Məhkəmə qərarları › İş №1(101)-296/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-296/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-296/2023 16.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 24 avqust 1990-cı il tarixdə Tovuz rayonu, Yuxarıöysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni külli miqdarda əldə edib saxlayaraq daşımışdır: belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi - 512,61 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda təmiz çəkisi - 7,199 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, üzərindəki göstəriciyə əsasən təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı - 12,16 qram külli miqdar təşkil edən üzərində “Methadone-40” göstəricisi olan 30 ədəd tam, 01 ədəd kəsik konvalyutda cəmi 304 ədəd qəhvəyi rəngli həbi, külli miqdarda təmiz çəkisi- 585,538 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etdikdən sonra bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi - 7,571 qram olan psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımış, bir ədəd bağlamada külli miqdarda təmiz çəkisi- 500,0 qram olan psixotrop maddə metamfetamini, üzərindəki göstəriciyə əsasən təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı- 12,0 qram külli miqdar təşkil edən üzərində uMethadone-40” göstəricisi olan 30 ədəd konvalyutda cəmi 300 ədəd qəhvəyi rəngli həbi, bır ədəd bağlamada təmiz çəkisi- 585,0 qram külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı daşıyaraq idarə etdiyi avtomobildə gizlədib saxlamış, yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,764 qram, 0,762 qram, 0,813 qram, 0,819 qram, 0,764 qram, 0,559 qram, 0,558 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi- 5,039 qram külli miqdarda psixotrop maddə metamfetamini, bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi - 7,199 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd konvalyut kəsiyində 04 ədəd üzərindəki göstəriciyə əsasən təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 0,16 qram olan üzərində “Methadone-40” göstəricisi olan həbi, dörd ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,138 qram, 0,273 qram, 0,076 qram, 0,051 qram olmaqla ümumilikdə təmiz çəkisi- 0,538 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı daşıyaraq yaşadığı evdə gizlədib saxlamış, 14 may 2022- ci il tarixdə, saat 20:15 dəqiqədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində yerləşən yanğından mühafizə məntəqəsinin yaxınlığında Kia Rio markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında şübhəli şəxs qismində saxlanılıb, Sabunçu RPİ-nin 14-cü polis bölməsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi- 7,571 qram olan psixotrop maddə metamfetamin, idarə etdiyi Kia Rio markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa baqaj hissəsindən bir ədəd sellofan bağlamada saxladığı külli miqdarda təmiz çəkisi- 500,0 qram olan psixotrop maddə metamfetamin, üzərindəki göstəriciyə əsasən təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı - 12,0 qram külli miqdar təşkil edən üzərində “Methadone-40” göstəricisi olan 30 ədəd konvalyutda 300 ədəd qəhvəyi rəngli həbi, bir ədəd sellofan bağlamada külli miqdarda təmiz çəkisi- 585,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, onun səmimi etirafı ilə təsdiqlənmiş məlumat əsasında əməliyyat- axtarış tədbirlərinin davamı olaraq, həmin gün yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən nömrəsiz fərdi evə baxış zamanı isə evin girişdən sağ tərəfdə yerləşən yataq otağında sol tərəfdə olan uşaq çarpayısına bitişik taxta konstruksiyalı dolabın alt hissəsindən plastik qabın içərisində saxladığı yeddi ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,764 qram, 0,762 qram, 0,813 qram, 0,819 qram, 0,764 qram, 0,559 qram, 0,558 qram olmaqla ümumilikdə təmiz çəkisi- 5,039 qram külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi- 7,199 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd konvalyut kəsiyində 04 ədəd üzərindəki göstəriciyə əsasən təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 0,16 qram olan üzərində “Methadone-40” göstəricisi olan həbi, dörd ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,138 qram, 0,273 qram, 0,076 qram, 0,051 qram olmaqla ümumilikdə təmiz çəkisi- 0,538 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddələrin və narkotik vasitələrin satışında istifadə olunan, səthində narkotik vasitə heroin izləri olan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 may 2022-ci il tarixdə saat 17 radələrində instanqramda tanış olduğu və narkotik vasitə almaq üçün tez-tez müraciət etidyi şəxsdən 2 qram narkotik vasitə heroin göndərməsini xahiş etmiş, yaşadığı evə gəlmiş, instaqramda tanış olduğu həmin şəxs narkotik vasitənin qoyulduğu yeri 6-7 saat sonra ona bildirəcəyni demiş, yaşadığı evə getmiş, saat təxminən 18 radələrində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs WhatsApp proqramı vasitəsilə 2 qram narkotik vasitə heroinin olduğu yerin koordinatdarını atmış, həmin yer Maştağa qəsəbəsində Albalı bağları ərizəsində olmuş, həmin gün arvadı Elnarə ilə satılan torpaq sahəsinə baxmağa getmiş və yolüstü onun üçün qoyulmuş narkotik vasitəni də götürmək qərarına gəlmiş, avtomobilini həmin yerin yaxınlığında saxlamış və narkotik vasitəni qoyulduğu yerdən götürmək istəyərkən onu polis əməkdaşları saxlamışlar və polis bölməsinə aparmışlar. Polis bölməsində olarkən tanımadığı polis əməkdaşlarından biri ona bir ədəd büküm vermiş və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, üzərində şəxsi axtarış aparılacağını və həmin şəxsi axtarışın video çəkliş vasitəsi ilə aparılacağını demiş, çəkiliş zamanı verdiyi bükümü onlara təqdim etməyini tapşırmışdır. O, əvvəlcə polis əməkdaşının ona verdiyi bükümü götürməmiş, lakin həmin polis əməkdaşı ona verilmiş bükümü götürmədiyi halda arvadının da onunla əlbir şəxs kimi rəsmiləşdirəcəklərini bildirmiş, o da qorxduğu üçün məcbur olub həmin polis əməkdaşının dedikləri ilə razlaşaraq ona verilmiş bükümü götürüb əynində olan şalvarının sağ yan cibinə qoymuş, bundan sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmiş, bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən polis əməkdaşının ona verdiyi bir ədəd bükümü təqdim edərək masanın üzərinə qoymuş, içərisinə baxıldığı vaxt içərisində metametamin olduğu müəyyən edilmişdir. Onun yaşadığı evdə və idarə etdiyi avtomobildə də narkotik vasitə və psixotrop maddə olmamış, sadəcə olaraq üzərində keçirilən şəxsi axtarışdan əvvəl polis əməkdaşlarının ona zor tədbiq edəcəklərindən, eləcə də arvadını da narkotik vasitələrin satışı ilə sənədləşdirəcəklərini dedikləri üçün qorxmuş, ona görə də çəkiliş zamanı məcbur olub onların dediklərini demişdir. Avtomobilində keçirilən axtarış zamanı avtomobilin arxa baqaj yerindən ona məxsus olmayan bir ədəd sellofan torbanı, iki ədəd bağlamanı polis əməkdaşlarına təqdim etmiş, bundan sonra təqdim etdiyi sellofan torbadan 300 ədəd Metadon-40 həbi, 1 bağlamadan qurududlmuş marixuana və 1 bağalamadan metameftamin aşkar edilmişdir. Polis əməkdaşları onun yaşadığı evə iki dəfə daxil olmuşlar, birinci dəfə daxil olaraq evə ona məxsus olayan narkotik vasitələri qoymuşlar, ikinci dəfə isə onunla birlikdə evə daxil olaraq guya axtarış apararaq həmin maddələri aşkar etmişlər, əslində isə onun evində də qanunsuz heç bir predmet olmamışdır, onları polis əməkdaşları evinə qoymuşlar, evində bir ədəd tərəzi olmuş, digər ikinci tərəzi isə polis əməkdaşları tərəfindən qoyulmuşdur, polis əməkdaşlarının ona hədəqorxu gəldiklərinə görə və təzyiq edəcəklərini fikirləşdiyi üçün qorxaraq onların dediklərini təsdiq etmiş, arvadı Şahid4 da tutulacağından qorxduğu üçün həqiqətə uğun olmayan ifadələr vermişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, təxminən üç ilə yaxındır ki, kakos kimi tanıdığı narkotik vasitə heroindən, patı kimi tanıdığı psixotrop maddə metamfetamindən və narkotik vasitə marixuanadan falqada çəkmə yolu istifadə edir, arada bir ağrıları olanda metadon qəbul edir. İstifadə etdiyi narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır, bəzi vaxtlarda isə “İnstagram” sosial şəbəkəsində tanış olduğu, özünü ona X3 vətəndaşı kimi təqdim edən “Səyyad” adlı şəxsdən alırmış. 14 may 2022-ci il tarixdə istifadə etydiyi ***-***-**-** salı mobil telefon nömrəsindən İran İlam Respublikasının vətəndaşı kimi tanıdığı “Səyyad” adlı şəxsin istifadə etdiyi İran nömrəsi ilə əlaqə saxlayaraq ona 2 qram narkotik vasitə heroin göndərməsini xahiş etmişdir. “Səyyad” adlı şəxsdə etiraz etməmiş və göndərdiyi narkotik vasitə heroini götürdükdən sonra kart hesabına 30 manat göndərməsini bildirmişdir. Həmin gün “Səyyad” onun istifadə etdiyi mobil telefonuna zəng vuraraq ona 2 qram narkotik vasitə heroin göndərdiyini deyib, göndərdiyi ünvanı bildirmişdir. Bundan sonra o, idarə etdiyi Kia Rio markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Səyyadm” ona göndərdiyi narkotik vasitə heroini göndərdiyi ünvana yollanmışdır. Həmin vaxt İdarə etdiyi avtomobildə qeyri rəsmi ər arvad münasibətində olduğu Şahid4 da onun yanında olmuşdur. O, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində yerləşən yanğından mühafizə məntəqəsinin yaxınlığına çatmış, avtomobildən düşərək “Səyyadm” ona göndərdiyi narkotik vasitəni götürməyə getmiş, həmin vaxt “Səyyadm” böyük qara sellofan torba göndərdiyini görüb, o, həmin sellofan torbanı götürməmiş və “Səyyadla” əlaqə saxlamaq istəmişdir. Həmin vaxt 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirməklə xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Sabunçu RPi-nin 14-cü PB-nə dəvət etmişlər, o, da etiraz etməmişdir. Polis əməkdaşları ilə polis bölməsinə getməmişdən əvvəl polis əməkdaşları “Səyyadm” ona göndərdiyi sellofan torbamda götürmüşlər və 14-cü polis bölməsinə gəlmişlər, idarə etdiyi avtomobil isə PB-nin həyətinə yerləşdirilmişdir. Polis pölməsində olarkən tanımadığı polis əməkdaşlarından biri ona bir ədəd büküm vermiş və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, üzərində şəxsi axtarış aparılacağını və həmin şəxsi axtarışın vdeo çəkliş vasitəsi ilə aparılacağını deyib, çəkliş zamanı verdiyi bükümü onlara təqdim etməsini bildirmişdir. O, əvvəlcə polis əməkdaşının ona verdiyi bükümü götürməmişdir, lakin həmin polis əməkdaşı onu aldatmış və ona verdiyi bükümü götürmədiyi halda onu və ilə üzvlərini narkotik vasitələrin satışı ilə sənədləşdirəcəklərini bildirmişdir. O, da qorxduğu üçün məcbur olub həmin polis əməkdaşının dedikləri ilə razlaşaraq ona verdiyi bükümü götürüb əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra Dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarının sağ yan cibindən içərisində metamfetamin olan bir ədəd bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərində şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sağ yan cibindən bir ədəd avtomobil açarı və iki ədəd açar, həmin şalvarın sol yan cibindən 45 manat pul, 1 bir ədəd şəxsiyyət vəsiqəsi, içərisində ***-***-**-** və ***-***- **-** saylı mobil nömrər olan Samsung markalı və içərisində ***-***-**-** saylı mobil nömrə olan Samsung markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şoxsı axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş, sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün iki ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, 45 manat pul, avtomobil açarı və iki ədəd açarlar isə onun özünə geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş metamfetamin bükümünün özünə məxsus olduğunu, həmin bükümü İran İslam Respublikasının vətəndaşı “Səyyad” adlı şəxsin vasitəsi ilə 14 may 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında istifadə etmək üçün “Səyyadın” ona narkotik maddələr göndərdiyini “Səyyadı” təxminən bir aydır ki, tanıdığını, indiyə kimi sonuncudan üç dəfə narkotik maddə götürdüyünü, özünün metamfetamin və qurudulmuş marixuana istifadə etdiyini, həmçinin yaşadığı evdə və idarə etdiyi avtomobildə də narkotik maddələr saxladığını, avtomobilə və yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını, həmin narkotik maddələri təqdim edə biləcəyini bildirmişdir. Əslində “Səyyad” adlı şəxsin göstərişi ilə heç vaxt heç bir ünvanlara narkotik vasitə qoymamışdır, o, “Səyyaddan” yalnız üç dəfə istifadəsi üçün kakos kimi tanıdığı narkotik vasitə heroin və patı kimi tanıdığı psixotrop maddə metamfetamin alıb istifadə etmişdir. Sonuncu dəfə yəni dördüncü dəfə “Səyyad” adlı şəxsin ona göndərdiyi narkotik vasitə heroini götürməyə gedərkən tutulmuşdur. Yaşadığı evdə və idarə etdiyi avtomobildə də narkotik vasitə olmamışdır. Sadəcə olaraq üzərində keçirilən şəxsi axtarışdan əvvəl polis əməkdaşlarının ona zor tədbiq edəcəklərindən, eləcə də arvadım narkotik vasitələrin satışı ilə sənədləşdirəcəklərini dedikləri üçün qorxmuş, ona görə də çəkliş zamanı məcbur olub onların dediklərini demişdir. Sonra avtomobilinə onun icazəsi və iştirakı ilə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı o, avtomobilin arxa baqaj yerini açaraq oradan bir ədəd sellofan torbanı, iki ədəd bağlamanı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra təqdim etdiyi sellofan torbadan 300 ədəd Metadon 40 həbi, 1 bağlamadan qurududlmuş marixuana və 1 bağalamadaıı metameftamin aşkar edilmişdir. Sonra həmin bağlamalar çəkiləri müəyyən edilməsi üçün elektron əl tərəzisində çəkilmişdir. Daha sonra həmin bağlamalar və metadon həbləri içərisi boş sellofan torbaya qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və imzalanmışdır. O, avtomobilə baxış zamanı verilən suallara cavab olaraq, təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikasının vətəndaşı “Səyyad” adlı şəxsdən aldığını bildirmişdir. Əslində həmin kütlələr onun deyilmiş. Sonra isə yaşadığı evə baxış keçiriləcəyi qeyd olunmuş və yaşadığı evə getmişlər. Evdə ona saxladığı narkotik maddələri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, evdə girişdən sağ tərəfdə yerləşən yataq otağında sol tərəfdə olan uşaq çarpayısına bitişik taxta konstruksiyalı dolabın alt hissəsindən içərisində yeddi ədəd bükümdə metamfetamİn, bir ədəd bükümdə heroin, dörd ədəd bükümdə qurudulmuş marixuana, dörd ədəd Metadon 40 həbi, bir ədəd bükümdə qurudulmuş marixuana toxumları iki ədəd elektron tərəzi olan plastik qabı təqdim etmişdir. Əslində yaşadığı evdə qeyd etdiyi kütlələr və elektron tərəzilər olmamışdır. Birdaha bildirmişdir ki, polis əməkdaşlarının ona hədə qorxu gəldiklərinə və təzyiq edəcəklərini fikirləşdiyi üçün ona görə də qorxmuş və onların dediklərini təsdiq etmişdir. Təqdim edilmiş kütlələrə baxış keçirildikdən sonra həmin kütlə çəkiləri müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmişdir. Sonra həmin kütlələr və iki ədəd elektron tərəzilər içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. O, yaşadığı evə baxış zamanı verilən suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran islam Respublikası vətəndaşı “Səyyad” adlı şəxsdən əldə etdiyini yaşadığı evdə narkotik maddələr saxlamağı barədə heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, özünü qismən təqsirli bilir, ona görə ki, o, “Səyyad” adlı şəxsdən 2 qarm narkotik vasitə istəmiş və nəticədə tutulmuşdur. “Səyyad” adlı şəxsi tanımır, onunla heç vaxt görüşüb ondan narkotik vasitə almamışdır, ancaq telefon vasitəsi ilə əlaqə saxlayaraq ona göndərdiyi kart hesabına o, pul göndərdikdən sonra ona psixotrop madə və yaxud narkotik vasitə göndərirmiş. Ondan yalnız özü üçün narkotik vasitə alırmış və pulunu tam ödəyirmiş, onunla əlbir olub heç kimə narkotik vasitə çatdırmırmış, ilkin təhqiqat zamanı polis əməkdaşları videoçəklİş zamanı və izahatında aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri “Səyyad” adlı şəxsin göstərişi ilə deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etməsini, gördüyü işin qarşılığmda istifadə etmək üçün “Səyyadın” ona narkotik maddələr göndəsini deməsini, demədiyi halda arvadımda narkotik vasitənin satışı ilə sənədləşdirəcəklərini bildirmişlər. O, da qorxduğu üçün məcbur olub polislər nə demişlər onların dedikləri ilə razlaşmışdır. “Səyyad” adlı şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. “Səyyadın” ona göndərdiyi kart “Kapital Bank”a məxsus kart hesabının nömrəsi yadında qalmayıb, həmişə pul göndərəndə telefonla danışırmışlar, o, bankomatm qarşısında dayanırmış, “Səyyad” kart hesabının nömrəsini deyirmiş və o, pulu “Səyyadın” dediyi hesab nömrəsinə göndərirmiş. Bu günə kimi heç kimə narkotik vasitə və yaxud psixotrop maddə satmamışdır. ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrdən istifadə etmişdir. Ruhi və psixi cəhətdən sağlamdır, heç bir xəstəliyi yoxdur (1-ci cild iş vərəqi 85-90). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili Əmrah Fikrət oğlu ifadə verərək göstərmişdir ki, 14 may 2022-ci il tarixdə işlədiyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinə, 24 avqust 1990-cı ildə Tovuz rayonu, Yuxarıöysüzlü kəndində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilərək təsdiq olunmuşdur. Əməliyyatın keçirilməsində ondan başqa Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 iştirak etmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 20:15 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində yerləşən yanğından mühavizə məntəqəsinin yaxınlığında Kia Rio markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs və yanında bir qadının dayandıqlarını görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra, yanında olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşayan Şahid4 da özünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qnunsuz dövriyyəsində şübhəli olduğu izah edilmiş, onu və yanında olan Şahid4m inzibati ərazidə yerləşən Sabunçu RPİnin 14-cü polis bölməsinə dəvət etmişlər. Onlar da onlarla razılaşıb birlikdə Sabunçu RPİnin 14-cü polis bölməsinə gəlmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi Kia Rio markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobil 14-cü polis bölməsinin həyətinə yerləşdirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Elnarə Ələkbərovamn bölməyə gətirilmələri ilə bağlı raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə olunmuşdur. Raport üzrə araşdırmanın aparılması Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarova həvalə edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul olunaraq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, hüquqlarının müdafiə olunmasından ötrü maddi İmkanının olmadığını bildirib, hüquqlarının müdafiəsi üçün dövlət hesabına müafıəçi dəvət olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ərizəsi nəzərə alınaraq, ona Bakı şəhəri 24 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim olunmuş, sonra Təqsirləndirilən şəxs hüquqi yardım almaq hüququnu təmin etmək məqsədi ilə 24 saylı Vəkil Bürosundan vəkil X2 dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Nizami Omarov tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Sonra mobil telefon vasitəsi ilə video çəkiliş aparmaqla əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına, eləcə də keçirilən şəxsi axtarışda müdafiəçinin iştirakına etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs da etiraz etməmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanılmış, şəxsi axtarışda onun hüquqlarını müdafiə edən 24 saylı Vəkil Bürosunun vəkli Lalə Mənsurova da iştirak etmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı təhqiqatçı Nizami Omarov, Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə və ya başqa nə varsa təqdim etsin”. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd büküm çıxardaraq masanın üzərinə qoymuş və təqdim etdiyi bükümün içərisində metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı Nizami Omarov tərəfindən açıldıqda içərisindən ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuş və həmin bükümün içərisində olan maddənin qramlarının müəyyən olunması üçün təhqiqatçı Nizami Omarov tərəfindən elektron tərəzinin üzərinə qoyularaq, bükümdə olan maddənin çəkisi müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs suallara cavab olaraq təqdim etdiyi bir ədəd bükümün içərisindən aşkar olunmuş maddənin metamfetamin olduğunu, həmin metamfetamini İran İslam Respublikasının vətəndaşı “Səyyad” adlı şəxsin vasitəsi ilə 14 may 2022-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyiləcək ünvanlara qoymaq məqsədilə əldə etdiyini, gördüyü işin qarşılığında İstifadə etmək üçün “Soyyadm” ona narkotik maddələr göndərdiyini, özünün metamfetamin və qurudulmuş marixuana istifadə etdiyini, həmçinin yaşadığı evdə və idarə etdiyi avtomobildə də narkotik vasitələr saxladığını, avtomobilinə və yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını, həmin narkotik vasitələri təqdim edə biləcəyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Nizami Omarov tərəfindən, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd avtomobil açarı, iki ədəd açar, həmin şalvarın sol yan cibindən iki ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və 45 manat aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 45 manatı taksi fəaliyyəti ilə məşğul olan zaman qazandığını bildirmiş, sonra həmin 45 manat məbləğində olan pul, eləcə də bir ədəd avtomobil açarı və yaşadığı evin iki ədəd açarları Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində maddə olan büküm təhqiqatçı Nizami Omarov tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, ərizə və şikayət daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə saxladığı narkotik vasitəni təqdim etməsi təklif edilmişdir, təklifə əsasən 14-cü polis bölməsinin həyətində saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi Kia Rio markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs icazəsi ilə video çəkliş vasitəsilə baxış keçirilməyə başlanılmış, baxış keçirilməzdən əvvəl təhqiqatçı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs avtomobilinə yaxınlaşmış və avtomobilin arxa baqajım açaraq bir ədəd qara rəngli sellofan bağlamanı çıxardıb təhqiqatçı Nizami Omarova təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli bağlama təhqiqatçı Nizami Omarov tərəfindən açıldıqda bağlamanın içərisindən bir ədəd sellofan bağlama və həmin bağlamaya skoçla bağlanmış iki ədəd bağlama aşkar olunmuşdur. Aşkar olunmuş üç ədəd bağlamalar təhqiqatçı Nizami Omarov tərəfindən bir-bir açıldıqda bağlamanın birinin içərisindən üzərində “Methadone-40” göstəricisi olan 30 ədəd konvalyutda ümumilikdə 300 ədəd metadon 40 həbnə məxsus kütlə, ikinci bağlama açıldıqda içərisindən ağ rəngli, kristall şəkilli maddə və üçüncü bağlama açıldıqda isə içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Aşkar olunmuş bağlamaların içərisində olan maddənin qramlarının müəyyən olunması üçün təhqiqatçı Nizami Omarov tərəfindən elektron tərəzinin üzərinə qoyularaq çəkiləri müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs suallara cavab olaraq avtomobilindən aşkar olunmuş maddələrin özünə məxsus olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşı “Səyyad” adlı şəxsin vasitəsi ilə 14 may 2022-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyiləcək ünvanlara qoymaq məqsədilə əldə etdiyini, gördüyü işin qarşılığında istifadə etmək üçün “Səyyadın” ona narkotik maddələr göndərdiyini, avtomobilində narkotik vasitələr saxlaması barədə heç kimin məlumatı olmadığım, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində maddələr olan bağlamalar təhqiqatçı Nizami Omarov tərəfindən qablaşdırılmış və möhürlənmiş, baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı narkotik vasitəni təqdim etməsi təklif edilmiş, təklifə əsasən əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən nömrəsiz fərdi evin qarşısına getmişlər. Orada video çəkliş vasitəsi İlə çəkliş aparmaqla Nizami Omarov tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və baxışda iştirak edən şəxslər özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı narkotik vasitəni təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçı Nizami Omarovun təklifinə razlıq verərək yaşadığı evdə saxladığı narkotik vasitəni təqdim edə biləcəyini bildirmiş və baxışda iştirak edən şəxslər Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə sonuncunun yaşadığı evin girişdən sağ tərəfdə yerləşən yataq otağına daxil olmuşlar. Təqsirləndirilən şəxs yataq otağında sol tərəfdə olan uşaq çarpayısına bitişik taxta konstruksiyalı dolabın qapısını açaraq orada saxladığı plastik qabı çıxardıb masanın üzərinə qoymuş və təqdim etdiyi qabın içərisində patı, kakos olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi plastik qab təhqiqatçı Nizami Omarov tərəfindən açılmış, qaba baxış zamanı içərisindən iki ədəd elektron tərəzi, bir ədəd bükülü vəziyyətdə içərisi boş vəziyyətdə olan sellofan torba, dörd ədəd metadon 40 həbnə məxsus kütlə, on üç ədəd bükümlər aşkar olunmuşdur. Aşkar olunmuş bükümlər təhqiqatçı Nizami Omarov tərəfindən bir-bir açıldıqda, bükümlərdən yeddi ədədinin içərisindən ağ rəngli kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddə, bir ədədinin içərisindən açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər maddə, dörd ədədinin içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə və bir ədədinin içərisindən isə qurudulmuş marixuana toxumalarına bənzər madə aşkar olunmuşdur. Aşkar olunmuş bükümlərin içərisində olan maddələrin qramlarının müəyyən olunması üçün təhqiqatçı Nizami Omarov tərəfindən elektron tərəzinin üzərinə qoyularaq çəkiləri müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş maddələrin özünə məxsus olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşı “Səyyad^ adlı şəxsin vasitəsi ilə əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyiləcək ünvanlara qoymaq məqsədilə əldə etdiyini, gördüyü işin qarşılığında istifadə etmək üçün “Səyyadın” ona narkotik maddələr göndərdiyini, yaşadığı evdə narkotik vasitələr saxlaması barədə heç kimin məlumatı olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş, içərisində maddələr olan bükümlər, eləcə də iki ədəd elektron tərəzilər təhqiqatçı Nizami Omarov tərəfindən qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Eyni zamanda göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərinə, avtomobilinə və yaşadığı evə guya onun və digər polis əməkdaşlarının narkotik vasitələr və psixotrop maddələr qoymaları, Təqsirləndirilən şəxs hədə-qorxu gələrək etirafedici ifadələr verməyə məcbur etmələri barədə sonuncunun ifadəsi böhtan xarakterlidir, həqiqəti əks etdirmir, Təqsirləndirilən şəxs törətdiyi ağır cinayətə görə ifşa edib istintaq orqanına təhvil verdikləri üçün sonuncu onlardan əvəz çıxmaq məqsədilə həmin böhtan xarakterli ifadələr vermişdir, Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz və hüquqa zidd hərəkətlərə yol verilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 şahid Əmrah Fikrət oğlunun ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, 14 may 2022-ci il tarixdə təxminən saat 20 radələrində əri Təqsirləndirilən şəxs Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağlarında yerləşən almaq istədikləri torpaq sahəsinə baxmağa gedəcəyini deyib evdən çıxmış, o, Ayxana onu da aparmasını demiş, bundan sonra Ayxanla sonuncunun idarə etdiyi avtomaşınla Maştağa qəsəbəsi, Albalılıq bağlarına tərəf yollanmışlar, Ayxan avtomobili Maştağa qəsəbəsində dəqiq ünvanı yadında qalmayan bir yerə sürmüş, həmin yerdə bir tanışı ilə görüşəcəyini, sonra torpaq sahəsinə baxmağa gedəcəklərini bildirmiş, Ayxan Maştağa qəsəbəsində yerləşən dəqiq ünvanı yadında qalmayan bir yerdə avtomobili saxlamış, avtomobildən yerə düşmüş, həmin vaxt bir neçə mülki geyimdə olan şəxslər Ayxana yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirdib onların hər ikisini Sabunçu RPİ-nin 14-cü polis bölməsinə aparmışlar, polis bölməsində Ayxanı başqa bir otağa salmışlar, sonra ona bildirmişlər kİ, guya Ayxanın üzərindən psixotrop maddə aşkar edilmişdir, sonra polis bölməsinin həyətində Ayxanın idarə etdiyi Kia Rio markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən videoçəkliş vasitəsilə baxış keçirilmiş, həmin baxışda o da iştirak etmiş, baxış zamanı Ayxan avtomobilə yaxınlaşmış və avtomobilin arxa baqajını açaraq bir ədəd qara rəngli sellofan bağlamanı çıxardıb polis əməkdaşına təqdim etmiş, bağlama açıldıqda bağlamanın içərisindən bir ədəd sellofan bağlama və həmin bağlamaya skoçla bağlanmış iki ədəd bağlama aşkar olunmuş, aşkar olunmuş üç ədəd bağlamalar polis əməkdaşları tərəfindən bir-bir açıldıqda bağlamaların içərisindən narkoik vasitələr aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən yaşadığımız evə Ayxanın işitirakı ilə baxış keçirimişlər, lakin həmin baxışda o, iştirak etməmişdir. Ayxanın idarə etdiyi avtomobildə və yaşadıqları evdə narkotik vasitə olmamışdır, həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən qoyulmuşdur, yaşadıqları evdən aşkar edilmiş iki ədəd elektron tərəzidən biri ona məxsus olmuş, həmin tərəzini qızıl çəkmək üçün 27 fevral 2022-ci il tarixdə Maştağa qəsəbəsindən almışdır, Ayxan heç vaxt heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamışdır, Ayxanın üzərindən, avtomobilindən və yaşadıqları evdən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr Ayxanın olmamışdır, çünki Ayxanın heç vaxt bu qədər narkotik vasitə və yaxud psixotrop maddə almağa belə imkanı ola bilməzdi. Şahid4 ibtidai zamanı verdiyi və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyun aymda Təqsirləndirilən şəxs ilə qeyri rəsmi ailə qurmuşlar. 14 may 2022-ci il tarixdə təxminən saat 20 radələrində Ayxan Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağlarında yerləşən almaq istədikləri torpaq sahəsinə baxmağa gedəcəyini deyib evdən çıxmış, o, Ayxana onuda aparmasını bildirmişdir. Bundan sonra Ayxanla yaşadıqları evdən çıxaraq Ayxanın idarə etdiyi Kia Rio markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobillə Maştağa qəsəbəsi, Albalılıq bağlarına tərəf yollanmışlar. Ayxan avtomobili Maştağa qəsəbəsində dəqiq ünvanı yadında qalmayan bir yerə tərəf sürmüş, həmin yerdə bir tanışı ilə görüşüb sonra torpaq sahəsinə baxmağa gedəcəklərini bildirmişdir. Ayxan Maştağa qəsəbəsində yerləşən dəqiq ünvanı yadında qalmayan bir yerdə avtomobili saxlamış və avtomobildən yerə düşmüşdür. Həmin vaxt bir neçə mülki geyimdə olan şəxslər Ayxana yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirdib ikisinidə Sabunçu RPİ-nin 14-cü polis bölməsinə aparmışlar. Polis bölməsində Ayxanı başqa bir oatağa salmışlar, sonra ona bildirmişlər kİ, guya Ayxanm üzərindən psixotrop maddə aşkar edilib. Sonra polis bölməsinin həyətində Ayxanm idarə etdiyi Kia Rio markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən video çəkliş vasitəsilə baxış keçirilməyə başlanılmışdır, həmin baxışda o, da iştirak etmişdir. Baxış zamanı Ayxan avtomobilə yaxınlaşmış və avtomobilin arxa baqajını açaraq bir ədəd qara rəngli sellofan bağlamanı çıxardıb polis əməkdaşına təqdim etmişdir, o, sellofan bağlamada nə olmasını başa düşə bilməmişdir. Nizami kimi tanıdığı polis əməkdaşı tərəfindən Ayxanın təqdim etdiyi bağlama açıldıqda bağlamanın içərisindən bir ədəd sellofan bağlama və həmin bağlamaya skoçla bağlanmış iki ədəd bağlama aşkar olunmuşdur. Aşkar olunmuş üç ədəd bağlamalar polis əməkdaşı Nizami tərəfindən bir-bir açıldıqda bağlamanın birinin içərisindən üzərində “Methadone-40” göstəricisi olan 30 ədəd konvalyutda ümumilikdə 300 ədəd metadon 40 həbnə məxsus kütlə, ikinci bağlama açıldıqda içərisindən ağ rəngli, kristall şəkilli maddə və üçüncü bağlama açıldıqda isə içərisindən açıq yaşıl rəngli ota oxşar maddə aşkar olunmuşdur. Aşkar olunmuş bağlamaların içərisində olan maddənin qramlarının müəyyən olunması üçün polis əməkdaşı Nizami tərəfindən elektron tərəzinin üzərinə qoyularaq çəkiləri müəyyən edilmişdir. Sorğu zamanı Ayxan suallara cavab olaraq avtomobilindən aşkar olunmuş maddələrin özünə məxsus olduğunu, həmin maddələri fran İslam Respublikasının vətəndaşı “Səyyad” adlı şəxsin vasitəsi ilə əldə etdiyini bildirmişdir. Ayxanm təqdim etdiyi, içərisində maddələr olan bağlamalar polis əməkdaşı Nizami tərəfindən qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən yaşadıqları evə Ayxanm işitirakı ilə baxış keçirilmişdir, lakin həmin baxışda o, iştirak etməmişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertiza üzrə 15 may 2022-ci İl tarixli 6/2793 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Rsepublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan iki ədəd kağız paketdə bir ədəd qara rəngli sellofan bağlamada olan; - üzərində “Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi ....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 7,571 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. - üzərində “Təqsirləndirilən şəxs evə baxış zamanı təqdim etdiyi sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə yeddi ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,764 qram, 0,762 qram, 0,813 qram, 0,819 qram, 0,764 qram, 0,559 qram, 0,558 qram ümumi təmiz çəkisi 5,039 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 7,199 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Methadone-40” göstəricisi olan bir ədəd konvalyut kəsiyində 4 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,16 qram (1 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram) təşkil edir. - üzərində “Təqsirləndirilən şəxs avtomobilə baxış zamanı təqdim etdiyi ....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd qara rəngli sellofan bağlamada bir ədəd bağlamada təmiz çəkisi 500,0 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Methadone-40” göstəricisi olan 30 ədəd konvalyutda ümumilikdə 300 ədəd qəhvəyi rəngli həbdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 12,0 qram (1 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram) təşkil edir; təqdim edilmiş doqquz ədəd bükümdə psixotrop maddə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir; iki ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər bir ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir; qeyd: Heroinin təmiz çəkisi - 7,199 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 7,149 qram; metamfetaminin ümumi təmiz çəkisi - 512,61 qram, tədqiqata sərf edildi - 0,36 qram, qalıq - 512,25 qram; metadon həblərinin ümumi sayı - 304 ədəd, tədqiqata sərf edildi - 5 ədəd, qalıq 299 ədəd; heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ)daxildir; metamfetamin 2005-ci İl 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir; metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ)daxildir (1-ci cild iş vərəqi 51- 56) İşdə olan məhkəmə-bioloji ekspertiza üzrə 15 may 2022-ci il tarixli 7/489 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində ‘'Təqsirləndirilən şəxs evə baxış zamanı təqdim etdiyi ” yazılar və imzalar olan kağız paketdə 4 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,138 qram, 0,273 qram, 0,076 qram, 0,051 qram, ümumi çəkisi- 0,538 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır, 1 ədəd gümüşü rəngli kağız bükümdə ümumi çəkisi- 0,941 qram olan bitki toxumaları, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumalarıdır, onar narkotik vasitələrə aid deyil; həmin kağız paketdə olan 2 ədəd elektron tərəzilərin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur; tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs avtomobilə baxış zamanı təqdim etdiyi ” yazılar və imzalar olan 1 ədəd qara rəngli sellofan torbadakı 1 ədəd üzəri skoçla bağlanmış sellofan bağlamada təmiz çəkisi- 585,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır; Təqsirləndirilən şəxs evindən və avtomobilindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir; qeyd: Marixuanaların ümumi çəkisi - 0,538 qram (l-4№li ob.), 585,0 qram (6№li ob.), tədqiqata istifadə olundu cəmi - 0,1 qram (hər obyektdən 0,02 qram), qalıqlar -0,458 qram, 584,98 qram; çətənə bitkisinin toxumalarının ümumi çəkisi - 0,941 qram, (5№li ob.), tədqiqata istifadə olundu - 0,03 qram, qalıq - 0,911 qram (1-ci cild iş vərəqi 57-61) İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 20 iyul 2022-ci il tarixli 3964 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 170-171) İşdə olan kompleks-ambulator məhkəmə psixiatrik və psixoloji ekspertiza üzrə 20 iyul 2022-ci İl tarixli 1901 saylı ekspert rəyindəne görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Eksperimental-psixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adabtiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməməsində hər hansı dəyişiklik aşkar olunmur. İİ Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək İqtidarında olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqli hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Əqli- intellektual imkanlarına görə qeyd olunan cinayət törədilən anda öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında (diqqət, qavrama, yaddaş, təfəkkür, təsəvvür və s.) zəiflik əlamətləri müəyyən edilmir. Nümayişkaranəlik, eqosentrizm, başqalarının hiss və həyacanlarına qarşı biganəlik, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar olunmadı, lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib yalan danışa bilər. Təqsirləndirilən şəxs ona ittiham elan olunmalı əmələ görə cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışmı tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (1-ci cild iş vərəqi 172-176). İşdə olan maddi sübut kimi tanınma haqqında 08 avqust 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqat zamanı Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi avtomobildən, eləcə də yaşadığı evdən aşkar eilərək götürülmüş narkotik vasitələr, psixotrop maddələr və səthində narkotik vasitə heroin izləri olan iki ədəd elektron tərəzilər 08 avqust 2022-ci il tarixdə maddi sübut kimi tanınaraq, narkotik vasitələrin və psixotrop maddələrin tədqiqata sərf olunmuş miqdarları nəzərə alınmaqla qalıqları saxlanılması üçün Sabunçu RPİ-nə təhvil verilmişdir. Təhqiqat zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi çəkisi- 0,941 qram olmuş bİtld toxumaları, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumaları narkotik vasitələrə aid olmadığı üçün maddi sübut hesab edilməsə də, çətənə bitkisinin toxumalarının tədqiqata 0,03 qram sərf edilməsi nəzərə alınmaqla 0,911 qram qalığı saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (1-ci cild iş vərəqi 165-168) İşdə olan sübutların qiymətləndirilməsi haqqında 30 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı, eləcə də idarə etdiyi avtomobilə, yaşadığı evə baxış və götürmə aparılması zamanı video görüntüləri əks olunmuş DVD disklər 30 avqust 2022-ci il tarixdə cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (1-ci cild iş vərəqi 201-218). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 20 dekabr 2021-ci ildə Tovuz Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5 bəndi tətbiq edilərək cəzadan azad edilib və qeydiyyatdan çıxarılıb. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 7-ci bəndinə əsasən əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə törətdiyi cinayət əməli (CM-in 234.1ci maddəsi) az ağır cinayətlər kateqoriyasına aid olduğundan Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 7-ci bəndinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 14 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 14, 23). İşdə olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 16 may 2022-ci il və 9 sentyabr 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 14 may 2022-ci il tarixdən hesablanmış, həbs qətimkan tədbirinin müddəti Sabunçu rayon Məhkəməsinin 9 sentyabr 2022-ci il tarixli qərarı ilə 29 sentyabr 2022-ci il tarixədək uzadılmışdır (1-ci cild iş vərəqi 73-75; 114-117; 262-265). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarından və 11 oktyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində, avtmolilində və yaşadığı evdə narkotik vasitələrin və psixotrop maddələrin olmaması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə üzərinə, avtomobilinə və yaşadığı evə narkotik vasitə və psixotrop maddələr qoyulması və etirafedici ifadələr verməsi barədə ifadəsinə tənqidi yanaşır, özünümüdafiə xarakterli hesab edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 14 may 2022-ci il tarixli Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Baş Regional Şöbəsinin əməliyyat müvəkkili Mrah Fikrət oğlunun DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanladığı raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda 24 avqust 1990-cı ildə Tovuz şəhərində anadan olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir Bundan başqa, Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində polis əməkdaşları tərəfindən ona hədə-qorxu gəlinməsi barədə göstərməmiş, həmçinin barəsində qətimkan tərdiri seçilməsi üçün 16 may 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə aparılarkən işə baxan hakimə bu barədə bildirməmiş, həmin məhkəmə prosesində Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilməsini bildirmişdir, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin ümumiyyətlə polis əməkdaşlarının qeyri-qanuni hərəkətlərinə məruz qalması barədə bir dənə də olsun qeydi olmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir; həmin Qanununu 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edirkən himayəsində azyaşlı uşağının olmasını və habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr) əsasən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi isə 2 qram, narkotik vasitə metadonun külli miqdarının aşağı həddi 1,6 qram, narkotik vasitə qurudulmuş marixuananın (kannabis) külli miqdarının aşağı həddi 500 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən, avtomobilindən və mənzilində aşkar edilmiş ümumi təmiz 512,61 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, külli miqdarda ümumi təmiz çəkisi 7,199 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərindəki göstəriciyə əsasən təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 12,16 qram külli miqdar təşkil edən üzərində “Methadone-40” göstəricisi olan 30 ədəd tam, 01 ədəd kəsik konvalyutda cəmi 304 ədəd qəhvəyi rəngli həb, külli miqdarda ümumi təmiz çəkisi 585,538 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 2,129 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 14 may 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının tutulduğu 14 may 2022-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Belə ki, məhkəmə-narkoloji ekspertiza üzrə 20 iyul 2022-ci il tarixli 3964 nömrəli ekspert rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı oduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlivə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (1-ci cild iş vərəqi 170-171). Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-bioloji ekspertiza üzrə 15 may 2022-ci il tarixli 7/489 nömrəli və məhkəmə fiziki-kimyəvi ekspertiza üzrə 15 may 2022-ci İl tarixli 6/279315 may 2022-ci İl tarixli 6/2793 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin kustar üsulla hazırlanmış, narkotik vasitə metadon isə dərman preparatları şəklində (konvalötda) olmuşdur. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Sabunçu rayon RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,149 qram narkotik vasitə heroin, 512,25 qram psixotrop maddə metamfetamin, 0,458 qram və 584,98 qram narkotik vasitə qurudulmuş marixuana və 0,911 qram çətənə bitkisinin toxumları məhv edilməli, 30 ədəd konvalyutda 299 ədəd üzərində M-40 yazısı olan narkotik vasitə metadon həbləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərinə, avtomobilinə və yaşadığı evə şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntülərin köçürüldüyü 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatın dəyəri 135 (yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Sabunçu rayon RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,149 qram narkotik vasitə heroin, 512,25 qram psixotrop maddə metamfetamin, 0,458 qram və 584,98 qram narkotik vasitə qurudulmuş marixuana və 0,911 qram çətənə bitkisinin toxumları məhv edilsin, 30 ədəd konvalyutda 299 ədəd üzərində M-40 yazısı olan narkotik vasitə metadon həbləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilsin, Təqsirləndirilən şəxs üzərinə, avtomobilinə və yaşadığı evə şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntülərin köçürüldüyü 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri 135 (yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar