Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-296/2022 20.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, X20, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X5, X13 və Dövlət ittihamçısı, müdafiəçi–“ARBİTRİUM” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 05 avqust 1991-ci il tarixdə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda pasport qeydiyyatında olan və halhazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3, 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan zamanda qanunsuz olaraq satış məqsədi ilə 01 (bir) ədəd sellofan torbanın içərisində ayrı-ayrılıqda 20 (iyirmi) ədəd kibrit qutularında olmaqla 4,459 qram, 4,535 qram, 4,806 qram, 4,611 qram, 4,393 qram, 4,614 qram, 4,559 qram, 4,417 qram, 4,638 qram, 4,659 qram, 4,576 qram, 4,418 qram, 4,291 qram 1,776 qram, 4,396 qram, 4,659 qram, 4,431 qram, 4,615 qram, 4,693 qram və 4,645 qram olan cəmi təmiz çəkisi 88,191 qram təşkil edən bitki mənşəlli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı, 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 248,661 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda tiryəki, 10 ədəd konvalyutda, qəhvəyi rəngli, dairəvi formalı, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, cəmi 96 (doxsan altı) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 3,84 qram təşkil edən narkotik vasitə hesab olunan külli miqdarda metadonu, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 6,894 qram təşkil edən bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən həşişi, 02 (iki) ədəd qutuda ümumi sayı 456 ədəd olan tropikamidin təsir maddəsinin ümumi miqdarı 45,6 qram təşkil edən, külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan “Mydrax 1%” göstəricili tropikamid dərman preparatını şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə edib kirayə yaşadığı ünvan 2 ünvanına daşıyaraq orada saxlamış, 26 yanvar 2021-ci il tarixdə saat 06:30 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaşadığı həmin ünvana baxış keçirilərkən mənzilin qonaq otağında yerləşən ağ rəngli dolabın orta hissəsindən 01 (bir) ədəd sellofanın torbanın içərisində ayrı-ayrılıqda 20 (iyirmi) ədəd kibrit qutularında olmaqla təmiz çəkiləri 4,459 qram, 4,535 qram, 4,806 qram, 4,611 qram, 4,393 qram, 4,614 qram, 4,559 qram, 4,417 qram, 4,638 qram, 4,659 qram, 4,576 qram, 4,418 qram, 4,291 qram 1,776 qram, 4,396 qram, 4,659 qram, 4,431 qram, 4,615 qram, 4,693 qram və 4,645 qram olan cəmi təmiz çəkisi 88,191 qram təşkil edən bitki mənşəlli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 248,661 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda tiryək, 10 ədəd konvalyutda, qəhvəyi rəngli, dairəvi formalı, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, cəmi 96 (doxsan altı) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 3,84 qram təşkil edən narkotik vasitə hesab olunan külli miqdarda metadon, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 6,894 qram təşkil edən bitki mənşəlli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən həşiş və 1 (bir) ədəd elektron tərəzi, mənzilin yataq otağında olan termonun alt hissəsindən isə 02 (iki) ədəd karton qutuda, ümumi sayı 456 ədəd olan, tropikamidin təsir maddəsinin ümumi miqdarı 45,6 qram təşkil edən, külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan “Mydrax 1%” göstəricdi tropikamid dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 yanvar 2021-ci il tarixdə axşam saatlarında valideynlərinə baş çəkmək üçün dostu ilə birgə Neftçala rayonuna getmişdir. 25 yanvar 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində olan yaşadığı mənzilə gəlmişdir. 26 yanvar 2021-ci il tarixdə təxminən gecə 01 radələrində tanışı ilə görüşmək üçün həyətə düşmüş, belə ki, o, getmək üçün *9933 taksi sifariş vermişdir. Blokun qarşısında bir nəfər sonradan adının Azər olduğunu bildiyi polis əməkdaşı ona yaxınlaşmışdır. Bundan sonra əlavə olaraq 3 nəfərdə mülki geyimdə şəxslər gəlmişlər. Onların polis əməkdaşı olduqlarını bildikdən sonra müqavimət göstərməmişdir. Belə ki, ona onlarla getməyini təklif etmişlər. Səbəbini soruşduqda isə avtomobilə əyləşdikdən sonra deyəcəklərini bildirmişlər. Etiraz etməmiş və avtomobilə minmişdir. Həmin avtomobili polis əməkdaşı Aqşin adlı şəxs sürmüş, Azər adlı şəxs qarşıda oturmuş, Babək onun sol tərəfində, adını xatırlamadığı polis əməkdaşı isə sağ tərəfdə oturmuşdur. Avtomobilə mindikdən sonra Azər ona nəşə çəkməyi təklif etmişdir. O, Azərə birdən ikidən birlikdə nəşə çəkib çəkmədiklərini soruşmuşdur. Bundan sonra Azər təkidlə gəzmək istədiyini bildirmişdir. O etiraz etməmiş və onlar birgə Badamdar istiqamətində hərəkət etməyə başlamılar. Azər adlı polis əməkdaşı qarşısında dayandıqları binanın hara olduğunu soruşmuşdur. O, həmin binanı tanımadığını bildirdikdə, Azər oranın Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binası olduğunu bildirmişdir. Ona hansı səbəbdən həmin idarəyə gəldiklərin soruşduqda Azər bir azdan ona hər şeyin aydın olacağını bildirmişdir. Xidməti otaqların birində Babək adlı polis əməkdaşı ona qandal vurmuş və rəisin gəlməyini gözlədiklərini bildirmişdir. Bir azdan Müşviqin harada olmağını soruşmuş və təklif etmişdir ki, onun yerini deyəcəyi təqdirdə onu buraxacaqlar. O, isə Müşviq adlı şəxsi ümumiyyətlə, tanımadığını bildirmişdir. Bundan sonra ona bildirmişdir ki, səhər saatlarında rəis gəldikdən sonra onu buraxacaqlar. 26 yanvar 2021-ci il tarixdə səhər saatlarında otağa Azər, adını bilmədiyi polis əməkdaşı və mülki geyimdə lakin üzərində polis yazısı olan jiletli bir şəxs və sonradan adının Mahir olduğunu öyrəndiyi rəis dedikləri bir nəfər şəxs daxil olmuşdur. Onlar onu döyməyə başlamışlar. Bunun səbəbini soruşduqda isə Müşviq adlı şəxsin onlara lazım olduğunu və onun yerini deməsini bildirmişlər. Bundan sonra onun narkotik vasitələrlə əlaqəsi olduğunu bildirmişlər. O, isə özü axund müavini olduğunu və lazım gələrsə analiz verərək narkotik vasitə istifadə etmədiyini sübut edə biləcəyini bildirmişdir. Daha sonra ondan dünən gecə Neftçala rayonundan narkotik vasitə gətirdiyini soruşmuşlar. O isə cavabında onları mənzilinə dəvət etmişdir. Saat təxminən 11 radələrində yaşadığı Dadaş Bünyatzadə 10 ünvanına getmişlər, liftlə qalxan zaman Azər liftin düyməsini xarab etmiş və buna görə də o, 12-ci mərtəbəyə pilləkənlə qalxmaq məcburiyyətində qalmışdır. Mənzilinin giriş qapısına yaxınlaşarkən mənzildən Babək və Azərin çıxdığını gördükdə nəyə görə ondan icazə almadan evinə daxil olduqlarını soruşmuşdur. Bu zaman polis əməkdaşları təhlükəsizlik baxımından mənzilinin qapısını açdıqlarını bildirmişlər. Mənzilə daxil olmuşlar və tez də çıxıb baş idarəyə qayıtmılar. Orada müstəntiqin və vəkilin iştirakı ilə yaşadığı mənzilə baxış keçirmək üçün yenidən gedəcəklərini bildirmişlər. O, razılıq vermiş, liftlə qalxanda müstəntiq ona bildirmişdir ki, üzərində nə olması ilə bağlı sual verdikdə mənzilinin açarı olduğunu, ondan alındığını, daha sonra isə özünə qaytardıqlarını bildirmişdir. Ancaq o, açarın əslində onda olmadığını bildirmişdir. Mənzilini açıb mənzilə daxil olmuşlar, daha sonra açarı özünə qaytarmışlar ki, cibinə qoyub videoçəkiliş zamanı təqdim etsin. Daha sonra ona şkafı açıb, orada olan qırmızı rəngli qabı göstərməsini tələb etmişlər. Qabın içərisində nə olduğunu soruşduqda bilmədiyini bildirmişdir. Daha sonra Azər qabın içərisində narkotik vasitə tiryək olduğunu bildirmişdir. Sonra isə mənzilin yataq otağına apararaq çarpayının altını qaldıraraq orada əvvəllər görmədiyi iki qutu çıxarıb içərisində fars hərfləri ilə “çeşme maye” sözləri yazıldığını görmüş və bundan sonra Azərə aptekdə işləyib işləmədiyini soruşmuşdur. Beləliklə, Azər narahat olmamağını, həmin maddələrin baş idarəyə aparılacağını və daha sonra onu buraxacaqlarını bildirmişdir. Baş idarədə Azər onu 20.000 manat müqabilində buraxacaqlarını bildirmişdir. Daha sonra təhqiqatçı ona sənədləri imzaladıqdan sonra buraxacaqlarını bildirmişdir. O, 24 yanvar 2021-ci il tarixdə rayona getməmişdən qabaq açarları evin sahibi olan Müşviq Nağıyevə vermiş, o da açarı öz işçisinə vermişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, polislər tərəfindən yaşadığı Dadaş Bünyatzadə 10 ünvanının qarşısında saxlanılmış, həmin vaxt tanışı ilə görüşə gedirmiş. Onun avtomobili olmadığı üçün taksi sifariş etmiş, taksi sürücüsü çatdı deyə aşağı düşmüş, lakin onu görməmişdir. O, polislər tərəfində tutulan zaman yaşadığı binanın aşağısında yerləşən market işlədən oğlanlar və yanlarında olan bir neçə şəxs də görmüşlər. Mənzilinə baxış keçirilən zaman polis əməkdaşları 4 maşınla gəlmişlər və hər avtomobildə təxminən 3 nəfər olmuşdur. Mənzilinə baxış keçirilən zaman saat təxminən 13 radələri olmuş, polis əməkdaşları tərəfindən döyülməyi ilə bağlı müstəntiq Əli Əliyevə, eyni zamanda, dövlət hesabına təyin edilmiş müdafiəçiyə də bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25 yanvar 2021-cı il tarixdə Yasamal rayonu ərazisində X6 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı baş idarəyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə raportla məruzə edildikdən sonra müvafiq tədbirlərin həyata keçirilməsi üçün Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və 26 yanvar 2021-cı il tarixdə gecə radələrində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış, idarəyə dəvət edilmiş və orada üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Bu zaman üzərində olan oyuncaq tapançanı könüllü şəkildə təqdim etmişdir. Eyni zamanda, Vusal yaşadığı ünvanda narkotik vasitələrin olduğunu bildirmişdir. Özünün də razılığı ilə ünvan 4 ünvanında yerləşən evinə getmişlər, oradan aşkar edilmiş narkotik vasitələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Şahid həmçinin ifadəsində göstərmişdir ki, gecə saat 03-04 radələri olduğu üçün Vusal saxlanılan zaman hara getdiyini soruşduqda, o, taksi gözlədiyini bildirmişdir. Lakin onlar taksini görməmişlər. Təqsirləndirilən şəxs saxlamaq üçün ya onun, ya da Şahid1 avtomobili ilə getmişlər. Lakin hadisənin üstündən uzun zaman keçdiyi üçün xatırlamır. Onun avtomobili “BMW”, Babəkin maşını isə “Hyundai” markalı avtomobildir. Hər ikisinin maşını ağ rəngdədir. Vusal Məhərəmovun mənzilində aparılmış videoçəkiliş zamanı “Sony” markalı kameradan istifadə edilmişdir, ancaq məlum hadisədən kifayət qədər uzun bir zaman keçdiyi üçün çəkilişin onun və ya həmkarı Babək tərəfindən aparılması yadında deyildir. Təqsirləndirilən şəxs evinə gedərkən artıq yavaş-yavaş səhər açılmış, ancaq saatı xatırlamır. Təqsirləndirilən şəxs mənzilinin qapısını açması görüntülərinin videoçəkilişdə əks olunub-olunmadığını xatırlmaır. Təqsirləndirilən şəxs mənzilinə videoçəkiliş vasitəsilə axtarış keçirildikdən sonrakı günlərdə getməmişlər. Həmin vaxt mobil telefonunun maşında, yoxsa xidməti otağında olduğunu xaırlamır. Ancaq onu deyə bilər ki, tədbir keçirilən zaman mobil telefonunu üzərində götürmür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, Vüsalın Neftçaladakı evində də qalmış, belə ki, Vüsal özü onu qonaq çağırmışdır. Vüsalın polislər tərəfindən saxlanıldığını səhəri gün qardaşından öyrənmiş, Vüsal həmin günü onun yaşadığı mənzilə gəlməli idi, nə qədər gözləsə də gəlməmiş, zəng etmiş, zəng də çatmamış, mesaj yazmış, cavab verən olmamıdır. Məlum hadisə baş verən gün Vüsalla sonuncu dəfə gecə təxminən 23:30 radələrində telefonla danışmış və Vüsal onun yanına gəlmək üçün taksi çağırdığını bildirmiş, Vüsal Məhərrəmovun mənzilində dəfələrlə olmuş, lakin, ona hər hansı otağa girməyi qadağan etməmişdir. Vüsal Məhərrəmovun mənzilində narkotik vasitə görməmiş, belə ki, onun narkotik vasitədən istifadə etməsinin heç vaxt şahidi olmamışdır. Vüsal dindar birisi olduğu üçün onunla münasibət qurmuşdur. Şahid həmçinin ifadəsində göstərmişdir ki, Vüsalın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı olmamış, 3-4 ildir ki, Vüsalla biri-birilərini tanımışlar, Təqsirləndirilən şəxsla ər-arvad münasibətində olmuşlar, övladları yoxdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, Vüsalı sonucu dəfə gördüyü vaxt dəqiq yadında deyil, belə ki, onu müstəntiq ifadəsini almaq üçün çağırdıqdan təxminən bir ay qabaq görmüşdür. Vüsalı sonuncu dəfə görəndə səhər saatları olmuş və mülki geyimdə olan şəxslərlə getdiyini görmüdür. Həmin vaxt yanında Fərasət adlı şəxs də olmuşdur. O, dükanı səhər saat 08 radələrindən açır, belə ki, Vüsalı gördüyü gün mağazanı açmağından təxminən 2 saat vaxt keçmişdir. Vüsalın əlinin üstünə jilet atmışlar, belə ki, eyni zamanda, onu dairəyə alıb aparırmışlar. Vüsalın narkotik vasitələrlə əlaqəli olduğu üçün tutulduğunu sonradan Fərasətdən öyrənmişdir. Vüsalı dindar, sakit bir insan kimi tanımış, belə ki, Vüsal, hər gün onun mağazasından bazarlıq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Vüsal Məhərrəmov onun qardaşıdır. 24 yanvar 2021-ci il tarixdə rayondan qayıdandan sonra Vusaldan xəbər almamışlar və sonradan onlara məlum olmuşdur ki, o, həbs olunub. O, atası, Vusalın həyat yoldaşı da onun kirayə tutduğu mənzildə olmuşlar. Hətta Yeni ili orada qeyd etmişlər. Mənzil iki otaqdan ibarətdir, belə ki, Vusal onlara hər hansı otağa girməməyi qadağan etməmişdir. Vusalın mənzilində hər hansı qanunsuz əşya görməmiş, ümumiyyətlə Vüsal, siqareti belə gizli çəkmişdir. Qardaşı Vusalın narkotik vasitələrlə hər hansı bir əlaqəsi yoxdur. Vusal hər zaman dinlə maraqlanıb və onlar da ona baxıb İslam dininin qaydalarını öyrənmişlər. Vüsal, Neftaçala rayonu, Bankə qəsəbəsində axund müavini vəzifəsində işləmişdir. Vusal əvvəllər Bakıya gələndə monun ailəsi ilə kirayə yaşadığı evdə qalmış, ancaq sonradan aylıq qazancının kifayət etməsi səbəbindən şəhərin mərkəzində kirayə ev tutmaq istəmişdir. Mənzilə baxış keçirilən zaman orada iştirak etməmişdir. Vusalın kirayə ev tutmasının əsl səbəbi Günay adlı xanımla münasibət qurması olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Vüsal onun oğludur. Vusalın Bakıdakı evində bir neçə dəfə olmuş, kirayə tutduğu evdə heç vaxt gecələməmiş, belə ki, oraya səhər gedib, axşam çıxmışdır. O, Vusalın mənzilində olan zaman Vüsal özü də orada olmuşdur. Vusal ona mənzilində hər hansı otağa daxil olmağa qadağa qoymamışdır. Oğlu narkotik vasitə istifadə etmir və onun satışı ilə də məşğul olmur. Ümumiyyətlə, onun siqaret çəkməsini belə o, bilməmişdir. Vusalın aylıq qazancı 3000-3500 manat məbləğində olmuş, belə ki, Vüsal, həm axund müavini işləmiş, həm ərəb-fars dillərini bildiyi üçün tərcüməçilik etmiş, eyni zamanda, çay evini icarəyə götürüb işlətmişdir. Vusalın həbs olunması ilə bağlı məlumatı təxminən 10 gün sonra bilmişdir. Belə ki, o, rayonda olmuşdur. Digər oğlu Vusalın telefonuna zəng çatmadığını görüb, evinə getmiş, evin qapısı da bağlı olmuşdur. Müstəntiqdən Vusalın həbs olunması ilə bağlı ailə üzvlərinə məlumat verməməklərinin səbəbini soruşduqda, müstəntiq oğluna “Böyük-böyük danışma, elə eləmə ki, səni də qardaşının yanına göndərək” demişdir. Mənzilə baxış keçirilən zaman orada iştirak etməmişdir. O, oğluna nəzarət etmək məqsədilə onun kirayə tutduğu mənzilə tez-tez gedib-gəlmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, taksi sürücüsüdür. Təqsirləndirilən şəxs tanımır, ilk dəfədir onu görür. Ona təxminən gecə saat 01 radələrində sifariş gəlmiş. Sifarişi qəbul etdiyi ünvan Yasamal rayonu, “Bizim market”in qarşısı olmuş, gedəcəyi ünvan isə Qara Qarayev prospekti olmuşdur. Vusalın müştəri kimi nömrəsi ona göndərilmişdir, ancaq hadisənin üstündən uzun müddət vaxt keçdiyi üçün həmin nömrəni xatırlamır. İstifadəsində olan mobil telefonu müstəntiqə təhvil vermişdir. O, Vusalın mobil nömrəsinə zəng edəndə onu gözlədiyini bildirmiş və bir nəfər şəxs 3 dəqiqəyə gələcəyini demiş, ancaq danışanın Vusal və ya başqa biri olduğunu bilməmişdir. Bundan sonra təxminən 10 dəqiqə gözləmiş, sonra həmin nömrəni yiğanda artıq bu dəfə telefonu açmamışlar. Daha sonra növbəti dəfə zəng vuranda bu dəfə telefonu açıb, “Qardaş, sən gözləmə, get” demişlər. Ancaq danışanın kim olduğunu bilməmişdir. Telefon zəngini açan əməliyyat müvəkkili Şahid2 olmuşdur. 26 yanvar 2021-cı il tarixdə saat 06:30 dan 07:12-dək olan müddət ərzində keçirilmiş baxış keçirilməsi və götürmə haqqında protokolundan görünür ki, X9 yaşadığı ünvan 6 ünvana baxış zamanı qeyd olunan narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının 26 yanvar 2021-cı il tarixli 6/350 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərfidər üçün №- 7» dairəvi möhür əksi olan kağız paketdə və 2 ədəd karton qutuda olan:-üzərində «Vüsal Məhərrəmovun yaşadığı evdən aşkar edilmiş» sözləri qeyd edilmiş kağız paketi açdıqda içərisindən bir ədəd bükümdə təmiz çəkisi 248,661 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Təqdim olunmuş ümumi sayı 96 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 3,84 qram 91 ədəd həbdə 0,04 qram təşkil edir və dərman həbləri xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikaksınm ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in siyahısına (Siyahı İİ) daxildir. Üzərində «Vüsal Məhərrəmovun yaşadığı mənzildən aşkar edilmiş karton qutuda» söləri qeyd edilmiş 2 ədəd karton qutuda ümumi sayı 456 ədəd olan «Mydrax 1%» göstəricili dərman flakonları eyni tərkibli tropikamid dərman preparatıdır. Təqdim olunmuş ümumi sayı 456 ədəd olan dərman flakonlarında tropikamidin təsir maddəsinin ümumi miqdarının 45,6 qram-dır. Tropikamid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» (l nömrəli əlavə) daxildir. Tiryək 2005-ci 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikaksınm ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin toz şəkilində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və X3 aşkar edilmiş tiryək ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. 26 yanvar 2021-cı il tarixli 7\110 nömrəli rəydən görünür ki, -Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs...... » yazılar və imzalar olan kağız paketdəki sellofan torbada 20 (iyirmi) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-4,459 qram; 4,535 qram; 4,806 qram; 4,611 qram; 4,393 qram, 4,614 qram, 4,559 qram, 4,417 qram, 4,638 qram, 4,659 qram, 4,576 qram, 4,418 qram, 4,291 qram 1,776 qram, 4,396 qram, 4,659 qram, 4,431 qram, 4,615 qram, 4,693 qram və 4,645 qram olmaqla ümumi xalis çəkisi 88,191 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabış) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanardır. Marixuanaların ümumi çəkisi-88,191 qramdır. Təqdim olunmuş 20 (iyirmi) ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş üzərində "Vüsal Məhərrəmovun yaşadığı evdən aşkar edilmiş maddələr» yazılar və imzalar olan 2 №-li kağız paketdə 1 (bir) ədəl gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi-:6,894 qram olan maddə (bitki mənşəli kütlə) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindəın kustar üsulla hazırlanmış tnarkotik vasitə-həşişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-ballistik ekspertizasının 04 fevral 2021-cı il tarixli 3\180 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd tapança zavod üsulu ilə istehsal edilmiş, sıxılmış hava təzyiqi iş prinsipinə malik olan, plastik kürə atan oyunçaq tapançadır, odlu silah və qaz silahı hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. İş üzrə təqsirləndirilən şəxs X6 üzərinə baxış keçirilərkən aşkar olunmuş ona məxsus iki ədəd Xiaomi markalı mobil telefona baxış keçirilmiş, iş üzrə istintaq əhəmiyyəti kəsb edən məlumat aşkar olunmamışdır. Məhkəmə isintaqı zamanı tədqiq olunmuş məhkəmə-kompüter-texniki ekspertizasının 08 may 21021-ci il tarixli 5/377 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı ’’Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş,’’X33 9S” markalı “M2003J6A1G” modelli “**********58796, **********58804” imei kodlu mobil smartfon, hal hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı ’’Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş, ’’X34 10 Lite” markalı “M2002F4LG” modelli ”**********43779. **********43787” imei kodlu mobil smartfon hal hazırda işlək vəziyyətdədir. “X33 9S” marklı “M2003J6A1G” modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (“Whatsapp” proqram təxminatı vasitəsi ilə aparılmış çat seansı, audio, veido fayllar, auido zəng və sairə mübadilələr) pozulub pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. “X34 10 Lite” markalı “M2002F4LG” modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (“Whatsapp” proqram təxminatı vasitəsi ilə aparılmış çat seansı, audio, veido fayllar, auido zəng və sairə mübadilələr) pozulub pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə narkoloji ekspetizasının xx.xx.2021-ci il tarixli 1452 nömrəli rəyindən görünür ki, X7 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nətiçələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-psixiatrik ekspertizasının 27 iyul 2021-cı il tarixli 2317 saylı rəyindən görünür ki, X7 yüngül ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu aşkar olunur. Bununla yanaşı qeyd olunmadlıdır ki, X7 aşkar edilən üzvi şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimayi təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. X15 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X15 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini və ictimai təhlükəlliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. X8 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin ilkin mərhələsində X16 şübhəli şəxs qismində tutulandan sonra, üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş və mənzilində axtarış zamanı çəkilmiş video görüntünün əks olunduğu 2 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə X6 yaşadığı mənzildən aşkar olunmuş 01 (bir) ədəd sellofanın torbanın içərisində ayrı-ayrılıqda 20 (iyirmi) ədəd kibrit qutularında 4,459 qram, 4,535 qram, 4,806 qram, 4,611 qram, 4,393 qram, 4,614 qram, 4,559 qram, 4,417 qram, 4,638 qram, 4,659 qram, 4,576 qram, 4,418 qram, 4,291 qram 1,776 qram, 4,396 qram, 4,659 qram, 4,431 qram, 4,615 qram, 4,693 qram və 4,645 qram olmaqla ümumi xalis çəkisi 88,191 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir ) ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 6,894 qram olan tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş, 01 (bir) ədəd sellofan bükümdə içərisində xalis çəkisi 248,661 qram olan tünd göy rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 01 (bir) ədəd elektron tərəzi və üzərində “Metadon-40” yazısı olan dərman listinin içərisində 96 (doxsan altı) ədəd həb qəhvəyi rəngli dairəsi formalı ayrı-ayrılıqda 0,04 qram olmaqla ümumi xalis çəkisi 3,84 qram olan narkotik vasitə olan metadon, evin yataq otaqında termonun alt hissəsində 02 (iki) ədəd qutunun içərisində üzərində 'Alydrax 1%” yazısı olan ümumi saylı 456 (dörd yüz əlli altı) ədəd olmaqla ayrı ayrılıqda çəkisi 0,1 qram olmaqla ümumi xalis çəkisi 45,6 qram olan dərman flakonlar güclü təsir edici maddə olan tropikamidin və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və ibtidai istintaq yekunlaşdıqdan sonra saxlanılması üçün Yasamalr Polis İdarəsin Növbətsi Hissəsinə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi vəsatət verərək ibtidai istintaq zamanı əldə etdiyi Vüsal Məhərrəmovun mənzilinə baxış keçirilməsini əks etdirən ilkin videogörüntüləri və bununla əlaqədar alınmış mütəxəssis rəyini sübutların siyahısına əlavə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqdim olunan videogörüntülərin əldə olunma mənbəyi qeyri müəyyən olunduğundan, həqiqəti əks etdirib-etdirməməsi şübhə doğurduğundan, müdafiəçi tərəfindən təqdim olunmuş videogbrüntüləri və onların əsasında alınmış mütəxəssis rəyi iş üzrə sübut əhəmiyyəti daşıya bilməz. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, X16 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı X4 əldə etdiyi külli miqdarda narkotik vasitənin və külli miqdarda zəhərli maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində bir sıra istintaq- əməliyyat tədbirləri həyata keçirilsə də, qeyd olunan vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Odur ki, X6 əldə etdiyi külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs X16 ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək, ibtidai istintaq və məhkəmədə vermiş olduğu ifadəsində kirayə yaşadığı mənzildən aşkar olunan narkotik vasitələrin özün məxsus olmadığını, həmin narkotik vasitələrin ora polis əməkdaşları tərəfindən qoyulduğunu bildirməkdə məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Onun tərəfindən ictimai təhlükəli əməlin təqsirli olaraq törədilməsi, iş üzrə tərtib edilmiş axtarış və götürmə protokollarından, məhkəmə - fiziki kimyəvi və bioloji ekspertizalarının rəylərindən, baxış və götürmənin aparıldığı videogörüntünün aparıldığı CD diski, şahid ifadələri və işin digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs X6 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3, 240.3.2-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X6 himayəsində iki azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X6 əməlində məhkəmə isintaqı zamanı onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə hesab edir ki, X10 ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəza ümumi cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, X16 26 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, X10 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı 26 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan X6 yaşadığı mənzildən aşkar olunmuş 01 (bir) ədəd sellofan torbanın içərisində ayrı-ayrılıqda 20 (iyirmi) ədəd kibrit qutularında 4,459 qram, 4,535 qram, 4,806 qram, 4,611 qram. 4,393 qram, 4,614 qram, 4,559 qram, 4,417 qram, 4,638 qram, 4,659 qram, 4,576 qram, 4,418 qram, 4,291 qram 1,776 qram, 4,396 qram, 4,659 qram, 4,431 qram, 4,615 qram, 4,693 qram və 4,645 qram olmaqla ümumi xalis çəkisi 88,191 qram ekspertiza tədqiqatından sonra qalıq çəkisi 87,791 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir ) ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 6,894 qram ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,874 qram olan tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş, 01 (bir) ədəd sellofan bükümdə içərisində xalis çəkisi 248,661 qram olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 248,561 qram tünd göy rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, üzərində “Metadon-40” yazısı olan dərman listinin içərisində 96 (doxsan altı) ədəd ekspertiza tədqiqatından sonra qalıq 91 ədəd olan narkotik vasitə olan metadon, 2 (iki) ədəd qutunun içərisində üzərində “Mydrax 1%” yazısı olan ümumi sayı 456 (dörd yüz əlli altı) ədəd ekspertiza tədqiqatından sonra qalıq 448 (dörd yüz qırx səkkiz) ədəd olan dərman flakonlar güclü təsir edici maddə olan tropikamidin və bir ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə iki ədəd DVD formatlı disk iş materiallarında saxlanılmalıdır İş üzrə ekspertiza xərcləri 255 (iki yüz əlli beş) manat 46 (qırx altı) qəpik X3 tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3, 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq X11 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X15 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan X6 yaşadığı mənzildən aşkar olunmuş 01 (bir) ədəd sellofan torbanın içərisində ayrı-ayrılıqda 20 (iyirmi) ədəd kibrit qutularında ekspertiza tədqiqatından sonra qalıq çəkisi 87,791 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir ) ədəd gümüşü rəngli kağız bükülüdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,874 qram olan tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş, 01 (bir) ədəd sellofan bükümdə içərisində ekspertiza tədqiqatından sonra qalıq çəkisi 248,561 qram tünd göy rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, üzərində “Metadon-40” yazısı olan dərman listinin içərisində ekspertiza tədqiqatından sonra qalıq 91 ədəd olan narkotik vasitə olan metadon, 2 (iki) ədəd qutunun içərisində üzərində “Mydrax 1%” yazısı olan ekspertiza tədqiqatından sonra qalıq 448 (dörd yüz qırx səkkiz) ədəd olan dərman flakonlar güclü təsir edici maddə olan tropikamidin və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə iki ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın İş üzrə ekspertiza xərcləri 255 (iki yüz əlli beş) manat 46 (qırx altı) qəpik X3 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, X16 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-296/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-296/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver