Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-296/2025 08.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğlu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X16, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, X7, Zərərçəkmiş şəxs10, X20, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14 Elman oğlu, X21, X8, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, X32, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs26, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Mənzil X18 nümayəndəsi X17, müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1989-cu il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Məzrəli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, ev 172 K-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 310 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək fiziki şəxslərin və hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, hüquq verən rəsmi sənədi vahid niyyətlə istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmışdır. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə 2022-ci ilin yanvar ayından 2024-cü ilin fevral ayınadək olan müddətdə Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindəki mənzillər üçün güzəştli elektron kabineti yaratmaq, həmçinin, sərfəli şərtlərlə dəyərindən ucuz qiymətə mənzillərin alınmasına köməklik göstərilməsi ilə bağlı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən ofisinə gəlmiş və yaxud tanışları vasitəsilə özünə müraciət etmiş ayrı-ayrı şəxslərə qeyd edilən müddətdə qeyd edilən ofisdə və Bakı şəhəri ərazisində ayrıayrı ünvanlarda özbaşına özünü vəzifəli şəxs, yəni özünü Azərbaycan Respublikasının Mənzil X18 şəhərsalma və layihə planlaşdırma şöbəsinin müdir müavini, Mənzil X18 İdarə heyətinin sədrinin rəhbərliyi ilə keçirilmiş müşahidə şurasının iclasının 354 saylı qərarına əsasən mənzillərin verilməsi ona həvalə edilmiş səlahiyyətli vəzifəli şəxsi kimi təqdim edərək, Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindəki mənzillərin alınmasını həll etmək imkanının olmasını bildirib, həmin şəxslərdən güzəştli şərtlərlə mənzil almalarına köməklik göstərmək imkanının olmasına dair fikir formalaşdırıb, müraciət etmiş ayrı-ayrı şəxslərdən Bakı şəhəri ərazisində ayrı-ayrı ünvanlarda müxtəlif məbləğlərdə pul vəsaitini tələb edib, onların razılığını almaqla sövdələşərək, həmin adla özünə müraciət etmiş şəxslərə məxsus pul vəsaitini vahid niyyətlə Bakı şəhəri ərazisində ayrı-ayrı ünvanlarda alıb həmin şəxsləri özünün vəzifəli şəxs olmasına inandırmaq və öz fəaliyyətinə qanuni görüntü vermək məqsədilə qeyd edilən müddətdə yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilində istintaqa məlum olmayan tarixdə qeyd edilən ərəfədə rəsmi sənəd olan məzmununa guya Mənzil X18 İdarə heyətinin sədrinin rəhbərliyi ilə keçirilmiş mənzillərin verilməsinin ona həvalə edilməsi barədə məlumatlar daxil edilmiş müşahidə şurasının iclasının 354 saylı qərarını özünə məxsus kompüterdə hazırlayıb, Mənzil X18 İdarə heyətinin sədrinin imzası və üzərində “Azərbaycan Respublikasının Mənzil X35, X36 Cəmiyyəti, Mida MMC” sözləri olan "xxxx"-ya məxsus möhürünü skan etmək yolu ilə köçürməklə qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlayıb həmin şəxslərə pul aldığı Bakı şəhəri ərazisində ayrı-ayrı ünvanlarda təqdim edərək, o cümlədən, 2022-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs9 Bakı şəhəri ərazisində görüşlərindən sonra 2022-ci ilin yanvar ayının sonlarında güzəştli elektron kabineti yaratmaq adı ilə özünün işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən ofisdə 4.000 manat məbləğində pul vəsaitini alıb, Zərərçəkmiş şəxs9 məxsus 4.000 (dörd min) manat, 2022-ci ilin iyun ayında Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs16 Bakı şəhəri ərazisində görüşlərindən sonra 2022-ci ilin iyun ayının sonlarında ilkin ödəniş verilməsi adı ilə özünün işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən ofisdə 6.000 manat məbləğində pul vəsaitini alıb, Zərərçəkmiş şəxs16 məxsus 6.000 (altı min) manat, eyni niyyətlə, 2023cü ilin yanvar ayında Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs4 Bakı şəhəri ərazisində görüşlərindən sonra 2023-cü ilin mart və aprel aylarında ilkin ödəniş verilməsi adı ilə sonuncu tərəfindən Siyəzən rayonu, Gənclik qəsəbəsi, Akif Zahirov küçəsində yerləşən “Milliön” ödəniş terminalından istifadə edilməklə özünə aid olan "xxxx" ASC-yə məxsus 416973********5152 nömrəli plastik karta köçürülmüş 3.000 manat, 3.000 manat və 7.300 manat olmaqla, cəmi 13.300 manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində "xxxx" ASC-yə məxsus bankomatdan çıxarıb nağdlaşdırmaqla ələ keçirib, Zərərçəkmiş şəxs4 məxsus cəmi 13.300 (on üç min üç yüz) manat, eyni niyyətlə, 2023-cü ilin may ayında Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs14 Elman oğlundan Bakı şəhəri ərazisində görüşlərindən sonra 2023-cü ilin may ayının ortalarında ilkin ödəniş verilməsi adı ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı çay evində 7.000 manat və Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Lider TV” nin inzibati binasının arxasında yerləşən parkda 8.000 manat məbləğində olmaqla, cəmi 15.000 manat məbləğində pul vəsaitini alıb, Zərərçəkmiş şəxs14 Elman oğluna məxsus cəmi 15.000 (on beş min) manat, eyni niyyətlə, 2023-cü ilin iyun ayında Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs14 Elman oğlu vasitəsilə özünə müraciət etmiş sonuncunun tanışları X22, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs20 və X13 cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs14 Elman oğlu vasitəsilə sonuncu ilə Bakı şəhəri ərazisində görüşlərindən sonra 2023-cü ilin iyun ayında müxtəlif tarixlərdə ilkin ödəniş verilməsi adı ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Cafe Park” adlı çay evində Nurəl Əsgərova məxsus 15.000 manat, Zərərçəkmiş şəxs21 məxsus 15.000 manat, Zərərçəkmiş şəxs20 məxsus 15.000 manat və Maqsud Əsgərova məxsus 13.000 manat olmaqla cəmi 58.000 manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs14 alıb, X14, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs20 və X23 məxsus cəmi 58.000 (əlli səkkiz min) manat məbləğində, eyni niyyətlə, 2023-cü ilin iyun ayında Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün özünə müraciət etmiş X9 Bakı şəhəri ərazisində görüşlərindən sonra 2023-cü ilin iyun ayında ilkin ödəniş verilməsi adı ilə Bakı şəhəri, Biləcəri qəsəbəsində “Motodrom” adlanan ərazidə yerləşən sexdə 26.000 manat məbləğində pul vəsaitini alıb, X15 məxsus 26.000 (iyirmi altı min) manat, eyni niyyətlə, 2023-cü ilin iyun ayında Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs18 Bakı şəhəri ərazisində görüşlərindən sonra 2023-cü ilin iyun ayında ilkin ödəniş verilməsi adı ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Lider TV”-nin inzibati binasının yaxınlığında 15.000 manat məbləğində pul vəsaitini alıb, Zərərçəkmiş şəxs18 məxsus 15.000 (on beş min) manat, eyni niyyətlə, 2023-cü ilin avqust ayında Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs17 Bakı şəhəri ərazisində görüşlərindən sonra 2023-cü ilin avqust ayında ilkin ödəniş verilməsi adı ilə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “Kristal Abşeron” yaşayış kompleksinin qarşısında idarə etdiyi “Land Rover” markalı avtomobilin içərisində 25.000 manat məbləğində pul vəsaitini alıb, Zərərçəkmiş şəxs17 məxsus 25.000 (iyirimi beş min) manat, eyni niyyətlə, 2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs10dan Bakı şəhəri ərazisində görüşlərindən sonra 2023-cü ilin sentyabr ayında ilkin ödəniş verilməsi adı ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Nəşriyyat evinin” inzibati binasında 20.000 manat məbləğində pul vəsaitini alıb, Zərərçəkmiş şəxs10 məxsus 20.000 (iyirmi min) manat, eyni niyyətlə, 2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 Bakı şəhəri ərazisində görüşlərindən sonra 2023-cü ilin sentyabr ayında ilkin ödəniş verilməsi adı ilə sonuncunun yaşadığı ünvan 5 ünvanında 13.000 manat məbləğində pul vəsaitini alıb, Zərərçəkmiş şəxs2 məxsus 13.000 (on üç min) manat, eyni niyyətlə, 2023-cü ilin noyabr ayının əvvəllərində Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs6 Bakı şəhəri ərazisində görüşlərindən sonra 6 noyabr 2023-cü il tarixdə ilkin ödəniş verilməsi adı ilə sonuncunun yaşadığı ünvan 6 ünvanında 20.000 manat məbləğində pul vəsaitini alıb, Zərərçəkmiş şəxs6 məxsus 20.000 (iyirmi min) manat məbləğində, eyni niyyətlə, 2023-cü ilin noyabr ayında Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün cinayətdən xəbərsiz Şahid3 vasitəsilə özünə müraciət etmiş sonuncunun tanışları Zərərçəkmiş şəxs22, X42 və Zərərçəkmiş şəxs24 cinayətdən xəbərsiz Şahid3 vasitəsilə sonuncu ilə Bakı şəhəri ərazisində görüşlərindən sonra 2023-cü ilin noyabr ayında müxtəlif tarixlərdə ilkin ödəniş verilməsi adı ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Elmlər Akademiyasının” inzibati binasının qarşısında Ruslan Mürşidzadəyə məxsus 20.000 manat, Zərərçəkmiş şəxs22ya məxsus 20.000 manat və Xəqani Quliyevə məxsus 15.000 manat olmaqla, cəmi 55.000 manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz Şahid3 alıb, Zərərçəkmiş şəxs22, X33 və X10 məxsus cəmi 55.000 (əlli beş min) manat, eyni niyyətlə, 2023-cü ilin noyabr ayında Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs13 Bakı şəhəri ərazisində görüşlərindən sonra 2023-cü ilin noyabr və dekabr aylarında ilkin ödəniş verilməsi adı ilə sonuncunun yaşadığı ünvan 7 ünvanında 12.000 manat və 18.000 manat olmaqla cəmi 30.000 manat məbləğində pul vəsaitini alıb, Zərərçəkmiş şəxs13 məxsus cəmi 30.000 (otuz min) manat, eyni niyyətlə, 2023-cü ilin noyabr ayında Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün cinayətdən xəbərsiz Şahid4 vasitəsilə özünə müraciət etmiş sonuncunun tanışı Zərərçəkmiş şəxs26 cinayətdən xəbərsiz Şahid4 vasitəsilə sonuncu ilə Bakı şəhəri ərazisində görüşlərindən sonra 2023-cü ilin iyun ayında müxtəlif tarixlərdə ilkin ödəniş verilməsi adı ilə Şahid4 işlədiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən ofisdə və həmin ofisin qarşısında Zərərçəkmiş şəxs26 məxsus 10.000 manat və 9.000 manat olmaqla, cəmi 19.000 manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz Şahid4 alıb, Zərərçəkmiş şəxs26 məxsus cəmi 19.000 (on doqquz min) manat, eyni niyyətlə, 2023-cü ilin dekabr ayında Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs5 Bakı şəhəri ərazisində görüşlərindən sonra 2024-cü il yanvar ayında ilkin ödəniş verilməsi adı ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Nəşriyyat evinin” inzibati binasında 30.000 manat məbləğində pul vəsaitini alıb, Zərərçəkmiş şəxs5 məxsus 30.000 (otuz min) manat, eyni niyyətlə, 2024-cü ilin yanvar ayında Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs12 Bakı şəhəri ərazisində görüşlərindən sonra 2024-cü ilin yanvar ayında ilkin ödəniş verilməsi adı ilə ünvan 8 ünvanında 7.300 manat məbləğində pul vəsaitini alıb, Zərərçəkmiş şəxs12 məxsus 7.300 (yeddi min üç yüz) manat, eyni niyyətlə, 2024-cü ilin yanvar ayının əvvəllərində Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs25 Ağamehdi oğlundan Bakı şəhəri ərazisində görüşlərindən sonra 2024-cü ilin yanvar ayının ortalarında ilkin ödəniş verilməsi adı ilə sonuncunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 9 ünvanının qarşısında idarə etdiyi “Land Rover” markalı avtomobilin içərisində 14.000 manat məbləğində pul vəsaitini alıb Zərərçəkmiş şəxs25 Ağamehdi oğluna məxsus 14.000 (on dörd min) manat,eyni niyyətlə, 2024-cü ilin yanvar ayının əvvəllərində Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün cinayətdən xəbərsiz Şahid1 vasitəsilə özünə müraciət etmiş sonuncunun tanışları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 cinayətdən xəbərsiz Şahid1 vasitəsilə sonuncu ilə Bakı şəhəri ərazisində görüşlərindən sonra 2024-cü ilin yanvar ayında ilkin ödəniş verilməsi adı ilə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Azərbaycan” nəşriyyatının inzibati binasında Zərərçəkmiş şəxs8 məxsus 18.000 manat, Zərərçəkmiş şəxs7 məxsus 18.000 manat, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Zorge” parkında Zərərçəkmiş şəxs1 məxsus 10.000 manat olmaqla, cəmi 46.000 manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz Şahid1 alıb, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 məxsus cəmi 46.000 (qırx altı min) manat məbləğində olmaqla, eyni niyyətlə, 2024-cü ilin yanvar ayında Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs3 Bakı şəhəri ərazisində görüşlərindən sonra 2024-cü ilin yanvar ayının sonlarında ilkin ödəniş verilməsi adı ilə sonuncunun işlədiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən avtomobil sexinin qarşısında 15.000 manat məbləğində pul vəsaitini alıb, Zərərçəkmiş şəxs3 məxsus 15.000 (on beş min) manat,ümumilikdə 26 şəxsə məxsus 431.600 (dörd yüz otuz bir min altı yüz) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Mənzil X18 əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq həmin hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, hüquq verən rəsmi sənədi vahid niyyətlə istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,o, mənzillərin alqısatqısı sahəsində ekspert kimi çıxış etmiş, televiziya kanallarında, mətbuatda və sosial şəbəkələrdə bu məsələlərlə bağlı çıxışları olmuş, buna görə də bir çox insanlar mənzil əldə edilməsi məqsədilə ona müraciət etmişlər. Eyni zamanda o, BMT-nin insan hüquqları və azadlıqları üzrə komitəsinin ekspertidir. Ukraynada olan kazaklar cəmiyyətinin üzvüdür, RF-da olan xüsusi xidmət orqanlarına aid bir vəsiqəni də əldə etmişdir. 2022-ci ilin əvvəllərindən başlayaraq Yasamal rayonundakı ofisdə işlədiyi müddətdə ofisə mənzil almağa gələn şəxslərə və ətrafında olan şəxslərə guya "xxxx"-da işləyən vəzifəli şəxslərlə yaxından əlaqələrinin olduğunu, müəyyən məbləğdə pul vəsaitinin qarşılığında həmin şəxslərə "xxxx"-dan mənzillərin ayrılmasında köməklik edəcəyini yalandan bildirmişdir. Belə ki, o, "xxxx"-dan mənzillərin alınması qaydasını öyrənmiş və ona görə yanına gələn şəxslərə "xxxx" barəsində ətraflı məlumat verərək həmin şəxslərin guya MİDA-nın qeydiyyatına salması üçün mövcud olan «investor» adlı proqrama əlavə etmişdir. Vətəndaşların inamından istifadə edərək "xxxx"-nın Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi «Yeni Yasamal » yaşayış kompleksindən mənzil almaq üçün ayrı-ayrı məbləğlərdə pullar əldə etmiş, öz məqsədləri üçün sərf etmişdir. Həmin şəxslərdən biri Zərərçəkmiş şəxs9 4.000 manat, Zərərçəkmiş şəxs16 6.000 manat, Zərərçəkmiş şəxs4 13.300 manat, Zərərçəkmiş şəxs14 15.000 manat, Zərərçəkmiş şəxs14 vasitəsilə Nurəl Əsgərovdan 15.000 manat, Zərərçəkmiş şəxs21 15.000 manat, Zərərçəkmiş şəxs20 15.000 manat və Maqsud Əsgərovdan 13.0000 manat olmaqla cəmi 58.000manat, Əlsəddin Səmədovdan 26.000 manat Zərərçəkmiş şəxs18 15.000 manat, Zərərçəkmiş şəxs17 25.000 manat, Zərərçəkmiş şəxs10 20.000 manat, Zərərçəkmiş şəxs2 13.000 manat, Zərərçəkmiş şəxs6 20.000 manat, Şahid3 vasitəsilə Ruslan Mürşidzadədən 20.000 manat, Zərərçəkmiş şəxs22dan 20.000 manat və Xəqani Quliyevdən 15.000 manat olmaqla cəmi 55.000 manat, Zərərçəkmiş şəxs13 30.000 manat, İmran Qasmıovun vasitəsilə Zərərçəkmiş şəxs26 19.000 manat, Elnurə Qəbiliyevadan 30.000 manat, Zərərçəkmiş şəxs12 7.300 manat, Zərərçəkmiş şəxs25 14.000 manat, Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs8 18.000 manat, Zərərçəkmiş şəxs7 18.000 manat, Şakir Abuşovdan 10.000 manat olmaqla cəmi 46.000 manat, Zərərçəkmiş şəxs3 15.000 manat pul almışdır. Bu şəxslərdən Zərərçəkmiş şəxs3 15.000 manatı ödəmiş, Elnurə Qəbiliyevaya 30.000 manatı ödəmiş, Əlsəddin Səmədova 26.000 manat ödəmiş, Zərərçəkmiş şəxs14 15.000 manat ödəmiş, Nurəl Əsgərova 15.000 manat ödəmiş, Zərərçəkmiş şəxs17 aldığı 25.000 manatdan 18.000 manatını ödəmiş, maqsud Əsgərova 13.000 manat ödəmiş, Tofiq Əliliyə 15.000 manat ödəmiş, Zərərçəkmiş şəxs21 15.000 manat ödəmiş, Xəqani Quliyevə 15.000 manat ödəmiş, Zərərçəkmiş şəxs25 aldığı 14.000 manatdan 3.000 manatını ödəmiş, Zərərçəkmiş şəxs26 19.000 manat pul ödəmişdir. Qeyd etmək istəyir ki, ibtidai araşdırma orqanına pullarını aldığı şəxslərin ad-soyadlarını və aldığı məbləğləri özu könüllü olaraq bildirmişdir. Etdiyi əməldən peşmandır. Onun özünün ofisi olmuş, həmin ofisdə bir çox vətəndaşları olmadığı general geyimində qəbul edərək onlarda inam yaratmaqla pullarını almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. Belə ki, o, yağ-dəyişmə sexində işləyir. Hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayında “X48” markalı, dövlət qeydiyyat nişanı nömrəsini xatırlamadığı nəqliyyat vasitəsi ilə yağ dəyişmək üçün sexə gəlmişdir. O da həmin maşının yağını dəyişərkən aralarında olan ümumi söhbət zamanı Mirdaməd MİDA-nın nümayəndəsi oduğunu dedikdə o, Mirdamədə ipotekaya ev götürmək istədiyini, lakin stabil əmək haqqı olmadığı üçün bunu edə bilmədiyini demişdir. Eyni zamanda demişdir ki, atası X6 travmatoloq həkim kimi çalışır. Həmin vaxt Mirdaməd atasına Mənzil X35ndən güzəştli şərtlərlə mənzil düşdüyünü bildirmiş, 21 iş günü ərzində Yasamal Yaşayış kompleksindən 88 kv metr ölçüdə olan üç otaqlı mənzillərdən birini atasının adına rəsmiləşdirə biləcəyini, bunun üçün 15.000 manat pul ilkin ödəniş kimi verilməli olduğunu bildirmişdir. Bundan sonra o, Mirdamədin mobil nömrəsini alıb atası ilə məsləhətləşdikdən sonra məlumat verəcəyini demişdir. Atasına zəng edib bu barədə məlumat verdikdə atası da bu təkliflə razılaşmışdır. Bundan sonra o, Mirdamədə zəng vurub razı olduğunu, lakin 13.000 manat verə biləcəyini demiş, Mirdaməd də ona 13.000 manatı ilkin olaraq, qalan 2.000 manatı isə evin açarlarını təhvil verdikdən sonra verə biləcəyini demiş və o da bununla razılaşmışdır. Bundan sonra Mirdamədlə danışıb iş yerinin, yəni Bakı şəhəri, Yasamal rayonunda yerləşən yağ-dəyişmə sexinin qarşısında sonuncu ilə görüşmüş və Mirdamədə 13.000 manat məbləğində pul vermişdir. Mirdaməd pulu alarkən 21 iş günü ərzində işin hazır olacağını demişdir. O, 21 gün gözləmiş, lakin Mirdaməddən heç bir cavab gəlməmişdir. Bundan sonra o, Mirdamədə zəng etmiş, Mirdaməd ona Mənzil X35ndə yoxlama aparıldığını, ona görə işlərin uzandığını, səbirli olmağını demişdir. 2023-cü ilin sentyabr ayından 2024-cü ilin yanvar ayına kimi hər dəfə Mirdamədlə danışarkən sonuncu müxtəlif bəhanələr gətirmiş, ona nə mənzil, nə də ki, aldığı pulu verməmişdir. O, artıq Mirdamədin onu aldatdığını başa düşüb verdiyi pulu geri tələb etmişdir.həqiqətən də Mirdaməd 2024-cü ilin yanvar ayında qardaşı vasitəsi ilə ondan aldığı 13.000 manat pulu qaytarmışdır. 2024-cü ilin yanvar ayının axırlarında Mirdaməd ona zəng edib bu dəfə mənzil verə biləcəyini deyərək təcili ona 15.000 manat çatdırmağını xahiş etmişdir. O da Mirdamədə inanıb sonuncu ilə 2024-cü ilin yanvar ayının axırlarında Bakı şəhəri, Yasamal rayonunda yerləşən yağ-dəyişmə sexinin qarşısında görüşmüş və orada Mirdamədə şəxsən təklikdə 15.000 manat məbləğində pul vəsaitini vermişdir. Lakin sonradan Mirdaməd onunla heç bir əlaqə saxlamamış, onun zənglərinə və mesajlarına cavab verməmişdir. Mirdamədin onu aldatdığını anlayaraq ondan şikayət etmişdir. Mirdaməd ona aldığı puldan heç nə qaytarmamış, həmin pul vəsaitini tələb edir. Mirdamətlə görüşən zaman sonuncunun əynində hər hansı bir xüsusi geyim olmamış, o, sadəcə olaraq MİDA-ya əli çatdığını, oradan mənzil ala biləcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. 2023-cü ilin avqust ayının sonunda "xxxx"-dan ev almaq istəmiş və “Facebook” sosial şəbəkəsində təsadüfən "xxxx"-da ev alqı-satqısı üzrə ekspert kimi təqdim edən Mirdaməd adlı şəxsin səhifəsinə rast gəlmişdir. Həmin səhifəyə yazaraq "xxxx"-dan ev almaq istədiyini bildirmiş və Mirdaməd ona bu işdə köməklik edəcəyini vəd edərək onu görüşə dəvət etmişdir. O, 2023-cü ilin sentyabr ayında Azərbaycan Nəşriyyatına gedərək orada Mirdamədin ofisində sonuncu ilə görüşmüş, Mirdamədə "xxxx"-dan 4 otaqlı ev almaq istədiyini bildirmişdir. Mirdaməd 4 otaqlı evə ilkin ödəniş olaraq 9.300 manat pul ödənilməsini bildirmiş, Mirdamədə bu barədə fikirləşəcəyini və əlaqə saxlayacağını demişdir. Hətta Mirdaməd ona ilkin ödənişi çox verdiyi halda aylıq ödənişin xeyli aşağı düşəcəyini bildirmişdir. Bir müddət sonra, yəni 2023-cü ilin sentyabr ayının sonu aylıq ödənişin aşağı olması üçün 20.000 manat pul düzəldərək Mirdamədə zəng etmiş və 20.000 manat pulun hazır olduğunu bildirmişdir. Həmin gün axşam tərəfi o, Mirdamədin dəvəti ilə sonuncunun Azərbaycan Nəşriyyatında yerləşən ofisinə getmiş və 20.000 manat pul vəsaitini "xxxx"-dan 4 otaqlı mənzil əldə etmək üçün Mirdamədə təqdim etmişdir. Mirdaməd ona evin alqı-satqısı ilə bağlı müqavilə hazır olduqdan sonra dəvət edəcəyini və həmin müqaviləni imza etdikdən sonra evin onun adına keçəcəyini bildirmişdir. Mirdaməd 27 dekabr 2023-cü il tarixdə müqavilənin hazır olduğunu bildirmiş və müqaviləyə imza etmək üçün onu Azərbaycan Nəşriyyatında yerləşən ofisinə dəvət etmiş, o da ofisə gedərək Mirdamədin iştirakı ilə müqaviləyə imza etmişdir. Mirdaməddən bir xəbər çıxmadığını görüb 2024-cü ilin yanvar ayında bir neçə dəfə Mirdamədlə əlaqə saxlamış, Mirdaməd isə "xxxx"-da yoxlama olduğunu və sair digər bəhanələrlə onu yayındırmışdır. Daha sonra Mirdaməd ona "xxxx"-nın Yasamalda tikdiyi layihədən ona mənzil şəkilləri göndərmiş və həmin mənzilin ona aid olduğunu bildirmişdir. O, Mirdamədə inanaraq sonuncunun bildirdiyi həmin mənzilə gedib baxmamışdır. Bir müddət sonra, yəni 2024-cü ilin yanvar ayının ortalarında Mirdamədin hərəkətlərindən şübhələndiyi üçün şəkillərini göndərdiyi mənzilə baxış keçirmək üçün ora getmiş, lakin, həmin mənzildə başqa şəxslərin yaşadığını və mənzilin başqa adama məxsus olduğunu görmüşdür. Bundan sonra Mirdamədin onu aldadaraq 20.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini başa düşmüşdür. Həmin məbləği Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmyerlisi və uşaqlıq dostudur. O, maşın təmiri sexində usta işləyir, həmin sexə Mirdaməd özünə məxsus avtomobili düzəltdirmək üçün yanına gəlmiş və orada Mirdaməd özünü ona “mayor” kimi və mənzil eksperti kimi təqdim etmiş və özünün “Youtube” da olan çıxışlarını göstərmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs onun işlədiyi Bakı şəhəri, Biləcəri qəsəbəsində “Motodrom” adlı ərazidə yerləşən sexə gələrək idarə etdiyi “X48” markalı avtomobilinin motorunun xarab olduğunu bildirmiş və ondan avtomobilə baxmağını xahiş etmişdir. O da Mirdamədin avtomobilini müayinə etmiş və avtomobildə bir çox detallarda problem olduğunu bildirərək avtomobillə işinin çox olduğunu bildirmişdir. Bundan sonra Mirdaməd onunla razılaşmış və avtomobilini mütəmadi olaraq sexə gətirmişdir. 2023-cü ilin iyun ayının ortalarında sexdə olduqları zaman aralarında olan söhbət zamanı o, Mirdamədə torpaq sahəsi almaq istədiyini bildirmiş, Mirdaməd isə ona "xxxx"-nın Yasamal rayonu ərazisində inşa etdiyi güzəştli evlərdən mənzil almaqda köməklik edə biləcəyini və "xxxx"nın vəzifəli şəxsləri ilə əlaqəsinin olduğunu bildirmişdir. O da Mirdamədin sözlərinə inanaraq ev almaqda kömək etməsini xahiş etmişdir. Bundan bir gün sonra Mirdaməd yenə sexə gəlmiş və ona 3 otaqlı mənzilin 64.000 manata başa gəldiyini, mənzili almaq üçün ilkin ödəniş olaraq 26.000 manat pul verməli olduğunu, qalan pulu isə 20 il ərzində hissə-hissə ödəyəcəyi bildirmişdir. O da razılaşmış və 2023-cü ilin iyun ayının sonlarında işlədiyi Bakı şəhəri, Biləcəri qəsəbəsində “Motodrom” adlanan ərazidə yerləşən sexin içərisində dayısının iştirakı ilə 26.000 manat məbləğində pulu Mirdamədə vermişdir. Bundan bir neçə gün sonra Mirdaməd onunla əlaqə saxlayaraq bəzi sənədlərə imza etməli olduğunu bildirmişdir. O, Mirdamədi yenə sexə dəvət etmiş və sexdə ona təqdim etmiş olduğu sənədə imza etmişdir. Buna baxmayaraq Mirdaməd ona mənzil verməmiş, pulunu tələb etdikdə isə pulunu geri qaytarmamışdır. Bundan sonra onu Korrupsiya idarəsinə dəvət edərək Mirdamədə verdiyi pulla bağlı ifadəsini almış, onu zərərçəkmiş şəxs qismində tanımışlar. Mirdaməddən ona verdiyi pulları tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, 2023-cü ilin noyabr ayının əvvəllərində özünə ev almaq istədiyi üçün dostu Xalidlə məsləhətləşmiş, sonuncu onu Təqsirləndirilən şəxsla tanış etmişdir. Belə ki, Mirdamədlə Xalid özü danışıqlara apaparaq MİDA-nın Bakı şəhəri, Yasamal rayonunda yerləşən binasından 3 otaqlı mənzil üçün ilkin ödəniş kimi 20.000 manat ödəməli olduğunu ona demişdir. Xalid ona bildirmişdir ki, Təqsirləndirilən şəxs sözləri ilə ona bu məsələni çatdırır. Həmçinin Xalid demişdir ki, Mirdamədin deməsinə görə o, 20 il ərzində hər ay 498 manat MİDA-ya pul ödədikdən sonra aldığı mənzil onun mülkiyyətinə keçiriləcəkdir. Mirdamədin tələbinə əsasən o, öz evində Xalidə 20.000 manat pul vermiş, sonuncu da həmin pulu Mirdamədə verəcəyini demişdir. Mirdaməd Xalidə söz vermişdir ki, xx.xx.2023-cü il tarixə kimi mənzilin açarını ona təqdim edəcəkdir. Mirdaməd Xalidə aldığı 20.000 manata görə heç bir sənəd verməmişdir. Bu ilin fevral ayında isə eşitmişdir ki, Təqsirləndirilən şəxs dələduzluq əməlinə görə həbs olunmuşdur. Ondan öz pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 il bundan öncə əmisi oğlu Zaur vasitəsilə tanımış, münasibəti yaxşı olmuş, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Mirdaməd özünü ona həm jurnalist kimi, həm də "xxxx"-nın vəzifəli şəxsi kimi təqdim etmiş və mənzil almaq üçün ona köməklik edə biləcəyini bildirmişdir. O da ucuz qiymətə ev almaq istədiyinə görə ailəsi ilə məsləhətləşdikdən sonra Mirdaməddən ona da mənzil almaqda köməklik göstərməsini xahiş etmişdir. Mirdaməd də ona köməklik edə biləcəyini və "xxxx"-nın Yasamal rayonu ərazisində inşa etmiş olduğu binalardan mənzil verə biləcəyini bildirmişdir. Söhbətləri zamanı Mirdaməd ona 2 otaqlı mənzilin 68.000 manata başa gəldiyini, mənzili almaq üçün ilkin ödəniş olaraq 20.000 manat pul verməli olduqlarını, qalan pulu isə 20 il ərzində hissə-hissə ödəyəcəyini bildirmişdir. O da Mirdamədlə razılaşmış və 2023-cü ilin noyabr ayında yaşadığı ünvan 6 ünvanında 20.000 manat məbləğində pulu Mirdamədə vermişdir. Həmin pulu evdə olan anası və bacısının iştirakı ilə vermişdir. Bundan bir neçə gün sonra Mirdaməd onunla əlaqə saxlayaraq bəzi sənədlərə imza etməli olduğunu bildirmişdir. O, Mirdamədi yenə evə dəvət etmiş və evdə təqdim etmiş olduğu sənədə imza etmişdir. Həmin sənəd "xxxx"-ya aid sənəd olmuşdur. Bundan sonra isə Mirdaməd onlara nə mənzili vermiş, nə də ki pullarını geri qaytarmışdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək mənzilin tezliklə hazır olacağını bildirib onu aldatmışdır.sonra bilmişdir ki, Təqsirləndirilən şəxs bir çox adamlara qarşı dələduzluq hərəkətlərinə görə həbs edilmişdir. Təqsirləndirilən şəxs verdiyi pulları geri tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxsla təxminən 2023-cü ilin yanvar ayında Bakı şəhəri, Yasamal rayonunda qohumu tərəfindən işlədilən “50 qəpik” adlı kafeyə müştəri kimi gəldiyi zaman tanış olmuş, həmin vaxt Mirdaməd özünü "xxxx"-nın işçisi kimi təqdim etmişdir. Onun mənzilə ehtiyacı olduğu üçün Təqsirləndirilən şəxs müraciət etmiş və Mirdaməd ona müəyyən məbləğdə pul vəsaitinin qarşılığında "xxxx"-dan mənzilin ayrılmasında köməklik edə biləcəyini demişdir. Mirdamədin deməsinə görə müraciət edən şəxslərə güzəştli kateqoriyaya aid şəxslər kimi mənzillərin ayrılmasını təmin edə bilər, ilkin ödənişi 7.300 manat, 20 il müddətində aylıq 400 manat ödəmək şərti ilə MİDA-nın Yasamal qəsəbəsində yerləşən binalarından birində 3 otaqlı mənzil təşkil edə biləcəyini bildirmişdir. O, həmin şərtlərlə razılaşaraq xx.xx.2023-cü il tarixdə 3.000 manat, xx.xx.2023-cü il tarixdə 3.000 manat və xx.xx.2023-cü il tarixdə 7.300 manat, ümumilikdə 13.300 manat məbləğində pul vəsaitini “Milliön” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan karta göndərmişdir. Təqsirləndirilən şəxs götürdüyü pulun müəyyən məbləğini "xxxx"-da işləyən digər vəzifəli şəxslərə çatacağını, bir qədər sonra isə alqı-satqı üçün notariat kontoruna dəvət edəcəyini demişdir. Lakin o, alqı-satqıya dəvət edilməmiş, Təqsirləndirilən şəxs bununla bağlı ona hər hansı bir sənəd təqdim etməmişdir. Təqsirləndirilən şəxsla əlaqə saxlamağa çalışsa da sonuncu onun zənglərinə cavab verməmiş, onunla görüşməkdən yayınmışdır. Pulunu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Mirdamədi arvadı Aidə Rəşidovanın tanışı Azadə adlı qadın vasitəsilə tanımışdır. Azadə artıq rəhmətə getmişdir. 2023-cü ilin avqust ayının əvvəllərində arvadı Aidə ona Azadənin tanışı olan Mirdamədin vasitəsilə "xxxx"-dan ev almaq mümkün olmasını bildirmişdir. Ailəsinin evi olmadığına görə Mirdamədlə görüşüb evlə bağlı maraqlanmış, sonuncu ilə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Xəqani” Ticarət Mərkəzinin yaxınlığında kafedə görüşmüşlər. Mirdaməd görüş zamanı "xxxx"-nın əməkdaşı olduğunu və "xxxx"-nın Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa etdiyi güzəştli evlərdən mənzil vermək imkanının olduğunu bildirmişdir. O da Mirdamədə mənzil almaq istəyini bildirdikdə Mirdaməd 4 otaqlı mənzilin olduğunu bildirmiş və ona həmin mənzili ilkin ödənişi 25.000 manat olmaqla 20 illik aylıq 648 manat ödəməklə kreditə verə biləcəyini demişdir. O da bu təkliflə razılaşmış və 2023-cü ilin avqust ayının ortalarında 25.000 manat pul vəsaitini düzəldib Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “Kristal Abşeron” yaşayış kompleksinin qarşısında Mirdamədin idarə etdiyi “Range Rover” markalı avtomobilinə əyləşib pulu sonuncuya təqdim etmişdir. Həmin vaxt maşında onlardan başqa heç kim olmamışdır. Mirdaməd pulu ondan götürdükdən sonra mənzili 2-3 ay ərzində onun adına sənədləşdirəcəyini bildirmişdir. Bundan sonra o, Mirdamədə zəng etmiş, Mirdaməd ona Mənzil X35ndə yoxlama aparıldığını, ona görə işlərin uzandığını, səbirli olmağını demişdir. 2023-cü ilin sentyabr ayından 2024-cü ilin yanvar ayına kimi hər dəfə Mirdamədlə danışarkən sonuncu müxtəlif bəhanələr gətirərək nə mənzilin sənədlərini, nə də ki, pulunu qaytarmamışdır. 2024-cü ilin yanvar ayında Mirdaməd onunla telefonla danışıb mənzili almağın mümkün olmadığını bildirmiş və vermiş olduğu puldan 15.000 manatını qardaşı vasitəsilə ona qaytarmışdır. Bundan təxminən 10-15 gün sonra qardaşı onunla əlaqə saxlayaraq yenidən 3.000 manat pulu ona vermişdir. Lakin Mirdaməd onu aldadaraq qalan 7.000 manat pulunu vermədiyi üçün ondan hüquq -mühafizə orqanlarına şikayət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 Elman oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışının vasitəsi ilə tanımışdır. Tanışlığının da məqsədi ev almaq olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ev alqı-satqısı üzrə ekspert kimi tanımış, MİDA cəmiyyəti tərəfindən tikilmiş ucuz qiymətə olan mənzillərin alınmasına kömək edə biləcək adam kimi tanımışdır. 2023-cü ilin may ayında özünə ev almaq üçün Təqsirləndirilən şəxs müraciət etmişdir. Belə ki, internet resurslarında Təqsirləndirilən şəxs əmlak eksperti, yazıçılar birliyinin üzvü, "xxxx"-nın işçisi, ”General” olduğunu görmüşdür. Mirdaməd ona "xxxx"-nın vəzifəli şəxsləri ilə əlaqələrinin olduğunu və "xxxx"-nın Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa etmiş olduğu binalardan mənzil almağa köməklik edə biləcəyini bildirmiş, o da Mirdamədlə razılaşmış və ona 3 otaqlı mənzil almaq üçün ilkin ödəniş kimi 15.000 manat pulu bir neçə dəfəyə ona vermiş, qalan pulu isə 20 il ərzində hissə-hissə ödəyəcəyini demişdir. Mirdaməd pulu götürdükdən sonra 2-3 ay ərzində mənzilin ona veriləcəyini bildirmişdir. Bundan 1 ay sonra, tanışları və dostları onun mənzil aldığını öyrənmişlər və onlar üçün də mənzil almağa köməklik etməsini xahiş etmişlər. Belə ki, anası Zərərçəkmiş şəxs21, dostu Nurəl Əskərov, Zərərçəkmiş şəxs20 və Zərərçəkmiş şəxs19 da mənzil almaq istədiklərinə görə yenidən Mirdamədlə görüşmüş, anasının və dostlarının da mənzil almaq istədiyini demişdir. Mirdaməd ona heç bir problem olmadığını, tanışlarına da mənzil verə biləcəyini bildirmişdir. 2023-cü ilin iyun ayının ortalarında anasının ona vermiş olduğu 15.000 manatı Mirdamətə vermiş, Tohid isə şəxsən özü Mirdamədlə görüşərək ona 15.000 manat vermişdir. Həmçinin dostu Maqsudun ona ev almaq üçün verdiyi 13.000 manat pulu və digər dostu Nurəlin ev almaq üçün verdiyi 15.000 manat pulu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Cafe Park” çay evində Mirdamədə təqdim etmişdir. Mirdaməd də yenə həmin qaydada 2-3 ay ərzində mənzillərin veriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs götürdüyü pulun müəyyən məbləğini "xxxx"-da işləyən digər vəzifəli şəxslərə çatacağını demiş, bir qədər sonra isə tanışlarını alqı-satqı üçün notariat kontoruna dəvət edəcəyini demiş, lakin, buna baxmayaraq nə o, nə də ki, həmin şəxslər alqı-satqıya dəvət edilməmişlər. Təqsirləndirilən şəxsla o və digər tanışları barışıq ərizəsini pulu almadan yazmışlar. Belə ki, Mirdamədin azadlığa çıxdıqdan sonra onların hamısına vurduğu zərəri ödəməsini vəd etdiyi üçün bu ərizələri onun vəkilinə təqdim etmişlər. Beləliklə, Mirdamədə özü və onun vasitəsilə digər şəxslərdən ümumilikdə 73.000 manat pul verilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. İşin mahiyyəti üzrə bildirir ki, 2024-cü ilin yanvar ayının əvvəllərində Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün tanışı Şahid1 Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Azərbaycan” nəşriyyatının inzibati binasında ilkin ödəniş 20.000 manat pul vermiş, Şahid1 "xxxx"-dan güzəştli şərtlərlə qısa müddətdə üçotaqlı mənzilin verilməsini söz vermiş, lakin ona nə mənzil verilmiş, nə də ki, pulu qaytarılmamışdır. Pulunu Şahid1 verdiyi üçün sonuncudan da tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, adını eşitmişdir. İşin mahiyyəti üzrə bildirir ki, 2024-cü ilin yanvar ayının əvvəllərində tanışı Şahid1 Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq üçün Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Azərbaycan” nəşriyyatının inzibati binasında ilkin ödəniş 10.000 manat pul vermişdir. Şahid1 bildirmişdir ki, onu Mirdamət adlı tanışı var, bütün məsələləri o həll edəcəkdir. Buna baxmayaraq ona mənzil verilməmiş, nə də ki, pulu qaytarılmamışdır. Pulunu geri tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Mirdamət Əzizovu iki il olar tanıyır, onunla dostluq münasibətləri olmuşdur. 2023-cü ilin iyun ayında Azərbaycan Respublikasının Mənzil X18 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq təklifi ona birbaşa Mirdamətin özündən gəlmiş, ona etibar etdiyi üçün mənzil almaq məqsədilə ilkin ödəniş kimi 15.000 manat pul ödəmişdir. Lakin ona mənzil verilməmiş, pulu da qaytarılmamışdır. Bununla belə, Mirdamət Əzizovla dost olduğuna görə ona qarşı heç bir tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onu heç vaxt görməmişdir. Dostu Zərərçəkmiş şəxs14 Elman oğlu 2023-cü ilin iyun ayında ona özünün "xxxx"-nın Bakı şəhəri, Yasamal rayonunda yerləşən binalarından ev aldığını, ilkin ödəniş olaraq 15.000 manat verdiyini, qalan pulu isə hissə-hissə olmaqla ödəyəcəyini demişdir. O da Elsevənə həmin binadan mənzil almaq istədiyini bildirmiş və ona köməklik etməsini xahiş etmişdir. Elsevən isə mənzili tanışı Təqsirləndirilən şəxs vasitəsilə aldığını bildirmiş, Mirdamədin “General” olduğunu demişdir. Bundan sonra o, Elsevəndən həmin binadan mənzil almaq üçün Mirdamədlə danışmasını xahiş etmiş, Elsevən də Mirdamədlə danışıb "xxxx"nın inşa etdiyi binalardan 3 otaqlı mənzil təşkil edəcəyinə söz vermişdir. Bu məqsədlə Elsevənə ilkin olaraq 15.000 manat pul ödəmiş, ödənişin qalan məbləğini isə 20 il ərzində hər ay 498 manat ödədikdən sonra evin onun mülkiyyətinə keçəcəyini demişdir. X37 rayonu, Alar kəndindəki yaşadığı evinə gedərək vermişdir. Lakin ona heç bir mənzil verilməmiş, verdiyi pul isə qaytarılmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Rafael adlı şəxs vasitəsilə tanımışdır. Belə ki, 2023-cü ilin dekabr ayında öz evini 30.000 manata satmış, həmin pula başqa mənzil axtardığına görə Rafaelə müraciət etmiş, sonuncu bu işlə məşğul olan və "xxxx"-nın əməkdaşı Təqsirləndirilən şəxs ilə danışacağını demişdir. 2023-cü ilin dekabr ayının sonunda Yasamal rayonunda Mətbuat prospektində yerləşən “Azərbaycan” nəşriyyatının inzibati binasında Rafaellə birlikdə Təqsirləndirilən şəxs ofisində görüşmüşlər. Sonuncu ona "xxxx"-da işləyən vəzifəli şəxslərlə yaxından əlaqələrinin olduğunu deyərək "xxxx"-dan mənzillərin ayrılmasında köməklik edə biləcəyini demişdir. Mirdamədin deməsinə görə müraciət edən şəxslərə güzəştli kateqoriyaya aid şəxslər kimi mənzillərin ayrılmasını təmin edə bilər. Təqsirləndirilən şəxs ilkin ödəniş kimi 30.000 manat pulu 2024-cü ilin yanvar ayında Yasamal rayonunda mətbuat prospektində yerləşən “Azərbaycan” nəşriyyatının inzibati binasında Rafaellə birlikdə Təqsirləndirilən şəxs iş otağında sonuncuya vermişdir. Lakin buna baxmayaraq o, alqı-satqıya dəvət edilməmiş, Təqsirləndirilən şəxs da ona mənzilin alınması ilə əlaqədar heç bir sənəd təqdim etməmişdir. Ona mənzil verilməmiş, nə d əki, pulu qaytarılmamışdır. Pulunu geri tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınmış X7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Onu oğlu Zərərçəkmiş şəxs9 tanımışdır. Oğlu hal-hazırda xaricdə yaşadığı üçün o, oğlunun verdiyi etibarnamə əsasında məhkəmədə çıxış edir. İşin mahiyyəti üzrə bildirir ki, oğlu Zərərçəkmiş şəxs9 2022-ci ilin yanvar ayında ipoteka ilə ev almaq istəmiş, oğlunun iş yoldaşı olmuş Elvin Fərzəliyev oğlunu Mirdaməd adlı şəxslə tanış etmiş və sonuncu üç otaqlı mənzil təşkil edəcəyini vəd edərək 4.000 manat pulunu almışdır. Lakin Mirdaməd oğluna nə ev vermiş, nə də ki, pulunu qaytarmamışdır. Həmin pulu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ofisiant işlədiyi “Göygöl” kafesinə gələn müştəri kimi tanımış və həmin vaxtdan münasibətləri yaranmışdır. Mirdaməd özünü ona "xxxx"-nın vəzifəli şəxsi kimi təqdim etmiş və mənzil almaq üçün köməklik edə biləcəyini bildirmişdir. O da ucuz qiymətə ev almaq istədiyinə görə atası ilə məsləhətləşdikdən sonra Mirdaməddən ona da 3 otaqlı mənzil almaqda köməklik göstərməsini xahiş etmişdir. Mirdaməd də ona köməklik edə biləcəyini və "xxxx"-nın Yasamal rayonu ərazisində inşa etmiş olduğu binalardan mənzil verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs belə bir mənzil üçün ilkin ödəniş olaraq 9.000 manat pul verməli olduğunu, mənzilin ümumi dəyərinin 110.000 manat təşkil etdiyini, qalan pulu 20 il ərzində hissə-hissə ödənilməsini bildirmişdir. Mirdamədlə razılaşaraq atasından aldığı 9.000 manat pulu əlbəəl Mirdamədə vermiş, lakin Mirdaməd əlavə xərc olmasını bildirdiyi üçün ona daha 4.000 manat pul da, ümumilikdə isə 13.000 manat pul vermişdir. Hətta Mirdaməd onu Asan Xidmətə apararaq hansısa sənədlərə qol çəkdirmişdir. Bu hadisələr hardasa 2021-ci ilin yay aylarında baş vermişdir. Buna baxmayaraq Mirdaməd ona nə mənzil vermiş, nə də ki, pulunu geri qaytarmamışdır. Həmin pulu geri tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ev makleri olan tanışı Şahid4 vasitəsilə tanımış, sonuncu ona Təqsirləndirilən şəxs vasitəsilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "xxxx"-dan 3 otaqlı mənzil alınmasının mümkün olduğunu bildirmişdir. Ona görə də İmranla birlikdə İmrana məxsus ev alqı-satqısı ofisində Təqsirləndirilən şəxsla görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs özünü "xxxx"-nın vəzifəli şəxsi kimi təqdim edərək ona həmin binalardan 3 otaqlı mənzili verə biləcəyini bildirmişdir. Mirdaməd ilkin olaraq 25.000 manat pul verməli olduğunu, daha sonra isə pulun qalan hissəsini aylıq kreditlə ödəyəcəyini, 2023-cü ilin dekabr ayının sonlarına kimi mənzilin verilməsini bildirmişdir. Mirdamədin vədinə inanaraq ona hissə-hissə 10.000, 9.000 və 6.000 manat olmaqla, ümumilikdə 25.000 manat pul vermiş, həmin puldan Mirdaməd 6.000 manatı qaytarmış, 19.000 manatı isə bu günə qədər qaytarmamış, nə də ki, ona mənzil verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs onun valideynlərinin yaşadığı İmişli rayonu, Qaradonlu kəndində qonşuluqda yaşamışlar. 2023cü ilin oktyabr-noyabr aylarında Mirdaməd onun işlədiyi “Buta-160” əczaçılıq dükanına gələrək "xxxx" tikinti layihəsində səlahiyyətli vəzifə tutduğunu bildirərək "xxxx"-dan ev almaqda ona köməklik edə biləcəyini bildirmişdir. Evə ehtiyacı olduğu üçün Təqsirləndirilən şəxs "xxxx"-dan 4 otaqlı ev almaq istədiyini bildirmişdir. Mirdaməd 4 otaq evin ilkin ödənişinin 30.000 manat olduğunu demiş, o, Mirdamədlə razılaşaraq 2023-cü ilin noyabr ayının sonlarında ona 12.000 manat pulu yaşadığı evin həyətində vermişdir.Təxminən 1 həftə sonra, yəni 2023-cü ilin dekabr ayının əvvəllərində o, 18.000 manat pulu Təqsirləndirilən şəxs yaşadığı evin həyətində vermişdir. Mirdaməd yaxın müddətdə "xxxx"-nın layihəsi olan sosial evlərin satışa çıxarılacağını və ona 4 otaqlı mənzil ayıracağını bildirmişdir. Mirdamədə zəng edərək ev barədə maraqlanmış, Mirdaməd isə hələ evlərin ayrılmadığını bildirmişdir. 2023-cü ilin dekabr ayının sonunda Mirdaməd onun yaşadığı evə gələrək möhürsüz müqavilə təqdim etmiş və həmin sənədi imzalamağını bildirmişdir. O, həmin sənədə imza atdıqdan sonra Mirdaməd ona həmin sənədin "xxxx"-nın digər səlahiyyətli şəxsləri tərəfindən imzalandıqdan sonra notariusda təsdiqlənəcəyini və bundan sonra mənzilin ona veriləcəyini bildirmişdir. O, evin verilmədiyini görüb 2024-cü ilin əvvəllərindən başlayaraq Mirdamədlə dəfələrlə əlaqə saxlamış, lakin sonuncu ondan yayınmışdır. Sonra isə mətbuatdan bilmişdir ki, Təqsirləndirilən şəxs çoxsaylı insanları aldadıb pullarını aldığına görə həbs olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. X30 prospektində yerləşən Nəşriyyat evindəki ofisində 2023-cü ilin yay aylarında olmuş, sosial şəbəkələrdən onun MİDA ilə əməkdaşlıq etməsini bildiyi üçün ona 2 otaqlı mənzilə ehtiyacı olduğunu bildirmiş, o da ona belə bir mənzili verə biləcəyini deyərək ilkin ödəniş olaraq 6.000 manat pul verməli olduğunu, qalan pulu isə 20 il ərzində hissə-hissə ödəyəcəyini bildirmişdir. O da Mirdamədlə razılaşmış və Mirdamədin işlədiyi ofisində 6.000 manat məbləğində pulu sonuncuya vermişdir. Mirdamədlə mütəmadi telefon əlaqəsi saxlamış, hər dəfə sonuncu bildirmişdir ki, növbəti ay mənzili verəcəkdir. Mənzilə görə verdiyi pulun alınmasını müqavilə şəklində sənədləşməsini xahiş etsə də Təqsirləndirilən şəxs hər dəfə ona mənzili verdikdən sonra sənədləşmənin aparılmasını demişdir. Sonda Mirdaməd ona nə mənzil vermiş, nə də ki, pulunu qaytarmamışdır. Ondan şikayətçidir, verdiyi pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hərbi xidmətdən tanıyır. 2010-2011-ci illərdə hər ikisi eyni hərbi hissədə hərbi xidmətdə olmuşlar. Təqsirləndirilən şəxs səmimi və mədəni zabit kimi tanımışdır. 2023-cü ilin noyabr ayında övladı üçün mənzil axtardığına görə keçmiş hərbiçi yoldaşı olmuş Zərərçəkmiş şəxs10 ona hərbi xidmətdə birlikdə olduqları Təqsirləndirilən şəxs "xxxx" ilə əməkdaşlıq etdiyini bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Mətbuat prospektində Nəşriyyat evində yerləşən ofisinə getmişlər. Xidməti illəri xatırlayıb çox mehriban söhbət aparmışlar. Bundan sonra o, övladı üçün üç otaqlı mənzil almaq istədiyini bildirmiş, Mirdaməd isə ona "xxxx"-dan mənzilin ayrılmasında köməklik edə biləcəyini demişdir. Mirdaməd ilkin ödənişin 7.300 manat, 5 il müddətində aylıq 1.800 manat ödəmək şərti ilə "xxxx"-nın Yasamal qəsəbəsində yerləşən binalarından 3 otaqlı mənzillər təşkil edə biləcəyini bildirmişdir. O, həmin şərtlərə razılıq verərək 2024-cü ilin yanvar ayında yaşadığı Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani 33 ünvanın yanında Təqsirləndirilən şəxs 7.300 manat pul vermişdir. Təqsirləndirilən şəxs götürdüyü pulun müəyyən məbləğini "xxxx"-da işləyən digər vəzifəli şəxslərə çatacağını demişdir. Bir qədər sonra isə alqı-satqı üçün notariat kontoruna dəvət edəcəyini demişdir. Lakin buna baxmayaraq o, alqı-satqıya dəvət edilməmiş, Təqsirləndirilən şəxs ona heç bir sənəd təqdim etməmişdir. Sosial şəbəkələrdən çoxsaylı insanları aldadıb pullarını aldığına görə Təqsirləndirilən şəxs həbs olunduğunu bilmişdir. Buna baxmayaraq ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X32 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Lakin Cəlilabad rayonu, Alar kənd sakini və həmkəndlisi olan Zərərçəkmiş şəxs14 Bakı şəhərindən ucuz qiymətə mənzil ala biləcəyi barədə vədlərinə inanaraq 2023-cü ilin sentyabr ayında ona qaynatasının vasitəsilə 14.000 manat pul vermişdir. Lakin sonda ona nə mənzil verilmiş, nə də ki, pulu qaytarılmamışdır. Vüsal Əliyev qaynatasından 13.000 manat almasını bildirmiş, lakin o, qaynatasına 14.000 manat pul vermiş və pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımamış, qonşusu Şahid3lə "xxxx"dan güzəştli şərtlərlə mənzil almaq barədə söhbət etdiyi zaman sonuncu ona bildirmişdir ki, Təqsirləndirilən şəxs adında tanışı var, sonuncu "xxxx"-nın inşa etdiyi binalarda olan mənzillərin güzəştli şərtlərlə satışını həyata keçirə bilir. O, Xalidə razılığını bildirdikdən sonra ilk dəfə Bakı şəhərində yerləşən Elmlər Akademiyasının yaxınlığındakı kafedə o, Xalid və Təqsirləndirilən şəxs görüşərək tanışı olmuşdur. Təqsirləndirilən şəxsla söhbət əsnasında sonuncu ona 3 otaqlı mənzil üçün ilkin ödəniş olaraq 20.000 manat ödənilməli olduğunu, qalan pulu isə aylıqı isə 20 il ərzində hər ay 498 manat ödədikdən sonra evin mülkiyyətə keçəcəyini bildirmişdir. Bu şərtlər onu qane etdiyi üçün bundan 2-3 gün sonra Xalidə yaşadığı evində 20.000 manat pul vermişdir ki, sonuncu həmin pulu Mirdamədə versin. Hətta o, Mirdamədin istəyinə uyğun olaraq Xalidə Mirdamədə çatdırması üçün şəxsiyyət vəsiqəsi və Milli Bankın arayışını təqdim etmişdir. Bu hadisələr təxminən 2023cü ilin noyabr-dekabr aylarında baş vermişdir. Təqsirləndirilən şəxs guya evin alqısatqısına dair müqaviləyə qol çəkmək üçün “Asan” xidmətə getmiş, lakin Mirdaməd həmin yerə gəlməmiş, bundan sonra bilmişdir ki, Mirdaməd onu aldatmışdır. Təqsirləndirilən şəxs onun pulunu qaytarmamış, nə də ki, ev verməmişdir. Pulunu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki,o, keçmiş hərbiçi zabit olmuş, Təqsirləndirilən şəxs 2023-cü ilin yay aylarında Sumqayıt şəhərində şəhidin anım mərasimi ilə bağlı keçirilmiş tədbirdə tanımış, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 2023-cü ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxsla Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Space” telekanalının yaxınlığında söhbətləri zamanı özünə mənzil axtardığını bildirmiş, Mirdaməd isə ona "xxxx"-nın mətbuat əməkdaşı olduğunu və ona sosial evlərdən mənzil almaq üçün köməklik edə biləcəyini bildirmişdir. Mirdaməd öz mobil telefonunda ona “General” formasında olan şəklini, “Youtube” platformasında olan videolarını göstərmiş və o da Mirdamədin göstərdiklərinə inanıb ona mənzil almaqda köməklik edəcəyini zənn etmiş və ona görə Mirdaməddən mənzil almaqda köməklik istəmişdir. Mirdaməd ona "xxxx"-nın Yasamal rayonu ərazisində inşa etdiyi güzəştli mənzillərdən 3 otaq olanını həll edəcəyini bildirmiş və ilkin ödəniş kimi ondan 15.000 manat istəmişdir. Belə ki, Mirdaməd evi ona 73.000 manata verəcəyini, ilkin ödəniş kimi 15.000 manat olacağını, qalan pulu isə 20 illik kreditlə ödəyəcəyini bildirmişdir. O da bu şərtlərlə razılaşmış və ona 15.000 manat verəcəyini bildirmişdir. Bundan təxminən bir neçə gün sonra 2023-cü ilin iyun ayının ortalarında Mirdamədin tanışı Rizvan adlı şəxsə Mirdamədə çatdırılması üçün 15.000 manat pulu vermişdir. Mirdaməd ona zəng edərək Rizvandan həmin 15.000 manat pulu aldığını təsdiqləmişdir. Lakin, Mirdaməd vermiş olduğu sözü tutmayaraq mənzili təqdim etməmiş, nə də ki, pulunu qaytarmamışdır. Mirdamədin buna bənzər işlərinə görə həbs olunduğunu bilmiş və istintaqa ifadəsini vermişdir. Mirdaməddən 15.000 manatını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs25 Ağamehdi oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5 il bundan qabaqdan tanıyır, münasibəti yaxşı olmuş, hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 2024-cü ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxsla söhbəti zamanı özünə 2 mənzil almaq istədiyini bildirmiş, Mirdaməd isə ona "xxxx"-nın əməkdaşı olduğunu və ona sosial evlərdən mənzil almaq üçün köməklik edə biləcəyini bildirmişdir. Mirdaməd ona "xxxx"-nın Yasamal rayonu ərazisində inşa etdiyi güzəştli mənzillərdən 2 və 3 otaq olanları həll edəcəyini bildirmiş və ilkin ödəniş kimi hər iki ev üçün ondan 14.000 manat istəmişdir. Belə ki, Mirdaməd 3 otaqlı evi ona 73.000 manata verəcəyini, ilkin ödəniş kimi 9.000 manat olacağını, qalan pulu isə 20 illik kreditlə ödəyəcəyini bildirmişdir. Digər 2 otaqlı mənzili isə ona 53.000 manata verəcəyini, ilkin ödəniş kimi 5.000 manat olacağını, qalan pulu isə 20 illik kreditlə ödəyəcəyini bildirmişdir. O da bu şərtlərlə razılaşmış və Mirdamədə 14.000 manat verəcəyini bildirmişdir. Bundan təxminən bir neçə gün sonra 2024-cü ilin yanvar ayının ortalarında Mirdaməd onunla əlaqə saxlamış və pulun verilməli olduğunu bildirmişdir. O da Mirdamədi elə həmin gün yaşadığı evin qarşısına çağırmış və Mirdamədlə özünə məxsus “Lexus” markalı avtomobilin içərisində görüşüb 14.000 manat pulu vermişdir. Həmin vaxt ikisindən başqa orada heç kim olmamışdır. Mirdaməd də ona "xxxx"-ya aid bəzi sənədlərə qol çəkdirmiş, həmçinin, mənzilləri 2024-cü ilin fevral ayının sonlarına qədər təhvil verəcəyini bildirmişdir. Lakin, Mirdaməd vermiş olduğu sözü tutmamış və ona mənzilləri təqdim etməmişdir. O, Mirdaməddən mənzil barədə soruşduqda müxtəlif bəhanələrlə onu aldatmış və mənzilləri verməmişdir. 2024-cü ilin fevral ayının sonlarında isə Mirdamədin dələduzluq etdiyini və buna görə həbs olunduğunu eşitmişdir. Bundan təxminən 1 ay qabaq qardaşı Mirzamin onunla görüşərək dəymiş ziyandan 3.000 manat pulu ödəmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, 2022-ci ilin yanvar ayında ipoteka krediti əldə edərək ev almaq istəmiş və bununla əlaqədar olaraq müxtəlif banklara müraciət etsə də banklar iş yerini tez-tez dəyişdiyi üçün ipoteka krediti verməkdən imtina etmişlər. 2022-ci ilin yanvar ayında bu barədə iş yoldaşı Elvin Fərzəliyevlə danışarkən ona bir nəfər Mirdaməd adlı şəxsin ev alqı-satqısı ilə məşğul olduğunu, bəlkə Mirdamədin münasib qiymətə kreditlə ev almağa köməklik edə biləcəyini demişdir. O da Elvinə Mirdamədlə onu tanış etməsini xahiş etmiş və bundan sonra Elvin onun yanında Mirdamədin mobil nömrəsini yığmış, kreditlə ev almağa köməklik etməsini xahiş etmişdir. Həmin telefon danışığı zamanı Mirdaməd Elvindən onun şəxsiyyət vəsiqəsinin şəklini istəmiş, o da şəxsiyyət vəsiqəsinin şəklini “whatsapp” Messenger proqramı vasitəsi ilə Elvinə, Elvin də Mirdamədə atmışdır. Səhv etmirsə növbəti gün Mirdaməd Elvinə zəng edərək onun ASAN Xidmət Mərkəzinə müraciət edib ipoteka borcunun olub-olmamağı barədə arayış almağını bildirmişdir. Bundan sonra o, Bakı şəhəri 1 saylı Asan Xidmət Mərkəzinə getmiş və oradan ipoteka borcunun olmaması barədə arayış almışdır. Bundan sonra həmin arayışın fotoşəklini çəkib “whatsapp” Messenger proqramı vasitəsi ilə Elvinə, Elvin də Mirdamədə atmışdır. Təqribən 2-3 gün sonra Mirdaməd Elvinə zəng edərək 2022-ci ilin mart ayında "xxxx" yaşayış kompleksində olan mənzillər üzrə onlayn müsabiqənin olacağını, ona orada ipoteka krediti ilə güzəştli mənzil düşdüyünü, "xxxx" yaşayış kompleksinin Yasamal rayonunda yerləşən binalardan birindən istəyirsə özünün müsabiqədə onun yerində iştirak etməklə 80 kvadrat metrdən artıq ölçüdə olan üç otaqlı mənzil təşkil edə biləcəyini, bunun üçün əvvəlcə 4.000 manat, evin açarı veriləndən sonra əlavə 3.000 manat verməli olduğunu demişdir. O da Elvinə bir qədər fikirləşib məlumat verəcəyini demişdir. Həmin gün bir qədər fikirləşib Elvinə razı olduğunu demiş və Elvin də onun yanında bu barədə Mirdamədə demişdir. Həmin gün Mirdaməd Elvinə 4.000 manatın tez bir zamanda verilməli olduğunu, həmin pulun Mənzil X18 rəhbər vəzifəli şəxslərinə çatdırmalı olduğunu demiş, o da razılaşaraq növbəti gün, yəni 2022-ci ilin yanvar ayının sonlarında dəqiq xatırlamadığı gündə Elvinlə birlikdə Mirdamədin Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən ofisinə getmişlər. Həmin vaxt özünə məxsus olan 4.000 manatı da aparmışdır. Orada Elvin onu Mirdamədlə tanış etmiş və sonuncunu ilk dəfə orada görmüş, söhbət zamanı Mirdaməd Elvinə dediklərini təkrarlayaraq ona 2022-ci ilin mart ayında "xxxx" yaşayış kompleksində olan mənzillər üzrə onlayn müsabiqənin olacağını, ona orada ipoteka krediti ilə güzəştli mənzil düşdüyünü, "xxxx" yaşayış kompleksinin Yasamal rayonunda yerləşən binalardan birindən istəyirsə özünün müsabiqədə onun yerindən iştirak etməklə 80 kvadrat metrdən artıq ölçüdə olan üç otaqlı mənzil təşkil edə biləcəyini, bunun üçün əvvəlcə 4.000 manat, evin açarı veriləndən sonra əlavə 3.000 manat verməli olduğunu demişdir. O da Mirdamədə razı olduğunu söyləyib 4.000 manatı sonuncuya təqdim etmişdir. Mirdaməd pulu alıb götürmüş, növbəti gün Asan Xidmət Mərkəzinə gedib Asan İmza alıb özünə verməyini istəmişdir. O da razılaşmış və Mirdamədlə sağollaşıb Elvinlə birlikdə oradan getmşlər. Növbəti gün Bakı şəhəri 3 saylı Asan Xidmət Mərkəzindən öz adına Asan İmza əldə edib Mirdamədin ofisinə getmiş, Mirdaməd orada olmadığı üçün Elvinə zəng vurub bu barədə demişdir. Elvin də Mirdamədlə danışmış, daha sonra həmin Asan İmza olan nömrəni yaxınlıqda olan adını bilmədiyi kafedə çalışan şəxsə verib Mirdamədin ondan götürəcəyini demişdir. Həmin şəxs də asan nömrəni almışdır. Bir neçə gün sonra o, Elvindən Mirdamədin şəxsi mobil nömrəsini istəmiş, sonuncu da Mirdamədin mobil nömrəsini ona vermiş, o, Mirdamədə 051 535-67-74 mobil nömrəsindən yığıb zəng etmiş və sonuncudan işlərin hansı yerdə olduğunu soruşmuş, həmin vaxt Mirdaməd ona Asan İmzanın özündə olduğunu, narahat olmamağını, hər şeyin özünün nəzarətdə saxladığını, 2022-ci ilin mart ayında keçirilən müsabiqədə mənzili əldə edəcəyini demişdir. Bundan sonra 2022-ci ilin mart ayında keçirilən müsabiqəyə kimi Mirdamədlə aralarında hər hansı danışıq olmamışdır. Müsabiqə yekunlaşdıqdan dərhal sonra Mirdamədlə əlaqə saxlayıb ev götürüb götürə bilmədiyini soruşmuş, Mirdaməd isə ona mənzil satışı zamanı problemlər olduğunu, çoxsaylı şikayətlər olduğunu, ona görə gözləmə mövqeyində olduğunu, başının qarışıq olduğunu, sonra əlaqə saxlayacağını bildirmişdir. Novruz bayramından sonra Mirdamədlə əlaqə saxlayıb sonuncunun ofisinə getmiş, Mirdaməd ona işin Dövlət Təhlükəsizlik Xidmətində araşdırıldığını, dələduzluğa görə bir neçə şəxsin saxlanıldığını, heç bir narahatçılıq olmadığını, növbəti yarışlarda əvvəlki şərtlərlə onun üçün mənzil götürəcəyini demişdir. O da Mirdamədə inanıb oradan getmişdir. Bundan sonra növbəti dəfə 2022-ci ilin sentyabr ayında və ardınca 2023-cü ilin avqust ayında "xxxx" yaşayış kompleksində onlayn müsabiqələr keçirilmiş, həmin vaxtlar da Mirdaməd müxtəlif bəhanələr gətirərək mənzil götürə bilmədiyini bildirmişdir. 2023-cü ilin dekabr ayında "xxxx" yaşayış kompleksində onlayn müsabiqədən sonra Mirdaməd ona zəng edərək Yasamal rayonunda yerləşən kompleksin binalardan birinin 5-ci mərtəbəsindən üç otaqlı mənzil götürdüyünü bildirmiş və onu təbrik edərək növbəti gün mənzillərin sənədlərini götürəcəyini, daha sonra əlaqə saxlayacağını söyləmiş, lakin, Mirdaməd onunla heç bir əlaqə saxlamamışdır. O və Elvin dəfələrlə Mirdamədə zəng etsələr də, mesajlar yazsalar da əlaqə yaratmaq mümkün olmamışdır. O, Mirdamədin xaricə getdiyini düşünüb ondan şikayət etməmişdir. Həmin ərəfələrdə Elvin Mirdamədin qardaşı Mirzaminin mobil nömrəsini yığıb Mirdamədin harada olduğunu soruşmuş, Mirzamin də Mirdamədin xaricdə olduğunu demişdir. Həmin vaxtdan etibarən Mirdamədlə heç bir əlaqə yarada bilməmişdir. Mirdamədin onu aldadaraq 4.000 manat pul vəsaitini ələ keçirməsinə görə sonuncudan şikayətçi olmuş, Mirdaməd hazırki vaxtadək olan müddətdə ona hər hansı məbləğdə pul vəsaiti qaytarmamışdır, habelə özünü Mənzil X18 eksperti kimi təqdim etmiş, oyun keçirilən zaman müşahidə aparan ekspertlərdən biri olduğunu bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Şahid1 atasının tanışıdır. X5 ilə Şahid1 arasında baş verən telefon danışığı zamanı Novruz atasına "xxxx"-da sərfəli qiymətə ev almaq imkanının olduğunu, orada vəzifəli şəxslər ilə yaxın münasibətdə olduğunu və əgər ev istədiyi halda onlara yaxşılıq edərək sərfəli qiymətə ev təşkil edəcəyini bildirmişdir. Onların danışığından sonra atası bu barədə ona bildirmiş və o, Novruzun təklifi ilə razılaşaraq Novruzla bu barədə söhbət etmək qərarına gəlmişdir. O, 13 yanvar 2024-cü il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrədən Novruzun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək bu barədə danışıq aparmışdır. Novruz ona adına kredit olmadığı halda "xxxx"-da 3 otaqlı mənzil təşkil edəcəyini və ilkin ödəniş 18.000 manat ödədikdən sonra 20 il, hər ay 498 manat ödədikdən sonra evin onun mülkiyyətinə keçəcəyini bildirmişdir. O, Novruzun təklifi ilə razılaşmış və sabahı günü 18.000 manatı götürərək Novruzla Xətai rayonunda yerləşən “Məclis” çay evində görüşmüşdür. Novruz ona "xxxx"-da vəzifəli tanışının olduğunu, onların vasitəsi ilə ona 3 otaqlı mənzil veriləcəyini bildirmişdir. Lakin Novruz "xxxx"-da həmin vəzifəli tanışının kim olduğunu deməmişdir. Həmçinin Novruz ona yaxın müddət ərzində Asan imza nömrəsinə mesaj gələcəyini və həmin mesajı təsdiq edərək xəbər etməyini bildirmişdir. O, Novruzla razılaşaraq “Məclis” çay evində 18.000 manat pulu dostu Zərərçəkmiş şəxs8 iştirakı ilə Novruza təqdim etmişdir. Bir müddət sonra, yəni 21 yanvar 2024-cü il tarixdə Novruz onun mobil telefonuna “whatsapp” proqramı vasitəsilə üzərinə "xxxx"-nın möhürü olan sənəd göndərmiş və 22 fevral 2024-cü il tarixdə Asan xidmətə getməyini, orada "xxxx"-da olan evlə bağlı gəldiyini və notariusda müvafiq sənədlərə imza edərək evin ona verilməsini təsdiq edən sənədləri götürməyini bildirmişdir. Lakin, ona nə ev verilmiş nə də ki pulu geri qaytarılmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs14 Elman oğlunun tanışıdır. Tanışlığının da məqsədi ev almaq olmuşdur. Belə ki, oğlu ona bildirmişdir ki, Təqsirləndirilən şəxs ev alqı-satqısına köməklik edəcək, hətta ilkin ödəniş olaraq oğlu Mirdamədə 15.000 manat pul verdiyini bildirmişdir. O da oğlu ilə qonşu olmaq üçün oğlunun aldığı mənzilin yanından mənzil almaq istədiyini bildirmişdir. Oğlu da 2023-cü ilin iyun ayında Mirdamədlə danışıb onun üçün də mənzil alacağını bildirmişdir. Özünə mənzil almaq üçün oğluna Mirdamədə verilməsi üçün 15.000 manat pul vermişdir. Buna baxmayaraq Mirdaməd ona nə mənzil vermiş, nə də ki, pulunu qaytarmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X24 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tanımır, lakin onunla 2023-cü ilin noyabr ayında bir dəfə Bakı şəhərində Elmlər Akademiyasının yaxınlığındakı kafedə görüşmüşdür. Onu Mirdamədlə görüşdürən qohumu Şahid3 olmuşdur. Belə ki, o, özünə mənzil almaq istədiyi üçün qohumu Xalid bu işə kömək edəcək tanışı olduğunu bildirmiş, həmin tanışın adı Təqsirləndirilən şəxs olmuşdur. Mənzillə bağlı bütün danışıqları Mirdamədlə qohumu Xalid aparmışdır. Xalidə 3 otaqlı mənzil üçün ilkin ödəniş kimi 15.000 manat vermiş, qalan məbləği isə 20 il ərzində hər ay 498 manat ödəməli idi. Mirdaməd Xalidə vəd etmişdir ki, xx.xx.2023-cü ilə kimi mənzilin sənədlərini təqdim edəcəkdir. Lakin Mirdaməd ona mənzil verməmiş, nə də ki, pulunu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. O, qardaşı Təqsirləndirilən şəxs vətənpərvər, dövlətini sevən, “General” rütbəli, yazıçı, prezident təqaüdçüsü kimi bilmiş və bunu Mirdaməd özü demişdir. Bununla bağlı Mirdaməddə vəsiqələr olmuşdur və o da həmin vəsiqələri görmüşdür. Mirdamədin dələduzluq əməlləri ilə məşğul olmasından əvvəllər məlumatsız olmuş, lakin, 2024-cü ilin yanvar ayında Mirdaməd bağırsaqdan əməliyyat olunanda zərərçəkmiş şəxslər pullarının qaytarılması üçün ona müraciət etmişlər. Lakin onun Mirdamədin aldığı pullardan məlumatı yoxdur, həmin pullardan ona heç nə verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır, onunla X50 Birliyinin təşkil etdiyi tədbirlərdə tanış olmuşdur. Sonradan Təqsirləndirilən şəxs "xxxx"-nın əməkdaşı olduğunu bilmişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində yaxın adamları olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 ona mənzil almaq üçün müraciət etdikdə o, onlara Təqsirləndirilən şəxs vasitəsilə kömək etmək məqsədilə Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu kömək etməyə razılıq vermişdir. Tanışlarının hər biri 3 otaqlı mənzil almaq istəmişlər. Təqsirləndirilən şəxs apardığı danışıqlar nəticəsində ilkin ödəniş kimi Şakirdən 10.000 manat, digər tanışlarının hər birindən isə 18.000 manat pul alaraq Təqsirləndirilən şəxs vermişdir. Lakin Təqsirləndirilən şəxs aldadaraq verilən pulun müqabilində mənzilləri verməmiş, nə də ki, pulları qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Nəşriyyat Evindən tanımışdır. Belə ki, həmin evdə onun da ofisi olmuşdur. Təqsirləndirilən şəxsla münasibəti yaxşı olmuş, heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Mirdaməd özünü həm jurnalist kimi, həm “General” kimi, həm yazıçılar birliyinin üzvü kimi, həm də "xxxx"-nın vəzifəli şəxsi kimi təqdim etmişdir. O ucuz qiymətə ev almaq istədiyinə görə Mirdaməddən ona mənzil almaqda köməklik göstərməsini xahiş etmiş, həmçinin, qohumları Ruslan, Xəqani və dostu Arzu üçün də mənzil verilməsini xahiş etmişdir. Mirdaməd də onlara köməklik edə biləcəyini və "xxxx"nın Yasamal rayonu ərazisində inşa etmiş olduğu binalardan mənzilləri verə biləcəyini bildirmişdir. Bundan sonra ilkin ödəniş olaraq onun vasitəsilə Ruslan 18.000 manat, Xəqani 15.000 manat, Arzu isə 20.000 manat pulu Mirdamədə hər biri 3 otaqlı mənzil üçün vermişlər. Mirdaməd ona mənzilləri 31 dekabr 2023-cü ilə kimi təhvil veriləcəyini söz vermiş, lakin Mirdaməd onlara nə mənzil vermiş, nə də ki verdikləri pulu geri qaytarmışdır. Onlar Mirdaməddən hər dəfə pulu geri istəyəndə müxtəlif bəhanələr gətirərək mənzilin tezliklə hazır olacağını bildirib onları aldatmışdır. Hazırda Mirdaməd onun dostunun və qohumlarının 53.000 manat pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, hər ikisi 2016-cı ildən ev alqı-satqısı ilə məşğul olmuş, hər ikisinin ofisləri yan-yana olmuşdur.Daha sonra Mirdaməd ofisini dəyişmiş və bundan sonra demək olar ki heç rastlaşmamışlar. 2023-cü ilin sonlarında Mirdamədi telekanalda "xxxx" tikinti layihəsinin icrası ilə bağlı verilişdə görmüş, bir müddət sonra Mirdamədlə ofisinin yanında təsadüfən rastlaşmış, Mirdamədlə "xxxx"-dan ev alınması ilə bağlı söhbət etmiş, Mirdaməd ona "xxxx"-dan ev almağın mümkün olacağını və bu işi həll etmə imkanının olduğunu bildirmişdir. Həmin vaxtlarda qonşusu olan İsmayıl adlı şəxs "xxxx"-dan ev almaq istədiyini və imkan olduğu halda bu işdə köməklik etməsini xahiş etdiyi üçün Mirdamədlə bu barədə söhbət etmiş, Mirdaməd ev almaqda köməklik edəcəyini bildirmişdir. O, bu barədə İsmayılla söhbət etdikdən sonra onu Mirdamədlə 2023-cü ilin noyabr ayında özünə məxsus Yasamal rayonunda yerləşən ofisinin qabağında görüşdürmüş, Mirdamədlə İsmayılın arasında "xxxx"-dan ev almaqla bağlı söhbətləri olmuş və İsmayıl Mirdamədə 3 otaqlı mənzil əldə etmək istədiyini bildirmişdir. Mirdaməd İsmayıla 25.000 manat verəcəyi halda 3 otaqlı mənzilin onun adına ala biləcəyini demişdir. Mirdaməd həmçinin pulu tam verdikdən sonra İsmayılı çağıracaqlarını və müvafiq sənədlərə imza etdikdən sonra 3 otaqlı mənzilin onun adına keçəcəyini əmin etmişdir. Təxminən 20 gün sonra İsmayıl istifadəsində olan mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng edərək 25.000 manatdan 10.000 manat düzəltdiyini və həmin pulu Mirdamədə verməsini, qalan pulu da hissə-hissə verəcəyini demişdir. O, İsmayıldan 10.000 manat pul alaraq Mirdamədə sonuncunun ofisində vermişdir. Təxminən 10 gün sonra İsmayıl onunla əlaqə saxlamış və Mirdamədə verməsi üçün 9.000 manat pul düzəltdiyini və həmin pulu Mirdamədə çatdırması üçün ona verəcəyini bildirmişdir. Onlar həmin gün məhəllədə görüşmüşlər və o, İsmayıldan 9.000 manat pulu götürərək həmin gün ofisin yaxınlığında Mirdamədə vermişdir. Təxminən 15-20 gün sonra İsmayıl məhəllədə yenidən ona Mirdamədə verməsi üçün 6.000 manat pul vermiş, o isə Mirdamədin işi uzatmağından şübhələnib 6.000 manatı özündə saxlamış və iş yekunlaşdıqdan sonra Mirdamədə verəcəyini düşünmüşdür. Təqsirləndirilən şəxs məsələni həll etmədiyi üçün İsmayılın ona verdiyi 6.000 manat pulu özünə qaytarmış, bundan başqa hər dəfə 500 manat olmaqla 2 dəfə ona pul ödəmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin 21 fevral 2024 tarixli arayışından müəyyən olunur ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatda xx.xx.1989-cu il tarixdə İmişli rayonu, Məzrəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ünvan 11 ünvanında qeydiyyatda olan və yaşayan, rəsmi qeydiyyatlara əsasən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, faktiki olaraq daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs özünü “Beynəlxalq İnsan Hüquqları Müdafiə Komitəsi” nin (BİHMK-CİPDH) eksperti kimi özünü təqdim etməklə, yalançı hərbi rütbə və geyimlərdən, eləcə də diplomatik pasportdan istifadə edir, müəyyən miqdarda pul müqabilində digər şəxslərə də həmin təşkilat mövqeyindən diplomatik pasport və hərbi rütbə verilməsi üçün imkanlarının olduğunu, qeyd edilən diplomatik pasportla ölkə xaricinə səfərin mümkünlüyünü bildirirdi. Həmçinin o, özünü AR Mənzil X18 (MİDA) vəzifəli şəxsi kimi təqdim edərək, bu istiqamətdə müxtəlif saxta sənədlər hazırlamış, bununla vətəndaşları ev verilməsi adı altında aldatmaqla onların külli miqdarda vəsaitini mənimsəmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs 2023-cü ilin əvvəlində “X11 Komissarlığı” adlı təşkilatına üzv olmuş, guya həmin təşkilat tərəfindən ona qurumun fəxri general-mayor, daha sonra isə general-leytenant rütbələri verilmişdir. Təqsirləndirilən şəxs özünü 2022-ci ilin mart ayından etibarən MİDA ilə əlaqələri olan, qurumun rəhbərliyinin köməkçisi və vəzifəli şəxsi kimi təqdim etməklə müxtəlif vətəndaşlardan mənzil alınmasına köməklik göstərəcəyi adı altında dələduzluq yolu ilə ümumilikdə 300.000 manat pul vəsaiti almışdır. Həmin arayışa əlavə olunmuş 24 oktyabr 2023-cü il tarixli 257/1-3 nömrəli saxta protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikasının Mənzil X18 İdarə heyətinin sədrinin rəhbərliyi ilə keçirilmiş mənzillərin verilməsinin həvalə edilməsi barədə məlumatlar daxil edilmiş müşahidə şurasının iclasının 354 saylı qərarına əsasən işlərin icrası Şəhərsalma və Layihə Planlaşdırma şöbə müdir müavini Təqsirləndirilən şəxs tapşırılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 5(001)-2630/2023 nömrəli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs və X2 barəsində qərar qəbul edildiyi gündən 6 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərə, müəssisənin inzibati binasına daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə daxil olmuş 3-20-15/2-4-xx-xx/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan və Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən 5CD 000827 nömrəli pasporta dair 2***-******* saylı, xx.xx.2024-cü il tarixli notanın qeyri-rəsmi tərcüməsindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 3-20-15/2-5- 863/2024 saylı, 10 yanvar 2024-cü il tarixli notasına cavab olaraq bildirilmişdir ki, Fransa tərəfindən tanınmayan bu sənəd Fransa tərəfindən verilən pasport deyil. Məhkəmədə elan edilib araşdırılmış 21 fevral 2024-cü il tarixli baxış protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qeyd dəftərçəsinin üzəri göy rəngli olmaqla üzərində “İBC İrrigation Systems” sözləri yazılmışdır. Dəftərçənin arxa tərəfi də göy rəngli olmaqla boşdur. Dəftərçənin içərisinə baxarkən vərəqin yuxarı hissəsində əlyazma ilə xx.xx.2023 yazılmış, həmçinin bir çox şəxsin adları qeyd edilməklə hər birinin qarşısında rəqəmlər qeyd edilmişdir. Qeyd edilən adlar dəftərçənin digər səhifələrində də qeyd edilmiş və hər birinin yuxarı hissəsində ayın tarixi göstərilmişdir. Dəftərçənin orta hissəsində və yazıların bitdiyi hissədə yuxarıda xx.xx.2023 yazılmış və orada Coşqun- 6.000, İlqar-25.000, Elsevən-73.000+13.000=86.000, İmran-58.000, Xalidə-13.000 və s yazılmışdır. Məhkəmədə elan edilib araşdırılmış 22 fevral 2024-cü il tarixli baxış protokolundan müəyyən olunur ki, “Cadillac Escalade” markalı **-UY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilərkən müəyyən olunur ki, avtomobil tünd göy rəngli olmaqla cip təyinatlıdır. Avtomobilin içərisinə baxış keçirildikdə salonun sarı rəngdə olması görünür. Avtomobilin qol hissəsinə baxış keçirilərkən Rusiya Federasiyasının “Milli Təhlükəsizlik Akademiyası” tərəfindən verilmiş və Təqsirləndirilən şəxs rütbəsinin “Polkovnik” olmasını qeyd edən 2 ədəd KP-024 nömrəli vəsiqə, “Şanlı Azərbaycan Televiziyası Press” aid 1 ədəd jurnalist vəsiqəsi, “Gürcüstan Azərbaycanlılarının Jurnalistlər Birliyi” nə məxsus 1 ədəd jurnalist vəsiqəsi, üzərində MİDA-yazılmış 1 ədəd dəftərçə, 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd içərisində zinət əşyasına bənzəyən sep olan qutu, 1 ədəd sosial siğorta şəhadətnaməsi, 1 ədəd qara rəngli mobil telefon, 1 ədəd qara rəngli poverbankın olması görünür. Qeyd edilənlər müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, bundan başqa avtomobilin baqaj hissəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus paltar çantasının olması müəyyən edilmişdir. Həmçinin, üzərində MİDA-yazılmış 1 ədəd dəftərçəyə baxış keçirdikdə müəyyən olunur ki, dəftərçənin üzəri ağ və göy rəngli olmaqla üzərində “MİDA Azərbaycan Respublikasının Mənzil X35” sözləri yazılmışdır. Dəftərçənin arxası ağ rəngli olmaqla "xxxx" nın ünvanı, əlaqə nömrələri və email ünvanı qeyd edilmişdir. Dəftərçənin içərisinə baxarkən vərəqin yuxarı hissəsində əlyazma ilə xx.xx.2024 yazılmış, həmçinin 18 nəfər şəxsin adı qeyd edilməklə hər birinin qarşısında rəqəmlər qeyd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 21 fevral 2024-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 21:50 də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 178.3.2, 310 və 320.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 21 fevral 2024-cü il tarixindən hesablanmaqla 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 22 fevral 2024-cü il tarixli Götürmə aparılması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 1 ədəd “Samsung A72” markalı mobil telefon götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış 26 fevral 2024-cü il tarixli mobil telefona baxış protokolundan müəyyən olunur ki, qeyd edilən mobil telefon “Samsung A72” markalı olmaqla qara rəngdir və üzərində qara rəngli telefon qabı vardır. Telefon açıldıqda şifrənin olmaması görünür. Mobil telefonun menyu bölməsinə daxil olduqda bir çox sosial şəbəkələrə məxsus proqramlar vardır. Həmin proqramlardan “Whatsapp” sosial şəbəkəsinə daxil olduqda çoxsaylı şəxslərdə danışıqların və yazışmaların olması görünür. Həmin proqram üzrə mobil nömrənin “***-***-**-**” saylı nömrə olduğu, ikinci proqram üzrə “***-***-**-**” saylı nömrə olması görünür. Bundan başqa, mobil telefonda “Facebook”, “İnstagram” və s proqramların olması görünür. Həmin proqramlara daxil olub sms yazışmalarına baxış keçirilərkən Təqsirləndirilən şəxs əlavə olaraq ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən də istifadə etməsi müəyyən edilir. Həmçinin, telefonun qalereya bölməsində olan şəkillərdə Təqsirləndirilən şəxs 4169-7388-8205-5152 nömrəli "xxxx" ASC-yə məxsus plastik kartının olması görünür. Məhkəmədə elan edilib araşdırılmış zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 04 mart 2023-cü il tarixli qəbzdən müəyyən olunur ki, 04 mart 2023-cü il tarixdə Siyəzən rayonu, Gənclik qəsəbəsi, A.Zahirov küçəsində yerləşən “Milliön” terminalından Təqsirləndirilən şəxs məxsus 416973******5152 plastik karta 3.000 azn pul göndərmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 03 aprel 2023-cü il tarixli qəbzdən müəyyən olunur ki, 03 aprel 2023-cü il tarixdə Siyəzən rayonu, Gənclik qəsəbəsi, A.Zahirov küçəsində yerləşən “Milliön” terminalından Təqsirləndirilən şəxs məxsus 416973******5152 plastik karta 3.000 azn pul göndərmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 25 aprel 2023-cü il tarixli qəbzdən müəyyən olunur ki, 25 aprel 2023-cü il tarixdə Siyəzən rayonu, Gənclik qəsəbəsi, A.Zahirov küçəsində yerləşən “Milliön” terminalından Təqsirləndirilən şəxs məxsus 416973******5152 plastik karta 7.300 azn pul göndərmişdir. Məhkəmədə elan edilib araşdırılmış 04 aprel 2024-cü il tarixli "xxxx" MMC dən daxil olmuş diskə baxış protokolundan müəyyən olunur ki, Disk açılan zaman diskin içərisində 12 ədəd fayl olduğu müəyyən edilmişdir. Həmin fayllar aşağıdakı kimi adlandırılmışdır:
1. 2022.xlsx, 2. 2023.xlsx 3. 2024.xlsx 4. 102606164_SMS.txt 5. 103187151_SMS.txt 6. 502104475_SMS.txt 7. 509951544_SMS.txt 8. **********64.txt 9. **********51.txt 10. **********75.txt 11. **********44.txt 12. abuneciler.xlsx Fayllar açılmış, faylın içərisində qeyd edilən nömrələrə gələn və gedən sms və zənglərin siyahısı, antena məlumatları olmuşdur. Fayllara baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr ilə zərərçəkmiş şəxslər arasında telefon danışıqlarının olması görünür. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin sms çıxarışlarından görünür ki, Zərərçəkmiş şəxs13 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs sms yazaraq ona vermiş olduğu pulu tələb edir və ondan avtomobilini və ya evini satmağı tələb edir. Bundan başqa cinayət işi üzrə zərərçəkmiş şəxslər X20 (***-***-**-**), Zərərçəkmiş şəxs9 (***-***-**-**), Zərərçəkmiş şəxs14 Elman oğlu (***-***-**-**), Zərərçəkmiş şəxs3 (***-***-**-**) oğlu ilə müxtəlif vaxtlarda danışıqlarının olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 08 aprel 2024-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış protokolundan müəyyən olunur ki, disk açılan zaman diskin içərisində 4 ədəd fayl olduğu müəyyən edilmişdir. Həmin fayllar aşağıdakı kimi adlandırılmışdır: 1.SMS_Tarixcesi_**********5457_708071797 2.SMS_Tarixcesi_**********5500_********** 3.Zenglerin_Detallasmasi_**********1931__708071797 4.Zenglerin_Mexsusluq_Tarixceleri__**********2003__708071797_NAR Fayllar açılmış, faylın içərisində qeyd edilən nömrələrə gələn gələn və gedən sms və zənglərin siyahısı, anten məlumatları vardır. Fayllara baxış zamanı cinayət işi üçün əhəmiyyət kəsb edən bir məlumat əldə edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış 17 aprel 2024-cü il tarixli "xxxx"MMC-dən daxil olmuş diskə baxış protokolundan müəyyən olunur ki, disk açılan zaman diskin içərisində 4 ədəd fayl olduğu müəyyən edilmişdir. Həmin fayllar aşağıdakı kimi adlandırılmışdır:
1. SMS_Tarixcesi_**********2121_559538272
2. SMS_Tarixcesi_**********2124_559538272
3. Zenglerin_Detallasmasi_**********4754__559538272
4. Zenglerin_Mexsusluq_Tarixceleri__**********4841__559538272_BKC Fayllar açılmış, faylın içərisində qeyd edilən nömrələrə gələn gələn və gedən sms və zənglərin siyahısı, anten məlumatları vardır. Fayllara baxış zamanı cinayət işi üçün əhəmiyyət kəsb edən bir məlumat əldə edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış 16 aprel 2024-cü il tarixli "xxxx" ASC-dən daxil olmuş diskə baxış protokolundan müəyyən olunur ki, disk açılan zaman diskin içərisində “Çıxarışlar 2024-5897 adlı 1 ədəd qovluq olduğu müəyyən edilmişdir. Həmin qovluğa daxil olduqda isə 6 faylın olması görünür. Həmin fayllar aşağıdakı kimi adlandırılmışdır: 1.1363108-1, 2. 1363108-2 3. 1363108-3 4.******************** 5.********************
6. ******************** Fayllar açılmış və hər bir faylı PDF formasında olması görünür. Baxış zamanı Təqsirləndirilən şəxs adına 3 ədəd kart istifadə etdiyi və həmin kartlardan istifadə etməsi müəyyən edilir. Həmin kartlar aşağıdakılardır:
1. 416974******3158
2. 416973******5152
3. 523915******9916 416973******5152 nömrəli ödəniş kartının çıxarışına baxış keçirilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs kart hesabına xx.xx.2023-cü il tarixdə 3.000 manat, xx.xx.2023-cü il tarixdə 3.000 manat və xx.xx.2023-cü il tarixdə 7.300 manat pul vəsaitləri köçürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış 29 mart 2024-cü il tarixli internet məlumatlarına baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, “youtube.com”-da Təqsirləndirilən şəxs adına axtarış verilməklə müəyyən edilmişdir ki, həqiqətən də 2022-ci ildə “Xəbərlər” profili ilə internet resurslarına yerləşdirilmiş videoda “MİDA Yeni Yasamal 2 layihəsi haqqında Təqsirləndirilən şəxs” başlığı ilə video vardır və həmin videoda o, MİDAnın Bakı şəhəri, Yeni Yasamal rayonu ərazisində inşa etmiş olduğu binalarla bağlı məlumatlar verir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının Mənzil X19 daxil olmuş xx.xx.2024-cü il tarixli 11-6/2-428/2024 nömrəli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə Agentlik və tabeliyində olan "xxxx"MMC arasında hər hansı əmək münasibəti olmamış, o cümlədən 257/1-3 nömrəli protokol tərəflərindən verilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tədqiq etmiş möhtəbər sübut növlərinə əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək fiziki şəxslərin və hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, hüquq verən rəsmi sənədi vahid niyyətlə istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və onun bu əməlləri ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMnin 178.3.2, 310 və 320.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışı zamanı, həmçinin zərərçəkmiş şəxslər və şahidlərin ibtidai araşdırma və məhkəmə baxışı zamanı verdikləri ifadələri, istintaq protokolları və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi dələduzluq cinayəti talama cinayətlərinin bir növü olmaqla aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və bu zaman əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu təqsirləndirilən şəxsə onun yalanlarının təsiri altında və ya ona olan inamının, etibarının təsiri altında könüllü olaraq verir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərinin törədilməsi məhkəmədə tədqiq edilmiş mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs törətdiyi vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edilməlidir ki, vəzifəli şəxslərin səlahiyyətlərini mənimsəmə cinayəti obyektiv cəhətdən bir-biri ilə qarşılıqlı əlaqədə olan 3 əlamətlə xarakterizə olunur. Həmin əlamətlər isə özbaşına olaraq özünü vəzifəli şəxs kimi təqdim etməkdə və ya vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə, bunun nəticəsində fiziki və hüquqi şəxsin hüquqlarını və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasında və törədilmiş hərəkətlərlə baş vermiş ictmai təhlükəli nəticə arasında səbəbli əlaqədə ehtiva olunur. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə onların pullarını mənimsəmək və etibarlarını qazanmaq məqsədilə özünü MİDA-nın əməkdaşı kimi təqdim edərək saxta 24 oktyabr 2023-cü il tarixli 257/1-3 nömrəli protokoldan istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məsələyə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, bu maddəyə əsasən bilə-bilə saxta rəsmi sənədlərdən istifadə etmə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın qismən ödənilməsini və CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Müdafiə tərəfinin zəzərçəkmiş şəxslər X38, Zərərçəkmiş şəxs3, X32, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, X21, Zərərçəkmiş şəxs14 Elman oğlu, X20, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs5, X34 adından təqdim edilmiş və notarial qaydada təsdiq edilmiş ərizələrlə bağlı məhkəmədə ifadə vermiş həmin zərərçəkmiş şəxslər və təqsirləndirilən şəxsin özü bildirmişlər ki, faktiki olaraq ziyan ödənməmiş, həmin ərizələri isə zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs maddi ziyanları gələcəkdə ödəyəcəyi barədə vədinə inanaraq vermişlər. Məhkəmə baxışı gedişində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üçün hər hansı bir hərəkət etməmişdir. Belə olan halda məhkəmə sadalanan barışıq ərizələrini həqiqətə uyğun olmayan sənədlər kimi qiymətləndirərək onları etibarsız sayır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, X20, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, X22, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, X32, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, X38, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25 Ağamehdi oğlu, Zərərçəkmiş şəxs26, Azərbaycan Respublikasının Mənzil X27 dəymiş ziyanla bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilsin. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədinə yalnız onun cəmiyyətdən təcrid olunma yolu ilə nail olmaq mümkündür. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2023-cü il tarixli 257/1-3 nömrəli saxta protokol, Təqsirləndirilən şəxs məxsus 2 ədəd dəftərçə, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qəbzlər, “X31 Birliği”nə aid 026 nömrəli 1 ədəd vəsiqə, Rusiya Federasiyasının “Milli Təhlükəsizlik Akademiyası”na aid 2 ədəd KP-024 nömrəli vəsiqə, Ukranya Respublikasına məxsus 00027 nömrəli 1 ədəd vəsiqə, “Şanlı Azərbaycan Televiziyası Press”ə aid 006 nömrəli 1 ədəd vəsiqə, “Gürcüstan Azərbaycanlılarının Jurnalistlər Birliyi”nə məxsus 024 nömrəli 1 ədəd vəsiqə, Fransa Təşkilatı olan "xxxx"yə aid olan 00300 və 5 CD 000827 nömrəli 2 ədəd diplomatik pasport, "xxxx"yə aid olan FD- 003A nömrəli 1 ədəd vəsiqə, “İHRDC-CİPDH”yə aid olan F-0405 nömrəli 1 ədəd vəsiqə, Avstriya dövlətinə aid İPC-0311 nömrəli 1 ədəd vəsiqə, "xxxx" dan daxil olmuş 1 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 310 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-nin CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CMnin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətinə, CM-nin 310-cu maddəsi ilə 2 (iki) il müddətinə) il müddətinə, CM-nin 320.1-ci maddəsilə 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla və həmin məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəzanı təyin edilmiş əsas cəzaya birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2023-cü il tarixli 257/1-3 nömrəli saxta protokol, Təqsirləndirilən şəxs məxsus 2 ədəd dəftərçə, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qəbzlər, “X31 Birliği”nə aid 026 nömrəli 1 ədəd vəsiqə, Rusiya Federasiyasının “Milli Təhlükəsizlik Akademiyası”na aid 2 ədəd KP-024 nömrəli vəsiqə, Ukranya Respublikasına məxsus 00027 nömrəli 1 ədəd vəsiqə, “Şanlı Azərbaycan Televiziyası Press” ə aid 006 nömrəli 1 ədəd vəsiqə, “Gürcüstan Azərbaycanlılarının Jurnalistlər Birliyi”nə məxsus 024 nömrəli 1 ədəd vəsiqə, Fransa Təşkilatı olan "xxxx"yə aid olan 00300 və 5 CD 000827 nömrəli 2 ədəd diplomatik pasport, "xxxx"yə aid olan FD-003A nömrəli 1 ədəd vəsiqə, “İHRDC-CİPDH”yə aid olan F-0405 nömrəli 1 ədəd vəsiqə, Avstriya dövlətinə aid İPC-0311 nömrəli 1 ədəd vəsiqə, "xxxx" dan daxil olmuş 1 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, X20, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, X22, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, X32, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, X38, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25 Ağamehdi oğlu, Zərərçəkmiş şəxs26, Azərbaycan Respublikasının Mənzil X27 dəymiş ziyanla bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilir. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Məmmədova-Əsgərova