Məhkəmə qərarları › İş №1(101)-296/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-296/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-296/2021 26.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X65, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi-mütəxəssis X47 iştirakları, xx xxxxxx 1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər “xxxx” MMC-nin baş mühasibi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmayan, ünvan 2, mənzil 48-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, ev 8, mənzil 9-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, bundan başqa, o, vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı cinayətini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 30 mart 2008-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya X172 Qeydiyyatı İdarəsi tərəfindən ********** VÖEN-i əsasında dövlət qeydiyyatına alınmaqla hazır yeməklərin göndərilməsi fəaliyyəti ilə məşğul olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru ilə bağladığı 20 iyun 2016-cı il tarixli, 93 nömrəli əmək müqaviləsi əsasında həmin Cəmiyyətin baş mühasibi vəzifəsinə işə qəbul olunmaqla həmin vəzifədə işləyərkən qeyd edilən əmək müqaviləsi və eyni tarixli baş mühasibin vəzifə təlimatlarına görə, müəssisədə uçotun formalaşdırılması, baş vermiş maliyyə-təsərrüfat fəaliyyətləri üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılması, həmin məlumatların qeydiyyatı və ümumiləşdirilməsi, bu məlumatlara uyğun analitik və sintetik uçotun aparılması, habelə maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin etmək, xərclər smetasının hazırlanmasını təşkil etmək, məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin qabaqcadan verilməsini, birdəfəlik haqq-hesabın işlənilməsini və ödənişlərin aparılmasını, dövlət büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta haqqı, icbari sığorta, işsizlikdən sığorta, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsini və digər ehtiyat fondlarına ayırmaları həyata keçirmək və digər səlahiyyətlərə malik maddi məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş həmin Cəmiyyətə məxsus əmlakı mənimsəməklə talamaq məqsədilə 01 yanvar 2018-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddətdə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 15 ünvanında yerləşən həmin Cəmiyyətə məxsus inzibati binadakı xidməti otağındakı kompüterdə rəsmi sənəd olan cəmiyyətin işçilərinin aylıq əmək haqqı cədvəllərinə, yəni 2018-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə ümumilikdə 24 ədəd cədvələ tamah niyyətilə özü də daxil olmaqla Cəmiyyətdə işləyən digər işçilərin, o cümlədən, X209, X184, X88, X185, X89, X32, X186, X116, X61, X48, X90, X210, X66, X91, X125, X126, X147, X82, X92, X67, X33, X127, X128, X68, X69, X3, X16, X70, X93, X21, X94, X95, X96, X22, X71, X23, X24, X97, X161, X129, X98, X99, X211, X162, X72, X73, X25, X100, X163, X164, X49, X74, X101, X26, X50, X165, X27, X75, X51, X34, X17, X102, X103, X35, X52, X264, X18, X14, X187, X188, X189, X130, X131, X132, X133, X76, X104, X53, X166, X9, X54, X36, X55, X6, X37, X134, X135, X10, X105, X56, X167, X168, X136, X265, X10, X190, X137, X106, X138, X139, X107, X77, X19, X212, X38, X140, X53, X57, X141, X108, X58, X142, X169, X100, X143, X78, X170, X11, X20, X79, X57, X39, X142, X28, X80, X40, X109, X142, X41, X171, X144, X42, X110, X158, X166, X111, X112, X143, X81, X63 və X13, ümumilikdə 142 (yüz qırx iki) nəfərin adlarını qanuni şəkildə əmək haqqı almaq hüquqlarına uyğun bir dəfə yazmaqla bərabər diqqət çəkməməsi və gözdən yayınması üçün seçim əsasında hər dəfə bir qisminin adlarını ayrıayrı vaxtlarda təkrarən də yazıb, təkrar yazdığı adların qarşısında isə “xxxx” ASC-dən özünün adına verilmiş 4169 74** **** 2187 nömrəli ödəniş kartının **********0104 saylı, həmin bankın Səbail filialından 2019-cu ilin iyun ayında təhvil alaraq bir ay ərzində özündə saxladığı, həmin cəmiyyətdə aşbaz vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid4 adına olan 4169 74** **** 0164 nömrəli ödəniş kartının **********0104 saylı, 2019-cu ilin sentyabr ayında həmin bankın qeyd olunan filialından təhvil alıb 2020-ci ilin yanvar ayına kimi özündə saxladığı, həmin cəmiyyətdə aşbaz vəzifəsində işə qəbul olunması üçün 22 avqust 2019-cu il tarixli əmək müqaviləsi bağlanılsa da, işə başlamamış cinayətdən xəbərsiz X59 adına olan 4169 74** **** 0572 nömrəli ödəniş kartının **********0104 saylı və 2019-cu ilin noyabr ayında həmin bankın qeyd olunan filialından təhvil alaraq 2020-ci ilin yanvar ayına kimi özündə saxladığı, həmin cəmiyyətdə aşbaz vəzifəsində işə qəbul olunması üçün 08 noyabr 2019-cu il tarixli əmək müqaviləsi bağlanılsa da, işə başlamamış cinayətdən xəbərsiz Şahid5 adına olan 4169 74** **** 2622 nömrəli ödəniş kartının **********0104 saylı hesab nömrələrini yazmaqla, bilə-bilə məzmununa yalan məlumatları daxil etdiyi həmin cədvəlləri qeyd edilən müddət ərzində hər ay olmaqla çap qurğusu (printer) vasitəsilə surətini kağız daşıyıcıda çıxardıb cədvəllərin cəmiyyətin cinayətdən xəbərsiz olan direktoru X113 tərəfindən təsdiq edilərək aidiyyəti üzrə icra edilməsi üçün “xxxx” ASC-nin Səbail filialına göndərilməsinə nail olmaqla, öz adına olan **********0104 saylı hesaba 2 (iki) şəxsin adı qarşısında yazılmaqla 06 mart 2018-ci il tarixdə 1.509,08 manat, 1 (bir) şəxsin adı qarşısında yazılmaqla 10 aprel 2018-ci il tarixdə 1.806 manat, 2 (iki) şəxsin adı qarşısında yazılmaqla 04 may 2018-ci il tarixdə 3.600 manat, 3 (üç) şəxsin adı qarşısında yazılmaqla 05 iyun 2018-ci il tarixdə 5.600 manat, 3 (üç) şəxsin adı qarşısında yazılmaqla 04 iyul 2018-ci il tarixdə 2.615,04 manat, 9 (doqquz) şəxsin adı qarşısında yazılmaqla 06 avqust 2018-ci il tarixdə 5.065,94 manat, 9 (doqquz) şəxsin adı qarşısında yazılmaqla 07 sentyabr 2018-ci il tarixdə 7.000 manat, 19 (on doqquz) şəxsin adı qarşısında yazılmaqla 03 oktyabr 2018-ci il tarixdə 6.608 manat, 9 (doqquz) şəxsin adı qarşısında yazılmaqla 05 noyabr 2018-ci il tarixdə 4.021 manat, 18 (on səkkiz) şəxsin adı qarşısında yazılmaqla 05 dekabr 2018-ci il tarixdə 9.500 manat, 21 (iyirmi bir) şəxsin adı qarşısında yazılmaqla 27 dekabr 2018-ci il tarixdə 11.025,22 manat, 23 (iyirmi üç) şəxsin adı qarşısında yazılmaqla 14 fevral 2019-cu il tarixdə 11.947,16 manat, 20 (iyirmi) şəxsin adı qarşısında yazılmaqla 07 mart 2019-cu il tarixdə 8.600 manat, 26 (iyirmi altı) şəxsin adı qarşısında yazılmaqla 10 aprel 2019-cu il tarixdə 16.000 manat, 37 (otuz yeddi) şəxsin adı qarşısında yazılmaqla 07 may 2019-cu il tarixdə 16.556,12 manat, 25 (iyirmi beş) şəxsin adı qarşısında yazılmaqla 04 iyun 2019-cu il tarixdə 10.084,34 manat, 19 (on doqquz) şəxsin adı qarşısında yazılmaqla 05 iyul 2019-cu il tarixdə 10.518,19 manat, 38 (otuz səkkiz) şəxsin adı qarşısında yazılmaqla 06 avqust 2019-cu il tarixdə 16.000 manat, 21 (iyirmi bir) şəxsin adı qarşısında yazılmaqla 06 sentyabr 2019-cu il tarixdə 13.192,53 manat, 19 (on doqquz) şəxsin adı qarşısında yazılmaqla 08 oktyabr 2019-cu il tarixdə 9.431,48 manat, 24 (iyirmi dörd) şəxsin adı qarşısında yazılmaqla 05 noyabr 2019-cu il tarixdə 11.156,44 manat, 16 (on altı) şəxsin adı qarşısında yazılmaqla 03 dekabr 2019-cu il tarixdə 8.732,68 manat və 14 (on dörd) şəxsin adı qarşısında yazılmaqla 27 dekabr 2019-cu il tarixdə 7.562,98 manat olmaqla, cəmi 198.132,2 manat (yüz doxsan səkkiz min yüz otuz iki manat iyirmi qəpik), Şahid4 adına olan **********0104 saylı hesaba 14 (on dörd) şəxsin adı qarşısında yazılmaqla 05 iyul 2019-cu il tarixdə cəmi 6.981,71 manat (altı min doqquz yüz səksən bir manat yetmiş bir qəpik), Khan Muhammadın adına olan **********0104 saylı hesaba 16 (on altı) şəxsin adı qarşısında yazılmaqla 06 sentyabr 2019-cu il tarixdə 7.507,47 manat, 24 (iyirmi dörd) şəxsin adı qarşısında yazılmaqla 08 oktyabr 2019-cu il tarixdə 10.273,91 manat, 21 (iyirmi bir) şəxsin adı qarşısında yazılmaqla 05 noyabr 2019-cu il tarixdə 10.543,57 manat, 18 (on səkkiz) şəxsin adı qarşısında yazılmaqla 03 dekabr 2019-cu il tarixdə 8.808,97 manat və 19 (on doqquz) şəxsin adı qarşısında yazılmaqla 27 dekabr 2019-cu il tarixdə 11.115,44 manat olmaqla, cəmi 48.249,36 manat (qırx səkkiz min iki yüz qırx doqquz manat otuz altı qəpik) və Şahid5 adına olan **********0104 saylı hesaba 17 (on yeddi) şəxsin adı qarşısında yazılmaqla 03 dekabr 2019-cu il tarixdə 9.458,35 manat və 16 (on altı) şəxsin adı qarşısında yazılmaqla 27 dekabr 2019-cu il tarixdə 10.656,58 manat olmaqla, cəmi 20.114,93 manat (iyirmi min yüz on dörd manat doxsan üç qəpik) olmaqla, ümumilikdə cəmi 273.478,2 manat (iki yüz yetmiş üç min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaitinin köçürülməsinə nail olub, 01 fevral 2018-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddət ərzində qeyd edilən ödəniş kartları vasitəsilə «xxxx» ASC-nin Bakı şəhərində yerləşən müxtəlif bankomatlarından həmin pul vəsaitini tam şəkildə şəxsən məxaric edib şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək «xxxx» MMC-yə məxsus olmaqla ona etibar olunmuş 273.478,2 manat (iki yüz yetmiş üç min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaitini həmin Cəmiyyətə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talama cinayətini, eləcə də vəzifəli şəxs qismində rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 20 iyun 2016-cı il tarixdən «xxxx» MMC-nin baş mühasibi vəzifəsində işləməyə başlamışdır. O, baş mühasib kimi öz əmək funksiyalarını hər zaman normal qaydada icra etmişdir. 2017-ci ilin sonlarında onun qardaşı Lətif Məmmədovun ailəsində və işində problemlər yaranmışdır. Həmin ərəfədə o, Əsli adlı qonşusundan Vüsalə adlı şəxsin falçılıqla məşğul olduğunu və Vüsalənin ona kömək edə biləcəyini öyrənmişdir. Əsli ona demişdir ki, “Vüsalə çox bacarıqlı falçıdır. Mənim də problemlərimi həll edib. İstəyirsən səni onunla tanış edim, sənə də kömək etsin”. O, Əsliyə inanaraq sonuncu ilə razılaşmışdır. Onun qardaşının ailəsində problem yarandığından o, Vüsalə vasitəsi ilə qardaşının problemlərini həll etmək istəmişdir. Əsli Vüsalə ilə danışıb nəticəsi barədə ona xəbər edəcəyini bildirmişdir. Bir neçə gündən sonra Əsli ona zəng edərək Vüsalə ilə danışdığını demiş və Vüsalənin nömrəsini ona vermişdir. O da Vüsaləyə zəng edərək qardaşının işində və ailəsində olan problemlər barədə Vüsaləyə məlumat vermişdir. Vüsalə onu dinlədikdən sonra ona kömək edəcəyini bildirmişdir. O, Vüsalə ilə danışdıqdan bir saat sonra Vüsalə özü ona zəng edərək qardaşı Lətifə cadu olunduğunu bildirmiş və bir neçə gündən sonra qardaşının işdən qovulacağını ona demişdir. O da həmin vaxt əlacsız qalaraq Vüsalədən kömək istəmişdir. Vüsalə bunun qarşılığında ondan 1.000 manat pul istəmişdir. O da növbəti gün Vüsaləyə zəng edərək 1.000 manat pul verməyə və sonuncunu köməyindən istifadə etməyə razı olduğunu bildirmişdir. Vüsalə ona demişdir ki, əri Salmanı ondan pul almaq üçün göndərəcək və o, Salmana 1.000 manat pul verməlidir. O da Vüsalə ilə razılaşmışdır. Sonra o, Suraxanı rayonu ərazisində yerləşən “Ballı” marketin yanında Vüsalənin əri Salmana 1.000 manat pul vermişdir. Salman pulu Vüsaləyə çatdırdıqdan sonra Vüsalə ona zəng edərək pulu aldığını və qardaşına edəcəyi köməyin üç mərhələdən ibarət olacağını, aldığı 1.000 manat pulun isə birinci mərhələ üçün verilməli olduğunu ona demişdir. O, əvvəlcə Vüsalə ilə razılaşmamış və sonuncuya vermək üçün o qədər pulu olmadığını demişdir. Lakin Vüsalə sonraki iki mərhələ üzrə daha az pul lazım olacağını ona demişdir. O, az məbləğdə pulun lazım olacağını eşidib Vüsalə ilə razılaşmışdır. Bundan sonra o, 2017-ci ilin avqust ayından həmin ilin oktyabr ayınadək hər ay Vüsaləyə 500 manat məbləğində pul vermişdir. 2017-ci ilin avqust ayında Vüsalə ona zəng edərək cadunun təmizlənməsi üçün 5.400 manat məbləğində pul istəmişdir. O, isə öz növbəsində o qədər pulunun olmadığını Vüsaləyə bildirmişdir. Bunun qarşılığında Vüsalə ona demişdir ki, “Narahat olma. Mənim tanışım var, mən ondan pul alaram. Sən də mənim əvəzimə 5.400 manatı və həmin pulun faizlərini ödəyərsən”. O, özü də başa düşmədən həmin vaxt Vüsalə ilə razılaşmışdır. 2017-ci ilin oktyabr ayından başlayaraq o, Vüsaləyə hər ay 600 manat məbləğində pul ödəməyə başlamışdır. Bir müddət belə davam etmişdir. 2018-ci ilin yanvar ayında Vüsalə ona zəng edərək qardaşının uşaqlarının maşın altında qalacaqlarını və öləcəklərini demişdir. O, bu xəbəri eşitdikdə şoka düşmüş və nə edəcəyini bilməmişdir. Vüsalə onun vəziyyətinin pis olduğunu görüb ona demişdir ki, “2.000 manat tap gətir, mən də məsələni həll edim”. O, o qədər pulunun olmadığını Vüsaləyə dedikdə, sonuncu ona demişdir ki, “Narahat olma. Mən yenə faizə tanışımdan pul götürərəm. Sən də həmin pulun faizlərini ödəyərsən”. Vüsalə onu elə ələ almışdır ki, o, Vüsalənin hər sözünə inanmışdır. Vüsalə onun qardaşının uşaqlarının öləcəyini ona dedikdə o, çox ağır sarsıntı keçirmişdir. Məhz Vüsalənin təsiri altında qalaraq o, növbəti dəfə Vüsalə ilə razılaşmış və Vüsalənin götürəcəyi faiz pulunu ödəməyə razılıq vermişdir. Bundan sonra Vüsalə müxtəlif vaxtlarda ona zəng edərək pul tələb etmişdir. O da Vüsalənin tilsimi altında qaldığından Vüsalənin dediyi məbləğləri “Ballı” marketin yanında Vüsalənin əri Salmana və oğlu Rafaelə vermişdir. Həmçinin o, Vüsalənin özünə də bir neçə dəfə Suraxanı rayonunda yerləşən “Dədə Qorqud” qəsəbəsində pul vermişdir. Vüsalə həmin pulları ondan qardaşının işlərinin və ailəsindəki söz-söhbətin düzəldilməsi üçün cadu edəcəyinə görə almışdır. Vüsalənin iştahası getdikcə artmışdır. 2018-ci ilin avqust ayında Vüsalə ondan pul tələb etməklə yanaşı, bahalı qızıl-zinət əşyaları da tələb etməyə başlamışdır. Vüsalə edəcəyi cadulara görə, həmçinin ondan çoxlu sayda corab, Bakcell, Azercell, Nar danışıq kartları, konfet, gümüş əşyalar, əl-bədən dəsmalları və sair əşyalar tələb etməyə başlamışdır. Vüsalə bir dəfəyə ondan 40-50 danışıq konturları tələb etmişdir. O elə halda olmuşdur ki, özü də bilmədən Vüsalənin dediyi bütün əşyaları alıb sonuncuya vermişdir. Həmin vaxt o, aldığı əmək haqqını bütövlükdə Vüsaləyə vermiş və bu səbəbdən də borcun içində batmışdır. O, pulunun olmadığını hər dəfə Vüsaləyə dedikdə, sonuncu tanışlarından faiz alacağını və həmin faizləri onun ödəməli olduğunu bildirmişdir. O, özü də başa düşmədən Vüsalənin bütün tələblərini icra etmişdir. Vüsalənin dediyinə görə 2018-ci ilin iyun ayında onun Vüsalənin tanışına təxminən 33.000 manat məbləğində borcu yaranmışdır. O, artıq həmin pulu qaytarmaq və Vüsalənin digər tələblərini icra etmək iqtidarında olmamışdır. O, 33.000 manat məbləğində pulu ödəyə bilməyəcəyini Vüsaləyə demişdir. Vüsalə həmin vaxt onun üstünə qışqıraraq onun qardaşına görə cadu etdiyini bildirmiş və ondan həmin pulun ödənilməsini tələb etmişdir. O, isə o qədər pulunun olmadığını və həmin məbləğdə pul tapa bilməyəcəyini Vüsaləyə demişdir. O, bunu Vüsaləyə dedikdə sonuncu ona demişdir ki, “mənim bir neçə tanış qızlarım var. Onlar xarici şirkətlərdə işləyirlər və işdə müxtəlif əməliyyatlar keçirərək pul qazanırlar”. O, bunu eşitdikdə işinə xəyanət etməyəcəyini Vüsaləyə demişdir. Vüsalə isə ona işdən necə pul qazanacağının yollarını izah edəcəyini və başa salacağını bildirmişdir. 2018-ci ilin mart ayından etibarən o, Vüsalənin dediyi qaydada və sonuncunun təhriki ilə işlədiyi şirkətə məxsus pulları müxtəlif yollarla mənimsəməyə başlamışdır. 2018-ci ilin iyul ayında onun atası rəhmətə getdikdən sonra o, Vüsaləyə qəti şəkildə bir də pul verməyəcəyini demişdir. Vüsalə bunu eşitdikdə onun qardaşı Lətifin onun gözünün qarşısında öləcəyini ona demişdir. Onun atasının ölümü ona çox pis təsir etdiyindən və Vüsalədən qardaşı Lətifin də öləcəyini eşitdikdə, o, başını tamamilə itirmişdir. O, Vüsalənin cadusundan qorxduğu üçün sonuncu ilə razılaşmaq məcburiyyətində qalmışdır. Ona görə də o, işlədiyi şirkətdə işləyən işçilərin bank hesablarına artıq məbləğlərdə əmək haqqı hesablamaqla, sonradan isə artıq hesablanmış pulları öz hesabına köçürməklə, eləcə də şirkətdə aşbaz işləyən Şahid4 bank hesabına köçürməklə həmin pulları ələ keçirmişdir. İşlədiyi şirkətin Şahid5 və X114 adlı işçiləri işə gəlmədiklərindən və həmin şəxslərin maaş kartları onda olduğundan o, həmin şəxslərin bank kartlarına pul köçürmüş və sonra həmin pulları çıxararaq Vüsalənin əri Salmana və oğlu Rafaelə vermişdir ki, sonuncular həmin pulları Vüsaləyə çatdırsınlar. Bu qaydada şirkətdən pulların onun tərəfindən mənimsənilməsi 2018-ci ilin mart ayından 2019-cu ilin dekabr ayınadək davam etmişdir. Bu müddət ərzində o, şirkətdən təxminən 274.000 manat məbləğində pul götürmüş və həmin pulları qəpiyinə qədər Vüsaləyə vermişdir. Şirkətdən pulların mənimsənilməsinə onu təhrik edən yeganə qüvvə onun falçı və cadugar kimi tanıdığı Vüsalə adlı şəxs olmuşdur. O, heç vaxt işlədiyi şirkətə xəyanət etməmişdir. Lakin Vüsalə bunu etməyə onu məcbur etmişdir. O, şirkətdən mənimsədiyi puldan bir manat da olsun öz ailəsinə və özünə xərcləməmişdir. O, bütün pulları Vüsaləyə çatdırmışdır. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin bildirmişdir ki, o, dəfələrlə vurduğu ziyanın ödənilməsi ilə bağlı zərərçəkmiş hüquqi şəxsin səlahiyyətli şəxsləri ilə danışıqlar aparmışdır. Lakin onun vurulmuş ziyanı birdəfəyə ödəmək üçün imkanı olmadığından işlədiyi şirkətin rəhbərliyi ilə razılaşa bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, ittiham olunduğu cinayət üzrə Şahid6 da cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi, ələ keçirilmiş 274.000 manat məbləğində pulun özünün şəxsi ehtiyaclarına deyil, Vüsalə adlı şəxsə verməsi, onun Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsi və həmin cinayət əməllərinə onun aidiyyatının olmaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, o, “xxxx” MMC təsis olunduqdan sonra həmin şirkətdə menecer vəzifəsində işləmişdir. MMC-nin direktoru X240 tərəfindən ona verilmiş etibarnamə ilə onun “xxxx” MMC-nin nümayəndəsi qismində iştirak etmək hüququ yaranmışdır. “xxxx” MMC-nin təxminən 160 nəfərə yaxın işçisi olmuş və həmin işçilər MMC-nin direktoru olan Hindistan vətəndaşı X113 tərəfindən müvafiq əmrlər əsasında işə qəbul olunmuşlar. MMC-nin sabiq baş mühasibi Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs əvvəl MMC-nin baş mühasibi Tişşenko Svetlana olmuşdur. Təqsirləndirilən şəxs MMC-nin direktoru Anil Kumarın 20 iyun 2016-cı il tarixli əmrinə əsasən mühasib, 05 yanvar 2017-ci il tarixli əmrinə əsasən isə baş mühasib vəzifəsinə təyin edilmiş və bu barədə tərəflər arasında əmək müqaviləsi, eləcə də maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Bununla da Təqsirləndirilən şəxs “xxxx” MMC-nin baş mühasibi vəzifəsində işləmiş və maliyyə məsələlərinin həlli ilə bağlı birbaşa maddi məsul şəxs olmuşdur. Təqsirləndirilən şəxs baş mühasib kimi işçilərin əmək haqqı cədvəllərinin tərtib olunması və sair vəzifələri yerinə yetirmişdir. Təqsirləndirilən şəxs tərtib etdiyi əmək haqqı cədvəllərini X7 təqdim etmişdir. Prajeesh Prakashan MMC-nin direktorunun maliyyə məsələləri üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Prajeesh Prakashan əmək haqqı cədvəllərini yoxladıqdan sonra hər hansı səhv aşkar olunmadığı halda ödəniş tapşırıqlarının tərtib olunmasına razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ödəniş tapşırıqlarını tərtib edərək MMC-nin direktoruna təqdim etmişdir. MMC-nin direktoru ödəniş tapşırıqlarını imza etməklə möhürləmişdir. Ödəniş tapşırıqları imzalandıqdan sonra əmək haqqı cədvəlləri ödənilməsi üçün banka təqdim olunmuşdur. MMC-nin bank hesabı «xxxx» ASC-də olmuşdur. 2020-ci ilin əvvəllərində MMC-nin direktoru maliyyə sənədləri ilə tanış olarkən Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlərdə əlavələrin qeyd olunduğunu müəyyən etmişdir. Bundan sonra MMC-nin direktoru tərəfindən verilmiş tapşırığa əsasən “xxxx” MMC-də maliyyə vəziyyətinin öyrənilməsi məqsədilə daxili audit yoxlaması aparılmış və yoxlama zamanı müəyyən edilmişdir ki, baş mühasib Təqsirləndirilən şəxs təqdim etdiyi əmək haqqı cədvəllərində əlavə şəxslərin adlarını yazaraq özünün və özündə saxladığı ayrı-ayrı şəxslərin adlarına olan əmək haqqı kartlarına pul köçürərək bankomatlardan həmin pulları məxaric edərək mənimsəmişdir. Belə ki, o, 12 mart 2019-cu il tarixdən başlayaraq 15 yanvar 2020-ci il tarixədək olan müddət ərzində Şahid5 pul kartından istifadə edərək sonuncunun hesabından 20.114,20 manat, 06 sentyabr 2019-cu il tarixdən başlayaraq 07 yanvar 2020-ci il tarixədək olan müddət ərzində X2 istifadə edərək sonuncunun hesabından 48.248,48 manat, 01 yanvar 2018-ci il tarixdən başlayaraq 05 iyul 2019-cu il tarixədək olan müddət ərzində isə X1 istifadə edərək 6.981,71 manat pulu sonuncunun hesabından çıxararaq qeyd edilən pulları mənimsəmişdir. 06 mart 2018-ci il tarixdən isə “xxxx” MMC-nin hesabından özünün istifadəsində olan pul kartına 200.672,82 manat pul vəsaiti köçürməklə MMC-nin direktoruna bu barədə məlumat verməyərək həmin məbləğdə pulu mənimsəmişdir. Bütün qeyd olunanlar müəyyən olunduqdan sonra Təqsirləndirilən şəxs “xxxx” MMC-nin direktoru tərəfindən qəbul edilmiş və İradədən pulların taleyi barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan məbləğdə pulları ələ keçirdiyini etiraf edərək, əvvəlcə həmin pulları müalicəsinə sərf etdiyini, sonra isə həmin pulları Vüsalə adlı falçı qadına verdiyini, həmin qadının falçılıqla məşğul olduğunu bildirmişdir. Bundan sonra faktla bağlı cinayət işi başlanılması üçün hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. İstintaq dövründə Təqsirləndirilən şəxs vurduğu ziyandan 22.500 manat pulu “xxxx” MMC-nin hesabına mədaxil etmişdir. Təqsirləndirilən şəxs “xxxx” MMC-nə vurduğu ziyanın məbləğini dəqiq müəyyən etmək üçün müstəqil auditor dəvət edilərək audit yoxlaması təyin olunmuş və məlum olunmuşdur ki, Təqsirləndirilən şəxs “xxxx” MMC-nə vurduğu ziyan əmək haqqı kimi – 273.000 manat, gəlir vergisi kimi – 38.220 manat, DSMF-yə ödəniş kimi – 68.250 manat, işsizlikdən sığorta haqları üzrə - 2.730 manat təşkil etmişdir. Zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə qeyd etdiklərinin nəzərə alınmasını, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini və nümayəndəsi olduğu “xxxx” MMC-nə vurulmuş ziyanın tam şəkildə ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 29 may 2019-cu il tarixdən hal-hazıradək «xxxx» MMC-də aşbaz vəzifəsində işləmişdir. O, 29 may 2019-cu il tarixdən 01 iyul 2019-cu il tarixədək gəmidə aşbaz işləmişdir. O, dənizdən qayıtdıqdan sonra “xxxx” MMC-nin inzibati ofisinə gedərək əmək haqqı kartını şirkətin baş mühasibi Təqsirləndirilən şəxs təhvil almışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və sonuncunu ilk dəfə kartı təhvil aldıqda görmüşdür. O, Təqsirləndirilən şəxs kartını aldıqdan sonra bankomatdan əmək haqqısını məxaric etmək istəmişdir. Lakin o, həmin vaxt kartdan istifadə edə bilməmişdir. Sonra o, Təqsirləndirilən şəxs mobil telefonuna zəng edərək bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs da kartdan istifadə etmək üçün həmin karta yeni kod verilməli olduğunu demişdir. O, bunu etmək istəsə də, kart bloka düşmüşdür. Bundan sonra o, Sumqayıt şəhərində yaşadığı üçün «xxxx» ASC-nin Sumqayıt filialına müraciət etmişdir. Həmin vaxt onun kartı blokdan çıxarılmış və karta yeni kod yüklənilmişdir. O, əmək haqqısını bankomatdan çıxarmaq istədikdə onn əmək haqqısını təşkil edən 1.120 manat pul kartında olmuşdur. O, həmin pulu kartından məxaric etmişdir. Həmin vaxt bankın əməkdaşı onun kartının təzə olduğunu, lakin kartından pul məxaric olunduğunu demişdir. Həmin şəxs ona hesabdan çıxarış vermişdir. O, həmin hesabdan çıxarış sənədinə baxdıqda kartından iyul ayı ərzində müxtəlif məbləğlərdə pulların məxaric olunduğunu görmüşdür. Onun əmək haqqısı kartda olduğu üçün o, digər məbləğlərin şirkətin özünə məxsus olduğunu, hansısa anlaşılmazlıqla bağlı kartına yüklənildiyini fikirləşmişdir. Bu səbəbdən də o, bu barədə heç kimə məlumat verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanışı Əsli adlı qadın vasitəsilə tanımışdır. Belə ki, təxminən on il bundan əvvəl Əslinin bacısı xəstə olmuş və həmin vaxt Əsli onunla qonşuluqda kirayədə yaşamışdır. O, Əsli ilə həmin vaxt tanış olmuşdur. Əslinin bacısı ağır xəstə olduğundan o, sonuncuya dua oxuyacağını demişdir. O, 20 ildən artıq namaz qılmış, Qurandan dualar oxumuş və buna görə bir-iki manat pul da əslidən almışdır. O, dua oxuduqdan sonra Əsli öz bacısının özünü yaxşı hiss etdiyini ona demişdir. Bir dəfə Əsli ona zəng edərək başqa bir qadın tanışının ailəsində problemlərin olduğunu demiş və həmin tanışı üçün dua oxumasını ondan xahiş etmişdir. Bu məqsədlə əsli onun mobil telefon nömrəsini həmin qadına vermişdir. Həmin qadın onunla əlaqə saxlayaraq adının İradə olduğunu, qardaşının ailəsində və işində problemlərin olduğunu deyərək ondan dua oxumasını xahiş etmişdir. O da İradə ilə razılaşaraq dua oxumaq və dini ayinlər keçirmək üçün İradədən şam, mum, corab, qıfıl almasını istəmişdir. İradə də həmin malları özü alıb gətirib ona çatdırmışdır. O, həmin mallarla cadu etmiş və həmin cadunu etdikdə adətən dualardan istifadə etmişdir. O, adətən İradənin xahişi ilə sonuncunun əri, qaynanası, qardaşı arvadı üçün cadu və dil-ağız bağlama etmişdir. Onun etdiyi işlərə görə İradə ona 30 manat, 50 manat, ən yaxşı halda isə 70 manat pul vermişdir. İradə haqq-hesabını bilən qadın olmuşdur. Buna görə də İradə ona heç vaxt artıq pul verməmişdir. İradə ona pulu Əsli vasitəsi ilə göndərmişdir. O, İradə ilə üzbəüz görüşməmişdir. İradə ona şokolad, şirniyyat, bəzi hallarda qızıl-zinət əşyaları gətirmişdir. O, isə həmin əşyaların üstünə dua oxumuş və sonra həmin əşyaları İradənin özünə qaytarmışdır. İradə isə həmin şokolad, şirniyyat və sair əşyaları aparıb ərinə, qaynanasına və qardaşı arvadına verməli imiş. İradə özü onu bu işlərə vadar etmişdir. İradə ona bu duaların, bu caduların ailəsinə kömək etdiyini demişdir. O, İradənin ondan əl çəkmədiyini görüb bir müddət sonuncu ilə münasibətlərini kəsmişdir. Təxminən üç il müddətində onun İradə ilə əlaqəsi olmamışdır. 2017-ci ildə İradə yenə Əsli vasitəsi ilə onunla əlaqə yaratmışdır. İradə bu dəfə ona işlədiyi yerdə işçilərin dil-ağzını bağlatmaq üçün müraciət etmişdir. O, bundan sonra İradə ilə üzbəüz bir dəfə kirayədə yaşadığı “Dədə Qorqud” qəsəbəsində görüşmüşdür. Həmin vaxt İradə ona cadu üçün ləvazimatlar və şirniyyatlar alıb gətirmişdir. İradə öz iş yoldaşları olan Məmməd, Anil, Pracej, Qadir və digər iş yoldaşı olan rus qadına qarşı cadu etməsini ondan xahiş etmişdir. Bu işlərə görə İradə ona cəmi 1.500 manata yaxın pul vermişdir. Bu pulları o, İradədən istəməmişdir. İradə özü ona 1.500 manatı hissə-hissə vermişdir. Təxminən 2019-cu ilin dekabr ayında İradə ona zəng edərək ondan nömrəsini dəyişməsini, öz işində problemlərinin olmasını, lazım olsa Əsli vasitəsi ilə özünun onu tapacağını demişdir. Təxminən 2020-ci ilin yanvarfevral aylarında Əsli ona zəng edərək İradəyə görə özünün hansısa Polis bölməsinə çağırıldığını demişdir. O, səhəri gün Əsli ilə danışdıqda sonuncunun sözlərindən İradənin işlədiyi müəssisədən qanunsuz yolla pul götürdüyünü bilmişdir. Bundan sonra Polis əməkdaşı ona zəng edərək Polis bölməsinə dəvət etmişdir. Lakin o, himayəsində azyaşlı övladının olduğunu deyərək Polis bölməsinə getməmişdir. Bir müddətdən sonra İradə ona təkrar zəng edərək nömrəni niyə dəyişmədiyini ondan soruşmuşdur. O da hansı səbəbdən nömrəsini dəyişməli olduğunu İradədən soruşduqda, sonuncu ona “sənlik problem deyil, mənlikdir” demişdir. İradə ona ümumilikdə 1.500 manata yaxın pulu hissə-hissə vermişdir. İradə eyni zamanda ona faizə pul istəyən olsa məlumat verməsini ona demişdir. İradə heç vaxt ona caduya, dua oxumağa görə külli miqdarda pul verməmişdir. İradənin bu barədə dediklərinin hamısı yalandır və cəfəngiyatdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2011-ci ilin avqust ayından «xxxx» MMC-də kadrlar şöbəsinin müdiri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs 2016-cı ildə həmin MMC-nin baş mühasibi vəzifəsində işləməyə başlamışdır. Onun İradə ilə ancaq iş yoldaşı kimi münasibəti olmuşdur. O, 2020-ci ilin əvvəllərində «xxxx» MMC-nin direktorundan Təqsirləndirilən şəxs işçilərin əmək haqqı cədvəllərini saxtalaşdıraraq MMC-nə məxsus külli miqdarda vəsaiti ələ keçirdiyini eşitmişdir. İradənin hansısa qanunsuz iş görməsi onda və digər işçilərdə çox ciddi təəccüb yaratmışdır. İşçilərlə söhbət zamanı İradənin əmək haqqı cədvəllərində işçilərin adlarını təkrar yazaraq özünün və özündə olan daha 3 (üç) nəfər şəxsin əmək haqqı kartlarına pul köçürərək sonradan bankomatlardan həmin pulları məxaric etdiyini bilmişdir. «xxxx» MMCdə mühasib işləyən Binu Parappurach ondan işçilərinin sayının artıb-artmadığını soruşmuşdur. O da Binuya işçilərinin sayının artmadığını demişdir. Şahid4 2019-cu ildən «xxxx» MMC-də işə qəbul olunmuş və hal-hazırda da MMC-də işləyir. Şahid4lə əmək müqaviləsi imzalandıqdan sonra sonuncunun adına əmək haqqı kartı açılması üçün onun tərəfindən məktub tərtib olunmuşdur. Qeyd olunan məktub «xxxx» ASC-nin Səbail filialına göndərilmiş və orada Mahirin adına kart açılmışdır. Qeyd olunan bankomat kartını bankdan Təqsirləndirilən şəxs təhvil almışdır. İradə isə Mahirin kartını təhvil aldıqdan sonra bir ay ərzində həmin kartı özündə saxlayaraq həmin karta əlavə pullar köçürərək məxaric etmişdir. Mahir qayıtdıqdan sonra isə İradə Mahirin kartını sonuncuya qaytarmışdır. X5 vətəndaşıdır. Khan «xxxx» MMC-də aşbaz kimi işə qəbul olunmuşdur. Khanın adına bankomat kartı açılması üçün «xxxx» ASC-nin Səbail filialına müraciət olunmuşdur. Khanın adına olan kartı bankdan İradə təhvil almışdır. Bundan sonra Khan dənizdə işləmək üçün yaşamaq kurslarına cəlb olunmuşdur. Belə ki, dənizdə işləyən şəxslər yaşamaq kurslarını keçə bilmədikləri halda onlara sertifikat verilməli deyildi. Khan bu kursları keçə bilməmişdir. Bu səbəbdən də Khan işə çıxa bilməmiş və sonuncunun əmək müqaviləsinə xitam verilmişdir. Bu əmr İradəyə göndərilsə də, İradə Khanın adına olan kartı məhv etməyərək özündə saxlamış və sonra həmin karta köçürdüyü pulları məxaric edərək ələ keçirmişdir. 2019-cu ildə Şahid5 «xxxx» MMC-də işə qəbul olunmuşdur. Şahid5 bir neçə il əvvəl də şirkətdə işlədiyi üçün sonuncu ilə əmək müqaviləsi bağlanaraq adına bankomat kartı açılması üçün «xxxx» ASC-nin Səbail filialına müraciət olunmuşdur. Azərin adına olan kartı da bankdan İradə təhvil almışdır. Azərlə əmək müqaviləsi bağlanılsa da, sonradan sonuncu işə çıxmamışdır. Buna görə də Azər ilə olan əmək müqaviləsinə xitam verilmişdir. O, Təqsirləndirilən şəxs Şahid5 işdən azad olunmasına dair əmri göndərsə də, İradə Azərin adına olan kartı məhv etməli olduğu halda bunu etməyərək Azərin kartını özünə saxlayaraq həmin karta müxtəlif şəxslərin adlarına yazdığı artıq pulları köçürərək sonradan həmin pulları məxaric etmişdir. Təqsirləndirilən şəxs onunla heç vaxt öz həyatı barədə söhbət etməmişdir. İradə işə çox sadə paltarlar geyinərək gəlmiş, ümumiyyətlə İradə sadə həyat tərzi yaşamışdır. O, İradənin ələ keçirdiyi bu qədər pulu hara xərcləməsini bilməmişdir. İradə heç vaxt bu barədə onunla söhbət etməmişdir. Şahid X43 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 1994-cü ildən Bakı şəhərində yaşamışdır. O, əvvəllər Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 10 il olar ki, o, «xxxx» MMC-nin direktoru vəzifəsində işləmişdir. Onun direktoru olduğu MMC digər şirkətlərə təmizlik, yemək və digər xidmətlər göstərmişdir. «xxxx» MMC-nin baş mühasibi Təqsirləndirilən şəxs olmuşdur. O, İradəni «xxxx» MMC-də işə düzələn vaxtdan tanımışdır. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış və sonuncu ilə heç bir münasibəti olmamışdır. 2020-ci ilin əvvəllərində şirkətin mühasibi X15 məzuniyyətdə olduğu dövrdə sonuncunu digər mühasib Binu Paraporath əvəz etdikdə işçilərin əmək haqqı cədvəllərində səhvlərin olduğunu müəyyən etmişdir. Binu bu barədə ona məlumat vermişdir. O, Binuya səhvlərin nə ilə bağlı olduğunu soruşduqda sonuncu ona əmək haqqı cədvəllərində adamların adlarının təkrarlandığını demişdir. O, Binuya əvvəlki aylar üzrə də əmək haqqı cədvəllərini yoxlamasını tapşırmışdır. Bundan sonra Binu əvvəlki aylar üzrə əmək haqqı cədvəllərini yoxlayaraq mühasib Təqsirləndirilən şəxs həmin sənədlərdə özünün əmək haqqı kart hesabını başqa şəxslərin adlarının qarşısında yazdığını müəyyən etmişdir. O, bu barədə İradədən soruşduqda, İradə əvvəlcə bunu etiraf etməmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs şirkətin işçilərinin əmək haqqı cədvəllərində saxtakarlığa yol verərək, şəxslərin adlarını təkrar yazaraq özünün və özündə olan bir neçə şəxsin kart hesab nömlərini yazaraq həmin hesablara pulun köçürülməsinə nail olduğunu və həmin pulları kartlardan məxaric etdiyini demişdir. O, İradədən bu əməllərindən şirkətin hər hansı başqa işçisinin iştirakının olub-olmadığını soruşduqda, İradə bu işi tək gördüyünü, bu işdə heç bir işçinin iştirakının və məlumatının olmadığını ona demişdir. Sonradan o, bu barədə Prajeesh ilə də söhbət etmişdir. Prajeesh ona İradəyə etibar etdiyi üçün sonuncunun təqdim etdiyi cədvəlləri diqqətlə yoxlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs şirkətdə yazdığı izahatında guya pulları müalicəsinə sərf etdiyini qeyd etmişdir. Lakin sonradan İradə həmin pulları guya hansısa falçıya verdiyini demişdir. O, İradənin bu sözlərinə inanmayaraq, sonuncunun bu qədər pulu falçıya verməsinin inandırıcı olmadığını demişdir. İradə isə ona heç bir söz deməyərək susmuşdur. O, İradəni həmişə vicdanlı işçi kimi tanımışdır. O, İradənin saxtakarlıq edərək şirkətin pulunu ələ keçirə biləcəyinə inanmamışdır. Buna görə də İradə özünə olan inamdan istifadə edərək onlara qarşı bu cinayət əməlini törətmişdir. Bundan sonra, o, müstəqil auditor dəvət edərək İradənin şirkətə vurduğu ziyanın müəyyən edilməsini xahiş etmişdir. Eyni zamanda, o, faktla bağlı araşdırma aparılması üçün hüquq mühafizə orqanlarına müraciət olunması üçün Nümayəndə etibarnamə vermişdir. Şahid X4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2011-ci ildən Bakı şəhərində yaşamışdır. O, həmin vaxtdan hazırkı günədək «xxxx» MMCdə mühasib vəzifəsində işləmişdir. Həmin MMC-nin direktoru X159. Qeyd olunan MMC müxtəlif şirkətlərə təmizlik və digər xidmətlər üzrə xidmət göstərmişdir. Onun mühasib kimi vəzifəsi invoysların hazırlanması, banklara köçürmələrin həyata keçirilməsi, baş mühasib Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş əmək haqqı cədvəllərinin yoxlanılması və sair işlərdən ibarət olmuşdur. O, Təqsirləndirilən şəxs sonuncu «xxxx» MMC-də işə düzələn vaxtdan tanımışdır. Onun Təqsirləndirilən şəxs ilə bir iş yoldaşı kimi münasibətləri olmuşdur. Onların arasında başqa heç bir münasibət olmamışdır. O, 02 yanvar 2020-ci ildən 24 fevral 2020-ci ilə kimi olan dövr ərzində məzuniyyətdə olmuşdur. O, məzuniyyətini Hindistanda keçirmişdir. O, məzuniyyətdə olduğu dövrdə «xxxx» MMC-nin digər mühasibi Binu Paraporath və Sharath adlı mühasiblər onu əvəz etmişlər. O, məzuniyyətdən qayıtdıqdan sonra Binu Paraporathın sözlərindən İradənin tərtib etdiyi əmək haqqı cədvəllərini yoxlayarkən həmin sənədlərdə səhvlər aşkar etdiyini, yəni əvvəlki illər üzrə əmək haqqının ümumi illik məbləği ilə 2019-cu il üzrə ödənilmiş əmək haqqının ümumi məbləğləri arasında fərqi aşkar etmiş, sonradan daha geniş yoxlama aparılaraq İradənin işçilərinin adlarına artıq əmək haqqı yazaraq özünün və əmək haqqı kartları özündə olan digər 3 (üç) nəfər şəxsin hesablarına köçürülməsinə nail olaraq MMC-nin pullarını ələ keçirdiyini bilmişdir. O, mühasib işlədiyi dövrdə İradənin bu işlərlə məşğul olduğunu bilməmişdir. Ümumiyyətlə MMC-nin direktoru X240 və demək olar ki, bütün kollektiv İradəyə etibar etmişlər. Onlar İradənin belə bir iş görə biləcəyinə inanmamışlar. İradə işlədiyi dövrdə özünü sakit bir şəxs kimi göstərmişdir. Onlar İradənin əməlləri aşkar olunarkən şokda olmuşlar. İradə həmişə özünü işdə normal aparmış və hamı ona həmişə hörmətlə yanaşmışdır. «xxxx» MMC xidmət sahəsində çalışdığı üçün işçilərin sayı həmişə dəyişmişdir. Lakin MMC-də adətən işçilərin maksimum sayı 130 nəfər olmuşdur. O, İradənin tərtib etdiyi əmək haqqı cədvəllərini yoxlamış və tutuşdurmuşdur. Lakin o, heç vaxt uyğunsuzluqları aşkara çıxara bilməmişdir. Belə ki, İradə hər dəfə köçürdüyü məbləği çox az sayda şəxslər arasında bölmüş, ona görə də təkrarlanmalar nəzərə çarpmamışdır. MMC-də isə müvafiq proqram təminatı olmadığından həmin təkrarlanmaları o, müəyyən edə bilməmişdir. Belə ki, işçilərin sayı 160-dan çox olduğuna görə həmin təkrarlanmaların insan tərəfindən aşkar edilməsi mümkünsüz və ya təsadüfi olmuşdur. Yalnız təsadüf nəticəsində həmin təkrarlanmaları müəyyən etmək mümkün idi. Binu da məhz təsadüf nəticəsində həmin təkrarlanmaları aşkar etmişdir. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2015-ci ildə aşbaz kurslarını bitirmiş və əvvəllər «xxxx» MMC-də aşbaz işləmişdir. O, 2016-cı ildə təxminən bir il yarım müddət ərzində «xxxx» MMC-də aşbaz işləmişdir. O, təxminən 2017-ci ildə «xxxx» MMC-də ixtisara düşdüyü üçün işdən çıxmışdır. Bundan sonra o, bir müddət «xxxx» Şirkətinə məxsus gəmilərdə aşbaz işləmişdir. O, 2019-cu ilin noyabr ayında yenidən «xxxx» MMC-də işə düzəlmək üçün müraciət etmişdir. Bundan sonra MMC ilə onun arasında əmək müqaviləsi bağlanmış və onu tibb komissiyasına göndərmişlər. O, tibb komissiyasından keçdikdən sonra onun işə çıxmalı olduğu gəmi artıq dənizə çıxmışdır. O, şirkətin əməkdaşı Samallah ilə əmək haqqı barədə danışaraq ona 1.200 manat əmək haqqı verilməsini istədiyini demişdir. Samallah ona 750 manat əmək haqqı verəcəyini demişdir. O, Samallah ilə bu məbləğ barədə razılaşmamışdır. Samallah ona gəmi gələndə onu işə çağıracağını demişdir. Lakin sonradan Samallah onu işə çağırmamışdır. O hazırda heç bir yerdə işləmir. O, Təqsirləndirilən şəxs tanımamış və onun sonuncu ilə heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs onun adına «xxxx» ASC-yə məxsus bankomat kartını bankdan təhvil alması və həmin karta pul köçürülməsindən onun məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 fevral 2020-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 210) görünür ki, həmin gün Təqsirləndirilən şəxs 12.000 (on iki) manat pul vəsaitini “xxxx” MMC-yə qaytarmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 fevral 2020-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 211) görünür ki, həmin gün Təqsirləndirilən şəxs 5.000 (beş min) manat pul vəsaitini “xxxx” MMC-yə qaytarmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 fevral 2020-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 209) görünür ki, həmin gün Təqsirləndirilən şəxs 5.500 (beş min beş yüz) manat pul vəsaitini “xxxx” MMC-yə qaytarmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 fevral 2020-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 28) görünür ki, “xxxx” MMC-də audit yoxlaması aparılarkən MMC-nin baş mühasibi Təqsirləndirilən şəxs tərəfindən 276.000 manat pulun bank kartı vasitəsilə mənimsənildiyi aşkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 fevral 2020-ci il tarixli raportdan (cild 1, iş vərəqə 27) görünür ki, Təqsirləndirilən şəxs 2018-ci il tarixdən etibarən “xxxx” MMC-nin işçilərini aldadaraq “xxxx” MMC-də işçilərin hesabında olan 276.000 manat pulu ələ keçirərək “xxxx” MMC-yə külli miqdarda maddi ziyan vurmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 may 2020-ci il tarixli qəbzdən (cild 3, iş vərəqə 227) görünür ki, Təqsirləndirilən şəxs 500 (beş yüz) manat pul vəsaitini “xxxx” MMC-yə qaytarmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 172) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2020-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubundan (cild 3, iş vərəqə 149) görünür ki, Təqsirləndirilən şəxs adına ünvan 2 ünvanında yerləşən 48 saylı mənzilin ½ hissəsi qediyyatdan keçmiş və hazırda həmin hissə onun paylı mülkiyyətindədir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2020-ci il tarixli “xxxx” ASC-nin məktubundan və ona əlavə edilmiş çıxarışlardan (cild 3, iş vərəqə 165- 170) görünür ki, Təqsirləndirilən şəxs “xxxx” ASC-də bank hesabları olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 iyul 2020-ci il tarixli müstəqil audit rəyindən (cild 3, iş vərəqə 196-198) görünür ki, X44 01 yanvar 2018-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək olan dövr ərzində “xxxx” MMC-nə məxsus külli miqdarda, ümumilikdə 273.478,20 (iki yüz yetmiş üç min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) manat məbləğində pul vəsaitini mənimsəmiş və nəticədə “xxxx” MMC-nə həmin məbləğdə maddi ziyan vurulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 avqust 2020-ci il tarixli “xxxx” ASC-dən götürülmüş diskə baxış keçirilməsinə dair protokoldan (cild 4, iş vərəqə 171-178) görünür ki, «xxxx» ASC-nin Səbail filialında Təqsirləndirilən şəxs, X30, Şahid5 və X59 adına açılmış əmək haqqı kartlarından pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən məxaric edildiyi müəyyən olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 avqust 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/2804 nömrəli ekspertiza rəyindən (cild 5, iş vərəqə 5-24) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 01 yanvar 2018-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək olan dövr ərzində “xxxx” MMC-nin işçilərinə ödəniləcək əmək haqlarının siyahısını hazırlayarkən qanunsuz olaraq Cəmiyyətin müxtəlif işçilərinin adlarını və qanunsuz əmək haqlarını təkrarən həmin siyahıda qeyd etmiş və həmin işçilərin qarşısında özünə məxsus kart hesab nömrəsini yazaraq 198.132,20 (yüz doxsan səkkiz min yüz otuz iki manat iyirmi qəpik) manat, X8 hesab nömrəsini yazaraq 48.249,36 (qırx səkkiz min iki yüz qırx doqquz manat otuz altı qəpik) manat, Şahid5 kart hesab nömrəsini yazaraq 20.114,93 (iyirmi min yüz on dörd manat doxsan üç qəpik) manat və Şahid4 kart hesab nömrələrini yazaraq 6.981,71 (altı min doqquz yüz səksən bir manat yetmiş bir qəpik) manat olmaqla, ümumilikdə cəmi 273.478,20 (iki yüz yetmiş üç min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) manat pul vəsaitinin həmin kart hesablarına köçürməsini təşkil etməklə və nəticədə onun tərəfindən həmin məbləğdə Cəmiyyətdə çatışmazlığın aşkar edilməsi müəyyən edimlişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 avqust 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 4, iş vərəqə 33-69) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə ittihamın elan edilməsi, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi, ödəniş kartından pulların məxaric olunmasına dair foto görüntülərin əks olunduğu diskin maddi sübut kimi tanınması, X4 və Şahid6 barəsində cinayət təqibinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 avqust 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 4, iş vərəqə 70-74) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 avqust 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 4, iş vərəqə 95-96) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 avqust 2020-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-810/2020 saylı qərarından (cild 4, iş vərəqə 106-108) görünür ki, həmin gün Təqsirləndirilən şəxs paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 4-cü evin, 48-ci mənzilinin ½ hissəsinin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində müdafiəçisi ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçisi vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçisi vasitəsilə suallar vermişdir. Məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı təqsirləndirilən şəxs öz etirazını bildirməmiş və həmin sübutları mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi özgənin əmlakını talamanın iki müstəqil formasını nəzərdə tutur: mənimsəmə və israf etmə. Özgənin əmlakını talamanın bu iki müstəqil formasının hər birinin özünəməxsus obyektiv xüsusiyyətləri vardır. Bu obyektiv xüsusiyyətlər özgənin əmlakını ələ keçirmənin üsulunda ifadə olunur. Cinayət hüququ nəzəriyyəsinə görə - mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli əşyaların ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar (məsələn, anbardar, təchizatçı, xəzinədar, mühasib və sair) özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə və ya digər formada sahibliyinə keçirir. Əgər şəxs tutduğu vəzifə ilə əlaqədar olaraq sərəncam vermə, idarəetmə, tədarük və sair səlahiyyətlər verilməklə etibar edilmiş əmlakı qanunsuz və ya əvəzsiz olaraq öz mülkiyyətinə keçirərsə, onda onun əməli Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, mənimsəmə və israfetmə cinayətin başa çatma anına görə birbirindən fərqlənirlər. Talamanın bir forması kimi mənimsəmə özgənin etibar edilmiş əmlakı təqsirkar tərəfindən onun qalan əmlakından ayrılaraq ələ keçirildiyi andan başa çatmış cinayət hesab edilir. İsraf etmə isə - həmin əmlaka qanunsuz sərəncam verildiyi, yəni əmlakın bu və ya digər formada istehlak edildiyi, sərf edildiyi, satıldığı və ya başqa üsulla özgəninkiləşdirildiyi andan başa çatmış hesab olunur. Şəxs öz qulluq mövqeyindən istifadə etməklə törədilmiş mənimsəmə və ya israf etmə o halda mövcud olur ki, həmin əməllər əmlakın etibar edildiyi və öz qulluq mövqeyinə görə həmin əmlak barəsində müəyyən səlahiyyətlərə malik maddi məsul şəxs tərəfindən törədilmiş olsun. Bu zaman şəxs təhlil edilən cinayəti törədərkən məhz öz qulluq səlahiyyətlərindən istifadə edir. Belə subyektlər sırasına anbardar, təchizatçı, mühasib və dövlət və ya fərdi müəssisələrdə bu kimi vəzifələri tutan digər şəxslər aid edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. O, qeyd edilən cinayət əməlini törədərkən, həmçinin vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı cinayət əməlini də törətmişdir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verməmişdən əvvəl Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-də baş mühasib vəzifəsində işləmişdir. Təxminən 2017-ci ilin əvvəllərində onun qardaşı Lətif Məmmədovun ailəsində problemlər yaranmış və həmin ərəfədə Təqsirləndirilən şəxs qonşusu Əsli adlı qadına qardaşının ailəsində yaranmış problemlər barədə məlumat vermişdir. Əsli adlı şəxs isə Şahid6 adlı yaxşı falçı tanıdığını və Vüsalənin ona kömək edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs Əsli adlı qadınla qonşu olduğundan və sonuncuya etibar etdiyindən Əslinin ona etdiyi təklifi xoş niyyətlə qəbul etmiş və sonuncudan onu Şahid6 ilə tanış etməsini xahiş etmişdir. Daha sonra Əsli adlı qadın Təqsirləndirilən şəxs Şahid6 işlətdiyi mobil telefon nömrəsini vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid6 ilə telefon vasitəsilə danışmış və onlar tanış olmuşlar. Təqsirləndirilən şəxs Şahid6 ilə Əsli adlı qadın vasitəsi ilə tanış olması cinayət işinin mübahisəsiz halını təşkil edir. Qeyd edilən hallar həm Təqsirləndirilən şəxs, həm də Şahid6 məhkəmə istintaqında ayrı-ayrılıqda verdikləri ifadələri ilə tam şəkildə öz təsdiqini tapmışdır. Şahid6 Təqsirləndirilən şəxs ilə tanış olduqdan sonra Şahid6 Təqsirləndirilən şəxs sadəlövh insan olduğunu hiss etmiş və sonuncunun sadəlövhlüyündən istifadə etmək istəmişdir. Belə ki, Şahid6 Təqsirləndirilən şəxs psixoloji cəhətdən təsir edərək sonuncunun qardaşına və qardaşının ailə üzvlərinə cadu olunduğunu, yaxın zamanda sözügedən şəxslərin böyük problemlərlə qarşılaşacağını bildirmiş və qardaşıgilə edilmiş caduları pozacağını deyərək bunun müqabilində müxtəlif növ əşyalar və pul vəsaitini təqsirləndirilən şəxsdən istəmişdir. Təqsirləndirilən şəxs isə Şahid6 inanaraq sonuncunun dediklərini dəfələrlə icra etmişdir. Təqsirləndirilən şəxs Şahid6 təsiri altına düşərək sonuncuya dəfələrlə müxtəlif əşyalar, pul vəsaiti, qızıl-zinət əşyaları verməsi cinayət işinin materialları ilə öz təsdiqini tapmışdır. Bundan başqa, Şahid6 gələcəkdə məsuliyyətdən yayınmaq məqsədi ilə mümkün qədər Təqsirləndirilən şəxs ilə canlı ünsiyyətdən və təmasdan çəkinmişdir. Şahid6 yuxarıda göstərilən müxtəlif əşyaları, pul vəsaitini, çoxlu sayda danışıq kartlarını Təqsirləndirilən şəxs şəxsən deyil, başqa şəxslər (faktiki nikah münasibətində olan əri Salman və oğlu Rafael) vasitəsi ilə almışdır. Eyni zamanda cinayət işinin materiallarından açıq-aşkar görünür ki, Şahid6 əri Salman adlı şəxs həmin ərəfədə telefonların təmiri və danışıq kartlarının satışı ilə məşğul olan mağazada işləmiş, Şahid6 oğlu Rafael isə Salmana bu işdə kömək etmişdir. Təqsirləndirilən şəxs dəfələrlə Şahid6 müxtəlif məbləğlərdə pul vəsaiti, qızı-zinət əşyaları və sair əşyalar verməsinə baxmayaraq, sonuncu Təqsirləndirilən şəxs əl çəkməmiş və Təqsirləndirilən şəxs göstərdiyi xidmətlərə (cadu, falçılıq və sair) görə daha çox pul verməsini istəmişdir. Təqsirləndirilən şəxs həmin dövrdə əlində olan şəxsi pul vəsaitini və digər imkanlarından istifadə edərək əldə etdiyi başqa əşyaları Şahid6 üçüncü şəxslər vasitəsi ilə təqdim etdikdən sonra Şahid6 tələbi üzrə əlavə pul vermək imkanına malik olmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs 01 yanvar 2018-ci il tarixdən 31 yanvar 2020ci il tarixədək baş mühasib kimi işlədiyi “xxxx” MMC-yə məxsus külli miqdarda, yəni cəmi 273.478,2 manat (iki yüz yetmiş üç min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaitini özünə məxsus əmək haqqı kartı və işlədiyi müəssisənin işçilərinin əmək haqqı kartları vasitəsilə «xxxx» ASC-nin Bakı şəhərində yerləşən müxtəlif bankomatlarından tam şəkildə şəxsən məxaric edərək qanunsuz şəkildə ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək «xxxx» MMC-yə məxsus olan və ona etibar edilmiş 273.478,2 manat (iki yüz yetmiş üç min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaitini həmin Cəmiyyətə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə ələ keçirmiş, eləcə də vəzifəli şəxs qismində rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi onun ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr ilə tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı müxtəlif orqanlara müraciət edərək törətmiş olduğu cinayətin üsulu və mexanizmi barədə ətraflı məlumat vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək işlədiyi “xxxx” MMC-yə məxsus 273.478,2 manat (iki yüz yetmiş üç min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaitini mənimsədiyini dəfələrlə etiraf etmiş, eləcə də törətmiş olduğu cinayət əməllərinin üsulunu və mexanizmini, başqa sözlə, qeyd edilən məbləğdə pul vəsaitini hansı üsul və qayda ilə mənimsəyərək ələ keçirdiyini açıq şəkildə göstərmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2 və 313cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla razılaşmamasının yeganə səbəbi ondan ibarətdir ki, o, həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı bildirmişdir ki, 273.478,2 manat (iki yüz yetmiş üç min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaitini ələ keçirmiş olsa da, həmin cinayəti tək başına deyil, Şahid6 vasitəsi ilə törətmiş və ələ keçirmiş olduğu bütün pul vəsaitini məhz Şahid6 ona falçılıq və cadugarlıq fəaliyyətinin əvəzi olaraq sonuncuya vermişdir. Başqa sözlə, təqsirləndirilən şəxs iddia etmişdir ki, o, 273.478,2 manat (iki yüz yetmiş üç min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaitini mənimsəmə yolu ilə ələ keçirsə də, həmin pulu özünə və ailəsinə sərf etməmiş, əksinə bütövlükdə həmin pulu Şahid6 təsiri altında sonuncuya vermişdir. Qeyd edilən məsələ ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Şahid6 sonuncunun yaxın qohumları vasitəsi ilə müxtəlif vaxtlarda, müxtəlif yerlərdə və müxtəlif məbləğlərdə pul və sair bahalı əşyaların verilməsi öz təsdiqini tapsa da, məhkəmə istintaqında onun Şahid6 verdiyi (göndərdiyi) pul vəsaitinin ümumi məbləğini və sair əşyaların ümumi dəyərini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı tərəfindən qeyd edilən hallar tam şəkildə araşdırılmamışdır. Bu səbəbdən də məhkəmə ibtidai istintaqın qeyd edilən hissədə aparmış olduğu fəaliyyətini natamam hesab edir. Başqa sözlə, ibtidai istintaq orqanı Şahid6 üçüncü şəxslər vasitəsi ilə Təqsirləndirilən şəxs əldə etmiş olduğu əşyalara dair əməllərinə hüquqi qiymət verməmişdir. Bu səbəbdən də qeyd edilən hissədə məhkəmə tərəfindən səlahiyyətli prokurorluq orqanına müraciət edilməli və Şahid6 və sonuncu ilə əlbir olan şəxslərin əməllərinə hüquqi qiymət verilməlidir. Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərə gəldikdə isə məhkəmə belə nəticəyə gəlir ki, o, Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini müstəqil şəkildə, yəni təkbaşına icra etmişdir. Belə ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini ayrı-ayrılıqda təhlil etdikdə məlum olur ki, Təqsirləndirilən şəxs məhz qulluq mövqeyindən istifadə etməklə tərəflər arasında (bir tərəfdən “işçi” qismində təqsirləndirilən şəxs, ikinci tərəfdən isə “işə götürən” qismində “xxxx” MMC) bağlanmış əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq, vəzifə təlimatı ilə vəzifəsinə aid edilən vəzifələri icra etməli olduğu halda icra etməyərək öz əmək funksiyasını pozaraq qeyd edilən cinayət əməllərini törətmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs üzərinə düşən əmək funksiyasını pozmaqla məlum cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə başqa şəxs tərəfindən onun məlumatlandırılması və məhz bu məlumatlandırma nəticəsində onun sözügedən cinayət əməllərini törətməsi inandırıcı və ağlabatan görünmür. Bundan başqa, məhkəmə istintaqında Şahid6 cinayətin törətilməsi üsulu və mexanizmi barədə Təqsirləndirilən şəxs hər hansı bir formada məlumat verməsi öz təsdiqini tapamışdır. Bu səbəbdən də məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin iddiasını tamamilə əsassız hesab edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini təsdiq edən hallardan biri də onun ibtidai istintaq zamanı bir neçə dəfə “xxxx” MMC-yə ödəniş etməklə sonuncuya vurulmuş ziyanın qismən ödənilməsində ifadə olunmuşdur. Onun tərəfindən 23.000 manat məbləğində ziyan ödənilmişdir. Vurulmuş ziyanın qismən ödənilməsi də ona dəlalət edir ki, Təqsirləndirilən şəxs işlədiyi müəssisəyə məxsus külli miqdarda pul vəsaitini mənimsəmə yolu ilə qanunsuz şəkildə ələ keçirmişdir. Yuxarıda göstərilənləri bir daha məcmu halda təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməllərində həqiqətən də Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin zəruri təkib əlamətləri var. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna və mexanizminə hüquqi qiymət verərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə tövsif edir və belə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməli və o, cinayətlərin məcmusu qaydasında həmin maddələr üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətmişdir. Onun törətmiş olduğu hər bir əməl başa çatmış cinayətdir, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 313-cü maddəsində isə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayəti Şahid6 qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, evli olmasını, qismən ziyanı ödəməsini (23.000 manat) və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq və zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə vurulmuş külli miqdarda ziyanın xeyli hissəsinin ödənilməməsini məcmu halda qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi cinayət əməlləri üzrə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri üzrə azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməklə yanaşı, həmin maddələr üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinin sanksiyası həddində əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən həmin Məcəllənin 179.3.2-ci maddəsi üzrə də əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası, həmin Məcəllənin 179.3.2 və 313-cü maddələrinin sanksiyası həddində Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş əsas cəzaları qismən toplamaqla, təyin edilmiş əlavə cəzaları qismən toplamaqla və əsas cəzanı əlavə cəza ilə birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hal-hazırda Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə olduğundan və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməlidir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Ona təyin edilmiş əsas cəzanın əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 26 may 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olub ödəniş kartından pulların məxaric olunmasına dair foto görüntülərin əks olunduğu 1 (bir) ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda ibtidai araşdırma zamanı məhkəmə qərarı ilə Təqsirləndirilən şəxs paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 4cü evin, 48-ci mənzilinin ½ hissəsinin üzərinə həbs qoyulmuşdur. Zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC tərəfindən cinayət mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmədiyindən, üzərinə həbs qoyulmuş mənzil üzərində digər şəxslərin də mülkiyyət hüququ mövcud olduğundan, eləcə də sözügedən mənzil təqsirləndirilən şəxsin yeganə yaşayış yeri olduğundan məhkəmə hesab edir ki, həmin mənzilin təqsirləndirilən şəxsə məxsus hissəsi üzərinə qoyulmuş həbs ləğv edilməli və mənzilin ona məxsus hissəsi həbsdən azad edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC tərəfindən cinayət mühakimə icraatı qaydasında mülki iddia verilmədiyindən məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə ona vurulmuş ziyanla bağlı (təqsirləndirilən şəxs tərəfindən ziyanın qismən, yəni 23.000 manat məbləğində ödənilməsi nəzərə alınmaqla) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2.-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi üzrə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza həmin Məcəllənin 313-cü maddəsi ilə təyin edilmiş əsas cəza ilə, əlavə cəza isə əlavə cəza ilə qismən toplanılsın, Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş qəti əsas cəzanın əvvəli 26 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olub ödəniş kartından pulların məxaric olunmasına dair foto görüntüləri özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Təqsirləndirilən şəxs paylı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən evin 48 saylı mənzilin ½ hissəsinin üzərinə qoyulmuş həbs ləğv edilsin və mənzilin ½ hissəsi həbsdən azad edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar