəbəsinə getmiş, stansiya deyilən yerdə «Zəfəran» aptekinin yanında dayanmış, bir qədər sonra Emil «Ford» markalı maşınla gəlmiş, onun maşınına minib qabaq oturacaqda əyləşmişdir. Emilin maşınında arxa oturacaqda bir nəfər üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxs də olmuşdur. Emil ilə öpüşüb görüşmüş, hal-əhval tutmuş, Emil dəniz kənarına düşüb çay içib qayıtmalarını demişdir. Razılaşdıqdan sonra Emil maşını işə salmış və birlikdə yola davam etmişlər. Şüvəlan qəsəbəsində yerləşən «Halva» restoranının qarısında olarkən Emil 3 il əvvəl aralarında olan söhbəti açaraq evdə olmadığını bilə-bilə nə üçün qapsını döydüyünü, arvadına sataşdığını demiş, ona «ayıbdır, kişisən, bu nə söhbətdir edirsən?» demişdir. Bu zaman Emil anidən maşını saxlamış və qəflətən bıçaqla onu vurmaq istəmiş, əli ilə ona mane olsa da arxada oturan şəxs boğazından tutmuş, bu zaman Emil bıçaqla ürək nahiyəsinə vurmuşdur. Maşında özünü müdafiə etməyə çalışsa da arxada oturan şəxs onu tutduğu üçün ayağı ilə Emili təpikləmiş, buna baxmayaraq Emil bıçaqla onun kürək nahiyəsinə, bud nahiyəsinə bir neçə dəfə vurmuşdur. Artıq halsızlaşmış və arxada oturan şəxs onu buraxmış, mübahisə zamanı maşının arxa hissəsinə keçdiyi üçün arxa qapını açıb maşından düşmüşdür. Maşından düşdükdən sonra Emil də maşından düşüb əlindəki bıçaqla üstünə gəlmiş, lakin digər şəxs Emilə lazım deyil artıq ölür demişdir. Bundan sonra onlar maşına minib getmişlər. Həmin vaxt təsadüfən tanıdığı Elşad adlı şəxsi görmüş, onu xəstəxanaya aparmasını xahiş etmiş, Elşad öz maşını ilə onu xəstəxanaya aparmış, oradan da təcili tibbi yardım ilə «X14» getmişdir. Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisəyə səbəb Emilin evdə olmadığı zaman onun qapısının döyməsini, guya onun arvadına sataşmasını bəhanə etməsi kimi göstərmişdir. Emilin onu Xəzər rayonu Şüvəlan qəsəbəsində maşının içində vurduğunu, maşının içində Emilin tanışı olduğunu, Emilin onu vurduğu bıçağı tam olaraq görmədiyini, açılıb-bağlanan və qara rəngli ola biləcəyini bildirmişdir. Xəsarət aldıqdan sonra maşınla xəstəxanaya gedərkən əynində olan köynəyi çıxarıb atmışdır, lakin hara atdığını bilmir”. X4 ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Bakı şəhərində «Koroğlu» metrosunun qarşısından Mərdəkan qəsəbəsinə sərnişin daşımaqla taksi fəaliyyəti ilə məşğul olur. 20 may 2022-ci il tarixdə təxminən saat 01:00 radəldərində idarə etdiyi «Mersedes Benz-Vito» markalı avtomobil ilə Mərdəkan qəsəbəsi, stansiya deyilən ərazidə olarkən üç il əvvəl Mərdəkan qəsəbəsi «Yazıçılar» lagerində qonşu yaşadıqları Zöhrab müəllim ona zəng vuraraq oğlu Emilin maşınını «Üfüq» lagerindən götürüb «Arzu» lagerinə aparmağı xahiş etmişdir. O, «Üfüq» lagerinə gedib orada olan «Ford» markalı maşını sürüb «Arzu» lagerinin qaşısına aparmışdır. O, həmin yerə çatdıqda polislər ona yaxınlaşıb onu polis idarəsinə gətirmişlər. Polis idarəsində ona məlum olmuşdur ki, Zöhrab müəllimin oğlu Emil Qasmov bir nəfər şəxsə bıçaqla xəsarət yetirmişdir. Onun bu hadisədən heç bir məlumatı olmamış, bu haqda heç nə eşitməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid X7 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda valideynləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə 06 dekabr 2019-cu il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan bir azyaşlı qız övladları var. Təhsilini Kürdəmir rayonu, Qarasaqqal kəndində yerləşən orta məktəbdə Azərbaycan dilində almış, Azərbaycan dilində sərbəst yazıb oxumağı bacarır, tərcüməçinin və ya mütəxəssisin köməyinə ehtiyacı yoxdur. Emil ilə ailə qurduqdan sonra Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində yaşamışlar. Ailə olduqları müddətdə Emilin səbəbsiz yerə qısqanclığı üstündə bir neçə də aralarında mübahisələr, söz-söhbətlər olmuşdur. Məlum hadisədən təxminən 7-8 ay əvvəl evdə tək olarkən evin zəngi çalınmış, domofona baxmış, lakin heç kim görünməmişdir. Evdə olan kameraya baxdıqda isə bir nəfər şəxsin ağ rəngli maşınla evin qarşısında dayandığını görmüşdür. Zəng vurub bu barədə Emilə demiş, o, maşının nömrəsinə baxıb ona deməyini bildirdi, lakin maşının nömrəsi görünməmişdir. Bir qədər sonra Emil evə gəlib həmin şəxsin dostu Nicat olduğunu və nə üçün gəldiyini soruşmuş, Emilə həmin şəxsi tanımadığını bildirib «nə üçün məndən soruşursan get ondan soruş, sənin dostundur» demişdir. Bundan sonra Emil ilə aralarında bir neçə dəfə də mübahisələr olmuş, hətta onu evdə də döymüşdür. Aralarında baş vermiş mübahisələr, söz-söhbətlər artıq böyüdüyü üçün 24 mart 2022-ci il tarixdə uşağı da götürüb Kürdəmir rayonuna, ata evinə getmiş, boşanmağı qərara almışdır. Ona görə də boşanmaq üçün artıq məhkəməyə də müraciət etmişdir. Buna baxmayaraq Emil hərdən Kürdəmir rayonuna gəlib uşağı görüb getmişdir. Sonuncu dəfə 19 may 2022-ci il tarixdə Emil yenə Kürdəmir rayonuna gəlmiş, onunla həmin məsələ, yəni Nicatın evə nə üçün gəldiyini, onunla hər hansı əlaqəsinin olub-olmadığını soruşmuş, ona Nicat adlı şəxsi tanımadığını, heç vaxt görmədiyini, onunla heç bir əlaqəsinin olmadığını demişdir. Hətta bu barədə Quran Kitabına da and içmişdir. Bundan sonra Emil maşına minib getmişdir. Bir neçə gündən sonra Emilin bıçaqla həmin Nicat adlı şəxsi vurduğunu və həbs olunduğunu eşitmişdir. Zərərçəkmiş şəxs adlı şəxsi tanımır, onu heç vaxt görməmişdir, onunla heç bir əlaqəsi olmamışdır, onun nə üçün qapını döyməsini, qapını döyənin kim olduğunu bilməmişdir. Emil ona tanımadığı şəxsə qapını açmamasını tapşırdığı üçün zəng vurub Emilə bu barədə demişdir, kamerada baxıb maşının ağ rəngli olduğunu demiş, lakin maşının nömrəsini görmədiyi üçün Emilə bu barədə deməmişdir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 06 iyul 2022-ci il tarixli, 717 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-perikardın yaralanması, sol tərəfli hematoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd, sağ bel nahiyəsinin daxilə nüfuz etməyən 1 ədəd, sağ budun arxa və bayır səthinin 8 ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 9 ədəd nüfuz etməyən) aşkar edilmişdir. Həmin xəsarətlər deşici-kəsici təsirə malik əşya (alət, ola bilsin bıçaq) təsirindən törənməsi, törənmə müddətləri onun “X16” X19 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 19 may 2022-ci il tarixə uyğun gələ bilməsi, qeyd olunan xəsarətlərdən perikardın yaralanması, sol tərəfli hematoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükləi olan sağlamlığa ağır dərəcəli zərərvurmaya, sağ bel nahiyəsinin daxilə nüfuz etməyən 1 ədəd, sağ budun arxa və bayır səthinin 8 ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 9 ədəd nüfuz etməyən) isə istər birlikdə, istərsə də ayrıayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid olması, hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsartələrin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmaması təsdiq edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekpsertizasının 03 sentyabr 2022-ci il tarixli 2355 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İstintaq orqanı yuxarıda göstərilən sübutlar əsasında Təqsirləndirilən şəxs əməllərini onun başqa şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında 19 may 2022-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən «Halva» restoranının qarşısında idarə etdiyi “Ford” markalı, Az **-EA-*** dövlət qeydiyyat nişanlı maşında tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinə bir dəfə qəsdən zərbə endirirək sonuncuya perikardın yaralanması, sol tərəfli hematoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarasından ibarət həyat üçün təhlükəli olan ağır dərəcəli və sağ bel nahiyəsinin daxilə nüfuz etməyən 1 ədəd, sağ budun arxa və bayır səthinin 8 ədəd deşilmiş-kəsilmiş yaralarından, ümumilikdə isə 9 ədəd nüfuz etməyən, ibarət istər birlikdə, istərsə də ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qəsdən zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurma kimi qiymətələndirib, onun əməllərini Azərbaycan Respublikası CM-nn 126.2.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ittihamda nəzərdə tutulan xəsarətləri yertirdiyini təsdiq edib, həmin xəsarətləri tək yetridiyini, maşında oturan şəxsin sərnişin olduğunu , onu tanımadığını, həmin şəxsin bu işdə ona kömək etmədiyini göstərdi. Məhkəmədə Təqsirləndirilən şəxs həmin ifadələrini onun əməli nəticəsində Zərərçəkmiş şəxs da təsdiq edib ona yetirilmiş bədən xəsarətlərinin Təqsirləndirilən şəxs tərəfindən tək yetirildiyini göstərdi. İttihamın bu hissəsinin əsası olmuş hallarla bağlı məhkəməyə istintaq orqanı tərəfindən təqdim olunmuş sübütlar araşdırılarkən istintaq orqanının həmin nəticəyə gəlməsi üçün yeganə əsas Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadələrində Təqsirləndirilən şəxs ona xəsarətlər yetirərkən sonuncunun maşınında olan digər şəxsin də onun əlini və ayaqlarını tutub Təqsirləndirilən şəxs ona xəsaərətlər yetirməsinə kömək etdiyini göstərməsi müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs həmin halları inkar etdiyi, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təsdiq edib, məhkəmədə inkar etdiyi ifadələrini bir-biriləri və işin faktiki halları ilə müqayisəli təhlil edib Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrinin faktiki əsası olmadığı qənaətinə gəlir. Çünki məhkəmədə araşdırılmış sübutlarda və cinayət işinin materiallarında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri istintaq zamanı araşdırılmamışdır. Onun istinad etdiyi şəxsin şəxsiyyəti, Təqsirləndirilən şəxs ilə əlaqəsinin olub olmaması, qabaqcadan cinayət əlaqəsinə girməsini, bu razılaşmada onun rolunun nədən ibarət olması, törədilən əməldə iştirak etməsinin məqsədi, motivi müəyyən olunmamışdır. Məhkəmədə də belə sübut müəyyən olunmadı. Cinayət qanununun tələbinə görə cinayət törətməyə görə qabaqcadan razılaşma dedikdə iki və daha çox şəxsin ictimai təhlükəli əməli törətmək üçün əməli törətməmişdən qabaq razılaşmaları ehtiva olunur. Belə razılaşmanın olması isə sübutlarla müəyyən olunur. İstintaq orqanı belə sübut təqdim etmədi. Məhkəmədə də belə sübut müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirərkən başqa şəxslə qabaqcadan əlbir olub sonuncuyu xəsarət yetirilməsi sübuta yetirilmədi. Məhkəmənin bu qənaəti Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs xəsarət yetirərkən ona başqa şəxsin kömək etmədiyini, ibtidai istintaq zamanı ifadələrində Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirəkən maşında olan digər şəxsin də onun əllərini və ayaqlarını tutub Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirməyə kömək etməsi barəsindəki ifadələrini keçirdiyi tibbi əməliyyatlarla bağlı qəbul etdiyi narkozun təsiri altında olub yanlış ifadələr verdiyini bildirib həmin ifadələrindən imtina etməsi baxmından da əsaslıdır. Məhkəmə, göstərilən hallarla bərabər qeyd edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs bu əməli törətməmişdən qabaq hər hansı şəxslə müzakirə edib əməli birlikdə və ya tək başına törətmək barəsində razılığa gəlməsini təsdiq edən sübut müəyyən olunmadı. Bu halları nəzərə alıb məhkəmə, Zərərçəkmiş şəxs ona xəsarət yetirərkən ona başqa şəxsin kömək etməsi barəsindəki ifadələrini həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirir və yekun nəticəyə gələrkən onun məhkəmədəki ifadələrinə istinad edir. Çünki məhkəmə, qərar qəbul edərkən istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları məhkəmədə araşdırdıqdan sonra təsdiqini tapmış sübutlara istinad edir. Məhkəmədə də Zərərçəkmiş şəxs ona xəsarət yetirərkən başqa şəxsin Təqsirləndirilən şəxs kömək etməsi barəsindəki ifadələri təsdiqini tapmadı. Məhkəmə, Zərərçəkmiş şəxs özünün müdafiəsinə yönələn ifadələri istisna olmaqla, başqasının təqsirləndirilməsinə yönələn həqiqətə uyğun olmayan ifadə verməsini onun qanuna münasibətədə riskli olması kimi qiymətləndirir, lakin cinayət qanunun tələbələrinə görə məhkəmə baxışında hökm çıxarılana qədər onun ifadələrini dəqiqləşdirmək hüqunun olmasını nəzərə alır. Məhkəmə göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan “başqa şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında” cümləsinin xaric olunmasını qənaətinə gəlib, həmin cümləni xəric edir və onun əməllərini Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmasını əsəaslı sayır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə onun tərəfindən törədilməsi sübuta yetirilən əməlin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törətməsi qənaətinə gəlib, onun təqsirli bilinməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 08 saylı hüquq bürosunun vəkili X10 tərəfindən hüquqi yardım göstərməsi, bu səbəbdən də ona 120 manat ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləği dövlət büdcəsi hesabına ödənilib, Təqsirləndirilən şəxs həmin ödəmədən azad edilməsini əsaslı sayır. Çünki təqsirləndirilən şəxsin həmin ödəməni etmək üçün maddi imkanının olmaması müəyyən olundu. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulumuş, 28 may 2022-ci il tarixdə o, təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı şikayətinin olmadığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi ittiham olunduğu cinayət əməlinin törədilməsi halları barəsində etirafedici ifadələr verməsi, törətdiyi əməldən peşman olması, himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs törədilmiş əmələ münasibətdə qəsdin yaranmasını, icrasını və nəticələrini müzakirə edərkən bu qəsdin yaranmasına səbəb Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə münasibətdə təhrikçi xarakterli şübhəli davranışının olması qənaətinə gəlir. Onun Təqsirləndirilən şəxs yanından başqa adla çıxıb təqsirləndirilən şəxsin evinin qarşısına gəlib həyətə daxil olmağa cəhd etməsi təqsirləndirilən şəxsdə ona qarşı şübhələr yaradıb onu təqsirli bilindiyi əməli törətməyə təhrik etmişdir. Zərərçəkmiş şəxs həmin əməli nəticəsində Təqsirləndirilən şəxs ailə-nigah münasibətlərində mübahisələr yaranmış və faktiki olaraq ailə üzvləri ayrılmışlar. Məhkəmə, bu halı Təqsirləndirilən şəxs təyin oluncaq cəzaya təsir edən amil kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Xəzər rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə 1 il 6 ay islah işləri cəzasına məhkum edilmişdir, Azərbaycan Respublikası CM-in 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsi müəyyən olundu. Məhkəmə, bu halı Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi himayəsində bir azyaşlı övladının olması və könüllü gələrək təqsirini boynuna alması müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb, təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiasını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 27 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-295/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-295/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver